Övlad Tərbiyəsi🤼 @usaq_terbiyesi Channel on Telegram

Övlad Tərbiyəsi🤼

@usaq_terbiyesi


Mütəxəssislərin nəzarəti altında övlad tərbiyəsi ilə bağlı hər şey Allahın iznilə bu kanalda paylaşılacaq.
Uşaqların dəcəlliyinin, valideyni əsəbləşdirməyinin, səbəbsiz qışqırmağının, sözə baxmamagının həlli yolları bu kanalda!

Övlad Tərbiyəsi (Azerbaijani)

Övlad Tərbiyəsi kanalı, mütəxəssislərin nəzarəti altında olan bir platformdur. Bu kanal, övlad tərbiyəsi ilə bağlı hər şeyi paylaşmağı və valideynlərə dəstək olmağı hədəfləyir. Uşaqların dəcəlliyinin, valideynlərin əsəbləşmələrinin, səbəbsiz qışqırmağın və sözə baxmamağın həll yolları bu kanalda izləyicilərlə paylaşılacaq. Övlad tərbiyəsi ilə məşğul olan valideynlər və nəvəçalar üçün mühüm təlimlər, məsləhətlər və təcrübələr bu kanalda əlçatan olacaq. Bu platform, valideynlərin övladlarını necə düzgün şəkildə yetişdirmələri və problemləri həll etmələri barədə ən son məlumatları təqdim etməyi hədəfləyir. Övlad Tərbiyəsi kanalına qoşularaq övlad tərbiyəsi ilə bağlı ən maraqlı, faydalı və aktual məlumatları əldə edə bilərsiniz!

Övlad Tərbiyəsi🤼

20 Feb, 16:39


Telegramın ən gözəl elmi və dini kanalları ilə qarşınızdayıq. Adlarını qeyd etdiyimiz və etmədiyimiz bir çox kanala abunə ola bilərsiniz.

@toplu_admini

Övlad Tərbiyəsi🤼

09 Feb, 16:27


İmam Sadiq (ə) buyurub:

« Körpə, 21 ay ana südü əmməlidir. Bundan azı ona zülümdür. »

📗Əl-kafi, cild 6, səhifə 40.

@usaq_terbiyesi

Övlad Tərbiyəsi🤼

05 Feb, 10:25


https://youtu.be/nN3lsBqSs78?si=90dJEct3CSLfOhxo

Övlad Tərbiyəsi🤼

04 Feb, 03:35


Ailə

💔 Müştərək həyatı təhdid edən amillər
⛔️ Boşanmaqla təhdid etmək
⛔️ Təhqir etmək və alçaltmaq
⛔️ Uşaqların olduğu yerdə dava-dalaş
⛔️ Keçmişləri yada salmaq
⛔️ Həyat yoldaşından övlada şikayət

Övlad Tərbiyəsi🤼

10 Jan, 10:03


Hz İmam Hadinin(ə) əshabından olan Yəhya ibn Zəkəriyyə həzrətə məktub yazdı ki, xanımım hamilədir, dua et, Allah mənə oğlan uşağı bəxş etsin.
- İmam cavab yazdı: "Nə çox qız uşağı var ki, oğlan uşağından üstündür".

Mənbə : Səfinətül-bihar, c.1, "ba" hərfi


@usaq_terbiyesi

Övlad Tərbiyəsi🤼

06 Jan, 16:29


Sənə lazım olana toxun və abone ol 💫

➪ 𝙰𝚍𝚖𝚒𝚗: @toplu_admini

Övlad Tərbiyəsi🤼

06 Jan, 06:20


Açılıb bağlanan sadə oyuncaqlar, vint və boltlar (böyük yaşlar üçün), böyük legolar kimi yığılan əşyalar, uşağın idrak və hərəkət bacarıqlarının inkişafı üçün yaxşı seçimdir.”

Ps. Hərəkət bacarığına motor bacarığı da deyilir. Motor bacarığı, bir insanın əzələlərini koordinasiya edərək hərəkət etmə qabiliyyətidir. Bu bacarıqlar iki əsas kateqoriyaya bölünür:
İncə motor bacarıqları: Kiçik əzələ qruplarının istifadəsini tələb edən hərəkətlərdir, məsələn, yazı yazmaq, düymə bağlamaq və ya kiçik əşyaları tutmaq.
Qaba motor bacarıqları: Böyük əzələ qruplarının istifadəsini tələb edən hərəkətlərdir, məsələn, qaçmaq, tullanmaq və ya top atmaq.
Bu bacarıqlar uşaqların inkişafında mühüm rol oynayır və müxtəlif fəaliyyətlər vasitəsilə təkmilləşdirilə bilər. 


@usaq_terbiyesi

Övlad Tərbiyəsi🤼

04 Jan, 07:16


Hüseyn ibn Əbu Ə'la İmam Sadiqin (ə) belə buyurduğunu eşitdi:

“Yeni doğulmuş uşaqlarınızın damağına Hüseynin (ə) türbətindən sürtün. Həqiqətən də o amandır (qoruyucudur).”

📚Kamiluz-Ziyarat, 92-ci bab hədis 2

@usaq_terbiyesi

Övlad Tərbiyəsi🤼

03 Jan, 16:29


Sənə lazım olana toxun və abone ol 💫

➪ 𝙰𝚍𝚖𝚒𝚗: @toplu_admini

Övlad Tərbiyəsi🤼

03 Jan, 08:18


Övladlarımıza İmam Zamanı (ə.f.ş) necə tanıdaq ?

Övladlarımız - bizim gələcəyimizdir. Ona görə də onların örnək və nümunəsi elə insanlar olmalıdır ki, gələcəklərini parlaq və ümidli etsin. Hər bir Əhli-beyt davamçısı üçün gözəl örnək İmam Zaman (ə.f.ş) ağadır. Ona görə də bir mənəvi ailədə böyüyən uşaq da İmamı (ə.f) özünə örnək bilməlidir. Bu vəzifə valideynlərin üzərinə düşür ki, İmamı (ə.f) övladları üçün örnək və nümunə qərar verə bilsinlər. Müasir yanlış və göstərişli örnəklər ardınca olmasınlar.

Bəs nə edək ki, övladlarımız İmam Zaman (ə.f) ağaya yaxınlaşsın və onu özünə örnək bilsin?

Ustad Ənsariyanın (ht) valideynlərə bəzi tövsiyyələri vardır ki, onlara əməl edərək bu məqsədə çatmaq olar:

🌸 İmam Zaman (ə.f.ş) haqqında biliyini artırın.

🌸 Əgər evdə kitabxananız vardırsa İmamla (ə) bağlı çoxlu kitablar alın ki, övladlarınız da oxuya bilsinlər.

🌸 Telefonlarınıza İmam Zaman (ə.f) ilə bağlı mahnı və dualar yükləyin.

🌸 İmamla (ə.f) əlaqəsi olan insanların həyat hekayələrini onlar üçün oxuyun.

🌸 Uşaqlarınıza İmama (ə.f) ehtiram göstərməyi öyrədin. Misal üçün, İmamın (ə.f) mübarək adı çəkilən zaman ayağa qalxmağı unutmayın.

🌸 İmamı (ə.f) mehriban ata kimi təqdim edin.

🌸 Uşaqlarınızdan istəyin ki, İmam (ə.f) üçün dua etsinlər.

🌸 Uşaqlarınıza başa salın ki, İmam (ə.f) onların səsini və duasını harada olurlarsa-olsunlar eşidir.

🌸 Onlara deyin ki, siz dua edən zaman, İmam (ə.f) da sizə dua edir.

🌸 Uşaqlarınızın bu mövzunu dərk etməklə bağlı tutumuna diqqət edin və ifrat etməyin.

🌸 Çalışın ki, uşaqlarınız mənəvi olaraq Məhdəviyyət mövzusuna qarşı teşnə olsunlar.

🌸 Ailə mərasimlərində İmamı (ə.f) yada salın və salavat göndərin.

🌸 Övladlarınıza başa salın ki, əgər İmamla (ə.f) dost olmaq istəyirlərsə, yaxşı və bəyənilən işlər yerinə yetirsinlər.

🌸 Uşaqlarınızdan istəyin ki, İmama (ə.f) məktub yazsınlar.

🌸 İmamın (ə.f) uşaqlıq dövründə etdiyi işlərdən onlara danışın.

🌸 Onlara deyin ki, əgər dərsində müvəffəq olsan, İmama (ə.f) yardım etmiş olarsan. Çünki İmamın (ə.f) dostları bilikli insanlar olmalıdır.

🌸 Uşaqlarınızdan istəyin ki, İmamla (ə.f) bağlı təəssüratlarını sizinlə bölüşsünlər.

🌸 Uşaqlarınızla elə rəftar edin ki, İmam (ə.f) kimi bir insanla fəxr etsinlər.

🌸 Uşaqlarınıza öyrədin ki, İmama (ə.f) hər gün hədiyyə göndərə bilərsiniz. Bu hədiyyə İmama (ə.f) göndərdikləri salavatdır.

@usaq_terbiyesi

Övlad Tərbiyəsi🤼

02 Jan, 09:05


Bir  uşağın  ən  böyük  düşməni  ona  Allahı  tanıtmayan  Ana  və  Atasıdır

"Ey iman gətirənlər, özünüzü və ailənizi yanacağı insanlardan və daşlardan ibarət olan oddan qoruyun; onun başında Allahın onlara verdiyi əmrdən boyun qaçırmayan, əmr olunanı yerinə yetirən, sərt və  qüvvətli mələklər durmuşlar".💜


Təhrim sürəsi , ayə - 6


@usaq_terbiyesi

Övlad Tərbiyəsi🤼

28 Dec, 16:29


Sənə lazım olana toxun və abone ol 💫

➪ 𝙰𝚍𝚖𝚒𝚗: @toplu_admini

Övlad Tərbiyəsi🤼

21 Dec, 02:44


İbn Abbas Peyğəmbərdən (s) belə nəql edir: "Kim bazara daxil olub, öz ailəsi üçün hədiyyə alıb apararsa, sanki möhtaclar üçün sədəqə aparmış olar. Aldığı hədiyyəni paylayarkən oğlan
uşaqlarından əvvəl qız uşaqlarına versin. Kim öz qızını sevindirsə, sanki İsmail övladlarından qul azad etmiş olar. Kim öz oğlunu sevindirsə, sanki Allah qorxusundan ağlamış olar. Allah qorxusundan ağlayan şəxsi, Allah "Naim"cənnətlərinə daxil edər".

Məkarimul-Əxlaq, cild-1, hədis 33/1537

Övlad Tərbiyəsi🤼

18 Dec, 12:52


Hz Peyğəmbər (s.ə.vs) buyurur:

“Övladlarınızı ana bətnində tərbiyələndirin!” Soruşdular: “Bu necə mümkündür, ey Allahın rəsulu?” Buyurdu: “Analarına halal yemək yedizdirin!”

📚“Cənge Məhdəvi”, səh. 132.


@usaq_terbiyesi

Övlad Tərbiyəsi🤼

12 Dec, 06:53


Peyğəmbərimiz (s):
"Ana südü ilə qidalanan uşaqda Allahın lütfü, rəhməti və mərhəməti olar. Süd verən ananın hər çəkdiyi əziyyət ona savab gətirər."

> Biharul-Ənvar, c. 60, səh. 360

@usaq_terbiyesi

Övlad Tərbiyəsi🤼

12 Dec, 06:52


Peyğəmbərimiz (s):
"Uşağını əmizdirən anaya, hər gün üçün Allahın yolunda oruc tutmuş və ibadət etmiş insanın savabı yazılar."

> Vəsailuş-Şiə, c. 21, səh. 451

@usaq_terbiyesi

Övlad Tərbiyəsi🤼

08 Dec, 06:27


Sual: Körpəyə qulluq etdiyim vaxt həyəcanlı olmağım ona zərərlidirmi?

Cavab: Yeni doğulmuş körpəyə qulluq zamanı ata-ananın keçirdiyi əsəb və həyəcan təbii və adidir. Ailədə ilk uşaq doğulduğu vaxt bu narahatlıqlar özünü daha çox biruzə verir. Amma körpəyə qayğı və qulluq gücləndikcə valideynin özünə inamı da artır. Əgər körpəyə xəstəxanadaca muğayat olmağa başlasanız, evə gəldiyiniz vaxt özünüzə daha çox inanacaq və yersiz nigarançılıqlardan qurtulacaqsınız.Unutmayın ki, keçirdiyiniz əsəb ana olmuş bütün canlılara xasdır. Bu nigarançılıq körpənin qorunması üçün Yaradanın hərbir anaya bəxş etdiyi səciyyəvi xasiyyətdir. Hər bir körpənin qayğıya möhtac olduğu dövrdə, mövcud nəsilin davamı üçün ana zəruri qüvvələrlə təchiz olunur. Hər halda, bir çox genetik və bioloji amillər körpənin asayişini tənzimləyir.

@usaq_terbiyesi

Övlad Tərbiyəsi🤼

07 Dec, 13:07


Hər asqırmaq soyuqlamağın əlaməti deyil!

🔖 Balaca uşaqlar gün ərzində 12 dəfəyə qədər asqıra bilər.

👼Çünkü uşaqların burnundakı tüklər tam formalaşmayıb deyə havadakı tozlar  onları asqırdır.

@usaq_terbiyesi

Övlad Tərbiyəsi🤼

05 Dec, 17:12


Sənə lazım olana toxun və abone ol 💫

➪ 𝙰𝚍𝚖𝚒𝚗: @toplu_admini

Övlad Tərbiyəsi🤼

04 Dec, 06:02


Budama ağacları daha çox böyüdür, lakin heç bir bağban yeni cücərmiş pöhrələri budamaz. Uşağın həyatının ilk illəri uşağı budamaq deyil, böyütmək vaxtıdır!!

Ömrünün ilk illərində övladlarını cəzalandıran və ya qışqıran valideynlər əslində yeni cücərmiş pöhrələri budanan bağbanlardır
.

@usaq_terbiyesi

Övlad Tərbiyəsi🤼

02 Dec, 07:19


☺️🌸🍃 Uşaqlarını oxumağa təşviq edən ana:

"Uşaqlar, bu həftənin wifi şifrəsi , romanda Anna Karaninanın geydiyi geyimin rəngidir.
Bol şans."
#ətrafımıza_kitabları_sevdirək

Övlad Tərbiyəsi🤼

01 Dec, 08:32


Ovlad haqqinda 5 gozel hedis🙏

Övlad Tərbiyəsi🤼

30 Nov, 09:10


İmam Əli (ə) buyurur:

“Qadın ailəsinin sevinci və evinin bəzəyidir. Onun xoş rəftarı ailəni möhkəmləndirər.”

(Nəhcül-Bəlağə, hikmət 238)

@usaq_terbiyesi

Övlad Tərbiyəsi🤼

30 Nov, 07:09


İmam Sadiq (ə) buyurur:

“Uşaqların tərbiyəsi ilə məşğul olan qadın Allahın ən sevimli bəndələrindəndir.”

(Biharül-Ənvar, c. 104, s. 99)

@usaq_terbiyesi

Övlad Tərbiyəsi🤼

29 Nov, 08:13


📍- Şəkildə atanın qollarını və ağzını çəkməmisən.
+ Anamı döyməsin və söyüş söyməsin deyə, müəllim(gerçək bir hekayədən)

Həyat yoldaşına şiddətlə deyil, məhəbbətlə, şəhvətlə deyil, şəfqətlə yanaşmaq lazımdır. Ailə şiddət ocağı deyil, sevgi çırağıdır. Həyatınıza yoldaş olmuş insana və uşaqlarınıza həyatı zindan etməyin!

Övlad Tərbiyəsi🤼

28 Nov, 11:16


Region xəbərlərinin əsas mənbəyini axtarırsınız?

🔸 Ən İsti Xəbərlər
🔸 Fələstin - İran - Hizbullah - İsrail müharibəsi
🔸Dəqiq Analizlər
🔸Rusiya - Ukrayna müharibəsi
🔸Dünyana baş verənlər
Məşhur kanalların əsas xəbər mənbəyində olmaq istəyirsinizsə, o zaman
➡️ Bizi izləyin və kanalı dostlarınızla paylaşın👇👇👇

https://t.me/Ar_Rad_info

Övlad Tərbiyəsi🤼

28 Nov, 09:25


- Ağrı tərbiyə etmir.
- Ağrı yaralayır, zədələyir.Tərbiyə edən sevgidir.Bir-birinizi anlamaq üçün ortaq, sevmək üçün isə fərqli cəhətlərə malik olmalısınız.


@usaq_terbiyesi

Övlad Tərbiyəsi🤼

25 Nov, 07:12


........

Uşağı bədbəxt etmək üçün ona "Atanı çox sevirsən, yoxsa ananı" demək də bəs edir. Nə fəsadverici sualdır bu. Ümumuyyətlə bir neçə dəyər niyə müqayisə olunmalıdır ki? Quran məntiqi deyir ki, biz onların (peyğəmbərlərin, səmavi kitabların) arasında fərq qoymuruq. Yəni dəyərləri müqayisə etməyin. Sağlam tərbiyə növü də məhz budur.

@usaq_terbiyesi

Övlad Tərbiyəsi🤼

24 Nov, 05:51


Doktor Tariq əl-Həbib
Övladın tez-tez yalan danışır? Deməli, sən çox sorgu-sual edənsən.
Övladın özünəinam hissinə malik deyil? Deməli, sən onu həvəsləndirmirsən.
Övladın azdanışandır? Deməli, sən onunla söhbət etmirsən.
Övladın oğurluq edir? Deməli, sən onu hədiyyəyə vərdiş etməmisən.
Övladın qorxaqdır? Deməli, sən onu müdafiə edirsən.
Övladın başqalarına hörmət etmir? Deməli, sən onunla danışarkən səsini aşağı salmırsan.
Övladın əksər vaxtlarda əsəbi olur? Deməli, sən onu tərifləmirsən.
Övladın paxıldır? Deməli, sən onunla nəyisə bölüşdürmürsən.
Övladın başqalarına qarşı haqsızlıq edir? Deməli, sən sərt və kobudsan.
Övladın zəifdir? Deməli, sən hədələmə üslubundan istifadə edirsən.
Övladın qısqancdır? Deməli, sən ona qarşı laqeyidsən.
Övladın səni narahat edir? Deməli, sən onu öpüb, bağrına basmırsan.
Övladın sənə itaət etmir? Deməli, sən çox tələbkarsan.
Övladın özünəqapanandır? Deməli, sənin başın qarışıq olur.

@usaq_terbiyesi

Övlad Tərbiyəsi🤼

21 Nov, 11:57


ÖVLADI 4 CÜR ÖPMƏK

Ata öz övladını hər gün 4 cür öpməlidir və hər bir öpüşün də xüsusi məkanı vardır:

1) "İftixar öpüşü" - başın üstündən; yəni mən səninlə fəxr edirəm,

2) "Razılıq öpüşü"- alından; yəni mən səndən razıyam,

3) "Şövq öpüşü" - yanaqlardan; yəni mənim sənə şövq və meylim vardır,

4) "Məhəbbət öpüşü" - əllərdən; yəni mən səni çox sevirəm.


Maraqlısı da budur ki, Hz. Muhəmməd Peyğəmbər (s) ciyər parəsi olan Hz. Fatimeyi-Zəhranın (s.ə) ayağına durar, onun alın və əllərini öpər və o səmavi şəxsiyyəti qoxulayardı. Yəni Peyğəmbər (s) demək istəyirdi ki, mən Fatimədən razıyam, siz də ondan razı olun, mən Fatiməni sevirəm, siz də onu sevin. Fatiməni qoxulayarkən peyğəmbərlik və imamət qoxusunu duyuram, qızım Fatiməni razı salmağa çalışın ki, peyğəmbər və imamları razı salmış olasınız. Fatiməni sevin ki, Allah da sizi sevsin.

Övlad Tərbiyəsi🤼

14 Nov, 07:16


Uşaqlar üçün Təhlükəsiz Oyun Məkanı Hazırlayın

Evinizin ölçüsündən asılı olmayaraq, uşağınız üçün təhlükəsiz oyun məkanı yarada bilərsiniz.
Əgər təhlükəli yerləri, məsələn, pilləkənləri və ya mətbəxi uşaq üçün təhlükəsiz edə bilsəniz, uşağınıza daha çox gəzmək və oynamaq üçün yer verə bilərsiniz.
Onun yanında və yaxınında olun və evdə gəzməsinə, qutuları və çəkmecələri açmasına və içindəki şeyləri araşdırmasına icazə verin. Kəşf etmək istədiyi şeyləri araşdırmasına imkan verin.

@usaq_terbiyesi

Övlad Tərbiyəsi🤼

11 Nov, 16:20


Valideynlər övladları ilə ünsiyyət qurub həyatlarının necə keçdiyini soruşmurlar. Vaxt tapdıqca bir az sığallayıb əllərinə bir oyuncaq verib, "Uşaqlar, indi gedin özünüz oynayın",- deyirlər. Əslində bu, "Nə edirsiniz - edin, gözümdən itin, təki, bizi rahat buraxın",- deməkdir. Uşaqlıq dövrü, uşaq ağlı və qəlbi baxımsız tarla kimi boş qalır. Çünki ora heç bir yaxşılıq toxumu səpilməyib. Onlara yaxşılıq, dürüstlük və sevgidən bəhs edilsə də bunlar bayagılaşmış, sıxıcı və soyuq ifadələrlə izah olunur. Uşaq zəkasını canlandıracaq və onların marağını çəkə bilən cümlələr qurmağı bacarmırlar. Onların həssas qəlbini isidəcək heç bir şey etmirlər.
Doğrusu uşaqlar ata-anaları, əmiləri və bibiləri, dayıları və xalaları ilə bir evdə yaşasalar da yetim kimi böyüyürlər. Onları yaxşı yedizdirib, yaxşı geyindirib sağlamlıqlarına diqqət edə bilərlər, ancaq uşağın zəkası və qəlbinin təmizliyi mövzusunda başlarını çox az işlədirlər.
#Bəyaz_Zanbaqlar_Ölkəsində
https://t.me/turalceferi

Övlad Tərbiyəsi🤼

08 Nov, 16:25


Telegramın ən gözəl elmi və dini kanalları ilə qarşınızdayıq. Adlarını qeyd etdiyimiz və etmədiyimiz bir çox kanala abunə ola bilərsiniz.

@toplu_admini

Övlad Tərbiyəsi🤼

05 Nov, 07:05


Valideynlər gərək yeniyetmə uşaqları ilə ailə işləri barədə məşvərət etsinlər. Bunun övladların gələcəyi üçün xeyirləri çoxdur, onlardan bəziləri:
1. Övladda özünə inam hissi yaranıb və möhkəmlənəcək.
2. Gələcək həyatlarında problemlərin həllində düzgün qərar çıxartmağa şərait yaradacaq.
3. Valideynlərin ona göstərdiyi hörmətin qarşılığını ödəməyə can atacaq...
@usaq_terbiyesi

Övlad Tərbiyəsi🤼

02 Nov, 07:19


Biz böyüklər daxilimizdə olan uşaq vasitəsilə xarici uşaqla əlaqə qura bilərik.

Əslində içimizdəki uşaqlığımızla ünsiyyət qura bilsək, daxili uşaqlığımızı və məsumluğumuzu azad edə bilsək, o zaman uşaqlarla yaxşı münasibət qura bilərik.

T.me/usaq_terbiyesi

Övlad Tərbiyəsi🤼

29 Oct, 06:15


•┈┈•• 🌷🌷 ••┈┈•

«Hörmət görməyən uşaq, hörmət etməyi bilməz. Sevgi görməyən uşaq, sevgi göstərməyi bilməz.»

Uşaqlara sevgi və hörmət öyrətməyin yeganə yolu, onlara sevgi və hörmət göstərməkdir.

@usaq_terbiyesi

Övlad Tərbiyəsi🤼

28 Oct, 06:36


Övladları həyat yoldaşından üstün tutmaq, uşaq tərbiyəsində daha mənfi təsir qoyur.

Həyat yoldaşınız səhv etdikdə, uşaqların gözü önündə irad tutub mübahisə etməyin. Bunu təklikdə edin.

@usaq_terbiyesi

Övlad Tərbiyəsi🤼

26 Oct, 10:35


🌸 Övlada ilk yaxşılıq 🌸

✍️ İmam Kazim (ə):

أَوَّلُ ما يَبَرُّ الرَّجُلُ وَلَدَهُ أَن يُسَمِّيَهُ بِاسمٍ حَسَنٍ، فَليُحْسِن أَحَدُكُم اسمَ وَلَدِهِ

“İnsanın övladına ilk yaxşılığı ona yaxşı ad qoymasıdır. Elə isə, övladlarınıza yaxşı ad seçin.”

📚 “Təhzibul-əhkam”, c.7, səh.437, hədis 1745.

@usaq_terbiyesi

Övlad Tərbiyəsi🤼

26 Oct, 07:22


UŞAQLARIN BAHARI.

Ailələr çox vaxt istər cismi, istərsə də əqli cəhətdən uşaqların düzgün inkişafının olmamasından şikayətlənirlər.
Bundan qafildirlər ki, bu hal texnologiya yaşayışı və uşaq oyunlarına diqqət etməməsi səbəbindən yaranır.
Təəssüf ki, kompyuter oyunları, övladlarının zehn kütlüyü və enerjini təxliyə etməməsi ilə üzləşdirib. Və belə uşaqların çətinliklərinin səbəbinin hamısı, indiki uşaq oyunlarıdır.

Həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:

اِنَّ التُّرابَ رَبيعُ الصِّبْيانِ

«Həqiqətən torpaq, uşaqların baharıdır (Oyuncağı)».

📚 “əl-Möcəmul-kəbir” cild 6, səh.140.

@usaq_terbiyesi

Övlad Tərbiyəsi🤼

25 Oct, 16:29


Biri-digərindən daha maraqlı olan telegramın ən faydalı kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla ən gözəl kanallardan bəhrələnə bilərsiniz.

@toplu_admini

Övlad Tərbiyəsi🤼

25 Oct, 13:06


🌹 Övladın haqqı

✍️ İmam Kazim (ə):

جاءَ رَجُلٌ إِلَى النَّبِيِ صلى الله عليه و آله، فَقالَ: يا رَسولَ اللّه ِ، ما حَقُّ ابنِي هذا؟ قالَ: تُحْسِنُ اسمَهُ و أدَبَهُ ، وَضَعهُ مَوضِعَا حَسَنا.

“Bir nəfər Peyğəmbərin (s) hüzuruna gəlib “Ey Allahın Rəsulu! Bu övladımın boynumda haqqı nədir?” – deyə soruşduqda, Həzrət buyurdu:
Ona gözəl ad seçib, yaxşı tərbiyələndir və gözəl (düzgün) yol göstər.”

📚 “Təhzibul-əhkam”, c.8, səh.111, hədis 384.

Övlad Tərbiyəsi🤼

25 Oct, 04:58


Miçiqan Universitetində aparılan araşdırmaya görə, uşağa ağlamasını dayandırmaq üçün cib telefonu vermək yanlış davranışdır və gələcəkdə onun emosional əlaqəsində problemlər yaradacaq.

🔸 Uşağı sakit bir yerə aparın və bütün istəklərinə cavab verməyin ki, ağlayaraq xahişlərini almağa alışmasın.

T.me/usaq_terbiyesi

Övlad Tərbiyəsi🤼

21 Oct, 06:08


Bir gün Allah rəsulu (s) uşaqlara baxıb buyurdu:
"Atalarına görə axırzaman uşaqlarının vəziyyəti yaxşı olmayacaq!"

Bir nəfər soruşdu: Müşrik atalarına görə?

Allah rəsulu buyurdu:
"Xeyr. Dinin vacib əmrlərini öz övladlarına öyrətməyən, övladları din öyrənmək istədikdə mane olan, övladlarınln dünyadan azacıq fayda əldə etdiyi gördükdə sevinən mömin atalarına görə. Mənim onlardan xoşum gəlmir, onlar da məndən uzaqdırlar".

"Bizim digər mənimiz" kitabından

@usaq_terbiyesi

Övlad Tərbiyəsi🤼

19 Oct, 06:32


Kiçik yaşlardan övladınıza🧒🏻👧 öyrədin ki, onun bədəninə yalnız anası toxuna bilər.
Qeyri heç kim❗️
Əgər bu cür təbliğ olunsa onları irəli çıxan təhlükələrdən qorumuş olarsız.

@usaq_terbiyesi

Övlad Tərbiyəsi🤼

17 Oct, 16:29


Elmi, dini, motivasiya, xəbər, abituriyentlər və s. hamısı bir arada.

@toplu_admini

Övlad Tərbiyəsi🤼

14 Oct, 07:44


Uşağınızın bir şey etməsinin qarşısını almaq istəyirsinizsə:

Ən yaxşısı odur ki, əgər həmin hərəkət təhlükəli deyilsə, özünə və başqalarına zərər vermirsə, sadəcə “etmə, əzizim” deyin və sonra ona məhəl qoymayın, təkrar edərsə, “xahiş edirəm” etmə deyin, təkrar edərsə, laqeyd yanaşın. Heç diqqət etməyin. Görəcəksiniz ki, qısa bir müddətdən sonra uşaq o işi etməyəcək.

Ancaq uşaqla inadkarlıq etsəniz, mütləq uduzacaqsınız.

T.me/usaq_terbiyesi

Övlad Tərbiyəsi🤼

07 Oct, 06:18


Az yatmaq uşağın bütün hiss və emosiyalarını bir-birinə vurur.

Araşdırmaçıların nəticələrinə görə az yatmaq uşaqda bu şeylərə səbəb olur:

1) Müsbət hisslərə reaksiyada kəskin azalma və məfi hisslərə əhəmiyyətli dərəcədə artım.

2) Mənfi hiss və emosiyalarını idarə etmək qabiliyyətinin azalmasına səbəb olur

T.me/usaq_terbiyesi

Övlad Tərbiyəsi🤼

03 Oct, 09:27


Uşağınızla çox danışmaqdan çəkinin. Çox danışmaq qulaq asmamağın müqəddiməsidir:)

Uşaqla danışmaq lazımlı və faydalı olsa da, çox danışmaq effektiv təsir göstərmir.
Əvvəl dediyinizi təkrarlamayın!
Övladınıza artıq bildiyi şeyi deməyin (çox vaxt uşaq öz səhvini bilir. Rəftarınızla səhvini bildirmək daha yaxşıdır)!
Təkrar eyni şeyi demək, sağlam ünsiyyətin pozulmasına, uşağın cavab qaytarmasına, tərsliyinə səbəb olur.
Bəzən uşaq səhv edəndə susun!

@usaq_terbiyesi

Övlad Tərbiyəsi🤼

02 Oct, 02:35


Allahın Peyğəmbəri (s):

«Övladlarınıza yeddi yaşında namaz öyrədin, on yaşları tamam olandan sonra onları namazı tərk etmələrinə görə tənbeh edin və yataqlarını bir-birindən ayırın.»


Allahın Peyğəmbəri(s):

«Övlad yeddi il ağa, yeddi il qul və yeddi il vəzirdir. Əgər iyirmi bir yaşına kimi xislət və xasiyyətini bəyənsən (lap yaxşı), əks təqdirdə özbaşına burax. Çünki sən Allah-taalanın dərgahında üzrlüsən.»

Övlad Tərbiyəsi🤼

30 Sep, 05:05


💠《Mənfiliklərdən  uzaqlaşma (Uşaqlar)》

Uşaqları şeytandan qoruyun
Uşaqların bədənindəki yüksək enerji səviyyəsinə görə, cinlərin onları fəth etmək və əhatə etmək üçün böyük bir istəkləri var. 😈
👉🏻Burada valideynlərə tövsiyə olunur ki, bu həll yollarından istifadə edərək uşaqları onların şərrindən qorusunlar.

1. Xüsusilə, gün batan zamanı, cinlərin yer üzünə yayılması artmaqa başlayır ,bu vaxtı uşaqları yatmağa icazə verməmək! 😴.
 
2.🚫Uşağı döyməkdən çəkinmək! Xüsusilə, hamamda🛀🏼 və tualetdə.Uşağın hamamda döyülməsi nəticəsində yaranan qıcolma və huşunu itirmə kimi hallar ola bilər.

3.💫 Uşağa həyatının ilk illərindən tövhid(Allah), iman, sədəqə və Əhli-beytə (ə) məhəbbəti öyrətmək!

4. Uşağın uzun müddət ağlamasına, tək qalmasına və ya qaranlıqda oturmasına icazə verməmək.
Və ya anbar və ya yeraltı kimi evin qaranlıq və uzaq yerlərinə getməyə qoymamaq!🚫

5. Bədən və çirkli paltar şeytanın toplanıb oynadığı yer olduğundan uşağın təmizliyinə və gigiyenasına riayət etmək!🚫

6. 💫Evdə Bəqərə surəsinin son iki ayəsini oxumaq.

7. 💫Dualar ilə uşağı mühafizə etmək:məsələn: " U'izukə bi kəlimatil tamməh min külli şəytanin v hammətin və min kulli əyni laməh"
(Bütün şeytandan, şərdən və bütün bəd nəzərdən Allaha sığınıram.)

8. 💫Uşaq üçün "Ayətul-Kürsi", "Nəs" və "Fələq" və "İxlas" surəsini ovucunuza oxuyun, üzərinə üfürün və onunla uşağın. bədəninə məsh çəkmək.

9. Uşağı qorxutmaqdan çəkinmək, çünki cinlərin yaxınlaşmasının səbəblərindən biri uşağın qorxu və narahatlığıdır.🚫

10. Həyatının ilk illərində uşağın yataq otağını ayırmamaq. Ayrılıq yaşına çatdıqda otağında Quran və Allahın adları və Əhli-beytin (əleyhissalam) mübarək adlarını yerləşdirmək.🚫

Övlad Tərbiyəsi🤼

29 Sep, 09:04


Allahın adı ilə:

Qeydiyyatın bitməsinə 1 həftə qaldı

Həzrəti Peyğəmbər (s) buyurub:

طَلَبُ اَلْعِلْمِ فَرِيضَةٌ عَلَى كُلِّ مُسْلِمٍ وَ مُسْلِمَةٍ

"Elm öyrənmək bütün müsəlman kişi və xanımlara vacibdir"

Hörmətli və dəyərli din qardaşlarımız! Sizləri sıfırdan keçiriləcək hövzə dərslərinə dəvət edirik. Dərslər birbaşa Ayətullah Seyyid Samsamuddin Qəvvami həzrətlərinin nəzarəti və inayəti altında keçiriləcək. Mədrəsənin proqramını müvəffəqiyyətlə bitirən tələbələr Həzrəti Qaim (ə.f) elmi hövzəsinin sertifkatını alacaq. Sünnəti hövzələrdən fərqimiz artıq və vaxt aparan dərsliklərin keçirilməməsi, eyni zamanda tələbəni qısa müddətdə ictihada aparan zəruri elmlərin öyrədilməsidir. Dərslərdə hazır-qaib aparılacaq. Kimin üzürsüz səbəbdən 3-dən artıq qaibi olarsa, imtahana buraxılmayacaq. Eyni zamanda imtahandan kəsilən tələbələr də,  növbəti mərhələyə keçirilməyəcək. Dərslər tam ödənişsizdir. Dərslərdə fərqlənən tələbələrə mədrəsəmiz adından bəzi hədiyyələr və güzəştlər olunacaq. Dərslər sıfırdan ictihada qədər olmaqla bir neçə mərhələdən ibarət olacaq. İlkin mərhələdə
Quran, Fars dili,Ərəb dili, əhkam, (sərf-nəhv), Əqaid və Kəlam, Məntiq, Hədis elminin tarixi, Vilayəti-Fəqih nəzəriyyəsi və s. dərslər keçiriləcəkdir.

Hədəfəmiz, hər bir tələbənin bir İmam, bir müdür olaraq yetişməsidir.

Qeydiyyatdan keçmək istəyən qardaşlar, aşagıda yazılan nömrəylə whatsapp vasitəsilə əlaqə saxlaya bilərlər. 👇👇👇

+994702622227

Qeyd: Dərslər yalnız kişilər üçün nəzərdə tutulub, lütfən xanımlar yazmasın.
Tələb olunanlar: şəxsiyyət vəsiqəsinin şəkili.

Müvəffəqiyyət Allahdandır.

Övlad Tərbiyəsi🤼

27 Sep, 11:16


Ata və qız münasibəti Uğurlu qadınların çoxunun uşaqlıq və yeniyetməlik illərində onlarda istedad və cəlbedicilik və sevimlilik hisslərini bəsləyən ataları olub. Əslində, bu qadınlar xarakterin formalaşdığı dövrdə ataları tərəfindən davamlı olaraq hörmət edilmiş və heç vaxt zəif sayılmamışlar.
Yetkinlik çağında ataları ilə daha yaxşı münasibət quran qızlar, şübhəsiz ki, təhsildə və ictimaiyyətdə daha müvəffəqiyyətli olacaq və bunun ardınca ərləri ilə daha yaxşı evlilik münasibətləri quracaqlar. Başqa sözlə, ailədə psixi sağlamlığın idarə olunması, evin qaydalarına uyğun olaraq sosial şəraiti və çərçivələri dərk edən, emosional hisslərə boyun əymədən uğur yolunda gedən güclü qızlar yetişdirə bilər. Ona görə də özünün və ətrafındakıların uğurlu hesab etdiyi qadının xarakterinin formalaşmasında atanın rolu böyükdür.

@usaq_terbiyesi

Övlad Tərbiyəsi🤼

25 Sep, 12:55


https://t.me/xeber_infomuz


Dostlar, qərəzsiz və dəqiq, olduğu kimi paylaşılan xəbərlərin ünvanını sizlərə təqdim edirik. Qoşulub dünyada baş verən xəbərlərdən gündəlik məlumatlı ola bilərsiniz🌺

Övlad Tərbiyəsi🤼

24 Sep, 05:07


Allahın adı ilə:

Həzrəti Peyğəmbər (s) buyurub:

طَلَبُ اَلْعِلْمِ فَرِيضَةٌ عَلَى كُلِّ مُسْلِمٍ وَ مُسْلِمَةٍ

"Elm öyrənmək bütün müsəlman kişi və xanımlara vacibdir"

Hörmətli və dəyərli din qardaşlarımız! Sizləri sıfırdan keçiriləcək hövzə dərslərinə dəvət edirik. Dərslər birbaşa Ayətullah Seyyid Samsamuddin Qəvvami həzrətlərinin nəzarəti və inayəti altında keçiriləcək. Mədrəsənin proqramını müvəffəqiyyətlə bitirən tələbələr Həzrəti Qaim (ə.f) elmi hövzəsinin sertifkatını alacaq. Sünnəti hövzələrdən fərqimiz artıq və vaxt aparan dərsliklərin keçirilməməsi, eyni zamanda tələbəni qısa müddətdə ictihada aparan zəruri elmlərin öyrədilməsidir. Dərslərdə hazır-qaib aparılacaq. Kimin üzürsüz səbəbdən 3-dən artıq qaibi olarsa, imtahana buraxılmayacaq. Eyni zamanda imtahandan kəsilən tələbələr də,  növbəti mərhələyə keçirilməyəcək. Dərslər tam ödənişsizdir. Dərslərdə fərqlənən tələbələrə mədrəsəmiz adından bəzi hədiyyələr və güzəştlər olunacaq. Dərslər sıfırdan ictihada qədər olmaqla bir neçə mərhələdən ibarət olacaq. İlkin mərhələdə
Quran, Fars dili,Ərəb dili, əhkam, (sərf-nəhv), Əqaid və Kəlam, Məntiq, Hədis elminin tarixi, Vilayəti-Fəqih nəzəriyyəsi və s. dərslər keçiriləcəkdir.

Hədəfəmiz, hər bir tələbənin bir İmam, bir müdür olaraq yetişməsidir.

Qeydiyyatdan keçmək istəyən qardaşlar, aşagıda yazılan nömrəylə whatsapp vasitəsilə əlaqə saxlaya bilərlər. 👇👇👇

+994702622227

Qeyd: Dərslər yalnız kişilər üçün nəzərdə tutulub, lütfən xanımlar yazmasın.
Tələb olunanlar: şəxsiyyət vəsiqəsinin şəkili.

Müvəffəqiyyət Allahdandır.

Övlad Tərbiyəsi🤼

22 Sep, 14:26


Valideynlər uşaqlara psixoloji cəhətdən yanaşma məsələsini gözəl bilməlidirlər, onların fərdi, psixoloji, cinsi əlamətlərinə dərindən bələd olmalıdırlar. Bir sözlə, valideynlər pedaqoji cəhətdən uşaqlarla tərbiyə məsələlərini öyrənməlidirlər. Uşaqlara müstəqillik vermək lazımdır, amma bu müstəqilliklə yanaşı ona nəzarət də vacibdir. Uşağı həddən artıq nəzarətdə saxlamaq da, onu azad buraxmaq da düzgün deyil. Bu məsələlər uşağın inkişafında ciddi maneələr yaradır. Ailədaxili tərbiyədə balanslaşdırılmış nəzarət ən düzgün yoldur. Tərbiyə zamanı ailədaxili münasibətə də diqqət yetirilməlidir. Valideynlər uşaqların tərbiyəsində nümunə rolunda çıxış edirlər. Uşaqların tərbiyəsində ağır cəza üsulları yolverilməz haldır, məhz ağır cəzalar uşağın psixologiyasında dərin izlər buraxır. Uşağı çox sərt şəkildə olmadan məzəmmət etmək, sevdiyi oyundan məhrum etmək kimi üsullarla cəzalandırmaq lazımdır. Cəzalandırma zamanı da yaş xüsusiyyətləri, temperament tipləri nəzərə alınmalıdır. Ümumiyyətlə, tərbiyə prosesində yaş xüsusiyyətlərinə diqqət yetirmək vacib əhəmiyyətli məsələdir.

@usaq_terbiyesi

Övlad Tərbiyəsi🤼

22 Sep, 13:51


https://t.me/xeber_infomuz

Övlad Tərbiyəsi🤼

20 Sep, 08:14


Bir uşağa yalan söyləmə deməyin . Doğrunu söylə deyin.
Birincisində suçlamış,ikincisində yol göstərmiş olursunuz.

@usaq_terbiyesi

Övlad Tərbiyəsi🤼

18 Sep, 07:24


Uşaqlar yalnız necə rəftar etməli olduqlarını müşahidə yolu ilə öyrənmirlər.

Onlar həmçinin qorxunu, qəmi, əsəbi, şadlığı da müşahidə etməklə öyrənirlər və bu proses uşağın həyatı boyunca inkişaf edir.

@usaq_terbiyesi

Övlad Tərbiyəsi🤼

17 Sep, 13:03


Övlad Tərbiyəsi🤼 pinned «Hər kəsə salam. Kanalda ödənişli reklam qəbul edilir. Kim istəsə müraciət edə bilər. @El_Shen»

Övlad Tərbiyəsi🤼

17 Sep, 13:03


Hər kəsə salam. Kanalda ödənişli reklam qəbul edilir. Kim istəsə müraciət edə bilər.

@El_Shen

Övlad Tərbiyəsi🤼

17 Sep, 09:27


Diqqət əksikliyi və hiperaktivlik pozğunluğu nədir

Diqqət dağınıqlığı və hiperaktivlik pozğunluğu tez-tez erkən yaşda ailələr tərəfindən müşahidə edilə bilər.
Bu hallar ümumiyyətlə erkən uşaqlıq dövründə baş verir. Bunun baş verməsinin əsas səbəbi zəif diqqət və həddindən artıq hərəkətlilikdir.

Diqqət əksikliyi – hiperaktivlik pozğunluğunun əlamətləri hansılardır

1⃣: Çox uzun bir yerdə dayanmaq istəmədikləri üçün çox narahat ola bilərlər.
2⃣: Daim məşğul olmaq üçün bir fəaliyyət tapa və bu fəaliyyətlə daim məşğul ola bilərlər. 
3⃣:Bir işdə olarkən diqqətləri asanlıqla başqa bir vəziyyətə keçə bilər.

Hiperaktivlik pozğunluğunun müalicəsi necədir

1⃣:Hiperaktivlik pozğunluğunu düzəltmək üçün uşağın bütün müsbət davranışları mükafatlandırılmalıdır. Beləliklə, mənfi davranış azaldıla bilər.
2⃣:Diqqət pozğunluğu səbəbindən təhsil həyatı təsirlənən uşaq təhsil baxımından dəstəklənməlidir.
3⃣:Uşağın özünə inamını artırmaq üçün müvəffəq olduğu mövzular təhsildə prioritet olaraq seçilə bilər.


@usaq_terbiyəsi

Övlad Tərbiyəsi🤼

15 Sep, 02:20


Müasir uşaqlarda "təbiətə toxunmamaq" ciddi qəbul edilməli böhrandır! Uşaqları təbiətdən uzaq tutmaq onlarda bir çox davranış pozuntularına səbəb olur! Araşdırmalar göstərir ki, uşaqlarda şəkərli diabet, ürək problemləri, astma, yuxu zamanı nəfəs darlığı, D vitamini çatışmazlığı, stress və xüsusilə hiperaktivlik kimi bir çox xroniki xəstəliklərin kökü təbiətlə birbaşa əlaqənin olmamasındadır!

Fiziki və cismani fəaliyyət və bitkilərə toxunmaq daha güclü və sağlam sümüklər (insanın bütün skelet forması), daha sağlam əzələlər, piylənməni azaltmaq, uşaqlarda xroniki və ümumi xəstəliklər ehtimalını azaltmaq kimi böyük faydalar gətirir!
Təbiətdə və yerli parklarda 30 dəqiqə də olsa olmaq uşaq xəstəliklərinin azalmasında o qədər təəccüblü təsir bağışlayır ki, Avropada təbiət məktəbləri var və dərslər tamamilə təbiətin qoynunda  keçirilir! Hər gün uşaqlarımızı yarım saat parka aparmaq çox vaxtımızı almaz. Uşaqlarımız bizim gələcəyimizdir. Onların sağlamlığının qeydinə qalaq.
@usaq_terbiyesi