AZERTAC @azertacnews Channel on Telegram

AZERTAC

@azertacnews


Azərbaycan və dünya xəbərləri

AZERTAC (Azerbaijani)

AZERTAC Telegram kanalında Azərbaycan və dünya xəbərlərini ən sərfəli şəkildə izləyə bilərsiniz. Bu kanal, adi xoşbəxtlər üçün ən son hadisələri və mühüm xəbərləri təqdim edir. Hazırda xəbərlərə asanlıqla çatmaq və dünyadakı son inkişaflardan xəbərdar olmaq istermisiniz? O zaman "azertacnews" kanalına qoşulun! Azərbaycanın ən çox oxunan xəbər agentliklərindən biri olan AZERTAC, ən güvənilir və obyektiv xəbərləri sizə çatdırmaq üçün çalışır. Mərkəzi Bakıda yerləşən AZERTAC, dünyadakı ən son hadisələri sizə doğru məlumatlarla təqdim etməyə öz əsas məqsəd edinmişdir. Əgər xəbərlərin doğruluğuna və əlçatanlığa əhəmiyyət verirsinizsə, heç bir hadisədə geridə qalmayacaqsınız. Xəbərlərə doqquz həftə yirmidört saat çatmaq istəyirsinizsə, "azertacnews" kanalına abunə olun və dünyanın dəyişən dinamikasından geri qalmayın. AZERTAC sizə xəbərlərin tam xəbərlərini təqdim etmək fəaliyyəti ilə məşhurdu. Bu səbəbdən, ən vacib xəbərlərin hər birində AZERTAC kanalını izləməyiniz tövsiyə olunur. Xəbərləri oxuyun, paylaşın və dünya ilə əlaqələrinizi genişləndirin. AZERTAC kanalında sizin üçün maraqlı olan hər şey var!

AZERTAC

25 Dec, 19:11


Xəstəxana rəsmisi: Zərərçəkənlərdən 14 nəfəri azərbaycanlıdır https://azertag.az/xeber/3349883

AZERTAC

25 Dec, 18:43


Dinara Nurqaliyeva: Qəza yerində 97 texnika və 482 nəfər xilasedici işləyir FOTOLAR https://azertag.az/xeber/3349835

AZERTAC

25 Dec, 18:38


Qazaxıstan Baş nazirin müavini: Təyyarənin qəzaya uğramasının səbəbi barədə danışmaq hələ tezdir

Hazırda ilkin səbəbi müəyyən etmək mümkün deyil. Bunun üçün mütəxəssislər var. İşlər aparılacaq. O zaman səbəb dəqiq məlum olacaq.

AZƏRTAC xəbər verir ki, bunu Qazaxıstan Baş nazirin müavini Kanat Bozumbayev Aktauda keçirilən brifinqdə bildirib.

"İstintaq-əməliyyat qrupu yaradılıb. Mənimlə həm kriminalistlər, həm də bu cür hava hadisələrini araşdıran Aviasiya Administrasiyamızın ekspertləri gəlib. Onlar cinayət işi çərçivəsində bütün sübutları toplayacaq, zəruri ekspertiza aparacaqlar. Qara qutunun açılması və sair. Əlbəttə ki, nəticələri dərc edəcəyik", - deyə o, qeyd edib.

AZERTAC

25 Dec, 16:19


Aktau yaxınlığında qəzaya uğrayan təyyarənin son tam texniki yoxlanışı bu ilin oktyabrında aparılıb

AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan 4K-AZ65 qeydiyyat nömrəli “Embraer 190” təyyarəsi 2013-cü ildə istehsal edilib.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq AZAL-dan bildirilib.

Məlumatda qeyd olunub: “İstehsalçının seriya nömrəsi: 19000630. Hava gəmisinin ümumi eniş sayı 9949, ümumi uçuş müddəti isə 15257,22 saat təşkil edir. Hava gəmisinin son tam texniki yoxlanışı 2024-cü il oktyabrın 18-də aparılıb. Son yoxlamadan sonra 671 uçuş saatı keçib.

Təyyarəni idarə edən və böyük təcrübəyə malik olan hava gəmisinin kapitanı İqor Kşnyakin 15 min saatdan çox uçuş həyata keçirib ki, onlardan təxminən 11 200 saatını kapitan qismində olub.

AZERTAC

25 Dec, 15:57


Qazaxıstan FHN Aktauda təyyarə qəzası ilə bağlı son məlumatları açıqlayıb

Aktauda təyyarə qəzası nəticəsində xəsarət alan 29 nəfər, o cümlədən 3 uşaq xəstəxanaya yerləşdirilib. Onlardan 15-i Azərbaycan, 9-u Rusiya, 2-si Qırğızıstan vətəndaşıdır. Üç nəfərin vətəndaşlığı isə dəqiqləşdirilir.

AZƏRTAC-ın Qazaxıstan Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi məlumata görə, qaynar xətt telefonlarına 571 müraciət daxil olub.

Hadisə yerinə Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev, fövqəladə hallar naziri general-mayor Çingis Arinov, nəqliyyat naziri Marat Karabayev, fövqəladə hallar üzrə nazir müavini Kegen Tursınbayev və Hökumət Komissiyasının üzvləri gəliblər.

Tupkaraqan rayonu hakimiyyətinin sərəncamı ilə yerli miqyasda fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Fəsadların aradan qaldırılmasına 482 nəfər, 97 texnika, 2 hava gəmisi və 10 kinoloq briqadası cəlb olunub.

Qazaxıstan, Rusiya və Azərbaycan FHN-ləri arasında videoəlaqə vasitəsilə koordinasiya və məlumat mübadiləsi həyata keçirilir.

AZERTAC

25 Dec, 14:50


AZAL: İstintaq prosesi başa çatanadək Bakı-Qroznı-Bakı və Bakı-Mahaçqala-Bakı marşrutları üzrə reyslər dayandırılır

İstintaq prosesi başa çatana qədər "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Qroznı-Bakı və Bakı-Mahaçqala-Bakı marşrutları üzrə reysləri dayandırılır.

Bu barədə AZƏRTAC-a AZAL-dan məlumat verilib.

Bildirilib ki, digər istiqamətlərdə uçuşlar ştat rejimində cədvələ uyğun həyata keçirilir.

AZERTAC

25 Dec, 13:40


“Azərbaycan Hava Yolları” (AZAL) Aktau şəhəri yaxınlığında “Embraer-190” təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən sərnişinlərin yaxınlarına başsağlığı verib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı AZAL-ın yaydığı məlumatda deyilir:

“Bu gün AZAL üçün son dərəcə ağır və faciəli bir gündür. Aktau şəhəri yaxınlığında “Embraer-190” təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən sərnişinlərə və ekipaj üzvlərinə Allahdan rəhmət diləyir, ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı veririk. Onların ağrısı bizim də ağrımızdır. Xəsarət alanlara tez bir zamanda şəfa arzulayırıq.”

AZERTAC

25 Dec, 13:38


FHN: Yasamalda baş verən yanğına nazirliyin xilasetmə qüvvələri cəlb olunub

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. Əlavə məlumat veriləcək.

AZERTAC

25 Dec, 13:22


Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirib

AZERTAC

25 Dec, 12:49


Astana sakinləri Azərbaycanın Qazaxıstandakı səfirliyi qarşısına gül dəstələri qoyurlar.

AZƏRTAC xəbər verir ki, paytaxt sakinləri Aktauda AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinə öz ehtiramlarını bildirirlər

AZERTAC

25 Dec, 12:39


Qarabağ Dirçəliş Fondu bu il vəsaitlərin səmərəli idarə olunmasından 50 milyon manat gəlir əldə edib

video.azertag.az/video/238355

AZERTAC

25 Dec, 12:22


Prezident İlham Əliyev: Təyyarə qəzası ilə bağlı məsələ tam araşdırılmalıdır

Bakı-Qroznı marşrutu ilə hərəkət edən AZAL şirkətinə məxsus təyyarə havanın pisləşməsi ucbatından istiqamətini dəyişmiş və Aktau hava limanına tərəf uçmağa başlamış, eniş zamanı qəza baş vermişdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı keçirdiyi müşavirədə deyib.

Dövlətimizin başçısı, həmçinin bildirib: “Mediada, sosial şəbəkələrdə təyyarənin qəzaya uğraması anları mövcuddur. Ona görə onu hər kəs görə bilər. Ancaq qəzanın səbəbləri bizə bəlli deyil. Müxtəlif versiyalar var. Hesab edirəm ki, hələ bu barədə danışmaq tezdir. Məsələ tam araşdırılmalıdır”.

AZERTAC

25 Dec, 12:08


Təyyarə qəzası ilə bağlı Qazaxıstanda araşdırmalara başlanılıb

Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğradığı yerə Qazaxıstan Daxili İşlər Nazirliyinin, nəqliyyat polisinin və prokurorluğun nümayəndələri gəliblər. AZƏRTAC “Kazinform”a istinadən xəbər verir ki, hadisə yerində araşdırmalara başlanılıb.

azertag.az/xeber/3349263

AZERTAC

25 Dec, 12:02


Rusiya Prezidenti MDB sammitinin iştirakçıları adından Aktauda təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib

azertag.az/xeber/3349223

AZERTAC

25 Dec, 11:53


Prezidentin Mətbuat Xidmətinin məlumatı

Dekabrın 25-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Rəcəb Tayyib Ərdoğan baş vermiş təyyarə qəzası ilə əlaqədar Azərbaycan Prezidentinə, həlak olanların ailə üzvlərinə başsağlığı verib, yaralananlara şəfa diləyib.

Prezident İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib

AZERTAC

25 Dec, 11:32


Dekabrın 26-da Azərbaycanda matəm elan edilib

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

azertag.az/xeber/3349167

AZERTAC

25 Dec, 11:14


Prezident İlham Əliyev təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyasının yaradılması haqqında Sərəncam imzalayıb

azertag.az/xeber/3349107