📌 İstanbulda " Türk və İslam Əsərləri " muzeyində Qacar şahzadəsi, Azərbaycan əyalətinin başçısı Abbas Mirzənin rəsmi
📝Eyni məna verən iki söz: Azərbaycan və Abbas Mirzə
Azərbaycan tarixində mühüm yer tutan Qacarlar nəsli Azərbaycan dövlətçiliyi, tarixi üçün çox görkəmli şəxsiyyətlər yetişdirib. Onlardan tarixə öz şərəfli imzalarını atmış şəxslər çoxdur.
🔹Belə tarixi şəxsiyyətlərdən biri Abbas Mirzə Qacardır. Abbas Mirzə bəzi mənbələrə görə, 1788, bəzi mənbələrə görə isə 1789-cu ildə Laricanda anadan olub. O, qacarlar sülaləsinin təməlini qoymuş Ağa Məhəmməd şah Qacarın sevimli nəvələrindən biri olub. Abbas Mirzə Fətəli şah Qacarın oğlu, Ağa Məhəmməd şah Qacarın “Şah babam” dediyi və qucağında böyütdüyü şahzadə idi.
🔹Abbas Mirzəyə olan münasibət sovet tarixşünaslığında olan bir fikrin kökündən yanlış olduğunu sübut edir – Ağa Məhəmməd şah Qacar yalnız istər ana, istərsə də ata tərəfdən Qacar nəslindən olan şəxsləri hökmdar görmək istəyirdi. Bu isə onu göstərir ki, Abbas Mirzə həm ata, həm ana tərəfdən təmiz Qacar nəslindən idi.
🔹 Bəzi mənbələrə görə, Abbas Mirzənin uşaqlığı Şimali Azərbaycanda, xüsusilə, Bakı ətrafında keçib. Görünür, bu torpaqda böyüməsi, uşaq vaxtından “naibü-səltənət” (“səltənətin sahibi”), yəni atasından sonra taxta çıxacaq adam kimi böyüməsi onu Azərbaycana daha çox bağlamışdır.
Azərbaycan və Abbas Mirzə🇦🇿❤️
🔹XIX yüzilliyin əvvəllərində bu iki ad çox zaman analoq kimi səslənirdi. O dövr müəlliflərinin yazdığına görə, yeni doğulan uşaqların yarıdan çoxuna Abbas Mirzə adını qoyurdular.
📝Azərbaycanlıları təhsil almaq üçün Avropaya göndərən maarifçi Abbas Mirzə
🔹O, Azərbaycan tarixinə təkcə sərkərdə kimi yox, eyni zamanda maarifçi kimi daxil olub. Abbas Mirzənin təşəbbüsü ilə seçilən xüsusi istedadlı uşaqlar təhsil almaq üçün Avropaya göndərilirdi. Hərbi təhsil almış o gənclər II Rusiya-Qacar müharibəsində, xüsusilə, 1821-23-cü illərdə baş verən Osmanlı-Qacar müharibələrində yaxından iştirak ediblər.
Abbas Mirzə təkcə, orduda islahat tərəfdarı deyildi. O, bütövlükdə, sistemin islahatı üçün çalışırdı. Məsələn, İngiltərədə II Henrixin dövründə belə bir qayda vardı ki, kəndli feodal məhkəməsindən keçmədən birbaşa kral məhkəməsinə müraciət edə bilərdi. Eyni qaydanı Abbas Mirzə də qoymuşdu. Vergilər azaldılmışdı. Bunu da belə əsaslandırdı ki, müharibə aparan ölkə Azərbaycan olduğu üçün, əhali vergidən azad olunmalıdır. Çünki Azərbaycan əhalisinin çoxu orduda döyüşürdü. Su çiçəyinə qarşı peyvənd ilk dəfə Abbas Mirzənin dövründə Təbrizdə aparılıb.
✳️Son nəfəsində “Azərbaycan” deyərək dünyaya göz yuman şahzadə
🔹Abbas Mirzə son günlərini fəth etdiyi Xorasanda keçirir. Gözlənilirdi ki, Herat istiqamətində hərəkətə keçib ingilislərlə döyüşəcək, lakin uşaqlıqdan onu tutan xəstəlik artıq onun yaşamasına imkan vermədi. Ömrünün sonuna yaxın, yəni 1833-cü ildə kiçik qızının xatirələrində qeyd olunub ki, Abbas Mirzə ömrünün son anlarında sayıqlayırmış. Qızı yazır: “Mən ona yaxınlaşanda bu sözləri eşitdim: “Azərbaycan”. Atam dünyaya “Azərbaycan” deyərək göz yumdu.
🇹🇷🇦🇿 @MutluTurkum