iMüəllim | Ramil Cabbarov @imuellim Channel on Telegram

iMüəllim | Ramil Cabbarov

@imuellim


Bilmədiyiniz qalmasın.
💬Ramil Cabbarov @ramilcabbarov
Qarşılıqlı reklam yoxdur.

iMüəllim | Ramil Cabbarov (Azerbaijani)

iMüəllim Telegram kanalı, öyrənmək istəyənlər üçün mövcud olan mövzuları geniş və məzmunlu şəkildə təqdim edir. Kanalın qurucusu, Ramil Cabbarov, bu platformda öyrənmə prosesini daha maraqlı və effektiv həll etmək üçün bir çox faydalı məlumatları paylaşır. Kanalda mühazirələr, məqalələr, testlər və digər peşəkar məzmunlar yer alır. iMüəllim sayəsində bilmədiyiniz mövzuları öyrənərək öz bilik səviyyənizi artırmaq mümkündür. Ramil Cabbarov, kanalda qarşılıqlı reklam paylaşımına yaxınlaşmır, buna görə də iMüəllim məzmunu tamamilə təcrübəyə əsaslanır. Əgər siz də öyrənmək istəyirsiniz və məlumatlarınızı genişləndirmək istəyirsinizsə, iMüəllim Telegram kanalından istifadə etməyiniz məsləhət görülür.

iMüəllim | Ramil Cabbarov

05 Oct, 07:19


📝 1950-ci illərdə amerikalı işçi 200 sözdən ibarət siyahı tərtib edib. Bu siyahıda nümunə üçün “Jaiijo”, “Zizabo”, “Hizago”, “Hipaho”, “Jagjao”, “Sheshego” kimi adlar qeyd edilib. Sözlər yəqin ki, sizə tanış gəlmədi. Amma bu siyahıda olan 1 sözü siz dəqiq bilirsiniz.
🤔Diqqət sual: Bu hansı söz idi və həmin işçi harda çalışırdı?
👉🏻 @imuellim

iMüəllim | Ramil Cabbarov

29 Mar, 17:08


👏Olimpiya Oyunlarının emblemlərində o adətən iki və ya dörd işarə ilə göstərilir. Lakin bir dəfə o, beş işarə ilə göstərilib. Söhbətin nədən getdiyini bildinizsə, hansı şəhərin olimpiadaya ev sahibliyi etdiyini də rahat tapa bilərsiniz?
👉 @imuellim

iMüəllim | Ramil Cabbarov

21 Feb, 18:31


💡🤯Ehtimallardan birinə görə bu cihaz ABŞ-da 1900-1920-ci illərdə icad edilmişdir. İlk dəfə kokteyl qarışdırıcı istehsalı ilə məşğul olan bir şirkət tərəfindən hazırlanıb və tez bir zamanda əhali arasında populyarlıq qazanıb. 1930-1940-cı illərdə funksionallıqları artırılır. Belə ki, tənzimlənən istilik və sürətə malik modellər ortaya çıxır. Yəqin ki, söhbətin nədən getdiyini tapdınız.
🤔 Bəs 1960-cı illərdə hansı səbəbdən bu cihazların satışı kəskin artmışdır?
👉 @imuellim

iMüəllim | Ramil Cabbarov

20 Feb, 17:27


🙅‍♂ Müharibə başlatdığı üçün Almaniya 1924 və 1948-ci ildə, bir zamanlar Spartanın cəzalandırıldığı kimi cəzalandırılıb.
Bu cəza nə idi?
👉 @imuellim

iMüəllim | Ramil Cabbarov

15 Feb, 18:46


🤔Qarşınızda BUNDAN istifadə edərkən diqqətli olmağı tövsiyə edən bir məhsulun reklam posteridir.
Sizcə bu nəyin reklamıdır?
👉 @imuellim

iMüəllim | Ramil Cabbarov

11 Feb, 18:50


"Chainalysis" hesabatına görə, kompüterlərinə "ransomware" virusu yoluxaraq bloklanan və pul tələb edilən qurbanlar 2023-cü ildə hakerlərə 1 milyard dollar vəsait köçürüb.

👉 @imuellim

iMüəllim | Ramil Cabbarov

11 Feb, 18:38


👼 Uşaqlar necə öyrənir? - süni intellekt daha sürətli üsul axtarışında

ABŞ-ın Nyu-York Universitetinin tədqiqatçıları körpələrin necə öyrəndiyini anlamaq və bunu süni intellekt (AI) öyrənməsinə uyğunlaşdırmaq üçün araşdırma aparıb.
Bununla bağlı 6 aylıq körpənin başına yerləşdirilmiş “SAYCam” adlı kamera 1,5 il ərzində onun gözlərindən hər şeyi lentə alıb. Nəticələr göstərdi ki, körpə 6 aylıq olarkən bəzi sözləri bilir və 2 yaşına qədər 300 söz və anlayış öyrənib.
Körpənin bu dövrdə eşitdiyi 37.500 söz ilə gördüyü 600 min videokadrı uyğunlaşdıran süni intellekt modeli, vizual öyrənmədə 62%-lik sürətli üsul kəşf edib.
Süni intellektin hazırkı öyrənmə üsulları ilə bu sürətə çatmaq üçün 400 milyon görüntü lazımdır.
👉 @imuellim

iMüəllim | Ramil Cabbarov

11 Feb, 12:35


🛞🚗 Avtomobilin 5 təkəri var. 4 təkər maşına bağlanıb, 1 təkər isə ehtiyyatdadır. Avtomobillə 250 km yol gedilib və 5 təkər eyni məsafədə istifadə edilib.
🤔SUAL: 1 təkər neçə km məsafədə istifadə olunub?

iMüəllim | Ramil Cabbarov

09 Feb, 14:28


📲💵 TikTok platformasında canlı yayım açanlara izləyicilər tərəfindən göndərilən hədiyyələrin jeton dəyərlərinə görə ƏN UCUZ və ƏN BAHALILARI:

💸Ən ucuz 10 hədiyyə:
1.Tiny dino - 0,2 AZN
2.Stars snap - 0,2 AZN
3.Crocodile - 0,2 AZN
4.Rosa - 0,2 AZN
5.Maxwell - 0,2 AZN
6.Dog bone - 0,2 AZN
7.Marvin the monkey - 0,2 AZN
8.Raccoon - 0,3 AZN
9.Perfume - 0,5 AZN
10.Baby fox - 0,5 AZN

🤑💰Ən bahalı 25 hədiyyə:
1.Planet - 339 AZN
2.Leopard - 339 AZN
3.Peacock - 339 AZN
4.Rosa Nebula - 339 AZN
5.Castle skyline - 339 AZN
6.Maggie - 339 AZN
7.Pirate’s ship - 339 AZN
8.Pyramids - 339 AZN
9.Diamond flight - 407 AZN
10.Party boat - 452 AZN
11.TikTok shuttle - 452 AZN
12.Castle fantasy - 452 AZN
13.Phoenix - 588 AZN
14.Adam’s dream - 588 AZN
15.Griffin - 588 AZN
16.Dragon flame - 611 AZN
17.Lion - 678 AZN
18.Golden sports car - 678 AZN
19.Sam the whale - 678 AZN
20.Gorilla - 678 AZN
21.Leon and Lion - 769 AZN
22.Zeus - 769 AZN
23.Seal and whale - 780 AZN
24.TikTok stars - 905 AZN
25.TikTok Universe - 956 AZN
👉🏻 @imuellim

iMüəllim | Ramil Cabbarov

07 Feb, 14:19


1-10 arasında bütün tam ədədlərə qalıqsız bölünən ən kiçik müsbət tam ədəd hansıdır?

iMüəllim | Ramil Cabbarov

06 Feb, 19:50


🤔Diqqət testini 1 dəqiqədə həll edə bilərsiniz?

🕵‍♀ Qarşınızda adi bir ofis otağının şəkli var:
iş masası, qırmızı kitab, saat, işıq, təqvim, rəflər...
Amma burada nə isə səhvdir.
🤷🏻‍♂ Sizcə nə?

👉 @imuellim

iMüəllim | Ramil Cabbarov

03 Feb, 16:44


🔻Sosial şəbəkələrdəki paylaşımlarda CİDDİ AZALMA!

"Gartner" araşdırma şirkətinin hesabatına görə, sosial şəbəkələrdə paylaşım edənlərin sayı son 2 ildə 61% azalıb. Mövcud paylaşımların əksəriyyəti isə 24 saat ərzində yoxa çıxan "hekayə/story" və ya "snap" kimi bir üslubdadır.
🤔Azalmaya səbəb kimi məxfiliklə bağlı narahatlıqlar və sosial medianın artıq əyləncəyə çevrilməməsi göstərilir.
👉 @imuellim

iMüəllim | Ramil Cabbarov

03 Feb, 16:29


🧐Süni intellekt yenə ara qarışdırır

Böyük Britaniyanın Bradford Universitetinin tədqiqatçıları 16-cı əsrdə yaşamış məşhur italyan rəssamı Rafaelin əsərlərini dərindən öyrənmə (deep learning) alqoritmi ilə araşdırıb.
🤔 Tədqiqat nəticəsində müəyyən edilib ki, rəssamın 1520-ci ildə tamamladığı "Madonna della rosa" (Qızılgüllü Madonna) adlı məşhur və mübahisəli tablosu tamamilə onun tərəfindən çəkilməyib.
Süni intellektin tapıntılarına görə, Məryəm, İsa, Yusif və Vəftizçi Yəhyanın təsvir olunduğu rəsmdə Yusifin üzü və bədəninin bir hissəsi başqa bir rəssama (ehtimal ki, Rafaelin emalatxanasında işləyən) məxsusdur.
▪️Tədqiqat qrupunun rəhbəri professor Uqail: “Süni intellekt alqoritmi yalnız üzü deyil, bütün hissələri - rəng palitrası, çalarları, tonal dəyərləri və fırça vuruşlarını öyrənir. O, rəsm əsərini az qala mikroskopik şəkildə başa düşür, Rafaelin rəsm stilinin bütün əsas xüsusiyyətlərini öyrənib.
Madonna ilə bağlı ilkin sınaqlar onun Rafael tərəfindən çəkildiyinin 60% ehtimal olduğunu göstərdi. Bundan sonra süni zəka rəsmə bölmə-bölmə baxdı və belə nəticəyə gəldi ki, rəsmdə Rafaelə aid olmayan Yusifin üzüdür."
@imuellim

iMüəllim | Ramil Cabbarov

28 Jan, 18:58


🚧 DETEKTİV MASASINDA CİNAYƏT İŞİ
🏡Polis meşə ərazisində əlində tapança və maqnitofon olan 30-35 yaşlarında kişi meyiti tapır. Hadisəni araşdıran detektiv maqnitofonda "Play" düyməsinə basdıqda eşitdiyi belə olur: "Mənim yaşamaq üçün heç bir səbəbim yoxdur."
💥Bu sözlərin ardınca tapançadan atəş səsi gəlir. Səs yazısını dinləyən dedektiv dərhal anladı ki, bu intihar deyil və həmin adam öldürülüb.
🕵‍♂Detektiv bunu necə anladı?
👉 @imuellim

iMüəllim | Ramil Cabbarov

22 Jan, 19:25


🤯 ÇƏTİN MƏNTİQ
Bir dostunuzdan qəpiyi 200 dəfə havaya atmasını və nəticələri qeydə almasını istədiniz. Nəticələri aldığınızda dostunuzun həqiqətən qəpiyi 200 dəfə atdığına şübhə edirsiniz. Bəs bunu necə yoxlaya bilərsiniz?

🕵‍♂Qeyd: Bu sual beynəlxalq yarışda istifadə olunub və çətinlik dərəcəsi 10/10-dur.
İpucu: Benford
@imuellim