Akademik Zərifə Əliyeva adına lisey @z_aliyeva_lyceum Channel on Telegram

Akademik Zərifə Əliyeva adına lisey

@z_aliyeva_lyceum


Sayt: https://www.z-aliyeva.edu.az/az/

YouTube: https://youtube.com/channel/UCC8BhL1szAHC5L9t_Z9c8tg

Akademik Zərifə Əliyeva adına lisey (Azerbaijani)

Əgər siz bir təhsil müəssisəsində təhsil alır və ya tələbəsinizsə, Akademik Zərifə Əliyeva adına lisey Telegram kanalında olmalısınız! "z_aliyeva_lyceum" kanalında lise tələbələri üçün mühüm məlumatlar və resurslar paylaşılır. Bu kanal, ən son ictimaiyyət fəaliyyətləri, tələbələrin nailiyyətləri, müəllimlərin xidmətləri və daha bir çoxunu təqdim edir. Akademik Zərifə Əliyeva adına lisey tələbələri üçün tələbə otağı dəstəyi, təlim və çalışma mərkəzi, məlumat və təlim materialları və daha bir çoxunu təmin edir. Kanala abunə olun və lise təhsiliniz üçün ən yaxşı imkanlardan istifadə edin! Saytımızı ziyarət edərək də daha çox məlumat əldə edə bilərsiniz: https://www.z-aliyeva.edu.az/az/

Akademik Zərifə Əliyeva adına lisey

18 Feb, 16:13


Hörmətli şagird kollektivi və əməkdaşlar, sizi 01.03.2025-ci il tarixində Akademik Milli Dram Teatrında Əli Əmirlinin repressiya qurbanı olmuş istedadlı şair Mikayıl Müşfiqin nakam ömrünə və məhv olunmuş məhəbbətinə həsr olunmuş "Ah, bu uzun sevda yolu" tamaşasına dəvət edirik.

İştirak etmək istəyən şagirdlərimiz sinif rəhbərlərimizə məlumat versinlər.

#ZərifəƏliyevaliseyi #teatr

Akademik Zərifə Əliyeva adına lisey

13 Feb, 09:05


Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə layihəsi çərçivəsində ümumi təhsil müəssisələrinin şagirdləri arasında “Zəkaların mübarizəsi” olimpiadası keçiriləcək.

#ElmVəTəhsilNazirliyi #HeydərƏliyevFondu #EduAz

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/21880-1

#ZərifəƏliyevaLiseyi #zəkalarınmübarizəsi
#olimpiada

Akademik Zərifə Əliyeva adına lisey

09 Feb, 20:36


05.02.2025-ci il tarixində liseyin rəhbər heyətinin II yarımil üzrə ilk iclası keçirilib.
İclasda II yarımildə qarşıda duran məsələlər, görüşlər, tədbirlər və.s haqqında müzakirələr aparılmışdır.

#ZərifəƏliyevaliseyi #iclas #görüş
#idarəheyəti

Akademik Zərifə Əliyeva adına lisey

09 Feb, 14:26


X sinif şagirdimiz Hüseyn Hüseynli "Neo Science" olimpiadasında #Riyaziyyat kateqoriyası üzrə iştirak edərək gümüş medal qazanıb.

Şagirdimizi təbrik edir, hər zaman bol-bol uğurlar arzulayırıq.

Qeyd edək ki, Hüseyn Amerikada təşkil ediləcək Qrand finalda da iştirak hüququ əldə edib.

#ZərifəƏliyevaLiseyi #NeoScience #Mathematics #NewYork

Akademik Zərifə Əliyeva adına lisey

07 Feb, 20:44


2 fevral gənclər günü münasibətilə #tələbələr arasında təşkil edilən "Nə? Harada? Nə zaman?" intellektual yarışında iştirak edən #şagirdlərimiz 3-cü yerə çıxıblar.

24 komanda arasında yeganə məktəblilərdən olan komandamızın üzvləri XI sinif şagirdlərimiz:
Zaur Quluzadə
Yusif İsmayılov
Davud Şeydayev
İbrahim Rəhimov
Ümid Ömərov

Sizi ürəkdən təbrik edirik, dəyərli şagirdlər!

#ZərifəƏliyevaliseyi #intellektualyarış #IIIyer

Akademik Zərifə Əliyeva adına lisey

07 Feb, 19:33


Xatırlatma:
https://whatsapp.com/channel/0029VaDndqECxoB1CIHoj83a/198

#ZərifəƏliyevaLiseyi #stemazerbaijan

Akademik Zərifə Əliyeva adına lisey

05 Feb, 19:24


Liseyimizin 8-ci sinif şagirdləri arasında təşkil edilən Bilik yarışının final oyunu keçirilib.

Şagirdlərimizi təbrik edir, hər zaman bol-bol uğurlar arzulayırıq!

#ZərifəƏliyevaLiseyi #bilikyarışı

Akademik Zərifə Əliyeva adına lisey

03 Feb, 16:23


📢“Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsi çərçivəsində sərgidə iştirak edəcək şagirdlər müəyyən olundu!

🔗Ətraflı: https://shorturl.at/misun

#ARTİ #EduAz #ElmVəTəhsilNazirliyi #SabahınAlimləri #XIVRespublikaLayihəMüsabiqəsi

Akademik Zərifə Əliyeva adına lisey

02 Feb, 16:18


Akademik Zərifə Əliyeva adına lisey hazırda 8-ci sinifdə təhsil alan şagirdlər üçün sınaq imtahanı elan edir!

🔹İmtahanda iştirak etmək üçün öncədən buraxılış vərəqi əldə etmək lazımdır.
🔹Buraxılış vərəqini həftəiçi (iş günləri) saat 10:00-14:00 aralıqda liseyə yaxınlaşaraq əldə edə bilərsiniz.

🗓 22 Fevral
🕙 10:00
📞 012 510 85 19 / 050 228 48 80 (Ülviyyə xanım)
🌐 bit.ly/3WKMP9j
📌Qeyd edək ki, liseyimizdə yalnız Azərbaycan və Rus bölmələri üzrə 8, 9, 10, 11-ci sinif şagirdləri təhsil alırlar.

#ZərifəƏliyevaliseyi #EduAz #Sınaq #İmtahan #22fevral

Akademik Zərifə Əliyeva adına lisey

02 Feb, 07:44


31.01.2025-ci il tarixində I yarımilə dair Pedaqoji Şura iclası keçirilib.

İclasda tədris prosesinin gedişatı təhlil edilib, şagirdlərimizin dərs müvəffəqiyyəti, onların iştirak səviyyəsi və ümumi tədris prosesindəki nəticələri təhlil olunub.

Liseydaxili imtahanlarda, RFO, Sabahın Alimləri, Beynəlxalq və layihələr, eləcə də müxtəlif müsabiqə və yarışlarda əldə olunan nəticələrin statistikaları müzakirə edilib.

Bununla yanaşı, ikinci yarımildə görüləcək işlər barədə ətraflı danışılıb. Təhsilin keyfiyyətinin, şagirdlərin fənlərə marağının daha da artırılması, fənn müəllimlərimizin və eyni zamanda sinif rəhbərlərimizin fərdi yanaşma metodlarının təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb və müvafiq tapşırıqlar verilib.

Sonda bütün kollektivə İkinci yarımildə sağlam və daha uğurlu fəaliyyətlər arzu edilib.

#ZərifəƏliyevaLiseyi #PedaqojiŞura #hesabat #Iyarımil

Akademik Zərifə Əliyeva adına lisey

02 Feb, 06:45


🌕#SOCAR-ın Bakı Ali Neft Məktəbinin Neftçi Mühəndisləri Cəmiyyəti (SPE BHOS SC) liseyimizdə şagirdlərimiz üçün təqdimat edib.

💢BANM-da təhsil imkanları, ixtisaslar və tələbə fəaliyyəti barədə məlumat verilib. İnteraktiv keçən görüşdə fəal iştirak edən şagirdlər mükafatlandırılıb.

#ZərifəƏliyevaLiseyi #SOCAR #BANM #təqdimat

Akademik Zərifə Əliyeva adına lisey

31 Jan, 15:49


📢Respublika Fənn Olimpiadaları üzrə yarımfinal turunun buraxılış vərəqələrinin yüklənilməsi və çap edilməsinə başlanılıb.

🔗Ətraflı: https://shorturl.at/YB73n

#ARTİ #EduAz #ElmVəTəhsilNazirliyi #MÜTDA #RFO

Akademik Zərifə Əliyeva adına lisey

22 Jan, 21:01


22 yanvar 2025-ci il tarixində Azərbaycan Milli Peyk İnnovasiya Müsabiqəsi iştirakçısı olan məktəblilər üçün onlayn formatda brifinq keçirilib.

#ZərifəƏliyevaLiseyi #KosmikOlimpiada

Akademik Zərifə Əliyeva adına lisey

22 Jan, 20:21


Hörmətli olimpiada iştirakçıları, sizi Amerikan Riyaziyyat Müsabiqəsi (AMC 8)-də iştirak etməyə dəvət edirik!

🛑 AMC 8 – 7, 8 və 9-cu sinif şagirdləri üçün nəzərdə tutulmuş, 25 sualdan ibarət riyaziyyat imtahanıdır. Bu müsabiqə riyazi problemləri həll etmə bacarıqlarınızı inkişaf etdirmək və beynəlxalq sertifikat qazanmaq üçün əla fürsətdir.

📅 Müsabiqə 22 yanvar tarixində həm online, həm də offline formatda keçiriləcək. (Offline iştirak üçün minimum 10 nəfərlik qrup tələb olunur.) Şagirdlər imtahanda Azərbaycan, rus və ingilis dillərində iştirak edə bilərlər.

Beynəlxalq səviyyədə öz bacarıqlarınızı nümayiş etdirmək və uğur qazanmaq istəyirsinizsə, bu imkanı qaçırmayın!

🛑Biletləri aşağıda linkdən əldə edə bilərsiniz:
📍AMC 8 AZE - 22 January 2025
https://www.oxuyan.az/exams/DTQ4AE

📍AMC 8 ENG - 22 January 2025
https://www.oxuyan.az/exams/JPZD5V

📍AMC 8 RUS - 22 January 2025
https://www.oxuyan.az/exams/REAKYL

#AmericanMathematicalCompetition #Riyaziyyat

Akademik Zərifə Əliyeva adına lisey

22 Jan, 19:34


Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Rəssamlıq Akademiyası, Azərbaycan Televiziya va Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Uşaq Sənəti Qalareyası və Xətai Sənət Mərkəzinin təskilatçılığı ilə kitab mütaliəsinə rəng qatan illüstrasiya ənənəsini unutdurmamaq məqsədilə uşaq, yeniyetmə və gənclər arasında elan olunmus "MUTALİƏ RUHU" adlı respublika yaradıcılıq müsabiqəsi keçirilib.

Bu müsabiqədə liseyimizin 8a sinif şagirdi Abdullazadə Nəzrin də iştirak edib. Müsabiqədə seçilmiş işlər arasında yer alan “Göyçək Fatma” nağılına çəkdiyi illustrasiyaya gorə Nəzrin sertifikatla təltif olunub.

Yaradıcı yanaşmaları ilə şagirdimizə dəstək olan təsviri incəsənət muəllimi Təranə Əhmədovaya təşəkkürümüzü bildiririk. Mövzunu xüsusi incəliklə təsvir edən Abdullazadə Nəzrinə bol-bol uğurlar arzu edirik!

#ZərifəƏliyevaLiseyi #MütaliəRuhu

Akademik Zərifə Əliyeva adına lisey

21 Jan, 19:45


Liseyimizin direktoru Fərqanə xanım İsayeva Qazaxıstanda keçirilən Beynəlxalq Jautikov Olimpiadasında İnformatika fənni üzrə qızıl medal qazanan Ayxan Dəmirlini və bir neçə müəllim və şagirdlərimizi çay süfrəsinə qonaq edib.

Çay süfrəsində əldə edilən yüksək nəticələr və bu istiqamətdə atılan uğurlu addımlardan, gələcəkdəki plan və məqsədlərdən danışılıb, müzakirələr edilib.

#ZərifəƏliyevaLiseyi #Jautikov #İnformatika #qızılmedal

Akademik Zərifə Əliyeva adına lisey

21 Jan, 19:23


Yasamal rayonunda 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar 20 Yanvar dairəsində 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış Abidə Kompleksinin önündə Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, idarə, müəssisə və təşkilat rəhbərlərinin, rayon ictimaiyyətinin iştirakı ilə anım mərasimi keçirilib.

Liseyimizin bir qrup müəllim heyəti anım mərasimində iştirak edib.

#ZərifəƏliyevaLiseyi #20january #20yanvarabidəsi

Akademik Zərifə Əliyeva adına lisey

21 Jan, 06:58


Böyük Summativ Qiymətləndirmə imtahanlarımız davam edir.
Uğurlar arzulayırıq, dəyərli şagirdlərimiz!

#ZərifəƏliyevaLiseyi #Summativ #BSQ

Akademik Zərifə Əliyeva adına lisey

19 Jan, 17:44


Tariximizin qanlı və şanlı səhifəsi!

17.01.2025-ci il tarixində liseydə 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

10r3 sinif şagirdlərinin hazırladıqları bədii hissədən sonra o illərin canlı şahidləri olan müəllimlər öz xatirələrini şagirdlərlə bölüşüblər.
Çıxış edənlər şagirlərə hazıradıqları tamaşaya görə təşəkkürlərini bildirdilər və vətənini, xalqını sevən, şəhidlərin ruhuna hörmət edən gənclər yetişdikləri üçün qürur duyduqlarını dilə gətiriblər.

#ZərifəƏliyevaLiseyi #20yanvar

Akademik Zərifə Əliyeva adına lisey

19 Jan, 17:44


Tariximizin qanlı və şanlı səhifəsi!

17.01.2015-ci il tarixində liseydə 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

10r3 sinif şagirdlərinin hazırladıqları bədii hissədən sonra o illərin canlı şahidləri olan müəllimlər öz xatirələrini şagirdlərlə bölüşüblər.
Çıxış edənlər şagirlərə hazıradıqları tamaşaya görə təşəkkürlərini bildirdilər və vətənini, xalqını sevən, şəhidlərin ruhuna hörmət edən gənclər yetişdikləri üçün qürur duyduqlarını dilə gətiriblər.

#ZərifəƏliyevaLiseyi #20yanvar

Akademik Zərifə Əliyeva adına lisey

19 Jan, 13:38


Liseyimizin 9-cu sinif şagirdləri təsviri incəsənət dərsində 20 Yanvar faciəsinin 35-ci il dönümünə həsr olunmuş "20 Yanvar Azadlığın Zirvəsi" adlı mövzuda faciəni özündə əks etdirən rəsmlər çəkiblər. 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir.
Xalqımızın azadlığını, şərəf və ləyaqətini hər zaman uca tutan mərd oğul və qızlarımızın Vətən sevgisi gənclərimizə örnəkdir.

#ZərifəƏliyevaLiseyi #20Yanvar #AzadlığınZirvəsi

Akademik Zərifə Əliyeva adına lisey

19 Jan, 09:11


Liseylərimizin bütün sinifləri və müəllim heyəti Şəhidlər xiyabanını ziyarət edərək xalqımızın azadlığı uğrunda canından keçən qəhrəmanlarımızı qürur hissi və dərin hüznlə anıblar.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

🌐 www.z-aliyeva.edu.az

#ZərifəƏliyevaLiseyi #20yanvar #HörmətləAnırıq

Akademik Zərifə Əliyeva adına lisey

27 Dec, 06:29


Liseyimizin X sinif şagirdi Elvin Mahmudlu "NUS - National University of Singapore" -un təşkilatçılığı ilə keçirilən olimpiadada "Cybersecurity" kateqoriyası üzrə yüksək nəticə göstərərək həm fərdi, həm də komanda hesabında gümüş medal əldə edib.

Bu yüksək nəticələrə görə Elvini ürəkdən təbrik edir, hər zaman yüksək nailiyyətlər əldə etməyi arzulayırıq!

#ZərifəƏliyevaLiseyi #cybersecurity

Akademik Zərifə Əliyeva adına lisey

27 Dec, 06:29


XI sinif şagirdimiz Böyükağa Ağayev "Skill Factory" mərkəzinin "C++ devoloper" kursunu uğurla bitirmişdir.
Böyükağa bir il davam edən dərsin sonunda mərkəzin imtahanında iştirak edərək "Junior C++ devoloper" adına yiyələnmişdir.

Böyükağa, səni ürəkdən təbrik edir, hər zaman uğurlu nəticələr əldə etməyini arzu edirik!

#ZərifəƏliyevaLiseyi #C++ #programming

Akademik Zərifə Əliyeva adına lisey

27 Dec, 06:27


Liseyimizin X sinif şagirdi Elvin Mahmudlu "International Junior Math Olympiad" yarışmasında uğurlu nəticə göstərərək bürünc medal əldə edib!

Elvini ürəkdən təbrik edirik!

#ZərifəƏliyevaLiseyi #IJMO #riyaziyyat

Akademik Zərifə Əliyeva adına lisey

25 Dec, 14:26


İnformatika fənni üzrə RFO-da iştirak edəcək şagirdlərin nəzərinə!

8-9-cu siniflər üçün 28 dekabrda, 10-11-ci siniflər üçün 29 dekabrda algo.az saytı üzərindən olacaq.

Şagirdlər qeydiyyatdan keçdikləri sistemdən buraxılış vərəqlərini endirərək login və şifrələrini özlərində saxlamalıdırlar.

Saatlar isə region üzrə cədvəldə qeyd edilib.

Bütün şagirdlərimizə uğurlar arzulayırıq!

Akademik Zərifə Əliyeva adına lisey

04 Dec, 05:29


🇩🇪 ALMANİYA MƏRKƏZLİ "BEYNƏLXALQ Hi-LiNGUA DİL OLİMPİADASINA" QEYDİYYAT DAVAM EDİR!

🏅 Siz də dil biliklərinizi sınayaraq medal və sertifikatla qazana bilərsiniz və ya qalib olaraq mərhələlərə davam edib Parisdə təşkil olunacaq Qrand Final mərhələsində iştirak etmək fürsəti əldə edə bilərsiniz!

Şagirdlər aşağıda qeyd olunan dil kateqoriyalarından hər hansı birində və ya bir neçəsində iştirak edə bilərlər.

⬇️ 7 Dekabr 2024
🇩🇪 Alman dili kateqoriyası
🇪🇸 İspan dili kateqoriyası

⬇️ 8 Dekabr 2024
🇬🇧 İngilis dili kateqoriyası
🇫🇷 Fransız dili kateqoriyası

🚸 Olimpiadada 1-11-ci sinif şagirdləri iştirak edə bilər.

🏆 Olimpiada 3 mərhələdən ibarətdir:
1️⃣ Yarımfinal Mərhələsi (Onlayn Test): 7-8 Dekabr 2024
2️⃣ Final Mərhələsi (Onlayn Müsahibə): 21-22 Dekabr 2024
3️⃣ Qrand Final Mərhələsi - Paris, Fransa: 7-12 May 2025

🌼🌼🌼🌼🌼🌼

1️⃣ YARIMFİNAL MƏRHƏLƏSİ
🎁 Olimpiadada iştirak üçün qeydiyyatdan keçmiş hər bir iştirakçıya imtahanlara hazırlaşmaq üçün BUSUU qlobal dil öyrənmə platformasında 3 aylıq premium istifadəçi haqqı təqdim olunur. Şagirdlər bu proqram vasitəsi ilə əvvəlcə öz dil səviyyələrini müəyyən etdikdən sonra onlara təyin olunan proqram əsasında imtahanalara hazırlaşmağa başlayırlar.

📝 Yarımfinal mərhələsi hər biri 20 sualdan ibarət olan 4 səviyyədən ibarətdir:
- Beginners (20 sual)
- Movers (20 sual)
- Runners (20 sual)
- Flyers (20 sual)

⏱️ Bütün iştirakçılar imtahana 1-ci səviyyə olan "Beginners" bölməsindən başlayırlar. Bu bölmədə 20 sualdan 10 sualı düzgün cavablandıran iştirakçı novbəti mərhələyə yüksəlmiş olur. Qısa bir fasilə sonra iştirakçı imtahana növbəti bölmə olan "Movers" ilə davam edir və proses sonuncu "Flyers" bölməsinə kimi təkrarlanır. Əgər iştirakçı hər hansı səviyyədə 10 sualdan daha az sualı düzgün cavablandırarsa şagird bir sonrakı səviyyədə iştirak hüququ əldə edə bilmir. Belə olduqda iştirakçı mövcud nəticəsi ilə yarışda iştirak etmiş olur.

🏆 Hər dil kateqoriyası və yaş qrupu üzrə ən yaxşı nəticə əldə etmiş ilk 10 iştirakçı növbəti mərhələ olan Final Mərhələsində davam etmək hüququ əldə edəcək. Digər iştirakçılara isə aşağıdakı şəkildə digital nailiyyət sertifikatları təqdim olunacaq:
🥇 İlk 15% > Qızıl Medal Sertifikatı
🥈 15-35% > Gümüş Medal Sertifikatı
🥉 35-60% > Bürünc Medal Sertifikatı
🏅 60-80% > Həvəsləndirici Medal Sertifikatı
📃 80-100% > İştirakçı Sertifikatı

2️⃣ FİNAL MƏRHƏLƏSİ:
Bu mərhələdə iştirak hüququ əldə etmiş iştirakçılar xarici müəllimlər ilə müsahibədə iştirak edərək öz nitq qabiliyyətlərini nümayiş etdirəcəklər. Hər dil kateqoriyası və yaş qrupu üzrə ən yaxşı nəticə əldə etmiş ilk 3 iştirakçıya Medal və Sertifikatlar təqdim olunacaq.

✈️🎡 Müsahibə mərhələsində hər yaş qrupu və dil kateqoriyası üzrə ən yaxşı nəticə əldə etmiş ilk 3 şagird medal və sertifikat ilə yanaşı 7-12 May 2025 tarixlərində 🇫🇷 Fransanın Paris şəhərində təşkil olunacaq Qrand Final Mərhələsində iştirak üçün xüsusi endirimlər əldə edəcəklər:
1️⃣ yer - 75% endirim
2️⃣ yer - 50% endirim
3️⃣ yer - 25% endirim

🎦🛂 Test imtahanları və müsahibə mərhələləri onlayn təşkil olunur və imtahan prosesinə kamera vasitəsi ilə nəzarət olunur.

3️⃣ QRAND FİNAL MƏRHƏLƏSİ - PARİS
🇫🇷 7-12 May tarixlərində Fransanın Paris şəhərində təşkil olunacaq *Qrand Final* Mərhələsində şagirdlər hər 4 dil kateqoriyası üzrə imtahan və müsabiqələrdə iştirak edərək medal, sertifikat və mükafatlar qazanacaq, həmçinin fərqli əyləncə mərkəzləri və muzeylərə təşkil olunacaq ekskursiyalarda iştirak edəcəklər.

🚸 Olimpiadanın Qrand Final mərhələsində 3-11-ci sinif şagirdləri və valideynləri iştirak edə bilər.

📆 Son müraciət tarixi: 7 Dekabr 2024

⤵️ Olimpiadanın veb səhifəsi:
https://hi-lingua.org/

⤵️ Qeydiyyat linki:
https://my.hi-lingua.org/register
Referans kodu (və ya müəllim ID) mütləq qeyd edin: AZT2304
Aşağıdakı link vasitəsi ilə qeydiyyat və imtahanlara hazırlıq ilə bağlı bütün suallarınıza cavab tapa bilərsiniz:
https://hi-lingua.org/registration_guidelines/

📱 Əlaqə: 055 318 19 29
🌐https://whatsapp.com/channel/0029VaDndqECxoB1CIHoj83a

Akademik Zərifə Əliyeva adına lisey

03 Dec, 21:11


02.12.2024-cü il tarixində DİN-in Polis Akademiyasının kafedra rəisi, polis polkovniki Elçin Orucov liseyimizin qonağı olub.

Ətraflı: https://bit.ly/4f4CUlg

Akademik Zərifə Əliyeva adına lisey

02 Dec, 21:09


Liseyimizin bir qrup şagirdi ADA universitetində ekskursiyada olublar.

#ZərifəƏliyevaLiseyi #adauniversiteti

Akademik Zərifə Əliyeva adına lisey

02 Dec, 20:29


Kenquru olimpiadasında qalib olan şagirdlərimizin sertifikatları təqdim edildi.

Qaliblərimizi ürəkdən təbrik edirik 😊

#ZərifəƏliyevaLiseyi #kenquruolimpiadasi

Akademik Zərifə Əliyeva adına lisey

30 Nov, 12:55


STEM olimpiadasının #coding kateqoriyası üzrə imtahanı davam edir.
Bəzi xatırlatmalarla aşağıdakı linkdən tanış ola bilərsiniz:

https://whatsapp.com/channel/0029VaDndqECxoB1CIHoj83a/185

Qeyd edək ki, 1 dekabr (sabah) Beynəlxalq STEM olimpiadasının #Riyaziyyat kateqoriyası üzrə imtahanı olacaq.

#ZərifəƏliyevaLiseyi #STEM

Akademik Zərifə Əliyeva adına lisey

20 Nov, 07:43


🇦🇿Liseyimizin 8-ci sinif şagirdi Həsənzadə Yusif və 9-cu sinif şagirdi İsmayılzadə Mirnihad FMO-riyaziyyat olimpiadasından müvafiq olaraq qızıl və bürünc medal qazanıblar.

🎉 Şagirdlərimizi ürəkdən təbrik edirik!

#ZərifəƏliyevaLiseyi #FMO #medal

Akademik Zərifə Əliyeva adına lisey

18 Nov, 16:20


🇦🇿Liseyimizin 9-cu sinif şagirdi Mirnihad İsmayılzadə "WMTC"-Riyaziyyat çempionatının fərdi turundan qızıl medal, komanda turundan isə qızıl kubok qazanıb.
Bu nəticə ilə şagirdimiz finalda iştirak hüququ əldə edib.

🎉Mirnihad,səni ürəkdən təbrik edirik!

#ZərifəƏliyevaLiseyi #riyaziyyat #QızılMedal

Akademik Zərifə Əliyeva adına lisey

17 Nov, 08:43


17 Noyabr – Milli Dirçəliş Günüdür.🇦🇿

Həmrəyliyimiz və dövlət müstəqilliyimiz əbədi olsun!🇦🇿

Milli Dirçəliş Günümüz mübarək!

#ElmVəTəhsilNazirliyi #Zərifə_Əliyeva_liseyi #17Noyabr #MilliDirçəlişGünü

Akademik Zərifə Əliyeva adına lisey

13 Nov, 20:08


6 noyabr tarixində liseyimizin 8-10-cu sinif şagirdləri üçün BilBacar müsabiqəsi təşkil edilib.

Bu müsabiqənin təşkilində məqsəd VIII, IX və X sinif şagirdlərinin riyaziyyat, oxu və təbiət elmləri üzrə məktəbdə qazandıqları bilik və bacarıqları həyatda tətbiq etmə qabiliyyətini inkişaf etdirmək və onları bu bilikləri real həyatda istifadə etməyə sövq etməkdir.

#ZərifəƏliyevaLiseyi #bilbacar

Akademik Zərifə Əliyeva adına lisey

12 Nov, 15:30


BilBacar müsabiqəsinin noyabr ayı üzrə “Hazırlıq” mərhələsinə start verilib

11 noyabr tarixindən etibarən BilBacar müsabiqəsinin “Hazırlıq” mərhələsinə başlanılıb. Bu mərhələdə qeydiyyatdan keçmiş şagirdlər şəxsi hesablarına daxil olaraq “Hazırlıq” bölməsindəki sualları cavablandıra bilərlər. “Hazırlıq” bölməsində hər doğru cavab 1 balla qiymətləndirilir və tapşırıqlar 1 ay müddətində aktiv olacaq. Bildiririk ki, şagirdlərin bu bölmədə qazandıqları ballar “Yarış” mərhələsində topladıqları ballara əlavə olunur və yanlış cavablara görə bal çıxılmır.

Qeyd edək ki, BilBacar müsabiqəsinin keçirilməsində məqsəd VIII, IX və X sinif şagirdlərinin məktəbdə qazandıqları bilik və bacarıqları real həyatda tətbiq etmə qabiliyyətini inkişaf etdirmək və onlara bu bilikləri gündəlik həyatda istifadə etmək vərdişi aşılamaqdır.

#ElmVəTəhsilNazirliyi #MÜTDA #ARTİ #EduAz #BilBacar #Müsabiqə

Akademik Zərifə Əliyeva adına lisey

11 Nov, 07:50


🔊Beynəlxalq Virtual Robot Çempionatı 2024-Ölkə üzrə və Beynəlxalq Mərhələ
________
Yarış haqqında ətraflı məlumat, qeydiyyat, ödəniş və.s haqqında linkə daxil olaraq ala bilərsiniz.⤵️
https://forms.gle/5ivkySjaLyxpP28g8
_________
QEYD: Yarışa qoşulmaq üçün linkdən qeydiyyatdan keçmək mütləqdir!

SON_QEYDIYYAT_TARİXİ:
20 Noyabr 2024 Saat 23:59

ÖLKƏ #FİNALI:
2-5 DEKABR 2024

BEYNƏLXALQ #FİNAL:
9-14 DEKABR 2024

#rvg #virtualrobotolimpiadasi #worldrobotolympiad #kodlama #məktəbli #şagird #robotolimpiadasi #virtualyarış

Akademik Zərifə Əliyeva adına lisey

09 Nov, 21:42


Zəfər günü ilə əlaqədar olaraq liseyimizin 10a2 sinif şagirdləri "Hərbi qənimətlər parkı”nda olublar.

#ZərifəƏliyevaLiseyi #ZəfərGünü

Akademik Zərifə Əliyeva adına lisey

09 Nov, 09:59


Əziz olimpiadaçılar və riyaziyyat fənninə marağı olan məktəblilər! 🧮

📌 12 Noyabr, 2024-cü tədris ilində AMC 10 (9-10-11 sinif şagirdləri üçün) ölkəmizdə təşkil ediləcəkdir. Azərbaycan, rus və ingilis dillərində təşkil ediləcək müsabiqə saat 10:00-da başlayacaqdır. Müsabiqə 40 dəqiqə vaxt və 25 sualdan ibarətdir, onlayn və offlayn olaraq ( offlayn olaraq min. 10 nəfər müraciət edə bilər. ) keçiriləcəkdir.

🛑Biletləri aşağıda linkdən əldə edə bilərsiniz:
📍AMC 10B AZE 2024
https://www.oxuyan.az/exams/1NXRV3
📍AMC 10B English 2024
https://www.oxuyan.az/exams/VMTUCH
📍AMC 10B RUS 2024
https://www.oxuyan.az/exams/D1MZPY

👨‍🏫Sizləri biliklərinizi yoxlamağa dəvət edir və hər birinizə uğurlar arzulayırıq!🏆

#AmericanMathematicalCompetition #Riyaziyyat #Müsabiqə #AMC #MMA #mathematic #olimpiada #amcazerbaycan #azerbaycan #tehsil #oxuyanaz #americanmathematicscompetition #baku #olimpiada #education#Riyaziyyat #Müsabiqə #Təhsil #Bilik

Akademik Zərifə Əliyeva adına lisey

09 Nov, 09:58


07 noyabr 2024-cü il tarixində ilk olaraq 15 sinfin fəal könüllü valideynləri (siniflərin valideyn könüllüləri) ilə görüş keçirilmişdir.

Görüşdə valideynlərin liseyin fəaliyyətində yaxından iştirakı, şagirdlərimizin bilik və bacarıqlarının yüksəldilməsi , uğurun əldə edilməsində ailənin rolu, lisey həyatında yaxından iştirakının əhəmiyyətindən, MAİB-in iş prinsipindən danışılmışdır.

Eyni zamanda monitorinq və liseydaxili qiymətləndirmə testlərinin şagirdlərin tədris prosesində həm bilik və bacarıqlarının, həm də imtahan məsuliyyətinin, diqqətinin formalaşmasında, inkişaf etdirilməsində əhəmiyyəti, eləcə də liseyin fəaliyyətinə aid bəzi məsələlər müzakirə edilmiş, onları maraqlandırılan suallar cavablandırılmışdır.

Görüş psixoloq valideyn Hümerə Hüseynova tərəfindən təşkil edilmişdir.

Növbəti görüşün digər 14 sinfin valideynləri ilə noyabr ayının sonunda keçirilməsi planlaşdırılmışdır.

#Zərifə_Əliyeva_liseyi #ValideynKönüllüləri #görüş

Akademik Zərifə Əliyeva adına lisey

09 Nov, 07:48


🇦🇿9 Noyabr Dövlət Bayrağı Günüdür.

#BayraqGünü #9noyabr

Akademik Zərifə Əliyeva adına lisey

08 Nov, 19:09


Zəfər günü ilə əlaqədar olaraq liseyimizdə tədbir təşkil edilib.

#ZərifəƏliyevaLiseyi #ZəfərGünü

Akademik Zərifə Əliyeva adına lisey

27 Oct, 19:22


🇦🇿Liseyimizin 9-cu sinif şagirdi Mirnihad İsmayılzadə "WMTC"-Riyaziyyat çempionatının fərdi turundan qızıl medal, komanda turundan isə qızıl kubok qazanıb.
Bu nəticə ilə şagirdimiz finalda iştirak hüququ əldə edib.

🎉Mirnihad,səni ürəkdən təbrik edirik!

#ZərifəƏliyevaLiseyi #riyaziyyat #QızılMedal

Akademik Zərifə Əliyeva adına lisey

26 Oct, 19:41


🇦🇿Liseyimizin 8-ci sinif şagirdi Əli Qasımov WMTC-Riyaziyyat çempionatından qızıl medal qazanıb.

🎉Əli, səni ürəkdən təbrik edirik!

#ZərifəƏliyevaLiseyi #riyaziyyat #QızılMedal

Akademik Zərifə Əliyeva adına lisey

26 Oct, 18:37


Liseyimizin şagirdləri arasında "İstedadlar sorağında" müsabiqəsinin növbəti hissəsi keçirilib.

#ZərifəƏliyevaLiseyi #istedadlarsorağında

Akademik Zərifə Əliyeva adına lisey

26 Oct, 18:36


Liseyimizin şagirdləri arasında "İstedadlar sorağında" müsabiqəsinin növbəti hissəsi keçirilib.

#ZərifəƏliyevaLiseyi #istedadlarsorağında

Akademik Zərifə Əliyeva adına lisey

25 Oct, 17:07


24 oktyabr 2024-cü il tarixində akademik Zərifə Əliyeva adına liseyin ingilis dili müəllimi Əsədova Sevincin rəhbərliyi altında 10r3 sinif şagirdlərinin “Who is your favourite writer or poet?” mövzusunda təqdimatı keçirilib.

#ZərifəƏliyevaLiseyi #English

Akademik Zərifə Əliyeva adına lisey

25 Oct, 05:33


🇦🇿Liseyimizin 8-ci sinif şagirdləri Hidayət Ağalarlı və Yusif Həsənzadə #FERMAT riyaziyyat olimpiadasında I yerə layiq görülüblər.

Şagirdlərimizi ürəkdən təbrik edirik.

#ZərifəƏliyevaLiseyi #riyaziyyat #math

Akademik Zərifə Əliyeva adına lisey

25 Oct, 05:24


22 oktyabr 2024-cü il tarixində liseyimizin 8-9-cu sinif şagirdlərinin valideynləri ilə görüş təşkil edilmişdir.

#ZərifəƏliyevaLiseyi #valideyni̇clası