Vüsət Əzizov @vusetezizov Channel on Telegram

Vüsət Əzizov

@vusetezizov


Təhsil ilə bağlı rəsmi məlumatlar
Abituriyentlər və tələbələrə online şəkildə bütün növ təhsil xidmətləri göstərilir.
Əlaqə: +994707645000
Youtube:https://youtube.com/c/VusetAzizov
İnstagram: https://www.instagram.com/vuset.azizov

Vüsət Əzizov (Azerbaijani)

Vüsət Əzizov Telegram kanalı təhsil ilə bağlı rəsmi məlumatları paylaşan bir platformdur. Abituriyentlər və tələbələr üçün online şəkildə bütün növ təhsil xidmətlərini sunan bu kanal, tələbələrin təhsil prosesində dəstək olmaq məqsədi ilə yaradılmışdır. Kanalda tələbələrə mənəvi yardım, məlumatlar və yararlı məsləhətlər təqdim edilir. Vüsət Əzizov kanalında təhsil sahəsindəki son yenilikləri, konfranslar və seminarlar haqqında məlumatlar da yayınlanır. Kanal sahibi ilə əlaqə qura biləcəyiniz nömrə +994707645000-dır. Ayrıca, Vüsət Əzizov kanalının Youtube kanalına abunə olaraq orada paylaşılan videoları izləyə bilərsiniz: https://youtube.com/c/VusetAzizov. Əgər daha çox məlumat və görsəllərə daxil olmaq istəyirsinizsə, İnstagram səhifələrini ziyarət edə bilərsiniz: https://www.instagram.com/vuset.azizov. Vüsət Əzizov kanalı tələbələr və təhsilə marağı olan hər kəs üçün ən güncəl məlumatları və xidmətləri əhatə edir. Siz də təhsil sahəsindəki yeniliklərdən və məsləhətlərdən xəbərdar olmaq istəyirsinizsə, Vüsət Əzizov Telegram kanalına qoşulun və təhsil yolculuğunuzda dəstək alın.

Vüsət Əzizov

27 Dec, 18:40


26 yanvar 2025-ci il tarixində Müstəqil Qiymətləndirmə Mərkəzi və OTK.AZ birlikdə Azərbaycan və Rus bölməsi üzrə X və XI siniflər üçün Dövlət İmtahan Mərkəzinin 2025-ci təşkil edəcəyi “Buraxılış imtahanı” modelinə uyğun ənənəvi sınaq imtahanı təşkil edəcək.

Qeyd: Artıq bu ildən etibarən Xırdalan şəhərində də otk.az və mqm.az sınaqları canlı şəkildə təşkil edilir.
Ünvan: Xırdalan şəhəri,Heydər Əliyev prospekti 1282 ,”Silsilə” Tədris Mərkəzi
(AAAF Park yaşayış kompleksinin yaxınlığı)
Məkan : https://maps.google.com/?q=40.458954,49.732197


Sınaq imtahanı ənənəvi şəkildə saat 09:00 və 13:00-da, online şəkildə 11:00-da keçiriləcəkdir.

🏆Yüksək bal toplayan (270+) şagirdlər sertifikatla mükafatlandırılacaq.

İmtahan müddəti: 3 saat

İmtahan qiyməti:
🔹X sinif:
Ənənəvi - 18 AZN
Online - 11 AZN

🔹XI sinif:
Ənənəvi - 18 AZN
Online - 11 AZN


Biletləri əldə etmək üçün əlaqə məlumatları:

Xırdalan şəhəri, Silsilə Tədris Mərkəzi üzrə:
+994 (55) 644 33 45
+994 (70) 644 33 45

☎️*1500 (QAYNAR XƏTT)
Bakı şəhəri və digər regionlar və şəhərlər üzrə:
+994 (12) 488 08 78
+994 (70) 288 08 75
+994 (55) 588 08 75
+994 (70) 688 08 75

Xüsusi qeyd: 26 yanvar tarixində olacaq imtahanlarda iştirak etmək üçün bilet əldə etməyə görə ən son 23 yanvar saat 17:00-a qədər müraciət edə bilərsiz, bu saatdan sonra olunan müraciətlərə görə bilet əldə etmək mümkün olmur. Çünki artıq sistem bağlanır və imtahan iştirakçılarının sual kitabçaları və cavab vərəqləri çap edilməsi prosesi başlayır.
Hər birinizə uğurlar!

Vüsət Əzizov

27 Dec, 18:33


12 yanvar 2025-ci il tarixində Müstəqil Qiymətləndirmə Mərkəzi və OTK.AZ birlikdə Azərbaycan və Rus bölməsi üzrə VIII-IX siniflər üçün Dövlət İmtahan Mərkəzinin 2025-ci ildə IX siniflər üçün təşkil edəcəyi yeni “Buraxılış imtahanı” modelinə uyğun ənənəvi sınaq imtahanı təşkil edəcək.

Qeyd: Artıq bu ildən etibarən Xırdalan şəhərində də otk.az və mqm.az sınaqları canlı şəkildə təşkil edilir.
Ünvan: Xırdalan şəhəri,Heydər Əliyev prospekti 1282 ,”Silsilə” Tədris Mərkəzi
(AAAF Park yaşayış kompleksinin yaxınlığı)
Məkan : https://maps.google.com/?q=40.458954,49.732197


Sınaq imtahanı ənənəvi şəkildə saat 09:00 və 13:00-da, online şəkildə 11:00-da keçiriləcəkdir.

🏆Yüksək bal toplayan (270+) şagirdlər sertifikatla mükafatlandırılacaq.

İmtahan müddəti: 3 saat

İmtahan qiyməti:
🔹VIII sinif:
Ənənəvi - 10 AZN
Online - 6 AZN

🔹IX sinif:
Ənənəvi - 14 AZN
Online - 9 AZN


Biletləri əldə etmək üçün əlaqə məlumatları:

Xırdalan şəhəri, Silsilə Tədris Mərkəzi üzrə:
+994 (55) 644 33 45
+994 (70) 644 33 45

☎️*1500 (QAYNAR XƏTT)
Bakı şəhəri və digər regionlar və şəhərlər üzrə:
+994 (12) 488 08 78
+994 (70) 288 08 75
+994 (55) 588 08 75
+994 (70) 688 08 75

Xüsusi qeyd: 12 yanvar imtahanları üçün bilet əldə etməyə görə ən son 9 yanvar saat 17:00-a qədər müraciət edə bilərsiz, bu saatdan sonra olunan müraciətlərə görə bilet əldə etmək mümkün olmur. Çünki artıq sistem bağlanır və imtahan iştirakçılarının sual kitabçaları və cavab vərəqləri çap edilməsi prosesi başlayır.
Hər birinizə uğurlar!

Vüsət Əzizov

27 Dec, 17:15


Əziz şagirdlər!😍 MÜSTƏQİL QİYMƏTLƏNDİRMƏ MƏRKƏZİ VƏ OTK.AZ birlikdə 19 yanvar tarixində I-VII SİNİFLƏR üçün sınaq imtahanı keçirəcək.😍
🚀600 və daha yüksək bal toplayan hər kəsə OTK nəşrləri hədiyyə ediləcək🤗

Azərbaycan və Rus bölmələri üzrə.
İngilis dili, Rus dili, Alman dili, Fransız dili xarici dil seçimləri ilə.
Əyani: 09:00 və 12:00; Online: 11:00
İmtahan qiyməti:

•Əyani I siniflər - 5 AZN / Online 3 AZN

•Əyani II-IV siniflər - 6 AZN / Online 4 AZN

•Əyani V-VII siniflər - 8 AZN / Online 5 AZN


Qeyd: Artıq bu ildən etibarən Xırdalan şəhərində də otk.az və mqm.az sınaqları canlı şəkildə təşkil edilir.
Ünvan: Xırdalan şəhəri,Heydər Əliyev prospekti 1282 ,”Silsilə” Tədris Mərkəzi
(AAAF Park yaşayış kompleksinin yaxınlığı)
Məkan : https://maps.google.com/?q=40.458954,49.732197

Biletləri əldə etmək üçün əlaqə məlumatları:

Xırdalan şəhəri, Silsilə Tədris Mərkəzi üzrə:
+994 (55) 644 33 45
+994 (70) 644 33 45


☎️*1500 (QAYNAR XƏTT)

Bakı şəhəri və digər regionlar və şəhərlər üzrə:
+994 (12) 488 08 78
+994 (70) 288 08 75
+994 (55) 588 08 75
+994 (70) 688 08 75


Xüsusi qeyd: 19 yanvar imtahanları üçün bilet əldə etməkdən ötrü ən son 16 yanvar saat 17:00-a qədər müraciət edə bilərsiz, bu saatdan sonra olunan müraciətlərə görə bilet əldə etmək mümkün olmur. Çünki artıq sistem bağlanır və imtahan iştirakçılarının sual kitabçaları və cavab vərəqləri çap edilməsi prosesi başlayır.
Hər birinizə uğurlar!

Vüsət Əzizov

27 Dec, 15:45


“Azərbaycan Hava Yolları"nın Aktauda qəzaya uğrayan "Embraer 190" təyyarəsinin həlak olan ekipaj üzvləri təltif olunacaqlar.

Lakin pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökümə Əliyevanın hansı fəxri təltifə layiq görüləcəyi hələ dəqiqləşməyib.

Onların dəfn olunması üçün artıq II Fəxri xiyabanda üç məzar da qazılıb.

Qəhrəman pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökümə Əliyeva isə partlayış zamanı həlak olublar. Onlar Bakıdakı II Fəxri xiyabanda dəfn olunacaqlar.

Vüsət Əzizov

27 Dec, 15:38


"Biz səmaya baxanda səni xatırlayacağıq" - qəhrəman pilotumuzla bağlı məktəb xatirələri.

Ətraflı: https://tinyurl.com/muxyujfv

Vüsət Əzizov

27 Dec, 15:28


🔴 Bakı Avrasiya Universitetində təyyarə qəzasında dünyasını dəyişən tələbəmiz Mahmud Tutunçiyevin xatirəsi anılıb

Universitetin girişində M.Tutunçiyevin əziz xatirəsini anmaq üçün xatirə guşəsi yaradılıb. BAAU-nun rəhbərliyi, akademik-inzibati heyət üzvləri və tələbələr guşənin önünə gül dəstələri qoyub, onu ehtiramla yad ediblər.

📌 Ətraflı: https://bit.ly/ttncyv

Bakı Avrasiya Universiteti

#BAAU #BakıAvrasiyaUniversiteti
#TəyyarəQəzası #TeyyareQezasi
#BakıQroznuReysi #BAAUTələbəsi
#MahmudTutunçiyev

Vüsət Əzizov

27 Dec, 15:21


Ali və orta ixtisas təhsil müəssisələrində imtahan sessiyasının təşkili barədə məlumatlandırma.

#EATDA #AliTəhsil #Kollec #İmtahan

Vüsət Əzizov

27 Dec, 14:04


Azərbaycan Respublikasının Baş Prokurorluğu və Səhiyyə Nazirliyinin birgə məlumatı

Qanunsuz tibbi fəaliyyətə şərait yaradılması müqabilində rüşvət almaqda şübhəli bilinən vəzifəli şəxslər ifşa edilib

Əhalinin sağlamlığının qorunması və tibbi yardımın göstərilməsi sahəsində qanunsuz halların qarşısının alınması, habelə aşkar edilmiş belə faktlara qarşı mübarizə istiqamətində Azərbaycan Respublikasının Baş Prokurorluğu və Səhiyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən kompleks, sistemli və ardıcıl tədbirlərin görülməsi davam etdirilir.

Bununla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Rüstəmova Səidə Nurəddin qızının qabaqcadan əlbir olduğu əvvəllər həmin Nazirliyin İctimai Səhiyyə və islahatlar Mərkəzinin akkreditasiya şöbəsinin müdiri vəzifəsində işləmiş Cabbarova Lətafət Kərim qızı və korrupsiya şəbəkəsinin digər üzvləri ilə birgə qanunsuz olaraq həkimlərin ixtisaslarının dəyişdirilməsi, onların tibbi və ya əczaçılıq fəaliyyəti ilə, o cümlədən plastik cərrahiyyə fəaliyyəti ilə məşğul olma hüququ verən sertifikasiya imtahanlarına buraxılmasına icazələrin verilməsi, saxta məqbul qiymətləndirmə ilə müvafiq sertifikatlarla təmin olunması və digər bu kimi sui-istifadə hallarına yol verməsi müqabilində çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə bir sıra vəzifəli şəxslərin xidməti otaqlarında aparılmış axtarışlarla iş üçün əhəmiyyət kəsb edən sübutlar əldə edilərək götürülüb.

Həmin faktlarla bağlı Baş İdarədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdar rüşvət alma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Toplanmış sübutlar əsasında Səidə Rüstəmova və Lətafət Cabbarovaya Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barələrində ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilməklə qanunsuz əməllərin törədilməsində iştirak edən digər şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcəkdir.

Vüsət Əzizov

27 Dec, 13:33


“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Bildirilib ki, aparılan araşdırmaların ilkin nəticələri və uçuşların təhlükəsizliyində yarana biləcək risklər nəzərə alınıb.

Bu səbəbdən də, AZAL dekabrın 28-dən Bakıdan Rusiyanın 10 şəhərinə uçuşları dayandırır.

Vüsət Əzizov

27 Dec, 09:28


Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib.
Mərasimdə iştirak edən Milli Müdafiə Universitetinin rəhbərliyi və zabit kollektivi institutun həyətində ucaldılan Heydər Əliyevin büstü önünə və şəhidlərin xatirə kompleksinə gül dəstələri qoyub, öz ehtiramlarını nümayiş etdiriblər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Buraxılış mərasimində çıxış edən Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov Ali Baş Komandanın rəhbərliyi ilə hərbi təhsil sahəsində aparılan islahatlardan danışıb, 23 ixtisas üzrə zabit rütbəsi almış məzunları təbrik edərək gələcək xidmətlərində uğurlar arzulayıb.
Sonra general-mayor G.Əbdülov təhsildə fərqlənənlərə “leytenant” hərbi rütbəsini və sertifikatları təqdim edib.
Məzunlar adından çıxış edən, kurs birincisi leytenant İlkin İrzayev onlara göstərilən diqqət və qayğıya görə rəhbərliyə, eləcə də əməyi keçən bütün professor və müəllim heyətinə öz təşəkkürünü bildirib, zabit peşəsini seçdiyinə görə qürur duyduğunu ifadə edib. Kurs müddətində qazandıqları bilikləri və praktiki vərdişləri xidmət yerlərində tətbiq edəcəklərinə, üzərilərinə düşən vəzifə borclarını layiqincə yerinə yetirəcəklərinə söz verib.
Sonda Milli Müdafiə Universitetinin akademik və rəhbər heyəti məzunlarla xatirə fotosu çəkdirib.

https://mod.gov.az/az/news/ehtiyat-zabit-hazirligi-kursu-nun-buraxilis-merasimi-kecirilib-video-53668.html
____

Состоялась церемония выпуска «Курса подготовки офицеров запаса»

https://mod.gov.az/ru/news/sostoyalas-ceremoniya-vypuska-kursa-podgotovki-oficerov-zapasa-video-53669.html
____

Graduation ceremony of Reserve Officer Training Course held

https://mod.gov.az/en/news/graduation-ceremony-of-reserve-officer-training-course-held-video-53670.html

Vüsət Əzizov

27 Dec, 09:12


Baş Prokurorluğun əməkdaşları Qroznıdadır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Qazaxıstanın Aktau şəhəri yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı başlanmış cinayət işi üzrə obyektiv həqiqətin müəyyən olunması istiqamətində təxirəsalınmaz və zəruri tədbirlər davam etdirilir.

Bu məqsədlə, Baş Prokurorluğun bir qrup əməkdaşı Qroznı şəhərinə ezam olunaraq Rusiya Federasiyasının Baş Prokurorluğu ilə razılaşmaya əsasən, həmin qurumdan olan həmkarları ilə birgə istintaq və digər prosessual hərəkətləri aparır.

Xatırladaq ki, dekabrın 25-də Baş prokurorun müavini Elmar Camalovun rəhbərliyi ilə Aktauya ezam olunmuş prokurorluq əməkdaşlarından ibarət daha bir qrup hazırda qəzanın baş verdiyi yerdə Qazaxıstandan olan həmkarları ilə birgə zəruri tədbirlərin icrasını davam etdirir.

Vüsət Əzizov

27 Dec, 08:29


Çeçenistan hakimiyyəti bir gün əvvəl bildirmişdi ki, Ramzan Kadırovun göstərişi ilə onlar Bakıdan Qroznıya uçan AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların və yaralananların bütün ailələrinə maddi və digər yardım göstərməyə hazırdırlar

Bakuplus.az-a Azərbaycan Prezident Administrasiyasından bildirilib ki, ölkənin heç bir köməyə ehtiyacı yoxdur və belə bir köməyi qəbul etməyəcək: “Azərbaycanın heç bir köməyə ehtiyacı yoxdur. Nə dövlət, nə də vətəndaşlar belə yardımı qəbul etməyəcəklər. Biz vətəndaşlarımıza lazımi yardımları göstəririk və göstərəcəyik. Azərbaycan faktın qəbul edilməsini, üzr istənilməsini və müvafiq təzminatın ödənilməsini tələb edir”.

Vüsət Əzizov

27 Dec, 08:23


Bu günlərdə hər kəs Hökümədən – qəzaya uğrayan Bakı-Qroznı təyyarəsinin sərnişinlərini “Hər şey yaxşı olacaq!” sözləri ilə ümidləndirən stüardessadan danışır. Bəlkə də sağlığında çoxlarının görmədiyi və tanımadığı istedadlı bələdçinin geriyə qoyduğu bu sözlər bir şüar kimi yaddaşlarda qalıb.

Hökümənin hekayəsi təkcə həyatsevərliyi ilə deyil, onun şəxsiyyət örnəyi ilə də yaddaşlarda dərin iz buraxıb.

“Azərbaycan müəllimi” Gəncə şəhər 30 nömrəli tam orta məktəbdə oxumuş Hökümə Əliyevanın müəllimi və sinif yoldaşları ilə söhbətləşib.

Vüsət Əzizov

27 Dec, 08:16


Həlak olanlar arasında olan ekipaj üzvləri – pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunacaq.

Onların n*şinin tezliklə Qazaxıstandan gətiriləcəyi gözlənilir.

Vüsət Əzizov

27 Dec, 08:14


Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci il 1 aprel saat 06:00-dək uzadılıb.

"Sheki.Media"nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Qeyd edək ki, bundan əvvəl bu müddət 2025-ci il 1 yanvar saat 06:00-dək olan dövrü əhatə edib.

Vüsət Əzizov

27 Dec, 07:44


Gələn ilin dövlət büdcəsində elm və təhsil sahəsi üzrə xərclərin miqdarı məlum olub.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanunda öz əksini tapıb.
Belə ki, elm sahəsi üzrə xərclər 239 213 243,0 manat, təhsil sahəsi üzrə isə 4 937 283 246,0 manat təşkil edir.
Məktəbəqədər təhsil üzrə xərclər 467 441 987,0 manat, ümumi təhsil üzrə 2 347 506 880,0 manat, peşə təhsili üzrə 82 228 666,0 manat, orta ixtisas təhsili üzrə 104 858 142,0 manat, ali təhsil üzrə 180 731 136,0 manat, əlavə təhsil üzrə 20 830 788,0 manat, təhsil sahəsində tətbiqi tədqiqatlar üzrə 7 493 152,0 manat, təhsil sahəsində digər müəssisə və tədbirlər üçün isə 1 726 192 495,0 manatdır.

Vüsət Əzizov

27 Dec, 07:01


Əziz şagirdlər!😍 MÜSTƏQİL QİYMƏTLƏNDİRMƏ MƏRKƏZİ VƏ OTK.AZ birlikdə 19 yanvar tarixində I-VII SİNİFLƏR üçün sınaq imtahanı keçirəcək.😍
🚀600 və daha yüksək bal toplayan hər kəsə OTK nəşrləri hədiyyə ediləcək🤗

Azərbaycan və Rus bölmələri üzrə.
İngilis dili, Rus dili, Alman dili, Fransız dili xarici dil seçimləri ilə.
Əyani: 09:00 və 12:00; Online: 11:00
İmtahan qiyməti:

•Əyani I siniflər - 5 AZN / Online 3 AZN

•Əyani II-IV siniflər - 6 AZN / Online 4 AZN

•Əyani V-VII siniflər - 8 AZN / Online 5 AZN


Qeyd: Artıq bu ildən etibarən Xırdalan şəhərində də otk.az və mqm.az sınaqları canlı şəkildə təşkil edilir.
Ünvan: Xırdalan şəhəri,Heydər Əliyev prospekti 1282 ,”Silsilə” Tədris Mərkəzi
(AAAF Park yaşayış kompleksinin yaxınlığı)
Məkan : https://maps.google.com/?q=40.458954,49.732197

Biletləri əldə etmək üçün əlaqə məlumatları:

Xırdalan şəhəri, Silsilə Tədris Mərkəzi üzrə:
+994 (55) 644 33 45
+994 (70) 644 33 45


☎️*1500 (QAYNAR XƏTT)

Bakı şəhəri və digər regionlar və şəhərlər üzrə:
+994 (12) 488 08 78
+994 (70) 288 08 75
+994 (55) 588 08 75
+994 (70) 688 08 75


Xüsusi qeyd: 19 yanvar imtahanları üçün bilet əldə etməkdən ötrü ən son 16 yanvar saat 17:00-a qədər müraciət edə bilərsiz, bu saatdan sonra olunan müraciətlərə görə bilet əldə etmək mümkün olmur. Çünki artıq sistem bağlanır və imtahan iştirakçılarının sual kitabçaları və cavab vərəqləri çap edilməsi prosesi başlayır.
Hər birinizə uğurlar!

Vüsət Əzizov

27 Dec, 06:54


Dövlət İmtahan Mərkəzi “20 variant sınaq imtahanı” kitabları seriyasından ali təhsil müəssisələrinə qəbul imtahanı modelinə uyğun Azərbaycan dili (III ixtisas qrupu üzrə) kitabını nəşr edib.

Kitabı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

#DövlətİmtahanMərkəzi #AbituriyentJurnalı #Sınaqİmtahanı #SınaqKitabı #dimnəşrləri #buraxılışimtahanı #qəbulimtahanı #AzərbaycanDili

Vüsət Əzizov

27 Dec, 06:50


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “2025-cü il dövlət büdcəsi haqqında” Qanunu imzalayıb

🔗 https://www.maliyye.gov.az/news/6159/azerbaycan-respublikasinin-prezidenti-ilham-eliyev-2025-cu-il-dovlet-budcesi-haqqinda-qanunu-imzalayib

Maliyyə Nazirliyi

Vüsət Əzizov

26 Dec, 15:49


Yeddi yaralını gətirən FHN-in xüsusi təyyarəsi bu dəqiqələrdə Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Qəzada xəsarət almış vətəndaşları təyyarədə xüsusi həkim briqadası müşayiət edib.

Vüsət Əzizov

26 Dec, 13:55


📢 Təyyarənin hansı hissəsində uçmaq daha təhlükəsizdir?

🔹 Bəziləri idda edirlər ki, təyyarənin quyruq hissəsinə yaxın yerlər sərnişinlər üçün daha təhlükəsizdir. Belə deyilir ki, quyruq hissədəki yerlərdə uçmaq fövqəladə vəziyyətlərdə sağ qalma şanslarını artırır. Bu, çoxdan yayılan fkirlərdir və elə o səbəbdən də bir çox səyahətçi əvvəlcədən quyruq hissədəki yerlərə bilet bron etməyi üstün tutur.

⁉️ Bəs bu fərziyyə həqiqətdirmi və doğrudanmı qəza vəziyyətlərində təyyarənin quyruq hissəsindəki yerlərdə uçanların sağ qalma ehtimalı çoxdur?

🔗 Modern.az saytı xəbər verir ki, Qazaxıstandan olan aviasiya mütəxəssisi Abul Kekilbayev bu məsələnin mahyyətinə varmaq üçün danışıb.

O, hazırda mülki aviasiyanın modernləşdirilməsi və inkişafı üzrə müstəqil məsləhətçidir. Abul Kekilbayev sərnişinlərin təhlükəsizliyinə hansı amillərin təsir etdiyini açıqlayıb.

Sərnişinlərin təhlükəsizliyindən danışan ekspert ekipaj hazırlığı, hava gəmilərinə texniki qulluq və beynəlxalq standartlara uyğunluğu əhatə edən bütöv tədbirlər sisteminin vacibliyini qeyd edib.

🔸 Ekspertin fikrincə, təyyarənin quyruq hissəsi həqiqətən də fövqəladə hallarda daha təhlükəsiz yer hesab olunur.

🗣️ “Təyyarənin qanadının arxasındakı quyruq hissəsi qəza zamanı məhv olmağa daha az həssasdır. Məsələn, adətən bir toqquşma zamanı təyyarənin burun hissəsi ilk zədə alan yer olur. BekAir təyyarəsinin qəzaya uğraması hadisəsini xatırlayırsınızsa, 13-cü sıra arxasında olan bütün sərnişinlər sağ qalmışdı, çünki əsas dağıntı aviagəminin ön hissəsində baş vermişdi”, - mütəxəssis bildirib.

Bununla belə, o, konkret halda hər şeyin şəraitdən asılı olduğunu da qeyd edib.


🗣️ "Təyyarə havada parçalanırsa, sərnişinlərin yeri artıq rol oynamır. Lakin sərt enişlərlə bağlı statistika quyruğa yaxın oturanların daha çox sağ qaldığını göstərir", - Abul Kekilbayev bildirib.

Vüsət Əzizov

26 Dec, 12:11


Bakı Avrasiya Universitetinin (BAAU) Marketinq ixtisasının tələbəsi Mahmud Tutunçiyev "Azərbaycan Hava Yolları”na məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirmişdir.
Bədbəxt hadisənin baş verməsi və tələbəmizin vəfat etməsi bizi sarsıtdı.
BAAU kollektivi olaraq, Mahmudun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyirik.
Allah rəhmət eləsin!

Bakı Avrasiya Universiteti

Vüsət Əzizov

26 Dec, 11:32


Bakı aeroportunda dünən həlak olan ekipaj üzvlərini yad etmək üçün xatirə stendi qurulub.

Vüsət Əzizov

26 Dec, 10:06


“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhəri yazınlığında qəzaya uğraması nəticəsində vəfat edən sərnişinlərin və ekipaj üzvlərinin siyahısı açıqlanıb.

Vüsət Əzizov

26 Dec, 09:29


2008-ci il yanvarın 29-da döyüş hazırlığı planı əsasında kapitan Əfqan Aslanovla birlikdə MiQ-29 təyyarəsi ilə, təlimatçı qismində, hava döyüşü uçuşu yerinə yetirərkən təyyarənin Xəzər dənizinin Şuraabad istiqamətinə düşüməsi nəticəsində həlak olurlar. Aparılan axtarışlar nəticəsində digər pilotun nəşi tapılıb dəfn edilir. Lakin Fəxrəddin Əsgərovun nəşi tapılmır. Həyatını Azərbaycan Hərbi Hava qüvvələrinin inkişafına adayan pilot 33 yaşında sözün hər mənasında canını vətən uğrunda verir.

16 fevral 2022-ci il tarixində, Prezident İlham Əliyevin sərəncamı ilə Fəxrəddin Əsgərova şəhidlik, ailəsinə isə şəhid ailəsi statusu verilib.

Vüsət Əzizov

26 Dec, 08:40


🥀 25 dekabr tarixində AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində q*zaya uğraması nəticəsində həlak olanlardan biri də pilot Alelksandr Kalyaninovdur. O, Bakı Avropa Liseyinin məzunu olub.

Aleksandr Kalyaninovun müəllimi olmuş Bakı Avropa Liseyinin direktor müavini Səbinə Bayramova ilə söhbətləşib.

“O çox ağıllı, savadlı, dürüst şagird idi. Həmişə hamıya kömək etməyə çalışır, dərslərini yaxşı oxuyurdu. Milliyətcə azərbaycanlı olmasa da, Azərbaycan dilində və bir neçə xarici dildə sərbəst danışırdı.

Bu da ona Türkiyədə universitetə daxil olmağa və təhsil almağına kömək etmişdi. Aleksandr bilirdi ki, Türkiyədə çox böyük uğurlar qazanıb.

O ingilis dilini çox yüksək səviyyədə bildiyi üçün oxuduğu universitetdən Bakı Avropa Liseyinə həmişə təşəkkür məktubları gəlirdi.

Onun atası da pilot olub. Aleksandr da uşaqlıqdan arzu edib ki, pilot olsun. O həmişə səmada atasının peşəsini davam etdirmək istəyib.

Keçmiş şagiridimizin həlak olması onun müəllimləri və sinif yoldaşları üçün ağır və gözlənilməz hadisədir. Hamımız onu ürəkdən sevmişik. Aleksandr həmişə dostları ilə yaxşı münasibət saxlayır, əlaqəni kəsmir, görüşürdülər

Vüsət Əzizov

26 Dec, 08:04


Ötən gün Aktau axınlığında qəzaya uğrayan AZAL-a məxsus təyyarənin sağ qalan stüardessası Aydan Rəhimli.

Vüsət Əzizov

26 Dec, 07:52


❗️Qazaxıstan Fövqəladə Hallar Nazirliyi 3 ekipaj üzvünün cəsədinin tapıldığını bildirib.

Lent.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.

Meyiti tapılanlar aşağıdakılardır:

1. Kşnyakin İqor (pilot)
2. Kalyaninov Aleksandr (pilot)
3. Əliyeva Hökumə (stüardessa)

Vüsət Əzizov

25 Dec, 20:08


🇦🇿🥀 Bu gün Azərbaycanda matəmdir

▪️Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən Azərbaycan Hava Yollarına məxsus "Embraer 190" tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan itkisi ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.

▪️Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

▪️Matəmlə əlaqədar Azərbaycanın bütün məscidlərində həlak olanların xatirəsi anılacaq, onların ruhları üçün dualar oxunacaq.

▪️Eyni zamanda, matəm günü ilə əlaqədar televiziyaların proqramlarında dəyişiklik olacaq. Təhsil müəssisələrində isə tədris ənənəvi qaydada davam edəcək.

Vüsət Əzizov

25 Dec, 19:44


Düşünürəm ki, ekipaj üzvləri dövlət səviyyəsində təltif ediləcək.
Birmənalı olaraq hər bir üzv Qəhrəmandı. Son ana qədər təyyarəni təhlükəsiz endirmək üçün çalışdılar. Baxmayaraq ki, öz həyatları nı riskə atdılar. Sağ qalanların sayının çox olması əslində pilotun peşəkarlığın göstəricisidi ki,xüsusi manevrlər və digər zəruri addımları atıb.
Uzun illər idi ki, sərnişin təyyarəsi ilə bağlı “AZAL”da bədbəxt hadisə baş vermirdi. Təbii ki,hadisənin səbəbləri və nəticələri barədə araşdırma edildikdən sonra rəsmi açıqlama veriləcək.
Allah sağ qalanlara şəfa versin,vəfat edənlərə rəhmət etsin!
Allah xalqımızı bütün bəlalardan qorusun!

Vüsət Əzizov

25 Dec, 19:29


🛩 Son ana qədər əlindən gələni edən ekipajın komandiri İqor Kşnyakin.

🥀 Allah rəhmət eləsin!

Vüsət Əzizov

25 Dec, 19:09


Bu günki təyyarə qəzası zamanı təyyarədə olanlardan biri də əslən Balakən rayonundan olan, lakin Sumqayıt şəhərində ailəsiylə birgə kirayə yaşayan Mahmud Tutunçuyevin həlak olması barədə məlumat təsdiqlənib.

APA xəbər verir ki, 20 yaşlı Mahmud Tutunçuyev Bakı Avrasiya Universitetinin tələbəsi olub.

O, evin tək övladı idi.

Vüsət Əzizov

25 Dec, 17:52


Hökümə Əliyeva faciənin qəhrəmanlarından biri kimi yaddaşlarda iz buraxdı. Qəzadan yalnız dəqiqələr öncə sərnişinləri sakitləşdirmək üçün “Hər şey yaxşı olacaq” deyən bu cəsur xanım, əzm və iradə nümunəsi göstərərək son ana qədər güclü qalmağa çalışdı.

BDU-nun Hüquq fakültəsinin magistratura pilləsini bitirən Hökümə Əliyeva yalnız bir hüquqşünas deyil, eyni zamanda insanlara dəstək olan, çətin anlarda təmkinini qoruyaraq ətrafındakılara ümid verməyə çalışan bir şəxs kimi tanınırdı. Onun bu hərəkətləri göstərir ki, yalnız peşəkar deyil, eyni zamanda dərin insanlıq keyfiyyətlərinə sahib biri idi.

Təəssüf ki, son məlumatlara görə, Hökümə Əliyevanın adı sağ qalanlar arasında yoxdur. Onun bu həyatdan ayrılarkən göstərdiyi əzm və iradə isə hamımız üçün böyük bir dərs və ilham mənbəyi olacaq.

Bu itki, yalnız ailəsi və yaxınları üçün deyil, həm də onu tanıyan və hörmət edən hər kəs üçün ağır bir zərbədir. Hökümə Əliyeva güclü, əzmkar, iradəli bir insan kimi yaddaşlarda qalacaq. Allah rəhmət eləsin!

©️Azərbaycan Universitetləri

Vüsət Əzizov

25 Dec, 17:45


🔴Qəzadan dəqiqələr öncə sərnişinlərə "hər şey yaxşı olacaq" demişdi Hökümə Əliyeva.

‼️Yayılan videodakı səsləri faciənin dəhşətini göstərir. O, BDU-nun Hüquq fakültəsinin magistratura pilləsini bitirib.

😪Son məlumata görə, Hökümə Əliyevanın adı sağ qalanlar sırasında yoxdur 😪😪😪


©️Azərbaycan Universitetləri

Vüsət Əzizov

25 Dec, 17:18


Azərbaycanda təyyarə qəzalarının hamısı dekabr ayında olub.

Orxan Şirinov

Vüsət Əzizov

25 Dec, 17:13


AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğramasından sonra 14 Azərbaycan, 9 Rusiya və 3 Qırğızıstan vətəndaşı sağ qalıb.

“Report” xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev məlumat verib.

“Göyərtədə 37 Azərbaycan vətəndaşı olub – 23-ü ölüb, 14-ü sağ qalıb, 16 Rusiya vətəndaşı olub – 7-si ölüb, 9-u sağ qalıb, Qırğızıstan vətəndaşlarının hər üçü sağ qalıb, təəssüf ki, Qazaxıstandan olan 6 sərnişinin hamısı ölüb”, - Karabayev Aktauda keçirdiyi brifinqdə deyib.

Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub.

Son məlumata görə, təyyarə qəzasından 32 nəfər sağ çıxıb.

Hadisə ilə bağlı Azərbaycanda dekabrın 26-sı matəm günü elan edilib.

Vüsət Əzizov

04 Dec, 11:56


💬“Elm və Təhsil Naziriliyinin gördüyü ən yaxşı işlərdən biri 5 yaşlıların məktəbə hazırlığa cəlb olunmasıdır”.

Apa.аz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Elm və Təhsil Nazirliyi, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Təhsil İnstitutunun tərəfdaşlığı ilə “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı II beynəlxalq konfransda deyib.

O bildirib ki, hər 10 uşaqdan 8-9 uşaq ən azından 1 illik məktəbə hazırlıq qruplarında təhsil alır.

O əlavə edib ki, təhsildə olan dəyişikliklərin uzunmüddətli olmasının səbəbi vaxtilə edilən və ya edilməyən işlərin nəticəsini 10-15 il sonra görməyimizdir:

“Biz ilkin nəticələri 10-15 ilə, real nəticələri, iqtisadiyyata verilən nəticələri isə 25 və ya daha çox ilə görürük. Düşünürəm ki, bunlar uzunmüddətli vaxta görülən işlərdir. Biz Elm və Təhsil Nazirliyi olaraq inanırıq ki, məktəbə hazırlıq üçün olan nəticələri ola bilsin ki, cəmiyyət 5 il sonra görməsin, amma 20 il sonra mütləq görəcək”.

Nazir bildirib ki, qarşıda olan digər çağırış isə məktəbə hazırlıqda 3-4 yaşı əhatə etməkdir.

O bildirib ki, məktəbə hazırlıq üçün indi 5-6 yaşı əhatə ediriksə, məqsəd bunu daha aşağı yaşa, 3-4 yaşa endirməkdir.

Vüsət Əzizov

04 Dec, 11:47


Rəsmi: Dekabrın 4-də Bakı şəhəri 329 nömrəli tam orta məktəbdə tənəffüs vaxtı X sinif şagirdi digər şagirdə (müvafiq səbəbdən şagirdlərin adı qeyd olunmur) qəfildən kəsici alətlə xəsarət yetirib.

Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, müvafiq araşdırmalara başlanılıb. Həmçinin hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır.

Vüsət Əzizov

04 Dec, 08:56


Direktorların işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verildi

Şagird sayı 500 nəfərdən çox olan ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başladı. Elektron sənəd qəbulu mərhələsi 4-9 dekabr tarixlərini əhatə edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər 9 dekabr saat 12:00-dək https://miq.edu.az/direktor linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, müsabiqədə ali təhsilli, pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ixtisaslaşmış, minimum 5 il (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik və hazırda ümumi təhsil müəssələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

#ElmVəTəhsilNazirliyi #MÜTDA #ARTİ #İRM #EduAzİRM #DİQ

Vüsət Əzizov

04 Dec, 08:45


Daha kiçik kəndlərdə məktəbəqədər təhsildə "ailə modeli" yaratmaq üçün pilot layihə üzərində işləyirik.
"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı II beynəlxalq konfransda deyib.
O deyib ki, ucqar kəndlərdə avtobus vasitəsilə məktəbəqədər təhsil xidmətini göstərmək planlaşdırılır: "İcma əsaslı məktəbəqədər təhsil mümkün olmayan ərazilərdə bu modeli tətbiq edəcəyik. Bu modeldə uşaqların bir ailədə təhsil alması nəzərdə tutulur. Ucqar kəndlərdə bunun üçün avtobuslar ayrıla bilər".

Vüsət Əzizov

04 Dec, 08:35


8 Dekabr tarixində Müstəqil Qiymətləndirmə Mərkəzi və OTK.AZ birlikdə Azərbaycan və Rus bölməsi üzrə IX,X,XI siniflər üçün DİM-in 2025-ci ildə təşkil edəcəyi I,II,III və IV ixtisas qrupları üzrə blok imtahanı modelinə uyğun ənənəvi sınaq imtahanı təşkil ediləcək.

Qeyd: Artıq bu ildən etibarən Xırdalan şəhərində də otk.az və MQM sınaqları canlı şəkildə təşkil edilir.
Ünvan: Xırdalan şəhəri,Heydər Əliyev prospekti 1282 ,”Silsilə” Tədris Mərkəzi
(AAAF Park yaşayış kompleksinin yaxınlığı)
Məkan : https://maps.google.com/?q=40.458954,49.732197


Sınaq imtahanı ənənəvi şəkildə saat 10:00, online şəkildə 11:00-da keçiriləcəkdir.


İmtahan müddəti: 3 saat

İmtahan qiyməti:
Ənənəvi 3 fənn - 16 AZN
Ənənəvi 4 fənn - 20 AZN

Online:
3 fənn - 10 AZN
4 fənn - 12 AZN


Biletləri əldə etmək üçün əlaqə məlumatları:

Xırdalan şəhəri, Silsilə Tədris Mərkəzi üzrə:
+994 (55) 644 33 45
+994 (70) 644 33 45


☎️*1500 (QAYNAR XƏTT)
Bakı şəhəri üzrə:
+994 (12) 488 08 78
+994 (70) 288 08 75
+994 (55) 588 08 75
+994 (70) 688 08 75

Xüsusi qeyd: 8 dekabr imtahanları üçün bilet əldə etmək üçün ən son 5 dekabr saat 17:00-a qədər müraciət edə bilərsiz, bu saatdan sonra olunan müraciətlərə görə bilet əldə etmək mümkün olmur. Çünki artıq sistem bağlanır və imtahan iştirakçılarının sual kitabçaları və cavab vərəqləri çapa gedir.
Hər birinizə uğurlar!

Vüsət Əzizov

04 Dec, 08:22


📣 Bu gün saat 12:00-dan etibarən şagird sayı 500 nəfərdən çox olan və vakant direktor vəzifəsi mövcud olan ümumi təhsil müəssisələri üçün elektron qeydiyyat mərhələsinə start verilib.

Müsabiqədə ali təhsilli, pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ixtisaslaşmış, minimum 5 il (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik və hazırda ümumi təhsil müəssələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

📌 Direktorların işə qəbul müsabiqəsi namizədlərin bilik və bacarıqlarını qiymətləndirmək məqsədilə iki mərhələdə - yazılı imtahan və müsahibə mərhələsində keçiriləcək.

Vüsət Əzizov

04 Dec, 07:46


📣 Məktəbəqədər təhsildə ən vacib məsələlərdən biri bu sahədə olan mütəxəssislərin hazırlığıdır.

👤 Bu fikirləri Elm və təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" II Beynəlxalq Konfransda çıxışı zamanı söyləyib:

📌 Biz ilk dəfə olaraq məktəbəqədər təhsil müəssisələrində diaqnostika həyata keçirdik. Məqsədimiz 2014-2015-ci ildən başlayaraq məktəbəqədər təhsil müəssisələrində əvvəlcə diaqnostika, sonra isə sertifikasiya prosesini tətbiq etməkdir.

📌 Hazırda diaqnostik mərhələni başa çatdırmışıq və növbəti illərdə məktəbəqədər təhsil müəssisələrinin sertifikasiyaya cəlb edilməsi planlaşdırılır

Vüsət Əzizov

04 Dec, 07:29


"Məktəbəqədər təhsilin əlçatanlığı və keyfiyyətinin artırılması sahəsində aparılan işlər daha da prioritetləşdirilməlidir. Ümumtəhsil sisteminin keyfiyyəti ilə bağlı olan problemləri də təhsilin bu mühüm pilləsində həll etməyə çalışmalıyıq”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı II beynəlxalq konfransda çıxışı zamanı deyib.

‼️ muallim.edu.az/news/6750026b0856e6b67eda28e3

#AzərbaycanMüəllimi #MəktəbəqədərTəhsil #Konfrans

Vüsət Əzizov

04 Dec, 04:29


“Bu il 8 fənnin kurikulumunın təkmilləşdirməsi prosesini apardıq. Bütün kurikulumların istifadə yönümlü olması diqqət edilən əsas məqamlardan biridir”. Bunu Təhsil İnstitutunun Təbiət və texniki fənlərin proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov "Azərbaycan müəllimi"nə açıqlamasında qeyd edib.
O, yenilənən tədris proqramları haqda danışaraq bildirib ki, həm müəllimlər, həm də dərslik müəllifləri üçün məzmunun aydın, konkret şəkildə izah edilməsinə önəm verilib:
“Çalışdıq ki, bu, sadəcə, bir rəsmi sənəd olmasın, müəllimlərin tədris zamanı rahat və faydalı şəkildə istifadə edəcəkləri bir vəsait olsun. Eyni zamanda, istədik ki, bütün fənlərin məzmununda müəyyən dərəcədə optimallaşdırma aparaq”. 
M.Məhərrəmov əlavə edib ki, kimya, fizika, biologiya, təbiət və həyat bilgisi fənləri üzrə kurikulumların təkmilləşdirilməsi zamanı inteqrativlik də təmin edilib: “Hesab edirik ki, 2025-ci ilin sonunda artıq məktəblərdə tədris olunan bütün fənlərin kurikulumlarını təkmilləşdirmək prosesini başa çatdıracayıq”.

Vüsət Əzizov

03 Dec, 18:56


4 dekabr saat 12:00-dan etibarən şagird sayı 500 nəfərdən çox olan və vakant direktor vəzifəsi mövcud olan ümumi təhsil müəssisələri üçün elektron qeydiyyat mərhələsinə start veriləcək.
“Azərbaycan müəllimi” xəbər verir ki, müsabiqədə ali təhsilli, pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ixtisaslaşmış, minimum 5 il (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər. 
Qeyd edək ki, namizədlərin təqdim etdiyi məlumatların müsabiqə şərtlərinə uyğunluğu yoxlanıldıqdan sonra yalnız tələblərə cavab verən ərizələr təsdiqlənəcək.

Vüsət Əzizov

03 Dec, 18:31


“Yeni ixtisaslara aid təhsil proqramlarının hazırlanması təşəbbüsü ilə bağlı bir sıra dəyişikliklər nəzərdə tutulub. Bu dəyişikliklər əsasən maraqlı tərəflərin təşəbbüsü əsasında həyata keçiriləcək. Maraqlı tərəflər dedikdə, işəgötürənlər, sahibkarlar, müxtəlif assosiasiyalar və ali təhsil müəssisələri nəzərdə tutulur. Onlar uyğun ixtisaslara dair təkliflərini müvafiq ali təhsil müəssisələrinə təqdim etməlidirlər”.

Bunu "Azərbaycan müəllimi"nə açıqlamasında elm və təhsil nazirinin müavini İdris İsayev deyib.

Vüsət Əzizov

03 Dec, 16:26


Qvineya-Bisau Respublikasının nümayəndə heyəti DİN-in Polis Akademiyası ilə tanış olub

Ölkəmizdə səfərdə olan Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq, xaricdəki icmalar naziri Karlos Pinto Pereiranın başçılıq etdiyi nümayəndə heyəti DİN-in Polis Akademiyası ilə tanış olublar, kadr hazırlığı prosesi ilə maraqlanıblar.

DİN-in Polis Akademiyası

Vüsət Əzizov

03 Dec, 15:48


Milli Müdafiə Universitetində Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib

Dekabrın 3-də Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Müdafiə Sənayesi Direktorluğunun Müdafiə Sənayesi Akademiyasının sədri professor Cenk Aktaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Türkiyə nümayəndə heyətinə Milli Müdafiə Universitetinin yaranma tarixi, təhsil sistemi və əsas fəaliyyət istiqamətləri ilə bağlı brifinq təqdim olunub, Azərbaycan Ordusunda hərbi təhsil sahəsində aparılan uğurlu islahatların müsbət nəticələri barədə ətraflı məlumat verilib.
Görüşdə hərbi təhsil sahəsində qarşılıqlı maraq doğuran məsələlərə dair geniş fikir mübadiləsi aparılıb. Bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Ətraflı:
https://mod.gov.az/az/news/milli-mudafie-universitetinde-turkiye-numayende-heyeti-ile-gorus-kecirilib-53500.html

Azərbayacan Respublikası Müdafiə Nazirliyi

Vüsət Əzizov

03 Dec, 15:05


Bu gündən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrində vakanat psixoloq, kitabxana müdiri, kitabxanaçı və katib-makinaçı vəzifələri üzrə sənəd qəbuluna başlanılıb.
 
Modern.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən bildirilib, təhsil müəssisələrində tədris-köməkçi heyət üçün keçirilən müsabiqəyə 84 vakant yer çıxarılıb.
 
Müsabiqəyə psixoloq vəzifəsi üzrə 50, kitabxana müdiri və kitabxanaçı vəzifəsi üzrə 25, katib-makinaçı vəzifələri üzrə isə 9 olmaqla ümumilikdə 84 vəzifə çıxarılıb. 

Vüsət Əzizov

03 Dec, 14:52


İxtisasların təsnifatı magistratura və rezidentura səviyyələri üzrə 2011-ci ildə, bakalavriat səviyyəsi üzrə isə 2019-cu ildə təsdiqlənib. 2019-cu ildə bakalavriat səviyyəsi üzrə təsdiqlənmiş təsnifata əsasən qəbul olan tələbələrin məzun olduqda təhsillərini davam etdirmələri üçün magistratura səviyyəsində də təsnifatın uyğulaşdırılması zərurəti yaranıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında elm və təhsil nazirinin müavini İdris İsayev bildirib.
O qeyd edib ki, bu səbəbdən müxtəlif səviyyələr üzrə ixtisasların cari təsnifatını yenidən işləyərək vahid qərarda təsdiqləmə zərurəti yaranıb. Nəticədə vahid qərarla dörd təhsil səviyyəsi əhatə olunmuş və təsnifatların cədvəlləri təsdiq edilib. Təsdiq edilən təsnifata bakalavriat səviyyəsi üzrə 153, əsas (baza ali) tibb təhsili səviyyəsi üzrə 3, magistratura səviyyəsi üzrə 129, rezidentura səviyyəsi üzrə 44 ixtisas daxil edilib.
Ali təhsilin bakalavriat səviyyəsi üzrə 7 yeni ixtisas (“Riyaziyyat və fizika müəllimliyi”, “Data analitikası”, “Kənd təsərrüfatı texnologiyaları”, “Heyvandarlıq”, “Qidalanma və diyetologiya”, “Proqram təminatı mühəndisliyi” və “Qida texnologiyaları”) təsnifata əlavə olunub. Eyni zamanda 9 ixtisasın adında dəyişiklik edilib. 
Bundan əlavə, magistratura və rezidentura səviyyələrində ixtisaslaşmaların siyahısında əmək bazarının tələbələrinə uyğun daha çevik dəyişikliklər etmək məqsədilə hər bir ixtisasa aid olan ixtisaslaşmalar təsnifatdan çıxarılıb və yeni təsnifat yalnız ixtisaslar üzrə tərtib edilib. Məhz bu səbəbdən təsnifatların təsdiqindən irəli gələrək Nazirlər Kabinetinin bir neçə qərarında, o cümlədən “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nda, “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi qaydaları”nda, “Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları”nda müəyyən dəyişiklik edilib.
Dəyişikliyə əsasən rezidentura və magistratura səviyyələrində hər bir ixtisas üzrə ixtisaslaşmalar həmin ixtisasın təhsil proqramında sahələr üzrə müəyyən olunacaq.
Digər yenilik isə magistratura səviyyəsi üzrə təsnifatda təhsil ixtisaslarının bir ixtisas (“Pedaqogika”) altında ixtisaslaşma olaraq verilməsidir. 
“Ali təhsilin rezidentura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nda isə 21 ixtisas ləğv edilib, 8 yeni ixtisas təsnifata əlavə olunub və 8 ixtisasın adı dəyişdirilib.

Vüsət Əzizov

03 Dec, 14:28


Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində vakant vəzifələrin tutulması üçün keçirilən daxili müsahibədə uğur qazanan namizədlər Təhsil Nazirliyinə və rayon Təhsil Şöbələrinə yeni vəzifələrə təyin olunublar.
Nazirlikdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə Elşən Tofiq oğlu Qəbulov Təhsil Nazirliyi Aparatının Məktəbəqədər və ümumitəhsilin idarə edilməsi şöbəsinə şöbə müdiri,  Gültəkin Əli qızı Rüstəmli həmin şöbəyə sektor müdiri, Sahil Əkbər oğlu Əlizadə Babək rayon Təhsil Şöbəsinə,  Murad Rövşən oğlu Hümbətov Culfa rayon Təhsil Şöbəsinə, Ayaz İdris oğlu Əliyev isə Kəngərli rayon Təhsil Şöbəsinə müdir təyin olunublar.

Vüsət Əzizov

03 Dec, 14:04


📣 7 yeni ixtisas YARADILDI

“Riyaziyyat və fizika müəllimliyi”, “Data analitikası”, “Kənd təsərrüfatı texnologiyaları”, “Heyvandarlıq”, “Qidalanma və diyetologiya”, “Proqram təminatı mühəndisliyi” və “Qida texnologiyaları” ixtisasları təsnifata əlavə olunub:

"Eyni zamanda 10 ixtisasın adında dəyişiklik edilib”.

👤 Bunu elm və təhsil nazirinin müavini İdris İsayev Nazirlər Kabinetinin ali təhsil pilləsi üzrə yeni qərarlarını şərh edərkən deyib.


Ətraflı:

Ali təhsil səviyyələri üzrə ixtisasların yeni Təsnifatı təsdiqlənib.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib.
1. “Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Ali təhsilin əsas (baza ali) tibb təhsili səviyyəsi üzrə ixtisasların Təsnifatı” təsdiq edilsin (2 nömrəli əlavə).
3. “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların Təsnifatı” təsdiq edilsin (3 nömrəli əlavə).
4. “Ali təhsilin rezidentura səviyyəsi üzrə ixtisasların Təsnifatı” təsdiq edilsin (4 nömrəli əlavə).

Vüsət Əzizov

03 Dec, 13:24


📣 7 yeni ixtisas YARADILDI

“Riyaziyyat və fizika müəllimliyi”, “Data analitikası”, “Kənd təsərrüfatı texnologiyaları”, “Heyvandarlıq”, “Qidalanma və diyetologiya”, “Proqram təminatı mühəndisliyi” və “Qida texnologiyaları” ixtisasları təsnifata əlavə olunub:

"Eyni zamanda 10 ixtisasın adında dəyişiklik edilib”.

👤 Bunu elm və təhsil nazirinin müavini İdris İsayev Nazirlər Kabinetinin ali təhsil pilləsi üzrə yeni qərarlarını şərh edərkən deyib.

Vüsət Əzizov

03 Dec, 10:45


Naxçıvan Dövlət Universitetinə rektor təyin olunub.

Vüsət Əzizov

03 Dec, 10:04


📣 Qaydalara əsasən sertifikasiya imtahanındam 50%-dən aşağı göstəricisi olan (30-dan aşağı bal toplayan) müəllimlərin əmək müqaviləsinə xitam verilir.

Repetitorluğa bu qədər tələbat olduğu halda minumum bal toplaya bilməyən müəllimlərin repetitor işləmələri üçün hansısa tənzimləməyə ehtiyac varmı?

👤 Milli Məclisin Elm və təhsil komitəsinin deputatı Ceyhun Məmmədov bildirib ki, sertifikasiyadan sonra müəllimlərin repetitor kimi fəaliyyət göstərmələri gözlənilən idi:

📌 Çünki o müəllimlər üçün maddi olaraq vəziyyətdən çıxış yolu təkcə repetitorluqdur.

📌 Məktəbdən əlavə uşaq hazırlaşdırmağı, bu fəaliyyətlə məşğul olmağı tənzimləyəcək hər hansısa qanun olmadığına görə bu gün bu prosesin qarşısını almaq çətindir.

📌 Repetitorluq o qədər geniş yayılıb ki, artıq bütün sahələri əhatə edir. Aidiyyatı qurumlar elə addımlar atmalıdırlar bu sahəyə indiki qədər meyil olmasın

Azedu

Vüsət Əzizov

18 Nov, 20:08


https://vt.tiktok.com/ZSjmJf3FD/

Vüsət Əzizov

18 Nov, 18:37


Ümumi təhsil müəssisələrində təhsil alıb, ümumi orta və tam orta təhsil səviyyəsini tamamlaya bilməyən şəxslər üçün eksternat təhsilalma forması üzrə ümumi orta və ya tam orta təhsil haqqında təhsil sənədi almaq məqsədilə sənəd qəbulu başlanır.

Sənəd qəbulu tarixləri:
Başlanğıc: 18 noyabr 2024-cü il
Son tarix: 04 dekabr 2024-cü il
İmtahanda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri rayon üzrə Təhsil sektorlarında yaradılmış komissiyaya təqdim edə bilərlər:

Tələb olunan sənədlər:
Qarabağ Regional Təhsil İdarəsinin müdiri adına ərizə (ərizədə faktiki yaşayış ünvanı və əlaqə nömrəsi göstərilməlidir).

Şəxsiyyət vəsiqəsinin notarius tərəfindən təsdiq olunmuş surəti.

3x4 ölçüdə 2 ədəd fotoşəkil.

Tam orta təhsil səviyyəsi üzrə eksternat təhsilalma forması ilə müraciət edildiyi halda, ümumi orta təhsil haqqında attestatın (şəhadətnamənin) notarius tərəfindən təsdiq olunmuş surəti.

Əvvəlki təhsil müəssisəsindən təhsildən yayınma səbəbi və tədris ili göstərilən arayış.

Yaş tələbi: Ümumi orta təhsil səviyyəsi üzrə attestat almaq üçün müraciət edən şəxslər 16 yaşından, tam orta təhsil səviyyəsi üzrə attestat almaq üçün müraciət edən şəxslər isə 18 yaşından aşağı olmamalıdır.
İmtahanın keçirilməsi:

Müraciət edən şəxslər mərkəzləşmiş qaydada keçirilən ümumi orta və ya tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarından əvvəl Qarabağ Regional Təhsil İdarəsi tərəfindən təşkil olunan aralıq imtahanlarında iştirak edəcəklər.

Rus dilində təhsil alan şəxslər əlavə olaraq Azərbaycan dili fənnindən imtahan verəcəklər.

#EduAz #MÜTDA #QarabağRTİ #Eksternat

Vüsət Əzizov

18 Nov, 16:46


Noyabrın 18-də COP29 çərçivəsində dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “QS Quacquarelli Symonds”  tərəfindən “Dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in nəticələri elan edilib.   "Azərbaycan müəllimi" xəbər verir ki, reytinqdə ölkəmizin 7 universiteti yer alıb. Həmin universitetlır aşağıdakılardır:
1. Bakı Dövlət Universiteti 941-950 2. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 1081-1100 3. Azərbaycan Dövlət Neft və Sənaye Unuversiteti 1351-1400 4. Bakı Mühəndislik Universiteti (BMU) 1451-1500 5. Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti 1501+ 6. Azərbaycan Texniki Unuversiteti 1501+ 7. Xəzər Universiteti 1501+

Vüsət Əzizov

18 Nov, 15:50


Noyabrın 18-də COP29 çərçivəsində dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “QS Quacquarelli Symonds” tərəfindən “Dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in nəticələri elan edilib.

Ətraflı: muallim.edu.az/news/673b4490d53cb250ff204039

Vüsət Əzizov

18 Nov, 15:39


🇦🇿Azərbaycan əhalisinin yeni sayı açıqlandı - 10 214 441 nəfər.

❗️Əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

⚡️Bu ilin 9 ayı ərzində ölkədə 43 932 ölüm halı qeydə alınıb.

Vüsət Əzizov

18 Nov, 14:06


“Bizim COP29 çərçivəsində apardığımız müzakirələr, əsasən iqlim dəyişikliyi ilə mübarizəyə dəstək verən təhsil mövzularına yönəlib. Əsas təşəbbüsümüzün bir hissəsi olaraq, beynəlxalq qiymətləndirmə layihələrinə iqlim savadlılığı və ətraf mühit savadlılığının daxil edilməsi təşəbbüsü irəli sürülüb”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu bu gün COP-29 çərçivəsində təşkil edilən media brifinqində elm və təhsil naziri Emin Əmrullayev deyib.

Vüsət Əzizov

18 Nov, 13:54


Bu ildən Azərbaycan Tibb Universitetinin tibb fakültəsinin 2-ci kurs tələbələri üçün iqlim dəyişikliyi və sağlamlıq fənnini tədris edilir.
https://az.trend.az/azerbaijan/society/3971769.html

Vüsət Əzizov

18 Nov, 13:31


Bu ildən Azərbaycan Tibb Universitetinin tibb fakültəsinin 2-ci kurs tələbələri üçün iqlim dəyişikliyi və sağlamlıq fənnini tədris edilir.
https://az.trend.az/azerbaijan/society/3971769.html

Vüsət Əzizov

18 Nov, 12:09


🇦🇿💸 Azərbaycanda minimum əməkhaqqı artırılır

Bu, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Bildirilir ki, minimum əməkhaqqı 2024-cü illə müqayisədə 55 manat, yaxud 15,9 faiz artırılaraq 400 manat olacaq.


✔️Qeyd edək ki, 2024-cü ildə minimum əməkhaqqı 345 manat olub.

#maaş #əməkhaqqı #money

Vüsət Əzizov

18 Nov, 12:00


"İqlim dəyişikliyi dünya üzrə hər yerdə hiss edilir. Gələcək nəsillərin bu məsələləri həll etmək üçün bilik və bacarıqlara malik olması əsas prioritetlərdəndir".

Bunu elm və təhsil naziri Emin Əmrullayev COP29 çərçivəsində "İqlim dayanıqlılığı üçün təhsilə investisiya: Erkən inkişafın və ekoloji savadlılığın gücləndirilməsi" mövzusunda təşkil olunan paneldə söyləyib.

Vüsət Əzizov

18 Nov, 12:00


YENİ! N2 2025 | ONLAYN

Vüsət Əzizov

18 Nov, 11:09


📌Prezident maaşların və sosial müavinətlərin artırılmasını tapşırıb - Samir Şərifov

📢“Prezidentin hökumətin qarşısında qoyduğu məsələ əməkhaqlarının artırılması ilə bağlıdır”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
‼️Nazir bildirib ki, əməkhaqlarının, sosial ödənişlərin artırılması ilə bağlı hökumətə tapşırıq verilib: “Bu da büdcə layihəsində əksini tapıb”.

Vüsət Əzizov

18 Nov, 08:47


24 noyabr tarixində Müstəqil Qiymətləndirmə Mərkəzi və OTK.AZ birlikdə Azərbaycan və Rus bölməsi üzrə VIII-IX siniflər üçün Dövlət İmtahan Mərkəzinin 2025-ci ildə IX siniflər təşkil edəcəyi yeni “Buraxılış imtahanı” modelinə uyğun ənənəvi sınaq imtahanı təşkil edəcək.

Qeyd: Artıq bu ildən etibarən Xırdalan şəhərində də otk.az və mqm.az sınaqları canlı şəkildə təşkil edilir.
Ünvan: Xırdalan şəhəri,Heydər Əliyev prospekti 1282 ,”Silsilə” Tədris Mərkəzi
(AAAF Park yaşayış kompleksinin yaxınlığı)
Məkan : https://maps.google.com/?q=40.458954,49.732197


Sınaq imtahanı ənənəvi şəkildə saat 09:00 və 13:00-da, online şəkildə 11:00-da keçiriləcəkdir.

🏆Yüksək bal toplayan (270+) şagirdlər sertifikatla mükafatlandırılacaq.

İmtahan müddəti: 3 saat

İmtahan qiyməti:
🔹VIII sinif:
Ənənəvi - 10 AZN
Online - 6 AZN

🔹IX sinif:
Ənənəvi - 14 AZN
Online - 9 AZN


Biletləri əldə etmək üçün əlaqə məlumatları:

☎️*1500 (QAYNAR XƏTT)
Bakı şəhəri və digər regionlar və şəhərlər üzrə:
+994 (12) 488 08 78
+994 (70) 288 08 75
+994 (55) 588 08 75
+994 (70) 688 08 75

Xırdalan şəhəri, Silsilə Tədris Mərkəzi üzrə:
+994 (55) 644 33 45
+994 (70) 644 33 45

Vüsət Əzizov

18 Nov, 08:21


Əziz şagirdlər!😍 MÜSTƏQİL QİYMƏTLƏNDİRMƏ MƏRKƏZİ VƏ OTK.AZ birlikdə 1 Dekabr tarixində I-VII SİNİFLƏR üçün sınaq imtahanı keçirəcək.😍

Azərbaycan və Rus bölmələri üzrə.
İngilis dili, Rus dili, Alman dili, Fransız dili xarici dil seçimləri ilə.
Əyani: 09:00 və 12:00; Online: 11:00
İmtahan qiyməti:

•Əyani I siniflər - 5 AZN / Online 3 AZN

•Əyani II-IV siniflər - 6 AZN / Online 4 AZN

•Əyani V-VII siniflər - 8 AZN / Online 5 AZN


Qeyd: Artıq bu ildən etibarən Xırdalan şəhərində də otk.az və mqm.az sınaqları canlı şəkildə təşkil edilir.
Ünvan: Xırdalan şəhəri,Heydər Əliyev prospekti 1282 ,”Silsilə” Tədris Mərkəzi
(AAAF Park yaşayış kompleksinin yaxınlığı)
Məkan : https://maps.google.com/?q=40.458954,49.732197

Biletləri əldə etmək üçün əlaqə məlumatları:

☎️*1500 (QAYNAR XƏTT)

Bakı şəhəri və digər regionlar və şəhərlər üzrə:
+994 (12) 488 08 78
+994 (70) 288 08 75
+994 (55) 588 08 75
+994 (70) 688 08 75

Xırdalan şəhəri, Silsilə Tədris Mərkəzi üzrə:
+994 (55) 644 33 45
+994 (70) 644 33 45


#sınaqimtahanı #sınaq #onlinesinaq #onlinesinaq #abituriyentsınağı #buraxılışimtahanı #buraxılış
#mqm #студент #испытательныйэкзамен #müstəqilqiymətləndirməmərkəzi #экзамен #imtahan #абитуриент

Vüsət Əzizov

18 Nov, 07:57


10-cu sinfin sonunda 2 həftəlik təqaüd proqramı ilə ABŞ universitetinə gedir. Orda artıq ABŞ-ın reytinqli universitetlərindən birində oxumağı qarşısına məqsəd qoyur. Bakalavr təhsili üçün ABŞ-la yanaşı, təqaüd imkanı olan digər xarici universitetlərə də müraciət edir. Eyni zamanda Dövlət İmtahan Mərkəzinin Universitetlərə qəbul imtahanında da iştirak edib 686 bal toplayır. 5-6 xarici universitetdən təqaüd alır, ancaq arzusunda olduğu Harvard Universitetinə təqaüdlü qəbul olduğu üçün digər variantlar haqqında artıq düşünmür.

Universiteti bitirəndən qısa müddət sonra isə “Meta” şirkətində işə başlayır. Valyuta.az-ın müsahibi “Meta”da süni intellekt mühəndisi olaraq çalışan 23 yaşlı İlkin Bayramlıdır.

– İlkin bəy, məktəb vaxtı humanitar yöndə aktiv olmusunuz, respublika olimpiadalarında tarix və ingilis dilindən qalib gəlmisiniz. Bəs texniki sahədə çalışmağınız necə oldu?

– Bəli, məktəb vaxtı humanitar yönə maraq göstərirdim. Məktəblilər arasında keçirilən olimpiadalara tarix fənnindən qatılırdım. Respublika olimpiadasında bir dəfə respublika ikincisi olmuşdum. ADA Universitetində keçirilən ingilis dili olimpiadasında ikinci yeri tutmuşdum. Texniki fənlərdən ən çox riyaziyyatı sevirdim. Ümumilikdə, bütün fənləri yaxşı oxumuşam. Məktəbi qızıl medalla bitirmişəm.
Sahə seçiminə gəlincə, atam iqtisadçı olduğu üçün mən də o istiqamətə getməyi planlayırdım. Universitetdə oxuduğum dövrdə yönümü tam dəyişib texniki sahəyə istiqamətləndim.

– Bakalavr təhsilini ölkə xaricində alanların sayı zamanla artsa da, 2017-ci ildə indiki qədər deyildi. Sizi ABŞ-da təhsilə yönləndirən şəxs olmuşdu?

– Xaricdə təhsil almağı özüm istəyirdim. Amma xaricdə təhsilin xərci yüksək olduğu üçün o zaman üçün bunu real görmürdüm. Mən orta təhsili başa vurduğum illərdə Azərbaycanda xaricdə təhsil üzrə dövlət proqramı dayanmışdı. Tam təqaüdlü təhsil istəyirdim, valideynlərimi xərcə salmaq istəmirdim. 2017-ci ildə ətrafımda bakalavr təhsili üçün ABŞ universitetlərindən birinə tam təqaüdlə qəbul olan kimsə yox idi ki, o nümunəni görüb həvəslənim. Araşdırdım və məlum oldu ki, bəzi Türkiyə və Avropa universitetlərində tam təqaüd imkanı var. ABŞ-da isə Harvard, Yale kimi reytinqli 3-4 universitetdə o imkanı qazanmaq olar. Qəbul ola bilsən, tam təqaüd verirlər amma qəbul olmaq çətindir. Çətinliyini bilirsən və ətrafda da bu imkanı qazananlar olmadığı üçün o qədər də təsəvvürün olmur.

– Amma Harvardda oxumağı bacarmısınız.

– Özü də tam təqaüdlə (Gülür).

Ətraflı:

https://bakuplus.az/2024/11/18/harvardda-pulsuz-oxudu-natureda-maqalasi-cap-olundu-23-yasda-metadadir/

Vüsət Əzizov

18 Nov, 07:33


COP29-da təhsillə bağlı önəmli gün.

İlk dəfə keçiriləcək İnsan İnkişafı Günündə insan inkişafı, gənclər, səhiyyə və təhsil məsələlərinə əlaqəli şəkildə yanaşılacaq, eyni zamanda hər bir tematik problemə, o cümlədən iqlim dəyişməsinə ayrıca bir prioritet məsələ kimi hərtərəfli baxılacaq.

Ətraflı: https://shorturl.at/y7ge2

Vüsət Əzizov

18 Nov, 07:22


Uşaqlar üçün ümumvətəndaş pasportu almaq məqsədilə müraciət edərkən aşağıdakı sənədlər təqdim olunmalıdır:

☑️ Vətəndaşın şəxsiyyət vəsiqəsi;
☑️ Vətəndaşın doğum haqqında şəhadətnaməsi;
☑️ Hər iki valideynin şəxsiyyət vəsiqələri;
☑️ Hər iki valideynin razılığı.

📌 Uşaq üçün ümumvətəndaş pasportu alarkən hər iki valideyn uşaqla birgə müraciət etməlidir. Valideynlərdən biri gələ bilmədiyi halda notarial qaydada təsdiq olunmuş razılığını digər valideynə verməlidir.

Vüsət Əzizov

18 Nov, 06:54


Qubada tələbə qəfil dünyasını dəyişib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Rustov kəndində baş verib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının 3-cü kurs tələbəsi 19 yaşlı Ləman Osmanova dünən yaşadığı evdə ürəktutmadan vəfat edib.
Faktla bağlı araşdırma aparılır.

Vüsət Əzizov

17 Nov, 14:48


https://vt.tiktok.com/ZSja11hE2

Vüsət Əzizov

17 Nov, 11:48


Bu gün keçirilən 11-ci sinif canlı buraxılış sınaq imtahanı sabah otk.az portalına onlayn imtahan kimi yerləşdiriləcək, yazılıb imtahan verə biləcəksiniz