Dövlət Vergi Xidməti @dovlet_vergi_xidmeti Channel on Telegram

Dövlət Vergi Xidməti

@dovlet_vergi_xidmeti


Vergi ödəyicilərinə xidmət

Dövlət Vergi Xidməti (Azerbaijani)

Dövlət Vergi Xidməti Telegram kanalı Vergi ödəyicilərinə xidmət göstərmək məqsədi ilə yaradılmışdır. Bu kanal Vergi İdarəsinin ən son yeniliklərini, vergilər və vergi haqqında ətraflı məlumatları paylaşmaq üçün verilmişdir. Vergi ödəyiciləri üçün ən aktual olan məlumatlar, qanunvericiliklər və digər vergi ilə bağlı məqalələr bu kanalda yayımlanır. Dövlət Vergi Xidməti kanalı fəal vergi ödəyiciləri, iş adamları, və iş sahibləri üçün ən dəyərli mənbəyi təşkil edir. Vergi ödəyiciləri bu kanaldan ən son vergi xəbərlərini izləyə bilər, vergilərin nəzərdə tutulması ilə bağlı məsləhətləri oxuya bilər və vergi haqqında suallarına cavab tapa bilər. Dövlət Vergi Xidməti Telegram kanalı ilə vergi ödəyiciləri məsuliyyətli və dəqiqli dəstək almaq üçün əla bir imkan əldə edirlər.

Dövlət Vergi Xidməti

14 Feb, 09:14


Hüquqi şəxsin icarə haqqından əldə etdiyi gəlir

Hüquqi şəxs icarə haqqından əldə etdiyi gəlirlərdən həmin gəlirin əldə olunması ilə bağlı çəkdiyi xərcləri çıxdıqdan sonra 20 faiz dərəcə ilə mənfəət vergisi hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına “Mənfəət vergisinin bəyannaməsi”ni təqdim etməli, hesablanmış mənfəət vergisini həmin müddətədək dövlət büdcəsinə ödəməlidir.

Əsaslandırma: Vergin Məcəlləsinin 104-cü, 106-cı, 149-cu maddələri

Dövlət Vergi Xidməti

14 Feb, 09:01


Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən 01.01.2025-ci ildən etibarən.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış, istehsal yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə görə ƏDV yalnız nağdsız ödənişlər üzrə qaytarılır.

📖 Əsaslandırma: Vergi Məcəlləsinin 165.3-cü maddəsi

Dövlət Vergi Xidməti

13 Feb, 07:37


Vergi ödəyicisi tərəfindən idxalda ödənilən ƏDV-nin əvəzləşdiriməsi haqqında

Gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri ödənişin formasından asılı olmayaraq verginin əvəzləşdirilməsinə əsas verir.

Əsaslandırma: Vergi Məcəlləsinin 175.10-cu maddəsi

Dövlət Vergi Xidməti

13 Feb, 07:36


Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən 01.01.2025-ci ildən etibarən

ℹ️ Dəmir yolu ilə nəql edilən yüklər 2025-ci il yanvarın 1-dən etibarən 2 il müddətinə Azərbaycan Respublikası ərazisindəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi son dəmir yolu stansiyasında xarici dövlətlərin yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə daşındıqda yol vergisindən azaddır.

📖 Əsaslandırma: Vergi Məcəlləsinin 212-1.1.1-ci maddəsi (yeni maddə)
➡️
https://www.taxes.gov.az/az/page/ar-vergi-mecellesi

Dövlət Vergi Xidməti

12 Feb, 07:27


Sənədlərin (onların surətlərinin) vergi orqanı tərəfindən vergi ödəyicisinə göndərilməsi haqqında

- vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün;
- poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra;
-elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra.

Əsaslandırma: Vergi Məcəlləsinin 70.2-1-ci maddəsi

Dövlət Vergi Xidməti

12 Feb, 07:18


Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən 01.01.2025-ci ildən etibarən (yeni maddə)

Filmin istehsalı və dublyajı fəaliyyətini həyata keçirən fiziki şəxslərin və filmin prodüserinin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərin 90 faizi - 2025-ci il yanvarın 1-dən 5 il müddətinə gəlir vergisindən azaddır.

📖 Əsaslandırma: Vergi Məcəlləsinin 102.1.43-cü maddəsi

Dövlət Vergi Xidməti

11 Feb, 06:20


Pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılması haqqında

Hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır.

Əsaslandırma: Vergi Məcəlləsinin 220.12 maddəsi

Dövlət Vergi Xidməti

11 Feb, 06:04


Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən 01.01.2025-ci ildən etibarən Operativ vergi nəzarəti tədbirlərinə aşağıdakılar əlavə edilmişdir.

Kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarlarda icarəyə götürülən təsərrüfat subyektlərinin (obyektlərinin) vergi orqanında uçota alınması təmin edilmədən icarəyə götürən şəxslərin həmin təsərrüfat subyektlərində (obyektlərində) fəaliyyət göstərməsinə şərait yaradılması hallarının aşkar edilməsinə nəzarət olunur.

Kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarlarda sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edilən təsərrüfat subyektinin (obyektinin) girişində həmin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınmasına dair (vergi ödəyicisinin adı və VÖEN-i göstərilməklə) məlumatın (arayışın) əks etdirilməsi (yerləşdirilməsi) hallarına nəzarət olunur.

Əsaslandırma: Vergi Məcəlləsinin 50.1.15-ci və 50.1.16-cı maddələri

Qeyd: Vergi Məcəlləsinin 50.1.15-ci və 50.1.16-cı maddələri Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 16.12.2024-cü il tarixli Qanunu qəbul edildikdən doqquz ay sonra qüvvəyə minir.

Dövlət Vergi Xidməti

10 Feb, 12:55


Daşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması

♻️ Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (Azərbaycan Respublikasının Prezidenti) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir.

Əsaslandırma: Vergi Məcəlləsinin 165.6-cı maddəsi.

Dövlət Vergi Xidməti

10 Feb, 12:44


Gəlirdən çıxılan məbləğlərin məhdudlaşdırılması

❗️ Aşağıdakı vergilərin, faizlərin, maliyyə sanksiyalarının və cərimələrin gəlirdən çıxılmasına yol verilmir:

Azərbaycan Respublikasının və ya digər dövlətlərin ərazilərində ödənilmiş mənfəət vergisi və ya gəlirdən hesablanan hər hansı digər vergi;
Bu Məcəllə və digər qanunlarla müəyyən edilmiş qaydada hesablanmış faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr (gəlirin əldə edilməsi ilə bağlı mülki hüquq müqavilələri üzrə faizlər, dəbbə pulu (cərimə), icranın gecikdirilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzinin ödənilməsi və digər analoji cərimələr istisna olmaqla).

Əsaslandırma: Vergi Məcəlləsinin 119-cu maddəsi.

Dövlət Vergi Xidməti

07 Feb, 12:33


Vergi Məcəlləsinə əsasən Əlavə dəyər vergisi

2022-ci il yanvarın 1-dən 5 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ticarət əlavəsindən hesablanan verginin məbləği hesab edilir.

📖Əsaslandırma: Vergi Məcəlləsinin 153.3-cü maddəsi. (01.01.2025-ci ildən etibarən edilmiş dəyişikliklərlə birlikdə)

Dövlət Vergi Xidməti

07 Feb, 12:33


Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən 01.01.2025-ci ildən etibarən

Vergi müəyyən edildikdə, bu Məcəllə ilə nəzərdə tutulan əsaslarla vergi güzəştləri və azadolmaları müəyyənləşdirilə bilər. Vergi güzəştlərinin və azadolmalarının dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsinin aparılması məqsədilə vergi güzəştləri və azadolmaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada təsnifləşdirilir

Əsaslandırma: Vergi Məcəlləsinin 12.2-ci maddəsi

Dövlət Vergi Xidməti

06 Feb, 06:08


Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən 01.01.2025-ci ildən etibarən

Kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlərin Azərbaycan Respublikasının ərazisində, habelə ölkə hüdudlarından kənarda fond birjasında təqdim edilməsi üzrə səhmin satış dəyəri ilə alış dəyəri və çəkilən digər xərclər arasındakı fərq vergitutma obyektidir.

Əsaslandırma: Vergi Məcəlləsinin 104.6-1-ci maddəsi

Dövlət Vergi Xidməti

06 Feb, 06:07


Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən 01.01.2025-ci ildən etibarən

Azərbaycan Respublikasında teatr, muzey, simfonik orkestr, habelə film istehsalı, yayımı və dublyajı fəaliyyətinə aid qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə royalti gəlirləri -- 2025-ci il yanvarın 1-dən 5 il müddətinə gəlir vergisindən azaddır.

📖 Əsaslandırma: Vergi Məcəlləsinin 102.1.42-ci maddəsi.(yeni maddə)

Dövlət Vergi Xidməti

05 Feb, 05:19


Vergi Məcəlləsinə əsasən

Vergi ödəyicisi kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarların mülkiyyətçiləri (bazarlar idarəetməyə verildikdə idarəediciləri) tərəfindən əmlak icarəyə verildikdə əmlakı icarəyə götürənin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınması həyata keçirildikdən sonra onun həmin təsərrüfat subyektlərində (obyektlərində) fəaliyyət göstərməsinə şərait yaratmaq tələbini pozduğu təqdirdə kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarların mülkiyyətçilərinə (bazarlar idarəetməyə verildikdə idarəedicilərinə) təqvim ili ərzində belə hal birinci dəfə aşkar edildikdə 2000 manat, ikinci dəfə aşkar edildikdə 4000 manat, üç və daha çox dəfə aşkar edildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Əsaslandırma: Vergi Məcəlləsinin 58.15-2-ci maddəsi (yeni maddə)
📌Qeyd: Vergi Məcəlləsinin 58.15-2-ci maddəsi Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 16.12.2024-cü il tarixli Qanunu qəbul edildikdən doqquz ay sonra qüvvəyə minir.

Dövlət Vergi Xidməti

05 Feb, 05:19


Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən 01.01.2025-ci ildən etibarən (yeni maddə)
Aşağıdakı fəaliyyət növləri ilə məşğul olan və həmin fəaliyyət növlərindən təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45000 manatadək olan fiziki şəxslərin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır:
proqram təminatının işlənməsi sahəsində xidmətlər;
layihə-dizayn və dekorasiya xidmətləri;
tərcümə xidməti;
reklam xidməti;
araşdırma və tədqiqat sahəsində fəaliyyət;
elm, təhsil, mədəniyyət və idman sahəsində göstərilən xidmətlər;
hüquq, sərbəst auditor, mühasibat və maliyyə sahəsi üzrə məsləhət xidmətləri;
jurnalistlərin fəaliyyəti;
bazar konyukturunun öyrənilməsi;
qiymətləndirmə fəaliyyəti;
avtonəqliyyat vasitələri ilə yükdaşımaları istisna olmaqla, sifarişlərin çatdırılması və kuryer fəaliyyəti;
turizm bələdçiliyi;
xidmətlərin ixracı.
📖Əsaslandırma: Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsi.

Dövlət Vergi Xidməti

04 Feb, 05:23


Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən 01.01.2025-ci ildən etibarən (yeni maddə)

Qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında qeydiyyatdan keçən və teatr, muzey, simfonik orkestr, habelə film istehsalını və dublyajını həyata keçirən kinematoqrafiya müəssisələri və film prodüserləri həmin fəaliyyət üzrə istifadə etdikləri torpaqlara görə 5 il müddətinə torpaq vergisini ödəməkdən azaddırlar.

Əsaslandırma: Vergi Məcəlləsinin 207.14-cü maddəsi.

Dövlət Vergi Xidməti

04 Feb, 05:21


Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən 01.01.2025-ci ildən etibarən (yeni maddə)

“Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq sərbəst vəsaitlərin investisiyaya yönəldilməsindən əldə olunan gəlirlər mənfəət vergisindən azaddır.

Əsaslandırma: Vergi Məcəlləsinin 106.1.36-cı maddəsi.

Dövlət Vergi Xidməti

03 Feb, 12:39


İnvestisiya mühitinin təkmilləşdirilməsi məqsədilə qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətindən ödəmə mənbəyində tutulan verginin dərəcəsi azaldılıb

Qeyri-rezidentin daimi nümayəndəliyindən mənfəət vergisindən əlavə olaraq bu daimi nümayəndəliyin xalis mənfəətindən həmin qeyri-rezidentə köçürdüyü (verdiyi) hər hansı məbləğdən 5 faiz dərəcə ilə vergi tutulur.

Əsaslandırma: Vergi Məcəlləsinin 126-cı maddəsi

Dövlət Vergi Xidməti

31 Jan, 13:10


Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən 01.01.2025-ci ildən etibarən

Azərbaycan Respublikasının ərazisində istehsal olunan avtobusların satışı, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı 8 il müddətinə ƏDV-dən azaddır.

Əsaslandırma: Vergi Məcəlləsinin 164.1.41-4-cü maddəsi.

Dövlət Vergi Xidməti

31 Jan, 05:59


Vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir (yeni maddə)

📌 Kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarlarda daşınmaz əmlak həmin əmlakın mülkiyyətçiləri (bazarlar idarəetməyə verildikdə idarəediciləri) tərəfindən, habelə əmlak icarəyə verildikdə icarəyə götürən tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edildikdə təsərrüfat subyektinin (obyektinin) girişində həmin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınması ilə bağlı (vergi ödəyicisinin adı və VÖEN-i göstərilməklə) məlumatı (arayışı) əks etdirmək (yerləşdirmək) vergi ödəyicisinin vəzifəsidir.

Əsaslandırma: Vergi Məcəlləsinin 16.1.11-16-cı maddəsi

🔴*Qeyd: Vergi Məcəlləsinin 16.1.11-15 − 16.1.11-17-ci maddələri Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 16.12.2024-cü il tarixli Qanunu qəbul edildikdən doqquz ay sonra qüvvəyə minir.

Dövlət Vergi Xidməti

30 Jan, 06:55


Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən 01.01.2025-ci ildən etibarən

Qeyri-rezidentin sifarişi əsasında gəmiqayırma və gəmi təmiri müəssisələri tərəfindən gəmilərin, digər dəniz və su nəqliyyatı vasitələrinin, hidrotexniki qurğuların təmiri üzrə xidmətlərin göstərilməsi ƏDV-yə "0" dərəcə ilə cəlb edilməsi nəzərdə tutulur.

Əsaslandırma: Vergi Məcəlləsinin 165.1.11-ci maddəsi.

Dövlət Vergi Xidməti

30 Jan, 06:55


Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən 01.01.2025-ci ildən etibarən (yeni maddə)

Kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlərin Azərbaycan Respublikasının ərazisində, habelə ölkə hüdudlarından kənarda fond birjasında təqdim edilməsi üzrə səhmin satış dəyəri ilə alış dəyəri və çəkilən digər xərclər arasındakı fərq vergitutma obyektidir.

Əsaslandırma: Vergi Məcəlləsinin 96.6-cı maddəsi.

Dövlət Vergi Xidməti

28 Jan, 05:40


Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən 01.01.2025-ci ildən etibarən

Qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikasında qeydiyyatdan keçən və teatr, muzey, simfonik orkestr, habelə film istehsalını və dublyajını həyata keçirən kinematoqrafiya müəssisəsinin və filmin prodüserinin həmin fəaliyyətdən əldə etdiyi mənfəətin 90 faizi - 2025-ci il yanvarın 1-dən 5 il müddətinə azaddır.

Əsaslandırma: Vergi Məcəlləsinin 106.1-33-cü maddəsi

Dövlət Vergi Xidməti

28 Jan, 05:40


Vergi ödəyiciləri tərəfindən uçot sənədlərinin tərtib edilməsi və saxlanması

Mühasibat uçotu sənədləri, o cümlədən elektron və (və ya) kağız formatda məlumatlar tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla qanunla müəyyən edilmiş müddətdə saxlanmalıdır.

Əsaslandırma: Vergi Məcəlləsinin 71.4-cü maddəsi

Dövlət Vergi Xidməti

27 Jan, 06:00


Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən 01.01.2025-ci ildən etibarən

ƏDV-nin məqsədləri üçün pul vəsaitinə və torpağa mülkiyyət hüququnun başqasına verilməsi, torpağın icarəyə verilməsi, həmçinin işəgötürənə muzdlu işçi kimi xidmət göstərilməsi istisna olunur.

Əsaslandırma: Vergi Məcəlləsinin 13.2.11-ci maddəsi

Dövlət Vergi Xidməti

27 Jan, 05:59


Sərəncamın geri qaytarılması barədə

Vergi orqanının vergi ödəyicisinin eyni kredit və ya elektron pul təşkilatında olan bir neçə hesablarına verilmiş vergilər, faizlər və ya maliyyə sanksiyaları üzrə borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında sərəncamları olduqda və bu zaman borc məbləği vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından hər hansı biri üzrə dondurulduqda, vergi orqanı həmin kredit və ya elektron pul təşkilatının elektron müraciəti əsasında digər hesablar üzrə sərəncamların 1 iş günü müddətində geri qaytarılmasını təmin edir.

Əsaslandırma: Vergi Məcəlləsinin 65.7-3-cü maddəsi

Dövlət Vergi Xidməti

07 Nov, 06:44


Nağdsız ödənişlər zamanı diqqət yetirilməli məsələlər haqqında

Əhali ilə pul hesablaşmaları zamanı nağdsız vəsaitin qəbul edilməsi yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman POS-terminalın qəbzi ilə yanaşı alıcıya nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir.

Məlum olduğu kimi, Vergi Məcəlləsinin 16.1.11-1 maddəsinə əsasən:
- nağdsız ödənişlərin aparılması üçün “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılmasını təmin etmək;
- “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə uyğun olaraq satıcı kimi fəaliyyət göstərdikdə, həmin Qanuna əsasən istehlakçıların elektron ödəniş etmək imkanını təmin etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.

Əsaslandırma: Vergi Məcəlləsinin 16.1.11-1-ci maddəsi, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi, “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi

Dövlət Vergi Xidməti

06 Nov, 05:48


Verginin sıfır (0) dərəcə ilə tutulması

Müəssisənin nizamnamə fonduna (kapitalına) pay şəklində əsas vəsaitin qoyulması (əsas vəsaitin pay şəklində qoyuluşu, onun müqabilində bilavasitə digər əmlakın əldə edilməsi ilə əlaqədar olmadıqda) ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb edilir.

Əsaslandırma: Vergi Məcəlləsinin 165.1.10-cu maddəsi

Dövlət Vergi Xidməti

05 Nov, 08:16


Pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılması haqqında

Hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır.

Əsaslandırma: Vergi Məcəlləsinin 220.12 maddəsi

Dövlət Vergi Xidməti

05 Nov, 08:16


Gəlir vergisindən azadolma

Fiziki şəxsin əsas iş yerində hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat, illik gəliri 30000 manatadək olduqda, 2400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır.

Əsaslandırma: Vergi Məcəlləsinin 102-ci maddəsi

Dövlət Vergi Xidməti

24 Oct, 13:20


Nəzarət-kassa aparatı quraşdırılması zəruri olmayan fəaliyyət növləri barədə

- qəzet və jurnalların satışı (belə satış dövriyyəsinin ümumi dövriyyədəki payı 50 faizdən çox olduqda);
- kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı;
- səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti;
- qiymətli kağızların, lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin satışı;
- elektrik enerjisi, qaz, su, isti su təchizatı və mərkəzi qızdırma sistemi obyektlərinin fəaliyyəti;
- sadələşdirilmiş vergi üzrə öhdəliyini "Sabit verginin ödənilməsi haqqında qəbz" almaqla fərdi qaydada göstərən bərbər fəaliyyəti.

Əsaslandırma: Vergi Məcəlləsinin 16.1.8-ci maddəsi

Dövlət Vergi Xidməti

24 Oct, 13:17


Vergi Məcəlləsinə əsasən müddətlərin müəyyən edilməsi qaydası

Vergi Məcəlləsində müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır.
Hər hansı müddət Vergi Məcəlləsində göstərilən dövrün sonuncu gününün axırında bitir. Vergi Məcəlləsində nəzərdə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir.

Əsaslandırma: Vergi Məcəlləsinin 68.2-ci maddəsi

Dövlət Vergi Xidməti

23 Oct, 06:57


Qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətindən ödəmə mənbəyində vergi tutulması barədə

Qeyri-rezidentin daimi nümayəndəliyindən mənfəət vergisindən əlavə olaraq bu daimi nümayəndəliyin xalis mənfəətindən həmin qeyri-rezidentə köçürdüyü (verdiyi) hər hansı məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.

Əsaslandırma: Vergi Məcəlləsinin 126-cı maddəsi.

Dövlət Vergi Xidməti

23 Oct, 06:56


Qeyri-kommersiya fəaliyyəti

Məqsədi gəlir götürmək olmayan və əldə etdiyi gəliri yalnız qeyri-kommersiya məqsədləri, o cümlədən öz nizamnamə məqsədləri üçün istifadə etməyi nəzərdə tutan qanunla qadağan edilməyən fəaliyyətin həyata keçirilməsidir, əks halda bu fəaliyyət kommersiya fəaliyyəti sayılır.

Əsaslandırılma: Vergi Məcəlləsinin 13.2.27-ci maddəsi.

Dövlət Vergi Xidməti

23 Oct, 06:54


ƏDV məqsədləri üçün qeydiyyatın tarixi

Məcburi qeydiyyat zamanı:
- ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda - növbəti ayın birinci günündə;
- bir əqd və ya müqavilə üzrə ƏDV-yə cəlb olunan əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda - əməliyyatın aparıldığı günədək.

Könüllü qeydiyyat zamanı :
-qeydiyyat haqqında ərizənin verildiyi aydan sonrakı hesabat dövrünün birinci günündə.
-Vergi Məcəlləsində müəyyən edilmiş 3 il müddətindən çox olmamaqla, vergi ödəyicisinin qeydiyyat haqqındakı ərizəsində göstərilən tarixdə.

Əsaslandırma: Vergi Məcəlləsinin 157.3-cü maddəsi

Dövlət Vergi Xidməti

21 Oct, 11:22


Maliyyə sanksiyasının tətbiq edilməsi barədə

Aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Əsaslandırma: Vergi Məcəlləsinin 58.10-cu maddəsi

Dövlət Vergi Xidməti

21 Oct, 11:21


Vergi ödəyicisinin ailə üzvləri

- ər-arvadlar;
- valideynlər, övladlar, övladlığa götürmüş və övladlığa götürülmüş şəxslər, babalar, nənələr və nəvələr;
- vərəsələr;
- doğma (ögey) bacılar (qardaşlar);
- bacı və qardaş övladları;
- ər-arvadların bacıları, qardaşları və valideynləri;
- bacıların ərləri və qardaşların arvadları;
- valideynlərin bacıları (qardaşları);
- qəyyumlar və qəyyumluğa götürülənlər, onların arasındakı ev təsərrüfatı birliyi nəticəsində biri o biri ilə valideyn və övlad kimi bağlı olduqda.

Əsaslandırma: Vergi Məcəlləsinin 13.2.7-ci maddəsi

Dövlət Vergi Xidməti

18 Oct, 05:53


Vergi ödəyicisi tərəfindən aktivləri barədə məlumatlar nəzərdə tutulmuş müddətdə təqdim edilmədikdə tətbiq olunacaq məsuliyyət tədbirləri barədə

Vergi ödəyicisi vergi orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatı 10 gün ərzində əsas olmadan vergi orqanına təqdim etmədikdə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən vergi ödəyicisinə 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Əsaslandırma: Vergi Məcəlləsinin 57.2-ci maddəsi

Dövlət Vergi Xidməti

18 Oct, 05:52


Vergi ödəyicisi tərəfindən idxalda ödənilən ƏDV-nin əvəzləşdiriməsi haqqında

Gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri ödənişin formasından asılı olmayaraq verginin əvəzləşdirilməsinə əsas verir.

Əsaslandırma: Vergi Məcəlləsinin 175.10-cu maddəsi

Dövlət Vergi Xidməti

18 Oct, 05:50


Sənədlərin (onların surətlərinin) vergi orqanı tərəfindən vergi ödəyicisinə göndərilməsi haqqında

- vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün;
- poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra;
-elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra.

Əsaslandırma: Vergi Məcəlləsinin 70.2-1-ci maddəsi

Dövlət Vergi Xidməti

10 Oct, 13:13


Əmlakın siyahıya alınması.

Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır..

Əsaslandırma: Vergi Məcəlləsinin 89.5-ci maddəsi

Dövlət Vergi Xidməti

10 Oct, 10:07


Maliyyə sanksiyasının tətbiq edilməsi

Vergi ödəyicisinin sahibliyində və istifadəsində olan əsas vəsaitlərin Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədləşdirilmədən alınması və ya mədaxil edilməsinə görə (malların alışını və ya mədaxilini təsdiq edən müvafiq sənədlər olmadıqda) həmin malların alıcısı olan vergi ödəyicisinə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əsaslandırma: Vergi Məcəlləsinin 58-ci maddəsi

Dövlət Vergi Xidməti

07 Oct, 08:49


Hüquqi şəxsin icarə haqqından əldə etdiyi gəlir

Hüquqi şəxs icarə haqqından əldə etdiyi gəlirlərdən həmin gəlirin əldə olunması ilə bağlı çəkdiyi xərcləri çıxdıqdan sonra 20 faiz dərəcə ilə mənfəət vergisi hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına “Mənfəət vergisinin bəyannaməsi”ni təqdim etməli, hesablanmış mənfəət vergisini həmin müddətədək dövlət büdcəsinə ödəməlidir.

Əsaslandırma: Vergin Məcəlləsinin 104-cü, 106-cı, 149-cu maddələri

Dövlət Vergi Xidməti

03 Oct, 06:49


Gəlir vergisindən azadolmalar və güzəştlər.

Dövlət qulluqçusu pensiya yaşına çatmasına görə könüllü işdən çıxması ilə əlaqədar verilən birdəfəlik haqq fiziki şəxslərin gəlir vergisindən azaddır.

Əsaslandırma: Vergi Məcəlləsinin 102.1.16-cı maddəsi

Dövlət Vergi Xidməti

03 Oct, 05:50


Zərərin keçirilməsi.

Fiziki şəxsin - sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirindən çıxılmasına yol verilən xərclərinin belə ümumi gəlirdən artıq olan hissəsi digər gəlirlərdən çıxıla bilməz, lakin gələcək dövrlərdə sahibkarlıq fəaliyyətindən ümumi gəlir hesabına kompensasiya edilməsi üçün üç ilədək davam edən sonrakı dövrə keçirilə bilər.

Əsaslandırma: Vergi Məcəlləsinin 121.2-ci maddəsi

Dövlət Vergi Xidməti

01 Oct, 06:29


Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları.

Vergi ödəyicisi tərəfindən ƏDV üzrə qeydiyyat məcburi olduğu halda, qeydiyyat olmadan fəaliyyət göstərilməsinə görə vergi ödəyicisinə ƏDV üzrə qeydiyyat olmadan fəaliyyət göstərdiyi bütün dövr ərzində büdcəyə ödənilməli olan ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əsaslandırma: Vergi Məcəlləsinin 58.4-cü maddəsi

Dövlət Vergi Xidməti

01 Oct, 06:19


Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi.

S
əyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər.

Əsaslandırma: Vergi Məcəlləsinin 36.3-cü maddəsi

Dövlət Vergi Xidməti

30 Sep, 10:39


Qeyri-maddi aktivlərə çəkilən xərclərin gəlirdən çıxılması.

Qeyri-maddi aktivlərin alınmasına və ya istehsalına çəkilən xərclər vergi ödəyicisinin vergiyə cəlb olunan gəlirinin hesablanması zamanı gəlirdən çıxılmışdırsa, həmin xərclər amortizasiya olunmalı qeyri-maddi aktivlərin dəyərinə aid edilmir.

Əsaslandırma: Vergi Məcəlləsinin 118.3-cü maddəsi

Dövlət Vergi Xidməti

30 Sep, 10:25


Hesablama metodundan istifadə edilərkən xərcin çəkilməsi vaxtı.

Vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, aşağıda sadalanan şərtlərin hamısına əməl edildiyi vaxt sayılır:
1.Vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir;

2.Maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir;

3.Əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənilməlidir.

Əsaslandırma: Vergi Məcəlləsinin 136.1-ci, 136.1.1-ci, 136.1.2-ci və 136.1.3-cü maddələri

Dövlət Vergi Xidməti

27 Sep, 07:26


Gəlir vergisindən azadolmalar və güzəştlər.

Fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat, illik gəliri 30000 manatadək olduqda, 2400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır.

Əsaslandırma: Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi

Dövlət Vergi Xidməti

27 Sep, 07:07


Gəlirin və xərcin uçotu qaydası.

Vergi ödəyicisinin istifadə etdiyi uçot metodu dəyişdirilərkən, verginin məbləğinə təsir göstərən mühasibat əməliyyatlarına düzəlişlər uçot metodunun dəyişdirildiyi ildə aparılmalıdır ki, bu əməliyyatlardan heç biri nəzərdən qaçırılmasın və ya iki dəfə hesaba alınmasın.

Əsaslandırma: Vergi Məcəlləsinin 130.5-ci maddəsi

Dövlət Vergi Xidməti

26 Sep, 11:58


Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarılması.

Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə çıxarılmış qərar əsasında 10 gündən gec olmayaraq vergi ödəyicisinə vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamə göndərilir.