İslamla yaşa @islamlayasha Channel on Telegram

İslamla yaşa

@islamlayasha

Muradov Murad nəzarət edir.

«Məndən bir ayə olsa belə təbliğ edin (çatdırın).» (Buxari)

https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j

İslamla yaşa (Azerbaijani)

İslamla yaşa adlı Telegram kanalına xoş gəlmisiniz! Bu kanalda, Muradov Murad nəzarət edir və İslamı yaşamaq, günlük həyatımızda İslam prinsiplərini nəzərdən keçirməyə kömək edir. Müxtəlif məsələlər və ayələr paylaşaraq, İslam dini ilə bağlı daha geniş bir anlayış yaradır. Kanal, Buxari hadisində belə ifadə olunan kömək və təbligat misyonunu özündə daşıyır. İslamla yaşa kanalına qoşulmağa və məzmunundan istifadə etməyə dəvət edirik. Daha çox bilgi və məzmun üçün aşağıdakı linkdən kanala daxil olun: https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j

İslamla yaşa

17 Feb, 07:54

Futbol oyunlarına televizorda baxmaq səbəbi ilə namazı zay etmək.

İbn Bazz (rahiməhullah) demişdir:

Hər bir müsəlmana vacibdir ki, Allahın haqqını nəfsi istəklərindən, yarışmalara baxmaqdan və digər yarışmalardan önə çəkməlidir. Namaz Allahın haqqıdır. Vacibdir ki, yarışmalara və qeyrisinə baxan kəsə namaz yetişdiyi zaman, məşğul olduğu şeyləri tərk etsin. Qardaşları ilə birlikdə camaat namazını qılmağa tələssin.

Şeyxin rəsmi səhifəsindən

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

17 Feb, 02:25

Səid ibn Cubeyr (radiyallahu anhu) demişdir:

Qiyamət günü bəndəyə kitabı təqdim edilər, lakin orada namazını və orucunu görməz, ancaq yaxşı əməllərini görər. O deyər: "Ey Rəbbim, bu başqa birinin kitabıdır, mənim yaxşı əməllərim var idi, lakin bu kitabda yoxdur." Ona deyilər: "Şübhəsiz ki, Rəbbin nə azdırar, nə də unudar. Sən əməlini insanlar haqqında qeybət etdiyin üçün itirdin."

بحر الدموع لابن الجوزي

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

16 Feb, 17:01

Live stream finished (36 minutes)

İslamla yaşa

16 Feb, 16:24

Live stream started

İslamla yaşa

16 Feb, 14:45

🎙️İşa namazından sonra telegram kanalımızda Beynəlxalq Mədinə İslam Univeristetinin məzunu Mərdanlı Pünhanın canlı dərsi olacaqdır.

💎
https://t.me/islamlayasha

İslamla yaşa

16 Feb, 07:55

Unudulmuş sünnə

Bütün vaxtlarda dəstəmazı qorumaq

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) demişdir:

"Doğru yolda olun, bunu da tam bacarmayacaqsınız, dəstəmazı yalnız mömin qoruyar." (İbn Macə 278)

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) Bilala (radiyallahu anhu) demişdir: "Ey Bilal! Cənnətdə məni nə ilə qabaqladın? Mən dünən axşam Cənnətə daxil oldum, önümdə sənin ayaqlarının səsini eşitdim."

Bilal dedi: Ey Allahın Rəsulu, mən nə zaman azan verdimsə, iki rukət namaz qıldım. Nə zaman dəstəmazım pozuldusa dərhal dəstəmaz aldım. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) dedi: Məhz buna görə.

(Tirmizi 3689)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

15 Feb, 10:02

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

İki nəfər bir-birini Allah üçün sevdikdən sonra onları yalnız onlardan birinin etdiyi günah ayırar.

(Əs silsilətus sahihə 637)

Şərh: İki müsəlman Allah üçün bir-birini sevərsə, sonra araları dəyərsə, bu onların birinin etdiyi günah səbəbi ilə olmuşdur. Bu səbəbdən də Allah bu günahın cəzası olaraq onların arasındakı qardaşlığı qaldırar.

Bu hədisdən çıxan faydalar:

1) Müsəlmanı sevmək ibadətdir.
2) İki müsəlman qardaşının ayrılığının səbəbi birinin etdiyi günahdır.

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

15 Feb, 03:38

İmam İbn Qudamə (rahiməhullah) demişdir:

"Keçmiş salehlər öz qüsurlarını onlara bildirənləri sevərdilər. Bizə isə indi, insanlardan ən nifrət etdiyimiz kəslər qüsurlarımızı bizə bildirənlər olur

مختصر منهاج القاصدين 157

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

14 Feb, 19:31

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

Şaban ayının ortasından sonra oruc tutmayın!"

(Əbu Davud 2337, Şeyx Albani rahiməhullah onu səhihləşdirmişdir.)

İbn Bazz (rahiməhullah) demişdir:

Şaban ayının ortasından sonra oruc tutulmasına qadağan olan bu hədis səhihdir. Necə ki qardaşım şeyx Nasirəddin əl-Albani demişdir. Bu hədisdə qəsd olunan qadağa şaban ayının ortasından sonra oruca başlamağa aiddir. Lakin kim bu ayın çoxusun və ya bütün ayı oruc tutubsa, sünnəyə müvafiq olmuşdur.

مجموع الفتاوى 385/15

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

14 Feb, 10:24

Cümə günü əsr namazından sonra saleh insanların halı

Tavus ibn Kəsyən Cümə günü əsr namazı qıldıqdan sonra qibləyə yönələr, günəş batana qədər heç kimlə danışmazdı.

تاريخ واسط

Əl-Mufəddalə ibn Fədalə Cümə günü əsr namazını qıldıqdan sonra məscidin bir küncünə çəkilər, günəş batana qədər dua edərdi.
اخبار القضاة

Səid ibn Cubeyr Cümə günü əsr namazını qıldıqdan sonra günəş batana qədər heç kəs danışmazdı. (Yəni dua ilə məşğul olardı)

زاد المعاد 382/1

Əl-Saltu ibn Bistamın gözləri tutulmuşdur. Bu səbəbdən də o oturmuşdu. Cümə günü əsr vaxtı qardaşları onun üçün dua etdilər, məğrib namazından əvvəl asqırdı və gözləri açıldı.
تاريخ دمشق

İbn Qayyim (rahiməhullah) demişdir:

Bu saat əsr namazından sonra sonuncu saatdır. Bütün dinlərin nümayəndələri bu saatı əzəmətləşdirmişdirlər.

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

14 Feb, 07:09

Sevgililər günü

Şeyx Useymin (rahiməhullah) demişdir:

Sevgililər gününü qeyd etmək bu baxımdan icazəli deyildir:

1. Sevgililər günü bidət bayramdır (sonradan ortaya çıxmışdır), şəriətdə onun əsası yoxdur.

2. Bu bayram eşqə və həddin aşmış məhəbbətə çağırır.

3. Sevgililər günündə keçmiş saleh insanların yoluna müxalif və önəmsiz olan bu şeylərə qəlbin məşğuliyyətinə çağırış vardır.

Bu gündə sevgililər gününün nişanələrindən bir şeyi ortaya çıxartmaq - fərqi yoxdur yemək-içmək olsun, geyinmək, hədiyyələşmək və s. halal deyildir. Müsəlmanın üzərinə vacibdir ki, öz dinində izzətli olsun, hər bir çağırana tabe olub onlara uymasın.

(Məcmu'ul Fətəvə 16/19)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

14 Feb, 02:43

14 fevral sevgililər günü

🔥"Sevgililər günü bütpərəst nəsrani bayramlarındandır. Allaha və Axirət gününə iman edən müsəlmana o günü qeyd etmək, onu təsdiq etmək, təbrik etmək icazəli deyildir.
Əksinə Allaha və Rəsuluna icabət edərək, Allahın cəzasına və qəzəbinə səbəb olacaq şeylərdən uzaqlaşaraq onu tərk etmək və ondan çəkinmək vacibdir."
(əl Ləcnətul Daiməh-əl Məcmu'atus Səniyəh 2/262)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

13 Feb, 16:08

🌑Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

Şaban ayının on beşinci gecəsi Allah Təalə məxluqatına nəzər yetirər. Müşrik və arasında düşmənçilik olanlardan başqa hər kəsi bağışlayar.

[İbn Macə 1390]

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

13 Feb, 11:59

Şeyx əl-Useymi (hafizahullah) demişdir:

Müsibətin enməsinin faydalarından biri də “qəlblərin yumşalmasıdır”, çünki insan bu bəlanın qaldırılmasında və dəf edilməsində Rəbbinə möhtac olur və Ona yalvarıb sığınır. Əgər müsibət zamanı Allaha sığınıb Ona yalvarmazsa, qəlbi sərtləşmiş olar və bu, şeytanın ona gözəl göstərdiyi təkəbbürdən irəli gəlir. Belə bir adamı Allah qəflətən yaxalaya bilər, o zaman o, məhv olar və xilas olmaq ümidindən məhrum qalar.

Rəsmi səhifəsindən.

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

13 Feb, 06:46

Həsənul Bəsri (rahiməhullah) belə demişdir:

Həqiqətən, təqva əhlini bəzi əlamətlərlə tanımaq olar:

🔸Doğru danışmaq

🔸Əhdə vəfa etmək

🔸Qohum-əqrəbaya qayğı göstərmək

🔸Zəiflərə mərhəmət göstərmək

🔸Fəxr və təkəbbürdən uzaq olmaq

🔸Yaxşılıq etmək

🔸İnsanlar qarşısında özünü göstərməyə çalışmamaq

🔸Gözəl əxlaq sahibi olmaq

🔸Allah Təalaya yaxınlaşmağa aparan geniş qəlbli və mülayim olmaq

حلية الاولياء (1/270)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

12 Feb, 15:27

Baxımına ehtiyaclı olan kəslərə xərcləməyin əmr olunması

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

Bir kimsəyə sahib olduğu kəslərin yeyəcəyini verməməsi günah olaraq kifayət edər.

Muslim 996

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

12 Feb, 11:16

Bidət (İslamda yenilik etmək)

İmam Malik (rahiməhullah) demişdir:

Kim İslamda bir bidət edib onu gözəl görərsə, artıq Muhəmmədin (sallallahu aleyhi və səlləm) risalətə xəyanət etdiyini iddia etmişdir. Çünki Uca Allah buyurur:
{ Bu gün dininizi sizin üçün kamil etdim} (Maidə surəsi ayə 3)
O zaman nə din deyildirsə, bu gündə o dindən sayılmır.

الاعتصام للشاطبي 1/28

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

11 Feb, 11:24

Uca Allah buyurur:

Ey iman gətirənlər! Allahdan qorxun və əgər möminsinizsə, sələmdən qalan məbləğdən vaz keçin. Əgər belə etməsəniz, Allahın və Onun rəsulunun sizə müharibə elan etdiyini bilin. Yox, əgər tövbə etsəniz, sərmayəniz sizindir. Nə siz zülm edərsiniz, nə də sizə zülm olunar.

(Bəqərə surəsi 278-279-cu ayə)

İmam Malik (rahiməhullah) demişdir:

Mən Allahın Kitabını və Onun peyğəmbərinin (sallallahu aleyhi və səlləm) sünnəsini nəzərdən keçirdim və ribadan (sələmə, faiz) daha şərli bir şey görmədim. Çünki Allah ona qarşı müharibə elan etmişdir.

تفسير القرطبي 4/405

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

11 Feb, 03:28

İbn Əl-Qayyim (rahiməhullah) demişdir:

Bir alimdən eşq haqqında soruşdular. O dedi:

"Allahın zikrindən qafil olan qəlblərdir. Bu səbəbdən də, Allah onları başqasına qul olmaqla imtahana çəkdi."

إغاثة اللهفان 1/112

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

10 Feb, 09:50

İmam Əhməd (rahiməhullah) demişdir:

Qardaşını bağışla. Çünki sənin səbəbin ilə Allahın ona əzab verməsinin sənə faydası olmayacaqdır.

سير اعلام النبلاء 262/11

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

23 Jan, 03:32

Əs - Sə'di (rahiməhullah) demişdir:

❗️Günahlar əxlaqı, əməlləri və ruzini korlayır.

التفسير 318

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

22 Jan, 09:37

Uca Allah buyurur:

Bu, onların (günahkarların) danışa bilməyəcəkləri (bir) gündür. Onlara üzrxahlıq üçün izin belə verilməyəcəkdir.

(Mursəlat surəsi ayə 35-36)

Həmçinin buyurmuşdu:

Həmin gün zalımlara üzür gətirmələri fayda verməyəcək və onlardan tövbə etmələri də tələb olunmayacaq.

(Rum surəsi ayə 57)

Axirətdə üzrxahlıq qəbul olunmayacaqdır. Məhz buna görə də istiğfar, tövbə, təsbih (Subhənəllah), təhlil (lə iləhə illəllah) və Allahı zikr etmək üçün ömründə saylı fürsətlər var.

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

22 Jan, 02:53

Doğrudurmu ki, azan və iqamə arasında dua etmək və istiğfar etmək quran oxumaqdan daha xeyirlidir?

Şeyx Saleh əl-Fovzan hafizahullah demişdir:

Cavab: bəli. Çünki azan və iqamə arasında dua etmək təkid olunmuş və şəriətdə təyin edilmişdir. Azan və iqamə arasında dua etmək geri çevrilmir. Bu zaman dua edilmədikdə həmin vaxt itirilir. Quran oxumaq vaxtı isə itirilmir. Onun vaxtı genişdir və başqa vaxtda da onu oxumaq olur.

الموقع الرسمي "فضل الدعاء بين الأذان والإقامة"

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

21 Jan, 10:38

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

Dəvətə icabət edin, hədiyyəni rədd etməyin və müsəlmanları vurmayın.

Səhih əl-Cəmi' əs-Sağir, (158).

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

21 Jan, 02:38

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

“Allah yolunda (cihad edilməsi üçün) xərclədiyin pul, kölə azad etmək üçün xərclədiyin pul, kasıba sədəqə verdiyin pul və ailə üzvlərinin ehtiyacını qarşılamaq üçün xərclədiyin pul ki var, məhz onların içində sənə ən çox savab qazandıracaq olanı ailən üçün xərclədiyin puldur”.

(Muslim 995)

Həmçinin demişdir:

“Bir adamın xərclədikləri içində ən fəzilətlisi ailəsinin ehtiyaclarına xərclədiyidir. Sonra Allah yolunda cihad etmək üçün bəslədiyi atına xərclədiyi pul və birlikdə Allah yolunda cihad etdiyi yoldaşlarına xərclədiyidir”

(Muslim 994)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

20 Jan, 18:35

Allah Rəsulu sallallahu aleyhi və səlləm belə demişdir:

“Qadınlara qarşı xoş rəftar etməyi tövsiyə edirəm. Vəsiyyətimə qulaq asın. Çünki qadın qismi qabırğa sümüyündən yaradılmışdır. Qabırğa sümüyünün ən əyri yeri üst tərəfidir. Əyri sümüyü düzəltməyə çalışsan, qırarsan. Özbaşına buraxsan, əyri qalar. Elə isə qadınlar haqqında tövsiyəmə riayət edin”.
(Buxari 3331)

Həmçinin demişdir:

“Qadın qabırğa sümüyündən yaradılmışdır. Hər zaman səni razı salmaya bilər. Əgər ondan faydalanmaq istəsən, bu halı ilə də faydalana bilərsən. Əgər düzəltmək istəsən, qırarsan. Qadının qırılması da boşanmasıdır”.

(Muslim 1468)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

20 Jan, 12:36

Allah Rəsulu sallallahu aleyhi və səlləm belə demişdir:

“Allahım, iki zəifin – yetimlə qadının haqqını yeməkdən hər kəsi çəkindirirəm”.

(İbn Macəh 3678, Şeyx Albani rahiməhullah onu həsənləşdirmişdir.)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

19 Jan, 15:31

4️⃣Qeyri-müsəlman olan valideynlərə qarşı rəftar

Beynəlxalq Mədinə İslam universitetinin məzunu Mərdanlı Pünhan.

İslamla yaşa

19 Jan, 11:59

İmam Əbu Hatim ibn Hibban (rahiməhullah) demişdir:

Kəramətli olan o kəsdir ki, bir kimsə ona bir şey verdikdə təşəkkür edər, ona verməzsə ona üzr gətirər. Onunla əlaqəni kəsənlə əlaqə qurar. Kim onunla əlaqə qurarsa, ona hörmət edər. Kim ondan istəyərsə, ona verər. Ondan istəməzsə, ilk başdan özü verər. Zəif gördüyü bir kəsə rəhm edər. Onu kim alçaldarsa, ölümü özü üçün daha dəyərli hesab edər. Rəzil olan kəs isə vəsf etdiklərimiz xislətlərin əksidir.

روضة العقلاء 174

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

19 Jan, 03:56

Uca Allah buyurur:

Həqiqətən də: “Rəbbimiz Allahdır!”– deyib sonra düz yol tutan kəslərə (ölüm anında) mələklər nazil olub (deyirlər:) “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!

(Fussilət surəsi ayə 30)

İmam əl-Qurtubi (rahiməhullah) demişdir:

Mələklər düz yol tutan kəslərə sıxıntılı yerlərdə sevinc, fərəh və müjdə ilə enərlər.

Vaki ibn əl-Cərrah (rahiməhullah) demişdir:

Müjdə 3 yerdədi:

1) Ölüm anında ;
2) Qəbirdə;
2) Diriliş zamanı.

الجامع الأحكام القرآن 480/24

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

18 Jan, 17:13

Muhəmməd ibn Sirin (rahiməhullah) demişdir:

"Kişinin Quran oxuyub, sonra yanındakı ilə danışması daha sonra yenidən oxumağa qayıtması məkruhdur (bəyənilmir).

فضائل القرآن لأبي عبيد 190 بتصرف يسير

Qeyd: Buradakı qəsd ehtiyac olmadan qiraəti kəsmək nəzərdə tutulur. Əgər tilavəti kəsib söyüş söyərsə yaxud da qeybət edərsə, bu Quranı təzim etməyi və ucaltmağı tərk edərək haramdır.

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

18 Jan, 09:21

Uca Allah buyurur:

Onlardan ötrü nə göy, nə də yer ağladı. Onlara möhlət də verilmədi.

Duxan surəsi ayə 29

Atta əl-Xarasəni (rahiməhullah) demişdir:

Yer üzünün hər hansı bir yerində Allah üçün səcdə edən elə bir qul yoxdur ki, o yer ona qiyamət günü şahidlik etməsin və öldüyü gün onun üçün ağlamasın.

حلية الاولياء 197/5

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

17 Jan, 19:22

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

“Qıtlıq yağışın yağmaması deyildir. Lakin qıtlıq sizə yağışın təkrar-təkrar yağaraq heç bir şeyin yerdə bitməməsidir.”

(Muslim 2904)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

17 Jan, 12:01

Malik ibn Dinar (rahiməhullah) demişdir:

Şübhəsiz, kişinin haram olan bir dirhəmi tərk etməsi, onun üçün yüz min dirhəm sədəqə verməsindən daha xeyirlidir.

المجالسة و جواهر العلم 125/5

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

17 Jan, 10:15

3️⃣Valideynlərin üzünə ağ olmaq ən böyük günahlardandır.

Beynəlxalq Mədinə İslam universitetinin məzunu Mərdanlı Pünhan.

İslamla yaşa

17 Jan, 03:48

Cabir (radiyallahu anhu) belə rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) cümə günü (minbərdə) oturarkən dedi: “Oturun.” İbn Məsud (radiyallahu anhu) bunu eşitdi və məscidin qapısının yanında oturdu. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) onu görüb belə dedi: “Ey Abdullah ibn Məsud bura gəl!”

(Əbu Davud 1091)

İbn Həcər (rahiməhullah) demişdir:

İbn Məsud (radiyallahu anhu) bunu eşitdi və məscidin qapısının yanında oturdu yəni, Allah Rəsulunun sözünə həmən boyun əyib itaət etdi.

Qeyd: Hər bir müsəlmana üzərinə vacibdir ki, Allah və Onun Rəsulunun əmri gəldikdə həmən boyun əyib itaət etsin. Necə ki səhabələr belə edərdilər.

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

16 Jan, 19:10

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) demişdir:

"Cənnətin bitkilərini çoxaldın! Həqiqətən, onun suyu şirin, torpağı isə xoşagəlimlidir. Elə isə "lə həvlə və lə quvvətə illə billəh" (deməklə) onun bitkilərini çoxaldın!

(Sahihul Cami 1213)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

16 Jan, 16:25

Live stream finished (37 minutes)

İslamla yaşa

16 Jan, 15:48

Live stream started

İslamla yaşa

16 Jan, 11:34

🎙️İşa namazından sonra telegram kanalımızda Beynəlxalq Mədinə İslam Univeristetinin məzunu Mərdanlı Pünhanın canlı dərsi olacaqdır.

💎
https://t.me/islamlayasha

İslamla yaşa

16 Jan, 07:32

Tabeçiliyində müsəlman qardaşları olan müdirlərə və şirkət sahiblərinə Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) lətafətli dilindən nəsihəti:

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

Kölələriniz sizin qardaşlarınızdır! Allah on­ları sizin tabeçiliyinizə vermişdir. Kimin qar­da­şı öz tabeçiliyi altında olsa, yedi­yindən ona da yedirtsin, geyin­diyindən ona da ge­yindirsin! Onları gücləri çatmadığı bir işlə yükləməyin. Hərgah, onları güc­lə­ri çatmadığı bir işlə yükləsəniz, onda onlara yardım edin.”

(Buxari 30)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

15 Jan, 10:21

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

Əgər bir müsəlman kamil şəkildə dəstəmaz alıb sonra namaza qalxıb nə dediyini başa düşərsə, namazı bitirən kimi anasından yeni doğulmuş uşaq kimi olar.

(Sahihut tərğib vət tərhib 190)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

15 Jan, 03:17

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

"Ən şər yemək toy ziyafətinin yeməyidir. Ona gəlmək istəyənlər (kasıblar) çağrılmaz, gəlməyənlər (varlılar) dəvət olunar. Kim dəvəti qəbul etməzsə, artıq Allah və Rəsuluna asi olmuş olar."

(Muslim 1432)

Həmçinin demişdir:

“Zənginlərin çağırılıb, kasıbların çağırılmadığı toy ziyafəti nə pis bir ziyafətdir”.

(Muslim 1432)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

14 Jan, 18:29

2️⃣.Valideynlərin istəklərini həyata keçirtmək.
Beynəlxalq Mədinə İslam universitetinin məzunu Mərdanlı Pünhan.

İslamla yaşa

14 Jan, 10:55

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

Kim Allahın kölgəsində kölgələnməsini sevirsə, borcu qaytarmaqda çətinlik çəkənə möhlət versin və ya borcundan silsin.

İbn Macəh 2419

Həmçinin demişdir:

Kim borcu qaytarmaqda çətinlik çəkənə möhlət verərsə, hər gününə görə ona bir sədəqə savabı verilər. Kim də borcun vədəsi gəldikdən sonra möhlət verərsə, hər gününə görə ona borcun misli qədər sədəqə savabı verilər.

İbn Məcəh 2418

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

14 Jan, 03:25

Uca Allah buyurur:

Zəiflik göstərməyin və kədərlənməyin. Əgər möminsinizsə, (bilin ki,) üstün olan kəslər sizsiniz.

(Ali İmran surəsi ayə 139)

İbn Əl-Qayyim (rahiməhullah) demişdir:

Qulda olan imanın miqdarı qədər onun üstünlüyü vardır.

إغاثة اللهفان 912/2

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

13 Jan, 10:14

Ənəs ibn Malik (radiyallahu anhu) rəvayət edilir ki, belə demişdir:

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) Xeybəri fəth etdikdə, şəhərin xaricində eşşəkləri ələ keçirib onlardan yemək bişirdik. Buna görə Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) carçısı səsləndi: bilin və agah olun ki, Allah və Onun Rəsulu sizə onu qadağan etmişdir. Çünki o, şeytan əməlindən olan bir pislikdir. Həmin qazanları içərsindəkiləri ilə birlikdə çevirdilər. Onlar içərilərində olan ətlərlə qaynayırdı.

(Muslim 1940)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

13 Jan, 03:29

Təlhə ibn Ubeydullah (radiyallahu anhu) rəvayət edir ki, Nəcd əhlindən olan, saçları dağınıq bir kişi Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəldi. Biz uzaqdan onun gurultulu səsini eşidir, amma nə dediyini anlamırdıq. Nəhayət, yaxına gəldi və aydın oldu ki, İslam ba­rəsin­də soruşur. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: “Bir gün və bir gecə ərzində beş vaxt namaz (qılmalısan).” Kişi so­ruşdu: “Mə­nə bundan başqası vacib buyru­lub­­mu?” (Peyğəm­bər (sallallahu aleyhi və səlləm)): “Xeyr! Yalnız könüllü olaraq qıldığından başqa”– de­yə cavab verdi. Sonra Peyğəm­bər (sallallahu aleyhi və səlləm) buyurdu: “Ramazan orucunu da (tutma­lı­san).” (Kişi) soruş­du: “Mə­nə bundan başqası vacib buyrulubmu?” (Peyğəm­bər (sallallahu aleyhi və səlləm)): “Xeyr! Yalnız könüllü olaraq tutduğundan başqa”– deyə cavab verdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona zəkatın vacibliyi­ni də bildirdi. (Kişi) soruş­du: “Mə­nə bun­dan başqası vacib buyrulubmu?” (Pey­ğəm­bər (sallallahu aleyhi və səlləm)): “Xeyr! Yalnız könüllü olaraq ver­diyindən başqa”– deyə cavab verdi. Kişi: “Vallahi ki, mən buna heç nə ar­tır­ma­yacağam və heç nə əskiltməyəcə­yəm”– dedi və dönüb getdi. Peyğəm­bər (sallallahu aleyhi və səlləm) bu­yurdu: “Əgər doğru deyirsə, nicat tapacaq­dır.”

(əl-Buxari, 46)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

12 Jan, 18:35

🌑Bir illik oruc savabı qazanmaq istəyənlər üçün gözəl fürsət….!

Ag günlərin orucu

Hal-hazırda hicri təqvimi ilə Rəcəb ayındayıq. Bu ayın 13, 14 və 15-ci günləri – 13 yanvar (bazar ertəsi), 14 yanvar (çərşənbə axşamı) və 15 yanvar (çərşənbə) tarixlərinə təsadüf edir.

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

“Hər aydan üç gün oruc tutmaq, bir il oruc tutmağa bərabərdir. Ağ günlər (həmin gecələrdə ay parıltılı olduğu üçün belə adlanıb) ayın on üçü, on dördü və on beşinci günləridir.”

(Nəsai 2419)

______
🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

12 Jan, 16:20

https://youtu.be/Fhmb7d6Uoi8?si=uZo79y8sZ2R26B0u

İslamla yaşa

12 Jan, 10:45

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

Cənnət əhli Cənnətə daxil olacağı zaman dünyada ikən onlarla birlikdə xeyir üzərində olan bəzi yoldaşlarını Cənnətdə tapa bilməyəcək və onlar barədə Uca Allahdan soruşaraq belə deyəcəklər: "ey Rəbb, bizimlə birlikdə namaz qılan, bizimlə birlikdə oruc tutan qardaşlarımız vardı, onları (burada) görmürük." Uca Allah belə buyuracaqdır: "Cəhənnəm oduna gedərək qəlbində zərrə qədər iman olan kəsləri oradan çıxarın."

(Əs-silsilətus sahihə 3054)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

12 Jan, 03:45

Təvazökarlıq

İbn Əl-Qayyim (rahiməhullah) demişdir:

"Təvazökarlıq: Allah üçün qəlbi sındırmaq, özünü aşağı tutmaq və insanlara qarşı mərhəmətli olmaqdır. (Bu cür insan) özünü heç bir kimsədən üstün saymaz, heç kimin üzərində haqqının olduğunu düşünməz, əksinə, (insanların) onun üzərində haqqının olduğunu düşünər."

(Məalim fi Tariyqi Talibil-İlmi, səh 145)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

11 Jan, 11:46

İbn Muflih (rahiməhullah) buyurub:

Kişi qadına olan qəzəbini 40 gün gizlədir, amma sevgisini bir gün belə gizlədə bilmir.
Qadın isə kişiyə olan sevgisini 40 gün gizlədir, amma qəzəbini bir gün belə gizlədə bilmir.

(الآداب الشرعية 134/3)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

11 Jan, 04:11

Uca Allah buyurmuşdur:

Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik.

(Fatihə surəsi, 5)

İbn Qayyim (rahiməhullah) demişdir:

Həqiqətən qəlbə iki böyük xəstəlik üz verir. Əgər qul bu iki xəstəliyi müalicə etməsə, bu onu həlaka aparacaqdır. Bu iki xəstəlik riya və təkəbbürlükdür. Gərəkdir ki, riyanı "yalnız Sənə ibadət edirik" ayəsi ilə müalicə etsin, təkəbbürlüyü isə "yalnız Səndən kömək diləyirik" ilə aradan qaldırsın. (sağaltsın)

Mən İbn Teymiyyədən (rahiməhullah) çox eşidirdim ki, belə deyərdi:
"Yalnız Sənə ibadət edirik" riyanı dəf edir, "yalnız Səndən kömək diləyirik" isə təkəbbürlüyü dəf edir.

مدارج السالكين 78/1

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

10 Jan, 20:06

1️⃣. Valideynlərə gözəl rəftar etmək.
Beynəlxalq Mədinə İslam universitetinin məzunu Mərdanlı Pünhan.

İslamla yaşa

10 Jan, 12:30

Uca Allah buyurur:

Əgər kasıblıqdan qorxursunuzsa, (bilin ki,) Allah istəsə, Öz lütfündən (bəxş etməklə) sizi varlandırar. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir.

(Tövbə surəsi ayə 28)

Əl-Bəqai (rahiməhullah) demişdir:

Kim bu dünyanı din xatirinə tərk edərsə, Allah Subhənəhu və Təala ona dünyadan istədiyini, din məsələsində razı olduğu şeylə bərabər nəsib edər. Kim Allah üçün bir şeyi tərk edərsə, Allah ona ondan daha xeyirlisi ilə əvəz edər.

نظم الدرر 433/8

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

10 Jan, 03:20

İbn Əl-Qayyim (rahiməhullah) belə demişdir:

''Qiyamət günü cənnət əhlinin Allah təalanın üzünü görməyə olan yaxınlığı, onların cümə günü imama və ilk təkbirə olan yaxınlığı miqdarında olacaqdır.''

(Zədul-Məad 149)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

09 Jan, 16:15

Live stream finished (38 minutes)

İslamla yaşa

09 Jan, 15:37

Live stream started

İslamla yaşa

09 Jan, 13:37

🎙️İşa namazından sonra telegram kanalımızda Beynəlxalq Mədinə İslam Univeristetinin məzunu Mərdanlı Pünhanın canlı dərsi olacaqdır.

💎
https://t.me/islamlayasha

İslamla yaşa

09 Jan, 11:30

Bu ikisi eyni ola bilərmi?

Uca Allah buyurur:

(Ey Muhamməd!) De: “Murdar şeyin çox olması sənin xoşuna gəlsə belə, murdarla təmiz eyni ola bilməz”. Ey ağıl sahibləri! Allahdan qorxun ki, bəlkə nicat tapasınız.

(Maidə surəsi ayə 100)

📝🔸Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

09 Jan, 03:46

❗️Quran qiraətinə qarşı tənbəl olduqda və ya səhlənkarlıq etdikdə bunu xatırla!

✔️Bir səhifədə - 5000 savab
✔️1 cüz-də - 100000 savab
✔️Bir dəfə xətm etdikdə- 3000000 savab vardır.

Uca Allah buyurur:
Allah istədiyi kimsənin mükafatını artırar. Allahın (lütfü) genişdir, O (hər şeyi) biləndir.

Bəqərə surəsi ayə 261

📝🔸Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

08 Jan, 18:28

https://youtu.be/4teikJnQbR4?si=8K648j5MwSwHQ4ho

İslamla yaşa

08 Jan, 12:41

Uca Allah buyurur:

Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, Kitabda (lövhi-məhfuzda) olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır. (Ey insanlar!) Bu, əlinizdən çıxana kədərlənməməyiniz və Allahın sizə verdiyinə fərəhlənməməyiniz üçündür. Allah heç bir özündən razını, (özü ilə) fəxr edəni sevməz.

(Hədid surəsi ayə 22-23)

İkramə (rahiməhullah) demişdir:

Elə bir kəs yoxdur ki, fərəhlənməsin və kədərlənməsin. Lakin onlar (möminlər) fərəhlərini şükrə, kədərlərinə isə səbrə çevirmişdilər.

تفسير القرآن العظيم 27/8

📝🔸Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

08 Jan, 03:31

Əbu Bəkr Varraq (rahiməhullah) demişdir:

Rəcəb ayı əkin ayıdır. Şaban ayı onu suvarmaq ayıdır. Ramazan ayı isə onu biçmək ayıdır.

( Lətaiful Məarif 121 )

📝🔸Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

07 Jan, 14:17

Ümrə və yaxud Həcc üçün niyyət edib ehrama girən daha sonra üzürlü səbəblərdən ehramdan çıxmaq istəyən kəs nə etməlidir?

Şeyx İbn Bazz (rahiməhullah) demişdir:

Uca Allah buyurur:

Allah üçün həcc və ümrəni tam yerinə yetirin. Əgər sizə (ziyarət etməyə) maneçilik törətsələr, müyəssər olan bir qurban kəsin. (Bəqərə surəsi ayə 196)

Doğru olan odur ki, maneçilik düşmən vasitəsilə və yaxud düşməndən başqa xəstəlik kimi digər səbəblərə görə də olur. Bu səbəbə görə heyvan kəsir və başını qırxır yaxud da saçın azaldır. Bununla da ehramdan çıxır. Bu ehramdan üzrlü səbəbdən dolayı çıxmaq istəyənin hökmüdür. Heyvanı ehramdan çıxdığı yerdə kəsir istər haramda olsun, istər də haram olmayan ərazidə olsun. Heyvanın ətini haramdan kənar ərazidə olsa belə kəsdiyi yerdəki kasıblara paylayır. Əgər ətrafında bir kəs tapması asan olmazsa, haramda olan kasıblara və ya ətrafındakı olan kasıblara yaxud da bəzi kəndlərin kasıblarına göndərir. Sonra başını qırxır və ya saçını azaldır. Daha sonra ehramdan çıxır.

(مجموع فتاوى ومقالات الشيخ ابن باز 18/ 7)

📝🔸Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

07 Jan, 04:28

Qızıl diş qoydurmaq icazəlidirmi?

Şeyx Useymin (rahiməhullah) demişdir:

Kişilərə qızıl diş qoydurmaq icazəli deyildir. Zəruriyyət isə istis­nadır. Çünki kişilərə qızıl taxmaq və onunla bəzənmək haramdır. Əgər qadınların adətində qızıl dişlərlə bəzənmək vardırsa, bunda heç bir sıxıntı yoxdur. Adətlərində qızıl dişlə gözəl görsənmək olarsa və israf olmazsa, qızıl dişlər qoydurması icazəlidir.

مجموع فتاوى و رسائل 11/102

Elmi araşdırmalar və fətvalar mərkəzinin alimləri demişdirlər:

Əgər həkim diş sahəsində mütəxəssis olarsa, başqa dişlərin yox məhz sənə qızıl dişlərin qoyulması daha yararlı olduğunu düşünərsə, (o zaman) sənə icazəli olar. Belə olmazsa icazəli deyildir.

فتاوى اللجنة الدائمة 24/70

📝🔸Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

06 Jan, 19:30

Kafir ölkələrin vətəndaşlığını almaq icazəlidirmi?

Şeyx Albani (rahiməhullah) demişdir:

Hər hansı bir müsəlmana kafir ölkələrin vətəndaşlığını almaq icazəli deyildir. Çünki bu kafirləri dost tutmağın ən böyük əlamətlərindəndir. Uca Allah buyurur:

Ey iman gətirənlər! Yəhudi və nəsraniləri (özünüzə) dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizlərdən kim onları (özünə) dost tutarsa, şübhəsiz ki, o da onlardan olar. Həqiqətən, Allah zalım qövmü doğru yola yönəltməz. (Maidə surəsi ayə 51)

سلسلة الهدى و النور 669

📝🔸Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

06 Jan, 16:08

https://youtu.be/3xWsQRV_8bo?si=JVnBKEdcOWPeVrju

İslamla yaşa

06 Jan, 08:17

Əbul-Abbas Səhl bin Sad əs-Səidi (radiyallahu anhu) belə dedi:

Bir gün Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) yanından bir nəfər keçdi. Allah Rəsulu (səllallahu əleyhi və səlləm) yanında oturan adamdan soruşdu:- “Bu adam haqqında nə deyərsən?” O da:- Bu, şöhrətli adamlardan biridir. Vallahi, belə bir adam hansı qızı istəsə, evləndirilməyə, ara düzəltsə sözü dinlənməyə layiqdir,- cavabını verdi. Allah Rəsulu (səllallahu əleyhi və səlləm) heç nə demədi. Sonra oradan başqa bir adam keçdi. Allah Rəsulu (səllallahu əleyhi və səlləm) bu dəfə də yanında oturandan:- “Bəs bu adam haqqında nə deyə bilərsən?” - deyə soruşdu. Həmin adam bu dəfə:- Ey Allahın Rəsulu, bu adam kasıb müsəlmanlardandır. Bir qız istəsə istədiyi qızı verməzlər. Ara düzəltməyə çalışsa, ricası qəbul edilməz. Söz söyləsə dinlənməz,- dedi. Allah Rəsulu (səllallahu əleyhi və səlləm) belə buyurdu:- “Bu sonuncu adam digəri kimi dünya dolusu adamdan daha xeyirlidir”

Buxari 5091

📝🔸Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

06 Jan, 03:27

Məsciddə uzanmağın və yatmağın icazəli olmasına dair hədislər

Rəvayət edilir ki, İbn Ömər (radıyallahu anhu) demişdir: “Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) sağlığında kimsə yuxu görəndə onu Allah Rəsuluna (sallallahu aleyhi və səlləm)  danışardı. Mən də istəyirdim ki, bir yuxu gö­rüm və onu Allah Rəsuluna (sallallahu aleyhi və səlləm) danışım. Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) zamanında mən məs­ciddə ya­tırdım, özüm də cavan oğlan idim. 

(Buxari 1121-1122)

Səhl ibn Səd rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) Fatimənin evinə gəlib Əlini orada tapmadı və: “Əmim oğlu haradadır?”– deyə soruşdu. Fatimə de­di: “Aramızda mü­bahisə baş verdi, onun mənə açığı tutdu və günorta mənim ya­nımda yatmaq­dan imtina etdi.” Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bir nəfərə: “Bax, gör, o haradadır”– deyə bu­yurdu. O (adam) qayıdıb: “ey Allahın Rəsulu! O, məsciddə yatıb”– dedi. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) oraya getdi. (Gördü ki,) Əli böyrü üstə uzanıb, bürüncəyi üstündən sürüşüb düşüb, özü də toza bulaşıb.

(Buxari 441)

Səfvan ibn Ümeyyədən (radiyallahu anhu) rəvayət olunur: “Məsciddə otuz dirhəm dəyərində olan əbanın üstündə yatmışdım. Bir adam gəlib onu oğurladı.

(Əbu Davud 4394)
📝🔸Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

05 Jan, 17:47

Əbu Hureyra (radiyallahu annu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) demişdir:

“Kim imanla, müka­fa­tı­nı (yalnız Allahdan) umaraq cənazənin ardınca getsə, namazını qılıb dəfn edi­lə­nədək yanında qalsa, iki qirat savabla geri qayıdar ki, qiratların hər biri Uhud dağı boyda olar. Kim cənazə na­mazı qılıb dəfn edilməmişdən əvvəl geri qa­yıtsa, bir qiratla geri qayıt­mış olar.”

(Buxari 47)

Qeyd: Qirat - ölçü vahididir.

📝🔸Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

05 Jan, 16:23

Live stream finished (45 minutes)

İslamla yaşa

05 Jan, 15:37

Live stream started

İslamla yaşa

05 Jan, 11:30

🎙️İşa namazından sonra telegram kanalımızda Beynəlxalq Mədinə İslam Univeristetinin məzunu Mərdanlı Pünhanın canlı dərsi olacaqdır.

💎
https://t.me/islamlayasha

İslamla yaşa

05 Jan, 11:01

Live stream finished (32 minutes)

İslamla yaşa

05 Jan, 10:29

Live stream started

İslamla yaşa

05 Jan, 07:03

🔴 CANLI SİLSİLƏVİ DƏRS 🔴
Bu gün

🎙️Dərsin vaxtı: 14:30

İmam əl-Buxarinin (rahiməhullah) "Tam Səhih" adlı kitabının (İman bölümü 46, 47-ci hədis) şərhi

Muradov Murad

🖇️
https://t.me/islamlayasha

İslamla yaşa

05 Jan, 03:47

Səndən əvvəl elə bir elçi göndərməmişik ki, ona: “Məndən başqa heç bir məbud yoxdur, Mənə ibadət edin!”– deyə vəhy etməyək.

(Ənbiya surəsi ayə 25)

Qatədə (rahiməhullah) demişdir:

Elə bir peyğəmbər yoxdur ki, tövhid ilə göndərilmiş olmasın. Tövratda, İncildə və Quranda olan şəriətlər müxtəlifdir. Lakin bütün bunlar ixlas və tövhid təməli üzərindədirlər.

تفسير القرطبي

📝🔸Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

04 Jan, 12:34

Abdullah ibn Ömər (radiyallahu anhumə) demişdir:

Evlərin və otaqların içərisinə baxmaq əmanəti (etirbarlığı) zay etməkdən sayılır.

(Əl-Vərau libni əbid dunyə 71)

Qeyd: Özgə evlərin xüsusilə də qonşuların evlərinin içərisinə baxmaq icazəli deyildir. Həmçinin biri səni qonaq çağırarsa və səni bir yerdə əyləşdirərsə, başqa otaqlara və məkanlara baxmaq icazəli deyildir. Bunlar əmanəti zay etməkdən sayılır. Necə ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

"Əmanəti (etirbarlığı) olmayanın imanı yoxdur."

(Sahihul Cami 7179)

📝🔸Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

04 Jan, 04:01

Qorxulu əsər
Riyanın incəliyi və təhlükəsi

İbn Əbu əd-Dunyə (rahiməhullah) demişdir: Muhəmməd ibn Əbu Mənsurdan rəvayət olunur ki, belə demişdir:

İsrail oğullarından bir abid (çox ibadət edən) qırx il dəliyi olmayan zirzəmidə (gizlin) Allaha ibadət etmişdir. Mələklər onun əməlini səmaya qaldırar lakin onun əməli qəbul olunmaz. Mələklər deyərlər: ey Rəbbimiz, Sənin İzzətinə and olsun ki, onun əməllərini Sənə yalnız gizli olduğu halda qaldırırıq. (Uca Allah) deyər: Siz doğru söyləyirsiniz amma o (abid) ibadət etdiyi məkanı (insanlar tərəfindən) bilinməsini istəyir.

(Kitəbul ixləsi vən niyyəti 48)

Qeyd: Abid qulun əməlinin qəbul olunmamasının səbəbi, öz içindən kaş ki, mənim ibadətimi və çalışqanlığımı insanlar biləydilər- keçirtməsi idi. Baxmayaraq ki, o əməllərini insanlardan gizlədərək edirdi. Bu əsərdə bizə Uca Allaha qarşı əməllərimizdə ixlasın necə önəmli olmasını göstərir.

📝🔸Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

03 Jan, 12:21

İbn əl-Qayyim (rahiməhullah) demişdir:

"Əgər Uca Allah, bəndəsi üçün xeyir diləyərsə, onun qəlbini, öz etmiş olduğu saleh əməlləri görməkdən, dilini isə bu barədə (öz xeyirli əməllərini başqalarına) danışmaqdan qoruyar və elə edər ki, o bəndə ancaq öz günahlarını görər."

Tariqul-Hicrateyn, 310

📝🔸Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

03 Jan, 03:27

Həqiqətən Allah və mələkləri Peyğəmbərə salavat gətirirlər. Ey iman gətirənlər! Siz də ona salavat gətirib, layiqincə salamlayın!

[Əhzab surəsi ayə 56]

Şeyx Useymin (rahiməhullah) demişdir:

Ey qardaşım! İmanın artması və işinin asanlaşması üçün peyğəmbərə salavat və salamı çoxalt.

شرح رياض الصالحين 471/5

📝🔸Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

02 Jan, 17:59

Aişə (radiyallahu anhə) demişdir:

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) ruku və səcdədə "Subhənəkəllahummə rabbənə və bihəmdikə, Allahumməğfir li" (Allahım! Sən pak və müqəddəssən. Ey Rəbbimiz! Sənə həmd olsun. Allahım, məni bağışla!) - deməyi çoxaldardı. Bələcə Quran ayələrinə əməl edərdi.

(Buxari 817)

Qeyd: Quran ayələrinə əməl edərdi, yəni: Quranda əmr olunan təsbihi və istiğfarı uca Allahın bu sözü ilə yerinə yetirərdi: "Rəbbini həmd-səna ilə təsbih et və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!"
(Nəsr surəsi ayə 3)

📝🔸Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

02 Jan, 13:32

https://youtu.be/MMgNn4gqJIo?si=YVIA9UadRCBsVSEn

İslamla yaşa

02 Jan, 08:41

İmam əl-Qayyim (rahiməhullah) demişdir:

Şükr iki növdür:

1) Yeməyə, içməyə, geyimə və bədənin güclü olmasına görə edilən şükr;

2) Tövhidə, imana və qəlblərin güclü olmasına görə edilən şükr.

مدارج السالكين 186/6

📝🔸Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

28 Dec, 10:27

Ağac altında beyət edən səhabələrdən Sabit ibn Dəhhak (radiyallahu anhu) rəvayət etmişdir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) demişdir:

– kim İslamdan başqa bir din üzərində olduğuna and içər­sə, and içdiyi kimi olar;

– Adəm oğlu gücü çatmadığı bir şeyi nəzir edəcəyinə dair söz vermə­mə­lidir;

– kim bu dünyada (hər hansı) bir şeylə öz canına qəsd edərsə, Qiyamət günü həmin şeylə ona əzab verilər;

– kim bir möminə lənət oxuyarsa, onu öldürmüş hesab olunar;

– habelə, kim bir mömini küfrdə ittiham edərsə, onu öldürmüş hesab edi­lər.”

(Buxari 6047)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

28 Dec, 03:21

Allaha təvəkkül etmək

Səid bin Cubeyr (rahiməhullah) buyurub:

"Təvəkkül imanın tamamıdır."

[Siyər-4/174].

Başqa bir sözündə buyurmuşdur ki:

"Allaha təvəkkül etmək, imanın yarısıdır.

[Əd-Dərrul-Mənśur 4/12].

İmam Əhməd (rahiməhullah) buyurmuşdur:

"Təvəkkül qəlbin əməlidir."

[Tariqul-Hicrateyn :335].

Fudeyl bin İyad (rahiməhullah) buyurub:

"Təvəkkül ibadətin dirəyidir."

[Şuabul-İmən 2/112].

İbn Teymiyyə (rahiməhullah) buyurub ki:

"Kim təvəkküldən üz döndərərsə, o Allah və Rəsuluna asi olmuşdur, bununla ola bilsin imanın həqiqətindən çıxmış olar."

[Məcmuul-Fətəvə 10/410].

🌙Faydalanmaq üçün bizi izləyin
💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

27 Dec, 10:55

Şeyx Saleh əl-Fovzan (hafizahullah) demişdir:

Əgər sən başqasını xeyrə yönəltsən və onu şərdən çəkindirsən, ona böyük sədəqə vermiş olarsan. Çünki Allah onu mal ilə faydalandırdığından daha çox bu sədəqə ilə onu faydalandırar.

المنحة الربانية في شرح الأربعين النووية 222

🌙Faydalanmaq üçün bizi izləyin
💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

27 Dec, 03:17

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) demişdir:

"Həqiqətən cümə günü sizin günlərinizdən ən fəzilətlisidir. Adəm o gündə yaradılmış və o gündə də vəfat etmişdir. (Sura ikinci dəfə) üfürmək də məhz cümə günündədir. (Birinci üfürülüş, hansı ki onunla bütün insanlar ölür yəni,) Səs də cümə günündədir. O gün (cümə günü) mənə salavat deməyi çoxaldın. Həqiqətən, sizin salavatınız mənə ərz olunur. Onlar dedilər: Ey Allahın Rəsulu (sallallahu aleyhi və səlləm) ! Sən torpaq olduğun halda - (digərləri isə) dedilər: Sən (vəfat etdiyin və səndən heç bir şey) qalmadığı halda salavatımız sənə necə ərz olunur? (Allah Rəsulu (sallallahu aleyhi və səlləm) buyurdu: Allah Təala yerə peyğəmbərlərin cəsədlərini yeməyi haram etmişdir.”

(Əbu Davud 1047, Şeyx Albani (rahiməhullah) onu səhihləşdirmişdir.)

🌙Faydalanmaq üçün bizi izləyin
💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

26 Dec, 16:47

İbn Əl-Qayyim (rahiməhullah) demişdir:

Allahın qulları arasına müsibətləri, bəlaları və imtahanları qoyması rəhmətdir. Çünki onunla günahları silinir. Xoşlarına gəlməsə belə o onların üzərində ən böyük nemətdir. Qul bilmir iki nemətdən hansı onun üçün daha böyükdür. Xoşlamadığı şeylərdə olan nemətmi yoxsa xoşladığı şeylərdə olan nemətmi? (Buna görə də hədisdə gəlmişdir ki) Müsəlmana üz vermiş elə bir yorğunluq, elə bir naxoşluq, elə bir kə­dər, elə bir üzüntü, elə bir əziyyət, elə bir dərd, hətta (ayağına) batan elə bir tikan yoxdur ki, onun sayəsində Allah (həmin) müsəlmanın günahlarını ba­ğışlamasın.” (Buxari 5642)

Miftəhu dərus səadə 826/2

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

26 Dec, 08:37

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

Elm qaldırılmadıqca, zəlzələlər çoxalmadıqca, zaman yaxınlaşmadıqca, fitnələr zühur etmədikcə, qətllərdən ibarət hərc-mərclik çoxalmadıqca və sizlərdə mal çoxalıb sel kimi axıb daşmadıqca Qiyamət baş verməz.

(Buxari 1036)

Şeyx İbn Useymin (rahiməhullah) demişdir:

Zəlzələlər iki növdür:

1) Hissi zəlzələ: O yeri silkələyir. Bu səbəbdən də məmləkətlər və kəndlər viran olur.
2) Mənəvi zəlzələ: O imanı, əqidəni və davranışları silkələyir hətta insanlar əqidələrində, əxlaqlarında və davranışlarında titrəyirlər. Bu səbəbdən də həlim və aqil olan kəs çaşqınlıqla geri qayıdar.

الضياء اللامع من الخطب الجوامع 638/8

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

25 Dec, 14:04

İslamla yaşa pinned Deleted message

İslamla yaşa

25 Dec, 07:25

https://youtu.be/QuUuiYhlLVg?si=njtNB9OzPdVUwct9

İslamla yaşa

25 Dec, 02:37

🫧Loğman (aleyhissələm) öz oğluna demişdir:

🌸Həqiqətən şər şəri söndürür deyən kəs yalan danışmışdır. Əgər doğru danışırsa, odun yanında digər bir od yandırsın. Nəzər yetirib baxsın həmin od digərini söndürəcəkmi? Şübhəsiz su odu söndürdüyü kimi xeyir də şəri söndürər.

روضة العقلاء و نزهة الفضلاء 169/1

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

24 Dec, 12:43

İbn Həcər (rahiməhullah) demişdir:

Kim davamlı sünnələri tərk edərsə, dinində bir nöqsan olar. Kim səhlənkarlıq edərək və üz çevirərək onları tərk edərsə, o fasiq olar. Çünki buna hədə gəlmişdir. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir: "Kim mənim sünnəmdən üz çevirərsə, məndən deyildir". Əvvəlki səhabələr və onlara tabe olanlar fərzlərə davamlı olduqları kimi sünnələrə də davamlı olardılar. Savab qazanmaq baxımdan aralarında fərq qoymazdılar. Fəqihlər (İslam alimləri) yalnız üzərlərinə tərtib olan şeylərə görə ayırmağa ehtiyac görmüşdür. Misal olaraq; yenidən (namazı) qılınıb qılınmamasının vacib olması va yaxud da tərk və inkar olunmasına cəzanın vacib olması kimi.

فتح الباري 265/3

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

24 Dec, 03:47

📖 Uca Allah buyurur:

🪷 Şübhəsiz ki, qullarım üzərində sənin (iblisin) heç bir hökmün yoxdur. Yalnız sənə uyan azğınlardan başqa”.

(Hicr surəsi ayə 42)

İbn Teymiyyə (rahiməhullah) demişdir:

İblisin iman və ixlas əhlinin üzərində heç bir hökmü yoxdur. Buna görə də, Bəqərə surəsi oxunan evdən, Ayətul kursinin, Bəqərə surəsinin son ayələrin və Qurani Kərimin (şeytanlara) acı verən digər ayələrinin qiraətindən qaçarlar.

مجموع الفتاوى 131/4

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

23 Dec, 17:05

https://youtu.be/x89CiIkb7C8?si=XGdswTcf3s1eoemA

İslamla yaşa

23 Dec, 10:43

İbn Hibban (rahiməhullah) demişdir:

Tez qəzəblənmək axmaq xüsusiyyətlərdən biridi. Ondan çəkinmək isə aqil kəslərin libasıdır. Qəzəb peşmançılığın toxumudur. Bir kəs qəzəbdən əvvəl onu tərk edərsə, qəzəbdən sonra fəsad vermiş şeyləri düzəltməsindən daha qadir olar.

روضة العقلاء 139

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

23 Dec, 03:27

Uca Allah buyurur:

Heç bir şey barəsində: “Mən onu sabah edəcəyəm!”– demə! Ancaq: “Əgər Allah istəsə!” (“İnşallah”- de!)

(Kəhf surəsi ayə 23-24)

Yəni: Etməyə qəti qərar verdiyin bir şeyə "mən onu sabah edəcəm" - demə. Ancaq sözünə "inşallah" əlavə edərək deməyin istis­nadır.

تفسير الميسر

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

22 Dec, 14:41

O kəslər ki, Rəbbinin üzünü diləyərək (Onun rizasını qazanmaq üçün) səbir edir, namaz qılır, onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyir və pisliyi yaxşılıqla dəf edirlər. Onlar üçün Axirət yurdu - özlərinin, əməlisaleh atalarının, zövcələrinin və övladlarının daxil olacaqları Ədn cənnətləri hazırlanmışdır.

İbn Əl-Qayyim (rahiməhullah) demişdir:

Namaz və səbr dünya və axirət mənfəətlərin ünvanıdır.

عدة الصابرين 31

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

22 Dec, 04:20

Əbu Hureyra (radiyallahu anhu rəvayət edir ki, bir dəfə Allah Rəsulu (sallallahu aleyhi və səlləm) camaatla söh­bət edər­kən bir bədəvi gəlib:
“Qi­yamət nə zaman qopa­caq?” deyə soruşdu.” Allah Rəsulu (sallallahu aleyhi və səlləm) isə söhbətinə davam etdi. Orada­kılardan kimisi: “O, (bu bədə­vinin) sözünü eşit­di, lakin bu onun xoşu­na gəlmədi”– dedi, kimisi də: “Xeyr, o eşitmədi”– de­di. Nəhayət, o, söhbətini bitirdikdən sonra: “Qiya­mət barədə soruşan adam ha­ra­da­dır?”– deyə soruşdu. (Bədəvi): “Mən buradayam, ey Allahın Rəsulu!”– de­yə ca­vab verdi. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) buyurdu: “Əmanət itiriləcəyi zaman Qiyaməti göz­lə.” (Bədəvi): “Əmanət necə itiriləcək?”– deyə soruş­du. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) buyurdu: “İşi, ona layiq olmayan adama tapşırdıqda Qiyaməti gözlə.”

(Buxari 59)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

21 Dec, 11:20

Rəvayət edilir ki, Musab ibn Səd demişdir:

“Səd ibn Əbu Vəqqas (cəsur, həm də dövlətli olduğundan) özünün başqalarından üstün olduğunu güman edir­di. Onda Allah Rəsulu (sallallahu aleyhi və səlləm) dedi: “Sizə zəfər və ruzi yalnız aranızdakı zəiflərə görə bəxş edilir.”

(əl-Buxari, 2896)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

21 Dec, 03:19

İman etməyənə saleh əməl etməsi fayda verməz.

Aişə (radıyallahu anhə) belə demişdir:

Allah Rəsulundan (sallallahu aleyhi və səlləm) soruşdum: “Ey Allahın Rəsulu, İbn Cudan cahillikdə qohumluq əlaqələrini qırmaz, kasıbları yedirdərdi. Bu ona nəsə bir fayda verəcəkmi? O belə cavab verdi: “Xeyr. O bir gün olsun belə Rəbbim Qiyamət günü mənim günahlarımı bağışla deməyib.”

Muslim 214

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

29 Nov, 11:01

https://youtube.com/shorts/CO9nyEEgC-E?si=UAg-9zuqphcA1ixf

İslamla yaşa

29 Nov, 03:21

Ömər ibn əl-Xattab (radiyallahu anhu) demişdir:

"Dua göy ilə yer arasında dayanar, Allah Rəsuluna (sallallahu aleyhi və səlləm) salavat göndərməyənə qədər o duadan heç bir şey Allah qatına yüksəlməz."

(Tirmizi 486)

İbn Əl-Qayyim (rahiməhullah) demişdir:

Allah Rəsuluna (sallallahu aleyhi və səlləm) salavat etmək duanın qəbul olmasına, günahların bağışlanmasına, Allahın qulunu üzəcək şeylərə kifayət etməsinə, Qiyamət günü qulun Allah Rəsuluna (sallallahu aleyhi və səlləm) yaxın olmasına səbəbdir.

جلاء الافهام 1/445

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

28 Nov, 19:28

İbn Useymin rahiməhullah demişdir:

Əgər nəfsini Allahın səndən başqasına verdiyi elm, mal, əxlaq, sağlamlıq və yaxud da digər şeyləri xoşlamadığını görərsənsə, bil ki, səndə həsəddən bir şey vardır. Onu aradan qaldırmaq üçün çalış.

شرح بلوغ المرام 200/15

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

28 Nov, 12:35

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

"Dəvs qəbiləsinin qadınları Zul-Xələsəh bütünün ətrafına fırlanmağa başlanmayınca qiyamət saatı qopmayacaq".
O cahiliyyət dövründə Təbələtədə (Yəməndə yer adı) Dəvs qəbiləsinin ibadət etdiyi büt olmuşdur."

(Muslim 2906)

Hədisdən çıxan faydalar:

1) Allah Rəsulun (sallallahu aleyhi və səlləm) gələcəkdən xəbər verməsi;
2) Qiyamət saatın bəzi əlamətlərinin bəyanı;
3) Axır zamanda İslamdan sonra bəzi insanların bütlərə ibadət etməyə qayıtmaları;
4) Axır zamanda bəzi insanların bütlərin ətrafında tavaf və səy etməyə həris olmaları, bu böyük pis işdə izdiham olması.

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

28 Nov, 08:22

https://youtube.com/shorts/QUKqkhD7Akc?si=C7FkkszDwZChTVZ9

İslamla yaşa

28 Nov, 03:10

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

“İmamlar sizə namaz qıldırırlar. Əgər (namazı) düzgün qıldırarlarsa, sizə savab çatar və əgər səhvə yol verərlərsə, sizə (yenə də savab) çatar, (bunun günahı isə) onların öz əley­hi­nə olar.”

(Buxari, 694)

Qeyd: Bu hədisdə Allah Rəsulu (sallallahu aleyhi və səlləm) möminlərə bəyan etdi ki, imamlar namazlarını ya düzgün olaraq yada səhvə yol verərək tamamlayarlar. Əgər namazı düzgün və yerinə yetirilməsi lazım olan qaydada qıldırarlarsa, həm onlara həm də möminlərə savab vardır. Yox əgər namazda səhvə yol verərlərsə və lazımı qaydada tam qıldırmazlarsa, etdiklərinə və xətalarına görə onlara günah, möminlərə isə savab vardır.

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

27 Nov, 16:13

Ağ tüklərin boyanması barəsində

Amr ibn Şuayb atasından və babasından rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) ağ tükləri yolmağı qadağan etdi və bu müsəlmanın nurudur söylədi.

(Tirmizi 2821, Şeyx Albani rahiməhullah onu səhihləşdirmişdir.)

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

“Yəhudilər və xris­tianlar (ağ saçlarını) boyamazlar. Siz onlara müxalif olun!”

Buxari 3462

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:
”Bu ağ saçın ən gözəl boyanması xına və kətəmlə (bitki adıdır) olur”.

(Əbu Davud 4205, Şeyx Albani rahiməhullah onu səhihləşdirmişdir.)

Cabir bin Abdullahdan (radiyallahu anhu) rəvayət olunur ki, Məkkənin fəthi günü Əbu Quhafəni gətirdilər. Onun saç-saqqalı ağappaq ağarmışdı. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) dedi: ”Onun saç-saqqalını boyayın, amma qara rəngdən çəkinin”.

(Əbu Davud 4204 , Şeyx Albani rahiməhullah onu səhihləşdirmişdir.)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

27 Nov, 09:57

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

“Allah Adəmin boyunu altmış ərəş uzunluğunda yaratdı. Sonra buyurdu: “Get oradakı mələklərə salam ver və dinlə gör sənin salamı­nı necə alacaqlar. Çünki bu həm sənin, həm də sənin zürriyyə­tinin salamıdır.” (Adəm) onlara: “Əssələmu aley­kum!”– dedi. Onlar da: “Əssələmu aleykə və rah­mətullah!”– deyib, buna “və rah­mətul­lah” kəlməsini əlavə etdilər. Cənnətə girəcək hər kəs (ora) Adəmin su­rə­tində girəcəkdir. (Məlumunuz olsun ki,) indiyə qədər insan­ların xilqəti na­qis­ləş­məkdədir”

(Buxari 3326)

Qeyd: Ərəş - Dirsəkdən barmaqların ucuna qədər uzunluqda olan qədim ölçü.

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

26 Nov, 18:14

Kə'b (radiyallahu anhu) demişdir:

Nəmmamlıq etməkdən çəkinin! Çünki nəmmamlıq edən insan, qəbr əzabından dincəlməyəcəkdir.

ذم الغيبة و النميمة لابن ابي الدنيا 134

Qeyd: Nəmmamlıq - fitnə-fəsad törətmək üçün insanlar arasında söz gəzdirməkdir.

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

26 Nov, 13:38

https://youtu.be/i6slLjfn_Zo?si=lUvmk23VFKzue2e2

İslamla yaşa

26 Nov, 10:30

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

Bir insanın (məscidə daxil olarkən) təhiyyət (məscidi salamlama) namazı qılmaması Qiyamət saatın əlamətlərindəndir.

(Sahihul Cami 5896)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

26 Nov, 02:20

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

“Mən gözəl əxlaqları tamamlamaq üçün göndərildim.”

(Sahihul Cami 2349)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

25 Nov, 13:41

Corablara məsh etməyin icazəli olması

Muğira ibn Şöbədən (radiyallahu anhu) rəvayət edirki, Allah Rasulu (sallallahu aleyhi və səlləm) dəstəmaz aldı, corablarının və ayaqqabılarının üzərinə məsh çəkdi.

İbn Macə 559, Əbu Davud 159, Nəsai 125

Sovbən (radiyallahu anhu) rəvayət edir ki, Allah Rasulu(sallallahu aleyhi və səlləm) bir dəstə göndərdi. Onlar şiddətli bir soyuğa düşdülər. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) yanına qayıtdıqlarında onlara sarğılarının və ayaqlarını isitmək üçün geyindikləri şeylərin üzərinə məsh etməyi əmr etdi

Əbu Davud 146

İbn Raslan (rahiməhullah) demişdir:

Hədisdə gələn təsəxin ləfzinin əslinə - ayağı isidən bütün şeylər daxildir. İstər corab olsun istərsə də xoff olsun. Bu ləfzin müəyyən bir mənası yoxdur.

Şərhu aunul məbud

Yəhya Əlbukə demişdir: İbn Ömərin (radıyallahu anhumə) belə dediyini eşitdim: Corablarının üzərinə məsh etmək xofların (dəri) üzərinə məsh etmək kimidir.

Abdurrazzaq öz musənnəfində qeyd etmişdir 201/1

İbn Qudəmə (rahiməhullah) demişdir:

Səhabələr corabların üzərinə məsh çəkiblər və onların dövründə onlara müxalif olan çıxmayıb. Bu əməl onların arasında icma idi.

Muğni 1/125

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

25 Nov, 02:38

Uca Allah buyurur:

Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən yüksəyə qaldırmayın və bir-birinizə müraciət etdiyiniz kimi ona da uca səslə müraciət etməyin. Yoxsa, özünüz də hiss etmədən əməlləriniz batil olar.

(Hucurat surəsi ayə 2)

İbn Əl-Qayyim (rahiməhullah) demişdir:

Səslərin peyğəmbərin (sallallahu aleyhi və səlləm) səsindən yüksəkə qalxması əməllərin puç olmasına səbəbdirsə, rəyləri və fikirlərin gəldiyi nəticələri onun (sallallahu aleyhi və səlləm) gətirdiyi şeylərdən və sünnəsindən yüksəkə qaldırmaq barəsində düşüncən nədir.

مدارج السالكين 314/2

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

24 Nov, 12:00

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

Əmanəti (etirbarlığı) olmayanın imanı yoxdur, əhdi (sədaqəti) olmayanın isə dini yoxdur.

(Sahihul Cami 7179)

Şeyx Sə'di (rahiməhullah) demişdir:

Əmanətlərə və əhdlərə diqqət etmək, onları qorumaq imanın əlamətlərindəndir. Hədisdə deyildiyi kimi: "əmanəti olmayanın imanı yoxdur." Əgər bir qulun imanını və dinini bilmək istəyirsənsə, onun halına nəzər yetir. O bütün əmanətlərə istər mal əmanəti olsun, istər söz əmanəti olsun, istər də haqq əmanətlərinə diqqət edirmi? Həmçinin o Allah ilə arasında olan habelə insanlar ilə arasında olan haqqlara, əhdlərə və əqdlərə (sözləşmələrə) diqqət edirmi? Əgər belə olarsa (yəni, diqqət edərsə) iman və din sahibidir. Yox əgər belə olmazsa, bu şeylərə diqqətini azaltdığı miqdarda imanı və dini naqis olar.

التوضيح و البيان 81

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

24 Nov, 02:29

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

"Allah bir quluna xeyir istəyərsə, onu istifadə edər". Soruşdular: "Necə istifadə edər, ey Allahın Rəsulu?" O (sallallahu aleyhi və səlləm) dedi: "Ölümdən qabaq onu yaxşı əməllər etməyə müvəffəq edər".

(Tirmizi 2142, Şeyx Albani rahiməhullah səhihləşdirmişdir.)

Məymun ibn Məhran (rahiməhullah) demişdir:

Mənə həyatda ikən bir dirhəm sədəqə verməyim, mən öldükdən sonra adımdan yüz dirhəm verilməsindən daha sevimlidir.

تهذيب حلية الاولياء 55/2

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

23 Nov, 11:02

Mərci barəsində nə varid olmuşdur?

Uca Allah buyurur:

O zaman siz dediniz: “Ey Musa! Biz eyni cür yeməklərə dözməyəcəyik. Elə buna görə də, bizim üçün Rəbbinə dua et ki, bizə yerin bitirdiklərindən – tərəvəzindən, xiyarından, sarımsağından, mərciməyindən və soğanından çıxartsın!”

(Bəqərə surəsi ayə 61)

Sufyan əs-Sovri (rahiməhullah) demişdir:

Ətirdən imtina etmə. Çünki o beyni gücləndirir. Sənə mərcini tövsiyə edirəm. Çünki o göz yaşının ifrazını artırır və qəlbi yumşaldır.

حلية الاولياء

İbn Əl-Qayyim (rahiməhullah) demişdir:

Allah Rəsulundan (sallallahu aleyhi və səlləm) mərci barəsində gələn hədislərin hamsı batildir. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) onun haqqında heç bir şey deməmişdir.

الطب النبوي

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

23 Nov, 03:10

Hicamaya aid hədislər

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

Kim (hicri-qəməri) ayın 17-ci, 19-cu və 21-ci günü qan aldırarsa, onun üçün hər bir xəstəliyə şəfa olar.
(Əbu Davud 3861)

Həmçinin demişdir:
Merac gecəsi hansı mələk toplusunun yanından keçirdimsə, hamı­sı mənə belə deyirdilər: “Ey Muhəmməd, qan aldır!”
(İbn Macəh, 3477)

Həmçinin demişdir:
Əgər müalicə olunduqlarınızdan xeyirli olanı varsa, o qan almaqdır.
(Əbu Davud 2102)

Həmçinin demişdir:
Cəbrayıl mənə xəbər verdi ki, hicama insanların müalicə üçün istifadə etdiyi ən faydalı vasitədir.
(Sahihul Cami 218)

Həmçinin demişdir:
Həqiqətən də, müalicə olunmağınız üçün istifadə etdiyiniz ən gözəl şey hicama və ud hindidir.
(Buxari 5696.)

Havanın istiliyi artan zaman hicamadan faydalanın.
(Əs silsilətus sahihə 6/562)

Həmçinin demişdir:
Əgər sizdən birinizin qan təyziqi yüksələrsə, qoy hicama etdirsin. Çünki qan təzyiqi insanda həddindən artıq artarsa, onu öldürər.
(Əs silsilətus sahihə 2747)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

22 Nov, 17:39

🌿Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

“Ey Aişə! Kiçik görülən günahlardan çəkin! Çünki Allah tərəfindən onları yazmaqla əmr edilmiş (bir mələk) vardır”

(İbn Macəh 4243, Əhməd 24415, Şeyx Albani rahiməhullah onu səhihləşdirmişdir.)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

22 Nov, 12:41

Dəfn əsnasında qəbrə torpaq atmaq

Əbu Hureyra (radıyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bir cənazə üzərində namaz qıldı. Sonra vəfat etmiş kəsin qəbrinin yanına gələrək onun baş hissəsindən üç ovuc torpaq atdı.

İbn Macəh 1565, Şeyx Albani rahiməhullah onu səhihləşdirmişdir.

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

22 Nov, 03:11

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

Peyğəmbərə (sallallahu aleyhi və səlləm) salavat edilmədikcə, hər bir dua ilə Allah arasında bir pərdə vardır.

(Sahihut tərğib vət tərhib 1675)

Şeyx Useymin (rahiməhullah) demişdir:

Əgər insan etdiyi hər bir duasına Allah Rəsuluna (sallallahu aleyhi və səlləm) salavat etməyi əlavə edərsə, səhih hədisdə gəldiyi kimi olar. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir: “Dünya və axirət ehtiyacların ödənər, üstəlik də günahların bağışlanar.”

(Riyadus-Salihin 5/471)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

21 Nov, 18:22

Sufyan əs-Sovri (rahiməhullah) demişdir:

Bütün yerlərdə sənə səbri tövsiyə edirəm. Çünki səbr yaxşılığa, yaxşılıq da cənnətə sürükləyir.

حلية الاولياء 82/7

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

21 Nov, 11:47

Xəlifə Ömər ibn Abdul-Aziz (rahiməhullah) dedi: ey Əbu Həzim, "mənə nəsihət et". (Əbu Həzim) dedi: yan üstə uzan sonra ölümü başının yanına qoy. Daha sonra o saat istədiyin şeylərə nəzər yetir və həmin an onu əldə etməyə çalış. Həmçinin o saat istəmədiyin şeylərə nəzər yetir və həmin an onu tərk et.

حلية الاولياء 317/5

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

21 Nov, 03:23

Şeyx Albani (rahiməhullah) demişdir:

İbrət ibadətlərin çox olması deyildir. Əksinə ibrət o ibadətlərin (peyğəmbərin sallallahu aleyhi və səlləm əməlinə) sünnəsinə uyğun olması və bidətdən (İslamda olmayan yenilikdən) uzaq olmasıdır. Abdullah ibn Məsud (radıyallahu anhu) bu sözü ilə ona işarə etmişdir: "Sünnədə orta yol tutmaq, bidətdə çalışmaqdan daha xeyirlidir.”

(Əs-silsilətus sahihə 14/5)

Qeyd: Abdullah ibn Məsudun (radıyallahu anhu) sözünün mənası odur ki, Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) sünnəsinə (əməlinə) uyğun az və davamlı əməl etmək, (İslamda olmayan yeni) bidət olan çox əməl etməkdən daha xeyirlidir.

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

20 Nov, 18:53

Ömər ibn əl-Xattab (radıyallahu anhu) Əbu Musa əl-Əşariyə (radıyallahu anhu) yazaraq belə demişdir:

Sən dünyada zahid olmaq kimi fəzilətli bir şey ilə axirət əməlinə nail olmayacaqsan. Səni pis əxlaqlardan çəkindirirəm.

كتاب الزهد لوكيع بن الجراح 220/1

Əbul-Abbas Səd ibn Səhl əs-Səidi (radıyallahu anhu) rəvayət etmişdir ki, bir kişi Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) yanına gəlib dedi: "Ey Allahın Rəsulu, mənə elə bir əməli göstər ki, onu edəndən sonra məni Allah da sevsin, insanlar da sevsin." O (sallallahu aleyhi və səlləm) buyurdu: "Dünyada zahidlik et, Allah səni sevsin. İnsanlarda olanlara qarşı zahid ol, insanlar səni sevsin.”

İbn Macəh 4102, Albani Səhih hədislər silsiləsi 944.

Qeyd: Zahidlik: dünyaya çox bağlanmamaq, dünya malına həris olmamaq və axirətdə fayda verməyən şeyləri tərk etməkdir.

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

20 Nov, 17:09

https://youtu.be/n1wfupt5Ib4?si=iSPqFD9PHufAOieY

İslamla yaşa

20 Nov, 11:53

Rəvayət edilir ki, Abdullah ibn Məsud (radiyallahu anhu) demişdir: “(Bir dəfə) bir nəfər (Pey­ğəm­bərə sallallahu aleyhi və səlləm) dedi: “ey Allahın Rəsulu, biz cahiliyyə dövründə etdiyimiz əməllərə gö­rə cəzalandırıla­cağıqmı?” Allah Rəsulu (sallallahu aleyhi və səlləm) buyurdu: “Müsəlman olduqdan son­ra yaxşı işlər görən hər kəs cahiliyyət dövründə etdiyi əməllərə görə qı­nan­maz. Müsəlman olduğu halda günah işlər­dən (nifaqdan, şirkdən, küfrdən) əl çəkmə­yən kimsəyə gəl­dik­də isə, o, həm keçmiş, həm də gələcək günah­larına görə cəzalan­dırılar.”

(Buxari 6921)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

20 Nov, 02:46

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

“Bir bəndə mü­səl­man olub İslamı gözəl yaşayarsa, Allah onun keçmişdə etdiyi hər bir güna­hını ba­ğışlayar. Bundan sonra isə (edəcəyi əməllə­rin) əvəzini alar: hər yaxşı­lığa, onun on mislindən ta yeddi yüz qatına­dək (əvəz verilər); hər pisliyə isə yalnız öz misli qə­dər (cəza verilər). Yalnız Allahın bunu bağışlaması istis­nadır.”

Bu­xari 41

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

19 Nov, 18:31

Sufyan ibn Dinar demişdir: Mən Əbu Bəşirə dedim: Mənə bizdən əvvəlki kəslərin əməlləri haqqında xəbər ver. (Əbu Bəşir) dedi: Onlar yüngül əməl edərdilər, lakin çox savab qazanardırlar. (Sufyan ibn Dinar) mən dedim: bu necə olur? (Əbu Bəşir) dedi: Salamat kökslərinə görə.

الزهد لهناد بن السري 600/2

Qeyd: Alimlər salamat köksü belə təsvir etmişlər: orada müsəlmanlara qarşı kin-küdurət, həsəd, paxıllıq, aldanış, xəyanət, qısqanclıq və digər pis xislətlərin olmamasıdır.

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

19 Nov, 10:19

Namaz qılanların xətalarından

Allah Rəsulu sallallahu aleyhi və səlləm belə demişdir:

“Mənə, paltarın (ətəyi­ni) və saçı yığmadan yeddi əza – alın, əllər, dizlər və ayaq barmaqlarının ucları üzə­rinə səcdə etmək əmr edilmişdi.” (Allah Rəsulu sallallahu aleyhi və səlləm alın deyəndə) burnuna da işarə etdi.

Buxari 812

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

19 Nov, 03:25

Ağlı Quran və sünnədən önə çəkməyin qadağan olması

İbn Teymiyyə (rahiməhullah) demişdir:

Uca Allah buyurur:

(Nuhun oğlu) dedi: “Mən dağa sığınacağam, o da məni sudan qoruyacaq!”. Bu ağıldır.

Həmçinin buyurur:

(Nuh) dedi: “Bu gün, Allahın rəhm etdiklərindən başqa heç kəs Onun əmrindən qoruna bilməz!” Bu vəhydir.

Həmçinin buyurur:

“(Sonda) dalğa onları bir-birindən ayırdı və o, suda qərq olanlardan oldu.”
Bu da nəticədir. Kim ağlını Quranın və sünnədən önə çəkərsə, nəfsi istəklər və bidətlər dənizlərin zülmətlərində boğular. Kim ağlını şəriətə qarşı çıxmaqla alışdırarsa, iman onun qəlbində qərar tutmaz.

(Hud surəsi ayə 43, Dər'u təarudul aqli vəl nəqli 187)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

18 Nov, 13:27

Şeyx Useymin (rahiməhullah) demişdir:

Bəzi insanları görürük ki, övladlarını tərk edərək onlara namazı və orucu əmr etmirlər. Bu yalnışdır. Çünki valideyn övladları barəsində Uca Allahın qarşısında məsuliyyət daşıyırlar. Zənn edirlər ki, onlar övladlarına oruc tutdurmamaqla onlara şəfqətli və mərhəmətli olurlar. Əslində həqiqət odur ki, övladlarına qarşı şəfqətli və mərhəmətli olan onları xeyir xislətlərinə və itaət etməyə alışdıran kəsdir. Onları ədəbləndirməyi və faydalı tərbiyənləndirməyi tərk edən kəs deyildir.

مجموع الفتاوى 20/19

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

18 Nov, 02:52

Namazda Allahdan digər yerlərə yönəlmək

İbn Əl-Qayyim (rahiməhullah) demişdir:

Namazda qadağan olunmuş yönəlmələr iki qismdir:

Onlardan birincisi; qəlbin Allahdan başqa digər yerlərə yönəlməsi;
İkincisi isə; baxışın (namazda ətrafa) yönəlməsi.
Hər ikisi qadağan olunmuşdur. Qul namazında (Allaha) yönəlməsinə davam etdikcə, Allah da quluna yönələr. Əgər qul qəlbi ilə yaxud da baxışı ilə (Allahdan digər yerlərə) yönələrsə, Allah da quldan üz çevirər.

الوابل الصيب 20

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

17 Nov, 14:45

https://youtu.be/GPHqyNn5BFE?si=L4IzwbIp38u75bcQ

İslamla yaşa

17 Nov, 09:54

Xurma yeməyinin ədəblərindən

Ənəs (radıyallahu anhu) xurma çəyirdəyini xurma ilə birlikdə qaba qoymağı xoşlamazdı.

(Əl-Hərbi ğaribul hədis 861/2 , əl- Beyhəqi 14751.)

Abdullah ibn Busr (radıyallahu anhu) belə rəvayət edir: "Allah Rəsulu (sallallahu aleyhi və səlləm) atama qonaq oldu. Onun qabağına yemək və xurma halvası qoyduq. Ondan yedi. Sonra onun üçün quru xurma gətirildi. O (sallallahu aleyhi və səlləm) yeyir və tumlarını iki barmağı, şəhadət və orta barmağı arasında çıxararaq atırdı."

(Muslim 2042)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

17 Nov, 02:35

🍁Uşağın bənzəməsi haqqında🍁

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

Əgər qadınının suyu kişinin suyunu üstələyərsə, uşaq dayılarına bənzəyər. Əgər kişinin suyu qadınının suyunu üstələyərsə, uşaq əmilərinə bənzəyər.

(Muslim 314)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

16 Nov, 17:56

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) demişdir:

Məscidləri özünə məskən edən elə bir kişi yoxdur ki, hər hansı bir məşğuliyyət onu (məsciddən) məşğul edərsə sonra məscidə qayıdarsa qürbətdən gələn adama yaxınlarının sevinməsi kimi Allah da onun (məscidə qayıtmasına) sevinməsin.

[Sahihut tərğib və tərhib 327 Şeyx Albani rahiməhullah onu səhihləşdirmişdir.]

Həmçinin demişdir:

Kişi məscidləri namaz və zikr üçün məskən edərsə, qərib adamın qürbətdən qayıtmağına ailəsinin sevinməsi kimi Allah da o adam üçün sevinər.

[İbn Macəh 800, Əhməd 8350, Şeyx Albani rahiməhullah onu səhihləşdirmişdir.]

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

16 Nov, 11:23

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

Üç şeydə şəfa vardır: bir içim balda, (qan almaq üçün) banka qoymaqda və (müalicə məqsədilə bədənə) dağ bas­maqda. (Buna rəğmən) mən ümmətimə dağ basmağı qadağan edi­rəm.”

(Buxari 5681)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

15 Nov, 03:04

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

Cümə günü və ya Cümə gününün axşamı ölən elə bir müsəlman yoxdur ki, Allah onu qəbir fitnəsindən qorumasın.

(Tirmizi 1074, Şeyx Albani rahiməhullah onu həsənləşdirmişdir.)

Şeyx Aziz Fərhan (hafizahullah) demişdir:

Əgər hədis səhih olarsa, bu Allaha heç bir şeyi şərik qoşmayan və Allahı təkləşdirməyi həyata keçirən İslam əhlinə aiddir.

(Səs yazısından götürülmüşdür.)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

14 Nov, 14:13

🌑Bir illik oruc savabı qazanmaq istəyənlər üçün gözəl fürsət….!

Ag günlərin orucu

Hal-hazırda hicri təqvimi ilə Cumədəl Ulə ayındayıq. Bu ayın 13, 14 və 15-ci günləri – 15 noyabr (cümə), 16 noyabr (şənbə) və 17 noyabr (bazar) tarixlərinə təsadüf edir.

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

“Hər aydan üç gün oruc tutmaq, bir il oruc tutmağa bərabərdir. Ağ günlər (həmin gecələrdə ay parıltılı olduğu üçün belə adlanıb) ayın on üçü, on dördü və on beşinci günləridir.”

(Nəsai 2419)

__________
🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

14 Nov, 10:17

Bir çoxlarında baş verən xəta

Şeyx Useymin (rahiməhullah) demişdir:

Camaat namazında imamın arxasında duran kəslər namaza aid olan heç biri şeyi, istər zikr olsun istər qiraət olsun istər də təkbir olsun səsli söyləmir. Buna görə də bəzi insanlar xüsusəndə cənazə namazında imam təkbir gətirdiyi zaman onlar səslərini qaldıraraq Allah Əkbər deyərək xəta edirlər. Bəziləri də bayram namazında olan təkbirləri imam Allahu Əkbər Allahu Əkbər dediyi zaman səslərini qaldıraraq deyərlər. Bu xətadır. İmamın arxasında duran kəslər səssiz oxuyur, səssiz təkbir gətirir, səssiz təsbih edir və səssiz dua edir.

لقاء الباب المفتوح 101

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

14 Nov, 03:22

Ubeyd əl-Cabiri (rahiməhullah) demişdir:

“Kiçik şirk ən böyük günahlardandır.”

(Şərhu kitəbit təvhid 75)

Kiçik şirkə misallar:
1) Allahdan başqasına and içmək- peyğəmbərə, işıqa, qəndə, ataya, filankəsin canı və s. Bunlar kiçik şirkdir.
2) Riya - göstərərək namaz qılmaq, sədəqə vermək, Quran oxumaq və s. Bunlar kiçik şirkdir.
3) Bu cür demək - Allah və sən istəsən, Allah və sən olmasaydın, Allaha və sənə güvənirəm və s. Bunlar kiçik şirkdən sayılır.

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

13 Nov, 14:50

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

Mömin, haram buyurulmuş cana qəsd edib qan tökmədikcə, dinində rahatlıq içində olar.”

Buxari 6862

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

13 Nov, 13:09

Live stream finished (39 minutes)

İslamla yaşa

13 Nov, 12:30

Live stream started

İslamla yaşa

13 Nov, 08:38

🔴 CANLI SİLSİLƏVİ DƏRS 🔴
Bu gün

🎙️Dərsin vaxtı: 16:30

İmam əl-Buxarinin (rahiməhullah) "Tam Səhih" adlı kitabının (İman bölümü 41, 42, 43-cü hədis) şərhi

Muradov Murad

🖇️
https://t.me/islamlayasha

İslamla yaşa

13 Nov, 02:16

Şeyx Useymin (rahiməhullah) demişdir:

Namus toxunulmazdır: müsəlmanın öz müsəlman qardaşının qeybətini etməsi və ona iftira yaxması caiz deyil. Hətta iftira edən adam, iffətli və böhtandan uzaq olan bir adama iftira yaxaraq ona: “Ey zinakar!”, yaxud “Sən zinakarsan” və ya: “Lut qövmündənsən” və başqa buna bənzər təhqiramiz söz deyərsə, bunu isbat etmək üçün dörd şahid gətirməlidir. Əgər gətirə bilməzsə, o zaman iftira atan adamın özü üç cəza ilə cəzalandırılar: Birinci cəza: həmin iftiraçıya səksən şallaq vurulmalıdır. İkinci cəza: onun şahidliyi heç vaxt qəbul edilməməlidir. Hakimin hüzurunda etdiyi hər bir şahidlik rədd edilməlidir. O, istər mal, istər qan, istər də hilalı görmək xüsusunda və ya başqa bu kimi məsələlərdə şahidlik etsin fərq etməz, hakim onun şahidliyini qəbul etməməli, onu rədd etməlidir. Üçüncü cəza: fasiq olmaqdır. Yəni iftira yaxan adamın, ədalətli ikən dönüb fasiq olmasıdır. Beləsinin, öz qızını və ya bacısını ərə vermək haqqı olmaz. Bir çox alimin rəyinə görə müsəlmanlara imamlıq da edə bilməz. Habelə, idarəçiliklə bağlı olan heç bir vəzifəyə qoyula bilməz. Çünki o, artıq fasiq olmuşdur. Bir adamı zinakarlıqda və ya homoseksualizmdə ittiham edən kimsənin cəzası budur. Yox əgər iddiasını isbat etmək üçün dörd şahid gətirərsə, bu cəzalardan qurtular. Uca Allah belə buyurur: “Nəyə görə onlar buna dair dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar.” Hətta bunu iddia adamın, camaat arasında ən doğru danışan adam olduğunu düşünsək belə, o, dörd şahid gətirə bilməsə, ona səksən şallaq vurulmalıdır.

شرح رياض الصالحين 2/518

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

12 Nov, 13:57

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

“Hər kim yalandan and içərək bir müsəlmanın haqqına girsə, Allah Cəhənnəmi ona vacib, Cənnəti isə haram edər.” Bu vaxt bir nəfər dedi: “Ey Allahın Rəsulu! Əgər az bir şey olsa, necə?” Allah Rəsulu (sallallahu aleyhi və səlləm) buyurdu: “Ərak ağacının bir budağı olsa belə.”

(Muslim 137)

Ərak ağacı - kökündən misvak təbii fırça hazırlanan ağac növüdür.

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

11 Nov, 18:27

Əbu Hətim ibn Hibbən (rahiməhullah) demişdir:

"İnsanların ən zəngini kin-küdurətdən uzaq olandır və onun da mükafatı böyük olar. İnsanların mərtəbə baxımından ən uca olanı isə cahilliyi həlimliklə dəf edəndir. Ona pislik edən kəsə yaxşılıqla cavab verənə isə üstünlük vardır. Bağışlamaqda və pislik etməyi tərk etməkdə nəfsi rahatlıq və qəlbin yumuşalması kimi tərifəlayiq bir xüsusiyyət vardır. Bu səbəbdən də aqil olan kəsə vacibdir ki, pisliyə pisliklə cavab verməklə vaxtını hədər etməsin.

روضة العقلاء 169

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

11 Nov, 12:29

Mustafa Sadiq ər-Rafəi demişdir:

Mən Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) həyat yoldaşlarını kasıb və dolanışı sıxıntılı halda olduğunu gördüm. Buna baxmayaraq, onlar güclü möminin qəlbi kimi torpaqla sərilmiş kiçik evdə yaşayırdılar. Qəlbləri dörd divar arasında gizlənmiş sanki kiçik bir səma idi. Onlar sərvətdə mövcud olan dünyanın axmaqlığına görə zənginlikdən uzaq durardılar.

Vəhyul qaləm 120/1

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

11 Nov, 02:51

Şeyx Useymin (rahiməhullah) demişdir:

Əgər mömin həm cismi həm də psixoloji olaraq sınağa çəkilərsə, deyər ki, bu Uca Allahdan olan bir nemətdir. Bununla mənim günahlarımı silir. Bu hissi hiss edərsə, bu ağrı nemət olar. Çünki insan daima xətakardır. Bu şeylər şəkk yoxdur ki, - Allaha həmd olsun - günahlara kəffarədir. Əgər səbr edərsə və savabını Allahdan umarsa dərəcəsi uca olar. Ağrılar, bəlalar və qəm-qüssələr hər bir halda kəffarədir. Lakin səbrlə və savabını Allahdan ummaqla saleh əmələ görə savab yazılır və mükafatlanır.

(Bəqərə surəsinin təfsiri 24/3)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

10 Nov, 12:06

Vəfat etmiş insanları söyməyin qadağan olması

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

“Ölüləri söyməyin! Çünki onlar etdikləri əməllərə (görə öz aqibətinə) qovuşmuşlar.”

(Buxari 1393)

Həmçinin demişdir:

“Dostunuz öldükdə onu (əziyyət verəcək sözlər danışmayaraq) tərk edin və namusu barədə pis sözlər danışmayın.”

(Əbu Davud 4899)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

10 Nov, 03:15

Məğfirətlə əfvin arasında fərq nədir?

Məğfirət - Allahın sənin günahını bağışlamasıdır. Lakin bu günah əməl dəftərində qalır.

Əfv - əməl dəftərindən silinərək günahın bağışlanmasıdır. Sanki o olmamışdır.

Deyilmişdir ki, əfv (günahların) silinməsinə işarədir. Məğfirət isə (günahların) örtünməsinə işarədir. Bu səbəbdən də əfv məğfirətdən daha önəmlidir. Ona görə də Allah Rəsulu (sallallahu aleyhi və səlləm) duasında belə deyərdi:
"Allahummə innəkə afuvvun tuhibbul afvə fə'fu anni."

Allahım həqiqətən Sən əfv edənsən, əfv etməyi sevirsən, məni əfv et.

(İbn Macə 3850)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

09 Nov, 20:05

🍗 Toyuq əti

Əbu Musa əl-Əşari (radıyallahu anhu) rəvayət edir ki, mən Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) toyuğu yediyini, (digər rəvayətdə) toyuq ətini yediyini gördüm.

(Buxari 5517, Tirmizi 1827)

İbn Əl-Qayyim (rahiməhullah) demişdir:

Toyuq əti mədə üçün yüngüldür, tez bir şəkildə həzm olur və (digərləri ilə) yaxşı qarışır. Həmçinin o beyinə qüvvət verir, mənini artırır, səsi təmizləyir, rəngi gözəlləşdirir, əqli gücləndirir və qan yaradır.

(Ət-Tibbun Nəbəvi 289)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

09 Nov, 12:28

Əl-Bəra (ibn Azib) (radıyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) Mədinəyə gəldikdə ilk əv­vəl ənsardan olan babalarının (və ya dayılarının) yanında qaldı və on altı, ya­xud on yeddi ay Beytul-Məqdisə doğru namaz qıl­dı. Halbuki, qiblə­sinin Kəbə­yə doğru olmasını arzu edirdi. Allah Rəsulunun­ (sallallahu aleyhi və səlləm) (Kəbəyə doğru) qıldığı ilk na­maz əsr namazı oldu. Bir camaat da onunla birlikdə namaz qıldı. Sonra onun­la birlikdə namaz qılan­lardan biri çıxıb getdi və məscidlərin birində rü­ku­ya getmiş bir camaatın ya­nından keçərkən dedi: “Allahı şahid gətirirəm ki, mən Allah Rəsulu i­lə (sallallahu aleyhi və səlləm) birgə Məkkəyə doğru namaz qıldım.” (Camaat bunu eşi­dən kimi) ol­duğu vəziyyətdə Kəbəyə tərəf döndü. Yəhudilər və xristianlar Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) Beytul-Məqdisə tərəf na­maz qıl­mağını bəyənirdilər. Elə ki o, üzünü Kəbəyə tərəf döndərdi, bu onların xoşuna gəlmədi.

(əl-Buxari, 40)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

08 Nov, 17:26

https://youtu.be/rY404KYv9DA?si=NCzFj8qStgGuouTz

İslamla yaşa

08 Nov, 09:44

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

“Hər kim Allahın Kəlməsi hər şeydən uca olsun deyə vuruşarsa, Allah yolunda (vu­­ruşmuş) olar.”

(Buxari, 123)

Həmçinin demişdir:

“Qüd­rətli və Böyük Allah Onun yolunda cihada çıxan kimsənin mükafatını tez verər. (Allah bu­yu­rar): “Onu (evindən) çıxaran yalnız Mənə olan imanı və elçilərimə olan inamı­dır. Mən də onu nail olduğu savab və qənimətlə (sağ-salamat yurduna) qay­ta­ra­cağam, yaxud Cənnətə daxil edəcəyəm.” Hərgah ümmətimi əziyyətə salmış ol­masaydım, (döyüşə gedən) dəstənin arxasında qalmazdım və Allah yolunda öl­dürülüb sonra dirildilməyimi, sonra öldürülüb yenə dirildilməyimi, sonra müt­ləq yenə öldürülməyimi istərdim.”

(Buxari, 36)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

08 Nov, 03:20

Şeyx Saleh əl-Useymi (hafizahullah) demişdir:

Cümə günü istirahət günlərindən bir gündür. O necə də gözəl, rahatlayacı bir gündür. Möminlərin nəfsi Rəbblərinə bağlanır, Xaliqlərini zikr etməklə qəlbləri rahatlıq tapır, imanları yenilənir, yəqinlikləri güclənir və Ona itaət etməklə ləzzət alırlar. Kim (bunları) dadarsa, əldə edər. Kim qəflətdə olarsa, bu gözəllikləri itirər. Allah sizə rəhm etsin! Cümə günü bu həsənətlərdən istifadə edin.

(Şeyxin rəsmi səhifəsindən, 1445 Cumadəl - əxir 23 Cümə günü)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

07 Nov, 10:19

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

“Məryəm oğlu İsa bir adamın oğurluq etdiyini görüb ona dedi: “Sən oğurluq edirsən?” Adam de­di: “Xeyr! Özündən başqa heç bir məbud olmayan Allaha and olsun ki, (oğur­luq etmirəm)!” Onda İsa dedi: “Allaha iman gətirdim və gözlərimi ya­lan­çı hesab etdim.”

(Buxari 3444)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

06 Nov, 18:58

https://youtu.be/x4j2MTG1hLQ?si=ZapC0k-gza7xAV2g

İslamla yaşa

06 Nov, 11:08

Məzlumların göz yaşları

Mustafa Sadiq ər-Rafəi demişdir:

Məzlumların göz yaşları onların gözlərində olur. Lakin o göz yaşları Allahın əlində isə ildırım olur. Onunla zalımı vurur.

Vəhyul qaləm 449/1

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

06 Nov, 02:13

Rəvayət edilir ki, Əli (ibn Əbu Talib) (radıyallahu anhu) demişdir: “(Bir dəfə) Allah Rəsulu (sallallahu aleyhi və səlləm) ən­sardan birisini bir dəstəyə başçı təyin edib onları (döyüşə) göndərdi və on­­lara (əmirə) tabe olmağı buyurdu. (Yolda) həmin adam qəzəbləndi və on­la­ra dedi: “Məgər Allah Rəsulu (sallallahu aleyhi və səlləm) sizə mənə itaət etməyi əmr etməmişdimi?” On­lar: “Elədir!”– dedilər. Onda o, onlara: “Elə isə mənim üçün odun yı­ğın!”– deyə buyurdu, onlar da (lazımi qədər odun) yığdılar. Sonra (onlara): “Od qa­la­yın!”– dedi, onlar da od qaladılar. (Axırda) onlara: “Girin oda!”– dedi. (Əv­vəl onlar oda) girmək istədilər, lakin sonra bir-birilərinin qolundan dar­tıb dedi­lər: “Biz atəşdən xilas olmaq üçün Allah Rəsuluna (sallallahu aleyhi və səlləm) tabe olmuşuq.” On­lar alov səngiyə­nədək və (əmirin) qəzəbi soyuyanadək tutduqları möv­qe­də qal­dılar. Bu xəbər Allah Rəsuluna (sallallahu aleyhi və səlləm) çatdıqda o dedi: “Əgər onlar atəşə gir­səydilər, Qiya­mət gününədək oradan çıxa bilməzdilər. (Yalnız) şəriətin bu­yur­duğuna itaət etmək gərəkdir!”

(Buxari 4340)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

05 Nov, 04:33

Uca Allah buyurur:

“Ey libasına örtünmüş peyğəmbər! Qalx və insanları xəbərdar et! Təkcə Rəbbini uca tut! Geyimini təmiz saxla! Pis şeyləri tərk et! Yaxşılığı təmənna məqsədilə etmə! Rəbbin üçün səbir et!”

(Muddəssir surəsi, 1-7-ci ayələr)

Muhəmməd ət-Təmimi (rahiməhullah) demişdir:

Qalx və insanları xəbərdar et", yəni onları şirkdən çəkindirib tövhidə - Tək olan Allaha ibadət etməyə - dəvət et. "Təkcə Rəbbini uca tut", yəni onu tövhidlə əzəmətləşdirib uca tut. "Geyimini təmiz saxla", yəni əməllərini şirkdən təmizlə. "Pis şeyləri tərk et", pis şeylər yəni bütlər. "Tərk etmək" isə onlardan uzaq durmaq deməkdir. Bütləri və bütlərə ibadət edənləri tərk edib onlardan uzaq olmaq deməkdir.

(Üç əsas və onun dəlilləri 35)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

04 Nov, 17:15

Həsən əl Bəsri (rahiməhullah) belə demişdir:

Şirinliyi namazda, Quranda və zikrdə axtarın. Əgər bu şeylərdə tapsanız davam edin və sevinin. Əgər tapmasanız bilin ki, bu qapı sizin üçün bağlıdır.

حلية الاولياء 171/6

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

04 Nov, 07:38

Yerini əkinçiyə mənfəət güdmədən faydalanması üçün ver, hər dəfə o onunla faydalandıqda axirətin üçün mükafatını götür.

İbn Abbas (radıyallahu anhumə) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) əkinləri hərəkət etməkdə olan bir tarlaya çıxdı və bu ərazi kimindir? - deyə soruşdu. Ordakılar dedilər: filakəs oranı icarəyə götürmüşdür. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) dedi: Diqqət edin! Əgər mal sahibi o kirayəçiyə (mənfəət güdmədən faydalanması üçün) versəydi, bu ərazi qarşılığında götürdüyü müəyyən qazancdan daha xeyirli olardı.

Buxari 2634

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

03 Nov, 15:28

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

"Həya imanın şöbələrindəndir."

Nəsai 5006, Şeyx Albani rahiməhullah onu səhihləşdirmişdir.

Qadına satıcı ilə zarafat etmək və yaxudda satılan malın qiymətini aşağı salmaq üçün çoxlu danışmaq icazəli deyildir. Çünki qadının həyası satılan maldan daha qiymətlidir.

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

25 Oct, 02:51

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə dedi:

"Cümə namazını tərk edən bəzi adamlar ya buna son qoyacaqlar, ya da Allah onların qəlblərini mütləq möhürləyəcək, sonra onlar qafillərdən olacaqlar."

(Muslim 865, Nəsai 1370. İbn Macə 794)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

24 Oct, 17:46

https://youtu.be/njbniQjnz3M?si=hnbIhi9ze5XTwDzk

İslamla yaşa

24 Oct, 13:01

İbn Əl-Qayyim (rahiməhullah) demişdir:

Möminlərə təsəlli verməyin növləri vardır:

1) Mal ilə təssəli vermək;
2) Uca məqamı ilə təsəlli vermək;
3) Nəsihət vermək və doğru yola yönəltməklə təsəlli vermək;
4) Üzülüb bunu ifadə etməklə təsəlli vermək;
5) Onlara dua və bağışlama diləməklə təsəlli vermək;
6) Bədən və xidmət etməklə təsəlli vermək;

Təsəlli vermək imanın miqdarında olur. Hər dəfə iman zəiflikdə, təsəlli vermək zəifləyər. Gücləndikcə isə güclənər. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bütün bunlarda səhabələrinə təsəlli vermək baxımından insanların ən əzəmətlisi idi. Ona tabe olan kəslər tabeçilikləri miqdarında onlara təsəlli vardır.

الفوائد 250

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

23 Oct, 15:38

Allah sizləri mükafatlandırsın!
Əgər bir paltarın üzərində marka olaraq "Nike" adında Yunan tanrılarından birinin adı varsa, onu geyinmək və satmaq icazəlidirmi?

🎙Şeyx Ubeyd Cabiri

Geyinilən bir köynək, papaq və ya cübbədirsə geyinilməməlidir. Əgər onun tanrı olduğu sübut olunarsa, o zaman bu, onu təzim etməkdir (ucaltmaqdır). Amma ayaqqabı və ya ayaq altındakı corabın və ya şalvarının üzərində yazılırsa, problem yoxdur. Çünki bu, (o tanrını) küçümsəmə (alçaltmaq) olaraq qəbul edilir.

Səs yazısından

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

22 Oct, 18:33

İbadətdə ehsan nə deməkdir?

Allaha Onu görürsənmiş kimi ibadət etməyin, sən Onu görməsən də O səni görür.

Qurandan dəlil:

"Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir" (ən-Nisa, 1)

"O Allah ki, səni namaza duranda da görür" (əş-Suara, 218)

Hədisdən dəlil:

"Allaha elə ibadət et ki, sanki sən Onu görürsən, sən Onu görməsən də O, səni görür.

(Buxari və Muslim)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

22 Oct, 09:10

Şeyx Salih əl-Useymi (hafizahullah) demişdir:

Həyatının gözəl vaxtlarında Allaha şükr edən ol, sıxıntılı vaxtlarında isə səbr edən ol. Rəbbinə qarşı zənnini gözəl et, xoşlamadığın şeyləri səbr edərək qarşıla. Bu bəzən imtahan və sınaq üçün olur, bəzən də (günahlarının) təmizlənməsi və kəffarəsi üçün olur.

Rəsmi səhifəsindən: 1445 Şəvval 15

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

21 Oct, 13:56

Üç əməl vardır ki, böyüklüyünə görə mizana qoyulmayacaq:

1) Oruc - onun mükafatı müəyyən edilməmişdir. Uca Allah buyurmuşdu: Adəm övladının orucdan başqa hər bir əməli özünə aiddir. Oruc isə Mənim üçündür və elə buna görə də Mən (oruc tutan adama) ayrıca mükafat verəcə­yəm. (Buxari 1904)

2) Səbr etmək - onun mukafatı müəyyən edilməmişdir. Uca Allah buyurmuşdu: Yalnız səbir edənlərə mükafatları saysız-hesabsız veriləcəkdir”. (Zumər surəsi ayə 10)

3) İnsanları əfv etmək - onun mukafatı müəyyən edilməmişdir: Uca Allah buyurmuşdu: Kim bağışlasa və islah etsə, onun mükafatı Allaha aid olar. (Şura surəsi ayə 40)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

21 Oct, 07:23

Yer kürəsi fırlanırmı?

Daimi elmi araşdırmalar və fətvalar mərkəzinin alimləri demişdirlər:

Yer kürəsi sabitdir və fırlanmır. Günəş isə onun ətrafında fırlanır. Necə Uca Allah buyurur: {Sizin üçün yeri məskən, göyü də tavan edən, sizə surət verib surətlərinizi gözəlləşdirən, sizə pak nemətlərdən ruzi verən Allahdır.} (Gafir surəsi ayə 64). Həmçinin demişdir:
{Günəş də, özü üçün müəyyən edilmiş yerdə hərəkət edər.} (Yasin surəsi ayə 38). Günəş və ay barəsində demişdir: {müəyyən vaxta qədər (göydə) hərəkət edən günəşi və ayı (əmrinə) tabe edən Allahdır.} (Rad surəsi ayə 2).

Kim desə ki, yer fırlanır və günəş fırlanmır, o Quranı yalanlamışdır. Quranı yalanlamaq isə böyük küfrdür. Biz Allahdan salamatlıq və afiyət istəyirik.

فتاوى اللجنة الدائمة 1 - 416/26

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

20 Oct, 15:21

Şeyx Salih əl-Useymi (hafizahullah) demişdir:

Dində yumşaqlıq və ağılda yüngüllük, qulun dinini və dünyasını aparır. Onu həlak edici yerlərə gətirib çıxardır. Kim birində bu iki xislətdən birini taparsa, ondan çəkinsin. Kim birində iki xislətin hər ikisini taparsa, ondan şirdən qaçdığı kimi qaçsın.

Rəsmi səhifəsindən

1446 Rabiul əxir 4

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

20 Oct, 13:15

Live stream finished (30 minutes)

İslamla yaşa

20 Oct, 12:44

Live stream started

İslamla yaşa

20 Oct, 08:40

🔴 CANLI SİLSİLƏVİ DƏRS 🔴
Bu gün

🎙️Dərsin vaxtı: 16:45

İmam əl-Buxarinin (rahiməhullah) "Tam Səhih" adlı kitabının (İman bölümü 35, 36
, 37, 38-ci hədis) şərhi

Muradov Murad

🖇️
https://t.me/islamlayasha

İslamla yaşa

20 Oct, 02:53

Xına çəkən qadınlara əlini naməhrəm kişilərə göstərməsi icazəli deyildir

Uca Allah buyurur:

“Zinətlərini ərlərindən başqasına göstərməsinlər.”

(Nur surəsi ayə 31)

İbn Bazz (rahiməhullah) demişdir:

Əgər qadın əlinə və ya ayaqlarına xına çəkərsə, onu libaslarla və paltarlarla örtərək insanlardan gizlətsin. Çünki o fitnədir.

فتاوى نور على الدرب 272/17

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

19 Oct, 12:37

Aişə (radıyallahu anhə) demişdir:

“Mən heyzli ikən Allah Rəsulu sallallahu aleyhi və səlləm başını qucağıma qoyub Quran oxuyardı.”

(Buxari 297)

✍🏻Bu hədisdən fayda olaraq götürülür ki, Quranı söykənərək və yan üstə uzanaraq oxumaq icazələdir.

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

19 Oct, 07:23

Uca Allah buyurur:

Kim zərrə qədər xeyir bir iş görmüşdürsə, onu (onun əvəzini) görəcəkdir.
Kim də zərrə qədər şər bir iş görmüşdürsə, onu (onun əvəzini) görəcəkdir.

(Zəlzələ surəsi ayə 7-8)

Möminə vacibdir ki, kiçik olsa belə xeyri əldə etməyə şiddətli şəkildə həris olsun. Habelə kiçik olsa belə, şərdən çəkinsin. Uca Allahın ədalətindən və hikmətindəndir ki, istər kiçik olsun, istər böyük olsun hər bir yaxşı və pis əməlin qiyamət günü qarşılığı veriləcəkdir.

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

18 Oct, 18:50

https://youtu.be/laLtSm61cpM?si=zaEX342zRg6MEuZB

İslamla yaşa

18 Oct, 11:09

Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, bir qara qadın (peyğəmbər) məscidini süpürərdi. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) o qadını görmədi. Bir neçə gün sonra onun haqqında soruşdu. Ona deyildi ki, qadın vəfat etmişdir. (Allah Rəsulu sallallahu aleyhi və səlləm) dedi: nə üçün mənə xəbər vermədiniz? Onun qəbrinin yanına gəlib üzərində (cənazə) namazı qıldı.

(İbn Macəh 1527, Şeyx Albani rahiməhullah onu səhihləşdirmişdir.)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

18 Oct, 03:33

Moizəni (nəsihəti) qısa etmək

Abu Vail demişdir: Abdullah ibn Məsud (radiyallahu anhu) hər dördüncü gün insanlara xatırlatma edirdi. Bir kişi ona dedi: eyn Əbu AbdurRahmən, istəyirəm ki, sən bizə hər gün xatırlatma edəsən. (Abdullah) dedi: Buna mənə mane olan sizin bezməyinizi istəməməyimdir. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bizim sıxılmağımızdan qorxduğu üçün halımıza uyğun vaxtlar seçdiyi kimi, mən də sizin halınıza uyğun vaxtlar seçirəm.

(Buxari 70)

İbn Bazz (rahiməhullah) demişdir:

Xatibə, moizə və xatırlatma edənə uzun-uzadı etməməsi sünnədir. Hətta insanlar bezməsinlər, onun nəsihətinə rəğbət göstərsinlər və asand olanı əzbərsinlər. Uzun-uzadı etməyə gəlincə isə nəsihətin çox hissəsinin zay olmasına və ya (insanların) sıxılmasına səbəbdir.

(Şərhu Riyədus Salihin)

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

17 Oct, 17:15

17 Oct, 11:12

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

Kim şöhrət libasını geyinərsə, Allah ona qiyamət günü zəlillik paltarı geyindirər.

(İbn Macəh 3006, Şeyx Albani rahiməhullah onu həsənləşdirmişdir.)

Şeyx Aziz Fərhan (hafizahullah) demişdir:

Şöhrət libası yaşadığı ölkənin camaatın libasına zidd olmasıdır. İnsanlar barmaqları ilə onu işarə edir və baxışlarını ona çevirir. Ölkə camaatın urfuna müxalif olur. İnsana vacibdir ki, camaatın adət etdiyi şeydən qırağa çıxmasın. Məsələn; ərəblər qamis (uzun paltar) geyinir. Əgər bir insan bu şeyin adət etmədiyi bir məmləkətdə geyinərsə, insanlar ona işarə edərsə və baxışlarını ona çevirərsə, bu libas şöhrət libası sayılacaqdır. Çünki insan bununla məşhurlaşır. Əsas diqqəti özündən dəf etməkdir.

(Səs yazısından götürülmüşdür.)

Qeyd: həmçinin bura daxildir, zahidlik edərək köhnə yamaqlı paltarlar geyinməsi, varlının kasıb paltarı geyinməsi və kasıbın da varlı paltar geyinməsi.

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

17 Oct, 03:13

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə demişdir:

🌸Həya imandandır. İman isə cənnətdədir. Arsızlıq kobudluqdandır. Kobudluq isə cəhənnəmdədir.

Tirmizi 2009, Şeyx Albani rahiməhullah onu səhihləşdirmişdir.

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

16 Oct, 18:43

İbn Əl-Qayyim (rahiməhullah) demişdir:

Əgər sədəqə verən kəs verdiyi sədəqəsini kasıbın əlindən əvvəl Uca Allahın əlinə düşdüyünü bilsəydi, sədəqə verən kəsin ləzəti sədəqə alan kəsin aldığı ləzzətdən daha çox olardı.

مدارج السالكين 1/26

🌙Faydalanmaq üçün bizi izləyin

💎
https://t.me/islamlayasha
💎
https://whatsapp.com/channel/0029VaD3weWJJhzSsgPzqh2j
💎
https://www.instagram.com/islamla.yasha?utm_source=qr
💎
https://youtube.com/@islamlayasa?si=RAp2qVaAG5t3Bp24

İslamla yaşa

16 Oct, 14:09

İbn Teymiyyə rahiməhullah demişdir:

Şeytanlar yalana yardım edir, mələklər isə doğruya yardım edir. Yardım (insana) imanın miqdarında olur. Kimin imanı başqasından güclü-qüvvətli olarsa, onun mələklərdən ibarət ordusu daha güclü-qüvvətli olacaqdır.

نبوات 292