꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊 @insrah Channel on Telegram

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

@insrah


🌹ﺑِﺴْــــــــــــــــــﻢِ ﺍﷲِﺍﻟﺮَّﺣْﻤَﻦِ ﺍﺍﺭَّﺣِﻴﻢ🌹

༺༻❀༺༻༺༻❀༺༻
İnşirah sürəsində Rəbbimiz buyurur ki:
Təkcə Rəbbinə yönəl, digərləri can sıxıntısı. İşlərini tam təslimiyyət və təvəkkül ilə Allaha burax. Burax ki, könlünə inşirah fərahlığı gəlsin

İnşirah (Azerbaijani)

İnşirah telegram kanalı, Quran oxumaq istəyən və mənəvi dəstək axtaran insanlar üçün mükəmməl bir məkandır. Kanalın məqsədi İslam mədəniyyətinin və Qurani-Kərimin önəmini və qiymətini təbliğ etməkdir. Kanalda Qurani ayələri, məsləhətlər və mədəni məqalələr paylaşılır. İnşirah sürəsi ərəb əlifbası ilə yazılır və türk dilində Qurani ayələri tərcümə olunur. Kanalın əsas məqsədi insanların mənəviyyatını gücləndirməkdir. İnşirah sürəsində Rəbbimiz buyurur ki: 'Təkcə Rəbbinə yönəl, digərləri can sıxıntısı. İşlərini tam təslimiyyət və təvəkkül ilə Allaha burax. Burax ki, könlünə inşirah fərahlığı gəlsin.' Qurani ayələrinin tərcümələri və məsləhətləri ilə İnşirah kanalı sizin mənəviyyatınızı gücləndirməyə və həyatınıza baxışınızı dəyişdirməyə kömək edir. Qurani-Kərimin dəyərini başa düşmək və ruh sağlamlığınızı qorumaq üçün İnşirah kanalına qoşulun!

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

13 Feb, 18:24


🌹İmam Zaman (ə.f) ağanın 🌹 mövludu münasibətilə bütün intizar əhlini təbrik edirik!

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

09 Feb, 19:43


Cəmiyyətdə riyanın ən böyük təsviri budur ki, kasıblara köhnə paltar, dünəndən qalmış yemək verirsən. Yaxud hədiyyə alanda ən ucuz bir şey alırsan, amma varlılara gəlincə isə heç o varlının ehtiyacı olmayan bahalı şeyləri alıb aparırsan...

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

09 Feb, 19:41


5 həyat qaydaları..

• Dua etmədən əvvəl inan.
• danışmadan əvvəl dinlə.
• xərcləmədən əvvəl qazan.
• Vaz keçmədən əvvəl yenidən yoxla
• Ölmədən əvvəl yaşa...

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

07 Feb, 16:58


İnsanlara sizinlə necə davranacaqlarını öyrədən sizsiniz.

Əgər birinin yanında özünüzü daim tənqid edirsinizsə
(məsələn: “Çox kökəlmişəm”, “İnsanlar mənə həmişə pis davranır”, “Ailəm də mənə həmişə belə mənfi yanaşıb” və s.),

qarşınızdakı insan da sizi tənqid etmək haqqını özündə görəcək.

Çünki bu imkanı ona siz vermisiniz.

Bir insan sərhəd görmürsə, hər sahəyə daxil olmaq istəyəcək.

Özünüz haqqında pis danışmayın, danışdırmayın və hər kəsə hər şeyinizi anlatmayın.

Axı demişdik, yaxınlarınız sizi daha yaxşı tanıyır və vuracaqları yeri sizin sayənizdə bilirlər.

Düşmənin kinini hər kəs tanıyır, amma dostun paxıllığını anlamaq üstün bir bacarıq tələb edir.

Hər kəsi özünüz kimi zənn etmədiyiniz bir həyat yaşamağınızı diləyirəm.

✏️

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

07 Feb, 16:58


İmam Rza ع buyurur :

Allah-Təala qadına hicabı vacib etdi ki, onun ismətini və paklığını qoruyub, naməhrəmlərin baxışlarından uzaq saxlasın.

Uyunu Əxbar ər-Rza ع, Cild 2, səh 109.

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

05 Feb, 05:25


“İmam Hüseynin qəbrinin torpağına səcdə etmək yerin yeddi qatını nurlandırır və kimin bu türbətdən təsbehi olsa, zikr etməsə belə, zikr edənlərdən hesab edilər.”

Şeyx Səduq, Mən la yahzuruhul fəqih, cild 1, səh 288

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

03 Feb, 04:02


Onu hər kəs tanıyır babi şəfadır

Dəri hacəti özü kani səxadir

Mərizin varsa apar qapısına bağla

Adı Əbbas özüdə dərdə dəvadır...

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

03 Feb, 04:02


Ey Huseynin Səqqası,
Ey Kərbəla ələmdarı dünyaya xoş gəldin.
Bayramınız mübarək olsun🌹

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

01 Feb, 16:54


Mövludunuz mübarək əziz izləyicilər

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

01 Feb, 16:53


Elə zən eyləmə ki getdi Hüseynin (ə)🌹 dövrü.

And olsun xaliqə hər dövürdə sultandı Hüseyn (ə).🌹

"O ki bir adi ərəbdir” - deyənə vay olsun.

Ürəyi daş nə bilə höccəti Sübhandı Hüseyn (ə)🌹

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

29 Jan, 03:10


Daima xatırla:


Allah səni tərk etməyəcək...

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

29 Jan, 03:10


Allah pak və müqəddəsdir
- əl-İsra/1

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

27 Jan, 15:02


🌹Salam olsun Məbəsə,🌹

Salam olsun Oyanış və hidayət bayramına.

Salam olsun Nicat və azadlıq bayramına.

Salam olsun rəhmət və mehribanlıq Elçisinə.

Salam olsun aləmlərin rəhmətinə, mehribanlıq Peyğəmbərinə.

Salam olsun yer üzünü qarış-qarış, adı ilə bərəkətləndirən Muhəmməd Mustəfaya(s).

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

27 Jan, 10:24


🌹Məbəs bayramı gecəsinin əməlləri:🌹

27-di Rəcəb Məbəs bayramı ən böyük bayramlardan biridir.Həzrəti Muhəmmədin (s) peyğəmbərliyinin insanlara bildirməsinin, Allah-Təala tərəfindən elan edilən günüdür.(yəni Peyğəmbərlik məqamına təyin olan gündür):

Mə'bəs bayramı gecəsinin əməlləri:👇🏻

Mübarək Rəcəb ayının 26-dan 27-nə(2025 == Yanvarın 27-dən 28-nə ) keçən gecə Mə'bəs bayramı gecəsidir.

Qüsl

Şeyx Tusi Misbah kitabında nəql edir ki, İmam Cavad (ə) buyurublar:
Rəcəb ayında elə bir gecə vardır ki, günəşin şəfəq saçdığı bütün hər bir şeydən üstündür.Və o Rəcəb ayının 27-ci gecəsidir ki, o gecənin sübh vaxtında Həzrət Peyğəmbər(s) Risalətə təyin edildi.Həqiqətən bu gecəni ibadətlə məşğul olan Şiələrimizə Allah təala 60 ilin savabını verər!
İmam Cavaddan (ə) sual olundu: O, gecəni hansı əməli etmək lazımdır?
İmam Cavad (ə) buyurdular:
Xiftən-İşa namazını qılıb yatdıqdan sonra gecənin yarısı olmamışdan qabaq istənilən vaxtında yuxudan durub 12 rükət (hər iki rəkətdən bir salamları vermək lazımdır:yəni 6-ı dəfə 2-i rükət) namaz qılırsan. Hər rükətdə "Həmd"lə asan olan surələrdən biri oxunulur. Təşəhhüdlə salamları hər iki rükətdən verdikdən sonra "Həmd", "İxlas", "Fələq", "Nas", "Kafirun", "Qədr", "Ayətəl-kürsi"ni yeddi dəfə, oxuduqdan sonra ardınca bu dua oxunulur:

اَلْحَمْدُ للهِِ الَّذى لَمْ یَتَّخِذْ وَلَداً، وَ لَمْ یَکُنْ لَهُ شَریکٌ فى الْمُلْکِ، وَ لَمْ یَکُنْ لَهُ وَلِىٌّ مِنَ الذُّلِّ، وَکَبِّرْهُ تَکْبیراً، یا عُدَّتى فى مُدَّتى، یا صاحِبى فى شِدَّتى، یا وَلیّى فى نِعْمَتى،یا غِیاثى فى رَغْبَتى،یا نَجاحى فى حاجَتى،
یاحافِظى فى غَیْبَتى،یاکافِىَّ (کافِىَ) فى وَحْدَتى،یااُنْسى فى وَحْشَتى،اَنْتَ السّاتِرُ عَوْرَتى فَلَکَ الْحَمْدُ، وَ اَنْتَ الْمُقیلُ عَثْرَتى فَلَکَ الْحَمْدُ،وَاَنْتَ الْمُنْعِشُ صَرْعَتى فَلَکَ الْحَمْدُ،صَلِّ عَلى مُحَمَّد وَآلِ مُحَمَّد،وَاسْتُرْ عَوْرَتى، وَ آمِنْ رَوْعَتى، وَ اَقِلْنى عَثْرَتى، وَ اصْفَحْ عَنْ جُرْمى، وَتَجاوَزْ عَنْ سَیِّئاتى فى اَصْحابِ الْجَنَّةِ، وَعْدَ الصِّدْقِ الَّذى کانُوا یُوعَدُونَ.

"Əlhəmdu lillahilləzi ləm yəttəxiz vələda və ləm yəkun ləhu ؛ərikun fil mulk, və ləm yəkun ləhu vəliyyun minəz zull, və kəbbirhu təkbira,ya uddəti fi muddəti ya sahibi fi ‏iddəti, ya vəliyyi fi ni'məti ya ğiyasi fi rəğbəti,ya nəcahi fi hacəti ya hafizi fi ğəybəti, ya kafiyə fi vəhdəti, ya unsi fi vəh‏əti,əntəs satiru əvrəti, fələkəl həmdu və əntəl muqilu əsrəti, fələkəl həmdu və əntəl mun'i‏u sər'əti, fələkəl həmdu, səlli əla Muhəmmədin və ali Muhəmməd, vəstur əvrəti və amin rəv'əti, və əqilni əsrəti, vəsfəh ən curmi və təcavəz
ən səyyiati fi əshabil cənnəh, və'dəs sidqilləzi kanu yuədun."

🤲Bu duanı oxuduqdan sonra öz hacətlərinizi Allah təaladan istəyin.

📚Mə'bəs gecəsinin və gününün əməlləri barədə daha geniş şəkildə Şeyx Abbas Qumminin “Məfatihul-Cinan” kitabından məlumat əldə edə bilərsiz.

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

27 Jan, 10:20


Dayanmadan qaranlığı lənətliyirik, bəlkə qalxıb kiçik bir *şam yandıraq?!

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

25 Jan, 14:11


İmam Kazim (ə) buyurub:

Hər gün öz nəfsinin hesabatını aparmayan kəs, bizdən deyil. Yaxşı iş görmüşsə Allahdan onun artmasını istəyər, əgər pis iş görübsə Allahdan bağışlanmasını istəyər və Onun dərgahına tövbə edər.

əl-Kafi, cild 2, səh 453, hədis 2.

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

25 Jan, 14:11


"Namaz halında bəndəlikdən elə ləzzət alıram ki, dünyanın bütün çətinlikləri, fəqirlik və müşküllər da daxil olmaqla tamamilə yaddan çıxır."

Əllamə Qazi Təbatəbai (r)

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

23 Jan, 13:49


Üzülməyin!
Nə deyir canın sahibi...

"Bəzinizi Bəzinizlə imtahan edəcəyik..."

Ənam surəsi. Ayə 53

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

23 Jan, 13:47


Diqqət olunası məsələlərdən biri də möminlərin kimlərlə oturub - durmasıdır. Lakin təəssüf ki, bəzən bizlər buna diqqət etmirik. Mühit önəmli amillərdəndir. Sönmüş kömürü yanan kömürün yanına qoyanda o da yanar. Çünki bir yerdə olmağın təsiri var. Bizlər də o sönülü kömür kimiyik, əgər nurani, alim, zahid şəxslərin yanında əyləşsək bizə də o nurdan keçər. Deməli elə adamlarla yoldaşlıq eləməliyik ki, bizə müsbət enerji versin mənfi deyil....

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

20 Jan, 16:19


Əgər Şükür etsəniz, sizə olan nemətimi artıraram.

📚 İbrahim surəsi, ayə 7

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

20 Jan, 16:17


İnsanların sənə sevgi baxımından ən şiddətli olanı, sənə namazı tövsiyə edən kimsədir...

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

20 Jan, 09:15


🇦🇿🥀 20 Yanvar - tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir!

🏴20 Yanvar🏴
Qanlı Tarix🏴🥀

Unutmadıq,unutmarıq,unutdurmarıq!

Torpaq su ilə qarışanda, palçıq olur.
Qan ilə qarışanda vətən!

🏴Cəmi Azərbaycan Xalqımıza dərin hüznlə başsalığı veririk🏴

Allah Bütün Şəhidlərimizə Rəhmət Eləsin!

#20yanvar 🏴🥀

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

20 Jan, 09:15


20 YANVAR- Ümumxalq
hüzn Günü
Azadlığımız və müstəqilliyimiz uğrunda canlarını qurban verən Şəhidlərimizi böyük qürur, hüzün və ehtiramla anırıq!

Allah şəhidlərimizə rəhmət etsin.🥀

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

16 Jan, 11:17


꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊 pinned «İLAHİYYAYÇI ZAMAN ZAMANOVUN RƏSMİ SƏHİFƏSİDİR SƏHİFƏ YENİDİR TAKİB EDİB PAYLAŞARAQ BİZƏ DƏSTƏK OLA BİLƏRSİZ https://www.instagram.com/zaman_zamanov90/»

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

16 Jan, 11:17


İLAHİYYAYÇI ZAMAN ZAMANOVUN RƏSMİ SƏHİFƏSİDİR SƏHİFƏ YENİDİR TAKİB EDİB PAYLAŞARAQ BİZƏ DƏSTƏK OLA BİLƏRSİZ

https://www.instagram.com/zaman_zamanov90/

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

16 Jan, 11:17


Başqalarından daha yaxşı olmağa çalışmayın, əvvəlcə özünüzdən daha yaxşı olmağa çalışın.Çünki ağıl başqaları ilə məşğul edildikdə kiçilir, özü ilə məşğul edildikdə isə böyüyür

https://t.me/insrah
꧁෴🍃ᢁ·ꕊ꧁🌺꧂ꕊ·ᢁ🍃෴꧂

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

12 Jan, 16:58


İmam Cavad (ə) buyurub :

İnsanı 3 şey Allahın razılığı (rizvan) məqamına çatdırar:

1️⃣Çox İstiğfar etmək (bağışlanmaq diləmək);
2️⃣Təvazökarlıq;
3️⃣Çox sədəqə vermək.

📚Kəşfül-Ğümmə, c.2, s.349.

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

12 Jan, 16:57


Hamıya eyni gözlə bax ki, böyüyü böyük, kiçiyi kiçik görəsən...



Axşamınız xeyirli olsun🌹

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

31 Dec, 18:12


İlin sonu üçün edilən hazırlıq,
yolun sonu üçün edilmirsə,
bu bir aldanışdır...

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

29 Dec, 09:36


İmam Sadiq (ə) buyurub:

Çox yatmaq dini və dünyanı aradan aparır.

📚Kafi. Cild-5. Səh-84

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

29 Dec, 09:35


İmam Əli (ə) buyurub:

Özünü bəyənməklikdən daha qorxulu tənhalıq yoxdur.

📚Nəhcul-bəlağəh.

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

27 Dec, 17:33


Həzrət İsa peyğəmbər (ələyhis-səlam) üzünü ardıcıllarına tərəf tutdu və dedi:

Zibilliydə yatmaq və arpa çörəyi yemək daha layiqli olardı, əgər insanın dini salamat qalsa.

📚Dastanhaye Biharul-ənvar.

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

27 Dec, 17:32


🌹 Həzrət Peyğəmbər (s) buyurub 🌹

Rəcəb əzəmətli aydır. Allah bu ayda əməllərin əcrini qat-qat artıq verər. Və bu ayda günahları silər (bağışlayar). Rəcəb ayında bir gün oruc tutan kəsdən cəhhənnəm odu bir il uzaqlaşar. Üç gün oruc tutan kəsə isə cənnət vacib olar.

Şeyx Saduq,
Musənnifat, səh/389.

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

27 Dec, 17:31


Əgər hər hansi bir günaha düşsəz, hətta günaha aludə olsaz belə namazdan əl götürməyin! Allahla öz aranizda olan bu ipi (namazi) kəsməyin, Nəhayət namaz özü sizi islah edəcək!

✍🏻Ayətullah Ziya Abadi (r).

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

27 Dec, 17:30


Əllamə Həsənzadə Amulidən soruşdular:

Rəcəb ayı üçün bizə nə tapşırıq verirsiniz?
Əllamə çox təkidlə buyurdu:

"Rəcəb ayında özünüzü vərəqləyin!"



Mübarək Rəcəb ayının daxili olmasına 4 gün qaldı.

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

27 Dec, 17:28


"İman və əməl " "İynə və sap"a bənzər Sapsız İynə ilə tikiş tikmək olmaz!
Əməlsizdə İman ilə bir iş görmək olmaz!

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

25 Dec, 20:15


🏴 Təyyarə qəzasında dünyasını dəyişənlərə Allahdan rəhmət, yaxınlarına səbir diləyir, yaralıların tezliklə öz sağlıqlarına qovuşmasını arzu edirik. Axır qəmimiz olsun!❤️‍🩹

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

25 Dec, 20:15


"İman və əməl " "İynə və sap"a bənzər Sapsız İynə ilə tikiş tikmək olmaz!
Əməlsizdə İman ilə bir iş görmək olmaz!

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

24 Dec, 12:35


🌹 Həzrət Peyğəmbər (s) buyurur :🌹

سائِلوا العُلَماءَ ، و خاطِبوا الحُكَماءَ ، و جالِسوا الفُقَراءَ

Alimlərdən soruşun, hikmət sahibi insanlarla söhbət edin və kasıblarla oturun.

📚 Tuhəful-uqul, səh 41

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

24 Dec, 12:34


🌹 Əmirəl-möminin İmam Əli (ə) buyurur :🌹

بِتَركِ ما لا يَعنيكَ يَتِمُّ لَكَ العَقلُ

Bihudə və faydası olmayan işləri kənara qoymaqla, ağılın kamil olar.

📚 Ğurərul-hikəm, hədis 4291

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

24 Dec, 12:27


Quranda Hicabın əmr olunduğu yerdə,


"Ürəkdən gəlməlidir" deyə bir ayə yazılmayıb...!

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

24 Dec, 12:22


Üstündə Quran olması vacib deyil, əxlaqında ayə olması vacibdir...

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

22 Dec, 06:32




Həzrət Fatimə (s.ə):

خِيَارُكُمْ أَلْيَنُكُمْ مَنَاكِبَ وَ أَكْرَمُهُمْ لِنِسَائِهِمْ

"Sizin ən yaxşılarınız, davranışca ən mülayim olanınız və xanımlarına ən çox hörmət edəninizdir".


Tuhəful-uqul",səh.212

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

22 Dec, 06:22


Bayramınız mübarək Dəyərli Xanımlar.

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

22 Dec, 06:21


Xanım Zəhranın (s.ə) mövludu münasibətilə hər birinizi təbrik edirəm əziz xanımlar.

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

20 Nov, 16:57


Hər kəs bu dünyadan sonra öz süfrəsinin qonağıdır.


Süfrənizə nə qoyduğunuz diqqət edin.

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

20 Nov, 16:54


Əllahummə inni əs'əlukə bihəqqi Fatimətə və əbihə və bəlihə və bənihə vəssirril mustəvdəi fihə ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd və ən təf'ələ bimə əntə əhləh, və lə təf'əl bimə ənə əhləh.

İlahi, Səni and verirəm Fatimənin(s.ə), onun Atasının(s.ə.s), həyat yoldaşının(ə.s) və oğullarının(ə.s) və O həzrətdə gizlədilmiş sirrin (bəzi mənbələrə əsasən, İmam Zaman ağa(ə.f) nəzərdə tutulur) haqqına, Muhəmməd və ali-Muhəmmədə salam göndər, mənimlə Sənin Özünə layiq olan şəkildə rəftar et, mənim layiq olduğum kimi yox.

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

05 Nov, 08:52


"Başın, gözün ağrımasın."
Köhnələrin dediyi kimi :
"Təki canı sağ olsun da, yel əssin , qoxusu gəlsin ." 🥀

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

05 Nov, 08:52


"İnsân özünü yıxıla, yıxıla inşâ edər ..."

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

26 Oct, 15:52


Günah yəni;

Fatimənin Məhdisinin gözündən düşmək...

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

26 Oct, 15:50


_Allah ilə arandakı sevgi qapısı bir dəfə açılmış olsa, başqa bir sevgi axtarmayacaqsan._
_Nə xoş bir təsəlli, nə gözəl bir dəvət;_
_*Dünya həyatı sizi yorur mu? O halda Allah'a danışın...*_

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

26 Oct, 15:48


Anasını ya da, atasını itirmiş bir uşaq, neçə yaşında olarsa olsun sizdan böyükdür...

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

26 Oct, 15:47


Sabah eyni günahı edəcək belə olsan, bu günkü günahın üçün tövbə et.. Bəlkə əcəl qapını çalar, ən azından əməl dəftərində bir tövbən olsun...

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

18 Oct, 16:35


Zənginin israfı kasıbın ehtiyacı qədərdır...

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

18 Oct, 16:33


ان اللّه جميل يحب‏ الجمال‏.

Allah gözəldir və gözəlliyi sevər.

يعنى أنه تعالى جميل الفعال يحب منكم التجمل و التزين و اظهار نعمه.

Bu o deməkdir ki, Allah-təalanın işləri [yaradılışı] gözəldir. Sizində gözəl iş görmənizi, zinətdən istifadə etməyinizi və sizə olunan nemətlərini aşkar etməyinizi sevir.

Şərhul-üsul kafi Molla Saleh əl-Mazandarani, cild 10, səh: 311.

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

11 Oct, 12:22


Gözdən düşmüş insanları ürək görməyə meyl etməz...

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

09 Oct, 16:58


Sənin ışığını söndürüb qaranlığından şikayət edəcəklər..

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

07 Oct, 12:30


يُرْسِلِ السَّمَاءَ عَلَيْكُمْ مِدْرَارًا
(Allahdan bağışlanmağınızı diləyin
ki,) O, göydən sizə bol-bol yağış göndərsin

(Nuh: 11)

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

07 Oct, 12:29


Ağ olmaq gözəllik deyil,
Qara olmaq çirkinlik deyil.

Çünki kəfən ağ və qorxuludur.
Kəbə qara və gözəldir.

İnsan zahiri ilə deyil,
Əxlaqı ilə dəyərlidir.

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

02 Oct, 16:51


İnsanların hesaba çəkiləcəkləri gün yaxınlaşdı. Amma onlar hələ də qəflət içində üz çevirirlər.

əl-Ənbiya 1

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

30 Sep, 16:58


Zaman
Bir yaranı əlbət sağalda bilər.

Amma hekayəsi daima izində gizli qalar...

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

26 Sep, 21:04


Sənin ışığını söndürüb qaranlığından şikayət edəcəklər..

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

26 Sep, 17:05


Nə gözəl demiş Həzrəti Əli

Bir insanı yaxşı tanımamış gözündə böyütmə.

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

26 Sep, 17:04


Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı (siz insanlar üçün) yaradan Odur.O, yenilməz qüdrət sahibi və bağışlayandır.

📖 "Mülk" surəsi,ayə2.

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

26 Sep, 17:03


İmam Səccad (ə) buyurub :

Allah-Təala qadını əri üçün aramlıq səbəbi qərar vermişdir və bu həqiqətdə böyük ilahi bir nemətdir.

(Məkarimul-əxlaq, səh 420.)

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

26 Sep, 17:02


Həyat yoldaşınız həyatınızdır.

Elmli birinə rast gəlsəniz elminiz, əxlaqlı birinə rast gəlsəniz əxlaqınız, Allah qorxusu və itaəti ilə dolu birinə rast gəlsəniz imanınız artar;
Bərabər yeridiyiniz insanlarla həmhal olar sonra bir halda ölərsiniz...

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

14 Sep, 18:24


Birinin səni sevməsi üçün qəlbinin sənə bənzəməsi lazım. Çünki hər qəlb öz oxşarına meyl edər.

İmam Əli (ə)

꧂İ𝓝Şİ𝓡𝓐𝓗 🕊

14 Sep, 14:10


İmam Sadiq (əleyhissəlam) buyurur:

Hər kim uşağına bəddua etsə, Allah onu yoxsulluğa mübtəla edər”.

📚İddətud-dai”, c.1, səh.89