🌙Ramazandan Aşuraya الله 📿 @zikrler_ve_dualar_syh_313 Channel on Telegram

🌙Ramazandan Aşuraya الله 📿

@zikrler_ve_dualar_syh_313


بِسْمِ اللّهِ الرَّحْمَنِ الرَّحِيمِ
💖 ZİKRLƏR VƏ DUALAR🤲🏻📿
📚 Ariflərin sınanmış zikirləri duaları
📚 14 məsum(ə)dan Hədislərindən və Quran'i Kərim dən seçilmiş

ZIKRLƏR VƏ DUALAR (Azerbaijani)

🌙 Ramazandan Aşuraya الله 📿nnBu kanal, zikirler ve duaların paylaşıldığı bir platformdur. Burada ariflerin sınanmış zikirlerini ve dualarını bulabilirsiniz. 14 mübarek kişinin hadislerinden ve Kuran-ı Kerim'den seçilmiş özel içerikler sunulmaktadır. Allah'ın adını anmaya ve dualarınızı paylaşmaya hazır mısınız? ZIKRLƏR VƏ DUALAR kanalında ruhunuzu besleyecek ve manevi huzuru bulmanıza yardımcı olacak içerikler sizleri bekliyor. Haydi, bu özel kanala katılın ve maneviyatınızı güçlendirin.🤲🏻📿💖📚

🌙Ramazandan Aşuraya الله 📿

01 Jan, 15:13


🌙Xoş gəldin mübarək Rəcəb ayı

http://t.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

01 Jan, 14:16


•┈┈••✦🍃🌙🍃✦••┈┈•

🌸Rəcəb ayının namazı🌸

Bütün ay boyu altmış rükət namaz qılmaq

💠Hər gecə iki rükət yerinə yetirsin. Hər rükətdə “Həmd”dən sonra üç dəfə “Kafirun”surəsini, ondan sonra bir dəfə “İxlas” surəsini oxumaq lazımdır.
🤲 Salamları deyib əlləri göyə qaldırıb deyin:

💢La ilahə illəllahu vəhdəhu la şərikə ləh, ləhul mulku və ləhul həmdu yuhyi və yumit, və huvə həyyun la yəmut, biyədihil xəyru və huvə əla kulli şəy`in qədir, və iləykəl məsir, və la həvlə və la quvvətə illa billahil əliyyil əzim, Əllahummə səlli əla Muhəmmədin nəbiyyil ummiyyi və alih.

📎Tərcüməsi:

💢Allahdan başqa heç bir tanrı yoxdur. O birdir və şəriksizdir. Mülk (səltənət, hakimiyyət) və həmd yalnız Ona məxsusdur. O dirildir və öldürür. Heç vaxt ölməyən diri (varlıq) Odur. Xeyir yalnız Onun əlindədir və O, hər bir şeyə qadirdir. Hamının qayıdışı Ona doğrudur. Uca və böyük Allahdan başqa güc və qüdrət yoxdur. İlahi, dərs oxumamış Məhəmməd və onun Əhli-beytinə salam yetir!

🤲🕋Göyə qalxmış əlləri üzünə çəksin. Peyğəmbərdən nəql olunur ki, hər kəs bu əməli yerinə yetirsə, duası qəbul olar və ona altmış həclə altmış ümrənin savabı verilər.

📗Mənbə: Məfatihul-cinan.

📌http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

01 Jan, 13:58


🌜Rəcəb ayının hər gecə qılınan namazı.

🖇Hacı Ramil.

📌http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

01 Jan, 13:57


🌙 Rəcəb ayının birinci gecəsinin əməlləri

1️⃣ Hilalı müşahidə etdikdə dua oxumaq:
📜 Dua 1:
اللَّهُمَّ أَهِلَّهُ عَلَيْنَا بِالْأَمْنِ وَ الْإِيمَانِ وَ السَّلامَةِ وَ الْإِسْلامِ رَبِّي وَ رَبُّكَ اللَّهُ عَزَّ وَ جَلَّ
"Allahım, bu hilalı bizim üçün əmin-amanlıq, iman, salamatlıq və İslamla parlaq et. Mənim və sənin Rəbbin, Əziz və Cəlalətli olan Allahdır."

📜 Dua 2:
اللَّهُمَّ بَارِكْ لَنَا فِي رَجَبٍ وَ شَعْبَانَ وَ بَلِّغْنَا شَهْرَ رَمَضَانَ وَ أَعِنَّا عَلَى الصِّيَامِ وَ الْقِيَامِ وَ حِفْظِ اللِّسَانِ وَ غَضِّ الْبَصَرِ وَ لا تَجْعَلْ حَظَّنَا مِنْهُ الْجُوعَ وَ الْعَطَشَ
"Allahım, bizim üçün Rəcəb və Şaban aylarını mübarək et və bizi Ramazan ayına çatdır. Bizə oruc tutmaqda, ibadətdə, dilimizi qorumaqda və gözlərimizi haramdan çəkməkdə kömək et. Bu aydan bizə yalnız aclıq və susuzluğu pay etmə."

2️⃣ 💧 Qüsl etmək:
"Rəcəb ayının əvvəlində, ortasında və sonunda qüsl almaq tövsiyə olunur. Bu, günahlardan təmizlənməyə və İlahi mərhəmətə yaxınlaşmağa səbəb olar."

3️⃣ 🏴 İmam Hüseyni (ə) ziyarət etmək:
"Ziyarətnaməni oxumaq müstəhəbdir. Bu, ruhun saflaşması və İmam Hüseynin (ə) yolunu daha dərindən dərk etmək üçün bir fürsətdir."

#Rəcəbayı #Müraqibə #HilalDuası #Qüsl #İmamHüseyn #RuhaniSaflıq #Dua #RamazanaHazırlıq

http://t.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

01 Jan, 12:25


Rəcəb ayı - Allah ayıdır...

🌙Ramazandan Aşuraya الله 📿

01 Jan, 12:24


🤔Hər kim oruc tutmağa qadir olmasa.

💢Bil və agah ol ki, Rəcəb ayı haqqında çoxlu fəzilət yazılmışdır. Hədisdə deyilir ki, hər kim oruc tutmağa qadir olmasa, bu zikri yüz dəfə oxusa, orucun savabına çatar:

Subhanəl ilahil cəlil, subhanə mən la yənbəğit təsbihu illa ləh, subhanəl əəzzil əkrəm, subhanə mən ləbisəl izzə və huvə ləhu əhl.

💠Tərcüməsi:

Böyük Allah bütün eyiblərdən pak və uzaqdır. Bütün eyiblərdən pak və uzaqdır o Allah ki, təsbeh və zikr Ondan başqasına layiq deyil. Əziz və kərim Allah bütün eyiblərdən pak və uzaqdır. İzzət libasına məxsus və izzət sahibi olan Allah bütün eyiblərdən pak və uzaqdır.

📗Mənbə: Məfatihul-cinan.

📌
http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

01 Jan, 12:22


Mübarək Rəcəb ayı daxil olur............

🌙 Rəcəb ayı haqqında daha ətraflı
http://t.me/zikrler_ve_dualar_SYH_313 kanalımızdan izləyə bilərsəniz

🌙Ramazandan Aşuraya الله 📿

01 Jan, 12:16


🗓Yanvar ayı təqvimi

http://t.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

01 Jan, 12:07


💢Rəcəb ayının ilk gecəsi işa namazından sonra oxunan dua.

💦Əllahummə inni əsəlukə bi-ənnəkə məlik, və ənnəkə əla kulli şəyin muqtədir, və ənnə-kə əla ma təşau min əmrin yə-kun, Əllahummə inni ətəvəccə-hu iləykə binəbiyyikə Muhəm-mədin nəbiyyir rəhməh, səlləl-lahu ələyhi və alih, ya Muhəm-mədu ya rəsuləllah, inni ətəvəc-cəhu bikə iləllahi rəbbikə və rəbbi, liyuncihə (ila) bikə təli-bəti, Əllahummə binəbiyyikə Muhəmmədin vəl əimməti min əhli bəytih, səlləllahu ələyhi və ələyhim əncih təlibəti.

Tərcüməsi:

💦İlahi, Səndən istəyirəm ki, həqiqətən, Sən hakimsən, hər bir şeyə qadirsən və istədiyin hər bir iş yerinə yetir! İlahi, rəhmət peyğəmbəri olan Məhəmməd peyğəmbərin (Allahın salamı olsun ona və onun Əhli-beytinə) vasitəsilə Sənə üz gətirmişəm! Ey Allahın Rəsulu, mənim və sənin Rəbbin olan Allahın dərgahında sənə üz gətirmişəm ki, sizin vasitənizlə hacətim rəva olunsun! İlahi, peyğəmbərin Məhəmməd və onun Əhli-beytindən olan imamlara (Allahın salamı olsun ona onlara) xatir, hacətimi rəva et!

🤲Sonra öz hacətlərini istə!

📗Mənbə: Məfatihul-cinan.

📌http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

01 Jan, 12:02


🌝Bütün ay boyu hər kim min dəfə:

💫Əstəğfirullahə zəl cəlali vəl ikrami min cəmiiz zunubi vəl asam “

-desə, Allah onu bağışlayar.

📗Mənbə: Məfatihul-cinan.

📌http://t.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

01 Jan, 10:56


🎧Hacı Ramil

🌸🍃Mənəvi Aləmin Baharı...
Rəcəb ayının əməlləri ...

📌http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

01 Jan, 07:01


•┈┈••✦🍃🌸 💖🌸🍃✦••┈┈•

Rəcəb ayının birinci gecəsinin əməlləri.

💢Çox şərafətli gecədir. Onda bir neçə əməl var;

1⃣ O ayın ayını görən şəxs belə desin:

💠Əllahummə əhilləhu ələyna bil əmni vəl iman, vəs səlaməti vəl islam, rəbbi və rəbbukəl-lahu əzzə və cəll.
Tərcüməsi:
💠İlahi, bu ayı mənə əmin-amanlıq və iman, sağlamlıq və İslamla yenilə! Mənim və sənin Rəbbin qadir və böyük Allahdır.

💢Başqa yerdə peyğəmbərdən nəql olunur ki, Rəcəb ayının ayını görsən belə de:

Əllahummə barik ləna fi rəcəbin və şəban, və bəlliğna şəhrə rəməzan, və əinna ələs siyami vəl qiyam, və hifzil lisani və ğəzzil bəsər, və la təcəl həzzəna minhul cuə vəl ətəş.
💠Tərcüməsi:
İlahi, Rəcəb və Şəban ayında bizə bərəkət ver, bizi Ramazan ayına çatdır, bizə oruc tutmaq, gecəni oyaq qalıb ibadətlə keçirmək, dilimizi (yersiz sözlərdən) qorumaq, gözümüzü (haram baxışlardan) saxlamaq üçün kömək et və bizim bu aydan bəhrəmizi yalnız ac və susuz qalmaqda qərar vermə!

2⃣ Bəzi alimlərin dediyinə əsasən qüsl etmək lazımdır. Peyğəmbərdən nəql olunur ki, hər kim Rəcəb ayına daxil ola və ayın əvvəlində, ortasında və axırında qüsl ala, anadan yeni doğulmuş uşaq kimi günahları bağışlanar.

3⃣ İmam Hüseyni(ə) ziyarət etmək.

4⃣ Məğrib namazından sonra iyirmi (iki-iki) rükət namaz qılmaq; hər rükətdə “Həmd”dən sonra “İxlas” surəsini oxumaq lazımdır. Hər kəs bu namazı qılsa, özü, ailəsi və mal-dövləti qəbir əzabından amanda olar və Sirat körpüsündən işıq sürəti ilə keçər.

5⃣ İşa namazından sonra iki rükət namaz. Birinci rükətdə “Həmd”dən sonra bir dəfə “İnşirah” surəsini, üç dəfə “İxlas” surəsini, ikinci rükətdə “Həmd”, ”İnşirah”, ”İxlas”, ”Fələq” və “Nas” surələri oxunur. Salamlardan sonra isə otuz dəfə “La ilahə illəllah” demək və otuz dəfə salavat göndərmək lazımdır. Hər kim bu namazı qılsa, yeni anadan olmuş uşaq kimi günahları silinər.

6⃣ Otuz rükət namaz. Hər rükətdə “Həmd”dən sonra “Kafirun” surəsini və üç dəfə “İxlas” surəsini oxumaq lazımdır.

7⃣ Kəfəminin “Misbah”da gətirdiyi hədisə əməl etmək. Hədis belədir; Əbulbəxtəri Vəhb ibn Vəhb İmam Sadiqdən(ə), o da Əmirəlmöminin Əlidən(ə) nəql edir ki, həzrət bütün il boyu dörd gecədə hər şeydən əl götürüb, ehya saxlayıb ibadətə məşğul olardı. Rəcəb ayının ilk gecəsi, Şəban ayının on beşinin gecəsi, Fitr və Qurban bayramlarının gecələrini.

•┈┈••✦🍃🌸 💖🌸🍃✦••┈┈•

📗Mənbə: Məfatihul-cinan.

📌http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

01 Jan, 05:05


•┈┈••✦🍃🌸 💖🌸🍃✦••┈┈•

🌙Rəcəb ayının fəzilətli əməlləri

💠Bil ki, Rəcəb ayı, Şəban ayı və mübarək Ramazan ayı fəzilətdə son dərəcədədirlər. Çoxlu hədislər bu barədə gəlmişdir. Peyğəmbərdən belə rəvayət olunur; Rəcəb ayı çox böyük aydır, heç bir ay fəzilətdə ona yetişməz və bu ayda kafirlərlə müharibə haramdır.
💠Rəcəb ayı Allahın, Şəban ayı Allahın , Ramazan ayı isə mənim ayımdır.
⚡️ Hər kəs bu ayda bir gün oruc tutsa, Allahın razılığına səbəb və ilahi qəzəbdən amanda olar. Cəhənnəm qapılarından biri onun üzünə bağlanar.
💠İmam Kazimdən(ə) belə rəvayət olunur ki, hər kəs Rəcəb ayının bir gününü oruc tutsa, cəhənnəm odu bir il ondan uzaq olar. Hər kəs üç gününü oruc tutsa, cənnət ona vacib olar.
💠Başqa yerdə buyurur:- “Rəcəb - cənnətdə süddən ağ, baldan şirin bulağın adıdır ki, Rəcəb ayında bir gün oruc tutan şəxs mütləq o bulaqdan dadacaq.”

📗Mənbə: Məfatihul-cinan.

•┈┈••✦🍃🌸 💖🌸🍃✦••┈┈•

📌http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

01 Jan, 05:02


•┈┈••✦🍃🌸 💖🌸🍃✦••┈┈•

💢İmam Sadiqdən(ə) Peyğəmbərin (s.a.v) belə buyurduğu nəql olunur:-


“Rəcəb ayı ümmətimin istiğfar ayıdır. Bu ayda çoxlu istiğfar edin! Allah çox bağışlayan və mehribandır.” Bu aya “Əsəbb” də (çox tökülən) deyilir, çünki bu ayda çoxlu ilahi rəhmət mənim ümmətimə nazil olur. Onda çoxlu deyin:-

📿Əstəğfirullahə və əs`əluhut tovbə.”

•┈┈••✦🍃🌸 💖🌸🍃✦••┈┈•

📗Mənbə: Məfatihul-cinan.

📌
http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

01 Jan, 04:51


🌙Kim Rəcəb ayının əvvəli ortası və axırı oruc tutsa .. .

Hacı Ramil

📌http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

01 Jan, 03:08


⛅️Günümüzə Quranla başlayaq

📖🌸Bəqərə surəsi 🌸

🍃بسم الله الرحمن الرحیم🍃

208)


يَا أَيُّهَا الَّذِينَ آمَنُوا ادْخُلُوا فِي السِّلْمِ كَافَّةً وَلَا تَتَّبِعُوا خُطُوَاتِ الشَّيْطَانِ ۚ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُبِينٌ

Ey iman gətirənlər, hamılıqla (Allaha) təslim və itaətə daxil olun və şeytanın addımlarına tabe olmayın ki, həqiqətən, o sizin aşkar düşməninizdir.



💡http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

31 Dec, 13:22


Hər yeni ilin özü ilə yeni ümidlər, yeni arzular gətirdiyi kimi, bu il də qəlbinizi sevinc və xoşbəxtliklə doldursun. Keçmişin ağırlığını geridə qoyaraq, hər şeyin daha gözəl olacağına ürəkdən inanaq. Uğurlarınız çox, sevinciniz bol, sevginiz isə sonsuz olsun!
Hər şeyin yaxşı olacağı ümidi ilə...

https://t.me/SYH_Xemsename

🌙Ramazandan Aşuraya الله 📿

26 Dec, 15:45


Axtardığınız elmi, dini, motivasiya, xəbər kanlları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla ən gözəl və ən böyük kanallardan faydalana bilərsiniz🤩

@toplu_admini

🌙Ramazandan Aşuraya الله 📿

26 Dec, 07:34


Qəzada həyatını itirənlərə Allahdan rəhmət ailələrinə səbr diləyirik.
Yararlılara Allah şifa versin

🌙Ramazandan Aşuraya الله 📿

26 Dec, 05:48


📖 NAMAZ QILAN ŞƏXSİN PALTARI
Sual: 437. Çənəni hicab gеyəndə və namazda tam şəkildə örtmək vacibdirmi, yoxsa təkcə onun aşağı hissəsini örtmək kifayətdir? Yaxud çənəni örtmək üzün şər᾽i cəhətdən vacib olan hissəsini örtmək də müqəddimə olduğu üçün vacibdir?

📖Cavab: Çənənin özünü yox, aşağısını örtmək vacibdir, çünki o üzün bir hissəsidir.

📚 Ayətullahul-üzma sеyid Əli Xamеnеi həzrətlərinin dəftərxanasının şər᾽i suallar şö᾽bəsi

💡http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

26 Dec, 03:05


⛅️Günümüzə Quranla başlayaq

📖🌸Bəqərə surəsi 🌸

🍃بسم الله الرحمن الرحیم🍃

202)


أُولَٰئِكَ لَهُمْ نَصِيبٌ مِمَّا كَسَبُوا ۚ وَاللَّهُ سَرِيعُ الْحِسَابِ

Əldə etdiklərindən payları olacaq kəslər onlardır. Allah çox tez hesab çəkəndir (bir göz qırpımında Qiyaməti bərqərar edəcək və yaradılmışların aşkar və müfəssəl hesabından qabaq, bir anın içində onların hamısının gizlin və müxtəsər hesabını aparacaqdır).


💡http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

25 Dec, 20:31


📖QURANDAN GÖZƏL DUALAR.

رَبَّنَا أَفْرِغْ عَلَيْنَا صَبْرًا وَثَبِّتْ أَقْدَامَنَا وَانصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ

«Ey Rəbbimiz! Bizə bollu səbir ver, qədəmlərimizi möhkəmlət və kafir qövmə qələbə çalmaqda bizə yardım et!»

💡 http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

25 Dec, 18:30


💫Gecə namazı qıl 💫

http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

25 Dec, 18:13


💫Qurandan Dualar💫

رَبَّنَا آتِنَا فِي الدُّنْيَا حَسَنَةً وَفِي الْآخِرَةِ حَسَنَةً وَقِنَا عَذَابَ النَّارِ

«Ey Rəbbimiz! Bizə həm (bu) dünyada, həm də axirətdə gözəl nemətlər ver və bizi (Cəhənnəm) odunun əzabından qoru!»

💡 http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

25 Dec, 03:05


⛅️Günümüzə Quranla başlayaq

📖🌸Bəqərə surəsi 🌸

🍃بسم الله الرحمن الرحیم🍃

201)


وَمِنْهُمْ مَنْ يَقُولُ رَبَّنَا آتِنَا فِي الدُّنْيَا حَسَنَةً وَفِي الْآخِرَةِ حَسَنَةً وَقِنَا عَذَابَ النَّارِ

Onlardan bəzisi deyər: «Ey Rəbbimiz, bizə dünyada da yaxşılıq əta et, axirətdə də yaxşılıq əta et və bizi (Cəhənnəm) odun(un) əzabından qoru».


💡http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

24 Dec, 17:22


Telegramın ən böyük və ən faydalı elmi, dini, xəbər, motivasiya kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla qeyd etdiyimiz kanallara abunə ola bilərsiniz.

@toplu_admini

🌙Ramazandan Aşuraya الله 📿

24 Dec, 03:05


⛅️Günümüzə Quranla başlayaq

📖🌸Bəqərə surəsi 🌸

🍃بسم الله الرحمن الرحیم🍃

200)


فَإِذَا قَضَيْتُمْ مَنَاسِكَكُمْ فَاذْكُرُوا اللَّهَ كَذِكْرِكُمْ آبَاءَكُمْ أَوْ أَشَدَّ ذِكْرًا ۗ فَمِنَ النَّاسِ مَنْ يَقُولُ رَبَّنَا آتِنَا فِي الدُّنْيَا وَمَا لَهُ فِي الْآخِرَةِ مِنْ خَلَاقٍ

Beləliklə, Həcc əməllərinizi yerinə yetirdikdən sonra, öz atalarınızı xatırladığınız kimi və ya ondan da yaxşı və dolğun şəkildə Allahı yada salın (ərəblərin adəti belə idi ki, onlar Həcc əməllərini yerinə yetirdikdən sonra Minada öz atalarının iftixar etməli işlərindən danışmağa başlayırdılar). Beləliklə, insanların bəzisi deyər: «Ey Rəbbimiz, bizə dünyada (nemət) ver!» Onların axirətdə heç bir payı yoxdur.


💡http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

23 Dec, 16:52


Sənə lazım olana toxun və abone ol 💫

➪ 𝙰𝚍𝚖𝚒𝚗: @toplu_admini

🌙Ramazandan Aşuraya الله 📿

23 Dec, 03:04


⛅️Günümüzə Quranla başlayaq

📖🌸Bəqərə surəsi 🌸

🍃بسم الله الرحمن الرحیم🍃

199)

ثُمَّ أَفِيضُوا مِنْ حَيْثُ أَفَاضَ النَّاسُ وَاسْتَغْفِرُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ

Sonra (müşriklərin getdikləri yol ilə deyil) camaatın axışdığı yer ilə (Məş’ər çölündən Minaya tərəf) yollanın. Və Allahdan bağışlanmaq diləyin ki, Allah çox bağışlayan və mehribandır.


💡http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

22 Dec, 18:06


Telegramın ən böyük və ən faydalı elmi, dini, xəbər, motivasiya kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla qeyd etdiyimiz kanallara abunə ola bilərsiniz.

@toplu_admini

🌙Ramazandan Aşuraya الله 📿

22 Dec, 07:21


Həzrət Fatimə Zəhraya (s) istiğasə namazı

Bir rəvayətdə nəql olunur ki, Allahdan bir hacətin olsa, iki rükət namaz qıl. Namazın salamlarını dedikdən sonra üç “təkbir”, sonra isə Həzrət Zəhranın (s.ə) təsbihatını (zikrini) de. Daha sonra səcdəyə get və yüz dəfə
يا مَوْلاتى فاطِمَةُ اَغيثينى
(Ya məvlati  Fatiməh, əğisini) - cümləsini de. Ondan sonra sağ üzünü yerə qoy və həmin cümləni yüz dəfə təkrar de. Bir daha səcdəyə get və həmin cümləni yüz on dəfə təkrar dedikdən sonra öz hacətini istə ki, Allah-Taala sənin hacətini rəva edər.

http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

22 Dec, 03:02


⛅️Günümüzə Quranla başlayaq

📖🌸Bəqərə surəsi 🌸

🍃بسم الله الرحمن الرحیم🍃

198)


لَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَنْ تَبْتَغُوا فَضْلًا مِنْ رَبِّكُمْ ۚ فَإِذَا أَفَضْتُمْ مِنْ عَرَفَاتٍ فَاذْكُرُوا اللَّهَ عِنْدَ الْمَشْعَرِ الْحَرَامِ ۖ وَاذْكُرُوهُ كَمَا هَدَاكُمْ وَإِنْ كُنْتُمْ مِنْ قَبْلِهِ لَمِنَ الضَّالِّينَ

Rəbbinizdən mərhəmət və ruzi diləməyinizdə sizə heç bir günah yoxdur. Ərəfatdan (Məş’ərə tərəf) axışarkən Məş’ərül-Həram (dağın)ın yanında (Müzdəlifə çölündə) Allahı yada salın. Sizi hidayət etməsinin şükrü olaraq Onu yada salın və əslində siz bundan əvvəl azğınlardan idiniz.

💡http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

21 Dec, 20:08


Əlinin (ə) Eşqi Xoş Gəldin
Sən hara, Yer hara?!

Xanım Fatimənin (s.ə) doğum günü və analar və xanımlar bayramımız mübarək
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

🌸 https://t.me/SYH_Xemsename

http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

21 Dec, 19:49


🌸Əziz İslam Peyğəmbəri (s) buyurur: “Fatimə (s.ə) - dünya və Axirət xanımlarının seyyidəsidir”. Yəni xanım, dünya və Axirətdə öz üzərində həqiqi xanımlıq simasını daşıyan bütün qadınların rəhbəri və ağasıdır. Xanım Fatimeyi-Zəhra (s.ə) onlar arasından ən kamildir.

💡 https://t.me/SYH_Xemsename

📿http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

21 Dec, 19:48


🌸🍃 "Xanımlar xanımı, həzrət Fatimeyi-Zəhranın (s) mövlud günü hər birinizə mübarək olsun!
💖 Fatimə əzab-əziyyətdən qoparan deməkdir. Xoşbəxtliyə qovuşdurmaq üçün sevginin gücü ilə əzab-əziyyətdən qoparan.
💖Zəhra nur saçan, işıqlandıran deməkdir. İlahi eşqdən doğan, varlıq aləmini işıqlandıran və qəlbləri aydınladan parlaq nur.

🕊 Dünyamızın ehtiyac duyduğu hər bir şey bu iki adda gizlənib.

⚡️ Odur ki, Fatimeyi-Zəhra (s) - yoldur, məktəbdir. Bəşəriyyəti nicata aparan, özünə qaytaran yol.

💐Bu yolun yolçusu olmaq arzusu ilə bir daha hamınızı, xüsusilə xanımları təbrik edirəm.

🌸🍃 Bayramınız mübarək!"🍃🌸

💡 https://t.me/SYH_Xemsename

📿http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

21 Dec, 18:54


Müjdə ey dil, bu günü isməti - Taha günüdür,
Aydın olsun gözünüz Fatimə - Zəhra günüdür.

🌸 https://t.me/SYH_Xemsename

🌙Ramazandan Aşuraya الله 📿

21 Dec, 16:29


Həmişəki kimi elmi və dini kanallarla qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla telegramın ən faydalı və ən böyük kanallarına abunə ola bilərsiniz.

@toplu_admini

🌙Ramazandan Aşuraya الله 📿

30 Nov, 16:45


Telegramın ən böyük və ən faydalı kanalları ilə qarşınızdayıq. Özəlliyimiz hər kanalı topluya almamağımızdır.

@toplu_admini

🌙Ramazandan Aşuraya الله 📿

30 Nov, 02:36


⛅️Günümüzə Quranla başlayaq

📖🌸Bəqərə surəsi 🌸

🍃بسم الله الرحمن الرحیم🍃

178)


يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُتِبَ عَلَيْكُمُ الْقِصَاصُ فِي الْقَتْلَى ۖ الْحُرُّ بِالْحُرِّ وَالْعَبْدُ بِالْعَبْدِ وَالْأُنْثَىٰ بِالْأُنْثَىٰ ۚ فَمَنْ عُفِيَ لَهُ مِنْ أَخِيهِ شَيْءٌ فَاتِّبَاعٌ بِالْمَعْرُوفِ وَأَدَاءٌ إِلَيْهِ بِإِحْسَانٍ ۗ ذَٰلِكَ تَخْفِيفٌ مِنْ رَبِّكُمْ وَرَحْمَةٌ ۗ فَمَنِ اعْتَدَىٰ بَعْدَ ذَٰلِكَ فَلَهُ عَذَابٌ أَلِيمٌ

Ey iman gətirənlər, sizə (qəsdən) öldürülənlər barəsində qisas (hökmü) yazılmış və qərara alınmışdır: azad şəxsin müqabilində azad, qulun müqabilində qul və qadının müqabilində qadın. Beləliklə kim (hər hansı bir qatil) öz (din) qardaşı (öldürülənin qəyyumu) tərəfindən müəyyən qədər əfv olunsa (qəyyum bütün qisas haqqını, yaxud onun bir hissəsini bağışlasa və ya onu qanbahası ilə əvəz etsə), onda (əfv edən tərəf qalan hissələr barəsində, ya diyənin alınmasında) bəyənilən bir yol seçməlidir və (qatil də) diyəni ona yaxşılıqla (xoşluqla), gözəl surətdə ödəməlidir. (Yerinə yetirilməsi eyni ilə zəruri deyil seçimlə ixtiyari olan) bu (qisas hökmü), sizin Rəbbiniz tərəfindən bir yüngüllük və rəhmətdir. Odur ki, kim əfv etdikdən sonra həddini aşsa (qatili öldürsə), onun üçün ağrılı bir əzab vardır.


💡http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

29 Nov, 16:29


Telegramın ən böyük və ən faydalı elmi, dini, xəbər, motivasiya kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla qeyd etdiyimiz kanallara abunə ola bilərsiniz.

@toplu_admini

🌙Ramazandan Aşuraya الله 📿

29 Nov, 02:35


⛅️Günümüzə Quranla başlayaq

📖🌸Bəqərə surəsi 🌸

🍃بسم الله الرحمن الرحیم🍃

177)


۞ لَيْسَ الْبِرَّ أَنْ تُوَلُّوا وُجُوهَكُمْ قِبَلَ الْمَشْرِقِ وَالْمَغْرِبِ وَلَٰكِنَّ الْبِرَّ مَنْ آمَنَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَالْمَلَائِكَةِ وَالْكِتَابِ وَالنَّبِيِّينَ وَآتَى الْمَالَ عَلَىٰ حُبِّهِ ذَوِي الْقُرْبَىٰ وَالْيَتَامَىٰ وَالْمَسَاكِينَ وَابْنَ السَّبِيلِ وَالسَّائِلِينَ وَفِي الرِّقَابِ وَأَقَامَ الصَّلَاةَ وَآتَى الزَّكَاةَ وَالْمُوفُونَ بِعَهْدِهِمْ إِذَا عَاهَدُوا ۖ وَالصَّابِرِينَ فِي الْبَأْسَاءِ وَالضَّرَّاءِ وَحِينَ الْبَأْسِ ۗ أُولَٰئِكَ الَّذِينَ صَدَقُوا ۖ وَأُولَٰئِكَ هُمُ الْمُتَّقُونَ

Yaxşılıq yalnız üzlərinizi (ibadət üçün) şərq və qərbə tərəf çevirmək deyildir. Lakin həqiqi yaxşılıq Allaha, axirət gününə, mələklərə, (səmavi) kitaba və peyğəmbərlərə iman gətirən (başlanğıc və məada, həmçinin bu ikisinin arasında olan etiqadi əsaslara iman gətirən), eləcədə də öz malını,çox sevməsinə (və ona ehtiyacı olmasına) baxmayaraq Allah eşqinə qohumlarına, yetimlərə, yoxsullara, yolda qalanlara, dilənçilərə və qullar(ın azad olunmasın)a verən, namaz qılan, zəkat verən, əhd-peyman bağlayan zaman öz əhdinə vəfalı olanlar, (məxsusən) maddi çətinlikdə, cismi zərərlərdə və cihad zamanı səbirli olan kəs(in iman və əməli)dir. Onlardır doğru danışanlar və onlardır təqvalılar! (Ümumiyyətlə yaxşılıq üç cəhətdən-etiqad, əməl və əxlaqdan ibarətdir.)


💡http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

28 Nov, 16:29


Sənə lazım olana toxun və abone ol 💫

➪ 𝙰𝚍𝚖𝚒𝚗: @toplu_admini

🌙Ramazandan Aşuraya الله 📿

28 Nov, 02:33


⛅️Günümüzə Quranla başlayaq

📖🌸Bəqərə surəsi 🌸

🍃بسم الله الرحمن الرحیم🍃

176)


ذَٰلِكَ بِأَنَّ اللَّهَ نَزَّلَ الْكِتَابَ بِالْحَقِّ ۗ وَإِنَّ الَّذِينَ اخْتَلَفُوا فِي الْكِتَابِ لَفِي شِقَاقٍ بَعِيدٍ

O əzab buna görədir ki, Allah kitabı (bütün səma kitablarını) haqq olaraq (düzgün, ali və əqli bir hədəf üçün) nazil etmişdir. Həqiqətən Allahın kitabı (onun hamısının və ya bəzisinin qəbul edilməsi, kəlmələrinin, yaxud mənasının təhrif edilməsi) barəsində fikir ayrılığına düşmüş kəslər uzun-uzadı bir düşmənçilik içərisindədirlər.


💡http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

27 Nov, 16:29


Telegramın ən böyük və ən faydalı elmi, dini, xəbər, motivasiya kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla qeyd etdiyimiz kanallara abunə ola bilərsiniz.

@toplu_admini

🌙Ramazandan Aşuraya الله 📿

27 Nov, 02:32


⛅️Günümüzə Quranla başlayaq

📖🌸Bəqərə surəsi 🌸

🍃بسم الله الرحمن الرحیم🍃

175)


أُولَٰئِكَ الَّذِينَ اشْتَرَوُا الضَّلَالَةَ بِالْهُدَىٰ وَالْعَذَابَ بِالْمَغْفِرَةِ ۚ فَمَا أَصْبَرَهُمْ عَلَى النَّارِ

Hidayət bahasına azğınlığı və bağışlanmaq müqabilində əzabı satın almış kəslər onlardır. Vay-vay, onlar oda necə də səbrlidirlər!


💡http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

26 Nov, 17:48


🍃🌸🍃 Şükür edənlərin münəcatı.

Bol nemətlərin, gözəl imtahan və bəlalarınla yanaşı, bəyəndiyin həmd və sitayiş yalnız Sənə məxsusdur, ehsan və bəxşişlərinin böyüklüyü də bizi əhatə edir. Səni səsləyirəm, ey böyük, ey kərim! Rəhmətinə xatir bizə rəhm et, ey mehribanların ən mehribanı!

📌Son.

📗Mənbə: Məfatihul-cinan

#Münəcatlar
💡http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

26 Nov, 16:29


Sənə lazım olana toxun və abone ol 💫

➪ 𝙰𝚍𝚖𝚒𝚗: @toplu_admini

🌙Ramazandan Aşuraya الله 📿

26 Nov, 02:34


⛅️Günümüzə Quranla başlayaq

📖🌸Bəqərə surəsi 🌸

🍃بسم الله الرحمن الرحیم🍃

174)


إِنَّ الَّذِينَ يَكْتُمُونَ مَا أَنْزَلَ اللَّهُ مِنَ الْكِتَابِ وَيَشْتَرُونَ بِهِ ثَمَنًا قَلِيلًا ۙ أُولَٰئِكَ مَا يَأْكُلُونَ فِي بُطُونِهِمْ إِلَّا النَّارَ وَلَا يُكَلِّمُهُمُ اللَّهُ يَوْمَ الْقِيَامَةِ وَلَا يُزَكِّيهِمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ

Şübhəsiz, Allahın kitabdan (səma kitabı olan Tövrat və İncildən) nazil etdiyini (alimlərin öz mənafelərinə görə camaat üçün haram etdikləri şeylərin halal olması barəsindəki ayələri) gizlədən və beləliklə də azacıq bir qazanc əldə edən kəslər qarınlarına oddan başqa bir şey daxil etmirlər (onların gizlətdikləri və ya əldə etdikləri o qazanc axirətdə od yemək şəklində zahir olacaqdır). Həmçinin Allah Qiyamət günü onlarla danışmayacaq, onları (əməllərinin pisliyindən) paklaşdırmayacaq və onlar üçün ağrılı bir əzab olacaqdır.


💡http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

26 Nov, 00:35


QADİN VƏ KİŞİ  ARASİNDA MƏHƏBBƏT ÇOX  OLMASİ ÜÇÜN (HƏR HANSİ BİRİ  OXUSA OLAR )

بسم الله الرحمن الرحيم

إِبْرَاهِيمُ خَلِيلُ اللَّهِ مُوسَى كَلِيمُ اللَّهِ عِيسَى رُوحُ اللَّهِ مُحَمَّدٌ حَبِيبُ اللَّهِ و رَسُولُ اللَّهِ لَوْ أَنزَلْنَا هَذَا الْقُرْآنَ عَلَی جَبَلٍ لَّرَأَيْتَهُ خَاشِعًا مُّتَصَدِّعًا مِّنْ خَشْيَةِ اللَّهِ وَتِلْكَ الْأَمْثَالُ نَضْرِبُهَا لِلنَّاسِ لَعَلَّهُمْ يَتَفَكَّرُونَ أَلَمْ نَشْرَحْ لَكَ صَدْرَكَ وَوَضَعْنَا عَنْكَ وِزْرَكَ الَّذِي أَنْقَضَ ظَهْرَكَ وَرَفَعْنَا لَكَ ذِكْرَكَ فَإِنَّ مَعَ الْعُسْرِ يُسْرًا إِنَّ مَعَ الْعُسْرِ يُسْرًا.
Yeddi gün, hər gündə yeddi dəfə oxunsun:
Bismilləhir-rahmənir-rahim
İbrahimu xəlilullah, Musa kəlimullah, İsa ruhullah, Muhəmmədun həbibullah və rasulullah. Ləv ənzəlna hazəl Quranə əla cəbəlin lərəytəhu xaşiən mutəsəddiən min xaşyətilləh və tilkəl əmsəlu nədribuhə linnəsi ləəlləhum yətəfəkkəruun. Ələm nəşrəh ləkə sədrək. vəvədə'əna ənkə vidrak, əlləzi ənqada zahrak, vərəfə'əna ləkə zikrak. Fə innə məəl usri yusra, innə məəl usri yusra .

💡 http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

26 Nov, 00:33


BƏXTİN AÇILMASI ÜÇÜN XƏTM

Hər kəsin bəxti bağlansa və ya ailə qurmaqda çətinlikləri yaransa, 1 həftə ərzində bu xətmi yerinə yetirsin:

70 dəfə - Ayətəl Kürsü
70 dəfə - İxlas surəsi
70 dəfə - Nas surəsi
70 dəfə - Fələq surəsi
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Bu sınanmış zikrlərdəndir.

💡 http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

25 Nov, 16:29


Telegramın ən böyük və ən faydalı elmi, dini, xəbər, motivasiya kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla qeyd etdiyimiz kanallara abunə ola bilərsiniz.

@toplu_admini

🌙Ramazandan Aşuraya الله 📿

25 Nov, 02:33


⛅️Günümüzə Quranla başlayaq

📖🌸Bəqərə surəsi 🌸

🍃بسم الله الرحمن الرحیم🍃

173)


إِنَّمَا حَرَّمَ عَلَيْكُمُ الْمَيْتَةَ وَالدَّمَ وَلَحْمَ الْخِنْزِيرِ وَمَا أُهِلَّ بِهِ لِغَيْرِ اللَّهِ ۖ فَمَنِ اضْطُرَّ غَيْرَ بَاغٍ وَلَا عَادٍ فَلَا إِثْمَ عَلَيْهِ ۚ إِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ

Həqiqətən (Allah) sizə ölmüş heyvanı, qanı, donuz ətini və (kəsilərkən başı üzərində) Allahdan başqasının adı çəkilmiş heyvanı haram etmişdir. Amma əslində ona meyli olmadan (Allahın hökmünə qarşı çıxmaq niyyəti olmadan) və zərurət miqdarını aşmadan (onları yeməyə) məcbur olan şəxsə heç bir günah yoxdur. Həqiqətən Allah çox bağışlayan və mehribandır.



💡http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

24 Nov, 18:17


🍃🌸🍃 Şükür edənlərin münəcatı.

İlahi, başlanğıcda bizi lütfünlə qidalandırıb hikmət və xilqət beşiyində böyütdüyün kimi, sonsuz nemətlərini bizə tamamla, şiddətli intiqamını bizlərdən kənarlaşdırıb dəf et və bizə hər iki aləmdə (dünya və axirətdə) ən üstün və böyük nemət və ləzzətləri əta et!

📌Ardı var...

📗Mənbə: Məfatihul-cinan

#Münəcatlar
💡
http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

24 Nov, 16:29


Telegramın ən faydalı, ən böyük və ən gözəl kanalları ilə qarşınızdayıq. Bizim digər toplu adminlərindən fərqimiz onlar kimi yalandan olmayan kanalları yazmırıq:)) abunə olmaqla özünüz də görə bilərsiniz:)

@toplu_admini

🌙Ramazandan Aşuraya الله 📿

24 Nov, 14:26


Həzrət Fatimə Zəhranın (s.ə) salavatı.

İlahi, pak-pakizə, Sənin həbibin və Peyğəmbərinin sevimlisi, dostların və seçdiyin bəndələrinin anası Siddiqeyi-Fatiməyə – bəyənib-seçdiyin, fəzilət verdiyin və aləmlərin qadınlarından üstün tutduğun xanıma salam yetir! İlahi, ona zülm və hörmətsizlik edən, onun övladının qanını tökənlərdən intiqam al! İlahi, onu hidayətçi imamların anası, şəfaət bayraqdarının (imam Əlinin (ə)) zövcəsi seçdiyin və yüksək aləmdə əzizlədiyin kimi, ona və anasına (Xədicə) da salam yetir; elə bir salam ki, atası Məhəmmədin (Allahın salamı olsun ona və Əhli-beytinə) vücudunu əziz tutdun və onun vasitəsilə övladlarının gözlərini işıqlandırdın! (İlahi,) mənim tərəfimdən də elə bu saat onlara ən yaxşı və fəzilətli salam və salavat çatdır!

(Məfatihul - Cinan kitabı.)

🏴 Salam olsun sənə, ey qabırğaları sındırılmış Zəhra(s.ə)! 🏴

💡 http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

24 Nov, 12:41


ƏR ARVAD ARASINDA ŞİRİNLİK YARATMAQ

Hər kəs Bəqərə surəsinin 165 ci ayəsini şirniyə oxuyub yoldaşına yedizdirsə, həyat yoldaşı ondan razı qalar və ona məhəbbəti çoxalar.

وَمِنَ النَّاسِ مَنْ يَتَّخِذُ مِنْ دُونِ اللَّهِ أَنْدَادًا يُحِبُّونَهُمْ كَحُبِّ اللَّهِ ۖ وَالَّذِينَ آمَنُوا أَشَدُّ حُبًّا لِلَّهِ ۗ وَلَوْ يَرَى الَّذِينَ ظَلَمُوا إِذْ يَرَوْنَ الْعَذَابَ أَنَّ الْقُوَّةَ لِلَّهِ جَمِيعًا وَأَنَّ اللَّهَ شَدِيدُ الْعَذَابِ

VƏ MİNƏN NƏSİ MƏN YƏTTƏXİZU MİN DUNİLLƏHİ ƏNDƏDƏN YUHİBBUNƏHUM KƏHUBİLLAH VƏLLƏZİNƏ ƏMƏNU ƏŞƏDDU HUBBƏN LİLLƏH VƏ VƏLV YƏRALLƏZİNƏ ZALƏMU İZ YƏRAVNƏL ƏZƏBƏ ƏNNƏL QUVVƏTƏ LİLLƏHİ CƏMİƏN VƏ ƏNNƏLLAHƏ ŞƏDİDUL ƏZAB.


💡 http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

24 Nov, 10:39


Həzrəti Məsumənin (s.ə) hərəmi hansı şəhərdədir?

🌙Ramazandan Aşuraya الله 📿

24 Nov, 02:32


⛅️Günümüzə Quranla başlayaq

📖🌸Bəqərə surəsi 🌸

🍃بسم الله الرحمن الرحیم🍃

172)


يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُلُوا مِنْ طَيِّبَاتِ مَا رَزَقْنَاكُمْ وَاشْكُرُوا لِلَّهِ إِنْ كُنْتُمْ إِيَّاهُ تَعْبُدُونَ

Ey iman gətirənlər, ruziniz etdiyimiz pak şeylərdən yeyin (yer üzündə sizin üçün yaratdığımız və pak olan şeylərin hamısından bəhrələnin) və əgər yalnız Allaha ibadət edirsinizsə, Ona şükr edin (çünki şükürsüz ibadət kamil deyildir).



💡http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

23 Nov, 18:17


🍃🌸🍃 Şükür edənlərin münəcatı.

Sənin nemətlərin o qədər çoxdur ki, dilim onları saymaqda aciz və elə bir həddədir ki, ağlım onu dərk etməkdə naqis və qüsurludur, hələ onların hamısının miqdarını bilmək mümkünsüzdür. Belə isə, onların şükrünü yerinə yetirmək zəruri olduğu halda, mən onların şükrünü necə yerinə yetirim?! Halbuki Sənə şükür dedikdə, onun da (deyilən şükürün də) şükrü var.

📌Ardı var...

📗Mənbə: Məfatihul-cinan

#Münəcatlar
💡
http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

23 Nov, 16:29


Telegramın ən böyük və ən faydalı elmi, dini, xəbər, motivasiya kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla qeyd etdiyimiz kanallara abunə ola bilərsiniz.

@toplu_admini

🌙Ramazandan Aşuraya الله 📿

23 Nov, 02:32


⛅️Günümüzə Quranla başlayaq

📖🌸Bəqərə surəsi 🌸

🍃بسم الله الرحمن الرحیم🍃

171)


وَمَثَلُ الَّذِينَ كَفَرُوا كَمَثَلِ الَّذِي يَنْعِقُ بِمَا لَا يَسْمَعُ إِلَّا دُعَاءً وَنِدَاءً ۚ صُمٌّ بُكْمٌ عُمْيٌ فَهُمْ لَا يَعْقِلُونَ

Kafirlərin (onları haqqa dəvət edənin) məsəli anlaşılmaz fəryad və haraydan başqa bir şey eşitməyən heyvanın üstünə qışqıran şəxs kimidir (onlar da kəlamı eşidirlər, lakin sanki onun mənasını başa düşmürlər). (Onlar) kar, lal və kordurlar, buna görə də düşünmürlər.


💡http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

22 Nov, 18:16


🍃🌸🍃 Şükür edənlərin münəcatı.

İlahi, başlanğıcda bizi lütfünlə qidalandırıb hikmət və xilqət beşiyində böyütdüyün kimi, sonsuz nemətlərini bizə tamamla, şiddətli intiqamını bizlərdən kənarlaşdırıb dəf et və bizə hər iki aləmdə (dünya və axirətdə) ən üstün və böyük nemət və ləzzətləri əta et!

📌Ardı var...

📗Mənbə: Məfatihul-cinan

#Münəcatlar
💡
http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

22 Nov, 17:24


Telegramın ən gözəl elmi və dini kanalları ilə qarşınızdayıq. Adlarını qeyd etdiyimiz və etmədiyimiz bir çox kanala abunə ola bilərsiniz.

@toplu_admini

🌙Ramazandan Aşuraya الله 📿

22 Nov, 02:40


⛅️Günümüzə Quranla başlayaq

📖🌸Bəqərə surəsi 🌸

🍃بسم الله الرحمن الرحیم🍃

170)


وَإِذَا قِيلَ لَهُمُ اتَّبِعُوا مَا أَنْزَلَ اللَّهُ قَالُوا بَلْ نَتَّبِعُ مَا أَلْفَيْنَا عَلَيْهِ آبَاءَنَا ۗ أَوَلَوْ كَانَ آبَاؤُهُمْ لَا يَعْقِلُونَ شَيْئًا وَلَا يَهْتَدُونَ

(Müşrik və kafirlərə) «Allahın nazil etdiyinə tabe olun» deyildikdə, onlar «(xeyr,) əksinə, biz atalarımızın getdiyi yola tabe oluruq» deyərlər. Görəsən ataları hətta bir şey anlamayıb, (düz yola) hidayət olunmamış olsalar belə (onlar yenə atalarının yoluna tabe olacaqlar)?!




💡http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

21 Nov, 18:16


🍃🌸🍃 Şükür edənlərin münəcatı.

Sənin nemətlərin o qədər çoxdur ki, dilim onları saymaqda aciz və elə bir həddədir ki, ağlım onu dərk etməkdə naqis və qüsurludur, hələ onların hamısının miqdarını bilmək mümkünsüzdür. Belə isə, onların şükrünü yerinə yetirmək zəruri olduğu halda, mən onların şükrünü necə yerinə yetirim?! Halbuki Sənə şükür dedikdə, onun da (deyilən şükürün də) şükrü var.

📌Ardı var...

📗Mənbə: Məfatihul-cinan

#Münəcatlar
💡
http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

21 Nov, 16:33


🕊️Əşərat duasından bir parça

🖇Sonra on dəfə belə de:
”Allahdan başqa güc və qüdrət yoxdur. Ölməyən və həmişə diri olan Allaha təvəkkül etdim! Özünə övlad götürməyən, mülkündə heç bir şəriki olmayan, zəif olmadığı üçün yardımçıya ehtiyacsız Allaha həmd olsun! Sən də layiqincə (Ona təkbir de və) Onu uca bil!”


📗Mənbə: Məfatihul-cinan.

http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

21 Nov, 16:31


🕊️Əşərat duasından bir parça

🔹On dəfə de:
Ey diri, ey qəyyum!

🔹On dəfə de:
Ey Səndən başqa heç bir tanrı olmayan diri!

🔹On dəfə de:
Ey Allah, ey Səndən başqa heç bir tanrı olmayan!

🔹On dəfə de:
Mehriban və bağışlayan Allahın adı ilə!

🔹On dəfə de:
İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir!

🔹On dəfə de:
İlahi, mənimlə Sənə layiq olduğu kimi rəftar et!

🔹On dəfə de:
Amin! Amin!

🔹On dəfə de:

🔹De: O Allah birdir.
Sonra de:
"İlahi, mənimlə mənə layiq olduğu kimi deyil, Sənə layiq olduğu rəftar et! Həqiqətən də, çəkinilmək və bağışlanılmaq tələb etməyə layiq Sənsən! Mən isə günah və xəta əhliyəm! Mənə rəhm et, ey mənim sahibim, sən rəhmlilərin ən rəhmlisisən!


Ardı var.....

📗Mənbə: Məfatihul-cinan.

http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

21 Nov, 07:29


💫Ruzini artırmaq üçün💫

Bazar günündən bazar ertəsinə keçən gecə 2 rükət namaz qılıb, namazdan
sonra səcdədə 70 dəfə əl Vəhhab demək lazımdır

💡http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

21 Nov, 02:39


⛅️Günümüzə Quranla başlayaq

📖🌸Bəqərə surəsi 🌸

🍃بسم الله الرحمن الرحیم🍃


169
)

إِنَّمَا يَأْمُرُكُمْ بِالسُّوءِ وَالْفَحْشَاءِ وَأَنْ تَقُولُوا عَلَى اللَّهِ مَا لَا تَعْلَمُونَ

O sizə yalnız pislik və çirkinlikləri, həmçinin bilmədiyiniz şeyləri Allaha nisbət verməyi əmr edir.


💡http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

20 Nov, 18:15


🍃🌸🍃 Şükür edənlərin münəcatı.

İlahi, Sənin böyük nemətlərin qarşısında mənim yerinə yetirdiyim şükür həddən artıq az, əta etdiyin ehsanlar müqabilində həmd-sənam dəyərsizdir. Bəxş etdiyin iman neməti məni gözqamaşdırıcı daş-qaşlarla zinətləndirmiş, lütf və kərəminin lətifliyi başıma izzət tacı qoymuş, ehsanların Sənə məhəbbət yaradaraq boynuma bir daha açılmayacaq şərafət boyunbağı keçirmişdir.

📌Ardı var...

📗Mənbə: Məfatihul-cinan

#Münəcatlar
💡
http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

20 Nov, 16:29


Telegramın ən gözəl elmi və dini kanalları ilə qarşınızdayıq. Adlarını qeyd etdiyimiz və etmədiyimiz bir çox kanala abunə ola bilərsiniz.

@toplu_admini

🌙Ramazandan Aşuraya الله 📿

20 Nov, 13:45


🕊️Əşərat duasından bir parça

🖇Həmd olsun Sənə insanlar, cinlər, həşəratlar, quşlar, dördayaqlılar və vəhşi heyvanlar qədər. Çoxlu, pak, bərəkətli, bəyənərək razı olduğun və əzəmət və calalına layiq olan qədər Sənə həmd olsun!
Sonra on dəfə de:
Allahdan başqa heç bir tanrı yoxdur. O, tək və şəriksizdir, hakimiyyət və sitayiş yalnız Ona məxsusdur. Yalnız lətafətli və xəbərdar olan Odur!

🔹On dəfə de:
Allahdan başqa heç bir tanrı yoxdur. O, tək və şəriksizdir, hakimiyyət və sitayiş yalnız Ona məxsusdur. Dirildən və öldürən, öldürən və dirildən və heç zaman ölməyən (diri) Odur! Xeyir Onun ixtiyarındadır. Odur hər bir şeyə qadir!

🔹On dəfə de:
O Allahdan bağışlanma diləyirəm ki, diri və əbədidir. Mən tövbə edib Ona doğru qayıdıram.

🔹On dəfə de:
Ey Allah, ey Allah!

🔹On dəfə de:
Ey Rəhman, ey Rəhman!

🔹On dəfə de:
Ey Rəhim, ey Rəhim!

🔹On dəfə de:
Ey göyləri və yeri yaradan!

🔹On dəfə de:
Ey əzəmət və calal sahibi!

🔹On dəfə de:
Ey mərhəmət göstərən və minnət sahibi
!

Ardı var.....

📗Mənbə: Məfatihul-cinan.

http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

20 Nov, 03:12


Çərşənbə günün duasından

Allahım, çərşənbə günü mənim dörd arzumu yerinə yetir: gücümü Sənə itaətdə, sevincimi Sənə ibadətdə, rəğbətimi gözəl mükafatında, pəhrizimi mənə ağrılı əzab olacaq şeylərdə qərar ver ki, həqiqətən, Sən istədiyinlə müdara edirsən!

http://T.me/zikrler_ve_dualar_SYH_313 🍃

🌙Ramazandan Aşuraya الله 📿

20 Nov, 02:39


⛅️Günümüzə Quranla başlayaq

📖🌸Bəqərə surəsi 🌸

🍃بسم الله الرحمن الرحیم🍃

168)


يَا أَيُّهَا النَّاسُ كُلُوا مِمَّا فِي الْأَرْضِ حَلَالًا طَيِّبًا وَلَا تَتَّبِعُوا خُطُوَاتِ الشَّيْطَانِ ۚ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُبِينٌ

Ey insanlar, yer üzündə olan şeylərin (müxtəlif yeməklər və digər varlıqların) halal və paklarından yeyin, faydalanın və şeytanın addımlarına tabe olmayın ki, o sizin aşkar düşməninizdir.


💡
http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

20 Nov, 02:36


🕊️Əşərat duasından bir parça

🖇Səndən başqa heç bir məbud yoxdur və hamının qayıdışı Sənə tərəfdir. İlahi, gündüzü bürüməkdə olan gecədə, gündüz işıqlandıqda Sənə həmd olsun!

🔹Həmd olsun Sənə axirət və dünyada!

🔹Sənə səmada olan bütün ulduzlar və mələklərin sayı qədər həmd olsun. Sənə torpağın zərrələri, qum dənələri və dənlər qədər həmd olsun!

🔹Sənə səma və yerin batinində olanlar qədər həmd olsun!

🔹 Sənə dəryaların suyu, ağac yarpaqları, yer üzündə olanların sayı və kitabın (Quranın) sadaladığı qədər həmd olsun!

🔹Həmd olsun Sənə elminin əhatə etdiyi hər şey qədər!


Ardı var.....

📗Mənbə: Məfatihul-cinan.

http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

19 Nov, 18:14


🍃🌸🍃 Şükür edənlərin münəcatı.

Ey müqəddəsliyinin doğruluğuna bütün ümidvar olanların istinad etdiyi və əta etməsinə bəxşiş tələb edənlərin arxalandığı kəs! Sənə bəslədiyimiz ümidləri məyusluqla üzləşdirərək onlara naümidlik (təəssüf) libası geyindirmə!

📌Ardı var...

📗Mənbə: Məfatihul-cinan

#Münəcatlar
💡
http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

19 Nov, 08:19


HƏZRƏTİ BƏQİYYƏTULLAH (Ə.C) ÜÇÜN EDİLƏN DUA

📿 İmam Sadiq(ə) buyurur:"Bizim öz şiələrimizin üzərində olan haqlarımızından  biri budur ki,hər vacib namazdan sonra əllərini çənələrinə qədər qaldırıb 3 dəfə belə desin:

"YƏ RABBƏ MUHƏMMƏDİN ƏCCİL FƏRACƏ ALİ MUHƏMMƏD
YA RABNƏ MUHƏMMƏDİN İHFİZ ĞAYBƏTİ MUHƏMMƏD
YA RABBƏ MUHƏMMƏDİN İNTƏQİM Lİ İBNƏTİ MUHƏMMƏD"

Mikyalul-Məkarim,2 ci cild,səh 7.

💡 http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

19 Nov, 05:22


# Mərsiyə

🎧Seyyid Xalid - Oyan Zəhra

http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

19 Nov, 02:37


⛅️Günümüzə Quranla başlayaq

📖🌸Bəqərə surəsi 🌸

🍃بسم الله الرحمن الرحیم🍃

167)


وَقَالَ الَّذِينَ اتَّبَعُوا لَوْ أَنَّ لَنَا كَرَّةً فَنَتَبَرَّأَ مِنْهُمْ كَمَا تَبَرَّءُوا مِنَّا ۗ كَذَٰلِكَ يُرِيهِمُ اللَّهُ أَعْمَالَهُمْ حَسَرَاتٍ عَلَيْهِمْ ۖ وَمَا هُمْ بِخَارِجِينَ مِنَ النَّارِ

(Küfr və zülm başçılarına) tabe olanlar deyərlər: «Kaş bizim üçün (dünyaya) bir qayıtmaq (imkanı) olaydı və onlar bizdən uzaqlaşdıqları kimi, biz də onlardan uzaqlaşaydıq». Allah onların (dünya) əməllərini bu cür həsrət amilləri kimi onlara göstərər. Onlar Cəhənnəm odundan əsla çıxan deyildirlər.



💡http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

18 Nov, 18:14


🍃🌸🍃 Şükür edənlərin münəcatı.

Bu acizlik saysız nemətlərin bolluğuna etiraf edən, onların şükrünü layiqincə yerin yetirə bilməyən və öz nəfsinin əleyhinə şəhadət verənlərin məqamına aiddir. Sən isə, Sənə üz tutanları məhrum etməyəcək və dərgahına ümid bəsləyənləri özündə kənarlaşdırmayacaq qədər mehriban və rəhmli, xeyirxah və kərimsən.

📌Ardı var...

📗Mənbə: Məfatihul-cinan

#Münəcatlar

💡http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

18 Nov, 16:29


Telegramın ən böyük və ən faydalı elmi, dini, xəbər, motivasiya kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla qeyd etdiyimiz kanallara abunə ola bilərsiniz.

@toplu_admini

🌙Ramazandan Aşuraya الله 📿

18 Nov, 14:54


İmam Sadiq (ə) buyurur: Kim səhəri açarkən dörd dəfə "Əlhəmdulillahi Rabbil-ə'ləmin" söyləyərsə, həmin günün şükrünü yerinə yetirmiş olar.
Kim onu axşam söyləyərsə, həmin gecənin şükrünü yerinə yetirmiş olar.

Məkarimul-əxlaq, səh 444

💡 http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

18 Nov, 14:54


İmam Sadiq (ə) öz ata-babalarından belə nəql edir: "Hər gün otuz dəfə "La ilahə illəllahul-haqqul mubin" söyləyən şəxs zənginliyi qarşılayar, yoxsulluğa arxa çevirər və Cənnətin qapısını döyər".

Məkarimul-əxlaq, səh 450

💡 http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

18 Nov, 02:29


⛅️Günümüzə Quranla başlayaq

📖🌸Bəqərə surəsi 🌸

🍃بسم الله الرحمن الرحیم🍃

166)


إِذْ تَبَرَّأَ الَّذِينَ اتُّبِعُوا مِنَ الَّذِينَ اتَّبَعُوا وَرَأَوُا الْعَذَابَ وَتَقَطَّعَتْ بِهِمُ الْأَسْبَابُ

O zaman (küfr və zülm) başçılar(ı) öz ardıcıllarından uzaqlaşacaq, əzabı (gözləri ilə) görəcək və bütün əlaqə və bağlılıqları qırılacaqdır.



💡http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

18 Nov, 01:45


🕊️Əşərat duasından bir parça

🖇Səndən başqa heç bir məbud yoxdur və hamının qayıdışı Sənə tərəfdir. İlahi, gündüzü bürüməkdə olan gecədə, gündüz işıqlandıqda Sənə həmd olsun! Həmd olsun Sənə axirət və dünyada! Sənə səmada olan bütün ulduzlar və mələklərin sayı qədər həmd olsun. Sənə torpağın zərrələri, qum dənələri və dənlər qədər həmd olsun! Sənə səma və yerin batinində olanlar qədər həmd olsun! Sənə dəryaların suyu, ağac yarpaqları, yer üzündə olanların sayı və kitabın (Quranın) sadaladığı qədər həmd olsun!


Ardı var.....

📗Mənbə: Məfatihul-cinan.

http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

17 Nov, 18:14


🍃🌸🍃 Şükür edənlərin münəcatı.

Bağışlayan və mehriban Allahın adı ilə!

İlahi, nemətlərinin ardıcıl verilməsi Sənə şükür etməyi mənə unutdurmuş, Sənin lütf və mərhəmətinin çoxluğu məni həmd-sənanı yerinə yetirməkdə aciz etmiş, ardıcıl mehribanlıq və ehsanın məni camal sifətlərini yad etməkdən saxlamış və bir-birinin ardınca göstərdiyin mərhəmət yaxşılıqlarını bəyan edib söyləməkdə məni qüdrətsiz etmişdir.

📌Ardı var...

📗Mənbə: Məfatihul-cinan

#Münəcatlar
💡
http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

17 Nov, 05:39


🕊️Əşərat duasından bir parça

🔹Həmd olsun Sənə, ey həmdi qəbul edən!

🔹Həmd olsun Sənə, ey həmdin sahibi!

🔹Həmd olsun Sənə, ey həmd edilənlərin ən qədimi! Həmd olsun Sənə, ey vədində düz, əhdinə vəfalı, qüdrətli ordu və əbədi qüdrət sahibi!

🔹 Həmd olsun Sənə, ey məqamları ucaldan, ey duaları eşidən, ey yeddi səmadan ayələr nazil edən, ey bərəkəti böyük olan, zülmətdən nuru və zülmətdəkiləri nura çıxaran!

🔹Günahları yaxşılığa çevirən və yaxşılıqlar üçün dərəcələr təyin edən!

🔹 İlahi, həmd olsun Sənə, ey günahları bağışlayan, tövbələri qəbul edən, əzabı şiddətli, bəxşişi hədsiz!


Ardı var.....

📗Mənbə: Məfatihul-cinan.

http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

17 Nov, 02:27


⛅️Günümüzə Quranla başlayaq

📖🌸Bəqərə surəsi 🌸

🍃بسم الله الرحمن الرحیم🍃

165)


وَمِنَ النَّاسِ مَنْ يَتَّخِذُ مِنْ دُونِ اللَّهِ أَنْدَادًا يُحِبُّونَهُمْ كَحُبِّ اللَّهِ ۖ وَالَّذِينَ آمَنُوا أَشَدُّ حُبًّا لِلَّهِ ۗ وَلَوْ يَرَى الَّذِينَ ظَلَمُوا إِذْ يَرَوْنَ الْعَذَابَ أَنَّ الْقُوَّةَ لِلَّهِ جَمِيعًا وَأَنَّ اللَّهَ شَدِيدُ الْعَذَابِ

İnsanların bəziləri Allahın yerinə (bütlərdən, ulduzlardan və cinlərdən) şəriklər seçərək onları Allahı sevməli olduqları kimi sevərlər. Lakin iman gətirənlərin Allaha olan məhəbbətləri (onların öz məbudlarına olan məhəbbətlərindən) daha çoxdur. Əgər zülm edənlər (axirət) əzabı(nı) müşahidə etdikləri zaman həqiqətən bütün qüdrət və gücün Allaha məxsus olmasını və Allahın şiddətli əzab verən olmasını görsələr (çox peşiman olacaqlar).



💡http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

16 Nov, 18:55


🥀Tövbə edənlərin münəcatı.

Belə isə, mənim duamı qəbul et və rəhmətinə olan ümidimi boşa çıxarma! Tövbəmi qəbul et, xəta və günahlarımı rəhmət və mərhəmətinlə bağışla, ey mehribanların ən mehribanı!

📌Son

📗Mənbə: Məfatihul-cinan

#Münəcatlar
💡
http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

16 Nov, 02:29


⛅️Günümüzə Quranla başlayaq

📖🌸Bəqərə surəsi 🌸

🍃بسم الله الرحمن الرحیم🍃

164)


إِنَّ فِي خَلْقِ السَّمَاوَاتِ وَالْأَرْضِ وَاخْتِلَافِ اللَّيْلِ وَالنَّهَارِ وَالْفُلْكِ الَّتِي تَجْرِي فِي الْبَحْرِ بِمَا يَنْفَعُ النَّاسَ وَمَا أَنْزَلَ اللَّهُ مِنَ السَّمَاءِ مِنْ مَاءٍ فَأَحْيَا بِهِ الْأَرْضَ بَعْدَ مَوْتِهَا وَبَثَّ فِيهَا مِنْ كُلِّ دَابَّةٍ وَتَصْرِيفِ الرِّيَاحِ وَالسَّحَابِ الْمُسَخَّرِ بَيْنَ السَّمَاءِ وَالْأَرْضِ لَآيَاتٍ لِقَوْمٍ يَعْقِلُونَ

Şübhəsiz, göylərin və yerin yaradılışında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, insanların xeyrinə olaraq dənizdə hərəkət edən gəmilərdə, Allahın səmadan nazil etdiyi və vasitəsilə yeri ölümündən sonra diriltdiyi və müxtəlif növdən olan canlıları onun (yerin) hər tərəfinə yaydığı suda, küləklərin (bir tərəfdən başqa bir tərəfə) əsdirilməsində və göylə yer arasında təslim halda olan buludda (bu yeddi şeyin hər birində) düşünən qövm üçün (Allahın tovhid, qüdrət və hikməti barəsində) nişanələr vardır.

💡http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

15 Nov, 18:54


🥀Tövbə edənlərin münəcatı.

İlahi, Sənin bəndəndən baş verən günah qəbahətli olsa da, Sənin tərəfindən olan əfv daha bəyəniləndir! İlahi, mən Sənə qarşı üsyan edən və Sənin bağışladığın və təyin etdiyin hədlərini aşmasam da, ona ehsan etdiyin birinci şəxs deyiləm. Ey çarəsizlərin duasını qəbul edən, ey qəm-kədər, çətinlik və zərərləri aradan qaldıran, ey ehsanı böyük olan, ey gizlində olanlara alim, ey eyib və günahları gözəl şəkildə örtən! Sənin tükənməz ehsan və rəhmətini (dərgahında) şəfaətçi tutaraq Sənə və rəhminə təvəssül etmişəm.

📌Ardı var...

📗Mənbə: Məfatihul-cinan

#Münəcatlar
💡
http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

15 Nov, 18:10


🕊️Əşərat duasından bir parça

🔹Həmd olsun Sənə, ey həmdi qəbul edən!

🔹Həmd olsun Sənə, ey həmdin sahibi!

🔹Həmd olsun Sənə, ey həmd edilənlərin ən qədimi!
🔹Həmd olsun Sənə, ey vədində düz, əhdinə vəfalı, qüdrətli ordu və əbədi qüdrət sahibi!

🔹Həmd olsun Sənə, ey məqamları ucaldan, ey duaları eşidən, ey yeddi səmadan ayələr nazil edən, ey bərəkəti böyük olan, zülmətdən nuru və zülmətdəkiləri nura çıxaran! Günahları yaxşılığa çevirən və yaxşılıqlar üçün dərəcələr təyin edən!


Ardı var.....

📗Mənbə: Məfatihul-cinan.

http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

12 Nov, 04:19


🌸🌸🌸🌸🌸
🍃Ali Yasin ziyarətnaməsindən bir parça...

Allahın yer üzündəki sona saxladığı zəxirəsi. Salam olsun sənə ey Allahın ruhlar aləmində qullarından aldığı və sağlamlaşdırdığı əhdi. Salam olsun sənə ey Allahın vədinə zamin olan. Salam olsun sənə ey ucalmış bayraq, verilmiş elm, xalqın sığınacağı. Allahın geniş rəhməti və qəti olan vədi.Salam olsun sənə sübh və axşam çağlarında. Salam olsun sənə gecənin qaranlığında və gündüzün aydınlıq vaxtı. Salam olsun sənə ey güvən qaynağı olan İmam. Salam olsun sənə ey ümid qaynağı.

Ardı var....

💡
http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

12 Nov, 02:26


⛅️Günümüzə Quranla başlayaq

📖🌸Bəqərə surəsi 🌸

🍃بسم الله الرحمن الرحیم🍃

160)


إِلَّا الَّذِينَ تَابُوا وَأَصْلَحُوا وَبَيَّنُوا فَأُولَٰئِكَ أَتُوبُ عَلَيْهِمْ ۚ وَأَنَا التَّوَّابُ الرَّحِيمُ

Tövbə edib (öz pis işlərini) düzəltməklə məşğul olaraq (gizlətdiklərini) bəyan edənlər istisna olmaqla! Beləliklə onların tövbəsini qəbul edirəm və əlbəttə ki, tövbələri çox qəbul edən və mehriban Mənəm.



💡http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

11 Nov, 18:52


🥀Tövbə edənlərin münəcatı.

Həqiqətən, kamil bir təvazökarlıq və ah-nalə ilə Sənin dərgahına üz tutmuşam. Əgər məni öz qapından uzaqlaşdırsan, kimə üz tutaram?! Əgər Öz dərgahından qovsan, kimə sığınaram?! Təəssüflər olsun xəcalət və rüsvayçılığımdan! Günah və pis işlərin qəm-kədəri və xoşagəlməz əməllərimdən vay mənim halıma! Ey böyük günahları bağışlayan, ey sınmış sümükləri birləşdirən.


📌Ardı var...

📗Mənbə: Məfatihul-cinan

#Münəcatlar
💡
http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

11 Nov, 17:24


Telegramın ən böyük və ən faydalı elmi, dini, xəbər, motivasiya kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla qeyd etdiyimiz kanallara abunə ola bilərsiniz.

@toplu_admini

🌙Ramazandan Aşuraya الله 📿

11 Nov, 13:38


İmam Səccad (əleyhissəlam):

🌙Ramazandan Aşuraya الله 📿

11 Nov, 08:00


🕊️Əşərat duasından bir parça

🖇İlahi! Əvvəlcə yüksələrək ucalan və sonu bitmək bilməyən (daimi) həmd yalnız Sənə məxsusdur. İlahi, səmadakıların qanad çalıb, yerdə olanların təsbeh deyərək söylədiyi həmd Sənə məxsusdur! İlahi, daimi, heç vaxt arası kəsilməyən, Sənə layiq və yetişən, qəlbim, bədənim və vücudumda mən ölüb fənaya uğradıqdan sonra məndən öncə, məndən sonra, qarşımda, başım üstə və ayağım altında aşkar olan həmd Sənə məxsusdur! Ölərək tək qaldığım və fəna olduqdan sonra yenə dirildiləcəyim zaman Sənə həmd olsun.

Ardı var.....

📗Mənbə: Məfatihul-cinan.

http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

11 Nov, 05:24


🍃YUNUSİYYƏ ZİKRİNİN TƏSİRİ

🌸"KƏRBƏLAYi ƏHMƏD TEHRANİ"


Bir şəxs Kərbəlayidən soruşdu: "Yunusiyyə" zikrini davamlı
olaraq oxumağın hansı mənəvi təsirləri var? O, buyurdu: Əgər
"Yunusiyyə" zikrini tamam vucudunla, qəlbi yəqinliklə oxusan və kişi
kimi dediyin sözün üzərində dursan, Allah təala səni sıxintı
pəhriz (nəfsini qoruma) ilə dolu dəryada buraxar, 0 zamana qədər
ki, vücud qabını özü ilə doldurar

📔Ariflərin sınanmış zikrləri📿

💡
http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

11 Nov, 04:58


🌸🌸🌸🌸🌸
🍃Ali Yasin ziyarətnaməsindən bir parça...🍃

Salam olsun Ali Yasinə (Həzrəti Muhəmmədin Əhli-beytinə). Salam olsun ey Allahın dəvətçisi və ayələrinin məzhəri. Salam olsun sənə ey Allahın rəhmət qapısı və Onun dininin qoruyucusu. Salam olsun sənə ey Allahın Xəlifəsi və haqqın köməkçisi. Salam olsun sənə ey Allahın Höccəti və iradəsinin (razılığının) yol göstərəni. Salam olsun sənə ey Allahın kitabını oxuyan və onu izah edən. Salam olsun sənə gecə və gündüz vaxtlarında. Salam olsun sənə ey Allahın yer üzündəki sona saxladığı zəxirəsi.

Ardı var....

💡
http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

11 Nov, 02:23


⛅️Günümüzə Quranla başlayaq

📖🌸Bəqərə surəsi 🌸

🍃بسم الله الرحمن الرحیم🍃

159)


إِنَّ الَّذِينَ يَكْتُمُونَ مَا أَنْزَلْنَا مِنَ الْبَيِّنَاتِ وَالْهُدَىٰ مِنْ بَعْدِ مَا بَيَّنَّاهُ لِلنَّاسِ فِي الْكِتَابِ ۙ أُولَٰئِكَ يَلْعَنُهُمُ اللَّهُ وَيَلْعَنُهُمُ اللَّاعِنُونَ

Həqiqətən (Muhəmmədin-səlləllahu əleyhi və alihi və səlləm-peyğəmbərliyi və kitabı barəsində) nazil etdiyimiz aydın dəlillər və hidayətləri kitabda (Tövrat və İncildə) insanlara bəyan etməyimizdən sonra, (onları) gizlədən kəslər, məhz onlardır Allahın lənətlədiyi və həmçinin (bütün) lənət oxuyanların lənətlədiyi kəslər!


💡http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

10 Nov, 19:12


🥀Tövbə edənlərin münəcatı.

Bağışlayan və mehriban Allahın adı ilə!

İlahi, xətalarım mənə zillət və xarlıq paltarı geyindirmiş, Səndən uzaqlıq məni zəlil etmiş və böyük cinayətlərim (nəfsə itaət) qəlbimi öldürmüşdür. Öz tərəfindən (qəbul olunan) bir tövbə ilə onu dirilt, ey mənim ümid və istəyim! And olsun Sənin izzətinə, Səndən başqa günahlarımı bağışlayacaq, işlərimin dolaşıqlığını açıb aradan qaldıracaq bir kəsi tanımıram.

📌Ardı var...

📗Mənbə: Məfatihul-cinan

#Münəcatlar

💡
http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

10 Nov, 16:29


Telegramın ən böyük və ən faydalı kanalları ilə qarşınızdayıq. Özəlliyimiz hər kanalı topluya almamağımızdır.

@toplu_admini

🌙Ramazandan Aşuraya الله 📿

10 Nov, 05:11


🍃ÖZÜNÜ VƏ ALLAHI TANIMA

🌸"SEYYİD HAŞİM HƏDDAD"


Özünü va Allahı tanımağa təsir edən şeylər barəsində buyurardı: səcdə halnda "Yunusiyyə" və "Yə Əllahu, Yə İlahu, Ya Rabb
zikrini oxumaq ruhun güclənməsinə çox təsir edir


📔Ariflərin sınanmış zikrləri📿

📌Yunusiyyə zikri:

"La iləhə illə ənt sübhənəkə inni kuntu minəz-zali " ([Allahm]
Səndən başqa ilah yoxdur Sən nöqsanlardan uzaqsan,mən özümə zülm
edənlərdən oldum
)

💡
http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

10 Nov, 02:26


⛅️Günümüzə Quranla başlayaq

📖🌸Bəqərə surəsi 🌸

🍃بسم الله الرحمن الرحیم🍃

158)


۞ إِنَّ الصَّفَا وَالْمَرْوَةَ مِنْ شَعَائِرِ اللَّهِ ۖ فَمَنْ حَجَّ الْبَيْتَ أَوِ اعْتَمَرَ فَلَا جُنَاحَ عَلَيْهِ أَنْ يَطَّوَّفَ بِهِمَا ۚ وَمَنْ تَطَوَّعَ خَيْرًا فَإِنَّ اللَّهَ شَاكِرٌ عَلِيمٌ


Həqiqətən, Səfa və Mərvə (dağları) Allahın (dininin və Ona sitayişin) əlamət və nişanələrindəndir. Odur ki, Allah evinin «həcc» ziyarətini edən, yaxud «ümrə»ni yerinə yetirən şəxsin o ikisini təvaf etməsində (ikisi arasında «sə’y» etməsində) ona (nəinki) heç bir günah yoxdur (əksinə vacibdir. Çünki, İslamdan qabaqkı müşriklərin Səfa və Mərvənin hər birində bir büt qoyub, hər dövrdə onlara təzim etmələri, sizin Allah üçün olan «sə’y» əməlinizin haramlığına səbəb olmur). Hər kim vacib miqdardan artıq xeyir bir iş görsə (sə’y və təvafın sayını artırsa), Allah qədirbilən (əməli qiymətləndirərək yaxşı mükafatlandıran) və (hər şeyi) biləndir.



💡http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

09 Nov, 16:13


Telegramın ən böyük və ən faydalı elmi, dini, xəbər, motivasiya kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla qeyd etdiyimiz kanallara abunə ola bilərsiniz.

@toplu_admini

🌙Ramazandan Aşuraya الله 📿

09 Nov, 15:18


🕊️Əşərat duasından bir parça


🖇Onları digərlərindən fərqləndirib ayıraraq bəndələrin üçün seçdin və onları aləmlərə höccət təyin etdin. Sənin salavat, salam, rəhmət və bərəkətlərin onlara olsun. İlahi! Bu şahidliyi Öz yanında mənim üçün qeyd et və qiyamət günü məndən razı olduğun halda dilimə gətir. Sən, həqiqətən də, istədiyini görməyə qadirsən!

Ardı var.....

📗Mənbə: Məfatihul-cinan.

http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

09 Nov, 02:26


⛅️Günümüzə Quranla başlayaq

📖🌸Bəqərə surəsi 🌸

🍃بسم الله الرحمن الرحیم🍃

157)

أُولَٰئِكَ عَلَيْهِمْ صَلَوَاتٌ مِنْ رَبِّهِمْ وَرَحْمَةٌ ۖ وَأُولَٰئِكَ هُمُ الْمُهْتَدُونَ

Onlar Rəbbi tərəfindən salamlar və rəhmət yetişən kəslərdir və onlardır hidayət olunmuşlar!


💡
http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

29 Oct, 17:01


🕊️Əşərat duasından bir parça

🖇 Gecə qaranlığı və gündüzdə sübh və əsr vaxtı Allah bütün eyiblərdən pak və uzaqdır. Axşam və səhərlər Allah bütün eyiblərdən pak və münəzzəhdir. Gecəyə daxil olduğunuz və səhərə çıxdığınız zaman, səmalar və yerdə, axşam və günorta vaxtı sitayiş yalnız Ona məxsusdur
.
Ardı var.....

📗Mənbə: Məfatihul-cinan.

http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

29 Oct, 16:29


Elmi, dini, motivasiya, xəbər, abituriyentlər və s. hamısı bir arada.

@toplu_admini

🌙Ramazandan Aşuraya الله 📿

29 Oct, 15:35


🍃Təvəssül duasından bir parça...

🤲Ey Rəsulullahın oğlu! Ey Allahın Öz yaratdıqları üzərində höccət və dəlili! Ey bizim ağamız və mövlamız! Həqiqətən, biz sənə üz tutub, səni Allahın dərgahında şəfaətçi seçir, sənin vasitənlə Allahın dərgahına üz tutur və hacətlərimizi sənə təqdim edirik. Ey Allah yanında uca məqam və hörmət sahibi! Allah yanında bizə şəfaətçi ol!

📿http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

29 Oct, 02:13


⛅️Günümüzə Quranla başlayaq

📖🌸Bəqərə surəsi 🌸

🍃بسم الله الرحمن الرحیم🍃

148)


وَلِكُلٍّ وِجْهَةٌ هُوَ مُوَلِّيهَا ۖ فَاسْتَبِقُوا الْخَيْرَاتِ ۚ أَيْنَ مَا تَكُونُوا يَأْتِ بِكُمُ اللَّهُ جَمِيعًا ۚ إِنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

Hər bir dəstənin bir qibləsi vardır ki, (üzlərini) ona tərəf döndərirlər (yəhudilər Beytül-Müqəddəsə, xristianlar şərqə, müsəlmanlar Kə’bəyə). Odur ki, (bu barədə mübahisə etməyin və) xeyir işlər istiqamətində bir-birinizi ötməyə çalışın. Harada olsanız, Allah (əməllərin əvəzini vermək üçün) sizin hamınızı (Məhşər səhnəsinə) gətirəcəkdir. Həqiqətən Allah hər şeyə qadirdir.



💡http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

28 Oct, 16:29


Ən yaxşı elmi, dini, müqavimət, motivasiya kanalları ilə qarşınızdayıq. Bu cür gözəl və dəyərli kanalları heç bir topluda tapa bilməzsiniz:)

@toplu_admini

🌙Ramazandan Aşuraya الله 📿

28 Oct, 14:29


Arzuların həyata keçməyi üçün 🤲

🌙Ramazandan Aşuraya الله 📿

28 Oct, 09:09


Sınıq möhürə səcdə etmək icazəlidirmi?

@toplu_admini

🌙Ramazandan Aşuraya الله 📿

28 Oct, 03:22


🗓 Bazar ertəsi İmam Həsən (ə) və İmam Hüseyn (ə) günüdür.

☀️İmam Həsən (ə) ziyarətnaməsi

Salam olsun sənə, ey aləmlərin Rəbbinin Rəsulunun oğlu! Salam olsun sənə, ey Əmirəlmömininin oğlu! Salam olsun sənə, ey Fatimeyi-Zəhranın oğlu! Salam olsun sənə, ey Allahın dostu! Salam olsun sənə, ey Allahın bəyəndiyi (xas bəndəsi)! Salam olsun sənə, ey Allahın əmanətdarı! Salam olsun sənə, ey Allahın höccəti! Salam olsun sənə, ey Allahın nuru! Salam olsun sənə, ey Allahın doğru yolu! Salam olsun sənə, ey Allahın hökmünü bəyan edən! Salam olsun sənə, ey Allahın dininin köməkçisi! Salam olsun sənə, ey (hər bir eyibdən) pak olan sərvər! Salam olsun sənə, ey vəfalı xeyirxah! Salam olsun sənə, ey (Allahın əmrlərini) bərpa edən və əmanətdar! Salam olsun sənə, ey Quranın təvilini bilən! Salam olsun sənə, ey hidayət edən və hidayət olunmuş! Salam olsun sənə, ey hər bir eyibdən pak və uzaq olan! Salam olsun sənə, ey təqvalı və iffətli! Salam olsun sənə, ey layiqli haqq və həqiqət! Salam olsun sənə, ey doğru danışan şəhid! Salam olsun sənə, ey Əbu Məhəmməd Həsən ibn Əli! Allahın salamı və bərəkətləri olsun sənə!


Əssəlamu ələykə yəbnə rəsu-li rəbbil aləmin, əssəlamu ələykə yəbnə Əmiril muminin, əssəlamu ələykə yəbnə Fatimə-təz Zəhra, əssəlamu ələykə ya həbibəllah, əssəlamu ələykə ya sifvətəllah, əssəlamu ələykə ya əminəllah, əssəlamu ələykə ya huccətəllah, əssəlamu ələykə ya nurəllah, əssəlamu ələykə ya siratəllah, əssəlamu ələykə ya bəyanə hukmillah, əssəlamu ələykə ya nasirə dinillah, əssə-lamu ələykə əyyuhəs səyyiduz zəkiyy, əssəlamu ələykə əyyu-həl bərrul vəfiyy, əssəlamu ələykə əyyuhəl qaimul əmin, əssəlamu ələykə əyyuhəl alimu bit təvil, əssəlamu ələykə əyyuhəl hadil Məhdi, əssəlamu ələykə əyyuhət tahiruz zəkiyy, əssəlamu ələykə əyyuhət tə-qiyy, əssəlamu ələykə əyyuhəl həqqul həqiq. Əssəlamu ələykə əyyuhəş şəhidus sədiq, əssə-lamu ələykə ya əba Muhəmmə-dil Həsənibni Əliyy, və rəhmə-tullahi və bərəkatuh.

💡 T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

28 Oct, 03:21


🗓 Təqvim, bazar ertəsi
📿Günün zikri

ardı 👉🏻

http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

28 Oct, 02:07


⛅️Günümüzə Quranla başlayaq

📖🌸Bəqərə surəsi 🌸

🍃بسم الله الرحمن الرحیم🍃

147)

الْحَقُّ مِنْ رَبِّكَ ۖ فَلَا تَكُونَنَّ مِنَ الْمُمْتَرِينَ

Bu haqq (qiblənin dəyişdirilməsi hökmü və haqq olan hər hansı digər bir hökm) sənin Rəbbin tərəfindəndir. Odur ki, əsla şübhə edənlərdən olma.


💡http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

28 Oct, 01:19


🕊️Əşərat duasından bir parça

🖇Bu dua, ən mötəbər dualardandır və onun nüsxələri arasında ixtilaf vardır. Biz bu nüsxəni Şeyxin “Misbah” kitabından nəql edirik. Onu səhər-axşam oxumaq müstəhəbdir. Ən fəzilətli vaxtı isə cümə gününün əsrindən sonradır:
Bağışlayan və mehriban Allahın adı ilə!
Allah bütün eyiblərdən pak və uzaqdır. Həmd yalnız Allaha məxsusdur. Allahdan başqa heç bir tanrı yoxdur və O, hər bir şeydən böyükdür. Uca və böyük Allahdan başqa güc və qüdrət yoxdur..

Ardı var.....

📗Mənbə: Məfatihul-cinan.

💡http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

27 Oct, 16:29


Elmi, dini, motivasiya, xəbər, abituriyentlər və s. hamısı bir arada.

@toplu_admini

🌙Ramazandan Aşuraya الله 📿

27 Oct, 05:01


🍲YEMƏK VƏ İÇMƏK🚰 bölümü

🖇 Süfrə başında əyləşməzdən öncə, əllərinizi yuyun.

🕯 Peyğəmbər (s) buyurmuşdur:

“Yeməkdən qabaq dəstəmaz almaq yoxsulluğu, yeməkdən sonra isə dəliliyi aradan aparır və gözün nurunu artırır.”

📗 Mənbə: 40 mövzu, 40 həqiqət

http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

27 Oct, 04:51


Mö'min kimdir

📖 Quran:
«Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman imanları daha da artar, onlar ancaq öz Rəbbinə təvəkkül edərlər.* O kəslər ki, namaz qılar və verdiyimiz ruzidən (Allah yolunda) sərf edərlər.* Onlar həqiqi möminlərdir. Onların öz Rəbbi yanında dərəcələri vardır. Onları bağışlanma və tükənməz, gözəl ruzi gözləyir.»

🔹"Ənfal" surəsi, ayə 2-4

http://T.me/zikrler_ve_dualar_SYH_313
•┈┈••✦🍃🌸 💖🌸🍃✦••┈┈•
#ayə

🌙Ramazandan Aşuraya الله 📿

27 Oct, 02:06


⛅️Günümüzə Quranla başlayaq

📖🌸Bəqərə surəsi 🌸

🍃بسم الله الرحمن الرحیم🍃

146
)

الَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَعْرِفُونَهُ كَمَا يَعْرِفُونَ أَبْنَاءَهُمْ ۖ وَإِنَّ فَرِيقًا مِنْهُمْ لَيَكْتُمُونَ الْحَقَّ وَهُمْ يَعْلَمُونَ

(Səma) kitab(ı) verdiyimiz şəxslər onu (Muhəmmədi-səlləllahu əleyhi və alihi və səlləm-Tövrat və İncilin onu kamil tanıtdırması əsasında) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Həqiqətən onların bir dəstəsi haqqı bilərəkdən israrla gizlədir.



💡http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

26 Oct, 16:29


Ən yaxşı elmi, dini, müqavimət, motivasiya kanalları ilə qarşınızdayıq. Bu cür gözəl və dəyərli kanalları heç bir topluda tapa bilməzsiniz:)

@toplu_admini

🌙Ramazandan Aşuraya الله 📿

26 Oct, 02:05


⛅️Günümüzə Quranla başlayaq

📖🌸Bəqərə surəsi 🌸

🍃بسم الله الرحمن الرحیم🍃

145)


وَلَئِنْ أَتَيْتَ الَّذِينَ أُوتُوا الْكِتَابَ بِكُلِّ آيَةٍ مَا تَبِعُوا قِبْلَتَكَ ۚ وَمَا أَنْتَ بِتَابِعٍ قِبْلَتَهُمْ ۚ وَمَا بَعْضُهُمْ بِتَابِعٍ قِبْلَةَ بَعْضٍ ۚ وَلَئِنِ اتَّبَعْتَ أَهْوَاءَهُمْ مِنْ بَعْدِ مَا جَاءَكَ مِنَ الْعِلْمِ ۙ إِنَّكَ إِذًا لَمِنَ الظَّالِمِينَ

Şübhəsiz, sən kitab əhli üçün hər nişanə və dəlil gətirsən də onlar sənin qiblənə tabe olmayacaqlar və sən də heç vaxt onların qibləsinə tabe olmayacaqsan. Həmçinin onların bəzisi digərinin qibləsinə tabe olmayacaqdır. Əgər sənə verilmiş o elmdən sonra onların istəklərinə tabe olsan, onda şübhəsiz ki, zalımlardan olacaqsan.



💡http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

25 Oct, 02:08


⛅️Günümüzə Quranla başlayaq

📖🌸Bəqərə surəsi 🌸

🍃بسم الله الرحمن الرحیم🍃
144)


قَدْ نَرَىٰ تَقَلُّبَ وَجْهِكَ فِي السَّمَاءِ ۖ فَلَنُوَلِّيَنَّكَ قِبْلَةً تَرْضَاهَا ۚ فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِ ۚ وَحَيْثُ مَا كُنْتُمْ فَوَلُّوا وُجُوهَكُمْ شَطْرَهُ ۗ وَإِنَّ الَّذِينَ أُوتُوا الْكِتَابَ لَيَعْلَمُونَ أَنَّهُ الْحَقُّ مِنْ رَبِّهِمْ ۗ وَمَا اللَّهُ بِغَافِلٍ عَمَّا يَعْمَلُونَ

Şübhəsiz, Biz sənin üzünün (bir işin baş verməsini gözləyən adam kimi) göydə o tərəf bu tərəfə çevrilməsini görürük və indi səni razı qalacağın bir qibləyə tərəf döndəririk. Odur ki, üzünü Məscidül-Hərama tərəf döndər. Harada olsanız üzünüzü ona tərəf döndərin. Həqiqətən, (səma) kitab(ı) verilmiş kəslər bilirlər ki, şübhəsiz, bu, (Kə’bəyə üz tutmaq) onların Rəbbi tərəfindən olan bir haqqdır. (Çünki, onların kitabında İslam Peyğəmbərinin iki qibləyə namaz qılacağı vardır.) Allah onların etdiklərindən (müxalifətlərindən) qafil deyildir.


💡http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

24 Oct, 16:29


Elmi, dini, motivasiya, xəbər, abituriyentlər və s. hamısı bir arada.

@toplu_admini

🌙Ramazandan Aşuraya الله 📿

24 Oct, 02:04


⛅️Günümüzə Quranla başlayaq

📖🌸Bəqərə surəsi 🌸

🍃بسم الله الرحمن الرحیم🍃
143)


وَكَذَٰلِكَ جَعَلْنَاكُمْ أُمَّةً وَسَطًا لِتَكُونُوا شُهَدَاءَ عَلَى النَّاسِ وَيَكُونَ الرَّسُولُ عَلَيْكُمْ شَهِيدًا ۗ وَمَا جَعَلْنَا الْقِبْلَةَ الَّتِي كُنْتَ عَلَيْهَا إِلَّا لِنَعْلَمَ مَنْ يَتَّبِعُ الرَّسُولَ مِمَّنْ يَنْقَلِبُ عَلَىٰ عَقِبَيْهِ ۚ وَإِنْ كَانَتْ لَكَبِيرَةً إِلَّا عَلَى الَّذِينَ هَدَى اللَّهُ ۗ وَمَا كَانَ اللَّهُ لِيُضِيعَ إِيمَانَكُمْ ۚ إِنَّ اللَّهَ بِالنَّاسِ لَرَءُوفٌ رَحِيمٌ

(Sizin üçün müstəqil bir qiblə təyin etdiyimiz kimi) sizi orta (ifrat və onun ziddi arasında mötədil) bir ümmət etdik ki, (Qiyamət günü) siz insanlara şahid olasınız və bu Peyğəmbər də sizə şahid olsun. Biz sənin əvvələr üz tutduğun qibləni (Beytül-Müqəddəsi) Peyğəmbərə tabe olan şəxsi geri dönən (və keçmiş qiblədə qalan) şəxsdən ayırd etməkdən (əzəli elmimizi xaricdə gerçəkləşdirməkdən) başqa bir şey üçün (qiblə) təyin etməmişdik. Hərçənd ki, bu hökm Allahın hidayət etdiyi şəxslərdən başqası üçün çətin və ağır idi. Allah sizin imanınızı (keçmiş etiqadlarınızın, yaxud əvvəlki qibləyə üz tutub etdiyiniz ibadətlərin savabını) zay etmək istəmir. Həqiqətən Allah insanlara qarşı olduqca şəfqətli və mehribandır.




💡http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

23 Oct, 16:29


Ən yaxşı elmi, dini, müqavimət, motivasiya kanalları ilə qarşınızdayıq. Bu cür gözəl və dəyərli kanalları heç bir topluda tapa bilməzsiniz:)

@toplu_admini

🌙Ramazandan Aşuraya الله 📿

23 Oct, 02:06


⛅️Günümüzə Quranla başlayaq

📖🌸Bəqərə surəsi 🌸

🍃بسم الله الرحمن الرحیم🍃
142)


۞ سَيَقُولُ السُّفَهَاءُ مِنَ النَّاسِ مَا وَلَّاهُمْ عَنْ قِبْلَتِهِمُ الَّتِي كَانُوا عَلَيْهَا ۚ قُلْ لِلَّهِ الْمَشْرِقُ وَالْمَغْرِبُ ۚ يَهْدِي مَنْ يَشَاءُ إِلَىٰ صِرَاطٍ مُسْتَقِيمٍ

Tezliklə səfeh insanlar deyəcəklər: «Onları (müsəlmanları) üz tutduqları qiblədən (Beytül-Müqəddəsdən Kə’bəyə tərəf) nə döndərdi?» De: «Şərq və qərb Allahındır, istədiyi şəxsi (bəşər cəmiyyətinin xeyirinə olan) doğru yola hidayət edir.» (Bir müddət Qüdsə üz tutmaq məsləhət idi, ondan sonra isə Kə’bəyə üz tutmaq məsləhətdir.)




💡http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

22 Oct, 16:29


Biri-digərindən daha maraqlı olan telegramın ən faydalı kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla ən gözəl kanallardan bəhrələnə bilərsiniz.

@toplu_admini

🌙Ramazandan Aşuraya الله 📿

22 Oct, 15:02


🍃Təvəssül duasından bir parça...

🤲Ey Rəsulullahın oğlu! Ey Allahın Öz yaratdıqları üzərində höccət və dəlili! Ey bizim ağamız və mövlamız! Həqiqətən, biz sənə üz tutub, səni Allahın dərgahında şəfaətçi seçir, sənin vasitənlə Allahın dərgahına üz tutur və hacətlərimizi sənə təqdim edirik. Ey Allah yanında uca məqam və hörmət sahibi! Allah yanında bizə şəfaətçi ol!

📿http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

22 Oct, 10:56


Xətibul Ənbiya nə deməkdir?

@toplu_admini

🌙Ramazandan Aşuraya الله 📿

22 Oct, 05:14


🌧🌧🌧 Yağış yağanda edilən dua..

🌙Ramazandan Aşuraya الله 📿

22 Oct, 02:05


⛅️Günümüzə Quranla başlayaq

📖🌸Bəqərə surəsi 🌸

🍃بسم الله الرحمن الرحیم🍃

141)


تِلْكَ أُمَّةٌ قَدْ خَلَتْ ۖ لَهَا مَا كَسَبَتْ وَلَكُمْ مَا كَسَبْتُمْ ۖ وَلَا تُسْأَلُونَ عَمَّا كَانُوا يَعْمَلُونَ

Onlar keçib getmiş bir ümmətdirlər, onların əldə etdikləri özlərinə, siz (kitab əhlin)in əldə etdiyiniz isə sizə aiddir. Siz onların etdiyi əməllər barəsində əsla sorğu-sual olunmayacaqsınız


💡http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

21 Oct, 16:29


Elmi, dini, motivasiya, xəbər, abituriyentlər və s. hamısı bir arada.

@toplu_admini

🌙Ramazandan Aşuraya الله 📿

18 Oct, 04:46


📜Rəvayət olunmuşdur ki, cümə və başqa günlərdə, zöhr və sübh namazlarından sonra: “Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd və əccil fərəcəhum” deyən şəxs, Həzrət Məhdi Qaim (ə.c)-i görməyincə dünyadan getməz. Bu salavatı yüz dəfə oxuyarsa, Allah taala onun, otuzu bu dünyada, otuzu isə axirətdə olan altımış hacətini (istəyini) rəva edər.

📗Mənbə: Məfatihul-cinan.

💡http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

18 Oct, 02:05


⛅️Günümüzə Quranla başlayaq

📖🌸Bəqərə surəsi 🌸

🍃بسم الله الرحمن الرحیم🍃
137)


فَإِنْ آمَنُوا بِمِثْلِ مَا آمَنْتُمْ بِهِ فَقَدِ اهْتَدَوْا ۖ وَإِنْ تَوَلَّوْا فَإِنَّمَا هُمْ فِي شِقَاقٍ ۖ فَسَيَكْفِيكَهُمُ اللَّهُ ۚ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ

Beləliklə, əgər onlar da sizin iman gətirdiklərinizə iman gətirsələr, şübhəsiz, doğru yolu tapıblar. Əgər üz döndərsələr, həqiqətən, müxalifət və düşmənçilik məqamındadırlar. Buna görə də, Allah tezliklə onların şərrini səndən dəf edəcəkdir və Odur eşidən və bilən!




💡http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

17 Oct, 18:52


🍃🕊 “Firdovsi Əla”da peyğəmbərlər və mürsəllərlə bir yerdə olar.🍃🕊

“Əhqaf” və “Möminin” surələrini oxumaq.
Həzrət İmam Sadiq (ə)-dan nəql olunmuşdur ki, cümə axşamı və ya cümə günü “Əhqaf” surəsini oxuyan şəxs dünyada qorxmaz və Qiyamətin böyük fəzəindən (qorxusundan) amanda qalar. “Muminin” surəsini bütün cümə günlərində oxuyan şəxsin əməllərini Allah taala səadətlə başa çatdırar və onun mənzili “Firdovsi Əla”da peyğəmbərlər və mürsəllərlə bir yerdə olar.

📗Mənbə: Məfatihul-cinan.

📿http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

17 Oct, 18:49


Cümə gününün əməlləri

📿 Sübh namazının birinci rükətində “Həmd”dən sonra “Cümə” surəsini, ikinci rükətində isə “İxlas” surəsini oxusun.

📿Sübh namazından sonra bir kəslə danışmazdan əvvəl aşağıdakı duanı oxusun ki, gələn cüməyə qədər günahlarının kəffarəsi olsun. Dua belədir:

Əllahummə ma qultə fi cu-muəti hazih, min qəvlin əv hələftu fiha min həlf, əv nəzərtu fiha min nəzr, fəməşiyyətukə bəynə yədəy zalikə kullih, fəma şitə minhu ən yəkunə kan, və ma ləm təşə minhu ləm yəkun, Əllahumməğfirli və təcavəz ənni, Əllahummə mən səlləytə ələyhi fəsələvati ələyh, və mən ləəntə fələ`nəti ələyh.

İlahi, bu cümə günü dediyim hər bir sözü, içdiyim hər bir andı və etdiyim hər bir nəziri, bütünlüklə, Sənin istəyindən asılıdır (Sənin istəyin onlardan öndədir). Belə isə, onlardan istədiyin yerinə yetəcək, istəmədiyin isə yerinə yetməyəcək. İlahi, məni bağışla və günahlarımdan keç! İlahi, salam göndərdiyin hər bir kəsə, mən də salam göndərirəm, lənətlədiyin hər kəsi mən də lənətləyirəm!

Əgər bu göstərişə hər cümə əməl edə bilməsə, heç olmasa ayda bir dəfə yerinə yetirsin. Rəvayət olunmuşdur ki, hər kəs cümə günü sübh namazından sonra oturub, gün çıxana qədər namazın təqibatı ilə məşğul olarsa, onun “Firdosi Əla”da (cənnətin ən yüksək məqamında) yetmiş mərtəbə dərəcəsi ucalar.

📗Mənbə: Məfatihul-cinan.

💡http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

17 Oct, 16:29


Elmi, dini, motivasiya, xəbər, abituriyentlər və s. hamısı bir arada.

@toplu_admini

🌙Ramazandan Aşuraya الله 📿

17 Oct, 02:04


⛅️Günümüzə Quranla başlayaq

📖🌸Bəqərə surəsi 🌸

🍃بسم الله الرحمن الرحیم🍃

136)


قُولُوا آمَنَّا بِاللَّهِ وَمَا أُنْزِلَ إِلَيْنَا وَمَا أُنْزِلَ إِلَىٰ إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَاقَ وَيَعْقُوبَ وَالْأَسْبَاطِ وَمَا أُوتِيَ مُوسَىٰ وَعِيسَىٰ وَمَا أُوتِيَ النَّبِيُّونَ مِنْ رَبِّهِمْ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِنْهُمْ وَنَحْنُ لَهُ مُسْلِمُونَ

(Ey möminlər) deyin: «Biz Allaha və bizə nazil olana, İbrahim, İsmail, İshaq, Yəqub və Əsbata (Yəqubun nəvələrinə) nazil olana, Musa və İsaya, eləcə də peyğəmbərlərə Rəbbi tərəfindən verilənlərə iman gətirdik. Onların arasında (haqq olmaları və Allah tərəfindən seçilib göndərilmələri baxımından) heç bir fərq qoymuruq və biz Onun müqabilində təslim olanlarıq.»



💡http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

16 Oct, 18:49


🍃🌸Cümə günü sübh namazının təqibatı:

Aşağıda qeyd edəcəyimiz duanı cümə günü sübh namazının təqibatında oxumaq böyük fəzilətə malikdir:

Əllahummə inni təəmmədtu iləykə bihacəti, və ənzəltu iləy-kəl yəvmə fəqri və faqəti və məskənəti, fəənə liməğfirətikə ərca minni liəməli, və ləməğ-firətukə və rəhmətukə əvsəu min zunubi, fətəvəllə qəzaə kulli hacətin li biqudrətikə ələyha, və təysiri zalikə ələykə və lifəqri iləyk, fəinni ləm usib xəyrən qəttu illa mink, və ləm yəsrif ənni suən qəttu əhədun sivak, və ləstu ərcu liaxirəti və dunyay, və la liyəvmi fəqri yəvmə yufridunin nasu fi hufrəti, və ufzi iləykə bizənbi sivak.

İlahi, öz istəyimlə Sənə üz tutmuşam, bu gün fəqirlik, çarəsizlik və ehtiyacsızlığımla Sənin dərgahına gəlmişəm və mən Sənin bəxşişinə öz əməlimdən daha ümidvaram. Əlbəttə, Sənin bəxşiş və rəhmətin mənim günahlarımdan böyükdür. Belə isə, hər istəyimi Öz böyüklüyünlə rəva et, Sən ona qadirsən və bu iş Sənin üçün asandır. Mən də Sənə möhtacam, Səndən başqasından əsla bir xeyir görməmişəm və Səndən başqası məndən şər işləri dəf etməmişdir. Dünya və axirətim üçün, ehtiyac və çarəsiz olduğum və tək-tənha qəbrə qoyulacağım gün Səndən başqa, heç kimə ümidim yoxdur və yalnız Sən məni günahlardan təmizləyə bilərsən!

📗Mənbə: Məfatihul-cinan.

💡http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

16 Oct, 16:29


Biri-digərindən daha maraqlı olan telegramın ən faydalı kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla ən gözəl kanallardan bəhrələnə bilərsiniz.

@toplu_admini

🌙Ramazandan Aşuraya الله 📿

16 Oct, 11:41


🍃🌸Cümə axşamının əməlləri 🌸🍃

Cümə axşamı üçün çoxlu namazlar nəql olunmuşdur. O cümlədən, Əmirəl-möminin Əli (ə)-ın namazıdır. Bir başqası isə, iki rükət namazdır. Hər rükətində “Həmd” surəsindən sonra on beş dəfə “Zəlzələ” surəsi oxunur. Nəql olunur ki, hər kim bu namazı qılsa, Allah taala onu qəbir əzabından və Qiyamət gününün xovfundan qoruyar.


📗Mənbə: Məfatihul-cinan.

📿http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

16 Oct, 11:38


🌸Həzrət İmam Sadiq (ə)-dan nəql olunmuşdur ki, hər cümə axşamı “Bəni İsrail” surəsini oxuyan şəxs, İmam Zaman (ə.c)-i görməmiş dünyadan getməz və o Həzrətin səhabələrindən olar.

“Kəhf” surəsini hər cümə axşamı oxuyan şəxs şəhid olacaq və Haqq taala onu Qiyamət günündə şəhidlərlə məhşur edəcək.

📗Mənbə: Məfatihul-cinan.

http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

16 Oct, 11:33


🍃🍃🍃🍃🍃🍃
Cümə axşamının əməlləri:

Şeyx Tusi (r) belə buyurmuşdur:

“Cümə axşamı Peyğəmbərə min dəfə salavat göndərmək müstəhəbdir. Yaxşı olar ki, salavatı aşağadakı kimi göndərsin:

Əllahummə səlli əla Muhəm-mədin və ali Muhəmməd, və əccil fərəcəhum və əhlik əduvvəhum, minəl cinni vəl ins, minəl əvvəlinə vəl axirin.

İlahi, Məhəmməd və onun Əhli-beytinə salam yetir, onların “fərəc”ini (Sahibəz-Zamanın (ə) zühurunu) tezləşdir, cinlər və insanlardan, məxluqatın birinci və sonuncularından olan düşmənlərini həlak et!

👆Həmçinin yuxarıdakı salavatı cümə axşamı əsrdən cümə gününün axırına qədər yüz dəfə oxumağın çoxlu fəziləti olduğu deyilir. Şeyx buyurmuşdur ki, cümə axşamı (gün batan vaxtı) aşağıda deyilən qaydada istiğfar etmək müstəhəbdir:

Əstəğfirullahəlləzi la ilahə illa huvəl həyyul qəyyum, və ətubu iləyhi təvbətə əbdin xaziin miskinin mustəkin, la yəstətiu linəfsihi sərfən və la ədla, və la nəf`ən və la zərra, və la həyatən və la məvtən və la nuşura, və səlləllahu əla Mu-həmmədin və itrətihit təyyi-binət tahirinəl əxyaril əbrar, və səlləmə təslima.

O Allahdan bağışlanmaq diləyirəm ki, Ondan başqa məbud yoxdur, diri və əbədidir. Özündən şər işləri dəf etməyi və özünə fayda verməyi bacarmayan, ölüm və həyata, xeyir və şərə qadir olmayan təvazökar, fəqir və aciz bir bəndənin tövbəsi ilə günahlardan tövbə edərək Ona doğru qayıdıram. Allahın salamı olsun Məhəmməd və onun pak xanədanına – aləmin ən yaxşıları, pakları, seçilmişləri və xeyirxahlarına! Allahın kamil salamı olsun onlara!

📗Mənbə: Məfatihul-cinan.

📿http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

16 Oct, 11:29


🍃🍃🍃🍃🍃🍃
Cümə axşamının əməlləri:

💢Aşağıdakı zikri çoxlu demək:

Subhanəllahi vəllahu əkbəru və la ilahə illəllah.

Allah bütün eyiblərdən pak və uzaqdır, Allah böyükdür və Allahdan başqa heç bir tanrı yoxdur.

💢Bu gün Məhəmməd və ali Məhəmmədə çoxlu salavat göndərin. Rəvayətdə bu günün salavatının ən az sayı yüz ədəd qeyd olunur.

İmam Sadiq (ə)-dan nəql olunan hədisdə oxuyuruq:
“Cümə gecəsi Məhəmməd və ali Məhəmmədə göndərilən salavat min həsənə ilə bərabərdir və salavat göndərənin (əməl dəftərindən) min günah pozular.

İmam Sadiq (ə)-dan mötəbər sənədlə nəql olunmuş rəvayətə görə, cümə axşamı gün batana yaxın mələklər səmalardan qızıl qələm və gümüş səhifələrlə yerə nazil olub, cümə axşamı gün batan çağından, cümə gecəsi və cümə günü gün batana qədər, o gümüş səhifələrə Məhəmməd və ali Məhəmmədə salavatdan başqa bir şey yazmazlar.

📗Mənbə: Məfatihul-cinan.

📿http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

16 Oct, 02:28


https://t.me/hicab202

🌙Ramazandan Aşuraya الله 📿

16 Oct, 02:04


⛅️Günümüzə Quranla başlayaq

📖🌸Bəqərə surəsi 🌸

🍃بسم الله الرحمن الرحیم🍃
135)


وَقَالُوا كُونُوا هُودًا أَوْ نَصَارَىٰ تَهْتَدُوا ۗ قُلْ بَلْ مِلَّةَ إِبْرَاهِيمَ حَنِيفًا ۖ وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ

Və (kitab əhli insanlara) dedilər: «Yəhudi yaxud xaçpərəst olun ki, doğru yolu tapasınız.» De: «Əksinə, haqq (yol)a yönəlmiş İbrahimin dininə (tabe olacağıq) və o, əsla müşriklərdən olmayıb.»


💡http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

15 Oct, 16:29


Telegramın ən böyük və ən faydalı kanalları ilə qarşınızdayıq. Özəlliyimiz hər kanalı topluya almamağımızdır.

@toplu_admini

🌙Ramazandan Aşuraya الله 📿

15 Oct, 15:08


🍃Təvəssül duasından bir parça....

🤲Ey Əba-Əbdillah, ey Məhəmmədin oğlu Cəfər, ey Sadiq (düzdanışan)! Ey Rəsulullahın oğlu!

📿http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

15 Oct, 05:09


⛅️Günümüzə Quranla başlayaq

📖🌸Bəqərə surəsi 🌸

🍃بسم الله الرحمن الرحیم🍃

134)

تِلْكَ أُمَّةٌ قَدْ خَلَتْ ۖ لَهَا مَا كَسَبَتْ وَلَكُمْ مَا كَسَبْتُمْ ۖ وَلَا تُسْأَلُونَ عَمَّا كَانُوا يَعْمَلُونَ

Onlar bir ümmət idilər ki, keçib-getdilər. Onların əldə etdikləri özlərinə, siz (kitab əhlin)in əldə etdiyiniz isə sizə aiddir və siz əsla onların etdikləri əməllər barəsində sorğu-sual edilməyəcəksiniz.


💡http://T.me/zikrler_ve_dualar_SYH_313

🌙Ramazandan Aşuraya الله 📿

14 Oct, 16:29


Telegramın ən gözəl elmi və dini kanalları ilə qarşınızdayıq. Adlarını qeyd etdiyimiz və etmədiyimiz bir çox kanala abunə ola bilərsiniz.

@toplu_admini

🌙Ramazandan Aşuraya الله 📿

14 Oct, 10:06


ÇƏTİNLİK ANİ OXUNAN DUA.

"İlahi! Məhəmməd və onun ailəsinə salam yetir və məni dünya və axirətdə uğursuzluğa düçar olmaqdan qoru, qəzəbli və razı qaldığım halda günahlardan çəkinməyə kömək ol! Hər iki bu halımda istəklərim eyni olsun; sənin itaətinə məşğul olum, sənin razılığını dost və düşmənlərin razılığından üstün tutum ki, düşmənim ona qarşı zülm edəcəyimi, dostum da nəfsimə tabe olaraq onun razılığını Sənin razılığından üstün tutacağımı düşünməsin . Məni rahatlıq halında Səni çarəsizlər kimi çağıranlardan qərar ver ki, həqiqətən də Sən, hər cür şükrə, tə'rifə layiqsən".
Ərəbcə: "Allahummə səlli əla Məhəmmədin və Alih vərzuqni ət-təhəffuzə minəl-xataya vəl-ehtirasə minəz-zələli fid-dunya vəl-axirəti fi halir-rıza vəl-ğəzəbi hətta əkunə bima yuridu aləyyə minhuma bimənzilətin səva, amilən bitaətikə, muəssiran lisızakə əla ma sivahuma fil-əvliya vəl-əda, hətta yəmənə aduvvi min zulmi və cavri və yəyəsə valiyyi min məyli və inhitati həvayə vəcəlni mimmən yədukə muxlisən fir-rəxai duaəl-muxlisinəl-muztarrinə ləkə fid-dua, innəkə həmidun məcid"


💡 http://T.me/zikrler_ve_dualar_SYH_313