Təhsil Xəbərləri @tehsilxeberlerii Channel on Telegram

Təhsil Xəbərləri

@tehsilxeberlerii


"Təhsil Xəbərləri" təhsil sahəsində ölkədə baş verən ən vacib hadisələri jurnalistikanın etik və şəffaflıq prinsiplərinə əsaslanaraq Azərbaycan dilində operativ çatdırır.

İxtisas seçimi: 051-315-54-53 (WP)

Təhsil Xəbərləri (Azerbaijani)

Aztəhsil Xəbərləri" kanalı təhsil sahəsində ölkədə baş verən ən vacib hadisələri jurnalistikanın etik və şəffaflıq prinsiplərinə əsaslanaraq Azərbaycan dilində operativ çatdırır. Kanalın əsas məqsədi, təhsil sahəsindəki yenilikləri, problemləri və həll yollarını geniş auditoriyaya təqdim etməkdir. Təhsil Xəbərləri, təhsil müəssisələrinin fəaliyyəti, tələbə və müəllim münasibətləri, təhsil sahəsində aparılan inkişaflar və yenilikləri ətraflı şəkildə təqdim edir. Kanalda məlumatlar əsasən Axırda aşkar edilmiş və birinci əl mənbələr əsasında paylaşılmışdır. Təhsil Xəbərləri kanalı, təhsil sahəsindəki aktual məqalələr, müsahibələr, seminarlar və digər tədbirlərin xəbərlərini təqdim edir. Kanalın istifadəçiləri yeniliklərdən xəbər alaraq təhsil sahəsindəki dəyişikliklərdən informasiya sahibi ola bilərlər. Əgər siz də təhsil sahəsində olan yeniliklərdən, problemlərdən və həll yollarından maraqlanırsınız, Təhsil Xəbərləri kanalına qoşulun və ən son xəbərlərdən anında xəbərdar olun. İxtisas seçimi üçün əlaqə nömrəsi: 051-315-54-53 (WP)

Təhsil Xəbərləri

15 Feb, 15:29


İnstaqram səhifəmiz

https://www.instagram.com/tehsil_xeberlerii?igsh=cDd6bXl3dzJqazVo

Təhsil Xəbərləri

15 Feb, 10:06


Bakı və Abşeron yarımadasında fevral ayının 20-21-i qar yağacağı, temperaturun -3° olması gözlənilir

Təhsil Xəbərləri

15 Feb, 09:40


Sabah ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin son payız semester tətilidir.

Təhsil Xəbərləri

15 Feb, 09:04


Sabah ölkə ərazisində magistraturaya qəbul imtahanı keçiriləcək.

Təhsil Xəbərləri

15 Feb, 08:26


Sabah gənc əsgərlərin andiçmə mərasimi keçiriləcək

Təhsil Xəbərləri

14 Feb, 18:16


🗣✍️"Təhsil Xəbərləri"in Təsisçisi Sənan Nəcəfov:

Ali təhsil müəssisələrində bəzən elə fənlər tədris olunur ki, o fənlər ixtisas sahibinə istər karyera, istərsə də həyatının hansısa dönəmində lazım olmur. Bəlkə istisna hal ola bilər, amma əksər hallarda dediyim kimidir. Elə isə o fənlərə görə ayrılan vaxtı əsas ixtisas fənlərinə əlavə etmək olar və beləcə 1 dərs saatını da 60 dəqiqəyə gətirmək olar. 80-90 dəqiqə eyni vəziyyətdə oturmaq, dinləmək, danışmaq və ya susmaq işgəncədir. Xüsusilə də XXI əsrdə!

Təhsil Xəbərləri

14 Feb, 18:15


Təhsil Xəbərləri pinned Deleted message

Təhsil Xəbərləri

14 Feb, 17:26


Tələbələr Bakıya qayıdış edir.

Nəticədə şəhərdə ağır tıxac müşahidəçi olunur

Təhsil Xəbərləri

14 Feb, 14:55


Xəzər Universitetinin rektoru istefa verib.

Universitetdən verilən məlumata əsasən Xəzər Universitetinin rektoru İradə Xəlilova istefa verərək, işdən çıxıb.

Təhsil Xəbərləri

14 Feb, 13:25


Ötən il AzTU-dan 117 tələbə qovulub? - Rektor danışdı

“117 tələbənin Azərbaycan Texniki Universitetinindən xaric edilməsi yanlış informasiyadır. Əksinə universitetə bu il başqa təhsil ocaqlarından 136 nəfər tələbə köçürülüb”.

Təhsil Xəbərləri

14 Feb, 12:40


🇦🇿Prezident hərbi xidmətə çağırış və ehtiyata buraxılma ilə bağlı Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2025-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

Təhsil Xəbərləri

14 Feb, 12:18


Universitet və kollec tələbələrinin nəzərinə!

Növbəti həftə yaz semesteri başlayır (17 fevral)

Həmin həftə üst sayılır, yəni cədvəldə olan üst həftənin dərsləri keçiriləcək.

Həftə 17-21 fevral tarixlərini əhatə edir. Uğurlar!

Təhsil Xəbərləri

14 Feb, 08:16


📚14 fevral - Beynəlxalq Kitab Bağışlama Günüdür

Təhsil Xəbərləri

13 Feb, 09:37


Bu ilki 9-lar yeni buraxılış imtahan modeli əsasında imtahan verəcəklər (xarici dil):

🔰 1 listening (4 sual)
🔰 1 böyük reading (5 sual)
🔰 3 kiçik reading (hər biri 1 sual)
🔰 qrammatika (12 sual)
🔰 1 esse (3 şəkil / minimum 35 söz)

11-lər isə keçən ilki kimi imtahan verəcəklər, heç bir dəyişiklik yoxdur.

Təhsil Xəbərləri

12 Feb, 13:30


🔥🔥EKSKLÜZİV XƏBƏR!

📌Bu dəqiqələrdə Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təqdim olunur.

💥Bu vəzifəyə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov təyin edilir.

Təhsil Xəbərləri

12 Feb, 07:49


❗️MÜTDA: Sertifikasiya imtahanından keçmədiyi üçün 5000-ə yaxın müəllimin işinə xitam verilib.

Təhsil Xəbərləri

11 Feb, 14:16


UNEC yanvar ayının təqaüdünü ödədi

Təhsil Xəbərləri

11 Feb, 14:16


11 Fevral – Qadınlar və Qızlar Elmdə Beynəlxalq Günüdür.
Bu günün qeyd olunmasında məqsəd qadın və qızların elm və texnologiyadakı rolunun vacibliyini göstərməkdir.

Təhsil Xəbərləri

11 Feb, 12:56


Psixoloq Umberto Eko:

Aşiq olduğunuz zaman panikaya düşməyin, sakitcə bir tərəfdə oturub dərindən nəfəs alın və qatilinizlə tanışlığın kefini çıxarın.

Təhsil Xəbərləri

11 Feb, 11:29


UNEC sabaha kimi təqaüdləri ödəyəcək

Təhsil Xəbərləri

07 Feb, 12:47


9 illik təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının zonaları mart ayında elan ediləcək.

Təhsil Xəbərləri

07 Feb, 12:44


9 mart
Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Pirallahı, Yasamal, Abşeron (II hissə), Sumqayıt (II hissə), Naxçıvan MR, Gəncə (II hissə), Mingəçevir, Samux, Göygöl, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Biləsuvar, Ucar, İsmayıllı, Ağsu, Zərdab, Masallı, Astara, Lerik, Ağcabədi, Beyləqan, Füzuli, Qax, Balakən, Zaqatala, Quba, Xızı, Qusar, Füzuli (M.Uluqbəy adına 1 №-li tam orta məktəb), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Cəbrayıl (M.Mehdizadə adına məktəb), Bakı şəhəri üzrə xüsusi məktəblər (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), tədrisi gürcü dilində olan məktəblər, H.Əliyev və C.Naxçıvanski adına Hərbi lisey

Təhsil Xəbərləri

07 Feb, 12:44


2 mart
Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami, Abşeron (I hissə), Sumqayıt (I hissə), Gəncə (I hissə), Goranboy, Yevlax, Naftalan, Şəmkir, Gədəbəy, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Göyçay, Ağdaş, Şamaxı, Qobustan, Kürdəmir, Lənkəran, Cəlilabad, Yardımlı, Bərdə, Tərtər, Ağdam, Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən, Şabran, Ağdərə (Talış kənd tam orta məktəbi), Xocalı, Xankəndi, Şuşa, Laçın (Şəhər 2 №-li tam orta məktəb, Zabux və Sus kənd tam orta məktəbləri), Çilov adasında yerləşən məktəb, tədrisi ingilis və fransız dilində olan məktəblər

Təhsil Xəbərləri

07 Feb, 12:43


Zonalar elan olundu❗️

Təhsil Xəbərləri

07 Feb, 12:31


Hörmətli tələbələr!

Təqaüdlərin köçürülməsi ilə bağlı paylaşılmış məlumatlar dezinformasiya xarakterlidir. Yükləndiyi zaman rəsmi məlumat veriləcəkdir.

Təhsil Xəbərləri

07 Feb, 09:32


🇦🇿Qarabağ Universitetinin tabeliyində “Qarabağ Universitetinin Klinikası” publik hüquqi şəxs yaradılır.

Təhsil Xəbərləri

07 Feb, 08:17


Emin Əmrullayev: Dövlətin bir şagird üçün 1-ci sinifdən, 11-ci sinifə kimi çəkdiyi xərc 20.000 manat civarındadır.

Təhsil Xəbərləri

07 Feb, 07:48


⚡️⚡️Bir neçə gündür ki, UNEC-in Dərbənd filialının 2023 və 2024-cü il məzunlarının diplomlarını ala bilmıməsi ilə bağlı məsələ #gündəmdədir.

⚠️🔴Dünən bununla bağlı nazirə sual verildi və nazir bildirdi ki, hazırda bununla bağlı şübhəli hallar olduğu üçün məzunlar tək-tək araşdırılır.

Təhsil Xəbərləri

07 Feb, 07:03


❗️Xaricdə təhsil almış 102 nəfərin diplomu tanınmadı

Təhsil Xəbərləri

07 Feb, 07:03


🇦🇿Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. Dərin hörmət hiss ilə anırıq.

Təhsil Xəbərləri

07 Feb, 07:02


Emin Əmrullayev: Müəllim sinifdə dərs dediyi uşağa dərsdən sonra repetitorluq edirsə, bu onun üçün ayıbdır

Təhsil Xəbərləri

06 Feb, 18:23


📌Jurnalistin nazirə sualı: "Bəzi təhsil ekspertləri müəllimlərin işə qəbul və sertifikasiya imtahanlarının Nazirlikdən alınaraq DİM-ə verilməsi iddialarını səsləndirir. Bu haqda nə deyə bilərsiniz?

🔴Nazirin cavabı: “Təhsil ekspertləri bir az bekar qalıblar. Bəzi adamlar geridə qalıblar. Elə başa düşürlərki Təhsil Nazirliyi ilə DİM arasında münaqişə olanda həyat bir az daha maraqlı olur. Bu belə deyil."

Təhsil Xəbərləri

06 Feb, 13:00


Brifinq başa çatdı ❗️

Təhsil Xəbərləri

06 Feb, 12:32


Emin Əmrullayev: Müəllim Ali təhsil almalıdır. Kollec təhsili müəllimlik üçün yetərli deyil

Təhsil Xəbərləri

06 Feb, 12:27


Emin Əmrullayev: Repititor mərhələ-mərhələ ləğv ediləcək

Təhsil Xəbərləri

06 Feb, 11:49


❗️Nazir: “Riyaziyyat müəllimlərinin maaşı 1407 manata çatıb”

“İbtidai sinif müəllimləri sertfikatlaşmadan əvvəl aylıq 748 manat maaş alırdısa, imtahandan uğurla keçən müəllimlərin maaşı 1167 manat olub”. 

Onun sözlərinə görə, sertifikasiyadan sonra Azərbaycan dili müəllimləri üçün bu rəqəm 841 manatdan 1355 manata, riyaziyyat müəllimləri üçün 1016 manatdan 1407 manata, xarici dil müəllimləri üçün 888 manatdan 1342 manata çatıb.

Təhsil Xəbərləri

06 Feb, 11:37


Emin Əmrullayev: Azərbaycan təhsilində müsbət irəliləyiş var, amma arzuolunan təhsil üçün, görüləcək işlər üçün zamana ehtiyac var.

Təhsil Xəbərləri

06 Feb, 11:32


Emin Əmrullayev: Qarabağ Universitetinə bu il 1.500 tələbənin qəbulu planlaşdırılır. Bütün tələbələr ödənişsiz yəni Dövlət Sifarişi əsasında təhsil alacaq.

Yeni ixtisaslar, Tibb ixtisasları açılacaq.

Təhsil Xəbərləri

06 Feb, 11:26


Emin Əmrullayev: Növbəti tədris ilindən şagirdlərə məktəbdə telefon istifadəsi qadağan olunacaq.

Təhsil Xəbərləri

06 Feb, 11:21


Emin Əmrullayev: Növbəti tədris ilindən məktəb şagirdləri artıq gündəlikdən istifadə etməyəcək. Rəqəmsal elektron gündəlik-ə keçirilir.

Şagirdlər öz qiymətlərini, qb-ları və.s bütün məlumatlarına elektron sistemdə baxa biləcək.

Təhsil Xəbərləri

01 Feb, 17:24


2-ci semesterin ilk dərs günü 17 fevraldır.

Təhsil Xəbərləri

31 Jan, 20:32


Fevral ayı daxil oldu!

Hər birinizə bu ay cansağlığı, xeyirli ay, arzu edirəm ruziniz bol olsun, xoşbəxt olasınız ❗️

Təhsil Xəbərləri

31 Jan, 15:30


BDU yanvar ayının təqaüdünü ödədi. Xeyirli olsun!

Təhsil Xəbərləri

31 Jan, 07:46


🇦🇿Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 141 il ötür.

Allah rəhmət eləsin🥀

Təhsil Xəbərləri

30 Jan, 18:18


AZMİU yanvar ayının təqaüdünü ödədi.
Xeyirli olsun❗️

Təhsil Xəbərləri

30 Jan, 18:18


ADAU yanvar ayının təqaüdünü ödədi.
Xeyirli olsun❗️

Təhsil Xəbərləri

30 Jan, 17:08


RƏSMİ❗️Dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejimi dəyişkən iş qrafikinə keçəcək.

Təhsil Xəbərləri

30 Jan, 11:16


🗣✍️ Tərəfimizdən 20 fevral-5 mart tarixində ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək, 9 və 11 illik təhsil bazasından kolleclərə qəbul olmaq istəyənlərin sənəd qəbulu üçün qeydiyyat başladırıq.

📲Sənəd qəbullarınızın biz tərəfdən rahat keçirilməsini istəyirsinizsə 051-315-54-53 Whatsapp nömrəmizə yaza bilərsiniz.

Təhsil Xəbərləri

30 Jan, 11:04


⚡️İtaliya-Azərbaycan Universitetinin binası sentyabr ayınadək açılacaq.

Yeni tədris ilindən burada 160 tələbə təhsil alacaq.

Təhsil Xəbərləri

30 Jan, 07:35


"Qarabağ" bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin son turu çərçivəsində səfərdə Yunanıstanın "Olimpiakos" komandası ilə qarşılaşacaq.

Təhsil Xəbərləri

30 Jan, 06:52


Bu gün bir sıra universitetlər təqaüdləri ödəyəcəklər.

Təhsil Xəbərləri

30 Jan, 06:52


ADNSU yanvar ayının təqaüdünü ödədi.
Xeyirli olsun❗️

Təhsil Xəbərləri

29 Jan, 11:36


❗️”Qarabağ" sabah UEFA Avropa Liqasında Liqa mərhələsinin sonuncu 8-ci turu çərçivəsində Olympiakos komandası ilə qarşılaşacaq.

Saat- 23:59

Oyunun nəticəsindən asılı olmayaraq Qarabağ üçün heç bir əhəmiyyət daşımayan bir qarşılaşma olsada, Avropa Liqasında mübarizəni dayandırsaqda gözəl oyun alınması üçün Uğurlar Qarabağ!🇦🇿

Təhsil Xəbərləri

29 Jan, 08:28


9 və 11-ci siniflər üçün Dövlət İmtahan Mərkəzi tərəfindən nəşr edilən yeni nəşrlər

Təhsil Xəbərləri

28 Jan, 18:07


⚡️⚡️⚡️Tələbələr Bakıda yerləşən bütün filiallarda ildə 1 dəfə olmaqla pulsuz çek-ap müayinəsindən yararlana biləcəklər.

🟣Bu "TələləPlus” kartı ilə “Referans Medical Group”un birgə layihəsi əsasında ərsəyə gəlib.

Təhsil Xəbərləri

28 Jan, 18:06


QU yanvar ayının təqaüdünü ödədi!

Xeyirli olsun ❗️

Təhsil Xəbərləri

28 Jan, 16:40


AƏSMA yanvar ayının təqaüdünü ödədi!

Xeyirli olsun ❗️

Təhsil Xəbərləri

28 Jan, 14:05


ATMU yanvar ayının təqaüdünü ödədi. Xeyirli olsun!

Təhsil Xəbərləri

28 Jan, 14:05


Türkiyə-Azərbaycan Unversiteti yanvar ayının təqaüdünü ödədi.
Xeyirli olsun❗️

Təhsil Xəbərləri

13 Jan, 12:58


Əzizlərim hər vaxtınız xeyir olsun. Kanalda ləngimiş xəbərlər səhhətim ilə əlaqədardır. Hər birinizi anlayışla qarşılayacağınıza ümid edirəm.

Sizlərdən kiçik bir xahişim olacaq ki, mənə şəfalar, dualar edəsiniz. İzləyici kütləmiz müəyyən qədər çoxdur. Hər ağızdan çıxan bir dua şəfadır.

Allah hər birinizin canını sağ eləsin, özünüzü qoruyun, sevdiklərinizə sıx bağlı olun. Öncədən Allah hər birinizdən razı olsun İnşallah ❤️

(Xəbərlər mütəmadi olaraq paylaşım ediləcək)

Təhsil Xəbərləri

13 Jan, 12:49


İqtisadiyyat Universiteti (UNEC) xaric edilmiş tələbələr üzrə 200.000 manatdan çox təhsil xərcini dövlət büdcəsinə qaytarmayıb.

Təhsil Xəbərləri

12 Jan, 13:39


Sabah magistraturaya imtahan vermək istəyən bakalavrların qeydiyyatı başlayır.

Qeydiyyat üçün müraciət edə bilərsiniz (051-315-54-53) ⚡️

Təhsil Xəbərləri

11 Jan, 12:32


9 illik bazadan kolleclərə qəbul olmaq istəyən əvvəlki illərin məzunları 20 fevral-5 mart tarixində elektron formada qeydiyyat keçməlidir.

Onlar üçün imtahan 13-20-27 aprel tarixində aparılacaq. (Cari ilin məzunlarının zonalarına uyğun olaraq)

Təhsil Xəbərləri

10 Jan, 18:13


Bizim tərəfimizdən növbəti həftə ərzində instaqram səhifəmizdə 2025/2026-ci tədris ili üçün ali təhsil müəssisələrinə keçid balları paylaşım edilməsi gözlənilir.

Təhsil Xəbərləri

10 Jan, 18:13


📌Bütün universitet və kollec rəhbərliklərindən 1-2 bal ilə kəsilən tələbələrin apellyasiya ərizələrinə müsbət geri dönüş etmələrini xahiş edir və gözləyirik

Təhsil Xəbərləri

10 Jan, 14:51


Subbakalvrların nəzərinə! Elektron sənəd qəbulu zamanı oğlanlar bu problemlə qarşılaşır. Səbəbini aşağıda qeyd edirik. Qeyd edək ki, bu il üçün subbakalavrın elektron ərizə qəbulu may ayının 11-dən iyul ayının 31-dək aparılacaq.

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) müvafiq təlimatına əsasən bu il kolleci bitirən və ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən, lakin 18 yaşı cari il iyulun 30-dək tamam olan kollec məzunlarının elektron ərziələrinin təsdiqi üçün onların ya müddətli həqiqi hərbi xidmət keçməsi, ya çağırışdan möhlət hüququnun olması və ya çağırışdan azad edilməsi barədə məlumat SHXÇDX-nin elektron məlumat bazasında əks olunmalıdır.

18 yaşı bu il iyulun 30-dan sonra tamam olan abituriyentlər isə özləri qeydiyyatdan keçə bilərlər. Onlardan hərbi xidmətə çağırışda möhlətlə bağlı məlumat tələb olunmur.

Təhsil Xəbərləri

10 Jan, 14:48


Subbakalvrların ali təhsil müəssisələrinə elektron ərizə qəbulu 11 may tarixindən, 31 iyul tarixinədək aparılacaq

Təhsil Xəbərləri

10 Jan, 14:36


Əvvəlki illərin məzunları üçün buraxılış imtahanı 6 aprel tarixində keçiriləcək

Təhsil Xəbərləri

10 Jan, 14:25


Magistratura səviyyəsinə qəbul olmaq istəyən bakalavrların 1-ci ərizə qəbulu 13-27 yanvar tarixlərində aparılacaq.

Sənəd qəbulunu bizimlə edə bilərsiniz
📲Əlaqə- 051-315-54-53

Təhsil Xəbərləri

10 Jan, 14:10


Zonalar barəsində əlavə məlumat verəcəyik

Təhsil Xəbərləri

10 Jan, 14:08


Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ilkin qeydiyyat prosesi (ərizə qəbulu) 20 fevral-5 mart tarixində keçiriləcək

Təhsil Xəbərləri

10 Jan, 14:07


11 illik təhsil səviyyəsi üzrə 2-ci zona buraxılış imtahanı 9 mart tarixində keçiriləcək

Təhsil Xəbərləri

10 Jan, 14:07


11 illik təhsil səviyyəsi üzrə 1-ci zona buraxılış imtahanı 2 mart tarixində keçiriləcək

Təhsil Xəbərləri

10 Jan, 14:06


Magistratura səviyyəsi üzrə qəbul imtahanı (1 cəhd) 16 fevral tarixində keçiriləcək

Təhsil Xəbərləri

10 Jan, 14:06


Eksternat qaydada 9-cu sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün imtahan 11 may tarixində başlayacaq.

Təhsil Xəbərləri

10 Jan, 14:04


Ümumi orta 9 illik təhsil səviyyəsi üzrə buraxılış imtahanı 3-cü zona 27 aprel tarixində keçiriləcək.

Təhsil Xəbərləri

10 Jan, 14:04


Ümumi orta 9 illik təhsil səviyyəsi üzrə buraxılış imtahanı 2-ci zona 20 aprel tarixində keçiriləcək.

Təhsil Xəbərləri

10 Jan, 14:04


Ümumi orta 9 illik təhsil səviyyəsi üzrə buraxılış imtahanı 1-ci zona 13 aprel tarixində keçiriləcək.

Təhsil Xəbərləri

10 Jan, 14:02


9 və 11 illik təhsil bazasından kolleclərə elektron sənəd qəbulu 20 fevral- 5 mart tarixində keçiriləcək

Təhsil Xəbərləri

06 Jan, 18:51


Sabah imtahan qrafiklərinin elan edilməsi gözlənilir.

Təhsil Xəbərləri

06 Jan, 10:05


📚ÖLKƏ❗️Məktəblərdə 1 həftə dərs olmayacaq: 5 gün (27-31 yanvar) qış tətili olacaq, 1-2 fevral isə şənbə, bazara təsadüf edir.

Təhsil Xəbərləri

05 Jan, 17:46


Uğurlar bir daha⚡️

Təhsil Xəbərləri

05 Jan, 16:57


Sabah semester imtahanı verəcək bütün tələbələrə uğurlar arzu edirəm.

İnşallah ki, imtahanda istədiyiniz nəticə ilə qarşılaşasınız❤️

Təhsil Xəbərləri

31 Dec, 07:37


Əzizlərim hər birinizi Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı münasibətilə təbrik edirəm.

Sizlərə ən əsası can sağlığı daha sonra isə uzun ömür, xoşbəxt həyat arzu edirəm. İşlərinizdə, dərslərinizdə müvəffəqiyyətlər sizinlə olsun!

Bir daha 2025-ci iliniz xeyirli olsun!

Təhsil Xəbərləri

30 Dec, 07:20


Hörmətli İzləyicilər!
İstəməzdim belə bir məlumatla qarşınıza çıxım.

Səhhətimdə yaranmış ciddi vəziyyətə görə kanalda xəbər paylaşımları və digər məlumatlar paylaşılmaya və ya az-az paylaşıla bilər.

İnşallah yaxın aylarda sağlamlığıma qovuşub yenidən fəaliyyətə yaxşı bir şəkildə davam edəcəyik ❤️

Təhsil Xəbərləri

28 Dec, 13:20


📌 Yanvarın 6-dan BDU-da qış imtahan sessiyası başlayacaq

ℹ️ Bakı Dövlət Universitetində (BDU) 2024/2025-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası yanvarın 6-da başlayacaq. Bu barədə BDU Elmi Şurasının bu gün keçirilən iclasında qərar qəbul olunub.

🔹️ İmtahanlar yazılı və şifahi olmaqla iki növbədə (saat 10:00-13:00 və 14:00-17:00) keçiriləcək.

🔸️ Üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2025-ci ilin fevral ayının 3-dən 7-dək şərait yaradılacaq.

🔹️ Ayrı-ayrı fənlər üzrə auditoriya saatlarının 25%-dən çoxunda iştirak etməyən tələbələr həmin fəndən imtahana buraxılmayacaqlar.

Təhsil Xəbərləri

28 Dec, 13:20


Yanvarın 6-dan NDU-da qış imtahan sessiyası başlayacaq

🎓 Naxçıvan Dövlət Universitetində (NDU) 2024/2025-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası yanvarın 6-da başlayacaq. Bu barədə NDU Elmi Şurasının bu gün keçirilən iclasında qərar qəbul olunub.

🟢 İmtahanlar elektron, yazılı və şifahi olmaqla 3 növbədə (yazılı imtahanlar saat 10:00-12:00,13:00-15:00 və 15:00-17:00, test imtahanları 10:00, 12:00, 14:00, 16:00-da bir saat müddətində) keçiriləcək.
🟡 Üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2025-ci ilin fevral ayının 3-dən 9-dək şərait yaradılacaq.
🔴 Ayrı-ayrı fənlər üzrə auditoriya saatlarının 25%-dən çoxunda iştirak etməyən tələbələr həmin fəndən imtahana buraxılmayacaqlar.

Təhsil Xəbərləri

28 Dec, 10:13


Azərbaycanda 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib

Təhsil Xəbərləri

28 Dec, 07:18


📌Azərbaycan Texniki Universiteti bayram münasibətilə bütün əməkdaşlara maaşlarının 50%- qədərində pul mükafatı verib.

👋Bir Vilayət Vəliyev fərqi! Əhsən!

Təhsil Xəbərləri

28 Dec, 04:46


Hələ ki, təqaüdlərdən xəbər gəlməyən universitetlər!
BDU
BANM
ADA
MDU
UTECA
Xəzər
QKU
Qarabağ
BAU
AKU

Təhsil Xəbərləri

27 Dec, 16:58


Növbəti həftədən etibarən 11 və 9-cu sinif şagirdləri üçün imtahanlarda və bu uzun sürən marafonda olan bütün zəruri məlumatları paylaşım edəcəyik.

Həmçinin tələbələr üçün semester imtahan sessiyası üçündə müvafiq zəruri məlumatlar paylaşım ediləcək (əsasda bir çox 1-ci kurslar var ki, hələdə prosesin necə olduğunu anlaya bilməyiblər)

Təhsil Xəbərləri

27 Dec, 16:54


Əksər Universitetlər təqaüdləri ödəyib bitirdi ❗️

BDU tələbələri isə şikayətçidir təqaüdləri ödənmədiyi üçün

Təhsil Xəbərləri

27 Dec, 12:01


❗️Rusiya Azərbaycandan üzr istəməlidir!

Russia must apologize to Azerbaijan!
Rusiya Azərbaycan mülki təyyarəsinin vurulmasına görə məsuliyyət daşıyır. Faktı etiraf etməli və Azərbaycandan üzr istəməlidir.
#Rusiyaüzristə #Rusiyauzriste
#RussiaMustApologizeToAzerbaijan

Təhsil Xəbərləri

27 Dec, 10:16


ŞOK FAKT❗️Pilot qəzadan sonra sağ imiş.

🛫🗣️"Qəza olan günü onunla 29 saniyə danışmışam. Saat 12:29-da ona zəng etdim, telefonumda da var. Dedi ki, vəziyyətim pisdir. Son sözü o oldu, ondan sonra heç nə demədi". - kapitan İqor Kşnyakinin ən yaxın dostu Müzəffər Mirzəyev

Təhsil Xəbərləri

27 Dec, 09:03


RƏSMİ❗️Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci il 1 aprel saat 06:00-dək uzadılıb. - sərhədlərlə bağlı qərar yoxdur.

Təhsil Xəbərləri

27 Dec, 09:01


SON DƏQİQƏ❗️🇦🇿 Bakı-Mineralnıye-Vodı marşrutu ilə uçan AZAL-ın təyyarəsi PUA təhlükəsi səbəbindən Bakı hava limanına qayıtmağa məcbur olub. - AZAL

Təhsil Xəbərləri

26 Dec, 13:38


Bu əlbəttə bilinirdi ki, təxribatdır. Quş sürüsü, hava boşluğu və ya havanın pisliyi bəhanə idi

Təhsil Xəbərləri

26 Dec, 13:37


❗️Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırılıb

Uçuşların təhlükəsizliyi üçün Şeremetyevo, Domodedovo, Vnukovo, Jukovski və Kaluqa hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Təhsil Xəbərləri

26 Dec, 13:21


‼️‼️‼️Rusiyanın vurulan təyyarənin öz ərazisinə enməyə icazə vermədiyi, Qazaxıstana yönləndirdiyi, ora çatmadan Xəzərə düşəcəyini və bütün şahidlərin öləcəyi, izlərin qalmağacağı ümüdi ilə bu addımı atdığı iddia olunur.

Təhsil Xəbərləri

26 Dec, 13:15


"Euronews": AZAL-ın qəzaya uğrayan təyyarəsinə Rusiya hava limanlarına eniş icazəsi verilməyib, GPS-i bloklanıb

Təhsil Xəbərləri

26 Dec, 13:02


❗️HHM sistemlərini təyyarələri vuranda üzərindəki izlər necə yaranır?

Növündən aslı olaraq raketlər mühərriki, quyruq hissəni və ya pilot kabinəsini hədəf ala bilirlər.

Təhsil Xəbərləri

26 Dec, 13:01


Qara Qutu hər şeyi üzə çıxardır ❗️

Euronews: “Təyyarə qəzasına səbəb Rusiya raketi olub”

Təhsil Xəbərləri

26 Dec, 11:33


💸ADPU dekabr ayının təqaüdünü ödədi.

Xeyirli olsun!

Təhsil Xəbərləri

26 Dec, 11:32


💸AzTU dekabr ayının təqaüdünü ödədi

Xeyirli olsun!

Təhsil Xəbərləri

26 Dec, 09:23


Qarşıdakı 3 gün ərzində dekabr ayının təqaüdlərini ödəməyən ali və orta ixtisas təhsili müəssisələri təqaüdləri ödəyəcək.

Son tarix 29 dekabr.

Təhsil Xəbərləri

26 Dec, 09:20


Beynəlxalq sertifikasiya proqramlarının bir hissəsi ali təhsil sistemində, eləcə də kurikulumlarda əksini tapmalıdır.

Onun sözlərinə görə, bununla da ali məktəbi bitirən şəxs asanlıqla beynəlxalq sertifikat əldə edib rahat iş tapa bilər:

"Eyni zamanda ölkə üzrə də belə sertifikatların olması vacibdir. Çünki beynəlxalq sertifikatları xarici dili yaxşı bilənlər əldə edə bilər. Bu işdə təbii ki, universitetlər də maraqlı olmalıdır. Ali təhsili bitirən şəxs heç olmasa ən azı B2 səviyyəsində bir xarici dil biliyi olmalıdır. Misal olaraq, magistraturaya qəbul olmaq üçün ingilis dili imtahanını B1 səviyyəsində keçiririk".

Təhsil Xəbərləri

25 Dec, 20:26


🇦🇿 Bu gün Azərbaycan xalqı üçün ağır bir gündür. Matəmdir.

AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən faciəli qəza nəticəsində çoxsaylı vətəndaşımızın həlak olması və bir neçə nəfərin yaralanması xəbərini böyük kədərlə qarşıladıq.

Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, bu çətin anlarda onların dərdinə şərik olduğumuzu bildiririk. Yaralananlara isə tezliklə sağalmalarını diləyirik.

Təhsil Xəbərləri

25 Dec, 14:16


UNEC-də 3 yeni tələbə təşkilatı yaradılıb

1. “UNEC Diplomatiya Təşkilatı”,
2. “UNEC İnklüziv Təhsilə Dəstək Təşkilatı”
3. “UNEC Türk Dünyası Gənclər Təşkilatı”

Tələbələrə yeni imkanlar və platformalar təqdim etməklə yanaşı, tələbə həyatını daha da zənginləşdirəcək, gənclərin müxtəlif sahələrdə öz potensiallarını inkişaf etdirmələrinə şərait yaradacaq və sosial məsuliyyətini artıracaq.

Təhsil Xəbərləri

25 Dec, 12:32


❗️Matəm günü dərs olacaq

Təhsil Xəbərləri

25 Dec, 11:54


🇦🇿SON DƏQİQƏ❗️Dekabrın 26-da Azərbaycanda matəm elan edilib.

Təhsil Xəbərləri

25 Dec, 09:47


“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəzada həlak olanlara rəhmət diləyir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirik.

Təhsil Xəbərləri

25 Dec, 09:33


❗️AZ SONRA AZAL-da təyyarə qəzası ilə bağlı brifinq keçiriləcək

Təhsil Xəbərləri

25 Dec, 07:49


✈️AZAL-ın Bakı-Qroznı sərnişin təyyarəsinin qəzaya uğrayıb.

Nəticədə Azərbaycan vətəndaşları daxil olmaqla ümumilikdə 67 sərnişin təyyarədə olub.

Ölənlərə Allah rəhmət eləsin!

Təhsil Xəbərləri

24 Dec, 13:15


Xatırlatma ❗️

11 illik təhsil bazasından kollecə vermək istəyən abituriyentlərin yalnız buraxılış balı əsas götürülür və onunla seçim edilir. Kollec üçün blok imtahanı önəm daşımır

Təhsil Xəbərləri

24 Dec, 13:05


Tələbə soruşur: Subbakalavrlar (Kollec məzunları) universitetdə yalnız ödənişli əsaslarla təhsil ala bilər?

Cavab: Xeyr. Subbakalavrlar ali təhsil müəssisələrinə istər dövlət sifarişi istərsə də ödənişli əsaslarla qəbul olub təhsil ala bilər. Lakin bu subbakalavrın ixtisasından, keçid balından və ÜOMG-dən (Ümumi orta müvəffəqiyyət göstəricisi) asılıdır.

Təhsil Xəbərləri

22 Dec, 19:58


Sonuncu həftənizə əlvida deyərək tətilə, daha sonra isə qızğın imtahan sessiyasına start deyək ⚡️

Təhsil Xəbərləri

25 Nov, 19:48


Hörmətli İzləyicilər!

Yeni dizaynla paylaşımlarımızı edəcəyik.

İndiki yoxsa əvvəlki daha yaxşıdır? Zəhmət olmasa fikir bildirin🙂

Təhsil Xəbərləri

25 Nov, 18:14


Təhsil Tələbə Krediti Fondunun indiyədək kredit götürən və təhsilini uğurla başa vuran məzunlara bağışladığı vəsaitin həcmi 433 min manatı ötüb.

Təhsil Xəbərləri

25 Nov, 18:13


Ceyhun Məmmədov: "Bu gün bəzi universitetlərdə müəllimlər 600-700 manat maaş alır və bu gün heç kim 600-700 manata gedib universitetlərdə müəllim işləmək istəmir və ya alim olmaq istəmir. Ona görə birinci maaş məsələsinə baxmalıyıq".

Təhsil Xəbərləri

25 Nov, 16:32


Uzun fasilədən sonra "Təhsil Xəbərləri"in rəsmi səhifəsi Facebook-da fəaliyyətə başladı.

Qeyd edək ki, bundan öncə ki, səhifənin bərpası mümkün olmadığından yeni səhifə açıldı. Hər birinizi gözləyirik 🤝

Facebook linki: https://www.facebook.com/profile.php?id=61569064182708&mibextid=ZbWKwL

Təhsil Xəbərləri

25 Nov, 14:36


Gəncə Tibb Kollecində rüşvətxorluq,korrupsiya davam edir. Tələbələrdən bu barədə geniş şikayətlər daxil olur.

Direktor bir neçə gündür ki, tələbələri zala toplayıb iclas edir ki, xəbərləri təkzib edin, və mənim qanunlarımla uyğunlaşın yoxsa kollecdən sizləri azad edəcəm.

Əgər belə bir problem varsa kütləvi olaraq tələbələr bizə yox, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə zəng etsin. (161)

Təhsil Xəbərləri

25 Nov, 08:56


Bakı Texniki Kollecinin məzun tələbələrinə diplomlar təqdim edilir.

Təhsil Xəbərləri

24 Nov, 20:04


☑️ÖLKƏ❗️Həm COP29, həm məktəblərdə bayram və payız tətili, həm kollec və universitetlərdə onlayn tədris yekunlaşdı. - bu gündən iş günləri başlayır.

Təhsil Xəbərləri

24 Nov, 09:31


❗️13-cü Ümumdünya Şəhərsalma Forumu 2026-cı ildə Bakıda keçiriləcək

Başımıza xeyir🤦‍♂

Təhsil Xəbərləri

23 Nov, 14:07


Eksternat imtahanları üçün sənəd qəbuluna start verilir

Əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydasında keçiriləcək imtahanlara sənəd qəbulu başlayır.

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Eksternat

Ətraflı: https://baku.edu.gov.az/az/page/9/7549
Elan: https://baku.edu.gov.az/az/page/228/7548

Təhsil Xəbərləri

23 Nov, 14:07


Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir

25 noyabr 2024-cü il saat 11:00-dan etibarən məktəbəhazırlıq qrupları və 1-ci sinif şagirdlərinin yerdəyişməsi prosesi aktiv ediləcək. Proses valideynlər tərəfindən www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək.

#MÜTDA #EduAz #BakuEduAz #Məktəbəhazırlıq

Təhsil Xəbərləri

23 Nov, 13:13


🇦🇿Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Vətəndaşlar 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaq, həmçinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ehtiyata buraxılacaq.

Təhsil Xəbərləri

23 Nov, 11:29


Tələbə təqaüdündən tutulan az miqdarda (1-2-3 Azn) məbləğ təhsil müəssisəsindəki Həmkarlar İttifaqı Komitəsisinin hesabına köçürülür.

Təhsil Xəbərləri

23 Nov, 11:29


Ali və orta ixtisas təhsili müəssisələrində yaz semesteri 16.02.2025-ci ildən başlayacaq.

Təhsil Xəbərləri

23 Nov, 11:29


Ali və orta ixtisas təhsili müəssisələrində payız semesterinin imtahan sessiyası 06.01.2025-ci ildən başlayıb 02.02.2025-ci ilədək davam edəcək.

Təhsil Xəbərləri

23 Nov, 11:28


Ali və orta ixtisas təhsili müəssisələrində payız semesteri dekabr ayının 27-dən yekunlaşacaq.

Təhsil Xəbərləri

23 Nov, 11:21


Universitet və kollec tələbələrinin nəzərinə!

Növbəti həftə üst həftə sayılır, yəni cədvəldə olan üst həftənin dərsləri keçiriləcək.

Həftə 25-29 noyabr tarixlərini əhatə edir.

Təhsil Xəbərləri

23 Nov, 11:07


👋

Təhsil Xəbərləri

22 Nov, 16:46


😁

Təhsil Xəbərləri

22 Nov, 16:02


Sabah iş və dərs günüdür!

Təhsil Xəbərləri

22 Nov, 15:16


Bu gün ölkənin intellektual ordusunun böyük hissəsini yetişdirən Sumqayıt şəhərinin yaradıldığı gündür.

Bütün sumqayıtlıları təbrik edirik

Təhsil Xəbərləri

09 Nov, 16:45


Prezident İlham Əliyevin sərəncamı ilə Milli Müdafiə Universitetinin rektoru, polkovnik Gündüz Əbdülova "general-mayor" ali hərbi rütbəsi verilib.
Təbrik edirik!

Təhsil Xəbərləri

09 Nov, 10:42


Təhsilin bir pilləsindən və ya səviyyəsindən digərinə keçid zamanı təhsil proqramlarının (ixtisasların) uyğunluğunun müəyyən edilməsi qaydası təsdiqlənib.

Belə ki, peşə təhsili və ya orta ixtisas təhsili pilləsindən ali təhsil pilləsinin bakalavriat səviyyəsinə keçid zamanı təhsil proqramlarının (ixtisasların) uyğunluğu Elm və Təhsil Nazirliyi tərəfindən Dövlət İmtahan Mərkəzi ilə razılaşdırılmaqla müəyyən olunacaq. Bu zaman təhsil proqramlarının aid olduğu sahələr, təhsil proqramları və fənlər üzrə təlim nəticələri, təhsil proqramlarında tədrisi nəzərdə tutulan fənlər və onlara ayrılan kreditlər əsas götürüləcək.

Təhsil Xəbərləri

09 Nov, 10:40


TikTok platformasında bir istifadəçi yazıb ki, 32 il sonra torpaqları almaq +100000 aura. Prezident İlham Əliyevin şəkli.

Torpaqları döyüş meydanında alırlar. Onuda şəhid qəhrəman və qazilərimiz alıb. Haqları danılmazdır. Biz dövlətə yox şəhidlərə, qazilərə, valideynlərinə borcluyuq. Dövlətdə borcludur!

Təhsil Xəbərləri

09 Nov, 08:19


🚎RƏSMİ❗️Bakıda COP29-la əlaqədar 15 marşrutun fəaliyyəti dayandırılır:
1, 4, 7B, 24, 37, 54, 140E, 141E, 150, 162, 168, 169, 205, 216 və 120E

Təhsil Xəbərləri

08 Nov, 20:23


🇦🇿 Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

🗓 Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabr ayının 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Artıq Bayrağımız ölkəmizin bütün ərazisində qürurla dalğalanır.

Dövlət Bayrağı Günü münasibətilə bütün həmvətənlərimizi təbrik edirik!

Üçrəngli bayrağımız qürur mənbəyimizdir!

Təhsil Xəbərləri

07 Nov, 20:08


🇦🇿 Bu gün Azərbaycanın Qarabağda qazandığı Böyük Qələbənin dördüncü ildönümü - Zəfər Günüdür.

Şəhidlərimizin ruhu şad olsun!

Təhsil Xəbərləri

07 Nov, 20:05


Himnimizdəki
"Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!"-misralarını təkcə şeirdə, himndə yox, gerçək həyatda da olduğunu sübut edən şəhidlər, qazilər, sizin sayənizdə qazandığımız
ZƏFƏR GÜNÜNÜZ MÜBARƏK! 🇦🇿

TX admin Taleh Haxverdiyev

Təhsil Xəbərləri

07 Nov, 16:30


🇦🇿🗞️🎞️ Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində Zəfər Günü münasibətilə möhtəşəm flaşmob.

🟢 Videonu "Şərq qapısı" qəzetinin komandası Naxçıvan Hərbi Kollecinin kursantları ilə birgə hazırlayıb.

Təhsil Xəbərləri

07 Nov, 15:30


🎞️ Mahmud hoca nə gözəl söyləmiş.

Çıxarılacaq nəticə budur: Əsas getdiyin yolun necə olması deyil, yolun sonunda nəticənin nə olmasıdır.

Təhsil Xəbərləri

07 Nov, 15:05


Prezident İlham Əliyev Hikmət Mirzəyevə general-polkovnik hərbi rütbəsini verib.

Təhsil Xəbərləri

07 Nov, 12:15


Naxçıvan Dövlət Universiteti əməkdaşlarının hazırladığı “Elektron imtahan” müəllif hüququ şəhadətnaməsinə layiq görülüb.

NDU-nun İnformasiya Texnologiyaları şöbəsinin müdiri Hüseyn Əsgərli və həmin şöbənin mühəndis-proqramçısı Ramil Salayevin ali təhsil müəssisələrində semestr imtahanlarının, aralıq qiymətləndirilmələrin (kollekvium) elektron qaydada həyata keçirilməsi məqsədi ilə yaratdıqları “Elektron imtahan” proqramına Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən şəhadətnamə verilib.

Ətraflı aşağıdakı keçiddə:
https://ndu.edu.az/elanlar/naxcivan-dovl-t-universiteti-m-kdaslarinin-hazirladigi-elektron-imtahan-mu-llif-huququ-s-had-tnam-sin-layiq-gorulub

Təhsil Xəbərləri

07 Nov, 12:00


💳 DGKA oktyabr ayının təqaüdünü ödədi.
Xeyirli olsun!
💳💸💳💸💳💸

Təhsil Xəbərləri

07 Nov, 07:55


Qarabağ Universitetinin yeni prorektoru - Rüstəm İsgəndərli

🟢 UNEC-in bakalavr məzunudur. O,  Naxçıvan Dövlət Universiteti Sosial idarəetmə və hüquq fakültəsində Hüquqşünaslıq ixtisası üzrə ikinci ali təhsilini alıb.
Uğurlar diləyirik!

Təhsil Xəbərləri

07 Nov, 07:33


AzTU və BMU "TələbəPlus" kartlarını bu gün tələbələrinə təqdim etdi!

Xeyirli olsun!

Təhsil Xəbərləri

06 Nov, 20:05


Xan Lənkəran!

Lənkəran şəhəri “2024-cü ildə Türk dünyasının gənclər paytaxtı” elan edilib.

Təhsil Xəbərləri

06 Nov, 19:18


Sabah Bakı, Abşeron və Sumqayıt şəhərlərində yerləşən ali və orta ixtisas təhsili müəssisələrində sonuncu əyani dərs günüdür.

Tələbələr 13 noyabr tarixinə-dək tətildə daha sonra isə 14-dən 22-dək distant (onlayn) dərslərə qoşulacaqlar.

25 noyabr tarixindən əyani dərslər bərpa olunacaq.

Təhsil Xəbərləri

25 Oct, 13:12


Universitet və kollec tələbələrinin nəzərinə!

Növbəti həftə üst həftə sayılır, yəni cədvəldə olan üst həftənin dərsləri keçiriləcək.

Həftə 28 oktyabr- 1 noyabr tarixlərini əhatə edir.

Təhsil Xəbərləri

25 Oct, 12:13


Növbəti ildən ali təhsil müəssisələrinə qəbul üçün 1,2,4-cü ixtisas qrupları üzrə keçid ballarında artımlar müşahidə edilə bilər.

Təbii ki, qeyd etdiyimiz ixtisas qruplarının müvafiq ixtisasları var ki, burada ballar qalxa və rəqabət dahada güclənə bilər.

Səbəb: Bildiyiniz kimi bu yaxınlarda qərar imzalandı ki, 600-baldan yuxarı bal toplayan abituriyentlər həqiqi hərbi xidməti, hərbi hissələrdə çəkməyəcək. Milli Müdafiə Universitetində intelektual bölmələrdə 12 ay ərzində çalışacaqlar, özlərini inkişaf etdirəcəklər.

Bu qərar oğlan şagirdlər üçün böyük bir stimuldur. İnanırıq ki, qarşıdakı illərdə bütün şagirdlər yüksək bal toplamaq uğrunda mübarizə aparacaq ki, həm universitetdə yaxşı ixtisaslara qəbul olsun həm də hərbi xidməti, hərbi hissədə keçməkdən azad olunsunlar.

Oğlan şagirdləri bu qərara belə yanaşarlarsa, yüksək bal toplayan abituriyentlərin sayı çoxalarsa təbii ki, qeyd etdiyimiz qrupları üzrə müvafiq ixtisaslar üzrə keçid ballarında da artımlar müşahidə ediləcək.

Əsasən də İnformasiya Texnologiyaları, İnformasiya Təhlükəsizliyi, Mühəndislik, Kompüter Elmləri, Kompüter Mühəndisliyi ixtisaslarında daha çox bal artımı müşahidə edə bilərik.

"Təhsil Xəbərləri"in Təsisçisi Sənan Nəcəfov

Təhsil Xəbərləri

25 Oct, 11:40


Qış aylarında saatların geri çəkilməməsi səbəbindən günün işıqlı saatları ilə insanların fəaliyyət vaxtları arasında uyğunluq pozulur. Bu, yalnız uşaqların yuxu rejimi ilə bağlı problemlərə deyil, həm də sosial adaptasiyaya və məhsuldarlığa mənfi təsir göstərə bilər. İnsan bioloji saatı təbii gün işığı ilə sinxronlaşmışdır və bu balansın pozulması nəticəsində bioloji ritmlərdə dəyişikliklər baş verir.

Təhsil Xəbərləri

24 Oct, 19:00


Allahın izni ilə səhərə sağlam, gümrah və enerji dolu oyanmaq diləyi ilə gecəniz xeyrə qalsın.

Təhsil Xəbərləri

24 Oct, 18:58


Qarabağ üçün bu mövsüm Avroliqa mərhələsi demək olar ki, başa çatdı. Müvafiq xalı toplayıb mərhələ yüksələ bilməz.

Ayaksla oyunda bəli Hakim ədalətsizliyi var idi. Yanukoviçə qarşı və.s amma ilk hissədə qırmızı kart və ikinci hissədə Elvinin 2 sarı alaraq qırmızı olması tam düzgün şübhəsiz qərardır. Romao açıq aşkar oyunçunu qapıçı ilə təkbətəkə getdiyi yolda qayda pozuntusu edir, Elvin isə 2 sarı alaraq meydandan qovulur. Oyunçular isə oynaya bilmir.

Qarşıda Bodo Qlimt, Lyon, Elfsborg, FCSB, Olympiakos, komandaları var. Buradan maksimum 4 xalla ayrıla bilər. Buda o deməkdir ki, Qarabağ mübarizəni dayandıracaq.

Məğlubiyyətin əsas səbəblərindən biridə Qurban Qurbanovdur sanki 2-0 udan Qarabağdır heç bir əvəzləmə, müdaxilə etmir. Xeyirlisi. Gecəniz xeyirə. Bu arada Təhsil səhifəsi olsaqda idman barədə də məlumat paylaşmağımızın yəqin ki narahatçılığı yoxdur.

Təhsil Xəbərləri

24 Oct, 16:46


Dünən qeyd etdiyimiz kimi təqaüdlərin ödənilməsinə bu gün başlandı.

Qarabağ Universiteti ilk təqaüdünü ödədi ❗️

Təhsil Xəbərləri

24 Oct, 12:00


⚡️UNEC-in yeni prorektorları!

Elm və innovasiya məsələləri üzrə prorektor professor Rövnəq Rzayev,
Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor Hüseyn Həsənov

Təhsil Xəbərləri

23 Oct, 13:58


Ali təhsil müəssisələrinin oktyabr ayı üzrə təqaüdlərinin 24 oktyabrdan (sabahdan) ödənilməsinə başlanılacaq.

Oktyabr ayının təqaüdləri 24 oktyabr- 6 noyabr tarixləri arasında bütün ali təhsil müəssisələri tərəfindən ödənilməsi gözlənilir.

Təhsil Xəbərləri

23 Oct, 06:27


Ötən gecə Nəsimi rayonunda 85 yaşlı İosif Tkaç Zusyeviç və arvadı 80 yaşlı Lyudmila Tkaç Mixaylovna qətlə yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü İslam Hadıyev polis tərəfindən saxlanılıb.
Qətlə yetirilən İosif Tkaç uzun müddət Rus Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. Onun xanımı Lyudmila Tkaç isə uzun illər pedoqoji fəaliyyətlə məşğul olub və Prezidentin Sərəncamı ilə 2015-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Təhsil Xəbərləri

22 Oct, 18:30


"Qarabağ" FK azarkeşləri üçün "Qara atlı"ların Avro liqadakı oyunlarının təqvimi

Təhsil Xəbərləri

22 Oct, 16:15


🏢 Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin müəllimi, Naxçıvan Dövlət Universitetinin ilk rektoru Əli Əliyevin 120 illiyi qeyd olunub.
Tədbirdən əvvəl  qonaqlar Naxçıvan şəhər qəbiristanlığında tarix elmləri namizədi, dosent Əli Əliyevin məzarını ziyarət edərək Naxçıvan Dövlət Universiteti adından əklil qoyublar.
Naxçıvan Dövlət Universitetində keçirilən tədbir çərçivəsində universitetin ilk rektoru, görkəmli ictimai-siyasi xadim Əli Əliyevin adına auditoriyanın açılışı olub.
Tədbir başlamadan öncə  Əli Əliyevə həsr olunan Naxçıvan Televiziyasının hazırladığı film nümayiş olunub.
Ali təhsil ocağının rektoru Elbrus İsayev görkəmli elm xadimi Əli Əliyevin istər tarix elminin, istərsə də Naxçıvan Dövlət Universitetinin inkişafı sahəsində gördüyü işlərdən ətraflı bəhs edib.
AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxışında qeyd edib ki, ictimai-siyasi xadim təhsil sahəsindəki xidmətləri ilə yanaşı siyasi fəaliyyəti ilə də yaddaşlarda iz buraxıb.

Təhsil Xəbərləri

22 Oct, 12:31


2 insanın taleyinə bax Təəssüf❗️

Dünən yağan aramsız yağışlar nəticəsində tunelə dolan suda qalmış 2 nəfər boğularaq dünyasını dəyişib.

Allah rəhmət eləsin!

Təhsil Xəbərləri

22 Oct, 07:20


Bakıda Xəzər Universiteti, Rəssamlıq Akademiyası və İqtisadiyyat Universitetinin binasını su basıb.

Təhsil Xəbərləri

22 Oct, 07:00


❗️FHN: Hazırda Bakıda su basmış ərazilərdə suçəkmə və digər təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir.

Təhsil Xəbərləri

22 Oct, 07:00


Salam. Hər vaxtınız xeyir. Bildiyiniz kimi ölkəmizdə yağışın normadan dəfələrlə artıq yağması nəticəsində ciddi fəsadlar meydana gəlib. Yağıntılar universitetlərə də təsirsiz ötüşməyib. Belə ki, bəzi ali təhsil müəssisələrində yağış suları tavandan içəri axıb, auditoriyadakı partaların üstünə tökülüb, universitetin yeməkxanasını su basıb. Bəzi universitetlərin giriş-çıxışlarında böyük su gölməçələri yaranıb.
Aidiyyatı dövlət qrumları yağışın yaratdığı subasma, daşqın, dağıntı və sair fəsadları aradan qaldırıması istiqamətində təxirəsalınmaz tədbirlər görür.
Ümid edirik ki, vətəndaşlarımızdan həyatını itirən olmayacaq və qısa zamanda bütün nəticələr aradan qaldırılacaq.
Allah xalqımızı qorusun!

Təhsil Xəbərləri

21 Oct, 18:56


⚡️💂🏻Dövlət Sərhəd Xidməti Akademiyasının rəisi general-mayor Azər İbrahimov vəzifəsindən azad edilib.
General sərəncama götürülüb.

Təhsil Xəbərləri

21 Oct, 18:56


24 ildir Azərbaycan Tibb Universitetinin prorektoru vəzifəsində çalışan Sabir Əliyev vəzifəsindən azad edilib.
📌 Həmin vəzifəyə ölkənin baş stomatoloqu Nazim Pənahov təyin olunub.

Təhsil Xəbərləri

21 Oct, 14:54


SDU Sentyabr ayının təqaüdünü ödədi.
Xeyirli olsun!
💳💸💳💸💳💸

Təhsil Xəbərləri

20 Oct, 10:56


Azərbaycan üzrə əksər kollec və universitetlərdə kollekvium həftəsidir. Tələbələr, hazırsınız?
Fikirlərinizi yazın

Təhsil Xəbərləri

20 Oct, 10:51


Universitet və kollec tələbələrinin nəzərinə!

Növbəti həftə alt həftə sayılır, yəni cədvəldə olan alt həftənin dərsləri keçiriləcək.

Həftə 21-25 oktyabr tarixlərini əhatə edir.

Təhsil Xəbərləri

19 Oct, 21:00


Naxçıvan Dövlət Universitetinin daha bir uğuru!

🌐 Naxçıvan Dövlət Universiteti regionun ən böyük "INMerge İnnovasiya Sammiti"ndə uğurla təmsil olunub.
Enterprise Azerbaijan portalının "Startup School 2" layihəsinin finalçılarından biri- Naxçıvan Dövlət Universitetinin "AgroChat" komandası regionun ən böyük innovasiya sammitində iştirak hüququ qazanıb.
Qeyd edək ki, "INMerge İnnovasiya Sammiti”ndə ölkənin və dünyanın aparıcı şirkətlərinin rəhbərləri, investorlar, yerli və xarici startapların iştirakı ilə təqdimatlar, panel müzakirələri və müxtəlif seminarlar keçirilib. "AgroChat" komandası süni intellekt vasitəsilə fermerlərlə aqronomları bir platformada birləşdirən proqram üzərində işləyirlər. Bu sammitdə komanda üzvləri "Enterprise Azerbaijan" portalını təmsil edərək layihələrini investorların diqqətinə çatdırıblar.

Təhsil Xəbərləri

19 Oct, 12:23


Gənc müəllimlərin, tələbələrin ölüm sayının dayanmadan artmasında müstəsna rol kimi mən Azərbaycanda yaşamaları və valideyn təzyiqi ilə qiymətləndirirəm.

İndiyə kimi bilirsiniz kimi mən heç bir fikrimi iddia kimi səsləndirməmişəm yalnız şahid olduğum, praktikamdan fikirlər söyləyirəm.

Azərbaycanın bu günkü vəziyyətini hər kəs görür hər kəs bilir. Minlərlə ali təhsilli olub öz ixtisasları üzrə işləməyən, supermarketlərlə Satıcı, kassir və.s işləyib ayı 400-500 aralığında maaş alıb özünü o yerdə görməyib, məcbur işləyən məzunlar var. Öz ixtisasını yaxşı bilən şəxs həmin ixtisas üzrə işləməlidir. Yox əgər deyərsiniz ki, çoxları rüşvətlə bitirib heçnə bilmir və.s burada da əsas səbəb ölkədə təhsildə idarəetmənin 0 olduğunu göstərir.

O ki, qaldı valideyn təzyiqinə. Şahidi olduğum o qədər ailə var ki, övladını sıxır hər mənada. Övladda bezib əsgər getməyi fikirləşir çıxış yolu kimi intihar fikirləşir. Cavanlarımız istədiyi kimi yemir, içmir, maşını olmur, evi olmur. Valideynlər əsasəndə 16-17-18 yaşında olan övladlarına qarşı həssas diqqətcil olmalıdır. Olmayanda sonu pis olur Vallah.... Bu günkü gün fəsadlarını görürük.

Müəllimlər isə maaş azlığından, onları hüquqlarını pozmaqdan beziblər.

Təhsil Xəbərləri

19 Oct, 11:58


Şəkidə məktəbli intihar edib.

Məlumata görə, hadisə axşam saatlarında Şəkinin Orta Zəyzid kəndində baş verib.

Kənd sakini 16 yaşlı Çiçək Habil qızı Lətifovanın meyiti yaşadığı evdə qapının əl tutacağından asılı vəziyyətdə aşkar edilib.

İlkin araşdırma zamanı 11-ci sinif şagirdi olan C. Lətifovanın intihar etdiyi məlum olub.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

Təhsil Xəbərləri

19 Oct, 11:58


🥀 Azərbaycanda gənc müəllimə vəfat edib.

Nuranə Baxışova Xırdalan şəhər 2 sayılı tam orta məktəbdə çalışıb.

O, bir il yarım xərçəng xəstəliyindən əziyyət çəkib.

N.Baxışova İsmayıllı rayonu Yenikənd kənd qəbiristanlığında dəfn olunub.

Təhsil Xəbərləri

19 Oct, 10:06


COP29-la bağlı məhdudiyyətlərin (sms icazə, rayonlardan Bakıya gediş-gəlişin olmayacağı, iş yerlərinin bağlanacağı, şəxsi avtomobillərlə şəhərdə hərəkətə icazə verilməməsi və s.) tətbiq olunacağı ilə bağlı yayılan informasiya həqiqətə uyğun deyil. Heç bir məhdudiyyət tətbiq olunmayacaq.

Təhsil Xəbərləri

19 Oct, 07:46


COP29-da hansı dəyişikliklər olacaq?
Cavabı videoda...