H+ Media @hashplusmedia Channel on Telegram

H+ Media

@hashplusmedia


🗞️ Xəbərləri sizə ən doğru və ən sürətli şəkildə çatdıran rəqəmsal xəbər platforması.

Tək bir mesajla gündəmi izləmək üçün bildirişləri aça bilərsiniz.

Bizimlə əlaqə: @hashplusmediabot

H+ Media (Azerbaijani)

H+ Media Azərbaycanın rəqəmsal xəbər platforması olan ən doğru və ən sürətli xəbərləri sizə çatdıran bir Telegram kanalıdır. Bu platformda gündəmi tək bir mesajla izləmək üçün bildirişləri açmaq imkanınız var. H+ Media sizə hər şeydən əvvəl olaraq ən son xəbərləri və məlumatları təqdim edir. Əgər siz də gündəmi ən sürətli şəkildə izləmək istəyirsinizsə, hemen @hashplusmediabot əlaqə saxlayın və H+ Media kanalına qoşulun.

H+ Media

10 Jan, 23:55


♦️Yanvarın 15-də ABŞ Prezidenti Co Bayden prezidentlik müddətinin sonunda xalqa vida müraciəti ilə çıxış edəcək.

🌐@hashplusmedia

H+ Media

10 Jan, 18:56


♦️İran yeni yeraltı raket bazasını təqdim edib.

SEPAH baş komandanı 2024-cü ilin oktyabrında İsraillə qarşıdurmada istifadə edilən İrandakı yeraltı raket bazasına baş çəkib. Yerdə olan Amerika bayrağı diqqət çəkib.

🌐@hashplusmedia

H+ Media

10 Jan, 17:05


♦️The Times of Israel:

"Suriyada Əsəd rejiminin süqutundan sonra Ərdoğanın HƏMAS-ı dəstəkləməsi ilə bağlı gərginliyə baxmayaraq, qarşıdurmanın qarşısını almaqda maraqlıdırlar. Bu kontekstdə (İsrail-Türkiyə) Azərbaycan vasitəçi kimi mühüm rol oynaya bilər."

🌐@hashplusmedia

H+ Media

10 Jan, 16:43


♦️Bloomberg xəbər verir ki, Böyük Britaniyanın baş naziri Keir Starmer müharibə başa çatdıqdan sonra sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsini müzakirə etmək üçün yaxın həftələrdə Ukraynaya səfər edəcək.

🌐@hashplusmedia

H+ Media

10 Jan, 16:11


🔴“Caliber.Az-ın əldə etdiyi eksklüziv məlumata görə, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian İrəvana səfəri zamanı Ermənistan rəhbərliyinə bir sıra tələblər irəli sürüb və onların yerinə yetirilməməsi bu ölkə üçün ciddi nəticələrə səbəb ola bilər.

Caliber.Az-ın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, Əli Əkbər Əhmədian birmənalı olaraq Ermənistan rəhbərliyini Aİ və NATO-ya üzvlük istəyindən əl çəkməyə çağırıb. O, erməni həmkarlarına açıq şəkildə xəbərdarlıq edib ki, bu kursu davam etdirmək İrəvan üçün yaxşı heç nə vəd etməyəcək. Əhmədian həmçinin vurğulayıb ki, İran Ermənistandan Aİ-nin casus missiyasını məhdudlaşdırmasını gözləyir. Əgər İrəvan Tehranın şərtləri ilə razılaşarsa, o zaman İran rəsmisi bunun müqabilində iki ölkə arasında müdafiə paktının bağlanmasını təklif edib ki, bu paktda İran silahlı qüvvələrinin Ermənistan ərazisinə yeridilməsi kimi elementlər də var.

Gördüyümüz kimi, Ermənistan iki, hətta üç atəş arasında qaldı. Onun hansı yolu, hansı inkişaf variantını seçəcəyi çox tezliklə bəlli olacaq. Amma bir şey danılmazdır: İrəvan elə vəziyyətə düşüb ki, hər bir sonrakı addım əvvəlkindən daha ağrılı olacaq. Ancaq burada rəğbətə yer yoxdur, Ermənistan hakimiyyətinin Azərbaycanla barışmaq, Türkiyə ilə münasibətləri bərpa etmək və bununla da bütün sahələrdə özünü belə mənfi ssenaridən qorumaq üçün kifayət qədər vaxtı var idi.”

🌐@hashplusmedia | Caliber

H+ Media

10 Jan, 16:02


Ermənistan Silahlı Qüvvələrinin yeni istehkamlarda quracağı sistemlərdən biri.

Əldə etdiyimiz video görüntülərdə Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini iri çaplı plemyotla atəşə tutur. İri çaplı plemyota xüsusi mexanizm qurularaq uzaqdan idarə olunur. Plemyota optik-kamera sistemi qoşulub və bu davamlı atəş açmağa, müşahidə aparmağa imkan verir. Video 2024-cü ildə lentə alınıb.

Ermənistan tərəfi işğal dövründə bu kimi sistemləri “Ohanyan” səddində qurmuşdu. Görünür Ermənistan tərəfi 44 Günlük Vətən Müharibəsindən və digər əməliyyatlardan başqa cür “dərs” çıxarmayıb. “Ohanyan” səddinin aqibətini isə bütün dünya bilir….

Hörmətlə:🌐@GSSR44

Postu paylaşarkən istinad mütləqdir!

H+ Media

10 Jan, 15:16


🇹🇷Türkiyə prezidenti Ərdoğan:

“Suriyadakı separatçı terrorçuların yalnız iki seçimi var; ya silahlarını yerə qoyacaqlar, ya da yer üzündən silinəcəklər.”

🌐@hashplusmedia

H+ Media

10 Jan, 12:13


♦️Türkiyə ordusu Suriyaya əlavə qüvvələr göndərir.

🌐@hashplusmedia

H+ Media

10 Jan, 11:30


♦️Azərbaycan vətəndaşı Ağamir Əzimov Rusiyada miqrantlara qarşı əməliyyat zamanı saxlanılıb.

Daha sonra o məcburi qaydada, zorla və qanunsuz şəkildə Ukrayna ilə müharibəyə göndərilib. Əzimov çox keçmədən müharibədə əsir düşüb.

1993-cü il təvəllüdlü olan Ağamir ailəlidir, yeni dünyaya gəlmiş övladı var. Əzimov ailəsi ilə birlikdə Moskvada yaşayırmış.

🌐@hashplusmedia

H+ Media

10 Jan, 10:28


♦️Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun binası yanğınlar səbəbindən evakuasiya edilib.

🌐@hashplusmedia

H+ Media

10 Jan, 10:19


⚡️ Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Aİ-nin Ermənistandakı müşahidəsi missiyasının qalma müddətinin daha iki il uzadılmasını təklif edib.

▶️ @clubhay

H+ Media

10 Jan, 09:56


🇹🇷Hakan Fidan:

“Qarabağın işğalının sona çatması bölgədə davamlı sülh üçün əsas mərhələdir. Regional sülhün davamlı olması lazımdır. Cənubi Qafqazda olan qeyri-sabit vəziyyət heç kimin xeyrinə olmayıb. Azərbaycan Prezidenti cənab İlham Əliyev həm bölgə, həm də Azərbaycanın inkişafı üçün addımlar atır. Azərbaycan və Ermənistanın daimi sülh sazişi imzalamasını istəyirik.

Bu prosesdə biz Can Azərbaycanla çiyin-çiyinə hərəkət edirik.”

🌐@hashplusmedia

H+ Media

10 Jan, 09:54


🇹🇷Hakan Fidan:

”Avropada bəzi kiçik ölkələrin ABŞ-nin çətiri altında siyasət yeridib, söz deməyinin özlərinə heç bir faydası yoxdur. Bu kiçik ölkələr bölgəyə Amerikasız gələ bilərlər? Bizim həmsöhbətimiz ABŞ-dir, Fransa yox.

Fransanın tək işi var, o da öz vətəndaşı olan terrorçuları məhkəməyə çıxarıb həbs etməkdir.”

🌐@hashplusmedia

H+ Media

10 Jan, 09:38


♦️Bloomberg xəbər verir ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen yanvarın 20-də keçiriləcək andiçmə mərasimindən əvvəl Trampla görüş təşkil etməyə çalışır.

H+ Media

10 Jan, 09:19


🇦🇿Samir Şərifov Maliyyə naziri vəzifəsindən azad edilib.

Prezidentin sərəncamı ilə Samir Şərifov Azərbaycan Baş nazirinin müavini təyin edilib.

🌐@hashplusmedia

H+ Media

10 Jan, 09:17


🏛Qərbi Azərbaycan İcmasının sədri:

"Qərbi Azərbaycana qayıdışla bağlı erməniləri şok sürprizlər gözləyir".

🌐@hashplusmedia

H+ Media

10 Jan, 09:15


♦️Ermənistanda hakim partiyanın toplantısında dava düşüb, Paşinyan iclası tərk edib.

🌐@hashplusmedia

H+ Media

10 Jan, 07:51


♦️İlon Mask Almaniyaya təhdidlər reytinqində ikinci yeri tutub.

▪️Frankfurter Rundschau nəşri Almaniyanın demokratik sisteminə təhlükə yaradan şəxslər və təşkilatların siyahısını hazırlayıb.

H+ Media

09 Jan, 23:05


🇦🇿🇦🇲 1987-1991-ci illər arasında 300 min Azərbaycanlı Qərbi Azərbaycandan, öz evlərindən, yurdlarından, qəddar ermənilər tərəfindən amansızcasına çıxarıldı.

▫️Ermənistan hakimiyyəti bu faktları görməzdən gəlməyə və gizlətməyə çalışır.

H+ Media

09 Jan, 20:20


♦️Ermənistan Respublikaçılar Partiyasının icra orqanının üzvü, ölkənin müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan:

“Müharibə ehtimalı eksponent olaraq artıb, bu gün artıq zirvəyə yaxınlaşır.

Siyasi meydanın Nikol seqmenti nə qədər yalançı siyasi xadimlərlə sülhdən danışmağa, sülhə bu qədər yaxın olduğumuzu, 17 bənddən 15-də razılaşdığımızı, 4 kəndi verdikdən sonra yaxşı olacağını, Qarabağı verdikdən sonra çox yaxşı olacağını söyləməyə çalışsa da, bu axmaqlıqların real siyasi proseslərlə heç bir əlaqəsi yoxdur.

Hamı sülh istəyir, amma insanların çoxu başa düşmür ki, bu, sülh yolu deyil, növbəti müharibəyə aparan yoldur.

Əslində Nikol siyasətinə görə artıq 4 böyük və kiçik, qısa və uzun müharibə yaşayıb, indi isə o, beşincisinə hazırlaşır və bütün bunları sülh adlandırır. Bu, absurddur. Ermənistanın siyasi nöqteyi-nəzərdən heç bir gücü olmadığı üçün onlar Ermənistanla istədikləri kimi davranacaqlar. Müharibə ehtimalı eksponent olaraq artıb. Bu gün artıq zirvəyə yaxınlaşır.

Zakaryan bildirib ki, bugünkü baş ağrısı Ermənistanı Azərbaycanın əli ilə zərərsizləşdirməklə həll olunarsa, hamı bununla razılaşar.

Hamı Ermənistanı satacaq. Əgər İran və Türkiyə Zəngəzur məsələsini müzakirə edək deyirlərsə və bu barədə Ermənistan məsələsi yoxdursa, biz nəyi müzakirə edirik? Aydındır ki, Türkiyəyə Mərkəzi Asiyaya, Orta Dəhlizə gedən maneəsiz yol lazımdır”, - deyə o deyib.

🌐@hashplusmedia

H+ Media

09 Dec, 19:16


♦️Ararat Mirzoyan:

“Bölgəmizdə kifayət qədər qan tökülüb, Ermənistan səhifəni çevirmək, Azərbaycanla qısa müddət ərzində sülh bağlamaq istəyir. Biz sülh müqaviləsi layihəsinin 17 bəndindən 15-i üzrə razılıq əldə etmişik. Kommunikasiyaların açılması baxımından Ermənistan ilkin mərhələdə dəmiryolu əlaqəsini açmağı və onu genişləndirməyi təklif edir.”

🌐@hashplusmedia

H+ Media

09 Dec, 18:40


♦️PUA-nı PKK/YPG terrorçuları dost atəşi ilə türk PUA-sı zənn edərək vurub.

🌐@hashplusmedia

H+ Media

09 Dec, 18:37


♦️İsrail hava qüvvələrinin Homs və Dəməşqə zərbələr endirdiyi bildirilir. Həmçinin Latakiya və Tarsusa da zərbələr endirilib.

🌐@hashplusmedia

H+ Media

09 Dec, 18:31


♦️Netanyahu:

“Qolan təpələri “əbədi” İsrailə məxsus olacaq.”

🌐@hashplusmedia

H+ Media

09 Dec, 18:08


♦️“YPG/PKK” terrorçularına dəstək verən ABŞ a məxsus MQ9 Reaper PUA-sı Türkiyənin dəstəklədiyi qüvvələr tərəfindən vurulub.

🌐@hashplusmedia

H+ Media

09 Dec, 17:53


♦️Rusiya və İranla yanaşı Əsəd rejiminin qatı dəstəkçisi olan Ermənistan Suriyada rejimin süqutundan sonra məyusluqla üzləşir.

İllərdir Ermənistan Suriyada hərbi birləşmələrini saxlayıb, lakin müxalifətin son hücumlarından sonra Əsədi ilk tərk edənlər sırasında olub.

Erməni qüvvələri gecə saatlarında yük təyyarələri ilə tələsik təxliyə edilib.

İndi erməni mediası özbəklər, çeçenlər və taciklər də daxil olmaqla Xmeymim aviabazasının və Latakiya yaxınlığındakı müxalifət qruplarını “terrorçu” kimi qələmə verir, eyni zamanda Əsədə illərlə dəstək verdiyini açıq şəkildə etiraf edir.

🌐@hashplusmedia

H+ Media

09 Dec, 17:30


♦️İddialara görə, Suriyadakı Sadnaya həbsxanasında məhbuslar siyahısında Amel Hərəkatının keçmiş lideri İmam Musa Sadir də olub.

Məhkumların iddiasına görə, bir müddət onunla eyni palatada qalıblar. İmam Musa Sadir 1978-ci ilin avqustunda Liviyada yoxa çıxmışdı.

🌐@hashplusmedia

H+ Media

09 Dec, 16:44


♦️İsrailin hava limanlarında keçmiş Əsəd rejiminə aid bütün MiQ-29 eskadrilyalarını, bəzi radarlar və silah anbarları ilə birlikdə məhv etdiyi bildirilir.

🌐@hashplusmedia

H+ Media

09 Dec, 13:57


🇦🇿Quru Qoşunlarının bölmələri ilə Seyfəli poliqonunda döyüş atışlı taktiki təlim keçirilir. Təlim zamanı eşidilən partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq.

🌐@hashplusmedia

H+ Media

09 Dec, 12:14


🇦🇿Hikmət Hacıyev İsrail Prezidenti İsaak Hersoqla görüşüb.

🌐@hashplusmedia

H+ Media

09 Dec, 10:10


♦️Zakir Həsənov Türkiyəyə başsağlığı verib.

🌐@hashplusmedia

H+ Media

09 Dec, 09:39


♦️Kreml: “Əsədə siyasi sığınacaq verilməsi barədə qərarı Putin şəxsən verib.”

🌐@hashplusmedia

H+ Media

09 Dec, 09:20


♦️Suriyanın Siyasi İşlər İdarəsi xaricdəki qaçqınları geri qayıtmağa çağırıb.

🌐@hashplusmedia

H+ Media

09 Dec, 09:08


♦️Rusiya hərbi zirehli texnikası Hələbin şərqindəki “Ayn əl-Ərəb və Sərrin” şəhərindəki “Radio” bazasından Qamışlıya doğru irəliləyir.

🌐@hashplusmedia

H+ Media

09 Dec, 09:02


♦️Fransanın Ermənistandakı səfiri şərti sərhəddə olub, Azərbaycanın mövqelərini müşahidə edib.

🌐@hashplusmedia

H+ Media

09 Dec, 08:59


♦️Türkiyədə hərbi helikopter qəzaya uğrayıb. Qəza nəticəsində 4 hərbçi şəhid olub. Digər ekipaj üzvlərinin axtarışı davam edir.

🌐@hashplusmedia

H+ Media

09 Dec, 08:40


♦️Müxalif qüvvələr Rusiya hərbi bazalarının yerləşdiyi Latakiya əyalətinə tam nəzarət edirlər.

🌐@hashplusmedia

H+ Media

09 Dec, 06:45


♦️İsrail Hərbi Hava Qüvvələrinin Şaldaq xüsusi təyinatlı bölməsinin əsgərləri ilk dəfə Hermon dağının Suriya tərəfində əməliyyat keçirirlər.

▪️ Bir gün əvvəl xüsusi təyinatlılar dəstəsi BMT sülhməramlılarının müşahidə məntəqəsini nəzarətə götürüb.

🌐@hashplusmedia

H+ Media

10 Nov, 19:06


♦️Dəməşqdə hədəfə endirilən raket zərbəsi nəticəsində Colan Təpələrinin məsuliyyət zonasına daxil olan yüksək səviyyəli Hizbullah funksioneri öldürülüb.

H+ Media

10 Nov, 16:15


🇦🇿MN: Noyabrın 10-da Goranboy rayonunun Gülüstan kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçusu İbrahimov Qədim Xaliq oğlu Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən əvvəlcədən basdırılmış piyada əleyhinə minaya düşərək xəsarət alıb.

Hərbi qulluqçumuz dərhal yaxınlıqdakı hərbi tibb məntəqəsinə təxliyə edilib. Vəziyyəti kafidir.

🌐@hashplusmedia

H+ Media

10 Nov, 13:54


♦️“İqlim fəalı” Qreta Tunberq Türkiyə və Azərbaycana qarşı ittihamlar irəli sürərək, insanları ölkələrin səfirliklərinə etiraza dəvət edib.

🌐@hashplusmedia

H+ Media

10 Nov, 12:44


🇦🇿🇦🇿Prezident İlham Əliyev Zimbabve Prezidenti ilə görüşüb.

🇦🇿🇦🇿Prezident İlham Əliyev Qvineya-Bisau Prezidenti ilə görüşüb.

🌐@hashplusmedia

H+ Media

10 Nov, 12:36


Dərin hörmət və sevgi ilə…..

🌐@GSSR44

H+ Media

10 Nov, 12:34


🇦🇿🇦🇿Prezident İlham Əliyev San-Tome və Prinsipi Demokratik Respublikasının Baş naziri ilə görüşüb.

🌐@hashplusmedia

H+ Media

10 Nov, 11:40


🇦🇿Gürcüstanın Baş naziri İrakli Kobaxidze noyabrın 11-13-də Azərbaycana səfər edəcək, Prezident İlham Əliyevlə ikitərəfli görüşlər nəzərdə tutulub.

🌐@hashplusmedia

H+ Media

10 Nov, 10:47


♦️İran prezidenti Məsud Pezeşkian COP29-da yüksək səviyyəli İsrail nümayəndə heyətinin iştirakı ilə əlaqədar konfransda iştirak etməyəcək.

🌐@hashplusmedia | KİV

H+ Media

10 Nov, 10:45


🇺🇸🇹🇷 Türkiyə prezidenti Ərdoğan ABŞ-ın yeni seçilmiş prezidenti Trampla ABŞ qoşunlarının Suriyanın şimalından çıxarılmasını müzakirə edəcək.

H+ Media

10 Nov, 10:26


♦️Yedioth Ahronoth:

ABŞ İsrailə Qəzza zolağında evləri sökmək üçün istifadə etdiyi Caterpillar 'D9' buldozerlərinin tədarükünü dayandırdı.

H+ Media

10 Nov, 09:47


♦️Türkiyə Prezidenti R.T Ərdoğan:

Terror təşkilatları ilə ölkəmizin sərhədləri arasında əlaqəni tamamilə kəsəcəyik.

H+ Media

09 Nov, 18:53


🇦🇿Prezident İlham Əliyev və Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı baş tutub.

Bu barədə federal hökumətin sözçüsü Kristian Hoffmann bildirib.

O qeyd edib ki, kansler Almaniyanın sülh və mehriban qonşuluq münasibətlərinin qurulmasında Ermənistan və Azərbaycana davamlı dəstəyini davam etdirməyə hazır olduğunu təkrarlayıb.

Federal kansler və Azərbaycan Prezidenti sıx əlaqə saxlamaq barədə razılığa gəliblər.

🌐@hashplusmedia

H+ Media

09 Nov, 18:29


🇺🇸🇮🇷🇷🇺🇨🇳🇰🇵 Tramp Rusiya, Çin, İran və Şimali Koreyanın bir-birləri ilə olan əlaqələri kəsmək niyyətindədir

- The Hill

H+ Media

09 Nov, 15:45


🇦🇿Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Orucov Həbib İlham oğlu odlu silahdan açılmış atəş nəticəsində həyatını itirib.

🌐@hashplusmedia

H+ Media

09 Nov, 12:33


🇦🇿XİN: “Pakistanın Kvetta şəhərindəki dəmiryol vağzalında törədilən terror aktını pisləyirik.

Bu dəhşətli hücumda həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik”.

🌐@hashplusmedia

H+ Media

09 Nov, 08:42


♦️ICESCO-nun Baş direktoru Azərbaycana səfərə gəlib.

🌐@hashplusmedia

H+ Media

08 Nov, 20:20


🇦🇿Bu Gün HDQ SAH XTD Mənsubu Vətən Müharibəsi Qəhrəmanı Kiçik Miçman Fəqan Zalovun Şəhid olmasından 4 il ötür.

Fəqan Zalov 9 noyabr 2020-ci İldə Üçtərəfli Bəyanatın imzalanmasına 6 saat qalmış Xocavənd rayonunun (601 və 436 metr) yüksəkliklərinin cənub istiqamətində “Qızılqaya” adlı ərazidə yarımqrup tərkibində hücum əməliyyatını yerinə yetirən zaman qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişdir.

Bütün şəhidlərimizin ruhları şad olsun.

🌐@hashplusmedia

H+ Media

06 Nov, 11:22


🇦🇿“Bakıda görüşərik...” - Ərdoğandan Əliyevə.

🌐@hashplusmedia

H+ Media

06 Nov, 10:34


♦️Çin Xarici İşlər Nazirliyi:

Biz Amerika ilə dinc yanaşı yaşamağa ümid edirik.

🌐@hashplusmedia

H+ Media

06 Nov, 10:31


♦️HƏMAS:

“Amerikanın yeni administrasiyası işğala qarşı mübarizəni davam etdirəcəyimizi bilməlidir”.

🌐@hashplusmedia

H+ Media

06 Nov, 10:17


🇦🇿İlham Əliyev Trampı təbrik edib.

🌐@hashplusmedia

H+ Media

06 Nov, 10:08


🇹🇷Türk Dövlətləri Təşkilatının yeni bayrağı qəbul edilib.

🌐@hashplusmedia

H+ Media

06 Nov, 08:21


♦️Serbiya Prezidenti Aleksandr Vuçiç Trampı prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib.

•Macarıstanın baş naziri Viktor Orban Donald Trampı prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib və bunu “böyük” və “dünya üçün ən zəruri” qələbə adlandırıb.

•İsrailin Baş naziri Benyamin Netanyahu Trampın qələbəsini Ağ Evə tarixi qayıdış adlandırıb.

•Makron Trampı seçkilərdə qələbəsi münasibətilə təbrik edib.

🌐@hashplusmedia

H+ Media

06 Nov, 08:19


🇦🇿İlham Əliyev: "Əminəm ki, TDT-yə üzv ölkələr COP29-un işində fəal iştirak edəcəklər."

🌐@hashplusmedia

H+ Media

06 Nov, 08:11


🇹🇷Ərdoğan: "Qarşıdakı dövrün Türk Dünyası Əsri olması üçün bütün gücümüzlə çalışacağıq.

Türk dünyası olaraq bu yerlərə çətinlikləri aşaraq gəlmişik, amma qarşıda qət edəcəyimiz böyük yol var."

🌐@hashplusmedia

H+ Media

06 Nov, 08:05


🇹🇷Ərdoğan TDT Zirvəsində çıxış edir:

"Biz ümid edirik, Azərbaycanın şəhidlər verərək əldə etdiyi tarixi qələbə sülh müqaviləsi ilə möhkəmlənəcək".

🌐@hashplusmedia

H+ Media

06 Nov, 08:02


🇦🇿Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı üzv ölkələr arasında hərbi əməkdaşlıqdan danışıb.

Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahəsində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib".

Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlərin keçirildiyini vurğulayan Prezident hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil almalarının qarşılıqlı etimadın və dostluğun göstəricisi olduğunu vurğulayıb.

🌐@hashplusmedia

H+ Media

06 Nov, 08:00


🇦🇿İlham Əliyev: Azərbaycan TDT-nın möhkəmləndirilməsi istiqamətində işlərini bundan sonra da davam etdirəcək.

🌐@hashplusmedia

H+ Media

06 Nov, 08:00


♦️"Daha müharibələr olmayacaq, vəzifəm müddətində mən müharibələri dayandıracağam" - Donald Tramp

🌐@hashplusmedia

H+ Media

06 Nov, 07:56


🇹🇷TDT Liderlər Zirvəsi başlayıb.

Prezident İlham Əliyevin çıxışı gözlənilir.

🌐@hashplusmedia

H+ Media

06 Nov, 07:54


♦️”Qanunsuz miqrantları ölkəmizə buraxmayacağıq. Sərhədlərimizi qoruyacağıq.” - Donald Tramp

🌐@hashplusmedia

H+ Media

06 Nov, 07:52


♦️Tramp qələbə qazandığını bəyan edib: ABŞ-nin 47-ci Prezidentiyəm.

🌐@hashplusmedia

H+ Media

06 Nov, 07:50


♦️Donald Tramp qələbədən sonra ictimaiyyət qarşısında çıxış edir.

🌐@hashplusmedia

H+ Media

06 Nov, 07:49


♦️Tramp qələbəsini qeyd edir.

🌐@hashplusmedia

H+ Media

06 Nov, 06:27


🇺🇸 Qərar masası qərargahı Trampı Amerikanın 47 - ci prezidenti elan edib.

H+ Media

06 Nov, 06:22


🌐@hashplusmedia

H+ Media

06 Nov, 06:20


♦️Tramp Fox News-un məlumatına görə Pensilvaniya ştatında qalib gəldi.

🌐@hashplusmedia

H+ Media

01 Nov, 20:57


♦️Zelenski:

“Rusiya ərazisində Şimali Koreya əsgərlərinin bütün düşərgələrini görürük. Biz onlara zərbə endirə bilərdik, amma o qədər də uzaqdan vurmağa icazəmiz yoxdur.

“Hər kəs sadəcə olaraq Şimali Koreya ordusunun ukraynalıları vurmağa başlamasını gözləyir”.

🌐@hashplusmedia

H+ Media

01 Nov, 15:46


🇷🇺🇺🇸 Rusiya XİN naziri Lavrov xəbərdarlıq edib ki, ABŞ və Rusiya “birbaşa hərbi münaqişəyə” çox yaxındırlar.

🌐 t.me/conflictmedia

H+ Media

01 Nov, 14:11


🇦🇿2024-cü il noyabrın 1-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın onuncu görüşü keçirilib.

♦️Yuxarıda qeyd olunan komissiyaların birgə fəaliyyəti haqqında 2024-cü il avqustun 30-da imzalanmış Əsasnamənin 7-ci maddəsinə uyğun olaraq, görüş zamanı Tərəflər həmin Əsasnamənin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların onların dövlətləri tərəfindən yerinə yetirilməsi barədə bildirişləri mübadilə etdilər.
Əsasnamənin 7-ci maddəsinin bu cür prosedurların yerinə yetirilməsi barədə sonuncu yazılı bildirişin alındığı gündə onun qüvvəyə minməsini təsbit etməsini nəzərə alaraq, Tərəflər vurğuladılar ki, sözügedən Əsasnamə 2024-cü il noyabrın 1-də qüvvəyə minir.

♦️Tərəflər növbəti mərhələdə delimitasiya işlərinin həyata keçirilməsi üçün sərhəd xəttinin sahələrinin/hissələrinin ardıcıllığı məsələsi ətrafında fikir mübadiləsi apardılar.

♦️Tərəflər delimitasiya işlərinin görülməsinin qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə etdilər.

♦️Tərəflər növbəti görüşün keçirilməsinin tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəldilər.

♦️Komissiyaların görüşü başa çatdıqdan sonra Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryan ayrıca olaraq nəqliyyat kommunikasiyaları məsələlərini müzakirə etdilər.

🌐@hashplusmedia

H+ Media

01 Nov, 14:08


🇦🇿Şahin Mustafayev Ermənistanla sərhəddə Mqer Qriqoryanla görüşüb.

🌐@hashplusmedia

H+ Media

01 Nov, 12:52


🇦🇿COP29-un Liderlər Sammiti 12 noyabr 12:00-da başlayacaq.

Sammitdə dövlət və hökumət başçılarının, eləcə BMT Baş katibi António Guterresin çıxışı nəzərdə tutulub.

🌐@hashplusmedia

H+ Media

01 Nov, 11:38


🇦🇿Türkiyənin Azərbaycandakı səfiri Elçin Əmirbəyovla regional və beynəlxalq məsələləri müzakirə edib.

🌐@hashplusmedia

H+ Media

01 Nov, 10:27


♦️Ermənistan Azərbaycanla sərhəddə "səlibçi" bayrağını endirib.

🌐@hashplusmedia

H+ Media

01 Nov, 09:00


🗳MSK:

“Azərbaycanda 2024-cü ildə bələdiyyə seçkiləri keçirilməyəcək. Bundan əvvəlki bələdiyyə seçkiləri hər 5 ildən bir dekabrın 23-də keçirilib. Sonuncu bələdiyyə seçkiləri 2019-cu ildə keçirilib. Növbəti seçkilər 2025-ci ildə keçiriəcək”.

🌐@hashplusmedia

H+ Media

31 Oct, 20:19


♦️“İranın ali dini lideri Ayətullah Əli Xamenei rəsmilərə İsrailə hücum hazırlamağı əmr edib”.

🌐@hashplusmedia |🌐NYT

H+ Media

31 Oct, 19:09


♦️ ABŞ müdafiə naziri Ostin:

”ABŞ yaxın günlərdə Ukraynaya yeni hərbi yardım paketini açıqlayacaq”.

🌐@hashplusmedia

H+ Media

31 Oct, 18:50


♦️”İsrail kəşfiyyatı İranın yaxın günlərdə, ehtimal ki, ABŞ prezident seçkilərindən əvvəl İraq ərazisindən İsrailə hücum etməyə hazırlaşdığını irəli sürür”.

🌐@hashplusmedia | Axios

H+ Media

31 Oct, 18:40


♦️Pentaqon rəhbəri Lloyd Ostin:

Biz Şimali Koreyanın Ukraynaya qoşun göndərməsinə mane ola bilmərik, lakin onların hərəkətlərinin nəticələri olacaq.

ABŞ Koreya yarımadasında öz qüvvələrinin mövcudluğunu artıracaq.”

🌐@hashplusmedia

H+ Media

31 Oct, 18:37


🇺🇸ABŞ Dövlət katibi Blinken:

“Şimali Koreya qoşunları Ukrayna sərhədinə gəlib”.

🌐@hashplusmedia

H+ Media

31 Oct, 18:19


♦️SEPAH baş komandanının müavini Əli Fədavi.

"İsrailin təcavüzünə İranın cavabı qaçılmazdır".

♦️SEPAH komandiri Hüseyn Salami:

"İsrailə cavabımız görünməmiş olacaq."

🌐@hashplusmedia

H+ Media

31 Oct, 17:17


♦️ Zelenski:

"Rusiya kəşfiyyat səviyyəsində Qərb ölkələrinə KXDR-in Ukraynaya qarşı müharibədə iştirakını rəsmən təsdiqləyib".

🌐@hashplusmedia

H+ Media

31 Oct, 17:11


🇦🇿Ombudsman Aparatının rəhbəri Brüsseldə Ermənistanın müharibə cinayətləri barədə məlumat verib.

🌐@hashplusmedia

H+ Media

31 Oct, 16:54


🇦🇿 Yanğın məhdudlaşdırılıb.

🌐@hashplusmedia

H+ Media

31 Oct, 16:34


♦️Xırdalanda çoxmərtəbəli yaşayış binasında güclü yanğın başlayıb.

🌐@hashplusmedia

H+ Media

31 Oct, 15:49


🇦🇿COP29-da iştirak üçün qeydiyyatdan keçənlərin sayı 50 min nəfəri ötüb.

🌊🌊COP29 Liderlər Sammitində 100-dən artıq dövlət və hökumət başçısının, vitse-prezidentlərin iştirakı gözlənilir.

🌐@hashplusmedia

H+ Media

31 Oct, 12:07


🇦🇿Azərbaycan XİN:

“Ermənistanla sülh sazişi danışıqlarında ciddi proqres var, layihənin razılaşdırılması üzrə iş aparılır”

🌐@hashplusmedia