🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋 @dini_paylas Channel on Telegram

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

@dini_paylas


"Duanın qəbul olma şərtlərindən biri də Peyğəmbər (s) və Əhli-Beytə (ə), məxsusən İmam Zaman ağaya (ə.f) təvəssül etməkdir"

Mərhum Ayətullah Behcət.

꧁꧂•❀❥🌺❥❀• ꧁꧂

https://t.me/dini_paylas

🕋 DİNİ PAYLAŞIMLAR 🕋 (Azerbaijani)

Dini Paylaşımlar adlı Telegram kanalına hoş geldiniz! Bu kanal, dini konuları tartışmayı, öğrenmeyi ve paylaşmayı amaçlayan bir topluluktur. İnsanların dinleri hakkında daha fazla bilgi edinmelerine ve manevi yaşamlarını güçlendirmelerine yardımcı olmak için kurulmuş bir platform dur. Kanalımızda Peygamber Efendimiz (s.a.v.) ve Ehli-Beyt'e (a.s.), özellikle de İmam Zaman'a (a.f.) tazim etmenin önemi gibi konuları ele alıyoruz. Merhum Ayetullah Behcət'in de belirttiği gibi, dua ederken bu kutsal şahsiyetlere yönelmek, dualarımızın kabul olma şansını artırabilir. Kanalımıza katılarak, dini bilgileri paylaşabilir, öğrenebilir ve manevi hayatınızı zenginleştirebilirsiniz. Haydi, gelin birlikte dini paylaşımlarımızı artıralım! 🌺

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

28 Jan, 16:29


Həmişəki kimi elmi və dini kanallarla qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla telegramın ən faydalı və ən böyük kanallarına abunə ola bilərsiniz.

@toplu_admini

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

28 Jan, 05:52


🔖 Əziz müsəlman qardaş və bacılar!
Bütün aləmlərin sevimlisi, yaradılışın səbəbi və Allahın ən sevimli məxluqu olan Peyğəmbərimizin (s) peyğəmbərliyə təyin olunduğu "Məbəs" günü münasibətilə siziləri təbrik edirik!

💫 Bayramınız mübarək olsun İnşəAllah

✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‌‌‌‎

@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

28 Jan, 05:28


Məbəs bayramı, Məbəs nədir?

Ərəb dilindən tərcümədə “məbəs” və ya “besət” göndərilmə deməkdir. Dini ədəbiyyatda Allah tərəfindən Həzrət Mühəmmədin (s) peyğəmbərliyə seçilməsini və bəşəriyyətə peyğəmbər göndərilməsini bu cür ifadə edirlər. Bu günün İslam tarixində əhəmiyyəti böyükdür. Hətta bəzi hadisələrin baş vermə tarixini məsələn “besətdən 5 il əvvəl” və ya “besətdən 2 il sonra” şəklində göstərirlər. Məbəs günü dindarlar tərəfindən bayram kimi qeyd edilir. Lakin bu bayramın hansı gün keçirilməsi barədə alimlər arasında fikir ayrılıqları vardır. Əksəriyyəti şiə alimlərindən ibarət olan bir dəstənin fikrincə, məbəs günü rəcəb ayının 27-sidir və həmin gün şiə müsəlmanlar məbəs bayramını qeyd edirlər. Əhli-sünnə alimlərinin çoxunun fikrincə isə, Həzrət Mühəmmədə (s) peyğəmbərlik ramazan ayında verilmişdir və onlar məbəs gününü ramazanda qeyd edirlər. Rəcəb ayının 27-si isə əhli-sünnə arasında merac gecəsi kimi tanınır və bu münasibətlə “mirac kandili” adlı mərasimlər keçirilir


@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

28 Jan, 05:06


1. “Əl-mizan fi təfsiril-Quran”, Əllamə Məhəmmədhüseyn Təbatəbai, tərcümə: Seyid Məhəmmədbaqir Musəvi Həmədani, 13-cü cild, səh.53. Bax: “Əl-kəşşaf”, Məhmud Zəməxşəri, Beyrut, “Darul-kutubil-ərəbi”, 2-ci cild, səh.647; “Məcməül-bəyan”, Fəzl ibn Həsən Təbərsi, Tehran, “Nasir Xosrov” nəşriyyatı, 3-cü çap, 1372-ci h.ş. ili, 6-cı cild, səh.609; “Biharul-ənvar”, Əllamə Məclisi, 18-ci cild, səh.289.

2. “Biharul-ənvar”, 18-ci cild, səh.312.

3. Biharul-ənvar”, 18-ci cild, hədis: 23.

✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‌‌‌‎

@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

28 Jan, 05:06


Əllamə Təbatəbai yazır: “İsra” və “merac” inkaredilməz bir həqiqətdir. Çünki Qurani-Kərimdə bu haqda söz açılmış və məsum imamlar vasitəsilə Peyğəmbəri-Əkrəmdən (s) “mütəvatir” hədislər nəql olunmuşdur.¹
Biz isə burada həmin hədislərdən ikisini qeyd etməklə kifayətlənirik:

a) İmam Cəfər Sadiq (ə) buyurur:

ليس من شيعتنا من انكر اربعة اشياء: المعراج و المسئلة فى القبر و خلق الجنة و النار و الشفاعة

“Dörd məsələdən birini inkar edən kəs bizim şiəmiz deyil: meracı, qəbirdə sorğu-sualı, behişt və cəhənnəmin yaranışını və şəfaəti.”²

b) İmam Rza (ə) buyurur:

من كذب بالمعراج فقد كذب رسول الله

“Meracı inkar edən şəxs, həqiqətdə Allahın Rəsulunu (ə) inkar etmişdir.”³

Bir sözlə, merac səfəri keçmişdə nəzərə uzaq gəlsə də, müasir elm və texnologiya insanda onun mümkün iş olduğuna dair təsəvvür yaradır. Buna rəğmən, İslam mənbələrində “təvatür” həddinə çatmış qəti dəlillərdə göstərilir ki, mütəal Allah Öz Peyğəmbərini (s) gecə ikən sürətli miniklə səmalara aparmışdır.

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

28 Jan, 05:01


Ümmü-Hani deyir ki, həbəşili kənizimə dedim: “Peyğəmbərin (s) arxasınca get və gör, camaata nə deyəcək? Sonra onları mənə danışarsan! Kəniz evdən çıxıb getdi və evə qayıtdıqda dedi: “Peyğəmbəri-Əkrəm (s) merac səfərini camaata danışdıqda, onlar təəccüblə deyirdilər: “Sözünün doğruluğuna bir dəlilin, nişanən varmı? Biz haradan bilək ki, sən düz danışırsan?” Həzrət isə onlara buyurdu: “Dəlilim-nişanəm fılan karvandır. Mən Şama gedərkən onları fılan yerdə gördüm. Onların dəvələri Büraqın hərəkətinin səsindən qorxdu, hətta biri qaçıb gözdən itdikdə, mən onun yerini göstərdim. Səfərdən geri qayıdarkən, (Məkkənin yaxınlığındakı) Zəcnan məntəqəsində fılan karvanla rastlaşdım. Onların hamısı yatmış, başları üzərinə qoyduqları su tuluğunun üstünü örtmüşdülər. Həmin karvan hal-hazırda “Tənim” dərəsindən Məkkəyə girəcəklər. Əlaməti isə onların önündə hərəkət edən qəhvəyirəngli dəvədir. Ona yüklənmiş iki kisənin biri qaradır. Camaat bunu eşitcək, “Tənim” dərəsinə yollandılar. Peyğəmbəri-Əkrəmin (s) söylədiyi nişanələri müşahidə etdilər. Camaat Məkkəyə daxil olan həmin karvandan dəvələrin qorxduğu və hətta birinin itdiyindən xəbər aldıqda, onun doğruluğunu təsdiq etdilər.

📓“Əs-sirətun-Nəbəviyyə”, İbn Hişam, tərcümə: Seyid Haşim Rəsuli Məhəllati, Tehran, “Kitabçı” nəşriyyatı, 5-ci çap, 1375-ci h.ş. ili, 1-ci cild, səh.256.

✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‌‌‌‎


@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

28 Jan, 05:01


❁ ﷽ ❁

İbn Hişam “Əs-sirətün-Nəbəviyyə” kitabında Ümmü-Hanidən “merac” hədisi ilə bağlı belə nəql edir: “Peyğəmbəri-Əkrəm (s) həmin gecə mənim evimdə idi. “İşa” namazını qılıb yatdı. Biz də yatdıq. Sübhə yaxın bizi yuxudan oyatdı və sübh namazını birgə qıldıq. Sonra mənə buyurdu: “Ey Ümmü-Hani, bildiyiniz kimi, mən bu evdə “işa” namazını sizinlə birgə qıldım, sonra Beytül-Müqəddəsə gedib, bir neçə rükət namaz da orada qıldım. Gördüyünüz kimi, burada sübh namazını yenidən sizinlə birgə qıldım.” Peyğəmbər (s) bunu deyib, ayağa qalxdı. Getmək istədikdə, əlimi atıb libasından yapışdım. Dedim: “Ey Allahın Rəsulu, bizə buyurduğun sözü başqalarına demə ki, səni təkzib edəcək, incidəcəklər. Həzrət buyurdu: “Allaha and olsun, onlara da söyləyəcəyəm!”

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

28 Jan, 04:32


Peyğəmbəri-Əkrəmdən (s) belə nəql olunur:

“Mən Ümmü-Haninin evində mürgülədiyim zaman Cəbrail gəlib dedi: “Ey Muhəmməd, ayağa qalx!” Mən ayağa qalxdım. O, mənim əlimdən tutub Zəmzəm quyusuna tərəf apardı. Bir mələyə dedi: “Zəmzəm və Kövsər suyundan bir qədər su gətir ki, Muhəmməd dəstəmaz alsın. Həmin mələk su gətirdi və mən dəstəmaz aldım. Cəbrailin göstərişi ilə Məscidül-Hərama daxil oldum. Sonra Cəbrail əlimdən tutub məsciddən çıxartdıqda, qapının önündə Büraqı (Büraq adlı at) gördüm. Cəbrail mənə dedi: “Min. İbrahim peyğəmbər Kəbə evinin ziyarətinə gedərkən ona minərdi.” Mən mindim və o, məni Məscidül-Əqsaya, sonra isə göylərə apardı. Orada qəribəliklər gördüm, yaradılış sirləri ilə tanış oldum və sonra Büraq məni Məkkəyə qaytardı.

📓“Əl-mizan fi təfsiril-Quran”, Əllamə Seyid Məhəmmədhüseyn Təbatəbai, Qum, “Dəftəri intişarati-İslami”, 5-ci çap, 1417-ci h.q. ili 13-cü cild, səh.32; “Dəqaiqut-təvil və həqaiqut-tənzil”, Məhmud ibn Məhəmməd Əbülməkarim Həsəni, Tehran, “Mirasi-məktub” nəşriyyatı, 1381-ci h.ş. ili, səh.379 və 393.

Rəvayətlərdə deyilir ki, Büraq bir neçə yerdə – Mədinədə, Kufə məscidində, Sina dağında, İsa peyğəmbərin doğulduğu Beytül-Ləhmdə dayandı və Peyğəmbəri-Əkrəm (s) namaz qıldı. Sonra Məscidül-Əqsaya daxil olub, orada da namaz qıldı və səmalara qalxdı.

📓 “Biharul-ənvar”, Əllamə Məclisi, 18-ci cild, səh.252-261.

✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‌‌‌‎

@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

28 Jan, 04:31


MERAC DASTANI

Dini mətnlərə diqqət yetirdikdə, bu səfəri qısa şəkildə belə bəyan etmək olar: “İslam Peyğəmbərinin (ə) gecə vaxtı səmalara seyri Məkkədə yaşadığı son illərdə baş vermişdir.

📓“Həzrət Muhəmmədin (s) həyatı”, Seyid Haşim Rəsuli Məhəllati, səh.196.

Amma ilin hansı gecəsində baş verdiyi haqda dəqiq məlumat yoxdur. Əllamə Məclisi “Biharul-ənvar” kitabında onun üç gecədən birində baş verdiyini qeyd etmişdir:
1. Rəbiül-əvvəl ayının 17-ci gecəsi; 2. Rəcəb ayının 27-ci gecəsi; 3. Ramazan ayının 17-ci gecəsi.

📓 “Biharul-ənvar”, Əllamə Məclisi, 18-ci cild, səh.302, Beyrut, “Əl-vəfa” müəssisəsi, 1403-cü h.q. ili.

Peyğəmbəri-Əkrəm (s) həmin gecə Əbu Talibin qızı Ümmü-Haninin evində ikən meraca getdi. O həzrətin Məscidül-Əqsadan səmalara gedib-qayıtması bütünlüklə bir gecə içərisində baş vermişdir.

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

28 Jan, 04:28


❁ ﷽ ❁

Müsəlmanlara görə, İslam Peyğəmbərinin (s) meracı dinin qəti məsələlərindəndir və Qurani-Kərimdə ona aydın şəkildə toxunulmuşdur. Merac səfəri Qurani-Kərimin iki surəsində – biri “İsra”, digəri isə “Nəcm” surəsində (1-18-ci ayələrdə) qısa şəkildə qeyd olunmuşdur. Biz bu yazıda öncə “merac” sözünün mənası, sonra isə “merac” dastanından söz açacağıq:

MERACIN ANLAMI

Meracın lüğəvi mənası: Merac yüksəlmək və yuxarı qalxmaq mənasını daşıyan “üruc” sözündən alınmışdır. Duanın səmaya ucaldığı gecəyə “ləylətül-merac” (merac gecəsi) deyirlər.

📓 “Əl-müfrədat”, Hüseyn Rağib İsfahani, “Dəftəri nəşri-kitab”, 1404-cü h.q. ili, səh.329.

Demək, meracın mahiyyəti yer aləmində və yüksək aləmlərdə seyr etməkdir.

Meracın terminoloji mənası:
İslamda Peyğəmbəri-Əkrəmin (s) qeyri-adi şəkildə səmaya səfərinə “merac” deyilir. Rəvayətlərə əsasən, o həzrətin merac səfəri iki mərhələdə baş vermişdir:

a) O həzrət merac gecəsi Məscidül-Həramdan Məscidül-Əqsaya aparılmışdır. “İsra” surəsinin 1-ci ayəsində bu haqda belə buyurulur:

سُبْحَانَ الَّذِي أَسْرَى بِعَبْدِهِ لَيْلاً مِّنَ الْمَسْجِدِ الْحَرَامِ إِلَى الْمَسْجِدِ الأَقْصَى الَّذِي بَارَكْنَا حَوْلَهُ لِنُرِيَهُ مِنْ آيَاتِنَا إِنَّهُ هُوَ السَّمِيعُ البَصِيرُ

“Bəzi ayələrimizi göstərmək üçün bəndəsini (İslam Peyğəmbəri (s)) bir gecə (Məkkədəki) Məscidül-Həramdan ətrafını mübarək etdiyimiz Məscidül-Əqsaya (Beytül-Müqəddəsə) aparan Allah pak və müqəddəsdir. O, doğrudan da, (hər şeyi) eşidəndir, görəndir.”

Tarix kitablarında bu mərhələ “isra” adlandırılmışdır.

b) Növbəti mərhələdə isə Peyğəmbəri-Əkrəm (s) Məscidül-Əqsadan yuxarı aləmlərə qalxır, orada səma təbəqələri, ilahi nişanələri və yaranış qəribəliklərini müşahidə edir, peyğəmbərlərlə görüşür.

📓“Kafi”, 8-ci cild, səh.121.

Bu səfərdə o həzrət üçün “qüdsi hədislər” bəyan olunur və həmin hədislərdə imam Əlinin (ə) vilayət və rəhbərliyi təsdiqlənir. Bu səfərdə Peyğəmbəri-Əkrəm (s) behişt və cəhənnəmi görür. Behişt əhlinin vəziyyəti və onlara verilən nemətlər, cəhənnəm əhli və onlara verilən əzablar Peyğəmbəri-Əkrəm (s) tərəfindən müşahidə olunur. Bu mərhələ “merac” adlanır.

📓“Təfsiri-nümunə”, Ayətullah Nasir Məkarim Şirazi, 22-ci cild, səh.504-505, Tehran, “Darul-kutubil-islamiyyə” nəşriyyatı, 1374-cü h.ş. ili.

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

27 Jan, 16:29


┄┉❈❥ًً❀)🕋(❀❥❈┉

Məbəs gününün və gecəsinin əməlləri

Bismillahir-rəhmanir-rəhim


Mübarək Rəcəb ayının 27ci günü, Həzrəti MƏHƏMMƏDİN(s.ə.a.s.) peyğəmbərliyə seçildiyi gündür. Bu günün gecəsi ən fəzilətli və ən şərəfli gecələrdən biridir. Bu mübarək günün və gecəsinin bir neçə əməli vardır ki, aşağıda onların bəzilərini qeyd edəcəyik;

Məbəs gecəsinin əməlləri barədə bir neçə rəvayətlər nəql edilmişdir ki, onlardan bəzilərini siz əzizlərin diqqətinə çatdırırıq:

1. İMAM MƏHƏMMƏT TƏQİ (ə) buyurur:

Rəcəb ayında elə bir gecə vardır ki, o gün saçan hər bir şeydən yaxşıdır. O gecə rəcəb ayının 27ci gecəsidir ki, onun sübhü Həzrəti Peyğəmbər (s.ə.a.s.) risalətə seçilmişdir. Həqiqətən bu gecənin əməlini yerinə yetirən şiələrimiz üçün 60 ilin əməli əcrinə bərabərdir. Həzrətdən(ə) soruşdular: Bu gecənin əməli nədir?
Ağa(ə) buyurdu ki, İşa namazını qılıb yatdıqdan sonra gecə yarısından qabaq istədiyin vaxt yuxudan ayılıb 12 rükət namaz qılırsan.(6 dəfə sübh namazı 2 rükət namaz qılınır. Hər namazda qiyam vaxtı Fatihədən sonra istənilən kiçik surələrdən biri oxuna bilər). Hər 2 rükətlik namazdan sonra 7 dəfə Fatihə, 7 dəfə Nas, 7 dəfə Fələq, 7 dəfə İxlas, 7 dəfə Kafirun, 7 dəfə Qədr, 7 dəfə də Ayətəl Kursini oxuduqdan sonra aşağıdaki duanı oxuyun:

“Əlhəmdulillahilləzi ləm yəttəxiz vələdən və ləm jəkulləhu şərikun fil mulki və ləm yəkulləhu vəliyyun minəzzulli və kəbbirhu təkbirən. Allahummə inni əsəlukə biməaqidi izzikə əla ərkani ərşikə və muntəhər-rəhməti min kitabikə və biismikəl-əzəmil-əzəmil-əzəm. Və zikrikəl əla əl-əla əl-əla və bikəlimətikət-tammati ən tusəlliyə əla Muhəmmədin və alihi və ən təfələ bu ma əntə əhluh.”

2. İstənilən bir dua oxumaq. (Yəni bu gecəyə məxsus olmayan hər hansı bir duanı oxumaq)

3. Qüsl etmək (bu qüsl dəstəmazı əvəz etməz)

4. 30 rükət namaz qılmaq (15 dəfə 2 rükətli sübh namazı kimi). Bu namazların hər rükətində 1 dəfə Fatihə, 10 dəfə İxlas surəsini oxumaq

5. Həzrəti Əlinin (ə) ziyarəti

və sair dualar və zikrlər mövcuddur.

Məbəs gününün əməlləri

1. Qüsl etmək (bu qüsl dəstəmazı əvəz etməz)

2. Oruc tutmaq (bu gün il ərzində 4 gündən biridir ki, bu günün orucunun savabı 70 ilin orucuna bərabərdir)

3. Bacardıqca çoxlu salavat demək

4. Həzrəti Peyğəmbər(s.ə.a.s.) və Həzrəti ƏLİNİN(ə) ziyarəti

5. 12 rükət namaz qılmaq. 6 dəfə 2 rükət namaz qılmaq. Hər 2 rükət namaz bitdikdən sonra 4 dəfə Fatihə, 4 dəfə İxlas, 4 dəfə Nas, 4 dəfə Fələq surələri , 4 dəfə“lə iləhə illəllahu vəllahu əkbər və subhənallahi vəl-həmdulillahi və lə həvla və la quvvətə illa billahiləliyyil əzim” zikri, 4 dəfə “Əllahu Əllahu rəbbi lə uşriku bihi şəyən” zikri, 4 dəfə “Lə uşriku birəbbi əhədən” zikri oxunur.

Və sair əməllər , dualar və zikrlər mövcuddur ki müfəzzəl dua kitablarında qeyd edilmişdir.

📓Tərtib Kərbəlayi Anar Huseyni

✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‌‌‌‎

@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

26 Jan, 16:29


Sənə lazım olana toxun və abone ol 💫

➪ 𝙰𝚍𝚖𝚒𝚗: @toplu_admini

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

26 Jan, 16:04


Rəcəb ayının 25-i İmam Musa Kazım (ə) şəhadəti günüdür.

Yeddinci imam olan Museyi-Kazım (ə) hicrətin 128-ci ilində (miladi 745) dünyaya gəlmişdir və 183-cü (miladi 799) ilində şəhid edilmişdir. Altıncı imam Həzrət Cəfər Sadiqin (ə) oğlu olan İmam Museyi-Kazim (ə), həyatı boyunca çox ağır zülmlər görüb. İmam Musa Kazım (ə) Əhli-beytin (ə) nurlu yolunu qoruyur, bütün zülmlərə, yanlışlıqlara, sapmalara qarşı layiqincə mübarizə aparırdı. O Həzrət (ə), digər İmamlar (ə) kimi gecələri bir-bir kasıbların, köməyə möhtacların evlərini ziyarət edər, onlara lazım olan köməyi edərdi. Eynilə ataları kimi bunları özünü tanıtmadan, qürurlanmadan edərdi.
Əməvi səltənəti yıxılıb, yerinə Abbasilər keçdiyi zaman, çoxsaylı Əhli-beyt (ə) tərəfdarları təqiblərini bitdiyini ehtimal etdilər. Amma qısa bir müddət keçmədən, Abbasilər də Əməvilərin yolunu davam etdirdilər, hətta yeni zülmlərə əl atdılar. Abbasi idarəçilərinin qorxusu, xalqın Əhli-beyt (ə) övladlarını rəhbərlikdə görmək istəyindən irəli gəlirdi. Çünki Abbasilər Əhli-beyt (ə) adından istifadə edərək, Əməviləri devirmişdilər. Abbasilər öz iqtidarlarına görə, başda Əbu Müslim Xorasani olmaqla, Əhli-beyt (ə) davamçılarına borclu idilər. Çünki Əməvi səltənətini yıxan, ona ən əhəmiyyətli zərbəni vuran - böyük Əhli-beyt (ə) öndərlərindən olan Əbu Müslim Xorasani olmuşdur. Amma Abbasilər başda Əbu Müslim olmaqla bir çox Əhli-beyt (ə) davamçılarını vəhşicəsinə qətlə yetirməkdən belə, çəkinmədilər.

@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

25 Jan, 16:29


Telegramın ən böyük və ən faydalı elmi, dini, xəbər, motivasiya kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla qeyd etdiyimiz kanallara abunə ola bilərsiniz.

@toplu_admini

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

23 Jan, 11:17


❁ ﷽ ❁

Əli Saiğ İmam Sadiqin (ə) belə buyurduğunu rəvayət edir: “Mömin  nasibi olmayan bütün dostlarına şəfaətçi olacaqdır. Əgər nasibiyə bütün mürsəl peyğəmbərlər və müqərrəb mələklər şəfaətçi olsalar belə, şəfaətləri qəbul  edilməyəcəkdir".

📓 "Əl Məhasin" hədis.595

✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‌‌‌‎

@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

23 Jan, 04:09


❁ ﷽ ❁

Rəcəb ayında oruc tutmaqın önəmi.

İmam Baqir (ə) buyurur:

"Hər kəs Rəcəb ayında yeddi gün oruc tutarsa Allah-Taala ona Sirat körpüsündən keçməyə icazə verər, onu Cəhənnəm odundan xilas edər və Cənnət bağlarının otaqlarında sakin olmağı ona vacib edəcəkdir".

📓Şeyx Səduq, "Fəzailu-Əşhurussəlasə", Rəcəb, 5-ci hədis.

✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‎

@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

22 Jan, 18:17


ﺑِﺴْــــــــــــــــــﻢِ ﺍﷲِﺍﻟﺮَّﺣْﻤَﻦِ ﺍﺍﺭَّﺣِﻴﻢ

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱتَّقُوا۟ ٱللَّهَ وَلْتَنظُرْ نَفْسٌ مَّا قَدَّمَتْ لِغَدٍ ۖ وَٱتَّقُوا۟ ٱللَّهَ ۚ إِنَّ ٱللَّهَ خَبِيرٌۢ بِمَا تَعْمَلُونَ

Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabahı üçün nə etdiyinə baxsın. Allahdan qorxun! Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır.

Həşr 18.

✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‎

@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

22 Jan, 18:07


❁ ﷽ ❁

Əbu Abdullah (ə) : "Allah Rəsulu (s) nə etmişdisə, o da onu edəcək, özündən əvvəlkiləri uçurub yıxacaq. Necə ki, Allah Rəsulu (s) cahiliyyəti yıxıb uçurdu.
O (Mehdi) (ə.f) İslamı yenidən başladacaq".


📓Şeyx Numani, Kitabul-Ğeybə səh. 216 , 13-cü Bab, hədis 13.

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

22 Jan, 17:55


Heç bir müştəri Allah kimi deyil! Məsələn bir şəxs dükanda birinci, ikinci, üçüncü dərəcəli meyvə satar. Siz cavabında "mən hamsını birinci dərəcəli meyvənin qiymətinə alıram" deyirsiniz. Düzdür, bəzi meyvələr normaldır, keyfiyyətli deyil. Amma hamısına keyfiyyətli malın pulunu verirsiniz. Deyir, əgər bir şəxs qəsdi qürbətlə iş görərsə, Allah normal işlərini belə bahalı qiymətlə alar. "Uduzdular o şəxslər ki, Allahdan qeyrisi ilə müamilə etdilər" Nəhl/96.

🪶 Ustad Möhsün Qiraəti.

✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‌‌‌‎

@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

22 Jan, 17:23


┄┉❈❥ًً❀ ﷽ ❀❥❈┉

Səid Cabir İmam Baqir (ə)-dan belə nəql edir:

Asimandan bir nəfər nida edib deyər: Agah olun ki, haqq Muhəmmədin Əhli-beyti ilədir! Digər bir nida da yerdən qalxar ki: Bilin ki, haqq (ya) İsanın, (ya da) Abbasın xanədanı ilədir (şəkk ravidəndir). Həqiqətən, yerdən gələn nida şeytanındır ki, o, camaatı naümüd edəcəkdir. (İşadu Mufid, səh. 404 ) İbn Məs’ud Peyğəmbər (s)-dan belə rəvayət edir: Asimani səda mübarək Ramazan ayında eşidiləndə, bilin ki, Şəvval ayında şiddətli hay-küy vardır. Zil-qə’də ayında qəbilələr bir-birindən ayrılar, Zil-həccə ayında isə qan axıdılar. Sonra üç dəfə buyurdu: Amma Məhərrəm ayına gəldikdə isə... necə bir Məhərrəm olacaqdır! Necə də üzaqdır, uzaqdır! Bu Məhərrəm ayında (baş verən) iğtişaşlar nəticəsində çoxları öldürüləcək. Soruşdular ki, ya Rəsuləllah! Asimani səs nədir? Buyurdu: Bu səs Ramazan ayının orta gecəsi (cümə axşamı gecə ) baş verəcəkdir. O səs yatan şəxsi oyadar, ayaq üstə olanı oturdar, nəcib və hicablı qadınları pərdə arxasından çölə çıxarar... O ildə zəlzələlər çoxalar. Cümə günü sübh namazını qıldıqdan sonra evlərinizə gedin, qapı-pəncərələri bağlayın və özünüzü gizlədin... O səsi eşitdiyiniz vaxt başınızı səcdəyə qoyub deyin: Sübhanəl-quddus, sübhanəl-quddus, sübhanəl-quddus. Hər kəs belə edərsə, nicat tapacaq, hər kəs belə etməzsə həlak olacaq.

📓İrşadu Müfid, səh. 60

✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‌‌‌‎


@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

17 Jan, 13:05


┄┉❈❥ًً❀) 🕋 (❀❥❈┉

İmam Baqirdən (ə) məntiqli cavab.

✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‌‌‌‎

@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

17 Jan, 12:45


┄┉❈❥ًً❀) ﷽ (❀❥❈┉

Bir hədisdə deyilir:

Asiyə binti Muzahim və Məryəm binti İmran və Xədicə (s.a) qiyamət günü Fatimənin (s.ə) qarşısında duraraq Ona hicab (örtük) kimi olaraq cənnətə tərəf addımlayarlar.

📓Biharul ənvar,c.43,səh.37

✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‌‌‌‎

@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

15 Jan, 20:35


⚡️HƏMAS: "Atəşkəs 15 aydan çox Qəzzada davam edən sionist rejimin təcavüzünə qarşı qəhrəman xalqımızın və cəsarətli müqavimətinin nəticəsidir. Qəzzada təcavüzə son qoyulması ilə bağlı razılaşma xalqımızın, müqavimətin, millətin və azad dünyanın qələbəsidir."

#Əqsa_fırtınası
#Fələstin
#İşğalçı_İsrail_rejimi

T.me/ar_rad_quds

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

14 Jan, 22:15


❁ ﷽ ❁

Əhməd ibn Abdullah bir nəfərin Həzrət Əlinin (əleyhissəlam) hüzurun- da belə dediyini nəql edir: "Ey əmi oğlu, Allahın ən yaxşı məxluqu! İlk təkbir üçün əlləri qaldırmağın mənası nədir?

Həzrət Əli (əleyhissəlam) buyurdu:
"Onun mənası "Allahu əkbər" ("Ən böyük Allahdır") deməkdir. "Allahu əkbər"in mənası isə Allahın vahid və yeganə olması, bənzərinin olmaması, heç bir şeylə müqayisə olunmadığı, əşyalara bənzədilmədiyi və hisslərlə dərk olunmadığı deməkdir".
O adam dedi:
"Rukuda boyunu önə çəkməyin mənası nədir?".
Həzrət buyurdu:
"Onun mənası budur ki, hətta boynumu vursalar da, Sənin təkliyinə iman edirəm!".

📓İləluş-şəraye, c.2, səh.16

✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‎

@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

14 Jan, 10:34


Hüseyn Hüseyni:
Hər yerdə Əli əleyhissəlam.💐

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

13 Jan, 21:33


❁ ﷽ ❁

Hz.Əli (ə) buyurub:

"Bilik, insanın mövqeyini yüksəldər, lakin mərifət insanın ruhunu təmizləyər."

📓 Əl-Kafi, Cild 1, Hədis 11.

✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‎

@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

13 Jan, 21:28


❁ ﷽ ❁

💐 Baqir Mənsuri Əli əleyhissəlam haradadır?

✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‎

@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

13 Jan, 21:16


❁ ﷽ ❁

Hz.Əli Əleyhissəlamın mövlud günü münasibəti ilə başda İmam Zaman ağa (ə.f) olmaqla bütün müsəlmanları təbrik edirik. Allah bizləri Əli Əleyhissəlamın şəfaətindən ayırmasın İnşəAllah.

✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‎

@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

13 Jan, 13:06


❁ ﷽ ❁

Allahın Peyğəmbəri (s) buyurmuşdur: «Məndən sonra ümmətimin qəzavət işinə ən yaxşı bələd olanı və ən elmlisi Əlidir (ə).»

📓Əmali-Səduq, səh.440, hədis 20

✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‌‌‌‎

@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

13 Jan, 13:02


❁ ﷽ ❁

İmam Sadiq (ə) buyurub:


“Mənim üçün Əli ibn Əbu Talibin (ə) vilayəti, onun övladı olmaqdan daha fəzilətlidir (üstündür). Çünki Əli ibn Əbu Talibin (ə) vilayəti vacib, övladı olmaq isə fəzilətdir”.

📓Əllamə Məclisi, "Bihərul-ənvar", cild 39, səhifə 299, hədis 105.

✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‎

@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

13 Jan, 13:01


❁ ﷽ ❁

İmam Sadiq (ə) buyurub:

“Əmirəl-möminin Əli ibn Əbu Talib (ə) Qiyamət günü, insanların hakimi, Cənnət və Cəhənnəmi (əhlini) Allah tərəfindən bölən şəxsdir. Onun bölgüsündən kənar heç kəs oraya (cənnət və cəhənnəmə ) daxil olmayacaq. O, həqiqətən də ən böyük Faruqdur (haqqı batildən ayırandır)”.

📓Bəsairud-Dərəcat, səh 596, 597.


✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‎

@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

09 Jan, 17:17


❁ ﷽ ❁

Həzrət Mehdi (ə.f) buyurur:

"Mən cəddim şəhid Hüseynin (ع) müsibətini yad edib sonra mənə gəlişimin tezləşməsi və təsdiqi üçün dua edən hər bir mömin üçün dua edirəm".

📓"Mikyalul-məkarim", c.2 səh.46

✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‌‌‌‎

@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

27 Dec, 16:29


Həmişəki kimi elmi və dini kanallarla qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla telegramın ən faydalı və ən böyük kanallarına abunə ola bilərsiniz.

@toplu_admini

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

27 Dec, 16:02


❁ ﷽ ❁

💫 İlahi, heç bir zəlil bəndə Sənin köməklik etdiyin kəsi kiçildə bilməz! Heç bir azğın bəndə Sənin hidayət etdiyin kəsi azdıra bilməz! Elə isə Məhəmməd və onun Əhli-beytinə salavat göndər və izzətinə xatir bizi bəndələrinin şərrindən qoru. Bizə nemətlər əta etməklə başqalarına möhtac etmə. Bizi hidayət edib doğru yola yönəlt.

🕋 İmam Səccadın (ə) duaları, beşinci dua.

✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‌‌‌‎

@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

27 Dec, 13:35


❁ ﷽ ❁

- Xəzər Süleymanlı
- Sanki bu şəhərdə bir Peyğəmbər (s) yaşamamışdı.
📓 Mətn: Baba Nərimanoğlu".

✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‎

@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

27 Dec, 13:32


❁ ﷽ ❁

Günahkarın günaha təşviqinə səbəb olan bir təbəssüm də və möminin ehtiramsızlığına səbəb olan bir sərt baxış da haramdır.

- Ayətullah Məhəmmədtəqi Behcət (r.ə)


✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‎

@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

27 Dec, 13:08


❁ ﷽ ❁

وَٱسْتَغْفِرُوا۟ رَبَّكُمْ ثُمَّ تُوبُوٓا۟ إِلَيْهِ ۚ إِنَّ رَبِّى رَحِيمٌ وَدُودٌ

Rəbbinizdən bağışlanma diləyin, sonra Ona tövbə edin. Həqiqətən, Rəbbim Rəhmlidir, Sevəndir (həm də Seviləndir).

📖 Hud 90.


✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‌‌‌‎

@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

26 Dec, 15:45


Axtardığınız elmi, dini, motivasiya, xəbər kanlları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla ən gözəl və ən böyük kanallardan faydalana bilərsiniz🤩

@toplu_admini

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

24 Dec, 17:22


Telegramın ən böyük və ən faydalı elmi, dini, xəbər, motivasiya kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla qeyd etdiyimiz kanallara abunə ola bilərsiniz.

@toplu_admini

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

23 Dec, 16:52


Sənə lazım olana toxun və abone ol 💫

➪ 𝙰𝚍𝚖𝚒𝚗: @toplu_admini

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

22 Dec, 08:35


Muhəmməd ibn Mərvan deyir:

"İmam Baqir (ə) mənə buyurdu: "(Azan və iqamədə ki) "həyyə əla xəyril-əməl" (xeyir işə tələsin) sözünün təfsirinin nə olduğunu bilirsən?" Dedim: "Xeyr". İmam buyurdu: "Yaxşılığa dəvətdir. Yaxşılığın kim olduğunu bilirsən?"
Dedim: "Xeyr". İmam buyurdu: "Fatimə və övladlarına (ə) yaxşılıq eləməyə dəvətdir".

عن محمد بن مروان، عن أبي جعفر عليه السلام قال: أتدري ما تفسير " حي على خير العمل "؟ قلت: لا. قال: دعاك إلى البر أتدري بر من؟ قلت: لا. قال: دعاك إلى بر فاطمة و ولدها عليهم السلام.

Rəvayət olunur ki, İmam Sadiqdən (əleyhissəlam) "həyyə əla xəyril-əməl" sözünün mənasını soruşduqda belə buyurdu: "Xeyir əməldə məqsəd vilayətdir".

وقد روي في خبر آخر أن الصادق عليه السلام سئل عن معنى " حي على خير العمل " فقال: خير العمل الولاية.

Digər rəvayətdə İmam Sadiq (əleyhissəlam) buyurub: "Xeyir əməldə məqsəd Fatimə və övladlarına (əleyhimussəlam) yaxşılıq etməkdir".

وفي خبر آخر خير العمل بر فاطمة و ولدها عليهم السلام.

📓Şeyx Səduq (r.ə), "Məaniyəl-əxbar", səh 41-42


@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

22 Dec, 07:56


❁ ﷽ ❁

Bu gün Xanım Fatimeyi-Zəhranın (s.ə) mübarək mövlud günüdür.

Həzrəti Məhəmməd (s) buyurur:
Ey Fatimə! Hər kəs sənə salavat göndərsə Allah onu bağışlar və cənnətin harasında olsam belə onu mənimlə bərabər edər.

Xanım Fatimə (s.ə) besətin 5-ci ilində qəməri təqvimi ilə cəmadius-sani ayının 20-si dünyaya gəlib. Dünya və axirət xanımlarının seyyidəsi, Həzrət Rəsulullahın (s) gözünün işığı xanım Fatimeyi-Zəhranın (s.ə.) mübarək mövlud günü Xanımlar bayramı kimi də qeyd edilir.

Fatimeyi-Zəhranın (s.ə.) dünyaya gəldiyi gün – İslam aləmində ən əzəmətli günlərdən biri hesab edilir. Bu günün müqəddəsliyinə dəlil olaraq Allah Təala Rəsuli-Əkrəmə (s) müjdə verir, bu münasibətlə Qurani-Kərimin «Kövsər» surəsini nazil edir.

«Kövsər» böyük xeyir, ilahi maarif və bərəkətdən faydalanmaqdır.

Kövsər" surəsində həzrət Peyğəmbərə (s) müraciətlə buyurulur: «Biz sənə kövsər əta etdik» (Kövsər ayə 1)

Peyğəmbərin (s) kövsəri ən kamil din kimi nazil olmuş, həmin ilahi maarif, hökmlərdir. Qurani-kərim bütün digər ilahi kitabları hifz edəndir. Başqa bir tərəfdən əbədidir, qiyamətədək xalq ondan faydalanar. Bu ilahi fəzilət heç vaxt insanlardan kəsilməz. O, kövsərdir.

Həzrəti Məhəmməd (s) kövsərinin bir nümunəsi Zəhradır (s). İlahi vilayətin davamı onun vasitəsi ilə gerçəkləşmiş, İmam Əli və xanım Fatimənin pak ailəsinin davamı olaraq on bir imam dünyaya gəlmiş, onların bərəkət və rəhməti aləmlərə nur saçmışdır. Onlar dinin sütunu olmuş, dinin davamı və varlığı onların vücudunun bərəkəti ilə şərtlənmişdir.

Allah bütün xeyr və dəyərləri "kövsər"də yerləşdirmişdir. Kövsər çoxlu xeyr mənasını daşıyır. Bu ifadənin başqa bir mənası da sankı budur: Ey mənim Həbibim! Mənim nəyim vardısa sənə əta etdim, hədiyyə verdim və bağışladım, onların hamısı Fatimədədir.

Kövsər, yənin mənim (yaradanın) insana verməyə nə varim idisə, hamısını bir yerdə topladım və Fatiməin (s) timsalında təzahür etdirdim.

Allah belə bir Kövsəri qadın timsalında yaradıb,təzahür etdirib. Qadınlar nə qədər fəxr etməli və öyünməlidirlər. Qadınlar öz dəyr və qiymətlərin bilməlidirlər, çünki Allah öz dərgahında olan ən qiymətli bir varlığı- yəni Həzrəti Zəhranı öz həbibi, aləmlərin və məxluqların Əşrəfi olan Həzrtə Rəsulullaha (s) hədiyyə vermək və əta etmək istədikdə onu qadın şəkilində yaradır..

Həzrəti Fatimeyi-Zəhra (s.ə)-nın mübarək mövludu günü münasibəti ilə bütün müsəlmanları təbrik edirik.

✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‌‌‌‎


@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

22 Dec, 07:51


Bu gün Xanım Fatimeyi-Zəhranın (s.ə) mübarək mövlud günüdür.

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

22 Dec, 07:50


❁ ﷽ ❁

💫 Allahın adı ilə ...

Həzrət Məhəmməddən (s) nəql olunub ki,
«Fatimə (s) dünya qadınlarının bəhrəsidir. İbadət mehrabında dayanarkən müqərrəb mələklərdən yetmiş mini nazil olub, onunla danışarlar. Allah Fatiməni seçdi, pakladı və üstünlük verdi».


✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‌‌‌‎


@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

21 Dec, 05:00


❁ ﷽ ❁

"İmam Baqir (عليْه السلام) buyurdu:


"Səhər və axşam biliklərə (elmə) can atan elə bir bəndə yoxdur ki, rəhmətə qərq olmasın: Mələklər onu çağırar və deyərlər: "Ey Allahı ziyarət edən, xoş gəlmisən". O, eyni yolla Cənnətə gedər".

📓"Sǝvabul-ə'mal və İqabul-ə'mal", səh: 176, hədis: 495.

✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‌‌‌‎

@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

20 Dec, 05:41


Müfəzzəl ibn Ömar deyir:

"İmam Sadiq (a) mənə belə buyurdu. "Allah- taala səltənətinin tək sahibi oldu və Özünü bəndələrinə tanıtdırdı. Sonra isa əmrini (Onun əmrlərinə itaət edib-etməmələrini) onların ixtiyarına buraxdı və Cənnətini onlara mübah etdi. Allah qəlblərini cin və insanlardan paklamaq istədiyi kimsələrə bizim vilayətimizi tanıtdırdı. Qəlblərini kor etmək istədiyi kimsələrin isə bizi tanımalarının qarşısını aldı. Ey Müfəzzəl, Allaha and olsun ki, Adəm Allahın onu Öz qüdrəti ilə xəlq edib, ona Öz (varatdığı) ruhundan üfürməsinə ancaq Əlinin (ə) vilayətinə görə layiq oldu və yalnız Əlinin (ə) vilayətinə görə "Allah Musa ilə kəlam etdi (sözlə danışdı)"(Nisa:164). Həmçinin Allah İsa ibn Məryəmi yalnız Əliyǝ (ə) itaətinə görə aləmlərə möcüzə etdi. Ən gözəli budur ki, hər bir məxluq yalnız bizə itaət etməklə Allahın ona nəzər yetirməsinə layiq olmuşdur".

📓Əl-İxtisas, Şeyx Müfid, səh.164

✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‌‌‌‎


@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

20 Dec, 05:05


❁ ﷽ ❁

İmam Baqir (عليه السلام) buyurub:

"Allah sözün ən gözəlini nazil etmişdir" ayəsi barəsində buyurmuşdur: Sözün ən gözəli, bizim sözlərimizdir (hədisimizdir).

📓"Bəsariud-Dǝrǝcat", cild: 1 səh: 24, hədis: 16.

✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‌‌‌‎

@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

20 Dec, 04:59


❁ ﷽ ❁

☀️ Salam Aleykum dostlar sabahınız xeyir olsun İnşəAllah 🤲.

İmam Əli əleyhissəlam buyurur:

"Zühuru (Ali-Muhəmmədin (s) zühurunu) gözləyin və Allahın rəhmətindən ümidinizi üzməyin. Heç şübhəsiz, Allah dərgahında ən üstün əməllərdən biri də onun zühurunun intizarında olmaqdır."


📓“Biharül-ənvar”, c.52, səh123.

✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‌‌‌‎

@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

19 Dec, 16:29


Sənə lazım olana toxun və abone ol 💫

➪ 𝙰𝚍𝚖𝚒𝚗: @toplu_admini

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

18 Dec, 12:39


❁ ﷽ ❁

Əbu Məşər nəql edərək deyir:
İmam Sadiq (ə) buyurdu...



“Kim səhər dörd dəfə “Əlhəmdu lilləhi rabbil-ələmin”-  desə, həmin günün şükrünü etmiş olar. Kim bu sözləri axşam desə, həmin gecənin şükrünü etmiş olar”.


📓 "Səvabul-Əmal ,İqabul Əmal hədis- 45

✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‌‌‌‎


@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

18 Dec, 12:27


❁ ﷽ ❁

İmam Baqir (ə) buyurur.

Əli (ə) və Fatimə (s.ə) öz işlərinin bölüşdürülməsi barədə qərar qəbul etmək üçün əziz islam Peyğəmbərinin (s) yanına getdilər. Peyğəmbər (s) isə belə qərar qəbul elədi ki, ailədaxili işləri Fatimə (s.ə) görsün, ailəxarici işləri isə Əli (ə) görsün.


📓 "Tuhǝful-uqul" səh. 170.h,228.

✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‌‌‌‎


@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

17 Dec, 16:29


Telegramın ən faydalı, ən böyük və ən gözəl kanalları ilə qarşınızdayıq. Bizim digər toplu adminlərindən fərqimiz onlar kimi yalandan olmayan kanalları yazmırıq:)) abunə olmaqla özünüz də görə bilərsiniz:)

@toplu_admini

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

12 Dec, 10:11


Mərhum Ayətullah Mirzayi Şirazidən (r.ə) soruşdular:

Əgər düz danışan, sözündən xatircəmlik hasil olan biri sizə desə ki, cəmi 1 həftə ömrünüz qalıb. Nə edərdiniz?
Ayətullah Mirzayi Şirazi (r.ə) buyurur:
Elə indi hansı işləri görürdümsə, onda da həmin işləri görərdim.
Bu cür böyük şəxsiyyətlərin təmkini insanı heyrətə gətirir. Buna deyərlər təqva. Əbəs yerə deyilməyib ki, təqva odur ki, sənin 24 saat əməllərini xəbərin olmadan kameraya çəkələr və sən də biləndən sonra bu əməllərin efirə getməyindən narahat olmayasan.


@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

12 Dec, 10:08


❁ ﷽ ❁

Əgər iradə etsən (istəsən) özünü günahdan saxlayasan, günahla üzbəüz dayandığın zaman Allah Təala sənin üçün (günaha düşməyinə) maneə yaradacaqdır.

- Ayətullah Əbdülkərim Həqşenas (r)


@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

12 Dec, 09:47


𝐵𝒾𝓈𝓂𝒾𝓁𝓁𝒶𝒽𝒾𝓇 𝑅𝒶𝒽𝓂𝒶𝓃𝒾𝓇 𝑅𝒶𝒽𝒾𝓂

- Onlar Allahı unutdular. Allah da onları unutdu.

📖 Tövbə 67


@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

12 Dec, 09:44


İmam Sadiq (ə) buyurub:

"Sizdən biri namaz qılanda namazından (sonra) Muhəmmədə (s) salavat deməyi tərk etsə, bu namazı ilə Cənnətin yolundan yayınar. Muhəmməd və onun ailəsi yad edilməyən namaz qəbul edilməz".

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

28 Nov, 16:29


Sənə lazım olana toxun və abone ol 💫

➪ 𝙰𝚍𝚖𝚒𝚗: @toplu_admini

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

27 Nov, 16:29


Telegramın ən böyük və ən faydalı elmi, dini, xəbər, motivasiya kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla qeyd etdiyimiz kanallara abunə ola bilərsiniz.

@toplu_admini

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

25 Nov, 11:57


❁ ﷽ ❁

İmam ƏLİ (ə) buyurub:

"Dostundan ayrılma, sənə qarşı küfran (nankorluq) etsə də, düşmənə arxayın olma (etibar etmə) sənə qarşı şükran (qədirbilən) olsa da".
لا تقطع‏ صديقا و ان‏ كفر، لا تأمن عدوّا و ان شكر


📓"Ğürərul-Hikəm"ə Ağacamal Xansarinin şərhi, c.6, s.268, hədis:10196-197.

✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‎

@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

25 Nov, 11:53


❁ ﷽ ❁

İmam Həsən Əskəri (ə)

"Əlinin (ə) şiəsi o kəslərdir ki, özləri ehtiyaclı olsalar da mömin qardaşlarını özlərinə tərcih edərlər... və onların ehtiramını saxlamaqda Əlinin (ə) yolunu tutarlar"

شيعَةُ عَلِيٍّ (عليه السلام) هُمُ الَّذينَ يُؤثِرونَ إخوانَهُم عَلى أنفُسِهِم ولَو كانَ بِهِم خَصاصَةٌ ... الَّذِينَ يَقْتَدُونَ بِعَلِيٍّ ع فِي إِكْرَامِ إِخْوَانِهِمُ الْمُؤْمِنِينَ


📓İmam Həsən Əskəriyə (ə) mənsub təfsir kitabı, s.319 , hədis:161.
📓Əllamə Məclisi, "Biharul-Ənvar", c.65, s.163, hədis:11.

✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‎

@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

23 Nov, 14:24


❁ ﷽ ❁

Hər kəsin vəzifəsi Quran insanı olmaqdır; Quran insanı, pak danışan, pak yemək yeyən, baxışı və xəyalı pak olan kəsdir. Onun zikri, düşüncəsi, qələmi, imzası, şəhadəti, işi-gücü hamısı Quran əsasındadır. Çünki insan hər eşitdiyinə və  gördüyünə (sanki) bir növ toxunur və əlaqədə olur və Quran insanı isə hər cəhətdən pak olan kəsdir. Çünki Quran buyurur: “Ona (Qurana) paklardan başqa kimsə toxunmaz”. [Vaqiə, 59]

- Mərhum Əllamə Həsənzadə Amuli (r)

✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‌‌‌‎


@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

23 Nov, 14:12


❁ ﷽ ❁

Ey insan! Kərəm sahibi olan Rəbbinə qarşı səni aldadan nədir? (İnfitar surəsi, 6)

O (Rəbbin) ki, səni yaratdı, sənə düzgün bir surət verdi və səni (bədən üzvlərini) nizama saldı. (İnfitar surəsi, 7)

( بِسْمِ اللَّـهِ الرَّحْمَـٰنِ الرَّحِيمِ )

﴿ يَاأَيُّهَا الْإِنسَانُ مَا غَرَّكَ بِرَبِّكَ الْكَرِيمِ (6) الَّذِي خَلَقَكَ فَسَوَّاكَ فَعَدَلَكَ (7) .. ۝  }

✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‎

@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

23 Nov, 14:06


❁ ﷽ ❁

Həzrət Əli (ə.s) - dan nəql olunub ki, hər kəs qəbiristana daxil olarkən ölülərə bu duanı oxusa, həmin şəxsin ata-anasına və özünə bütün günahları bağışlanır və nameyi əməlinə ibadət və savablar yazılır.

Dua:

Əlla hummə salli əla Muhəmmədin və ali Muhəmməd. Bismillahir rəhmanir rəhim.
Əssalamu əla əhli. La ilahə illəllahu min əhli. La ilahə illəllahu ya əhlə. La ilahə illəllahu bi həqqi. La ilahə illəllahu iğfir limən qalə. La ilahə illəllahu vəhşurna fi zümrəti min qalə. La ilahə illəllahu Muhəmmədin Rəsulullahu Əliyyun Vəliyullahi məəs sələvat. Əlla hummə salli əla Muhəmmədin və ali Muhəmməd. Əllahum məğfir lil mömininən vəl möminat, vəl müsliminən vəl müslimat, əl əhyai minhum vəl əmvat və ilaərvahil mərhumeynil, məğfureynil, məbrureynil məlumeyin bi cai Muhəmmədin və aleh vəbi hurmətil surətil mübarəkətil fatihə.

Bismillahir rəhmanir rəhim.
Əlhəmdu lillahi rəbbil aləmin. Ərrəhmanir Rəhim. Maliki yomiddin. İyyakə nəbüdü və iyyakə nəstəin. İhdinəs siratəl müstəqim. Siratəl ləzinə ən-əmtə ələyhim ğəyril məğzubi ələyhim vələ-zal-in

Bismillahir rəhmanir rəhim.
Qül hüvəl'lahü əhəd. Allahus Saməd. Ləm yəlid. Vələm yuləd. Vələm yəkun ləhu kufufən Əhəd. Əlla hummə səlli əla Muhəmmədin və ali Muhəmməd

📓 Allaha Pənah, Allaha Təvəkkül

✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‌‌‌‎


@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

22 Nov, 17:24


Telegramın ən gözəl elmi və dini kanalları ilə qarşınızdayıq. Adlarını qeyd etdiyimiz və etmədiyimiz bir çox kanala abunə ola bilərsiniz.

@toplu_admini

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

21 Nov, 11:02


Fədək xütbəsi hansı Həzrətə məxsusdur?

@toplu_admini

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

20 Nov, 16:29


Telegramın ən gözəl elmi və dini kanalları ilə qarşınızdayıq. Adlarını qeyd etdiyimiz və etmədiyimiz bir çox kanala abunə ola bilərsiniz.

@toplu_admini

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

20 Nov, 14:19


Meysəm deyir:

"Bir gecə mövlam Əmirəlmöminin (ə) məni özü ilə Kufədən qırağa apardı. Nəhayət, Cöfə məscidinə çatdıq. Həzrət üzünü qibləyə tutub, dörd rəkət namaz qıldı. Salam və təsbihdən sonra əllərini qaldırıb belə dua etdi:

"İlahi, Səni necə çağırım? Halbuki, sənin xətakar bəndənəm. Və Səni necə çağırmayım? Halbuki, Səni tanıyıram və Sənin aşiqinəm. İlahi! Günaha bulaşmış əl, ümid dolu gözlə Sənə doğru gəlmişəm. Sən bütün nemətlərin sahibi, mən isə xətalarımın əsiriyəm...".

İmam (ə) duanı axıra qədər oxuyub qurtardıqdan sonra səcdəyə getdi və üzünü torpağa qoyub yüz dəfə "əl-əfv" dedi. Daha sonra qalxdı və məsciddən bayıra çıxdı. Mən də onun ardınca gedirdim.

Nəhayət, səhranın ortasına çatdıq. Həzrət mənim qarşımda bir xətt çəkərək dedi: "Meysəm! Mən qayıdana kimi bu xəttdən irəli gəlmə". Həzrət (ə) özü tək getdi və qaranlıqda gözümdən itdi.

Bir azdan məni narahatlıq bürüdü. Özümü qınadım ki, nə üçün ağamı bu qədər düşmən arasında tənha buraxdım? Ona bir hadisə üz versə, Allaha və Onun Peyğəmbərinə (s) nə cavab verəcəksən? Allaha and olsun! Onun sözündən çıxmış olsam da ardınca gedəcəm ki, ondan bir xəbər tutum.

Onu axtararaq bir quyunun başında gördüm. Əmirəlmöminin (ə) başını bədəninin yarısına qədər quyuya salıb, dərdini ona danışırdı. Mənim gəldiyimi hiss edən kimi soruşdu: "Kimsən?"

Dedim: "Meysəm".

İmam (ə) buyurdu: "Sənə əmr etməmişdim ki, xətdən irəli keçməyəsən?"

Dedim: "Ey mənim mövlam! Düşmənlərinin sənə qarşı təhlükəsindən qorxdum. Ona görə də ürəyim dözmədi".

İmam (ə) sonra soruşdu: "Nə dediyimi eşitdinmi?"

Dedim: "Xeyir, ey mənim mövlam".

Həzrət mənə xitab edərək bu şeri oxudu:

"Sinəmdə elə sirlərim vardır ki, məni sıxdıqda əlimlə yeri yarıram və sirlərimi ora qoyuram. Bəs hər vaxt yer bir şey bitirsə, mənim əkdiyim toxumlardandır".

📓Biharul-ənvar, cild 40, səh 199


✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‌‌‌‎


@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

20 Nov, 14:16


- Emil Dadaşov

Dünya gözəldi ilişib qalmamalısan burda sənin hədəfin bura deyil.

✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‌‌‌‎


@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

18 Nov, 16:29


Telegramın ən böyük və ən faydalı elmi, dini, xəbər, motivasiya kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla qeyd etdiyimiz kanallara abunə ola bilərsiniz.

@toplu_admini

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

16 Nov, 07:15


🏴🏴

السَّلَامُ عَلَيْكِ أَيَّتُهَا الصِّدِّيقَةُ الشَّهِيدَةُ، السَّلَامُ عَلَيْكِ أَيَّتُهَا الرَّضِيَّةُ الْمَرْضِيَّةُ،  لَعَنَ اللهُ مَانِعَكِ إِرْثَكِ، وَ دَافِعَكِ عَنْ حَقِّكِ، وَ الرَّادَّ عَلَيْكِ قَوْلَكِ، لَعَنَ اللهُ أَشْيَاعَهُمْ وَ أَتْبَاعَهُمْ، وَ أَلْحَقَهُمْ بِدَرْكِ الْجَحِيمِ.

Salam olsun sənə, ey doğru danışan və ey şəhid olmuş xanım! Salam olsun sənə, ey Allahdan razı olan və Allahın razı qaldığı xanım! Allah irsinə mane olanlara, haqqını əlindən alanlara və sözünü qəbul etməyənlərə lənət etsin! Allah onların tərəfdarlarına da, ardıcıllarına da lənət etsin və onları cəhənnəmin dərinliklərinə atsın!


@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

16 Nov, 07:12




Əlinin məzlumiyyəti

يا عَمّار! لَمّا وَضَعْتُ فاطِمةَ عَلَى اَلْمُغْتَسَلِ، نَظَرتُ إلیٰ ضِلْعٍ مِنْ أضْلاعِها مَكْسورًا و َمَا يَقْرَعُ قَلْبِي يا عَمّار أنَّها كانَتْ تُخْفي ذَلِكَ عَنّي مَخافَةَ أنْ تَنَغَّصَ عَلَيّ‌ََ عَيْشِي

"Ey Əmmar! Elə ki Fatiməni qüsl verəcəyim yerə qoydum, gördüm ki, qabırğalarından biri sınıb. Əmmar, mənim qəlbimi yandıran odur ki, o, bunu məndən məni üzməmək və həyatımı kədərə boğmamaq üçün gizlədib.

📓Seyid İbn Tavus, "Turəf", səh.364


@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

16 Nov, 07:10


Bu səbəbdən də 2 tarix arasındakı günlər "Fatimə (s.ə) günləri" kimi qeyd edilir. Bu 20 gündə ümmət qəflətdən ayılmalı, gündəlik qaçaqaçlarını durdurmalı, özünə qayıtmalı, öz vücudi sualları barədə, haradan gəldiyi, harada olduğu, haraya gedəcəyi barədə qayğılanmalıdır. Bəlkə də Əyyamın 20 gün çəkməsinin hikmətlərindən biri də məhz bununla bağlıdır ki, insanın təfəkkürü, özünəqayıdışı üçün məhərrəm-səfər dönəmindən, Ramazan ayından əlavə, daha bir zaman fasiləsinin mövcudluğunun zərurəti vardır. Elə isə bu Əyyamı layiqincə keçirək, əziz anamız Həzrət Zəhranın (s.ə) müsibətini anaraq, daxilimizdə olan mənfiliklərdən can qurtarmağa çalışaq.


@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

16 Nov, 07:09


🏴🏴

"Əyyami-Fatimə (s.ə)"
-"Fatimə (s.ə) günləri" deməkdir. Bu dönəm, təqribən 20 günü əhatə edir. Hicri-qəməri təqvimi ilə cəmadüəl-əvvəl ayının 13-dən cəmadüəs-sani ayının 3-dək davam edir. Bu zaman fasiləsinin mövcudluğu - Həzrət Fatimənin (s.ə) məzlumiyyətinin ən bariz nümunələrindəndir. Belə ki, Xanımın (s.ə) şəhadəti tarixinin 2 ehtimalı olması ilə əlaqədardır. Görün ümmət nə halda idi ki, Peyğəmbərin (s) gözünün işığının, İmamlar (ə) anasının müsibətli vəfatı ilə bağlı dəqiq tarixi saxlamayıb, yaşatmayıb. Nəticədə ümmət 2 tarixə istinad edir.

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

15 Nov, 16:29


Telegramın ən böyük və ən faydalı kanalları ilə qarşınızdayıq. Özəlliyimiz hər kanalı topluya almamağımızdır.

@toplu_admini

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

13 Nov, 14:58


❁ ﷽ ❁

Hәzrәt Pеyğәmbәr (s):

«Hәr kim Аllаhın dini hаqdа tәfәkkür еtsә, Аllаh qәm-qüssә vә nаrаhаtlığı оndаn uzаq еdәr. Оnun ruzisini gümаn еdilmәyәn yеrdәn yеtirәr».

📓 «Mәhәccәtul-bәyzа», c.1, sәh.15

✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‌‌‌‎

@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

13 Nov, 14:47


❁ ﷽ ❁

Həzrət İmam Əli (ə) buyurub:

Allah-taalanın səni pis aqibətdən qorumasını istəyirsənsə, bil ki, sənə yetişən hər xeyir Allahın lütfündən və uğurundandır. Sənə yetişən hər pisliyə görə isə (bil ki,) Allah sənə möhlət və fürsət vermişdir. Onun sənə qarşı olan səbr və güzəştindən qorx.

📓Biharul-ənvar, cild 70, səh 392, hədis 60.

✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‌‌‌‎

@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

12 Nov, 16:29


Telegramın ən gözəl elmi və dini kanalları ilə qarşınızdayıq. Adlarını qeyd etdiyimiz və etmədiyimiz bir çox kanala abunə ola bilərsiniz.

@toplu_admini

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

12 Nov, 06:50


❁ ﷽ ❁

Allahı inkar edən bir kişi İmam Rzaya (ə) dedi:

Hər bir şey ki, duyğu üzvlərilə qavranılmır, deməli, o yoxdur. İmam Rza (ə) buyurdu:
“Vay olsun sənə! Hiss üzvlərin Onu (Allahı) dərk etməkdə aciz qalarkən Onun Rəbb olmağınımı inkar etdin?! Biz isə hiss üzvlərimiz Onu dərk etməkdə aciz qalarkən anladıq ki, O, bizim Rəbbimizdir.”

📓ət-Tovhid Şeyx Saduq səh 251, hədis 3

✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‌‌‌‎


@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

12 Nov, 06:44


Ənə bila Ənə

Mənsiz mən, mən olmadan mən deməkdir. Buna ariflər Nəhnu bila nəhnu (Bizsiz biz) də deyiblər. Yəni insan öz varlığından keçərək, xeyirləri, saleh əməlləri özündən bilməməyə, Rəbbindən bilməyə başlayır. Günah edərsə, öz nəfsindən bilməli, yaxşı əməl edərsə Allahın lütfü bilməlidir. Əsla "Mən etdim" "Mən sevdim" deməməlidir. Deməməlidir ki, Allah bu yaxşılığı etdirdi, bu sevgini Allah qəlbimə saldı.

Şairin dediyi kimi:

Sən çıxanda aradan,
Qalır səni Yaradan.

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

10 Nov, 16:29


Telegramın ən böyük və ən faydalı kanalları ilə qarşınızdayıq. Özəlliyimiz hər kanalı topluya almamağımızdır.

@toplu_admini

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

09 Nov, 16:12


Telegramın ən böyük və ən faydalı elmi, dini, xəbər, motivasiya kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla qeyd etdiyimiz kanallara abunə ola bilərsiniz.

@toplu_admini

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

04 Nov, 14:19


❁ ﷽ ❁

İbrətamiz hekayə.

Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti öz əsrinin alimlərindən biri idi. O, İmam Rza (ə.s) ilə çoxlu
məktublaşmalardan sonra Həzrət İmam Rzanın (ə.s ) imamətinə iman gətirdi. Bir gün İmam Rzaya (ə.s) dedi: “Əgər maneəsi olmasa və mənim gəlib-getməyim hökumət orqanları tərəfindən çətinlik yaratmazsa sizə gəlib elminizdən bəhrələnmək istəyirəm". Bir gün qürub çağı İmam Rza (ə.s ) öz şəxsi miniyini Bəzənti üçün göndərib onu öz evinə gətirdi. Gecənin yarısı elmi sual-cavabla keçdi. O, dalbadal özü üçün çətin olan sualları verir və İmam (ə.s) da onları cavablandırırdı. Bəzənti ona nəsib olan bu mövqeyə görə fəxr edir və sevincindən yerə-göyə sığmırdı. Yatmaq vaxtı gəlib çatdı. İmam (ə.s ) öz xidmətçisini çağırdı və ona dedi: “Mənim şəxsi yatağımı gətir və Bəzənti üçün sər, qoy istirahət etsin". İmamın (ə.s) Bəzəntiyə göstərdiyi bu xüsusi məhəbbət ona çox təsir etdi. Xəyal quşu uçmağa başladı. Ürəyində öz-özünə dedi: “İndi dünyada məndən də xoşbəxt və bəxtəvər bir kəs yoxdur. Bu mənəm ki, İmam (ə.s) öz şəxsi miniyini mənim üçün göndərdi və onunla məni öz evinə gətirdi. Bu mənəm ki, İmam (ə.s) gecənin yarısına kimi mənimlə tək, oturdu və suallarıma cavab verdi. Bütün bunlardan əlavə bu mənəm ki, yatmaq vaxtı çatdıqda Imam (ə.s) öz şəxsi yatağını mənim üçün sərmələrini əmr etdi. Elə isə dünyada kim məndən daha xoşbəxt ola bilər?" Bəzənti bu xəyallara elə qərq olmuşdu ki, dünyanı və dünyada olanları ayaqları altında görürdü. Qəfildən İmam Rza (ə.s) əlini yerə qoyaraq qalxıb getmək istədiyi zaman Bəzəntiyə "Ey Əhməd!” deyə xitab etdi və onun xəyallarını yarıda qoydu. O, buyurdu:
- “Heç vaxt, bu gecə baş verənləri özün üçün fəxr və qalarından üstünlük meyarı qərar vermə. Çünki Əli ibn Əbu Talibin (ə.s) böyük səhabələrindən olan Səsəə ibn Suhan bir gün xəstələnir. Həzrət Əli (ə.s) ona baş çəkməyə gedir və ona çoxlu məhəbbət göstərir. Əlini mehribanlıqla Səsəənin alnina qoyur. Lakin yerindən qalxıb getmək istədikdə ona xitab edib buyurur: “Bunları özün üçün fəxr və üstünlük bilmə. Bunlar sənin üçün heç bir şeyə dəlalət etməz. Mən bütün bunları boynumda vəzifə olduğu üçün etdim. Heç kəs bu cür şeyləri öz kamilliyinə dəlil bilməsin.”

📓Biharul-ənvar, cild 12, səh 14.

✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‌‌‌‎


@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

02 Nov, 16:48


Ən yaxşı elmi, dini, müqavimət, motivasiya kanalları ilə qarşınızdayıq. Bu cür gözəl və dəyərli kanalları heç bir topluda tapa bilməzsiniz:)

@toplu_admini

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

02 Nov, 16:24


İmam Sadiq (ə.s) səhabələri ilə birlikdə qohumlardan birinin evinə başsağlığı verməyə gedirdi. Yolda İmam Sadiqin (ə.s) ayaqqabısının bağı qırıldı və ayaqqabısı ayağında durmadı. İmam Sadiq (ə.s) ayaqqabını əlinə aldı və ayaqyalın yola düşdü. O Həzrətin (ə.s) böyük səhabələrindən biri olan İbn Əbu Yəfur dərhal ayaqqabısını ayağından çıxarıb onun bağını açdı. Bağı İmama (ə.s) tərəf uzatdı ki, İmam (ə.s) o bağı alsın və ayaqqabı ilə getsin.
İmam (ə.s) narahat halda üzünü ondan çevirdi və bəndi qəbul etmədi.
Buyurdu:
-“Əgər kiməsə bir çətinlik üz verərsə o özü bu çətinliyə dözməyə hamıdan daha layiqdir. Birinə hadisə üz versə başqasının onun yerinə əziyyətə düşməsinin heç bir mənası yoxdur".

📓Biharul-ənvar, cild 11, səh. 117

✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‎

@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

02 Nov, 16:19


❁ ﷽ ❁

İmam Hadi (ə.s) buyurur ki, Həzrəti Nuh (ə.s) İblisə dedi:
- Danış.
İblis dedi:
Adəm övladını paxıl, həris, həsəd, zalım və tələskən halda gördüyüm zaman sürətlə onu ələ keçirirəm, əgər bütün bu sifətlər onda olsa, bizdəndir, onu özümüz kimi üsyankar şeytan aldandırırıq.

📓Biharul-ənvar, cild-11, səh-288, hədis-10

✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‎

@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

02 Nov, 15:58


❁ ﷽ ❁

Niyə namazda özümüzə salam göndəririk?

İbadətlərin bir çoxunun, o cümlədən namazın öhdəsində olan vəzifələri vardır ki, onların səbəbləri bizə açıqlanmamışdır. Biz onları Allah Təala tərəfindən əmr olunduğu üçün yerinə yetiririk.

Hədislərimizə əsasən namazın sonunda verilən salamlar namazın təhlilidir. İmam Sadiqdən (ə) gələn hədisdə deyilir ki, namazın təhrimləri (yəni, qadağa edilənləri) dedikdə məqsəd odur ki, təkbir deyildikdən sonra namazın əksinə olan işlər yerinə yetirlməsin.
Namazın təhlili dedikdə məqsəd odur ki, namazın təslim və axırıncı salamlarını verəndən sonra namazın əksinə olan işləri yerinə yetirmək caizdir. O cümlədən danışmaq. (İslami saytlara istinadən)
Bəzi hədislərdə isə oxuyuruq ki, namazın sonunda verilən salamlar dünya və axirət bəlalarından amanda olmaq vasitələridir. İmam Sadiq (ə) bu haqda buyurur: “Hər bir namazın sonunda verilən salamlar – əmin-amanlıqdır. Yəni, hər kim İlahi əmri və Peyğəmbərin (s) sünnətini Allah qarşısında müti və təvazökar halda yerinə yetirərsə, onun üçün dünya bəlasından pənah yeri və əmin məqam olar. Axirətdə İlahi əzaba görə bəraət və xilas olmaq olar”.
Salam özü – Rəhim və Rəhman olan Allah tərəfindən deyilən sözdür. Ona görə də hər kəsə, eləcə də özümüzə salam vermək rəhmət və bərəkətin nazil olmasına səbəb olar. İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: “Nə zaman evinə daxil olsan, de: “Bismilləh və Billəh”. Sonra ev əhlinə salam ver və əgər evdə kimsə olmasa, de:

بسم الله و سلامٌ علي رسول
الله و علي اهل بيته و السلام علينا و علي عباد الصالحين

"Bismilləh və səlamun alə Rasulilləh və alə Əhli-Beytihi vəs-səlamu aleynə və alə ibədis-salihin".

Nə zaman bu kəlmələri desən, şeytan sizin evdən qaçar”.
Beləliklə deyə bilərik ki, namazda özümüzə salam vermək – İlahi rəhmət və bərəkətə səbəb olar və bizi dünya və axirət bəlalarından qoruyan vasitə olar. Bundan əlavə, salam Allah tərəfindən deyilən söz olduğu üçün onu hər kəsə, eləcə də özümüzə vermək bizə bərəkətlər nazil edər və salehlərin zümrəsinə qoşulmağımıza yardım edər.
Bizim yadımıza salar ki, Allaha məhz saleh bəndə olmaq üçün ibadət edirik.

Sibtayn.az

✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‌‌‌‎


@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

31 Oct, 12:45


❁ ﷽ ❁

İmam Baqir (ə) buyurub:

"Hər kim öz içində Allahın (c) hökm etdiyi hər hansı bir şeyə dair narahatlıq (narazılıq və ya qüsur) hiss etsə, küfrə düşmüşdür və hər kim Onun gördüyü işlərdən nəyisə inkar etsə, (Onu) danmışdır (Ona iman gətirməmişdir)!"

📓Ət-Tovhid, bab 61, hədis 13.


✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‌‌‌‎

@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

29 Oct, 14:44


❁ ﷽ ❁

İlahi!
Mən necə başqasından istəyim?!
Axı o da Səndən istəyir!

- İmam Əli əleyhissəlam


✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‌‌‌‎


@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

29 Oct, 09:12


❁ ﷽ ❁

Əziz Peyğəmbərimiz (s) buyurub:

Həvarilər İsaya belə dedilər;
"Ey Ruhullah! O halda biz kim ilə oturub-duraq?"

Hz.İsa belə buyurdu: "Görünüşü sizlərə Allahı xatırladan, sözləri elminizi artıran və əməli sizləri axirətə yönəldən şəxs ilə"

📓Tuhəful uqul 44


✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‎

@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

28 Oct, 14:29


❁ ﷽ ❁

Quranda "çoxluq"

İnsanların çoxu kafirdir. (Nəhl 83)
Çoxu fasiqdir. (Maidə 49)
Çoxu müşrikdir. (Rum 42)
Çoxu yalnız küfrü seçdi. (İsra 89)
Çoxu ayələrimizdən qafildir! (Yunus 92)
Çoxu şükür etməzlər! (Bəqərə 243)
Çoxu zənnə uyar. (Yunus 36)
Çoxu nankordur. (Furqan 50)
Çoxu yalançıdır. (Şuəra 223)
Çoxu iman etməz. (Bəqərə 100)
Çoxu Allah'a şərik qoşar. (Yusuf 106)
Çoxu haqqı xoşlamaz. (Zuxruf 78)
Çoxu Qur'andan üz çevirdi. (Fussilət 4)
Çoxu dərk etməz. (Maidə 103)
Çoxu Ölüləri Allah'ın dirildəcəyini bilməz. (Nəhl 38)
Çoxu Qiyamətin gələcəyinə inanmaz. (Ğafir 59)
Çoxu Allah'ın möcüzə yarada biləcəyini bilməz. (Ənam 37)
Çoxu ruzini Allah'ın verdiyini bilməz. (Səba 36)
Doğru din budur, lakin insanların əksəriyyəti (haqq dinin islam olduğunu) bilməz. (Rum 30)


✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‎

@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

28 Oct, 14:04


❁ ﷽ ❁

İmam Sadiq (ə) buyurub:

Bizim Qaimimiz (ə.f) qiyam edəndə Allah şiələrimizin qulaq və gözlərini elə iti edəcək ki, onlarla Qaim (ə.f) arasında maneə olmayacaq .Durduğu yerdən şiələrlə danışacaq və onlar Onun (ə.f) sözlərini eşidəcək, Onu (ə.f) görəcəklər.

📓əl-Kafi cild8 ,səh241 hədis 329


✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‌‌‌‎

@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

28 Oct, 14:00


❁ ﷽ ❁

İmam Sadiq (ə) buyurub:

Ehtiyacınız olan şeyi Allahdan istəyin və istəyinizdə israr edin. Allah sadiq bəndələrinin səbrini sevir.


📓Vəsail əl-şiə,cild 7,səh 60

✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‌‌‌‎


@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

25 Oct, 16:29


Biri-digərindən daha maraqlı olan telegramın ən faydalı kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla ən gözəl kanallardan bəhrələnə bilərsiniz.

@toplu_admini

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

24 Oct, 16:29


Elmi, dini, motivasiya, xəbər, abituriyentlər və s. hamısı bir arada.

@toplu_admini

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

22 Oct, 16:29


Biri-digərindən daha maraqlı olan telegramın ən faydalı kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla ən gözəl kanallardan bəhrələnə bilərsiniz.

@toplu_admini

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

22 Oct, 10:55


Xətibul Ənbiya nə deməkdir?

@toplu_admini

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

20 Oct, 12:57


❁ ﷽ ❁

- Şiələr nə üçün torpağa səcdə edir?
Çox gözəl izah edilib.

✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‌‌‌‎


@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

19 Oct, 16:36


Ən yaxşı elmi, dini, müqavimət, motivasiya kanalları ilə qarşınızdayıq. Bu cür gözəl və dəyərli kanalları heç bir topluda tapa bilməzsiniz:)

@toplu_admini

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

17 Oct, 06:52


⁶❁ ﷽ ❁

İmam Sadiq (ə) buyurub :

“Həqiqətən biz Əhlibeyt (ə) doğru danışanlarıq. Sizin qayğılarınız sizin dininizin əlamətidir, və düşmənlərinizin qayğıları sizinlədir. Sizə nifrət onların ürəklərinə hopub. Onlar sizdən eşitdikləri her bir şeyi təhrif edirlər, sizlərdən Allaha şərik böyüdürlər və sonra bununla sizə yalan qoşurlar. Və bunulna Allah qarşısında günahları kifayət qədərdir.”

📓Fəzailuş-şiə və Sifatuş-şiə, hədis 29.

✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‎

@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

17 Oct, 06:46


💫 Onun adı ilə...

Həzrət Əli (əleyhissəlam) buyurur :

Bir gün Peyğəmbərin yanına getdim. Həzrət buyurdu : “Ey Əli! Sübhü necə açdın?”.
Dedim : “Sudan başqa heç nəyim yox idi, buna görə də Həsən və Hüseyn üçün narahat idim”.
Buyurdu : “Ey Əli! Ailə üçün narahat olmaq Cəhənnəm oduna maneədir” ...

📓 Camiul-Əxbar, səh 91

✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‎

@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

16 Oct, 16:24


❁ ﷽ ❁

💫 Allah öz quluna yetməzmi?

📖 Əz-zumər,36.

✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‌‌‌‎


@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

15 Oct, 07:48


İslamın dəlili fərqli simalar.

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

15 Oct, 07:40


❁ ﷽ ❁

İmam Məhdi (ə.f) buyurur:

"Axırzaman hadisələrində təqvanızı qoruyun və bizə etibar edin. Sizə üz verən fitnə və sınaqların çarəsin bizdən istəyin".


📓Əllamə Məclisi, "Biharul-ənvar", c. 52, səh. 175.

✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‎

@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

15 Oct, 07:36


❁ ﷽ ❁

💫 Allahın adı ilə...

Allahdan istəyin sizi behiştdən qovmasın!!!


Məclislərin birində bir nəfər İmam Sadiqə (ə) dedi:

اسئل الله الجنة
"Allahdan behişt istəyirəm"

İmam (ə) buyurdu:

انتم في الجنة فاسئلوا الله ان لا يخرجكم منها

"Siz elə hal-hazırda cənnətdəsiniz. Allahdan istəyin sizi cənnətdən çıxartmasın"

Dedilər: -Ağa! Biz axı hal-hazırda dünyadayıq. Bu necə olur?

Həzrət (ə) buyurdu:

"Siz bizim İmamətimizi iqrar etmirsinizmi?"

Dedilər: -Əlbəttə edirik.

Həzrət (ə) buyurdu:

هذا معنى الجنة
"Bu elə cənnətin mənasıdır"

و اسئلوا الله ان لا يسلبكم
"Allahdan istəyin əlinizdən almasın"

📚 Biharul-ənvar, c-48, səh-102, h-11
Hud surəsinin təfsiri, Ayətullah Seyyid Muhəmməd Ziya Abadinin təlifatından, götürülüb.
✍️ @turalceferi

✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‎

@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

14 Oct, 09:14


🏴🏴

Əhli beyt (ə) Kəriməsi həzrət Fatimeyi-Məsumənin (ə.s) vəfatı
Hicri təqvimi ilə 201-ci il Rəbius-sani-ayının 10- u , həzrət Məsumə (s.ə) Qum şəhərində 17 gün qaldıqan sonra dünyaya gözünü bağladı.

Bu böyük xanım, qardaşlardan bir çox ilə birlikdə əziz qardadşı İmam Rzanı (s.ə) görmək üçün Mədinədən Xorasana tərəf yola düşmüşdü. Yol üstündə Savə şəhərində abbasi hökumətinin məmurlarının hücumuna məruz qaldılar. Onlardan bir çoxu şəhadətə çatandan sonra bu hadisədən acı çəkib xəstələnən Əhli-beyt (ə) Kəriməsi (ə.s) Quma gəldi. Musa ibn Xəzrəcin evində 17 gün qaldıqdan sonra mübarək gözləri qardaşının camalı ilə aydın olmadan qərib bir ölkədə əhatəsini çoxlu qəm- kədər sarmış halda ruhunu Yaradana təslim etdi və şiələri öz matəmində yasa qərq etdi.
Nəql olunub ki, həzrət Məsumə (ə.s) üçün məzar hazırladılar. Kimin məzara daxil olub o həzrəti dəfn etməsi haqqında Əşərilər arasında söz-söhbət oldu. Nəhayət onlar bu işi Qadir adlı bir pərhizkar qoca kişiyə tapşırmaq haqqında qərara gəldilər və bir nəfəri onun arxasınca göndərdilər. Qadir gəlməzdən öncə özündə niqab olan iki süvari çöllükdən peyda oldu. Sürətlə yaxına gəldilər. Onlradan biri məzara daxil oldu. Digəri isə o həzrətin pak cəsədini götürüb məzara qoymaq üçün ona verdi. Dəfn mərasimi bitdikdən sonra o iki nəfər heç bir şəxslə danışmadan öz atlarına minib uzaqlaşdılar.


📓Tarixi-Qum, s. 213- Biharül-ənvar: c. 48, s. 290.
📓Səfinətül-bihar: c.3, s. 936, “Fətəmə” bölməsi.
📓Kamilül-ziyarat: s. 324.


@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

12 Oct, 14:08


🏴🏴


8-Rəbius-sani
Xanım Fatimeyi-Zəhranın (s.ə) Peyğəmbərin (s) şəhadətindən 40 gün sonra bir rəvayətə əsasən Şəhid olduğu gündür

Xanım Zəhranın (s.ə) şəhid olduğu gün barədə 3 məşhur rəy mövcuddur. Xanım Zəhra (s.ə) Peyğəmbərdən (s)
40 gün: sonra,
75 gün: sonra
95 gün: sonra şəhid olmuşdur.


@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

10 Oct, 06:45




Allahın təkliyi barədə sadə izah

Əmirəl-möminin (ə) oğlu İmam Həsənə (ə) yazdığı tərbiyəvi bir məktub vardır ki, burada Allahın vahidliyin sübut edir və bizlərə bir çox şeyləri öyrədir.

Bu məktuba biz də nəzər salaq: “Oğlum, bil ki, əgər Allah üçün şərik olsaydı, həmin ilahların peyğəmbərləri də mütləq gələrdilər və deyərdilər ki, biz də həmin ilah tərəfindən gəlmişik. Sən də həmin ilahın səltənətinin, padşahlığının və hökumətinin əlamətlərini görərdin. Ancaq Allahdan savayı başqa ilahın nə səltənətin əsərləri var, nə də Allahdan qeyrisinin hökumətinin əsərləri. (Əgər olsaydı) Sən də onun işlərini, onun xüsusiyyət və sifətlərini bilərdin.

Ancaq Allah təkdir, Allah vahiddir və necə ki, Özü, Özünü təsvir etmişdir. Heç kəs hakimiyyətdə ona maneəçilik törədə bilməz.

Heç bir zaman məhv olmaz, gələcəkdə də məhv olmayacaqdır. O, hər bir əşyadan qabaqdır və bütün əşyaların axırıdır. Baxmayaraq ki, eyni halda axırdır, həm də əvvəldir. O, ondan da böyükdür ki, Öz rübubiyyətini qəlblər və baxışlar əhatəsində isbat etsin”.

Bəli, əziz İmamın (ə) bu nurani məktubunda Allahın vahid olmasının bürhani dəlillərlə təsdiqinin şahidi oluruq. Allah təkdir və vahiddir və heç kəs ona şərik deyildir. Əgər Allahın şəriki olsaydı, mütləq həmin ikinci ilah da öz elçilərini insanlara tərəf göndərərdi ki, belə bir hadisə baş verməmişdir. Allah – axır və əvvəldir. Eyni zamanda, həm axırdır və həm də əvvəldir. Bu sadə bürhan – hər bir insanın başa düşəcəyi gözəl və dəqiq bürhanlardandır.

✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‌‌‌‎


@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

10 Oct, 06:32


❁ ﷽ ❁

Hansı namaz lənətlənməyə səbəb olur ?

"Səid ibn Əbi Səid deyir: İmam Kazım ələyhis-salamdan eşitmişəm:


-“Həqiqətən də Allah, namaz qılan möminlər (Ona etiqadlılar) üçün qıldığı hər bir namaza görə rəhmət göndərir, bu camaatın bir qismi üçün isə bir lənət hazırlayıb.” Ravi deyir: Soruşdum:

-Bu lənət nə üçündür? Buyurdu:

-"Haqqımızı inkar edib bizi dandığınız üçün."

عن سعید بن ابی سعید البخی قال: سمعت ابا الحسن علیه السلام یقول: ان الله عزوجل فی کل وقت صلاة یصلیها مصلّیها ارسل رحمة لعباده المؤمنین و المعتقدین .و فی بعض هذا الخلق لعنة. قال: قلت: جعلت فداک و لم؟ قال: بجحودهم حقّنا و تکذبیهم ایّانا

📓 "Səvabül-əmal və İqabül-əmal", "İqabün-nasib" bölümü, 8-ci hədis"


✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‎

@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

10 Oct, 06:03


❁ ﷽ ❁

İmam Sadiq ələyhis-salamın kəlamında bəraətin vacibliyi

İmam Sadiq ələyhis-salama ərz olundu: bir şəxs sizi sevir, amma düşmən müqabilində sizə bəraət qazandırmaqda zəifdir. Həzrət buyurdu: “Heç də belə deyil, yalan danışır bizi sevdiyini söyləyən və düşmənimizə bezarlıq ( narazılıq və inciklik) etməyən.”

وقيل للصادق عليه السلام: إن فلانا يواليكم إلا أنه يضعف عن البراءة من عدوكم، فقال: هيهات كذب من ادعى محبتنا ولم يتبرأ من عدونا.
منبع : بحار الانوار، جلد ۲۷، صفحه ۵۸

📓Biharül-Ənvar, c. 27, s. 58

✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‌‌‌‎

@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

10 Oct, 05:56


💫 𝐵𝒾𝓈𝓂𝒾𝓁𝓁𝒶𝒽𝒾𝓇 𝑅𝒶𝒽𝓂𝒶𝓃𝒾𝓇 𝑅𝒶𝒽𝒾𝓂 💫

Hansı günahlar duanın qəbul olmasına mane olur?

İmam Səccad (ə) buyurur:


“O günahlar ki, duanı geri qaytarar, duanın qəbul olmasına mane olar, bunlardır:
1. Möminlərə və onların işlərinə sui-zənn etmək.
2. Daxilinin napak olması.
3. İman qardaş və bacıları ilə nifaqda olmaq.
4. Duanın qəbul olmasına inanmamaq.
5. Vacib namazları vaxtında qılmamaq.
6. Söyüş söymək.
7. Xəyanət etmək.
8. Sədəqə və yaxşı əməllərlə Allaha yaxınlaşmamaq ”.

✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‎

@dini_paylas

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

09 Oct, 16:29


Telegramın ən böyük və ən faydalı kanalları ilə qarşınızdayıq. Özəlliyimiz hər kanalı topluya almamağımızdır.

@toplu_admini

🕋 𝔻𝕀̇ℕ𝕀̇ ℙ𝔸𝕐𝕃𝔸Ş𝕀𝕄𝕃𝔸ℝ 🕋

08 Oct, 08:16


❁ ﷽ ❁

Bir zamanlar, yemişi çox sevən bir padşah var idi. Həmişə ən gözəl yemişləri yeyərdi. Amma tək yeməzdi, hər dəfə ilk dilimini vəzirinə verərdi. Bir gün yenə ona gözəl görünüşlü bir yemiş gətirdilər. Padşah həmişəki kimi ilk dilimi vəzirinə verdi. Ardınca, özü kəsib yeməyə başladı. Elə yemiş tikəsini ağzına qoymuşdu ki, yerə qaytardı. Yemiş iylənmiş və çox pis dadlı idi. Padşah vəzirə baxdı. Vəzir ləzzətlə yemişini yeyirdi. Təəccüblə ona dedi: Sən bunu necə yeyirsən, çox pis dadı var?
Vəzir cavab verdi: Şah sağ olsun, illərdir mənə ən gözəl yemişləri ikram etmisən, indi bu dəfə acı oldu. Nə olsun ki? Bunun dadı mənə sizi incitməkdən acı deyil.
Bax, iki gözüm, dünya dərəli-təpəli, acılı-şirinlidir. Gül də bir gün solar, tikanları qalar. Amma onu qoparıb atmazlar, zamanını, fəslini gözləyərlər ki, yenidən çiçək açsın... Bunu gülü tanıyan və ən əsası da onun qədrini bilən bağbandan soruş. Gülünü bu gün soldu deyə qoparıb atma, sabah hər kəsin bağı çiçəklə dolanda sənin payızın bitməz...

PhD. Əfzələddin Rəhimli
"Yad kölgələr" (sujet alıntıdır).


✾࿐༅🍃🦋🕋🦋🍃༅࿐✾‌‎

@dini_paylas