Sən Xatırlat @senxatirlat Channel on Telegram

Sən Xatırlat

@senxatirlat


www.senxatirlat.com | «Sən xatırlat! Çünki xatırlatmaq möminlərə fayda verir.» - əz-Zəriyət 55

Sən Xatırlat (Azerbaijani)

Sən Xatırlat Telegram kanalı, hafızanızı güçlendirmek ve motivasyonunuzu artırmak için tasarlanmış özel bir platformdur. Kanalın amacı, günlük yaşamınızda unutmak istemediğiniz önemli anıları, yapmanız gereken işleri veya hatırlatılması gereken herhangi bir konuyu kolayca hatırlamanızı sağlamaktır. "Sən xatırlat! Çünki xatırlatmaq möminlərə fayda verir." mottosu ile yola çıkan kanal, her gün kullanıcılarına değerli bilgiler sunmaktadır. Sən Xatırlat kanalında, günlük hayatta karşılaşabileceğiniz faydalı ipuçları, motive edici sözler, unutkanlıkla mücadele etmenin yolları ve daha birçok konuda bilgi bulabilirsiniz. Ayrıca, kanalın web sitesi olan www.senxatirlat.com üzerinden detaylı bilgilere erişebilir ve hafıza geliştirme teknikleri hakkında daha fazla bilgi edinebilirsiniz. Eğer hafızanızı güçlendirmek, unutkanlığı önlemek ve günlük yaşamınızı daha organize bir şekilde sürdürmek istiyorsanız Sən Xatırlat kanalı tam size göre! Hemen kanala katılın ve her gün yeni bir hatırlatma ile hayatınızı kolaylaştırın.

Sən Xatırlat

16 Feb, 19:29


‼️ÇOX ÇOX MÜHÜM‼️

📱KİMLƏSƏ OLAN YAZIŞMANI “SCREEN” EDİB İZİNSİZ YAYMAQ OLARMI

Sual: Qardaşı ilə arasında olan yazışmanın şəklini çəkən (screen edən) sonra isə (kiməsə) göndərən kəsə nəsihətiniz nədir?

🎙Şeyx Suleyman ər-Ruheyli (həfizahullah) cavab verir:

- Bu xəyanətdəndir! Bu xəyanətdəndir! İnsanın öz qardaşı ilə telefonla, whatsapp və s bu vasitələrlə danışması sonra isə o danışığı insanlar arasında yayması xəyanətdəndir. Bu yalnız onun izni ilə icazəlidir. Əgər insan qardaşı ilə danışdıqdan sonra üzünü çevirib getdikdə bu (danışıq artıq) əmanət sayılırsa, elə isə insanlar arasında əmanət kimi hesab olunan bir şeyi (söhbəti və ya bir məsələni) yaymaq (buna nisbətdə) daha pis xəyanət deyilmi?

Bu xəyanətdəndir, istər xeyir istərsə də şərr üçün olsun fərq etməz! İnsanın öz qardaşı ilə arasında keçmiş danışığı (yazışmanı) screen edib, onun izni olmadan yayması xəyanətdir və icazəli deyildir. Vacibdir ki, insanlar bundan çəkinsinlər.


📡 (Şeyxlə olan sual-cavabdan alınaraq tərcümə olunmuşdur)
______

🚩Telegram kanalına daxil olmaq üçün:
https://telegram.me/senxatirlat

🚩Facebook səhifəmiz:
www.fb.com/senxatirlat

Sən Xatırlat

15 Feb, 17:19


😀 Subay birisi içində olduğu kədərin getməsini evlənməkdə görür.

❤️‍🩹 Evli olan isə boşanmaqda.

😀 Miniyi olmayan minikdə

😀 Evi olmayan ev almaqda.

😀 Ev alan daha böyük evə sahib olmaqda.

😀 Övladı olmayan övladda

🫖 Övladı olan isə ondan öncəki qayğısız günləri üçün həsrət çəkir.

👑 Uşaqlar böyüməyi arzulayır

🌺 Böyüyənlər yenidən uşaq olmağı

🧡 İllər öncə gələcəyə və içərisindəkilərə həyəcanla tələsirdin

🧡 Bu gün isə illər öncəsini özləyirsən..

🪶 Keçmiş xatirələr sənə elə hiss etdirir ki, xoşbəxtliyi orda qoyub gəlmisən

🌧️Amma xatırlamırsan ki, onda da xoşbəxt deyildin. Onda da üzülməyə səbəblər tapırdın..

Onda da şükr etmirdin..

Onda da Rəbbinin sənə verdiklərini görmürdün...

Onda da nankor olmağı seçmişdin...


🌞 İnsan əlində olanlara, bu gününə şükr etməyi öyrənmədikcə heç vaxt xoşbəxt olmağı bacarmayacaq. Daima 'bundan daha yaxşı ola bilərdi' deyərək əlində olan nemətləri görməyəcəkdir.


😢 Həmişə nəyinsə əksik olduğunu zənn edəcək. Çünki gözü daima "yuxarılarda" olacaq.

🧡🖤🧡🖤Əsl xoşbəxt isə o kəsdir ki, bu günü ilə, əlində olan nemətlərlə ən əsas da Rəbbi ilə səadəti tapmışdır.

⏪️ O kəs nə keçmişdə ilişib qalıb,
⏩️ Nə də gələcəyin təlaşı ilə özünü yükləyib..
O insan AN'ı yaşamaqdadır.

🌸 Nə xoş onun halına..

🪴 O Rəbbindən razıdır

...və umulur ki, Rəbbi də ondan razıdır....

😀 www.senxatirlat.com

Sən Xatırlat

14 Feb, 12:14


İnsanlar var. Dərdlərini götürüb, məxluqlara yönəlirlər. İnsanlar da var, dərdlərini, ehtiyaclarını, üzüntülərini götürüb - Aləmlərin Rəbbinə yönəlirlər.

Birincilər bəzən cavab alır, bəzən almadan əli boş qayıdırlar. Amma hər iki halda ehtiyacları qədərində qarşıdakı yanında alçalırlar.


Amma ikincilərə gəldikdə isə... onlar yer üzündə ən izzətli şəxslərdir. Onlar ehtiyaclarını - yerin və göyün mülkünün tək sahibindən, Allahdan istəyirlər. Onların əlləri əsla boş qayıtmır.

Sən Xatırlat

14 Feb, 12:14


Cümənin icabət saatı içərisindəyik. Ehtiyaclarının ən kiçiyinə qədər hər şeyi Rəbbindən istə. Hətta evində çatışmayan duzu belə..
...hətta ayaqqabının qırılmış bağını belə...

Sən Xatırlat

13 Feb, 19:05


💡Şeyx Suleyman ər-Ruheyli (həfizahullah) buyurur:

"Peyğəmbərə (salləllahu aleyhi va səlləm) salavat gətirmək, ən fəzilətli əməllərdəndir. Bir dəfə salavat gətirsən, Allah sənə 10 dəfə salavat deyər (səni tərif edər), 10 günahın silinər, 10 dərəcən qalxar. İndi düşün, əgər 2 dəfə salavat gətirsən, necə? Bəs 3 dəfə?...."

📡 ("Kitəbut Təuhid"in şərhi, Peyğəmbər məscidi, tarix: 30.09.16)

Salavatın bəzi növləri:

• Allahummə salli alə Muhəmməd
• Allahummə salli alə Muhəmmədin va alə əəli Muhəmməd
• Allahummə salli va səllim alə Muhəmməd
• Salləllahu aleyhi va səlləm
• Allahummə salli aleyh

Və s
__

🚩Telegram kanalına daxil olmaq üçün:
https://telegram.me/senxatirlat

🚩Facebook səhifəmiz:
www.fb.com/senxatirlat

Sən Xatırlat

12 Feb, 14:33


🍂FAYDALI ELM ARTIQDCA TƏVAZÖKARLIQ ARTIR...

📔Yəhya bin Mə'in (rahiməhullah) buyurur:

"Mən İmam Əhməd bin Hənbəl kimisini görmədim. Biz onunla 50 il yoldaşlıq etdik və o bu müddət ərzində bizim yanımızda heç bir şeyi ilə qürrələnmədi (fəxr etmədi).

O belə deyərdi:

"Biz miskin insanlarıq, əgər Allahın bizim üzərimizdə örtüyü olmasaydı, biz rüsvay olardıq."

📎 ("Hilyətul Əuliyə", 181)
______

🚩Telegram kanalına daxil olmaq üçün:
https://telegram.me/senxatirlat

🚩Instagram səhifəmiz:
https://instagram.com/senxatirlat

Sən Xatırlat

11 Feb, 19:25


Cənnətdə gözlərin görmədiyi, qulaqların əsla eşitmədiyi və bəşər qəlbinin xəyal etmədiyi nemətlər hazırlanmışdır....

Sən Xatırlat

10 Feb, 10:16


Bu ayda edilə biləcək ibadətlərdən biri: ORUC tutmaqdır.

Bacardığınız qədər bu ayda orucları çoxaldın
Bu sünnənin ölməsinə izn verməyin
Beləliklə siz həm sünnəyə əməl etdiyinizə həm də onun ölməməsinə, unudulmamasına səbəb olduğunuza görə savab qazanacaqsınız inşəAllah

Sən Xatırlat

07 Feb, 18:22


Loğmanın oğluna etdiyi tövsiyyələrdə xüsusən valideynlər üçün çox düşündürücü məqamlar var. Diqqətlə dinləyək (oxuyaq) və tərbiyədə ən çox nəyə önəm verməli olduğumuzu anlayaq.

Sən Xatırlat

07 Feb, 02:44


EV NEMƏTİ 🏡

Sən Xatırlat

07 Feb, 02:44


Tam bu havada xatırlanması gərəkən bir mövzudur... #Baku

Sən Xatırlat

04 Feb, 18:46


💡Hələ də bunu izləməmisənsə, mütləq izlə

🎓 https://www.instagram.com/reel/DA1any7iM_q/?igsh=MXFhMnZqNG9mdXFnOQ==

Sən Xatırlat

03 Feb, 19:55


Sən əsl sevgi nədir bilirsən?!

Əsl sevgi - insanın o sevgidən əsla acı çəkməməsidir
Əsl sevgi - sevdiyinin sənə əsla zülm etməməsidir
Əsl sevgi - sevdiyinin daima səninlə olmasıdır
Əsl sevgi - sən Onu yad edərkən, Onun da səni yad etməsidir
Əsl sevgi - etdiyin yaxşılıqların əvəzini artıqlaması ilə almağındır
Əsl sevgi - qəlbdə heç bir üzüntüyə səbəb olmayan sevgidir

Bu cür sevgini - yalnız Allaha qarşı olan sevgidə tapmaq mümkündür.

Möminlərin göstəricilərindəndir ki, onların Allaha olan sevgiləri çox güclü olur. Bütün digər sevgiləri aşan bir sevgi ilə Rəblərini sevirlər.

Sən Xatırlat

01 Feb, 19:13


QƏLBİNİ İMTAHAN ET

İbnul Qayyim (rahiməhullah) buyurur:

"Mömin öz qardaşının büdrəməsinə (xətaya düşməsinə) özü büdrəmiş (xətaya düşmüş) kimi üzülür və əsla onun xətasına sevinmir."

📚 ("Mədəricus Səəlikin", 1/436)
__

🚩Telegram kanalına daxil olmaq üçün:
https://telegram.me/senxatirlat

🚩Instagram səhifəmiz:
https://instagram.com/senxatirlat

Sən Xatırlat

01 Feb, 09:53


https://senxatirlat.com/saban-ayi-baresinde-muxteser-melumat/

Sən Xatırlat

29 Jan, 18:27


Günlər qısalır, oruc tutmaq daha da asanlaşır. Bu fürsətlərdən istifadə edin. Ələxüsus sabah, 4-cü gündür, hər həftənin 1-ci və 4-cü günləri oruc tutmaq sünnədə sabit olan əməllərdəndir.

Sən Xatırlat

25 Jan, 19:45


🕯 İSTƏRSƏNMİ MƏLƏKLƏR SƏNİN ÜÇÜN DUA ETSİNLƏR???

Əbu Hureyra (Allah ondan razı olsun) dedi: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə buyurur:

“Sizdən biriniz namaz qıldığı yerdən durmadığı və dəstəmazı pozulmadığı təqdirdə mələklər onun üçün dua edərək deyərlər: Allahım onu bağışla, Allahım ona rəhm et.”

📒(Buxari 445, Muslim 649)

İbn Bəttal (Allah ona rəhmət etsin) buyurur:

“Günahı çox olub və Allahın o günahları heç bir çətinliksiz ondan qaldırmasını istəyən kəs mələklərin ona daha çox dua etməsi və onun üçün Allahdan bağışlanma diləməsi üçün namazdan sonra namaz qıldığı yerdən tərpənməməklə buna nail olmağa çalışsın. Çünki Uca Allahın bu ayəsinə görə, bu dua və istiğfarların qəbul olmasına ümid edilir: “Onlar (mələklər) yalnız Onun (Allahın) razı qaldığı şəxslərdən ötrü şəfaət diləyərlər.” (əl-Ənbiyə 28)”

📚(Şərhu Sahihil Buxari 2/95)

Daha ətraflı: http://senxatirlat.com/belke-de-bu-emel/

Sən Xatırlat

24 Jan, 20:21


🍈 İxlaslı kəs qardaşının (dostunun, qohumunun, bacısının) xətasına sevinməz. Onun islahı üçün çalışar. Onu itirmək üçün yox, qazanmaq üçün cəhd göstərər. Onun islahı üçün gizlində dua edər. Onunla, özünə necə müamilə edilməsini istəyirsə, o cür müamilə edərək onu haqqa yönəltməyə səy göstərər.

📝 "Sizdən biri (kamil) iman gətirməz ta ki, özünə istədiyini qardaşı üçün istəmədikcə." (Buxari, Muslim)

Əgər qardaşının xəta etdikdən sonra haqqa dönməsi səni sevindirmirsə, özünü hesaba çək.

Allah bizi ixlaslı qullarından etsin. Çünki iblis yalnız Allahın ixlaslı qullarına yaxınlaşa bilmir.

Allah bizi bağışlasın.

Sən Xatırlat

24 Jan, 13:34


İblisin iş bitdikdən sonrakı sözləri...

Sən Xatırlat

22 Jan, 15:55


https://youtu.be/RzyDkKTYpwM?si=k6h96nCDv3vktrwD

Sən Xatırlat

21 Jan, 19:41


Bu dünyada onlara edilən xatırlamaları, nəsihətləri və xəbərdarlıqları gözardı edənlərin axirətdəki halı

Sən Xatırlat

20 Jan, 20:06


https://youtu.be/F8rvh2_K79I

Sən Xatırlat

18 Jan, 18:51


💭 Pis dostun insana hər iki diyarda peşmançılıq yaşatması kimi bir həqiqəti unutmayaq. Bu dünyadakı peşmançılıq sonradan itirilənləri bərpa etməyə imkan verir. Amma axirətdəki peşmançılıq artıq heç bir fayda verməyən peşmançılıq olacaq. O gün pis dost səbəbilə düşdüyümüz bəlalardan qurtulmaq üçün bir fürsətimiz olmayacaqdır.

©️ pis dost sənin səhvlərinə göz yuman, sənə nəsihət etməyən, aranız pozulmasın deyə bir çox xətana müsadə edən dostdur. Daha da pisi isə səni onunla dostluq etməklə günahlara və həlakedici addımlara sürükləyən dostdur.

Sən Xatırlat

17 Jan, 18:52


Birləşməyən qəlbləri yalnız Allah birləşdirir. Ən möhkəm əlaqələr də Onun rızası üçün qurulan, münasibətlər daxilində Allahın hədləri qorunan əlaqələrdir. Çalışaq ki, bizə dəyərli olan İslam qardaşlığında Uca Allahın haram-halalına diqqət edərək bir-birimizlə rəftar edək. Əks halda düşmənimiz olan iblisin araya girib fəsad törətməsi qaçınılmaz olacaqdır. Müvəffəqiyyət Allahdandır.

Sən Xatırlat

16 Jan, 18:48


Qiyamət gününü vəsf edən ayələrdən...

Bu günə iman edən insan dünyada əməllərinə diqqət edər. Ölümün bir "SON" olmadığına və əslində bir "BAŞLANĞIC" olduğuna inanaraq, ölümdən sonra yenidən diriləcəyinə və hesab verəcəyinə etiqad edər. Bu da insanın əməllərinə diqqət edərək yaşamasına səbəb olan amillərdən ən böyüyüdür.

Sən Xatırlat

15 Jan, 17:08


Bu gün üçün hazırlıq görməliyik

Sən Xatırlat

14 Jan, 22:23


📍İmam Məlik (rahiməhullah) deyir ki:

"Mədinədə elə insanlara rast gəldim ki, onların eyibləri yox idi. Sonra onlar insanların eyibləri ilə məşğul oldular və nəticədə öz eyibləri üzə çıxmağa başladı.


Və orada elə insanlara rast gəldim ki onların eyibləri var idi. Lakin onlar insanların eyibləri barəsində danışmadılar və onların öz eyibləri unuduldu."

📚 (Səxavi, "əd-Dav'ul- Ləmi", 1/106)

__

🚩Telegram kanalına daxil olmaq üçün:
https://telegram.me/senxatirlat

🚩Instagram səhifəmiz:
https://instagram.com/senxatirlat

Sən Xatırlat

13 Jan, 20:01


Günahkarların Qiyamət günü halları... Günahlardan bacardığımız qədər uzaq durmalıyıq. Yer üzündə Allahın qəzəbini qarşınıza almağa dəyər heç bir günah yoxdur! Heç bir ləzzət üçün buna dəyməz. Özündən sonra OD gətirən ləzzətdə xeyir yoxdur!

Sən Xatırlat

09 Jan, 20:17


"Lə iləhə illə əntə. Subhəənəkə. İnni kuntu minəz zaalimin (Səndən başqa ibadətə layiq haqq məbud yoxdur. Sən pak və müqəddəssən. Mən isə özümə zülm edənlərdən olmuşam.)"

Bu duanı əzbərləyin! Yunusun balığın qarnından xilas olmasına səbəb olan bu dua sizi hansı sıxıntılardan xilas etməz ki?!

Bu dua Yunusu 3 zülmətdən xilas etdi:

1. Gecənin zülməti ;
2. Balığın qarnındakı zülmət ;
3. Dənizin dibindəki qaranlıqların zülməti.

Necə? Çünki bu duada bir sirr var.
Yunus aleyhissələm bir Peyğəmbər idi və o öz Rəbbini yaxşı tanıyırdı. O, Allaha nəyin daha sevimli olduğunu bilib Ona onunla dua etdi və cavab aldı. Hətta insanların qurtulacaqlarına əsla ehtimal belə vermədikləri bir durum içərisində ikən!

Nə idi O DUADA OLAN ÖZƏLLİK?!

TÖVHİD! ALLAHI TƏKLƏŞDİRMƏK VƏ QULUN ÖZ GÜNAHLARINI ETİRAF ETMƏSİ.

Uca Allahın dərgahında ən əzəmətli şey TÖVHİDDİR. Qulun bu həyatdakı tək qayəsi və ən əzəmətli ibadətdir bu.

Görün necə əzəmətli bir şeydir ki, Yunusu hətta o haldan belə sağ-salamat çıxartdı.

Bəli. Tövhid insanı həm dünyada həm axirətdə xilas edir. Allahın qəzəbindən, Oddan, bütün bəlalardan, üzüntü və kədərdən, şərlərdən, iblisin hiylələrindən....

Sən Xatırlat

08 Jan, 19:17


Nə zaman ki, qul Rəbbinə olan möhtaclığını və insanların özü-özlüyündə heç bir zərər yaxud fayda verə bilmədiklərini anlayır, bütün səbəblərin ancaq Allahın izni ilə faydalı ola biləcəyini dərk edir - bax onda Uca Allahın yardımı insanı haqlayır. Çünki əks halda qulun qəlbi məxluqlara və səbəblərə olduqca çox bağlı olur və bu da yardımın gəlməsinə mane olan ən böyük səbəb hesab edilir.

Sən Xatırlat

06 Jan, 20:06


Quranda ƏN ÜMİDVERİCİ ayə

Sən Xatırlat

04 Jan, 19:44


İsa (aleyhissələm)'in doğulduqdan sonra dediyi ilk sözlər

Sən Xatırlat

04 Jan, 12:01


https://youtu.be/N_MsMSb_6Cw

Sən Xatırlat

03 Jan, 03:32


Rəcəb ayı barəsində - MÜTLƏQ OXU


https://senxatirlat.com/receb-ayi-ile-bagli-qisa-xatirlatma/

Sən Xatırlat

01 Jan, 09:29


https://youtu.be/xxB8QfpFRWU

Sən Xatırlat

31 Dec, 17:59


https://youtu.be/DGS-GJmfwvw

Sən Xatırlat

31 Dec, 17:54


Sənin Rəbbinə "oğul" nisbətən edən xristianların bayramını keçirdərkən heç mi dini qeyrətin sızlamadı?

Sən Xatırlat

29 Dec, 17:54


💰MALINI ALLAH YOLUNDA XƏRCLƏMƏKDƏN XƏSİSLİK EDİRSƏN? YIĞIB SAXLAYIRSAN Kİ ÇOXALSIN?💰

Əbu Hureyra (radıyəllahu ənhu) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət edir:

“Bəndələrin sabaha çıxdıqları elə bir gün yoxdur ki, o gün iki mələk enməsin.

Onlardan biri deyər: “Allahım sərf edənə ƏTA ET (VER)!"

O birisi isə deyər: “Allahım saxlayanın (sərf etməyənin) malını TƏLƏF ET."

📚(Muslim)
______

🚩Telegram kanalına daxil olmaq üçün:
https://telegram.me/senxatirlat

🚩Facebook səhifəmiz:
www.fb.com/senxatirlat

Sən Xatırlat

29 Dec, 03:40


https://youtu.be/W4YoieW5jUE

Sən Xatırlat

27 Dec, 02:57


Kaş ki, ölüm anına qədər baş verənlərlə maraqlandığımız kimi ölüm onlara üz verdikdən sonrakı hadisələrlə də biraz da olsa maraqlanardıq...

Sən Xatırlat

25 Dec, 21:07


https://youtu.be/zkkxIfalmX0

Sən Xatırlat

25 Dec, 15:09


🔔Bəlkə də o təyyarəyə minməyi istəyib amma müxtəlif səbəblərdən dolayı minə bilmədiyi üçün üzülən neçə-neçə kəslər var idi. Bəlkə üsyan edirdi ki, niyə uça bilmədim.

Bu gün isə onlar şükr edirlər.


"Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bilmirsiniz."
(Bəqara, 216)

Sən Xatırlat

24 Dec, 03:17


Bir kişi Yəhyə bin Muazın (Allah ona rəhmət etsin) yanında bu ayəni oxudu: "Onunla (Fironla) yumşaq danışın." (Ta Hə 44)

Bunu eşidən Yəhyə bin Muaz (Allah ona rəhmət etsin) ağlamağa başladı və buyurdu:

- Ey Rəbbim, bu sənin "Mənəm İlah" deyənə (Firona) olan yumşaqlığındırsa, gör onda "Sənsən İlah" deyənə (Tövhid əhlinə) olan yumşaqlığın necədir?

📚 [Təfsirul Bəğavi, Ta Hə 44]

_____

🚩Telegram kanalına daxil olmaq üçün: https://telegram.me/senxatirlat

🚩Facebook səhifəmiz: www.fb.com/senxatirlat

Sən Xatırlat

23 Dec, 05:57


Osman ibn Affanın (radıyəllahu ənhu) fəziləti

Sən Xatırlat

22 Dec, 19:31


http://senxatirlat.com/yeni-ili-buna-gore-qeyd-etmirik/

Sən Xatırlat

22 Dec, 17:17


https://youtu.be/XXFfY0RTKhI

Sən Xatırlat

13 Nov, 19:02


↖️'Həzz' ilə 'Xoşbəxtliyi' qarışdırmamaq lazımdır. Belə ki, hər həzz insanı xoşbəxt etmir. Bunu yəqin bilmək lazımdır. Əksinə neçə ləzzət var ki, özündən sonra peşmançılığa, üzüntüyə, çəkəcəyin ağır bədəllərə və ən sonunda oda (CƏHƏNNƏMƏ) yol açır. Onlardan uzaq dur.

🩷Çalış həyatda həzz aldığın hər şey sənə həqiqətən xoşbəxtlik gətirən ləzzəttlər olsun.

ÇÜNKİ ÖZÜNDƏN SONRA OD GƏTİRƏN LƏZZƏTDƏ XEYİR YOXDUR!

💻 www.senxatirlat.com

Sən Xatırlat

13 Nov, 18:40


ONUN 🩷 AĞLAMASI...

İbnul Qayyim (rahiməhullah) buyurur:

- Peyğəmbərin (salləllahu aleyhi va səlləm) ağlaması;

• bəzən ölüyə rəhmətindən dolayı,
• bəzən ümməti üçün qorxduğundan dolayı,
• bəzən Allah qorxusundan dolayı,
• bəzən də Quranı eşitdikdə olardı.


🔎 ("Zədul Mə'əd", 183)
_________

🚩Telegram kanalına daxil olmaq üçün:
https://telegram.me/senxatirlat

🚩Facebook səhifəmiz:
www.fb.com/senxatirlat

Sən Xatırlat

12 Nov, 19:13


🩷İbnul Qayyim (rahiməhullah) buyurur:

"Həqiqətən də məxluqu sevmək əgər Allah üçün olmazsa, bu sevən üçün bir əzab və onu həlak edən bir bəla olar. Ona, bu sevgidən ləzzətdən daha çox ağrı-acı gələr.

❤️‍🩹Və sevgi də nə qədər Allahdan uzaq olarsa, bir o qədər onun acısı və əzabı da daha böyük olar."

📎("İğasətul-Ləhfən" kitabından)
__

🚩Telegram kanalına daxil olmaq üçün:
https://telegram.me/senxatirlat

🚩Instagram səhifəmiz:
https://instagram.com/senxatirlat

Sən Xatırlat

12 Nov, 18:57


https://youtu.be/I-WMU4_aK80

Sən Xatırlat

12 Nov, 06:35


Təsəvvür edin bir uşağa Fatihəni siz öyrətmisiz. O uşaq ölənədək nə qədər namaz qılsa, nə qədər fatihə surəsini oxusa, onlardan savab azalmadan hər birinin savabı sizə də yazılacaqdır.

Möhtəşəm deyilmi? O sırada sən artıq qəbirdə ola və əməl qapısı sənə bağlanmış da ola bilər.. amma buna baxmayaraq dünyada səbəb olduğun ardı kəsilməyən faydalardan sənə savablar gəlməyə davam edəcəkdir

Sən Xatırlat

12 Nov, 06:34


Öz (yaxud qohum-qonşunun, ətrafda olanların) uşaqlarına Fatihə surəsini, Tövhidin köklü məsələlərini, namazı-dəstəmazı, əqidənin əsaslarını (bəsit dildə olsa belə) öyrətməyə çalışın. Buna siz səbəb olun. Çünki o uşaqların həyatının başında onlara verdiyiniz faydanın üzərində nə qədər xeyirlər qursalar - bu sizin üçün axar sədəqə olacaqdır.

Sən Xatırlat

10 Nov, 17:46


Buna görə də insanlara istənilən yollarla zülm etməkdən, onları incitməkdən qorxmaq, həzər etmək lazımdır.

Sən Xatırlat

08 Nov, 13:16


Cümənin icabət saatı içərisindəyik. Ehtiyaclarının ən kiçiyinə qədər hər şeyi Rəbbindən istə. Hətta evində çatışmayan duzu belə..
...hətta ayaqqabının qırılmış bağını belə...

Sən Xatırlat

08 Nov, 13:16


İnsanlar var. Dərdlərini götürüb, məxluqlara yönəlirlər. İnsanlar da var, dərdlərini, ehtiyaclarını, üzüntülərini götürüb - Aləmlərin Rəbbinə yönəlirlər.

Birincilər bəzən cavab alır, bəzən almadan əli boş qayıdırlar. Amma hər iki halda ehtiyacları qədərində qarşıdakı yanında alçalırlar.


Amma ikincilərə gəldikdə isə... onlar yer üzündə ən izzətli şəxslərdir. Onlar ehtiyaclarını - yerin və göyün mülkünün tək sahibindən, Allahdan istəyirlər. Onların əlləri əsla boş qayıtmır.

Sən Xatırlat

06 Nov, 19:16


Diqqət! Çox həssas və incə məsələ!

'Filankəs (filankəsin qızı/əri/yoldaşı/nişanlısı/oğlu/qızı) belə belə etdi..
...dəhşət..
...başa düşə bilmirəm də bunu edənləri...
...necə edə bilirlər bunu..
Hamısı filan-filan şeyə görədir... Amma mən olsam belə belə etməzdim..' - sözlərini deməzdən öncə düşün ki, sən bu gün o halda deyilsənsə, Allah səni qoruyur deməkdir. Sən bu sözlərdən sonra Allahın yardımından məhrum ola bilərsən və o insanın halına düşərək sınana bilərsən..

Allah hamımızı əfv etsin!

Sən Xatırlat

05 Nov, 17:19


🔥Dünyada elə bir şey yoxdur ki, ona görə Allaha asi olmağa dəymiş olsun. İnsan öz qəlbində günaha qarşı olan sevgini çətin də olsa basdırıb yerinə Allaha sevimli olan əmələ qarşı bir sevgi yerləşdirməyə çalışarsa, qazandığı şeyin itirdiyi şeydən qat-qat üstün olduğunun şahidi olar.

Sən Xatırlat

05 Nov, 13:33


EVİ İDARƏ ETMƏK BİR BACARIQDIR


https://youtu.be/syFKwmxcLK4?si=JrTlzbT0OBfvCSaa

Sən Xatırlat

04 Nov, 12:15


https://youtu.be/evR20VBBmng

Sən Xatırlat

03 Nov, 18:02


Nə günah edirsənsə et, bil ki, Rəbbinin qapısına peşman halda dönüb Ondan bağışlanma dilədiyin zaman və əgər üzərində qull haqqı varsa, onu da ödədiyin zaman Rəbbin səni əfv edəcəkdir! Ən çirkin, ən murdar, ən alçaq günah sahibi olsan belə, hətta Allaha şərik qoşsan belə - bil ki, Allah tövbə edənləri əfv edir. Onları bağışlayır. Nə olur olsun Onun hər şeyi əhatə edən Rəhmətindən ümüdünü üzmə, Onun qapısından uzaqlaşma. İblis insanı günah etdikdən sonra ümüdsüzlüyə qapadır ki, o öz Rəbbinə dönməsin... Ancaq Allaha ibadət edən qul Öz Rəbbini gözəl tanıyır.

Sən Xatırlat

31 Oct, 19:58


🌾 SAVABLARINI PAYLAYANLAR 🌾

🍀İbn Teymiyyə (rahiməhullah) buyurur:

"Səxavətliliyin (əliaçıqlılığın) ən pis növü

• qeybət edərək ,
• nəmmamlıq (sözgəzdirənlik) edərək,
• başqalarına yalan iftira ataraq,
• onları söyərək
• və ya təhqir edərək

digərlərinə öz həsənətlərini (savablarını) hədiyyə etməkdir."


📚("Məcmu'ul Fətəva", 8/454)
_________

🚩Telegram kanalına daxil olmaq üçün:
https://telegram.me/senxatirlat

🚩Instagram səhifəmiz:
https://instagram.com/senxatirlat

Sən Xatırlat

31 Oct, 09:04


https://youtu.be/81OyV1OBFps

Sən Xatırlat

29 Oct, 20:09


Bundan sonra həyatını sünnəyə müxalif olan formada hansı cürətlə yaşayacaqsan?

Sən Xatırlat

28 Oct, 18:54


https://youtu.be/YP9B53Zna94?si=N5PHQ88hG8-X_ziE

Sən Xatırlat

27 Oct, 18:46


Günahla üz-üzə durduğun zaman öz nəfsinə bu sualı ver

Sən Xatırlat

26 Oct, 19:57


SÜBH namazını vaxtında qılmaq - Allahın qulunu qorumasına səbəblərdən biridir. Xüsusi qoruma ilə!

Həmçinin bu hədisə əsasən deyə bilərik ki, Sübh namazını vaxtında qılan kəsə qarşı zülm etməkdən olduqca ehtiyat etmək lazımdır - çünki o kəs Allahın xüsusi qoruması altındadır.

Sən Xatırlat

26 Oct, 13:44


✖️ "Onsuzda namaza yatıb qalmışam, birazdan qılaram.."

Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurur:

"Kim bir namazı unudar və ya ona yatıb qalarsa, bunun kəffarəsi həmin namazı xatırlayan kimi (dərhal) qılmasıdır."

📚 (Muslim)
______

🚩Telegram kanalına daxil olmaq üçün:
https://telegram.me/senxatirlat

🚩Instagram səhifəmiz:
https://instagram.com/senxatirlat

Sən Xatırlat

22 Oct, 02:14


🩸QAFİLLƏRİN QƏLBLƏRİ - ÖLÜDÜR

İbnul Qayyim (rahiməhullah) buyurur:

"Şübhəsiz ki, qafillərin bədənləri onların qəlbləri üçün qəbirlərdir."

("Mədəəricus Səəlikin" kitabından)
__

📱 Telegram kanalına daxil olmaq üçün:
https://telegram.me/senxatirlat

📱 Instagram səhifəmiz:
https://instagram.com/senxatirlat

Sən Xatırlat

21 Oct, 11:20


💭HEÇ YATARAQ SAVAB QAZANMAĞIN NECƏ OLDUĞUNU BİLİRSƏNMİ?

"İnsanlardan elələri vardır ki, yatarkən bütün gecəni yatdıqlarına görə savab qazanırlar...

..Kim istirahət üçün yatırsa, o istirahət etmiş olur. Amma kim ki, yatırsa ki, sübhə dura bilsin, o savab qazanır.

...Kim yatırsa ki, qeybətdən, insanların şərrindən qorunsun, o da buna görə savab qazanır."


🎧 (Şeyx Suleyman ər-Ruheylinin "əl-Ərbə'un ən-Nəvaviyyəh" kitabının şərhi dərslərindən kiçik fayda. Tarix: 28.09.20)
______

📱 Telegram kanalına daxil olmaq üçün:
https://telegram.me/senxatirlat

📱 Instagram səhifəmiz:
https://instagram.com/senxatirlat

Sən Xatırlat

20 Oct, 20:27


❤️‍🩹ALLAH ÜÇÜN SƏBR ETDİYİN HƏR BİR ÜZÜNTÜNÜ RƏBBİN GÖRÜR

Sufyən əs-Səuri (rahiməhullah) buyurur:

"Allah daha yaxşı bilir, amma bizə gəlib çatanlara görə, möminin Qiyamət günü öz əməl dəftərində qarşılaşacağı savabların çoxu: çəkdiyi üzüntü və kədər olacaqdır."

🖇️("əl-Hilyə", 7/50)
__

🚩Telegram kanalına daxil olmaq üçün:
https://telegram.me/senxatirlat

🚩Instagram səhifəmiz:
https://instagram.com/senxatirlat

Sən Xatırlat

19 Oct, 17:50


💭 ALLAH ÜÇÜN SEVMƏK NƏDİR?

🎙Şeyx Suleyman ər-Ruheyli (həfizahullah) buyurur:

"Allah üçün olan sevginin əlaməti odur ki, o sevgi - dünyavi yaxşılıq və ya dünyavi yaxınlıqla artmır, eləcə də dünyavi uzaqlıqla da azalmır. Allah üçün sevmək həmin insanın sənə olan dünyadaki yaxınlığına görə deyil, əksinə həmin insanı, onun saleh olmasına, təqvasına görə sevməndir. Allah üçün bir kəsi sevmək, həmin kəsi hətta sənin şəhərində yox, başqa şəhərdə olsa belə (məhz onun imanına görə, onu) sevmən deməkdir."



📡(Peyğəmbər məscidi, "Kitəbut Təuhidin" şərhi. Tarix: 11.03.17)
____

🚩Telegram kanalına daxil olmaq üçün:
https://t.me/senxatirlat

🚩Facebook səhifəmiz:
www.fb.com/senxatirlat

Sən Xatırlat

19 Oct, 17:45


🏠 Ailə həyatında ən vacib məqamlardan biridir: "Bir-birini yola vermək" . Əgər bu xüsusiyyət hər iki tərəfdə olmazsa, ailə münasibətlərində ciddi sıxıntılar yaranar. Bu xüsusiyyət isə ailəiçi qüruru, təkəbbürlüyü, özünü bəyənib üstün görmək hissini basdıran bir xüsusiyyətdir. Bu vəsflərdən uzaq durmaq da Allahın izni ilə insanlarla münasibəti asanlaşdırır və problemlərin minimuma enməsinə səbəb olur. Çətin ola bilər bəzi insanlar üçün amma bundan tutunmaq lazım olduğuna etiqad edib, tərəflər bunun üçün daima cəhdlər göstərərlərsə, Uca Allah da onları xeyirlərə müvəffəq edər.

Sən Xatırlat

18 Oct, 16:43


GÜNAHLARDAN ÇƏKİNSƏN ALLAHIN SEVİMLİSİNƏ ÇEVRİLƏRSƏN

🍀 Səhl bin Abdilləh (rahiməhullah) buyurur:

"Hər Allaha itaət edən kəs Allahın sevimlisinə çevrilmir. Amma kim Allahın qadağan etdiklərindən çəkinərsə, o, Allahın sevimlisinə çevrilər. (Çünki) günahlardan ancaq sadiq və Allaha yaxın olan kəs çəkinər. Yaxşı əməllərə gəldikdə isə onu həm yaxşı iş görənlər həm də günahkarlar edirlər."

📚 ("Sıfətus Safvə", 2/272)
______

🚩Telegram kanalına daxil olmaq üçün:
https://telegram.me/senxatirlat

🚩Instagram səhifəmiz:
https://instagram.com/senxatirlat

Sən Xatırlat

17 Oct, 17:23


https://youtu.be/ExrJVgusvFc?si=6oQ2G7dWyI3r98ZN

Sən Xatırlat

16 Oct, 09:56


https://youtu.be/Wwsfgx7yhTs

Sən Xatırlat

15 Oct, 18:11


Qəlbin meyl edəcəksə, istəyəcəksə, arzulayacaqsa qoy Allahın dərgahında olan nemətləri arzulasın...

Sən Xatırlat

14 Oct, 15:43


⛔️NAMƏHRƏMLƏ XƏLVƏTDƏN ÇƏKİN!

👇ÖNƏMLİ MƏSƏLƏLƏRDƏN BİRİ:

Şeyx Suleyman ər-Ruheyli (həfizahullah) buyurur:

"Bəzi kişilər öz (doğma) qardaşlarını özlərinin yoxluğu zamanında ailələrinin (zövcələrinin) yanına (heç bir zəruriyyət olmadan) daxil edirlər. Hətta deyirlər də ki, mən ona özümdən çox güvənirəm və s.

Amma bilmirlər ki, Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) qayın barəsində soruşulduqda, o (salləllahu aleyhi və səlləm) belə cavab verir: "Qayın ölümdür." Səbəbi isə - onun (qayının) yad olmayan birisi olmasıdır (yəni naməhrəmlərdən ən yaxınıdır və daha təhlükəlidir).

Lakin biz bu cür şeylər dedikdə, bəzi insanlar deyirlər ki: "Siz qadınlarınıza güvənmirsiniz, sizin qadınlarınızdadır naqislik, amma baxın, biz qadınlarımızı sinəsi-başı açıq çölə belə buraxırıq və onlara tam olaraq güvənirik...." Biz isə buna cavab olaraq deyirik ki: "Əslində biz, İnsanın damarlarında qanın gəzdiyi kimi gəzən Şeytana güvənmirik!"

Bunun bu cür olduğunu hər bir sadiq insan da təsdiqləyər. Eləcə də bilmək lazımdır ki, bu cür şeylər də 1 dəfədən baş vermir. Hər şey addım-addım baş verir..."

📒 (Peyğəmbər məscidi, "Sahihut Tərğib vət Tərhib" kitabının şərhi, Tarix: 08.11.16. Mənaca və qısa ixtisarla)
______

🚩Telegram kanalına daxil olmaq üçün:
https://telegram.me/senxatirlat

🚩Facebook səhifəmiz:
www.fb.com/senxatirlat

Sən Xatırlat

13 Oct, 16:54


Əsl möminlər..

Sən Xatırlat

12 Oct, 07:16


🏡 EVDƏ QALMAQDAN SIXILMAĞIN SƏBƏBİ 🏡

Əbu Hureyra (radıyəllahu ənhu) demişdir:

«Bir evdə Quran oxunduğu zaman o ev öz əhli üçün genişlənər, mələklər ora gələr, şeytanlar o evi tərk edər və o evin xeyiri artar.

Bir evdə Quran oxunmadığı zaman isə o ev öz əhli üçün daralar, mələklər o evi tərk edər, şeytanlar o evə gələr və o evin xeyrii azalar».


📚 (Sunən əd-Dərimi, 4/2085)
______

🚩Telegram kanalına daxil olmaq üçün:
https://telegram.me/senxatirlat

🚩Instagram səhifəmiz:
https://instagram.com/senxatirlat