Coğrafiya-Rəvan Rzazadə @cografiyarevanrzazade Channel on Telegram

Coğrafiya-Rəvan Rzazadə

@cografiyarevanrzazade


Maarifləndirici telegram kanalı !
🔸 Instagram: https://www.instagram.com/p/C0GpetFoZf0/?igshid=NjZiM2M3MzIxNA
🔸 Facebook: https://www.facebook.com/cografiyaRR115
🔸 YouTube: https://youtube.com/@cografiyarevanrzazade?si=MSyfNR96JAd1SjaV

Coğrafiya-Rəvan Rzazadə (Azerbaijani)

Coğrafiya-Rəvan Rzazadə adlı telegram kanalı, coğrafiya ilə maraqlananlar üçün ən yeni və maraqlı məlumatları təqdim edir. Rəvan Rzazadə, coğrafiya sahəsindəki təcrübəsi və bilikləri ilə tanınan bir mütəxəssisdir və bu kanal vasitəsilə izləyicilərinə dünya xəritəsində dolaşmaq, yeni yerləri tanımaq və coğrafi məsələlər barədə ətraflı məlumat əldə etmək imkanı verir. Kanalda paylaşılan məlumatlar sade, aydın və əyləncəli bir şəkildə təqdim olunur. Əgər siz də coğrafiyanın quru və su mədəniyyətlərini öyrənməkdə marağınız varsa, Coğrafiya-Rəvan Rzazadə kanalını izləyərək bu sahədəki biliklərinizi genişlədə bilərsiniz. Hər şeydən əvvəl, coğrafiya sevgisi ilə dolu olan Rəvan Rzazadə, izləyicilərinin suallarına cavab verərək onları coğrafiyanın müasir dünyasında rehberlik edir. Telegram kanalı vasitəsilə ən son coğrafi məlumatlara çatmaq üçün Coğrafiya-Rəvan Rzazadə kanalını izləyin! Dünya əhvalatından xəbərdar olmağın ən maraqlı yolu buradan keçir!

Coğrafiya-Rəvan Rzazadə

08 Jan, 17:08


‼️Hazırlaşdığın qrupu seç və kanallara daxil ol⤵️

Coğrafiya-Rəvan Rzazadə

04 Jan, 15:28


*Göllərdən başlayan çaylar:*

Makkenzi — Böyük Kölə gölü
Missisipi — İtaska gölü
Nil — Viktoriya gölü
Mavi Nil — Tana gölü
Yukon — Marş gölü
Nelson — Vinnipeq gölü
Reyn – Boden gölü
Svir — Oneqa gölü
Ağsuçayı – Maralgöl
Irtış — Zayzan gölü
Dəclə - Xəzər gölü

*Göldən başlayın gölə tökülən çaylar* :
1. Svir—Oneqa---Ladoqa
2. Niaqra—Eri—Ontario
3. Ağsu çayı---Maralgöl—Göygöl
4. İordan çayı -- Qalile gölü -- Ölü dəniz

Coğrafiya-Rəvan Rzazadə

04 Jan, 15:27


📌Mineral bulaqlar

🔹Şıx, Suraxanı, Sabunçu - Abşeron
🔹Turşsu, Şırlan - Şuşa
🔹Xaltan, Xaşı, Cimi - Quba
🔹İlisu - Qax
🔹Bədo - İsmayıllı
🔹Bum - Qəbələ
🔹Çuxuryurd - Şamaxı
🔹Ağkörpü - Astara
🔹Minkənd - Laçın
🔹Qalaaltı - Şabran
🔹Xalxal - Oğuz
🔹Qızılca, Slavyanka - Gədəbəy
🔹Babazənən - Salyan
🔹Mişovdağ, Xıllı - Neftçala
🔹Tutqun, İstisu - Kəlbəcər
🔹Cuğa, Darıdağ - Culfa
🔹Sirab, Vayxır, Qızılvəng - Babək
🔹Badamlı, Gömür - Şahbuz
🔹Meşəsu, İbadsu - Lənkəran
🔹Ərkivan, Qotursu, Donuzütən - Masallı
🔹Narzan, Mormor - Gədəbəy
🔹Bülüdül - Lerik

Coğrafiya-Rəvan Rzazadə

30 Dec, 17:06


‼️Hazırlaşdığın qrupu seç və kanallara daxil ol⤵️

Coğrafiya-Rəvan Rzazadə

27 Dec, 01:42


QRAFİK TƏSVİRLƏR
Qrafik və ya xətti diaqramlar statistik məlumatların əyani təsviridir. Onlarda məlumatlar bir-biri ilə birləşdirilmiş nöqtələr vasitəsilə təsvir olunur. Qrafiklər (xətti diaqramlar) coğrafi kəmiyyətlər (hadisə, proses və s.) arasında asılılığı əks etdirir. Məsələn, təqdim olunan diaqramda 2015- 2021-ci illərdə Naxçıvan iqtisadi-coğrafi rayonunda buğda istehsalının dinamikası verilmişdir.

Dairəvi diaqramlar kəmiyyətlər arasında nisbəti əyani şəkildə göstərir; məsələn: “2010-cu ildə ölkənin ticarət dövriyyəsində ərzaq məhsullarının yük dövriyyəsi 55%, 2015-ci ildə 49% olmuşdur, qeyri-ərzaq məhsulları isə müvafiq olaraq 45% və 51%-dir”. Məlumatlar dairəvi diaqramda aşağıdakı kimi təsvir olunur.

Sütunlu diaqram. Sütunlu diaqramlardan, əsasən, kəmiyyətləri müqayisə etmək üçün istifadə olunur. Məsələn, verilmiş sütunlu diaqramda Azərbaycanın iqtisadi-coğrafi rayonlarının tərkibinə daxil olan inzibati rayonların sayı təsvir olunur.

Sahəvi diaqramlar. Sahəvi diaqramda kəmiyyətlər ardıcıl olaraq düz xətlə birləşdirilmişdir. Qrafik xətlə oxlar arasında olan sahə rənglənir. Məsələn, sahəvi diaqramda Azərbaycanda adambaşına elektrik enerjisinin istehlakı (kvt.saat- la) təsvir edilir.

Coğrafiya-Rəvan Rzazadə

27 Dec, 01:37


Sektor bucağının hesablanması
Sektor bucağı dairəvi diaqramda hədisə və prosessin neçə dərəcə bucaq tutmasını bildirir.
Məsələn: 1)Abşeron iqtisadicoğrafi rayonunun sahəsi 5,9 min km2 -dir. Sektor bucağında neçə dərəcə tutar?
Bunun üçün Azərbaycanın ümumi sahəsini bilmək lazımdır:
86,6 min km2 -360°
5,9 min km²- x° x= 24°
2)İşğaldan azad edilmiş torpaqların sektor bucağında payını müəyyən edin (20% torpaq azad edilib)
A)  120° B) 72° C) 12° D) 32° E) 77°
İzahı:Azad edilmiş torpaqların ümumi sahəsini hesablayaq:
86,6 min ---100%
X ---- 20%
X=17320 km²
86,6 min ----360°
17,32 min ---x
X=72°
Cavab: B

Coğrafiya-Rəvan Rzazadə

26 Dec, 16:59


Hazırlaşdığın qrupu seç və kanallara daxil ol⤵️

Coğrafiya-Rəvan Rzazadə

26 Dec, 14:00


Fizika qanunların sadə həlli üsulları💡 @öyrən

Coğrafiya-Rəvan Rzazadə

26 Dec, 10:32


Sınaqlar, PDFlər və Qaydalar bizim kanallarda. Qrupunuzu seçin və kanallara qatılın. Tələsin yerlər məhduddur‼️

Coğrafiya-Rəvan Rzazadə

26 Dec, 04:59


Bütün sizə lazım olan təhsil kanalları bir arada. Kanallara qoşulmaq üçün qrupunuzu seçin⤵️

Coğrafiya-Rəvan Rzazadə

25 Dec, 04:17


Dərəcə toru, coğrafi koordinatlar
Qlobus və xəritə üzərində meridian və paralellərin kəsişərək əmələ gətirdiyi şəbəkəyə dərəcə toru deyilir.
Dərəcə toru əsasında məntəqələrin dəqiq "ünvan”ı, yəni coğrafi mövqeyi müəyyən edilir. Paralel və
meridianlar dərəcə torunun əsas elementləridir.
Onların əsasında məntəqələrin coğrafi koordinatları – coğrafi enliyi və coğrafi uzunluğu müəyyən edilir.

Coğrafi enlik ekvatorla verilən məntəqədən keçən paralel çevrəsi arasında qalan meridian qövsünün dərəcələrlə
uzunluğudur. Coğrafi enlik məntəqənin ekvatordan neçə dərəcə şimalda və yaxud da cənubda yerləşdiyini
bildirir. Onun dərəcə qiyməti 0-90° arasında dəyişir. Ekvatordan şimalda yerləşən məntəqələrin coğrafi
enliyi şimal enliyi (şm.e.), cənubda yerləşən məntəqələrin enliyi isə cənub enliyi (c.e.) adlanır.

Coğrafi uzunluq – Qrinviç meridianı ilə verilən məntəqədən keçən meridian arasında qalan paralel qövsünün
dərəcələrlə uzunluğudur. Dərəcə ilə qiyməti 0 – 180° arasında dəyişir. Verilən məntəqə Qrinviç meridianından
qərbdə yerləşirsə, onun coğrafi uzunluğu qərb uzunluğu (q.u.), şərqdə yerləşirsə, şərq uzunluğu (ş.u.) adlanır.

Xəritə və qlobusda nöqtələrin coğrafi mövqeyini təyin etmək üçün dərəcə torundan istifadə edilir. Coğrafi enliyi
təyin etmək üçün verilən məntəqədən keçən paraleli müəyyən etmək lazımdır. Adətən paralellər 10°-dən bir
çəkilir və xəritənin kənarında onların dərəcələri yazılır.

Bu halda məntəqənin dəqiq enliyini təyin etmək üçün
xəritənin kənarındakı çərçivədə verilən dərəcələrdən istifadə etmək lazımdır. Bəzən məntəqə xəritədə göstərilən
paralellərin üzərinə düşmür. Məsələn, Moskva 50° və 60° şimal paralelləri arasında yerləşir. Bu paralellər
arasındakı məsafə 5 bərabər hissəyə bölünüb. Hər bölgünün 2°-yə bərabər olduğunu nəzərə alaraq, Moskva
şəhərinin 56°şm.e.-də yerləşdiyini müəyyən edə bilərik. Coğrafi uzunluğun təyin edilməsi də eyni üsulla,
meridianlar arasındakı dərəcələrdən istifadə etməklə yerinə yetirilir.

Yer səthindən keçməklə onun qütblərini birləşdirən ən qısa xəttə meridian deyilir. Meridian latın sözü olub
«günorta xətti» deməkdir. Həqiqən də onun istiqaməti günorta çağı cisimlərdən düşən kölgənin istiqamətinə
uyğun gəlir.

✔️Meridanlar həmişə şimala və cənuba istiqamətlənmiş olur. Bütün meridian çevrələrinin uzunluğu
40009 km (yuvarlaq olaraq 40000km), dərəcə ilə isə 360° –dir. Qütbdən qütbə uzanan meridian qövsünün
uzunluğu dərəcə ilə 180°, km-lə isə 20000 km-dir 10-lik meridian qövsünün uzunluğunu tapmaq üçün 20000
km-i 180°-yə bölmək lazımdır. Alınan rəqəm 111,1 km olaçaq ki, bunun köməyi ilə istənilən məntəqənin
ekvatordan və ya qütbdən nə qədər aralıda yerləşməsini asanlıqla tapmaq olar.

✔️Əks meridianların tapılması
Əks meridian bir meridianın tam əksində duran və birlikdə meridian çevrəsi əmələ gətirən meridiana deyilir.

✔️Meridian və əks meridianın dərəcələrinin cəmi 180°-ni verir.
Bu iki meridian ilə aralarında 12 saat fərq olur. Məsələn: 30°ş.u-nun əks meridianı 150°q.u, 50°ş.u-nun əks
meridianı 130°q.u-dur.

✔️Ekvator- Qütblərdən eyni məsafədə olan xəyali çevrəyə ekvator deyilir. Ekvatorun uzunluğu 40076 km
olub mənası «tənbölən» deməkdir. O, ən uzun paralel olub, yeri 2 bərabər hissəyə - Şimal və Cənub
yarım kürələrinə bölür. Qlobusda ekvatora paralel çəkilmiş çevrələrə paralel deyilir. Bütün paralellər
formasına görə eyni (yəni çevrə), uzunluğuna görə isə müxtəlifdir.

Coğrafiya-Rəvan Rzazadə

25 Dec, 04:16


🌎Yerin ölçüləri:
1. Yer səthinin sahəsi: 510 mln.km²
2. Quru səthinin sahəsi: 149 mln.km²
3. Su səthinin sahəsi: 361 mln.km²
4. Ekvatorial radius: 6378 km
5. Qütb radiusu: 6357 km
6. Yerin diametri: 12 756 km
7. Ekvator çevrəsinin uzunluğu: 40 076 km
8. Meridian çevrəsinin uzunluğu: 40 009 km
9. Yerin qütblərdən basıqlığı – 21 km
Emoji atmağı unutma 👍

Coğrafiya-Rəvan Rzazadə

16 Dec, 13:26


Kartoqrafik proyeksiyalar
Yer kürə formasında olduğu üçün onu qlobusda nisbətən düzgün təsvir etmək olar. Coğrafi obyektlər qlobusda paralel və meridianların əmələ gətirdiyi şəbəkənin köməyi ilə təsvir edilir. Bu, coğrafi şəbəkə adlanır. Qlobusda bütün böyük və kiçik əraziləri – materiklərı, okeanları, adaları və s. eyni dərəcədə kiçiltmək mümkündür. Xəritə müstəvi üzərində təsvir olduğu üçün bunu etmək olmur. Coğrafi şəbəkə müstəviyə keçirilərkən meridian və paralellərin forması dəyişir. Xəritədə meridian və paralellərin yaratdığı şəbəkə kartoqrafik şəbəkə adlanır. Qlobus səthini müstəviyə açarkən onun “dilimlərə” bölünən hissələri arasındakı boşluqların yerini dolduran zaman təhriflər, yəni xətalar yaranır. Xəritədə təhriflərdən yaxa qurtarmaq mümkün deyil, lakin onları azaltmaq və ya birini aradan qaldırmaq olar. Bunu kartoqrafik proyeksiyaların köməyi ilə etmək mümkündür.
Xəritədə 4 təhrif yaranır:
Sahə təhrifi. Qütbə yaxın ərazilərin sahəsi bəzən daha böyük göstərilir. Məs: Qrelandiya
Forma təhrifi. Materiklər bəzən dartılmış və ya sıxılmış formada göstərilir.
Uzunluq təhrifi. Bütün meridianların uzunluğu bərabər olduğu halda bəzən bu gözlənilmir.
Bucaq təhrifi. Meridianlar ekvatorla düz bucaq (90°) altında kəsişdiyi halda bəzi xəritələrdə bu bərabərlik itir.
QEYD: 📌Bütün xəritələrdə forma və uzunluq təhrifi mütləq olur
Kartoqrafik proyeksiyalar Yerin kürə səthinin müstəvi üzərində təsvirinin riyazi üsullarıdır. Yəni, kartoqrafik proyeksiyalar vasitəsilə Yerin kürəvi səthi müstəvi səthə köçürülür. Kartoqrafik proyeksiyalar təhrif xüsusiyyətlərinə görə üç qrupa ayrılır: bərabərbucaqlı (konform), bərabərsahəli (ekvivalent), ixtiyari.
Bərabərbucaqlı proyeksiyalarda tərtib edilən xəritələrdə istiqamət və ya bucaqlar demək olar ki, təhrif olunmur, lakin sahə və məsafələr tam təhrif olunur. Bu xəritələr dəniz nəqliyyatında və aviasiyada istifadə edilir. H.Merkatorun 1569-cu ildə tərtib etdiyi dəniz naviqasiya xəritəsi buna misal ola bilər.
 Bərabərsahəli proyeksiyalarda ərazilərin sahəsi çox az, lakin bucaq (istiqamət), məsafə və forma tamamilə təhrif olunur. Bu xəritələr materik və okeanların sahələrini hesablamaq üçün əlverişlidir. D.Qall və A.Petersin proyeksiyası buna missal ola bilər. Kürə və ya sferik formada olan yeri müstəvi üzərində təsvir etmək üçün istifadə edilən vasitələr.
Silindrik proyeksiyalarda qlobus şəffaf silindrin içərisinə yerləşdirilir. Bu zaman Yer səthinin ekvatorboyu əraziləri silindrin səthinə toxunur. Toxunma xəttində bütün təhriflər sıfıra bərabər olur. Xəritədə təhriflərin olmadığı xətt və ya nöqtə sıflr təhriflər xətti və ya sıfır təhriflər nöqtəsi adlanır. Silindrik proyeksiyalarda, əsasən dünya xəritələri, həmçinin ekvatorboyu ərazilərin xəritələri çəkilir, paralel və meridianlar bir-biri ilə düz bucaq altında kəsişən düz xətlər şəklində təsvir olunur.
Konus proyeksiyalarında xəritə tərtib olunarkən Yer kürəsi konusun səthi ilə 60° şm.e.-də kəsişir və bu paralellər boyunca təhriflər olmur. Sıfır təhrif xətlərindən uzaqlaşdıqca təhriflər artır. Bu proyeksiyalarla qütb ətrafı və mülayim enliklərdə yerləşən ərazilərin xəritələri tərtib edilir. Belə xəritələrdə paralellər qövsvarı, meridianlar isə bir mərkəzdən çıxan düz xətlər şəklində təsvir olunur.
Azimutal proyeksiyalar üçün köməkçi həndəsi səth kimi müstəvidən istifadə olunur. Müstəvinin kürəyə toxunma nöqtəsi – sıfır təhrifli nöqtə adlanır. Antarktida və Şimal Buzlu okeanının bu proyeksiyada tərtib edilən xəritələrində paralellər çevrələr şəklində, meridianlar isə bir mərkəzdən çıxan radiuslar kimi təsvir olunur. Yarımkürələrin xəritəsi də azimutal proyeksiyada tərtib edilir.
Çoxüzlü proyeksiyada Yer kürəsinin səthi kürə deyil, çoxlu sayda trapesiyalara bölünmüş çoxüzlü kimi qəbul edilir. Bu proyeksiyalar kiçik ərazilərin təsvirində, yəni əsasən topoqrafik xəritələrin tərtibi zamanı istifadə olunur. Xəritələrin miqyası böyük və orta olur, təhriflər çox az olur.

Coğrafiya-Rəvan Rzazadə

16 Dec, 13:26


Azərbaycanın xəritələri bərabərbucaqlı, konus və çoxüzlü proyeksiyalarda tərtib olunur. Təhriflərin dərəcəsi təsvir olunan ərazinin böyüklüyündən və coğrafi enlikdən asılıdır. Xəritədə təhrifləri müəyyən etmək üçün sadə üsullardan istifadə olunur, məsələn uzunluq (məsafə) təhrifi özünü meridian və paralellərin arasındakı parçaların uzunluqlarının müxtəlifliyində göstərir. Meridian və paralellər arasındakı bucaqlar 90°-dən fərqli olarsa, deməli, bucaqlar təhrif edilmişdir. Bucağın təhrifi isə bütün coğrafi obyektlərin formalarının təhrifinə səbəb olur.

Coğrafiya-Rəvan Rzazadə

13 Dec, 06:24


Göllərdən başlayan çaylar.
1.Anqara----Baykal gölü
2.Niaqara-----Eri gölü
3.Neva---Ladoqo gölü
4.Sivr---Oneqa gölü
5.Missisipi---İtaska
6.İrtış---Zaysan gölü
7.Reyn---Boden
8.Rona---Cenevre
9.Yukon----Marş gölü
10.Nelson---Vinnipeq gölü
11.Ağ Nil----Viktoriya gölü
12.M.Lavrenti---Ontario gölü
13.Mavi Nil---Tan gölü
14.Qurbağalı çay----Kiçik Alagöl
15.Makkenzi----Böyük Qul gölü

Coğrafiya-Rəvan Rzazadə

11 Dec, 14:07


🔍 Yer kürəsinin bütövlükdə və ya onun ayrı-ayrı hissələrinin yuxarıdan kiçildilmiş,ümumiləşdirilmiş,şərti işarəli müstəvi üzərində təsvirinə xəritə deyilir.
🔍Xəritələr rəngsiz çəkilirsə,belə xəritələr kontur xəritələr adlanır.
🔍Kontur xəritələrdə ölkələrin dövlət sərhədlərini müxtəlif rəng çalarları ilə boyadıqda siyasi xəritə alınır.Siyasi xəritələrdə ölkələrin paytaxtı və iri şəhərlər də qeyd edilir.
🔍Xəritədə dağlar qəhvəyi, düzənliklər yaşıl və sarı, okean və dənizlər mavi rənglərin müxtəlif çalarları ilə rənglənərsə, fiziki xəritə adlanır.
🔍Kontur xəritələr üzərində hər hansı mövzuya aid məlumatları əks etdirmək mümkündür: məsələn, əhalinin sıxlığı, yağıntının paylanması, faydalı qazıntıların yerləşməsi və s. Belə xəritələr tematik xeritələr adlanır.
🔍Bir və ya bir neçə sutka üçün tərtib edilən sinoptik xəritələrdə atmosfer yağıntılarının növü, buludluluq, alçaq və yüksək atmosfer təzyiq sahələrinin yeri göstərilir.
🔍Ölkələr müxtəlif göstəricilərinə görə (əhalinin sayına, adambaşına düşən milli gəlirə, elektrik enerjisi istehsalına və s.) bir-birindən fərqlənir. Kartoqrafik təsvirlər üzərində bu fərqləri əks etdirmək üçün son illərdə anamorfoz xəritələrdən istifadə olunur. Anamorfoz xəritələr ənənəvi xəritələrdən tamamilə fərqlənir. Bu xəritələr riyazi statistika əsasında tərtib edilir. Məsələn, dünya əhalisinin sayını göstərin anamorfoz xəritədə Çin, Hindistan və əhalisinin sayı çox olan digər ölkələrin ərazisi təhrif olunmuş halda, yeni daha qabarıq şəkildə olur. Ənənəvi xəritələrdə ərazisi böyük olan ölkələr (Rusiya, ABŞ, Avstraliya və s.) isə bu tip xəritələrdə daha kiçik ölçüdə təsvir edilir.
🔍Coğrafi xəritələr (fiziki, siyasi, iqtisadi və s.) dünyanı və ya hər hansı bir ərazini daha aydın təsvir edən modellərdir. Bir sözlə dünyanın 3 ölçülü modelini 2 ölçülü modelə gətirir. Onlar kartoqrafik modelləşdirmə ilə yaradılır. Məkana dair məlumatların toplanması, sistemləşdirilməsi və kompleks təhlilini əhatə edən ardıcıllıqla yerinə yetirilir. Kartoqrafik modelləşdirməni sxematik şəkildə aşağıdakı kimi təsvir etmək olar.
🔍 Kartoqrafik modelləşdirmə 3 prinsipə əsaslanır:
Riyazi əsas - kartoqrafik proyeksiya, dərəcə toru və miqyasın köməyi ilə Yerin kürə səthindən müstəvi səthə keçidini təmin edir.
Kartoqrafik generalizasiya - miqyas, məqsəd və məzmundan asılı olaraq obyektlər seçilir və ümumiləşdirilir. Miqyas kiçildikcə generalizasiya da çoxalır.
Kartoqrafik işarələr - şərti işarələr kimi qəbul edilir.

Coğrafiya-Rəvan Rzazadə

11 Dec, 11:02


Sınaqlar, PDFlər və Qaydalar bizim kanallarda. Qrupunuzu seçin və kanallara qatılın. Tələsin yerlər məhduddur‼️

Coğrafiya-Rəvan Rzazadə

11 Dec, 09:14


🔍 Coğrafiyanın tədqiqat metodlarına nəzər yetirək.
Coğrafi tədqiqatların aparılması üçün ənənəvi və müasir üsullardan istifadə edilir. Bu metodlar təbii və sosial-iqtisadi proseslərin öyrənilməsi, təhlili və proqnozlaşdırılması məqsədilə tətbiq olunur.

Ənənəvi metodlara nəzər yetirək 🔍‼️

🔍 Kartoqrafk metod coğrafi tədqiqatlar zamanı müxtəlif məzmunlu xəritələrin öyrənilməsinə və təhlilinə əsaslanır.
🔍 Tarixi metod vasitəsilə obyekt və hadisədə müəyyən tarixi dövr ərzində baş verən dəyişikliklər öyrənilir və təhlil edilir.
🔍 Müqayisə metodu obyekt və hadisələrin fərqli və oxşar xüsusiyyətlərini təhlil etməklə yeni elmi nəticələrə gəlməyə imkan verir.
🔍 Çöl-tədqiqat metodları ilə ərazidə müşahidələr, yaxud cihazların köməyi ilə məlumatlar toplanır, onların təhlili əsasında bir sıra coğrafi qanunauyğunluqlar müəyyən edilir.

‼️   Qeyd: Müqayisə metodu ilə tarixi metodun əsas fərqi bundan ibarətdir ki, tarixi metodda obyekt və hadisələrin müəyyən vaxtda dəyişilməsini, müqayisə metodunda isə sadəcə olaraq iki obyekt arasında oxşar və fərqlı cəhətlərin tapılmasını müəyyən edir.

🔍Riyazi-statistik tədqiqat metodu – coğrafi obyekt və hadisələri kəmiyyət göstəriciləri və riyazi hesablamalar vasitəsilə tədqiq edir. Nəticədə, öyrənilən obyekt və hadisələrin planlaşdırılması, layihələşdirilməsi həyata keçirilir.
🔍 Coğrafi modelləşdirmə real obyekt və hadisələrin modelinin hazırlanması və öyrənilməsinə əsaslanır. Coğrafi modellər qrafik və təsviri formada, həmçinin sözlər və simvollar vasitəsilə qurulur. Coğrafi modelləşdirmə metodunda hər hansı bir coğrafi hadisə və prosess sxem, qrafik formasına salınır və izah edilir.
🔍 Coğrafi proqnozlaşdırma təbii və antropogen təsirlər nəticəsində konkret ərazidə baş verə biləcək dəyişikliklərin əvvəlcədən müəyyən edilməsidir; məsələn, su anbarının tikilməsi ilə ətraf ərazilərdə baş verə biləcək dəyişiklikləri proqnozlaşdırmaq mümkündür.
🔍 Aerokosmik metod vasitəsilə aero və kosmik şəkillərdən alınan informasiyalar əsasında müasir xəritələr tərtib edilir və coğrafi proseslər öyrənilir.
🔍 Geoinformasiya metodu (coğrafi informasiya sistemi - GİS) müasir informasiya texnologiyaları vasitəsilə coğrafi məlumatların toplanması, işlənməsi və rəqəmsal xəritələrin tərtib edilməsidir.

Coğrafiya-Rəvan Rzazadə

11 Dec, 09:13


🔍 Coğrafiya- Yer kürəsinin təbiətini öyrənən elmlərdən biridir. Sözün hərfi mənası “Yeri təsvir etmək” deməkdir. Yunancadan “geo”– yer,“qrapho” – təsvir edirəm kimi tərcümə edilir.
Coğrafiya iki sahələrdən ibarətdir.
🔍 Fiziki coğrafiya – Yerin coğrafi təbəqəsini, onun tərkibini, komponentlərini, onlar arasında olan əlaqələri, təbəqələrin inkişaf tarixini və istiqamətlərini öyrənir.
🔍 İqtisadi və sosial coğrafiya – təbii şərait və ehtiyatlardan istifadə edilməsini, təsərrüfatın və əhalinin yerləşməsi prinsiplərini öyrənir. İqtisadi coğrafiya terminini elmə 1760-cı ildə rus alimi М. В. Lomonosov gətirmişdir.

Coğrafiya-Rəvan Rzazadə

11 Dec, 04:59


Qrupunu seç, kanallara qoşul və yüksək nəticə əldə et⤵️

Coğrafiya-Rəvan Rzazadə

10 Dec, 16:17


🔴Əks meridianların tapılması
Əks meridian bir meridianın tam əksində duran və birlikdə meridian çevrəsi əmələ gətirən meridiana deyilir.

🔴Meridian və əks meridianın dərəcələrinin cəmi 180°-ni verir.
Bu iki meridian ilə aralarında 12 saat fərq olur. Məsələn: 30°ş.u-nun əks meridianı 150°q.u, 50°ş.u-nun əks
meridianı 130°q.u-dur.

🔴Ekvator- Qütblərdən eyni məsafədə olan xəyali çevrəyə ekvator deyilir. Ekvatorun uzunluğu 40076 km
olub mənası «tənbölən» deməkdir. O, ən uzun paralel olub, yeri 2 bərabər hissəyə - Şimal və Cənub
yarım kürələrinə bölür. Qlobusda ekvatora paralel çəkilmiş çevrələrə paralel deyilir. Bütün paralellər
formasına görə eyni (yəni çevrə), uzunluğuna görə isə müxtəlifdir.
Bakının coğrafi koordinatları

Bakı şəhəri ekvatordan 40° şimalda və başlanğıc meridiandan 50° şərqdə yerləşir.

Coğrafiya-Rəvan Rzazadə

08 Dec, 10:30


Sınaqlar, PDFlər və Qaydalar bizim kanallarda. Qrupunuzu seçin və kanallara qatılın. Tələsin yerlər məhduddur‼️

Coğrafiya-Rəvan Rzazadə

08 Dec, 09:47


" Yanvar QRUPU" üçün müraciət edə bilərsiniz.
Dərslər həftədə 3 dəfə keçirilir.
Bütün dərslərin izahı tam anlaşıqlı dildə izah olunur.
Müxtəlif test banklarından testlər işlədilir.
Ödənişli  olan bütün sınaqlarımız hamısı işlədilir.
İmtahana kimi proqram 3-4 dəfə təkrar edilir.
Dərslərə qoşulmaq üçün 051-252-62-60 nömrəsilə əlaqə saxlaya bilərsiniz.
İlk dərs tam ödənişsizdir.

Coğrafiya-Rəvan Rzazadə

08 Dec, 05:35


Vulkanlar xəritəsi
Faydalı oldusa emoji atmağı unutma

Coğrafiya-Rəvan Rzazadə

08 Dec, 05:02


Bütün sizə lazım olan təhsil kanalları bir arada. Kanallara qoşulmaq üçün qrupunuzu seçin⤵️

Coğrafiya-Rəvan Rzazadə

03 Dec, 13:02


📕 Coğrafiya
📗 DİM II Hissə
📘 Test Toplusu
📆 2023

@PDFimiz | @DimToplu2023

Coğrafiya-Rəvan Rzazadə

27 Nov, 15:28


Respublikamızda mineral bulaqlar:
Naxçıvan MR:
Sirab(Babək), Badamlı(Şahbuz), Vayxır(Babək), Darıdağ(Culfa), Cuğa(Culfa)
Kiçik Qafqaz dağları:
İstisu(Kəlbəcər), Turşsu(Şuşa), Şırlan(Şuşa), Tutqun(Laçın), Minkənd(Laçın)
Böyük Qafqaz qalxması:
Xaltan(Quba), Xaşı(Quba), Cimi(Quba), Qalaaltı(Şabran), Şıx(Bakı), Suraxanı(Bakı), İlisu(Qax), Xalxal(Oğuz), Bədo (İsmayıllı)
Talış dağları:
Ərkivan(Masallı), İstisu(Masallı), Qotursu(Masallı), Meşəsu(Lənkəran), Donuzütən(Masallı)

Coğrafiya-Rəvan Rzazadə

27 Nov, 15:26


🔵BATAQLIQLAR🔵

Yer səthinin ifrat nəmlənmiş və 30 sm-dən az olmayaraq torf qatı ilə örtülmüş sahəsi bataqlıq adlanır. Əgər torfun qalınlığı 30 sm-dən az olarsa, həmin yer bataqlıqlaşmış sahə adlanir. Bataqlıqları telmitalogiya elmi öyrənir.

Yaranma səbəbləri:
🔵Daimi donuşluq
🔵Göllərin dayazlaşması və səthinin bitki ilə örtülməsi
🔵Yeraltı suların yer səthinə çıxması
🔵Dəniz və çayların ətraf quruları basması
🔵Məsaməsiz qleyli və podzol torpaqların su keçirməzliyi
🔵Sukeçirməyən süxurların səthə yaxın yerləşməsi

Qidalanmasına görə 2 tipə ayrılır:

1. Alt bataqlıqlar:
🔵Köhnə göl və ya çayların yataqlarında formalaşır
🔵Qidalanmasında yeraltı sular iştirak edir
🔵Bitki örtüyünün növ tərkibi zəngindir
🔵Torfun qalınlığı az olur(1-2 m )
🔵Torfdan Üzvi gübrə kimi istifadə edilir
🔵Meşə və meşə-çöl zonasında yaranır

2. Üst bataqlıqlar:
🔵Rütubətlənmə əmsalının vahiddən böyük olduğu, həmçinin sukeçirməyən süxurların yayıldığı zonalarda formalaşır
🔵Torfun qalınlığı çoxdur(6-10 m )
🔵Torfdan yanacaq kimi istifadə olunur
🔵Atmosfer yağıntıları ilə qidalanır.

Yayılıb:
🔵Rusiya
🔵Finlandiya
🔵Hindistan
🔵Kanada
🔵Braziliya
🔵İndoneziya

Şimal yarımkürəsində ən böyük bataqlıq:
🔵Vasyuqan- Rusiya(Q.Sibir)
Cənub yarımkürəsində ən böyük bataqlıq:
🔵Amazon çayı ətrafında


📝Ş.Mübarizli

Coğrafiya-Rəvan Rzazadə

27 Nov, 15:24


Sifariş üçün əlaqə: 051-252-62-60

Coğrafiya-Rəvan Rzazadə

27 Nov, 13:01


Coğrafiya Mövzu sınaq imtahanı (27.11.2024)
https://forms.gle/zD4ogDdxFBw6KGW96
Uğurlar arzulayırıq 🤗

Coğrafiya-Rəvan Rzazadə

27 Nov, 10:10


Xəzər dənizi
Bəyəndinsə, emoji atmağı unutma 👍

Coğrafiya-Rəvan Rzazadə

21 Nov, 17:02


Sizin üçün bütün kanalları bir arada cəmlədik, seçim edin və kanallara qoşulun⤵️

Coğrafiya-Rəvan Rzazadə

21 Nov, 10:32


Sınaqlar, PDFlər və Qaydalar bizim kanallarda. Qrupunuzu seçin və kanallara qatılın. Tələsin yerlər məhduddur‼️

Coğrafiya-Rəvan Rzazadə

21 Nov, 09:32


Diqqət, Diqqət
Coğrafiya MSİ 1 27.11.2024 tarixində keçiriləcəkdir.
Bütün iştirakçılara uğurlar arzulayırıq 🙏

Coğrafiya-Rəvan Rzazadə

16 Nov, 06:24


Yaxın günlərdə imtahan mövzuları paylaşılacaq

Coğrafiya-Rəvan Rzazadə

15 Nov, 08:08


Diqqət, Diqqət !
📌Coğrafiya üzrə sınaq imtahanı keçiriləcək !
📌İlk sınaq imtahanı ödənişsiz olacaq, növbəti sınaq imtahanlarında çox cüzi miqdarda ödəniş tələb olunacaq!
📌İştirak etmək istəyənlər yoruma + qeyd etsin.
📌Qeyd :bizimlə əməkdaşlıq etmək istəyən müəlliflər bizimlə əlaqə saxlaya bilərsiz.
📌Ətraflı məlumat üçün @RevanRza99 yazın

Coğrafiya-Rəvan Rzazadə

11 Nov, 10:10


İlk sifarişlər
Xeyirli olsun 👍

Coğrafiya-Rəvan Rzazadə

10 Nov, 10:30


Sınaqlar, PDFlər və Qaydalar bizim kanallarda. Qrupunuzu seçin və kanallara qatılın. Tələsin yerlər məhduddur‼️

Coğrafiya-Rəvan Rzazadə

10 Nov, 04:57


Bütün kanallar bir arada, seçim edin və kanallara qoşulun⤵️

Coğrafiya-Rəvan Rzazadə

03 Nov, 09:18


Kitab sifarişinin son günü !

Coğrafiya-Rəvan Rzazadə

22 Oct, 10:34


Sınaqlar işləmək üçün qrupunuzu seçin və kanallara qoşulun⤵️

Coğrafiya-Rəvan Rzazadə

21 Oct, 04:59


Bütün sizə lazım olan təhsil kanalları bir arada. Kanallara qoşulmaq üçün qrupunuzu seçin⤵️

Coğrafiya-Rəvan Rzazadə

20 Oct, 17:08


‼️Təhsil kanallarının linklərini sizin üçün tək-tək formada yığdıq. Axtardığınız kanalın adına toxunun və kanala daxil olun

Coğrafiya-Rəvan Rzazadə

17 Oct, 15:39


Zaqatala-Lahıc fiziki coğrafi rayonu-Böyük Qafqazın (Azərbaycan daxilində) cənub yamacında yerləşir. Bu rayon ərazisi qərbdə Gürcüstanın sərhəddindən (Mazımçay hövzəsindən) başlayıb, şərqdə Girdimançay hövzəsinə qədər 220 km məsafədə uzanır. Onun şimal sərhəddi Dağıstan ilə qovuşmaqla Baş Qafqaz silsiləsinin suayrıcı boyu, cənub sərhəddi isə Alazan-Əyriçay çökəkliyinin şimal sərhəddi boyu keçir.

📍 İqlimi- 1)yağıntıları bərabər paylanan mülayim-isti
2)il boyu bol yağıntılı soyuq
3)dağ-tundra.

📍 Torpağı-qəhvəyi,qonur;çimli,torflu,ibtidai (yüksək dağlıqda)

📍 Landşaftı- Alçaq dağlıqda-dağ çəmən(yay otlaqları)
Orta dağlıqda-meşə
Yüksək dağlıqda-dağ çəmən

📍 Çayları-gur sulu olub iti axır. Onların dərələri yüksək dağlıqda dar və dərin olub, alçaq dağlığa doğru genişlənir.. Bu çayların böyük əksəriyyəti Qafqazda ən selli daşlı-palçıqlıdır.(Kiş,Şin,Kürmük) Əsasən yeraltı sularla qidalanır.Katex.Balakən,Dəmiraparan.

📍 Göl-Tufan

📍 Geologiyası- Mezozoy erasının yura və təbaşirin süxurlarından ibarətdir.Bu qumdaşlarının, qumdaşlı-əhəngdaşlarının, gilli şistlərin yüksək dərəcədə metomorfizmə uğramasına və onların sıx çat şəbəkəsi ilə örtülməsinə gətirib çıxarmışdır.Dağətəyində 4-cü dövrün çöküntüləri yayılıb.

📍 Yağıntı-respublikamızda 2-ci ən çox yağıntı alan f.c.r.-dur.

📍 Faydalı qazıntıları- polimetal(Filizçay,Katexçay).

📍 Qoruqları-İlisu(Qax),Zaqatala(Zaqatala,Balakən)

📍 Milli Park-Şahdağ

📍 Yasalıq-Qəbələ,İsmayıllı

📍 Mineral bulaqları-İlisu

@İ.Əlizadə

Coğrafiya-Rəvan Rzazadə

17 Oct, 15:33


Vulkanlar yerləşdiyi ölkə və ərazi 🌋

Coğrafiya-Rəvan Rzazadə

13 Oct, 03:50


🎲 'Biosfer' testi
Coğrafiya Rəvan Rzazadə kanalı tərəfindən hazırlanmışdır
🖊 6 soru · 30 san

Coğrafiya-Rəvan Rzazadə

11 Oct, 04:05


🔊Əziz abituriyentlər, növbəti 2024-2025 tədris ili üçün Coğrafiya fənn hazırlığına qeydiyyat davam edir.

📌Abituriyent hazırlığı: 9, 10, 11-ci sinif

📌Təkmilləşdirmə hazırlığı 6,7, 8-ci sinif

📌 Liseylərə hazırlıq

📌 Vergi orqanlarının coğrafiya fənnindən hazırlıq

✓Telegram ilə birbaşa əlaqə: @RevanRza99

✓Rəvan müəllim: 0512526260 (Whatsappla)

✔️İlk dərs: 1 avqust

✔️Qeydiyyat davam edir🤗

Coğrafiya-Rəvan Rzazadə

05 Oct, 04:16


"Əziz müəllimlərimiz!

5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə sizləri ürəkdən təbrik edirik! Gələcəyimizin formalaşmasında, bilikli, bacarıqlı və dəyərli fərdlərin yetişdirilməsində əvəzsiz rol oynayan müəllimlərimizə dərin minnətdarlığımızı bildiririk. Sizin əzmkar əməyiniz, sevgi və səbriniz hər birimizin həyatında iz qoyur.

Sizə sağlamlıq, səbir və peşəkar uğurlar arzulayırıq. Hər gününüz təhsil ocaqlarında qazandığınız nailiyyətlər və şagirdlərinizin uğurları ilə dolu olsun!

Sevgi və hörmətlə, Coğrafiya Rəvan Rzazadə

Coğrafiya-Rəvan Rzazadə

27 Sep, 02:50


🥀Bu gün, 27 Sentyabr - "Anım Günüdür"

Vətən uğrunda canını fəda edən qəhrəman şəhidlərimizi dərin hörmətlə anırıq. Onların qəhrəmanlığı və fədakarlığı Azərbaycan xalqının birlik və əzminin ən böyük təcəssümüdür. Vətən torpaqlarının azadlığı uğrunda canını qurban verən bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə uzun ömür arzu edirik. Unutmayaq ki, onların göstərdiyi şücaət və qəhrəmanlıq hər zaman ürəklərimizdə yaşayacaq. Ruhunuz şad olsun, qəhrəmanlar!"

9,851

subscribers

487

photos

21

videos