Caucasian Live @caucasianlive Channel on Telegram

Caucasian Live

@caucasianlive


Caucasian Live: Dünyanın nəbzi bizdə döyünür.

Siyasi, hərbi, sosial hadisələri, dərin təhlilləri və qərəzsiz şərhləri bizlə izləyin.

📩 Əməkdaşlıq: [email protected]

🌐 İzləyin:

www.instagram.com/caucasian__live/

www.facebook.com/CaucasianLive

Caucasian Live (Azerbaijani)

Caucasian Live Telegram kanalına xoş gəlmisiniz! Bu kanal Qafqaz və dünyada baş verən ən son xəbərləri sizinlə paylaşmaq məqsədilə yaradılmışdır. Burada hər cür aktual məlumat və hadisələri tapa bilərsiniz.

Kanala daxil olaraq, güncəl xəbərləri, maraqlı məqalələri və müzakirə məzmunlarını əldə etmək imkanına malik olacaqsınız. Həmçinin, Qafqaz və dünyanın müxtəlif bölgələrində baş verən hadisələr haqqında ən son məlumatlara sahib olacaqsınız.

@CaucasianLive_bot vasitəsilə əlaqə qura bilər, məqalələrə dair suallarınızı yönədir və ən son xəbərlərdən xəbərdar ola bilərsiniz. Əgər daha ətraflı məlumat almaq istəyirsinizsə, [email protected] elektron ünvanından bizimlə əlaqə saxlaya bilərsiniz.

Həmçinin, Sosial media səhifələrimizi də izləyərək daha çox məzmun və yenilikləri kaçırmayın:
Instagram: www.instagram.com/caucasian__live/
Facebook: www.facebook.com/CaucasianLive1

Caucasian Live Telegram kanalı sizə Qafqaz və dünya ərazisində baş verən ən maraqlı xəbərləri təqdim edir. Hər gününüzü bu kanal vasitəsilə daha məlum, daha maraqlı edə bilərsiniz. Hesabımıza qoşulun və hadisələri bir addımla izləyin! 🌍

Caucasian Live

26 Dec, 17:12


🇮🇱🇷🇺 İsrail aviaşirkəti El Al Rusiyaya uçuşları dayandırıb.

🔺 Şirkət bildirib ki, gələn həftə ərzində Təl-Əviv və Moskva arasında uçuşlar yerinə yetirilməyəcək.

@CaucasianLive

Caucasian Live

26 Dec, 17:08


🟧 "Ukrayna Avropanın dəstəyi olmadan mövcud ola bilməz.

🔺 Rusiya Slovakiyadakı platformadan danışıqlar üçün istifadə etməyə hazırdır, çünki ölkə neytral mövqe tutur".

- Putin | @CaucasianLive

Caucasian Live

26 Dec, 17:07


🇷🇺🗣️ "Bayden mənə Ukraynanın NATO-ya qəbulunu 10-15 il gecikdirməyi təklif etdiz

🔺 Bizim üçün fərq etməz ki, 10, 15 və ya 20 il, tarixin standartlarına görə bu, əhəmiyyətsiz bir zamandır".

- Putin | @CaucasianLive

Caucasian Live

26 Dec, 17:03


⚡️⚡️⚡️Qəzada xəsarət alanların hər birinə 20.000 azn, vəfat edənlərin ailələrinə isə 40.000 azn kompensasiya ödəyəcək.

@CaucasianLive

Caucasian Live

26 Dec, 16:32


🇷🇺🇦🇿 Moskva sakinləri Aktauda baş vermiş təyyarə qəzasında həlak olanların xatirəsini anmaq üçün Azərbaycan səfirliyinin önünə gül dəstələri gətirirlər.

@CaucasianLive

Caucasian Live

26 Dec, 16:29


🇮🇷🇷🇺 İran prezidenti Məsud Pezeşkian yanvarın 17-də Moskvaya səfər edəcək. Rusiya və İran liderləri arasında strateji tərəfdaşlıq haqqında anlaşma imzalanması gözlənilir.

🔸 Qeyd edək ki, bu Donald Trumpın andiçmə mərasimindən 3 gün öncə baş tutacaq. Bu barədə İranın Rusiyadakı səfiri qeyd edib.

@CaucasianLive

Caucasian Live

26 Dec, 16:16


🇰🇿 Qazax bloger və eko-aktivist Azamat Sarsembayev drondan etdiyi çəkilişlərə görə yerli polis tərəfindən saxlanılıb və telefonu əlindən alınıb. Çox güman ki, onu 10-15 sutkalıq həbs edəcəklər.

🔸 Onun çəkdiyi şəkil və videolara bir çox Azərbaycan, Ukrayna və qərb mediası istinad etmişdi. Ən aktiv xəbər yayan şəxslərdən biri idi.

@CaucasianLive

Caucasian Live

26 Dec, 16:09


🟥 #SONDƏQİQƏ | Təyyarənin "Quş qatarı ilə toqquşma" ehtimalı yoxdur”.

- APA |
@CaucasianLive

Caucasian Live

26 Dec, 16:06


🟥 #SONDƏQİQƏ | “Azərbaycanın yüksək rütbəli rəsmiləri “Anadolu”ya Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən hədəfə alındığı ilə bağlı iddiaları təsdiqləyib”.

- Anadolu Xəbər Agentliyi |
@CaucasianLive

Caucasian Live

26 Dec, 15:58


🟦 Qəzaya uğrayan AZAL təyyarəsinin ikinci qara qutusu da tapılıb.

@CaucasianLive

Caucasian Live

26 Dec, 15:58


🇰🇿🇦🇿Hazırda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı rəsmi versiya yoxdur”.

-
Qazaxıstan baş nazirinin müavini | @CaucasianLive

Caucasian Live

26 Dec, 15:43


🇺🇲🗣️ "Prezident Donald Trump özünü Amerikanın düşmənləri hesab edən yerdə dayandığını çox açıq şəkildə ifadə etdi.

🔸 Əgər Bidzina İvanişvili dekabrın 29-da gürcü demokratiyasını məhv etmək planını həyata keçirərsə, o, heç vaxt təsəvvür etmədiyi kimi cavab gözləməlidir".

- ABŞ-ın xüsusi işlər nümayəndəsi Joe Wilson | @CaucasianLive

Caucasian Live

26 Dec, 15:35


🇰🇿🇦🇿🇷🇺 Təyyarə qəzaya uğramazdan əvvəl Aktau hava limanına göyərtəsindəki oksigen çəninin partlaması və sərnişinlərin huşunu itirməyə başladığı barədə məlumat daxil olub.

🔸 Bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev məlumat verib.

- TASS | @CaucasianLive

Caucasian Live

26 Dec, 15:25


🇦🇿🇷🇺 Rusiya və Azərbaycanın hüquq-mühafizə orqanlarına Aktau yaxınlığında qəzaya uğrayan təyyarə barədə araşdırma aparmalarına icazə veriləcək.

- RİA | @CaucasianLive

Caucasian Live

26 Dec, 15:24


🇦🇿🏥 Yaralılar Bakıya gətirilib.

@CaucasianLive

Caucasian Live

26 Dec, 14:53


🇰🇿◼️”Qara qutu oxunacaq sonra səbəb bilinəcək”.

- Qazaxıstanın Baş nazirinin müavini | @CaucasianLive

Caucasian Live

26 Dec, 14:41


✈️ AZAL təyyarəsi Mahaçqalaya enə bilərdi.

@CaucasianLive

Caucasian Live

26 Dec, 14:41


🇰🇿💬 "Biz heç bir versiyanı təsdiq və ya təkzib etmirik."

- Qazaxıstan xüsusi komissiyasının rəhbəri Kanat Bozumbayev | @CaucasianLive

Caucasian Live

26 Dec, 14:37


‼️‼️‼️ CaucasianLive diplomatik mənbələrə istinadən bildirir ki, Rusiya tərəfi AZAL-ın təyyarəsinin Mineralnıye Vodı, Vladiqafqaz, Qroznı və Mahaçqaladakı bütün hava limanlarında eniş etməsinə icazə verməyib.

🔴Eyni zamanda, Bakıya qayıtmaq niyyətində olan pilota gözləmək tövsiyə olunub. Daha sonra Rostov və Qroznıdakı dispetçerlər pilotu 15-20 dəqiqə ləngidib və sonda Xəzər dənizinə doğru istiqamətləndirərək pilotun bu marşrutla hərəkət etməsində israr göstərib.

🔴Məlumata görə, Qroznıya mümkün olmasa belə, Mahaçqalaya eniş etmək mümkün olardı. Lakin Şimali Qafqaz Federal Dairəsinin baş aviaoperatoru bu variantı rədd edib və az müddət sonra təyyarənin GPS sistemində problem yaranıb.

@CaucasianLive

Caucasian Live

26 Dec, 14:24


🇵🇱🤝🇦🇿 "Bu çətin anlarda Polşa dövləti Azərbaycan xalqı və dövləti ilə həmrəy olduğunu bəyan edir”.

🔴”Biz həlak olanların ailələrinə başsağlığı diləyir və zərər çəkənlərin tezliklə sağalmasını arzu edirik”.

- Polşa prezidenti Anjey Duda | @CaucasianLive