Azərbaycan iqtisadiyyatı @economy_az Channel on Telegram

Azərbaycan iqtisadiyyatı

@economy_az


Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin "Telegram" kanalı.

Kanalın rus dilində olan "Экономика Азербайджана" versiyası ilə @economy_azru, ingilis dilində “Economy of Azerbaijan” versiyası ilə isə @economy_azen ünvanında tanış olmaq mümkündür.

Azərbaycan iqtisadiyyatı (Azerbaijani)

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin "Telegram" kanalı olan "Azərbaycan iqtisadiyyatı" kanalına xoş gəlmisiniz! Bu kanal, Azərbaycanın iqtisadiyyatı haqqında son xəbərləri, analizləri və statistikaları sizə əldə etmək imkanı verir. Kanalda Azərbaycan iqtisadiyyatının inkişafı, yeni layihələr, sosial iqtisadiyyat sahələri və daha bir çox mövzular barədə məlumatlar paylaşılır. Kanalın rus dilində olan "Экономика Азербайджана" versiyası ilə @economy_azru, ingilis dilində "Economy of Azerbaijan" versiyası ilə isə @economy_azen ünvanında tanış olmaq mümkündür. Bu kanalı izləyərək Azərbaycan iqtisadiyyatı haqqında daha çox məlumat əldə edə bilərsiniz. Siz də iqtisadiyyat sahəsindəki son hadisələri və trendləri izləmək istəyirsinizsə, "Azərbaycan iqtisadiyyatı" kanalına abunə olun və informasiyadan geri qalmayın!

Azərbaycan iqtisadiyyatı

17 Feb, 13:57


"İqtisadi Zona" proqramının növbəti buraxılışı

🔵Dövlət Vergi Xidməti 25 ilin hesabatını verdi: aparılan islahatlar hansı nəticələr verib, bundan sonra nə kimi yeniliklər olacaq?

🔵Bazarlarda açıq şəkildə satılan kərə yağlarına necə nəzarət edilir? Bu məhsulların keyfiyyətli olduğunu necə anlamaq mümkündür?

🔵Son vaxtlar xarici ölkələrdən onlayn sifarişlər azalıb. Satış platformalarında qiymətlər necə dəyişib?

Bu və digər xəbərlərlə İqtisadiyyat Nazirliyi yanında DVX-nin ATV kanalı ilə birgə layihəsi olan "İqtisadi zona" proqramının 16 fevral 2025-ci il tarixli buraxılışında tanış ola bilərsiniz. Verilişin qonağı Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Günel Bəhramqızının suallarını cavablandırıb.

📹VİDEO - https://bit.ly/41kP2ec

Azərbaycan iqtisadiyyatı

17 Feb, 13:34


🔤🔤🔤🔤🔤

Naxçıvanda Dövlət Vergi Xidmətinə daxil olmuş müraciətlərin 94,1 faizi həll olunub


◼️2025-ci ilin yanvar ayı ərzində Naxçıvanda vergi orqanlarına ümumilikdə 144 müraciət daxil olub. Daxil olmuş müraciətlərin 89,6 faizini ərizələr, 10,4 faizini şikayətlər təşkil edib. Müraciətlərin 70,8 faizinin baxılması yanvar ayı ərzində başa çatdırılıb, 29,2 faizi isə hazırda icradadır. Baxılmış müraciətlərdən 94,1 faizi həll olunub, 4,9 faizi barədə müvafiq izahat verilib, qalanları ilə bağlı qanunamüvafiq qərarlar qəbul edilib.

◼️Ötən il Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 14 vətəndaşın qəbulu təşkil olunub. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həlli üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.

Azərbaycan iqtisadiyyatı

17 Feb, 13:26


Qazaxıstan və Azərbaycan vergi islahatları və rəqəmsal həllər sahəsində əməkdaşlığı dərinləşdirməyə can atır - Kayrat Cumaqulov (ÖZƏL MÜSAHİBƏ)

Qazaxıstan beynəlxalq təşəbbüslər çərçivəsində Azərbaycanla əməkdaşlığı genişləndirməyə, məlumat mübadiləsinin ikitərəfli mexanizmlərini təkmilləşdirməyə və vergi məlumat mübadiləsinin daha da möhkəmləndirilməsi üçün vergi inzibatçılığının rəqəmsallaşdırılmasını gücləndirməyə hazırdır.

Bunu Qazaxıstan Respublikasının maliyyə nazirliyinin dövlət gəlirləri komitəsinin sədr müavini Kayrat Cumaqulov Trend-ə verdiyi özəl müsahibədə bildirib.

▶️ Ətraflı: vergiler.az

Azərbaycan iqtisadiyyatı

17 Feb, 12:59


🔤🔤🔤🔤🔤

Yanvar ayında vergi orqanlarına 50.831 müraciət daxil olub


◼️2025-ci ilin yanvar ayı ərzində ümumilikdə vergi orqanlarına 50.831 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,8 faiz çoxdur. Daxil olmuş müraciətlərin 96 faizi ərizə, 3,9 faizi şikayət, 0,1 faizi təklif olub. Müraciətlərdən 60,5 faizinin baxılması hesabat dövründə başa çatdırılıb, 39,5 faizi isə hazırda icradadır.

◼️Baxılması başa çatdırılmış müraciətlərin 54,6 faizi həll olunub, 44,4 faizi barədə müvafiq izahat verilib, qalanları ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.

◼️Həll olunmuş 163 sayda faktiki şikayət, əsasən, kameral vergi yoxlaması, vergi ödəyicisinin qeydiyyatı, sosial sığorta ödənişləri, vergi borcu, şəxsi hesab vərəqələri, riskli vergi ödəyicisi hesab edilməməsi, ƏDV, maliyyə sanksiyalarının silinməsi və digər məsələlərlə bağlı olub.

◼️2025-ci ilin yanvar ayında Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 69, o cümlədən şəhid ailəsi və müharibə iştirakçısı olan 4 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həlli üçün lazımi tədbirlər görülüb.

Azərbaycan iqtisadiyyatı

17 Feb, 12:27


İqtisadi icmal (10 - 16 fevral 2025-ci il)

Azərbaycan iqtisadiyyatı

17 Feb, 12:03


🔤🔤🔤🔤🔤

Dövlət Vergi Xidməti tərəfindən maarifləndirici flayerlər hazırlanıb


Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı vergi ödəyicilərinin məlumatlandırılması və maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər nəzərə alınmaqla maarifləndirici flayerlər hazırlanıb və qurumun rəsmi internet səhifəsində yerləşdirilib.

Flayerlərlə tanış olmaq üçün bu keçiddən istifadə edə bilərsiz:

https://www.taxes.gov.az/

Azərbaycan iqtisadiyyatı

17 Feb, 11:31


Ötən il 38 milyon dollarlıq qənnadı məmulatları ixrac edilib

◼️Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2024-cü ildə ölkədən 38 milyon ABŞ dolları dəyərində 49,4 min tondan çox şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixrac olunub.

◼️Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2023-cü ilin müvafiq göstəricisi ilə müqayisədə dəyər ifadəsində 52,8 faiz, həcm baxımından isə 51,6 faiz çoxdur.

◼️Ümumilikdə ötən il ərzində ölkədən 2,88 milyard dollar dəyərində 4,8 milyon tondan çox Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib. Hesabat ilində qənnadı məmulatları ixracının xüsusi çəkisi 1,03 faizə bərabər olub.

Azərbaycan iqtisadiyyatı

17 Feb, 10:39


🔤🔤🔤🔤🔤

📈 Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində göstərilən xidmətlərin sayı 78,1 faiz artıb

2025-ci ilin yanvar ayında Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən ümumilikdə 5.550 şəxs qəbul edilib. Mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələrin təqdim olunması, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 8.228 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 78,1 faiz çoxdur.

Ümumi xidmətlərin 95 faizini 10 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;

Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;

Asanİmza sertifikatının verilməsi;

Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;

Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;

Vergi ödəyicisinə arayışların verilməsi;

Vergi ödəyicisinin fəaliyyətinin bərpası;

Fiziki şəxsin uçotdan çıxarılması;

Əmək müqaviləsi üzrə elektron informasiya sistemində aparılan əməliyyatlar.

Yanvar ayında vergi ödəyicilərinə 177.774 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Ay ərzində vergi ödəyiciləri ilə 6 görüş keçirilib, 43 sayda ünvanlı xidmət göstərilib. Həmin dövrdə 318 müraciət üzrə 550 Asan İmza sertifikatı verilib.

Azərbaycan iqtisadiyyatı

17 Feb, 10:08


🔤🔤🔤🔤🔤

Yanvar ayında 46 mindən çox Asan İmza sertifikatı verilib


2025-ci ilin yanvar ayı ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 64.180 şəxs qəbul edilib, onlara 106.229 sayda xidmət göstərilib ki, bunun 32,2 mindən çoxu şifahi xidmət (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar suallarının cavablandırılması), 29,7 mindən çoxu elektron xidmət (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) olub.
Qeyd olunan 9 xidmət dövr ərzində göstərilmiş ümumi (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) xidmətlərin 92,7 faizini təşkil edib:

Bəyannamələrin (hesabatların), habelə cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması (bərpası);

Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;

Fiziki şəxsin uçotdan çıxarılması;

Asan İmza sertifikatlarının verilməsi;

Vergi ödəyicisinə arayışların verilməsi;

Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;

Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;

Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota alınması (uçotdan çıxarılması).

2025-ci ilin yanvar ayı ərzində vergi ödəyicilərindən daxil olmuş 2,8 mindən çox yazılı müraciət cavablandırılıb, onlara 3,2 milyondan artıq məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində 579 vergi ödəyicisinin iştirakı ilə 36 görüş keçirilib, 397 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib.

Vergi ödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 267 mindən çox SMS göndərilib.

Yanvar ayı ərzində ümumilikdə 30.983 müraciət üzrə 46.326 Asan İmza sertifikatı verilib.

Azərbaycan iqtisadiyyatı

17 Feb, 09:35


Ötən il sənaye zonalarında 6 minə yaxın avtomobil istehsal edilib

◼️2018-ci ildən 2024-cü il də daxil olmaqla İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 442,5 milyon manatlıq avtomobil istehsalı həyata keçirilib.

◼️Agentliyin məlumatına görə, təkcə ötən il ərzində Hacıqabul Sənaye Parkında 107,5 milyon manatlıq 3761 ədəd avtomobil, Neftçala Sənaye Məhəlləsində isə 54,65 milyon manatlıq 2182 ədəd avtomobil istehsal edilib. Avtomobil istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 34% artıb.

◼️Sözügedən dövrdə sənaye zonalarında “Chevrolet”, “Isuzu”, “VGV”, “UAZ”, “Lada”, “Khazar” və s. markalı avtomobillər istehsal edilib.

Azərbaycan iqtisadiyyatı

17 Feb, 09:03


📹Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti daha 1 il uzadılıb
 
🇦🇿 Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Qərara alınıb ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində “2025-ci” sözləri “2026-cı” sözləri ilə əvəz edilsin.

Qanun 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

Azərbaycan iqtisadiyyatı

17 Feb, 08:55


🔤🔤🔤🔤🔤

Vergi xidmətinin 25 illiyi qeyd edilib


11 fevral – Vergi xidməti işçilərinin peşə bayramı və müasir vergi orqanlarının yaradılmasının 25 illiyi münasibətilə tədbir təşkil olunub. Tədbirdə İqtisadiyyat Nazirliyi və Dövlət Vergi Xidmətinin (DVX) rəhbərliyi, Xidmətin vəzifəli şəxsləri, veteran vergi işçiləri iştirak ediblər, daha 2100 nəfər vergi xidməti əməkdaşı görüşə onlayn formatda məsafədən qoşulub.

▶️ Ətraflı: vergiler.az

Azərbaycan iqtisadiyyatı

17 Feb, 08:48


📊 AYİB-in ölkəmizdəki kredit portfeli 1 milyard avronu üstələyib

Cari ilin yanvarın 1-nə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı kredit portfeli 1,052 milyard avro təşkil edib. Bankın Azərbaycandakı portfelinə 33 layihə daxildir.

Portfel tərkibi:

dayanıqlı infrastrukturun inkişafı – 92 faiz (964 milyon avro),

korporativ sektor – 5 faiz (54 milyon avro),

maliyyə institutları – 3 faiz (34 milyon avro).

195 layihə çərçivəsində bankın Azərbaycana yatırdığı investisiyaların ümumi həcmi 4,04 milyard avronu ötüb.

Azərbaycan iqtisadiyyatı

17 Feb, 08:12


2024-cü ildə 6,4 milyon manat aqrar sığorta ödənişi həyata keçirilib

◼️2024-cü il ərzində müxtəlif hadisələr nəticəsində zərərlə üzləşmiş fermer və təsərrüfatlara aqrar sığorta mexanizmi üzrə Aqrar Sığorta Fondu tərəfindən 6,423 milyon manat məbləğində aqrar sığorta ödənişi edilib.

◼️Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu, Fondun fəaliyyətə başlamasından sonra qeydə alınan ən böyük illik sığorta ödənişi məbləğidir. Əvvəlki illə müqayisədə aqrar sığorta ödənişləri 2 milyon manat və ya 46 faiz artıb.

◼️Xatırladaq ki, 2023-cü ildə fermer və təsərrüfatlara ümumilikdə 4,407 milyon manat sığorta ödənişi edilib. 2024-cü ildə fermerlərə sığorta ödənişlərindən 5,246 milyon manatı bitkiçilik sığortası, 1,177 milyon manat isə heyvandarlıq sığortası üzrə edilib.

◼️Hesabat ilində bitkiçilik sığortası üzrə ödənişlər 1,7 milyon manat və ya təqribən 50 faiz artıb. 2023-cü ildə bitkiçilik sığortası üzrə ödənişlər 3,5 milyon manat təşkil edib. Hesabat dövründə heyvandarlıq sığortası üzrə ödənişlər isə 267 min manat və ya 29 faiz artıb. Belə ki, 2023-cü ildə sığortalı heyvandarlıq təsərrüfatlarına dəyən zərər üzrə 910 min manat ödənilib. 2024-cü ildə bitkiçilik sahəsində ən çox hadisə və sığorta ödənişləri fırtına-qasırğa, sel-subasma və dolu hadisələri üzrə edilib. Ötən il fermer və təsərrüfatlara ən çox sığorta ödənişləri taxıl, pambıq və qarğıdalı əkinləri ilə yanaşı, üzüm, gilas, alma, badam və ərik bağları, eləcə də çəltik və qarpız sahələri üzrə edilib. Heyvandarlıq sığortası üzrə ən çox sığorta ödənişləri isə yoluxucu xəstəliklər, ot və yemdən zəhərlənmə, ilan və həşərat sancmalarına görə həyata keçirilib.

Azərbaycan iqtisadiyyatı

17 Feb, 07:03


📊 Belarus ilə ticarət dövriyyəsi 40 faizdən çox artıb

◼️2024-cü il ərzində Azərbaycanın Belarus ilə ticarət dövriyyəsinin ümumi həcmi 2023-cü ilə nisbətdə 41,9 faiz artaraq 506,1 milyon dolları üstələyib.

⬆️⬇️ İxrac – idxal:

🇦🇿 Azərbaycandan Belarusa ixrac: 48,4 milyon dollar (+52,4 faiz)
🇧🇾 Belarusdan Azərbaycana idxal: 457,6 milyon dollar (+40,9 faiz)

📊 2024-cü ilin nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Belarus ilə ticarətin payı 1,06 faiz təşkil edib.

▶️ Mənbə: Dövlət Gömrük Komitəsi

Azərbaycan iqtisadiyyatı

15 Feb, 08:18


İş və istirahət günlərinin yerləri dəyişdirilib

Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.

Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.

Azərbaycan iqtisadiyyatı

14 Feb, 14:38


14.02.2025

Türk İnvestisiya Fondu türk dövlətləri arasında iqtisadi əməkdaşlığı yeni mərhələyə daşıyacaq

Yeni Vergi Məcəlləsinin strukturunun hazırlanmasında ictimai iştirak təmin olunacaq

Vergi xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda Forum

2024-cü ildə ən çox vergi ödəyən hüquqi şəxslərin siyahısı

Onlayn nəzarət-kassa aparatları üzrə dövriyyə 16 faizdən çox artıb

Azərbaycan iqtisadiyyatı

14 Feb, 14:34


Növbəti hərracda 7 nəqliyyat vasitəsi satılıb

◼️İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 13 fevral tarixində keçirilən hərracda 7 nəqliyyat vasitəsi satılıb.

◼️Hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 52 sifariş qəbul edilib. Rəqabətli keçən hərracda ilkin qiyməti 13.700 manat olan “BMW 740” markalı avtomobil 21.400 manata satılıb.

◼️Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı və yekun satış qiymətləri ilə https://bit.ly/4jRbSBL linki vasitəsilə tanış olmaq olar.

◼️Cari ay üzrə növbəti hərraclar 18, 25 və 27 fevral tarixlərində keçiriləcək. Hərraclara nəqliyyat vasitələri, daşınmaz əmlaklar, avadanlıqlar və texnikalar çıxarılıb.

İştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.

Azərbaycan iqtisadiyyatı

14 Feb, 14:19


Azərbaycanın su ehtiyatları: həcmlərin artırılması zərurəti

Qlobal iqlim dəyişikliyi və bunun nəticəsində su ehtiyatlarının azalması, eləcə də sabit su təchizatına artan tələbat kontekstində Azərbaycan müasir texnologiyalara strateji diqqət ayırır. Ölkədə dəniz suyunun duzsuzlaşdırılması üzrə ilk pilot layihə su ehtiyatlarından istifadənin optimallaşdırılması və səmərəliliyinin artırılması üçün yeni perspektivlər açır. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə atılan bu addım mövcud problemlərin həllinə kömək etməklə yanaşı, su sahəsinin davamlı inkişafı üçün də əsaslar formalaşdırır.

▶️ Ətraflı: vergiler.az

Azərbaycan iqtisadiyyatı

14 Feb, 14:08


DİF-in Strategic Intelligence platformasına məzmun tərəfdaşı kimi qoşulun!

◼️Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) Dünya İqtisadi Forumu (DİF) ilə tərəfdaşlıq çərçivəsində ölkədə tədqiqatları gücləndirmək, bilik mübadiləsini təşviq etmək və qlobal müzakirələri formalaşdırmaq məqsədilə maraqlı tərəfləri Forumun Strateji Zəka (Strategic Intellifence) platformasına məzmun tərəfdaşı kimi dəvət edir.

◼️Mərkəzin məlumatına görə, Strategic Intelligence (intelligence.weforum.org) platforması qlobal məsələlər və trendlərlə bağlı məlumatları toplayır, süni intellekt və ekspert analizləri vasitəsilə onları emal edir və istifadəçilərə interaktiv xəritələr şəklində təqdim edir. Bu xəritələr müxtəlif mövzular arasındakı əlaqələri göstərir, istifadəçilərə kompleks problemləri daha yaxşı anlamağa və daha informasiyalı qərarlar verməyə imkan yaradır.

◼️Bu təşəbbüsün bir hissəsi olaraq, tədqiqatlar, bloqlar, nəşrlər DİF-in dinamik Strategic Intelligence platformasında təqdim oluna bilər.

◼️Ətraflı məlumatla Mərkəzin rəsmi səhifəsindən (shorturl.at/8KIBn) tanış olmaq olar.

Azərbaycan iqtisadiyyatı

14 Feb, 13:57


🔤🔤🔤🔤🔤

2025-ci ilin yanvar ayında Çağrı Mərkəzinə 67 minə yaxın müraciət olub

◼️İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə 2025-ci ilin yanvar ayı ərzində 58 413 canlı rejimdə, qalanları isə səsli menyu xidməti vasitəsilə olmaqla ümumilikdə 66 278 müraciət olub.

◼️Müraciətlər əsasən istehlakçı hüquqları, sahibkarlıq fəaliyyəti, lisenziyaların verilməsi, vergilərin ödənilməsi, vergi ödəyicisinin hüquq və vəzifələri, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması, dövlət əmlakının özəlləşdirilməsi, həmçinin İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib.

◼️Daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər üzrə Nazirliyin aidiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülüb.

◼️Vətəndaşların İqtisadiyyat Nazirliyinə və qurumlarına müraciətinin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə yaradılmış 195-1 Çağrı Mərkəzinə ölkənin istənilən regionundan stasionar telefonla birbaşa zəng etmək olar. Göstərilən xidmətlər ödənişsizdir.

Azərbaycan iqtisadiyyatı

14 Feb, 13:51


Türk İnvestisiya Fondu ilə Türk Ticarət və Sənaye Palataları Birliyi arasında Anlaşma Memorandumu imzalanıb

◼️Türk İnvestisiya Fondu və Türk Ticarət və Sənaye Palataları Birliyi (TCCI) arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd “Türk İnvestisiya Fondu və Türk Ticarət və Sənaye Palataları Birliyi (TCCI): Biznes Liderləri üçün Məlumatlandırma Görüşü və B2B” adlı tədbirdə imzalanıb.

◼️Sənədi TCCI və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev və Türk İnvestisiya Fondunun prezidenti Bağdat Amreyev imzalayıblar. Memorandumda əməkdaşlıq üçün çərçivələr və konkret istiqamətlər müəyyən edilib.

AZƏRTAC

Azərbaycan iqtisadiyyatı

14 Feb, 13:23


“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının 30 faizdən çox hissəsi sahibkarların istifadəsinə verilib

◼️İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının hazırda 16 rezidenti və 2 qeyri-rezidenti var.

◼️Agentliyin məlumatına görə, bu 18 sahibkarlıq subyekti tərəfindən Sənaye Parkına ümumilikdə 130 milyon manatdan çox investisiyanın yatırılması, 1800-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.

◼️Bugünədək Sənaye Parkında görülmüş işlərə rezidentlər tərəfindən 29,6 milyon manatdan çox investisiya yatırılıb, 100-ə yaxın daimi iş yeri yaradılıb. Parkın 30 faizdən çox hissəsi sahibkarların istifadəsinə verilib. Parkda hazırda 1 müəssisə fəaliyyət göstərir, 5-dən çox müəssisənin tikintisi istiqamətində işlər isə davam etdirilir.

Azərbaycan iqtisadiyyatı

14 Feb, 12:12


🔤🔤🔤🔤🔤

Onlayn nəzarət-kassa aparatları üzrə dövriyyə 16 faizdən çox artıb


◼️İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 104.491 ədəd belə NKA quraşdırılıb. Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

◼️2025-ci ilin yanvar ayında belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 2 milyard 20,9 milyon manat olub ki, bu da 2024-cü ilin yanvar ayı ilə müqayisədə 16 faiz çoxdur.

Azərbaycan iqtisadiyyatı

14 Feb, 11:42


🔤🔤🔤🔤🔤

2024-cü ildə ən çox vergi ödəyən hüquqi şəxslərin siyahısı


◼️Vergi orqanları tərəfindən şəffaflaşmanın, vergi intizamının və sosial məsuliyyətin artırılması istiqamətində aparılan islahatlar dövlət və özəl sektor arasında qarşılıqlı etimadın yüksəlməsini təmin edir. Sahibkarların vergi öhdəliklərinə könüllü əməletmə səviyyəsini artıran bu addımlar biznes mühitində məzmunca yeni mərhələyə keçidi sürətləndirir.

◼️Dövlət Vergi Xidməti 2024-cü ildə ən çox vergi ödəyən və bu məlumatın ictimaiyyətə təqdim edilməsinə razılıq verən vergi ödəyicilərinin adlarını açıqlayır. Siyahı ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://www.taxes.gov.az/

Azərbaycan iqtisadiyyatı

14 Feb, 10:03


📊 Naxçıvanda ÜDM istehsalı 2,2 faiz artıb

◼️Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul (ÜDM) istehsalı 105,85 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,2 faiz çoxdur.

◼️Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, bu dövr ərzində əhalinin hər nəfərinə düşən ÜDM istehsalı 1,7 faiz artaraq 224,8 manat olub.

Azərbaycan iqtisadiyyatı

14 Feb, 09:36


📈 Naxçıvanda sənaye məhsulu istehsalı 4,5 faiz artıb

◼️Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında 37,79 milyon manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da 2024-cü ilin müvafiq dövrünün göstəricisini 4,5 faiz üstələyir.

◼️Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, sənaye məhsulunun 29,06 milyon manatı və ya 76,9 faizi malların, 8,73 milyon manatı və ya 23,1 faizi isə xidmətlərin payına düşüb.

◼️Sənaye məhsulunun 0,2 faizi mədənçıxarma, 73,2 faizi emal, 25,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Azərbaycan iqtisadiyyatı

14 Feb, 08:17


“Vergi xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda Forum

Azərbaycan iqtisadiyyatı

14 Feb, 07:43


15 layihə üzrə 6,5 milyon manat güzəştli kredit verilib

◼️Bu ilin yanvar ayı ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 15 layihənin maliyyələşdirilməsinə 6,5 milyon manat güzəştli kredit verilib.

◼️Fondun məlumatına görə, verilən kreditlər hesabına 88 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Azərbaycan iqtisadiyyatı

14 Feb, 07:13


Nar ixracının həcmi artıb

◼️Bu ilin yanvar ayında Azərbaycandan xarici bazarlara 2 014,7 min dollar dəyərində 2 278,0 ton nar ixrac olunub.

◼️Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, nar ixracının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 33,3 faiz, həcm olaraq 35,3 faiz artıb.

Azərbaycan iqtisadiyyatı

14 Feb, 06:37


Ələt-Astara-İran ilə dövlət sərhədi magistral yolunun bir hissəsi yenidən qurulub

◼️Mövcud M3 Ələt-Astara-İran ilə dövlət sərhədi magistral avtomobil yolunun Yenikənd-Biləsuvar (32-ci kilometrdən 103-cü kilometrədək) hissəsinin əsaslı şəkildə yenidənqurulması yekunlaşıb.

◼️Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, 2-ci texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun uzunluğu 71 km təşkil edir. Layihə üzrə ümumi uzunluqları 338.6 metr təşkil edən 7 körpünün inşası da yekunlaşıb.Yenidənqurma işləri vətəndaşların yolboyu rahat gediş-gəlişini təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq.

Azərbaycan iqtisadiyyatı

13 Feb, 07:00


🇦🇿 Prezident İlham Əliyev “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda keçirilən Forumun iştirakçılarına müraciət ünvanlayıb.

Müraciətdə bildirilir ki, 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib: “Bu il Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümüdür. Respublikamızın ali Qanununun müddəaları dövlətimizin müstəqilliyinin əsaslarını və xalqımızın iradəsini əks etdirərək ölkəmizin demokratik və hüquqi dövlət quruculuğu istiqamətində inamla irəliləməsi üçün zəmindir.

▶️ Ətraflı: vergiler.az

Azərbaycan iqtisadiyyatı

13 Feb, 06:15


Ötən ay Avropaya təxminən 1 milyard kubmetr qaz ixrac olunub

◼️Cari ilin yanvar ayında Azərbaycandan Avropaya təxminən 1 milyard kubmetr qaz ixrac olunub. Bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsində paylaşımında məlumat verib.

◼️Ötən ay Türkiyəyə 0,7 milyard kubmetr, Gürcüstana isə 0,3 milyard kubmetr qaz ixrac olunub. Həmçinin bu dövrdə TANAP-la Türkiyəyə 0,5 milyard kubmetr qaz nəql edilib.

◼️Bu ilin yanvar ayı üzrə operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 2,3 mln. ton, ixraca nəql edilən həcmlər isə 2 mln. ton olub: “Ötən ay 3,9 mlrd. kubmetr qaz hasil edilib, 2 mlrd. kubmetr qaz isə ixrac olunub”.

Azərbaycan iqtisadiyyatı

12 Feb, 14:27


🇦🇿 Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Elnur Şəmistan oğlu Bağırov Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri təyin edilib.

Azərbaycan iqtisadiyyatı

12 Feb, 14:26


🇦🇿 Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Əsasnaməsi və strukturu təsdiq edilib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Fərman imzalayıb.

Fərmana əsasən, “Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Əsasnaməsi” və “Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin strukturu” təsdiq edilib.

Fərmanla Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Aparatının işçilərinin say həddi 214 ştat vahidi, regional bölmələrinin işçilərinin say həddi 105 ştat vahidi müəyyən edilib. Agentlik Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin hüquqi varisidir, onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.

Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı təsdiq edilənədək Xidmətin strukturuna daxil olmayan tabeliyindəki qurumlar fəaliyyətini davam etdirirlər və onların strukturu, işçilərinin say həddi, vəzifə maaşları, əməyin ödənilməsi sistemi, xidmətkeçmə ilə bağlı hüquq və vəzifələri bu Fərmanın 5.1-ci bəndi icra olunanadək dəyişməz qalır.

Azərbaycan iqtisadiyyatı

12 Feb, 14:13


12.02.2025

Prezident İlham Əliyev Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına hələ də üzv olmamasının səbəbləri barədə danışıb

Azərbaycan ilə Somali arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub

Prezident İlham Əliyevin Somali Prezidenti ilə lanç əsnasında geniş tərkibdə görüşü olub

Sosial sığorta ödəmələri 11,6 faiz artıb

Naxçıvan Sənaye Parkının prioritet fəaliyyət istiqamətləri müəyyən edilib

Lahorda Azərbaycan Ticarət Evinin açılış mərasimi keçirilib

Azərbaycan iqtisadiyyatı

12 Feb, 14:02


Biznesin müflisləşməsi” işçi qrupunun növbəti iclası keçirilib

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Ədliyyə Nazirliyinin rəhbərlik etdiyi “Biznesin müflisləşməsi” işçi qrupunun 2024-cü ilin yekunları və 2025-ci il üzrə prioritet vəzifələrə həsr olunan geniş tərkibdə iclası keçirilib.

▶️ Ətraflı: vergiler.az

Azərbaycan iqtisadiyyatı

12 Feb, 13:23


🇦🇿🇵🇰 Lahorda Azərbaycan Ticarət Evinin açılış mərasimi keçirilib

◼️Pakistanın ikinci böyük şəhəri olan Lahorda Azərbaycan Ticarət Evinin açılış mərasimi keçirilib.

◼️Mərasimdə diplomatlar, dövlət xadimləri və iş adamları iştirak ediblər.

◼️Əyalətin maliyyə naziri Mian Muctaba Şuca-ur-Rəhman bu təşəbbüsün Pakistan və Azərbaycan arasında ikitərəfli ticarət və mədəni əlaqələri gücləndirəcəyini bildirib. O, əyalət hökumətinin işgüzar dostluq siyasətini, o cümlədən ticarəti təşviq etmək və qlobal investisiya imkanlarını açmaq öhdəliyini bir daha təsdiqləyib.

◼️Sənaye artımını asanlaşdırmaq və əyalətdə biznesi genişləndirmək üçün əhəmiyyətli investisiyalar qoyulduğunu söyləyən maliyyə naziri Azərbaycan Ticarət Evinin hər iki ölkədən olan sahibkarlara şəbəkələrini genişləndirməyə, ticarət həcmini artırmağa və uzunmüddətli iqtisadi tərəfdaşlıqlar qurmağa imkan verəcəyini vurğulayıb.

◼️Əyalətin maliyyə naziri azərbaycanlı investorları Pəncabın çiçəklənən bazarını araşdırmağa dəvət edib. O, Pəncabda tekstil, kənd təsərrüfatı, informasiya texnologiyaları və enerji sektorlarında böyük imkanların olduğunu vurğulayıb. Nazir Lahorda Azərbaycan Ticarət Evinin yaradılmasının iki qardaş ölkə arasında ticarət və investisiya əlaqələrini xeyli gücləndirəcəyini söyləyib.

AZƏRTAC

Azərbaycan iqtisadiyyatı

12 Feb, 12:48


Naxçıvan Sənaye Parkının prioritet fəaliyyət istiqamətləri müəyyən edilib

◼️Dövlət başçısının 2024-cü il 5 dekabr tarixli Fərmanı ilə Naxçıvanda 310 hektar ərazidə Sənaye Parkı yaradılıb.

◼️İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, ilkin mərhələdə Sənaye Parkının prioritet fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Belə ki, Sənaye Parkında kimya sənayesi, qida, mebel, toxuculuq, geyim-gön-dəri, qablaşdırma məhsullarının, tikinti materiallarının, maşın və avadanlıqların, kağız və kağız məmulatlarının, bərpaolunan enerjinin istehsalı, habelə tullantıların, qara və əlvan metalların emalı nəzərdə tutulur.

◼️Həmçinin yaxın vaxtlarda Sənaye Parkında infrastruktur işlərinin görülməsinə başlanılacaq. Sənaye Parkında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli biznes mühiti yaradıldıqdan sonra investorlar Parka cəlb ediləcək.

◼️Naxçıvan Sənaye Parkında da rezidentlər ölkəmizdə mövcud olan digər sənaye parklarında olduğu kimi vergi və gömrük güzəştlərindən yararlana biləcəklər.

Azərbaycan iqtisadiyyatı

12 Feb, 12:17


Qobustan rayonunda sahibkarlarla görüş keçirilib
 
◼️Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Qobustan Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qobustan rayonunda sahibkarlarla görüş keçirilib.

◼️Agentliyin məlumatına görə, tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, kənd təsərrüfatı, tikinti, qida, mebel istehsalı və alternativ enerji sahələrində fəaliyyət göstərən 70-ə yaxın sahibkar iştirak edib.

◼️Görüşdə sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri, biznes sahəsində yeni çağırışlar, eləcə də rayonun iqtisadi potensialı və biznes imkanları barədə məlumat verilib.

◼️Bölgədə fəaliyyət göstərən sahibkarların biznesə başlamaq və mövcud fəaliyyətlərini genişləndirmək üçün dövlət dəstəyi alətləri ilə bağlı informasiya, məsləhət və əlaqələndirmə istiqamətləri üzrə KOBİA-ya müraciət edə biləcəkləri diqqətə çatdırılıb. Sahibkarlarla əsasən biznesin maliyyələşdirilməsi, bu sahədə girov, dövlətin güzəştli kreditləri, torpağın icarəsi, Qobustanda biznes üçün imkanlar, iri ticarət şəbəkələrinə çıxışın dəstəklənməsi kimi mövzularda müzakirələr aparılıb.

◼️Görüş çərçivəsində sahibkarların təklif və təşəbbüsləri, biznesə başlamaq və inkişaf etdirmək üçün çətinlikləri dinlənilib, sualları cavablandırılıb.

Azərbaycan iqtisadiyyatı

12 Feb, 11:17


🔤🔤🔤🔤🔤

Sosial sığorta ödəmələri 11,6 faiz artıb


◼️2025-ci ilin yanvar ayında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 443,4 milyon manatdan çox olub. Bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,6 faiz və ya 46,1 milyon manatdan çox artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 12,6 faiz artaraq 321,0 milyon manatdan çox olub.

◼️İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 18,4 faiz artaraq 16,0 milyon manata olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 14,9 faiz artıb və 13,0 milyon manatdan çox təşkil edib.

◼️İcbari tibbi sığorta haqları üzrə daxilolmalar isə ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 faiz artaraq 79,3 milyon manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 8,1 faiz artıb və 61 milyon manata yaxın təşkil edib.

Azərbaycan iqtisadiyyatı

12 Feb, 10:50


Bakıda növbəti “Kənddən şəhərə” yarmarkası keçiriləcək

◼️15-16 fevral tarixlərində Bakıda “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən “Kənddən şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq.

◼️Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı) ünvanında fəaliyyət göstərəcək yarmarkada ümumilikdə 20-dən artıq rayondan 50-dən çox fermerin iştirakı gözlənilir. Fermerlər 150-dən artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.

Azərbaycan iqtisadiyyatı

07 Feb, 12:14


📊 Tikinti qumunun istehsalında müsbət dinamika var

◼️2024-cü ildə ölkənin mədənçıxarma sənayesində 1396,6 min ton tikinti qumu istehsal olunub. Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2023-cü ilin göstəricisi ilə müqayisədə istehsal həcmi 23,5 faiz və ya 265,4 min ton artıb.

◼️Bu ilin yanvar ayının 1-nə hazır məhsul ehtiyatı 9,8 min ton təşkil edib.

Azərbaycan iqtisadiyyatı

07 Feb, 11:43


Regionlarda xidmət sektoru üzrə yeni sahibkarlıq obyektləri yaradılıb

◼️Bakı, Sumqayıt, Gəncə şəhərlərində və Quba rayonunda sahibkar tərəfindən psixologiya mərkəzləri açılıb. Mərkəzlərin yaradılmasına Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən dövlət dəstəyi göstərilib.

◼️Agentliyin məlumatına görə, KOBİA tərəfindən müvafiq sahədə biznesin qurulması və inkişaf etdirilməsi üzrə sahibkara məsləhət xidməti, dövlət qurumları ilə əlaqələndirmə istiqamətlərində dəstək təmin olunub.

◼️Mərkəzlərdə psixoloji yardım, xüsusi qayğıya ehtiyacı olan uşaqların əqli inkişafına dəstək və ailə terapiyası ilə bağlı xidmətlər göstərilir. Ümumilikdə bu mərkəzlərdə 70-dən çox işçi çalışır. Gələcəkdə işçilərin sayının artırılması nəzərdə tutulur. Sahibkar digər bölgələrdə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə də fəaliyyətini genişləndirməyi planlaşdırır. Belə mərkəzlər xüsusilə bölgələrdə vətəndaşlara göstərilən xidmət səviyyəsinin yaxşılaşdırılmasına və məşğulluğun təmin olunmasına öz töhfəsini verəcəkdir.

◼️Bölgələrdə xidmət sektoru üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, bu sahədə mövcud biznesini inkişaf etdirmək istəyən sahibkarlar dövlət dəstəyi mexanizmləri barədə informasiya, məsləhət, əlaqələndirmə və digər dəstəklər üçün KOBİA-nın KOB dostu ofislərinə müraciət edə bilərlər. KOB dostlarının əlaqə vasitələri ilə linkə keçid etməklə tanış olmaq olar: https://smb.gov.az/az/nav/kob-dostu

Azərbaycan iqtisadiyyatı

07 Feb, 11:12


📊 Niderlanda məhsul ixracı 3 dəfədən çox artıb

2024-cü il ərzində Azərbaycanın Niderland ilə ticarət dövriyyəsinin ümumi həcmi 2023-cü ilə nisbətdə 58,2 faiz artaraq 248,7 milyon dolları üstələyib.

⬆️⬇️ İxrac – idxal:

🇦🇿 Azərbaycandan Niderlanda ixrac: 149,9 milyon dollar (+3,4 dəfə)
🇳🇱 Niderlanddan Azərbaycana idxal: 98,7 milyon dollar (-12,6 faiz)

📊 2024-cü ilin nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Niderland ilə ticarətin payı 0,52 faiz təşkil.

▶️ Mənbə: Dövlət Gömrük Komitəsi

Azərbaycan iqtisadiyyatı

07 Feb, 10:38


Ötən il Naxçıvanda sahibkarların layihələrinin maliyyələşdirilməsinə 4,3 milyon manat güzəştli kredit ayrılıb

◼️2024-cü il ərzində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlar 45 layihə üzrə Sahibkarlığın İnkişafı Fondunun (SİF) güzəştli kreditlərindən yararlanıblar.

◼️Fondun məlumatına görə, sahibkarların layihələrinin maliyyələşdirilməsinə SİF tərəfindən ümumilikdə 4,3 milyon manat güzəştli kredit ayrılıb.

◼️Kreditdən yararlanan sahibkarlıq subyektləri muxtar respublika ərazisində sənaye, turizm, kənd təsərrüfatı, akvakultura, ictimai iaşə kimi iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərirlər. Layihələrin icrası nəticəsində 148 yeni iş yerinin yaradılması nəzərdə tutulub.

Azərbaycan iqtisadiyyatı

07 Feb, 10:08


Ötən il rəqabətin məhdudlaşdırılması üzrə 161 müraciətə baxılıb

◼️Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti biznes subyektlərinin bazara girişini çətinləşdirən halların qarşısının alınması və aradan qaldırılması istiqamətində tənzimləyicini tədbirlərini davam etdirir.

◼️Dövlət Xidmətinin məlumatına görə, 2024-cü il ərzində bazarda hökmran mövqe və nisbətən yüksək bazar gücündən sui-istifadə hərəkətləri ilə rəqabətin məhdudlaşdırılmasına yol verilməsi üzrə ümumilikdə 161 müraciətə baxılıb, onlardan 92-si təmin olunub. Baxılan müraciətlərin sayında 2023-cü il ilə müqayisədə 3 dəfədən çox artım müşahidə olunub.

Azərbaycan iqtisadiyyatı

07 Feb, 09:34


“Torpaqların kateqoriyasına dair müraciətlərə baxılması” elektron xidməti ilə bağlı təlimat hazırlanıb

◼️Ölkə başçısının 2024-cü il 28 sentyabr tarixli Fərmanının icrası çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən istifadəyə verilən “Torpaqların kateqoriyasına dair müraciətlərə baxılması” elektron xidmətinin mahiyyəti və istifadə qaydaları barədə məlumatların ictimaiyyətə çatdırılması istiqamətində işlər davam etdirilir. Belə ki, bu elektron xidmətdən istifadə edilməsinə dair maarifləndirici təlimat hazırlanıb və ƏMDX-nin saytında yerləşdirilib.

◼️Təlimatda elektron xidmətin istifadəsi və müraciətin rəsmiləşdirilməsi qaydaları, tələb olunan sənədlər, baxılma proseduru və mərhələlərlə bağlı zəruri məlumatlar yer alıb. Məqsəd müraciət edən torpaq mülkiyyətçiləri tərəfindən daxil olan sənədlərin tam və düzgün tərtib olunmasına, elektron müraciətlərin qanunvericilikdə müəyyən edilmiş müddətdə baxılması və cavablandırılmasına nail olmaqdır. Həmçinin, təlimat vasitəsilə mülkiyyətçilərin müraciətlə bağlı yarana biləcək sualları aydın formada və sənəd nümunələri ilə cavablandırılıb.

◼️“Torpaqların kateqoriyasına dair müraciətlərə baxılması” elektron xidmətinin istifadəsinə dair təlimatla https://bit.ly/416l0en linki vasitəsilə tanış olmaq olar.

ℹ️ Qeyd edək ki, müraciətlərin düzgün qəbulu, etibarlılığı və vaxtında cavablandırılması üçün müraciət edən subyektlər qanunla müəyyən edilmiş elektron imzalara sahib olmalı, əlavə olunmalı sənədlərin tamlığı və dürüstlüyü təmin edilməlildir.

Azərbaycan iqtisadiyyatı

07 Feb, 08:42


🖋🖋🖋🖋

Vergi sistemində effektiv xidmətlər şəffaflığı daha da artırır


İnkişaf etmiş, rəqabətqabiliyyətli və qabaqcıl təcrübələrin tətbiq olunduğu vergi sistemi iqtisadi rifahın təmin olunmasında fəal iştirak edir. Sabit fiskal artım, biznes fəaliyyəti üçün güzəştlər və stimullaşdırıcı mühit iqtisadi aktivliyin təmin edilməsinə, bu isə öz növbəsində dayanıqlı inkişafa təkan verir. Lakin vergi sisteminin effektivliyi yalnız fiskal göstəricilərlə məhdudlaşmır. Vergi orqanları tərəfindən göstərilən xidmətlərin əlçatanlığı, rahatlığı və əlverişliliyi də böyük əhəmiyyət kəsb edir.

▶️ Ətraflı: vergiler.az

Azərbaycan iqtisadiyyatı

07 Feb, 08:12


Mingəçevir – Xocalı – Xankəndi – Şuşa müntəzəm avtobus reysi istifadəyə veriləcək

◼️Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən 8 fevral tarixindən Mingəçevirdən Şuşa şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək.

◼️Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına görə, məqsəd “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşlara keyfiyyətli nəqliyyat xidmətlərinin göstərilməsi, habelə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ölkənin nəqliyyat sisteminə inteqrasiyasının təmin olunmasıdır.

◼️Reyslər Mingəçevir Avtovağzalından hər gün saat 08:00-da, Şuşa şəhərindən Mingəçevirə isə 16:00-da həyata keçiriləcək.

◼️Mingəçevir – Şuşa – Mingəçevir reysi üzrə bir istiqamət üçün biletin qiyməti 5,50 manat təşkil edir. Bu reys üzrə Xocalı və Xankəndi şəhərləri aralıq məntəqələri kimi müəyyən edilib. Mingəçevir – Xocalı aralıq məntəqəsi üçün biletin qiyməti 4,50 manat, Mingəçevir – Xankəndi aralıq məntəqəsi üçün biletin qiyməti 5 manatdır.

◼️Biletləri “biletim.az” portalı üzərindən yalnız onlayn qaydada əldə etmək olar.

ℹ️ Qeyd edək ki, biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması mütləqdir.

Azərbaycan iqtisadiyyatı

07 Feb, 07:40


🔤🔤🔤🔤🔤

Kommersiya hüquqi şəxslərin qeydiyyatı sahəsində yeniliklərlə bağlı görüş keçirilib


◼️İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən mikro və kiçik sahibkarlıq subyektləri üçün kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində yeniliklərə həsr edilmiş onlayn görüş keçirilib. Görüşdə sahibkarlar, biznes subyektlərinin nümayəndələri və yerli şirkətlərin rəhbərləri iştirak ediblər.

◼️DVX-nin Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinin şöbə rəisi Leyla Hüseyn-zadə "Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı, bu sahədə aparılan islahatlar" mövzusunda təqdimatla çıxış edib. L.Hüseyn-zadə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın tərkibində fəaliyyət göstərən və DVX-nin rəhbərlik etdiyi “Biznesə daxilolma” İşçi qrupu tərəfindən biznesin qeydiyyatının daha da təkmilləşdirilməsi istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verib.

◼️“Biznesə daxilolma” işçi qrupunun təşəbbüsü ilə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda, Əmək, Mülki və İnzibati Xətalar məcəllələrində dəyişikliklər edildiyi görüş iştirakçılarının diqqətinə çatdırılıb. Yenilənmiş qanunvericiliyə əsasən, yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı prosedurları eyniləşdirilib. Yenilik ölkədə xarici subyektlər üçün elektron qeydiyyat xidmətini tamamilə əlçatan etməklə biznesə başlama prosesini asanlaşdırıb. Bu sahədə həyata keçirilmiş islahatlar çərçivəsində kommersiya hüquqi şəxsin onlayn qeydiyyatı zamanı “SİMA” rəqəmsal imza tətbiq olunub, qeydiyyat prosesində sanksiya tətbiq edilməli olan şəxslərin nəzərə alınması və kommersiya hüquqi şəxsin rəhbərinin səlahiyyət müddəti bitdikdə elektron kabinetdən istifadəsinin məhdudlaşdırılması kimi tədbirlər görülüb. Eyni zamanda, rübdə bir dəfə məlumat dəyişikliyinin qeydiyyata alınması üçün müraciətlərin zəruriliyinə dair məlumat xarakterli bildirişin kommersiya qurumlarının elektron kabinetinə göndərilməsi xidməti aktivləşdirilib. Bundan başqa, lisenziya və ya icazə tələb edilən fəaliyyət növləri seçildikdə, kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı prosesi başa çatdıqdan sonra “Lisenziyalar və icazələr” portalına keçid imkanının yaradılması da təmin olunub.

◼️Görüşdə bildirilib ki, biznes mühitinin təkmilləşdirilməsi istiqamətində islahatlar davam etdirilir. Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsinin layihəsi hazırlanıb.

◼️Görüşün davamında qarşılıqlı müzakirələr aparılıb, iclas iştirakçılarının sualları cavablandırılıb.

Azərbaycan iqtisadiyyatı

07 Feb, 06:26


Vergi ödəyicilərinin nəzərinə!

20.02.2025-ci il tarixi bir sıra bəyannamələrin təqdim edilməsinin son günüdür!

Azərbaycan iqtisadiyyatı

07 Feb, 05:43


Yanvar ayında xarici bazarlara meyvə ixracında ciddi artım qeydə alınıb

◼️Azərbaycanda intensiv bağların sahəsinin genişlənməsi, ötən illərdə salınan intensiv bağların bara düşməsi məhsul istehsalı və ixracının artmasında böyük rol oynayır.

◼️Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, bu ilin yanvar ayında ölkədən xarici bazarlara meyvə ixracında ciddi artım qeydə alınıb. Belə ki, yanvarda xarici bazarlara 44,7 milyon dollar dəyərində 43,2 min tondan çox müxtəlif meyvə məhsulları ixrac olunub. Ötən ilin analoji dövrü ilə müqayisədə meyvə ixracatının həcmi 23,5 faiz, dəyəri isə 22,8 faiz artıb.

◼️İlin ilk ayında ölkədən xaricə ən çox şişburun xurma, alma, armud, heyva, nar, sitrus meyvələri ixrac olunub.

Azərbaycan iqtisadiyyatı

06 Feb, 14:05


06.02.2025

Əmək pensiyasının minimum məbləği artırılıb

KOBİA-nın Müşahidə Şurasının iclası keçirilib

Sənaye zonalarına əlavə olaraq 1 milyard manatdan çox investisiya yatırılacaq

İşğaldan azad edilmiş ərazilərdəki sənaye parklarında 15-dən çox müəssisə tikilir

Vergi ödəyicilərinin nəzərinə!

Çəltikçilikdə rekord göstərici: sığortalanmış sahələrin həcmi 87 faiz artıb

Azərbaycan iqtisadiyyatı

06 Feb, 13:43


📊 Muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı artıb

◼️2025-ci il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı, ilkin məlumatlara əsasən, 1778,5 min nəfər olub, onlardan 882,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 895,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

◼️Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin ilkin məlumatlarına əsasən, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 8,1 faiz artaraq 1009,2 manat təşkil edib.

◼️İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Azərbaycan iqtisadiyyatı

06 Feb, 13:37


Növbəti sosial islahat paketi üzrə əlavə 1,4 milyard manat vəsait nəzərdə tutulub

◼️Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə icra olunan yeni sosial islahat paketi çərçivəsində minimum pensiya artımı da təmin edilib.

◼️Dövlətimizin başçısının təsdiqlədiyi yeni qanunla 2025-ci il fevralın 1-dən əmək pensiyasının minimum məbləği 280 manatdan 14,3 faiz və ya 40 manat artırılaraq 320 manata çatdırılıb.

◼️Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, beləliklə, 2025-ci il fevralın 1-dək məbləği 320 manatdan aşağı olan bütün pensiyalar pensiyaçının hər hansı müraciətinə ehtiyac qalmadan elektron sistem üzərindən, avtomatik artım edilməklə həmin gündən 320 manat olub.

◼️Eyni zamanda 2025-ci il fevralın 1-dən pensiyaya çıxacaq şəxslərə təyin edilən pensiyanın minimum məbləği artıq 280 deyil, 320 manat olacaq.

◼️Hazırda minimum pensiya məbləği 2025-ci il üzrə pensiyaçılar üçün müəyyən edilmiş yaşayış minimumunu (232 manat) 88 manat və ya 38 faiz üstələyir.

◼️Qeyd edək ki, dövlət başçısının 5 fevral 2025-ci il tarixli Sərəncamı ilə bütün pensiyaların 2024-cü il üzrə orta aylıq əməkhaqqının illik artımına uyğun olaraq 8,1 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılması da təmin edilib. Həmçinin istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq sığortaolunanların fərdi hesablarında 2025-ci il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalları 2,2 faiz indeksləşdirilərək artırılıb.

◼️2018-ci ildən ötən dövrdə aparılan sosial islahatlar nəticəsində ölkəmizdə sosial ödənişlərdə ciddi artımlara nail olunmaqla, o cümlədən minimum pensiya 3 dəfəyədək artırılıb. Eyni zamanda orta aylıq pensiya 2,4 dəfə artıb.

◼️2025-ci ilin əvvəlindən həyata keçirilən yeni sosial islahat paketi çərçivəsində pensiya ilə yanaşı, minimum əməkhaqqının və bir sıra sahələrdə əməkhaqlarının artımı da təmin edilib. Müavinət və təqaüdlərin də yaxın aylarda artırılması nəzərdə tutulur.

◼️Ümumilikdə bu ilin əvvəlindən reallaşdırılan növbəti (2018-ci ildən ötən dövrdə 5-ci) sosial islahat paketi üzrə sosial ödənişlərdə yeni artımlar üçün əlavə 1,4 milyard manat vəsait nəzərdə tutulub və həmin artımlar 3 milyon vətəndaşı əhatə edir.

Azərbaycan iqtisadiyyatı

10 Jan, 10:02


SOCAR “yaşıl istiqraz”ların buraxılışına başlayır

◼️Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2025-ci il yanvarın 15-dən etibarən “yaşıl istiqraz”ların buraxılışına start verir.

◼️SOCAR-dan bildirilib ki, nominal dəyəri 1000 (min) dollar olan istiqrazlar sahiblərinə illik 6 faiz gəlir qazandıracaq. Ümumi buraxılış məbləği 200 milyon dollar olan və 5 illik müddətə buraxılan “yaşıl istiqraz”ların kupon ödənişləri hər 3 aydan bir ödəniləcək. SOCAR-ın “yaşıl istiqraz”larını əldə etmək üçün son tarix 2025-ci il fevralın 28-dir.

◼️İstiqrazların “yaşıl” adlandırılması təsadüfi deyil. Belə ki, istiqrazlardan əldə olunan vəsait “SOCAR Green” MMC şirkətinin bərpaolunan layihələrinə və investisiyalarına sərf ediləcək.

◼️Məlum olduğu kimi, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı – COP29 tədbirinə ev sahibliyi edən ölkəmiz üçün yaşıl enerjinin inkişafı və təşviqi məsələləri prioritet əhəmiyyət daşıyır. Bu xüsusda, “Yaşıl Gəlir, Yaşıl Gələcək” şüarı altında buraxılan istiqrazlar vətəndaşlara etibarlı və stabil gəlir qazandırmaqla yanaşı, Azərbaycanın yaşıl enerji sahəsindəki təşəbbüslərini da dəstəkləmək məqsədi daşıyır. SOCAR bu emissiya vasitəsilə ekoloji cəhətdən təmiz enerji mənbələrinin inkişafına töhfə vermək və sürətləndirmək niyyətindədir.

◼️Anderrayteri “Paşa Kapital” İnvestisiya Şirkəti olan “yaşıl istiqraz”ları 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindəki SOCAR İstiqrazları köşklərindən, o cümlədən ölkəmizdə qeydiyyatdan keçmiş investisiya şirkətlərindən əldə etmək mümkündür.

◼️SOCAR daxili kapital bazarları üçün ilk istiqraz buraxılışını 2016-cı, ikincini isə 2021-ci ildə həyata keçirib. SOCAR istiqrazları tədavülə buraxılandan bu günə qədər ən çox ticarət olunan korporativ qiymətli kağızdır.

◼️SOCAR istiqrazları ilə bağlı rəsmi məlumatlar yalnız 1 və 5 saylı “ASAN xidmət” mərkəzləri, ölkəmizdə qeydiyyatdan keçmiş investisiya şirkətləri, çağrı nömrəsi və veb-saytlardan əldə edilə bilər.

Azərbaycan iqtisadiyyatı

10 Jan, 09:28


🔤🔤🔤🔤🔤

Torpaqdan istifadə hüququnun başqasına verilməsi əməliyyatları və torpaq sahələri üzrə icarə haqları ƏDV-yə cəlb edilməyəcək


◼️Biznesin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində Vergi Məcəlləsinə edilmiş mühüm dəyişikliklərdən biri torpaqdan istifadə hüququnun başqasına verilməsi əməliyyatının və torpaq sahələri üzrə icarə haqlarının əlavə dəyər vergisinə (ƏDV) cəlb olunmaması ilə bağlıdır.

◼️Məlum olduğu kimi, Vergi Məcəlləsinin tələblərinə əsasən, ƏDV məqsədləri üçün torpaq həm mal sayılmır, həm də torpağa mülkiyyət hüququnun başqasına verilməsi xidmət (iş) hesab edilmir.

◼️Fiziki şəxslər tərəfindən torpaqların icarəyə verilməsi və torpaqdan istifadə hüququnun başqasına ötürülməsindən əldə olunan gəlir qeyri-sahibkarlıq fəaliyyətindən gəlir sayıldığından bu əməliyyatların ƏDV-yə cəlb edilməməsi hər hansı sual doğurmur. Lakin hüquqi şəxslər tərəfindən torpaqdan istifadə hüququnun başqasına verilməsi əməliyyatı və torpaq icarəsinə görə əldə edilən icarə haqqı qanunvericilikdə birbaşa məhdudiyyət olmadığından ƏDV-yə cəlb edilirdi. Bu da ƏDV-nin vergitutma obyekti ilə bağlı uyğunsuzluq yaradırdı.

◼️Həmin səbəbdən, ƏDV-nin vergitutma obyekti ilə bağlı qanunvericilik normalarının uyğunlaşdırılması məqsədilə, hüquqi şəxslər tərəfindən də torpaqdan istifadə hüququnun başqasına verilməsi əməliyyatının və torpaq icarəsinin ƏDV-yə cəlb olunmaması barədə Vergi Məcəlləsinə dəyişiklik edilib.

Azərbaycan iqtisadiyyatı

10 Jan, 08:15


Laçında fəaliyyət göstərən "Lachin Chemical"ın uğur hekayəsi

Azərbaycan iqtisadiyyatı

10 Jan, 07:29


Elektrik avadanlıqlarının istehsalı 30 faizə yaxın artıb

◼️2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda elektrik avadanlıqlarının istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 29,6 faiz artaraq dəyər ifadəsində 207,7 milyon manata çatıb.

◼️Dövlət Statistika Komitəsinin hesabatına əsasən, ötən ilin 11 ayı ərzində 962 ədəd (+60,6 faiz) güc transformatoru, 4 766 ədəd (-17,2 faiz) elektrik tənzimləyici cihazlar, 9 850,2 ton (+11,4 faiz) digər elektrik naqilləri, 793 ədəd (-8,7 faiz) məişət soyuducuları və dondurucuları istehsal olunub.

◼️Ümumilikdə kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 254,6 milyon manatlıq məhsul istehsal olunub.

Azərbaycan iqtisadiyyatı

10 Jan, 06:47


Qarabağ və Şərqi Zəngəzurda 3,4 min kilometrə yaxın avtomobil yolları inşa edilir

◼️Qarabağ və Şərqi Zəngəzurda 3,4 min kilometrə yaxın avtomobil yolları inşa edilir.

◼️Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar mövzusunda keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib.

◼️Nazir müavini qeyd edib ki, 2004-ci ildən başlayaraq ölkədə 21 min kilometr avtomobil yolları inşa edilib: “Bu müddətdə 335 körpü və 45 ədəd tunel inşa edilib”.

AZƏRTAC

Azərbaycan iqtisadiyyatı

10 Jan, 05:30


BMT Azərbaycanın iqtisadi artım tempinin MDB üzrə orta göstəriciləri üstələyəcəyini proqnozlaşdırır

◼️Birləşmiş Millətlər Təşkilatı (BMT) “2025-ci il üçün dünyanın iqtisadi vəziyyəti və perspektivləri” adlı hesabatında 2025-2026-cı illərdə Azərbaycan iqtisadiyyatının 3% səviyyəsində artacağını proqnozlaşdırır.

◼️Proqnozlaşdırılan artım tempi MDB ölkələri üçün gözlənilən orta göstəricini üstələyir. Belə ki, yaxın iki il üçün bu ölkələrdə artım tempi 2,5% səviyyəsində təxmin edilir. Enerji ixrac edən MDB ölkələri üçün isə bu rəqəm 2,1% təşkil edir.

◼️“2024-cü ildə Azərbaycanda iqtisadi artım daxili tələbin artması və qeyri-neft sektorundakı aktivlik sayəsində sürətlənib. Ölkənin təbii qazına olan qlobal tələbatın artacağı gözlənilir ki, bu da 2025-ci ildə iqtisadi artıma müsbət təsir göstərəcək”, – hesabatda qeyd olunur.

◼️Təşkilatın proqnozlarına əsasən, qarşıdakı iki ildə ölkədə inflyasiya tədricən azalacaq və bu il 3,6%, gələn il isə 3,1% səviyyəsində olacaq. Azərbaycanın inflyasiya səviyyəsi MDB ölkələri arasında ən aşağı göstəricilərdən biri kimi gözlənilir. MDB üzrə orta proqnoz isə müvafiq olaraq 5,5% və 4,6%-dir.

◼️2025-ci ildə qlobal iqtisadi artım 2024-cü illə müqayisədə dəyişməyərək 2,8% səviyyəsində qalacaq. Hesabatda qeyd olunur ki, qlobal iqtisadiyyat bir sıra çağırışlara qarşı dayanıqlılıq nümayiş etdirsə də, artım templəri pandemiyadan əvvəlki dövrdəki 3,2%-lik orta göstəricidən aşağı olaraq qalır. Bu, əsasən, zəif investisiyalar, yavaş istehsal artımı və yüksək borc yükü ilə izah edilir.

Azərbaycan iqtisadiyyatı

09 Jan, 14:03


09.01.2025

AYİB-nin Azərbaycan üzrə cari portfeli 870 milyon avronu keçib

Abşeron-Xızı və Qarabağ iqtisadi rayonları kreditləşmənin artım tempinə görə liderdirlər

Azərbaycandan Tailanda ixrac 9 dəfəyədək artıb

Davranış modelləri əsasında kreditləşmə: banklar yeni mexanizmin tətbiqinə hazırdırmı?

Azərbaycan iqtisadiyyatı

09 Jan, 13:42


Azərbaycan biznesin qeydiyyatında dünyada ən yaxşı təcrübələrdən birinə malikdir

2024-cü ildə biznesin qeydiyyatı sahəsində bir sıra əhəmiyyətli yeniliklər edilib. Bunlardan ən əhəmiyyətlisi xarici və yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı prosedurlarının eyniləşdirilməsi, həmçinin yerli və xarici investisiyalı MMC-lərin təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin elektron qaydada qeydiyyata alınması imkanının yaradılmasıdır.

▶️ Ətraflı: vergiler.az

Azərbaycan iqtisadiyyatı

09 Jan, 13:34


Ötən il 400 minə yaxın şəxs aktiv məşğulluq tədbirlərinə cəlb olunub

◼️Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi ötən il ərzində 396,7 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.

◼️Nazirliyin məlumatına görə, onlardan 160 min şəxs münasib işlərlə təmin olunub, 17,3 min şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.

◼️2024-cü ildə 15,6 min işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub. Ötən il Agentlik tərəfindən 203,8 min şəxsə peşəyönümü xidmətləri də göstərilib.

Azərbaycan iqtisadiyyatı

09 Jan, 12:57


Naxçıvanda özəlləşdirmə və icarədən daxilolmaların həcmi açıqlanıb

◼️Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, 2024-cü ildə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xətti ilə dövlət əmlakının özəlləşdirilməsindən daxilolmalar 23,5 faiz artaraq 2,8 milyon manata yaxın olub.

◼️Hesabat dövründə Xidmət tərəfindən 220 dövlət əmlakı özəlləşdirilib ki, bu da 2023-cü illə müqayisədə 39,2 faiz çoxdur.
2024-cü ildə dövlət əmlakının icarəyə verilməsindən muxtar respublika büdcəsinə 538,1 min manat vəsait daxil olub ki, bu da əvvəlkli illə müqayisədə 87,6 faiz çoxdur.

◼️2024-cü ildə daşınmaz dövlət əmlakının icarəyə verilməsi ilə bağlı 147 müqavilə bağlanıb, 171 icarə müqaviləsinin müddəti uzadılıb.

Azərbaycan iqtisadiyyatı

09 Jan, 12:13


📊 AYİB-nin Azərbaycan üzrə cari portfeli 870 milyon avronu keçib

◼️Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2024-cü ildə fəaliyyət göstərdiyi ölkələrdə 16,6 milyard avro məbləğində rekord investisiya qoyuluşu həyata keçirib ki, bu da əvvəlki illə müqayisədə 26 faiz artım deməkdir.

◼️Bankın məlumatına görə, ötən il bütün mənbələrdən cəlb edilən ümumi investisiya məbləği 26,7 milyard avro təşkil edib.
AYİB ümumilikdə 584 layihəni maliyyələşdirib və investisiyaların 76 faizi özəl sektora yönəldilib ki, bu da rekord səviyyədə – 12,5 milyard avro təşkil edir.

◼️İl ərzində bank yaşıl layihələri də rekord səviyyədə maliyyələşdirib. Bu layihələr AYİB-nin ümumi investisiya portfelində 58 faiz paya sahib olub və bu, rekord məbləğdədir – 9,7 milyard avrodan çox.

◼️Ötən il bank Azərbaycan üzrə ümumi dəyəri 800 milyon dollardan çox olan 9 layihənin reallaşdırılmasını nəzərdən keçirib. Təsdiq olunmuş layihələr sırasında Neftçalada 315 MVt, Biləsuvarda isə 445 MVt quraşdırılmış gücə malik günəş fotovoltaik elektrik stansiyalarının tikintisi layihələri yer alıb. Bu iki layihənin ümumi dəyəri 666 milyon dollar təşkil edir.

◼️Fəaliyyətə başladığı dövrdən AYİB Azərbaycanda 190-dan çox layihənin maliyyələşdirilməsinə vəsait yönəldib. Bankın Azərbaycan üzrə ümumi portfeli 3,7 milyard avronu keçib. Cari portfel isə 871 milyon avro təşkil edir.

Azərbaycan iqtisadiyyatı

09 Jan, 11:28


📊 Azərbaycandan Tailanda ixrac 9 dəfəyədək artıb

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycan və Tailand arasında ticarət dövriyyəsinin ümumi həcmi 304,11 milyon dollar təşkil edib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə iki ölkə arasında ticarət 3,45 dəfə artıb.

⬆️⬇️ İxrac – idxal:

🇦🇿 Azərbaycandan Tailanda ixrac: 234,24 milyon dollar (+8,96 dəfə)
🇹🇭 Tailanddan Azərbaycana idxal: 69,87 milyon dollar (+12,9 faiz)

📊 İxracın əksər hissəsi xam neftin payına düşür. Belə ki, hesabat dövründə Tailanda 234,2 milyon dollar dəyərində 376,9 ton neft ixrac olunub. Ötən ilin 11 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Tailand ilə ticarətin payı 0,7 faiz təşkil edib.

▶️ Mənbə: Dövlət Gömrük Komitəsi

Azərbaycan iqtisadiyyatı

09 Jan, 10:47


Abşeron-Xızı və Qarabağ iqtisadi rayonları kreditləşmənin artım tempinə görə liderdirlər

◼️2024-cü ilin dekabrın 1-nə Azərbaycanın regionlarında (Bakı iqtisadi rayonu istisna olmaqla) bankların və bank olmayan kredit təşkilatlarının kredit portfeli 6,39 milyard manat təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrünün göstəricisindən 17,35 faiz çoxdur.

◼️Mərkəzi Bankın məlumatına görə, regionlar arasında kreditləşmənin ən yüksək artım tempi Abşeron-Xızı (+25 faiz) və Qarabağ (+20 faiz) iqtisadi rayonlarında qeydə alınıb.

Azərbaycanın iqtisadi rayonları üzrə kreditləşmə:

Naxçıvan – 422,227 milyon manat (+9,9 faiz)
Abşeron-Xızı – 1,06 milyard manat (+25 faiz)
Dağlıq Şirvan – 182,714 milyon manat (+14,1 faiz)
Gəncə-Daşkəsən – 816,136 milyon manat (+15,4 faiz)
Qarabağ – 485,907 milyon manat (+20 faiz)
Qazax-Tovuz – 516,734 milyon manat (+18 faiz)
Quba-Xaçmaz – 460,987 milyon manat (+12,5 faiz)
Lənkəran-Astara – 638,541 milyon manat (+17 faiz)
Mərkəzi Aran – 540,735 milyon manat (+14,6 faiz)
Mil-Muğan – 288,154 milyon manat (+15,4 faiz)
Şəki-Zaqatala – 534,513 milyon manat (+18,8 faiz)
Şirvan-Salyan – 427,419 milyon manat (+13,4 faiz)
Şərqi Zəngəzur – 17,392 milyon manat (2023-cü ildə kredit verilməyib)

Azərbaycan iqtisadiyyatı

09 Jan, 10:05


📊 Rezin və plastik kütlə məmulatları istehsalında müsbət dinamika var

◼️2024-cü ilin yanvar-noyabr aylarında ölkədə 475,6 milyon manat dəyərində rezin və plastik kütlə məmulatları istehsal olunub. 2023-cü ilin 11 ayı ilə müqayisədə bu göstərici 17,1 faiz artıb.

◼️Dövlət Statistika Komitəsinin məlumatına əsasən, hesabat dövründə 7 270,2 ton plastmas çubuqlar, millər və profillər, 33 581,5 ton sərt plastmasdan borular, borucuqlar, qolçaqlar və şlanqlar, 16 772,1 ton polietilendən kisə və çantalar, 164 127,7 min ədəd plastmas butulkalar, flakonlar və oxşar məmulatlar, 3 892,2 ton polietilendən başqa, digər plastmas kisələr və çantalar, 258 min kvadratmetr döşəmə, divar və tavan üçün plastik kütlədən rulon və ya plitka şəklində örtük, 1 931,3 ton digər plastmasdan tikinti məmulatları, 2 927,7 ton məsaməli plastik kütlədən sair plastinlər və lövhələr istehsal olunub.

◼️11 ay ərzində ən böyük artım plastmas kisələr və çantaların istehsalında qeydə alınıb – 3 dəfə. Daha sonra məsaməli plastik kütlədən sair plastinlər, lövhələr (+40,6 faiz) və plastmas butulkalar, flakonlar və oxşar məmulatlar (+23,1 faiz) qərarlaşıb.

Azərbaycan iqtisadiyyatı

09 Jan, 08:10


📊 Azərbaycanda geyim istehsalı 28 faizdən çox artıb

◼️2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 129,5 milyon manatlıq geyim istehsal olunub ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 28,6 faiz çoxdur.

◼️Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 11 ay ərzində 803,6 min ədəd (+49,6 faiz) üst geyimi, 2 748,4 min ədəd (+37,8 faiz) istehsalat və peşə komplektləri, 1 590,7 min ədəd (+2 dəfə) alt geyimi, 4 737,3 min ədəd (-23,2 faiz) sair geyim və 3 576,3 min cüt (-0,1 faiz) corab istehsal olunub.

◼️Eyni zamanda, hesabat dövrü ərzində ölkədə 56,1 min kvadratmetr (+6,2 faiz) emal edilmiş dəri və 915,2 min cüt (+34,5 faiz) ayaqqabı istehsal olunub. Ayaqqabılar, dəri və dəridən məmulatların istehsalı dəyər ifadəsində 7,6 faiz artaraq 39 milyon manata çatıb.

◼️Toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində ümumilikdə 458,3 milyon manat dəyərində məhsul istehsal edilib.

Azərbaycan iqtisadiyyatı

09 Jan, 06:51


🖋🖋🖋🖋

Davranış modelləri əsasında kreditləşmə: banklar yeni mexanizmin tətbiqinə hazırdırmı?


Azərbaycan Mərkəzi Bankı davranış modelləri əsasında kreditləşməyə dair prudensial tənzimlənmə çərçivəsi qəbul edib. Yeni qaydanın tətbiq edilməsi ilə banklar fərdi sahibkarlara və fiziki şəxslərə onların proqnozlaşdırılan gəlirləri əsasında kredit verəcək. Başqa sözlə, müasir dövrdə banklarda proseslərin avtomatlaşdırılması, müştəriyönümlü olması, süni intellekt həllərinin tətbiqi nəticəsində proqnozlaşdırılan məlumatların dəqiqlik səviyyəsinin yüksəlməsi ənənəvi bank xidmətlərinin alternativ kanallarla, daha aşağı xərc və yüksək sürətlə təklif edilməsi imkanlarını artırır.

▶️ Ətraflı: vergiler.az

Azərbaycan iqtisadiyyatı

09 Jan, 05:59


🇦🇿🇰🇿 Qazaxıstan Azərbaycan istiqamətində taxıl daşımalarının həcmini 86 faiz artırıb

◼️2024-cü ildə "Qazaxıstan Dəmir Yolları" SC şəbəkəsi üzrə ümumi taxıl daşınmasının həcmi 10,6 milyon ton təşkil edib.

"Qazaxıstan Dəmir Yolları"nın məlumatına görə, daxili daşımalar 13 faiz artaraq 2,5 milyon tonu ötüb, ixrac isə 8,1 milyon ton təşkil edib.

◼️2024-cü ildə Azərbaycan istiqamətində taxıl daşımalarının həcmi 86 faiz artıb.

◼️Oxşar müsbət dinamika digər ölkələrlə ticarətdə də müşahidə olunur: Tacikistana ixrac 20 faiz, Qırğızıstana 92 faiz, İrana tədarük isə iki dəfə artıb.

AZƏRTAC

Azərbaycan iqtisadiyyatı

07 Jan, 18:41


🇦🇿 Azərbaycan Prezidenti: "Ümid edirik ki, bu il biz AÇG-də “Dərin Qaz” layihəsindən ilk qazı alacağıq"

Ümid edirik ki, bu il biz AÇG-də “Dərin Qaz” layihəsindən ilk qazı alacağıq və bu, bütövlükdə qaz hasilatına gözəçarpan töhfə olacaq.

Bu sözləri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində söyləyib.

“Bununla belə, “Şahdəniz”in hələ də əsas qazı təchiz edən yataq kimi qalacağını nəzərə alsaq, biz “Abşeron”da qaz hasilatının 1,5-dən 5 milyard kubmetrə qədər artırılması məqsədilə tərəfdaşlarla çalışmağı planlaşdırırıq”, — deyən dövlətimizin başçısı əlavə edib ki, bununla yanaşı, “Qarabağ”, “Babək”, “Asiman” və digər yataqlar kimi çox perspektivli layihələr var. Bu, potensialımızı artıracaq.

AZƏRTAC

Azərbaycan iqtisadiyyatı

07 Jan, 18:17


🇦🇿 Azərbaycan Prezidenti: "Bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaqlar"

Biz üç il ərzində 10 yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytara bilmişik. On mindən çox köçkün artıq evlərlə təmin edilib və orada yaşayır. Bütövlükdə 30 minə yaxın insan orada yaşayır, müxtəlif vəzifələrdə çalışırlar, inşaatda, dövlət işlərində və digər sahələrdə.

Bu sözləri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib.

“Bu il üçün bizim planlarımızda daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytarmaqdır. O şəhər və kəndlərin adları artıq seçilib, layihələr icra edilir. Bir çox kəndlərdə, şəhərlərdə indi inşaat işləri gedir və bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaqlar”, — deyə dövlətimizin başçısı qeyd edib.

AZƏRTAC

Azərbaycan iqtisadiyyatı

07 Jan, 17:28


🇦🇿 Prezident: "Azərbaycanın D-8-ə qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir"

Azərbaycanın D-8-ə qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir.

Bunu Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib.

Otuz ilə yaxın bundan əvvəl yaranmış təşkilatın birinci genişlənmə qərarından sonra qəbul edilən ilk üzvün Azərbaycan olduğunu vurğulayan dövlətimizin başçısı deyib ki, bu, ölkəmizin nüfuzunu, eyni zamanda, beynəlxalq aləmdə rolumuzu göstərir. Prezident, həmçinin qeyd edib: “Dünyada 60-a yaxın müsəlman ölkəsi var və məhz Azərbaycan yeni üzv seçilmişdir. Əlbəttə ki, bu, bizim üçün həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir”.

AZƏRTAC

Azərbaycan iqtisadiyyatı

07 Jan, 17:00


🇦🇿 Prezident İlham Əliyev: "İqtisadi imkanlar artdıqca biz sosial məsələlərin həllinə də daim diqqət göstərəcəyik"

Prezident İlham Əliyev yanvarın 7-də yerli telekanallara müsahibəsində Azərbaycanda sosial sahədə atılan addımlardan danışıb.

Bu il yanvarın birindən minimum əməkhaqqının və pensiyanın artdığını vurğulayan dövlətimizin başçısı deyib: “Bu qədər böyük sərmayə qoyan və Qarabağın bərpası kimi qarşımızda bu qədər böyük problemi olan ölkədə bu sahəyə də bu diqqəti yetirmək, əlbəttə ki, bizim siyasətimizin, necə deyərlər, mahiyyətini göstərir. Yəni, Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar. Cəmiyyətdə də, siyasətdə də, ailədə də hər şey ədalətli olmalıdır və sosial ədalət prinsipləri həmişə bizim üçün vacib olub”.

Son bir neçə il ərzində dörd sosial paketin həyata keçirildiyini vurğulayan Prezident, həmçinin qeyd edib: “İqtisadi imkanlar artdıqca biz daim sosial məsələlərin həllinə - minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələlərinə də daim diqqət göstərəcəyik”.

AZƏRTAC

Azərbaycan iqtisadiyyatı

07 Jan, 16:48


🇦🇿 Prezident: "İqtisadi sahədə dayanıqlı inkişafa nail ola bilmişik və əminəm ki, gələn illərdə bu dinamika saxlanılacaq"

Əgər dünya iqtisadiyyatının artım templərinə və inkişaf etmiş ölkələrin inkişafına, yaxud da tənəzzülə nəzər salsaq görərik ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib. Əlbəttə ki, bunun təməlində düşünülmüş siyasət dayanır.

Bu sözləri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində söyləyib.

Bu göstəricilərin, sadəcə olaraq, keçən ilin məhsulu olmadığını vurğulayan dövlətimizin başçısı deyib: “Uzun illər aparılan iqtisadi islahatlar, şəffaflıq, inhisarçılığa qarşı mübarizə, investisiyaların cəlb edilməsi, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində biz beynəlxalq aparıcı reytinq agentliklərinin Azərbaycana olan münasibətində müsbət dəyişiklik görürük. Yəni, onlar da reallıqları inkar edə bilməzlər. Halbuki mən hesab edirəm ki, bizim beynəlxalq reytinqimiz indikindən daha yüksək səviyyəyə layiqdir və müəyyən səbəblər üzündən hələ ki, aparıcı reytinq agentlikləri daha da təvazökar yanaşmanı sərgiləyirlər. Yəni, bütün bunlar onu deməyə əsas verir ki, biz iqtisadi sahədə dayanıqlı inkişafa nail ola bilmişik və əminəm ki, bu il və gələn illərdə bu dinamika saxlanılacaq”.

AZƏRTAC

Azərbaycan iqtisadiyyatı

07 Jan, 14:13


07.01.2025

Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqları artırılıb

Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilib

Qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətindən ödəmə mənbəyində tutulan verginin dərəcəsi azaldılıb

Vergi ödəyicilərinin nəzərinə!

Qarabağ və Şərqi Zəngəzurun yeni yolları bölgənin iqtisadiyyatını hərəkətə gətirəcək

Azərbaycan iqtisadiyyatı

07 Jan, 13:59


“Torpaqların kateqoriyasına dair müraciətlərə baxılması” elektron xidməti istifadəyə verilib

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 sentyabr tarixli Fərmanının icrası çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən istifadəyə verilən “Torpaqların kateqoriyasına dair müraciətlərə baxılması” elektron xidməti vasitəsilə torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi və kateqoriya daxilində məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı müraciətlərin qəbulu və baxılması artıq elektron qaydada “vahid pəncərə” prinsipi əsasında həyata keçirilir.

▶️ Ətraflı: vergiler.az

Azərbaycan iqtisadiyyatı

07 Jan, 13:12


Ötən il Naxçıvan məhsulları 10-dan çox ölkəyə ixrac edilib

◼️2024-cü ildə Naxçıvan Muxtar Respublikasında istehsal olunmuş məhsullar 10-dan çox ölkəyə ixrac edilib.

◼️Bunu Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov bildirib.

◼️Onun sözlərinə görə, ixrac il ərzində verilmiş 60 mənşə sertifikatı əsasında həyata keçirilib.

◼️Bundan başqa, nazir əvəzi deyib ki, ötən il sahibkarların maliyyə əlçatanlığının artırılması məqsədilə nazirlik yanında Sahibkarlığın İnkişafı Fondunun əməkdaşlıq etdiyi müvəkkil kredit təşkilatlarının sayı 2 dəfə artırılaraq 6-ya çatdırılıb, əlavə olaraq 3 kredit təşkilatının əməkdaşlığa cəlb olunması üçün işlər davam etdirilir.

"Report"

Azərbaycan iqtisadiyyatı

07 Jan, 12:23


🇦🇿 Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 98-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə” Fərman imzalayıb.

Qərara alınıb ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən, o cümlədən özəl tibbi praktika ilə məşğul olan şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və xidmətlərə, eləcə də işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli 969 nömrəli Fərmanında, “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 12 iyul tarixli 985 nömrəli Fərmanında dəyişikliklər edilsin.

Azərbaycan iqtisadiyyatı

07 Jan, 12:10


📹Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqları artırılıb

🇦🇿 Prezident İlham Əliyev dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən aşağıda göstərilən təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2025-ci il yanvarın 1-dən orta hesabla 15 faiz artırılır:

◼️Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və Aparatı, Gəncə bölməsinin Aparatı;

◼️Heydər Əliyev Mərkəzi,

◼️“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi

◼️Azərbaycanda Atatürk Mərkəzi,

◼️Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri;

◼️Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu;

◼️Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi;

◼️Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin Aparatı;

◼️Maliyyə Nazirliyi yanında Maliyyə Elm -Tədris Mərkəzi;

◼️Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi -Metodiki və İxtisasartırma Mərkəzi;

◼️Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu;

◼️Mədəniyyət Nazirliyinin tabeliyində Quba şəhərində “Soyqırımı memorial kompleksi”;

◼️Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparatı;

◼️Səhiyyə Nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi;

◼️Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzi;

◼️Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu;

◼️icra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıqlar.

AZƏRTAC

Azərbaycan iqtisadiyyatı

07 Jan, 11:55


Vergi ödəyicilərinin nəzərinə!

15.01.2025 və 21.01.2025-cü il tarixləri bir sıra vergi və sığorta haqlarının ödənilməsinin son günüdür!

Azərbaycan iqtisadiyyatı

07 Jan, 10:43


Davranış modelləri əsasında kreditləşməyə dair prudensial tənzimlənmə çərçivəsi qəbul edilib

Bank sektorunun sabit və təhlükəsiz fəaliyyətinin təşkili, tənzimlənməsi və nəzarəti, habelə müasir trendlər nəzərə alınmaqla daim inkişaf etdirilməsi Mərkəzi Bankın əsas prioritet istiqamətlərindən biridir. Bu xüsusda, bank sektorunun prudensial tənzimləmə çərçivəsinin yeni texnologiyaların sürətli inkişafı fonunda maliyyə sistemində yaranan meyillərə uyğun təkmilləşdirilməsi istiqamətində təşəbbüslər həyata keçirilir.

▶️ Ətraflı: vergiler.az

Azərbaycan iqtisadiyyatı

07 Jan, 08:48


📊 Azərbaycanda pul bazası artıb

◼️Bu il yanvarın 1-nə Azərbaycanda pul bazası 20 milyard 916,5 milyon manat təşkil edib.

◼️Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 1,65 faiz çoxdur.

◼️Son 1 ildə isə ölkədə pul bazası 0,2 faiz artıb.

Azərbaycan iqtisadiyyatı

07 Jan, 08:03


Daha 6 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

◼️Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 6 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 188-ə çatıb.

◼️“Startap” şəhadətnamələri "Sampler" MMC-nin şirkətlər üçün ödənişsiz məhsul nümunələrini potensial alıcılara çatdırmaq üçün onlayn marketinq platforması, “Professor Rahimov Academic Medical Center” MMC-nin tibb müəssisələrinin işinin ekoloji standartlara uyğun təşkili və idarə edilməsi üçün proqram təminatı, fərdi sahibkar Aytac Mütəllimovanın əl baqajlarının saxlanılması üçün özünəxidmət köşkləri, "Vita Travel" MMC-nin sanatoriya və sağlamlıq otellərinin rezervasiyası üçün onlayn platforma, "Suber" MMC-nin içməli su sifarişi üçün mobil tətbiq, "Buylink" MMC-nin rəqəmsal tövsiyə proqramları üçün marketinq tətbiqi layihələri üçün təqdim edilib.

◼️“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

◼️Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

Azərbaycan iqtisadiyyatı

07 Jan, 07:19


🖋🖋🖋🖋

Qarabağ və Şərqi Zəngəzurun yeni yolları bölgənin iqtisadiyyatını hərəkətə gətirəcək


Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edildikdən dərhal sonra bölgədə yeni yolların tikintisinə, mövcud olanların isə bərpasına başlanıldı. Ermənistanın 2020-ci ilin noyabrın 10-da kapitulyasiya aktına imza atmasıyla döyüş əməliyyatları yekunlaşdı və bu hadisədən 6 gün sonra Prezident İlham Əliyev Vətən müharibəsinin simvoluna çevrilən Şuşaya gedən yolun təməl daşını atdı. Bir il tamam olmamış bütün inşaat norma və qaydalarına uyğun tikilən yol sürücülərin ixtiyarına verildi. Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşaya asfalt-beton örtüklü yolla getmək əlçatan oldu. 101 kilometr uzunluğunda yolun üzərində qısa müddətdə Füzuli Beynəlxalq Hava Limanının tikilməsi isə onun önəmini ikiqat artırdı. Bir sözlə, yolun və aeroportun istifadəyə verilməsi ilə Bakı və Şuşa arasında məsafə qısaldı. Şuşaya gediş-gəlişin asanlaşması tarixi şəhərimizi bir sıra vacib konfrans və tədbirlərin ev sahibinə çevirdi.

▶️ Ətraflı: vergiler.az

Azərbaycan iqtisadiyyatı

07 Jan, 06:47


🔤🔤🔤🔤🔤

Qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətindən ödəmə mənbəyində tutulan verginin dərəcəsi azaldılıb


◼️Vergi Məcəlləsində investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviqi, eləcə də sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması məqsədilə dəyişiklik edilib, qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətindən ödəmə mənbəyində tutulan verginin dərəcəsi azaldılıb.

◼️Məlum olduğu kimi, ötən il dividendlər üzrə ödəmə mənbəyində vergi dərəcəsi 10 faizdən 5 faizə endirilib, dövlət və yerli özünüidarəetmə orqanlarının, büdcə təşkilatlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin dividend gəlirlərinə görə vergi azadolması 5 faizlik dərəcə ilə əvəz olunub. Bu qərar ölkəmizin regionda əlverişli investisiya mühitinə malik ölkəyə çevrilməsi prosesinin sürətləndirilməsi, kapital bazarlarında səhmlərə investisiya cəlbinin təşviqi, kapital bazarı iştirakçısı olmayan investorlar üçün sabit və aşağı dərəcəli vergi mühitinin formalaşdırılması məqsədi daşıyıb. Bu ildən qüvvəyə minən dəyişikliklərə görə isə, rezident vergi ödəyiciləri ilə bərabər iqtisadi şəraitin yaradılması məqsədilə, qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətindən həmin qeyri-rezidentə köçürülən məbləğdən ödəmə mənbəyində tutulan verginin dərəcəsi 10 faizdən 5 faizə endirilib.

Azərbaycan iqtisadiyyatı

07 Jan, 06:16


🗣️ İslam İnkişaf Bankı Qrupunun (IsDB) sədri: “COP29-un diqqət çəkmək istədiyim əsas nəticələrindən biri iqlim maliyyələşməsinin kritik vacibliyidir”

◼️İslam İnkişaf Bankı inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını ödəmək üçün qlobal iqlim maliyyələşməsində əhəmiyyətli artımlara çağırır.

◼️Bunu İslam İnkişaf Bankı Qrupunun (IsDB) sədri Məhəmməd Süleyman Əl-Cəssir bildirib.

◼️2024-cü ilin noyabr ayında Bakıda keçirilmiş COP29-un nəticələrindən danışan sədr İslam İnkişaf Bankının bu tədbirdəki iştirakının əhəmiyyətli və faydalı olduğunu vurğulayıb.

◼️“Bizim iştirakımız bir sıra sessiyalara və yüksək səviyyəli görüşlərə aktiv şəkildə qoşulmaqla yadda qaldı. Ötən bir neçə ildə olduğu kimi, İsDB Qrupun pavilyonunun qurulması, həmçinin, bizim MDB pavilyonunda birgə iştirakımız, Qrupun geniş iqlim təşəbbüslərini və strateji planlarını nümayiş etdirmək üçün bir platforma kimi xidmət göstərdi. Bu səylər iqlim dəyişikliyi ilə mübarizəyə olan sarsılmaz öhdəliyimizi, yenidən istiqamətləndirilmiş strateji yönümüzlə uyğunluğumuzu və BMT-nin Davamlı İnkişaf Məqsədlərinə uyğun şəkildə dayanıqlı inkişafa nail olmağa bağlılığımızı vurğulayır.

◼️COP29-un diqqət çəkmək istədiyim əsas nəticələrindən biri iqlim maliyyələşməsinin kritik vacibliyidir. Bu, ələlxüsus, İslam İnkişaf Bankı Qrupunun iştirakçı ölkələr üçün maliyyə imkanlarının artırılması məqsədinə uyğun gələn “Bakı Maliyyə Məqsədi” təşəbbüsü sayəsində xüsusi nəzərə çarpır. Bu məqsəd Azərbaycanın sədrliyi altında keçən COP prosesi çərçivəsində əlavə dəstək qazanıb.

◼️COP29 sədrliyi Bakı Maliyyə Məqsədi vasitəsilə bütün maraqlanan tərəfləri inkişaf etməkdə olan ölkələrdə iqlim maliyyəsinin ehtiyaclarına illik 1.3 trilyon dollar vəsaitin ayrılması üzərində işləməyə çağırıb. Daha dəqiq desək, BFG inkişaf etməkdə olan ölkələrə dəstək üçün inkişaf etmiş ölkələri 2035-ci ilə kimi hər il azı 300 milyard dolların vəsaitin mobilizasiyasına yönləndirir; əsas diqqət daha az inkişaf etmiş ölkələrə və kiçik ada tipli inkişaf eməkdə olan dövlətlərə ayrılır”, - deyə Əl Cəssir bildirib.

“Trend”

Azərbaycan iqtisadiyyatı

09 Dec, 14:16


09.12.2024

Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində tərəfdaşlıq Sazişinə düzəliş Protokolu təsdiqlənib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığına səfər edib

“Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva: “Qeyri-neft sektorunun özəl bölməsində aparılan ən effektiv islahatlardan biri əmək bazarında şəffaflığa nail olunmasına yönəlib”

Dövlət sosial sığorta haqları üzrə daxilolmalar 10,5 faiz artıb

Əmək müqavilələrinin sayı artır

Ölkə ərazisində 103 mindən çox yeni nəsil NKA quraşdırılıb

Azərbaycanın vergi sistemi şəffaflıq və məlumat mübadiləsi üzrə yüksək reytinqə malikdir

"İqtisadi zona" proqramının növbəti buraxılışı

İqtisadi icmal (2 - 8 dekabr 2024-cü il)

Azərbaycan iqtisadiyyatı

09 Dec, 14:06


Qurudulmuş meyvə ixracından əldə olunmuş gəlir açıqlanıb

◼️Bu ilin yanvar-noyabr aylarında ölkəmizdən xaricə 1 597,3 ton qurudulmuş meyvə ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,8 faiz çoxdur.

◼️Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, hesabat dövründə qurudulmuş meyvə ixracından əldə olunan vəsait 5 137,2 min dollar təşkil edib. Bu, ötən ilin müvafiq dövrünün göstəricisini 17 faiz üstələyir.

Azərbaycan iqtisadiyyatı

09 Dec, 13:51


🔤🔤🔤🔤🔤

📊 Naxçıvanda özəl sektorda əmək müqavilələrinin sayı 77,9 faiz artıb

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən təşviq əsaslı vergi inzibatçılığı əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində reallaşdırılan tədbirlərin nəticəsi olaraq, 2024-cü il dekabrın 1-nə qeyri-dövlət sektorunda aktiv əmək müqavilələrinin sayı 1 yanvar 2023-cü il tarixinə nisbətən 3,7 dəfə və ya 8.304 vahid artaraq 11.363 təşkil edib. İlin əvvəli ilə müqayisədə həmin göstərici 77,9 faiz və ya 4.977 vahid artıb.

Azərbaycan iqtisadiyyatı

09 Dec, 13:39


📊 Kolumbiya ilə ticarət dövriyyəsi artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın Kolumbiya ilə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin eyni dövrünə nisbətdə 2,1 dəfə artaraq 3,39 milyon dolları üstələyib.

⬆️⬇️ İxrac – idxal:

🇦🇿 Azərbaycandan Kolumbiyaya ixrac: 1,92 milyon dollar (+6,3 dəfə)
🇨🇴 Kolumbiyadan Azərbaycana idxal: 1,47 milyon dollar (+16,4%)

▶️ Mənbə: Dövlət Gömrük Komitəsi

Azərbaycan iqtisadiyyatı

09 Dec, 13:26


🔤🔤🔤🔤🔤

Ölkə ərazisində 103 mindən çox yeni nəsil NKA quraşdırılıb


◼️İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 103.419 ədəd yeni nəsil NKA quraşdırılıb. Belə NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

◼️2024-cü ilin yanvar-noyabr ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 19 mlrd. 808,3 mln. manat olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,2 milyard manatdan, yaxud 11,5 faizdən çoxdur.

Azərbaycan iqtisadiyyatı

09 Dec, 13:01


📊 Armatur istehsalında artım qeydə alınıb

◼️Bu ilin yanvar-oktyabr aylarında ölkədə 382,9 min ton armatur istehsal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini 38,2 faiz və ya 105,9 min ton üstələyir.

◼️Dövlət Statistika Komitəsinin hesabatına əsasən, cari ilin sentyabr ayı ilə müqayisədə oktyabrda istehsal həcmində 24,1 faiz və ya 12,8 min ton artım qeydə alınıb. Oktyabr ayında 65,8 min ton armatur istehsal olunub. Noyabr ayının 1-nə hazır məhsul ehtiyatı 28,4 min ton təşkil edib.

Azərbaycan iqtisadiyyatı

09 Dec, 12:38


İqtisadi icmal (2 - 8 dekabr 2024-cü il)

Azərbaycan iqtisadiyyatı

09 Dec, 12:23


🔤🔤🔤🔤🔤

📈 Əmək müqavilələrinin sayı artır

Təşviq əsaslı vergi siyasəti əmək bazarına müsbət təsir göstərməkdə davam edir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əmək haqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 482.194 vahid artıb və 2024-cü ilin dekabr ayının 1-nə 884.109 olub. Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 450.212 vahid artaraq 990.134 təşkil edib.

Azərbaycan iqtisadiyyatı

09 Dec, 11:51


🖋🖋🖋🖋

Azərbaycanın vergi sistemi şəffaflıq və məlumat mübadiləsi üzrə yüksək reytinqə malikdir


Müasir beynəlxalq iqtisadi əlaqələr və ölkələr arasında birgə fəaliyyətin səmərəli qurulması qlobal rifah, sülh və əmin-amanlığın bərqərar olması üçün mühüm prioritetdir. Sosial və iqtisadi əhəmiyyəti yüksək olan vergitutma mexanizminin təkmilləşdirilməsi də əksər ölkələrin iqtisadi gündəliyində duran əsas istiqamətlərdəndir. Bu baxımdan 100-dən çox ölkə ilə işləyən, öz standartları, etibarlı statistika və təhlilləri, dialoq platformaları ilə daha yaxşı vergi siyasətlərinin formalaşmasına kömək edən ekosistemə malik İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən yaradılmış “Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum” vergidən yayınma ilə mübarizə aparmaq üçün faydalı imkanlar yaradır.

▶️ Ətraflı: vergiler.az

Azərbaycan iqtisadiyyatı

09 Dec, 11:18


🔤🔤🔤🔤🔤

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25,6 mln. manat olub


2024-cü ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq 3,9 milyon manatdan çox olub. Həmin dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin eyni dövrünə nisbətən 16,7 faiz artıb və 25,6 milyon manat təşkil edib.

Azərbaycan iqtisadiyyatı

09 Dec, 10:46


🗣️ Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva: “Qeyri-neft sektorunun özəl bölməsində aparılan ən effektiv islahatlardan biri əmək bazarında şəffaflığa nail olunmasına yönəlib”

Azərbaycan iqtisadiyyatı

09 Dec, 10:15


🇦🇿🇷🇺 Rostovdan Azərbaycana dondurulmuş balıq tədarük edilib

◼️Ötən həftə ərzində Rostov vilayətindən Azərbaycana 18,4 ton dondurulmuş balıq ixrac edilib.

◼️Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") məlumatına görə, ixrac partiyaları akkreditə olunmuş laboratoriyalarda keyfiyyət və təhlükəsizlik tələblərinə uyğunluğu üçün zəruri laboratoriya nəzarətindən keçirilib və baytarlıq sertifikatları ilə müşayiət olunmaqla göndərilib.

Azərbaycan iqtisadiyyatı

09 Dec, 09:44


🔤🔤🔤🔤🔤

Dövlət sosial sığorta haqları üzrə daxilolmalar 10,5 faiz artıb

◼️2024-cü ilin yanvar-noyabr ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard manatdan çox olub. Bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin yanvar-noyabr aylarına nisbətən 13 faiz artaraq 3,4 milyard manatdan çox təşkil edib.

◼️İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz artaraq 183,9 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 14,8 faiz artıb və 139,1 milyon manatdan çox təşkil edib.

◼️İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5 faiz artaraq 913,8 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,8 faiz artıb və 651,2 milyon manat təşkil edib.

Azərbaycan iqtisadiyyatı

09 Dec, 09:12


📹Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində tərəfdaşlıq Sazişinə düzəliş Protokolu təsdiqlənib

🇦🇿 Prezident İlham Əliyev “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”ə düzəliş Protokolu”nun təsdiq edilməsi barədə Fərman imzalayıb.

Fərmana əsasən, 2024-cü il sentyabrın 3-də Buxarest şəhərində imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”ə düzəliş Protokolu” təsdiq edilir.

Protokol qüvvəyə mindikdən sonra Azərbaycanın Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Xarici İşlər Nazirliyinə isə Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan, Rumıniya və Macarıstan hökumətlərinə bildirişin göndərilməsi tapşırılıb.

AZƏRTAC

Azərbaycan iqtisadiyyatı

09 Dec, 09:01


🇦🇿🇨🇿 10 ayda Çexiyaya 900 milyon dollarlıq neft məhsulları ixrac olunub

◼️Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan Çexiyaya 900,8 milyon ABŞ dolları dəyərində 1,43 milyon tondan çox bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.

◼️Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılmış hesablamalara görə, bu, 2023-cü ilin eyni dövrünün göstəricilərini dəyər ifadəsində 37,8 faiz və ya 247,1 milyon dollar, həcm baxımından isə 31,6 faiz və ya 344,7 min ton üstələyir.

ℹ️ Qeyd edək ki, cari ilin ilk 10 ayı ərzində ölkədən ümumilikdə 12,76 milyard dollar dəyərində 20,57 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Çexiya 2-ci yerdə qərarlaşıb və ixrac həcminin 6,96 faizi məhz bu ölkənin payına düşüb.

Azərbaycan iqtisadiyyatı

09 Dec, 08:29


🔤🔤🔤🔤🔤

“Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib

◼️İqtisadiyyat nazirinin müavini Anar Axundov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Əsəd Qurbanzadə və Fərid İsayevlə görüşüb.

◼️Görüşdə qaliblərin hazırda çalışdıqları sahələr üzrə təcrübələri, maraq göstərdikləri istiqamətlər, karyera hədəfləri barədə fikirləri dinlənilib.

◼️Nazir müavini idarəçilikdə effektivliyin artırılması, qərarların verilməsi, strateji layihələrin icrası, tərəfdaşlarla əlaqələrin qurulması istiqamətində təcrübələrini bölüşüb.

◼️Qaliblərin fərdi inkişaf planları üzrə bacarıqlarının gücləndirilməsi barədə müzakirələr aparılıb.

Azərbaycan iqtisadiyyatı

09 Dec, 07:57


"İqtisadi zona" proqramının növbəti buraxılışı

🔵Bazarlara vergi nəzarəti gücləndirilir. Söhbət hansı bazarlardan gedir?

🔵⁠İşsizlər üçün 17 milyon manat ayrılır. Ödənişi kimlər və necə ala bilər?

🔵Evlərin qeydiyyatı ilə bağlı yeniliklər gözlənilir. Bu sahədə nə dəyişəcək?

Bu və digər xəbərlərlə İqtisadiyyat Nazirliyi yanında DVX-nin ATV kanalı ilə birgə layihəsi olan "İqtisadi zona" proqramının 8 dekabr 2024-cü il tarixli buraxılışında tanış ola bilərsiniz. Verilişin qonağı Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Elşad Məmmədov Günel Bəhramqızının suallarını cavablandırıb.

📹VİDEO - https://bit.ly/49Arh4v

Azərbaycan iqtisadiyyatı

09 Dec, 07:26


📈 Nar ixracı 16 faizdən çox artıb

◼️2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan xarici bazarlara 29,3 min tondan çox nar ixrac olunub.

◼️Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın həcmi 16,2 faiz artıb.

Azərbaycan iqtisadiyyatı

09 Dec, 06:54


📊 Naxçıvanda Sahibkarlığın İnkişafı Fondunun kredit portfeli 46 milyon manatı ötüb

Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında Sahibkarlığın İnkişafı Fondunun kredit portfeli 46,3 milyon manat təşkil edib.

Muxtar Respublikanın İqtisadiyyat Nazirliyinin məlumatına görə, 1 dekabr 2024-cü il tarixə ehtiyatların qalıq məbləği ilin əvvəli ilə müqayisədə 3 dəfə artaraq 20,1 milyon manata çatıb.

Hesabat dövründə verilən güzəştli kreditlərin 16,6 milyon manatı geri qaytarılıb ki, bu da ötən ilin eyni dövrünün göstəricisini 3 dəfə üstələyir. Bununla yanaşı, problemli kreditlərin geri qaytarılması üzrə 10,5 milyon manat vəsait toplanıb ki, bu da 2023-cü ilin yanvar-noyabr aylarına nisbətdə 14 dəfə çoxdur.

Azərbaycan iqtisadiyyatı

09 Dec, 06:11


🔤🔤🔤🔤🔤

🇦🇿🇸🇦 İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığına səfər edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığına səfər çərçivəsində bir sıra görüşlər keçirib.

Səfər çərçivəsində iqtisadiyyat naziri Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid bin Əbdüləziz Əl - Falihlə görüşüb. Azərbaycan-Səudiyyə Ərəbistanı iqtisadi əlaqələrinin inkişaf etdiyi, biznes dairələri arasında işgüzar münasibətlərin genişləndiyi vurğulanıb.

Tərəflər ölkələrimizin dayanıqlı inkişaf hədəflərinə uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi, ticarət və investisiyaların təşviqi imkanlarını müzakirə ediblər.

Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudla keçirilən görüşdə ölkələrimizin yaşıl enerji gündəliyinin prioritet istiqamətləri, bu sahədə birgə fəaliyyətin uğurlu nəticələri və ölkələrimiz üçün faydaları barədə fikir mübadiləsi aparılıb. Enerji keçidində potensial layihələr üzrə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Görüşdə bərpa olunan enerjinin səmərəliliyinin, alternativ enerji mənbələrinin enerji sektorunda payının artırılmasının ölkəmizin iqtisadi inkişaf strategiyasında vacib məsələlərdən olduğu diqqətə çatdırılıb. Bu istiqamətdə Səudiyyə Ərəbistanı Krallığı ilə əməkdaşlığa önəm verildiyi qeyd olunub.

Azərbaycan iqtisadiyyatı

29 Nov, 14:47


🔤🔤🔤🔤🔤

🇦🇿🇬🇧 Azərbaycan və Böyük Britaniya arasında vergi sahəsində məlumat mübadiləsi ilə bağlı müzakirələr aparılıb

◼️İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Böyük Britaniya Vergi və Gömrük Administrasiyasının (HMRC) baş icraçı direktorunun müavini xanım Ancela MakDonald ilə videokonfrans formatında görüş keçirib.

◼️Görüşdə iki qurum arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin, irəli sürülən təşəbbüslərin əhəmiyyəti vurğulanıb və qarşılıqlı əlaqələrin gücləndirilməsi sayəsində əldə edilmiş nəticələrdən məmnunluq ifadə olunub.

◼️Görüş zamanı vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində strateji hədəflər və dayanıqlı iqtisadiyyatın inkişafı istiqamətində həyata keçirilən islahatlar müzakirə edilib, vergi mühitinin təkmilləşdirilməsi ilə bağlı layihələr üzrə əməkdaşlıq və birgə fəaliyyətin təşkili mexanizmləri barədə fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı ölkəmizin IOTA-ya prezidentliyi dövründə müəyyənləşdirilmiş prioritetlər və Təşkilat çərçivəsində fəaliyyətin əlaqələndirilməsi məsələlərinə də toxunulub.

◼️Görüşdə Azərbaycan və Böyük Britaniya arasında vergi sahəsində məlumat mübadiləsi, təcrübə proqramlarının təşkili, ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatı barədə müzakirələr aparılıb. Birgə fəaliyyətin qlobal vergi mühitində şəffaflığın artırılması, səmərəli işbirliyinin təşkili və vergidən yayınma hallarının azaldılması üçün faydaları diqqətə çatdırılıb.

Azərbaycan iqtisadiyyatı

29 Nov, 14:07


🔤🔤🔤🔤🔤

🇦🇿🇸🇪 İsveç Vergi Agentliyi ilə birgə fəaliyyətin perspektivləri müzakirə edilib

◼️İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) prezidenti Orxan Nəzərli İsveç Vergi Agentliyinin baş direktoru xanım Ketrin Vestlinq Palm ilə videokonfrans formatında görüş keçirib.

◼️Görüşdə ölkələrimiz arasında ikitərəfli iqtisadi münasibətlərin müxtəlif sahələrdə, o cümlədən vergi sahəsində uğurla inkişaf etdiyi bildirilib və görüşün əməkdaşlıq perspektivlərinin müzakirəsi baxımından önəmi qeyd olunub. Qarşılıqlı əlaqələrin gücləndirilməsi sayəsində əldə edilmiş nəticələrdən məmnunluq ifadə edilib.

◼️Görüş zamanı ölkəmizin IOTA-ya prezidentliyi dövründə müəyyənləşdirilmiş hədəflərin reallaşdırılması imkanları müzakirə olunub. Tərəflər IOTA-nın fəaliyyətinin təkmilləşdirilməsinin uzunmüddətli strateji hədəflər və dayanıqlı prinsiplər əsasında həyata keçirilməsi məqsədilə təklifləri nəzərdən keçirib, təşkilatın təşəbbüslərinin vergi administrasiyaları tərəfindən dəstəklənməsi, maliyyələşmə imkanlarının artırılması və səmərəli mexanizmlərin rolu barədə fikirlərini bölüşüblər.

◼️Görüşün davamında DVX və İsveç Vergi Agentliyinin IOTA çərçivəsində əməkdaşlığının səmərəliliyinin artırılması istiqamətində təkliflər nəzərdən keçirilib. Birgə fəaliyyətin prioritet istiqamətləri, vergi orqanlarının beynəlxalq əlaqələrinin təşviqi sahəsində görülən işlər və perspektiv layihələr barədə müzakirələr aparılıb.

Azərbaycan iqtisadiyyatı

29 Nov, 14:01


29.11.2024

Düşənbədə SPECA üzrə tədbirlər keçirilib

Nazirlər Kabinetinin nümayəndəlik xərcləri, işçilərin mənzil və yemək xərcləri ilə bağlı qərarının tətbiqi barədə

DVX vətəndaşları sahibkarlıq fəaliyyəti üzrə səlahiyyətlərini üçüncü şəxslərə həvalə edərkən diqqətli olmağa çağırır

Ayxan Qədəşov: “Aqrar sənaye məhsullarının ixracı üçün yeni bazarlar axtarışındayıq”

Azərbaycan iqtisadiyyatı

29 Nov, 13:48


Ekoloji, sosial və korporativ idarəetmə standartları üzrə alt-qrupunun növbəti iclası keçirilib

◼️Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərlik etdiyi “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları üzrə alt-qrupunun növbəti iclası keçirilib.

◼️Onlayn formatda təşkil olunmuş iclasda alt-qrupda təmsil olunan 30-a yaxın dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər.

◼️Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət vә sənaye mәsәlәlәri şöbәsinin sektor müdiri Vüsal Şıxәliyev və ESG standartları üzrə alt-qrupun rəhbəri, KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov alt-qrup çərçivəsində görülmüş işlər və nəzərdə tutulan tədbirlər barədə məlumat veriblər. Qeyd edilib ki, 2024-cü ildə ESG üzrə milli standart qəbul edilib, vahid platforma – www.esghub.az istifadəyə verilib və Bakıda keçirilmiş COP29 çərçivəsində portal geniş ictimaiyyətə təqdim olunub. Alt-qrupun bir sıra iclasları keçirilib, eyni zamanda ESG üzrə konfrans təşkil olunub.

◼️İclasda həmçinin, ESG üzrə vahid platformanın effektiv idarə olunmasına dair təqdimat keçirilib, alt-qrupun 2025-ci il üçün Yol Xəritəsinə dair fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, növbəti il üzrə alt-qrupun Yol Xəritəsində ESG üzrə həyata keçirilən təşəbbüslərin davam etdirilməsi, bu sahədə məlumatlığın artırılması, milli standartın təbliği və tətbiqinin genişləndirilməsi, ESG üzrə vahid platformanın inkişaf etdirilməsi və bu portaldan istifadə səviyyəsinin yüksəldilməsi, ESG üzrə hesabatlıq və təşviq mexanizmlərinin hazırlanması məsələləri nəzərə alınacaqdır.

Azərbaycan iqtisadiyyatı

29 Nov, 12:51


🔤🔤🔤🔤🔤

Düşənbədə SPECA üzrə tədbirlər keçirilib

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin rəhbərlik etdiyi nümayəndə heyəti Tacikistanın paytaxtı Düşənbədə SPECA Rəhbər Şurasının 19-cu sessiyası, SPECA 2024 İqtisadi Forumu və SPECA Etimad Fondunun Rəhbər Komitəsinin ilk iclasında iştirak edib.

▶️ Ətraflı: vergiler.az

Azərbaycan iqtisadiyyatı

29 Nov, 12:22


Meyvə bağları və əkin sahələri üzrə aqrar sığorta ödənişlərində 4 dəfə artım var

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi genişlənməkdə, aqrar sığortadan faydalanan fermer və təsərrüfatların sayı və onlara sığorta ödənişlərinin məbləği artmaqdadır. Xüsusilə meyvə bağları və əkin sahələrinə dəyən zərərlər üzrə ödənişlərin məbləği və tezliyi kəskin artıb.

▶️ Ətraflı: vergiler.az

Azərbaycan iqtisadiyyatı

29 Nov, 11:51


🗣️ Aleksey Overçuk: “Rusiya-Azərbaycan sərhədindən yükdaşımaların həcmi 5 dəfə artıb”

◼️Rusiya-Azərbaycan sərhədindən yükdaşımaların həcmi 5 dəfə artıb. Rusiya hökuməti beynəlxalq buraxılış məntəqələrinin modernləşdirilməsinə böyük diqqət yetirir. Elə dünən RF hökumətinin sədri Mixail Mişustin bu məsələni qaldırıb.

◼️Bu barədə jurnalistlərə Moskvada keçirilən MDB İqtisadi Şurasının 104-cü iclası çərçivəsində Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk bildirib. O, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qitəmizin şimal bölgələri, Şərq və Qlobal Cənub ölkələri arasında təkmilləşdirilmiş əlaqəni təmin edən əsas istiqamət olduğunu vurğulayıb.

◼️“Rusiya hökumətinin yeni tərkibində ilk dəfə olaraq nəqliyyat və logistika komponentlərinə cavabdeh olan Baş nazirin müavini vəzifəsi təsis edilib. “Şimal-Cənub” dəhlizi qitənin şimalı, Şərq ölkələri və Qlobal Cənub arasında əlaqəni təmin edən ən mühüm istiqamətlərdən biridir. Söhbət cənub istiqamətində yeni marşrutların, yeni beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasından və inkişafından gedir. Biz bu problemi hərtərəfli nəzərdən keçiririk. Bu, Qara dəniz, Cənubi Qafqaz və Xəzər regionlarına aiddir”, -deyə A.Overçuk bildirib.

◼️Rusiya hökuməti başçısının müavini qeyd edib ki, Rusiya həm də Xəzər dənizinin sahili ilə Rusiya-Azərbaycan ərazisindən keçən və daha sonra İrana gedən qərb marşrutunu fəal şəkildə inkişaf etdirir.

◼️A.Overçuk vurğulayıb: “Bu istiqamətdə çox fəal iş gedir. Bununla yanaşı, burada artıq Azərbaycandan keçməklə Rusiya-İran sərhədini birləşdirən avtomobil marşrutu – müasir yol mövcuddur. Bu yol artıq fəaliyyət göstərir və Rusiya-Azərbaycan sərhədindən yükdaşımaların həcmi 5 dəfə artıb. Hökumətimiz beynəlxalq buraxılış məntəqələrinin təkmilləşdirilməsi və modernləşdirilməsinə böyük diqqət yetirir”.

AZƏRTAC

Azərbaycan iqtisadiyyatı

29 Nov, 11:20


🔤🔤🔤🔤🔤

DVX vətəndaşları sahibkarlıq fəaliyyəti üzrə səlahiyyətlərini üçüncü şəxslərə həvalə edərkən diqqətli olmağa çağırır


Çoxsaylı müraciətlərə baxmayaraq, qanunsuz gəlir əldə etmək məqsədilə ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək onların adlarına müxtəlif hüquqi şəxslərin təsis olunması ilə bağlı hallara hələ də rast gəlinir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində aparılan araşdırmalar zamanı müəyyən olunub ki, əksər hallarda vətəndaşlar müxtəlif yollarla aldadılır və etibarnamə alınmaqla, yaxud onlara məxsus elektron imzalardan istifadə edilməklə adlarına müxtəlif hüquqi şəxslər təsis edilir, qanunsuz əməliyyatlar aparılır və nəticədə, həmin hüquqi şəxslərin böyük məbləğlərdə vergi borcu yaranır.

▶️ Ətraflı: vergiler.az

Azərbaycan iqtisadiyyatı

29 Nov, 10:47


🌐 MDB ölkələri sənaye kooperasiyası üzrə əməkdaşlıq istiqamətlərini təsdiqləyiblər

Noyabrın 29-da Moskvada MDB İqtisadi Şurasının 104-cü iclası keçirilib. Rusiya hökuməti sədrinin müavini Aleksey Overçukun sədrliyi ilə keçirilən tədbirdə MDB-yə üzv dövlətlərin iqtisadi əməkdaşlığına dair geniş müzakirələr aparılıb. İclasda Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib.

MDB İcraiyyə Komitəsinin məlumatına görə, tədbir çərçivəsində İqtisadi Şuranın üzvləri bir sıra sənədləri təsdiqləyiblər:

MDB-yə üzv dövlətlərin vahid əmək bazarının və işçi qüvvəsinin miqrasiyasının tənzimlənməsinin mərhələli formalaşdırılması Konsepsiyası;

Atom enerjisindən dinc məqsədlərlə istifadədə təhlükəsizlik məsələlərinin təkmilləşdirilməsi üzrə tədbirlər kompleksi. Bu sənəd atom sahəsinin inkişafı üçün institusional əsasların təkmilləşdirilməsinə, o cümlədən Beynəlxalq Atom Enerjisi Agentliyinin tövsiyələrini nəzərə alaraq nüvə texnologiyalarının dinc istifadəsi proqramlarının inkişafında iştirak edən təşkilatlara elmi-texniki dəstəyin təmin edilməsinə yönəldilib.

Milli sənaye inkişaf strategiyaları əsasında sənayenin prioritet sahələrinin və sənaye kooperasiyası üzrə əməkdaşlıq istiqamətlərinin siyahısı. Sənəd MDB-yə üzv ölkələrin innovativ sənaye klasterlərinin formalaşmasının stimullaşdırılması, yeni texnologiyaların, materialların yaradılmasına, yeni kompetensiyaların və bacarıqların inkişafına yönəlmiş elmi tədqiqatlar və inkişaf işləri üzrə səylərin birləşdirilməsinə, qabaqcıl sənaye texnologiyaları və innovativ məhsul istehsalı sahəsində peşəkar hazırlıq, ixtisasartırma və yenidən hazırlıq sahəsində əməkdaşlığa yönəlib.

İqtisadi Şuranın növbəti iclası 2025-ci il aprelin 28-də Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək.

Azərbaycan iqtisadiyyatı

29 Nov, 09:31


🇦🇿🇭🇷 Xorvatiyaya xam neft məhsullarının ixracı artıb

◼️Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan Xorvatiyaya 842,6 milyon ABŞ dolları dəyərində 1,37 milyon tondan çox bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.

◼️Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricilərini dəyər ifadəsində 77,2 faiz və ya 367,18 milyon dollar, həcm baxımından isə 71,4 faiz və ya 572,5 min ton üstələyir.

ℹ️ Qeyd edək ki, cari ilin ilk 10 ayı ərzində ölkədən ümumilikdə 12,76 milyard dollar dəyərində 20,57 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Xorvatiya 3-cü yerdə qərarlaşıb və ixrac həcminin 6,68 faizi məhz bu ölkənin payına düşüb.

Azərbaycan iqtisadiyyatı

29 Nov, 08:43


Daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

“Startap” şəhadətnaməsinin verilməsi üzrə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yaradılmış Ekspertlər Şurasının növbəti iclası keçirilib. İclasda KOB subyektlərindən daxil olmuş 15 müraciətə baxılıb və onlardan 8-nə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib.

“Startap” şəhadətnaməsi almış KOB subyektləri və layihələri:

"Navimax" MMC - GPS izləmə platforması,

Fiziki şəxs İnqlab Rzayev - kənd təsərrüfatı məhsullarının satışı və çatdırılması üçün “Bazardan” mobil tətbiqi;

“Firstit” MMC - kofeşop, kafe və restoranlarda abunəlik və keşbek funksiyalı alış imkanı verən mobil tətbiq;

“Oenva” MMC - onlayn intellektual oyun platforması;

"EcoRide" MMC - kuryer çatdırılma xidmətinin təşkili üçün onlayn platforma;

“Kiber Təhlükəsizlik Platforması” MMC - kibertəhlükəsizlik sahəsində praktiki bacarıqların inkişaf etdirilməsi üçün onlayn platforma;

“E-mza” MMC - sənədlərin elektron hazırlanması, elektron imza ilə təsdiq olunması, saxlanılması və idarəedilməsi üçün onlayn platforma;

“Mopsn” MMC - müxtəlif xidmətlərin satışı üçün mobil tətbiq.

Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 182-yə çatıb. “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar:

▶️ https://smb.gov.az/

Azərbaycan iqtisadiyyatı

29 Nov, 08:10


🔤🔤🔤🔤🔤

Nazirlər Kabinetinin nümayəndəlik xərcləri, işçilərin mənzil və yemək xərcləri ilə bağlı qərarının tətbiqi barədə

◼️Məlum olduğu kimi, 2024-cü ilin yanvarın 1-dən Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, biznes subyektləri tərəfindən çəkilmiş nümayəndəlik xərclərinin, işçilərlə bağlı mənzil və yemək xərclərinin, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclərin Nazirlər Kabinetinin müəyyən etdiyi normada və qaydada gəlirdən çıxılması nəzərdə tutulub.

◼️Nazirlər Kabinetinin 22 noyabr 2024-cü il tarixli 492 nömrəli Qərarı ilə “Nümayəndəlik xərclərinin, işçilərin mənzil və yemək xərclərinin, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərlə, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması normaları və Qaydası” təsdiq edilib.

◼️Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin 2024-cü ilin yanvarın 1-dən qüvvəyə mindiyini nəzərə alaraq, vergi ödəyiciləri tərəfindən 2024-cü ilin yanvarın 1-dən həmin Qərarla müəyyən olunmuş qaydada çəkilmiş nümayəndəlik xərcləri, işçilərin mənzil və yemək xərcləri, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərlə, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclər təsbit olunmuş norma daxilində gəlirdən çıxılan xərclərə aid edilir.

Azərbaycan iqtisadiyyatı

29 Nov, 07:37


📊 Milli Ödəniş Sistemləri ilə aparılan əməliyyatların həcmi artıb

◼️Bu ilin yanvar-oktyabr aylarında Milli Ödəniş Sistemləri (AZİPS, XÖNKS, AÖS) vasitəsilə aparılan tranzaksiyaların ümumi həcmi 606,3 milyard manatı, sayı isə 139,1 milyonu ötüb.

◼️Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, ötən ilin eyni dövrünə nisbətdə aparılan əməliyyatların həcmində 14 faiz, sayında isə 11,3 faiz artım qeydə alınıb.

◼️Cari ilin ilk 10 ayında AZİPS vasitəsilə 1,79 milyon əməliyyat üzrə 562,3 milyard manat, XÖNKS vasitəsilə 136,6 milyon əməliyyat üzrə 42,88 milyard manat, AÖS ilə isə 629,9 min əməliyyat üzrə 1,178 milyard manat həcmində ödəniş həyata keçirilib.

Azərbaycan iqtisadiyyatı

29 Nov, 07:04


Qars Ticarət və Sənaye Palatasının nümayəndələri ilə görüş keçirilib

◼️İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da Qars Ticarət və Sənaye Palatasının nümayəndə heyəti ilə görüş keçirilib. Görüş zamanı qarşılıqlı əməkdaşlıq perspektivləri, birgə təşəbbüslər və tərəfdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.

◼️AZPROMO tərəfindən Azərbaycanın biznes və investisiya imkanları, xüsusi iqtisadi zonalar, işğaldan azad edilmiş ərazilər, eləcə də xarici investorlar üçün yaradılmış geniş imkanlar barədə məlumat təqdim edilib.

◼️Tərəflər arasında həmçinin 2025-ci ilin birinci rübündə Türkiyəyə planlaşdırılan işgüzar səfər çərçivəsində əməkdaşlıq və əlaqələrin daha da genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.

Azərbaycan iqtisadiyyatı

29 Nov, 06:31


0️⃣0️⃣0️⃣0️⃣

🗣️ Ayxan Qədəşov: “Aqrar sənaye məhsullarının ixracı üçün yeni bazarlar axtarışındayıq”

Ölkəmizdə istehsal olunan qida və qeyri-qida məhsullarının dünya bazarına çıxışını dəstəkləyən “Azexport” portalı ixrac coğrafiyasını genişləndirmək məqsədilə yeni bazarları nəzərdən keçirir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu portal sahibkarların işini asanlaşdıracaq yeniliklər də təqdim edir. Məsələn, beynəlxalq sertifikatların əldə edilməsi üçün Latviya şirkəti ilə razılıq əldə olunub. Azərbaycan məhsullarını Amazon, eBay kimi beynəlxalq elektron ticarət saytlarında satan sahibkarlarımızın ödənişlərini daha rahat ala bilməsi üçün “Payoneer”lə danışıqlar gedir. “Azexport” portalının rəhbəri Ayxan Qədəşov son yeniliklərlə bağlı “vergiler.az”ın suallarını cavablandırıb.

▶️ Ətraflı: vergiler.az

Azərbaycan iqtisadiyyatı

28 Nov, 14:47


🔤🔤🔤🔤🔤

🇦🇿🇪🇹 Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub

◼️İqtisadiyyat naziri Mikayıl Cabbarov Efiopiyanın Baş nazirinin ofisində dövlət naziri Aklilu Tadessenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

◼️Görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlıq potensialının reallaşdırılmasının əhəmiyyəti vurğulanıb, ticarət, investisiya, yaşıl enerji sahələrində tərəfdaşlıq imkanları nəzərdən keçirilib.

◼️Əlaqələrin inkişafına dəstək məqsədilə hüquq-müqavilə bazasının genişləndirilməsinin, biznes subyektlərinin iştirakı ilə işgüzar tədbirlərin təşkilinin, eləcə də qarşılıqlı maraq doğuran sahələrdə təcrübə mübadiləsinin həyata keçirilməsinin məqsədəuyğunluğu vurğulanıb.

◼️Tərəflər Azərbaycanın sənaye parkları sahəsində təcrübəsindən istifadə və işgüzar dairələr arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

Azərbaycan iqtisadiyyatı

06 Nov, 11:53


Nüvə enerjisi uzunmüddətli enerji strategiyasında elementlərdən birinə çevrilə bilər

◼️Kiçik modul reaktorlar da daxil olmaqla nüvə enerjisi Azərbaycanın uzunmüddətli enerji strategiyasında enerji keçidini dəstəkləyən elementlərdən birinə çevrilə bilər.

◼️Energetika Nazirliyindən verilən məlumata görə, bunu nazir Pərviz Şahbazov İtaliyanın Roma şəhərində keçirilən Dünya Termo Nüvə Enerjisi Qrupunun ilk Nazirlər İclasında çıxış edərkən deyib.

◼️Onun sözlərinə görə, Azərbaycan bu sahədə beynəlxalq öhdəliklərinə sadiq qalaraq və qabaqcıl təcrübələri mənimsəyərək, enerji sektorunda yeni texnologiyaların tətbiqi üçün Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlığa hazırdır.

◼️Nazir Azərbaycan üçün 2024-2029-cu illəri əhatə edən “Ölkə üzrə Çərçivə Proqramı”nın nüvə texnologiyaları sahəsində Agentlik ilə əməkdaşlığın inkişafına və enerji sektoruna mühüm töhfə verəcəyini bildirilib.

◼️O da qeyd edilib ki, Azərbaycan nüvədən dinc məqsədlərlə istifadə prinsipinə sadiqdir və COP28, Nüvə Enerjisi Sammitindən sonra COP29-un da iqlim dəyişikliyi ilə mübarizədə nüvə enerjisinin əhəmiyyətini vurğulayan və onu təşviq edən bir platforma olmasına xüsusi diqqət yetirəcək.

Azərbaycan iqtisadiyyatı

06 Nov, 11:21


🇦🇿🇱🇹 Litva ilə ticarət dövriyyəsi 20 faizədək artıb

◼️Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın Litva ilə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin eyni dövrünə nisbətdə 19 faiz artaraq 51,9 milyon dolları üstələyib.

⬆️⬇️İxrac – idxal:

🇦🇿 Azərbaycandan Litvaya ixrac: 3,78 milyon dollar (+2,7 dəfə)

🇱🇹 Litvadan Azərbaycana idxal: 48,2 milyon dollar (+14 faiz)

Cari ilin ilk 9 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Litva ilə ticarətin payı 0,15 faiz təşkil edib.

▶️ Mənbə: Dövlət Gömrük Komitəsi

Azərbaycan iqtisadiyyatı

06 Nov, 10:57


🔤🔤🔤🔤🔤

Dövlət Vergi Xidməti nəzarət tədbirlərini davam etdirir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürülməklə həyata keçirilməsi hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirlərini davam etdirir.

▶️ Ətraflı: vergiler.az

Azərbaycan iqtisadiyyatı

06 Nov, 10:19


🔤🔤🔤🔤🔤

Azərbaycan Mikromaliyyə Assosiasiyası İctimai Birliyi ilə görüş keçirilib


◼️İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinliklərin və təkliflərinin öyrənilməsi istiqamətində qarşılıqlı əməkdaşlığı və görüşləri davam etdirir.

◼️Dövlət Vergi Xidməti tərəfindən təşkil edilmiş növbəti belə görüş Azərbaycan Mikromaliyyə Assosiasiyası İctimai Birliyinin nümayəndələri ilə onlayn formatda keçirilib. Görüşdə DVX ilə BOKT-lar arasında məlumatların inteqrasiyası prosesinin təkmilləşdirilməsinə və vergi azadolmalarına dair təkliflər səsləndirilib, inzibatçılığın və hesabatlılığın sadələşdirilməsi ilə bağlı müzakirələr aparılıb, iştirakçıların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı sualları cavablandırılıb.

◼️Dövlət – biznes əməkdaşlığının inkişafı və vergitutma mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı sahibkarların rəy və təkliflərinin öyrənilməsi istiqamətində görüşlərin davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.

Azərbaycan iqtisadiyyatı

06 Nov, 09:44


🔤🔤🔤🔤🔤

Rəqəmsal İqtisadiyyat üzrə Tərəfdaşlıq Sazişi (DEPA) imzalanıb

◼️Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə Görüşü çərçivəsində üzv dövlətlər arasında Rəqəmsal İqtisadiyyat üzrə Tərəfdaşlıq Sazişi (DEPA) imzalanıb.

◼️İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşəbbüsü ilə hazırlanan sənədin icrası TDT üzv dövlətləri arasında elektron ticarətin inkişafı, qanunvericiliyin uyğunlaşdırılması, gömrük tənzimləmələri, maliyyə texnologiyaları (FinTech) kimi mühüm istiqamətlərdə əməkdaşlığımızı dərinləşdirəcək.

◼️Bununla yanaşı, təşkilata üzv dövlətlər arasında rəqəmsal ticarətdə istehlakçı hüquqlarının müdafiəsi və kibertəhlükəsizlik sahələrində imkanlarımızı birləşdirməyə töhfə verəcəkdir.

Azərbaycan iqtisadiyyatı

06 Nov, 09:16


🔤🔤🔤🔤🔤

DVX nümayəndələri beynəlxalq konfransda iştirak edib


Qətərin paytaxtı Doha şəhərində Qətər Maliyyə Mərkəzinin (QFC) dəstəyi ilə “İnnovativ Reyestrlər - Gələcəyin Biznes Təminatçıları” mövzusunda Korporativ Qeydiyyatçılar Forumunun (CRF) İllik Konfransı keçirilib. Tədbirdə ölkəmizi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinin rəisi Mirzə Mirzəyev və Maliyyə monitorinqi şöbəsinin rəisi Orxan Abdinov təmsil ediblər.

▶️ Ətraflı: vergiler.az

Azərbaycan iqtisadiyyatı

06 Nov, 09:04


🇦🇿 Prezident: Son dövrlər Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb

◼️Son dövrlər Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb.

◼️Bu sözləri Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı söyləyib.

◼️Dövlətimizin başçısı vurğulayıb ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə, 2024-cü ilin yanvar-sentyabr aylarında üzv və müşahidəçi dövlətlər ilə tranzit daşımalarının həcmində 15 faizə yaxın artım müşahidə edilir.

AZƏRTAC

Azərbaycan iqtisadiyyatı

06 Nov, 08:47


🇦🇿 Azərbaycan Prezidenti: Əminəm ki, TDT-yə üzv ölkələr COP29-un işində fəal iştirak edəcəklər

◼️Əminəm ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr COP29 konfransının işində fəal iştirak edəcəklər.

◼️Bunu Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.

◼️Azərbaycanın yaxın günlərdə COP29 iqlim konfransına ev sahibliyi edəcəyini xatırladan dövlətimizin başçısı keçən ilin dekabrında 200-ə yaxın ölkənin Azərbaycanın namizədliyini yekdilliklə dəstəklədiyini, bunun beynəlxalq aləmin ölkəmizə böyük hörmətinin və dəstəyinin təzahürü olduğunu diqqətə çatdırıb.

AZƏRTAC

Azərbaycan iqtisadiyyatı

06 Nov, 08:31


🇦🇿 Prezident İlham Əliyev: Orta Dəhlizin rəqəmsallaşdırılması istiqamətində bir sıra layihələr icra olunur

◼️Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur.

◼️Bu barədə Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı bildirib.

◼️“Bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir edəcək”, - deyə dövlətimizin başçısı əlavə edib.

AZƏRTAC

Azərbaycan iqtisadiyyatı

06 Nov, 08:05


❇️ TDT-yə üzv dövlətlərin Mərkəzi Banklar Şurasının yaradılması haqqında Memorandum imzalanıb

◼️Türk Dövlətləri Təşkilatının (TDT) Bişkekdə keçirilən 11-ci sammiti çərçivəsində “Türk Dövlətləri Təşkilatına üzv Dövlətlərin Mərkəzi Banklar Şurasının yaradılması haqqında” Memorandum imzalanıb.

◼️Qırğızıstan Milli Bankının məlumatına görə, sənədi Qırğızıstan Milli Bankının sədri Melis Turqunbayev, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov, Qazaxıstan Milli Bankının sədri Timur Suleymenov, Türkiyə Mərkəzi Bankın sədri Fatih Karahan və Özbəkistan Mərkəzi Bankının sədri Mamarizo Nurmuratov imzalayıblar.

◼️Mərkəzi Banklar Şurasının yaradılması pul siyasəti, maliyyə sabitliyi, ödəniş sistemlərinin inkişafı, maliyyə texnologiyaları və digər sahələrdə təcrübə mübadiləsi məqsədilə mərkəzi banklar arasında səmərəli əməkdaşlığın gücləndirilməsi, birgə məsləhətləşmələrin və tədqiqatların aparılması məqsədi daşıyır.

Azərbaycan iqtisadiyyatı

06 Nov, 07:36


📈 Karbamid istehsalı 60 faizdən çox artıb

◼️Bu ilin yanvar-sentyabr aylarında ölkədə 472,8 min ton karbamid istehsal olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 61,3 faiz və ya 179,7 min ton çoxdur.

◼️Dövlət Statistika Komitəsinin hesabatına əsasən, oktyabr ayının 1-nə hazır məhsul ehtiyatı 54,1 min ton təşkil edib.

Azərbaycan iqtisadiyyatı

06 Nov, 07:05


🇦🇿 Prezident İlham Əliyev Bişkekdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə Görüşündə iştirak edir

AZƏRTAC

Azərbaycan iqtisadiyyatı

06 Nov, 06:19


İqlim problemlərinin həllinə dair növbəti “4SİM Talks” tədbiri keçiriləcək

◼️Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşkilatçılığı ilə noyabrın 15-də növbəti “4SİM Talks” tədbiri keçiriləcək.

◼️Mərkəzin məlumatına görə, COP29 ərəfəsində keçirilən tədbir iqlim dəyişikliyi ilə mübarizədə sənaye 4.0 texnologiyalarının rolu barədə olacaq.

◼️Beynəlxalq ekspertlər enerji sərfiyyatının optimallaşdırılmasında süni intellekt, iqlim problemlərinin həllində rəqəmsallaşmanın rolu və enerji sahəsində fəaliyyət göstərən startaplar mövzusunda təqdimatla çıxış edəcəklər.

◼️Tədbirdə iştirak etmək üçün https://forms.gle/DDgKLCUqMk6B1Jk47 səhifəsindən qeydiyyatdan keçmək olar.

◼️“4SİM Talks” 4SİM tərəfindən icra olunan bir təşəbbüsdür. Onun məqsədi dövlət, özəl sektor, eləcə də elm və təhsil müəssisələrinin süni intellekt, əşyaların interneti, böyük verilənlər bazası, bulud texnologiyası, blokçeyn, 3D çap, virtual və artırılmış reallıq kimi 4-cü Sənaye İnqilabı texnologiyaları, onların tətbiqi sahələri, üstünlükləri, uğurlu həllər haqda məlumat və maarifləndirilməsidir.

Azərbaycan iqtisadiyyatı

06 Nov, 05:44


Yeni üzüm bağlarının salınmasına dəstək mexanizmləri həyata keçirilir

◼️Bu il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınacaq üzüm bağlarının hər hektarına görə fermerlərə 8 min manat birdəfəlik əkin subsidiyası ödəniləcək.

◼️Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, qeyd olunan məbləğ Quba-Xaçmaz iqtisadi rayonu istisna olmaqla digər rayonlarda süfrə üzüm sortlarından, Qarabağ, Şərqi Zəngəzur, Şəki-Zaqatala, Gəncə-Daşkəsən, Dağlıq Şirvan və Qazax-Tovuz iqtisadi rayonlarında texniki üzüm sortlarından olan tinglərin əkildiyi, sahəsi azı 2 hektar olan, “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq sığortalanmış üzüm bağlarına görə ödəniləcək.

◼️Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2021-ci ilin sentyabrından bu ilin sentyabrına kimi salınan üzüm bağlarının hər hektarına görə 700 manat əkin subsidiyasının ödənilməsi nəzərdə tutulur. 2021-ci ilin sentyabrından əvvəlki tarixlərdə salınan bağlara görə isə fermerlərə hər hektara görə 250 manat subsidiya ödəniləcək.

◼️Yeni üzüm bağlarının salınmasının subsidiyalaşdırılması fermerlərin bağların salınmasına çəkdiyi xərcin bir hissəsinin dövlət tərəfindən qarşılanması deməkdir və bu dövlət dəstəyi mexanizmi ölkədə üzüm bağlarının sahəsinin genişlənməsinə əhəmiyyətli təsir göstərəcək.

Azərbaycan iqtisadiyyatı

05 Nov, 14:11


05.11.2024

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana səfərə gedib

Dəniz suyunun duzsuzlaşdırılması layihəsi üzrə təkliflər zərfinin açılması mərasimi keçirilib

Dövlət Vergi Xidmətində konsaltinq şirkətləri və ekspertlərlə görüş keçirilib

DVX insan resursları sahəsində beynəlxalq forumda təmsil olunub

Bu ilin 9 ayında sənaye zonalarına 223 milyon manat investisiya yatırılıb

Azərbaycan iqtisadiyyatı

05 Nov, 13:56


Sahibkarların sənaye zonalarına marağı artır

◼️Bu ilin yanvar-oktyabr aylarında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 27 sahibkarlıq subyektinə rezident statusu verilib.

◼️Agentliyin məlumatına görə, bunlardan 13-ü Ağdam Sənaye Parkının, 6-sı “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, 2-si Sumqayıt Kimya Sənaye Parkının, 1-i Pirallahı Sənaye Parkının, 1-i Hacıqabul Sənaye Parkının, 2-si Masallı Sənaye Məhəlləsinin, 2-si Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb.

◼️Qeydiyyata alınan rezidentlər tərəfindən sənaye zonalarına ümumilikdə 213 milyon manatdan çox investisiyanın yatırılması, 2600-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.

◼️Rezidentlər sənaye zonalarında fibrobeton və polistirolbeton blokların, quru inşaat qarışıqlarının, tamet daşların, yüksək gərginlikli elektrik enerjisinin ötürülməsi üçün müxtəlif metal elektrik dirəklərin, ortopedik matras və yumşaq mebellərin, mühərrik və sənaye yağlarının təkrar emalı ilə baza yağların, dəri və dəri məmulatlarının, led işıqların, su təmizləmə cihazları və onların ehtiyat hissələrinin, qan depolama və test qablarının və s. məhsulların istehsalını həyata keçirəcəklər.

ℹ️ Qeyd edək ki, indiyədək İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında investisiya həcmi 7,82 milyard manatdan artıq olan 129 sahibkarlıq subyektinə rezident statusu verilib.

Azərbaycan iqtisadiyyatı

05 Nov, 13:40


🔤🔤🔤🔤🔤

DVX insan resursları sahəsində beynəlxalq forumda təmsil olunub


Macarıstanın paytaxtı Budapeşt şəhərində Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) tərəfindən “İnsan yönümlü gələcəyə cavab verən vergi administrasiyasının yaradılması” mövzusuna həsr olunmuş İnsan resurslarının idarə edilməsi üzrə Forum keçirilib. 35 ölkədən 70-dən çox nümayəndənin iştirak etdiyi tədbirdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini (DVX) İnsan resursları baş idarəsinin rəisi Aytən Kərimova və həmin baş idarənin rəis müavini Leyla Babayeva təmsil ediblər.

▶️ Ətraflı: vergiler.az

Azərbaycan iqtisadiyyatı

05 Nov, 13:33


Bu ilin 9 ayında sənaye zonalarına 223 milyon manat investisiya yatırılıb

◼️Bu ilin yanvar-sentyabr aylarında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarına 223 milyon manat investisiya yatırılıb.

◼️Agentliyin məlumatına görə, hesabat dövründə 500-dək daimi iş yeri yaradılıb.

ℹ️ Qeyd edək ki, 2013-cü ildən indiyədək sənaye zonaları üzrə ümumi investisiya həcmi 7,88 milyard manat olan 157 sahibkarlıq subyektinə rezident statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,8 milyard manatdan çox investisiya yatırılıb və 10,5 mindən çox daimi iş yeri yaradılıb.