Böyüklərdən Kəlamlar @kelamlardan Channel on Telegram

Böyüklərdən Kəlamlar

@kelamlardan


Bu kanalda hədis, ayə və böyük alimlərin kəlamları paylaşılacaq.

Böyüklərdən Kəlamlar (Azerbaijani)

Böyüklərdən Kəlamlar adlı Telegram kanalına xoş gəlmisiniz! Bu kanalda hədis, ayə və böyük alimlərin kəlamları paylaşılır. Əgər İslam dini ilə maraqlanırsınız və peygamberimiz Hz. Muhamməd (s.a.v.)'in sözlərini öyrənmək istəyirsinizsə, bu kanal sizin üçün ideal seçimdir. Hədislər və ayələrin təfsirləri ilə bərabər, müsəlman əlimlərinin möhtəşəm sözləri də sizinlə bölüşüləcək. Bu kəlamlar sizə həm dini məsələlərdə yön göstərəcək, həm də ruhunuzu təmizləyəcək. Böyüklərdən Kəlamlar kanalı, dini məzmunlu paylaşımların yanı sıra, İslam alimlərinin birləşdirici və güclü sözləri ilə sizin ruh dünyanızı zənginləşdirəcək bir platformdur. Xüsusilə dini məsələlərə marağı olan insanlar üçün bu kanal tam anlamıyla bir həvəskarlıq qaynağı olacaq. Siz də Böyüklərdən Kəlamlar kanalına qoşularaq, dini məsələlər və əlimlərin sözləri ilə birləşmiş möhtəşəm bir dünyaya daxil olmaq istəyirsinizsə, çox gözləyirik!

Böyüklərdən Kəlamlar

22 Feb, 09:52


Ayətullah Behcət buyurur :
"Allaha və Onun Höccəti olan İmam Zaman (ə.c)-a sevgi göstərməyin ən vacib yollarından biri günahlardan çəkinmək və namazı vaxtında qılmaqdır".

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

22 Feb, 02:26


Əllamə Təbatəbainin (r.ə) şagirdlərindən olan Ayətullah Seyyid Abdullah Cəfəri (r.ə) qoca yaşlarinda belə proqram qoymuşdu, hər həftə bir gün anasının, bir gün də atasının qəbrinə gedərdi.

Qışın soyuq günlərinin birində Ağaya ərz elədim ki, hava çox soyuqdur və mümkündür ki, xəstəliyiniz şiddətlənə. Əgər uyğun görsəniz bu gün qəbristanlığa getməyi təxirə salın.
Ağa buyurdu:
Bunu bilin ki, ata-ananın övladlarından gözləntisi həyatdakına nisbət öldükdən sonra daha çox olur ki, onları görməyə gəlsinlər, ziyarət eləsinlər.
https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

21 Feb, 04:16


Ayətullah Xuşvəqt (r.ə) :

Ən çox təkid olunmuş müstəhəblər iki cürdür.
Biri Allahla əlaqəlidir, digəri isə xalqla.

1) Allahla əlaqəli olan təkid olunmuş müstəhəb gecə namazıdır.
2) Xalqla əlaqəli olan müstəhəb isə ehtiyacı olanlara malından köməklik edəsən.
https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

20 Feb, 10:38


Dostlar, özümüzdən çox muğayat olaq!

Həzrət Peyğəmbər (s) buyurub:

"Axır zamanda dini qorumaq, əldə alov saxlamaq kimidir."

Axırzamanın fitnələrindən, şeytanın hiylələrindən muğayat olaq.

Əgər dinimizin salamat qalmasını istəyiriksə, çalışıb bir neçə şeyə çox ciddi şəkildə əməl etməliyik.

1) Əgər söz verdiksə, nəyin bahasına olsa da mütləq əməl etməliyik. (Möminlərin ən mühüm problemlərindən biri budur)

2) Daim doğru danışmalıyıq. Yalana əsla həyatımızda yol verməməliyik.

3) Namazlarımız və digər ibadətlərimizə çox ciddi yanaşmalı və vaxtı-vaxtında yerinə yetirməliyik.

4) Hər gün ğəriq duasını oxumalıyıq.

Allah hər birimizin aqibətini xeyirli etsin inşaallah.

İltimasi dua.
https://t.me/turalceferi

Böyüklərdən Kəlamlar

20 Feb, 08:48


*Təhqir və məsxərənin sonu*

Hamamda bir zabit uca səslə Ayətullah Şahabadini (r) təhqir edib dedi:
"Kişicik tez ol biraz"
O vaxt hamamda işıq yox idi, hava da qaralmışdı, Ayətullah Şahabadi (r) isə qoca kişi idi, həm də ehtiyatla yeriyirdi ki, hamamın çirkli suyu ona bulaşmasın. Həmin zabit bu halı görən kimi təhqir etməyə başladı.
Ayətullah Şahabadi (r) bu təhqir və tənədən çox narahat oldu, lakin bir söz demədən yoluna davam etdi. Həmin günün səhəri Ayətullah Şahabadi (r) hövzədə tədrislə məşgul idi ki, səs-küylə bir cənazənin gətirildiyini eşitdi. Nə olduğunu soruşduqda ətrafdakılar dedilər:
-Dünən sizi təhqir edən zabitdir. Hamamdan çıxdıqdan sonra dünyasını dəyişdi. Ayətullah Şahabadi (r) çox narahat halda buyurdu:
-Əgər ona nəsə cavab versəydim, ölməyəcəkdi.
Ey insanlar! Cavabınızı verə bilməyən həyat yoldaşınızdan qorxun! Təhqirləriniz müqabilində sükut edən qonşudan, qohumdan, valideyndən qorxun! Məsxərələriniz müqabilində başın aşağı salıb gedən insanlardan qorxun! Allahdan başqa kimsəsi olmayandan qorxun! Allahın qəzəbindən qorxun!
Sizin cavabınızı verən şəxslərin təhlükəsi azdır, amma o şəxslər ki, cavabınızı vermirlər, onlar çox təhlükəlidir. Bir də görərsiniz ki, onların ahı sizi bədbəxt edib.
#Ayətullah_Fateminiya(r)
https://t.me/turalceferi

Böyüklərdən Kəlamlar

20 Feb, 08:48


Şeyx Bəhauddini (r) buyurardı:

Əgər həyatınızda səbəbini bilmədiyiniz çətinliklərlə, düyünlərlə qarşılaşsanız, bu 4 əməli edin:

1) Sədəqə verin

2) Əgər kiminsə haqqı, ahı, lənəti boynunuzdadırsa, halallıq alın.

3) Kisa hədisin oxuyub sonda Həzrəti Zəhraya (s.ə) təvəssül edin.

4) Əgər imkanınız çatırsa, qurban kəsib fəqirlərə paylayın.
https://t.me/turalceferi

Böyüklərdən Kəlamlar

20 Feb, 08:47


Çalışın Allahın qoyduğu düz yolla gedin və bir zərrə də olsa, haqq yoldan çıxmayın, çünki əgər kiçik günahlar etsəniz, sabah da böyük günahlar edəcəksiniz və ondan sonra da küfr gələcək.
📚 Bərgi əz dəftəre aftab
https://t.me/turalceferi

Böyüklərdən Kəlamlar

20 Feb, 08:45


Əllamə Həsənzadə Amuli (r):

“Pis niyyət hərçənd əməl mərhələsinə çatmasa və fiqhi cəhətdən cəzası olmasa da və təzir və hədd ilə nəticələnməsə də belə, ruha və cana təsir qoyur. Pis niyyət insanı qaraldır”.
https://t.me/turalceferi

Böyüklərdən Kəlamlar

20 Feb, 08:36


Əllamə Qazi (r) öz vəsiyyətində buyurub:

Namazı bazara çevirməyin. Əvvəl vaxtda, xüzu və xüşu ilə qılın.

Əgər namazı qorusanız (vaxtında qılsanız) sizə aid hər şey qorunacaq.

Siddiqeyi Kübranın (s.ə) təsbihini və "Ayətul-kursi"-ni namazların təqibatında tərk etməyin. Bunu özünüzə vacib bilin.

Həzrəti Seyyiduş-şühədanın (ə) əzadarlığını, ziyarətini və həftəlik rozəsini tərk etməyin. Hətta 2-3 nəfərlə olsa belə. İşlərinizdə düyünlərin açılmasına səbəb olar.

Ps: "N" qədər insan işlərinin çətinə düşməsindən və ya ümumiyyətlə alınmamasından, evlənə bilməməsindən, ailədə problem olmasından, ruzinin azlığından və s. şikayət edərək, səbəbini sehrdə, caduda axtarırlar. Halbuki əksər problemlərimiz günahlarımıza və bu kimi təkid olunmuş müstəhəbbatı tərk etdiyimizə görə olur. İşlərinizin qaydasına düşməsini istəyirsinizsə, Əllamə Qazinin bu dəsturuna davamlı şəkildə əməl edin, o zaman  İlahi rəhmətin necə sizə tərəf cəlb olduğunu görəcəksiniz.
https://t.me/turalceferi

Böyüklərdən Kəlamlar

17 Feb, 12:17


#hədis

🍀 Peyğəmbərdən (s):🔻

Sədəqəni heç vaxt yaddan çıxarmayın. Çünki onun on xüsusiyyəti var. Bunların beşi dünyaya, beşi isə axirətə aiddir. Dünyaya aid olanlar bunlardır: malı və canı paklaşdırar, xəstələrə şəfa olar, qəlblərə şadlıq bəxş edər, var-dövləti çoxaldar və ruzini artırar. Axirətə aid olan xüsusiyyət isə bunlardır: Qiyamət günü baş üzərinə kölgə salar, haqq-hesabın asan çəkilməsinə səbəb olar, savabları artırar, Sirat körpüsündən asanlıqla keçməyə kömək edər və insanı ali dərəcələrə çatdırar.

📚 Nəsihətlər(ON DÖRD MƏ`SUMUN (Ə) BUYURDUQLARI VƏ MİN BİR HİKMƏTLİ SÖZ),
AYƏTULLAH MEŞKİNİ

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

17 Feb, 08:14


#hədis
🍀 Peyğəmbərdən (s) nəql edilən hədislər

Doqquz şeyin doqquz afəti var:🔻

1⃣ danışığın afəti yalan,
2⃣ elmin afəti unutmaq,
3⃣ helmin afəti ağılsızlıq,
4⃣ ibadətin afəti süstlük,
5⃣ xoş təbiətli olmağın afəti boşboğazlıq,
6⃣ şücaətin afəti zülm,
7⃣ səxavətin afəti minnət,
8⃣ gözəlliyin afəti lovğalıq,
9⃣ əsil-nəcabətin afəti iftixardır.

📚 Nəsihətlər(ON DÖRD MƏ`SUMUN (Ə) BUYURDUQLARI VƏ MİN BİR HİKMƏTLİ SÖZ),
AYƏTULLAH MEŞKİNİ

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

17 Feb, 04:01


#Ayətullah_Behcətdən(r) əxlaqi tövsiyələr

Allahın adı ilə
🔻🔻🔻🔻🔻

Dedim: “Əlif”,

Dedi: Sonra?!

Dedim: Heç,

Evdə kimsə varsa, bir hərf bəs edər.[1]📎
Dəfələrlə demişəm, yenə deyirəm: Allahın Onu yad edənlərlə həmdəm olduğunu bilən şəxsin heç bir moizəyə ehtiyacı yoxdur. Bilir ki, nəyi etməli, nəyi etməməlidir. Bilir ki, bildiklərini yerinə yetirməli, bilmədiklərində ehtiyat etməldir.
Vəs-salamu əleykum və rəhmatullahi və bərəkatuh.

📎 [1] Sədi Şirazinin bu şeiri həzrət Əlinin (ə) “Aqilə işarə də kifayətdir” hədisi ilə məzmunca eynidir.

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

16 Feb, 04:41


#NAMAZ

💠 NAMAZI TƏRK ETMƏK :🔻

Namazı tərk etmək varlığın yaradanı ilə rabitəni kəsməkdir. Bu iş dünya və axirətdə acı aqibətlə sonuclanır. Qiyamətdə behişt əhli cəhənnəm əhlindən soruşar: “Sizi cəhənnəmə nə göndərdi?” Onların verdiyi cavablardan biri budur: “Biz namaz qılanlardan deyildik.” (1⃣)

Başqa bir yerdə namaza səhlənkar yanaşan, e’tinasızlıq göstərən, gah qılıb, gah qılmayan namaz əhlinə deyilir: “Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər.” (2⃣)

Allahın rəsulu (s) buyurur: “Namazı bilərəkdən tərk edən şəxs dindən xaric olur.”(3⃣) “Namazın tərki İslamla küfr arasında sərhəddir.” (4⃣)


📚 MÖHSÜN QƏRAƏTİ, NAMAZIN SİRLƏRİ.
1⃣. Muddəssir” surəsi, ayə 42.
2⃣. Maun” surəsi, ayə 4 və 5.
3⃣. Muhəccətul-bəyza”, 1-ci cild, səh.301.
4⃣. Nəhcül-fəsahə”, 1098-ci cümlə.

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

15 Feb, 11:43


📘 Quran, ətir şüşəsi kimidir, bu şüşənin qapağını açsaq bu ətir özünü göstərəcək, Quran səsi canımıza tanışdır; bizim bir tanış sözümüz var və bu tanış sözü heç bir vaxt başqa sözlə səhv salmarıq.

#Ayətullah_Cəvadi_Amuli

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

15 Feb, 06:37


Allahın adı ilə

NƏ ÜÇÜN İBADƏT?
🔻🔻🔻🔻🔻

İbadət dedikdə Allah qarşısında kiçiklik və təvazökarlığın ən üstün forması anlaşılır. Aləmin yaranışı və peyğəmbərlərin be’sətinin ibadət üçün olması ibadətin əhəmiyyətini lazımınca göstərir. Allah-təala buyurur: “Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım!”

Aləmin, cinlərin və insanların yaranışında məqsəd Allaha ibadətdir.
Bütün peyğəmbərlərin risaləti xalqı Allaha pərəstişə də’vət etmək olub: “Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan çəkinin” –deyə peyğəmbər göndərmişdik.”

Demək, aləmin yaranışı və peyğəmbərlərin be’sətində məqsəd Allaha ibadətdir. Allahın bizim ibadətlərimizə ehtiyaclı olmadığı mə’lumdur. “Həqiqətən, Allah sizə əsla möhtac deyildir.” İbadət pərəstiş edənlərin özünə faydalıdır. Necə ki, şagirdlərin dərs oxuması müəllim yox, onların özü üçün faydalıdır.


📚 MÖHSÜN QƏRAƏTİ, NAMAZIN SİRLƏRİ
https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

15 Feb, 02:35


🍀 Ustad Furuğinin, ustadı Ayətullah Pəhləvani ilə xatirəsi
🔻🔻🔻🔻🔻
Ayətullah Pəhləvaninin (r) ömrünün son vaxtlarında onun xidmətinə getdim. O, evin qapısının ağzında otururdu. Ömrünün son vaxtlarında çox zəifləmişdi və gözlərinin işığı azalmışdı. Ürək ağrıları var idi. Həkim demişdi ki, ürəyinin 25 faizi işləyir. Onu bu vəziyyətdə görəndə narahat oldum və ağladım. O dedi: “Öz dərdini çək, dünya qəmi nədir?!” Sonra dedi: “Mənim üçün ağlama, mən öz işimi görmüşəm və indi artıq gedirəm. Amma nəsihət edirəm ki, özün üçün qüssə çək. Nə qədər gözəldir ki, insan öz həqiqəti, əbədiyyəti, adam olması və mənəvi kamallara çatmaq üçün qüssə çəksin. Haqqın vüsalına yetişmək üçün qüssə, sərmayədir”.

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

11 Feb, 05:52


Necə gözəl alleqorik yanaşmadır

Allahın tarı, toru və tiri

Mərhum Hacı İsmail Dolabi Allaha cəzb olunma ilə bağlı belə qeyd etmişdir:
Allahın bir tarı, bir toru və bir tiri (oxu) var. O, tarı, tiri və toru ilə insanları özünə cəzb və aşiq edir.
Allahın tarı Qurandır. O, insanın ruhunu oxşayan, onunla harmoniya təşkil edən, daxili dünyasını cilalayan səmavi musiqilərdir. Allah bir qrup insanı Quran vasitəsilə Özünə cəzb edir.
Quranı diqqətlə oxuyanda, qulaq asanda insan onun cazibəsinə düşür. Əziz Peyğəmbərimiz (s) Məkkədə olanda müşriklər şəhərin giriş darvazalarında gözətçilər təyin etmişdilər. Onlar şəhərə gələn qonaqları təlimatlandırır, sehirbaz adlandırdıqları Peyğəmbərimizi (s) dinləməməyi dönə-dönə tapşırır, qulaqlarına pambıq tıxamağı tövsiyə edirdilər. Çünki Quranı dinləynlər onun cazibəsinə düşürdülər.
Allah-taala başqa bir qrupu Öz toru ilə cəzb edir. Məsələn, etikaf mərasimi, Ramazan ayının ayinləri, Qədr gecəsinin əməlləri Allahın torudur. Allah bəndələrini ovlamaq üçün tor atır. Xoş o tora düşənlərin halına.
Allahın tiri isə müşkül və çətinliklərdir. Allah-taala bir qrup insanı çətinliklər vasitəsilə özünə cəzb edir. Onlar elə bir məqamdadırlar ki, bəla və imtahanları ilahi lütf hesab edirlər. Sevinirlər ki, Allah bütün insanların arasından onları seçib hədəfə alıb. Şeyx Bəhai yazır:
Qəlbim rahat oldu Öz oxunla məni hədəf alanda
Ay başına dönüm, bəs niyə belə gec vurdun məni?
Fəlakət və müsibətlər həyatıma daxil olanda anladım ki, mən qiymətliyəm. Amma gileyim budur ki, niyə məni daha əvvəl bu çətinliklərlə sınağa çəkmədin?
Dəmirçilərin bir məngənəsi olur. Forma vermək, daha gözəl bir əsər yaratmaq istədikləri əşyanı həmin məngənədə sıxırlar. Allah da belədir. Bir adamı daha da gözəlləşdirmək istədikdə onu çətinliklər məngənəsində sıxır. Çətinliklər Allahın sevgisinin əlamətidir.
Əgər birini sevsən, onun əlinə möhkəm sıxarsan. Əgər sevməsən, əlini boş tutarsan. Bu sıxma sevgi əlamətidir. Allahın da bir adama sevgisi varsa, onu sıxıntıya salar. Bütün peyğəmbərlər bu üzdən çətinliklərdən keçiblər.

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

10 Feb, 13:43


Bu nizam şəhidlərin qanına borcludur.

Böyük alim, Quran müfəssiri Həzrət Ayətullah Cəvadi Amuli özünün əxlaq dərsində İslam inqilabının ildönümünə toxunaraq maraqlı və eşidilməli bir hadisəyə toxunub:

" Birdənə alicənab Seyyid qardaşımız var idi, Xorasanın alimlərindən idi. Qumun bazar məscidlərindən birində camaat namaz qıldırardı. Bəzən onunla birgə cəbhəyə gedərdik.
Həmin Seyyid deyir ki, bir gün Kürdistan məntəqəsində dağların başında əsgərlər var idi və soyuq qış günü idi. Qar yağmağa başladı, o əsgərlər buludların rəngindən formasından bilirdilər ki, bu yağan qar bir saatlıq, iki saatlıq yağan qar deyil, bunlar saatlarla yağacaq buludlardır. Əsgərlər axşam səngəri tərk edib özlərinə nicat verə bilərdilər. Lakin düşmən bundan sui-istifadə edə bilərdi deyə oranı tərk etmədilər. Onlar dağın başında, səngərdə o qədər dayandılar, dayandılar ki, anbaan, saniyəbəsaniyə dondular, nəhayət buz bağladılar.
Pak cəsədlərini məscidə gətirdilər. Ağa Cəvadi buyurur ki, biz onların baş sağlığı məclisinə getdik, dua, Quran oxuduq, oturduq məclisin bir küncündə. Başladıq ağlamağa, bu ağlamaq savab üçün deyildi, onların behiştə getməkləri üçün deyildi xəcalətdən ağlayırdıq. Çox təəccüblü idi !
Dinin hifz olunmasından ötrü, nizamın aradan getməməsindən ötrü bu məmləkətin cavanları saniyəbəsaniyə buz bağladılar.
Ona görə bu qanlarla oyun-oynamaq olmaz. Əgər biz vəzifəmizi yerinə yetirməsək, çətinliklərlə qarşılaşmalı olacağıq.
Bizim hamımızın boynunda vəzifədir, bildiyimiz miqdarda (əlimizdən gələn qədər) dinimizə kömək etməliyik !. "

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

10 Feb, 09:27


#Ayətullah_Behcətdən(r) əxlaqi tövsiyələr

Allahın adı ilə
🔻🔻🔻🔻🔻
Böyüklü-kiçikli bilməliyik ki, dünya və axirət səadətinin yeganə yolu böyük Allaha bəndlikdir. Bəndəlik isə etiqad və əməldə günahı tərk etməkdir.
Bildiklərimizə əməl edək. Bilmədiklərimizdə, məsələ məlum olmayınca dayanıb ehtiyat edək. Belə olduqda heç vaxt peşmanlıq və zərər bizə yol tapmaz. Əgər bu əzm bəndədə sabit və möhmək olsa, böyük Allah onu müvəffəq edəcək və ona yardımçı olacaq.
Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuh.

📚 Məşhəd, rəbiüssani, 1420

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

10 Feb, 05:21


🍁Ayətullah Behcət (r.ə)
🌺 Doğrudan insan bilsə və başa düşsə ki, bütün ruzi və məişətlər bir yerdəndir, nə qədər qəm-qüssəsi azalar.
Bir ata oğluna deyirdi: Ruzi qəmi yemə. Allah o xırdalığı və kiçikliyi ilə qarışqaya ruzi yetirir və heç bir vaxt ruzisi kəsilmir, ola bilərmi ki, bu böyük və əhəmiyyətli olan insanı yaddan çıxarsın və ondan qafil olsun?!
https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

09 Feb, 14:18


🗣️ Peyğəmbər (s) buyurmuşdur:

“Fitnələr sizi zülmət gecə tək bürüdüyü zaman Qurana üz tutun. Çünki
onun şəfaəti qəbul olunur və bəndələrin əməlləri barədə verdiyi xəbərlər təsdiq
edilir. Hər kim Quranı özünə rəhbər etsə, Quran onu Cənnətə yönəldər və hər
kim Quranı arxaya atsa, Quran onu Cəhənnəmə tərəf çəkər. O, bir bələdçidir
ki, insanı ən yaxşı yollara yönəldər... Quranın zahiri və batini vardır. Onun
zahiri cilvəli və gözəl, batini isə dərindir. Onun ulduzları, ulduzlarının da ul-
duzları vardır. Qəribəlikləri saya gəlmir və köhnəlmir. Onda hidayət və hikmət
çıraqları vardır..

📔 Usuli-kafi, c.2, s.599; Biharul-ənvar, c.89, s.17, hədis: 16.

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

07 Feb, 08:41


Babullah nədir?

Böyüklərdən Kəlamlar

07 Feb, 05:44


🌺 Həzrət Ayətullah Behcət (r.ə)-in tələbələrindən biri:

🌸🍃 Məşhəddə ağanın hüzurunda idik, İmam Rzanın (ə) hərəminin həyətindən çıxdıq, ağa buyurdu:

🌸🍃 Bir kitab var istədiyiniz bütün dualar orda var, hər bir işin özünə məxsus duasını bəyan edib.

🌷 Mənim üçün də maraqlı oldu, yadımdan çıxmasın deyə kitabın adını qeyd etmək istədim, tez qələm-kağız çıxarıb hazırladım.
Soruşdum: Ağa! O kitabın adı nədir?

🍁 Buyurdu: "Quran"

📚 Pərde neşin, səh: 58

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

06 Feb, 08:43


Ustad Möhsin Qiraəti:

Üç şaxəli ox nə deməkdir?

Üç şaxəli ox bizim küçədə etdiyimiz əməllərdir, həmin bu hicabsızlığın üç şaxəsi var!

Bir şaxəsi budur ki, biz özümüz günah edirik
Bir şaxəsi budur ki, başqalarını günaha salırıq
Bir şaxəsi də İmam Zamanın (ə) qəlbidir ki, biz nişan almışıq!

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

06 Feb, 03:41


🍃🌸🍃🍃🌸🍃🍃🌸🍃

⭕️Diqqətimiz dilimizdə olsun...

"Dil ilə" məsxərə etmək olar!
"Dil ilə" ruhiyyə vermək olar!
"Dil ilə" irad tutmaq olar!
"Dil ilə" tərifləmək olar!
"Dil ilə" ürək qırmaq olar!
"Dil ilə" ürək-dirək vermək olar!
"Dil ilə" abır aparmaq olar!
"Dil ilə" abır almaq olar!
"Dil ilə" ayrılıq salmaq olar!
"Dil ilə" barışdırmaq olar!
"Dil ilə" odlamaq olar!
"Dil ilə" fitnə alovunu söndürmək olar!...
Deməli diqqətimiz dilimizdə olsun...
https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

05 Feb, 10:28


https://youtu.be/nN3lsBqSs78?si=90dJEct3CSLfOhxo

Böyüklərdən Kəlamlar

05 Feb, 08:09


İmam Sadiq (ə) buyurur: “Bir şəxs bir yalan danışdıqda gecə namazından məhrum olur. Gecə namazından məhrum olduqda ruzisindən məhrum qalır".

Səlvətul-Həzin və Tuhfətul-Əlil

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

05 Feb, 03:45


🌱Ayətullah Fatiminiya

🔴 Bir qrup insanlar güman edirlər ki, kəramət sahibləri yalnız uzun namazlar və çox oruc tutmaqla bu məqamlara nail olurlar!

🔵 Bəli! Kəramət sahibləri və Allahın övliyaları bu ibadətlərin hamısını da yerinə yetirirlər. Amma mühüm məsələ burasındadır ki, onların kəramətlərinin əsli kökü Allah qarşısında təslim olmaqdır.

⚪️ Allaha təslim olanın yuxusu da ibadətdir.
Ayətullahul-uzma Behcət gənc çağlarında Nəcəfdə olanda atasının əmrinə görə bütün müstəhəb əməlləri tərk etmişdi və ancaq vacib əməlləri yerinə yetirməklə məşğul idi.
Bir gün dostlarından biri deyir ki, burda ki (Nəcəfdə) atan yoxdur əgər müstəhəb əməlləri etsən atan bilməyəcək; bəs niyə etmirsən?!

🔴 Cavabında buyurmuşdu ki, müstəhəb əməlləri yerinə yetirmək atamın istəyinə ziddir! (Bilsə də bilməsə də)
Amma həmin ayətullah Behcət 16 yaşında kəramət sahibi idi və bunun əsli kökü də onun təslim haləti idi.

🔵 Ayətullah Bəhauddinini gecə namazına oyadırdılar. Təslim halında insana hər şey verirlər, xüsusi və ümumi kəramətin hər ikisini verirlər.
https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

04 Feb, 06:38


#Şöhrət

💠 Allahın Peyğəmbəri (s):
🍀 «Allah-taala mənim ümmətimdən bir bəndəni sevəndə, seçilmiş bəndələrin qəlblərinə, mələklərin ruhlarına və Öz ərşinin sakinlərinin qəlblərinə onun məhəbbətini salar ki, onu sevsinlər. Budur həqiqətən sevilən insan.» 🍀

📚 Biharul-Ənvar, c.70, səh. 24, hədis23.

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

04 Feb, 03:31


Namazda hüzuri-qəlb tapmaq istəyirsənsə, az danış -
Əllamə Seyid Məhəmməd Hüseyn Təbatəbai
🍃🌸🍃

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

03 Feb, 11:24


https://youtu.be/fvyYQYaFVz0?si=14d-UThiupO6o5np

Böyüklərdən Kəlamlar

03 Feb, 11:04


Haram aylarda hansı əməl olmaz?

@toplu_admini

Böyüklərdən Kəlamlar

03 Feb, 04:50


"Ayətullah Behcətdən sual etdilər:

Allahın əmrlərini, xüsusən də namazı xuşu və diqqət ilə yerinə yetirmək üçün nə etməliyik?

Cavab: Namazın əvvəlində, Həzrət Məhdiyə(ə.c) həqiqi təvəssül etmək və əməli kamil şəkildə yerinə yetirmək lazımdır."

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

02 Feb, 11:24


Ərdəbilin imkanlı şəxslərindən biri danışıbmış... Deyir Ərdəbildə qıtlıq vaxtı, mənim xeyli taxılım var idi, amma saxlamışdım ki, baha qiymətdən verərəm və İranın başqa şəhərinə satdım da... qıtlıqdan sonra, qəbirstanlığın yanından keçəndə, gördüm bir ata, aclıq günlərində ölmüş balalarının məzarlarının üstündə oturub, qucağında bir xeyli çörək ağlayır ki, "bağışlayın balalarım, onda çörək tapa bilmədim, indi tapa bilmişəm, durun məzarınızdan yeyin...!" Deyir bu mənzərə mənə çox pis təsir etdi, sanki şapalaq dəydi mənə... gəldim təxminən 5 anbar taxıl payladım... həmən gecə yatdım yuxuda Peyğəmbəri gördüm, dedi ki, "aclıq vaxtında 5 dənə taxıl verməyin, indiki 5 anbardan üstün olardı... nə faydası var, indi etdiyin ehsanın?!"

Allahın verdiyi fürsətləri zamanında dəyərləndirin ki, Allahı qazanasınız...

Mərhum Sabiri Həmədani

T.me/turalceferi

Böyüklərdən Kəlamlar

02 Feb, 10:37


QÜRUR
Qürurun əsl mənası aldanmaqdır.
Qürur gördüyün işin düz olmasına məğrur olmaqdır.
Bəziləri bir neçə yaxşı əməl görməklə özlərini Allah yanında məqam sahibi hesab edirlər. Misal üçün
bəziləri Allahın razılığını qazanmaq üçün insanları doğru yola dəvət edir və elə güman edir ki, bundan məqsədi camaatın islahıdır.
Halbuki əgər ondan yaxşı birisi tapılsa, camaatı islah etməkdə ondan yaxşı olsa və camaat ona tərəf üz tutsa, bu biçarə qüssə və həsəddən az qalar ki, ölsün.
Qürur insanı ücbə, təkəbbürə , həsədə mübtəla edir, çünki elə bu böyük günahlar qürurun bir qismləridir.
Hər həlak olmağın kökü qürur və qəflətdir.

Ayətullah Əhməd Nəraqi

T.me/turalceferi

Böyüklərdən Kəlamlar

02 Feb, 10:14


https://youtu.be/a0NgGTaIe5E?si=APmEbS5DkHDj-nIM

Böyüklərdən Kəlamlar

02 Feb, 08:23


🌸🍃
🍃🌸🍃🌸🍃🌸🌸🍃
🍃🌸🍃🍃🌸🍃
🍃

Xüdpəsənd bir insan hikmət sahibinin yanında özünü tərifləyib deyirdi ki, mən üç dili tam mənimsəmişəm və bu üç dildə danışa bilirəm.

Hikmət sahibi ona:
- Bəs sən hansı dildə sükut edə bilirsən, - deyə cavab verdi.
🌸🍃
🍃🌸🍃
👇
https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

02 Feb, 05:22


💜 Quran, ətir şüşəsi kimidir, bu şüşənin qapağını açsaq bu ətir özünü göstərəcək, Quran səsi canımıza tanışdır; bizim bir tanış sözümüz var və bu tanış sözü heç bir vaxt başqa sözlə səhv salmarıq.

Ayətullah Cəvadi Amuli

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

19 Jan, 18:12


Telegramın ən böyük və ən faydalı elmi, dini, xəbər, motivasiya kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla qeyd etdiyimiz kanallara abunə ola bilərsiniz.

@toplu_admini

Böyüklərdən Kəlamlar

18 Jan, 14:55


Əgər dəlilsiz və ya tutarlı bir dəlil olmadan əsəbi olursansa, bax gör qəlbinin dərinliklərində nə kimi pis istəklərə yer vermisən. Bil ki, o istəklərə çata bilməmək insanın halını xarab edir və əxlaqını pisləşdirir. Yeganə nicat yolu depressiya və pis əxlaqın kökünü kəsmək və nəfslə mübarizə aparmaqdır.

Ustad Əlirza Pənahian

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

17 Jan, 14:13


Milli kimliyi ciddi şəkildə qoruyaq və dəyərləndirək.

Bir xalqın ümumi kimliyi yeniliklər zamanı mütləq toxunulmaz qalmalıdır. Milli kimliyin yanında dinamikliyi, aktivliyi, fəaliyyət azadlığını və rəqabət ruhiyyəsini çox dəyərləndirməliyik.

Milli kimlik dedikdə dinin qarşısında olan millətçilik nəzərdə tutulmur. Hər bir xalqın milli kimliyi onun mədəniyyət, inam, istək, arzu və rəftarlarının məcmusudur. Bunlar dindar, təkallahlı, mömin, ilahi övliyalara və Peyğəmbər Əhli - beytinə bağlı bir xalq üçün mədəniyyətin və kimliyin hissələridir. Milli kimlik bunların hamısına şamil olur. Bunları qoruyaq... Çünki milli kimlik hər bir inkişafın özəyini təşkil edir.

🗓 Müəllim və tələbələrlə görüşdə çıxışdan, 2006

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

16 Jan, 12:00


Ayətullah Məzahiri buyurur:

"Bismillahir-rahmənir-rahim" mühafizə üçün çox gözəl zikrdir. Evdən çıxanda doqquz dəfə deyin, ariflər on doqquz dəfə (həriflərin sayı qədər) deyilməsini tövsiyə edirlər. Bu "bismilləh" sizi evə dönənə qədər mühafizə edər.


📚 Cihad ba nəfs: cild - 2, səh -146.


https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

15 Jan, 10:34


Əgər gecənin bir aləmi ixtıyarsız yuxudan oyansan, dərhal yatmağa tələsmə. Bil ki, bir mələk Allahın izni ilə səni yuxudan qaldırmışdır ki, bir-iki kəlmə Allahla söhbət edəsən. Əgər oyaq qalmaq sənə çox çətin gəlsə, heç olmasa qalxıb mələklərə bir salam ver sonra yenidən yat.

Ayətullah Behcət.

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

15 Jan, 10:31


İnsanın şəxsiyyətinin formalaşmasında əsas şeylərdən biri də saleh insanlarla oturub, durmaqdır.
İnsan pis yoldaşla oturduqca, mənəviyyatını itirir, nuraniyyəti tədricən aradan gedir. Sonra bu itirdiklərini yenidən bərpa etməyə imkan olmur. Olsa da çox çətinlik çəkir.

Ayətullah Məliki Təbrizi

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

14 Jan, 06:34


"İnsan ruhunun həqiqi vətəni Allahdır. İnsan bu dünyada qəribdir. Ona görə də rahatlıq tapa bilmir, daim darıxır, çatdığı heç bir arzusu onu sonadək xoşbəxt etmir.."🕯️

🖋️... Mürtəza Mütəhhəri

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

14 Jan, 05:27


🖋️..·· Avtomobili yolda xarab olmuş sürücü yoldan ötənlərdən kömək istəyir. Maşının eyibi tapılıb sahibinin nəzərinə çatdırılanda o, təşəkkür edir. Eyibli mə᾽nəviyyatla təkamül yolunu başa vurmaq olarmı?

Bir insan eyibini bilmək istəmirsə, demək onun yola çıxmaq fikri yoxdur.

📕: (Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri. - Misbah Yəzdi.)

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

13 Jan, 15:21


"Namaz halında bəndəlikdən elə ləzzət alıram ki, dünyanın bütün çətinlikləri, fəqirlik və müşküllər da daxil olmaqla tamamilə yaddan çıxır."🍃

✍🏻Əllamə Qazi Təbatəbai (r)

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

13 Jan, 03:22


Ayətullah Şüştəri buyurur:

"Əllamə Təbətəbaidən soruşdum:

" İmam Zaman (ə.c) ilə görüşmək mümkündürmü?
Buyurdu:
Bəli, amma 3 şərti var.
Birinci :Kamil təqvaya sahib olmaq
İkinci:İmama qarşı sonsuz məhəbbət
Üçüncü:Davamlı olaraq "Ali Yasin" ziyarətnaməsini oxumaq

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

11 Jan, 12:20


Hacı Hüseyn Şəhri buyurur:
"Ağa Bəhlulla görüşəndə onun haradan gəldiyini soruşdum.
Buyurdu: Cəmkərandan gəlirəm.
Gedib iki yüz yalan danışıb qayitdım.

Məqsədi İmam Zaman ağanın namazıdır ki, hər rükətində 100 dəfə
"İyyəkə nəbudu və iyyəkə nəstəin"
(Yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik) deyilir."

T.me/kelamlardan

Böyüklərdən Kəlamlar

11 Jan, 11:06


"Hər nəfəs almaqda imtahan vardır. Bax gör aldığın nəfəs rəhmani iradə (Allahın iradəsi) ilə başlayır, yoxsa şeytani həvayi həvəs ilə qarışıqdır."

Şeyx Rəcəbəli Xəyyat.

T.me/kelamlardan

Böyüklərdən Kəlamlar

10 Jan, 08:29


Öz-özünlə hesab kitab etməyənə qədər, hansı günaha mürtəkib olduğunu bilməyəcəksən.

Əllamə Təbatəbai

T.me/kelamlardan

Böyüklərdən Kəlamlar

10 Jan, 03:05


"Hər kəs 14 məsumdan birinə məhəbbət bəsləyərsə, bu məhəbbət ona kifayət edər. Bir şərtlə ki məhəbbətində sadiq (doğru) olsun."

Əl-Əbd Muhəmməd Təqi Bəhcət (r)

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

07 Jan, 16:29


Axtardığınız elmi, dini, motivasiya, xəbər kanlları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla ən gözəl və ən böyük kanallardan faydalana bilərsiniz🤩

@toplu_admini

Böyüklərdən Kəlamlar

07 Jan, 09:43


FÜRSƏTLƏRİN QƏDRİNİ BİLƏK!

Gün gələr bir "Lə iləhə illəllah" və bir əstəğfürullah deməyə möhtac olarıq, amma daha bizə möhlət verməzlər. Odur ki, əlimizdə olan fürsətlərin qədrini bələyin.
ƏLLAMƏ QAZİ TƏBATƏBAİ.

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

07 Jan, 05:46


Bir nəfər Ayətullah Behcətin hüzuruna müşərrəf olub belə buyurdu :
- Ağa, çox istəyirəm elə bir yaxşı iş görüm ki, İmam Zamanın  (ə.c) nəzərini cəlb edə bilim və qəlbini şad edim.

Ayətullah Behcət başını yuxarı qaldırıb buyurdu :
- Azan vaxtı " Fərəc " duasını oxu , bu O Həzrətin qəlbini şad edən əməllərdən biridir.

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

06 Jan, 09:47


💢Həzrət Məhəmməd (salavatullah) :

Elm öyrənmək hər müsəlmana vacibdir. Bilin ki, həqiqətən Allah elm axtaranları (elm arxası ilə gedənləri) sevir.

📚Misbah əl-şəriət, s.13.

P.S. Elm öyrənməyin əhəmiyyəti o qədər çoxdur ki, Allah elm öyrərənənləri sevər. Buradan belə bir nəticə almaq olar ki, əgər Allah elm öyrənənləri sevirsə, deməli elm öyrənməyib, cahil qalmağı seçənləri sevmir. Bu o demək deyil ki, biz işimizi-gücümüzü atmalı və yalnız elm oxumalıyıq. Hər bir şəxs imkanı və qüdrəti həddində elm öyrənməli və (ixtiyari şəkildə) bu işi tərk etməli deyil. Başqa ala biləcəyimiz nəticə budur ki, Allah heç kimə gücü çatmayacağı işi tapşırmaz. Odur ki, əgər cahil qalırıqsa, öz təqsirimizdir...

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

06 Jan, 05:46


Ayətullah Mirzə Cavad Məliki Təbrizidən (r) soruşdular:

Nə üçün bəzi insanlar mübarək Ramazan ayında yorulurlar və gözləyirlər tez bir zamanda Ramazan ayı bitsin? Bir halda ki, bəziləri Ramazan ayının aşiqləridir.

Ağa buyurdu: Bu ona görədir ki, onların vücudu mübarək Rəcəb ayında günahla dolmuşdur. (Rəcəb ayında etdikləri günahların ucbatından Ramazan ayının ləzzətindən məhrum olurlar).

*Rəcəb, Şaban ayından nə qədər çox faydalansaq, Ramazan ayı da bir o qədər asan keçəcək bizim üçün

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

05 Jan, 09:34


Ayətullah Kəşmiri (r): 

İftar vaxtı Allaha naz edin.

İftar vaxtı yediyiniz tikəni ağzınıza yaxınlaşdırın, amma yeməyin. Allaha deyin: 
"Əgər hacətimi verməsən bu tikəni yeməyəcəm".  Etdiyiniz bu hərəkət möcüzə göstərəcək.

T.me/kelamlardan

Böyüklərdən Kəlamlar

05 Jan, 05:18


Təcrubə əsasında sübuta yetmişdir ki, bəhs elmi müzakirə və sual-cavabın vaxtı sübhdür.
Deməli, iki və ya daha artıq şəxs tərəfindən aparılan elmi müzakirələr sübh vaxtı olmalıdır.
Sübhdən məqsəd günəş çıxandan başlayıb bir neçə saat davam edən müddətdir.

Dərs əzbərləməyin vaxtı isə səhərdir. Səhər günəş çıxmazdan qabaqkı və günəş çıxdıqdan bir az sonrakı vaxta deyilir.
Əlbəttə səhərin əsl vaxtı sübh azanından qabaqdır. Səhərin fəziləti haqda bir çox hədislər gəlmiş və ayələr təfsir edilmişdir. Lakin sübh azanı ilə günəş çıxan müddətə qədər olan zaman haqqında da çoxlu hədislər gəlmiş və bir rəvayətdə deyilmişdir ki, bu zaman ruzilərin paylanan vaxtıdır.
Yuxarıda deyilənlərin hamısı tox yox, ac vaxtda olmalıdır.

Mefatihul hacat.

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

04 Jan, 12:41


Əllamə Qazi Təbatəbai ( r) buyurmuşdur:

- Əgər mən bir yerə (məqama) çatdımsa, Quran və Seyyiduş- şuhədaya (İmam Hüseynə) təvəssül etməklə çatdım. Qurani-Kərim Allahın elm və mənəviyyat qaynağı, İmam Hüseyn (ع) isə Allahın insanlar üçün təyin etdiyi uca məqamlı imamdır. Bunlar hər ikisi Allaha yaxınlaşmaq üçün ən yaxşı vəsilədir.


https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

04 Jan, 09:39


Allaha olan məhəbbətdə elə bir mərhələyə çatmalıyıq ki, Ona ibadət və Onunla minacat etməkdən ləzzət ala bilək. Yalnız o zaman həyatın mənasını və nə üçün yaradıldığımızı anlamağa başlayacağıq. Bu zamandır ki, artıq insan qərar tapır. Allaha olan məhəbbətə çatmaq üçün bir az Allahdan qeyrisinin məhəbbətindən əl çəkməyi bacarmalıyıq.

Ustad Əlirza Pənahian


https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

04 Jan, 05:37


Nə üçün bu dünyada Qurandan gözəl bir şey yoxdur! Çünki, Quranı nazil edən Allah sonsuz gözəldir. Onun hərəkəti, sözü, sifəti və əxlaqı özü kimi daha gözəldir.
Əmirəl-möminin (ع) buyurur:
- Uca Allah bu Quran (Quranda moizə etdiyi) kimi heç kimə moizə etməmişdir.

Ustad Ənsariyan


https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

03 Jan, 12:36


"Eşq alovunu qəlbimə gətirdin, çox da yaxşı etdin. Çünki, Sənin eşqindən başqa mənim başlanğıc və sonum yoxdur.

İmam Xomeyni (r.ə)

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

03 Jan, 10:14


Mərhum Ayətullah Behcətin sehr-cadu və tilsimdən xilas olmaq üçün göstərişi:
1.Azan vaxtı yaşadığınız yerdə sübh namazındakı kimi uca səslə azan deyin;
2.Sübh namazından sonra sübh namazındakı kimi uca səslə Qurandan 50 ayə oxuyun;
3.Məuzəteyn (Fələq və Nas) surələrini çox oxuyun;
4.Yatmazdan qabaq “Çəhar (4) Qul” surələrini (Kafirun, İxlas, Nas, Fələq) oxuyun;
5.Özünüzlə cib üçün də olsa Quran gəzdirin;
6.Evdə (lövhədə, divarda) Ayətəl-kürsi olsun...

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

03 Jan, 06:35


"Bəzən insan özünü narahat hiss edir, ürəyi sıxılır, amma bunun səbəbini tapa bilmir. Belə zamanlarda Quran oxumaq sıxıntıları aradan aparır və qəlbə şəfa verir.

Ayətullah Tehrani

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

03 Jan, 02:32


💞NƏSİHƏT💞

Əllamə Həsənzadə Amulidən soruşdular:

Rəcəb ayı üçün bizə nə tapşırıq verirsiniz?
Əllamə çox təkidlə buyurdu:
"Rəcəb ayında özünüzü vərəqləyin!"


https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

02 Jan, 12:33


Allaha aşiq olmaq asandır, sadəcə başlanğıcı çətindir. Allaha eşqin müqəddiməsi haram, aldadıcı dünya ləzzətlərindən qırılmaq, fədakarlığı bacarmaq və bütün həyatını Allaha tapşırmaqdır.

Ustad Əlirza Pənahian

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

02 Jan, 09:38


İŞİN TƏMƏLİ TƏŞKİLATDIR

🔹 Təbii ki, işin təməli təşkilatdır. Şübhəsiz, təşkilat olmayınca heç bir iş qurmaq olmaz. Habelə təşkilatı yaratmağa çox gecikmək də olmaz.

© İmam Xamenei
📚 "Təşkilat və təşkilatçılıq"

Böyüklərdən Kəlamlar

02 Jan, 04:29


Din üçün xərclənən nə çox pullar var ki, infaq hesab olunmur! Bu acı həqiqətdir! Xərclədiyimiz pulların əksəri infaq hesab olunmur, çünki hansısa boşluğu doldurmur, hansısa dərdi dərman etmir, cəmiyyətin hansısa köklü ehtiyacını aradan qaldırmır.

Ayətullah Xamenei, "Tərhe kulle əndişeye islam dər Quran", "İman" babı.

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

29 Dec, 20:33


Böyüklərdən Kəlamlar pinned «Salamun aleykum. Kanalın linkini başqaları ilə paylaşanları burda etdiyimiz paylaşımların savabına şərik edirik. Nə qədər çox adam bu paylaşımlardan istifadə etsə o qədər yaxşıdır. Mümkündür ki, elə bir nəfər burda deyilənlərə əməl etsin. Bunun savabı həm…»

Böyüklərdən Kəlamlar

29 Dec, 11:07


🖋️..·· Avtomobili yolda xarab olmuş sürücü yoldan ötənlərdən kömək istəyir. Maşının eyibi tapılıb sahibinin nəzərinə çatdırılanda o, təşəkkür edir. Eyibli mə᾽nəviyyatla təkamül yolunu başa vurmaq olarmı?

Bir insan eyibini bilmək istəmirsə, demək onun yola çıxmaq fikri yoxdur.

📕: (Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri. - Misbah Yəzdi.)

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

29 Dec, 06:16


Əgər Allah bizi bu nizamlı və hesbalanmış dünyada tənha qoysaydı, beləliklə də yanlış düşüncə və əməllərimizin nəticəsi ilə baş-başa qalsaydıq, sürətlə məhv olardıq. Amma Allah min bir bəhanə ilə bizi bağışlayır və səhvlərimizi düzəltmək üçün pis əməllərimizin mənfi nəticələrinin qarşısını alır. Sanki, bir şəxs daima bizim üçün dua edir...

Əlirza Pənahian

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

28 Dec, 14:10


Salamun aleykum. Kanalın linkini başqaları ilə paylaşanları burda etdiyimiz paylaşımların savabına şərik edirik. Nə qədər çox adam bu paylaşımlardan istifadə etsə o qədər yaxşıdır. Mümkündür ki, elə bir nəfər burda deyilənlərə əməl etsin. Bunun savabı həm sizə həm bizə bəsdir. Nəticədə kanalda paylaşılanlar bizim öz sözlərimiz deyil, böyük alimlərin kəlamlarıdır.

Böyüklərdən Kəlamlar

28 Dec, 11:09


Ziyalı şəxs, yiyələndiyi elmdən əlavə, həqiqətləri düzgün tanımalı və öz zamanını düzgün təhlil etməyi bacarmalıdır. Düzgün təhlil qabiliyyəti olmayan savadlı şəxs, bacarıqsız alimdir.

Pənahian.

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

28 Dec, 05:06


Gərək halal yeməyə çox diqqət edək. Halal yemək insanın şəxsiyyətində böyük müsbət təsirlər buraxır. Haram yemək isə böyük mənfi xarakterə malikdir. Hətta şübhəli yeməklərdən belə çəkinmək lazımdır. Çünki belə yeməklər də Allaha yaxınlaşmağa və Mövlanı ziyarət etməyə hicab və maneə yaradır.

Ayətullah Səadətpərvər (r).

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

26 Dec, 15:44


Axtardığınız elmi, dini, motivasiya, xəbər kanlları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla ən gözəl və ən böyük kanallardan faydalana bilərsiniz🤩

@toplu_admini

Böyüklərdən Kəlamlar

25 Dec, 19:28


📚 @dini_kitabxanam

Böyüklərdən Kəlamlar

25 Dec, 19:25


Çox dəyərli bir kitabdır. Hər kəsə oxumağı tövsiyə edirik.

Böyüklərdən Kəlamlar

25 Dec, 19:25


📚Kitabın say nömrəsi 196

Azərbaycan Araşdırma Mərkəzi tərəfindən tərcümə olunmuş yeni kitabı sizlərə təqdim edirik

Müəllif: İmam Xamenei

Kitabın adı: Gecə namazı

Kitabın pdf linki
📚
@dini_kitabxanam

Böyüklərdən Kəlamlar

24 Dec, 12:42


İmperialist qüvvələrin ölkəmizdə seçdiyi hədəflərdən biri tələbələrdir. Səbəbi də məlumdur. Ölkəmizdə gənc çoxdur, tələbələrin faizi çox yüksəkdir və tələbə həm elmi, həm də siyasi baxımdan həlledici rola malikdir. Bu ölkəyə və xalqa qarşı məkirli planlar hazırlayanlar tələbə gənclər üzərində sərmayə qoymağa məcburdurlar; cinsi məsələlərdən tutmuş siyasi hiylələrə, zahirdə mənəvi görünən saxta irfan bazarlarına qədər. Bunların müxtəlif növləri var. Təşkilatlar isə tələbəni qorumaq vəzifəsini icra edə, müxtəlif burulğan və bataqlıqlardan qurtara bilərlər.

İMAM XAMENEİ


https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

23 Dec, 08:47


İMAM ZAMAN(Ə. C) MƏHƏBBƏTİ

🌷Ayətullah Behcət buyurur:"İmam Zaman (ə. c)  Onun mübarək adını çəkib, Ondan kömək istəyənlərə  necədə mehribandır"

🥀Ya Sahibəz - Zaman ədrikni

💠Əllahummə əccil livəliyyikəl fərəc

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

23 Dec, 04:40


İMAM ZAMAN AĞANIN İNAYƏTİ

Ayətullah Behcət(r.ə)buyurur :"Hər kəs" İxlas"surəsini oxuyub İmam Zaman ağaya hədiyyə etsə, ömrü bərəkətli olar və O Həzrətin xüsusi nəzərində olar. "

Behcətin hüzurunda

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

21 Dec, 05:19


Sual:

Cənnətdə olanlar dərəcə və mərtəbələrinə görə fərqli olmalarına rəğmən necə olur ki, bir-birinə həsəd aparmırlar?

Cavab:

Cənnətin mərtəbələri eyni ilə insanın qamətinə uyğun biçilmiş libas kimidir. Boyu balaca adam heç vaxt ucaboy adamın libasına həsəd aparıb deməz ki, niyə mənim paltarım onunku kimi uzun deyil.

#Ayətullah Behcət

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

20 Dec, 05:14


Hicab Allahın haqqıdır yoxsa insanın?

Ayətullah Cavadi Amuli hicabla bağlı əhəmiyyətli nöqtələrə toxunub.
Ayətullah Cavadi Amuli hicab barəsində bunları deyir:
"Qadınlar bunu tam formada dərk etməlidirlər ki, hicab yalnız onun özünə, həyat yoldaşına və ya ailəsinə məxsus olan bir məsələ deyil ki, “mən öz haqqımdan keçirəm” və ya “mən ailəmin hicabsız olmağına razıyam” deyərək bu haqqdan boyun qaçırtsın. Bu dediyimiz qanun qərbdə tam fərqlidir. Lakin islamda qadının hörməti qadının özündə və ya ailəsinin əlində deyil. Başqa sözlə desək hamı razı da olsa, Quran buna razı deyil. Çünki qadının hörmət və heysiyyəti Allahın haqqı kimi hesab olunur. Allah qadını şəfqət sahibi olaraq yaradıb ki, mehribançılıq ustadı olsun və digərlərinə də sevgi paylasın. Lakin əgər cəmiyyətdə bu şəfqət və məhəbbət tərk olunaraq yerini şəhvətə verərsə, qərbdə yaranan fəsad İslam dünyasında da peyda olacaq. Elə bu səbəbdən heç kim “hicabsızlıqla razıyam” ifadəsini işlədə bilməz.
Quran, heç kim Allah haqqlarının müdafiəsi ilə razı olmasa da şəxslərdən fərdi şəkildə bunu icra etmələrini tələb edir. Quranın hakim olduğu cəmiyyət şəfqətdən ibarətdir. Bunun səbəbi də cəmiyyətin yarısını şəfqət ustadlarının, yəni anaların təşkil etməsidir. İstəsəkdə istəməsəkdə bu belədir."

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

19 Dec, 05:19


🔸Allahın adı ilə...


🔷 #Dahi şəxsiyyətlərdən

Mərhum Ayətullah Behcət (r.ə) ;

Səadətə çatmaq üçün nə tövsiyə edirsiniz?
deyə sual edildikdə, belə cavab vermişdir:
"Hər gün, çox dəyərli 《Meracus-Səadə》 kitabından yarım səhifə oxuyub, ona əməl edin."
                  https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

18 Dec, 11:09


Həzrət Ayətullah Nasiri:
Qardaşlar! Hər bir halda, hər bir müşküldə, hər çətinlikdə
#Yəbnəl_Həsəni yaddan çıxartmayın.

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

18 Dec, 06:07


Ayətullah Behcət (r.ə):

Namaz şirin limon kimidir. Nə qədər əvvəl vaxtından sonraya qalar, o qədər acılaşar.
Hər kim namazı gecikdirməyə adət edə, özünü yaşayışında ki, gecikmələrə hazırlasın. İş tapmaqda gecikmək, evlənməkdə, sağlamlıqda və s...

Nə qədər namazın nizamlı olsa, işlərin də o qədər nizamlı olacaq.

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

17 Dec, 08:06


Ayətullah Bəhauddini (r.ə)
Qadının çadrasının altından tökülən tər 3 yerdə onun üçün nur olar...
✔️ Qəbrin içində
✔️ Bərzəxdə
✔️ Qiyamətdə

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

17 Dec, 05:01


Ayətullah Sədiqi:

Nə qədər ki, cavansınız öz cavanlığınızın qədrini bilin. 20 dəqiqə sübh azanından əvvəl qalx. Əgər 11 rükəti qıla bilmirsənsə ən azı 2 rəkət Şəf qıl və heç vaxt bunu tərk etmə.

Səhərlər Allah öz xüsusi rəhmətini xüsusi dostlarına əta edər.
Fasiqlər bu vaxtı yuxuda olar.

Allah səhərlər öz bəndələrini dəvət edir.
Əgər bəzi gecələr yuxudan durmağa halın yoxdursa ən azı qalxıb bir "Ya Allah" de. Denən İlahi mən gəldim. Sonra yat.
Səhərlər çox şeylər verilər. Səndə bir qapını döy və de: Mən gəldim.

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

16 Dec, 08:29


Aşura ziyarətini oxumağın bərəkətləri alimlərin kəlamında👇
Şeyx Əbdul Hadi Mazandarani öz atası Hacı Molla Əbul Həsəndən nəql edib ki,
Mən Hacı Mirzə Əli Nəqi Təbəttəbaini rehlətindən sonra yuxuda gördüm və ona dedim:

"Bir arzun varmı?", dedi: "Bir arzum var və oda bundan ibarətdir ki, niyə dünyada aşura ziyarətini hər gün oxumadım"
"Əllahummə əccil li vəliyyikəl fərəc"

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

16 Dec, 06:26


Nə vaxt tövbə edəcəksən?

Allah yanında tövbəkar cavandan daha sevimli bir kəs yoxdur. Ey cavan məzar daşlarına diqqət eləmisən? Onların çoxları bir vaxt cavanlar idi ki, deyirdilər tövbə üçün hələ tezdir.
Ayətullah Müctehidi Tehrani

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

15 Dec, 11:23


Bir gün sübh atam ayağa qalxdı və ağlamağa başladı. Soruşdum niyə ağlayırsınız?
Buyurdu:
Ona görə ki, dünən gecə namazını qıla bilməmişəm.

Dedim: Atacan! Gecə namazı ki, vacib deyil, müstəhəbdir. Vacib əməli tərk etməmisiz və hansısa bir haram iş görməmisiniz. Niyə bu qədər nigaransınız?
Buyurdu:
Oğlum! Mənim nigarançılığım ona görədir ki, görəsən mən neyləmişəm ki, gecə namazı qılmaq tovfiqi məndən alınıb.

Şeyx Abbas Quminin oğlu (atası barəsində deyib bu sözləri)

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

15 Dec, 06:21


Bir nəfər eşitdi ki, onun qeybətini ediblər. Biraz paltar və şirniyyat alıb gözaydınlığı verər kimi qeybət edənin evinə göndərir. Qeybət edən şəxs soruşur:
Niyə mənə gözaydınlığı verirsən? Həmin adam cavab verir:
Sən 40 gün namaz, oruc və ibadətlərini mənə vermisən mən də onun əvəzində bu hədiyyələri sənə gətirmişəm.

Qeybət kimi bəzi günahlar, insanın bütün gözəl işlərini aradan aparır.
Ayətullah Müctehidi Tehrani

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

14 Dec, 09:59


Əgər bir kəs dünyanı tanıyıb və onun giriftarçılığına düçar olmaq istəmirsə, yolu gecə namazıdır.
Ayətullah Cavad Amuli

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

14 Dec, 05:58


Heçnəyi cavabsız qoyma

🍃Salamın cavabını salamla ver.
🍃Təşəkkürün cavabın təvazö ilə
🍃Kinin cavabın unutmaqla
🍃Sevgisizliyin cavabın məhəbbətlə
🍃Yalanın cavabın doğru danışmaqla
🍃Düşmənçiliyin cavabını dostluqla
🍃Qəzəbin cavabın səbrlə
🍃Soyuqluğun cavabın istiliklə
🍃Namərdliyin cavabın mərdliklə
🍃Ədəbsizin cavabını susmaqla
🍃Mehriban baxışların cavabın gülümsəməklə
🍃Günahın cavabın bağışlamaqla.

Heç vaxt heç kimi cavabsız qoyma. Arxayın ol verdiyin hər cavab bir gün, bir yerdə sənin özünə qayıdacaq.
Ayətullah Cavad Amuli

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

13 Dec, 12:57


Əllamə Tehrani:

Mümkündür ki, insan 40 illik ibadətini bir dəfə qəlb sındırmaqla əldən verə.

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

13 Dec, 10:56


Möminin zikri gecə namazıdır.

Allah rəhmət eləsin Həzrət Ayətullahul Uzma Burucerdi ağaya ərz elədim ki, mənə bir zikr deyin.
Ağa buyurdu:
Möminin zikri gecə namazıdır. Gecə namazında bütün zikrlər var. İstiğfar var, əl əfv var, möminlər üçün dua var.
Ayətullah Həqşenas

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

29 Nov, 11:54


Misir qadınları....
Bir gün mərhum ayətullahul uzma MəhəmmədƏli Əraki (r.ə) dərsdə buyurdu: Qurani kərim buyurur:
Eləki həzrəti Yusif (ə) Züleyxanın işarəsi ilə qadınların məclisinə daxil oldu, ürəkoxşayan, gözəl siması olduğundan, qadınlar özlərindən qafil olub, bıçaqla əllərini kəsdilər, əllərinin qanını və ağrısını hiss eləmədilər.

Bu an mərhum Əraki ağa səsi titrəyən halda və göz yaşları nürani üzündən axan halda əli ilə başına möhkəm vurdu və buyurdu:
"Kül başına ey MəhəmmədƏli! Niyə sən namazda bu cür deyilsən?! Aləmin həqiqi məşuqu Allahdır. Misir qadınları Allahın bir məxluqunun camalına cəzb oldular. Sənin niyə namazda xüzu və xüşun yoxdur?! Niyə namazda müxtəlif fikirlər vucuduna hakimdir?! "

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

29 Nov, 05:52


Gecə namazı karvanıyla bir yerdə

Ustad Fatemi Niya (r)

Əgər gecə yarısı oyansan və gecə namazı qılmağa halın olmasa 7 dəfə de:
"Ya Ərhəmər Rahimin"

Bu ona bənzəyir ki, sanki gecə namazı qılan karvanla hərəkətdəsən....
  Elə bu gecədən yavaş yavaş gecə diri qalmaq və gecə namazı qılmaq üçün proqram qoy.

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

28 Nov, 11:09


Region xəbərlərinin əsas mənbəyini axtarırsınız?

🔸 Ən İsti Xəbərlər
🔸 Fələstin - İran - Hizbullah - İsrail müharibəsi
🔸Dəqiq Analizlər
🔸Rusiya - Ukrayna müharibəsi
🔸Dünyana baş verənlər
Məşhur kanalların əsas xəbər mənbəyində olmaq istəyirsinizsə, o zaman
➡️ Bizi izləyin və kanalı dostlarınızla paylaşın👇👇👇

https://t.me/Ar_Rad_info

Böyüklərdən Kəlamlar

28 Nov, 09:53


Özləri səni oyadar.
Əgər qəlblərinizdən Allahdan qeyrisini çıxartsanız,
qulaqlarınız dəyişər, gözləriniz dəyişər, artıq yuxudan durmaq üçün "Kəhf" surəsinin sonuncu ayəsini oxumağa ehtiyac qalmaz; Əksinə səni oyadarlar, səni çağırarlar: Ayağa qalx!

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

28 Nov, 09:51


Əllamə Qazi (ə) buyurub:
Mahaldır (mümkün deyil) bir insan Seyyiduş şühədanın yolundan başqa bir yolla tövhid məqamına çata. Feyzlərin və xeyirlərin hamısı imam Huseynin (ə) yolundandır, bərəkətindəndir. Bunların hamısıda Qəməri bəni Haşim həzrət Əbəlfəzlin (ə) əliylədi.

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

28 Nov, 06:18


"İpək kimi yumşaq olun!"

Niyə parça satanın qayçısı həmişə iti olur? Çünki parça yumşaq olduğu üçün parçanı kəsərkən qayçı kütləşir. Bəziləri qayçı kimidir və səni kəsmək istəyirlər. Elə isə, onlarla parça və yaxud ipək rolunu oynamalısan ki, həm kütləşsin, həm də sənnən əl çəksinlər."

.... Höccətül-İslam Rəncbər


https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

27 Nov, 08:01


Bir alimdən soruşurlar niyə gecə vaxtı dualar qəbul olur?

Deyir: Çünki gecə vaxtı günahkarlar yatır, İmam Zaman ə.f oyaqdı. Birdən əllərini qaldırsan Allaha duaya bil ki, bir nəfər də əlini qaldırıb dua edir. Bil ki, gecə imam Zaman ə.f da dua edir, münacatdadır. Sənin duan gedib iqtida edəcək onun ə.f duasına. Onun duası xuruc edəcək Allaha. Ona görə sənin də duan qəbul olar.

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

27 Nov, 05:46


Nə vaxt çətinliyə düşsəniz...Ustad Əmcədin tövsiyələri;

"Meyar partiya və qrup mənafeyi yox, dini dəyərlərdir - yoxsa dinsiz olarıq".
"Siz nəfsi tanımırsınız, onun öhdəsindən yalnız Allah gələ bilər. O (nəfs) böyük insanların arxasını yerə vurub"..
"Müştərək həyat qanunlar yox, güzəşt, həmkarlıq, səfa-səmimiyyət əsasında olmalıdır".

1. Nə vaxt çətinliyə düşdünüz səcdə qılın və yunisiyyə zikri deyin: “La ilahə illa əntə subhanəkə, inni kuntu minəz-zalimin.”
2. 14 məsumdan savayı kimsəni, hətta arifləri mütləq müdafiə etməyin.
3. Ata-ananı hətta bir dəqiqə narahat etmək günahdır.
4. Meyar partiya və qrup mənafeyi yox, dini dəyərlərdir - yoxsa dinsiz olarıq.
5. Dünya ilə bağlı hər şeyi uduzun ki, qalib olasınız.
6. Quranı dərk edənədək oxuyun...
7. İnsan öləndə müridlərini, məqamı, kitabxanasını özü ilə aparmır - bunlar əsas deyil!
8. Təəssüf ki, bugünkü cəmiyyətimizdə düşünmək çox azalıb, bir çox problemlərin kökü bundadır.
9. Bu bir ifadə həyatı şirin edir: “Mən müqəssirəm!”
10. Cəhənnəm üfunətlə dolu olsa da, əməlsiz alimin pis qoxusu cəhənnəm əhlini ikiqat incidir.
11. Bir işi görüb-görməmək yox, niyyət mühümdür.
12. Bəndənin ən dərin sözü budur: “Allah var!”
13. Boş yerə o yan-bu yana qaçmayaq, Allahdan savayı iş düzəldən yoxdur.
14. Allah bəndəsinin dilənməsini sevir, amma insanların yox, Allahın qapısında dilənməsini!
15. Az da olsa yalnız Allah üçün iş görək.
16. Siz nəfsi tanımırsınız, onun öhdəsindən yalnız Allah gələ bilər. O (nəfs) böyük insanların arxasını yerə vurub.
17. Müştərək həyat qanunlar yox, güzəşt, həmkarlıq, səfa-səmimiyyət əsasında olmalıdır.
18. Vüqarı təkəbbürlə səhv salmayın.
19. Nəfsi aram edən yalnız ilahi eşqdir.
20. Elmi olan, amma helmi olmayan insan təhlükəlidir...

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

26 Nov, 07:46


Mərhum Ayətullah Behcət

Namazlarını təxirə salan, vaxtında qılmayan möminlər özlərinin həyatında, işlərində gecikmələrə hazır olmalıdırlar: evlənməkdə, iş tapmaqda geciksələr təəccüblənməsinlər, heç kimi qınamasınlar, övladın doğulmasının gecikməsinə, xəstəliyin şəfasının gecikməsinə hazır olsunlar...

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

26 Nov, 05:51


Duanın qəbulu üçün yeganə çıxış yolu

Mirməhəmmədhüseyn Xatunabadinin irfani tövsiyəsi

Səfəvilər dövrünün məşhur alimi Mirməhəmmədhüseyn Xatunabadi (vf.1151 hq) şagirdlərindən biri üçün "rəvayət icazəsi" yazarkən ona irfani və əxlaqi tövsiyələr də yazır. Həmin tövsiyələrdə zikr və dua göstərişləri də var. Qeyd edilən "icazənamə"dən dua etmək və duanın qəbul olunmasının sirri barədə bir hissəni təqdim edirəm:

"Son olaraq vəsiyyət edirəm ki, məni və ustadlarımı dualarında, xüsusilə də xüsusi zaman və məkanlarda, unutmasın. Onu Allaha and verirəm ki, bu işə (məni və ustadlarımı dua etməyə) yüngül yanaşmasın. Məni gizlində namazlarından sonra yad etsin. Çünki ölümdən sonra əməl ipi qırılır. Dostların hədiyyələri və dualarından başqa bir şey ona (mərhuma) fayda vermir. Ümid edirəm ki, o, bu işə əhəmiyyət verəcək, Allah-Taala günahlarımı və səhvlərimi bağışlayacaq. Bu işdə savab var və Ərşdən bir mələyin duanın qəbul olması barədə müjdə sədası və onun duası (müsəlman qardaşı barədə) yəqinən qəbuldur.
"Əli ibn İbrahim Quminin atası İbrahim ibn Haşim deyir: Bir dəfə Həcc mərasimi zamanı Abdullah ibn Cündəbi Ərəfatı çox gözəl mənəvi bir halda gördüm. Elə bir halda idi ki, Ərəfatda ondan gözəl mənəvi bir hal görməmişdim. Əlləri səmaya ucalmış, göz yaşları yanaqlarına axır və yerə süzülürdü. Camaat Ərəfatdan qayıtdıqdan sonra mən ona dedim: Ey Əba Məhəmməd, Ərəfatda dayananlar arasında sənin ibadətindən gözəl bir ibadət görmədim?
İbn Cündəb cavab verdi: Ey Əba Həsən! Allaha and olsun ki, müsəlman qardaşlarımdan başqa heç kim üçün dua etmədim. Buna gödə ki, mövlam Əbəl-Həsən İmam Musa Kazim (ə) mənə buyurmuşdu:
"Hər kəs müsəlman qardaşının qiyabında (gizlində) onun üçün dua edərsə, Ərşdən nida gələr: "Qardaşların üçün istədiklərinin 100 min bərabəri sənin üçün olsun!"
Mən də istəmirəm ki, qəbul olub-olmayacağını bilmədiyim bir dua üçün 100 min qəbul edilmiş duanı itirim."
Bu barədə hədisimiz çoxdur. Buna görə də ümid edirəm ki, o, bu hədisləri nəzərə alacaq, məni və ustadlarımı, xüsusi ilə də atamı və babamı xəlvət bir guşədə ibadət edərkən yada salacaq və məni öz qəbul edilmiş dualarında şərik edəcək...".

Dastanın mənbəsi:
"Şiənin Hədis İrsi" məcmuəsi, 4-cü dəftər: Xatunabadi, "Mənaqibul-Füzəla", s. 508-518 (hədis nəqli icazənaməsi).

Hədisin Ərəbcə mətni və mənbəsi:
علی بن ابراهیم عن ابیه: رَأَيْتُ عَبْدَ اللَّهِ بْنَ جُنْدَبٍ فِي الْمَوْقِفِ فَلَمْ أَرَ مَوْقِفاً كَانَ أَحْسَنَ مِنْ مَوْقِفِهِ مَا زَالَ مَادّاً يَدَيْهِ إِلَى السَّمَاءِ وَ دُمُوعُهُ‏ تَسِيلُ‏ عَلَى‏ خَدَّيْهِ‏ حَتَّى‏ تَبْلُغَ الْأَرْضَ فَلَمَّا صَدَرَ النَّاسُ قُلْتُ لَهُ يَا أَبَا مُحَمَّدٍ مَا رَأَيْتُ مَوْقِفاً قَطُّ أَحْسَنَ مِنْ مَوْقِفِكَ قَالَ وَ اللَّهِ مَا دَعَوْتُ إِلَّا لِإِخْوَانِي وَ ذَلِكَ أَنَّ أَبَا الْحَسَنِ مُوسَى ع- أَخْبَرَنِي أَنَّ مَنْ دَعَا لِأَخِيهِ بِظَهْرِ الْغَيْبِ نُودِيَ مِنَ الْعَرْشِ وَ لَكَ مِائَةُ أَلْفِ ضِعْفٍ فَكَرِهْتُ أَنْ أَدَعَ مِائَةَ أَلْفٍ مَضْمُونَةً لِوَاحِدَةٍ لَا أَدْرِي تُسْتَجَابُ أَمْ لَا.
Şeyx Kuleyni, "əl-Kafi", c.2, s.508, "qardaşlar üçün dua fəsli", hədis:6.
Şeyx Səduq, "əl-Əmali", s.456, 70-ci məclis, hədis:2.
Şeyx Tusi, "Təhzibul-Əhkam", c.5, s.184, 13-cü fəsl, hədis: 19.
https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

25 Nov, 12:16


Əllamə Tehrani (r) buyurur :

Mümkündür insan öz qırx illik ibadətini, bir qəlb qırmaqla hədər etsin...!


https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

25 Nov, 07:50


📣📣 Diqqətli olaq...📣📣


İnsanin əməl etmədiyi bir şeyi deməsindən Allah Təala qəzəblənir , çünki bu nifaqin (ikiüzlülük ) əlamətidir.



.....Əllamə Təbatəbai (r).


https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

25 Nov, 05:45


🔸Müqəddəs şəriətin inayət etdiyi məsələ budur ki, insanın özündə imani cəhətləri gücləndirməsi ilə, onun əməli cəhətləri müqəddəs şəriətin əmrlərini yerinə yetirməyə bağlılıqla həll olsun (imanını möhkəmləndirib, şəriətə sözsüz əməl etsin). Şəriətə ən birinci bağlılıq da vaciblərə əməl edib, haramlardan çəkinməkdir.

🔸Mərifət və tərbiyyə böyükləri də bu haqda buyurmuşlar :

" İnsan bircə günah etmiş olsa belə, kənara atılır " (bircə günah belə səadət yolunda hərəkətə öz mənfi təsirini qoyur)

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

24 Nov, 05:57


📸 Həzrət Ayətullah Nasiri:

Qardaşlar! Hər bir halda, hər bir müşküldə, hər çətinlikdə
#Yəbnəl_Həsəni yaddan çıxartmayın.

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

24 Nov, 04:53


Vacibatı yerinə yetirmək və haramları tərk etməyi nəzərə alaraq ən asan iş salavat göndərməkdir. Salavat məhəbbət gətirir və məhəbbət insanı yuxarı (ali məqamlara) aparır.

📚Muhəmməd Təqi Bəhcət (r)

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

23 Nov, 09:35


Əvvəl bir "kəs" ol!

Bir nəfər gəlir arifi-salik Ayətullah Kəşmirinin yanına deyir: "Ağa, Məfatihul-Cinan kitabında filan problemin həlli üçün filan duanı tövsiyə etmişdi. Mən də 40 gün oxudum, amma problemim həll olmadı.
Ayətullah Kəşmiri deyir: Şeyx Abbas Qumi necə yazmışdı və sən necə əməl etdin?
Adam deyir: Yazmışdı ki, "hər kəs bu duanı...".
Ayətullah Kəşmiri: Bəli, bala, problem elə bax burdadır. Duanı "kəs"lər oxumalıdır, "na-kəs" deyil. Müşkül burdadır ki, biz Allah yanında hələ bir "kəs" olmağımızı isbatlamamışıq, yoxsa, duamız elə 40 günsüz də qəbul olardı.
P.S: Ayətullah Mübəşşir Kaşani bu dastanı ustadından nəql etdikdən sonra belə açıqlama verdi ki, çox vaxt duaları oxuyuruq, amma müraqibət (nəfsi kontrol) etmirik. Günah duanın əsərini aradan aparır. Baş verən hər bir günah adamı 40 mənəvi mənzil tənəzzül etdirir, endirir. Ən adi diqqətsizlik insanı mənəvi baxımdan ən azı dayandırır...
"Hər kəs müraqibə ilə 40 gün Qədr surəsini və ya Ramazan ayında Duxan surəsini hər gün 100 dəfə oxuyarsa, Qədr gecəsi mələklərin yer üzünə endikərini görər".
Ayətullah Mübəşşir Kaşani.
(öz sözlərimlə yazdım).

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

23 Nov, 05:53


"İlahi!
(Sənə tərəf gedən yolda) Qapı bağlı deyil, bizim əl-qolumuz bağlıdır."

📚 Əllamə Həsən Həsənzadə Amuli

👇
https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

22 Nov, 05:33


"Hər nə qədər namazların nizamlı və əvvəl vaxta olarsa, yaşayışın da nizama düşəcək. Bilmirsən ki, qurtuluş və səadət namaz ilə birlikdədir?"

Ayətullah Bəhcət (r)

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

21 Nov, 11:01


Fədək xütbəsi hansı Həzrətə məxsusdur?

@toplu_admini

Böyüklərdən Kəlamlar

21 Nov, 05:25


📸 İmam Xomeynidən niyə evinə kondisioner almadığını soruşdular. Buyurdu ki, əgər bütün millət kondisioner ala bilsə, mən də alaram...

Allah ruhunu şad eləsin...

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

20 Nov, 04:50


"Namaz halında bəndəlikdən elə ləzzət alıram ki, dünyanın bütün çətinlikləri, fəqirlik və müşküllər da daxil olmaqla tamamilə yaddan çıxır."

📚 Əllamə Qazi Təbatəbai (r)

👇
https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

19 Nov, 06:18


"Həva-həvəsdən uzaq olun ki, hər şey sizə verilsin. Bilin ki, həva-həvəsdə axtardığınız şey həva-həvəsi tərk etməkdə tapılacaq."

Ayətul-Həqq Pəhləvani Tehrani (r)

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

18 Nov, 16:29


Telegramın ən böyük və ən faydalı elmi, dini, xəbər, motivasiya kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla qeyd etdiyimiz kanallara abunə ola bilərsiniz.

@toplu_admini

Böyüklərdən Kəlamlar

18 Nov, 06:13


"Əllamənin ömrünün son anlarında ondan soruşdum: Buyuracağınız (əməl etmək üçün) sonuncu əmr nədir?
Yavaşca buyurdu: Muraqibət, muraqibət, muraqibət!"

📚 Əllamə Təbatəbayi (r)

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

17 Nov, 16:29


Telegramın ən böyük və ən faydalı elmi, dini, xəbər, motivasiya kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla qeyd etdiyimiz kanallara abunə ola bilərsiniz.

@toplu_admini

Böyüklərdən Kəlamlar

17 Nov, 05:20


Ağacdan yerə düşən bir yarpağın aləmdə təsiri vardır. Necə fikirləşirsiniz, günah etmək aləmdə təsirsiz olacaq???

Əllamə Təbatəbai (r)

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

16 Nov, 04:35


#Qaynana

Əllamə Təbatəbainin (r.ə) qızı nəql edir:

Evliliyimin ilk illərində nə vaxt atam gilə gedirdim, atam vəziyyət necədir soruşmaq əvəzinə, ancaq belə tapşırardı: Məbada qaynananı narahat edən bir iş görəsən, Allah sənin üçün keçməz.

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

15 Nov, 06:17


"Əgər insanlar qəbrlərdə nə baş verdiyini bilsəydilər, hətta bir günah belə etməzdilər."

İmam Əli (ə)

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

15 Nov, 05:47


✍️ Həzrət Ayətullah Əbdulkərim Kəşmiri (r)

🔹 "Mə'rifət yolunda zəhmət çəkmək və bu yolda sabitqədəm olmaqla məqama çatmaq olar. Tənbəllik ilə heç kəs bir yerə çata bilməz."

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

14 Nov, 10:02


İmam Xomeyni (r.ə.) müsəlman bacı və qardaşlara özlərinin mömin xasiyyəti/xisləti inşa etmək üçün məsləhətlər:
1.Vacib namazları əvvəl vaxtında qılmağı çalışın.
2. Həftənin 1 və 4 günləri bacardığıniz qədər oruc tutun.
3. Yuxunuzun vaxtıni azaldın və quran oxumaq ilə məşğul olun.
4. Verdiyiniz vədləre və razılaşmalara diqqətli olun/fikir verin.
5. Ehtiyacı olanlara yardım edin.
6. Sizin şəxsiyyətinizə/ruhunuza pis təsir edə biləcək toplanti və məclis olan yerlərdən uzaq durun.
7. Şan şöhrətli dəbdəbəli, bahalı məclislərdən uzaq durun və özünüzdə onları təşkil etməyin.
8. Sadə libasları geyinin.
9. Çox danışmaqdan və danışanlardan uzaq durun.
10. Daima idman/məşğ edin.
11. Çoxlu mütaliə edin.
12. İnsanlara sənəd və elm/bilim mənimsənilməsi və öyrənməsinə yardım edin.

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

14 Nov, 06:00


Tanınmış xətib Qiraətinin ixlaslı əməl haqda maraqlı xatirəsi

Tanınmış xətib, əxlaq ustadı höccətül-islam Möhsün Qiraəti xatirələrinn birində deyir:
“Bir dəfə ziyarət üçün Müqəddəs Məşhəd şəhərinə getmişdim. İmam Rza (ə) ilə öz aramda belə bir əhd bağladım ki, bir il gənclərə və müxtəlif ictimaiyyət nümayəndələrinə dərsi havayı keçəcəyəm. Bunun qarşılığında İmam Rzadan (ə) istədim ki, Allahdan diləsin ki, əməllərimin ixlaslı olmasında məni müvəffəq etsin.

Qayıtdım. Tədrislə məşğul oldum. İl keçməkdə idi. Bir gün dərsdən sonra hazır olan cəmiyyətlə birgə dərsdən çıxırdım. Ətrafda insanlar var idi. Bir tələbə qarşımda gedir, bəzən də arxaya baxırdı. Məni görsə də qarşımda gedirdi. Öz-özümə dedim: Niyə belə edirsən? Ya qabaqda çıx get ya da məni qabağa keçməyə dəvət et!
Birdən İmam Rzanın (ə) hərəmində verdiyim öhdəlik və vədə yadıma düşdü. Anladım ki, burada əməlim ixlaslı olmayıb. Narahat oldum. Öz özümdə dedim: Görürsən, Quran Allahın övliyalarının sifətləri haqda deyir: “Biz sizdən (əməllərin qarşılığında) əcr və təşəkkür istəmirik”. Bax görürsən?! Mən havayı iş görsəm də onlardan mənə hörmət etmələrini gözləyirdim və təvəqqe edirdim.

Mən daha sonra Ayətullah Mirzə Cavad ağanın yanına getmişdim. Bu məsələni ona danışdım və ondan bir həll yolu istədim. Demişdim ki, gördüm o qoca kişi başladı ağlamağa. Narahat oldum ki, niyə mən ona belə əziyyət edirəm. Mən Ağadan üzr istədim və belə ağlamağın səbəbini soruşdum.

O dedi: “Get İmam Rzanın (ə) hərəminə və imama təşəkkür elə! Təşəkkür elə ona görə ki, anlamısan ki, müşriksən və ixlaslı deyilsən. Mən də (ağlayıram) ki, özümə görə ağlayıram. Bu ağ saqqalımla ömrümün sonunda 90 yaşımda qorxuram ki, müşrik olam, amma bunu bilməyəm”.

Mənbə: Höccətül-islam vəl-Müslimin Möhsün Qiraətinin xatirələri, cild-1, səh-45

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

13 Nov, 05:47


✍️Ayətullah Muctehidi Tehrani

🌷 "Hədisdə vardır ki, öz xəstələrinizi sədəqə verməklə müalicə edin. Qədimdə xəstə olan zaman dərmanların qiymətini əczaxanadan öyrənib, o miqdarda pulu sədəqə verərdilər."

Böyüklərdən Kəlamlar

12 Nov, 04:46


🌸 Ölümdən sonrakı həyata 🌸

✍️Həzrət Ayətullah Ənsari Şirazi (r)

"Imanı olan hər bir ağıllı adam gərək ölümdən sonrakı həyat haqqında düşünsün və onun haqqında öz elmini artırsın."

Böyüklərdən Kəlamlar

11 Nov, 05:45


✍️ Ayətullah Seyyid Əli Xamenei

🌸 Mənim öz evimdə hamı istisna olmadan, hər axşam mütaliə ilə yuxuya gedirlər.Mən özüm də o cür.

🌸 Mütaliənin ortasında yuxuya getmirəm.Yuxum gələnə qədər mütaliə edirəm, kitabı kənara qoyub yatıram.

👉 Evimizdəki bütün şəxslər yatmaq istədikləri zaman, mütləq yanlarında kitab var. Fikrimcə bütün ailələr bu cür olmalıdır.Mənim intizarım budur.

👌 Gərək atalar, analar əvvəldən uşaqlarları kitaba adət etdirsinlər.

🌸 Hətta balaca uşaqlar da gərək kitab ilə ünsiyyət tapsınlar.📚

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

10 Nov, 05:43


✍️ Həzrət Ustad Fatiminiya

(Görürsən biri) oturub səcdədə hey təkrar edir :

🌸 Ya ərhəmər rahimin.

🌸 Ya əkrəməl əkrəmin.

🌟 Dua kitabın bağlayır, Gəlir arvad-uşaqlarının yanına.

👉 Baxırsan ki, evdə nə qədər quru və tünd xasiyyətdir (qaş-qabaqlıdır).

😟 Belə adamın duası qəbul deyil !

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

09 Nov, 07:20


📺 “Televizor haramdır” 📺


Ustad Seyyid Əli Əkbər Sədaqat nəql edib:

Bir şəxs Ayətullah Kəşmirinin (r) evinə gəlmişdi,
birdən qonşudan televizorun səsi gəldi. Həmin şəxs bu səsi eşidib dedi:
“Televizor haramdır.”

Həzrət Ayətullah Kəşmiri (r) buyurdu:
“Ayağa qalx və çıx get burdan. Haram odur ki, dünən sübh əhli-əyalının üzünə sillə vurub, söyüş söyüb təhqir edəsən.”

⚠️ Diqqət! Bizlər bəzi vaxt bir əməli tərk etməyi hünər bilirik, əslində hünər ailədən başlayır. Ayətullah Fatiminiyyanın təbiri ilə desək, Meraca getmək istəyirsən? Mənəvi məqamlara çatmaq istəyirsən? Ən əsası Allaha bəndə olmaq istəyirsən? Ailən ilə olan rəftarına diqqət et!

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

08 Nov, 06:14


🌸 Yaradılışdakı fərqlilik 🌸

Sual :
Nə üçün insanlar fərqli yaradılıb?

Cavab: Əlinə qələm götürmüş yazıçı əgər bütün səhifələrdə hərfləri eyni ardıcıllıqla düzsə, onun yazdığına heç kim kitab deməz, onunla maraqlanmaz. Əgər sözlər, cümlələr, səhifələr bir-birindən fərqlənirsə, bunu zülm adlandırmaq olmaz. “T” hərfi deyə bilməz ki, nə üçün mən ayaq üstə qalmışam, amma “ş” oturub!
Qab-qacaq sexində müxtəlif ölçülü qablar hazırlansa da, kimsə sex rəisini bu fərqə görə ittiham etmir. Çünki, hər ölçüdə olan boşqabın öz təyinatı var.
İnsanların fərqli yaradılması zülm yox, hikmətdir. Hər bir insan ona verilmiş imkanlar həddində cavabdehdir. Ömür boyu korları məsxərəyə qoyub, özü naməhrəmə baxmaqdan çəkinməyən insan Qiyamət əzabı ilə qarşılaşacağı vaxt −“kaş kor olaydım” deyə təəssüf edəcək.

📚Mənbə: "Məsəllər" kitabı, Ustad Qirəti

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

07 Nov, 05:55


🍀 Həqiqi ləzzət

✍️ Həzrət Əllamə Həsənzadə Amuli 🔻

👉 "And olsun Allaha! İmanlı bir şəxsin gecə yarısında ibadətdən aldığı bir ləzzət bir ömür dünyanın maddi ləzzəti ilə bərabərdir."


https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

06 Nov, 05:52


🌹 Ayətullah Cavadi Amulinin Ayətullah Behcət haqqında xatirəsi

1989-cu ildə Ayətullah Cavadi Amuli öz təfsir dərslərinin birində buyurdu:
“Biz çox vaxt Əllamə Təbatəbaiyə deyərdik: “Bizə əxlaq dərsi de. O cavabında belə deyərdi: “Əxlaq deyiləsi yox, əməl ediləsidir və əxlaqa əməl etmək lazımdır. Sizin tanıdığınız bu Behcətin bütün həyatı, başqalarıyla get-gəli və onlara qarşı münasibəti bütünlüklə əxlaq dərsidir. Başqa fəqihlər kimi dərs deyər və digər pişnamazlar kimi camaat namazı qılar.”
Behcətin mənəviyyatla dolu camaat namazında bəzən onun həzin ağlamaq səsi bu mənəviyyatı birə on artırır. Hərdən Ayətullah Behcətin bu həzin səsi namaz qılanların ağlamaq səsinə qarışır. Onun namazında iştirak edənlərin ruhu qanad açır və gözlər yaşla dolur. Ürəklər dolmuş buluda bənzəyir və göz yaşları səccadələrə tökülür. Çox vaxt onun camaat namazı qıldığı məsciddə namaz qılmaq üçün yer olmur. Onun namazından feyz almaq üçün yaxından-uzaqdan gələnlərin çoxu məsciddə yer olmadığından oranı tərk etmək məcburiyyətində qalırlar. Günlər içərisində cümə axşamları onun namazı başqa gecələrdən çox fərqli olur. Behcət “xiftən” namazının birinci rəkətində “Cümə” və ikinci rəkətində “Əla” surələrini oxuyur. “Onlara de ki, sizin qaçdığınız ölüm mütləq sizi haqlayacaq və sonra isə zahir və qeybdən xəbərdar olanın hüzuruna aparılacaqsınız. O vaxt sizə əməlləriniz barədə məlumat veriləcək.” və “Sonra orada nə ölərlər, nə də dirilərlər.”
ayələrinə çatanda, ürəyi Allah eşqilə yanan arifin ağlamaq səsi ucalır. Namaz qılanların da ağlamaq səsi onun səsinə qarışaraq məscidə ruhani bir fəza bəxş edir.

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

05 Nov, 06:09


💢 Qəlbin qəsavətini aradan aparan amillər :

1 - Moizəyə qulaq asmaq. İnsanın qulağı və qəlbi moizə ilə birgə olsun...

2 - Qəbiristana getmək...

3 - Ölümü xatırlamaq qəlbin qəsavətini aradan aparan mühüm amillərdən biridir...

4 - Zikr, Allahı və dini maarifi və həqiqətləri yad etmə məclisləri - xüsusilə də Əhli Beytin (ə) fəzilətləri, məzlumiyyətləri və zalımların onlara etdiyi zülmlər danışılan məclislər. Belə məclislər sayəsində insanda Allahın düşmənlərindən bizarlıq və İlahi övliyalara məhəbbət yaranır. Bu da, qəlbin qəsavətini aradan aparan amillərdəndir...

5 - Quran təfsiri və Əhli Beytin (ə) maarifini öyrənmək...

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

04 Nov, 09:57


💢 Nəfsin tuğyanını (həddi aşmasını) sakitləşdirmək

Qəbirstana gedib, ölüm və dünyadan gedənlərin vəziyyəti haqqında təfəkkür etmək, insanın nəfsinin tuğyanlarının qarşısını alır...

Ayətullah Təhriri

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

04 Nov, 05:23


Dayanma! Qaç!

Dünya mö'minin zindanıdır.
Gərək bu təbiət aləmindən mələkut aləminə seyr (səfər) edəsən.
Əgər Allaha tərəf səfər etmək qəsdin varsa, sürətlə hərəkət et! Dayanma! Necə ki, Allah Təala Özü Qur'anda buyurur: "Allaha tərəf sürətlə qaçın!"
(Zariyat surəsi, ayə 50)


Höccətul İslam Əli Firuği

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

03 Nov, 06:41


Rəhmətlik İmamın (r.ə) “Vədeyi didar” kitabında oğluna yazdığı nəsihətlərin birində oxuyuruq: “Oğlum! Əhməd Xomeyni! Allah hidayətini sənin ruzin qərar versin! Dünya istər əzəli olsun, istərsə də əbədi – hamı fəqirdir. Çünki var olmaq onların zatı deyildir.

Əgər fəqir olan bu cahana xitab edərək desən ki: “Ey fəqir varlıqlar! Kim sizin ehtiyacınızı aradan qaldıra bilər?”. Hamısı fitrət dili ilə fəryad çəkərlər: “Biz o mövcuda möhtacıq ki, bizim kimi fəqir deyildir və kamil varlıqdır”. Bu fitrət də onların özündən deyildir.

“(Ya Peyğəmbər!) haqqa tapınaraq ürəyini (qəlbini) bu dinə (İslam dininə) sarı döndər. Allah həmin fitri din əsasında insanları yaratmışdır. Allahın xilqətində əsla bir dəyişiklik ola bilməz (və Onun dinində də olmamalıdır). Sabit və möhkəm olan din – budur. Lakin camaatın əksəriyyəti (bunu) bilmir”. (“Rum” 30).
Tövhid fitrəti Allahdandır və fəqir məxluqlar zatən fəqir və möhtacdırlar. Onların fitrətinin fəqir olması həmişəlikdir. İstər əzəli olsun, istərsə də əbədi. Ondan başqası işləri aça bilməz. Hər kimin camalı və kamalı vardır – özündən deyildir, Ondandır.

“Buna görə də, (bilin ki,) onları siz öldürmədiniz, Allah öldürdü onları! Sən (onlara tərəf ox və daş) atan zaman, sən atmadın, Allah atdı(düşməni məğlub etmək) və möminləri yaxşı sınamaq (yaxud onlara gözəl qələbə neməti vermək) üçün! Həqiqətən Allah eşidən və biləndir”.(“Ənfal” 17).

Çalış xəlvətdə bu haqda düşün və qəlbinə təlqin et. Təkrar et ki, dilə gəlib çatsın. Varlığında onun cilvəsi nümayiş olsun. Mütləq ehtiyacsıza (Allaha) qoşul ki, hər kəsdən ehtiyacsız olasan. Ondan vüsal tövfiqi istə ki, səni hər kəsdən və özündən də ehtiyacsız etsin”.

Allah Təala bizləri ibrət götürənlərdən qərar varsin.

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

02 Nov, 05:34


Şeyx Rəcəbəli Xeyyat neql edir:
Bir gün soyuq qış gecəsi şiddətli qar yağırdı. Bütün küçəni qar bürümüşdü. Küçənin başında gördüm, kimsə başını divara söykəyib dayanıb. Başının üstü qarla dolub. Öz-özümə dedim ki, yazıq yəqin narkomandır, özündə deyil. Yaxınlaşıb gördüm bir cavandı. Onu silkələdim. Mənə nəzər salıb dedi: Neynirsen?
Dedim: Cavan, deyəsən özündə deyilsən. Nə iş görürsən bu şaxtada? Qar! Qar yağıb başına! Donub ölərsən!
Cavan elə bil sözümü eşitmirmiş kimi başı ilə qarşıya işarə etdi. Gördüm gözünü qarşıdakı evin penceresinə dikib. Anladım ki, aşiqdir. Oturdum yerə bütün vücudumla ağlamağa başladım. Cavan təəccüblə kenarımda oturdu. Soruşdu, nolub qoca, sən də aşiq olmusan? Dedim: Bəli səni görməmişdən öncə elə bilirdim aşiqəm. Imam Zamanın (ə.f) aşiqi! Indi səni ki, görürəm necə öz eşqindən ötəri hətta özünü belə unutmusan, başa düşdüm ki, mənim aşiqliyim iddiadan başqa bir şey deyilmiş! Məgər aşiq bir an bele olsun meşuqunu unuda bilərmi?!

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

25 Oct, 16:29


Biri-digərindən daha maraqlı olan telegramın ən faydalı kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla ən gözəl kanallardan bəhrələnə bilərsiniz.

@toplu_admini

Böyüklərdən Kəlamlar

25 Oct, 12:53


🌸 Allahla görüşə tələsən fədakar rəhbərin həyatından

1964-cü ildə İranda müstəbid şah rejiminə qarşı vüsət almış inqilabi hərəkata başçılıq edən İmam Xomeyni (r) rejim tərəfindən həbs edilir. Ayətullah Xomeyninin əqidəsini lazımınca dəyərləndirə bilməyən şah Rza Pəhləvi onun sazişə gedəcəyini güman edir. İranın təhlükəsizlik naziri həbsxanaya, İmam Xomeyni ilə danışıqlara gedir. Ayətullah Xomeyniyə hərəkatı dayandıracağı təqdirdə könlündən keçən hər şey vəd edilir. Hətta ölkənin idarəçiliyində imamın rəylərinin nəzərə alınacağı bildirilir. Təhlükəsizlik nazirini təmkinlə dinləyən imam Xomeyni rejimin təkliflərinə belə bir tarixi cavab verir: "Siz qarşınızdakı dörd yoldan birini seçə bilərsiniz: məni azad buraxmağınız, sürgün etməyiniz, ömürlük həbsə almağınız, ya da edam etməyiniz mümkündür. And olsun Allaha! Mənim üçün bu dörd seçim arasında heç bir fərq yoxdur. Mən öz ilahi vəzifəmə əməl edirəm və bu yolda ölümə hazıram. Allahın rəsulu (s), Əmirəlmöminin (ə) 63 il yaşadılar. Mənim də 63 yaşım var və bundan artıq yaşamaq istəyim yoxdur!"

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

25 Oct, 06:16


Bircə söz fəsad əhlini hidayət etdi

O zaman ki, Axund Molla Muhəmmədtəqi Məclisi kifayət qədər məşhur deyildi, bir nəfər bu alimin yanına gəlir və qonşularından şikayət edir. Deyir ki, “qonşularımızın əxlaqı çox pisdir və mən artıq təngə gəlmişəm. Nə edim?”.
Alim deyir: “Onların hamısını bu gecə evinə dəvət et, mən də gələcəyəm. Ola bilsin ki, Allah bu vasitə ilə onları hidayət edər”.
Həmin şəxs qonşularını evinə dəvət edir və alim hamıdan tez gəlib, otağın bir küncündə əyləşir. Onlar içəri girində alimi görürlər və çox narahat olurlar. Çünki onlarla eyni məsləkdə olan insan deyildi. Onların əyləncəsinə mane olacaqdı. Ona görə də alimi məclisdən çlxartmaq üçün deyirlər: “Sizin getdiyiniz yol daha yaxşıdır, yoxsa bizim?”.
Axund deyir: “Bu mövzunun aydın olması üçün gərək hər iki tərəf öz işinin xüsusiyyətlərini bəyan etsin. O zaman görmək olar ki, hansı daha yaxşıdır?”.
Qonşularından biri deyir: “İnsaf etdin və haqq söz dedin. Bizim sifətlərimizdən biri budur ki, biz duz-çörək kəsdiyimiz insana xəyanət etmərik”.
Axund deyir: “Sənin dediyin kimi deyildir və mən sənin bu sözünü qəbul edə bilmərəm”.
Həmin şəxs deyir: “İnkar etməyiniz yersizdir. Çünki bu sifət bu tayfaya aiddir”.
Axund deyir: “Əgər belədirsə, mən sizdən soruşuram ki, siz heç indiyə qədər Allahın duzunu yemisiniz?”.
Bu şəxs həmin sualı eşidən kimi başını aşağı saldı və bir müddətdən sonra ayağa qalxdı və hamı ilə birlikdə çıxıb getdi.
Ev sahibi Axunda dedi: “İş daha da pis oldu. Çünki onlar küsərək evdən getdilər”.
Axund dedi: “İndi ki, iş bu yerə gəlib çatdı, səbir et, görək nə olur?”.
Səhər açılan zaman həmin qonşu Axundun evinə gəlir və nalə çəkərək deyir: “Sizin dünənki sözünüz mənə çox təsir etdi. Yuxunu gözümdən apardı. İndi tövbə edirəm və qüsl alıb xidmətinizə gəlmişəm ki, dini məsələləri mənə öyrədəsiniz”.
Bu hadisədən sonra muxlis möminlərdən olur və haqqa qaydir

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

24 Oct, 07:09


Dirilik suyu (1)

Bir dəfə ariflərin birindən soruşdum: "Mənimlə İmam Zaman Ağa (ə.f) barəsində nə deyə bilərsiniz?"

Arif buyurdu: "Sənin vücudun solan bir güldür. Onu əbədi etmək üçün dirilik suyuna ehtiyacın var. Həzrət Vəliyyu Əsr İmam Zaman Ağanın (ə.f) vücudu isə
#dirilik_suyudur. Əgər əbədi olmaq istəyirsənsə gərək bu suyu axtarıb tapasan."

Bu sözü deyib bir an sükut etdi. Sonra buyurdu: "Əlbəttə, unutma ki sahibimiz İmam Zaman Ağa (ə.f) da solmaqda olan güllərə həyat vermək üçün onları axtarır."

Dedim: Bəs nə üçün indiyə kimi mənim sorağıma gəlməyib?
- Bir an sükutdan sonra buyurdu: "Gəlmişdi. Amma, səni tapa bilmədi. Çünki sən olmalı olduğun yerdə (intizar məqamında) deyildin."

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

23 Oct, 16:29


Ən yaxşı elmi, dini, müqavimət, motivasiya kanalları ilə qarşınızdayıq. Bu cür gözəl və dəyərli kanalları heç bir topluda tapa bilməzsiniz:)

@toplu_admini

Böyüklərdən Kəlamlar

23 Oct, 05:47


📚Bəziləri qürbətən iləllah (Allaha xatir) günah edir, qürbətən iləllah böhtan atır, qürbətən iləllah təhqir edir və kimlərisə alçaldır.
Məsihi Corc Cordaq "İmam Əli" kitabında yazır ki, insan bəzən o qədər alçalır ki, Allahın evində Allahın vəlisini Allaha xatir qətlə yetirir!
Bəli, bu gün Allaha xatir şayiə yayan, böhtan atanlar var. Müsəlmanı hörmətdən salmaq, özü də Allaha xatir! Bu Allahla müharibədir. Bu hal xalq arasında artıb.

Ayətullah Məzahiri

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

22 Oct, 06:06


Ölümə aşiq ol!

🔹Ölümü həmişə nəzərində saxla ki, bütün çətin işlər sənin üçün asan olsun (çün, ölümlə müqayisədə hər bir çətinlik əslində asandır). Hətta ölümə aşiq ol ki, ölüm sənə şirin gəlsin və öləndə ölümün şirinliyini dadasan, nəinki acılığını dadasan.

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

22 Oct, 06:05


Bəhlul Danəndə deyir: «Sabahlar köynəmiyin düymələrini bağlayarkən fikirləşirəm ki, onları kim açacaq? Özüm yoxsa mürdəşir?»
Elə isə evdən çıxarkən gəlin ailə üzüvlərimizdən küsülü və kin-küdurətlə ayrılmayaq. Kimsə geri qayıtmağına əmin deyil!

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

21 Oct, 06:03


Ariflərdən biri şagirdinə buyurdu:
Dünyanı aldadın!

Şagird soruşdu: Necə?

Arif buyurdu: Dünyanın çörəyini yeyin, amma axirət üçün çalışın...

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

21 Oct, 06:03


"Xoş o kəsin halına ki, öz eyiblərini görür və başqalarının eyblərinə göz yumur. Özünü kamil və səhvsiz bilmir."

Əl-Əbd Muhəmməd Təqi Bəhcət (r)

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

19 Oct, 09:56


Mələk də acizdir

Həzrət Peyğəmbər (s):
Me'racda olanda milyon əli, hər əldə milyon barmağı və hər barmaqda da milyon bəndi olan bir mələk gördüm. O mələk dedi: Mən yağış damlalarının nə qədərinin səhraya və nə qədərinin də dəryaya düşdüyünü bilirəm. Xilqətin əvvəlindən indiyə kimi yağan yağışın damlalarının sayını bilirəm. Amma bir şeyi hesablamaqda acizəm.

Həzrət Peyğəmbər (s) buyurdu: O nədir?
Mələk dedi: Sənin ümmətindən olan kəslər hər zaman birlikdə salavat göndərərlərsə, mən onun savabını hesablamaqdan acizəm.

*Salavatın bərəkəti, səh 30

Bir salavat zikr edək.

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

18 Oct, 05:37


“Əməlini xalis et...”

Ayətullah Seyid Mustafa Xansari deyir:
Bir gün Ayətullah əl-üzma Bürucerdinin görüşündə idik. Bir dəstə adam onun gördüyü işləri və xidmətləri alqışlayırdı. Mən sakit oturmuşdum. Onlar mənə müraciət edərək dedilər: - Siz nə üçün sakitsiniz. Siz də fikrinizi bildirin.
Dedim: - Rəvayətdə gəlib: “Əməlini xalis et. Çünki onu yoxlayan çox agah və görəndir”. (“Biharul-ənvar”, c. 13, səh. 431.)
Bürucerdi ağa bunu eşidən kimi gözlərindən yaş süzüldü və halı dəyişdi. Sonra məclisdə onun işini alqışlayanlara üz tutub dedi: - Bəli, əgər qiyamətdə siz və mən olsam (yəni işlərimin xalisliyini yoxlayan olmasa), məsələ həll olmuşdur. Amma belə deyil. “Əməlini xalis et. Çünki onu yoxlayan çox agah və görəndir”.
Ayətullah Bürucerdi ondan sonra hər vaxt məni görsəydi həmin hədisi yada salardı: “Əməlini xalis et. Çünki onu yoxlayan çox agah və görəndir”.

Böyüklərdən Kəlamlar

17 Oct, 06:41


✔️ Şəriətə uyğun əməl etməliyik

🍃 Ayətullah uzma Behçət

🔰 Bir-birimizə yox, şəriət kitabına baxmalıyıq və etdiyimiz əməli və ya tərk etdiyimizi onunla (şəriət kitabı ilə) uyğunlaşdırmalıyıq.

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

16 Oct, 10:39


Bir neçə gənc, Əllamə Həsənzadə Amulinin yanına gəlib, dedilər :
- Ağa, bizə bir nəsihət verin ki, istifadə edib, faydalanaq.
Əllamə buyurur :
- Çalışın ki, naməhrəmlə əlaqəniz olmasın, istər qadın olsun, istər kişi.
Gənclər soruşdular :
- Ağa, məgər kişi də, kişiyə naməhrəm olur?
Əllamə Həsənzadə ağa buyurdu :
- "Allahla rabitəsi olmayan hər kəs naməhrəmdir."

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

16 Oct, 05:35


Ustad Möhsin Qiraəti :

Allah insana buğda yeməməyi əmr etdi. İnsan (qulaq asmayıb) yeyəndən sonra Allahın ona "vurduğu birici sillə" bədəninin üryan olması oldu. Bu, onu göstərir ki, paltarı soyunmaq "Allahın silləsi"dir, mədəniyyət deyil.

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

14 Oct, 06:55


Ayətullah Seyyid Məhəmməd-Mehdi Mirbaqiri: "Ədalətli olmaqda təqvadan kənara çıxmayaq. Yəqinliyimiz olmadığı halda başqaları haqda danışmayaq. Hətta yəqin bildiyimiz şeylərin çoxunu belə danışmayaq".

https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

14 Oct, 06:27


Əllamə Təbətəbai:
"İnsanı hədəfə çatdıracaq tək yol nəfsini tanımaqdan keçir ki, bu əslində ən yaxın yoldur. Bu da Allahdan başqa hər şeydən qopmaq və özünü, nəfsini tanımağa həsr etməklə hasil olar."
https://t.me/kelamlardan

Böyüklərdən Kəlamlar

13 Oct, 07:25


💠 Ayətullah Cavad Amuli

♻️ "Mümkün deyil bir kəs Allah ilə münacatın ləzzətin dadsın və başqa ləzzətlərin dalınca getsin. Allah ilə olan münacat həmin Kəmale İnqita iləllah dır.

https://t.me/kelamlardan