🌱 ALLEQORİYA ART @alleqoriya Channel on Telegram

🌱 ALLEQORİYA ART

@alleqoriya


alleqoriyart.blogspot.com
https://kofe.al/@alleqoriya

🌱 ALLEQORİYA ART (Azerbaijani)

🌱 ALLEQORİYA ART kanalı, görsel sanat severleri bir araya getiren bir platformdur. Kanal, sanat eserlerini paylaşarak, sanatseverlerin birbirleriyle etkileşimde bulunmalarını ve sanat hakkındaki düşüncelerini paylaşmalarını sağlar. "Alleqoriya" kelimesi, eserlerde kullanılan semboller, imgeler ve metaforlar aracılığıyla anlamın gizeminin incelenmesini öne çıkarır. Kanalda, resim, heykel, fotoğrafçılık ve diğer sanat formlarıyla ilgilenen herkesin ilgisini çekebilecek içerikler paylaşılmaktadır. Kanalın ziyaretçileri, sanatın derinliklerine inmek ve yaratıcı dünyalarını genişletmek için mükemmel bir fırsat bulmaktadır. Eğer siz de sanatla ilgileniyor ve farklı sanat formlarını keşfetmek istiyorsanız, ALLEQORİYA ART kanalına göz atabilir ve sanatın büyülü dünyasına adım atabilirsiniz. Unutmayın, sanat herkes içindir ve ALLEQORİYA ART kanalı da sanatseverler için bir buluşma noktasıdır.

🌱 ALLEQORİYA ART

15 Feb, 13:59


Xanlar Əsədullayevin emalatxanası…

🌱 ALLEQORİYA ART

14 Feb, 15:16


Başım qarışıb sərgiyə, Alleqoriyaya. Sizinlə toxuculuq haqqında materialı paylaşmamışam.

https://youtu.be/4xC2YisdGKY?si=UK9_ex41UuNjjcOs

🌱 ALLEQORİYA ART

14 Feb, 15:14


Nə qəşəng baxır görürsüz? Sabah bu əsərin müəllifindən müsahibə alacağıq

🌱 ALLEQORİYA ART

14 Feb, 10:17


Bu gün həm də kitab vermə günüdür axı. Sizi bu kitabla təbrik edirəm.

🌱 ALLEQORİYA ART

13 Feb, 20:00


Edvard Munkun belə əsəri də var. Maraqlıdır

🌱 ALLEQORİYA ART

13 Feb, 12:11


Proses

🌱 ALLEQORİYA ART

12 Feb, 13:37


Dostlar, hər biriniz dəvətlisiniz! 🎉

🌱 ALLEQORİYA ART

12 Feb, 13:33


🎨 İncəsənət danışır!

"Sözlərdən rənglərə" sərgisi gəlir... İnanırıq ki, sənət yalnız məhdud çevrələrdə deyil, insanlarla birlikdə yaşamalıdır. Ötənilki sərgimizdən sonra gördük ki, yaradıcı insanlar daha geniş auditoriyaya çıxmalıdır. Biz də son bir ildə fəaliyyətimizi bu istiqamətdə qurduq. İndi isə yeni sərgimizi elan edirik.

🖌 Fevralın 27-də sizi rəssamların əsərləri və özləri ilə görüşə dəvət edirik. "Sözlərdən rənglərə" sərgisi sənətin gücünü sözlərdən çıxararaq, rənglərlə danışmağı hədəfləyir. Yerli rəssamları kəşf etmək, onların sənətinə şahid olmaq və real ünsiyyət qurmaq istəyirsinizsə, bu sərgi sizin üçündür!

Məkan: XG Cafe (H.Əliyev Sarayının arxası)
Əlaqə: 070 353 05 12

🌱 ALLEQORİYA ART

12 Feb, 06:59


💡İncəsənət virtual dünyada ilişib qalmamalıdır...

Alleqoriya olaraq ötən il Bakı Dövlət Universitetində təşkil etdiyimiz sərgidən sonra gördük ki, sərgilər məhdud çevrələrdən çıxmalıdır. İncəsənəti daha böyük kütlələrə çatdırmağa ehtiyac var. Bunun üçün rəssamlardan müsahibələr aldıq, Alleqoriyanı onların fikirlərini bölüşə biləcəyi platformaya çevirməyə çalışdıq. Həm də düşünürük ki, yeni sərginin də vaxtı gəlib.

Buna görə də gənc rəssamların əsərlərini təqdim edəcəyi fərqli sərgi təşkil edirik. Fevral ayının sonunda baş tutacaq bu sərgi yaradıcı gənclərlə real ünsiyyət qurmaq, gənc istedadları böyük kütlələrlə tanış etmək məqsədi daşıyır. Hazırda məkan və rəssamlarla danışıqlarımız davam edir. Amma böyük kütlələrə çıxmaq üçün sizin də dəstəyinizə ehtiyacımız var.

Bundan başqa, sərginin maddi ehtiyaclarını (reklam, broşürlərin çapı, materialların alınması və kirayəsi) qarşılamaq üçün sponsor və maddi dəstək təkliflərinə də açıq olduğumuzu bildirmək istəyirik. Sponsorluqla bağlı bizimlə əlaqə saxlaya bilərsiniz.

☕️ Biz kofe alaraq da dəstək ola bilərsiniz: kofe.al/@alleqoriya
📍 Ətraflı məlumat və əməkdaşlıq üçün: 070 353 05 12

🌱 ALLEQORİYA ART

10 Feb, 09:48


Bu kiçik rəsmləri italyan heykəltəraş Mikelancelo Buonarroti çəkib. Kağızda evə alınacaq şeylərin rəsmlərini görürsünüz.

Onun qulluqçusu oxuyub-yaza bilmirdi. Ona görə Mikelancelo ərzaqların rəsmini çəkməyə məcbur olmuşdu.

Nəcəf

🌱 ALLEQORİYA ART

10 Feb, 07:46


Freyd həmçinin qeyd edirdi ki, dahiliklə dəlilik arasında çox incə bir xətt mövcuddur. Yaradıcı insan şüuraltında baş verən güclü psixoloji proseslərə tab gətirmək üçün yaradır; bəzən bu, insanın daxili konfliktlərindən qurtulma cəhdi, bəzən də özünü ifadə etmək üçün bir ehtiyac olur. Buna görə də sənət təkcə fərdi bir ifadə deyil, eyni zamanda insanın mənəvi sağlamlığını qorumaq və öz “Mən”ini dərk etmək üçün bir vasitədir.

Elm dünyanı izah edərək “Biz”ə dair ümumi həqiqətləri ortaya çıxarırsa, incəsənət insanın öz daxili dünyasını araşdırmağa və “Mən”ini anlamağa xidmət edir. Bu baxımdan, sənət bir insana gedən ən qısa yollardan biridir.

🌱 ALLEQORİYA ART

10 Feb, 07:45


“Biz”dən bəhs edən elmlə “mən”dən bəhs edən incəsənət.

Freydin psixoanalitik nəzəriyyəsinə görə, yaradıcılıq insanın şüuraltındakı təzyiqlərə, arzulara və daxili konfliktlərə yeni və etibarlı çıxış yolları tapmaq bacarığıdır. O hesab edirdi ki, sənət yalnız bir ifadə forması deyil, həm də insanın daxili dünyasını, basdırılmış duyğularını və reallaşmamış istəklərini əks etdirən bir vasitədir.

Sənətçinin yaratdığı hər bir əsər onun şüuraltı təcrübələrinin, arxetiplərinin və psixoloji vəziyyətinin bir ifadəsidir. Yaradıcı insan bəzən reallıqla xəyal arasında körpü quraraq, gerçəklikdə mümkün olmayan, lakin dərin mənaya malik olan xəyali dünyalar yaradır. Bu mənada incəsənət yalnız estetik dəyər daşımır, eyni zamanda insanın daxili tarazlığını qorumaq üçün psixoloji bir çıxış nöqtəsi rolunu oynayır.

🌱 ALLEQORİYA ART

09 Feb, 09:31


Qobelen (fr. gobelin) sənəti haqqında məlumatınız var? 🤔 Mən yeni öyrənmişəm.

🌱 ALLEQORİYA ART

08 Feb, 17:50


🎨“Kətan arxasında” layihəsinin yeni müsahibi Vədud Müəzzindir.

Sənət sərhədsiz bir ifadə formasıdır və bəzən bir insan özünü təkcə bir janrda deyil, bir neçə incəsənət növündə ifadə etməyə ehtiyac duyur. “Kətan arxasında” layihəsinin budəfəki qonağı da belə yaradıcı bir şəxsdir: rəssam, heykəltəraş və musiqiçi Vədud Müəzzin.

Müsahibə boyunca sənətçinin fəlsəfi baxışlarına nəzər saldıq, onun zamanla, yaradıcılıqla və sənət əsərlərinin ölümsüzlüyü ilə bağlı fikirlərini öyrəndik. Vədud Müəzzin üçün sənət nədir? O, yaradıcılıqla zamanın axarına qarşı mübarizə aparır, yoxsa sənəti anın özündə yaşayan bir təcəssüm kimi görür? Sənət insanı dəyişə bilərmi?

Bütün bu suallara cavab tapmaq və sənətçinin dünyasına daha yaxından nəzər salmaq üçün müsahibəni izləyin.

Müsahibəni izləmək üçün şərhdəki linkə keçid edin.

🔗 https://youtu.be/zxPIkQn9y3M

#KətanArxasında

🌱 ALLEQORİYA ART

07 Feb, 12:41


Tofiq Cavadov “Külək”

Bu gün Tofiq Cavadovun doğulduğu gündür. “Külək” mənim ən sevdiyim əsərlərdəndir. Bu əsər haqqında sənətşünas Ülkər Əliyevanın müsahibəsindən oxuduğum kiçik bir hissəni sizinlə də paylaşmaq istəyirəm.

Tofiq bu dövrə qədər yeni ruhda yaratdığı bədii nümunələrlə tanınmağa layiq, “şah əsər” sayıla biləcək tablolar yaradıb. Amma “Külək” ilə yaradıcılığında zirvəyə çatmağa çalışdı. Heç şübhəsiz ki, hələ çox zirvələr fəth edəcəkdi. Amma olmadı… Yaxınları deyir ki, Tofiq Cavadov bu işi bitirdiyi zaman belə bir ifadə də işlədib: “Hə, bu küləkdir... Məni aparır”. Mircavad Cavadov da bir gün təsadüfən emalatxanada bu əsəri görüb və analarına deyib ki, “gör sənin oğlun nə çəkib? O, tablo yox, "Rekvyiem" yaradıb”.

🌱 ALLEQORİYA ART

04 Feb, 06:13


“Amerikanın Səsi” üçün “Yuxu” qrupunun bərpası haqqında hazırladığım materialı sizlərlə paylaşıram.

https://www.amerikaninsesi.org/a/7961314.html

🌱 ALLEQORİYA ART

03 Feb, 15:19


Hekayəyə görə, Francesca’nın atası Guido, düşmən olduqları ailə ilə barışmaq üçün onların oğlu Giovanni ilə qızını evləndirmək istəyir. Lakin Giovanni olduqca çirkin birisi olub və Francesca’nın bunu qəbul etməyəcəyini bildikləri üçün onu Giovanni’nin qardaşı, yaraşıqlı Paulo ilə tanış edirlər. Francesca Paulo’ya aşiq olur və evliliyi qəbul edir, amma evləndikdən sonra aldanıldığını anlayır. Lakin bu, onun Paulo ilə gizli görüşməsinə mane olmur.

Bir gün, gizlicə görüşüb bir araya gələn sevgililəri Giovanni görür. Giovanni tam Paulo’ya hücum edərkən, Francesca onun qarşısına keçir və zərbəni alır. Ardınca Paulo da döşündən qılınc zərbəsi alaraq ölür.©️

🌱 ALLEQORİYA ART

02 Feb, 08:43


Mənə görə “gənclik” bir rəsm olsa idi, “Creation of Adam” əsərindəki “Adam” olardı. Gününüz mübarək, gənclər və özünü gənc hiss edənlər!

🌱 ALLEQORİYA ART

01 Feb, 19:03


Erik Henningsen “Lampa yandıran”

🌱 ALLEQORİYA ART

01 Feb, 12:26


Tanış olmaq üçün linkə klikləyərək baxın 👇🏼

https://www.instagram.com/p/DFh6KyxtJc9/?igsh=Mzg2d2VqczIwODZi

🌱 ALLEQORİYA ART

01 Feb, 12:08


Sizi azərbaycanlı abstraksionist gənc bir xanımla tanış etmək istəyirəm 💃🏻

🌱 ALLEQORİYA ART

01 Feb, 10:02


Keçən il idi səhv etmirəmsə Muzey Mərkəzində çəkmişdim bu şəkli. Vədud Müəzzin gözəllikləri də qəşəng təsvir edir.

🌱 ALLEQORİYA ART

01 Feb, 09:50


Vədud Müəzzin “Xəyalında su”

Sənət mənə görə həm də, problemə diqqət çəkmək üçün yaxşı vaistədir. Bu fikrə əsaslanaraq bu əsəri çox sevirəm. Əsərdəki qabın üstündə olan quraqlıq detalı xüsusilə diqqət çəkir.

🌱 ALLEQORİYA ART

31 Jan, 11:19


Hansı rəssamın sizin rəsminizi çəkməyini istəyərdiz?

P.s mən Raul Hüseynovun 🫶🏻

🌱 ALLEQORİYA ART

31 Jan, 09:31


Sizcə, gənclər muzeylərə getməyə niyə maraqlı deyillər?

Bu barədə sənətşünas Alvina Süleymanla danışdıq. O problemi gənclərin maraqlarının daha çox əlçatmaz şeylər olmağında görür. Sonra əlavə edir… əlavələr üçün linkə klikləyərək baxa bilərsiz. Maraqlı reportajdır. Bu barədə siz nə düşünürsüz? Gənclər niyə muzeylərə həvəs göstərmir?

https://www.amerikaninsesi.org/a/7956945.html

🌱 ALLEQORİYA ART

30 Jan, 18:19


Harry Wingfield “At 4 o’clock we have our tea” 1962

Birinci sinif kitablarını xatırlatdı.

🌱 ALLEQORİYA ART

29 Jan, 10:40


🎞️Gazelli Art House

🌱 ALLEQORİYA ART

28 Jan, 15:16


Bu tip şəkillər sizi də narahat edir?

Həm tanış məkan, həm də yalnızlıq, yad. Təhlükəsiz görünsə də narahat edici mənzərə. İçəridə adam olsa belə insana “liminal space” effekti verir. Daxilində ürpərdici hiss yaradır. “Af Mall”ı bilən olar aranızda. Bu rəsm və “Af Mall” mənə eyni hissi verir.

Heather Neill “Threshold” 2008

🌱 ALLEQORİYA ART

27 Jan, 05:25


Sənətkarlardan onların əl işlərini almaq məni qürurlandırır. Çox sevinirəm ki, Kənan Əliyevin əl işi mənim kolleksiyamda olacaq. Bu heykəlciklərdə bir şeyin də fərqinə vardım. Kənan müəllim heykəlciklərin üz xəttlərini özünə bənzədib.

🌱 ALLEQORİYA ART

26 Jan, 12:36


Anna Ancher “Grief” 1902

Günəş batımında iki zidd qütbdə olan qadın: çılpaq və gənc, örtülü və yaşlı. Deyilənə görə rəssam bu rəsmi yuxusundan ilhamlanaraq yaradıb. Xaç önündə günahlarının bağışlanması üçün yalvaran qadın yenidən doğulmanın simvolikasıdır. Sanki onun günahları əfv olunduqdan sonra o həyata yenidən gələcək. Əfv olunmuş günahlar onu yenidən doğulmuş kimi hiss etdirəcək.

🌱 ALLEQORİYA ART

25 Jan, 12:56


Raul Hüseynov demişkən. Onun haqqında post paylaşdıq.

https://www.instagram.com/p/DFP9AzftpFk/?igsh=b2h3bm9hYnhxMjRi

🌱 ALLEQORİYA ART

25 Jan, 12:42


Burada da 1. əsəri seçənləri təbrik edirəm. Çünki, bu rəsmin müəllifi Jonathan Maddendir.

🌱 ALLEQORİYA ART

25 Jan, 12:36


Mənə də qadının sırğa taxdığı an çox zərif gəlir. Deyəsən rəssam Raul Hüseynov da mənim kimi düşünür. Rəsmlərində daha çox qadınlar ya sırğalarını taxır, ya da balerinalar ayaqqabılarını (pointe) düzəldirlər.

🌱 ALLEQORİYA ART

25 Jan, 08:10


Hansı rəsm əsəri Edvard Hopperin deyil?

🌱 ALLEQORİYA ART

24 Jan, 06:21


🏰 Bruges, West Flanders

Rəsm əsəri deyil

🌱 ALLEQORİYA ART

23 Jan, 19:24


René Magritte “The Empire of Light”

Xoşbəxt və darıxdırıcı rəsmlər demişkən. Məni ən çox darıxdıran 3 rəssam:

Edvard Hopper (ən çox), Rene M. , Edvard Munk.

🌱 ALLEQORİYA ART

23 Jan, 17:45


Salvador Dali “Duck”

Bu gün onun anım günüdür.

🌱 ALLEQORİYA ART

22 Jan, 14:24


👨🏻‍🎨 Bu gün rəssam Bəhruz Kəngərlinin doğum günüdür.

Bəhruz Kəngərli Azərbaycan rəssamlığında realist rəngkarlığın banisi hesab olunur.

Rəssamın ən məşhur əsərlər seriyası "Qaçqınlar“ silsiləsidir. Bu silsiləyə “Tərk edilmiş ev“, “Yurdsuz ailə“, “Papaqlı oğlan“, “Naxçıvanda xaraba qalmış evlər“, “Qaçqın qadın“, “Qaçqın oğlan“ kimi əsərlər daxildir.

@ovaxtinsohbeti

🌱 ALLEQORİYA ART

21 Jan, 18:52


Mən bu əngin fəzadan necə əl çəkim?

🌱 ALLEQORİYA ART

21 Jan, 15:13


Kay Sage “The fourteen daggers” 1942

Kay Sage bu rəsmdə daxili dünyasına girişi ifadə edirmiş kimi görünür. 14 dagger (qılınc) nəyi simvollaşdırır bilmirəm. Ağlıma ilk pillələr gəlsə də onlar 13 ədəddir. Bəlkə də rəssam burada daxilinə gedən yolda 13 pilləni təsvir edib, 14-cü isə onun daxili kimliyinin zirvəsidir və o bu 14. pillənin nə olduğunu bilmir. Siz bu əsər barədə nə düşünürsüz?

🌱 ALLEQORİYA ART

19 Jan, 10:18


Bu rəsm sizə hansı əsəri xatırlatdı? 🙂

🌱 ALLEQORİYA ART

19 Jan, 04:56


Mircavad Mircavadovun milli ənənə ilə müasirliyi birləşdirdiyi əsərləri.

🌱 ALLEQORİYA ART

18 Jan, 20:46


Bu gün Mircavad Mircavadovun doğum günüdür!

Yaddaşımda Abşeron məktəbinin banisi, daha çox isə ramedilməz adam kimi qalıb. Mircavad M. dönəmin hakim təbəqəsinə qarşı çıxan, Ziyadxan Əliyevin dili ilə desək "ilk dissident" idi. Onda əsl rəssam azadlığı var idi. Pol Sezan onun üçün maraqlı rəssamlardan olsa da, Mircavad Mircavadovun yaradıcıllığı özünəxas idi: rənglərindən xətlərinə qədər təkrarolunmaz. Qardaşı Tofiq Cavadovun ölümü onu dərindən yaralamışdı. Onun hisslərini “Tramvay altında qalan adam” əsəri ilə bizə çox yaxşı ötürdüyünü düşündüyüm üçün onu bu əsərlə yad etmək istədim.

🌱 ALLEQORİYA ART

18 Jan, 08:06


Yeni həyatın başlanğıcı: heykəltəraş Kənan Əliyevin bu əsəri ananın bətnindəki həyat toxumunu sevgi və qayğı ilə qorumasını əks etdirir. Hamilə qadının zərif duruşu və əllərinin qucaqlayıcı jesti həyatın ən saf və müqəddəs anlarını simvollaşdırır.

🌱 ALLEQORİYA ART

17 Jan, 18:25


Sənət heç bir şeyi dəyişməz. Sadəcə səni dəyişər…

@filmtopiya_xt

🌱 ALLEQORİYA ART

17 Jan, 08:05


“Kətan arxasında” layihəsinin növbəti qonağı Diləzbər Hüseynzadə ilə müsahibəni təqdim edirik. Bu səfər Ebru sənətinin sularında idik. Diləzbər H. sənətinin hissi və texniki tərəflərini bizimlə paylaşdı. Müsahibəyə baxmaq üçün “YouTube” linkinə keçid edin.

#KətanArxasında

🌱 ALLEQORİYA ART

15 Jan, 19:42


Enze Fu
“Night sea” 2023

🌱 ALLEQORİYA ART

13 Jan, 17:53


Heykəltəraş, materialın içində gizlənən həqiqəti üzə çıxaran bir kəşfiyyatçıdır. O, yalnız əlləri ilə yox, həm də ruhunun ən dərin qatları ilə yaradır. Bu əsərlər də ən sevdiyim heykəltaraşlardan olan Kənan Əliyevə aiddir.

🌱 ALLEQORİYA ART

11 Jan, 19:10


"Əsl incəsənət heç vaxt sadəcə dekorasiya olmur; o, həmişə cəmiyyətin dərinliklərindəki narahatlıqları, arzuları və problemləri açığa çıxaran güzgü rolunu oynayır. Bu güzgüyə baxmaq bəzən ağrılı olsa da, yalnız bu cür üzləşmə ilə həqiqi inkişaf mümkündür."
– Ernst Fischer

Və Nitsşe əlavə edir:

"İncəsənət, həyatın bəzən ağrılı, bəzən də möcüzəvi həqiqətlərini təsvir etməklə məhdudlaşmır. O, həm də insanın xəyal gücünü oyadır, mümkün olmayanı mümkün kimi göstərir və bizi gündəlik həyatın dar çərçivələrindən kənara çıxarır."

🌱 ALLEQORİYA ART

11 Jan, 17:42


Təəssüf ki, Azərbaycanda məktəb tədrisi əsasən akademik biliklər üzərində cəmləşib, halbuki incəsənət fənləri şagirdlərin analitik düşüncə qabiliyyətini inkişaf etdirməklə yanaşı, empatiya hissini gücləndirir və onların fərdi ifadə bacarıqlarını formalaşdırır. Bu mənim üçün önəmli mövzu idi ona görə də buna diqqət çəkmək istədim.

Ətraflı: https://www.amerikaninsesi.org/a/7933228.html

🌱 ALLEQORİYA ART

11 Jan, 06:38


Frantisek Kupka
"Kitabsevər" 1897

Kitabsevər dostunuza göndərin 📚

🌱 ALLEQORİYA ART

24 Dec, 18:23


Gənclər, Yeni il abu-havasını aktiv etmişik :)

🌱 ALLEQORİYA ART

24 Dec, 16:08


Happy New Year! 🎉🥳🎊

🌱 ALLEQORİYA ART

24 Dec, 16:07


Channel photo updated

🌱 ALLEQORİYA ART

20 Dec, 05:33


Azərbaycan Xalq Rəssamı Tofiq Ağababayev bu gün vəfat edib. Onun 96 yaşı var idi.

🌱 ALLEQORİYA ART

19 Dec, 04:41


Son aylarda Azərbaycanda çəkilən və aktual mövzulara toxunan ‘Vətəndaş A’ serialı qızların təhsili, gender bərabərliyi və qadınların cəmiyyətdəki roluna dair önəmli müzakirələrə səbəb oldu. Serialın Almaz obrazını canlandıran Günəş Teginlə maraqlı bir müsahibə etdik. O, həm qadınların cəmiyyətdə iştirakçılığı, həm də filmlərin sosial mesajlarının əhəmiyyəti barədə fikirlərini bölüşdü.

Bu müsahibə mənim üçün dəyərli təcrübə oldu.

https://youtu.be/1JiEllCHlqk?si=YdnAesHUi2UEbr2S

🌱 ALLEQORİYA ART

17 Dec, 12:06


Bu rəsmin hekayəsini bilirsiniz?

🌱 ALLEQORİYA ART

17 Dec, 10:38


Bu gün Raul Hüseynovun doğum günüdür. Balerinləri ilə mənə Edqar Deqası xatırladır. Amma rəssam Raul əsərlərində balerinlərdən incə detalları rəsm edərək bu rəqsin daha çox incə tərəflərini göstərir 🩰

🌱 ALLEQORİYA ART

15 Dec, 16:03


Jeremy Miranda

🌱 ALLEQORİYA ART

15 Dec, 12:04


Səttar Bəhlulzadənin 115 illiyi!

Səttar Bəhlulzadə Azərbaycan rəssamlığının parlaq siması, milli irsimizi fırçasında yaşadan sənətkardır. Onun əsərlərində vətən sevgisi, təbiətin sonsuz gözəlliyi və ruhun dərinliyi əks olunur. Bu il biz onun 115 illiyini qeyd edərək, sənətindən doğan mirasa bir daha ehtiramla yanaşırıq. 💐🕯️

#settarbehlulzade115

https://www.instagram.com/reel/DDmRnd0ugVG/?igsh=MTAzcmdmdjB6enA4dQ==

🌱 ALLEQORİYA ART

15 Dec, 11:31


Bu gün Xalq rəssamı Səttar Bəhlulzadənin anadan olmasının 115-ci ili tamam olur.
Rəssam: Aqşin Kazımov

🌱 ALLEQORİYA ART

13 Dec, 14:08


Özümün də qatıldığı layihəyə sizi də dəvət edirəm. Həvəsi olan kəslərlə sizinlə burada görüşmək mənə daha da maraqlı olacaq. MoVA yaradıcılıq məkanı, gənc vizual sənətçiləri Bakıda keçiriləcək 3 günlük workshop-a dəvət edir.
Köçmən (miqrant) hekayələrinə həsr olunmuş proqramda, köçün insan həyatına təsiri və transformasiyanın rolu barədə mühazirə və müzakirə aparılacaq.
Köçmən Gündəlikləri” layihəsində iştirakçılar, mövzu əsasında ideyalarını formalaşdıracaq, mentor dəstəyi alacaq və sonda hazırladıqları işləri sərgidə nümayiş etdirmək imkanı qazanacaqlar. Layihədə  yeni təcrübə keçən fotoqraflar, videoqraflar və installasiya sənətçiləri iştirak edə bilər.

https://docs.google.com/forms/d/e/1FAIpQLScfUEaQeHBsnkAgpt4Z4gz1p7G0w4lJzWdj192BfA4fsWrhIA/viewform

🌱 ALLEQORİYA ART

13 Dec, 09:48


Bu xəbəri sizə şəxsən özüm vermək istədim.

Alleqoriya komandası Netty- milli internet internet mükafatında ən yüksək qiymətləndirilənlərdən olub. İnanırıq ki, nəticələrdən asılı olmayaraq bu bizə, mənim kiçik və möhkəm komandama ilham verəcək və bundan sonrakı fəaliyyətimizə müsbət təsir edəcək. Bu həm də Alleqoriyalıların uğurudur. Hər birinizi təbrik edirəm! 🌱

🌱 ALLEQORİYA ART

13 Dec, 06:56


Darian Mederos

🌱 ALLEQORİYA ART

09 Nov, 17:14


Sənəti əxlaqla birləşdirən gündəmə Alleqoriya olaraq fikilərimizi ifadə etmək istədik. Ümid edirik ki, izləyicilərimiz əxlaqın nə olduğunu, harada axtarılması lazım gələn bilən toplumdur.

Baxmaq üçün klikləyin.

🌱 ALLEQORİYA ART

09 Nov, 13:38


Romantizmdən realizmə, realizmdən impressionizmə, impressionizmdən post-impressionizmə. Hamısı bir birinin əksidir. Sənət etirazdan yaranır. (K. H.)

Əgər impressionizm dövrü haqqında postumuzu oxumamısınızsa, mütləq oxuyun.

🌱 ALLEQORİYA ART

09 Nov, 09:04


Eyni cinsdən.

🌱 ALLEQORİYA ART

09 Nov, 08:44


Bu rəsm əsərində siqaret çəkən hərbiçi rəsm olunub. Fonda da siqaretin işığı formasında yanan ulduzlar. Bu ulduzların mənası onunla siqaret çəkən, həm də rəhmətə getmiş hərbiçi dostlarını simgələyir. Bu ulduzlar, adamın damağındakı siqaret işığı ilə vəhdətdə “Böyük Ayı” bürcünü yaradır. Əgər nəzərə almasaq ki, bu əsər həm də “Şimal qütbünün qoruyucusu”nun gücünə vurğu üçün manipulativ bir rəsm əsəridir hekayəsini sevmək olar.

Rinat Voligamsı “Ursa Major”

🌱 ALLEQORİYA ART

08 Nov, 16:15


Təmizliyin, paklığın simvolu olan quzu. Mənə görə əsl yaxşı obrazdadır. Hər şeyin fərqində, pisliyi bilir, yaxşılığı da bilir. Pislik də edə bilir. Məsum görüntüsünə baxmamaq lazım. Ən böyük pisliklər məsum görüntülərdən olur. Ona görə bu quzu yaxşı obrazdadır. Çünki gərçək yaxşı obrazlar əlindən pislik gələrkən də yaxşılıq etməyi seçənlərdir.

Bu quzu burada qurban rolunda da deyil. O 7 qurd tərəfindən parçalandıqdan sonra ölümsüzlüyə çatacaq və missiyasını tamamlayacaq.

🌱 ALLEQORİYA ART

08 Nov, 16:06


1 quzunun arasında parçalamağa çalışan 7 qurd. Eyni görünür amma eyni deyil üzlər. 7 qurdun 7 halı var.

Ən birinci acıqlıdır, nə etdiyini bilir və intiqam alır. Nəyin intiqamıdır bilmirəm. Lider odur, məncə.

İkinci nə etdiyini bilmir. Axmaq və acgözdür ona görə o qədər böyük parça almağa çalışır.

Üçüncü aralarında ən gəncidir. Yeni-yeni öyrənir hər şeyi. Qərarlıdır və gəncliyin cəsarəti var onda

Digər tərəfdəkilər…

Üzü görünməyən yaşlıdır.

Ondan aşağıdakı da acgözdür amma nə etdiyini bilir.

İzləyicilər tərəfindən məsum adlandırılan qurda gəldik. Etmək istəmir amma edir çünki ətrafındakılara uyğunlaşmalıdır.

Ətrafındakılara uyğunlaşmaq üçün nə etdiyini bilmədən, qəbul edilmək üçün pislik etməyə də razı olanlar ən məsum seçilir. Bu doğrudan belə olmalıdır? Doğrudan ən məsumu odur?!

Günah günahdır. Ən pis günah isə yaxşılıq altında edilənlərdir. Bir də ortada olanlar var. Nə günah, nə də yaxşılıq edənlər. Onlar haqqında danışmağa da dəyməz.

🌱 ALLEQORİYA ART

07 Nov, 17:19


“Kətan Arxasında” layihəsinin növbəti qonağı Reyhan Aslanova ilə müsahibəni təqdim edirik. Müsahibə düşündürdü, əyləndirdi, öyrətdi, sevindirdi və özündə bir çox hissləri birləşdirdi. Reyhan Aslanova ilə söhbət maraq dolu idi. Müsahibəni izləmək üçün “YouTube” kanalımıza baxın.

#KətanArxasında

🌱 ALLEQORİYA ART

07 Nov, 09:51


Van Qoq orta səviyyəli bir ailədə doğulsa da, kənd təsərrüfatının və buna görə də ağır əməyin geniş yayılmış sənaye olduğu kiçik Nünen şəhərindən gəldi və kəndli həyatını daha yaxından görmək, hiss etmək üçün sahələrdə çalışdı. O, gördüyü kəndlilərə rəğbət və hörmət bəsləmişdi.

Onun kəndli təsvirləri Milletin təsvirlərinə bənzər olaraq qaldı. Belə ki, rəsmlərində dəyişikliyi müdafiə etmək yerinə obrazlarına onların uzun tarixini vurğulayan əbədi, romantik bir ruh verirdi.

🌱 ALLEQORİYA ART

07 Nov, 09:23


“Milletdən sonrakı əkinçi” 1889. Van Qoqunun 1881-ci ildə çəkdiyi “Əkinçi” eskizinin dəqiq surəti.

🌱 ALLEQORİYA ART

07 Nov, 09:20


Bu rəsmi 1881-ci ildə Van Qoq çəkib. Yuxarıda qeyd etdiyimiz kimi, Milletdən ilhamlanıb.

🌱 ALLEQORİYA ART

07 Nov, 09:19


Bu rəsm əsəri Milletin 1850-ci ildə çəkdiyi rəsmdir. Van Qoq Milletdən ilhamlanmış rəssam idi və bu rəsmin onlarca nüsxəsini çıxartmışdı.

🌱 ALLEQORİYA ART

06 Nov, 17:34


Kapellhaus Bakıda bu gün COP29-a töhvə olaraq “Başqa bir iqlim növü” adlı sərgi keçirildi. Sərginin məqsədi iqlim problemlərinə diqqət çəkmək idi. Məğzi və detalları ilə bunu göstərirdi. Müəlliflər ilk iqlim fəallarından Qustav Metzgerin və İlkin Hüseynovdur.

🌱 ALLEQORİYA ART

06 Nov, 10:15


Sizcə, kimin əsəridir?

🌱 ALLEQORİYA ART

06 Nov, 06:35


Son günlərdə bu heykəllər sosial mediada çox müzakirə olunur. Sizin bu barədə fikirləriniz nədir?

🌱 ALLEQORİYA ART

05 Nov, 09:18


Bu rəsmlərdə hansı hislər təsvir edilib?

🌱 ALLEQORİYA ART

28 Oct, 15:57


Düşünürəm ki, bu sahədəki ikinci aktual problem emalatxanadır.

https://www.amerikaninsesi.org/a/7840347.html

🌱 ALLEQORİYA ART

28 Oct, 15:55


Çoxdandır jurnalistika sahəsindəki işlərimi Alleqoriya ilə birləşdirib incəsənət və mədəniyyət sahəsindəki problemlərdən yazmaq istəyirdim.

Artıq bu istəyimi reallaşdırmaq vaxtı gəldi. Bu mövzudakı ilk yazımı "Amerikanın Səsi" üçün yazdım. Oxumaq üçün link yerləşdirirəm

https://www.amerikaninsesi.org/a/7841844.html

🌱 ALLEQORİYA ART

26 Oct, 17:03


“Kətan arxasında” layihəsinin növbəti qonağı Səadət Abadovadır. O rəsm çəkməyə 2019-cu ildə bacısının ona aldığı rəsm ləvazimatlarını gördükdən sonra başlayıb. O deyir ki, atası onu müəllimə kimi görmək istəyirdi, amma o, daxilindəki rəssama qulaq verib. Müsahibəni izləmək üçün “YouTube” kanalımıza baxın.

#KətanArxasında

🌱 ALLEQORİYA ART

24 Oct, 16:22


#sənəttarixin dən romantizm dövrünü oxudum və mənə çox təsir etdi. Sizinlə də paylaşmaq istəyirəm. Oxumaq üçün klikləyin.

🌱 ALLEQORİYA ART

17 Oct, 16:08


“Kətan arxasında” layihəsinin bu səfərki qonağı Erkin Ələkbərlidir. Onun rəsmlərində pozitivliyin və melanxoliyanın sintezini görə bilərsiniz. Onunla həmsöhbət olmaq daxili dünyasına ziyarət idi. Müsahibəni izləmək üçün “Youtube” kanalımıza baxın.

#KətanArxasında

🌱 ALLEQORİYA ART

16 Oct, 12:03


Nemes

🌱 ALLEQORİYA ART

15 Oct, 17:49


💭 Nemes nədir bilirsiniz?

🌱 ALLEQORİYA ART

14 Oct, 16:27


🪽İeronim Bosxun “Dünyəvi Zövqlər Bağı” əsəri insanın ehtiraslarının, zövq axtarışının və nəticədə mənəvi süqutunun simvolu olaraq qəbul edilir.

🔍Hər bir detalı ilə insana əks etdirilən dünya və onun müvəqqəti cazibəsi, eyni zamanda bu cazibənin arxasında gizlənən dərin bir xəbərdarlıqdır.

💭Görəsən, biz nəyi seçərik? Zövqün hüdudlarını, yoxsa ruhun əbədi axtarışını? Baxın və fikirlərinizi bizimlə paylaşmağı unutmayın.

🌱 ALLEQORİYA ART

14 Oct, 13:09


Hohlenstein Stadel Şir Adamı- Almaniyada tapılan e.ə 38 min ilə aid olan bilinən ilk insan şəklindəki oyma.

🌱 ALLEQORİYA ART

14 Oct, 13:03


Tarixin ilk sənət örnəyi- Villendorf Venerası.

Daş dövrünün Üst Paleolitinə aid edilir. Bədən hissələrinin belə böyük olması doğurqanlığı simgələyir.

🌱 ALLEQORİYA ART

07 Oct, 07:10


Ən sadə dildə oxuduqlarımı sizinlə paylaşacağam 🌿

Xoş həftə arzulayıram☀️

🌱 ALLEQORİYA ART

03 Oct, 05:34


Biz həmişə zamandan asılı qalanlarıq. Bəzən zamanın nələrisə düzəldəcəyinə inanırıq, bəzən zamanın irəliləməsi bizi gecikdirir. Bir sözlə, biz zamanın çaldığı havanı oynayırıq. Bu rəsmdə də tam olaraq bu təsvir olunub. Nikolya Pusen bu rəsmdə tam da bunu təsvir edib. Ortada rəqs edən 4 fiqur yoxsulluq, əmək, zövq və zənginliyin alleqoriyasıdır. Onlardan yalnız zövq bizə baxır.

🌱 ALLEQORİYA ART

02 Oct, 17:11


Səidin rəsmi kanalında bu heykəli gördüm. Mütləq canlı görmək istərdim. Maraqlıdır ki, gündəmdəki Aşıq Ələsgər abidəsi ilə bu abidənin müəllifi eyni adamdır.

🌱 ALLEQORİYA ART

30 Sep, 19:15


Sənət tarixini oxumağı sevənlər klikləyin və Rokoko dövrünün ehtişamı ilə tanış olun.

🌱 ALLEQORİYA ART

29 Sep, 07:15


Bu gün Dünya Dəniz Günüdür. Dəniz deyəndə ağıla ilk gələn İvan Ayvazovskinin dənizləridir.

🌱 ALLEQORİYA ART

24 Sep, 17:28


Salvador Dali "Yaddaşın dəyişməzliyi" əsəri ilə insanlara nəyi çatdırmaq istəyib?

Əvvəlcə gəlin əsərə diqqətlə nəzər salaq. İlk olaraq mərkəzdə canavara bənzər cisim görürük. Bununla Salvador Dali özünü ifadə edir. Əriyən saatlar əlimizdən axıb gedən zamana işarədir. Tablonun sol tərəfində saatın üzərində təsvir edilən milçək isə yox olma mənasına gəlir. Rəsmdə olan tək bitki qurumuş ağacdır. Bununla Dali insanlara həyatın tək acı həqiqətini, ölümü çatdırmaq istəyib. Əsərin peyzaj hissəsində qum örtüyü, arxa planda isə sakit, lal-dinməz, dalğasız su görürük. Bütün bunlar izləyiciyə yalnızlıq, tənhalıq hiss etdirir.

Rəssam bu əsəri avqust ayının qızmar günəşi altında əriyən komamber pendirindən ilham alaraq çəkib. Buna görə də əsərin digər adı "Əriyən saatlar"dır.

Əsəri araşdırarkən maraqlı bir faktla da qarşılaşdım. Rəsm çəkildikdən sonra qırmızı şərabla isladılıb. Hazırda tablo Floridada (ABŞ) yerləşən Salvador Dali Muzeyində saxlanılır.

🌱 ALLEQORİYA ART

23 Sep, 16:54


#SənətTarixi Baroko dövrü ilə davam edirik. Bu dövürlə bağlı ən çox zövqünüzü oxşayan nədir?

🌱 ALLEQORİYA ART

21 Sep, 18:54


Qarşıma iranlı rəssam Zəhra Zeynalinin işləri çıxdı. Maraqlı düşüncəsi var, orijinal işlər ərsəyə gətirir.

Qız uşağı və gəlinciklər onun əsərlərinin əsas qəhrəmanlarıdır. Bu qəhrəmanların mövqeyinin yuxu və ayıqlıq arasında olması tam bəlli deyil. Üslub sürrealizmə çox yaxındır. Rəssamın bioqrafiyasını oxuyanda İran rejiminə antipatiyası olduğu qeyd olunub. Elə buna görə də uşaq və kuklalar bəyaz geyimləri ilə saflığı və günahsızlığı, tünd çalarlarda olan ətrafı isə mühitin iyrənc və kirliliyini rəmzləndirir.