Cavab: Doğrudur, bəzən belə olur. Ancaq səbəbsiz deyil. Belə ki, limitə baxmayaraq, müəyyən müddətdən bir kalibrasiya və batareyanın cari vəziyyətini ("Battery Health" özəlliyi nəzərdə tutulur) düzgün təyin etmək məqsədilə sistem istifadəçi tərəfindən təyin olunan limiti aşır və cihaz 100%-ə qədər şarj edilir.
Qısası, qətiyyən problem deyil. Tamamilə normal hesab olunur və hər hansı narahatlığa əsas yoxdur.