• العربية/الأذرية • @arabiazeri Channel on Telegram

• العربية/الأذرية •

@arabiazeri


العربية بحر بلا شاطئ💎

بلغوا عنّي ولو آية {محمدﷺ}✨️

✔️Hədislərin, ayələrin, fətvaların və faydalı dərslərin Azərbaycan dilinə tərcüməsi.

العربية/أذرية (Arabic)

مرحبا بكم في قناة العربية/أذرية! هل تبحث عن محتوى ثري بالحكم والفوائد؟ هل ترغب في قراءة الأحاديث والفتاوى باللغة الأذرية؟ إذاً، هذه القناة هي المكان المناسب لك. تقدم لك العربية/أذرية ترجمة للأحاديث والفتاوى العربية إلى اللغة الأذرية، مما يتيح لك الاستفادة من هذه المعلومات القيمة بطريقة سهلة ومباشرة. ستجد هنا مجموعة متنوعة من المواضيع التي تهم القارئ العربي والأذري، بما في ذلك الحكم والفوائد والدروس المفيدة. انضم إلينا اليوم ولا تفوت فرصة الاستفادة من هذا العرض الرائع!

• العربية/الأذرية •

11 Feb, 19:36


✍🏻Əziz müsəlmanlar! Hər gecə bir rükət belə olsa vitr namazı qılmağı tərk etməyin. Böyük alimlərin vitr namazını qəsdən tərk edən insanı pis insan kimi görmələrinin səbəbi, həmin insanın ən azı bir rükət olan namazı qılmağa belə səhlənkarlıq etməsi və ona rəğbət göstərməməsidir. Ona görə də bir rükət ilə belə olsa, bu fəzilətdən məhrum olmayın.

T.me/arabiazeri

• العربية/الأذرية •

11 Feb, 12:42


{الرَّحْمَنُ عَلَى الْعَرْشِ اسْتَوَى} .

📌قال الشيخ عبد الرزاق البدر حفظه الله:

" ومن لم يعتقد أن ربَّ العالمين مُسْتَوٍ على عرشه ، استواء يليق بجلاله وكماله ، فليس أمامه إلا
👈 أن يعتقد إحدى عقيدتين فاسدتين :

1⃣ اﻷولى : أن يعتقد - والعياذ بالله - أن الله في كلِّّ مكان - تعالى الله عما يقول الظالمون علوَّا كبيرا -، وهذه العقيدة من أفسد العقائد وأبطلها ،وهي مصادِمَةٌ للقرآن والسنة ،
والفطرة ، واﻹجماع ، والعقل .

2⃣ الثانية : أن يعتقد - والعياذ بالله - أن الله لا فوق ، ولا تحت ، ولا عن يمين العالم ، ولا عن شماله ، ولا داخله ، ولا خارجه ،
وهذا وصفٌ لله تعالى بالعدََم .

وعلى كلِّ من العقيدتَين فئام من المبطِلَة ، وحَمى الله سبحانه وتعالى أهل الحقِّ والبصيرة بالله وبكتابه ، وبسنة نبيِّهِ ﷺ من هذا الباطل ، فآمنوا بما جاء في كتاب ربِّهم ، وسنة نبيهم ﷺ ، واعتقدوا أن الله مُسْتَوٍ على عرشه المجيد ، استواءً يليق بجلاله ، وكماله وعظمته سبحانه وتعالى" .

📚المصدر: شرح شمائل النبي ﷺ ،لفضيلة الشيخ: عبدالرزاق بن عبد المحسن البدر -حفظه الله-
صفحة : ٤٤ - ٤٥ ]🍂🥀

《Mərhəmətli [Allah] Ərşə ucaldı》. Ta Ha, 5

📌Şeyx AbdurRazzəq əl-Bədr حفظه الله demişdir:

⚠️"Kim Aləmlərin Rəbbinin Ərşinin üzərinə Cəlalına və Kamalına yaraşan şəkildə istiva etməsinə etiqad etməzsə, onun qarşısında, bu iki batil əqidədən başqası yoxdur:

1⃣Birinci: Allaha sığınırıq - Allahın hər bir yerdə olmağına etiqad edər - Allah zalımların dediklərindən çox uzaq və çox ucadır. Bu əqidə ən fasid və ən batil əqidələrdən biridir. Həmçinin Qurana, sünnətə, fitrətə, icmaya və ağıla ziddir.

2⃣İkinci - Allaha sığınırıq - Allahın nə yuxarıda, nə aşağıda, nə dünyanın sağında, nə də onun solunda, nə içində, nə də çölündə olduğuna etiqad edər. Bu da Allahı yoxluqla vəsf etməkdir.

⛔️Bu iki əqidədən hər biri üzərində olanlar batildən olan bir toplumdurlar. Allah Subhənəhu və Təalə haqq və bəsirət əhlini Allah ilə, Kitabı ilə və Peyğəmbərininﷺ sünnəsi ilə bu batil etiqaddan qorumuşdur. Onlar Rəbblərinin Kitabında və Peyğəmbərininﷺ sünnəsində gələnə iman edib Allahın (Subhənəhu və Təalə) şərəfli Ərşinin üzərinə Cəlalına, Kamalına və Əzəmətinə yaraşan şəkildə istiva etdiyinə etiqad etmişlər".

📚Məsdər: Şərhu Şəməilin Nəbiyyﷺ; Fəzilətli şeyx AbdurRazzəq bin Abdulmuhsin əl-Bədr حفظه الله تعالى: [səh 44-45]


T.me/arabiazeri

• العربية/الأذرية •

10 Feb, 19:41


Şeyx AbdurRazzəq əl-Bədr حفظه الله

⚠️"Allahın dininin düşmənləri
Ramazanın qiymətini bilirlər".


T.me/arabiazeri

• العربية/الأذرية •

09 Feb, 18:16


🏆Şeyx Saleh əl-Useymi حفظه الله buyurmuşdur;

💠"Şaban ayının orucu nəfsi Ramazan ayının fərz orucuna gücləndirmək üçün sünnə edilmişdir. Çünki nəfs, itaətlərə öyrəşdiyi zaman güclənir, haramlara alışdığı zaman isə zəifləyir".

📖Əl-Xamis 3, Şaban 1444

• العربية/الأذرية •

09 Feb, 10:11


📌Tövhid dünyada və Axirətdə yeganə qurtuluş yoludur.

T.me/arabiazeri

• العربية/الأذرية •

09 Feb, 03:14


📌Günahlar nə qədər böyük olursa
olsun, bağışlanma dilədikləri
müddətdə Allah Təalə onların
hamısını bağışlayandır.

T.me/arabiazeri

• العربية/الأذرية •

08 Feb, 14:52


🫀Həqiqi şikəstlik qəlb şikəstliyidir.

T.me/arabiazeri

• العربية/الأذرية •

08 Feb, 12:10


💧Həmişə dəstəmazlı olmağa çalış.

• العربية/الأذرية •

07 Feb, 18:01


🔹Elm əhlinin zikr etdiyi gecə namazına kömək edən bəzi amillər:

• Gecəyə yaxın az yemək. Əgər kimsə yemək yeyəcəksə, yeməyini tezləşdirsin ki, bədəni gecə ağırlaşmasın;
• Gündüz vaxtı qaylulə etmək (istirahət etmək, biraz yatmaq) və bədəni çox yormamaq. Bunu zöhr, yaxud əsr namazından sonra da etmək olar. Necə ki, şeyximiz ibn Bəz رحمه الله bəzən əsr namazından sonra qaylulə edirdi;
• Günahlardan uzaq durmaq. Həqiqətən günahlar itaətlərdən məhrum olmağa səbəbdir;
• Təharət-dəstəmaz üzərinə yatmaq, Peyğəmbərﷺin özü etdiyi və tövsiyə etdiyi kimi;
• Sünnədə keçən zikrləri, Ayətəl-Kursini, Bəqərə surəsinin son 2 ayəsini oxumaq və İxlas-Fələq-Nəs surələrini 3 dəfə oxuyub bədənə üfürmək;
• Gecə namazına niyyət etmək və əzm göstərmək. Əgər gecə namazına əzm göstərsən, yuxu sənə qalib gəlsə də, onun əcri sənə yazılacaqdır;
• Qəlbin kin-küdurət, həsəd və nifrətdən təmiz olması;
• Allah ilə sadiq olmaq..
Bu siyahını daha çox artırmaq olar. Allah Subhənəhu və Təalə faydalı etsin və müvəffəq etsin.

T.me/arabiazeri

• العربية/الأذرية •

07 Feb, 09:30


Bu nurdan öz payınızı götürün.

T.me/arabiazeri

• العربية/الأذرية •

01 Feb, 10:42


#istiğfar #bağışlanma

• العربية/الأذرية •

31 Jan, 12:56


#icabət_saatı
Əziz müsəlmanlar! Əsla dua etməkdən bezməyin. Əsla Allahdan ümidinizi üzməyin. Nə qədər böyük sıxıntıda olsanız belə, nə qədər bütün qapılar üzünüzə bağlansa belə, bilin ki, yenə də tək çıxış yolunuz yalnız Allah Əzzə və Cəlləyə yalvararaq dua etməkdir. Dua qədəri dəyişən tək şeydir. Dua müsəlmanın ən güclü silahıdır. Elə bir şey yoxdur ki, Allahın ona gücü çatmasın. Elə bir dua yoxdur ki, Allah onu eşitməsin. Elə bir əl yoxdur ki, Allaha tərəf qalxsın, Allah isə onu boş geri qaytarsın. Elə isə belə bir Rəbbə ibadət etməkdən bezməyin. Səbirlə və israrla dua edib, dualarınıza cavab gözləyin. Duanı əmr edən Allah, icabətini də ən gözəl vaxtda nəsib edəcəkdir.

🤲🏻 Allah bizə rahatlıqda da, çətinlikdə də daima Ona dua etməyi nəsib etsin və dualarımıza ən gözəl şəkildə cavab versin. Əmin!

T.me/arabiazeri

• العربية/الأذرية •

30 Jan, 16:53


Şaban ayında Peyğəmbərﷺin yoluna tabe olub orucları artıraraq Ramazan ayına hazırlaşa bilərsiniz. Allah Subhənəhu və Təalə hər birimizi saleh əməllərə müvəffəq etsin. Əmin.

T.me/arabiazeri

• العربية/الأذرية •

30 Jan, 08:55


#محبة_الزوجين #محبة #مودة

• العربية/الأذرية •

29 Jan, 18:15


🍃Şeyx AbdurRazzəq
əl-Bədr حفظه الله

Dost seçimində qayda
ediləcək hədis

T.me/arabiazeri

• العربية/الأذرية •

29 Jan, 13:21


📌قال الشيخ ابن عثيمين رحمه الله:

{مَنْ تَرَك شَيئًا للهِ عَوضَهُ اللهُ خيرًا مِنْهُ}

‏" وهذا شيء مُشاهد؛ أنَّ الإنسان إذا ترك محارم الله خوفًا منه سبحانه، ورغبةً فيما عنده من الثواب، فإنَّه يجد في قلبه لذةً وحلاوة، وحبًا للخير، لا يمكن أن يوصف! "

‏[التعليق على القواعد الحسان | صـ٢٨٢]

📌Şeyx ibn Useymin رحمه الله demişdir:

{Kim bir şeyi Allah üçün tərk edərsə, Allah ona ondan daha xeyirlisi ilə əvəz edər}.

"Bu müşahidə olunan bir şeydir: Əgər insan Allahın haramlarını Ondan سبحانه qorxaraq və Onun qatındakı savabı istəyərək tərk edərsə, həqiqətən o, qəlbində vəsf olunması mümkün olmayan ləzzət, şirinlik və xeyirə qarşı sevgi hiss edər".

I ‏[التعليق على القواعد الحسان | صـ٢٨٢]


T.me/arabiazeri

• العربية/الأذرية •

28 Jan, 16:45


⚠️Diqqət! Hər birimizə xatırlatma!

• العربية/الأذرية •

28 Jan, 10:53


📌Allahın və Peyğəmbərininﷺ adından yalan danışmaq, digər insanların adından yalan danışmaq kimi deyildir. Bu ən əzəmətli haramlardandır. Allahu Təalə belə buyurmuşdur: "Allaha qarşı yalan uyduran və ya Onun ayələrini yalan hesab edən kimsədən daha zalım kim ola bilər?".Əl-Ənam, 21. Şəriətdə Allahın adından da, Rasulununﷺ adından da yalan danışmaq eynidir. Çünki, hər biri Allahın dinində olmayan bir şeyi ona isbat etməkdir. Bu şiddətli harama düşməmək üçün Allahın və Peyğəmbərininﷺ adından danışdığımız və paylaşdığımız hər şeyə diqqət etməli, səhih olmayan mənbələrdən paylaşım etməməli və səhih olmayan məlumatları danışmamalıyıq. Əks halda Allahın adından yalan danışmış olarıq, Allah qorusun. Allahu Təalə bizi bütün şərrlərdən salamat etsin, əmin!

T.me/arabiazeri

• العربية/الأذرية •

26 Jan, 18:54


• "Evlərinizi Allahın dini üzərində
qurun".


T.me/arabiazeri

• العربية/الأذرية •

23 Jan, 19:26


📌Allah Subhənəhu və Təalə bütün
əhli-sünnə alimlərinə rəhmət etsin,
həyatda olanların da ömürlərini xeyir
üzrə uzadıb onlara bərəkət versin.


• T.me/arabiazeri •

• العربية/الأذرية •

23 Jan, 14:58


Elmin ləzzəti bütün ləzzətləri əvəz edəndir.

T.me/arabiazeri

• العربية/الأذرية •

23 Jan, 03:28


Rəvayət edilir ki, İbn Abbas رضي الله عنهما demişdir: “Allah bizə yetər. O, nə gözəl Qoruyandır!”– sözlərini İbrahim عليه السلام oda atıldığı zaman demişdir. Muhəmmədﷺ və onun səhabələri isə, münafiqlər onlara: “Camaat sizə qarşı ordu toplayıbdır, onlardan qorxun!”– dedikdə, bu, onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O nə gözəl Qoruyandır!”– dedilər.” [Hədisi Buxari rəvayət etmişdir]

T.me/arabiazeri

• العربية/الأذرية •

22 Jan, 03:53


Səhabələri sevmək imandandır. Saleh sələflər övladlarına Əbu Bəkr və Ömər sevgisini Qurandan bir surə öyrətdikləri kimi öyrədərdilər. Ümumiyyətlə Muhammədﷺ ümməti ümmətlərin ən xeyirlisidir. Bu ümmətin də ən xeyirlisi onun səhabələri, səhabələrin də ən xeyirlisi Əbu Bəkr və Ömərdir. Lakin Əbu Bəkr və Ömər təkcə Muhammədﷺ ümmətinin ən xeyirlisi deyil, əksinə bütün ümmətlər arasında peyğəmbərlərdən sonra ən xeyirli kəslər olmuşlar. Əbu Bəkr رضي الله عنه özü peyğəmbərlərdən sonra insanların ən fəzilətlisi olmuşdur.
Allah Subhənəhu və Təalə onları seçib bu dünyada da, bərzəxdə də Peyğəmbərﷺə dost etmişdir və onlar Qiyamət günündə də onunlaﷺ bərabər olacaqlar. Allah onlardan razı olsun!


T.me/arabiazeri

• العربية/الأذرية •

21 Jan, 17:47


Fəzilətli Şeyx Suleyman
ar-Ruheyli حفظه الله

—"Unutqanlığın əlacı
".

T.me/arabiazeri

• العربية/الأذرية •

21 Jan, 11:01


💠Elə isə sabitlik səbəblərini götür:

👉🏻İzlə:
https://t.me/arabiazeri/5722

• العربية/الأذرية •

20 Jan, 16:18


#zuhd #zahidlik #axirətə_rəğbət

• العربية/الأذرية •

20 Jan, 03:38


Uşaqlara salam vermək sünnətdir.

• العربية/الأذرية •

19 Jan, 12:08


#riya #ixlas #dua
📌Peyğəmbərﷺin ümməti üçün ən çox qorxduğu şey kiçik şirkdir. Adının "kiçik şirk" olması onun kiçik günah olmasına dəlalət etmir. Əksinə o böyük günahların hamısından daha şiddətlidir. Həqiqətən riya çox dəhşətli bir şeydir. Hansı ki, Allah Rasulununﷺ səhabələri-ən xeyirli, ən ixlaslı şəxsiyyətlər belə riyadan qorxmuş və ondan qurtulmağın yollarını araşdırmışlar. O elə bir şeydir ki, əgər əmələ qarışsa (insan əməlini yalnız insanlar üçün etsə, yaxud Allah üçün etməyə başlayıb sonra insanlar gördükdə, əməlini onlara görə gözəlləşdirməyə başlasa) və nəfsi də bunu qəbul etsə, əməli puç olar, Allah qorusun. Ona görə də Peyğəmbərimizinﷺ səhabələrinə öyrətdiyi bu duanı hamımız əzbərləyib onunla Allaha yalvarmalıyıq ki, bizi riyadan qorusun, əməllərimizdə Ondan başqasına pay ayırmağımıza izin verməsin və bizi ixlaslı bəndələrindən etsin.

T.me/arabiazeri

• العربية/الأذرية •

18 Jan, 09:01


🔗Şeyx AbdurRazzəq əl-Bədr حفظه الله buyurur:

"Allahın qullarına vacib etdiyi ən böyük vaciblərdən və fərz qıldığı ən əhəmiyyətli fərzlərdən biri də namazdır. O, dinin dirəyi, iki şəhadətdən sonra ən önəmli rüknudur. Və o, qul ilə Rəbbi arasında bir bağdır. Həmçinin, Qiyamət günü qulun hesaba çəkiləcəyi ilk şeydir: Əgər o islah olarsa, digər əməlləri də islah olar, əgər ifsad olarsa, digər əməlləri də ifsad olar. Və namaz, müsəlman ilə kafirin arasını ayıran əlamətdir. Onu qılmaq iman, zay etmək isə küfr və tüğyandır. "Namazı olmayanın dini yoxdur", "Namazı tərk edənin İslamda payı yoxdur." Kim onu qoruyarsa, o, onun üçün qəlbində, üzündə, qəbrində və həşr olunduqda nur olar, Qiyamət günü onun üçün qurtuluş olar və o, Allahın nemət verdiyi kəslərlə: peyğəmbərlərlə, siddiqlərlə, şəhidlərlə və salehlərlə birlikdə həşr olunar. Onlar necə də gözəl dostlardır. Kim də onu qorumazsa, o, onun üçün nə nur, nə dəlil, nə də Qiyamət günü qurtuluş olar. Və beləsi fironla, Hamanla, Qarunla və Ubeyy bin Xələf ilə birlikdə həşr olunar."

📓I[تعظيم الصلاة للشيخ عبد الرزاق البدر حفظه الله]I


https://t.me/arabiazeri

• العربية/الأذرية •

17 Jan, 19:17


#صبر ❤️‍🩹

• العربية/الأذرية •

17 Jan, 13:10


اللهم صل وسلم على نبينا محمد

• العربية/الأذرية •

17 Jan, 06:28


عليه الصلاة والسلام 🕌

• العربية/الأذرية •

16 Jan, 10:42


✍🏻ŞƏRH:

Bu hədis möminin bu dünyada əbədi olmadığını, əksinə səhayəti hər an bitəcək olan müsafir kimi olduğunu sübut edir. Ona görə də müsəlman bu dünyanı nə tam tərk etməli, nə də tamamilə ona bağlanmamalıdır. Əksinə zahid olub ondan ehtiyacı miqdarında götürməli, arzusu qısa və əməli çox olmalıdır.
Hədisdə keçən "müsafir" kəliməsi "qərib"dən daha zahid deməkdir. Çünki, qərib sadəcə vətənindən ayrı düşüb başqa yerə məskunlaşmış kəsdir, müsafirin isə məqsədi yalnız qayəsinə çatmaqdır.
Sonra ibn Ömər də bu hədisdən yola çıxaraq sabahlayan kəsin axşamlamağı, axşamlayan kəsin də sabahlamağı gözləməməyini, vaxtının qədrini bilib bu günün işini sabaha saxlamamağını nəsihət etmişdir.
Həmçinin sağlamlıqdan xəstəlik üçün pay götürməyi. Necə? Məs: Sağlam vaxtı fərzləri kamil şəkildə yerinə yetirib nafilələri artırmaqla. Çünki, qul xəstə olduğu zaman ona sağlamlıqda etdiyi ibadətlərin əcri kamil şəkildə yazılır.

💡Nəticə: Bu dünya həyatı yalnız Axirətə azuqə yığmaq üçün sayılı günlərdir.


T.me/arabiazeri

• العربية/الأذرية •

15 Jan, 09:39


⚠️🌹Müsəlman bacılarımızı geyimlərində Allahdan qorxmağa və niqabla örtünməyə dəvət edirik. Niqab nə gənc qızın evliliyinə maneə deyil, nə də kimsənin nəfəs almağına problem deyil(ağır xəstəlik istisna) Allahın izni ilə. Necə ki, kişilərə saqqal yüngüldürsə, eləcə də qadınlara niqab yüngüldür. Hər bir müsəlman qadın bilməlidir ki, bəzənib düzənib çölə çıxaraq özünü günaha, naməhrəm qardaşını da fitnəyə salmasında heç bir fayda yoxdur. Niqab bir qadının şərəfi, namusu və həyasıdır. Qadın nə qədər örtünərsə, o qədər gözəlləşər və günahlardan salamat olar. Kim də niqaba keçməkdə tərəddüd edirsə, bilsin ki, əgər qul Allah ilə sadiq olarsa, Allahu Təalə ona bütün ibadətlərində, itaətlərində yardım edər. Bu da bir ibadət olduğu üçün Allah buna da yardım edəcəkdir. Siz sadəcə Allaha təvəkkül edib addım atın. Allah sizə yardım edəcəkdir.

T.me/arabiazeri

• العربية/الأذرية •

14 Jan, 19:26


"Kifayət edər": Yəni hər bir pisliyə qarşı, şeytanlardan, cinlərdən, bəlalardan, ona əziyyət verəcək hər bir şeydən qorunmaq üçün insana kifayət edər.

T.me/arabiazeri

• العربية/الأذرية •

14 Jan, 09:02


Şeyx Suleyman
ər-Ruheyli'dən حفظه الله
valdeynlərə çox gözəl fayda •

T.me/arabiazeri

• العربية/الأذرية •

14 Jan, 03:52


┈➤Şeyx Saleh Ali şeyx حفظه الله bu ayə haqqında buyurur:

"Bu qula ən böyük müjdələrdəndir ki, o harda olursa olsun, insanlara xeyiri öyrədən və xeyirə dəvət edən olsun. Allahın ümmətimizə-Abdullah oğlu Muhammədinﷺ ümmətinə olan nemətindən biri də odur ki, xeyiri öyrətmək və xeyirə dəvət etmək hissələrə, bölmələrə ayrılıb. Qulun bir şeyi öyrətməsi üçün bütün elmləri, yaxud elmin çoxunu bilən alim olması
, yaxud da, Allaha dəvət etmək üçün Quranın, ya da sünnənin çoxunu bilməsi şərt deyildir. Kim bir şey öyrənərsə, öyrətsin. Kim də, bir şey öyrənərsə, ona dəvət etsin".

🎙[Şeyxin səsli dərsindən bir parça]


T.me/arabiazeri

• العربية/أذرية •

13 Jan, 18:55


⚠️Həqiqi möminə "Allahdan
qorx" deyildikdə, o bunu sanki
başının üstündə qılınc varmış
kimi hiss edər, bundan qorxuya
düşüb özünə gələr.


T.me/arabiazeri

• العربية/أذرية •

13 Jan, 08:35


📌Namazdan sonra edilən zikrlər səhih sünnədə Peyğəmbərﷺdən varid olmuşdur. Onları "müsəlman qalası" kitabından, kitab yoxdursa proqramından oxuya bilərsiniz: https://play.google.com/store/apps/details?id=com.hisnul.muslim.dhikr

T.me/arabiazeri

• العربية/أذرية •

12 Jan, 18:57


Sünnə+soyuq qənimət+əcr+fəzilət+xatırlatmaq.

• العربية/أذرية •

12 Jan, 09:05


SubhənAllah! Rəbbimiz o qədər Mərhəmətli və Rəhmlidir ki, günahlarımız, xətalarımız səmaya çatsa belə, Ondan ümidimizi üzməyi, bizi bağışlamayacağını zənn etməyimizi, dualarımıza cavab verməyəcəyini düşünməyimizi qadağan etmişdir. Bu Allahın sonsuz mərhəməti və rəhmətindəndir. Həqiqətən Allah qullarına zülm edən deyildir. Lakin qulları günahlar etməklə özlərinə zülm edirlər. Allahdan ümidi üzmək şeytanın insana qurduğu hiyləsidir ki, bununla insanları azdırsın. Lakin duaya cavab nə qədər gecikirsə geciksin, insan hansı günahı edirsə etsin, yenə də Allahdan bağışlanma diləyib Ona qayıtmalı və icabəti gözləməlidir. Çünki, bu dünyada nə Allahdan daha Rəhmlisi, nə də Ondan başqa həqiqi sığınacaq yoxdur.

T.me/arabiazeri

• العربية/أذرية •

11 Jan, 09:34


《یُؤۡتِی ٱلۡحِكۡمَةَ مَن یَشَاۤءُۚ وَمَن یُؤۡتَ ٱلۡحِكۡمَةَ فَقَدۡ أُوتِیَ خَیۡرࣰا كَثِیرࣰاۗ وَمَا یَذَّكَّرُ إِلَّاۤ أُو۟لُوا۟ ٱلۡأَلۡبَـٰبِ》.

《[Allah] hikməti istədiyi kəsə bəxş edir. Kimə hikmət verilərsə, ona çoxlu xeyir verilmiş olar. [Bundan] yalnız ağıl sahibləri düşünüb ibrət alarlar.》 Əl-Bəqərə, 269


T.me/arabiazeri

• العربية/أذرية •

10 Jan, 12:46


"قد ينال المرء بدعاء إخوانه له ، ما لم ينله بدعائه لنفسه. فلا تنسوا بعضكم بعضا في الدعوات."

~ "Bəzən insan, özü üçün etdiyi dua ilə nail ola bilmədiklərinə qardaşlarının onun üçün etdiyi dua sayəsində nail olur. Elə isə dualarda bir-birinizi unutmayın".

T.me/arabiazeri

• العربية/أذرية •

10 Jan, 06:53


╭┈───────── ➺✿°°°───
╰┈➤❝Allah qatında zikr edilmək
istədiyin qədər, onaﷺ salavat
deyərsən...
❞️

T.me/arabiazeri

• العربية/أذرية •

09 Jan, 13:02


💎 العربية/ أذرية 💎

📌من عليه قضاء من رمضان الماضي..

فليُعجِّل بالقضاء الأيام تجري بسرعة والوقت يضيق والأجواء معتدله والانهر قصيرة...

👈 انشر هذه لعلك تذكِّر ناسياً أو تيقظ غافلاً...


📌Kimin keçən Ramazandan qəza orucları varsa, tutmağa tələssin. Günlər sürətlə keçir, vaxt azalır, havalar sərindir, gündüzlər qısadır...

👉Bunu paylaş. Bəlkə unudana xatırladar, yaxud qafili oyadarsan.


T.me/arabiazeri

• العربية/أذرية •

09 Jan, 06:10


🩶Qadının vəzifəsi budur.

• العربية/أذرية •

08 Jan, 14:59


` ۞ ﷽ ۞ 
📌Allahın qulları məhz bu şəkildə dua edər, dualarına salehə zövcə ilə başlayar və göz aydınlığı olacaq zürriyyət istəyərdilər. Çünki, zürriyətin saleh olmasında başlıca səbəb zövcənin salehə olmasıdır. Və göz aydınlığı olmaqlarına səbəb isə, Allaha itaətdə olmalarıdır. Allahdan göz aydınlığı ilə Ona itaətdə keçən xeyirli ömür diləyirik.

T.me/arabiazeri

• العربية/أذرية •

06 Jan, 08:31


📌Salam ilə başlamaq sünnə,
salamı qaytarmaq isə vacibdir.


T.me/arabiazeri

• العربية/أذرية •

06 Jan, 03:17


✍🏻Bu siyahını çoxlu Quran oxumağın dünyadakı və Axirətdəki mükafatlarını saymaqla uzun uzadı artırmaq olar, hansı ki, onlar saymaqla bitməz.
🤲🏻Allahu Təalə bizə Onun Kitabını gecə-gündüz oxuyub onunla əməl etməyi və bu əcrlərə nail olmağı nəsib etsin. Əmin!

T.me/arabiazeri

• العربية/أذرية •

05 Jan, 07:14


🔹Təqva: özünlə Allahın qəzəbi və əzabı arasına əmrlərini yerinə yetirmək və qadağalarından çəkinməklə sədd qoymağındır.
🔹Kim Allahın Kitabında və Rasulununﷺ sünnəsində təqvanın mənalarını araşdırıb tədəbbür etsə, görər ki, həqiqətən təqva, dünyada və axirətdə hər bir xeyirin açarıdır. İnsanın başına gələn hər bir şərr, bəla, sıxıntı yalnız və yalnız təqvanı zay etdiyinə görədir. Çünki təqva dünyada və axirətdə xoşbəxtliyin, səadətin, sıxıntılardan qurtulmağın, ruzi qazanmağın, işlərin asanlaşmasının və nicat tapmağın başlıca ünvanıdır. Keçmişdə peyğəmbərlər və saleh sələflərimiz təqva ilə çoxlu xeyirlər əldə etmiş, düşmənlərə qalib gəlmiş, qəlbləri fəth etmiş və bəşəriyyəti doğru yola yönəltmişlər Allahın izni ilə. Onlar bütün bunlara təqva ilə nail olmuşlar. Eynilə biz də gizlində və aşkarda bütün əməllərimizdə təqvalı olmağa çalışmalıyıq ki, Allahın müttəqi qullarından olaq. Allah Əzzə və Cəllə nəfslərimizə təqvasını versin və onları islah etsin, əmin!


T.me/arabiazeri

• العربية/أذرية •

04 Jan, 19:05


📌Sünnə üzərində ölmək gözəl
sonluq və qurtuluşdur.


T.me/arabiazeri

• العربية/أذرية •

04 Jan, 09:43


☑️Əgər bu cihazı xeyir üçün istifadə edəriksə, xeyir taparıq.

T.me/arabiazeri

• العربية/أذرية •

03 Jan, 17:53


⁉️ Bəs sənin ibadətlərində
niyyətin nədir?


T.me/arabiazeri

• العربية/أذرية •

03 Jan, 03:39


#Cümə_günü_Kəhf_surəsini
#oxumağın_fəziləti...

• العربية/أذرية •

02 Jan, 08:01


🖊Şeyx AbdurRazzəq əl-Bədr حفظه الله demişdir:

"Bəzən doğru yolda olan, iffətli və saleh bir kişinin pislik və fisq əhli ilə bərabər olduqda və onlara qarışıb onlarla dostluq etdikdə, onlar kimi fasiq və günahkar olduğunu görürsən. Bu Allahın yaratdıqları üzərindəki sünnətidir: necə ki, deyilir: "Dost (özünə tərəf) çəkəndir".

📚[Əsbəbu ziyədətil imən 98]

T.me/arabiazeri

• العربية/أذرية •

01 Jan, 15:36


Qəzəblənmə‼️

• العربية/أذرية •

01 Jan, 03:10


İnsanın dilini çox danışmaqdan, faydasız kəlimələrdən, qeybət etməkdən, söz gəzdirməkdən və nəmmamlıq etməkdən qoruması hikmətdir. (Hikmət hər bir şeyi öz yerinə qoymaq, haqqa uyğun danışmaq və əməl etmək deməkdir). Allah Elçisiﷺ hədislərdən birində belə demişdir: "Kim Allaha və Axirət gününə iman etmişsə, ya xeyir danışsın, ya sussun". (Muslim) Sussun-çünki dil çox təhlükəlidir. Başqa bir hədisdə dilini tutub Muaza رضي الله عنه belə demişdir: "Bunu saxla!" (Tirmizi)
⚠️Bütün bunlar dilin nə qədər təhlükəli olduğunu göstərir. Ona görə müsəlman dilinin şərrindən salamat qalmaq üçün bacardığı qədər onu qorumalıdır. Çünki, əsərdə də deyildiyi kimi: susmaq alimin bəzəyi, cahilin də örtüyüdür. Yəni, alim boş danışmayaraq öz gözəlliyini qoruyur, cahil də susduğu müddətdə daşıdığı cahilliyi gizlədir. Allahdan salamatlıq diləyirik!

T.me/arabiazeri

• العربية/أذرية •

30 Dec, 18:18


Rəcəb ayında hansı ibadətləri etmək lazımdır?

• العربية/أذرية •

30 Dec, 08:27


📌Sələfin mənhəcinə tabe olmaq vacibdir, onda seçim yoxdur. Bunun səbəbi onların Kitab və sünnəni ən çox bilən, Allahdan ən çox qorxan və ən çox haqqa isabət edən kəslər olmuş olmalarıdır. Onların yoluna tabe olmağı Allah Əzzə və Cəllə və Onun peyğəmbəri əmr etmişdir. Mühacirlərin, ənsarların və onlardan sonra onlara gözəl şəkildə tabe olanların yolu məhz ən doğru və ən kamil olan yoldur. Kim də bu yola müxalif olar və ondan çıxarsa, o azmış bir kəs olar. Allaha sığınırıq.
📌Qəlbləri çevirən Rəbbimiz qəlblərimizi haqq yol üzərində sabit etsin. Əmin!


T.me/arabiazeri

• العربية/أذرية •

28 Dec, 06:48


كلام نفيس للشيخ الألباني رحمه الله🪶

• العربية/أذرية •

27 Dec, 16:06


📌İmanınızda möhkəm olun, ey Allahın qulları!

T.me/arabiazeri

• العربية/أذرية •

27 Dec, 12:01


اللهم صل وسلم على نبينا محمدﷺ

• العربية/أذرية •

26 Dec, 07:01


📌Kafirləri bayramları münasibətilə təbrik etmək, üzərinə olduqları küfrə razı olmaq deməkdir. Ona görə də bu əməl haramdır. Həmçinin onlara bənzəyərək bu bayramları qeyd etmək də müsəlmanlara haramdır. Peyğəmbərﷺ buyurmuşdur: "Kim bir qövmə bənzəyərsə, o da onlardandır". (Əbu Davud)

T.me/arabiazeri

• العربية/أذرية •

25 Dec, 18:38


Şeyx Saleh əl-Fovzan حفظه الله تعالى

🔹Qəfil ölümlər çoxalır.
Allahdan salamatlıq diləyirik.

T.me/arabiazeri

• العربية/أذرية •

25 Dec, 07:35


🌱Gözəl həyat Allahdan razı qalıb, Onun razılığına can atmaqdır.

T.me/arabiazeri

• العربية/أذرية •

24 Dec, 16:39


《وَجَزَ ٰ⁠ۤؤُا۟ سَیِّئَةࣲ سَیِّئَةࣱ مِّثۡلُهَاۖ فَمَنۡ عَفَا وَأَصۡلَحَ فَأَجۡرُهُۥ عَلَى ٱللَّهِۚ إِنَّهُۥ لَا یُحِبُّ ٱلظَّـٰلِمِینَ》سورة الشورى اية ٤٠

《Pisliyin cəzası özü kimi pislikdir. Amma kim bağışlasa və islah etsə, onun mükafatı Allaha aid olar. Həqiqətən, O, zalımları sevmir》. Əş-Şura, 40


T.me/arabiazeri

• العربية/أذرية •

24 Dec, 03:32


📌Allahu Təalə Qurani-Kərimdə bir çox ayələrdə ruziyə kəfil olduğu bildirmişdir. Lakin Onun bəndələri, şeytanın onları kasıblıqla qorxutmağının vəsvəsəsinə qapılır və ruzi barəsində narahat olub Allahın vədinə şübhə edirlər. Halbuki Peyğəmbərimizﷺ səhih bir hədisdə belə buyurmuşdur: "Əgər siz haqqı ilə Allaha təvəkkül etsəydiniz, səhər yuvasından ac çıxıb, axşam tox olaraq qayıdan quşları ruziləndirdiyi kimi, sizi də ruziləndirərdi." 📚[Tirmizi, 2344]

T.me/arabiazeri

• العربية/أذرية •

23 Dec, 14:10


🖇İbn Useymin رحمه الله demişdir:

"Elm tələbəsinə lazımdır ki, yüngüllükdən uzaq dursun. İstər yerişində olsun, yaxud insanlarla müamələsində olsun, qəlbi öldürən və ciddiliyi aparan qəhqəhəni artırmasın. Əksinə qanadlarını sərmiş, elm tələbəsinə yaraşan ədəblə ədəblənmiş olsun".

📃[Şərhu Hilyəti talibil ilm 37]

T.me/arabiazeri

• العربية/أذرية •

22 Dec, 12:32


#sünnə_əhli #bidət_əhli

• العربية/أذرية •

21 Dec, 23:37


🔹Yolu ən kamil yol olan Peyğəmbərimizﷺ sübh namazının iki rükət sünnətini çox qısa qılardı. Aişə də رضي الله عنها onun namazının necə də qısa olduğunu bildirmək üçün, şiddətli mübaliğə babından bu sözü demişdir. Yoxsa ki, şübhəsiz ki, Peyğəmbərﷺ namazında Fatihə surəsini oxumuşdur.
🔹Əgər insan sübh namazının sünnətində qiraətini, səcdələrini və rukularını uzatmaq istəsə, bilməlidir ki, bu əməl sünnədən deyildir. Başqa namazlarda-ratibələr yaxud nafilələrdə namazını istədiyi qədər uzada bilər. Ama sübh namazının sünnətini çox yüngül, qısa etmək Peyğəmbərﷺin yolundan olduğu üçün daha əfzəldir.
🔹Biz də Peyğəmbərﷺdən necə öyrənmişiksə elə etməyə çalışmalıyıq Allahın izni ilə. Bir hədisdə Peyğəmbərﷺ belə buyurmuşdur: "Mənim necə namaz qıldığımı görürsünüzsə, siz də o cür namaz qılın". Buxari 631.

✍🏻Daha doğrusunu Allah bilir.


T.me/arabiazeri

• العربية/أذرية •

21 Dec, 06:58


📌Sabitlik səbəbləri

T.me/arabiazeri

• العربية/أذرية •

20 Dec, 16:00


Həmçinin ehtiyaclı müsəlman qardaş və bacılarımıza bacardığımız qədər maddi yardım etməyi də unutmayaq.

T.me/arabiazeri

• العربية/أذرية •

20 Dec, 07:00


Xütbə əsnasında asqırana
"Yərhəmukəllah" deməyin
hökmü nədir?

T.me/arabiazeri

• العربية/أذرية •

08 Dec, 20:32


#xatırlatma

• العربية/أذرية •

08 Dec, 09:09


👉🏻Peyğəmbərﷺin bu sözündən aydın olur ki, insanları əziyyətə salmaq, xüsusilə də dini məsələləri çətinləşdirmək qadağandır. Dini çətinləşdirən kəsin aqibətinin çox pis olacağı barədə Peyğəmbərﷺ üç dəfə təkrar-təkrar belə buyurmuşdur: "(Allahın asan buyurduğu bu dini) çətinləşdirən kimsələr həlak oldular". (Muslim 2670)
T.me/arabiazeri

• العربية/أذرية •

07 Dec, 16:25


📚Kim bu üç şeyə müvəffəq olarsa, dünyada və Axirətdə nicat tapar.

#şeyx_Fovzan

T.me/arabiazeri

• العربية/أذرية •

06 Dec, 17:59


🪶Bu kəlamda çox böyük bir xatırlatma, öyüd-nəsihət vardır. Bu o deməkdir ki, elm tələbəsi ömrünün heç bir mərhələsində, elminin heç bir mərtəbəsində elm tələb etməyi dayandırmamalıdır. Əksinə o qəbrinə qoyulanadək davamlı elm tələb etməlidir. Mömin bu hal üzərində olmalıdır. Elm tələbi şeyxə bir, yaxud iki, yaxud üç kitab oxuyub bitirmək demək deyildir. Elə müəyyən bir vaxt yoxdur ki, insan o vaxtı elm tələb etməyi bitirsin və dayansın. Əksinə qəbrinə qoyulacağı günədək elm tələbində ciddi və əzmli olmalıdır. Çünki o, ömrünün son anlarınadək elmə möhtacdır. Elmə hava və su kimi ehtiyacı vardır. Həmçinin elmi ilə doğru niyyət etməlidir. Elmdə isə doğru niyyət nədir? - "Cahilliyi özünün və başqalarının üzərindən qaldırıb, Allaha bəsirət üzərində ibadət etməkdir".
🤲🏻Allah Subhənəhu və Təalə bizi sözdə və əməldə ixlasa, faydalı elmə müvəffəq etsin və ömrümüzün sonunadək Allahın sevib razı qaldığı saleh əməllər üzərində davamlı olmağı nəsib etsin. Əmin!


T.me/arabiazeri

• العربية/أذرية •

05 Dec, 19:09


𝑺𝒆𝒚𝒙 𝑶𝒔𝒎𝒂𝒏 𝒂𝒍-𝑿𝒂𝒎𝒊𝒔 حفظه الله تعالى

Gecə namazının fəziləti nədir?

T.me/arabiazeri

• العربية/أذرية •

04 Dec, 11:25


💎Kim Allahu Təalənin Kitabının hifzi yolunda irəliləyirsə, zənn etməsin ki, bu yol asandır. Əsla belə zənn etməsin. Həqiqətən Quran çox qiymətlidir. Əgər biz onu hər gün, hətta hər saat təkrarlamasaq, onunla məşğul olmasaq, o unudular. Lakin bəzən bu hal üzərində davamlı olmuruq. Bu isə insanlıq halıdır. Bəzən kədərlənirik, bəzən himməmiz azalır, bəzən tənbəlləşirik. Çünki, biz insanıq, mələk deyilik. İnsan qəlbi də dəyişkəndir və bu normal haldır. Amma heç bir kəs əzbərindən ümidini üzməsin. Təkrar etdiyi, Qurana ayırdığı vaxtının boşa getdiyini və heç bir fayda vermədiyini zənn etməsin. Xeyr vallahi. Mütləq ki, etdiyiniz əməl, bir gün öz bəhrəsini verəcəkdir. Sadəcə bütün qəlbiniz ilə Allaha təvəkkül edib bu əzəmətli yolda irəliləyin, əzbərinizi davamlı təkrarlayın və ən gözəl vaxtınızı Qurana ayırın. Beləcə ən gözəl sonluğa varacaqsınız Biiznilləh. 🖊#من_الأستاذة

T.me/arabiazeri

• العربية/أذرية •

03 Dec, 18:52


☑️Rəbbinizdən bağışlanma diləyin.

T.me/arabiazeri

• العربية/أذرية •

03 Dec, 03:20


ﺃﻳﻬﻤــــــﺎ ﺃﻓﻀــــــﻞ: ﺑﻌﺪ ﺻﻼﺓ ﺍﻟﻔﺠﺮ ﻗﺮﺍﺀﺓ ﺍﻟﻘﺮﺁﻥ ﺃﻡ ﺍﻷﺫﻛﺎﺭ؟

لِفَـضِيلَةِ ﺍﻟﺸﻴﺦ صالح الفوزان حفظه ﺍﻟﻠﻪ
" ﺍﻷﻭﺭﺍﺩ ﺍﻟﺸﺮﻋﻴﺔ ﻣﻦ ﺍﻷﺫﻛﺎﺭ ﻭﺍﻟﺪﻋﻮﺍﺕ ﺍﻟﻮﺍﺭﺩﺓ ﻋﻦ ﺍﻟﻨﺒﻲ ﺻﻠﻰ ﺍﻟﻠﻪ ﻋﻠﻴﻪ ﻭﺳﻠﻢ : ﻓﺎﻷﻓﻀﻞ ﺃﻥ ﻳﺆﺗﻰ ﺑﻬﺎ ﻓﻲ ﻃﺮﻓﻲ ﺍﻟﻨﻬﺎﺭ ﺑﻌﺪ ﺻﻼﺓ ﺍﻟﻔﺠﺮ ﻭﺻﻼﺓ ﺍﻟﻌﺼﺮ ، ﻭﺫﻟﻚ ﺃﻓﻀﻞ ﻣﻦ ﻗﺮﺍﺀﺓ ﺍﻟﻘﺮﺁﻥ؛ ﻷﻧﻬﺎ ﻋﺒﺎﺩﺓ ﻣﺆﻗﺘﺔ ﺗﻔﻮﺕ ﺑﻔﻮﺍﺕ ﻭﻗﺘﻬﺎ ،
ﺃﻣﺎ ﻗﺮﺍﺀﺓ ﺍﻟﻘﺮﺁﻥ ﻓﻮﻗﺘﻬﺎ ﻭﺍﺳﻊ ".

[ ﻣﺠﻤﻮﻉ ﻓﺘﺎﻭﻯ ﺍﺑﻦ ﺑﺎﺯ ( 8 / 312 ) ]

Fəcr namazından sonra hansı daha fəzilətlidir: Quran oxumaq, yoxsa zikrləri etmək?

Fəzilətli şeyx Saleh əl-Fovzan حفظه الله:

"Şəriətdə Peyğəmbərﷺdən varid olmuş zikrləri və duaları etmək. Ən fəzilətli olan günün iki başında: sübh və əsr namazından sonra bunları etməkdir. Və bu, Quran oxumaqdan daha fəzilətlidir. Çünki o, müəyyən bir vaxtı olan, vaxtının keçməsi ilə də keçib gedən bir ibadətdir. Quran oxumağa gəlincə, onun vaxtı isə genişdir".

[Məcmuul-Fətəva ibn Bəz 8/312]

T.me/arabiazeri

• العربية/أذرية •

02 Dec, 07:22


Ömər'in radiyallahu anhu duası •

• العربية/أذرية •

01 Dec, 06:13


🪶تَجدُ المرأَةُ الوقُورةُ المحتشمة ببيِتهَا أَكثرَ استقرَارًا وَطُمَأنِينَة؛ ذَلكَ بأَنّ اللهَ مَا أَمرَ بِشيءٍ إِلّا وَله من ذلك حِكمَة عَظيمة وخير كثير!

🪶Ağırbaşlı həyalı qadın evində daha çox qərarlılıq və rahatlıq tapar. Bu ona görədir ki, Allahın əmr etdiyi elə bir şey yoxdur ki, onda böyük bir hikmət və çoxlu xeyir olmuş olmasın!


T.me/arabiazeri

• العربية/أذرية •

30 Nov, 14:19


📌قال الشيخ ابن عثيمين رحمه الله:

"المزح في الكلام ، كالملح في الطعام ، إن أكثرت منه فسد الطعام ، وإن لم تجعل فيه الملح لم يشته الطعام فكثرة المزح تذهب الهيبة ، وتنزل مرتبة طالب العلم".

[المصدر شرح حلية طالب العلم ص ٣٣٩]

📌Şeyx ibn Useymin رحمه الله demişdir:

"Danışıqdakı zarafat yeməkdəki duz kimidir. Əgər ondan çox əlavə etsən, yemək xarab olar. Əgər yeməyə duz əlavə etməsən, onu iştah çəkməz. Çox zarafat etmək heybəti aparır və insanı elm tələbəsi mərtəbəsindən endirir".

[Şərhu Hilyəti Talibil İlm səh 339]


—————————————————————
✍🏻Zarafat etmək insanlar arasında sevgini artıran gözəl əxlaqdır və Peyğəmbərﷺin sünnəsindəndir. Bunun üçün az və yalan olmayan zarafatda bir eyib yoxdur. Daima gülərüz olan sevimli Peyğəmbərimizﷺ də zarafat edirdi, lakin haqdan başqa bir şey danışmırdı. Amma bununla belə o, az zarafat edirdi. Hər kəlməsində zarafat etmək isə ağıllı insana, xüsusilə də elm tələbəsinə yaraşmayan bir işdir. Sadiqliyi qorumaq üçün bundan çəkinmək lazımdır.


T.me/arabiazeri

• العربية/أذرية •

29 Nov, 18:45


📌Peyğəmbərﷺ bir çox hədislərdə bizi namazları çoxaltmağa, yəni nafilə namazları qılmağa təşviq etmişdir. Gündüz qılınan nafilə namazlarını səssiz, gecə namazlarını isə həm səsli, həm də səssiz qılmaq olar. Quran əzbərləyən kəslər üçün isə gecə qıldığı nafilə namazlarını səsli qılmağı daha yaxşıdır ki, əzbərlədiyi surələri bu namazlarda oxusun. Həmçinin nafilə namazlarda mushafı əlində saxlayıb oxumaq da icazəlidir. Odur ki, dərəcələrin artması, savabların çoxalması və Allaha yaxınlaşmaq üçün bu namazları artırmaq müstəhəbdir.

• T.me/arabiazeri •

• العربية/أذرية •

29 Nov, 04:05


📲 Əlimizdəki bu vasitələri xeyirə
dəvət etmək, haqqı yaymaq və Allahın
razılığını qazanmaq üçün istifadə edək. Həqiqətən biz, bundan da sorğu-sual olunacağıq. Kim bir xeyirə dəvət edərsə, ona əməl edənlərin sayı qədər əcr qazanar, kim də bir şərrə dəvət edərsə, ona əməl edənlərin sayı qədər günah qazanar. Paylaşıb dəvət etdiyimiz şeylərə diqqət edək. Allah Subhənəhu və Təalə halımızı afiyətlə islah etsin.


T.me/arabiazeri

• العربية/أذرية •

28 Nov, 10:13


🫀Şeyximiz İbn Useyminin رحمه الله qızıl nəsihətlərindən..

• العربية/أذرية •

27 Nov, 10:19


✍🏻Saleh sələflərimiz şöhrətə ikrah edərdilər və adlarının zikr olunmağını sevməzdilər. İmam Əhməd məşhurlaşmamağını təmənni edir və oğluna belə deyirdi: "İstərdim ki, o elmdən atana bir şey nisbət olunmasın. Lakin mən şöhrət ilə imtahan olundum". Şöhrəti bəla sayırdı. İmam Şafi elmin onun əli ilə yayılıb, adının çəkilməməyini istəyirdi, Əbu Əyyub əs-Sixtiyəni isə belə deyirdi: "Adım zikr olundu, mən isə zikr olunmağımı sevmirəm". Hətta onun şöhrət qorxusundan elə yollarda gəzdiyi zikr olunub ki, həmin o yollarda heç kim onu tanımırdı.
Çünki, şöhrət sevgisi ən böyük bəlalardan biridir. O tamamilə ixlasa ziddir. Əgər elm tələbəsi şöhrət sevgisi ilə imtahan olunarsa, həqiqətən o çox böyük bir bəlaya bulaşmış olar.
Ona görə də elm tələbələrinə lazımdır ki, elmi təvazökarlıqla tələb etməyə həris olsunlar. Hər dəfə elmləri artdıqda, təvazökarlıqları artsın, təqvaları artsın, daima niyyətlərini yeniləsinlər və adlarının zikr olunması üçün deyil, Allahın kəlamı uca olsun deyə çalışsınlar.


T.me/arabiazeri

• العربية/أذرية •

26 Nov, 10:10


Dünya xəzinələrinin ən xeyirlisi 🖤

• العربية/أذرية •

25 Nov, 19:49


—" كلما دعتكَ نفسُكَ لتركِ عملٍ صَالحٍ فقُلْ لها:

لعلّ هذا العمل يكون سببا لدخولي الجنّة!" فلا تترك ذلك العمل".

— Hər dəfə nəfsin saleh əməli tərk etməyə çağırdıqda ona belə de:

"Bəlkə də bu əməl mənim Cənnətə daxil olmağıma səbəb olar". Və əsla o əməli tərk etmə.


T.me/arabiazeri

• العربية/أذرية •

25 Nov, 10:56


☑️Qəlbinin günahı hiss etməsi
sənin üçün müjdədir.


T.me/arabiazeri

• العربية/أذرية •

24 Nov, 16:46


🪷Əgər insan qəlbindəki sevgi boşluğunu Rəbbini sevməklə doldurarsa, qəlbi heç bir məxluqa bağlanmaz və anlayar ki, onu ən gözəl, ən layiqli şəkildə sevən onun Yaradanıdır. Allahın sevgisini görüb fəhm etdikdən və qəlb ilə hiss etdikdən sonra mümkün deyil ki, qəlb öz Yaradanını sevməsin. Çünki qəlb, sevgi gördüyü yerə meyl edir. Və qul Allah Subhənəhu və Təalənin sevgisini təfəkkür edib gözündə canlandırmağa çalışarsa məqsədi yalnız və yalnız sevgilərin ən ucası olan Allah Subhənəhu və Təalənin sevgisini qazanmaq olar. Uca Allah hər birimizi öz sevgisi ilə ruziləndirsin, Əmin!

T.me/arabiazeri

• العربية/أذرية •

22 Nov, 04:11


❇️Hətta ey qadınlar, pul qazanıb sədəqə verə bilmirsinizsə, təsbih, təhlil, təkbir, təhmid deməklə, ailənizə xidmət etməklə, ərinizə itaət etməklə, gözəl söz söyləməklə, müsəlmanların üzünə gülümsəməklə, yaxşılığı əmr edib, pislikdən çəkindirməklə və s. kimi əməllərlə sədəqə verin. Həqiqətən bunlar da sədəqədir. Kasıb mühacirlər gəlib Peyğəmbərﷺə varlılar kimi mal sahibi olmadıqları üçün sədəqə verə bilmədiklərindən şikayət etdikdə, Peyğəmbərﷺ onları təsbih(SubhənAllah), təhmid(Əlhəmdulilləh), təkbir(Allahu Əkbər), təhlil(Lə iləhə illəllah) zikrlərini deməyə yönəltmişdir. Çünki, bunlar da sədəqədirlər. Elə isə pul qazanmadığınız üçün, sədəqə verə bilməzsiniz deyə düşünməyin. Niyyətlərinizi tez-tez yeniləyib aləmlərə rəhmət olaraq göndərilən Peyğəmbərimizinﷺ buyurduqlarına gözəl şəkildə əməl edin və əcrinizi Uca Allahdan umun. Beləcə sağ salamat Cənnətə daxil olun.

T.me/arabiazeri

• العربية/أذرية •

19 Nov, 17:06


🍂Hətta günahlarınız çoxalıb səmaya çatsa belə, Ona tövbə etsəniz, O sizin tövbələrinizi qəbul edər. Həqiqətən O, tövbələri qəbul edəndir, Rəhmlidir.

T.me/arabiazeri

• العربية/أذرية •

19 Nov, 06:27


يقول أحد الإخوة بينما أنا في مسجد من مساجد مدينة في دولة الصين وجدت كتاب موضوع بين الرفوف يحث على إتباع سنة النبي ﷺ فتحته فإذا بالكتاب للشيخ ‎ابن_العثيمين رحمه الله مترجم للصينية

سبحان الله! هذا هو العلم الذي ينفع بعد الموت...☝️

اللهم ارحمه واغفر له وأسكنه الفردوس الأعلى يارب العالمين...

Qardaşlardan biri deyir ki, mən Çində şəhərdəki məscidlərdən birində olarkən rəflərin arasına qoyulmuş Peyğəmbərﷺin sünnəsinə tabe olmağa təşviq edən bir kitab gördüm. Onu açdım və gördüm ki, kitab Şeyx İbn Useyminin رحمه الله Çin dilinə tərcümə edilmiş kitabıdır
.

SubhənAllah! Bax budur ölümdən sonra fayda verən elm...☝️

Allahım, ona rəhm et, onu bağışla və Uca Firdevs Cənnətinin sakini et, ey aləmlərin Rəbbi...

T.me/arabiazeri

• العربية/أذرية •

18 Nov, 16:47


🚫Ümumiyyətlə üzərində surət, rəsm olan paltarları geyinmək icazəli deyil, hər bir halda haramdır. İstər insan şəkli olsun, istərsə də pişik, it, şir, maral və s. kimi heyvanların şəkli olsun, onların geyinilməsi haramdır, icazəli deyildir. Diqqət etmək lazımdır.

T.me/arabiazeri

• العربية/أذرية •

18 Nov, 09:42


Əgər biz də öz halımıza diqqət etsək görərik ki, (Allah qorusun) bu hal hamımızın başına gələ bilər. Məsələn: Dəvət səhifələrində insanları xeyirlərə yönəldib: "nafilə namazlar qılın, çoxlu salavat deyin, istiğfar edin, gecə namazı qılın, sədəqə verin və s.." deyərək insanları xeyirə təşviq edib onlara xatırladıb özümüzü unutsaq, yaxud bildiklərimiz ilə əməl etməsək, beləcə onlar bizim elmimizlə bizdən daha xoşbəxt olmuş olarlar. Ona görə də ən birinci öz nəfslərimizə diqqət etməliyik. Allah Subhənəhu və Təalə hər birimizi bu haldan qorusun, bizi sözdə və əməldə ixlaslı olanlardan etsin. Əmin!

T.me/arabiazeri

• العربية/أذرية •

17 Nov, 10:45


Sən mömin qardaşının güzgüsüsən, o da sənin güzgündür. Əgər sən onda xoşa gəlməyən bir şey görsən, ona yumşaqlıqla, hikmətlə, sevgini izhar edərək nəsihət edib ondakı naqisliyi aradan qaldırmalısan. Həmçinin o da səndə xoşagəlməz bir şey görsə, sənə gözəl şəkildə nəsihət edib bu xətanı aradan qaldırmalıdır. Çünki, Allah üçün olan qardaşlıq bunu gərəkdirir. Bil ki, xətalarını görüb üzünə gülən kəs artıq sənə xəyanət etmişdir. Möminə yaraşan isə odur ki, qardaşlarına ən çox nəsihət edən kəs olsun.

T.me/arabiazeri

• العربية/أذرية •

16 Nov, 16:53


📙Böyük alimin təvazökarlığı..

• العربية/أذرية •

16 Nov, 09:02


▫️ İbn Bəz: "Şeytanın niyyəti bacardığı qədər insanları günaha salmaq, haqq yoldan azdırmaq, hidayətdən zəlalətə düşürməkdir ki, onunla bərabər onlar da Cəhənnəmə girsinlər. Uca Allah buyurmuşdur:"O öz tərəfdarlarını Od sakini olmağa çağırır" Fatir, 6. O bizi çağırır ki, onunla bərabər cəhənnəmə daxil olaq. Çünki, Allah ona Cəhənnəmi vəd vermiş və onun üçün əvvəlcədən od hazırlamışdır və qiyamət gününə qədər ona möhlət vermişdir ki, Allaha və Rasuluna itaət edənlər, şeytana itaət edənlərdən seçilsinlər. Şeytan Adəm oğluna asilikləri bəzəyir, günahı gözəlləşdirir və onlar üçün onu asanlaşdırır. Kişi və qadın hər bir mükəlləfin üzərinə vacibdir ki, ondan həzər etsin. Kim səni qəsdən asiliyə çağırırsa, o ya insanlardan, ya da cinlərdən olan bir şeytandır. Sən onlara itaət etməməlisən. Əksinə onlara asi olmalısan ki, onlarla birlikdə Oda daxil olmayasan. Nə badə onlara aldanasan. Əksinə sən Allaha və Rasulunaﷺ itaət edib doğru yolda olmalı, haramlardan uzaqlaşmalı və Rəbbindən yardım diləməlisən..
T.me/arabiazeri

• العربية/أذرية •

14 Nov, 15:35


🫀𝑯𝒂𝒔𝒂𝒏 𝒂𝒍-𝑩𝒂𝒔𝒓𝒊 رحمه الله

• العربية/أذرية •

13 Nov, 12:13


قال الإمام ابن عثيمين رحمه الله :

إقامة الصلاة إيمان، وإضاعها كفر، من حافظ عليها كانت له نورا في قلبه ووجهه وقبره وحشره.

📚الضياء اللامع (١٣٧)

‏قال الإمام ابن عثيمين رحمه الله :

كيف تضيعون الصلاة، وهي الصلة بينكم وبين ربكم إذا لم يكن بينكم وبين ربكم صلة، فأين العبودية .

📚الضياء اللامع (١٣٧)


📌İmam ibn Useymin رحمه الله demişdir:

"Namaz qılmaq iman, onu zay etmək isə küfrdür. Kim namazı qoruyarsa, o onun üçün qəlbində, üzündə, qəbrində və həşr olunduqda nur olar".

📚Iالضياء اللامع (١٣٧)I

📌İmam İbn Useymin رحمه الله demişdir:

"Namazı necə zay edirsiniz ki, o sizinlə Rəbbiniz arasında bir əlaqədir. Əgər Rəbbinizlə aranızda bir əlaqə olmayacaqsa, bəs ubudiyyə(qulluq) haradadır?!".

📚Iالضياء اللامع (١٣٧)I


T.me/arabiazeri

• العربية/أذرية •

12 Nov, 17:08


📙İmam ibn Bəz رحمه الله demişdir:

"Korlanmış və onunla fayda götürülməyən (dini ayinlər yazılmış) vərəqləri, yaxud mushafları yandırmaq, yaxud təmiz torpağa basdırmaq sünnədir".

[Fətəva nurun aləd-Dərb 11337]


T.me/arabiazeri

• العربية/أذرية •

12 Nov, 10:07


🔗Şeyx Saleh Əl-Usaymi حفظه الله

T.me/arabiazeri

• العربية/أذرية •

11 Nov, 08:37


📙Bəqərə surəsini oxuyun.

• العربية/أذرية •

10 Nov, 18:21


💝أغلى مهر في الإسلام!

خَطبَ أبو طلحة لأم سليم
فقالت والله ما مِثلُك يا أبا طلحة يُردُّ ولَكِنّك رجلٌ كافر وأنا امرأة مُسلمة ولا يَحِلُّ لي أن أتزوجك فإن تُسْلِم فذاك مَهْرِي وما أسألك غَيره فأَسْلَم فكانَ ذَلِك مَهْرُها!

وكان أغلىٰ مهرٍ في الإسلام.

📚[صحيح النَّسائي]

💝İslamda ən bahalı mehr!

Əbu Talha Ummu Suleymə evlilik təklif etdi. Ummu Suleym isə dedi: "Ey Əbu Talha! Vallahi sənin kimisi rədd edilməz. Lakin sən kafir kişisən, mən isə müsəlman qadınam. Səninlə evlənmək mənə halal deyildir. Əgər İslamı qəbul etsən, bu mənim mehrim olar və səndən başqa şey istəmərəm".
Beləcə o İslamı qəbul etdi və bu Ummu Suleymin mehri oldu!

Bu da İslamda ən bahalı mehr oldu.

📚[Sahih ən-Nəsəi]


T.me/arabiazeri

• العربية/أذرية •

10 Nov, 08:30


📍HƏR BİR GƏNC QIZ BU VİDEONU MÜTLƏQ İZLƏSİN!

Evləndikdə həyat yoldaşına doğru yolu göstərib onu islah etmək əsasən qadının deyil, kişinin işidir. Çünki, kişilər Quranda "qavvəm-ixtiyar sahibi" olaraq zikr edilmişlər. Həmçinin yəhudi və xristian qadınla evlənmək rusxətinin kişilərə verilməsinin səbəbi də məhz budur. Buna görə də ey qadınlar, əsla: "Evləndikdən sonra bu insanı düzəldərəm, islah edərəm.." deməyin. Toplumda belə deyən qadınların nə hala gəldiyini görürük. Seçim edərkən: "Bu insan mənə nələr öyrədəcək? Məni necə islah edəcək?" deyə düşünün. Özünüzdən olğun olmayan bir insanla uğraşmayın. Qoyun həyat yoldaşınız sizə doğru yol göstərən, haqqa çağıran və Allahdan qorxan bir şəxs olsun. Əks halda özünüzü xəstə, illərinizi isə puç etmiş olarsınız. Allah Subhənəhu və Təalə bütün müsəlmanları saleh/salehə həyat yoldaşı ilə ruziləndirsin. Əmin!

T.me/arabiazeri

• العربية/أذرية •

09 Nov, 16:58


📌Əziz müsəlmanlar! "Qiyamətin əlamətləri" haqqında olan bu faydalı kitabçanı oxumağı hər kəsə tövsiyə edirik. Allah Subhənəhu və Təalə oxuyan hər kəs üçün faydalı etsin və əməyi keçənləri xeyirlə mükafatlandırsın.

T.me/arabiazeri

• العربية/أذرية •

09 Nov, 08:37


🍃Dünya həyatının qısa özeti..

T.me/arabiazeri

• العربية/أذرية •

08 Nov, 15:52


📌İsnadsız paylaşım edənlərin diqqətinə! İsnad mühimdir!

T.me/arabiazeri

• العربية/أذرية •

07 Nov, 17:37


♻️Allahın şəriəti hikmət üzərinə məbni olmuşdur.

T.me/arabiazeri

• العربية/أذرية •

07 Nov, 07:46


⚠️Həmçinin şeyx Fovzan حفظه الله başqa bir fətvada ona verilən suala belə cavab verir: "Kişi-qadın qarışıq universitetlərdə oxumaq nə kişiyə, nə də qadına icazəli deyildir. Bu haramdır. Oxumaq zəruri deyildir. Fitnə və şərlərə görə. Bu düşmənlərin istədiyi şeydir ki, müsəlmanların şəxsiyyətini məhv etsinlər və onların dinini məhv etsinlər. Müsəlmanlara lazımdır ki, bu işə diqqət etsinlər". (Mənbə Əxsarul-Muxtəsərat dərs 2 sual-cavab)

T.me/arabiazeri

• العربية/أذرية •

06 Nov, 15:29


♻️Allah Elçisiﷺ demişdir:

"Heç bir müsəlmana üç gündən artıq qardaşı ilə küsülü qalması, qarşı-qarşıya gəldikdə, bunun ondan üz döndərməsi, onun da, bundan üz döndərməsi halal deyildir. Onların ən xeyirlisi salamı birinci verib sözə başlayandır".

📗[Buxari 6077; Muslim 2560; Əhməd 3/225]

T.me/arabiazeri

• العربية/أذرية •

05 Nov, 15:56


🔹Şeyx ibn Useymin رحمه الله

⚠️"Evli kəslərə mühim xatırlatma!".

T.me/arabiazeri

• العربية/أذرية •

05 Nov, 08:47


🔹İnsana vacibdir ki, Allahın qəza və qədərinə səbr etsin və əsla qəzəblənməsin. Çünki Allahın qəza və qədərinə qəzəblənmək, rububiyyətə imanda naqislikdir. Bilmək lazımdır ki, Allah Əzzə və Cəllə quluna istədiyini edir və bununla bərabər əgər qul müsibətlər zamanı səbr edib, əcrini Allahdan umarsa, Allah buna görə onun əcrini verər. Səbr və razılıq arasında fərq vardır. Səbr edən başına gələn hadisəni sevməyən kəsdir. Lakin nəfsini qəzəblənməkdən sıxıb saxlayandır. Lakin razı olan kəs isə, başına gələnə ikrah etməyən və: "Mən Allahın quluyam, istəsə məni sevindirər, istəsə məni imtahan edər, mən də səbr edərəm" deyən kəsdir. Buna görə də razılıq daha uca mərtəbədir. Şükür edən isə daha pis müsibət yaşaya biləcəyi düşünüb, öz yaşadığına şükür edəndir. Məs: əgər qəzada ayağı sınarsa, şükür edər ki, nə yaxşı belim sınmadı, çünki, o daha ağır imtahandır.
Beləcə hər bir halda başımıza gələn hər şeyin Allah tərəfindən olduğuna yəqinliklə iman etməli, onlara qarşı səbirli və razı olmalıyıq
.

T.me/arabiazeri

• العربية/أذرية •

01 Nov, 11:25


Şeyx Suleyman ar-Ruheyli حفظه الله

T.me/arabiazeri

• العربية/أذرية •

31 Oct, 04:55


فكلما زاد وردك زاد تعلقك به وسهل عليك، وكلما تدبّرته رقَّ قلبك وتأثر بالآيات، وكلما أعطيته من وقتك رأيت بركة ذلك في يومك، فبقدر ماتعطي القرآن ترى أثر ذلك في حياتك".

Hər dəfə Qurandan olan virdin(payın) artdıqca, onunla olan bağın artar və sənə asanlaşar. Hər dəfə onu tədəbbür etdikdə, qəlbin yumşalar və ayələrdən təsirlənər. Hər dəfə
vaxtından ona verdikdə, o günündəki bərəkəti görərsən. Və Qurana verdiyin qədər onun təsirini həyatında görərsən.."

T.me/arabiazeri

• العربية/أذرية •

30 Oct, 18:18


📌𝑺𝒖𝒍𝒆𝒚𝒎𝒂𝒏 𝒂𝒓-𝑹𝒖𝒉𝒂𝒚𝒍𝒊 حفظه الله:

"Saqqalı hər şeyi Bilən və Müdrik olan Allah Əzzə və Cəllə yaratmış, onu kişilər üçün zinət və gözəllik əlaməti etmiş, kişiləri onunla şərəfləndirmiş və onlara saqqal saxlamağı əmr etmişdir. "Saqqalı uzadın, saqqalı buraxın.." Bütün bu hədislər Peyğəmbərﷺdən sabit olmuşdur. Allaha and olsun ki, Peyğəmbərﷺdən saqqalı qısaltdığı,yaxud ondan biraz götürdüyü varid olmamışdır. Həmçinin səhabələrin-başlıca olaraq da 4 xəlifənin vəsflərindən idi ki, onların gur saqqalı olub. Onların da saqqaldan götürmələri nəql olunmamışdır. Saqqalı uzatmaq Allah tərəfindən fərzdir, uzadan isə Peyğəmbərﷺə bənzəmiş olur. Bəzi insanlar deyir ki, saqqalı biraz yüngülləşdirin. Halbuki o ağır deyil ki, qısaldılsın. Vallahi biz onun ağırlığını hiss etməmişik. Və mən yəqinəm ki, onda bir hikmət vardır. Çünki Allahın şəriəti hikmət üzərinə bina olmuşdur. Buna görə saqqalı qırxmaq icma ilə haramdır. Müasirlərdən bəziləri məkruh görsə də əvvəlki fəqihlərə görə bu haramdır". (Mənaca).

T.me/arabiazeri

• العربية/أذرية •

29 Oct, 16:53


🌴Dünya və axirət istəklərinə çatmağın səbəbləri.

T.me/arabiazeri

• العربية/أذرية •

29 Oct, 10:33


⚠️Arxanızca buraxdığınız
əməllərə diqqət edin
.

T.me/arabiazeri

• العربية/أذرية •

28 Oct, 07:22


📖ELMİN SƏMƏRƏSİ NƏDİR? ما هو ثمرة العلم؟

💎اعلم بأن العمل بالعلم هو ثمرة العلم، فمن علم ولم يعمل فقد أشبه اليهود الذين مثلهم الله بأقبح مثلٍ في كتابه فقال: ﴿مَثَلُ ٱلَّذِینَ حُمِّلُوا۟ ٱلتَّوۡرَىٰةَ ثُمَّ لَمۡ یَحۡمِلُوهَا كَمَثَلِ ٱلۡحِمَارِ یَحۡمِلُ أَسۡفَارَۢاۚ بِئۡسَ مَثَلُ ٱلۡقَوۡمِ ٱلَّذِینَ كَذَّبُوا۟ بِـَٔایَـٰتِ ٱللَّهِۚ وَٱللَّهُ لَا یَهۡدِی ٱلۡقَوۡمَ ٱلظَّـٰلِمِینَ﴾.

💎Bil ki, elm ilə əməl etmək elmin səmərəsidir. Kim bilər və əməl etməzsə, artıq Allahın Öz kitabında ən çirkin misalla örnək göstərdiyi yəhudilərə bənzəmiş olar:«Tövrata əməl etmək buyurulduqdan sonra ona əməl etməyənlər, belində çoxlu kitab daşıyan, [amma onlardan faydalana bilməyən] uzunqulağa bənzəyirlər. Allahın ayələrini yalan sayan adamların məsəli necə də pisdir. Allah zalım qövmü doğru yola yönəltməz». Əl-Cumuə, 5

T.me/arabiazeri

• العربية/أذرية •

27 Oct, 10:46


📌Şəri görüş şəriət qanunları çərçivəsində evlənəcək kəslərin halal yolla görüşməsinə deyilir. Lakin bu görüşdə onlar arasında dini nikah olmadığı üçün onlar bir-birilərinə naməhrəm sayılır. Buna görə də bəzi qaydalara diqqət etmək lazımdır:
• yanlarında şahidlər olmalıdır, sadəcə ikisi arasında xəlvətdə olmamalıdır;
• evlənmək üçün qərarlı olmalıdırlar;
• qadın həmin kişinin önünə makiyajlı halda çıxmamalıdır;
• fərqli və gözəl paltar geyinməməlidir;
• ətirlənməməlidir;
• zinətlərindən istifadə etməməlidir;

❗️— Çünki həmin kişi hələ də ona naməhrəmdir və məhrəmiyyət hədlərini qorumaq lazımdır. Allahdan salamatlıq diləyirik.


T.me/arabiazeri

• العربية/أذرية •

26 Oct, 20:57


Iحياة المؤمن دائما بين أمرين يسر وعسر.
Iوكلاهما نعمة فيكون في اليسر الشكر وفي
Iالعسر الصبر.

Möminin həyatı daima iki şey
arasındadır: asanlıq və çətinlik.
Və ikisi də nemətdir. Asanlıqda
şükür olur, çətinlikdə isə səbr.


T.me/arabiazeri

• العربية/أذرية •

26 Oct, 11:59


✍🏽And içmək ibadət sayıldığı üçün sadəcə Allaha and içilməlidir. Peyğəmbərﷺ demişdir:"Kim and içmək istəsə, ya Allaha and içsin, ya da sussun". (Buxari 6108) Allahdan başqasına and içmək də haram və şirk olduğu üçün böyük günahlardan daha əzəmətli sayılır. Lakin;
● Əgər insan unudaraq Allahdan başqasına and içərsə, o zaman "Lə iləhə illəllah" deməlidir. Çünki, bu onun kəffarəsidir.
● Andını pozan kəs isə, ilk öncə ya 10 kasıbı doyurmalı, ya 10 kasıbı geyindirməli, ya da kölə azad etməlidir. Əgər bunlara gücü çatmazsa, o zaman 3 gün oruc tutmalıdır. Bunlardan birinə gücü çatanın isə 3 gün oruc tutması keçərli deyildir.
● Kim də and içərkən, "İnşəəAllah" deyərsə, artıq istisna etmişdir. Yəni, əgər andını pozarsa, buna görə kəffarə verməsinə ehtiyac olmaz. Peyğəmbərﷺ belə demişdir; "Kim and içib istisna edərsə(İnşəəAllah deyərsə), istəsə andından qayıdar, yaxud tərk etdiyi anda görə kəffarə verməz". (Səhih Sunən ibn Macə 1711)

T.me/arabiazeri

• العربية/أذرية •

25 Oct, 13:02


𝑺𝑬𝒀𝑿 𝑨𝑩𝑫𝑼𝑹𝑹𝑨𝒁𝒁𝑨𝑸 𝑨𝑳-𝑩𝑨𝑫𝑹 𝑨𝑳𝑳𝑨𝑯 𝑶𝑵𝑼 𝑸𝑶𝑹𝑼𝑺𝑼𝑵

《Əgər sənin icabət saatında istəyəcəyin çoxlu ehtiyacların varsa və onları Rəbbindən diləmək istəyirsənsə, bəlkə də onları bir-bir saymaq istəsən, bəzilərini unudarsan. Lakin əgər desən ki;

«رَبَّنَاۤ ءَاتِنَا فِی ٱلدُّنۡیَا حَسَنَةࣰ وَفِی ٱلۡـَٔاخِرَةِ حَسَنَةࣰ وَقِنَا عَذَابَ ٱلنَّارِ»

«Ey Rəbbimiz! Bizə həm bu dünyada, həm də axirətdə gözəl nemətlər ver və bizi Cəhənnəm odunun əzabından qoru!»;

–ehtiyaclarının hamısı və ağlına gəlməyən digər şeylər də sənə gələr. Allah Cəllə va Alənin lütfü isə genişdir. Bəli》
.

✍🏻 T.me/arabiazeri

• العربية/أذرية •

25 Oct, 10:09


🤲Dualarınızda məzlum
müsəlmanları unutmayın.

T.me/arabiazeri

• العربية/أذرية •

24 Oct, 17:54


‼️Məhvedici yeddi günahdan çəkinin.

T.me/arabiazeri

• العربية/أذرية •

24 Oct, 10:10


📌قال الشيخ ابن العثيمين رحمه الله :

من مقاصد النكاح التي يغفل عنها أكثر الناس:

ينبغي لمن تزوج ألا يقصد قضاء الشهوة فقط ، كما هو مراد أكثر الناس اليوم ، إنما ينبغي له أن يقصد:

1- إمتثال أمر النبي صلى الله عليه و سلم
2- تكثير نسل الأمة
3- تحصين فرجه و فرج زوجته ، و غض بصره و بصر زوجته ، ثم يأتي بعد ذلك قضاء الشهوة

📚الشرح الممتع

📌Şeyx ibn Useymin رحمه الله demişdir;

"İnsanların çoxunun qafil olduğu nikah məqsədlərindən bəziləri də bunlardır:

Evlənən kəs yalnız ehtiyacı ödəməyi qəsd etməməlidir, necə ki, bu gün insanların çoxunun istəyi budur, ancaq ona lazımdır ki, bunları qəsd etsin:

1. Peyğəmbərﷺin əmrinə tabe olmaq
2. Ümmətin nəslini çoxaltmaq
3. Özünün və zövcəsinin övrətini qorumaq, özünün və zövcəsinin gözlərini aşağı dikmək.

Bunlardan sonra isə ehtiyacı ödəmək gəlir".

📚[Şərhul-Mumti]

T.me/arabiazeri

• العربية/أذرية •

23 Oct, 11:21


📌Əgər qəsidə və beyt dinləyənlərin halı belə idisə, bəs günümüzdə səhərdən axşamadək naşid dinləyən qəlblərin halı necə olar?!

T.me/arabiazeri

• العربية/أذرية •

22 Oct, 20:06


🔹Əfzəl olan vitr namazının gecənin sonunda qılınmasıdır. Lakin kim qorxarsa ki, yatıb qalar, o gecənin əvvəlində qıla bilər. Peyğəmbərﷺin səhabələrindən bəziləri də bu cür etmişlər. Lakin kim vitri gecənin əvvəlində qılarsa və gecənin sonuna yaxın da oyanmağa müvəffəq olarsa, Allah istədiyi qədər (2, 4, 6..rükət) nafilə namaz qıla bilər. Lakin sonunda bir daha vitr namazı qılmamalıdır. Çünki, bir hədisdə Peyğəmbərﷺ demişdir ki: "Bir gecədə iki vitr namazı olmaz". Əbu Davud 1439.

T.me/arabiazeri

• العربية/أذرية •

22 Oct, 12:22


قال الشيخ صالح العصيمي
حفظه الله:

"لا يُنالُ العلم إلا بشقِّ الأنفس!"

Şeyx Saleh Əl-Usaymi حفظه الله
demişdir:

"Elmə yalnız nəfslərin məşəqqətilə
nail olmaq olar".


T.me/arabiazeri

• العربية/أذرية •

21 Oct, 19:08


``
~ Rəbbinizdən bağışlanma
diləyin, çünki O..

T.me/arabiazeri

• العربية/أذرية •

21 Oct, 11:18


🖊İmam ibn Bəz رحمه الله demişdir

♻️"Kim Sünnəti inkar edərsə, artıq Kitabı (Quranı) inkar etmişdir. Kim ikisini də, yaxud onlardan birini inkar edərsə, icma ilə kafirdir".

📚[Məcmuul-Fətəva 2/400]


T.me/arabiazeri