Uzaq dağ kəndlərinin birində çox kasıb bir ailə varmış. Baba, ata, ana və bir övladdan ibarət olan bu ailə dolanmaqda olduqca çətinlik çəkirdi.
Bir gün ata illərin verdiyi yorğunluqla bir küncdə oturmaqdan başqa bir işə yaramayan babanı həsir kisəsinə qoyaraq çaya doğru yola çıxır. Çayın kənarında isə yoldaşlarıyla oynayan uşaq atasından nə etdiyini soruşur.
Ata:
- Baban bizə yük olmaqdan başqa heç bir şey etmir. Ona görə onu bu kisə ilə birgə meşəyə atmağı qərara aldım,- deyir.
Uşaq isə atasına belə deyir:
- Ata, xahiş edirəm, kisəni atma. Çünki bir gün gələcək sən də qocalacaqsan, bax, onda o kisə mənə də lazım olacaq.
Lüğət:
övlad - сын/дочь
ibarət olmaq - состоять
dolanmaq - зарабатывать
çətinlik çəkmək - иметь трудности
künc - угол
kisə - мешок
yük - обуза
qərara almaq - принимать решение
qocalmaq - стареть
#азербайджанский #азербайджанскийязык #азербайджан #баку