İSLAM VƏ ELM @islamveelm Channel on Telegram

İSLAM VƏ ELM

@islamveelm


Admin: Mədinə İslam Universitetinin məzunu Emin Hacıyevdir.

"... De ki, Ey Rəbbim elmimi artır" Taha 114

İSLAM VƏ ELM (Azerbaijani)

Hörmətli oxucular, Əgər siz də İslam və elm haqqında daha çox məlumat əldə etmək istəyirsinizsə, islamveelm adlı Telegram kanalına qoşulun! Bu kanalda İslam universitetinin məzunu Emin Hacıyev tərəfindən idarə olunur və ən son elmi məlumatlar, dini məqalələr və həyat təcrübələri paylaşılır.

Bu kanal qeyri-məhdi dərk edilən təcrübələrlə doludur və öz elm səfərinizə başlamağınıza kömək edəcək. Emin Hacıyev Taha 114-ü əsas tutaraq "... De ki, Ey Rəbbim elmimi artır" ifadəsini nəzərə alır və kanalın məqsədini buna uyğun şəkildə təyin edir.

İslam və elm mövzularında daha çox məlumat əldə etmək və məsələlərə fərqli baxış açısı gətirmək istəyirsinizsə, islamveelm Telegram kanalına qoşulmağa dəvət edirik. Sizi də bu müzakirələrə və elmi məqalələrə dəvət edirik. Elm və İslam dünyasına daha yaxından baxmağa başlayın!

İSLAM VƏ ELM

11 Jan, 19:06


https://youtu.be/xNIlVcfxqrQ?si=jK1_AwroLIBa50s4

İSLAM VƏ ELM

11 Jan, 03:03


Tabiin imamlarından  İyəs ibn Muaviyə əl Muzəni (Allah ona rəhmət etsin) demişdir:

«Öz eybindən xəbəri olmayan kəs axmaqdır.
Ona sual verdilər ki, bəs sənin eybin nədir?
O belə cavab verdi: Çox danışmaq.»

📚 Bidəyə və Nihəyə, 13/136.

https://telegram.me/islamveelm

İSLAM VƏ ELM

10 Jan, 10:29


اللهم صل وسلم على نبينا محمد

Allahummə salli və səllim alə nəbiyyinə Muhəmməd.

İSLAM VƏ ELM

09 Jan, 11:38


https://youtu.be/rI9Q_i0l5us

İSLAM VƏ ELM

08 Jan, 07:21


ثُمَّ لَتُسْأَلُنَّ يَوْمَئِذٍ عَنِ النَّعِيمِ
"Sonra, o gün nemətlər barəsində hökmən sorğu-suala tutulacaqsınız."

(ət- Təkəsur surəsi, 8-ci ayə)

İSLAM VƏ ELM

06 Jan, 02:59


İmam İbn Qeyyim (Allah ona rəhmət etsin) demişdir:
«Rəhmətin açarı Allahın ibadətində çalışmaqla və Onun qullarına fayda verməyə səy etməklə əldə edilir.»

📚 Hədiul Ərvah, 38

https://telegram.me/islamveelm

İSLAM VƏ ELM

04 Jan, 19:13


https://youtube.com/shorts/ETg4lH6YnrU?si=lqIEzrFe97NOtj4V

İSLAM VƏ ELM

03 Jan, 06:46


Sual: Cümə günü kəhf surəsini  oxumağın hökümü nədir?

🎙Cavablandırdı: Emin Hacıyev

Paylaşaraq xeyirə vəsilə olun
https://telegram.me/islamveelm

İSLAM VƏ ELM

01 Jan, 18:35


https://youtu.be/Fj1qQh0FIjs?si=Zpiqt00pfWufoxNz

İSLAM VƏ ELM

31 Dec, 12:01


İSLAM VƏ ELM pinned «»

İSLAM VƏ ELM

30 Dec, 17:20


🚫 "Yeni ili" qeyd etməyin hökmü haqqında İslam alimlərinin fətvaları

1⃣- Şeyx Muhammad ibn İbrahim Əli Şeyx demişdir:
«Bizə çatan məlumata görə bəzi tacirlər keçən il xristianların yeni ilinə xas olan bəzi hədiyyələri ölkəyə gətiriblər. Bu hədiyyələrdən biri də yolka ağacı olmuşdur. Bəzi ölkə vətəndaşları da kafirləri təbrik məqsədi ilə bu yolkalardan alıb ölkəmizdə olan xristianlara hədiyyə edərək kafirlərin bayramlarında ortaq olmuşlar.
Şəkk yoxdur ki, bu çox pis əməldir və bir müsəlmanın belə etməsi doğru deyil. Biz bilirik ki, hamınız kafirlərin bayramında iştirak etməyin haram olmasını bilirsiniz. Elm əhli, kitab əhlindən olan müşriklərin və kafirlərin bayramında iştirak etməyin bütün alimlərin ittifaqı ilə qadağan olmasını bəyan ediblər».
(Fətava Muhammad İbrahim, 3/105).

2⃣ - Şeyx İbn Bazz (Allah ona rəhmət etsin) demişdir:
«Bir müsəlman kişi və ya qadının kafirlərdən olan xristian, yəhudi və ya digərlərinin bayramında iştirak etməsi icazəli deyildir. Əksinə ona vacib olan odur ki, o bayramları tərk etsin. Çünki, kim özünü bir qövmə bənzədərsə, o da onlardandır. Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) bizləri kafirlərə bənzəməkdən və onların əxlaqı üzərində olmaqdan çəkindirib. Hər bir mömin də bu əməllərdən uzaq olmalıdır»
(Məcmu Fətava, 6/405).

3⃣- Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) demişdir:
«Kafirləri "Yeni il" və ya digər dini bayramları münasibətilə təbrik etmək bütün alimlərin yekdil rəyinə görə haramdır. Çünki, onları təbrik etmək, onların üzərində olduqları küfrü şüarları iqrar etmək və o küfrlərlə razı olmaq deməkdir.
Əgər müsəlman özü üçün o küfrü razı olmursa, onda başqalarına da o küfrü şüarları razı qalmamalı və bu şüarlara görə onları təbrik etməməlidir.
Həmçinin müsəlmanların özlərini kafirlərə bənzədərək bu bayramı qeyd etmələri, bu münasibətlə hədiyyələşmələri və şirniyyatlar paylamaları haramdır. Çünki, Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) demişdir:
«Kim özünü bir qövmə bənzədərsə, o da onlardandır».
(Fətava İbn Useymin, 3/45-46).

4⃣ - "Yeni il" barədə daimi elmi araşdırmalar komissiyasının fətvası:
«Bir müsəlmanın kafirlərin bayramında iştirak etməsi, buna görə sevinməsi və fərəhlənməsi və həmin günü qeyri iş günü etməsi haramdır. İstər bu onların dini bayramı olsun, istər də, dünyəvi bayramı olsun. Çünki, bu əməl Allahın düşmənlərinə bənzəmək və batil üzərində onlarla yardımlaşmaq deməkdir. Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) sabit olan səhih hədisdə deyilir ki,
"Kim özünü bir qövmə bənzədərsə o da onlardandır"».
(Fətava, 2540).



https://telegram.me/islamveelm

İSLAM VƏ ELM

30 Dec, 15:52


♦️  Xristianların "yeni ili"

📌 Ənəs (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Mədinəyə gəldikdə Mədinə əhlinin iki günü bayram etdiyini və o günlərdə şənləndiyini gördü. Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dedi:
«Allah sizin bu iki bayramınızı daha xeyirli iki bayramla əvəz elədi. O da Ramazan və Qurban bayramıdır»
(Əbu Davud, Albani səhih olduğunu bildirmişdir).

Bu hədisə görə bir müsəlman yalnız şəriətin icazə verdiyi bir bayramı qeyd edə bilər. Bu iki bayramdan başqasını qeyd etmək haramdır. Hətta o bayramı müsəlmanlar özləri çıxarsalar belə o batil bayramdır. Əgər bu belədirsə, kafirlərin bayramını qeyd etmək haramlıq baxımından daha şiddətlidir.
Bütün alimlərin ittifaqı ilə kafirlərin bayramında iştirak etmək haramdır. Bu icmanı İbn Qeyyim (Allah ona rəhmət etsin) "Əhkəmu əhli zimmə" kitabında zikr etmişdir.

(Şeyx AbdulAziz Reys)

https://telegram.me/islamveelm

İSLAM VƏ ELM

30 Dec, 09:46


🕯 EVLƏRİMİZDƏ OTURUB XEYİRLƏR QAZANAQ

Əbu Hureyra (Allah ondan razı olsun)  demişdir :
«Əgər bir evdə Quran oxunarsa, o ev əhli üçün genişlənər, o evə mələklər daxil olar, şeytanlar o evi tərk edər və o evin xeyir bərəkəti çoxalar.
Əgər bir evdə Quran oxunmazsa o ev əhli üçün daralar, mələklər o evi tərk edər, o evə şeytanlar gələr və o evin xeyir bərəkəti azalar.»

📚Sünən Dərimi 3352, hədis səhihdir.

https://telegram.me/islamveelm

İSLAM VƏ ELM

28 Dec, 08:45


https://youtu.be/0hPF9J1s1aU?si=TOTC9qDtZS204ZKW

İSLAM VƏ ELM

26 Dec, 18:23


Tabiin imamlarından Mucahid bin Cəbr (Allah ona rəhmət etsin) demişdir :

"Həqiqi fəqih, elmi az olsa belə Allahdan qorxan  kəsdir. Cahil isə elmi çox olsa belə Allaha asi olan kimsədir."


[📚Bidəyə və Nihəyə 9/255]

Kanala abunə olub öz səhifələrinizdə paylaşmaqla xeyrin yayılmasına səbəb olun.
https://telegram.me/islamveelm

İSLAM VƏ ELM

25 Dec, 10:41


https://youtu.be/-KazWAv_ioA?si=0S8iIQUUDWukTHDE

İSLAM VƏ ELM

25 Dec, 10:39


https://youtu.be/T7m7li8G8oA?si=wl2REF_6U_5UUnrL

İSLAM VƏ ELM

23 Dec, 19:18


http://youtube.com/post/UgkxuQkG3dv0-62Ay82YVK1t_RWf8W_Eq5LA?si=U4Qm3BGkuKerh_le

Linkdən keçid edib, suallarınızı şərh bölməsinə yaza bilərsiniz.

İSLAM VƏ ELM

23 Dec, 12:10


🔸 Bəzi insanların haqqı qəbul etməməsinin səbəbləri:

Şeyxul İslam İbn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir:
«Bəzən insan bilir ki, haqq başqasilədir. Lakin ona həsəd (paxıllıq) etdiyi üçün, yaxud ondan yüksəkdə olmağı istədiyi üçün və yaxud nəfsinin havasına uyduğu üçün  haqqı qəbul etmir. Nəfsinin havası onu qarşı tərəfə zülm etməyə və onun sözünü hər bir vəchlə rədd etməyə vadar edir. Baxmayaraq ki, özü də qəlbində haqqın qarşı tərəfdə olduğunu yaxşı bilir.»

📚 Məcmu fətava, 7/191.

https://telegram.me/islamveelm

İSLAM VƏ ELM

21 Dec, 18:01


📢📢📢   Salam aleykum və rahmətullahi və bərakətuhu dəyərli qardaş və bacılar.

🎙Dr. Emin Hacıyev

📖  "Tövhidde  Mühüm Faydalar" Şeyx Abdulqadir Ata Sufi

🕙 Bu gün  İn şəə Allah ...  

Azərbaycan saatı ile 22:30
Avropa saat ile.   19:30

Kanalımızın Linki aşağıdadır ⤵️ Abunə olmaqla Canlı  Dərslərimizdən xəbərdar ola bilərsiniz. Kanala daxil olduqdan və abunə olduqdan sonra Kanalın yuxarı  ⤴️ hissəsindəki " Katil " butonununa vuraraq "Canlı dərsdə" iştirak edə bilərsiniz.

https://t.me/islamelmiman

Paylaşaq ki, daha çox insan faydalansın

İSLAM VƏ ELM

21 Dec, 17:20


https://www.instagram.com/islamveelm_?igsh=c2Q2cW9zb24xOHFm

🌐İnstagram səhifəmizdən sualları cavablaya bilərsiniz.

İSLAM VƏ ELM

21 Dec, 08:33


https://youtu.be/mVw1pWhHoHE?si=17L0kOcZsnci-0_t

İSLAM VƏ ELM

20 Dec, 19:49


https://www.instagram.com/islamveelm_?igsh=c2Q2cW9zb24xOHFm

👆Yuxarıdakı keçiddən instagram səhifəmizə abunə ola və paylaşımlardan faydalana bilərsiniz.

İSLAM VƏ ELM

18 Dec, 05:59


İbn Əbil İzz əl Hənəfi (Allah ona rəhmət etsin) demişdir:

«Əgər insanlar zalım başçıların zülmündən xilas olmaq istəyirlərsə, ilk öncə özləri başqalarına zülm etməyi tərk etməlidirlər. Çünki, Allah Təalə Quranda buyurur:
"Beləliklə, qazandıqları (günahlara) görə zalımların bir qismini digərinə hakim təyin edərik".»

📚 Təhavi əqidəsinin şərhi, 2/579.

https://telegram.me/islamveelm

İSLAM VƏ ELM

16 Dec, 13:52


Sual: Allahu Təala qurani kərimdə buyurur ki, ancağ sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən başqa. Sağlam qəlbin əlaməti varmı, varsa hansılardır?

🎙Cavablandırdı: Emin Hacıyev


https://telegram.me/islamveelm

İSLAM VƏ ELM

14 Dec, 18:38


🟢🟢🟢🎙 Dr. Emin Hacıyev

Kanalımızın Linkinə ⤵️

https://t.me/islamelmiman

keçid edərək yuxarı ⤴️sağ küncdən " katıl " butonuna daxil olaraq canlı dərsi dinləyin

İSLAM VƏ ELM

14 Dec, 07:39


HƏQİQİ MÖMİN KİMDİR

İmam Vəhb ibn Munəbbih (Allah ona rəhmət etsin) demişdir:
"Həqiqi mömin, öyrənmək üçün düşünür, başa düşülməsi üçün danışır, salamat qalmaq üçün susur və xeyirləri əldə etmək üçün xəlvətə çəkilir."

📚 Siyar aləm nubələ, 4/549.

Linki paylaşmaqla xeyrin yayılmasına səbəb olun
https://telegram.me/islamveelm

İSLAM VƏ ELM

13 Dec, 06:21


https://youtu.be/mVw1pWhHoHE?si=M5fHIQSMpUt43_1G

İSLAM VƏ ELM

11 Dec, 14:29


📌 Bir kişi tabiin imamlarından olan Vəhb bin Munəbbihin (Allah ona rəhmət etsin) yanına gələrək ona belə deyir:
"İnsanların nələr etdiyini görüb özümə söz verdim ki, onlara qarışmayım, onlardan uzaq durum".
Vəhb bin Munəbbih ona belə deyir:

"Xeyr, belə etmə, insanların səninlə, sənin insanlarla işin var, onların sənə, sənin də onlara ehtiyacın var. Lakin onların arasında eşidən kar, görən kor və danışan lal kimi ol
"

📚 Uyunul Əxbər (3/26)

https://telegram.me/islamveelm

İSLAM VƏ ELM

10 Dec, 19:30


Möminlərin əmiri Əli ibn Əbu Talib (Allah ondan razı olsun) demişdir:
"Ey elmi daşıyan kəslər! Elminizə əməl edin. Çünki, həqiqi alim, elminə əməl edən və əməli elminə müvafiq olan şəxsdir."

📚 Sünən Dərimi, 1/70.

https://telegram.me/islamveelm

İSLAM VƏ ELM

09 Dec, 18:36


https://youtu.be/eOApzlz661A?si=McDEnxaVtXNrZHZ8

İSLAM VƏ ELM

07 Dec, 19:04


Canlı dərsdir

İSLAM VƏ ELM

07 Dec, 19:04


🟢🟢🟢   Dərs Qeyd olunan vaxtdan 15 dəq sonra  başlayacaq Allahın izni ilə

Azeraycan 22:45
Avropa       19:45

🎙 Dr. Emin Hacıyev

📖 " Tövhiddə Mühüm Faydalar " Şeyx Abdulqadir Ata Sufi "

https://t.me/islamelmiman?livestream=b70fb3793e8b33a8d2

İSLAM VƏ ELM

05 Dec, 17:51


Şeyxul İslam İbn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir:
"Bəndənin Allaha olan sevgisi gücləndikcə, ona sevimli olanlara qarşı sevgisi zəifləyər və azalar. Əgər Allaha olan sevgisi zəifləyərsə, onda sevdiyi şeylərə olan sevgisi güclənməyə başlayar və daha da genişlənər."

📚 Məcmu fətava, 1/94.

https://telegram.me/islamveelm

İSLAM VƏ ELM

04 Dec, 14:40


http://youtube.com/post/UgkxGybnGUpCBdXXJjKv2oVgdpYZVC4dgZrl?si=oXylcwiCNShK3ydH

İSLAM VƏ ELM

03 Dec, 06:52


https://youtu.be/G71HGPCL0MI?si=4NVh-usoQ1OaEd4g

İSLAM VƏ ELM

02 Dec, 19:13


💎 Qadınlarınızla gözəl davranın 💎

Dinimiz  kişilərə qadınlarla hər zaman gözəl davranmağı əmr etmiş, onlara zülm etməkdən çəkindirmiş, onlara qarşı daima diqqətli olmağı tövsiyə etmişdir. Bu haqda Quranda, sünnədə və alimlərin sözlərində kifayət qədər dəlillər var. Bunlardan bəzilərini təqdim edirik:


1⃣- Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur:

«Sizin ən xeyirliniz ailəsinə qarşı ən xeyirli olandır. Məndə sizin içinizdə ailəsinə qarşı ən xeyirli olanam.»
(Səhih hədislər silsiləsi, 285).

2⃣- Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) demişdir:

«Möminlərin imanda ən kamili əxlaqı ən gözəl olanıdır. Sizin də ən xeyirliniz zövcəsinə ən gözəl davrananızdır.»
(Səhih Tərğib və Tərhib, 1923).

3⃣- Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) demişdir:

«Qadınlarınızla yaxşı davranın. Çünki, onlar qabırğadan yaranıb. Qabırğanın da ən əyri yeri yuxarı hissəsidir. Əgər düzəltmək istəsən sındıracaqsan. Əgər tərk etsən əyri qalacaq. Qadınlarınızla yaxşı davranın.» (Buxari, 5185)

Ardı var...
https://telegram.me/islamveelm

İSLAM VƏ ELM

30 Nov, 18:22


Muhəmməd Peyğəmbərin (Sallallahu aleyhi və səlləm) həyatından çox təsirli qissə👆

İSLAM VƏ ELM

30 Nov, 18:21


https://youtube.com/shorts/AfMWINHhqro?si=l7HqnCPqKaSCSiB9

İSLAM VƏ ELM

30 Nov, 02:45


Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurmuşdur:
«Əgər Allah və Rəsulunun sizi sevməsini istəyirsinizsə, o zaman üç xislət üzərində davamlı olun:
-doğru danışmaq,
-əmanəti sahibinə qaytarmaq,
-gözəl qonşuluq.

Bilin ki, qonşuya əziyyət vermək, günəş buzu əritdiyi kimi insanın savablarını əridir.»

📚 Səhih hədislər silsiləsi, 2998.

https://telegram.me/islamveelm

İSLAM VƏ ELM

28 Nov, 07:08


📌 Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur:

"Yeddi gündə bir dəfə yuyunmaq, başını və bədənini yumaq hər bir müsəlman üzərində haqqdır"

📚 Buxari 896, Muslim 849.

https://telegram.me/islamveelm

İSLAM VƏ ELM

27 Nov, 14:49


https://www.youtube.com/watch?v=lilrzwreNKM

İSLAM VƏ ELM

27 Nov, 06:08


https://youtu.be/6FwxD4mzm1g?si=4uzPrYxjDXIBLEh_

İSLAM VƏ ELM

27 Nov, 02:41


Həsənul Basri (Allah ona rəhmət etsin) demişdir:
"Allaha yaxınlaşmaq istəyənlər üçün, onları Allaha yaxınlaşdıran əməl olaraq gecə yarısı namaza qalxmalarından üstün bir əməl bilmirəm."


📚 İbn Xarrat, Namaz və təhəccüd 298.

https://telegram.me/islamveelm

İSLAM VƏ ELM

25 Nov, 11:10


https://youtu.be/sbNzC7ii1E8?si=Cg6Oo-yPbm64BKGj

İSLAM VƏ ELM

24 Nov, 09:01


⚡️Qeybətin təhlükəsi..

İmam Buxarinin şeyxlərindən olan Abu Asim Nəbil (Allah hər ikisinə rəhmət etsin) demişdir:
«Qeybətin yalnız öz sahibinə zərər verdiyini biləndən sonra heç vaxt qeybət etmədim.»

📚 Buxarinin "Xalq Əfalil ibəd" kitabı, 238.

https://telegram.me/islamveelm

İSLAM VƏ ELM

23 Nov, 18:11


Salam aleykum və rahmətullahi və bərakətuh dəyərli qardaş və bacılar.
https://t.me/islamelmiman

🎙Dr. Emin Hacıyev

📖 " Əqidə Dərsləri "

🕙  Bu gün  İn şəə Allah 

Azərbaycan saatı   23:00
Avropa  saatı          20:00

https://t.me/islamelmiman?livestream=76527b2eacb572ab52

Paylaşaq ki, daha çox insan faydalansın

İSLAM VƏ ELM

17 Nov, 08:28


Qəflətdə olanlara xatırlatma

İSLAM VƏ ELM

17 Nov, 05:31


İmam Məlik İbn Dinar (Allah ona rəhmət etsin) demişdir:
«Möminə yaraşmaz ki, ən böyük dərdi onun qarnı olub şəhvəti ona qalib gəlsin.»

📚 Cəmiul ulum vəl Hikəm, 793.

Kanala abunə olub öz səhifələrinizdə paylaşmaqla xeyrin yayılmasına səbəb olun
https://telegram.me/islamveelm

İSLAM VƏ ELM

15 Nov, 07:05


🍃 Əziz müsəlmanlar 🍃

Duaların qəbul olan vaxtlarından biri cümə günün son saatdır.
Cabir ibn Abdullahdan (Allah ondan razı olsun) gələn hədisdə Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) demişdir:
«Cümə günü on iki saatdan ibarətdir. O gündə elə an var ki, o vaxt müsəlman bəndə Allahdan nə istərsə, Allah ona verər. Həmin anı əsrdən sonra cümənin axır vaxtında arayın».
(Əbu Davud; 1048 Nəsai, 1389. Albani hədisin səhih olduğunu bildirmişdir).

https://telegram.me/islamveelm

İSLAM VƏ ELM

12 Nov, 18:19


❇️ Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) demişdir:
«Xeyir qazanmaq üçün xeyir söyləyin. Salamat qalmaq üçün şərr söyləməyin.»

📚 Sahih Cami, 4419.

https://telegram.me/islamveelm

İSLAM VƏ ELM

11 Nov, 18:21


https://youtu.be/BR5W8ptTjwM?si=mdOf-rzrQqKRHh9Q

İSLAM VƏ ELM

09 Nov, 02:43


Şeyxul İslam İbn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir:
«Davamlı Quran oxumaq qədər ağıl və ruhu qidalandıran, bədəni qoruyan və insanın xoşbəxtliyini təmin edən bir səbəb bilmirəm.»

📚 Məcmu fətava 7/493.

https://telegram.me/islamveelm

İSLAM VƏ ELM

07 Nov, 19:00


Sual: Cümə günü kəhf surəsini  oxumağın hökümü nədir?

🎙Cavablandırdı: Emin Hacıyev

Paylaşaraq xeyirə vəsilə olun
https://telegram.me/islamveelm

İSLAM VƏ ELM

05 Nov, 02:27


📚 Pul müqabilində Quran öyrətməyin hökmü:

📌Abu Dərdə (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət etmişdir:
«Kim Quranı öyrətmək müqabilində bir yay belə alsa, Allah Təalə qiyamət günü (həmin yayı) onun üçün  cəhənnəm atəşindən bir yay ilə əvəz edər.»

📚 Sahih Cami, 5982.

https://telegram.me/islamveelm

İSLAM VƏ ELM

02 Nov, 17:40


💫  Tabiin imamlarından Tavus (Allah ona rəhmət etsin) demişdir:
"Adəm oğlunun danışdığı hər bir kəlimə hesaba alınır. Hətta xəstələnəndə etdiyi inilti belə yazılır.
"
📚 Hilyətul övliyə 4/4.

https://telegram.me/islamveelm

İSLAM VƏ ELM

30 Oct, 16:20


Az da olsa Quran oxumağı heç vaxt tərk etmə!

İSLAM VƏ ELM

30 Oct, 16:20


📌 İbn Abbas (Allah ondan razı olsun) demişdir:
«Sizdən birinizin bazardan, yaxud işdən evinə döndükdə yatağına uzandığı halda Qurandan üç ayə oxumağına nə mane olur.?»

📚 Sünən Dərimi, 3379, əsər səhihdir.

https://telegram.me/islamveelm

İSLAM VƏ ELM

29 Oct, 07:27


Bizi Instagramda da izləyin


https://www.instagram.com/islamveelm_?igsh=c2Q2cW9zb24xOHFm

İSLAM VƏ ELM

28 Oct, 16:55


🛑 Bidət əhli ilə oturub durma!

✍️ Əhli sünnənin imamlarından olan Sufyan Sövri (Allah ona rəhmət etsin) demişdir:
"Kim bidət əhli ilə oturub durarsa, üç şeydən biri başına gələr:
Ya başqalarının fitnəyə düşməsinə səbəb olar, yaxud qəlbinə bidət şübhəsi düşər, bu səbəblə haqdan azar və cəhənnəmə daxil olar, yaxud da deyər ki: «Vallahi onların nə danışması vecimə deyil, çünki özümə arxayınam». Kim dində özünə arxayın olarsa, din onun qəlbindən alınar".

📚 İbn Vaddahın "Bidətlər" kitabı, 104.

https://telegram.me/islamveelm

İSLAM VƏ ELM

28 Oct, 11:06


Yahya ibn Muaz (Allah ona rəhmət etsin) demişdir:
«Allahdan qorxduğun qədər də, insanlar səndən çəkinərlər. Allahı sevdiyin qədər də, insanlar səni sevərlər. Allahın əmrləri ilə məşğul olan müddətdə də, insanlar sənin əmrlərini yerinə yetirər».

📚 Safvətul Safvə, 4/95.

Kanala abunə olub öz səhifələrinizdə paylaşmaqla xeyrin yayılmasına səbəb olun
https://telegram.me/islamveelm

İSLAM VƏ ELM

26 Oct, 06:05


🗞 DƏVƏTİN FƏZİLƏTİ..

Alləmə İbn Useymin (Allah ona rəhmət etsin) demişdir:
«Sənin elmi yaymağın Allahın dinini yaymaqdır və sən bununla Allah yolunda cihad edənlərdən sayılırsan. Mücahidlər ölkələri qılınc və imanla fəth etdiyi kimi, sən də qəlbləri elmlə fəth edirsən.»

📚 Şərh dua qunutul vitr, 12.

https://telegram.me/islamveelm

https://instagram.com/islamveelm_

İSLAM VƏ ELM

25 Oct, 11:31


🍃 Əziz müsəlmanlar 🍃

Duaların qəbul olan vaxtlarından biri cümə günün son saatdır.
Cabir ibn Abdullahdan (Allah ondan razı olsun) gələn hədisdə Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) demişdir:
«Cümə günü on iki saatdan ibarətdir. O gündə elə an var ki, o vaxt müsəlman bəndə Allahdan nə istərsə, Allah ona verər. Həmin anı əsrdən sonra cümənin axır vaxtında arayın».

(Əbu Davud; 1048 Nəsai, 1389. Albani hədisin səhih olduğunu bildirmişdir).

https://telegram.me/islamveelm

İSLAM VƏ ELM

22 Oct, 07:54


💊 Xəstəlik vaxtı təsəlli...

İmam Həsənul Bəsri (Allah ona rəhmət etsin) demişdir:
«Sədəqə malın zəkatı olduğu kimi, xəstəlik də bədənin zəkatıdır. Xəstələnməyən bədən, zəkatı verilməyən mal kimidir».

📚 İbn Cövzi, "Həsənul Bəsrinin ədəbi, zahidliyi və moizələri" kitabı, 53.

https://telegram.me/islamveelm

İSLAM VƏ ELM

20 Oct, 18:09


🌳 Qiymətli nəsihət

❇️ Bir şəxs Sufyan Sövriyə (Allah ona rəhmət etsin) deyir: Mənə nəsihət et.
Sufyan Sövri (Allah ona rəhmət etsin) cavabında:
«Dünyada qalacağın miqdarda dünya üçün çalış. Axirətdə qalacağın miqdarda da axirətin üçün çalış. Vəssalam».

📚 Hilyətul övliyə, 7/56.

https://telegram.me/islamveelm

İSLAM VƏ ELM

18 Oct, 08:01


Əli bin Əbu Talib (Allah ondan razı olsun) demişdir:

"Xeyir əməli riyakarlıqla etməkdən də çəkin, onu utanaraq tərk etməkdən də çəkin."


📚 Mavardi, "Ədəb dunya və din"/ 86.

https://telegram.me/islamveelm

İSLAM VƏ ELM

16 Oct, 07:55


📌 İmran ibn Huseyn (Allah ondan razı olsun) demişdir:
«Qul üç xislətlə:
Bəla vaxtı səbr etməklə, qəza və qədərə razı qalmaqla və rahatlıq vaxtı dua etməklə- dünya və axirət istəklərinə sahib olar.»

📚 Əbu Davud, "Zühd" kitabı, 392.

https://telegram.me/islamveelm

İSLAM VƏ ELM

14 Oct, 17:32


https://youtube.com/shorts/zWHZfbTF0-Y?si=9HpwQGBafxGQwDqs

İSLAM VƏ ELM

14 Oct, 01:56


⚡️ Abdullah bin Amr (Allah ondan da atasından da razı olsun) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir :

"Allah elmi insanların sinələrindən çıxararaq qaldırmayacaq. Lakin, alimləri öldürməklə qaldıracaq. Sonda yer üzündə alim qalmadıqda insanlar özlərinə cahil başçılar seçəcəklər. Onlar da soruşulduqda elmsiz fətva verəcəklər və bununla da həm özləri azacaq, həm də başqalarını azdıracaqlar".

📚 Hədisi Buxari və Muslim rəvayət etmişdir.

https://telegram.me/islamveelm

İSLAM VƏ ELM

13 Oct, 01:51


Sual: Quran dinləyərkən qəlbində zikr etmək, salavat gətirmək olarmı?

🎙Cavablandırdı: Emin Hacıyev


https://telegram.me/islamveelm

İSLAM VƏ ELM

13 Oct, 01:44


Sual: Mən Quran oxumağı təzə öyrənmişəm, hərifləyirəm, savabı varmı belə oxumağın?

🎙Cavablandırdı: Emin Hacıyev


https://telegram.me/islamveelm

İSLAM VƏ ELM

10 Oct, 19:24


Bir gün Abu İshaq Səbi'i (Allah ona rəhmət etsin) ağlayır, ondan soruşurlar:
-Səni ağladan nədir?
Deyir: "Gücüm qüvvətim qalmayıb, namazım əldən gedir, yalnız Baqara və Əli İmran surələrini oxuyub ayaq üstə qıla bilirəm." (Bundan artıq oxuyanda oturub qılır)


📚 İbn Hibbanın Siqalar kitabı 8/76.

https://telegram.me/islamveelm

İSLAM VƏ ELM

10 Oct, 05:51


https://youtu.be/KRIy0XvYgCc?si=zF67JRXYqW0YvniN

İSLAM VƏ ELM

08 Oct, 12:21


♦️ Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurmuşdur:
«Üç sinif insan var ki, Allah onların üzünə baxmayacaq: Valideynlərinin üzünə ağ olan, özünü kişilərə bənzədən qadın və öz namusunu qorumayan kişi (dəyyus).
Üç sinif insan da var ki, onlar cənnətə girməyəcək: Valideynlərinin üzünə ağ olan, əyyaş və verdiyinə görə dili ilə əziyyət verən (başa qaxan).»

📚 Nəsai, 2562, Albani həsən səhih olduğunu bildirmişdir.

https://telegram.me/islamveelm

İSLAM VƏ ELM

06 Oct, 07:57


♦️ Elmi gizlətməyin cəzası...

İmam İbn Qeyyim (Allah ona rəhmət etsin) demişdir:
«Kim elmi özündə saxlayıb onu başqalarına öyrətməzsə, Allah onu həmin elmi unutmaqla və elmi ondan almaqla imtahan edər. Çünki, cəza əməlin növündəndir.»

📚 Miftəh Dəru səadə, 1/172.

https://telegram.me/islamveelm

İSLAM VƏ ELM

03 Oct, 17:10


🌴Sələfin elmə verdiyi dəyər

Bir gün Abbasi xəlifəsi Mehdinin övladlarından biri ətbəu tabiinlərin imamlarından olan Şureyk Nəxainin (Allah ona rəhmət etsin) elm məclisinə gəlir, onun məclisində divara söykənərək bir hədis barədə soruşur. İmam Şureyk ona çevrilib belə baxmır. Xəlifənin oğlu sualı təkrar edir, lakin İmam Şureyk yenə də cavab vermir. Bu zaman xəlifənin oğlu qəzəblənərək deyir:
-Sən xəlifələrin övladlarını aşağılayırsan?
İmam Şureyk:
"Xeyr, lakin elm Allah qatında daha qiymətlidir" deyə cavab verir
.


📚 Təzkiratus səmi vəl mutəkəllim, 88.

https://telegram.me/islamveelm

İSLAM VƏ ELM

03 Oct, 07:18


https://youtu.be/0G40mxZB8K4?si=Tv8-McjNgbhJMGZe

İSLAM VƏ ELM

01 Oct, 13:52


🌴Sələfin öz müəllimlərinə olan ehtiramı

✍️ İmam Şafii (Allah ona rəhmət etsin) demişdir:
"Mən İmam Malikin hüzurunda ona olan hörmətimdən kitabın vərəqələrini çox ehtiyatla çevirirdim ki, onun səsindən narahat olmasın"

✍️ İmam Şafiinin tələbəsi Rabi (Allah hər ikisinə rəhmət etsin) demişdir:
dir:
"Allaha and olsun ki, İmam Şafii mənə baxdığı zaman, ona olan hörmətimdən su içməyə cəsarət etmirdim."

📚 Təzkiratus səmi vəl mutəkəllim, 88.

https://telegram.me/islamveelm