oxuveucal @oxucal Channel on Telegram

oxuveucal

@oxucal


• Digər kanal : @tasweeryy

oxuveucal (Azerbaijani)

oxucal telegram kanalı, oxuyucular üçün ən maraqlı və əyləncəli məzmunları təqdim edir. Bu kanalı izləyərək son moda kitablar, yazılar və oxumağa dəyər məqalələr ilə tanış ola bilərsiniz. oxucal, oxumağı sevən və yeni şeylər öyrənməkdə maraqlı olan hərkəs üçün ideal bir platformdur. Əgər oxumağı sevirsinizsə və hər gün özünüzü köhnələşməkdən qorumaq istəyirsinizsə, oxucal kanalını izləyin! oxucal kanalında onların əsas məqsədi, oxuyucuları ən yenilənən və ən maraqlı oxuma məzmunları ilə təmin etməkdir. oxucal kanalı tərəfindən təklif olunan yayımlarla hər an özümüzü və dünyamızı inkişaf etdirə bilərik. Digər kanal : @tasweeryy

oxuveucal

05 Jan, 15:38


🎯

oxuveucal

02 Jan, 08:31


As salamu aleykum əziz müsəlmanlar! Elan hələ də qüvvədədir. 144 azn var. Biganə yanaşmayaq.. Sədəqə malı azaltmır. Sədəqə qəbrin hərarətini azaldır, Allahin qəzəbini söndürür..

oxuveucal

26 Dec, 10:40


🕯..İbn Teymiyyə (rahiməhullah) buyurur:

"Allah üçün olmayan şey nə faydalı nə də davamlı olmaz!"

📚 ("əl-Əqıdətut Tədmuriyyəh", 232)

☁️ telegram.me/oxucal

oxuveucal

25 Dec, 15:23


🔔Bəlkə də o təyyarəyə minməyi istəyib amma müxtəlif səbəblərdən dolayı minə bilmədiyi üçün üzülən neçə-neçə kəslər var idi. Bəlkə üsyan edirdi ki, niyə uça bilmədim.

Bu gün isə onlar şükr edirlər.


"Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bilmirsiniz."
(Bəqara, 216)

oxuveucal

24 Dec, 20:39


#fayda💎

Hər büdrəyiş məğlubiyyət deyil. Bəzi büdrəyişlər daha parlaq doğuşların müjdəçisidir.

oxuveucal

24 Dec, 07:37


🌿Şeyx  Saleh Əli Şeyx ( hafizahullah ) demişdir:

«QURANİ-KƏRİMLƏ BƏRABƏR OLUB ONDAN AYRILMA. QEYRİ-ŞEYRLƏRƏ GÖRƏ QURANI TƏRK EDİB ONDAN AYRILMA. BU GÜNKİ, MÜASİR CİHAZLAR ƏGƏR SƏNİN DİQQƏTİNİ DAĞIDIR, MƏŞĞUL EDİR VƏ SƏNİ UZAQLAŞDIRIRSA ƏSLA VƏ ƏSLA SƏNİ ALLAHIN KİTABINDAN UZAQLAŞDIRMASIN. ALLAHA AND OLSUN Kİ, ONDA (MÜASİR CİHAZLARDA) XEYİR YOXDUR. XEYİR VƏ FAYDA QURANİ-KƏRİMDƏDİR. SƏNİN ÜÇÜN DÜNYADA VƏ AXİRƏTDƏ OLAN XEYİRLƏR.»

🎙 "Şeyxin səsli dərsindən."


📮 t.me/oxucal

oxuveucal

23 Dec, 16:35


Elan hələ də qüvvədədir. 144 azn yığılıb. Aktiv olaq, yardım edək. Biz asanlaşdıraq ki, Allah da bizim üçün asanlaşdırsın...

oxuveucal

21 Dec, 14:24


🪻Ömər ibn Xəttab (رضي الله عنه) demişdir:

«Mənə xəbər verildi ki, əməllər bir-biri ilə öyünərlər. Və sədəqə deyir: "Mən sizin ən üstün olanınızam"»

Şuəbul-İmən: 6/505

📮 telegram.me/oxucal

oxuveucal

20 Dec, 03:38


🌿 Şeyx Muqbil (rahiməhullah) demişdir:

“Kim çətinliklərinin artdığını hiss edərsə, Allah Rəsuluna ﷺ daha çox salavat gətirsin.”


💌 Bu gün Cümə: salavatı, zikr və duaları çoxaldın, Kəhf surəsini oxuyun, sədəqə və edə biləcəyiniz bütün saleh əməllərə həris olun, yaxşılıq edin.

📮
t.me/oxucal

oxuveucal

19 Dec, 03:45


🌿İbn Quteybə (rahiməhullah) demişdir:

"Övladlar beş yaşa kimi reyhandır.Onları öpürsən,oynayırsan,ətirlərini qoxlayırsan.
Beşdən on beş yaşa kimi sanki xidmət edən  xidmətçidir.Deyirsən "Oğlum onu gətir,qızım bunu apar və s." və heç bir etiraz etmədən əməl edirlər.
On beşdən yaşdan sonra ya dostdur, ya da düşmən."


📌Həqiqətən valideynlər bu yaşa kimi övladı yetişdirir və bundan sonra bilinir ki, o sənə dostdur ya da düşmən.
Ona görə də övladlar üçün çoxlu dua etmək lazımdır.Dua qədər övlada təsir edən başqa bir şey yoxdur.
Sən təhsilinə ,tərbiyəsinə nə qədər fikir versən də,səbəblərdən tutunsan da bəzən hər şey istədiyin kimi olmur.Bu onu göstərir ki,hər şey yalnız Allahın əlindədir.


📮 t.me/oxucal

oxuveucal

14 Dec, 03:41


Bir zahiddən daimi təbəssümünün və yaxşı əhvalının sirri haqqında soruşdular. o cavab verdi: “İşlərimin Onun əlində olduğunu bilə-bilə Allah qarşısında kədərlənməkdən çox utanıram”.

🌱 telegram.me/oxucal

oxuveucal

13 Dec, 03:40


💌 Bu gün Cümə: salavatı, zikr və duaları çoxaldın, Kəhf surəsini oxuyun, sədəqə və edə biləcəyiniz bütün saleh əməllərə həris olun, yaxşılıq edin.

📮 t.me/oxucal

oxuveucal

11 Dec, 08:37


📌Sual:Allahın qulundan razı olmasının əlamətləri nələrdir?Çünki Allahdan qorxuram və razı qaldığı qullarından olmamaqdan narahatam.

▫️Şeyx Salih əl Fovzan(hafizahullah):
Allahın qulu xeyir işlərə müvəffəq etməsi,Onun qulundan razı olduğuna bir işarədir.Əgər bir kimsə ibadətləri və itaətləri çoxaldarsa,Allahdan qorxarsa,bu Allahın ondan razı olduğuna və ona müvəffəqiyyət verdiyinə bir dəlildir
.

🎙Dərsdən alıntı

📮 telegram.me/oxucal

oxuveucal

07 Dec, 07:27


🕯ELM QALIR, PUL İSƏ GEDİR...

Həfiz ibnu Əbdil Bərr (rahiməhullah) belə deyir: Mu'təmir bin Suleyman belə dedi:

"Ey oğlum! Kitablar al və elmi yaz! Çünki həqiqətən də elm qalır, dinarlar (pul) isə gedir."

📚 ("əl-Cəmi'", 99)

📮 telegram.me/oxucal

oxuveucal

04 Dec, 09:04


🌴Şeyx Saleh əl-Fovzan (hafizahullah ):

«Sənin sərmayənin sənin dinindir. (ibadətlərindir) sən bu dünyadan bu dinlə (ibadətlərinlə) çıxacaqsan. O sənin həqiqi sərmayəndir. Amma vəzifələr, şan şöhrət və məqamlar bunlar fanidir və çıxıb gedəcəkdir. Sənə ancaq dinin qalacaq. Ondan möhkəm tutun və onu yaşamaqda səbirli ol. Nail olacağın şeyə çatana qədər səbirli ol.»

🎙 Şeyxin dərsdən alıntı

📮t.me/oxucal

oxuveucal

26 Nov, 03:15


🌿Said İbn Cübeyr (rahiməhullah) demişdir:

"Mömin üçün yaşadığı hər gün bir qənimətdir."

📚Camiu'l Ulum və'l Hikam, 2/391


📮t.me/oxucal

oxuveucal

20 Nov, 21:14


Məhsulların metrolara çatdırılması var🛍️

oxuveucal

16 Nov, 19:32


Təsəvvür et ki, sənin bu duan qəbul olur. Gözlərinin sevinci olan yoldaşın və övladların olur. Sadəcə sevdiyin yoldaşın və övladların yox, həm də gözlərinin sevinci olan ailən olur. Çünki hər sevilən insanı xoşbəxt etməyə bilər. Önəmli olan sevdiyin kəsin eyni zamanda sənin sevincin də olmasıdır. Bu duada da insan Rəbbindən bunu istəyir. Bu duanı əzbərləyək və edək.

oxuveucal

10 Nov, 11:17


🌴Urvə ibn Zubeyr (radıyallahu anhu) övladlarını toplayar və onlara deyərdi :

  " Ey övladlarım,  elm öyrənin !  Bu gün insanlar arasında kiçik olsanız da, gün gələcək insanların böyükləri olacaqsınız.  Yaşlı kimsəyə nə pis ki, ondan soruşular və onun cavab verməyə bir elmi olmaz.Elmsiz bir yaşlı olmağın eybi böyükdür…"


📚Sunən əl-Dərami

📮
t.me/oxucal

oxuveucal

08 Nov, 13:17


Cümənin icabət saatı içərisindəyik. Ehtiyaclarının ən kiçiyinə qədər hər şeyi Rəbbindən istə. Hətta evində çatışmayan duzu belə..
...hətta ayaqqabının qırılmış bağını belə...

oxuveucal

08 Nov, 13:17


İnsanlar var. Dərdlərini götürüb, məxluqlara yönəlirlər. İnsanlar da var, dərdlərini, ehtiyaclarını, üzüntülərini götürüb - Aləmlərin Rəbbinə yönəlirlər.

Birincilər bəzən cavab alır, bəzən almadan əli boş qayıdırlar. Amma hər iki halda ehtiyacları qədərində qarşıdakı yanında alçalırlar.


Amma ikincilərə gəldikdə isə... onlar yer üzündə ən izzətli şəxslərdir. Onlar ehtiyaclarını - yerin və göyün mülkünün tək sahibindən, Allahdan istəyirlər. Onların əlləri əsla boş qayıtmır.

oxuveucal

07 Nov, 09:53


💡Davud bin Əbi Hind (rahiməhullah) buyurur:

"Elə bir bəla yoxdur ki, onunla bərabər rəhmət də nazil olmasın. Beləcə bir qism insanlar rəhmət içərisində, bir qism insanlar isə bəla içərisində olarlar."

📮 (əl-Uqubət, səh. 61)

telegram.me/oxucal

oxuveucal

03 Nov, 17:38


- MÜTLƏQ OXUYUN-

İnsanlardan gələn əziyyətə səbr etməyə yardım edən səbəblər – 2`ci hissə

🍂İnsan həyatı boyunca müxtəlif xasiyyətli insanlarla rastlaşa bilər. Hər birindən ona üz verən xoşagəlməyən rəftarlara isə səbr etmək dostluqların və münasibətlərin qorunması üçün mühüm səbəblərdəndir.

☁️ Keçiddən keçərək məqaləni oxuya bilərsiniz -
http://senxatirlat.com/insanlardan-gelen-eziyyete-sebr-etmeye-yardim-eden-sebebler-2ci-hisse/

oxuveucal

01 Nov, 15:50


KİM ÇƏTİNƏ DÜŞƏNİN İŞİNİ ASANLAŞDIRARSA...

Əbu Hureyra (radıyəllahu ənhu) rəvayət etmişdir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur:

“Kim bir müsəlmanın üzərindən dünya kədərlərindən birini götürərsə, Allah da onun üzərindən Qiyamət gününün kədərlərindən birini götürər. Kim çətinə düşənin işini asanlaşdırarsa, Allah da onun dünya və axirət işini asanlaşdırar. Kim müsəlmanı örtərsə, Allah da onu dünya və axirətdə örtər. İnsan qardaşının köməyində dayanana qədər, Allah da onun köməyində dayanar. Kim elm almaq üçün yola çıxarsa, Allah onun Cənnətə yolunu asanlaşdırar. Allahın evlərindən birinə toplaşıb Onun Kitabını oxuyan və bir-birinə öyrədən camaatın üzərinə sükunət nazil olar. Onları mərhəmət bürüyər və mələklər dövrəyə alar. Allah onları Öz dərgahındakılara xatırladar. Kimin əməli onu gecikdirərsə, nəsli onu tələsdirməz."

(Muslim)

🪻
telegram.me/oxucal

oxuveucal

01 Nov, 15:44


Allah hər birinizin malına bərəkət versin!!

oxuveucal

01 Nov, 11:33


❤️‍🩹Sələflərdən biri belə dua edərdi:

"Ey Rəbbim! Axı mən necə sevinə bilərəm, üzüm necə gülə bilər ki, Sənə asi olmuşam.
Necə Səni çağırım,Sənə dua edim ki,mən xətakar,günahkaram.
Necə də sevinməyin, üzüm gülməsin? Axı mən Səni tanımışam.
Və necə də Sənə dua etməyim?
Axı Sən Kərimsən".


Cümənin son saatları icabət (Duanın qəbul olan vaxtı)vaxtıdır. ✨️

📮
t.me/oxucal

oxuveucal

01 Nov, 07:59



oxuveucal

30 Oct, 11:22


Gizli olaraq verilən sədəqə Allahın qəzəbini söndürür..🍃

oxuveucal

29 Oct, 09:45



oxuveucal

27 Oct, 02:43


🫧

oxuveucal

26 Oct, 13:17




Həqiqətən, Allah göyləri və yeri tərpənməsinlər deyə, tutub saxlayır. Əgər tərpənsələr, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Həqiqətən də, O, Həlimdir, Bağışlayandır.

Fatir : 41

oxuveucal

26 Oct, 08:37


“Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər...”

الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ

oxuveucal

25 Oct, 13:41


Quran və Sünnədən seçilmiş dualar ⭐️

oxuveucal

24 Oct, 18:51


🍂

oxuveucal

22 Oct, 02:30


Allahı həqiqi mənada zikr edən kimdir?

🍂 İbn Cəuzi (rahiməhullah) demişdir:

"O kəs ki, "subhanAllah" və "əlhəmdulilləh" deyir və sonra bilə-bilə günah etməyə davam edir Allahı həqiqi mənada zikr etmiş sayılmır. Allahı həqiqi mənada zikr edən o kəsdir ki, günah etmək istədikdə, hər şeyi Bilən Rəbbinin hüzuruna çıxacağını xatırlayar və həmin günahı etməkdən çəkinər".

📚 «Təzkira», 86

📮 t.me/oxucal

oxuveucal

21 Oct, 11:01


☁️🫧

oxuveucal

20 Oct, 12:41


İbn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, Allah Elçisi (sallallahu aleyhi və səlləm) belə buyurdu:

"İki nemət vardır ki, insanların çoxu onları layiqincə dəyərləndirmir: Sağlamlıq və boş vaxt".

📚 [Buxari 6412; Tirmizi 2304]


📮 t.me/oxucal

oxuveucal

18 Oct, 06:31


🌴İbn Qeyyim (rahiməhullah ) demişdir:
Peyğəmbərə (salləllahu aleyhi və səlləm) salavat demək:

▫️duaya cavab verilməsinə
▫️qulun günahlarının bağışlanmasına
▫️onu qayğılandıran şeylərdən Allahın onu qurtarmasına
▫️və Qiyamət günü peyğəmbərə  (sallallahu aleyhi və səlləm) yaxın olmağa səbəbdir.

📚 “Cələul-əfhəm” 1/445

📍Bu gün Cümə: salavatı, zikr və duaları çoxaldın, Kəhf surəsini oxuyun, sədəqə və edə biləcəyiniz bütün saleh əməllərə həris olun, yaxşılıq edin.

📮
t.me/oxucal

oxuveucal

17 Oct, 06:33


🌿Quran - qəlblərin baharı.

Şeyxlərdən biri belə demişdir:

Sənin gündəlik həyatında Quran üçün bir vaxt ayırmağın, sənin Qurana qarşı məhəbbətinin göstəricilərindəndir.

  Yox, əgər kimsə vaxt tapa bilmədiyini iddia edər, yaxud gün ərzindəki əlaqələrinin və qayğılarının çox olduğunu "bəhanə" edərsə, o sadəcə şeytana məğlub olmuş bir məhrumdur.

🔺Yeməyinə, işlərinə, yatmağına vaxt varmı ?!
🔺 Necə olur ki, sənin həyatında Qurandan başqa hər bir şeyə vaxt olur ?!

❗️  QOY QURAN SƏNİN GÜNDƏLİYİNDƏ BÜTÜN ÖNCƏLİKLƏRİN ƏVVƏLİ, BAŞI
OLSUN !


📮 t.me/oxucal

oxuveucal

16 Oct, 02:05


🌴 İlk müəllimi sən ol

Şeyx Süleyman ər-Ruheyli (hafizahullah) :

Övladına yaxşılığı(xeyir əməlləri) aşılayan ilk insan olmağı ehmal etmə, çünki o, yaşadığı müddətdə sən də savab qazanacaqsan.Bu səbəbdən dolayı həmişə tövsiyə edirəm ki,Quran kursu müəllimindən öncə sən övladına Fatihə surəsini əzbərlət.Bunu özünə hədəf seç.Hər dəfə namaz qılanda,hər dəfə bu surəni oxuyanda  savab qazanacaqsan.Bu böyük mükafatı başqasına verməkdənsə ,özün  Fatihə surəsini ona kiçik yaşlarından öyrətməyə və əzbərlətməyə həris ol ki,bu böyük əcrdən məhrum olmayasan.


🎙Şeyxin dərsindən alıntı

📮 t.me/oxucal

oxuveucal

15 Oct, 17:38


Qəlbin meyl edəcəksə, istəyəcəksə, arzulayacaqsa qoy Allahın dərgahında olan nemətləri arzulasın...

oxuveucal

14 Oct, 09:03


🌴Bərəkət istəyirsən?

Şeyx Süleyman ər-Ruheyli (hafizahullah) :

Vallahi ömrümdə bərəkəti ən çox iki şeylə tapdım:Quranı çoxlu oxumaqda və ana-ataya yaxşılıq(hörmət) etməkdə.Kim hər gün Quran oxuma məsələsinə ciddi yanaşarsa və ana- atasına yaxşılıq edərsə,Allah ona bərəkət qapıları açar və ruzi verər.Bu gün bir çoxumuz vaxtdakı bərəkətsizlikdən şikayət edərək:"Heç bir şeyi çatdıra bilmirəm" deyirik.Əgər həqiqətən də çarə istəyirsənsə, hər gün Quran oxu və valideynlərinə qarşı hörmət məsələsində həris ol.


🎙Şeyxin dərsindən alıntı

📮 t.me/oxucal

oxuveucal

12 Oct, 16:03


İmam İbn Bəz rahiməhullah belə demişdir:

"Kim Allahla sadiq olar və Ona ixlaslı olarsa, Allah onu müvəffəq edər, ona kömək edər, onun çalışmağına bərəkət verər, onun vasitəsilə ümməti hidayət edər və onun ixlas və sadiqliyinə görə aləmlərdə (gələcək nəsillər həmişə yada salsın deyə) ona yaxşı ad qismət edər."

📮 Məcmul Fətava, 24/27

©🌱 telegram.me/oxucal

oxuveucal

12 Oct, 02:25


🍂Şeyxulislam ibn Teymiyyə (rahiməhullah) demişdir:

"Əgər insan günaha düşərsə, bu, Uca Allaha ibadətdə qüsur etdiyinə görədir."


📚(Cəəmiul-Məsəil, 9 /173)

📮t.me/oxucal

oxuveucal

11 Oct, 12:18


Cümə günü salavatı çoxaldaq.🍂🍁

https://t.me/hadistvislam

oxuveucal

11 Oct, 12:18


"Xəsis o kəsdir ki, yanında xatırladığım zaman mənə salavat gətirmir!"


(ət-Tirmizi, 5/551)

oxuveucal

10 Oct, 02:33


🌿Malik bin Dinar (rahiməhullah) demişdir:

« اَللَّهُمَّ أَنْتَ أَصْلَحْتَ الصَّالِحِينَ، فَأَصْلِحْنَا حَتَّى نَكُونَ صَالِحِينَ »

"Allahım, salehləri Sən islah etdin,bizi də islah et ki, biz də salehlərdən olaq."

📚"ət-Tövbə" İbn Əbid-Dunyə ,səh 75


💌 t.me/oxucal

oxuveucal

09 Oct, 13:50


SƏN ALLAHA QULLUQ ET..

🐚 İbnul Qayyim (rahiməhullah) buyurur:

"Kim ki, Allah üçün (ediləcək bir əməldə olan) əziyyətdən boyun qaçırarsa, mütləq insanlara xidmət etməkdə olan əziyyətlə imtahan olunar (yəni Allaha qulluq etməkdən boyun qaçırarsa, insanlara xidmət etməklə imtahan olunar -tərc)!"

📚("Mədəricus Səlikin", 1/184)

©☁️ telegram.me/oxucal

oxuveucal

08 Oct, 05:55


🍂İbnul-Qayyim (rahiməhullah) demişdir:

“İnsanların ən böyük xəyanəti, Allahdan başqasına bağlanmalarıdır.”

📚Mədəricus-Səlikin 1/458

🔖 t.me/oxucal

oxuveucal

02 Oct, 09:33


🎐Hətim (rahiməhullah) belə demişdir:

"İnsanlara nəzər saldım və gördüm ki, hər bir kəsin bir sevdiyi vardır. Amma o kəs (dəfn ediləcəyi) qəbrə çatdığı zaman isə sevdiyindən ayrılır. Ona görə də mən sevdiyim olaraq öz savablarımı seçdim ki, onlar qəbirdə də mənimlə bərabər olsunlar. "

("Muxtəsar Minhəc əl-Qaasıdin", 28)

🪷© telegram.me/oxucal