AzPolitika @azpolitika Channel on Telegram

AzPolitika

@azpolitika


2012 - ci ilin aprel ayının 1-dən fəaliyyət göstərən "AzPolitika.info" internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur ©️

AzPolitika (Azerbaijani)

AzPolitika Telegram kanalına xoş gəldiniz! Bu kanal, 2012-ci ilin aprel ayının 1-dən fəaliyyət göstərən AzPolitika.info internet portalının Telegram versiyasıdır. AzPolitika.info tam müstəqil informasiya siyasəti həyata keçirən bir media qurumudur. Bu kanalda Azərbaycan və dünyadan siyasi xəbərlər, analizlər, intervyular və daha bir çox maraqlı məlumatlar sizlərlə paylaşılacaq. Əgər siyasətə marağınız varsa və aktual siyasi məsələlərdə məlumat əldə etmək istəyirsinizsə, AzPolitika Telegram kanalını izləmək sizi məmnun edəcək. Bu kanalda obyektiv və etibarlı informasiya ilə dünyanın dövründə baş verən siyasi hadisələrlə əlaqəli məlumatlar əldə edəcəksiniz. AzPolitika, siyasi informasiyaları birmənalı şəkildə sizə çatdırmaq üçün fəaliyyət göstərən bir kanaldır. Bildiyiniz kimi, siyasət dünyasında tarafsız və obyektiv məlumatlar əldə etmək çətin olabilməkdədir. Bu səbəbdən AzPolitika Telegram kanalı sizin üçün ən doğru mənbəyi təqdim edir. Bizlə qalın, siyasi dünyanın izində olun!

AzPolitika

22 Feb, 06:22


⚡️"Global Media Group"un saytlarına yenidən xaker hücumu oldu

AzPolitika

21 Feb, 18:10


⚡️ Fransa nəşri Le Point” yazır ki, Tramp mayın 9-u Moskvaya səfər edəcək və Putinlə görüşəcək.

Onlar həm faşizm üzərində qələbəni, həm də Ukrayna məsələsində yekun nəticəni qeyd etməyi planlaşdırır.

AzPolitika

21 Feb, 17:54


❗️ Ukrayna ilə müharibədə Rusiyanın itirdiyi hərbçilərin dəqiq sayı müəyyənləşib.

BBC”“Mediazon”un birgə araşdırmasına görə adları dəqiqləşdirilən öldürülmüş hərbçilərin sayı 95 026 nəfərdir.

📍 Bu açıq mənbələrdən götürülmüş adbaad dəqiqləşdirilənlərin siyahısıdır. Real rəqəmlər isə şübhəsiz çox böyükdür.

Məlumatda o da qeyd olunur ki, təkcə bu il yanvarın 24-dən fevralın 21-nə qədər adları dəqiq bilinən itki sayı 5007 nəfərdir.

AzPolitika

21 Feb, 12:33


❄️🔴Qarlı, çovğunlu hava şəraiti ilə əlaqədar bir çox universitetlərdə iş saatları #qısaldılıb, dərslər hələki bu günlük #ləğv #edilib və online formaya keçirilib.

AzPolitika

21 Feb, 12:15


Hava şəraiti ilə əlaqədar Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində axşam dərsləri təxirə salınıb.

Həmçinin, ADA Universitetinin kampusu açıq olsa da, hava şəraiti ilə bağlı əməkdaşların evdən işləməsinə, dərslərin isə onlayn formatda keçirilməsinə icazə verilib.

Bildirilib ki, tələbələrin kampusa gəlməsi ilə bağlı heç bir qadağa və ya məhdudiyyət tətbiq edilmir.

AzPolitika

21 Feb, 09:01


Rəsmi: “Kəskin hava şəraiti ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi məqsədilə bu gün Bakı şəhəri və Abşeron rayonu ərazisində avtobuslar saat 21:30-dək fəaliyyət göstərəcək.

Sərnişinlərdən səfərlərini planlayarkən bunu nəzərə almalarını xahiş edirik. Hərəkət iştirakçılarına ehtiyatlı olmaları, kəskin hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələrini tövsiyə edirik”.

(c) Oxu/az

AzPolitika

21 Feb, 07:43


Qarlı hava şəraiti ilə əlaqəli olaraq 15 nəfər xəstəxanalıq olub.

Xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub. 2 nəfərə cərrahi müalicə tətbiq olunub.

AzPolitika

21 Feb, 07:32


AYNA: Hava şəraiti ilə əlaqədar avtobusların hərəkətində gecikmələr var.

AzPolitika

21 Feb, 07:24


📌Hal-hazırda yollard sıxlıq var, eyni zamanda yollar buz bağlayıb.

Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

AzPolitika

21 Feb, 07:20


✍️ Xırdalan sakini yazır:

⚠️ Nə avtobus var, nə də taksi. Xırdalan ictimai həyatdan təcrid olunub. Yollar şüşə kimidir, qum və duz səpilməyib. İnsanlar soyuqda bir ümidlə gözləyirlər.

AzPolitika

21 Feb, 07:16


Azərbaycanda ən çox qar yağan ərazilər açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, hazırda əksər ərazilərə qar yağır. Ən çox qar şimal-qərb bölgəsində müşahidə olunur.

Xidmət rəsmisi Gülnarə Abbasova bildirib ki, hazırda qarın hündürlüyü Zaqatalanın dağlıq ərazisi olan Əlibəydə 76, Qaxın dağ kəndi olan Sarıbaşda 52, Şəkidə 29 sm-dir.

AzPolitika

20 Feb, 11:29


MEDİA: Kütləvi kiber hücumun nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür

AzPolitika

20 Feb, 11:22


“Global Media Group”un nəzdində fəaliyyət göstərən onlayn resurslara kütləvi haker hücumu həyata keçirilir.

Bu kiberhücumlarla əlaqədar hazırda “AzPolitika.info” “Report.az”, “Oxu.az”, “Media.az”, “Baku TV”, “Baku.ws”, “Caliber.az” saytlarının fəaliyyətində problem yaranıb.
Serverlərə və saytların panelinə sızmalara cəhd edilir və saytların giriş səhifələrinə şəkillər yerləşdirilir.
Kütləvi kiberhücum cəhdinin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir, hazırda saytların işinin bərpa olunması istiqamətində iş aparılır.
Xüsusilə qeyd etmək istərdik ki, bu adi DDoS hücumu deyil, mütəşəkkil şəkildə təşkil olunmuş peşəkar kiberhücumdur.
Bütün bu hücumlarla bağlı səlahiyyətli rəsmi qurumlara məlumat verilib.

AzPolitika

20 Feb, 06:51


⚡️🇺🇸🇺🇦 ABŞ ilə Ukrayna arasında gərginlik davam edir.

🌎 Dünən Trampın Zekenskiyə “komediyaçı” və “diktator” deməsi dünyada və Ukraynada böyük rezonans doğurub.


🗣️ ABŞ vitse-prezidenti D.Vens: “Zelenski indi ölkəsinin ümumiyyətlə mövcud olmasının yeganə səbəbinə açıq şəkildə hücum edir. Və bu hədsizdir. Bu, biabırçılıqdır. Əslində bunun əks təsiri olacaq”.

🗣️ Trampın milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts: “D.Tramp Zelenskinin artan ritorikasına dözmək niyyətində deyil”.

🗣️ İlon Mask: “Zelenski Ukraynada media azadlığını bərpa etməsə və seçki keçirməsə Ukrayna xalqının iradəsini təmsil edə bilməz”.

🗣️ Zelenskinin keçmiş müşaviri Arestoviç: “Məndə olan məlumata görə, Tramp Zelenskinin ətrafına sanksiya tətbiq edə bilər”.

AzPolitika

19 Feb, 08:46


#RƏSMİ! İndiyədək verdiyimiz şəhidlərin sayı açıqlandı

⏱️1988-2024-cü illər ərzində:

3493 nəfəri mülki,
15.357 nəfəri hərbi qulluqçu,
Ümumilikdə 18.850 şəxs qəsdən ö*dürülüb.

4435 nəfəri mülki,
51.803 nəfəri hərbi qulluqçu,
Ümumilikdə 56.268 şəxs yaralanıb.

🇦🇿ŞƏHİDLƏRİMİZİN RUHLARI ŞAD OLSUN‼️

AzPolitika

19 Feb, 07:37


İran Prezidenti Məsud Pezeşkian bu ölkədə səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədovu azərbaycanca salamlayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Məhəmmədhüseyn Şəhriyarın şeirini azərbaycanca səsləndirdiyi üçün Pezeşkiana xəbərdarlıq edilmişdi

AzPolitika

19 Feb, 06:36


Bakıda və Abşeron yarımadasında bu gün axşamdan başlayaraq arabir yağış yağacağı, sabah səhərdən bəzi yerlərdə sulu qara keçəcəyi, axşam və 21-də arabir qar yağacağı gözlənilir.

AzPolitika

18 Feb, 12:26


🇷🇺 Rusiya nümayəndə heyəti Ər-Riyaddakı görüş haqda:

▪️ Danışıqlar 4 saatdan çox davam edib.

▪️ Bəzi mövzularda çox ciddi danışıqlar oldu.

▪️ ABŞ və Rusiya ikitərəfli münasibətin inkişaf etdirilməsində razılıq əldə edib. Bunda hər iki tərəf maraqlıdır.

▪️ Prezidentlərin görüşü çətin ki, gələn həftə baş tutsun, dəqiq tarix demək çətindir.

▪️ Hələ ki, ABŞ ilə Rusiyanın mövqelərinin üst-üstə düşdüyünü demək olmaz, amma əsas odur ki, ilk təmaslar oldu.

AzPolitika

18 Feb, 08:53


Avropa Birliyi Ukraynaya 700 milayrd avroluq yardım paketi ayıra bilər.

🇩🇪 Almaniya XİN bəyan edib ki, "Ukraynaya indiyə qədər bu böyüklükdə yardım paketi ayrılmayıb. hazırda onun üzərində iş gedir, detallar dəqiqləşdirilir".

AzPolitika

18 Feb, 08:07


🇷🇺🇺🇸 Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətlərinin tarixi görüşü başlayıb.

🇷🇺 Rusiyanı Xarici İşlər naziri Sergey Lavrov, Putinin köməkçisi Yuriy Uşakov və Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kiril Dmitriyev təmsil edir.

🇺🇸 ABŞ-ni dövlət katibi Marko Rubio, Trampın milli təhlükəsizlik müşaviri Maykl Uolts və Trampın Yaxın Şərq məsələri üzrə xüsusi nümayəndəsi Stiven Uitkof təmsil edir.

Görüşün əsas müzakirə mövzusu tərəflər arasında dialoqun və etimadın bərpasıdır. Eyni zamanda Ukrayna böhranına dair müzakirələr aparılacaq.

AzPolitika

18 Feb, 08:06


Paytaxtda qəribə qəza:

AzPolitika

17 Feb, 12:14


👀 Ötən il Azərbaycanda 58 kişi qadın tərəfindən zorakılığa məruz qalıb.

AzPolitika

17 Feb, 11:50


⚡️Keçmiş baş prokuror İlyas İsmayılov 87 yaşında vəfat edib.

O, 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub.

1985-1990-cı illərdə baş prokuror, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib.

Milli Məclisin III və IV çağırış deputatı olub.

İ.İsmayılov 2001-ci ildən etibarən Ədalət Partiyasına sədrlik edir.

AzPolitika

17 Feb, 07:28


Ukrayna SQ Kurskda rusların hərbi kolonunu darmadağın edib.

Üzərində SSRİ bayrağı olan tank və digər zirehli texnika FPV dronları ilə vurulub.

Rusiyalı voenkorlar bu hadisəni daxildəki xəyanətlə əlaqələndiriblər.

AzPolitika

17 Feb, 06:49


🛑 Tehranda Azərbaycan türkcəsində şeir deyən 🇮🇷 İran prezidentinə xəbərdarlıq edildi.
Məsud Pezeşkian Təbrizin Tehranda keçirilən mədəniyyət həftəsində dahi Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın şeirini oxuyarkən xəbərdarlıq edilib və yarıda dayandırılıb.

Özü Güney Azərbaycandan olan və uzun illər İran parlamentində təbrizliləri təmsil edən Pezeşkian, bu mərasimdə öz ana dilində bir neçə misra şeiri bitirə bilməyib və dayanmağa məcbur olub.

AzPolitika

17 Feb, 05:43


❗️ Bu gündən Azərbaycanın universitetlərində yaz semestri başlayır.

Dərslər mayın 31-dək davam edəcək.

AzPolitika

15 Feb, 08:49


Mart ayında Novruz və Ramazan tətilləri də daxil olmaqla 18 gün qeyri-iş günüdür.

Martın 20-dən ardıcıl 12 gün (20,21,22,23,24,25,26,27,28,29,30 və 31-i) tətildir.

Şənbə-bazar və 8 Mart tarixini də əlavə etsək martda 18 gün iş olmayacaq.

Qeyd edək ki, Ramazan bayramı 30 və 31 marta təsadüf edəcək.

AzPolitika

15 Feb, 07:59


⚡️📺 Xəbər bloku

🇦🇿 Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimi fevralın 16-da keçiriləcək.

⬇️ Dünya bazarında Azərbaycan nefti ucuzlaşmağa davam edir. Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,24 ABŞ dolları, yaxud 0,31 % azalaraq 76,61 ABŞ dolları təşkil edib.

🚇 Bakı Metropoliteni” QSC-nin külli miqdarda vergi borcu var. Qurumun sədri Vüsal Aslanovun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 1 721 212.03 manat vergi borcu yaranıb.

🚑 Bakının Binəqədi qəsəbəsində ər-arvad - 46 yaşlı H. Ə. və həyat yoldaşı 45 yaşlı F. Ə. yaşadıqları evin hamam otağında dəm qazından zəhərlənərək ölüblər.

Bu gün İsrail və HƏMAS arasında növbəti girov-məhbus mübadiləsi baş tutacaq. HƏMAS qarşı tərəfə 3 girov verəcək, İsrail isə 300-dən çox məhbusu azad edəcək.

🗣️ Zelenski: ABŞ-nin köməyi olmadan Ukraynanın sağ qalmaq şansı çox aşağı olacaq

🇺🇸 ABŞ ordusu transgenderlərin işə qəbulunu dayandırıb.

⚽️ “PSJ” "Liverpul"un müdafiəçisi İbrahima Konateni transfer etmək niyyətindədir.

AzPolitika

14 Feb, 16:29


Bakıda hazırkı vəziyyət.

AzPolitika

14 Feb, 10:07


“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun tələblərinin pozulmasına görə tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizi hərbi qulluqçuların
maaşlarına əlavə veriləcək.

AzPolitika

14 Feb, 07:55


Bir qrup rus hərbçisi Ukrayna hərbçilərinə təslim olur:

AzPolitika

13 Feb, 17:55


💥 Polis Bakıda narkotik əməliyyatı keçirir

AzPolitika

13 Feb, 12:08


Pensilvaniya universitetinin ikinci kurs tələbəsi Nihat Həsənin 44 günlük Vətən müharibəsində qazanılan zəfərlə bağlı çıxışı:

AzPolitika

13 Feb, 10:00


"Sputnik" və BBC-nin Azərbaycan nümayəndəlikləri bağlanır.

"Caliber" yazır: Azərbaycan mövcud uyğunsuzluğun aradan qaldırılması üçün xarici KİV-in ölkəmizdəki nümayəndəlik və filiallarının faktiki fəaliyyətinə müəyyən düzəlişlər etmək qərarına gəlib.

Məlumata görə, bu düzəlişlər əsasən "Rossiya seqodnya" beynəlxalq informasiya agentliyinin ölkədə filialı kimi fəaliyyət göstərən "Sputnik-Azərbaycan" nəşrini və "BBC News Azərbaycanca"nı əhatə edir.

AZƏRTAC-ın Rusiyada cəmi bir əməkdaşı varsa, "Rossiya seqodnya"nın da ölkəmizdə eyni sayda müxbiri fəaliyyət göstərəcək.

Qeyd edək ki, "Rossiya seqodnya"nın Bakı bölməsinin işinə 40-a yaxın adam cəlb olunub. Filialın özünün isə ləğv edilməsi gözlənilir.

AzPolitika

07 Feb, 12:18


Yaxın 3 gün ərzində ölkə ərazisində qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti hökm sürəcək, dağlıq və dağətəyi ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

AzPolitika

07 Feb, 12:17


https://azpolitika.info/?p=783623

AzPolitika

07 Feb, 08:58


Azərbaycanda hərbi xidmətə çağırış yaşının azaldılması ilə əlaqədar hazırda yaşı 31,5-dən çox olanların ordudan tərxisinə başlanılıb.

AzPolitika

07 Feb, 08:26


DİN: İki azyaşlı tərəfindən onlayn oyuna çoxsaylı oyunçu təşviq etmək üçün 25 məktəbliyə vərəqələr verilib.

Polis əməkdaşları tərəfindən bütün xüsuslar tam və hərtərəfli araşdırılıb və yoxlanılıb.

İş üzrə əməldə ictimai təhlükəli hal aşkar olunmayıb, kriminal tərkib yoxdur.

Qeyd edək ki, ötən gün məktəbdə şagirdə naməlum kağız və nömrə verilməsi onun valideynlərini narahat etmişdi.

AzPolitika

06 Feb, 13:27


Bakıdakı "Rus Evin"in ölkə qanunvericiliyini ciddi şəkildə pozmasına görə Azərbaycan Rusiyaya nota verib.

AzPolitika

06 Feb, 12:19


Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilərək maliyyə naziri təyin edilib.

AzPolitika

06 Feb, 07:02


⚡️ Bu gün hərbi cinayətlərdə ittiham olunan erməni əsilli şəxslərin cinayət işi üzrə məhkəmə istintaqı başlayır.

📜 Bakı Məhkəmə Kompleksində keçiriləcək ilk baxış iclasında prokurorlar ittiham aktını elan edəcəklər.

📍 Saat 11:00 da başlayacaq açıq məhkəmə iclasında Ruben Vardanyana verilmiş ittihamlar tək-tək oxunacaq. Bu iş də kifayət qədər iri həcmlidir.

📍 Müddət yetərsə, prosesin davamında Vardanyanın təqsirləndirildiyi cinayətlərə münasibəti də bilinəcək.

📍 Günün ikinci yarısında isə içlərində Arayik Harutyunyanın da olduğu dəstənin baxış iclası keçiriləcək.

📜 Bu prosesdə onların da hansı cinayətlərin törədilməsində iştirak etdikləri epizod-epizod elan ediləcək.

AzPolitika

05 Feb, 14:21


⚡️ Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib.

O, prezident
İlham Əliyevin digər sərəncamı ilə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.

AzPolitika

05 Feb, 10:43


🇺🇦 Ukrayna ordusu Kurskda daha 21 rusiyalı hərbçini əsir götürüb.

AzPolitika

05 Feb, 08:28


https://azpolitika.info/?p=783277

AzPolitika

05 Feb, 06:47


⚠️ Bu gün təmir-bərpa işləri ilə əlaqədar Səbail, Nəsimi və Yasamal rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilə yaranacaq.

İşlər 5 fevral, saat 10:00-da başlanılacaq, 6 fevral, saat 07:00-da yekunlaşdırılacaq.

AzPolitika

04 Feb, 11:54


https://azpolitika.info/?p=783239

AzPolitika

04 Feb, 11:23


🇷🇺 Rusiya SQ Xarkovun İzyum şəhərinə ballistik raketlərlə zərbə endirib.

Raket şəhərin mərkəzi hissəsinə düşüb. Adminstrativ bina və yaşayış evlərinə zərər dəyib. İndiyə olan məlumata görə, 4 nəfər ölüb, 24 nəfər yaralı var.

AzPolitika

04 Feb, 10:18


Meymunçiçəyinə yoluxmuş 100-dən çox pasient Konqonun şərqindəki müvafiq izolyasiyalı xəstəxanadan qaçıb.

Onlar ölkədəki daxili savaşın yaratdığı qarışıqlıqdan istifadə edərək mərkəzi tərk ediblər.

AzPolitika

04 Feb, 09:15


Sabah axşamdan başlayaraq ayın 8-dək ölkə ərazisində havanın dəyişəcəyi, fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astarada yağıntıların intensivləşəcəyi ehtimal olunur.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° enəcək.

AzPolitika

04 Feb, 09:15


https://azpolitika.info/?p=783221

AzPolitika

04 Feb, 07:30


🇦🇿📸 Məhəmməd Əmin Rəsulzadə və ailəsinin illər sonra yeni fotoları ortaya çıxıb.

Fotolardan heç birində Rəsulzadənin özü yoxdur. Həyat yoldaşı, qızı, kürəkəni, oğlu və digərləri yer alıb.

AzPolitika

04 Feb, 05:45


📺 Səhər xəbərləri:

⚠️ Bu gün təmir işləri ilə əlaqədar Yevlax şəhərinin bir hissəsində qazın verilişində fasilə olacaq.

🎥 Laçın şəhərində yenidən qurulan “Lacinema” kino mərkəzində 33 illik fasilədən sonra ilk film nümayiş olunacaq.

🚛 Laçının Pircahan kəndi ərazisində 48 yaşlı Nağızadə Aslan Vaqif oğlunun idarə etdiyi “Howo” markalı yük maşını aşıb. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

🚨 Bakıda 1996-cı il təvəllüdlü Qulamova Şəhla Rəfail qızı idarə etdiyi “BAİC” markalı avtomobillə Zığ qəsəbəsində piyada 1938-ci il təvəllüdlü Kərimov Nadir İmaməli oğlunu vurub. Piyada aldığı xəsarətlərdən müalicə olunduğu xəstəxanada ölüb.

🇺🇸 ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü artıq bərpa edib.

✈️ Trampın xüsusi nümayəndəsi fevralın ortalarında Ukraynaya səfər edəcək.

🇮🇱 İsrail baş naziri Netanyahu bu gün Ağ Evdə Trampla görüşəcək.

✈️ Suriya lideri Əhməd əş-Şaraa bu gün Türkiyəyə səfər edəcək.

🇹🇷 Türkiyə Prezidenti R.T.Ərdoğanın Ramazan ayına qədər Suriyaya rəsmi səfəri edəcəyi gözlənilir.

⚽️ Mövsümün əvvəlində “Fənərbağça”dan "Qalatasaray" keçən Mitçi Batşuayi komandanı tərk edib. Hücumçu karyerasını "Ayntraxt Frankfurt" klubunda davam etdirəcək.

AzPolitika

03 Feb, 12:48


AZAL Bakı-Həştərxan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırıb.

AzPolitika

03 Feb, 12:22


Hansısa müəllim fəaliyyətində nöqsana yol verirsə, aidiyyəti məsuliyyətini daşımalıdır. Lakin yerində belə məsələləri ictimailəşdirib müəllimə ehtiram ənənələrinin dağılmasına yol vermək olmaz. Artıq qanunvericilik səviyyəsində müəllim adı mühafizəsi təmin olunmalıdır.

Deputat Bəhruz Məhərrəmov

AzPolitika

03 Feb, 10:58


Azərbaycanın Rusiya ilə sərhədyanı rayonlarının ərazisində “Sərhəd-Sipər” şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilir.

Əməliyyatlar iki ölkənin daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən aparılır.

10 fevrala qədər aparılacaq əməliyyatlarla əlaqədar Quba, Qusar, Xaçmaz, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının ərazilərində müvafiq yerlərdə polis postları qurulub.

AzPolitika

01 Feb, 11:27


⚡️ Birbank” tətbiqinin istifadəsində problem yaranıb.

Tətbiq istifadəçiləri bir neçə saatdır, sistemin işləmədiyini və heç bir əməliyyat apara bilmədiklərini bildirirlər.

AzPolitika

01 Feb, 07:33


🛑 Zəncan şəhərində keçirilən futzalda güneyli azarkeşlər milli şüarlar səsləndiriblər✌️

"Urmu, Təbriz, Ərdəbil- bu səs Zəncandan gəlir!
Azərbaycan var olsun, istəməyən kor olsun!
Yaşasın Azərbaycan!"

AzPolitika

01 Feb, 07:23


Azərbaycanda meyitlərin yandırılması üçün mərkəz yaradılacaq. Hazırda mərkəzin yaradılması üçün uyğun yerin seçimi ilə bağlı işlər aparılır.

AzPolitika

31 Jan, 17:02


Azərbaycanda çörəyin qiymətində artım olacaq.

Paytaxtdakı bəzi mağazalarda keçirilən sorğu əsasında bəlli olub ki, sabahdan etibarən çörək 5-10 qəpik bahalaşacaq.

Məsələ ilə bağlı “Nur çörəyi” zavodundan bildirilib ki, fevralın 1-dən çörəyin qiyməti 5 qəpik artırılacaq:

“Amma yalnız qiymət deyil, eyni zamanda çörəyin çəkisi də artacaq. Çünki çəki az olanda çörək tez qurumuş olur. Ona görə də məcburuq çəkini artıraq. Çəkini artırırıqsa, avtomatik qiymətə təsir edir. Bazarda qiymət çəkiyə görə tənzimlənir. Ona görə də fevralın 1-dən 50 qəpiklik çörək 55, 55 qəpik olan çörəklər 65 qəpiyə satılacaq. Çəki bundan əvvəl 440-450 qram idi, bundan sonra 500 qram olacaq. 55 qəpiklik çörəyin çəkisi isə 510 qram idi, bundan sonra 620 qram olacaq. Belə olduqda çörəkdə quruma da az olacaq”, - deyə zavoddan bildirilib.

(c) Globalinfo/az

AzPolitika

31 Jan, 13:30


🔥 KFC Azərbaycanda qiymətləri qaldırıb: Bəzi kombo menyular birbaşa ₼2 bahalaşıb.

AzPolitika

31 Jan, 08:53


💳 Gömrük Komitəsinin işçiləri oktyabrdan bəri maaş almırmışlar.

💰 Məsələ ictimailəşdiriləndən sonra onlara maaş verilib

AzPolitika

31 Jan, 08:41


🇮🇷 Pezeşkian İran futbolunda türklərə qarşı təhqirlərdən danışdı: “Qəbuledilməzdir”

“Tabnak” saytı xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian Təbrizin “Traktor” və Tehranın“Persopolis” futbol komandalarının paytaxtdan keçirilən oyunundan baş verənlərə münasibət bildirərək deyib: “Tehranın Azadi stadionunda baş verənlər və verilən təhqiramiz şüarlar anlaşılan deyil və qəbuledilməzdir”.

Azərbaycan dilində çıxışı zamanı, Pezeşkian, qeyd edib: "Bu kimi hallara qarşı sərt tədbir görülməsə, daha şiddətli hadisələr baş verə bilər".

İran prezidenti məsələnin araşdırılması və tədbir görülməsini nazirlə müzakirə edəcəyini və hadisənin səbəbkarlarının müəyyən edilməsi üçün ona tapışırıq verəcəyini söyləyib, habelə Futbol Federasiyasının İntizam Komitəsinin səbəbkarlara qarşı ciddi reaksiya verməsinin vacibliyini vurğulayıb.

AzPolitika

31 Jan, 07:29


🇵🇸 HƏMAS-ın hərbi qanadının rəhbərinin öldürülmə anları paylaşılıb.

ISNA xəbər verir ki, İsrail ordusu dünən video paylaşaraq, iyulun 13-də HƏMAS-ın hərbi qanadının lideri Məhəmməd Zeyfə hava hücumu ilə zərbə endirdiyini açıqlayıb.

Qeyd edək ki, HƏMAS da hərbi qanadının liderinin qətlə yetirildiyi təsdiqləyib.


AzPolitika

31 Jan, 07:18


🇦🇿 Azərbaycana cümhuriyyət bəxş edən böyük şəxsiyyət Məhəmməd Əmin Rəsulzadənin dünyaya gəlməsindən 141 il keçir.

Dərin ehtiramla anırıq.

AzPolitika

30 Jan, 13:08


🏆 Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin sonunvu – VIII turunun oyunları keçiriləcək. Bütün oyunlar gecə saat 12-də başlayacaq.

▪️ Roma ­– Ayntraxt
▪️ Ayaks – Qalatasaray (CBC Sport, TRT 1)
▪️ Anderlext – Hoffenhaym
▪️ Atletik – Viktoriya
▪️ Dinamo Kiyev – RFS (Latviya)
▪️ Midtyulland – Fənərbaxça (TRT Spor)
▪️ Tvente – Beşiktaş (TRT Spor Yıldız)
▪️ FCSB – Man. Yunayted
▪️ Ferençvaroş – AZ Alkmaar
▪️ Lion – Ludoqorets
▪️ Makkabi – Porto
▪️ Nitsa – Bodo-Qlimt
▪️ Olimpiakos – Qarabağ (İctimai TV)
▪️ Reyncers – Yunion
▪️ Real Sosyedad – PAOK
▪️ Braqa – Latsio
▪️ Slaviya – Malmö
▪️ Tottenhem ­– Elfsborq

AzPolitika

30 Jan, 10:54


🔥🍟 "Coca-Cola"dan sonra indi də Lay's şoku: Satışdan yığışdırılır

🔴Tərkibində həyati risk daşıyan komponentlər aşkarlandığı üçün Avropada marketlərdən çıxarılıb.

AzPolitika

30 Jan, 10:22


Ətraflı: https://azpolitika.info/?p=782712

AzPolitika

30 Jan, 07:35


⚠️ “Həzi Aslanov” metro stansiyasında təmir və yenidənqurma işlərinə başlanılır. İşlərin 1 il yarım sonra başa çatacağı bildirilir.

AzPolitika

30 Jan, 04:43


💥ABŞ-də sərnişin təyyarəsi helikopterlə toqquşub, ölənlər və yaralılar var

AzPolitika

29 Jan, 20:15


Bələdiyyə seçkiləri bitdi

Respublika üzrə 1874810 nəfər səs verib, seçici fəallığı 31.45 faiz olub.

AzPolitika

29 Jan, 12:31


🇺🇸 ABŞ-nin immiqrasiya orqanı deport olunacaq bir milyon yarıma yaxın miqrantın siyahısını dərc edib.

📍 Siyahıda 709 Azərbaycan, 3103 Türkiyə, 3518 Rusiya, 2808 Ermənistan və 1862 Ukrayna vətəndaşı var.

AzPolitika

29 Jan, 09:19


AzPolitika pinned «Bələdiyyə seçkilərində iştirak etdiniz və ya edəcəksiniz?»

AzPolitika

29 Jan, 09:10


💼 Britaniyada 200-dən çox şirkət 4 günlük iş həftəsinə keçib.

AzPolitika

29 Jan, 08:28


Bələdiyyə seçkilərində saat 10.00-a qədər respublika üzrə 499575 nəfər səs verib, seçici fəallığı 8,35 faiz olub. (MSK)

AzPolitika

29 Jan, 08:12


🇷🇺 2025-ci ildən Çuvaşiya Respublikasında (Rusiya) miqrantlara bir sıra sahələrdə işləmək qadağan edilib.

🚖 Söhbət alkoqol və tütün ticarəti, taksi, təhsil, mədəniyyət, idman və əyləncə sektorundan gedir.

📍 Məhdudiyyətlər Qazaxıstan, Ermənistan, Belarus, Qırğızıstan vətəndaşlarına və yüksək ixtisaslı mütəxəssislərə şamil edilməyəcək.

AzPolitika

28 Jan, 17:00


⚡️⚡️⚡️Tələbələr Bakıda yerləşən bütün filiallarda ildə 1 dəfə olmaqla #pulsuz çek-ap #müayinəsindən yararlana biləcəklər.

🟣Bu "TələləPlus” kartı ilə “Referans Medical Group”un birgə layihəsi əsasında ərsəyə gəlib.

AzPolitika

28 Jan, 16:59


🚊 Bakının Yeni Suraxanı qəsəbəsindən Heydər Əliyev Beynəlxalq Aeroportuna dəmir yolu xəttinin çəkilməsi nəzərdə tutulub.

🚊 Həmçinin mövcud olan, lakin köhnəlmiş və istifadədən çıxarılmış bəzi dəmir yollarının da istifadəyə qaytarılması qərara alınıb. Bunlar “Zabrat 2-Maştağa-“Bağlar-Albalı", "Bakıxanov-Binə-Qala-Yeni Suraxanı-Hövsan" istiqamətləridir.

🚃 Bakıda iki yaşayış sahəsinin - Mehdiabad və “Sea Breeze” ərazilərində tramvay xətlərinin tətbiqi nəzərdə tutulub.

🚃 “Sea Breeze”dən tramvay xətti çəkilərək Pirşağı stansiyası ilə əlaqələndiriləcək və orada bir hab yaradılacaq.

🚃 Mehdiabad-Binəqədi istiqamətindən isə metronun “28 May” stansiyası ilə əlaqələndirməklə tramvay xəttinin çəkilməsi nəzərdə tutulub.

AzPolitika

28 Jan, 15:29


Azərbaycanın xarici dövlət borcu ₼8.7 milyard,

Daxili dövlət borcu isə ₼18.6 milyarddır.

AzPolitika

28 Jan, 12:15


Lənkəran-Boradigah-Masallı yolunda, Lənkəran şəhəri ərazisində sərnişin avtobusu aşıb. 21 nəfər xəsarət alıb.

AzPolitika

28 Jan, 09:52


"Coca-Cola" tərkibində yüksək miqdarda xlorat olduğuna görə Avropadakı məhsullarını geri çağırır - The Guardian yazır.

Məlumata görə, tədbirlər 2024-cü ilin noyabrın sonundan dövriyyədə olan Coca-Cola, Sprite, Fanta, Fuze Tea, Minute Maid, Nalu, Royal Bliss və Tropico markalarının qutularda və şüşələrdə olan məhsullarına aiddir.

AFP-nin məlumatına görə, Belçikanın Gent şəhərindəki zavodda istehsal olunan həmin məhsulların tərkibində yüksək miqdarda xlorat aşkarlanıb.

Belçika, Niderland, Böyük Britaniya, Almaniya, Fransa və Lüksemburqa ixrac edilmiş məhsullar geri qaytarılır.

AzPolitika

28 Jan, 08:51


Bir qrup rus hərbçisi belə öldürüldü:

AzPolitika

28 Jan, 08:48


Sabah Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar ölkədə qeyri-iş günü olacaq.

AzPolitika

27 Jan, 13:58


📍 Prezidentin fərmanı ilə aşağıdakı qurumların maaşları ortalama 10% artırılır (YEKUN):

▪️Ədliyyə nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsi,

▪️Prezidentin Təhlükəsizlik Xidməti,

▪️Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti,

▪️Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi,

▪️DTX, DİN, Xarici Kəşfiyyat Xidməti, DSX, FHN,

▪️Dövlət Miqrasiya Xidməti, Dövlət Gömrük Komitəsi,

▪️Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti.

Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

AzPolitika

27 Jan, 11:16


Bakı metropoliteni: Ötən il il ərzində 230 milyona yaxın sərnişin daşınıb.

AzPolitika

27 Jan, 09:38


https://azpolitika.info/?p=782363

AzPolitika

27 Jan, 09:06


💥Lukaşenko Qarabağın Azərbaycana məxsusluğunu sual altına alır

AzPolitika

27 Jan, 08:09


🇮🇱🇵🇸 HƏMAS və İsrail arasında atəşkəs razılaşmasından sonra bir milyona yaxın fələstinli Qəzzanın şimalındakı evlərinə qayıdır.

AzPolitika

27 Jan, 07:24


Kurskda vurulan rus hərbçiləri:

AzPolitika

27 Jan, 07:17


Sənədlərini yanvarın 31-dək Səhiyyə Nazirliyinə təqdim etməyən plastik cərrahların şəhadətnamələri ləğv ediləcək.

AzPolitika

27 Jan, 07:16


Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlar aprel-may aylarında başlaya bilər. Bundan əvvəl Putinlə Trampın görüşü ola bilər. Əvvəlcə tərəflər atəşkəslə bağlı razılığa gələcəklər. (KİV)

AzPolitika

23 Jan, 15:45


https://azpolitika.info/?p=782037

AzPolitika

23 Jan, 13:23


Hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxslər həmin geyim formasını yalnız bu hallarda daşıya bilərlər:

📍 Rəsmi dəvət olunduqları dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan tədbirlərdə;

📍 Ehtiyata və ya istefaya buraxıldıqları dövlət orqanının (qurumunun) əməkdaşlarının peşə bayramı günlərində;

📍 "Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü"ndə, "Zəfər Günü"ndə və "Azərbaycan Respublikasında Anım Günü"ndə.

AzPolitika

23 Jan, 12:51


Azərbaycanda hərbi formanı qanunsuz daşıyanlar 1000 manatadək #cərimələnəcək.

AzPolitika

23 Jan, 09:45


Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı ehtimalı var.

Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 0-5° isti olacaq.

AzPolitika

23 Jan, 09:27


https://azpolitika.info/?p=781982

AzPolitika

23 Jan, 07:23


📱🧠 ChatGPT Whatsappa gəlib.

+1 (800) 242-8478 nömrəsini kontakta əlavə edib danışa bilərsiz

AzPolitika

23 Jan, 06:47


DSX: İrandan Azərbaycana 80 kq narkotikin keçirilməsinin qarşısı alınıb.

AzPolitika

22 Jan, 13:22


⚡️ İran Ali Məhkəməsi Azərbaycan səfirliyinə hücum edən şəxslə bağlı ölüm hökmünü təsdiqləyib.

AzPolitika

22 Jan, 07:07


İmişlidəki dəhşətli yol qəzasında xəsarət alan 2015-ci il təvəllüdlü azyaşlı xəstəxanada vəfat edib.

AzPolitika

22 Jan, 06:52


Rusiyanın Rostov vilayətində miqrantlara qarşı irimiqyaslı reydlər başlayıb.

Rusiya teleqram kanalları yazır ki, ən böyük reydlər Oqanova-Osobennoy rayonlarında keçirilir.

Polis miqrantlara orduya çağırış vərəqəsi təqdim edir. Vərəqəni almaqdan imtina edənlər isə ölkədən çıxarılır.

AzPolitika

21 Jan, 11:17


https://azpolitika.info/?p=781761

AzPolitika

21 Jan, 10:53


🇺🇦 Ukrayna SQ-də hazırda 68.000 qadın var.

Onların 48 mindən çoxu hərbçi kimi xidmətini ordu sıralarında davam etdirir.

Ön xəttə - aktiv döyüş əməliyyatlarında iştirak edən ukraynalı qadınların sayı isə 5 000 -dən çoxdur.

AzPolitika

21 Jan, 10:53


https://azpolitika.info/?p=781756

AzPolitika

21 Jan, 08:39


⚡️ Metrodan istifadə qaydalarının pozulmasına görə cərimələr artırılıb.

Stansiyaların vestibülləri, keçidləri, platformaları, eskalatorlar və vaqonların salonlarının zibillənməsi və ya üzərlərində yazılar yazılması, məhdudiyyət çəpərləri və qadağanedici nişanlarla qorunan yerlərdən stansiyaya daxil olunması, eləcə də zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə edilməsi üçün cərimələr 15 manatdan 200 manata qədər artırılıb.

Dəmir yoluna əşya atılmasına görə tətbiq edilən cərimə 30 manatdan 200 manata qədər artırılıb.

AzPolitika

21 Jan, 06:49


🗣️ Trampın çıxışından qısa başlıqlar:

▪️ Biz bütün müharibələrə son qoyacağıq. Mən sülhü bərqərar edəcəyəm. Mən sülhməramlıyam.

▪️ Biz Meksika ilə sərhəddə fövqəladə vəziyyət elan edirik və ölkəyə qanunsuz daxil olan milyonlarla miqrantın və cinayətkarın geri qaytarılması prosesinə başlayırıq.

▪️ “Meksika körfəzi” “Amerika körfəzi”nə çevriləcək. "Panama" kanalına nəzarəti bərpa edəcəyik.

▪️ Vətəndaşlarımızı zəngin etmək üçün başqa ölkələrə artırılmış tarif və vergilər tətbiq edəcəyik.

▪️ Biz böyük neft ehtiyatlarımızdan istifadə edəcəyik.

▪️ Amerika əvvəlkindən daha böyük və güclü olacaq.

▪️ Biz narkotik kartellərini xarici terror təşkilatları kimi tanıyacağıq.

▪️ Bu gündən etibarən ABŞ-də yalnız iki cins tanınacaq - kişi və qadın.

▪️ Mən söz azadlığını geri qaytarmaq üçün bütün hökumət senzurasını dərhal dayandıracağam.

📍 Tramp çıxışında Ukrayna, İran, Çin, Rusiyaya dair heç bir fikir bildirmədi.

📍 Çıxışdakı əsas mesajlar ona səs verən, verməyən ABŞ vətəndaşlarında özünə qarşı yeni yaratmaq idi.

AzPolitika

21 Jan, 06:47


Xalq artisti Miri Yusifin prodüseri, tanınmış teleaparıcı Emin Əfəndi şantajla üzləşib.

Bununla bağlı Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Emin Məmməd oğlu Əfəndi ərizə ilə Yasamal RPİ-yə müraciət edib. O qeyd edib ki, yanvarın 19-u naməlum şəxs vatsap vasitəsilə ona mesaj yazaraq Miri Yusifin videolarını yayacağı ilə hədələyib və hesabına 1000 manat pul ödətdirib.

Müraciətlə bağlı ilkin əməliyyat-axtarış tədbirləri RPİ tərəfindən aparılır.

AzPolitika

20 Jan, 20:24


🔥 Türkiyədə Zafer partiya sədri Ümit Özdağ saxlanılıb.

🔥 İstanbul meri Ekrem İmamoğlu barədə istintaq başladılıb.

🔥 Beşiktaş bələdiyyə sədri həbs edilib.

AzPolitika

20 Jan, 12:16


İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxılıb. O, artıq ölkəyə gətirilib - KİV

AzPolitika

20 Jan, 11:09


“SOS” MMC Şəhidlər Xiyabanını ziyarət edib

AzPolitika

20 Jan, 07:05


🥀 20 Yanvar faciəsindən 35 il ötür.

AzPolitika

18 Jan, 10:44


⚡️Milli Qəhrəman Hökümə Əliyevanın ailəsindən oğurlanan pullar qaytarılıb və həmin şəxslər tapılıb.

Bu barədə DİN məlumat yayıb.

AzPolitika

18 Jan, 08:37


Kurskda rus ordusunun bir qrup hərbi texnikası məhv edilib:

AzPolitika

18 Jan, 06:51


⚡️ Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı olub.

H.Əliyevanın atası Cəlil Əliyev bildirib ki, hadisə ötən gün axşam saatlarında baş verib.

Onun sözlərinə görə, pulu oğurlayan şəxslər onu Kapitalbankın əməldaşı olduğunu deyərək aldadıb:

"Telefonla zəng edərək dedilər ki, sizin şifrənizimi, kartınızımı Elmir Həsənov adında biri göndərib.

Kartdan ümumilikdə 80 507 manat pul çəkilib. Bildirdilər ki, Kapitalbankın işçisiyik. Dedilər banka yaxınlaşana qədər kartınızdakı pulu çəkəcəklər".

Milli Qəhrəmanın atası deyib ki, kartdan oğurlanan vəsait H.Əliyevanın vəfatına görə ödənilən sığorta pulu və 40 min manat kompensasiya məbləğindən qalan pul olub.

AzPolitika

18 Jan, 06:49


Azərbaycanda meymunçiçəyinə ilk yoluxma halı aşkarlanıb

AzPolitika

18 Jan, 06:31


⚡️”İnşaatçılar” metrostansiyasında vaqonda olarkən qışqıraraq insanları narahat edən şəxs saxlanılaraq 30 sutka həbs olunub.

AzPolitika

17 Jan, 12:56


Azərbaycanda qeydiyyatda olan işsizlərin sayı açıqlanıb.

Hazırda qeydiyyatda olan işsiz şəxslərin sayı 217.2 min nəfərdir, onların 47.6% qadınlardır.

AzPolitika

17 Jan, 12:55


Azərbaycan Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub.

Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, ildən-ilə ixrac artır. Keçən il bu, 25 milyard kubmetrə çatıb və bunun 10 faizi - ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür. Mənə verilən məlumata görə, Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir.

AzPolitika

17 Jan, 11:59


Ötən ilin 11 ayı ərzində Azərbaycanda hər gün 59 nəfər #boşanıb.

AzPolitika

17 Jan, 11:02


⚡️ Fevralın 17-dən "Birbank" SMS bildirişləri üzrə aylıq xidmət haqqı 1 manat deyil, 3 manat olacaq.

AzPolitika

17 Jan, 08:07


BP şirkəti 4700 işçini ixtisar edir.

📄 Şirkət bunu xərcləri azaltmaq üçün etdiyini açıqlayıb.

AzPolitika

16 Jan, 12:20


İstanbulda saxta spirtli içkidən zəhərlənərək ölənlərin sayı 30 nəfərə çatıb.

İstanbul xəstəxanalarına metanol zəhərlənməsi əlamətlərilə ümumilikdə 83 nəfər müraciət edib.

Onlardan 4-ü müalicədən sonra evə buraxılıb, 31 nəfər reanimasiyadadır, 18 nəfər isə adi şöbələrdə müalicə olunur.

Xatırladaq ki, İstanbulda saxta spirtli içkidən kütləvi zəhərlənmə yanvarın 14-də məlum olub.

AzPolitika

16 Jan, 07:57


5️⃣Sözün əsl mənasında BEŞDƏ5 etdi, böyük uduş 50 min manatı qazandı✌🏼 Misli.az-da şansını sınayan iştirakçı BEŞDƏ5 tirajlı lotereya oyunundan qalib olaraq çıxdı🤩
Onu ürəkdən təbrik edirik. İstəyən hər kəs üçün olsun💫
📍Yeri gəlmişkən, sən də Misli.az-a gəl, sevdiyin oyunlarla şansını sına.

#misliaz

AzPolitika

16 Jan, 07:06


Bu gün Bakının bütün mikrorayonlarında və Rəsulzadə qəsəbəsinin bir hissəsində - "Vorovski" ərazisində suyun verilməsində fasilə yaranacaq.

Saat 19:00-dan sonra su təchizatı əvvəlki rejimlə bərpa olunacaq.

AzPolitika

15 Jan, 16:20


⚫️ VƏFAT ETDİ

AzPolitika

15 Jan, 15:39


🤑 Büdcədən Qafqaz Müsəlmanları İdarəsinə ₼3 milyon,

🤑 Digər dini qurumların isə hərəsinə ₼350 min ayrıldı.

AzPolitika

15 Jan, 12:39


🇬🇪 İnternetdə Gürcüstanın keçmiş baş naziri və müxalifətdə olan “Gürcüstan Naminə” partiyasının lideri Giorgi Qaxariyanın burnunun sındırıldığı hadisənin görüntüləri yayılıb.

O, parlament çoxluğunun üzvü Dmitri Samxaradzeyə qədəh atıb. Sonuncu isə cavab olaraq Qaxariyanın üzünə zərbə endirib. Münaqişə Batumidə baş verib.

AzPolitika

15 Jan, 11:14


Hadisə Saatlı rayonunda baş verib.

Belə ki, 2004-cü il təvəllüdlü Pərvanə Xəyalqızı qızdırma və öskürəklə rayon xəstəxanasına yerləşdirilib.

Həkimlərin müdaxiləsinə baxmayaraq, Pərvanə vəfat edib.

İlkin olaraq onun kəskin ağciyər çatışmazlığından öldüyü bildirilir.

Qeyd edək ki, son vaxtlar ölkədə qızdırma, öskürək və boğaz ağrısı ilə müşahidə olunan virus yayılıb.

Ötən günlərdə Ağcabədinin Ağabəyli kənd sakini 10 yaşlı məktəbli qız qızdırmadan dünyasını dəyişib.

Daha bir iddiaya əsasən, Bakı kəndlərində toylarda müğənni və aparıcı kimi fəaliyyət göstərən 60 yaşlı Rəsmiyyə Bakılı da yeni yayılan virusdan ölüb.

AzPolitika

15 Jan, 10:06


⚡️⚡️COP29 könüllülərinə 1500 manat məbləğində mükafat verildi.

AzPolitika

15 Jan, 09:18


Dünən axşam saatlarında Xətai rayonunda int*har hadisəsi baş verib.

Bakı sakini 2000-ci il təvəllüdlü Murad İbrahim oğlu Kərbalıyev özünü M.Hadi küçəsi 68 ünvanındakı binanın 17-ci mərtəbəsinin eyvanından atıb. O, hadisə yerində ölüb.

Vəfat edən gənc “Azəriqaz” İB-nin keçmiş mətbuat katibi, hazırda qurumun Şikayətlərin araşdırılması şöbəsinin rəisi vəzifəsində çalışan İbrahim Kərbalıyevin oğludur.

Yüksək balla Azərbaycan Neft və Sənaye Universitetinin bakalavr və magistr pillələrini bitirən Murad da həmin qurumda çalışırmış.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

AzPolitika

15 Jan, 08:18


⚡️ Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) mülkiyyət hüququnun pozuntusuna görə Azərbaycan hökumətinin 1 milyon 693 min 892 avro məbləğində təzminat ödəməsinə qərar verib.

Qərar Bakıda "Qış parkı"nın inşası zamanı həmin ərazidən köçürülən 18 mülkiyyətçinin ərizələri əsasında verilib.

"Qış parkı" 2013-cü ildə istifadəyə verilib. Ərazi 7 hektardan ibarətdir.

Söküntü işləri zamanı bəzi ailələr verilən kompensasiyanı (hər kvadrata 1500 manat ödənilirdi) yetərli saymayaraq köçməkdən imtina ediblər.

O vaxt bəzi ailələrin ərazidən zorla çıxarıldığı, evlərinin onlarla razılaşdırılmadan söküldüyü bildirilir.

AzPolitika

07 Jan, 18:03


🔴 CANLI: 20 dəqiqədən çoxdur ki, metroda qatar Ulduz-Koroğlu arası qalıb.

AzPolitika

07 Jan, 13:50


⚡️ Teatr tamaşaları, film nümayişləri ilə bağlı xidmətlərə görə ƏDV-nin 50 faizi qaytarılacaq.

Fərman 2025-ci il iyulun 1-dən qüvvəyə minir.

AzPolitika

07 Jan, 13:28


💥 Qaçdılar!

AzPolitika

07 Jan, 05:54


⚠️ Bu gün Sabunçu və Xətai rayonlarının bəzi ərazilərində təmir işləri ilə əlaqədar qaz təchizatı müvəqqəti dayandırılacaq.

AzPolitika

06 Jan, 10:00


🔴 Bu telefonlarda “WhatsApp” işləməyəcək:

Samsung:
Galaxy S3, Galaxy Note 2, Galaxy Ace 3, Galaxy S4 Mini

Motorola:
Moto G (1-ci nəsil), Razr HD, Moto E 2014

HTC:
One X, One X+, Desire 500, Desire 601

LG:
Optimus G, Nexus 4, G2 Mini, L90

Sony:
Xperia Z, Xperia SP, Xperia T, Xperia V

iPhone:
iOS 15.1 və daha köhnə versiyalarda

AzPolitika

06 Jan, 08:43


Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Yanvarın 5-i saat 22:00-dan 22:10-dək Ermənistan Laçının Zabux və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bildiririk ki, son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri mövqelərimizi bir neçə dəfə atəşə tutub və bütün bu hallar aidiyyəti üzrə qeydiyyata alınıb. (Azərbaycan MN)

AzPolitika

06 Jan, 08:10


İndiyədək Çin, Qazaxıstan, Qırğızıstan, Hindistan ölkələrində metapnevmovirus infeksiyasına yoluxma hallarının aşkarlandığını bildirib.

AzPolitika

06 Jan, 05:41


📉 Zığ yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.

Eyni zamanda, tablolarda "sürüşkən yol" işarəsi qoyulub.

#sürəthəddi

AzPolitika

06 Jan, 05:40


🚨 Bakının Nəsimi rayonu, Alı Mustafayev küçəsində körpünün üzərində texniki nasaz nəqliyyat vasitəsi yolda qalıb.

Bu səbəbdən metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb.

AzPolitika

02 Jan, 09:01


‼️ Tarif Şurasının qərarına əsasən bir sıra kommunal xidmətlərin tarifləri artırılıb:

1. Su təchizatı və tullantı suları:

Bakı, Sumqayıt, Xırdalan və Abşeron üçün su təchizatına qoşulma: 200 manat.
Digər bölgələrdə: 170 manat.
Tullantı su axıdılması: müvafiq olaraq 345 manat və 290 manat.

2. İstilik təchizatı:

Sayğac quraşdırılmayıbsa: hər m² üçün 30 qəpik.
Sayğaclı binalarda: 1 Qkal üçün 14,6 manat.

3. Təbii qaz tarifləri:

İlk 1200 m³: 12 qəpikdən 12,5 qəpiyə.
1200-2500 m³: 20 qəpikdən 22 qəpiyə.
2500 m³-dən çox: 25 qəpikdən 30 qəpiyə.

4. Elektrik enerjisi tarifləri:

İlk 200 kVt/saat: 8 qəpikdən 8,4 qəpiyə.
200-300 kVt/saat: 9 qəpikdən 10 qəpiyə.
300 kVt/saatdan çox: 13 qəpikdən 15 qəpiyə.

AzPolitika

31 Dec, 09:47


SOS MMC, Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Xankəndi və Şuşaya səfər təşkil etmişdir.

AzPolitika

31 Dec, 07:07


💥 Gürcüstanda azərbaycanlılara qarşı qeyri-insani hərəkət - 2 yeniyetmə öldürüldü

AzPolitika

30 Dec, 12:37


💥 ƏLİYEV KADIROVLA DANIŞMAQDAN İMTİNA ETDİ

AzPolitika

30 Dec, 11:43


⚡️ Bayden Ukraynaya 2.5 milyard dollarlıq hərbi yardım paketini elan edib.

Paketə 100 minlərlə artileriya mərmisi və raket daxildir.

Bundan başqa ABŞ Ukraynaya dondurulmuş Rusiya aktivlərindən təxminən 15 milyard dollar ayıracaq.

AzPolitika

30 Dec, 11:35


🔗 Azərbaycan Suriyada əhaliyə 200 tona yaxın yardım göndərib.

AzPolitika

30 Dec, 08:14


AzPolitika pinned «🎄Bu gündən 7 günlük bayram tətili başladı.

Yeni ili harada qarşılayacaqsınız?
»

AzPolitika

30 Dec, 07:43


AZAL: Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılan bir sıra reyslərinin uçuşu Naxçıvan Beynəlxalq Hava Limanı ərazisində əlverişsiz hava şəraiti səbəbindən gecikir.

AzPolitika

30 Dec, 07:31


Dispetçer "xalça" planından xəbərsiz olub - AZAL-ın vurulan təyyarəsi ilə bağlı yeni detallar

Rusiyanın "ВЧК-ОГПУ" kanalı yazır ki, əvvəlcə GPS sistemindən məhrum edilən təyyarə ardınca "Pantsir"lə vurulub.

Qroznıda təyyarəni koordinasiya edən dispetçer Əli İdrisovun sözlərinə görə, o, "xalça" planından təyyarənin vurulmasından 5 dəqiqə sonra xəbər tutub.

"Xalça" planı havada fövqəladə, müstəsna hallarda tətbiq olunur.

Hava məkanında sözügedən rejimin tətbiqindən xəbərdar olan pilotlar dərhal ehtiyat aerodromlara istiqamətləndilir.

Əli İdrisov Çeçenistanın "Terek" klubunun (indiki "Axmat) futbolçusu olub. Cəmi bir neçə ildir dispetçer vəzifəsində çalışır.

Dünən müstəntiqlər İdrisov başda olmaqla, Hava Hərəkətinin İdarə Edilməsi üzrə Dövlət Korporasiyasının Çeçenistan bölməsinin əməkdaşlarını dindiriblər.

AzPolitika

29 Dec, 14:04


🛡 RƏSMİ: Azərbaycan Milli Qəhrəmanı adı verildi:

Kşnyakin İqor İvanoviç (ölümündən sonra)

Kalyaninov Aleksandr Georgiyeviç (ölümündən sonra)

Əliyeva Hökumə Cəlil qızı (ölümündən sonra)

🛡 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edildi:

Əsədov Zülfiqar Sərdar oğlu
Rəhimli Aydan Vaqif qızı

AzPolitika

29 Dec, 14:04


AZAL-ın pilotları təyyarəni 300 km-dən çox qəzalı vəziyyətdə idarə ediblər.

Onlar dənizin üzərində keçərkən 80 metrə qədər suya yaxınlaşıb və yenidən hündürlük qazanıblar.

AzPolitika

29 Dec, 12:24


🗣️ İlham Əliyev:

Biz öz tələblərimizi açıq şəkildə Rusiya tərəfinə bildirmişik. Dekabrın 27-də artıq bu tələblər rəsmi qaydada onlara çatdırıldı. Bu, nədən ibarətdir?

Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir.

İkincisi, öz günahını etiraf etməlidir.

Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir.

Bu, bizim şərtlərimizdir.

Onlardan birincisi artıq dünən təmin edildi. Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul ediləcək.

AzPolitika

29 Dec, 09:36


Təyyarə qəzasında 174 nəfərin öldüyü təsdiqlənib

Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

“Jeju Air” aviaşirkətinin Bankonq-Muan reysini yetirən yetirən “Boeing 737-800” təyyarəsi Muan hava limanında eniş edərkən uçuş-enmə zolağından çıxaraq hasara çırpılıb və yanğın əmələ gəlib.

Təyyarənin göyərtəsində 181 nəfər olub.

Bundan əlavə, Muan Beynəlxalq Hava Limanında təyyarənin qəzaya uğraması ilə əlaqədar bütün daxili və beynəlxalq reyslər ləğv edilib.

AzPolitika

28 Dec, 18:36


“Security Operation Service” təyyarə qəzasında həlak olan insanların xatirəsini yad etdi:

AzPolitika

28 Dec, 13:14


https://azpolitika.info/?p=779696

AzPolitika

28 Dec, 09:47


⚡️ Prezidentin Sərəncamı ilə 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilib.

AzPolitika

28 Dec, 06:51


⚡️ Təyyarə qəzasının araşdırılması ilə bağlı Türkiyədə 8 nəfərdən ibarət istintaq komissiyası yaradılıb.

🇹🇷 Bu barədə Türkiyənin nəqliyyat və infrastuktur naziri Abdulkadir Uraloğlu məlumat verib.

Onun sözlərinə görə, komissiya üzvləri yaxın saatlarda Bakıya yola düşəcək.

AzPolitika

27 Dec, 13:39


📣 AZAL: Təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb.

AzPolitika

27 Dec, 10:59


AZAL-dan açıqlama: Rusiyanın bir sıra şəhərlərinə uçuşlar dayandırılır.

• Mineralnıye Vodı
• Soçi
• Volqoqrad
• Ufa
• Samara
• Qroznı
• Mahaçqala

AzPolitika

27 Dec, 10:41


Sağ qalan bələdçi: Təyyarənin salonunda qaz balonunun partlaması versiyası ağlasığmazdır

AzPolitika

27 Dec, 09:55


AZAL-ın qəzaya uğramış təyyarəsi...

AzPolitika

27 Dec, 09:43


https://azpolitika.info/?p=779528

AzPolitika

27 Dec, 08:34


 Bu səhər Bakıdan Min.vod. istiqamətində uçan AZAL təyyarəsi dron hücumları səbəbindən geri dönüb.

AzPolitika

27 Dec, 08:33


Xüsusi karantin rejiminin müddəti aprelin 1-dək uzadıldı.

AzPolitika

27 Dec, 08:32


https://azpolitika.info/?p=779548

AzPolitika

26 Dec, 17:01


“Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurasının qərarı ilə təyyarədə olan və xəsarət alanların hər birinə 20.000 manat, vəfat edənlərin hər birinin ailəsinə isə 40.000 manat kompensasiya ödənilməsi müəyyən edilmişdir.

Bununla yanaşı, bütün sərnişinlər Azərbaycan Respublikası qanunvericiliyinə və qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq tətbiq edilən müvafiq sığorta ödənişi alacaqlar.

AzPolitika

26 Dec, 13:48


💥💥💥 TƏSDİQLƏNDİ!

AzPolitika

26 Dec, 13:25


https://azpolitika.info/?p=779465

AzPolitika

26 Dec, 11:43


Sərnişin: "PUA təyyarəni vurdu"

AzPolitika

26 Dec, 08:04


✈️Embraer: Göyərtədə uçuşa mane olacaq heç bir qüsur aşkar edilməyib.

AzPolitika

26 Dec, 06:29


Qəzadan sağ çıxan sərnişinlərdən 12 nəfər bu gün ölkəyə gətirilir.

Vəziyyəti qənaətbəxş olan 7 nəfər adi reys, vəziyyəti orta ağır qiymətləndirilən 5 sərnişin isə ayrılmış həkim briqadasının müşayiəti altında FHN-nin xüsusi təyyarəsi ilə gətirilir.

AzPolitika

26 Dec, 06:08


Təyyarə qəzasında həyatını itirənlərdən biri də məktəblidir. 

Bununla bağlı onun təhsil aldığı Xətai rayonunda yerləşən 27 nömrəli tam orta məktəb paylaşım edib.

Qeyd edilib ki, məktəbin 8d sinif şagirdi Yeganov Məhəmmədəli Fərid oğlu dünən xəstəxanada dünyasını dəyişib. 

Məhəmmədəlinin 13 yaşı olduğu bildirilir. O təyyarədə tək səfər edirmiş.

AzPolitika

25 Dec, 18:32


❗️✈️ Təyyarə qəzası nəticəsində:

🇦🇿 37 vətəndaş: 14 sağ, 23 ölü
🇷🇺 16 vətəndaş: 9 sağ, 7 ölü
🇰🇬 3 vətəndaş: 3 sağ
🇰🇿 6 vətəndaş: 6 ölü

AzPolitika

25 Dec, 18:14


Qəzaya uğrayan təyyarənin yeni görüntüsü:

AzPolitika

25 Dec, 13:16


Qəzadan dəqiqələr öncə çəkilən video

AzPolitika

25 Dec, 12:03


Qəzaya uğrayan təyyarənin yeni görüntüsü

AzPolitika

04 Dec, 07:45


Bakının NZS qəsəbəsində 70 yaşlı Əliyev Yaqub Aydın oğlu saxladığı itlərin hücumuna məruz qalıb.

İki "Alabay" onu parçalayıb.
Səs-küyə qonşular gəlsələr də itlərin qarşısında aciz qalıblar.

Nəticədə sözügedən şəxs ölüb. Hadisə yerinə polis əməkdaşları çağırılıb.

Qonşuların bildirdiyinə görə, Yaqub Əliyev biri erkək, biri dişi olmaqla, 2 nəhəng it saxlayıb.

AzPolitika

04 Dec, 06:55


🇮🇷 İran Dövlət Teleradio Təşkilatının keçmiş rəhbəri ölkədə Azərbaycan dilində telekanalın açılmasına paniranistlərin mane olduğuna etiraf edib.

İranda azərbaycanlıların xeyrinə olan istənilən layihənin icrasına paniranistlər hər vəchlə əngəl törədirlər.

İzzətullah Zərğami deyir: "Telekanallar rəqəmsallaşdıqdan sonra əyalət kanallarından başqa bütün ölkəyə yayımlanan stansiyada yayımına başlamaq istədiyimiz kanallardan biri Azrbaycan dilində idi. Çünki ölkədə 20 milyondan çox türk və azərbaycanlı yaşayır.

Bir qrup şəxs məndən ali rəhbərə şikayət edirdi. Deyirdilər ki, Zərğami fars dilini təhlükəyə atmaq istəyir və milli televiziyada türkdilli kanal açmağa can atır.
Mən ali rəhbərlə görüşdüm.

O, dedi: "Mənim müəyyən bir qrupun etiraz etdiyi məlum məsələyə nə müsbət, nə də mənfi münasibətim var. Amma siz iki nəfərlə - Mirhüseyn Musəvi və Əbdüləlizadə ilə məsləhətləşin! Onların hər ikisi ilə danışdım. Dedim ki, Azərbaycan dilində kanal açmaq istəyirik, siz də türksünüz. Şərtləri də izah etdim.

AzPolitika

03 Dec, 08:50


Bizim nazirlər nə Norveçin, nə Almaniyanın naziridir. Müharibədən çıxan bir ölkəyik. Bizim ölkəyə başqa yerdən pul gəlmir. Əlimizdə olan pulu necə xərcləmək lazım olduğunu düşünməliyik. Milli Məclisdə büdcə müzakirələrində cari məsələlər müzakirə edildi. Bir müddət məktəbsiz, yolsuz, qazsız qala bilərik. Müvəqqəti olaraq Kəlbəcərin, Ağdamın xətrinə dözmək olar.

Deputat Aqil Abbbas

AzPolitika

02 Dec, 15:08


Bakıda polis serjantı Emin Cəfərli xidməti tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

AzPolitika

02 Dec, 09:15


Pokrovskidə bir qrup rus hərbçisi öldürülüb:

AzPolitika

02 Dec, 08:37


İrana bağlı qruplar Suriya ərazisinə daxil olub

AzPolitika

02 Dec, 07:45


Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) Suriyanın Tel Rıfat bölgəsində keçirdiyi əməliyyatı nəticəsində PKK/YPG- terror qruplaşmasının sözdə liderlərindən Yaşar Çekiki zərərsizləşdirib.

AzPolitika

02 Dec, 06:52


https://azpolitika.info/?p=776848

AzPolitika

29 Nov, 13:11


https://azpolitika.info/?p=776628

AzPolitika

29 Nov, 11:49


⚡️ Azərbaycanla Səudiyyə Ərəbistanı və İndoneziya arasında viza rejimi qismən ləğv olunub.

AzPolitika

29 Nov, 09:12


Gələn il yanvarın 29-u bələdiyyə seçkilərinə görə qeyri-iş günü olacaq.

AzPolitika

29 Nov, 08:10


https://azpolitika.info/?p=776594

AzPolitika

29 Nov, 07:21


🏆 UEFA Avropa Liqasında dünən baş tutan oyunların nəticəsi

▪️ Latsio 0 - 0 Ludoqorets
▪️ AZ Alkmaar 1 - 1 Qalatasaray
▪️ Dinamo Kiyev 1 - 2 Viktoriya (Çexiya)
▪️ Atletik Bilbao 3 - 0 Elfsborq (İsveç)
▪️ Anderlext 2 - 2 Portu
▪️ Beşiktaş 1 - 3 Makkabi Təl-Əviv
▪️ RFŞ (Latviya) 0 - 2 PAOK
▪️ Mançester Yunayted 3 - 2 Bodo Qlimt
▪️ Tottenhem 2 - 2 Roma
▪️ Slaviya Praqa 1 - 2 Fənərbaxça
▪️ Real Sosyedad 2 - 0 Ayaks
▪️ Braqa 3 - 0 Hoffenhaym
▪️ Ferentsvaroş 4 - 1 Malmö
▪️ Midtyullann 1 - 2 Ayntraxt
▪️ Nitsa 1 - 4 Glazqo Reyncers
▪️ Tvente 0 - 1 Yunion (Belçika)
▪️ FKSB (Rumıniya) 0 - 0 Olimpiakos

AzPolitika

28 Nov, 12:29


Pokrovski istiqamətində öldürülən rus hərbçiləri:

AzPolitika

28 Nov, 12:16


Ermənistan Kərki istiqamətində qoşun toplayır:

AzPolitika

28 Nov, 12:16


Tovuzda 6 nəfərin öldüyü qəzada ağır xəsarət alan yeniyetmə də xəstəxanada həyatını itirib.

AzPolitika

28 Nov, 09:58


📍 "Sayı yüzdən aşağı olan təxminən 1500-ə yaxın məktəb bağlanmayacaq, sadəcə onların tədrisi dayandırılacaq. Həmin məktəblərdə təhsil alan uşaqları avtobusla digər məktəblərə göndərəcəyik. Sonra uşaq sayı artanda fəaliyyəti dayanmış məktəblər yenidən tədrisə davam edə biləcək. Uşaq az olanda onu avtobusla digər məktəbə göndərmək daha ucuz başa gəlir"

🗣️ Elm və Təhsil naziri Emin Əmrullayev

(c) anews.az

AzPolitika

28 Nov, 09:14


Yeni ildə ardıcıl 7 gün iş olmayacaq. Belə ki, 30-31 dekabr, 1- 5 yanvar tarixləri qeyri-iş günü olacaq. Əvəzində 28-29 dekabr həftəsonuna təsadüf etsə də, rəsmi iş günüdür.

Beləliklə, ilin son həftəsi 7 gün iş günü, yeni ilin ilk həftəsində isə 7 gün istirahət günü olacaq.

AzPolitika

27 Nov, 19:03


Tovuzda qəza olub, 5 hərbçi ölüb.

Baş gizir Qurbanov Ruslan Əhliman oğlu
Baş çavuş Alıyev Qabil Qaybalı oğlu
Çavuş Əliyev Bəhlul Aydın oğlu
Çavuş Əhmədov Qələndər Mail oğlu
Kiçik çavuş Mehdiyev Turan Cavad oğlu

AzPolitika

27 Nov, 12:05


https://azpolitika.info/?p=776424

AzPolitika

25 Nov, 11:40


Deputat Siyavuş Novruzov bildirib ki, Azərbaycan indi elə inkişaf səviyyəsindədir ki, Cənubi Qafqazın hansıa ölkəsi ilə müqayisə edilməməlidir:

“Azərbaycan Şərqi Avropa ölkələri ilə müqayisə oluna bilər”.

AzPolitika

25 Nov, 11:15


📍 Sabahın havası

Bakıda və Abşeronda əsasən yağmursuz hava gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış ehtimalı var.

Gecə 9-11°, gündüz 12-14° isti olacaq.

Rayonlarda bəzi yerlərdə arabir yağıntı gözlənilir, ayrı-ayrı yerlərdə leysan, dağlıq ərazilərdə qar ehtimalı var.

Temperatur gecə 5-10°, gündüz 11-16° isti olacaq.

AzPolitika

25 Nov, 11:10


Hazırda Azərbaycanda xəbər saytlarına girişdə problem yaranıb, bəzi bankların mobil əlavələrinə daxil olmaq mümkün deyil.

AzPolitika

25 Nov, 07:17


Sahibə Qafarova: "Əməkhaqqı və pensiyalar artırılır"

AzPolitika

23 Nov, 11:16


⚽️ Günün futbol qrafiki:

🇦🇿 Azərbaycan
17:00 Səbail – Qarabağ (CBC Sport)
19:00 Neftçi – Zirə (CBC Sport)

🇹🇷 Türkiyə
17:00 Kayserispor – Fənərbaxça
20:00 Bodrumspor – Qalatasaray

🇬🇧 İngiltərə
16:30 Lester – Çelsi
19:00 Arsenal – Nottingem Forest
19:00 Aston Villa – Kristal Pelas (İdman TV)
21:30 Mançester Siti – Tottenhem (İdman TV)

🇪🇸 İspaniya
17:00 Valensiya – Betis
19:15 Atletiko – Alaves
21:30 Las Palmas – Malyorka
21:30 Jirona – Espanyol

🇮🇹 İtaliya
21:00 Milan – Yuventus (CBC Sport)
23:45 Parma – Atalanta (CBC Sport)

🇩🇪 Almaniya
18:30 Borussiya D – Frayburq
21:30 Ayntraxt F – Verder

AzPolitika

23 Nov, 09:15


Böyük Britaniyanın Baş naziri Kir Starmerin ofisi Benyamin Netanyahunun Böyük Britaniyaya daxil olacağı təqdirdə həbs olunacağını bildirib.

AzPolitika

23 Nov, 07:14


⚡️ İstanbulda “Vadi İstanbul” ticarət mərkəzinin yaxınlığında polisin qaçaqmalçılıqla mübarizə məqsədilə həyata keçirdiyi yoxlama zamanı taksilərin birində azərbaycanlının üzərində 70 kiloqram qızıl aşkarlanıb.

Özünü azərbaycanlı diplomat kimi təqdim edən şəxs qızılların ona aid olduğunu etiraf edib.

Tutulan şəxs həqiqətən də Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi işləyib.

Son aylarda isə ölkəmizin Səudiyyə Ərəbistanıda hərbi attaşesi təyin olunub.

Onun hazırda Bakıya gətirildiyi və məsələ ilə əlaqədar istintaqa cəlb olunacağı bildirilir.

AzPolitika

22 Nov, 14:33


https://azpolitika.info/?p=775943

AzPolitika

22 Nov, 11:58


https://azpolitika.info/?p=775892

AzPolitika

22 Nov, 11:25


❗️❗️❗️Avropa Birliyinin (AB) Azərbaycanla sərhəddə yerləşdirilmiş və kəşfiyyat materialları toplamaqla məşğul olan “müşahidəçiləri” “fəaliyyətləri”ni davam etdirirlər.

AzPolitika

22 Nov, 10:17


Azərbaycanda baş tutan COP29 tədbirinin yekun proqramı bu günə nəzərdə tutulsa da, danışıqlar davam etdiyi üçün tədbir daha bir gün - noyabrın 23-dək uzanıb. Tərəflər Konfransının yekun nəticələri hələ açıqlanmayıb.

AzPolitika

22 Nov, 08:39


Vətəndaşlar artıq “mygov” tətbiqi vasitəsilə onlayn qaydada nikahlarını bağlaya bilərlər. Nikaha daxil olacaq vətəndaşların əvvəlcə tibbi müayinədən keçməsi şərtdir.

AzPolitika

21 Nov, 18:20


⚡️🇷🇺 Putin videomüraciət edib.

Ukraynanın ATACMS və Storm Shadow raketləri ilə Rusiyanı vurmasından sonra Moskva da nüvəsiz ballistik raketlə Ukraynanı vurub.

Putin bunu Qərbin müvafiq icazəsinə cavab adlandırıb.

Kreml rəhbəri çıxışını bu sözlərlə bitirib:

Rusiya hadisələrin istənilən inkişafına hazırdır.

Biz bu cür raketlərdən istifadə zamanı Ukrayna əhalisinə öncədən həmin əraziləri tərk etməyə çağırış edəcəyik.

Bu vəziyyəti Qərb yaratdı. Biz hər bir hücuma güzgü effekti ilə cavab verəcəyik.

AzPolitika

21 Nov, 17:54


https://vt.tiktok.com/ZSj9LQHUV/

AzPolitika

21 Nov, 11:14


Rus hərbi texnikası belə vurldu:

AzPolitika

21 Nov, 08:08


Noyabrın 25-dən hərəkət sxemləri bərpa ediləcək marşrutlar:

1, 7B, 13, 15, 31, 37, 38, 40, 54, 55, 60, 62, 70, 71, 93, 96, 105, 107, 118A, 118B, 131, 139, 141, 148, 162, 163, 166, 168, 169, 172, 173A, 173B, 184, 185, 189, 197, 198, 204, 205, 214, 216, 217, 120E, M8, 140E və E1

AzPolitika

21 Nov, 07:36


Bu günün havası

Bakıda və Abşeronda əsasən yağmursuz hava gözlənilir.

Paytaxtda gecə 9-11°, gündüz 12-15° isti proqnozlaşdırılır.

Rayonlarda az çiskinli yağış yağacağı ehtimalı var.

Gecə 4-8°, gündüz 13-18° isti gözlənilir.

AzPolitika

20 Nov, 17:01


⚡️ Pensiyaların noyabrın 20-23 tarixi aralığında verilməsi nəzərdə tutulub - Nazirlik

AzPolitika

20 Nov, 14:59


Ukrayna silahlı qüvvələri ilk dəfə "Storm Shadow" raketləri ilə Rusiyanın dərinliklərinə zərbə endirib.

Mənbə: Blumberq

AzPolitika

20 Nov, 12:52


🇷🇺🇺🇦 Rusiya ilə Ukrayna arasında gərginlik pik həddə çatıb.

⚠️ ABŞ, İspaniya, İtaliya və digər Avropa ölkələrinin Ukraynadakı səfirlikləri fəaliyyətini dayandırıb. Kiyevə çox güclü raket hücumları gözlənilir.

🚨 Eyni zamanda Krasnodar diyarında raket hücumu xəbərdarlığı var. Həyəcan siqnalı işə düşüb. Ukrayna SQ-nin ATACMS raketləri ilə növbəti hücumu gözlənilir.

AzPolitika

20 Nov, 11:54


https://azpolitika.info/?p=775687

AzPolitika

20 Nov, 10:13


“Komaya düşüb” deyilən Xameneinin yeni görüntüləri yayılıb:

AzPolitika

20 Nov, 08:48


Deputat Əli Məsimli: Uşaq yeməklərinin qiyməti günü-gündən qalxır, vergi güzəştləri şamil olunmalıdır.

AzPolitika

20 Nov, 07:08


https://azpolitika.info/?p=774839

AzPolitika

19 Nov, 12:54


Bənna, dərzi, bərbər, malyar və digərləri güzəştli ipotekadan məhrumdur. Əgər onlar yerlərdə güzəştli ipoteka ilə ev ala bilsə, regionlarda qalar.  8500 nəfər Əfqanıstanda döyüşü, sonra onlardan bir neçəsi Qarabağda döyüşüb. Güzəştlərə Çenobıl, I və II Qarabağ müharibəsi iştirakçıları salınıb, amma Əfqanıstanda döyüşənlər bura daxil edilməyib.  Onlar da Əfqanıstanda döyüşüb də, ora at sürməyə getməyiblər ki?! Heç olmaya veteran pulunu 20 manat artırın. Veteranlar arasında bəziləri adını yazdırıb, heç döyüşməyib. Amma həqiqətən əziyyət çəkənlər, döyüşənlər var.

Deputat Siyavuş Novruzov

AzPolitika

19 Nov, 10:18


Ukrayna ilk dəfə Rusiyaya ATACMS raket hücumu həyata keçirib. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb

Ukrayna Silahlı Qüvvələri Bryansk vilayətinin Karaçev şəhərindəki obyektə hücum edib.

AzPolitika

19 Nov, 08:45


🇷🇺 Putin Rusiyanın nüvə doktrinasını təsdiqləyib.

Tezislər belədir:

🔻 Nüvə silahı ölkənin suverenliyini qorumaq üçün son çarədir.

🔻 Nüvə silahının saxlanılması və tətbiqinə dair müttəfiq dövlətlərin və hərbi ittifaqların kateqoriyası genişləndirilib.

🔻 Hərbi təhdidlərin siyahısı müəyyənləşdirilib.

🔻 Hər hansı qeyri-nüvə dövləti Rusiyaya hücum edərsə, bu hücumda nüvə ölkəsinin iştirakı müəyyən edilərsə, Rusiya bunu birgə hücum kimi qiymətləndirəcək.

🔻 Rusiyanın suverenliyinə hətta adi silahlarla (hərbi təyyarə, dron, qanadlı raket və s.) kritik təhlükə yarandıqda, həmçinin İttifaq dövlətinin üzvü kimi Belarusa hücum edilərsə, Rusiyanın nüvə reaksiyası mümkündür.

AzPolitika

19 Nov, 06:32


Ətraflı: https://azpolitika.info/?p=775515

AzPolitika

18 Nov, 13:21


💰 2025-ci ilin büdcə xərcləri

📍 Azərbaycanda minimum əməkhaqqı 400 manat olacaq.

📍 412 mindən çox keçmiş məcburi köçkünə 280,1 milyon manat vəsait ayrılacaq.

📍 Onkoloji xəstələrə xidmətlə bağlı dövlət büdcəsindən 60,4 milyon manat ayrılacaq .

📍 Təhsil xərclərinə 4 milyard 946 milyon manat vəsait ayrılması proqnozlaşdırılır.

📍 Səhiyyə xərcləri üçün 1999,4 milyon manat vəsait nəzərdə tutulub.

📍 İcbari tibbi sığorta haqqı 124 manata çatdırılacaq.

📍 İşğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə 4 mlrd. manat ayrılacaq.

📍 Azərbaycanda minimum pensiya məbləği 280 manata çatacaq.

📍 Orta aylıq əməkhaqqı 1 080 manata çatacaq.

AzPolitika

18 Nov, 12:53


🚌 Bu gündən Bakıda bir sıra marşrutların fəaliyyəti bərpa edilib.

Söhbət 4, 2, 6, 10, 24 və 46 nömrəli müntəzəm şəhərdaxili marşrutlardan gedir.

AzPolitika

18 Nov, 10:26


https://azpolitika.info/?p=775420

AzPolitika

18 Nov, 08:43


Gələn il ehtiyac meyarı və yaşayış minimumunun həddi 285 manat götürüləcək.

AzPolitika

18 Nov, 06:30


Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisi deputatlarının aylıq vəzifə maaşları artıb

Yeni çağırış deputatların aylıq maaşları artıq qərarla yox, qanunla tənzimlənəcək.

Həmçinin Ali Məclis tətilə buraxıldığı vaxt deputatlara məzuniyyət pulu veriləcək.

AzPolitika

17 Nov, 08:03


📺 Səhər xəbərləri:

▪️ "Barselona" klubunun prezidenti Zəfər parkını ziyarət edib.

💰 COP29-da iqlim maliyyəsi öhdəliyinin 75 milyarddan 170 milyard dollara qədər artırılması üzrə razılıq əldə olunub.

🚀 İsrailin Qəzza zolağına hücumları nəticəsində son 24 saat ərzində ən azı 51 fələstinli həlak olub - Əl Cəzirə

🇮🇱 İsrailin Baş naziri Netanyahunun iqamətgahına raketlər atılıb.

🇮🇷 İran Avropa ilə nüvə sazişi üzrə danışıqların bərpa olunacağını açıqlayıb.

🦠 ABŞ-də meymun çiçəyinə ilk yoluxma halı aşkarlanıb.

🗣️ Pentaqon rəhbəri: Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq.

AzPolitika

16 Nov, 09:00


🆘 Bakının Yasamal rayonunda 3 nəfər dəm qazından zəhərlənib.

23 yaşlı Rauf Vəli oğlu Qədimov, 21 yaşlı Məmmədrəhim Ağasi oğlu Minayətov və 20 yaşlı Elmir Ümid oğlu Səlimov dərhal xəstəxanaya aparılsa da, R.Qədimovun həyatını xilas etmək mümkün olmayıb.

AzPolitika

16 Nov, 07:33


🥊 Bütün dünyanın maraqla gözlədiyi Ceyk Pol - Mayk Tayson döyüşü baş tutub.

58 yaşlı Tayson 19 il sonra rinqə qayıdıb. O, 27 yaşlı boksçu, həm də aktyor və videobloger kimi tanınan Ceyk Polla üz-üzə gəlib.

Hakimlərin yekdil qərarı ilə C.Pol adlı-sanlı rəqibinə xal hesabı ilə qalib gəlib. (78:74)

AzPolitika

15 Nov, 12:05


Rusiya HƏMAS-a çağırış edib.

🗣️ Rusiya XİN sözçüsü Mariya Zaxarova: “Bu gün yüzdən çox insan əsirlikdədir. Günahsız insanların uzun müddət məcburi həbsdə saxlanmasına haqq qazandırıla bilinməz. Biz HƏMAS-ı bir daha bütün mülki şəxsləri, o cümlədən soydaşlarımız Trufanov və Xarkini dərhal azad etməyə çağırırıq".

AzPolitika

15 Nov, 10:02


🌤️ Sabahın havası

📍 Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava gözlənilir.

🌧️ Gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

☀️ Temperatur gecə 9-11°, gündüz 14-18° isti olacaq.

🌧️ Rayonlarda da əsasən yağmursuz hava gözlənilir. Axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

☀️ Temperatur gecə 3-8°, gündüz 13-18° isti olacaq.

AzPolitika

15 Nov, 08:40


⚠️ Magistral su kəmərində baş verən qəzanın aradan qaldırılması ilə bağlı işlər görülür. Bu müddət ərzində Suraxanı rayonu Hövsan qəsəbəsinin bəzi ərazilərində bu gün suyun verilməsində fasilələr yaranacaq.

Məlumata görə, sabah səhər saatlarından suyun əvvəlki rejimlə verilməsi bərpa olunacaq.

AzPolitika

15 Nov, 06:59


🔴 İsrailli azarkeşlər indi də Parisdə döyülüb.

Dünən Parisdə Fransa-İsrail matçı baş tutub. Oyun 0-0 hesabı ilə başa çatıb.

Tribunalarda isə insident yaşanıb. Fransada yaşayan müsəlmanlarla israilli azarkeşlər arasında əlbəyaxa dava düşüb. Polis hadisəyə müdaxilə etməli olub.

AzPolitika

15 Nov, 06:58


❗️Bakıda bir sıra marşrutların fəaliyyəti bərpa edilir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) noyabrın 18-dən başlayaraq bir sıra marşrutların fəaliyyətini bərpa edir.

AYNA-ya istinadən xəbər verilir ki, 2, 6, 24 və 46 nömrəli müntəzəm şəhərdaxili marşrutların hərəkət sxemləri bərpa ediləcək.

Mərhələli şəkildə digər müntəzəm marşrutların da fəaliyyətinin bərpa edilməsi həyata keçiriləcək.

AzPolitika

14 Nov, 12:23


📍 COP29 - Rəqəmlər

📸 Tədbirdə 3618 nəfər media mənsubu iştirak edir.

🔎 Beynəlxalq müşahidəçilərin sayı 13 min 275 nəfərdir.

💼 İştirakçı ölkələrin rəsmi təmsilçilərinin sayı isə 35 min nəfərə yaxındır.

AzPolitika

14 Nov, 11:13


Ağadadaş Ağayev məəhkəmə qarşısında

Video: "Qafqazinfo"

AzPolitika

14 Nov, 08:50


Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilsə də, gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.

Havanın temperaturu gecə 7-10° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə və gündüz 70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-9° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 3-8° isti olacaq.

AzPolitika

14 Nov, 08:08


Kuraxovski istiqamətində vurulan rus hərbi texnikaları:

AzPolitika

14 Nov, 07:12


Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyev futbol oynayarkən vəfat edib.

Hadisə ötən gün saat 18 radələrində AMEA-nin yerləşdiyi binanın həyətində "AZFAR Group"a məxsus stadionların birində baş verib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

AzPolitika

13 Nov, 16:25


🇺🇸Tramp Baydenlə görüşüb

AzPolitika

13 Nov, 16:25


‼️6 günlük bayram tətili başa çatır.

⚡️⚡️⚡️ #Sabahdan etibarən Bakıda və Sumqayıtda yerləşən universitet və kolleclərdə tədris müvəqqəti olaraq #distant üsulla davam etdiriləcək.

AzPolitika

13 Nov, 13:33


Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin üçtərəfli görüşü olub.

✍️ Hər üç ölkə arasında "yaşıl enerji dəhlizi"nin yaradılması üzrə memorandum imzalanıb.

AzPolitika

13 Nov, 11:32


Sabahdan bu marşrutların hərəkət sxemi bərpa ediləcək.

🟢 3, 5, 17, 18, 21, 30, 32, 36, 39, 49, 61, 88, 65, 77, 120, 125, 140, 149, 150, 160 və 141E

📍 Hərəkət sxemləri metronun "Ulduz" stansiyasına müvəqqəti təyin edilən 118A, 118B, 148, 173A və 173B nömrəli marşrutların fəaliyyəti Balaxanı yolu ilə təşkil ediləcək.

AzPolitika

13 Nov, 11:24


İtaliyanın Baş naziri: Mən Azərbaycanı sülh naminə iqlim təşəbbüsünün bir hissəsi kimi qiymətləndirilən COP29-un Prezidenti kimi görməkdən çox məmnunam.

AzPolitika

13 Nov, 09:17


📺 Ümumi xəbərlər:

🇦🇿 XİN: Ermənistanın qanunsuzluqları Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən araşdırılacaq.

Sumqayıtın Stansiya Sumqayıt ərazisində bir ailə dəm qazından zəhərlənib. 1980-ci il təvəllüdlü Elmir Rəsulov, onun həyat yoldaşı Samirə Abbasova və övladları 2007-ci il təvəllüdlü Zəminə Rəsulzadə dərhal xəstəxanaya çatdırılıblar.

💣 Kiyev səhər saatlarından güclü raket atəşinə məruz qalıb.

🇺🇸 Donald Tramp amerikalı milyarder İlon Maskı və ictimai fəal Vivek Ramasvamini Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri vəzifəsinə təyin edib.

🇺🇸 Tramp 44 yaşlı Fox News aparıcısı Pit Heqseti Pentaqonun rəhbəri təyin etməyi planlaşdırır. Heqset əvvəllər İraq və Əfqanıstanda xidmət etmiş veterandır.

🔥 ABŞ, Cənubi Koreya və Yaponiya kiberməkanda, hava hücumundan müdafiə və sualtı qayıqlara qarşı döyüş əməliyyatlarının həyata keçiriləcəyi “Freedom Edge” üçtərəfli təlimlərinə başlayır.

💔 Məşhur amerikalı müğənni Madonna (66 yaş) 28 yaşlı futbolçu sevgilisi Akim Morrisdən ayrılıb.

🥔 Cəlilabad rayonunda payızlıq kartofun yığımına start verilib. Ayrı-ayrı kəndlərdə bu il payızlıq əkin olaraq 900 hektar sahədə kartof əkilib. Bu rəqəm ötən il 260 hektar olub. Fermerlər bildirirlər ki, hazırda məhsulu əkin sahəsindən 40-50 qəpiyə satırlar. Satılan məhsul əsasən paytaxt bazarlarına göndərilir.

AzPolitika

13 Nov, 08:06


https://azpolitika.info/?p=775009

AzPolitika

13 Nov, 06:01


🔵 Prezident: Boykota çağıranlara pis xəbərim var — Bizim 196 ölkədən 72 min iştirakçımız var.

#cop29

AzPolitika

12 Nov, 10:59


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də İordaniya Haşimilər Krallığının Vəliəhdi Şahzadə II Əl-Hüseyn bin Abdullah ilə görüşüb

AzPolitika

12 Nov, 09:48


COP29-da liderlərin sammiti yekunlaşdı.

AzPolitika

12 Nov, 09:12


Kurskda öldürülən rus hərbçiləri:

AzPolitika

12 Nov, 07:44


Baydenin müşaviri: ABŞ COP29-dan növbəti həftələrdə tutarlı nəticələr gözləyir.

AzPolitika

12 Nov, 06:30


"Azərbaycanda həm minimum əməkhaqqı, həm də pensiyalar artırılacaq. Bununla bağlı təkliflər hazırlanıb və dövlət büdcəsinin daxilində nəzərə alınıb. Dövlət büdcəsinin müzakirəsi yekunlaşdıqdan sonra elan ediləcək”.

🗣️ Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev

AzPolitika

11 Nov, 18:30


Deputat qızıl xırdalayır
https://vt.tiktok.com/ZSjDpeUht/

AzPolitika

11 Nov, 11:57


Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında, Qobustan, Xızı, Neftçala, Hacıqabulda şimal-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

AzPolitika

11 Nov, 09:27


Qəzzada 15 İsrail hərbçisi öldürülüb:

AzPolitika

11 Nov, 07:30


Müzakirələrə səbəb olan nəhəng canlının (maket olduğuna dair iddialar var) əraziyə gətirilmə görüntüləri.

AzPolitika

11 Nov, 07:14


Bu gündən 14 noyabra qədər COP29la əlaqədar Bakının bir sıra yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılır:

▪️ Hava limanı şossesi,
▪️ Heydər Əliyev prospekti,
▪️ Neftçilər prospekti,
▪️ Yusif Səfərov küçəsi,
▪️ Zərifə Əliyeva küçəsi,
▪️ Xəqani Rüstəmov küçəsi,
▪️ Lermontov küçəsi,
▪️ Niyazi küçəsi,
▪️ İstiqlaliyyət küçəsi,
▪️ Teymur Elçin küçəsi,
▪️ Mehdi Hüseyn küçəsi.

AzPolitika

11 Nov, 06:43


⚠️Xəzərdən naməlum su canlısı tapılıb

AzPolitika

10 Nov, 15:22


Rusiyalı və koreyalılardan ibarət 50 minlik ordu Kursk istiqamətində əks-hücuma hazırlaşır - The New York Times yazır.

Koreyalı hərbçilər Rusiya SQ hərbi formasını daşısalar da, ayrıca qruplarla döyüşə qatılacaqlar - Pentaqondakı mənbələr bildirib.

AzPolitika

10 Nov, 08:29


“SOS” MMC-nin əməkdaşları “Zəfər” parkını ziyarət ediblər:

AzPolitika

09 Nov, 07:20


https://azpolitika.info/?p=774686

AzPolitika

09 Nov, 07:19


Bakıda 15 marşrut xəttinin fəaliyyəti dayandırılır.

15 sayda müntəzəm marşrutun (1, 4, 7B, 24, 37, 54,140E, 141E, 150, 162, 168, 169, 205, 216 və 120E nömrəli) fəaliyyəti müvəqqəti dayandırılacaq.

57 sayda marşrutun xəttinin hərəkət sxemi isə müvəqqəti dəyişdirilir.

AzPolitika

08 Nov, 17:18


https://azpolitika.info/?p=774658

AzPolitika

07 Nov, 11:15


Lukaşenko müharibələri dayandıracağı təqdirdə Trampa Nobel mükafatı verməyi təklif edib.

AzPolitika

07 Nov, 11:11


“Qanun” Nəşrlər Evində yüksək endirimli kitab sərgisi davam edir.

Hər gün səhər saat 9-dan axşam saat 8-dək baş çəkə bilərsiniz.

📍 Ünvan: Tbilisi prospekti, 76

AzPolitika

07 Nov, 09:33


COP29 günlərində Bakıda 57 marşrut üzrə avtobusların hərəkət sxemi dəyişdiriləcək.

“Koroğlu” stansiyasının ətrafından "Piramida" adlanan ərazidən yalnız 163, 184 və 214 nömrəli avtobus marşrutları fəaliyyət göstərəcək. Onlar Ramana, Zabrat qəsəbələri, Suraxanı rayonu istiqamətində hərəkət edəcəklər.

Yolun əks tərəfi isə COP29 əməliyyatları üçün istifadə olunacaq.

Şəhərin mərkəzindən “Koroğlu”ya gələn təqribən 12-ə yaxın marşrut üzrə avtobuslar "Ulduz"a , qalanları isə "Q.Qarayev" və digər metrostansiyalara doğru yönəldiləcək.

COP29-un ilk dörd günü ərzində 10-dan çox marşrut xətti üzrə avtobusların hərəkəti dayandıralacaq.

9-24 noyabr tarixlərində COP29 iştirakçıları üçün avtobuslardan istifadə ödənişsiz olacaq.

AzPolitika

07 Nov, 06:54


https://azpolitika.info/?p=774500

Çörəyin qiyməti bahalaşacaq?

AzPolitika

28 Oct, 12:16


Kadırov Lavrovla görüş zamanı "jim" vurub:

AzPolitika

28 Oct, 12:12


Türkiyə Silahlı Qüvvələri İraqın şimalında əməliyyat keçirib. Ümumilikdə 37 PKK terrorçusu məhv edilib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

AzPolitika

28 Oct, 10:26


Sabunçu yağışdan sonra

AzPolitika

28 Oct, 09:43


🇬🇪 “Müxalifət dövlət çevrilişi ssenarisi hazırlayır”.

- Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili

AzPolitika

28 Oct, 08:02


Bakı küçələri bu gün

AzPolitika

28 Oct, 07:38


Bakıda 1-2 saatlıq yağışdan sonra yollarda yenə gölməçələr yaranıb...

AzPolitika

28 Oct, 07:33


📆 Noyabrda 6 gün ardıcıl iş olmayacaq.

8, 9, 10, 11, 12, 13 noyabr tarixləri qeyri-iş günləri sayılacaq.

AzPolitika

28 Oct, 07:09


⚠️ Bu gün səhər saat 9-dan axşam 10-a qədər Sumqayıtın bəzi hissələrində su kəsiləcək.

📍 Qızıl qum, Köhnə Corat qəsəbələrinin bir hissəsi,
📍 Bağlar ərazisi və 9-cu mikrorayon ev 72, 73, 74, 75 ünvanları

AzPolitika

26 Oct, 12:22


Tbilisidə seçki məntəqəsində dava

AzPolitika

26 Oct, 07:24


https://azpolitika.info/?p=773336

AzPolitika

26 Oct, 07:10


ABŞ İsrailin hücumundan sonra İranı qisas almamağa çağırdı

Gecə saatlarında İsrailin İrana hava zərbələrindən sonra bu gün ABŞ-nin adı açıqlanmayan yüksək rütbəli rəsmisi deyib: “Əgər İran yenidən qisas almaq qərarına gəlsə, biz buna hazır olacağıq və İran bunun nəticələri ilə üzləşəcək”.

Məlumata görə, hökumət rəsmisi bildirib ki, ABŞ bunun baş verməsini istəmir. Onun sözlərinə görə, İsrail və İran arasında atışmalara son qoyulmalıdır.

Vaşinqton Livandakı münaqişələri yatırmaq üçün səy göstərməyə, Livan və Qəzzada atəşkəsə nail olmağa çalışmağa hazırdır. Girovlar İsrailə geri qaytarılmalıdır”, - deyə, ABŞ rəsmisi vurğulayıb.

AzPolitika

26 Oct, 04:59


İrail İranı bombaladı

AzPolitika

25 Oct, 14:12


25 günə mediadan qadın in-ti-har xəbərləri:

25 oktyabr 2024-İmişli r-Gülər Mustafayeva-54 yaş-in-ti-har edib(
20 oktyabr 2024-Lənkəran r-Elnurə Qurbanova-19 yaş (2 uşaq anası)-in-ti-har edib(
18 oktyabr 2024-Şəki ş- Çiçək Lətifova-16 yaş (11-ci sinif şagirdi)-in-ti-har edib(
16 oktyabr 2024-Cəlilabad r-Bəsti Mənsimova-in-ti-har edib(
11 oktyabr 2024-Bakı ş-Zəhra Hüseynzadə-20 yaş-in-ti-har edib(
09 oktyabr 2024-Zaqatala r-Natella Kavuzova-in-ti-har edib(
07 oktyabr 2024- Bakı ş- İlahə Bayramova-32 yaş-in-ti-har edib(((
07 oktyabr 2024-Bakı ş-A.Ş.-59 yaş-in-ti-hara cəhd edib (vəziyyəti ağırdır)(
04 oktyabr 2024-Bakı ş-Aişə Şıxbabayeva-25 yaş-in-ti-har edib(
01 oktyabr 2024-Xaçmaz r-Səbinə Əliyeva-20 yaş- 2 uşaq anası-in-ti-har edib(

AzPolitika

25 Oct, 13:43


Bakı küçələrinin 84%-də, ümumi Bakının isə 50-55 faizində (12 rayon) kanalizasiya şəbəkəsi yoxdur.

ℹ️ mənbə: ETSN / DEEA

AzPolitika

25 Oct, 13:01


Xarkovda öldürülən rus hərbçiləri

AzPolitika

25 Oct, 08:45


Oktyabrın 27-dən İçərişəhərə avtomobillərin girişi qadağan edilir.

Qoşa Qala qapıları qarşısındakı meydanda turist avtobusları üçün minib-düşmə məntəqələrinin yaradılması, Əziz Əliyev küçəsində avtomobillərin hərəkətinin tam məhdudlaşdırılması nəzərdə tutulur.

AzPolitika

24 Oct, 11:10


https://azpolitika.info/?p=773156

AzPolitika

24 Oct, 11:03


https://azpolitika.info/?p=773147

AzPolitika

22 Oct, 12:50


⚡️⚡️FHN: Tuneldə batmış ikinci şəxs - 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun cəsədi suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

AzPolitika

22 Oct, 11:19


Bakıda kişi yağış gölməçəsində boğulub.

Xilasedicilər batan kişinin cəsədini aşkar ediblər.

AzPolitika

22 Oct, 09:36


Şimali Koreya qoşunlarının Rusiyada olmasının daha bir təsdiqi.

Astranın araşdırmasına görə, Şimali Koreya əsgərləri Primorsk diyarının Sergeyevka kəndində yerləşən 127-ci motoatıcı diviziyasının 44980 saylı hərbi hissəsindədir.

Videoda göstərilən kazarma kompleksi Primorsk diyarındakı ən yeni kazarmadır. 2022-ci ilin iyulunda açılıb.

AzPolitika

22 Oct, 09:01


Neft Emalı Zavodundakı yanğının söndürülməsinə helikopterlər cəlb olunub

AzPolitika

22 Oct, 08:15


Heydər Əliyev prospektini su basması nəticəsində yolda ucu-bucağı görünməyən tıxac yaranıb:

AzPolitika

22 Oct, 08:02


Mərdəkanda 123 saylı məktəbin hasarı uçub, təhsil dayandırılıb

AzPolitika

22 Oct, 08:01


📌 Tuneldə kömək gözləyən vətəndaş

AzPolitika

22 Oct, 07:58


Bakı...

AzPolitika

22 Oct, 07:57


ETSN: Yağıntı aylıq normadan çox olub

Binədə 86 mm (aylıq normanın 306 %-i), Maştağada 60 mm (aylıq normanın 150%-i), Pirallahıda 47 mm (aylıq normanın 197%-i), Çilov adasında 37 mm (aylıq normanın 159%-i), Bakıda 32 mm ( aylıq normanın 114%-i), Sumqayıtda 14 mm (aylıq normanın 52%-i) təşkil edir.

AzPolitika

22 Oct, 07:56


💥Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın başlayıb.

AzPolitika

22 Oct, 07:55


Müğənni Nadir Qafarzadənin evini su basdı

AzPolitika

22 Oct, 07:54


🚆Qatarların vaqonlarının pəncərələrindən zibil atanlar 500 manat cərimələnəcək

📪Məişət tullantılarının kənar yerlərə atılmasına görə cərimə artırılır

🚢Gəmilərdən zibil və başqa predmetlər atmağa görə cərimə 10 dəfə artırılır

🚘Avtomobildən bayıra tullantı atılmasına görə 200 manatdan 4000 manatadək cərimə tətbiq olunacaq

AzPolitika

22 Oct, 07:27


Yağışın ardından İnsanlar işə qayıqla gedib gəlir...

AzPolitika

22 Oct, 06:56


FHN əməkdaşları su basmış ərazidən qadını xilas edib

AzPolitika

22 Oct, 06:37


Sabunçu ərazisindəki tuneldə minik avtomobillərinin qalması nəticəsində suda batan var.

Qeyd olunan məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb edilib.

AzPolitika

21 Oct, 12:59


Yağış suları Binəqədi yollarını iflic vəziyyətə saldı

AzPolitika

19 Oct, 12:14


Bakının mərkəzində MTK-nın qanunsuz istəyi nədir?

AzPolitika

19 Oct, 10:37


📺 Xəbər bloku:

🚌 Bakıda COP29-a məxsus xüsusi avtomobillərin hərəkəti test edilir.

🇷🇺 KİV: Vladimir Putin noyabrda Bakıda keçiriləcək COP29 tədbirində iştirak etməyəcək. Rusiya sözügedən tədbirdə Baş nazir səviyyəsində təmsil olunacaq. 

🚨 Ev satmaq adı altında 40 min manatı ələ keçirməkdə şübhəli bilinən Şirvan sakini, əvvəllər məhkum olunmuş Rövşən Qasımov həbs olunub.

💰 Vətəndaşın mənzilindən 35 000 manat pul və qızıl-zinət əşyalarının oğurlamaqda şübhəli bilinən 35 yaşlı L.Babayeva saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, o, oğurladığı pulların bir qismini mərc oyunlarına qoyaraq orada uduzub.

🚇 “Bakı Metropoliteni”nin sabiq rəisi Tağı Əhmədov Günəşli qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunub. 

🚀 Niderland Ukraynaya 42,6 milyon avroluq PUA verəcək.

🗣️ İran XİN rəhbəri: Biz sülh tərəfdarıyıq, lakin istənilən ssenariyə də hazırıq.

🗣️ Türkiyə XİN rəhbəri: Netanyahu İranı müharibəyə cəlb etməyə çalışır.

⚡️ İsrail Baş naziri Benyamin Netanyahunun şəxsi iqamətgahına PUA ilə hücum edilib. Hücum zamanı Netanyahu və həyat yoldaşı Sara evdə olmayıb.

📍 İsrail ordusu Qəzzadakı Cabaliya qaçqın düşərgəsinə zərbələr endirib. Ən azı 30 nəfər həlak olub.

AzPolitika

19 Oct, 09:20


Ətraflı: https://azpolitika.info/?p=772613

AzPolitika

19 Oct, 08:13


Zaporojyedə rus hərbçiləri bele vuruldu:

AzPolitika

19 Oct, 08:09


Metropolitenin keşmiş rəhbəri Tağı Əhmədov əziyyət çəkdiyi xəstəlikdən dünyasını dəyişib.

AzPolitika

18 Oct, 11:05


Rus hərbi texnikası belə məhv edildi:

AzPolitika

18 Oct, 10:57


Bəzi fikirlər var ki, cərimələrin sayının artırılması büdcəni doldurmaq üçündür. Həm də ictimai rəydə belə fikir formalaşıb ki, cərimələr maaş və pensiyalara uyğun olmalıdır. Dünyanın heç bir yerində belə qayda yoxdur. Cərimə odur ki, qaydalara əməl edəsən

Deputat Azay Quliyev

AzPolitika

18 Oct, 10:55


COP29 müddətində şəhər sakinlərinin evdən çıxması ilə bağlı hər hansı məhdudiyyət və qadağaların və ya sms icazələrin tətbiqi nəzərdə tutulmur

AzPolitika

18 Oct, 07:19


📣 COP29 zamanı Sədərək ticarət mərkəzinin və toyların fəaliyyətinə qadağa qoyulmayacaq.

Bunu Prezidentin köməkçisi Anar Ələkbərov deyib.

O bildirib ki, bununla bağlı Prezidentin də tapşırığı var.

Ələkbərov bildirib ki, təkcə noyabrın 12-də prezidentlərin sammiti keçirilən gün yollarda müəyyən məhdudiyyətlər ola bilər.

AzPolitika

18 Oct, 06:59


🇮🇷🇮🇱 "İsrail-İran müharibəsi ehtimalı yüksəkdir. Türkiyə regional müharibəyə hazır olmalıdır" 🔥

Bunu 🇹🇷 Türkiyənin xarici işlər naziri Hakan Fidan “Haber Global”a müsahibəsində deyib.

Müharibə başlayandan bəri xəbərdarlıqlarımızı etdik. Demişdik ki, müharibə daha da genişlənəcək. Bunun hər an artan davamını görürük”, - Hakan Fidan qeyd edib.

AzPolitika

18 Oct, 04:57


🎥 İsrail PUA-sı HƏMAS lideri Yəhya Sinvarın son görüntülərini çəkib.

AzPolitika

18 Oct, 04:55


🎥 İsrail PUA-sı HƏMAS lideri Yəhya Sinvarın son görüntülərini çəkib.

Kadrlarda üzünə şal dolanmış Sinvarın qolu kəsilmiş və ağır yaralı halda oturduğu və PUA-ya tərəf nəsə atdığı görünür.

Daha sonra o, snayperlə başından vurularaq öldürülüb.

AzPolitika

17 Oct, 13:24


İsrail ordusu HAMAS lideri Yəhya Sinvarın Qəzzaya hücum zamanı öldürülüb-öldürülmədiyini aydınlaşdırır.

AzPolitika

17 Oct, 11:50


☎️ 2024-cü ilin yanvar-sentyabr ayları ərzində təcili yardıma 599 min 976 çağırış qeydə alınıb.

🚑 Onlardan 62 min 598-i təxliyə olunub.

⚠️ 39 min 548 əsassız çağırış qeydə alınıb.

📍 Bu sahədə bir sıra innovativ yeniliklər gözlənilir.

📲 Vətəndaşlar həm 103 Çağrı Mərkəzi, həm də “E-təbib” mobil tətbiqi vasitəsilə təcili yardım çağıra biləcəklər.

🎥 Həmçinin xəstənin vəziyyətini, ərazini və s. məqamları daha aydın təsvir edə bilmək üçün 103 Çağrı Mərkəzinə səsli və ya videogörüntülü mesajlar göndərə biləcəklər.

AzPolitika

17 Oct, 10:18


Bu ilin sonuna qədər Ağdam rayonunun üç kəndinə köç prosesi başlanılacaq.

📍 Söhbət Ağdamın Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərindən gedir.

📍 Bundan başqa, Ağdamın Qərvənd kəndində bərpa işləri aparılır.

📍 Ağdam şəhərinin ikinci məhəlləsində tikinti işləri başlanılıb. Bu məhəlləyə gələn ilin sentyabr-oktyabr aylarında köç nəzərdə tutulur”.

AzPolitika

17 Oct, 08:17


⚠️ Bu gün saat 10:00-dan Bakının Nəsimi rayonunun bəzi hissələrinin qaz təchizatında fasilə yaranacaq:

📍 M. Qaşqay, Ə. Qasımzadə, N. Vəzirov, H.Sarabski, M. Kaveroçkin, Dağıstan, İ.Həmidov, E.Tağızadə, S.Rüstəm, V. Plotnikov, R.Axundov, S.Zeynalov, M.Rəfili, Ş.Əzizbəyov, A. Bakıxanov, Q.Quliyev, H.Ələsgərova, İ.Qasımov küçələri,

📍 Vaqif və Azadlıq prospektləri

AzPolitika

16 Oct, 14:11


Rus ordusunun daha bir poliqonu vurulub:

AzPolitika

16 Oct, 09:52


Pokrovski istiqamətində məhv edilən rus hərbçiləri və texnikaları:

AzPolitika

16 Oct, 09:36


Azərbaycan 9 ayda 1 milyard manatdan çox borc qaytarıb;

Azərbaycan 9 ayda Qarabağa 3 milyard manatdan çox vəsait yönəldib;

Azərbaycanın icmal büdcəsində 9 milyard manata yaxın qalıq yaranıb;

Azərbaycanın 9 ayda dövlət büdcəsinin qeyri-neft-qaz sektoru üzrə daxilolmaları 14 milyard 530,5 milyon manat təşkil edib;

Azərbaycanın 9 ayda dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 13 milyard 206,5 milyon manat təşkil edib.