𝐒𝐚𝐡𝐢𝐡 𝐃𝐮𝐚 𝐯𝐚 𝐙𝐢𝐤𝐫 @sahih_dua_va_zikr Channel on Telegram

𝐒𝐚𝐡𝐢𝐡 𝐃𝐮𝐚 𝐯𝐚 𝐙𝐢𝐤𝐫

@sahih_dua_va_zikr


Uca Rəbbimiz olan Allah buyurur:

" Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar." [ Raâd 28 ]

22.08.2023✨️

🎗 t.me/islamicQuranN1

Sahih Dua va Zikr (Azerbaijani)

Sahih Dua va Zikr Telegram kanalı, Allahın kutsal kelamı Kuran'dan alıntılarla dolu bir manevi rehberlik sunar. Kanalın amacı, takipçilere dua ederken doğru yolu bulmalarına ve zikirlerle ruhlarını huzurla doldurmalarına yardımcı olmaktır. Uca Rəbbimiz olan Allah'ın emri üzerine, kanalda Kuran'dan alıntılarla bir araya gelerek dua etmek ve zikirde bulunmak mümkündür. Kanalın misyonu, takipçilerin kalplerini sadece Allah'ı anarak huzur bulmalarını sağlamaktır. 22.08.2023 tarihinde kurulan bu kanal, manevi bir yolculuğa çıkmak isteyen herkesi bekliyor. Eğer siz de doğru yolu bulmak ve ruhunuzu huzurla doldurmak istiyorsanız, Sahih Dua va Zikr kanalına katılın ve Allah'ı zikretmenin rahatlatıcı gücünü keşfedin. Detaylar için t.me/islamicQuranN1 adresini ziyaret edebilirsiniz.

𝐒𝐚𝐡𝐢𝐡 𝐃𝐮𝐚 𝐯𝐚 𝐙𝐢𝐤𝐫

27 Dec, 12:28


Cümə gününün son saatları(yəni axşam namazına az qalmış) duaların qəbul olduğu vaxtlardır.

Çox dua etməyi unutmayaq!

🤲🏻Bütün kainat Sənə möhtacdır. Ya Həyyu! Ya Qayyum! Dualarımızı qəbul et,sevindir biz acizləri!

Dünyasını dəyişən valideynlərimizin yerini cənnət et, Sən bizləri valideynlərimizlə bərabər cənnətdə peyğəmbərlə (sallallahu aleyhi vasəlləm) bir yerdə et!

Həyatda olan valideynlərimizin isə ömrünü uzun və bərəkətli et!

Ey Rəbbimiz! Sən dua edənin duasına cavab verənsən, biz də əllərimizi Sənə açıb Səndən istəyirik!

Ya Mucib! dualarmızı qəbul et, bizləri sevindir
🤲🏻

https://t.me/Peygemberinmirasi

𝐒𝐚𝐡𝐢𝐡 𝐃𝐮𝐚 𝐯𝐚 𝐙𝐢𝐤𝐫

25 Dec, 20:21


🔗Ölüm hərkəsə 1 nəfəs gədər uzaqlıqdadı. Səhərə çıxdıqda heçkəs axşama çıxacağını bilmir, eləliklədə axşam yatan səhərə çıxacağını bilmir. Müsəlman gərək ölümü fikirləşməli və axirət üçün hazırlıq görməlidir.

✈️ Bu təyyarədə vəfat edənlərin bir çoxu gənclər idi və heç biri bilmirdi ki bu yolculuq onun son yolculuğu olacaq.

🍁 Ölüm ayağı hərkəs istəyəcək ki bu dünyada saleh əməllər etmiş olsun, namaz qılmış olsun, günahlardan çəkinmiş olsun, lakin ölüm gəldikdə artıq gecdir. Ona görə vaxtmızı Rəbbimizə ibadət edərək keçirməliyik.

🤲 Allah vəfat edən müsəlmanların günahlarını bağışlasın.

𝐒𝐚𝐡𝐢𝐡 𝐃𝐮𝐚 𝐯𝐚 𝐙𝐢𝐤𝐫

25 Dec, 08:07


Endirim olundu 1⃣5⃣ azn

Ancaq az yaşlı uşaqlar və qadınlar qoşulsun. 1 dərs keçilib artıq

Qramatika Mədinə 2 və 3 ü bitirənlər daxil olmasin ..

Əlaqə : Ustazəti @tovhidheyatimizdir

𝐒𝐚𝐡𝐢𝐡 𝐃𝐮𝐚 𝐯𝐚 𝐙𝐢𝐤𝐫

22 Dec, 13:37


🍀Allah insanı saleh əməllər etməyə müvəffəq etməzsə, insan özü-özünə o əməllərə çata bilməz.

🍀Heç kim öz səhhətinə, öz bacarığına, öz cavanlığına güvənməməlidir. Nə qədər sağlam, cavan olan insanlar vardır ki, onlar asilik içərisində batıblar.

🍀Xeyirə müvəffəq olmaq üçün daima Allaha yalvarın. Allahın qarşısında zəlil olun. Daima Ona dua edin:

🍀Allahım məni sevdiyin və razı qaldığın əməlləri etməyə müvəffəq et.

🍀Müvəffəq olan Allahın müvəffəq etdiyi kəsdir.

t.me/Sahih_Dua_va_Zikr

💫 t.me/Peygemberinmirasi

𝐒𝐚𝐡𝐢𝐡 𝐃𝐮𝐚 𝐯𝐚 𝐙𝐢𝐤𝐫

21 Dec, 07:48


II mövzu.
Tövhidin bu növünü təsdiq etməyin əzabdan
qurtulmaq üçün kifayət etmədiyinin bəyanı.
 
Qeyd etdiyimiz kimi, Rübubiyyə tövhidi tövhidin üç qismindən biridir. Odur ki, Allahı Rübubiyyə tövhidində təkləş­dir­mədikcə heç kəsin imanı kamil ola bilməz. Allahın elçilərinin göndə­ril­məsinin qayəsi də sadəcə bu olmamışdır. İnsan Üluhiyyə tövhidi­nin tələblə­rinə əməl etmədən Allahın əzabından yaxa qurtara bilməz.
Uca Allah buyurur: “Onların çoxu ancaq şə­rik qoşa­raq Allaha iman gə­ti­rir” (Yusuf, 106). Yəni insanların çoxu Allahın Rəbb, ya­radan, ruzi verən və idarə edən olmasına inandıqları halda, – bun­la­rın da hamısı rübubiyyə tovhidinə aiddir, – Allahdan qeyrilə­rinə, heç bir faydası və ya zərəri olmayan bütlərə ibadət edə­rək Ona şərik qo­şurlar.
Səhabə və tabiinlər bu ayənin mənasını məhz belə izah etmişlər.
İbn Abbas (radıyallahu anhu) demişdir: “Müşriklərin inamı belədir ki, onlar­dan: “Səmanı kim yaradıb?”, “yeri kim yaradıb?”, “dağları kim yara­dıb?”– deyə soruşsan, onlar: “Allah”– deyə cavab verərlər. Lakin bu­nunla yanaşı Allaha şərik qoşarlar.”
İkrimə demişdir: “Onlardan: “Özlərini, səmaları və yeri kim yara­dıb?”– deyə soruşsan onlar: “Allah”– deyə cavab verərlər. Onlar Allaha belə etiqad etdikləri halda qeyrilərinə tapınırlar.”
Mücahid demişdir: “Onların inamı budur ki, Allah bizi yaradıb, bizə ruzi verir və bizi öldürür. Lakin bu etiqadla yanaşı Allaha şərik qoşurdular.”
Abdurrəhman ibn Zeyd ibn Əsləm ibn Zeyd demişdir: “Allah­dan qeyrisinə ibadət edən hər bir kəs əlbəttə ki, Allaha iman gətirir, üstəlik bilir ki, onun Rəbbi, onu yaradan və ona ruzi verən Allahdır. Lakin bununla yanaşı Ona şərik qoşur.” İbrahimin u nə dediyini görmürsənmi? “O dedi: “Siz nəyə ibadət et­diyi­ni­zi görürsünüzmü – həm siz, həm də ulu ba­balarınız? Aləmlərin Rəbbindən baş­qa, on­ların hamısı mənim düş­mə­nim­dir” (əş-Şuəra, 75-77).
Sələflərdən bu xüsusda bir çox rəvayətlər nəql olunmuşdur. Hətta Peyğəmbərin r zmanında yaşamış müşriklər belə Allahın Rəbb, yaradan, ruzi verən və idarə edən olduğunu təsdiqlə­yirdi­lər, lakin ibadətdə Allaha şərik qoşurdular. Belə ki, onlar bütlərə tapı­nır, onlara dua edir, onlardan yardım diləyir və öz istəklərinə nail olmaq üçün onlara üz tuturdular.
Qurani Kərim bir çox yerdə müşriklərin Allahın Rəbb oldu­ğuna etiqad etdikləri halda, ibadətdə Ona şərik qoşduqlarını xəbər ve­rir. Uca Allah buyurur: “Əgər sən onlardan: “Göy­ləri və ye­ri yaradan, günəşi və ayı ram edən kim­dir?”– deyə soruşsan, onlar mütləq: “Allah­dır!”– de­yə­cəklər. Onlar necə də haqdan döndəri­lirlər!” (əl-Ənkəbut, 61). Uca Allah həmçinin buyurur: “Əgər sən onlardan: “Göy­dən yağış nazil edib onunla ye­ri qu­ruduqdan sonra canlan­dı­ran kimdir?”– deyə so­ruşsan, onlar müt­ləq: “Allahdır!”– de­yə­cəklər. De: “Həmd olsun Alla­ha!” Lakin on­ların çoxu bunu başa düşmür” (əl-Ənkəbut, 63). O həmçinin buyurur: “Əgər onlar­dan özlərini kimin ya­ratdığını soruşsan, əl­bəttə: “Allah!”– de­yərlər. Gör necə də haqdan döndəri­lir­lər!” (əz-Zuxruf, 87). O həmçinin buyurur: “De: “Əgər bilirsinizsə, de­yin gö­rüm yer və onun üs­tün­də olan­lar ki­min­dir?” Onlar: “Allahındır!”– de­yə­cəklər. De: “Bəs düşünüb ib­rət al­ma­yacaq­sı­nız?” De: “Yeddi göyün Rəbbi və əzə­mətli Ərşin Rəbbi kim­dir?” Onlar: “Allahdır!”– de­yə­cək­lər. De: “Bəs qorx­mur­su­nuz?” De: “Əgər bilirsinizsə, de­yin gö­rüm hər şeyin hökmü əlində olan, hi­mayə edən, Özü­nün isə hi­mayəyə eh­ti­yacı ol­ma­yan kim­dir?” Onlar: “Allahdır!”– de­yə­cəklər. De: “Bəs necə olur ki, al­da­nır­­sınız?” (əl-Muminun, 84-89).
Müşriklər bütlərin yağış yağdırdıqlarını, bu aləmə ruzi ver­dik­lərini və işləri səhmana saldıqlarını etiqad etmirdilər. Ək­sinə, onlar etiqad edirdilər ki, bütün bunları edən pak və müqəddəs olan Allah­dır. Onu da etiqad edirdilər ki, Allahdan başqa tapındıqları bütlər məxluqdurlar, nə özlərinə, nə də onlara ibadət edənlərə müstəqil şə­kildə xeyir və ya ziyan toxundura bilməzlər. Onlar nə öldürməyə, nə həyat verməyə, nə də ki öləndən sonra diriltməyə qa­dirdirlər, nə eşitmir, nə də görmürlər.

𝐒𝐚𝐡𝐢𝐡 𝐃𝐮𝐚 𝐯𝐚 𝐙𝐢𝐤𝐫

21 Dec, 07:48


Müşriklər yəqin bilirdilər ki, büt­ün bunlar yalnız Allaha məxsus vəsflərdir və Onun heç bir şəriki yox­dur. Nə onlar, nə də ibadət etdikləri bütlər bunları etməyə qadir deyillər. Onlar bilirdilər ki, yaradan yalnız pak və müqəddəs olan Allahdır və Ondan savayı hər şey məxluqdur. Lakin onlar həmin bütləri Allahla özləri arasında vasitə edir, onları şəfaətçi qəbul edir və bu bütlərin onları Allaha yaxın­laşdırdıqlarına inanırdılar.
Bu barədə Uca Allah buyurur: “Doğrusu, əsl din ancaq Allaha məx­susdur. Allahı qo­yub baş­qa­la­rını özlə­rinə dost tutan­lar: “Biz, onlara an­caq bi­zi Allaha daha çox yaxın­laş­dır­sınlar deyə ibadət edirik”– de­yirlər. Əl­bəttə ki, Allah zid­diy­yətə düşdükləri şeylər barə­sin­də onların arasında Öz hök­münü ve­rəcək­dir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğ­ru yo­la yönəlt­məz” (əz-Zumər, 3). Yəni bütləri Allah yanında şəfaətçi edirdilər ki, Allah onlara yardım etsin, onlara ruzi versin və onların dünyadakı işlərini səhmana salsın.
Müşriklərin Allahın Rəbb olduğunu etiqad etmələri onları İs­la­ma daxil etməmişdir. Əksinə, Uca Allah onların müş­rik və kafir ol­duqlarını bildirmiş, onlara Cəhənnəm odunu və orada əbədi qala­caq­larını vəd etmiş, Öz elçisinə r də onların mallarını və qan­larını halal buyurmuşdur. Çünki onlar rübubiyyət tövhidinin tələb­lərini lazımınca yerinə yetirməmişlər – tək Allaha ibadət etməmişlər.
Bununla da aydın olur ki, təkcə Rübubiyyət tövhidi ilə kifayət­lənib onun ayrılmaz hissəsi sayılan Üluhiyyə tövhidini tərk etmək insanı Allahın əzabından xilas edə bilməz. Əksinə, bu, ibadəti vacib edən və isanın əleyhinə olan tutarlı bir əsasa çevrilir. Üluhiyyə tövhidinə əməl etməyən kəs əlbəttə ki, kafirdir, üstəlik onun qanı və malı halaldır.

@Ardı var

İslamın Əsasları 

𝐒𝐚𝐡𝐢𝐡 𝐃𝐮𝐚 𝐯𝐚 𝐙𝐢𝐤𝐫

20 Dec, 20:42


Sənin gedəcəyin ən son mənzilin buradır. Nəyinə güvənirsən

𝐒𝐚𝐡𝐢𝐡 𝐃𝐮𝐚 𝐯𝐚 𝐙𝐢𝐤𝐫

18 Dec, 12:19


#Ardı var
İmanın Əsasları

𝐒𝐚𝐡𝐢𝐡 𝐃𝐮𝐚 𝐯𝐚 𝐙𝐢𝐤𝐫

18 Dec, 12:18


I fəsil.
RÜBUBİYYƏ TÖVHİDİ.
 
I mövzu.
Mənası; Quran, Sünnə, ağıl və fitrətdən ona dəlillər.
 
1. Tərifi.
a) Lüğəti mənası: Rübubiyyə sözü rabəbə felindən əmələ gəl­miş məsdərdir. Rəbb sözü də bu feildən əmələ gəlmişdir. Rübubiyyə Allahın sifətidir. Bu, Allahın Rəbb adından götü­rülmüşdür. Rəbb sö­zü ərəb dilində müxtəlif mənalar daşıyır: Bunlardan bəziləri hökm­dar, itaət olunması gə­rəkən rəhbər, islah edəndir.
b) İstilahi mənası: Rübubiyyə tövhidi – Allahı Onun gördüyü işlərdə təkləşdirməyə deyilir. Bu işlərə yaratmaq, ruzi vermək, hökm­ranlıq etmək, nemət vermək, mülk sahibi olmaq, surət vermək, əta etmək və məhrum etmək, fayda vermək və zərər yetirmək, öldürüb-diriltmək, dəqiq idarə etmək, hökm vermək və təqdir etməyi mi­sal gös­tərmək olar. Bütün bu işlərdə Allahın şəriki yoxdur. Odur ki, hər bir bəndə bunlara iman gətirməlidir.
 
2. Dəlilləri.
a) Qurandan dəlillər.
Uca Allah buyurur: “O, göyləri görə biləcə­yi­niz bir di­rək olma­­dan yara­dıb sax­la­mış, yer sizi sil­kələ­məsin deyə, orada möh­kəm dağ­lar qurmuş və ora cürbəcür hey­vanlar yaymışdır. Biz göy­dən yağ­­mur yağdı­rıb ora­da cür­bə­cür gözəl bitkilər bitir­dik. Bunlar Allahın yaratdıq­larıdır. İndi siz mənə göstərin gö­rüm, On­dan baş­qaları nə ya­radıblar? Xeyr! Zalımlar açıq-aydın az­ğınlıq için­də­dirlər” (Loğ­man, 10-11). Uca Allah həmçinin buyurur: “Bəlkə onlar öz-özünə (ya­xud əbəs yerə) ya­ranıblar? Yaxud onlar yara­dan­lar­dır?” (ət-Tur, 35).
b) Sünnədən dəlillər.
İmam Əhməd və Əbu Davud Abdullah ibn Şixxirdən t Pey­ğəmbə­rin r belə dediyini rəvayət etmişdir: “Seyyid, Uca və Ulu Allahdır...” Tirmi­zinin "Sünən" əsərində və başqa rəvayətlərdə Pey­ğəm­bər r İbn Abbasa vəsiyyət edərək demişdir: “Bil ki, bütün üm­mət yığışıb sənə fayda vermək istəsə, Allahın sənin üçün yazdığın­dan baş­qa sənə heç bir fayda verə bilməzlər. Həmçinin əgər onlar yığışıb sənə bir zərər yetir­mək istəsələr, Allahın sənin üçün yazdığın­dan başqa sənə heç bir zərər yetirə bilməzlər. Artıq qələmlər qaldırıl­mış, mürəkkəblər də quru­muşdur.”[1]
c) Əqli dəlillər.
Ağıl Allahın möcüzələrinə baxıb onlar haqda düşünməklə Allahın varlığına və onun rübubiyyətdə tək olmağına, Onun kamil qüd­rət sahibi olmasına və insanlar üzərində nəzarət etməsinə dəlalət edir. Belə ki, Allahın yaratdıqlarına baxıb onunla Allahın rübubiyyətdə tək olma­sı­na müxtəlif yollarla dəlil gətirmək olar. Həmin yolların ən məş­huru ikidir:
Birinci yol. İnsanın yaradılışı barədə düşünməklə Allahın mö­cü­zələrinə nəzər salmaqdır ki, bu da nəfsi dəlalət adlanır. İnsan Allahın ən böyük möcüzələrindən biridir ki, bununla Allahın tək şə­riksiz ol­masına dəlil gətirmək olar. Uca Allah buyurur: “Qəti ina­nan­lar üçün yer üzündə dəlillər vardır. Sizin özünüzdə də dəlil­lər var­dır. Məgər görmür­sü­nüz?” (əz-Zariyat, 20-21). Uca Allah həmçinin buyu­rur: “And olsun nəfsə və onu yaradıb kamilləşdirənə” (əş-Şəms, 7). Əgər insan özü haqda, habelə Allahın onu qəribə biçimdə yaratdığı barədə dərindən düşünsə, başa düşər ki, onun Yaradan, Müdrik və (hər şeydən) Xəbərdar olan Rəbbi var. Axı insan özünün yaranmış olduğu nütfəni yarada bilməz, yaxud bu nütfəni lax­talanmış qana, qan laxtasını bir parça ətə və o bir parça əti sü­mük­lərə çevirə bil­məz, yaxud bu sümük­ləri ət ilə örtə bilməz.
İkinci yol. Allahın kainatı yaratmasındakı möcüzələrə nəzər sal­maqdır ki, buna da kainat dəlilləri deyilir. Bu da Allahın rübu­biy­yətinə dəlalət edən ən böyük möcüzələrdən hesab olunur. Uca Allah buyurur: “Quranın haqq olduğu on­lara ay­dın olana qədər, Biz dəlillə­ri­mizi on­la­ra həm kai­nat­da, həm də onların özlə­rində müt­ləq gös­tə­rəcəyik. Məgər Rəb­binin hər şeyə şahid olması ki­fayət de­yil?” (Fussilət, 53).
Hər kim kainata, yerə, göyə, ulduzlara və planetlərə, günəşə və aya, yer üzərindəki dağlara, ağaclara, dənizlərə və çaylara, gecə ilə gün­düzün bir-birini əvəz etməsinə, kainatın tam dəqiqliklə hərəkət et­mə­sinə nəzər salarsa, bütün bunları yaradan, yoxdan var edən və sahmana salan bir varlığın olmasına əmin olur.

𝐒𝐚𝐡𝐢𝐡 𝐃𝐮𝐚 𝐯𝐚 𝐙𝐢𝐤𝐫

17 Dec, 19:10


📲Kanalı paylaşaraq dəstək ola bilərsiniz.

𝐒𝐚𝐡𝐢𝐡 𝐃𝐮𝐚 𝐯𝐚 𝐙𝐢𝐤𝐫

16 Dec, 20:27


QURANI ANLAMAQ ÜÇÜN 7 MƏSLƏHƏT.


1️⃣ Heç vaxt bir ayəni mövzu daxilində digər ayə və hədislərdən ayrı başa düşməyə çalışmayın.

2️⃣ Muhəmmədin ﷺ və onun səhabələrinin təfsirlərinə üstünlük verin.

3️⃣ Ayənin nazil olması üçün səbəb olub-olmadığını araşdırın və mövzu ilə bağlılığını anlamağa çalışın.

4️⃣ Ərəb dilini bilmirsinizsə, etibarlı tərcümələri oxuyun.

5️⃣ Əqidə və fiqh ayələrini oxuyarkən alimlərin şərhlərini əsas götürün.

6️⃣ Quran oxuyarkən ön mühakimələrinizdən qurtulun.

7️⃣ Daha dərindən başa düşmək üçün Quran Elmlərini öyrənin.

𝐒𝐚𝐡𝐢𝐡 𝐃𝐮𝐚 𝐯𝐚 𝐙𝐢𝐤𝐫

15 Dec, 13:30


Fitnə dövrlərində həqiqətdə inadkar olmaq üçün nə etmək lazımdır:

1️⃣ Çox dua etmək.

2️⃣ Heç kimin görmədiyi gizli namazlar qılmaq.

3️⃣Quranın mənasını düşünərək oxumaq.

4️⃣Mübahisə olan mühitlərdən uzaq durun.

5️⃣ Saleh və yaxşı insanlarla dostluq etmək.

6️⃣ Çoxlu namaz qılmaq

𝐒𝐚𝐡𝐢𝐡 𝐃𝐮𝐚 𝐯𝐚 𝐙𝐢𝐤𝐫

21 Nov, 06:57


🪔Keçici Dünya üçün əbədi
olan Axirətini puç etmə! dərhal

💎Namaza Başla!..

𝐒𝐚𝐡𝐢𝐡 𝐃𝐮𝐚 𝐯𝐚 𝐙𝐢𝐤𝐫

20 Nov, 06:14


Dərs bitdikdən sonra qaydaları video şəklində başa salacam . Dərslər görüntüsüz keçiriləcək. Dərs günü ödənişi tələbələrin hamısı ödəyəndən sonra təyin olunacaq vaxtlar isə həftədə 2 dəfə 1 və 4 saat 21:00-da

Biri canlı dərs qrupu

https://t.me/+40N7gpfThR42MTUy

Biridə qaydalar

https://t.me/+W6MlfjLaRKA4NGIy

ƏTRAFLI ƏLAQƏ :
USTAZƏ @tovhidheyatimizdir.
Kənar şəxslər səyfəyə qətiyyən nə baxsın nədə yazsın halallıq verilmir

𝐒𝐚𝐡𝐢𝐡 𝐃𝐮𝐚 𝐯𝐚 𝐙𝐢𝐤𝐫

18 Nov, 19:34


🍀Uca Allah buyurur: "Məni yad edin (zikr edin) ki, Mən də sizi yad edim!" 🍀

📖(əl-Bəqərə, 152).

t.me/Sahih_Dua_va_Zikr

𝐒𝐚𝐡𝐢𝐡 𝐃𝐮𝐚 𝐯𝐚 𝐙𝐢𝐤𝐫

18 Nov, 19:18


Elədiki var🍀

𝐒𝐚𝐡𝐢𝐡 𝐃𝐮𝐚 𝐯𝐚 𝐙𝐢𝐤𝐫

16 Nov, 17:07


Diqqətlə dinləyin🌾

https://t.me/Sahih_Dua_va_Zikr

𝐒𝐚𝐡𝐢𝐡 𝐃𝐮𝐚 𝐯𝐚 𝐙𝐢𝐤𝐫

16 Nov, 13:48


https://t.me/Sahih_Dua_va_Zikr

𝐒𝐚𝐡𝐢𝐡 𝐃𝐮𝐚 𝐯𝐚 𝐙𝐢𝐤𝐫

15 Nov, 08:24


Kəhf surəsini oxumağı unutmuyaq 📖
Kimlərdə unutsa heç olmasa açıb burdan dinləsin.

𝐒𝐚𝐡𝐢𝐡 𝐃𝐮𝐚 𝐯𝐚 𝐙𝐢𝐤𝐫

13 Nov, 17:15


Rəvayətə görə, cahiliyyə dövründə müşrik kişi və qadınlar Kəbəni çılpaq təvaf edirdilər. Təvaf əsnasında onlar fit çalır və əlləri ilə alqış tuturdular. Bu, onlara görə dua sayılırdı. Yuxarıdakı ayədə onların bu batil əməllərinə işarə edilmişdir. 

💫Məlum olduğu kimi, Allahın vədi yerinə yetmiş, qısa müddət sonra Məkkəli müşriklər məğlub olmuş, etdikləri batil əməllər və uydurma ideologiyaları isə, tarixin tozlu səhifələrində itib-batmışdır.

 💥Burada günümüzdə özündən ibadət növləri uyduran və ya nəfsi rahatlığı üçün “vasitələr” axtaran kəslərə də işarə edilmişdir. Çünki, Quranın məqsədlərindən biri – keçmişdən misallar verməklə, yaşanılan dövr üçün ibrət alınmasına vəsilə olmaqdır.

𝐒𝐚𝐡𝐢𝐡 𝐃𝐮𝐚 𝐯𝐚 𝐙𝐢𝐤𝐫

03 Nov, 12:58


🖼Quranla Huzur tap🎧

𝐒𝐚𝐡𝐢𝐡 𝐃𝐮𝐚 𝐯𝐚 𝐙𝐢𝐤𝐫

03 Nov, 04:28


📝Bədəvilər gələrək:
"Ya Rasulullah! ﷺ müalicə olunaq mı?" deyə soruşdular. Rəsulullah ﷺ buyurdu ki: "Bəli, müalicə olunun, çünki gerçəkdən Allah özünə dərman təyin etmədiyi heç bir dərd yaratmamışdır.
Ancaq bir dərt müstəsnadır ki o da qocalmaqdır."🌴

🌴[Əhməd ibn Hənbəli, əl-Müsnəd, no:18454, 30/394-395]

𝐒𝐚𝐡𝐢𝐡 𝐃𝐮𝐚 𝐯𝐚 𝐙𝐢𝐤𝐫

02 Nov, 09:05


🤲Rəbbim Yer Üzündə olan bütün müsəlmanları qorusun. Zülmkarların zülmünə son qoyulsun inşə Allah📍

𝐒𝐚𝐡𝐢𝐡 𝐃𝐮𝐚 𝐯𝐚 𝐙𝐢𝐤𝐫

28 Oct, 20:11


Quran Dinlə😀

𝐒𝐚𝐡𝐢𝐡 𝐃𝐮𝐚 𝐯𝐚 𝐙𝐢𝐤𝐫

26 Oct, 18:51


🧕Sübhan Allah
Uşaqlarınızı çalışın dinli,
imanlı böyüdün.

𝐒𝐚𝐡𝐢𝐡 𝐃𝐮𝐚 𝐯𝐚 𝐙𝐢𝐤𝐫

26 Oct, 17:18


❤️Ananıza sizi nəyin kədərləndirdiyini söyləməyin, çünki o, sizdən çox kədərlənəcək.

Səni xoşbəxt edən şeyləri onunla paylaş, o sənin sevincinə səndən
çox sevinəcək.
🧕

𝐒𝐚𝐡𝐢𝐡 𝐃𝐮𝐚 𝐯𝐚 𝐙𝐢𝐤𝐫

26 Oct, 11:01


😀Kanalı paylaşın xeyirə vəsilə olun

𝐒𝐚𝐡𝐢𝐡 𝐃𝐮𝐚 𝐯𝐚 𝐙𝐢𝐤𝐫

25 Oct, 13:08


Cümə gününün son icabət saatlarıdı bol -bol etməyi unutmayaq ❗️🤲

𝐒𝐚𝐡𝐢𝐡 𝐃𝐮𝐚 𝐯𝐚 𝐙𝐢𝐤𝐫

24 Oct, 05:32


🤲Valideynlərə edilən dua
🔅Uca Allah buyurur:
🪻«...Mənə və valideynlərinə şükür et! 
Axır dönüş Mənədir»
( loğman14)


📚Sufyan ibn Ueynəh (Allah ona rəhmət etsin) demişdir: 

📌«Kim beş vaxt namazı qılarsa, artıq Allaha şükür etmiş 
olar.
🔖Kim namazların axırında valideynləri üçün dua 
edərsə, artıq valideynlərinə şükür etmiş olar

📥Təfsir Qurtubi: 14/65

𝐒𝐚𝐡𝐢𝐡 𝐃𝐮𝐚 𝐯𝐚 𝐙𝐢𝐤𝐫

23 Oct, 14:01


🔰Ömər bin Abdul-Əziz (rahiməhullah) çox vaxt belə dua edərdi:

✏️- Allahım məni Öz qədərindən razı sal və Öz qədərində mənə bərəkət ver ki,
♻️Sənin gecikdirdiyin şeyin tezləşməsini və tezləşdirdiyin şeyin də gecikməsini istəməyim...‼️


📚 ("Şuəbul İmən", 1/393)

𝐒𝐚𝐡𝐢𝐡 𝐃𝐮𝐚 𝐯𝐚 𝐙𝐢𝐤𝐫

23 Oct, 08:31


🌷"Kimisi qızılgülün ətrini anlamaz, kimisi isə acı otlardan bal hazırlayar. Kimisi etdiyin ən xırda yaxşılığı belə əbədi xatırlayar,
🥀kimisinə isə həyatı belə bağışlasan, yenə anlamaz, qədrini bilməz."⚡️

𝐒𝐚𝐡𝐢𝐡 𝐃𝐮𝐚 𝐯𝐚 𝐙𝐢𝐤𝐫

23 Oct, 04:41


🤲Ən fəzilətli dua

📕Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət olunur
ki, Peyğəmbər صلى الله عليه وسلم belə buyurmuşdur:
💝 «Qulun etdiyi bu
duadan daha əfzəl olan bir dua yoxdur: “Allahummə inni
əsəlukəl-muə’fə’t fid-dunyə vəl-ə’xirah”»
Duanın ərəbcəsi:
﴿ َّم اللَّ ُه إِن ِي َك أَ ْسأَلُ ةَ اْل ُمعَافَا فِي الدُّ ْنيَا َواْْل ِخ َرة﴾ِ
♻️Duanın tərcüməsi:
🎀“Allahım! Səndən həm bu dünyada,
həm də axirətdə salamatçılıq istəyirəm”.
💢İbni Macə 3851

𝐒𝐚𝐡𝐢𝐡 𝐃𝐮𝐚 𝐯𝐚 𝐙𝐢𝐤𝐫

22 Oct, 19:02


Şeyx Abdur-Rəzzaq Əl-Bədri (uca Allah onu qorusun) buyurub:

📲“Hər dəfə bu cihazı açanda xatırlaki, burada keçirdiyin vaxt əməlinin bir parçası olacaq, hansı ki,qiyamət günü Allah bu barədə səndən soruşacaq".⚡️
📴Günün sonunda Tövbə etməyi unutma‼️

Əziz izləyicilər zehmet olmasa kanalı paylaşın.
Xeyrə yönəldən xeyir etmiş kimidir.
Bəlkdə sizin paylaşmanız vasitəsilə kimsə xeyrə yönəldi və tövbə etdi.
https://t.me/Sahih_Dua_va_Zikr

𝐒𝐚𝐡𝐢𝐡 𝐃𝐮𝐚 𝐯𝐚 𝐙𝐢𝐤𝐫

22 Oct, 19:01


🌷 Əziz dinləyicilər
Allah hər birinizə bərəkət versin..💐
Keçmiş ve gelecek günahlarınızı bağışlasin ;her iki dünyada af ve afiyet içerisinde etsin..
🫵Ey qulm Senide bagisladim deyenler içerisinde sizde olasız.🌹Uca Allah ömrünüzü ibadət itaətle uzatsin🤲

𝐒𝐚𝐡𝐢𝐡 𝐃𝐮𝐚 𝐯𝐚 𝐙𝐢𝐤𝐫

22 Oct, 14:56


Əgər ölümü çox xatırlasan, dünyadakı işlərin sənə dəyərsiz gələr."

Sufyan əs-sovri رحمه الله 🖋

𝐒𝐚𝐡𝐢𝐡 𝐃𝐮𝐚 𝐯𝐚 𝐙𝐢𝐤𝐫

22 Oct, 08:05


🌹Allah-taala Yaqub haqqında danışarkən belə buyurur: «Dərd-qəmdən [həmişə ağlamaqdan Yəqubun] gözlərinə ağ gəldi. O, [bütün dərdini] içində çəkirdi [oğlanlarına bildirmirdi]»
(Yusif, 84).
Qətadə bu ayə haqda deyir: «Yaqub peyğəmbər hüzn və kədərini boğur və xeyirdən başqa bir söz söyləmirdi».
Həmmad ibn Sələmə Əli ibn Zeyddən, o da Yusif ibn Mehrandan, o da İbn Abbasdan
Peyğəmbərin belə deməsini rəvayət edir:
«Gözdən və qəlbdən gələn [kədər] Allahdan və onun mərhəmətindəndir. Əldən və dildən gələn [kədər] isə şeytandan

𝐒𝐚𝐡𝐢𝐡 𝐃𝐮𝐚 𝐯𝐚 𝐙𝐢𝐤𝐫

22 Oct, 05:46


📌Ayədəyi hikmətlər.
O, ata-anasını taxtın üstündə əyləşdirdi. Onlar hamısı onun qarşısında səcdə etdilər. O dedi: “Atacan! Bu, çoxdankı yuxumun yozumudur. Rəbbim onu gerçəkləşdirdi. O mənə lütf etdi. 📨O məni zindandan çıxartdı və şeytan mənimlə qardaşlarımın arasına ədavət saldıqdan sonra sizi səhradan yanıma gətirdi. Şübhəsiz ki, Rəbbim istədiyinə qarşı lütfkardır. Həqiqətən, O, Biləndir, Müdrikdir.

💠Yusif aleyhissəlləm bu məqamlara uca Alahın Hikmeti gərəyi imtahanları ilə gəlib çatmış , quyuya atılmış, Misirə kölə olaraq satılmış, Sarayda iftraya uğrayıb zindana düşmüşdür. Və bütün bunlar onun mülk sahibi bir peyğəmbər olmasına səbəb olmuşdur.Nəticədə həm dünyəvi həm də uxrəvi bir nemətə çatmışdır.Ancaq bütün bunlar isə özəl bir təqdirin, incə _incə işləyən bir dönəmin və xəyalları zorlayan bir yaşamın nəticəsində əldə edilmişdir.
💐Uca Allah bir şeyin olmasını istədikdə onun
səbəblərini var edər, onu asanlaşdırar və təqdir edər

𝐒𝐚𝐡𝐢𝐡 𝐃𝐮𝐚 𝐯𝐚 𝐙𝐢𝐤𝐫

22 Oct, 03:35


🌷Əl lətif adını təfəkkür edək..
Allah Öz qullarına qarşı Lütfkardır. O, istədiyinə ruzi verir. O, Qüvvətlidir, Qüdrətlidir.

🌺Uca Allah lütf və ehsan sahibidir. O, ( c,c) Qullarından dilədiyinə lütf edəndir.
Onun Əl Lətif adı ilə Qula etdiyi yaxşılıqları məxsusi olandır. Özəl səbəbləri , incəliklə planlanmış bir vaxtı və sahibini başqalarından fərqli edən bir yönü vardır..
Dəlil olaraq Yusuf surəsinin 100 cü ayəsini gətirmək olar .
Bismilləh.
Düşünmeniz üçün çox gözəl bir nümunədir..

𝐒𝐚𝐡𝐢𝐡 𝐃𝐮𝐚 𝐯𝐚 𝐙𝐢𝐤𝐫

21 Oct, 17:56


https://t.me/Sahih_Dua_va_Zikr?livestream

⚡️Qebir əzabına mane olan surə Mülk və Səcdə Surəsi dinləmək istəyirsizsə buyrub səsə qoşula bilersiz🌺

𝐒𝐚𝐡𝐢𝐡 𝐃𝐮𝐚 𝐯𝐚 𝐙𝐢𝐤𝐫

21 Oct, 15:21


اللَّهُمَّ صَيِّبًا نَافِعًا

Allahummə
sayyibən nafian.

Allahım, bu yağışı faydalı et!

𝐒𝐚𝐡𝐢𝐡 𝐃𝐮𝐚 𝐯𝐚 𝐙𝐢𝐤𝐫

21 Oct, 11:25


Həqiyqətən Adəm övladı özünə düşməndi.

Sələflərdən birindən soruşdular:

Sən dinində necəsən?
Dedi: Asiliklərlə onu yırtıram istiğfarla isə yamayıram bərpa edirəm.

[غذاء الألباب:278/2] 📚

“Allahım, mənə kömək et, çünki mən özümə düşmənəm
Sən isə bütün sirləri bilirsən.”