Munacat TV @munacattv Channel on Telegram

Munacat TV

@munacattv


Allahla söhbət etmək üçün ən yaxşı dil🤍🕊
Allahla münacat etmək insan ruhuna elə təsir qoyur ki, insan var olduğunu unudur və özünü İlahi feyzə təslim edir.

Munacat TV (Azerbaijani)

Munacat TV kanalı, Allahla söhbət etmək üçün ən mükəmməl platformadır. Bu kanal, munacat etmək istəyənlər üçün yaradılmışdır. Allahla münacat etmək insanın ruhunda dəyişiklik yaradır və insan var olduğunu unudur, özünü İlahi feyzə təslim edir. Munacat TV, mənəvi zənginlik, əziz duası və ruhani dəstək axtaranlar üçün ideal bir məkan təşkil edir. Kanalımızda Allahla əlaqəni gücləndirəcək, ruhunuzu bərpa edəcək və dərin düşüncələrə səfər edəcək mükəmməl münacatlar tapa bilərsiniz. Munacat TV ilə birlikdə ruhani bir səyahətə çıxın və özünüzü mənəvi zənginliklərlə bəzəyin. Munacat TV, mənəviyyatınızı gücləndirmək və Allahla daha yaxın münasibət qurmaq üçün ən uyğun platformadır. Siz də Munacat TV kanalına qoşulun və ən mükəmməl münacatları yaşayın!

Munacat TV

22 Nov, 14:44


İlahi,bizi də bildiklərimizə əməl edənlərdən qərar ver


http://t.me/MunacatTV

Munacat TV

21 Nov, 19:13


Əlinin (ə.s) ən böyük pənahı Fatimə (s.ə) idi!..

http://t.me/MunacatTV

Munacat TV

21 Nov, 14:49


Salam olsun Fatimyyənin (əzasının) Sahibinə. Ey əyyam Sahibi qəm qəlbində tüğyan edən, tənha rovzə qurub, tənha ağlayanım hardasan?
Əssəlamu ələykə ya Əbasaleh əl Məhdi (ə.f)

http://t.me/MunacatTV

Munacat TV

21 Nov, 02:37


وَمَنْ أَرَادَ الْآخِرَةَ وَسَعَىٰ لَهَا سَعْيَهَا وَهُوَ مُؤْمِنٌ فَأُولَٰئِكَ كَانَ سَعْيُهُمْ مَشْكُورًا

Və kim axirəti istəsə və mömin olan halda axirət üçün ona layiq tərzdə çalışsa, onda belə şəxslərin səyləri qəbul ediləcək və mükafatlandırılacaqdır.

📖 İsra surəsi 19

#quransaatı

T.me/MunacatTV

Munacat TV

20 Nov, 17:54


🔹️ İmam Zamanın (ə) hüzurunda “Camiə” ziyarətnaməsi

Böyük islam alimi və mərifət əhli olan mərhum birinci Əllamə Məclisi belə buyurur: Nəcəf-Əşrəfdə Həzrət Əlinin (ə) hərəminin kənarında sakin olduğum vaxt öz nəfsimlə cihad edir və mübarizə ararırdım. Nəhayət Allah-taala Həzrət Əlinin (ə) bərəkətilə mükaşifə qapılarını üzümə açdı. Bəzi dar düşüncəlilərin bu həqiqəti düzgün dərk edə bilməyəcəkləri üçün, onu nəql etməkdən pəhriz edirəm. Amma bir gecə mükaşifələrimin birində Samirra şəhərində İmam Hadi (ə) ilə İmam Həsən Əsgərinin (ə) hərəmini son dərəcə əzəmət və gözəllik içində gördüm. O iki imamın qəbrinin üstünə behiştin yaşıl rəngli parçalarından örtülmüşdü ki, mən heç vaxt onun mislini görməmişdim. Həzrət Sahibəzzaman (ə) arxası qəbrə və üzü qapıya tərəf əyləşmişdi. O həzrəti gördüyüm zaman uzaqda durub “Camiə” ziyarətnaməsini məddahlar kimi, uca səslə axıradək oxudum. İmam ziyarət bitəndən sonra dedi: Yaxşı ziyarətnamədir. Mən, İmam Hadinin (ə) qəbrinə işarə edərək dedim: Ağa, cəddinizi ziyarət etməyə izin verirsinizmi? İmam buyurdu:
Bəli, gəl içəri. Hərəmə daxil olub qapının kənarında durdum. Buyurdu:
Yaxın gəl. Dedim: Ağa, qorxuram sizin hüzurunuzda ədəb qaydalarına düzgün riayət edə bilməyib küfrə batam. İmam buyurdu: Əgər bizim icazəmizlə olsa, eybi yoxdur. Mən bir az qabağa getdim, amma qorxudan bədənim əsirdi. Yenə buyurdu: Yaxın gəl, yaxın gəl. Mən asta-asta gedib İmama yaxınlaşdım. Dedi: Otur. Dedim: Ağa, qorxuram. Dedi: Qorxma, hər halda mən də zəlil bir bəndə kimi cəlil Allahın qarşısında oturmuşam. İmam buyurdu: Piyada və ayaqyalın yol gəlmisən, yorğunsan. Rahat əyləş və istirahət et. İmam (ə) mənim üçün saysız-hesabsız dəqiq, elmi mətləblər açıqladı ki, onların çoxu yadımdan çıxıb. Mükaşifə halından adi hala qayıdandan sonra mövlam İmam Zamanın (ə) dediyi kimi piyada və ayaqyalın İmam Hadi (ə) və İmam Həsən Əsgərinin (ə) ziyarətinə gedib o hərəmdə yenidən “Cameə” ziyarətnaməsini oxumağı qərara aldım. Hərəmdə olduğum vaxt daha heyrətli kəramət və möcüzələri müşahidə etdim ki, əgər onlar haqqında danışsam çox uzun çəkər. Bütün olub-keçənlərdən sonra bu ziyarətnamənin (duanın) İmam Hadiyə (ə) mənsub olduğunu yəqin etdim. Həmçinin İmam Zamanın (ə) bu ziyarətnamə (dua) haqqında söylədiyi bəyanından sonra başa düşdüm ki, o mühüm və kamil ziyarətnamələrdən biridir.

📚 KİTAB: ALİMLƏRİN KƏRAMƏTLƏRİ
HAQQINDA MARAQLI ƏHVALATLAR

http://t.me/MunacatTV

Munacat TV

20 Nov, 14:54


Bəs (quyuya) nə deyirdin Əli'can (ə)?....💔

http://t.me/MunacatTV

Munacat TV

20 Nov, 12:52


😢

Munacat TV

20 Nov, 10:44


Əllahummə inni əs'əlukə bihəqqi Fatimətə və əbihə və bəlihə və bənihə vəssirril mustəvdəi fihə ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd və ən təf'ələ bimə əntə əhləh, və lə təf'əl bimə ənə əhləh.

İlahi, Səni and verirəm Fatimənin(s.ə), onun Atasının(s.ə.s), həyat yoldaşının(ə.s) və oğullarının(ə.s) və O həzrətdə gizlədilmiş sirrin (bəzi mənbələrə əsasən, İmam Zaman ağa(ə.f) nəzərdə tutulur) haqqına, Muhəmməd və ali-Muhəmmədə salam göndər, mənimlə Sənin Özünə layiq olan şəkildə rəftar et, mənim layiq olduğum kimi yox.

http://t.me/MunacatTV

Munacat TV

19 Nov, 19:43


Sual: Qadın şəri hicaba və iffətə riayət edərək sürücülük təlimi mərkəzində kişi təlimçidən sürücülüyü öyrənə bilərmi?

Cavab: Əgər hicab və iffət qorunarsa və fəsada düşmək qorxusu olmazsa, qadının kişi təlimçidən sürücülüyü öyrənməsinin maneəsi yoxdur. Amma yaxşı olar ki, məhrəmlərindən biri qadınla birlikdə olsun. Və daha yaxşı olar ki, sürücülüyü qadın təlimçidən və ya öz məhrəmlərinin birindən öyrənsin.

Ayətullah Seyyid Əli Xamenei

http://t.me/MunacatTV

Munacat TV

19 Nov, 16:48


إِذْ قَالَ يُوسُفُ لِأَبِيهِ يَا أَبَتِ إِنِّي رَأَيْتُ أَحَدَ عَشَرَ كَوْكَبًا وَالشَّمْسَ وَالْقَمَرَ رَأَيْتُهُمْ لِي سَاجِدِينَ

(Xatırla) o zaman(ı) ki, Yusuf öz atasına (Yəquba) dedi: «Atacan, həqiqətən mən (yuxuda) on bir ulduz, günəş və ay gördüm; onları mənə səcdə edən gördüm.»

Yusif surəsi, ayə 4

http://t.me/MunacatTV

Munacat TV

18 Nov, 20:49


Hələ də bir Ana toz-torpaqlı çadrası ilə bu şəhərin küçələrində dinə kömək uğrunda köməkçi axtarır...🥀

http://t.me/MunacatTV

Munacat TV

14 Nov, 16:58


📲 Əziz Izləyicilər, Aşağıdakı kateqoriyada olan Çooox gözəl kanallar tapmışam.
Vaxt azdır, Abunə olmağa tələsin.
🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺

Foto : ‼️ @dahilerden_kelamlar

🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻

Munacat TV

14 Nov, 14:51


Allah Rəsulunun (s) sevimli qızı paklıq və ismət rəmzi Həzrət Fatimeyi-Zəhranın (s.ə) müsibətli şəhadəti münasibətilə başsağılığı veririk!

http://t.me/MunacatTV

Munacat TV

14 Nov, 10:21


Rəsuli-Əkrəm (s) buyurub:

Fatiməyə (s.ə) dostluq və məhəbbət yüz yerdə insanın köməyinə yetişər ki, onların ən sadəsi bunlardır:

Qəbir sıxıntısı zamanı.
Ölüm anı yetişdikdə.
Sirat körpüsünü keçən zaman.
Məhşər səhrası qurulan zaman.
Əməllərin ölçülməsi zamanı.
Əməllərin hesablanması anı.
Əməllərin nümayişi zamanı.

📖 Miətu-mənqəbə, 60-cı mənaqibdən

T.me/MunacatTV

Munacat TV

14 Nov, 10:20


XANIM FATİMEYİ-ZƏHRANIN (S.Ə.) MƏQAMI

Məhşər səhrasında uca məqamı

İmam Səccad (ə) buyurmuşdur: “Qiyamət günü Həzrət Fatimeyi-Zəhra (s.ə.) məhşər səhrasına daxil olduğu zaman, belə bir nida eşidilər: “Əhli-beytə (ə) məhəbbət bəsləyənlərdən başqa, hamılıqla başınızı aşağı dikin (ki, Fatimə (s.ə.) gəlir). Budur Muhəmmədin (s) qızı Fatimə!”
Həzrət Fatimeyi-Zəhra (s.ə.) və onunla birgə olanlar Cənnətə doğru hərəkət edərlər. Allah-Taala bir mələyi onun hüzuruna göndərib deyər: “Nə istəyirsənsə, Məndən istə!”
Həzrət Fatimeyi-Zəhra (s.ə.) ərz edər: “İlahi! Mənim istəyim odur ki, mənə və övladlarıma yardımçı olanları əfv et.”
Bu məzmunda (azacıq fərqlə) imam Baqirdən (ə) də başqa bir hədis nəql olunmuşdur (Əvalimul-ülum”, c.11, səh.2, hədis: 1779-1780; “Şəvahidut-tənzil”, c.1, səh.153.)

#fatimiyyə_günləri #həzrətfatimə #xanımzəhra

https://t.me/MaideTV

Munacat TV

12 Nov, 14:13


Təvəssül gecəsi. Allah İmam Əliyə (ə) xatir günahlarımızı bağışlasın 🤲

T.me/MunacatTV

Munacat TV

11 Nov, 16:56


Əziz Izləyicilər, Aşağıdakı kateqoriyada olan Çooox gözəl kanallar tapmışam.
Vaxt azdır, Abunə olmağa tələsin.
🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺

Foto : ‼️
@dahilerden_kelamlar

🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻

🌐 Xəbərlər ↩️

🎥 Iran Filmləri ↩️

📔 Hədislər ↩️

✒️ Aforizmlər ↩️

🎼 Di̇ni̇ Mp3lər ↩️

⁉️ Sual-Cavab ↩️

💊 Sağlam Yaşam ↩️

📖 Fətvalar ↩️

📚 Elmi Kanallar ↩️

🩺 Psixoloji Məsləhətlər ↩️

🕌 Di̇ni̇ Paylaşimlar ↩️

🇵🇸 Fələstindən Xəbərlər ↩️

🇱🇧 Livandan Xəbərlər ↩️

Pulsuz Qoşul Və Faydalan

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

Munacat TV

11 Nov, 10:19


İmam Əli (ə) :

إِنَّ أَعْظَمَ الْحَسَرَاتِ يَوْمَ الْقِيَامَةِ حَسْرَةُ رَجُلٍ كَسَبَ مَالاً فِي غَيْرِ طَاعَةِ اللهِ، فَوَرَّثَهُ رَجُلاً فَأنْفَقَهُ فِي طَاعَةِ اللهِ سُبْحَانَهُ، فَدَخَل بِهِ الْجَنَّةَ، وَدَخَلَ الاوَّلُ بِهِ النَّارَ

“Qiyamət gününün ən böyük peşmançılığı var-dövlətini haram yolla qazanan şəxsin peşmançılığıdır; belə ki, digəri onu irs aparıb Allaha itaət yolunda xərc çəkərək Cənnətə, haram var-dövləti qazanan isə Cəhənnəmə gedəcək."

(“Nəhcül-bəlağə”, qısa kəlamlar 421.)

http://t.me/MunacatTV

Munacat TV

10 Nov, 20:52


Səhv adətləri aradan aparaq

Munacat TV

10 Nov, 08:56


Minnətsiz bağışla

Mən səni səbrə dəvət etmirəm təkamülə dəvət edirəm. Mümkün deyil ki, kimsə mömini incitməsin. Əgər haqq səninlədirsə, çalış ürəkdən və minnətsiz bağışla ki, həmin insanlara qarşı baxışın dəyişsin, onlara qarşı pis fikirdə olmayasan. Əgər bacarırsansa bu cür bağışla, ruhun böyüsün.

Şəhid Siyahkali "Yadında qalsın"

T.me/MunacatTV

Munacat TV

10 Nov, 00:40


Sual: “Xeyir işlərdə istixarəyə ehtiyac yoxdur” deyildiyinə görə, görəsən, xeyir işləri yerinə yetirməyin qaydası barəsində və ya bu işləri yerinə yetirərkən təxmin edilməyən və qarşıya çıxa biləcək çətinliklər barəsində istixarə etmək olarmı? İstixarə qeybi bilmək üçün bir yol hesab olunurmu, yoxsa qeybdən yalnız Allah xəbərdardır?

Cavab: İstixarə mübah işlərdə qərarsızlığı və tərəddüdü aradan qaldırmaqdan ötrüdür: istər işin özündə tərəddüd mövcud olsun, istərsə işi yerinə yetirməyin qaydası barəsində tərəddüd mövcud olsun. Buna görə də, əgər xeyir iş barəsində qərarsızlıq və tərəddüd mövcud olmazsa, istixarəyə lüzum yoxdur. Həmçinin istixarə şəxsin və ya işin gələcəyindən xəbərdar olmaqdan ötrü deyildir.

Ayətullah Seyyid Əli Xamenei


t.me/MunacatTV

Munacat TV

08 Nov, 08:58


Allah şəhidlərimizə rəhmət eləsin!
Zəfər Günü münasibətilə hər birinizi təbrik edirik!

https://t.me/MunacatTV

Munacat TV

08 Nov, 08:02


"ƏYYAMİ-FATİMİYYƏ" - FATİMİYYƏ GÜNLƏRİ

Allah Rəsulunun (s) sevimli qızı paklıq və ismət rəmzi Həzrət Siddiqətul-Kubra Fatimeyi-Zəhranın (s.ə.) müsibətli şəhadət günləri "Əyyami-Fatimiyyə" yaxınlaşır.

Maide.Az xəbər verir ki, o, Həzrətin şəhadət günü ilə bağlı iki tarix qeyd olunub: Cəmadiül-əvvəl ayının 13-ü (2024-cü il Noyabr ayının 15-i, -Peyğəmbərin (s) vəfatından 75 gün sonra) və Cəmadiül- sani ayının 3-ü (2024-cü il Dekabr ayının 5-i, Peyğəmbərin (s) vəfatından 95 gün sonra).

Bu münasibətlə Əhli-Beyt (ə) ardıcılları qeyd olunan hər iki tarixdə 3 gün əzadarlıq məclisləri təşkil edir və o həzrətə matəm saxlayırlar. Hər iki tarixdə qeyd olunan əzadarlığa "Əyyami Fatimiyyə" deyilir.

https://t.me/MunacatTV

Munacat TV

06 Nov, 10:29


İmam Sadiq (ə):

النَّوْمُ رَاحَةً لِلْجَسَدِ وَالنُّطْقُ رَاحَةً لِلرُّوحِ وَالسُّكُوتُ راحةً لِلْعَقْلِ

Yuxu cismin, danışıq ruhun, sükut isə əqlin rahatlığı üçündür.

"Mən-lə yəhzuruhul-fəqih", c.4, səh.402.


http://t.me/MunacatTV

Munacat TV

05 Nov, 14:37


Təvəssül gecəsi Allah dualarınızı qəbul etsin

http://t.me/MunacatTV

Munacat TV

04 Nov, 12:04


❤️

http://t.me/MunacatTV

Munacat TV

02 Nov, 20:25


هَلْ جَزَاءُ الْإِحْسَانِ إِلَّا الْإِحْسَانُ

Məgər yaxşılığın əvəzi yalnız yaxşılıq deyilmi?

(Rəhman, 60)

t.me/MunacatTV

Munacat TV

02 Nov, 14:48


Allahın haramlarından çəkinək

T.me/MunacatTV

Munacat TV

02 Nov, 08:31


Allahin rəhmətindən uzaq düşən 10 zümrə

Qurani-Kərimdə bəzi insanlar və zümrələrin Allahın rəhmətindən uzaq düşməsi haqda söz açılır:

1. Şeytan. (“Sad”, 78.)
2. Kafirlər. (“Bəqərə”, 89.)
3. Zülmkarlar. (“Mumin”, 52.)
4. Haqq-həqiqəti gizlədənlər. (“Bəqərə”, 159.)
5. Pak və iffətli qadınlara iftira yaxanlar. (“Nur”, 23.)
6. Allah və Peyğəmbəri (s) incidənlər. (“Əhzab”, 57.)
7. Tağuta baş əyənlər. (“Nisa”, 51.)
8. İlahi əhd-peymanı pozanlar. (“Rəd”, 25.)
9. Mömin şəxsi qətlə yetirənlər. (“Nisa”, 93.)
10. Firon və tərəfdarları. (“Hud”, 98-99.)

T.me/MunacatTV

Munacat TV

29 Oct, 16:22


Şəhid Höcəcinin oğluna son sözləri - Ayətullah Seyyid Əli Xamenei

http://t.me/MunacatTV

Munacat TV

25 Oct, 16:07


Şəhadət -Ayətullah Seyyid Əli Xamenei

http://t.me/MunacatTV

Munacat TV

24 Oct, 16:59


Əziz izləyicilər, Aşağıdakı kateqoriyada olan Çooox gözəl kanallar tapmışam.
Vaxt azdır, Abunə olmağa tələsin.

Hazırladı:🟢 @seherxeber

Munacat TV

23 Oct, 16:58


Əziz izləyicilər, Aşağıdakı kateqoriyada olan Çooox gözəl kanallar tapmışam.
Vaxt azdır, Abunə olmağa tələsin.

Foto: https://t.me/seherxeber/432

Munacat TV

23 Oct, 10:34


İmam Əli (ə):

أمِيرٌ لَا عَدْلَ لَهُ كَغَيْمٍ (كغمام) لَا غَيْثَ لَهُ وَ فَقِيرٌ لَا صَبْرَ لَهُ كَمِصْبَاحٍ لَا ضَوْءَ لَهُ وَ عَالِمٌ لَا وَرَعَ لَهُ كَشَجَرَةٍ لا ثَمَرَةَ لَهَا وَ غَنِيٌّ لَا سَخَاءَ لَهُ كَمَكَانِ لَا نَبْتَ لَهُ وَ شَابٌ لَا تَوْبَةَ لَهُ كَنَهَرٍ لَا مَاءَ لَهُ وَ امْرَأَةٌ لَا حَيَاءَ لَهَا كَطَعَامٍ لَا مِلْحَ لَهُ

Ədalətsiz rəhbər yağmursuz bulud kimidir. Səbirsiz yoxsul çıraqsız qəndil kimidir. Təqvasız alim meyvəsiz ağac kimidir. Səxavətsiz varlı otsuz-ələfsiz torpaq kimidir. Tövbəsiz gənc susuz arx kimidir. Həyasız qadın duzsuz yemək kimidir.

"Mən-la yəhzuruhul-fəqih", c.1, səh.140, hədis 384

T.me/MunacatTV

Munacat TV

22 Oct, 14:07


İlahi, məni qəflət yuxusundan oyat..

Munacat TV

20 Oct, 14:12


Ustad Ali - İmansız olmağın nəticəsi

Munacat TV

15 Oct, 16:34


İmam Cəfər Sadiq (ə) buyurur: “Kimin bizə məhəbbəti artarsa, qadına da məhəbbəti artar. Çünki qadınlara məhəbbət bəsləmək, onları sevmək peyğəmbərlərin əxlaqıdır”

(əl-Kafi, c.5, səh. 515;)

t.me/MunacatTV

Munacat TV

15 Oct, 15:04


Qadın ailənin qəhrəmanıdır!

Munacat TV

13 Oct, 15:01


Xanım Məsumənin (s.ə) vəfat günü münasibətilə başda Zəmanə İmamı (ə.f) olmaqla hər birinizə başsağlığı ərz edirik!

Munacat TV

11 Oct, 14:27


Ayetullah Seyyid Əli Xamenei - Quran zillət xəstəliyinin dərmanı

Munacat TV

09 Oct, 15:33


İlahi günahlarımızı bağışla

Munacat TV

09 Oct, 09:16


🕊 Kimlər Şəhid Olur?

Haqq yolunda təsirli olmaq, insanların xoşbəxtliyi üçün çalışmaq istəyən insanlar şəhid olurlar. Onlar ölmək əvəzinə şəhid olurlar. Şəhidlik onlara əbədi güc verir. Beləliklə, onlar insanlara kömək etmək və hüquq cəbhəsi məqsədləri üçün daha böyük işlər görmək imkanı əldə edirlər. Ölümsüz olmağın və əbədi həyata sahib olmağın yeganə yolu şəhidlikdir. Şəhidlər sağdırlar və hələ də çalışırlar. Uca Allah Qurani-Kərimdə buyurur: "Allah yolunda öldürülənləri ölü saymayın. Onlar diridirlər və Rəbbindən ruzi alırlar".

📗 "Ali-İmran", 169.

Ustad Əlirza Pənahian

Munacat TV

08 Oct, 15:35


Ayətullah Seyyid Əli Xamenei - Namaz diqqətlə qılınarsa...

Munacat TV

05 Oct, 08:07


İlahi! Qəlblərimizi Sənə olan sevgi ilə,
Səndən qorxu ilə,
Səni təsdiq və Sənə imanla,
Sənin xofun və şövqünlə doldur.
Ey aləmlərin Rəbbi!
İlahi! Bizi salehlərə qovuşdur və saleh qalanlardan qərar ver.
İlahi! Bizə dininə yardım etməkdə müvəffəqiyyət əta et.
Sənə ibadət etməkdə güc ver!.
Yaratdıqların barədə düşüncə əta et!
Rəhmətindən iki pay bəxş et!
İlahi! Üzümüzü nurunla işıqlandır.
Rəğbətimizi Sənin yanında olanlara yönəlt!
Canımızı Öz yolunda – dinin və Peyğəmbərinin dini uğrunda al!
#dua #ayətullahxamenei #alirəhbər
@MaideTV

Munacat TV

23 Sep, 08:29


Qiyamətdə cavab verə bilməyəcəyin şeyi nə gör, nə eşit, nə de, nə də yaz.

✍🏻 Ayətullah Cavad Amuli (r.ə)

T.me/MunacatTV

Munacat TV

23 Sep, 08:02


Peyğəmbəri-Əkrəm (s):

لَعَنَ اللَّهُ مَنْ أَكْرَمَ الْغَنِىَّ لِغِنَاهُ وَ لَعَنَ اللَّهُ مَنْ أَهَانَ الْفَقِیرَ لِفَقْرِهِ وَ لا یفْعَلُ هَذَا إِلاَّ مُنَافِق

"Varlıya varına görə hörmət edənə Allah lənət etsin! Yoxsula yoxsulluğuna görə hörmətsizlik edənə Allah lənət etsin! Bunu münafiqdən başqası etməz."

"İrşadul-qulub", səh.194.

Munacat TV

23 Sep, 07:43


ƏN PİS İNSAN

Ailə üzvləri ilə rəftar iman və əxlaqın ölçüsündə ən gözəl meyardır və hər kəs əhli-əyalına sədaqət və məhəbbət nümayiş etdirirsə, bu, onun gözəl əxlaqının göstəricisidir. İmam Rza (ə) İslam Peyəmbərindən (s) belə nəql edir:

أَحْسَنُ‏ النَّاسِ‏ إِیمَاناً أَحْسَنُهُمْ‏ خُلُقاً وَ أَلْطَفُهُمْ بِأَهْلِهِ وَ أَنَا أَلْطَفُکُمْ بِأَهْلِی؛

“İnsanların iman baxımından ən yaxşısı gözəl əxlaqa sahib olan, əhli-əyalı ilə mehriban davranan şəxsdir və mən öz əhli-əyalıma qarşı mehribanam.” (“Üyunu əxbarir-Riza”, 2-ci cild, səh.38.)

Göründüyü kimi, bu rəvayətdə Peyğəmbəri-Əkrəm (s) imanın inkişafında əhli-əyalla yaxşı rəftarı diqqət mərkəzində saxlayırsa, digər tərəfdən, başqa bir rəvayətdə əhli-əyalını incidən və onlarla kobud rəftar edən şəxsi də məzəmmət edir və “insanların ən pisi” kimi tanıtdırır:

شَرُّ النّاسِ الضَّیِّقُ [المُضیقُ] عَلى اَهْلِهِ، قالوا یا رَسُولَ اللّهِ وَ کَیْفَ یَکُونُ ضَیِّقا عَلى اَهْلِهِ؟ قالَ: الرَّجُلُ اِذا دَخَلَ بَیْتَهُ خَشَعَتِ امْرَأَتُهُ وَ هَرَبَ وَلَدُهُ وَ فَرَّ فَاِذا خَرَجَ ضَحِکَتِ امْرَأَتُهُ وَ اسْتَأْنَسَ اَهْلُ‌بَیْتِهِ؛

“Əhli-əyalına çətinlik yaradan şəxs insanların ən pisidir.” O Həzrətdən: “Ey Allahın Rəsulu! Əhli-əyala çətinlik yaratmaq necə olur?” – deyə soruşdular. Həzrət buyurdu: “Kişi evə daxil olduqda həyat yoldaşı qorxu hissi keçirər, övladları qaçıb gizlənər. Evdən çıxdıqda isə, həyat yoldaşı sevinər və əhli-əyalı bir-biri ilə ünsiyyət qurar.” (“Məcməuz-zəvaid və mənbəul-fəvaid”, c8., səh.25.)

Peyğəmbəri-Əkrəm (s) başqa bir hədisdə belə buyurmuşdur:

أَلاَ أُخْبِرُكُمْ بِشِرَارِ رِجَالِكُم

“Sizə kişilərin ən pisindən xəbər verimmi?”

Dedilər:

بَلَى يَا رَسُولَ اَللَّهِ

Bəli, ey Allahın Rəsulu!”

Həzrət buyurdu:

إِنَّ مِنْ شِرَارِ رِجَالِكُمُ اَلْبَهَّاتَ اَلْجَرِيءَ اَلْفَحَّاشَ اَلْآكِلَ وَحْدَهُ وَ اَلْمَانِعَ رِفْدَهُ وَ اَلضَّارِبَ عَبْدَهُ وَ اَلْمُلْجِئَ عِيَالَهُ إِلَى غَيْرِهِ

“Həqiqətən, siz kişilərin ən pisi (bu xüsusiyyətlərə sahib olanlardır):
1. böhtançı;
2. söyüşcül;
3. tək-tənha yemək yeyən;
4. yaxşılığını əsirgəyən;
5. köləsini döyən;
6. əhli-əyalını (gündəlik ev xərclərində) başqasına möhtac edən.” (“Əl-kafi”, c.2, səh.292.)

Maide.az – Maarif bölümü

#böhtan #söyüş #yemək #insan #əyal #kişi #peyğəmbər

https://t.me/MaideTV

Munacat TV

20 Sep, 13:51


Bu duanın tam versiyasını əldə etmək istəsəz aşağıdakı linkə daxil olub dinləyə bilərsiniz.

https://youtu.be/0yIO44Uf9nw?si=pqOBFba0ZCbwi22B

Munacat TV

20 Sep, 13:51


Allahım, bizi möminlərin qəmini aradan aparmaqda müvəffəq et!

İmam Səccad (ə) bəla və çətinlik zamanı oxuduğu dua -Ali Fani

Munacat TV

20 Sep, 08:42


إِنَّ اللَّهَ وَمَلَائِکَتَهُ یُصَلُّونَ عَلَى النَّبِیِّ یَا أَیُّهَا الَّذِینَ آمَنُوا صَلُّوا عَلَیْهِ وَسَلِّمُوا تَسْلِیمًا

“Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey mö’minlər! (Siz də) ona salavat və salam göndərin, onun əmrinə təslim olun!”

📖 "Əhzab" surəsi ayə 56

T.me/MunacatTV