📜 İmam Məhdinin (ə.f) səfiri olduğunu iddia edənlər haqqında verilən suala cavab:
Sual:
Bismilləhir rəhmanir rəhim.
Ali Məqamlı Mərceyi-Təqlid Ayətullah əl-uzma Seyyid Əli Huseyni Sistani (kölgəsi davamlı olsun) cənabları - Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun. Son zamanlarda İmam Məhdinin (ə.f) səfiri olduğunu iddia edən kəslər aşkar olubdur. Hətta bəziləri İmam Məhdi (ə.f) olduğunu iddia edir.
Məzhəbi və onun davamçılarını qoruyan (sağlam) qalası dini Mərcəiyyət olduğu üçün bizim də, Peyğəmbər Əhli-beytinin (ə) davamçılarının, iman edən ümumi xalqın təmsilçisi olan Cənabınıza üz tutmağımız vacibdir.
Ümid varıq ki, Cənabınız (Seyyid Sistani) bu iddianı dəf etmək üçün rəyini açıqlayacaq və bu kimi iddialarda düzgün olan meyarın nə olduğunu bəyan edəcəkdir, ta ki mömin üçün aydın olsun, bunu necə ayırd edə bilər, bu iddianı nə zaman təsdiq etmək və nə zaman təkzib etmək olar?
Cavab:
Kiçik qeyb dövründən bu əsrə qədər çoxlu bu cür işlər baş vermişdir. Hətta eyni zamanda bir neçə "imamlıq və səfirlik məqamı" iddia edənlər də olubdur. Beləki, bunlara diqqətlə baxan üçün ibrət və bəsirət vardır. Və o, (haveyi) boş istək sahiblərinin dünya malına çatmaq üçün, yalan iddialar ilə, Allaha və Onun övliyalarına qarşı elədikləri cürətdən (onlar) təəccüblənər. Və insanların asanlıqla onları (yalandan iddia edənləri) təsdiq etməsi və onların fikirlərinə tabe olması, ona (onlara baxana) qəribə gələr. Halbuki, onlara əmr olunub ki, onların arxası ilə getməkdə və şübhəli işlərdə dayansınlar, din işlərində (o şübhələri) təsdiq etməkdən çəkinsinlər. Şübhəsiz ki, hər şeyi tez təsdiq etmək əvəzolunmaz xətadır.
Bilin ki, İmam (ə.f) zühur etdiyi vaxt, Onun (ə.f) zühuru yetərli sübutla, açıq-aşkar höccətlə və aşkar dəlillərlə olacaq. Onun (Allahın) inayəti ilə əhatələnəcək və Onun köməyi ilə dəstəklənəcək, hətta mömin üçün onun dəlilləri qaranlıq qalmayacaq. Və haqqı tələb edən kəs onun yolundan azmayacaq. Hər kəs bu işdə tələsgənlik edərsə ancaq özünü azdırar. Pak və müqəddəs olan Allah, bəndələrinin tələsməsi ilə (öz işlərində) tələsməz.
Onun (ə.f) qeybi zamanında din işlərində müraciət olunan yer, təqvalı alimlərdir. Hər kim onları elm və əməldə yoxlasa, onların boş istəklərdən və azğınlıqdan uzaq olduqlarını bilər. Necə ki, bu tayfa (təqvalı alimlər) kiçik qeyb zamanından bizim əsrimizə qədər bu (adət) üzərində davam etmişdir.
Heç bir şəkk yoxdur ki, İmama (ə) itaət etməyin, ona yaxınlaşmağın və onun razılğını qazanmağın yolu, müqəddəs şəriətin hökmlərinə iltizamlı olmaq, fəzilətli sifətlərə yiyələnmək, rəzil sifətlərdən uzaq olmaq, din alimlərindən, məzhəbin böyük ustadlarından və digər bəsirət əhlindən görülmüş yaşam tərzinə uyğun yaşamaqdır. Onlar, İmamların (ə) zamanından bu yaşayışı davam etdirirlər. Hər kəs nadir olan və ya bidət yolla getsə, şübhələrə baş vuracaq, fitnəyə düşəcək və hədəfindən yayınacaqdır..
https://telegram.me/SeyyidSistani