Education🎓 @education_az Channel on Telegram

Education🎓

@education_az


Abituriyentlərin N1 Təhsil Kanalı.✅️

✔️Bütün fənlərə aid testlər, sınaqlar

✔️DİM-dən ən son RƏSMİ xəbərlər

✔️Buraxılış və qəbula düşmüş suallar

İnstagram: https://www.instagram.com/educationn_az?igsh=MWU3emN0

Kanala istek atıb bir qədər gözləyin.⤵️

Education🎓 (Azerbaijani)

‘Education🎓’ Telegram kanalı abituriyentlər üçün ən yaxşı təhsil mənbəyi olaraq fəaliyyət göstərir. Kanalda bütün fənlərlə bağlı testlər və sınaqlar, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yayımlanan son rəsmi xəbərlər, buraxılış və qəbula düşmüş suallar paylaşılır. Bu kanal sayəsində abituriyentlər təhsilə hazırlaşma prosesini daha effektiv və rahat keçirə bilərlər. Ayrıca, kanalın İnstagram səhifəsində daha çox məlumat əldə etmək mümkündür. Kanalın linki: https://www.instagram.com/educationn_az?igsh=MWU3emN0. Kanala istək ataraq, abituriyentlər bu qeyri-adi təhsil mənbəyindən faydalanmaq imkanına malik olurlar. Yenilikləri ən tez başqa kimsədən öyrənmək üçün ‘Education🎓’ kanalını izləməyi unutmamalıdırlar. İstəklilər kanalı təqdim olunan linkdən əldə edə bilərlər. Kanala əlavə olaraq, istək göndərərək bir neçə dəqiqə gözləmək kifayətdir. ‘Education🎓’ kanalı təhsil məsələlərində məsuliyyətlə fəaliyyət göstərən və tələbələrin nailiyyətləri üçün faydalı məlumatlar paylaşan bir platformdur.

Education🎓

20 Feb, 17:26


Ödənişlər artıb.

Education🎓

20 Feb, 08:14


🔹Buraxıış imtahanına hazırlaşırsan
🔸Azərbaycan dili nəticələrin 1️⃣0️⃣0️⃣ faiz olsun
🔹O zaman çoxlu test işləmək üçün kanalımıza qoşul📊👌

Education🎓

20 Feb, 05:25


2 mart tarixində keçiriləcək buraxılış imtahanında iştirak edəcək şagirdlər imtahana buraxılış vərəqəsini çap edə bilərlər❗️

https://eservices.dim.gov.az/sagirdbv/

Education🎓

19 Feb, 16:52


🔥‼️Kanalda reklam paylaşılır

💥24 saat – 6 azn
💥2 gün – 9 azn


☄️REKLAM ŞƏRTLƏRİ

📌Kiçik aboneli elmi kanalların reklamı
📌Abituriyent hazırlığı üçün elanlar
📌Telegram kanalları və Youtube videolarının reklamı
📌Kurs sınaq imtahanları və digər reklamlar

➡️Kanala keçid:
@education_az

🔗Əlaqə üçün:
@l1tlle

Education🎓

19 Feb, 11:31


Magistraturaya qəbulun I cəhd imtahanın nəticələri elan olundu

Education🎓

18 Feb, 17:38


Mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Elçin (Əfəndi) Əfəndiyev bildirib ki, bakalavrlar əsasən məntiq fənni ilə bağlı müəyyən çətinliklərin olduğunu bildiriblər:


“Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən magistratura imtahanında bakalavrlar əsasən məntiq fənnində çətinliklər yaşadıqlarını qeyd ediblər. Digər fənlərdən isə imtahanın daha normal olduğunu söyləyiblər. Məntiq fənnində riyazi məntiqlə bağlı sualların çoxluğu həm əlavə vaxt tələb edib, həm də çətinlik yaradıb.

Düşünmürəm ki, nəticələr aşağı olacaq. Əksinə, bu il həm müraciət sayı çoxdur, həm də ötən illərdə tətbiq olunan esse yazmaqda çətinlik çəkən bakalavrlar bu il imtahan formatından daha yaxşı məlumatlıdırlar. Buna görə də sualların cavablandırılmasında çətinlik yaşanması, ötən illə müqayisədə, o qədər də yüksək deyil.

I cəhddə boşluq olan namizədlərin II cəhdə nəticələrini artırmalarını gözləyirik. Əgər II cəhdin nəticələri yüksək olarsa, bu il keçid balında artım ola bilər”, - deyə təhsil eksperti fikrini yekunlaşdırıb.

Education🎓

17 Feb, 08:35


16.02.2025
I cəhd magistratura etalon cavablar

Education🎓

16 Feb, 16:00


İlkin məlumatlara əsasən, 3 nəfərdə mobil telefon aşkar olunub. 1 nəfərdə isə qanunla istifadəsi və satışı qadağan olunan mini kameralı eynək, xüsusi ötürücü qurğu və qulaqlıq aşkar olunub.

İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq.

Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.

İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları sabah gün ərzində Mərkəzin saytına yerləşdiriləcək..

Education🎓

15 Feb, 16:40


Sabah ölkə ərazisində magistraturaya qəbul imtahanı keçiriləcək.

İmtahan verən hər kəsə uğurlar❤️

Education🎓

15 Feb, 14:20


Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilir.

Qeyd edək ki, 20-24 mart Novruz bayramı olduğu üçün qeyri-iş günləri hesab olunur. 22-23 mart tarixləri şənbə bazara təsadüf etdiyindən 25-26 mart da qeyri-iş günü olacaq. Bundan əlavə, 30-31 mart Ramazan bayramı qeyd ediləcək. Beləcə 20-31 mart tarixləri Azərbaycanda qeyri-iş günləri olacaq.

Education🎓

15 Feb, 08:30


Abituriyentlərin buraxılış imtahanlarına isə sayılı günlər qaldı.

Education🎓

14 Feb, 15:03


Universitetdən verilən məlumata əsasən Xəzər Universitetinin rektoru İradə Xəlilova istefa verərək, işdən çıxıb.

Qeyd olunub ki, yaxın günlərdə yeni rektorla bağlı məlumat ictimaiyyətə təqdim olunacaq.

Education🎓

13 Feb, 10:01


Elvin Salmanov Kəlbəcər rayonunda qayadan yıxılaraq dünyasını dəyişib.

Qeyd edək ki, o, Azərbaycan Dövlət Dəniz Akademiyasının 4-cü kursunda təhsil alırdı.

Allah rəhmət eləsin!

Education🎓

11 Feb, 16:19


🔥‼️Kanalda reklam paylaşılır

💥24 saat – 6 azn
💥2 gün – 9 azn


☄️REKLAM ŞƏRTLƏRİ

📌Kiçik aboneli elmi kanalların reklamı
📌Abituriyent hazırlığı üçün elanlar
📌Telegram kanalları və Youtube videolarının reklamı
📌Kurs sınaq imtahanları və digər reklamlar

➡️Kanala keçid:
@education_az

🔗Əlaqə üçün:
@l1tlle

Education🎓

11 Feb, 15:52


UNEC yanvar ayının təqaüdünü ödədi.
Xeyirli olsun❗️

Education🎓

11 Feb, 14:02


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində Humanitar Kollecin Sosial iş (SİT 023) ixtisasının tələbəsi Tükəzban Bəşirli Arif qızı qəfil dünyasını dəyişib.

Onun ölüm səbəbi məlum deyil.

Allah rəhmət eləsin!

Education🎓

11 Feb, 08:15


❗️Novruzun ilk çərşənbəsi fevral ayının sonunda qeyd olunacaq

Fevralın 25-də - Su çərşənbəsi, martın 4-də Od, martın 11-də Yel, martın 18-də isə İlaxır çərşənbə - Torpaq çərşənbəsi qeyd olunacaq.

Qeyd edək ki, yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır.

Education🎓

10 Feb, 18:19


Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilən 1-ci ixtisas qrupu üçün nəzərdə tutulmuş ümumtəhsil fənlərindən test üsulu ilə qəbul imtahanları verəcəklər.

Education🎓

10 Feb, 14:35


MDU yanvar ayının təqaüdünü ödədi.
Xeyirli olsun❗️

Education🎓

10 Feb, 08:25


⚡️⚡️⚡️Gələn aydan tələbə təqaüdlərinin artırılacağı gözlənilir.

Education🎓

21 Jan, 09:47


❗️BURAXILIŞ İMTAHANI - 11 illik ( 2 və 9 mart)

❗️Riyaziyyatdan düşəcək suallar (ll hissə)

⚠️6- Faiz mövzusundan minimum 1 və ya 2 sual düşəcək.

⚠️7- Eyler-Venn diaqramına aid 1 sualın düşmə ehtimali var.

⚠️8- Çoxluqlar mövzusuna aid minimum 1 sual düşəcək.

⚠️9- Kökaltı ifadələrdən 1 sual dəqiq düşəcək.

⚠️10- Rasional və irrasional ifadələrdən 2 sual düşəcək.

📌 Növbəti günlərdə həm riyaziyyat, həm də digər buraxılış fənlərinə aid düşəcək mövzular haqqında abituriyentlərə dəqiq məlumatlar veriləcək.

©T.me/education_az
©T.me/education_chatt

Emojilərdən istifadə etməyi unutmayın👍

(🔥Paylaşarkən linki silməyin🔥)

Education🎓

20 Jan, 07:59


❗️BURAXILIŞ İMTAHANI - 11 illik ( 2 və 9 mart)

❗️Riyaziyyatdan düşəcək suallardan ( I hissə)

⚠️1-"Həqiqi Ədədlər" mövzusu

⚠️2-ƏKOB, ƏBOB və Kəsrlər mövzusu.

⚠️3-Ədədi və Həndəsi Silsilə mövzusu. Ola bilər ki 2 mart ədədi silsilə, 9 mart həndəsi silsilə düşsün.

⚠️4-Kompleks Ədədlər mövzusu.

⚠️5-Nisbət və Tənasüb mövzusu.

📌 Növbəti günlərdə həm riyaziyyat, həm də digər buraxılış fənlərinə aid düşəcək mövzular haqqında abituriyentlərə dəqiq məlumatlar veriləcək.

©T.me/education_az
©T.me/education_chatt

Emojilərdən istifadə etməyi unutmayın👍

(🔥Paylaşarkən linki silməyin🔥)

Education🎓

18 Jan, 16:59


Sizlərə lazım olacaq kanallardan ödənişsiz yararlanmaq üçün seçim edin, ən faydalı kanallara abunə olun, sınaqları əldə edin ⤵️

Education🎓

17 Jan, 15:39


Lənkəran Dövlət Universitetinin "Filologiya və ibtidai təhsil" fakültəsinin xarici dil müəllimliyi (ingilis dili) ixtisasının II kurs tələbəsi Aylin Məmmədova yol qəzasında dünyasını dəyişib❗️

Allah rəhmət eləsin.

Education🎓

17 Jan, 08:00


Lənkəran Dövlət Universitetinin (LDU)
1 saylı tədris binasının həyətində
baytarlıq klinikası tikiləcək❗️

💸Klinikanın tikintisi üçün 1.957.340,32 manat vəsait ayrılıb.

Education🎓

17 Jan, 07:57


🗓 27-31 yanvar tarixlərində məktəblərdə qış tətili olacaq.

25-26 yanvar və 1-2 fevral tarixləri şənbə və bazar günlərində təsadüf etdiyindən, məktəblilərin qış tətili bu il 9 gün (25 yanvar-2 fevral) davam edəcək.

Fevralın 3-də isə ikinci yarımilin ilk dərs günü olacaq.

Education🎓

16 Jan, 08:16


🗣️Məleykə Abbaszadə: Yaxın gələcəkdə imtahanlar rəqəmsal formada keçiriləcək.

Education🎓

15 Jan, 14:50


🔥‼️Kanalda reklam paylaşılır

💥24 saat – 5 azn
💥2 gün – 7 azn


☄️REKLAM ŞƏRTLƏRİ

📌Kiçik aboneli elmi kanalların reklamı
📌Abituriyent hazırlığı üçün elanlar
📌Telegram kanalları və Youtube videolarının reklamı
📌Kurs sınaq imtahanları və digər reklamlar

➡️Kanala keçid:
@education_az

🔗Əlaqə üçün:
@l1tlle

Education🎓

15 Jan, 13:50


‼️‼️‼️ Məktəblərdə tədris prosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadə qadağan olunur.

Education🎓

10 Jan, 16:48


Əvvəlki illərin məzunları üçün Buraxılış İmtahanı:

11 illik - 6 aprel
9 illik - 11 may

Qeyd: Əvvəlki illərin məzunları həm 9, həm də 11 illikdən buraxılış imtahanı verə bilər.

Education🎓

10 Jan, 16:33


9 və 11 illik təhsil bazasından kolleclərə elektron sənəd qəbulu 20 fevral - 5 mart tarixində keçiriləcək.

Education🎓

10 Jan, 15:19


Magistraturaya qəbul imtahanı fevralın 16-da keçirləcək.

Magistratura səviyyəsinə qəbul olmaq istəyən bakalavrların ərizələrinin onlayn qəbulu (I cəhd) 13-27 yanvardır.

Education🎓

10 Jan, 15:18


Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – I zona üçün 2 mart, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – II zona üzrə isə 9 mart tarixində həyata keçiriləcək.

Education🎓

10 Jan, 15:18


Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – I zona 13 aprel, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – II zona 20 aprel, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – III zona 27 aprel tarixlərində keçiriləcək.

Education🎓

10 Jan, 15:17


I, II, III və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanına qeydiyyat 6 – 26 fevral tarixlərində aparılacaq. Sınaq imtahanı isə martın 16-da təşkil olunacaq.

DİM-dən bildirilib ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün bütün abituriyentlərin qeydiyyatı (ərizə qəbulunun I mərhələsi) 20 fevral – 5 mart tarixlərində aparılacaq.

Əvvəlki illərin məzunları üçün qəbul imtahanının birinci mərhələsi aprelin 6-da keçiriləcək.

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsinin birinci cəhdi may – iyun aylarında keçiriləcək. Bu imtahanlarda iştirak etmək üçün qeydiyyat isə aprel – may aylarında aparılacaq.

Education🎓

09 Jan, 14:55


Bir neçə gün əvvəl “Ulduz” stansiyasında intihar edən Tovuz rayon sakini 2007-ci il təvəllüdlü Aslanov Saməddin Sakit oğlu Azərbaycan İdman Akademiyasının tələbəsi imiş. Aslanov Saməddin Ümumi fiziki hazırlıq ixtisasının I kurs tələbəsi olub.

O, Vətən müharibəsi şəhidi Babək Aslanovun qardaşıdır.

Saməddin intihar etməzdən əvvəl sosial şəbəkədə paylaşım edib və ağır psixoloji vəziyyətdə olduğunu, intiharına görə heç kimin günahkar olmadığını bildirib.

Education🎓

09 Jan, 09:31


Novruzun ilk çərşənbəsi fevralın 25-nə təsadüf edəcək.

💧 25 fevral - Su çərşənbəsi,
🔥 4 mart - Od çərşənbəsi
🌬️ 11 mart - Yel çərşənbəsi
🌱 18 mart - İlaxır (Torpaq) çərşənbə

Education🎓

09 Jan, 08:05


🔥‼️Kanalda reklam paylaşılır

💥24 saat – 5 azn
💥2 gün – 7 azn


☄️REKLAM ŞƏRTLƏRİ

📌Kiçik aboneli elmi kanalların reklamı
📌Abituriyent hazırlığı üçün elanlar
📌Telegram kanalları və Youtube videolarının reklamı
📌Kurs sınaq imtahanları və digər reklamlar

➡️Kanala keçid:
@education_az

🔗Əlaqə üçün:
@l1tlle

Education🎓

06 Jan, 08:01


Belə ki, 8 Mart–Qadınlar Günü şənbə gününə təsadüf etdiyindən həftənin bazar ertəsi, yəni martın 10-da da (ardıcıl 3 gün) iş olmayacaq. Martın 20, 21, 22, 23 və 24-də Novruz bayramı ilə əlaqədar qeyri-iş günüdür. Martın 22-si şənbə və 23-ü bazar gününə təsadüf etdiyindən ayın 25-də və 26-da da (ardıcıl 7 gün) iş olmayacaq.

Martın ayında bayramlardan əlavə, şənbə və bazar günləri də daxil olmaqla, ümumilikdə 16 gün iş olmayacaq.

Education🎓

06 Jan, 07:57


🔴Bu gün Qarabağ Universitetində imtahan sessiyasına start verilir.

⚠️Xankəndi şəhərində ilk dəfə imtahanlar keçiriləcək.

Education🎓

05 Jan, 19:10


⚠️ İmtahan tarixləri rəsmi olaraq açıqlandığı an kanalımızda paylaşım ediləcəkdir.

Education🎓

01 Jan, 09:53


"Bayramdan sonra imtahan qrafikinin açıqlanması nəzərdə tutulur" - Məleykə Abbaszadə

Education🎓

30 Dec, 20:44


Hər birinizi dünya Azərbaycanlılarının həmrəylik günü və yeni il münasibətilə təbrik edirik.
Yeni ilimiz, hər birimiz üçün düşərli olsun❤️

Education🎓

30 Dec, 08:27


📍 Bu gündən etibarən Azərbaycanda 1 həftəlik bayram tətili başlayır.

▪️ Növbəti iş günü 6 yanvar tarixidir. 

▪️ ASAN Xidmətdə iş günü 4 yanvarda başlayacaq.

▪️ 6 günlük iş həftəsi ilə işləyən təhsil müəssisələrində ilk iş günü 4 yanvarda olacaq.

Education🎓

30 Dec, 08:23


📌Bu gün elm və təhsil naziri Emin Əmrullayevin doğum günüdür.

Təbrik edirik!

Education🎓

29 Dec, 16:02


BDU dekabr ayının təqaüdünü ödədi.

Education🎓

28 Dec, 19:18


UTECA dekabr ayının təqaüdünü ödədi.

Education🎓

28 Dec, 14:49


Qarabağ Universiteti dekabr ayının təqaüdünü ödədi.

Education🎓

28 Dec, 13:59


🇦🇿Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Sərəncam imzalayıb.

Education🎓

28 Dec, 13:57


📌Azərbaycan Texniki Universiteti bayram münasibətilə bütün əməkdaşlara maaşlarının 50%- qədərində pul mükafatı verib.

Education🎓

28 Dec, 08:28


Xəzər Universiteti dekabr ayının təqaüdünü ödədi.

Education🎓

27 Dec, 14:31


SDU dekabr ayının təqaüdünü ödədi.

Education🎓

26 Dec, 15:47


AƏSMA LDU dekabr ayının təqaüdünü ödədi.

Education🎓

26 Dec, 15:47


BMU dekabr ayının təqaüdünü ödədi.

Education🎓

26 Dec, 15:47


ADPU, UNEC, AzTU dekabr ayının təqaüdünü ödədilər.

Education🎓

26 Dec, 08:12


Bu gün Azərbaycanda matəm günüdür🥀

Education🎓

25 Dec, 14:03


26 dekabr Azərbaycanda matəm elan edildi!

Education🎓

25 Dec, 08:51


🇦🇿Prezident İlham Əliyev AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı başsağlığı verib