ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ @tekdinimizislam Channel on Telegram

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

@tekdinimizislam


📒 Kim ölümündən sonra əməlinin kəsilməməsini istəyirsə qoy elmi yaysın. [ət-Tazkira/55]

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ (Azerbaijani)

📒 Tekdinimizislam Telegram kanalına xoş gəldiniz! Bu kanalda İslam Dini haqqında məlumatlar, dini məqalələr və hər günün bir ayəsi paylaşılır. Kanalımızdakı məzmun İslamın əsaslarına əsaslanır və oxucuları İslam dünyasında müxtəlif mövzular barədə aydınlatır. Qurani-Kərimdən məlumatlar, müxtəlif alimlərin müsahibələri və İslamın təhlükəsizliyi ilə bağlı məqalələr kanalımızda tapa biləcəyiniz mövcud məzmunlardır. Hər bir müsəlmanın yaşamaqda olduğu məqamı və ölümündən sonrakı möcüzələr bəllidir. Əgər siz də ölümündən sonrakı əməlinizin kəsilməməsini istəyirsinizsə, İslamın dini məzmunları və prinsipləri barədə daha çox bilik əldə etmək üçün Tekdinimizislam kanalına abunə olun! 🎗️ Detallı məlumat və daha çox məzmun üçün t.me/elmehlindensorush linkinə baş çəkin.

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

21 Jan, 20:22


🔖İbnul Qeyyim (Rahiməhullah) demişdir:

"Quran kökslərdə olana şəfadır. Quran, şeytanın (qəlbə) atdığı vəsvəsələri, şəhvətləri və pis istəkləri aparır."

📚 İğasətul-Ləhfən, 1/181

📲
t.me/Hikmetli_davet

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

21 Jan, 04:07


✔️Əbu Bəkr Əl-Bəlxi (رحمه الله) demişdir:


"Rəcəb ayı əkin ayı, Şaban ayı isə bu əkini suvarma ayıdır. Ramazan ayı isə məhsulu yığmaq ayıdır."

📙 Lətaiful-məarif-121


ᴛᴇʟᴇɢʀᴀᴍ:
t.me/tekdinimizislam

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

20 Jan, 15:32


📌 Allah Rasulu (sallallahu aleyhi və səlləm) demişdir:


"Savab əməllərin səni sevindirir, günahların səni üzürsə, sən möminsən."


📕Sahih əl-Cəmi 747



ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

19 Jan, 10:42


▫️Şeyxulisləm ibn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir:


Həqiqətən də Uca Allah qulunun tövbə etdiyi hər bir günahını bağışlayır. Kim şirkdən tövbə edərsə, Allah onu bağışlayar. Kim böyük günahlardan tövbə edərsə, Allah onu bağışlayar. Hansı günah olursa-olsun, qul o günahdan tövbə edərsə Allah onu bağışlayar.

✔️Məcmuul-Fətəva 11/185



ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

18 Jan, 19:23


😷Rəsulullah ﷺ buyurmuşdur:


Qulun Rəbbinə ən yaxın olduğu hal səcdə halıdır, elə isə səcdədə duaları çoxaldın


😷 Muslim 215


ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

18 Jan, 16:21


📖 Rəsulullah ▫️ buyurmuşdur:


Müsəlman kişinin qardaşı üçün gizlində etdiyi dua qəbuldur, hər dəfə qardaşı üçün xeyirə dua etdikdə başının üzərində müvəkkil olan mələk onun üçün deyər: Amin sənə də eyni misli olsun

📜 Muslim 2733


ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

18 Jan, 12:25


💾Şeyx ibn Useymin ▪️ demişdir:


🔴Sənə göz dəymə toxunarsa, zənn etmə ki, bu sənin gözəl olman və ya zənginliyin səbəbiylədir; əksinə bu sənin Allahın zikrində təqsirkar olduğun üçündür

Fəvaidul-aziməti liləzkər


ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

16 Jan, 15:07


🕋 İbn Qeyyim (rahimahullah) demişdir:

🔖Kim qəlbinin genişlənməsini, günahlarının bağışlanmasını, sıxıntıdan qurtulmasını və üzüntüsünün ondan getməsini istəyərsə, Rəsulullaha 🤍 salavat deməyi çoxaltsın🔖

📗Zədul-Məad

🕋Rəsulullah 🤍 buyurmuşdur:

🔖Həqiqətən sizin ən fəzilətli gününüz cümə günüdür, bu gündə mənə salavat deməyi çoxaldın, həqiqətən sizin salavatınız mənə çatdırılar🔖

📗 Əbu Davud

الَّلهُمَ صَلِّ ۈسَلّمْ علَےَ ِٰنبيّنَآمُحَـَّـــــــــمَّدٍ

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ 🪶

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

16 Jan, 06:45


🎧❤️Umar Sildinskiy

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

15 Jan, 16:47


🪶 🇸🇦🇸🇦🇸🇦

📗İbn Qeyyim ▪️ demişdir:

«Tək Allaha ibadət edən (muvahhid), Onun yoluna və Rəsulunun ﷺ sünnəsinə tabe olan mömin bəndə günah etdiyi zaman, onun üçün Ərşi dayşıyan və onun ətrafında olan mələklər bağışlanma diləyərlər»

📚Əd-Dəu vəd-Dəva 1/254

ᴛᴇʟᴇɢʀᴀᴍ:
t.me/tekdinimizislam

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

15 Jan, 03:13


🌺QURAN ŞƏFADIR🌺

🌟İbn Qeyyim (رحمه الله) demişdir:

«Quran tam şəkildə bütün qəlbi və cismani xəstəliklərin, eləcə də dünya və axirət dərdlərinin şəfasıdır. Quran kimə şəfa verməzsə, Allah o kimsəyə şəfa verməz»

Zədul-Məad 4/32


𝐇Ə𝕯İ𝕾 ⬅️ kanalından

ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

13 Jan, 20:44


🩷🩷 Muminun/111

❤️‍🩹 إِنِّی جَزَیۡتُهُمُ ٱلۡیَوۡمَ بِمَا صَبَرُوۤا۟ أَنَّهُمۡ هُمُ ٱلۡفَاۤىِٕزُونَ

Bu gün Mən səbir etdiklərinə görə onları mükafatlandırdım. Şübhəsiz ki, uğur qazananlar da onlardır!


ᴛᴇʟᴇɢʀᴀᴍ:
t.me/tekdinimizislam

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

13 Jan, 20:27


📌Şeyx Saleh əl-Fovzan حفظه الله demişdir:

"Bəzi alimlər Peyğəmbərin
▪️ Qiyamətin əlamətləri haqqındakı "Qul qadının öz ağasını doğması.." sözünün təfsirində belə demişlər:

Yəni axır zamanda valideynlərin üzünə ağ olmaq çoxalacaq, hətta qız uşağı sanki anasının ağası imiş kimi ona əmr və qadağa edəcəkdir".

📚 Şərhu Usulis-Sələsə 157

t.me/arabiazeri ⬅️ kanalından

ᴛᴇʟᴇɢʀᴀᴍ:
t.me/tekdinimizislam

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

13 Jan, 19:44


🪶Allah Elçisi belə buyurmuşdur:

Qiyamətin əlamətlərindən biri də, elmin qaldırılması, cahilliyin bərqərar olması, sərxoşedici içkinin çox istifadə olunması və zinanın yayılmasıdır.

📚Buxari 80

ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

13 Jan, 04:20


🌺 Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurmuşdur:


Sizə əməllərinizin ən gözəlini, Rəbbinizin yanında ən pakını, dərəcələrinizdən ən üstününü, qızıl və gümüş xərcləməkdən daha yaxşısını, düşməninizlə qarşılaşıb onların boyunlarını vurmaqdan, onların da sizin boyunlarınızı vurmaqlarından daha xeyirli olanını xəbər verimmi? Bu, ALLAHIN ZİKRİDİR.”
🌺

📚 Sahihul Cəmi 2629


ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

11 Jan, 00:55


🇵🇸...Rəbbin unudan deyildir. (Məryəm/64)

Allahım Sən Ən Böyüksən Ucasan. Sənə Həmd Olsun.

🇵🇸ᴛɢ t.me/tekdinimizislam

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

10 Jan, 14:06


ارح سمعك وقلبك بالقران 💙

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

10 Jan, 04:18


. 〰️〰️〰️〰️〰️


🌞Doğrudan da, Allah və Onun mə­ləkləri Peyğəmbərə xeyir-dua verir­lər. Ey iman gə­tirənlər! Siz də ona xeyir-dua verib kamil ədəb-ərkanla onu sa­lam­la­yın.

Əhzab-56


Allahummə Salli və Səllim Alə Nəbiyyinə Muhamməd

Allahım Peyğəmbərimiz Muhammədə salavat və salam yetir

الَّلهُمَ صَلِّ ۈسَلّمْ علَےَ ِٰنبيّنَآمُحَـَّـــــــــمَّدٍ


🪐 ᴛɢ t.me/tekdinimizislam

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

02 Jan, 07:40


Dünyanı səssizə al Quran dinlə

💔🎧🩷

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

01 Jan, 13:05


▫️İslami qadın geyimləri axtaranlar üçün çox gözəl bəyənəcəyiniz əbalar hicablar, donlar, niqablar... bu kanalda👇

▪️ t.me/hijabutik
▫️ t.me/hijabutik
▪️ t.me/hijabutik

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

01 Jan, 12:10


K İ Ç İ K G Ü N A H L A R

🪶Səhl ibn Səd 🌟 rəvayət edir ki,
Allah Elçisi
🌟 belə buyurdu:


▫️Kiçik günahlardan çəkinin! Həqiqətən, kiçik günahların misalı bir vadiyə enmiş bir topluluğa bənzər ki, biri bir çöp başqa biri bir çöp gətirir və nəhayət çör-çöp toplayıb yeməklərini bişirirlər. Həqiqətən, kiçik günahlar da üst-üstə toplanıb sahibini belə həlak edir!▫️


📔 Əhməd 22808. Şeyx Albani "Silsilə əs-Sahiha" 389


ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

01 Jan, 03:54


Səhər zikirləri

https://telegra.ph/S%C9%99h%C9%99r-Zikrl%C9%99ri-01-07

🌸 İbn Salah (Allah ona rəhmət etsin) demişdir:

Kim səhər və axşam zikrlərini, beş vaxt namazdan sonrakı zikrləri və yatağa girərkən edilən zikrləri qoruyarsa (davamlı edərsə) Allahı çox zikr edənlərdən sayılar.

✔️Əzkər ən-Nəvəvi/10

ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

31 Dec, 09:55


🕳Ramazan və Qurban bayramını qeyd edən Xristian görmüsünüzmü?
Amma biz Yeni ili qeyd edən müsəlmanlar görürük...
🕳

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

31 Dec, 09:49


▫️YENİ İL- mi?!▫️

#SahibXasayev

Faydalı Dərslər 🎙

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

31 Dec, 06:14


NAMAZIN FAYDALARI

💜İmam ibn əl-Qeyyim rahiməhullah belə deyir:

💜 N A M A Z 💜

💜Ruzini cəlb edər ,
💜Sağlamlığı qoruyar ,
💜Pislikləri uzaqlaşdırar ,
💜Xəstəlikləri qovar ,
💜Qəlbi gücləndirər ,
💜Üzü ağ edər,
💜Nəfsi sevindirər ,
💜Tənbəlliyi aradan qaldırar ,
💜Əzaları gümrah edər ,
💜Gücü davamlı edər,
💜Sinəni genişləndirər ,
💜Ruhu qidalandırar ,
💜Qəlbi nurlandırar ,
💜Neməti qoruyar ,
💜Fəlakəti aradan qaldırıb uzaqlaşdırar ,
💜Şeytandan uzaqlaşdırar Rahmana yaxınlaşdırar.

💜▫️Bir cümlə ilə namazın, bədənin və qəlbin sağlamlığının qorumasında, gücünün saxlanılmasında, aşağı (alçaldıcı şeylərin) bədən və qəlbdən uzaqlaşdırılmasında qəribə və qeyri adi bir təsiri var."
▫️زاد المعاد(4/304)


Kanalında
▫️ t.me/Islamvesunna

▫️ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

30 Dec, 15:25


Qiyamət günü qalxan olacaq əzəmətli kəlimələr!

😷Əbu Hureyra radiyallahu ənhu rəvayət edir ki, bir dəfə Allah Elçisi sallallahu aleyhi və səlləm yanında oturanlara dedi:

"Qalxanınızı götürün! (Səhabələr) dedilər: Ey Allahın Elçisi! Gələn düşmənə qarşımı? O dedi: Cəhənnəm oduna qarşı qalxanınızı götürün. SubhənAllah, Vəlhəmdulilləh, Və ləə iləhə illəllah, Vallahu Əkbər - deyin. Bunlar - Qiyamət günündə sahibinin önündə onu təqib edərək, cəhənnəm odundan qoruyan olaraq gələcək. Əbədi qalacaq saleh əməllər də elə bunlardır!"

😷 Sahih əl-Cəmi, 3214

t.me/Islamvesunna 😷kanalından

ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

29 Dec, 18:30


🪶Əbu Uməmə (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu ﷺ belə buyurdu:


“Haqlı olsa belə mübahisəni tərk edənə cənnətin kənarında bir ev veriləcəyinə mən zəmanət verirəm. Zarafata olsa belə yalan söyləməyən kimsəyə cənnətin ortasında bir ev veriləcəyinə zəmanət verirəm. Əxlaqını gözəlləşdirənə isə cənnətin ən yüksək yerində bir ev veriləcəyinə zəmanət verirəm.”

Əbu Davud 4800. Albani, səhih tərğib 2648. ((həsən)).


ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

29 Dec, 03:16


یَوۡمَ لَا یَنفَعُ مَالࣱ وَلَا بَنُون

🟤O gün, nə var-dövlət, nə də oğul-uşaq fayda verər.

إِلَّا مَنۡ أَتَى ٱللَّهَ بِقَلۡبࣲ سَلِیمࣲ

🟠Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən başqa!”



ᴛᴇʟᴇɢʀᴀᴍ:
t.me/tekdinimizislam

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

29 Dec, 03:02


🌸 S ə h ə r   Z i k r l ə r i 🌸

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

28 Dec, 20:02


🌺 Abu Dərda ▪️  belə  rəvayət edir ki, Peyğəmbər ▪️ belə demişdir: 


“Qulun tərəzidə ən ağır gələcək  əməli onun gözəl əxlaqdır.” 

🫙 Sahiha 876


ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

28 Dec, 04:03


О Аллах позволь нам дожить до Рамадана

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

27 Dec, 19:45


فَإِنَّ مَعَ ٱلۡعُسۡرِ یُسۡرًا

🥳Şübhəsiz ki, çətinliklə bərabər bir asanlıq vardır.

إِنَّ مَعَ ٱلۡعُسۡرِ یُسۡرࣰا

🥳Əlbəttə ki, çətinliklə bərabər bir asanlıq vardır.

فَإِذَا فَرَغۡتَ فَٱنصَبۡ

🥳(İşlərini) qurtaran kimi (Allah yolunda) çalış!

وَإِلَىٰ رَبِّكَ فَٱرۡغَب

🥳(Yalnız) Rəbbinə üz tut!


🥳Şərh surəsi

ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

27 Dec, 12:44


🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠

Cümə günü icabət saatını dua etməyi və axşam zikrlərini etməyi unutmayın.

Allaha xilqətin {yaradılışın} ən sevimlisi, Ona daha çox və daha gözəl dua edənlərdir. Allah duada israr edənləri sevər. Bəndə hər duada israr etdikcə, Allah onu sevər, ona yaxınlaşar və ona əta edər.

📚 İbn Qeyyim/Hədi əl-Ərvah

🌺İbnul Qeyyim (rahiməhullah) demişdir:

İmam Əhməd, Səhabələrin cümhuru və tabiinlər icabət saatının (cümə günü duaların qəbul olan vaxtın) əsr namazından sonra axırıncı saatda olduğunu demişlər.

    
🌺Zədul Məad 1/377🌺

🕯️ Axşam zikirləri أذكار المساء

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

27 Dec, 10:37


Allahummə salli va səllim alə nəbiyyinə Muhəmməd

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

26 Dec, 21:00


🎧❤️

🎤 Умайр Шамим

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

23 Dec, 16:24


💕Tabeinlərdən olan  İbrahim ən Nəxai (Rahiməhullah) demişdir:

"Səhabələr övladları arasında adil davranmağı sevərdilər. Hətta onları öpdükləri zaman bunun sayında belə adil olardılar."

"Əl muğni" İbn Qudəmə 6/53

ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

23 Dec, 16:18


🥳 İmam Şafi (Allah ona rəhm etsin) demişdir:

"Mən yaddaşımın zəifliyindən Vaqiyə şikayət etdim. Şeyx isə mənə günahları tərk etməyi nəsihət etdi. Sonra dedi: "Elm Allahdan gələn bir nurdur və o, günahkar insanda çox ola bilməz!"

😝Əl-Xatib Əl-Cəmi 2/387

ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

23 Dec, 03:46


🌺 Rasulullahi belə buyurmuşdur:

"Kim hər bir fərz namazının arxasınca Ayətul-Kursini oxuyarsa, onunla Cənnətə daxil olmaq arasında ölümdən başqa bir mane qalmayacaq."

🌺Sahihul-Cəmi 6464🌺


↪️ t.me/haqqyolislam - kanalından

ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

22 Dec, 19:15


Ən böyük həqiqət ÖLÜM

t.me/islamelmiman

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

21 Dec, 19:45


GİZLİN Ş İ R K

🌴Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir:

"Sizin üçün nəyin Məsih Dəccaldan də daha təhlükəli və qorxulu olduğunu xəbər verimmi?” Səhabələr: “Bəli, ey Allahın Elçisi!”- dedilər. O: “Bu gizli şirkdir. Bir adamın namaz qıldıqda başqa birisinin ona baxdığını hiss edincə, namazını bəzəyib düzməsidir "

💡 İbn Macəh 4194/4204

ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

20 Dec, 03:40


﴿ إِنَّ اللَّهَ وَمَلَائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ ۚ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَسَلِّمُوا تَسْلِيمًا﴾

🌺 Doğrudan da, Allah və Onun mə­ləkləri Peyğəmbərə xeyir-dua verir­lər. Ey iman gə­tirənlər! Siz də ona xeyir-dua verib kamil ədəb-ərkanla onu sa­lam­la­yın.

Əhzab-56


Allahummə Salli və Səllim Alə Nəbiyyinə Muhamməd

Allahım Peyğəmbərimiz Muhammədə salavat və salam yetir

الَّلهُمَ صَلِّ ۈسَلّمْ علَےَ ِٰنبيّنَآمُحَـَّـــــــــمَّدٍ


🌺 ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

19 Dec, 12:33


🟢Canlı dərslərin olduğu faydalı kanal

🎙İslam - Elm - İman 🎙

t.me/islamelmiman

✉️ t.me/islamelmiman

t.me/islamelmiman

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

18 Dec, 20:27


🌺İbn Teymiyyə ▪️ belə dedi:

İnsanın Allaha olan məhəbbəti artarsa, digər şeylərə olan sevgisi azalar. Allah olan məhəbbət azaldıqca isə (qəlbdə olan) digər sevgilər baş qaldırar. Qorxu da belədir. Əgər insanın Allaha olan qorxusu kamil olarsa, Allahdan başqasından heç vaxt qorxmayacaqdır.

📖 Fətava 1/94

🫙 ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

18 Dec, 04:08


🌺Omar hisham al arabi

@umar_hisham

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

15 Dec, 20:02


🌺Allah Rasulu ﷺ dualarından biri də belə idi:

«Allahım, pis qonşudan, qocalıqdan öncə məni qocaldacaq zövcədən, mənə ağalıq edəcək övladdan, mənə əzab olacaq maldan, mənə hiylə ilə baxan, qəlbi ilə məni güdən, yaxşılıq gördükdə gizlədən, pislik gördükdə yayan, hiyləgər dostdan Sənə sığınıram.»

🫙 Silsilətus Sahihə 3137

ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

14 Dec, 07:31


Möhlət diyarındasan əməl et

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

05 Dec, 08:00


🌺 𝐒𝐢𝐫𝐚𝐭𝐚𝐥 𝐌𝐮𝐬𝐭𝐚𝐪𝐢𝐦

🌸 İXLAS VƏ SÜNNƏ ﷽

🌸 MƏDİNƏ MƏDRƏSƏSİ

🌹 ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

💐 İslamla yaşa

🌸 İbn Teymiyyə (رحمه الله)

🌸 𝐇Ə𝕯İ𝕾

🌸 Z İ K R

🌸 Xeyirli Miras

🌸 İslami sual-cavab

🌼 Muslim Book

🌸 oxuveucal

🌹 Okur anne

💐 Səhabələrin Həyatı

🌹 ƏNBİYA

▫️ Elm nurdur onu hər yerdə yayın ▫️

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

05 Dec, 03:51


✔️Şeyx Fovzan (Allah onu qorusun) belə demişdir:

"Ölünün ruhu üçün FATİHƏ oxumağın şəriətdə heç bir əsli YOXDUR və bu haqda Allah rəsulundan ﷺ heç bir dəlil varid OLMAYIB".

📚 Fətava Şeyx Fovzan 2/687.

ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

04 Dec, 04:02


🌸 📖 Şeyx ibn Useymin rahiməhullah belə buyurur:

Qəlbin istiqamət üzərə olub salamat olmasının ən böyük səbəblərindən biri də Q U R A N oxumağı çoxaltmaqdır.

✅️ Nurun aləd-Dərb 12/20

ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

03 Dec, 15:55


🔠 🔠 🔠 🔠 🔠

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

02 Dec, 04:28


🌹 Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu:

Quranı səsinizlə gözəlləşdirin (Gözəl səs Quranın gözəlliyini daha da artırır)”

❤️Əbu Davud 1468.....

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

02 Dec, 04:01


🌸 Allah Elçisi - demişdir:🌸

“Uca Allah buyurur: “Kim yaxşı bir əməl ilə (hüzuruma) gəlsə, ona on misli qədər və əlavə (yeddi yüzə qədər və daha çox savab) verərəm. Kim günah ilə gəlsə, ona (həmin) günaha bərabər əvəzini verərəm və ya bağışlayaram. Kim Mənə bir qarış yaxınlaşsa, Mən də ona bir dirsək yaxınlaşaram. Kim Mənə bir dirsək yaxınlaşsa, Mən də ona bir qulac yaxınlaşaram. Kim Mənə doğru yeriyərək gəlsə, Mən də ona doğru yüyürərək gələrəm. Kim Mənə heç bir şeyi şərik qoşmadan yer boyda günahla Mənimlə görüşsə, Mən də (onun etdiyinin) misli qədər məğfirətlə onu qarşılayaram”.

📌Muslim, 2687, 4852, 7009.

RƏBBİNƏ DÖN

ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

01 Dec, 16:23


🍂🥧☕️🥧🍂

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

01 Dec, 06:48


N Ə S İ H Ə T

📌Bəkr ibn Abdullah əl-Muzani (Allah ona rəhm etsin) belə demişdir:

➡️ Özündən yaşca böyük gördükdə de ki: "O məni imanda və yaxşı işlərdə keçib!"

➡️ Özündən yaşca kiçik gördükdə isə de ki: "Mən onu günah işlərdə və itaətsizlikdə keçmişəm, o məndən daha yaxşıdır!"

➡️ Nə vaxt insanların sənə hörmət və nəzakət bəslədiyini görsən, de ki: " Bu mənə Allahın bir lütfüdür!"

➡️ İnsanların sənə qarşı münasibətlərində naqislik gördükdə isə de ki: "Bu mənim günahlarımın səbəbi ilə başıma gəlir!"

😀 İbn Cəuzi (Sifətu-s-Safva 821)

ᴛᴇʟᴇɢʀᴀᴍ:
t.me/tekdinimizislam

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

01 Dec, 06:44


Çox gülmək

Əbu Zər (Allah ondan razı olsun) belə demişdir: Ey Allah'ın rəsulu, mənə nəsihət et. O ﷺ belə buyurdu:

"Çox gülməktən çəkin . Çünkü çox gülmək qəlbi öldürür və üzün nurunu aparır."

📕Sahîhu't Tərgîb və't Tərhîb, 2868.


t.me/tekdinimizislam

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

27 Nov, 19:24


🌙 Yatmazdan əvvəl Mulk surəsini oxu

İbn Məsud (radiyallahu anhu) rəvayət edir ki, Allah Elçisi (sallallahu aleyhi və səlləm) buyurdu:

“Təbərakə (əl-Mulk) surəsi qəbr əzabından maneədir."

📓 İbn Mərdəveyh, əl-Albani “Sahih Cəmi” 3643, “Silsilətul Əhədisis Sahiha” 1140.

ᴛɢ:
t.me/tekdinimizislam

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

27 Nov, 14:14


Həsən əl-Basri (Allah ona rəhmət etsin) belə demişdir:


"Sədəqə malın zəkatı olduğu kimi xəstəlik də bədənin zəkatıdır. Şikayəti olmayan hər bədən zəkatı verilməmiş mal kimidir".


📓 Ədəbu Həsən əl-Basri və zuhduhu və məvəizuhu İbnil Covzi/53.

ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

26 Nov, 04:19


🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂
“Səhərə çıxdıq, hökm də Allahın olaraq səhərə çıxdı. Allaha həmd olsun! Allahdan başqa məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir! Ey Rəbbim! Səndən bu günün xeyrini və bundan sonrakı xeyri diləyirəm. Bu günün şərindən və bundan sonrakı şərdən Sənə sığınıram. Ey Rəbbim! Tənbəllikdən və pis qocalıqdan Sənə sığınıram. Ey Rəbbim! Cəhənnəmdəki əzabdan və qəbirdəki əzabdan Sənə sığınıram!”
🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂


☂️Muslim 4/2088.

ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

25 Nov, 05:08


🌟Zikr məclisinin fəziləti🌟

Allah rəsulu 🤲 buyurur:

"Hər hansı bir qövm Allahın evlərindən birində toplanıb Allahın Kitabını oxuyar və onu öz aralarında öyrənərlərsə, şübhəsiz, onların üzərinə sükunət enər, onları rəhmət bürüyər, mələklər onları əhatə edər və Allah onları Öz dərgahında olanların yanında zikr edər".

🖊 Muslim/2699.

ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

24 Nov, 10:10


QƏLBİN SƏRTLƏŞMƏSİNİN SƏBƏBLƏRİ VƏ ONU ARADAN QALDIRMAĞIN YOLLARI

Şeyx Muhəmməd bin Salih əl-Useymin (rahiməhullah) demişdir:

-Qəlbin sərtləşməsinin səbəbləri bunlardır:

Allah Azzə və Cəllə'dən üz döndərmək;
• Quran oxumaqdan uzaq olmaq;
• İnsanın dünya işlərinə başı qarışması;
• Əsas narahatlığın dünya işləri olması;
• Dini ilə, onun əmrləri ilə maraqlanmaması. (Çünki Allaha itaət, qəlbin yumuşaq, şəfqətli olmasını və Allaha tərəf dönməsini vacib edir.)

-Qəlbin sərtliyinin şəfası isə bunlardır:

• Allaha yaxınlaşmaq;
• Allaha üz tutmaq, Ona yönəlmək;
• Onu zikr etməyi çoxaltmaq;
• Quran oxumağı çoxaltmaq;
• İtaətləri artırmaq (gücü çatan qədər).

📗 Fətəva Nurun aləd-Dərb, 12-ci cild, səh. 18-19

⏺️ t.me/Quranvesunne - kanalından

ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

23 Nov, 19:23


🎧❤️
@tekdinimizislam

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

23 Nov, 08:10


Peyğәmbәr ⏩️ demişdir:

➡️Bir kimsә daima Allahdan bağışlanma (әstәğfirullah) dilәmәyi çoxaldarsa, uca Allah ona hәr darlıqdan bir çıxış yolu, hәr üzüntüdәn bir qurtuluş yolu göstәrәr vә onun gözlәmәdiyi yerdәn ruzisini artırar.⏩️

✒️ Әbu Davud/26

ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

20 Nov, 09:54


🕳Əbu Dərda belə deyərdi:

Qiyamət günü ən qorxduğum şey mənə ":ey Əbu Dərda  bildin. Bəs  necə əməl etdin"! Deyilməsidir Yenə belə deyərdi": Ölümdən sonra qarşılaşacağınız şeyləri bilsəydiniz iştahayla yemək yeməz , su içməz , kölgələnmək üçün evlərə daxil olmazdınız. Dağlara çıxar ürəklərinizə vurar və özünüz üçün ağlardınız  Aah, kaş əkilən və meyvəsi yeyilən bir ağac olsaydım"

📘 İbn Qeyyim “Dərd Və Dəva”

ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

18 Nov, 20:14


❣️ Sələfdən birinin öz zövcəsinə etdiyi nəsihət

~ Məni bağışla ki, sevgimiz davam etsin. Əsəbiləşdiyim zaman mənimlə danışma, əsəblərimə toxunma. Gələcəyin necə olacağını bilməzsən. Çox şikayət etmə, qüvvən gedər. Çox şikayət etsən, qəlbim sənə nifrət edər. Çünki qəlblər dönükdür. Mən gördüm ki, qəlbdə həm sevgi, həm də nifrət yerləşir. Hər ikisi bir yerdə olduğu zaman sevgi davam etməz.
💔

📖 Seyyid Sabiq Fiqhu əs-Sunnə

ᴛᴇʟᴇɢʀᴀᴍ:
t.me/tekdinimizislam

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

16 Nov, 16:58


İbn Abbas ⏩️ rəvayət edir ki, Peyğəmbər ⏩️ dedi:

“Mənə Cəhənnəm göstə­ril­di. Bax­dım ki, onun sakinlərinin əksəriyyəti nankor olan qadınlardır.” Soruş­du­lar: “Allaha qarşı nankordurlarmı?” (Pey­ğəm­bər sallallahu aleyhi və səlləm) dedi:

“Onlar ərlərinə qar­şı nankordurlar, yaxşılığı yerə vurur­lar. Birisinə il boyu yaxşılıq edirsən, son­ra da səndən (xoşuna gəl­məyən) bir şey görəndə deyir ki: – Mən səndən heç vaxt xeyir görmə­dim.”

😀(əl-Buxari, 29)

➡️ t.me/rebbine_don

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

16 Nov, 03:30


🎙️ İbn Teymiyyə رحمه الله demişdir:

Mən Uca Allahın kitabına davamlı olaraq baxmaqdan daha çox ağlı və ruhu qidalandıran, cismi qoruyan və xoşbəxtliyi ehtiva edən bir şey görmədim.

🔸Məcmuul Fətəv 7/493

ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

15 Nov, 08:39


Əbu Hureyra ⏩️ rəvayət edir ki, Peyğəmbər ⏩️ demişdir:

"Bir deyin görüm, əgər sizdən birinizin qapısının önündən çay axsaydı, o da hər gün bu çayda beş dəfə yuyunsaydı, onun (bədənində olan) çirkabdan bir şey qalardımı?" Səhabələr: "Onun (bədənindəki) çirkabdan heç nə qalmazdı"- deyə cavab verdikdə Peyğəmbər
⏩️ buyurdu. "Beş vaxt qılınan namazların məsəli də buna bənzəyir Belə ki, Allah bununla günahları silir!"

əl-Buxari, 528

ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

14 Nov, 10:21


ƏSR NAMAZINI BURAXANLARIN GÜNAHI

⏺️İbn Ömər 👍 rəvayət edir ki,
Peyğəmbər
⏩️ demişdir:

"Əsr namazını buraxan adam ailəsini və malını itirmiş kimidir"

🪶əl-Buxari, 552

⏺️Rəvayət edilir ki, hava buludlu olduğu bir gündə Bureydə ⏩️ demişdir:

"Əsr namazını erkən qılın. Çünki Peyğəmbər
⏩️ demişdir "Əsr namazını (qəsdən) qılmayan kimsənin əməli puç olar"

Burda erkən deyildikdə namazı ilk vaxtında qılmaq nəzərdə tutulur

🪶əl-Buxari, 553

ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

14 Nov, 03:23


QÜSLDƏN ƏVVƏL DƏSTAMAZ ALMAQ

Aişə ▶️ rəvayət edir ki,

Peyğəmbər
⏩️ cunub olduqdan sonra qüsl etdikdə əvvəlcə əllərini yuyardı. Sonra namaz üçün dəstəmaz aldığı kimi dəstəmaz alardı. Sonra barmaqlarını suyun içinə salar və onlarla saçlarının dibini isladardı. Sonra əlləri ilə başına üç ovuc su tökər, sonra da bütün bədəninə su əndərərdi.

📓 əl-Buxari, 248

ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

13 Nov, 16:53


⏺️ Peyğəmbərimiz ⏩️ belə buyurmuşdur: 

Din qardaşının üzünə
gülümsəmən sədəqədir”. 
🕳

▪️ Tirmizi, Birr 3

ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

13 Nov, 07:03


Müxtəsər təcvid dərsliyi

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

12 Nov, 18:38


🕳Şeyx Abdurrahmən əs-Səadi (rahiməhullah) buyurur:

Həyat onsuzda qısadır, gəl sən də
onu dərd və qayğılarla qısaltma!
🕳

🕳 Xəyal və Həqiqət kitabından...

ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

12 Nov, 11:27


Raşidi xəlifələr haqqında qısa məlumatlar:

🟠 Əbu Bəkr əs-Siddiq

⚫️ Ömər ibn əl-Xəttab

🟠 Osman ibn Əffan

⚫️ Əli ibn Əbu Talib

- (Allah Təala hamısından razı olsun)

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

12 Nov, 06:02


🌸Həsənul Basri (rahiməhullah) buyurur:

Gözümlə bir şeyə baxmadan, dilimlə onu söyləmədən, əlimlə ona toxunmadan, ayağımla bir şey üçün qalxmadan öncə baxdım- ibadət üçünmü, yoxsa asilik üçün?
İbadət üçündürsə davam etdim, asilik üçündürsə dayandım!

📝İbn Əbid Dunyə, əl-Vara kitabı səh/116

ᴛᴇʟᴇɢʀᴀᴍ:
t.me/tekdinimizislam

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

11 Nov, 16:16


)))

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

10 Nov, 20:02


👆 Bu sualı cavablamaqla öz nəfsini imtahan et!

❶ - Əgər bir cüz və daha çox oxumusansa, səni bu əmələ müvəffəq edən Allaha şükür et və bu əməlində davamlı ol!

❷ - Əgər bir hizb yaxud bir rub oxumusansa,  Allaha şükür et, bu əməlində davamlı ol! Çünki, az olub davamlı olan əməl, çox olub kəsintili olan əməldən daha xeyirlidir.

❸ - Əgər heç nə oxumamısansa, o zaman öz nəfsini qına! Sabahdan özün üçün Qur'andan pay ayır.

❹ - Əgər heç Qur'anı oxumağı bilmirsənsə, hələki möhlət diyarında ikən Allahın Kitabını oxumağı öyrən! Çünki, Allahın Kəlamını oxumağı bilməmək bir müsəlman üçün böyük bir eyibdir.

Nail Paşayev.

https://t.me/hedis_oxu

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

09 Nov, 16:22


Səcdə 32:17

فَلَا تَعۡلَمُ نَفۡسࣱ مَّاۤ أُخۡفِیَ لَهُم مِّن قُرَّةِ أَعۡیُنࣲ جَزَاۤءَۢ بِمَا كَانُوا۟ یَعۡمَلُونَ

Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nə cür nemətlər saxlandığını heç kəs bilməz.

───────
@alfasih_az

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

05 Nov, 16:46


🌹İbn əl-Qayyim rahiməhullah demişdir:

"Əgər Uca Allah, bəndəsi üçün xeyir diləyərsə, onun qəlbini, öz etmiş olduğu salih əməlləri görməkdən, dilini isə bu barədə (öz xeyirli əməllərini başqalarına) danışmaqdan qoruyar və elə edər ki, o bəndə ancaq öz günahlarını görər..."

Tariqul-Hicrateyn, 310

ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

02 Nov, 04:39


🗝 İbn Racəb (rahiməhullah) demişdir:

TÖVHİD elə bir möcüzəli sudur ki, əgər ondan zərrə qədəri günahlar və xətalar dağına tökülsə idi, onu həsənətlərə çevirərdi.

📚 Əsbəbul-Məğfirah - 6

ᴛᴇʟᴇɢʀᴀᴍ:
t.me/tekdinimizislam

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

31 Oct, 10:12


💎 Şeyx Saleh ibn Useymin رحمه الله demişdir;

"Sənə çoxlu istiğfar diləməyi tövsiyə edirəm ey qardaşım. "Allahım, məni bağışla! Allahım, mənə rəhm et! Allahdan bağışlanma diləyir və ona tövbə edirəm!" və buna bənzər sözləri artır. Bəlkə də Allahdan olan icabət saatına rast gələrsən, beləcə səni o saatda bağışlayar".

Şərhu Riyadis-Salihin 6/716

ᴛᴇʟᴇɢʀᴀᴍ:
t.me/tekdinimizislam

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

29 Oct, 09:03


İbnul-Qeyyim (Allah ona rəhmət etsin) demişdir:

Zikr, qulun qəflət səbəbilə bağlamadığı müddətcə, uca Allahın onunla arasında olan açdığı əzəmətli bir açıq qapıdır.

("Mədəricus-Səlikin", 2/476)

TELEGRAM: T.me/Quranvesunne

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

28 Oct, 13:19


▪️Həqiqətən Rəbbiniz göyləri və yeri altı gündə xalq edən, sonra ərşə yüksələn, sürətlə təqib edən, gündüzü gecə ilə örtüb bürüyən, günəşi, ayı və ulduzları əmrinə tabe edərək yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər uca və böyükdürə. (Əraf-54).

▪️Ey insanlar! Allahın sizə verdiyi nemətini xatırlayın. Allahdan başqa sizə göydən və yerdən ruzi verən bir xaliq varmı?! Ondan başqa (ibadətə layiq olan) ilah yoxdur. Siz necə də (haqdan) döndərilirsiniz! (Fatir-3)

ᴛᴇʟᴇɢʀᴀᴍ:
t.me/tekdinimizislam

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

28 Oct, 08:53


🎧⭐️

Allahın nemətlərindən biri də eşitmək nemətidir...📎

Necə ki digər nemətləri Allaha yaxınlaşmaq üçün bir səbəb etməliyik eləcə də eşitmək nemətini...📌💗

Bunun əksi olaraq musiqi dinləmək,qeybətə qulaq asmaq vəs. nemətə nankorluqdu..🕯️

➡️Sonra, o gün nemətlər barəsində hökmən sorğu-suala tutulacaqsınız.⬅️


Təkəsur 8🍁

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

27 Oct, 05:23


𝓢𝓮𝔂𝔁 𝓢𝓾𝓵𝓮𝔂𝓶𝓪𝓷 𝓮𝓻-𝓡𝓾𝓱𝓮𝔂𝓵𝓲 𝓐𝓵𝓵𝓪𝓱 𝓸𝓷𝓾 𝓺𝓸𝓻𝓾𝓼𝓾𝓷

Sabitlik, Sabitlik ey qardaşlar!

Öyrənin, öyrənin, öyrənin. Elm nurdur!

Elmi yayın, çünki elm nurdur!

Sələfin mənhəcindən bərk yapışın, doğru yolda olun!

Ona dəvət edin, onu gerçəkləşdirin və onunla əməl edin!


نسألك الثبات في الدين يا الله..

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

26 Oct, 19:09


💎 Peyğəmbər ﷺ demişdir:

“Həqiqətən, bir mömin digər bir möminlə qarşılaşaraq salam verib əl ilə görüşdükdə, ikisinin də günahları ağacın yarpaqları töküldüyü kimi tökülür”.

📚Tabərani "Mucəmul Əvsat" 245, əl-Albani "Sahih Tərġib" 2720.


ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

26 Oct, 15:33


✓ Peyğəmbər ﷺ buyurur: «Kimin dərdi axirət dərdi olarsa Allah varlığı onun qəlbində edər. İşlərini düzüb qoşar, dünya istəmədiyi halda ona gələr. Əgər kimin dərdi dünya dərdi olarsa Allah kasıblığı onun qarşısında edər. Allah onun işlərini dağıdar. Ona dünyadan yazılandan başqası verilməz»

📚Tirmizi, əl-Albani səhih

ᴛᴇʟᴇɢʀᴀᴍ:
t.me/tekdinimizislam

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

26 Oct, 07:48


~ 🤍

💎 https://t.me/QuranAyeler1

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

22 Oct, 17:45


~🌧

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

20 Oct, 17:10


Allahummə Bərik

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

20 Oct, 01:25


💎Şeyx Saleh ibn Useymin rahiməhullah demişdir:

Qəbir zülmətdir. İnsan orada nə günəş, nə də ay görməz. Lakin əgər insan namaz qılanlardan olarsa, onun qəbri nurlu olar.

📚 Məcmuə Fətava 12/479


ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

20 Oct, 01:23


💎 İbnul Covzi (rahiməhullah) belə demişdir:

Ey cənnəti istəyən kəs, bir günaha görə atan (Adəm) cənnətdən çıxarıldı, sən isə tövbə etmədiyin günahlarla ora (cənnətə) daxil olmaqmı istəyirsən?

📚Təbsira 1/273


ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

18 Oct, 04:31


KƏHF SURƏSİNİ OXUMAĞI UNUTMAYIN

💖 Peyğəmbərimiz ﷺ belə buyurdu:

“Kim cümə günü kəhf surəsini oxuyarsa, iki cümə arası onun üçün nur olar.”

☀️ {Sahihul Cəmi 6470`}

🌿 ᴛɢ t.me/tekdinimizislam

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

14 Oct, 14:33


﴿ٱلشَّيۡطَٰنُ يَعِدُكُمُ ٱلۡفَقۡرَ...﴾
(Şeytan sizi yoxsulluqla qorxudur...) Bəqara 268.

"Bədbinliyin, ümidsizliyin və üzüntünün qoxusu sənin deyil, iblisin qorxusudur."

(Elə isə ondan Allaha sığın.)

───────
➤ @alfasih_az

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

12 Oct, 01:37


🌷Rəsulullah ﷺ buyurmuşdur

Allahın qulları içərisində Allaha ən sevimli olan kəs əxlaqı ən gözəl olan kimsədir.

📗Səhih əl-Cəmi 179.

ᴛᴇʟᴇɢʀᴀᴍ:
t.me/tekdinimizislam

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

10 Oct, 18:22


اللهم صل وسلم على نبينا محمد ﷺ
اللهم صل وسلم على نبينا محمد ﷺ
اللهم صل وسلم على نبينا محمد ﷺ

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

10 Oct, 18:22


🤎 Rəsulullah ﷺ buyurmuşdur:

«Həqiqətən sizin ən fəzilətli gününüz cümə günüdür, bu gündə mənə salavat deməyi çoxaldın, həqiqətən sizin salavatınız mənə çatdırılar».

📝 Əbu Davud

الَّلهُمَ صَلِّ ۈسَلّمْ علَےَ ِٰنبيّنَآمُحَـَّـــــــــمَّدٍ

🤎 t.me/tekdinimizislam

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

10 Oct, 15:51


👤 Rizgar Kurdy

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

10 Oct, 08:06


Faydalı kanal 🌸

t.me/selefibacilarr
t.me/selefibacilarr
t.me/selefibacilarr

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

10 Oct, 06:32


🫀Qəlbinizin qatılaşdığını və sıxıldığını hiss edirsiniz?

Quranı tez-tez oxuyun! və oxuyarkən düşünün ki, bu insanların sözü deyil, göylərin yerin yaradıcısı olan, Böyük və Qüdrətli Allahın kəlamlarıdır.

@tekdinimizislam

ᎢƏᏦ ᎠİNİᎷİᏃ İᏚᏞᎪᎷ

10 Oct, 06:02


💐Əbu Zər (Allah ondan razı olsun) belə rəvayət etmişdir:

“Mənim sevimli dostum – Allahın Elçisi (ﷺ), mənə yeddi xislətə sahib olmağı əmr etmişdir:

1 ~ O, mənə yoxsulları sevməyi və onlara yaxın olmağı,

2 ~ (Nemət baxımından) məndən üstün olanlara deyil, məndən aşağı olanlara baxmağı,

3 ~ Qohumlarım məndən üz çevirsələr belə, qohumluq əlaqələrini möhkəmlətməyi,

4 ~ Heç kəsdən bir şey istəməməyi,

5 ~ Acı olsa belə, haqqı söyləməyi,

6 ~ Allah qorxusunda qinayanların qınağından qorxamamağı,

7 ~ Ərşin altındakı xəzinələrdən biri olan “lə haulə va lə quvvətə illə billəh” (Qüdrət və güc yalnız Allaha məxsusdur!) zikrini çox söyləməyi əmr etmişdir”


📙 Əhməd 21415

t.me/siratal_mustagim kanalından

ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam