İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com) @hrazcom Channel on Telegram

İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)

@hrazcom


Vakansiyalar, təcrübə proqramları, şəxsi inkişafla bağlı məlumatlar

Elan və reklam yerləşdirilməsi üçün: t.me/orkhansafarli

İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com) (Azerbaijani)

HR-AZ.com Telegram kanalına xoş gəlmisiniz! Bu kanalda sizə vacib iş elanları, təcrübə proqramları və şəxsi inkişaf məlumatları təqdim edilir. Sizə iş axtarırkən, kariyerinizdə inkişaf etmək istəyirsinizsə, bu kanal sizin üçün ideal bir mənbədir. HR-AZ.com, iş dünyasında sizi güclü bir adım qədər aparacaq və həyatınızın növbəti mərhələlərinə doğru sizi yönəltəcək məlumatlarla doludur. Siz də bu kanala abunə olaraq yeni iş imkanları və inkişaf yolları haqda ən son məlumatlara çata bilərsiniz. Əgər siz də iş və kariyerinizdə nailiyyətə çatmaq istəyirsinizsə, hemen abunə olun və iş dünyasında yeni macəralara yelken açın! Kanalımızda elan və reklam yerləşdirmək istəyirsinizsə, t.me/orkhansafarli ünvanına baş vurun. HR-AZ.com ilə bir addım qabağa yol almaq üçün hazır olun!

İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)

20 Jan, 07:33


Qürur və hörmət hissi ilə qəhrəman şəhidlərimizin ruhunu anırıq.
#hrazcom #insanadəyər

İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)

11 Jan, 06:07


#hrazcom #işvar #ishvar #vakansiya
💼 Vakansiya: İnşaat mühəndisi
📍İş yeri: OBA Market MMC, GƏNCƏ şəhəri


Qeyd:Yaxın bölgələrə ezam olunacaq.

📄 Öhdəliklər:

• Təchizatçılar və anbar tərəfindən smeta üzrə göndərilən materialları yoxlamaq və qəbul etmək. Yoxlama zamanı uyğunsuzluqları aşkar etmək və müvafiq düzəlişlər etmək
• Mağazalarda təmirdən öncə formalaşan bütün söküntü materiallarının tikinti anbarına qaytarılmasını təmin etmək
• Smeta üzrə istifadə olunmamış və istifadəyə yararlı qalıq materialları akt əsasında müvafiq şəxslərə təhvil vermək
• Təmir-tikinti işləri bitməzdən 2 iş günü öncə Təmir-tikintiyə nəzarət üzrə baş mühəndisə bu barədə məlumat vermək

🔍 Tələblər:

• Təhsil: Ali (İnşaat Mühəndisliyi arzuolunandır)
• Təcrübə: Müvafiq sahədə minimum 1 il (Smeta ilə iş təcrübəsi)
• Avtomobil (Mütləq)
• Kompüter bilikləri: MS Office (İlkin səviyyədə)
• Tikinti ilə bağlı hüquqi-normativ sənədlər haqqıda məlumatlı olmaq
• Materialların növləri və xüsusiyyətləri (xassələri) haqqında biliklərə sahib olmalı
• Komanda ilə işləmək bacarığı

Əlavə təminatlar:
• Nahar ödənişi
• Korporativ nömrə
• Nəqliyyat və Amortizasiya xərci qarşılanır

İş qrafiki:
• İş saatları 09:00 – 18:00;
• Nahar fasiləsi: 13:00-14:00
• Bazar istirahət günü.

📩 Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “İnşaat Mühəndisi (Gəncə)" yazaraq [email protected] göndərmələri xahiş olunur.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom

İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)

10 Jan, 19:05


#hrazcom #işvar #ishvar #vakansiya
💼 Vakansiya: TIR sürücüsü
📍İş yeri: Sumqayitda yerlesen Rüstemli Logistika MMC

🔍 Tələblər:


E kategoriyali sürücülük vesiqesi
Yas: 25-60
Təcrübə: 1-3 il

📄 Öhdəliklər:

-Tent tipli tır avtomobillərinin idarə edilməsi (ölkə daxili)
-Yüklənmə prosesinə nəzarət edilməsi
-Yol hərəkəti qaydalarına əməl edilməsi
-Yüklərin təhlükəsiz və müəyyən edilmiş vaxtlarda çatdırılması

Iş rejimi: 6 gün
Təminat; Yanacaq ödənişi, Əlavə bonuslar
Əmək haqqı: 1000 AZN
Əlaqə: 055 329 76 61

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom

İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)

10 Jan, 18:45


#hrazcom #işvar #ishvar #vakansiya
💼 Vakansiya: MES (MEP) təcrübəçi mühəndis
📍İş yeri: PortBaku (layihə)


📄 Öhdəliklər:

• Mühəndislik layihələrinin hazırlanmasında iştirak etmək;
• AutoCad və Excel proqramlarından istifadə edərək texniki sənədləri hazırlamaq və layihələri dəstəkləmək;
• Revit proqramında layihələrin vizuallaşdırılması və optimallaşdırılması;
• İşlərin gedişatı ilə bağlı dövri olaraq rəhbərliyə hesabatın təqdim edilməsi.

🔍 Tələblər:

• Mexanika mühəndisliyi əsaslı ixtisas üzrə universiteti yeni bitirmiş və ya 4-cü kurs tələbəsi;
• Tam iş qrafikində çalışa bilməli;
• Orta səviyyədə Excel biliyi;
• AutoCad biliyi orta səviyyədə, Revit biliyi arzuolunandır;
• Texniki ingilis dili biliyi;
• Rus dili arzuolunandır.

İş şəraiti:
• 6 günlük iş qrafiki;
• Əməkhaqqı şəxsin bilik, bacarığına əsasən təyin edilməklə.

Biz sizə nə təklif edirik:
• İş prosesinin öyrədilməsi;
• Real iş mühitində biliklərin praktiki tətbiqinə şərait;
• Mentor dəstəyi;
• Yeniliyə açıq, gənc və böyüməkdə olan komanda ilə işləmək imkanı.

📩 Uyğun namizədlərdən CV-lərini [email protected] ünvanına vəzifə adını qeyd etməklə 19.01.2024 tarixinə qədər göndərmələrini xahiş edirəm.
Müsahibə mərhələsi üçün yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom

İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)

31 Dec, 10:06


Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 2025-ci ilin gəlişi münasibətilə ən səmimi təbriklərimizi çatdırırıq! Bu xüsusi günlər birliyimizin və gələcəyə inamımızın ifadəsidir.

Yeni ildə sizə bol uğur, sağlamlıq və firavanlıq arzulayırıq. Qoy qarşıdan gələn il yeni hədəflərə nail olmaq üçün ilham və güc gətirsin.

Bayramlarınız mübarək olsun! #hrazcom #insanadəyər

İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)

28 Dec, 14:03


#hrazcom #işvar #ishvar #vakansiya
💼 Vakansiya: Uçotçu
📍Şirkət: Xonça Fabriki

📄 Öhdəliklər
:

-Xammal, köməkçi və hazır məhsulların qeydiyyatını aparmaq;
-Mal gətirənlərlə hesabatın aparılması;
-Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
-İlkin sənədlərdə uçotun növündən asılı olaraq uyğun nəticələri hesablamaq və qeydlər aparmaq;
-Anbara daxil olan xammal və hazır məhsulların qəbul olunma tarixlərinin və saxlanma müddətlərinin sistemə işlənilməsi və eyni zamanda həmin məhsulların anbardan çıxışı zamanı prosedura əsasən məxaric edilməsi əməliyyatlarını yerinə yetirmək;
-Anbarda mədaxil və məxaric əməliyyatlarını yerinə yetirmək;
-Rəhbərlik tərəfindən verilən vəzifə öhdəliyinə aid digər tapşırıqları yerinə yetirmək.

🔍 Tələblər:

-Ali təhsil ( Maliyyə və mühasibatlıq üzrə ilkin biliklərin olması şərtdir ) ;
-Müvafiq sahədə minimum 1 illik iş təcrübəsi;
-Ofis proqramları ilə iş təcrübəsi (MS Word, MS Excel, MS Outlook);
-İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.

TƏMİNATLAR:
-Nahar ilə təmin edilmə;
-Servis xidməti;
-Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
-Karyera inkişafı.

📩 Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Uçotçu” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom

İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)

26 Dec, 13:03


#hrazcom #işvar #ishvar #vakansiya
💼 Vakansiya: GƏNCƏ şəhəri üzrə İnşaat mühəndisi
📍Şirkət: OBA Market MMC


Qeyd:Yaxın bölgələrə ezam olunacaq.

📄 Öhdəliklər:

• Təchizatçılar və anbar tərəfindən smeta üzrə göndərilən materialları yoxlamaq və qəbul etmək. Yoxlama zamanı uyğunsuzluqları aşkar etmək və müvafiq düzəlişlər etmək
• Mağazalarda təmirdən öncə formalaşan bütün söküntü materiallarının tikinti anbarına qaytarılmasını təmin etmək
• Smeta üzrə istifadə olunmamış və istifadəyə yararlı qalıq materialları akt əsasında müvafiq şəxslərə təhvil vermək
• Təmir-tikinti işləri bitməzdən 2 iş günü öncə Təmir-tikintiyə nəzarət üzrə baş mühəndisə bu barədə məlumat vermək

🔍 Tələblər:

• Təhsil: Ali (İnşaat Mühəndisliyi arzuolunandır)
• Təcrübə: Müvafiq sahədə minimum 1 il (Smeta ilə iş təcrübəsi)
• Avtomobil (Mütləq)
• Kompüter bilikləri: MS Office (İlkin səviyyədə)
• Tikinti ilə bağlı hüquqi-normativ sənədlər haqqıda məlumatlı olmaq
• Materialların növləri və xüsusiyyətləri (xassələri) haqqında biliklərə sahib olmalı
• Komanda ilə işləmək bacarığı

Əlavə təminatlar:
• Nahar ödənişi
• Korporativ nömrə
• Nəqliyyat və Amortizasiya xərci qarşılanır

İş qrafiki:
• İş saatları 09:00 – 18:00;
• Nahar fasiləsi: 13:00-14:00
• Bazar istirahət günü.

📩 Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “İnşaat Mühəndisi (Gəncə)" yazaraq [email protected] göndərmələri xahiş olunur.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom

İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)

26 Dec, 13:02


#hrazcom #işvar #ishvar #vakansiya
💼 Vakansiya: Mövenpick komandası “Mühafizəçi” vakansiyası üzrə əməkdaş axtarır.

📄 Öhdəliklər:


* Rəhbərlik tərəfindən verilən təlimatlara əsasən mehmanxananın əsas hissələrində müəyyən edilmiş vaxt ərzində mühafizə işini təşkil etməli;
* Mehmanxana daxilində yoxlama işlərini yerinə yetirməli;
* Təşkil olunmuş kamera cihazları vasitəsilə daima otelə nəzarət etməli;
* Müəssisədaxili təhlükəsizlik və nizam-intizam qaydalarına əməl olunmasına diqqət etməli.

🔍 Tələblər:

Xanım namizəd;
Boy həddi: Minimum 165 sm;
Yaş həddi 18-35 yaş;
Dil biliyi: Azərbaycan və rus dillərini bilməli, digər dil bilikləri üstünlükdür (ingilis və ya ərəb);
Kompüter biliyi: Başlanğıc səviyyədə olması kifayətdir;
İş təcrübəsi: Üstünlükdür;
Şəxsi keyfiyyətləri: Mehriban, səbirli, çevik və məsuliyyətli olmalı.

İş barədə məlumat:
İş qrafiki: Növbəli rejim;
Əmək haqqı: 530 (net);
Nahar və forma: Şirkət tərəfindən verilir.

Ünvan: Qış parkının yaxınlığı
📩 Vakansiyaya müraciət etmək istəyən namizədlər cv formalarını [email protected] elektron poçt ünvanına göndərmələri və ya +994502517012 nömrəsi ilə əlaqə saxlamaqları xahiş olunur.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom

İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)

26 Dec, 07:58


#hrazcom #işvar #ishvar #vakansiya
💼 Vakansiya: Təchizat üzrə mütəxəssis
📍Şirkət: AZMADE GROUPa daxil olan LLS MMC


🔍 Tələblər:

- Ali təhsil;
- Təchizat sahəsi üzrə minimum 1 il iş təcrübəsinin olması;
- MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları,
- 1C proqramında işləmək bacarığı üstünlükdür;
- Komanda daxilində işləmək, ünsiyyət və təqdimat bacarığı önəmlidir.

📄 Öhdəliklər:

- Tədarükçü bazasının yenilənməsi və ilkin ixtisas sənədlərinin əldə edilməsinə dəstək;
- Tələb olunan malların, xidmətin yerli bazarda araşdırılması, qiymət müqayisə cədvəlləri, sifariş sənədlərinin hazırlanmasında iştirak;
- Müqavilə üçün müraciətin edilməsi, ödəniş sənədlərinin əldə edilməsi;
- Tədarükçülərin qiymətləndirilməsində iştirak;
- Menecerin verdiyi digər tapşırıqların vaxtında yerinə yetirilməsi.

İş şərtləri:
- Ə/H- Razılaşma əsasında
- İş qrafiki: 5 günlük, 09:00-18:00
Ünvan: Əhməd Rəcəbli 276

📩 Mövzu hissəsinə “Təchizat üzrə mütəxəssis” qeyd etməklə CV-nizi [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz. Mövzu hissəsi boş olan cv-lərə baxılmayacaq.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom

İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)

26 Dec, 07:57


#hrazcom #işvar #ishvar #vakansiya
💼 Vakansiya: Satış təmsilçisi
📍Şirkət: “NH GROUP” MMC


İş yeri: Bakı
İş rejimi: 5 günlük
Əmək haqqı: NET-600 + Bonus

📄 Öhdəliklər:

• Satış hədəflərinə çatmaq üçün biznes planlarının hazırlanmasında və həyata keçirilməsində aktiv iştirak etmək;
• Şirkət strategiyalarına uyğun olaraq müəyyən edilmiş satış hədəflərinin reallaşdırılması istiqamətində aktiv müştəri ziyarətlərinin təşkili, mövcud və potensial müştərilər qarşısında məhsulların tanıtımını həyata keçirmək;
• Bazar araşdırması fəaliyyətinin effektiv şəkildə aparılması, yeni müştərilərin tapılması və yaradılmış portfelin effektiv idarə olunması;
• Məsul olduğu bölgələrdə bazar, rəqabətlilik və müştəri analizləri etmək;
• Zəruri hesabatların rəhbərliyə mütəmadi olaraq təqdim edilməsi.

🔍 Tələblər:

• Ali təhsil
• Sahə üzrə 3-5 il təcrübə sahibi olmaq;
• Problemlərə həll yönümlü yanaşma;
• Analitik düşünmə, data analizetmə və qərar vermə bacarığı;
• Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət qurma və təqdimat bacarığı;
• Kompüter və ofis proqramlarından yaxşı istifadə etmək bacarığı;
• Rus dili (İngilis dili arzuolunan) bilikləri;
• Sürücülük vəsiqəsi.
• Avtomobil.

📩 Yuxarıda qeyd edilən kriteriyalara uyğun namizədlər öz şəkilli CV-lərini [email protected] elektron poçt ünvanına mövzu hissəsində “Satış təmsilçisi” yazaraq və ya +994552505676 əlaqə nömrəsinə göndərmələri xahiş olunur.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom

İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)

25 Dec, 19:11


Faciəvi qəzada vəfat etmiş insanların yaxınlarına baş sağlığı verir, işinin peşəkarı olan ekipaj heyəti sayəsində həyatı xilas olmuş sərnişinlərə isə tezliklə sağlıqlarına qovuşmaqlarını diləyirik.

İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)

17 Dec, 09:46


2025-ci ilin istehsalat təqvimi

İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)

01 Dec, 19:06


📢 "Layihə idarəetməsinin əsasları" kursunun növbəti sessiyasına qeydiyyat başladı.

Qeydiyyat linki: https://lnkd.in/eAU6zYtc

İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)

28 Nov, 17:31


📢 Yeni ildə 7 gün ardıcıl iş günü, ardından isə 7 gün istirahət günü olacaq.

İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)

28 Nov, 07:25


📏 Ölçməsən idarə edə bilmərsən. Bunu tez-tez eşidirik. Amma nəyi ölçməli?

⚙️ Amazonda nəyin ölçüləcəyinə çox diqqətlə yanaşılır, output (çıxış) və ya lagging (gecikmiş) indikatorları deyil, input (giriş) və ya leading (aparıcı) indikatorlar nəzarətə götürülür. Bu da öz növbəsində "Amazon nazimçarxı"nın daha da böyüməsinə səbəb olur.

🪄 Nümunəyə baxaq. Amazon əsas diqqəti müştəri təcrübəsinə yönəldir.

- Müştəri təcrübəsinin yaxşılaşması satışları və aktivliyi artırır.
- Aktivliyin artması Amazondakı satıcı sayının artması ilə nəticələnir.
- Satıcı sayının artması məhsul çeşidini artırır.
- Geniş məhsul çeşidi müştəri təcrübəsini daha da yaxşılaşdırır.
- Nəticədə satışlar daha da artır.
- Artan satışlar xərcləri azaldır.
- Azalmış xərclər qiymətin düşməsinə səbəb olur.
- Qiymətlərin düşməsi müştəri təcrübəsini bir az da artır.

🌀 Beləcə bu döngü daha da böyüyərək, daha da sürətlə işləyir. Xırda toxunuşların, düzgün indikatorların seçilməsi sonda möhtəşəm nəticələrə səbəb olur.

#hrazcom #insanadəyər

İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)

27 Nov, 17:50


👟 Şirkətə töhfənizə görə sizə krossovka verilsə nə edərdiniz? Həm də yalnız bir tayı 😀

🏆 Amazonda innovativ həllər verən, sürətli və effektiv qərar verən şəxslər "The Just Do It Award" mükafatına layiq görülür və hədiyyə olaraq da Nike krossovkasının bir tayı təqdim olunur. Mükafatı bir çox haıllarda şəxsən Cef Bezos təqdim edir və şirkət daxilində hər kəsin əldə edə bilməyəcəyi ən prestijli nominasiyalardan biri sayılır.

💰 Vaşinqton Posta görə mükafatın tarixçəsi 1998-ci ilə gedib çıxır. Müştəri xidmətlərində çoxsaylı müraciətlərin idarə olunmasında çətinliklərin yaşandığı bir zamanda komandadan bir işçi 24 saat ərzində 250 sorğunu cavablandıran şəxsə 200 dollar mükafat verəcəyini bildirir. Bununla da qısa zamanda problem aradan qalxır. Cef Bezos bunu eşidəndə işçinin davranışında 4 mühüm məqamı qeyd edir:

- O özü təşəbbüslə çıxış edib. Heç kim ondan həll yolu istəmədiyi halda.
- Proses uzanmasın deyə bununla bağlı heçkimdən icazə almayıb. Məsuliyyət alıb.
- İdeya özü özlüyündə əladır.
- İdeya işləkdir və bəhrəsini verdi. (Ən önəmsiz məqam budur.)

Sonradan məhz bu 4 məqam "The Just Do It Award" mükafatının təqdim olunması üçün əsas meyar olaraq müəyyən edildi. #hrazcom #insanadəyər

İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)

26 Nov, 14:27


📈 Amazon stabil uğur və inkişafını öz liderlik prinsiplərinə sadiqliyində və işəqəbul prosesinə ciddi yanaşaraq düzgün namizədləri işə qəbul etməkdə görür.

💁🏻 Amazonun işəqəbulda tətbiq etdiyi Bar-Raiser metodu digər şirkətlər tərəfindən də hazırda uğurla tətbiq olunur. Bar-Raiser işəqəbul prosesində, müsahibələrdə xətti rəhbər və rekruiterlə yanaşı iştirak edən və namizədlə bağlı veto hüququna sahib şəxslərə deyilir. Bir növ keyfiyyət təminatçısı və ya ruslar demiş "plankanı" yuxarıda saxlayan rolunda çıxış edirlər. Şirkətdə fərqli vəzifə sahibi ola bilər və vakansiya ilə yaxından-uzaqdan əlaqəsinin olması zərurəti yoxdur. Namizədin şirkət mədəniyyətinə, dəyərlərinə və liderlik prinsiplərinə uyğun olmasına, o cümlədən, komandanın digər üzvlərindən hansısa formada daha yaxşı olmasına nəzarət edirlər. Bu sistem bəzən sadəcə yanan vakansiyanı bağlamağa çalışan rekruiter və xətti rəhbərlərin yanlış qərar verməsini əngəlləyir.

🗣 "Yaxşı ki, o vaxt Amazonda işə düzəldim, yoxsa indi müsahibəyə gəlsə idim çətin ki, məni işə qəbul edərdilər." - Metodun tətbiqindən sonra şirkətdə yaranmış bu deyim işəqəbul prosesinin hər keçən gün daha da təkmilləşməsi və ən yaxşı namizədlərin işə qəbulunu özündə ehtiva etdiyini xarakterizə edir.

🤔 Bəs sizcə, çalışdığınız şirkətin sizdən sonra işə qəbul etdiyi işçilərin potensial və performansı sizdən necə fərqlənir?

İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)

26 Nov, 14:27


🔆 Amazon sürətli böyümə yaşadığı zaman çoxsaylı layihələr, təşəbbüslər icra edən komandaların öz aralarında və daxildə koordinasiyası ilə bağlı bir sıra çətinliklər yaşanır. Şirkət "2 pizza ilə doya biləcək" çoxsaylı kiçik komandalar yaratmaqla bu problemin həllinə qismən nail olur. Amma zamanla aydın olur ki, bəzi layihələrdə 2 pizza heç cür kifayət etməyəcək, hər komandaya bunu tətbiq etmək olmur. Başqa bir problem isə, şirkət daxilində bu qədər komandaya rəhbər tapmağın çətinliyidir. Kiçik komandaların əsas uğurlarının yalnız bir işə, layihəyə fokuslanmaları olduğunu müəyyən edən Amazon yeni STL (single threated leaders) - tək axınlı rəhbərlər yanaşmasını tətbiq edir. Belə rəhbərlərin tabeliyindəki işçi sayı daha çox pizzaya gərək duya bilər, amma bu rəhbər və komanda yalnız bir layihəyə, tapşırığa fokus olur. Bu yanaşma, hər bir liderin layihə və ya sahə üzrə tam məsuliyyət daşımasını təmin edir və komandalara daha aydın rəhbərlik edir.

📦 Amazon təcrübəsində hətta vitse-prezident belə STL ola bilər və yalnız konkret bir layihəyə məsuliyyət daşıya bilər. Amazon Prime, Kindle, Alexa kimi məhsullar da bu yanaşmanın bəhrəsi sayıla bilər.

İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)

09 Nov, 02:07


Qürurumuz və milli dəyərimiz olan bayrağımız hər zaman uca zirvələrdə dalğalansın! Bayraq Günümüz mübarək!
#hrazcom #insanadəyər #BayraqGünü

İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)

08 Nov, 07:12


Azərbaycanın zəfəri, birlik və qətiyyətin gücüdür. Bu gün, hər bir azərbaycanlı üçün qürur və sevinc günüdür. Zəfər Günü mübarək!
#hrazcom #insanadəyər #zəfərgünü

İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)

06 Nov, 11:32


Tək sualla lideri necə tanımaq olar? - Deyv Ulrix və Çester Elton
#hrazcom #insanadəyər #liderlik

Ətraflı: https://hr-az.com/management/career/1743-tek-sualla-lideri-nece-tanimaq-olar-deyv-ulrix-ve-chester-elton.html

Vakansiyalardan anında xəbərdar olmaq üçün HR-AZ.com telegram kanalını izləməyiniz tövsiyə olunur: t.me/hrazcom

İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)

29 Oct, 11:11


#hrazcom #işvar #ishvar #vakansiya
💼 Vakansiya: “MÜHASİB” tələb olunur.

🔍 Tələblər:


* Ali təhsil;
* Vəzifə üzrə 2 il iş təcrübəsi;
* 1C proqramdan istifadə etmə bacarığı;
* Analitik təhlil,strateji düşünmə,statistik və riyazi biliklər.

📄 Öhdəliklər:

* DSMF, statistika, məşğulluq və hesabatların hazırlanması və aidiyyatı orqanlara göndərilməsi;
* Əmək haqqlarının hesablanması, elektron qaimələrin,bank çıxarışlarının və digər uçot sənədlərinin mühasibat uçotu proqramında düzgün əks olunması;
* Vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsinin həyata keçirilməsi;
* Təhvil-təslim aktlarının hazırlanması;

İş şərtləri: 
* Əmək haqqı: 800-1000 AZN;
* 6 günlük iş həftəsi (bazar günləri istirahətdir)
* İş saatları: 09:00-17:00 (şənbə günü 14:00-dək)
* Nahar şirkət tərəfindən qarşılanır.

📩 Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] mail ünvanına “subject” (mövzu) hissəsində “Mühasib” qeyd etməklə göndərməyiniz xahiş edilir.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom

İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)

29 Oct, 11:11


#hrazcom #işvar #ishvar #vakansiya
💼 Vakansiya: İstehsalat rəhbəri
Şirkət: Elmanado MMC

📄 Öhdəliklər:


- Maşın və mexanizmlərin işçi parametrləri ilə əlaqədar tələbləri başa düşmək;
- Nəzarət cədvəlləri və ya digər sənədlərə əsasən, xammalda olan uyğunsuzluqları, o cümlədən çirklənməni və rəngin dəyişməsini müəyyən etmək;
- Məhsulda olan uyğunsuzluqları istehsalın texnoloji reqlamentinə uyğun olaraq aradan qaldırmaq;
- Təhlükəsizlik ilə əlaqədar ehtiyat tədbirlərinə riayət etmək;
- Mühafizə vasitələrinin düzgün quraşdırılması və istismarını yoxlamaq;
- Avadanlığı işə salmazdan əvvəl yoxlamalar aparmaq;
- Texnoloji təlimata uyğun olaraq istimar prosesində texniki xidmət ilə əlaqədar proqram nəzarətini həyata keçirmək;
- İstismardan əvvəl maşın və mexanizmlərin işçi parametrlərini, onların qoruyucu vasitələrinin sazlığını yoxlamaq;
- Elektron idarəetməni və proqramın düzgün müəyyən edilməsini yoxlamaq və ya sadə proqramlaşdırma həyata keçirmək;
- Yükləmə qurğusunun naqil və kabel örtüklərinə nəzarət etmək;
- Avadanlıq, xammal və alətlərin müvafiq tələblərə uyğun olmasını yoxlamaq. Maşın və mexanizmləri, texnoloji prosesi idarə etmək:
- Zərurət yarandığı təqdirdə, istehsalın ahəngdarlığını pozmadan maşın və mexanizmləri komponentlərlə (və ya təkrar emal üçün nəzərdə tutulan xammalla) təmin etmək;
- Maşın və mexanizmlərin təhlükəsiz və düzgün istismarına nəzarət etmək;
- Müvafiq temperaturlar, təzyiq və presləmə dövrünün müddətini yoxlamaq üçün nəzarət-ölçü cihazlarının işinə nəzarət etmək;
- Təzyiq və temperaturu tənzimləmək;
-. Fövqəladə prosedurlara riayət etmək;
- Məhsul və ya istehsalda uyğunsuzluqları müəyyən etmək və aradan qaldırmaq;
- Qəlibdə hazırlanmış məhsulun səthindəki uyğunsuzluqları, yoxlamaq
- Maşın və mexanizmlərin işçi parametrlərini nizamlamaqla məhsulda olan uyğunsuzluqları aradan qaldırmaq;
- İstehsal prosesi barədə məlumat vermək;
- Qəliblərdə olan qüsurlar barədə nəzarətçiyə məlumat vermək;
- Tabeçiliyindəki köməkçi işçilərin əmək intizamına və fəaliyyətinə nəzarət etmək.
İş Qrafiki: Həftənin 6 günü və şirkət tərəfindən yeməklə təmin edilir;
İş yeri: Zabrat 2 – də yerləşir. Namizədin yaxın ərazilərdə yaşayan şəxslərə üstünülük veriləcəkdir;


🔍 Tələblər:

- Ali təhsil-Texniki;
- Bu sahə üzrə minimum 3 -5 il iş təcrübəsi;
- Təlimatlar və istehsal cədvəllərinə riayət etmək bacarığı;
- Sadə hesablama bacarığı;
- Qrupun üzvü olaraq çalışmaq bacarığı;
- Sərbəst şəkildə işləmək bacarığı;
- Təhlil bacarıqları, eləcə də düzgün düşünmək və problemləri həll etmək bacarığı;
- İstehsalı zamanı problemləri aşkar etmək bacarığı;
- Ünsiyyət qurmaq bacarığı;
- Kompüterdən istifadə üzrə əsas bacarıqlar;
- Emal prosesinin düzgün aparılması və avadanlıqlar ilə əlaqədar problemləri həll etmək üçün zəruri bacarıqlar;
- Vaxtı idarə etmək bacarığı;
Əmək haqqı : Razılaşma yolu ilə;
📩 Maraqlanan şəxslərdən xahiş olunur ki CV formasını [email protected] ünvanına göndərsinlər ;
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində(İstehsalat rəhbəri ) göstərin. Əks təqdirdə belə müraciətlərin namizədliyinə baxılmayacaq.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom

İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)

01 Oct, 08:58


#hrazcom #işvar #ishvar #vakansiya
💼 Vakansiya: Sayıcı-Hesablayıcı
Şirkət: OBA Market MMC

📄 Öhdəliklər:


Axşam saat 18:00 sonra mağazada sayım aparılacaq.
Nahar və Nəqliyyat xərci şirkət tərəfindəndir.
Həftədə 5 gün. Şənbə və bazar istirahət günləridir.

🔍 Tələblər:

Riyazi bilik
Excel
Satış sahəsində təcrübə
Şəxsi avtomobilin olması üstünlükdür.

📩 Uyğun namizədlər [email protected] mail ünvanına sayıcı-hesablayıcı yazaraq müraciət edə bilərlər.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom

İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)

01 Oct, 08:58


#hrazcom #işvar #ishvar #vakansiya
💼 Vakansiya: Topoqraf

📄 Öhdəliklər:


• Layihələndirmə mərhələsi:
• Topo-Plan (xəritə) tərtib olunması;
• Geodeziya istinad şəbəkəsinin qurulması.

🔍 Tələblər:

• Topoqraf İxtisas üzrə ali təhsili mütləqdir.
• İnşaat layihələrində ən azı 3 il təcrübə;
• Müvafiq normativ-texniki sənədlərin tələblərini bilməli;
• Geodeziya avadanlıqları, onların istismarı və saxlanma qaydalarını;
• Geodeziya işlərinin təşkili və texnologiyasını;
• İnşaat və geodeziya xətalarını (toleranslarını) təyin etməli;
• Kompüter bilikləri: Microsoft office, AutoCad və s. soft proqram bilikləri.

İş şəraiti: Həftədə 1 gün istirahət.
Əlaqə üçün: 010-225-30-89
Əmək Haqqı 1500-2000 AZN
📩 Müvafiq tələblərə uyğun olan namizədlər şəkilli CV-lərini mövzu hissəsində “topoqraf” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom

İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)

01 Oct, 08:57


#hrazcom #işvar #ishvar #vakansiya
💼 Vakansiya: Memar

📄 Öhdəliklər:


• İnşa olunan obyektlərin kompleks layihələrinin memarlıq hissəsinin (bölməsinin) işlənib hazırlanmasında iştirak etmək.
• Layihələrin tərkib hissələrinin və baş planların Azərbaycan Respublikası qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcədə əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun işləyib hazırlamaq.
• Layihə üzrə dəyişikliklərin tikinti sahəsində tətbiqinə nəzarət etmək.
• Tikinti işlərin keyfiyyətinə nəzarət etmək.
• İnşaat materiallarını tanımaq və onların inşaat normalarına uyğun istifadə qaydalarını bilmək və tətbiq etmək.
• Memar – dizayn layihələrini oxuya bilmək və iş paketlərinin hazırlanmasında köməklik göstərmək.
• Layihənin memarlıq hissəsinin digər bölmələrlə koordinasiyalı işləmək,
• Layihə işlərinin müəyyən olunmuş vaxtda yerinə yetirilməsinə riayət edilməsinə, keyfiyyət və səmərəlilik göstəricilərinin artırılmasına, eləcə də qəbul olunmuş layihə tapşırıqlarının layihələndirilmə və tikinti üzrə qüvvədə olan normativ materiallara uyğunluğunu təmin etmək
• Layihələndirilmiş obyektlərin tikintisinə müəllif nəzarəti etmək, istifadə olunan tikinti materiallarının, konstruksiyalarının, layihə üzrə təsdiq olunmuş məmulatların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət etmək.
• Obyektlərdə ölçmə işlərinin aparılması və elektron formata yığılması.
• Eskiz və işçi layihələrin hazirlanması.

🔍 Tələblər:

• Memarlıq və dizayn sahəsində ali təhsil.
• Memarlıq sahəsində ən azı 5 il iş təcrübəsi.
• AutoCAD, Revit, SketchUp, 3ds Max, Photoshop və digər memarlıq proqramlarında yüksək işləmə bacarığı.
• Yaradıcı və yeni dizayn konsepsiyalarını yaratmaq bacarığı.
• Layihələndirilmə bacarıqları - layihələrin eskizlərini, planlarını və 3D modellərini hazırlamaq bacarığı.
• Komanda daxilində effektiv işləmə və ünsiyyət bacarıqları.
• Azərbaycan dili ilə yanaşı, ingilis və ya rus dillərini bilmək arzuolunandır.
• Punktual və məsuliyyətli olması;
• Komanda ilə işləmək bacarığı;
• Bina və qurğuları konstruktiv və planlı həllinin işlənməsi qaydalarını bilməlidir;

Əlaqə üçün: 010-225-30-89
Əmək Haqqı: 1500-1800 azn
📩 Müvafiq tələblərə uyğun olan namizədlər şəkilli CV-lərini mövzu hissəsində “Memar” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom

İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)

01 Oct, 08:56


#hrazcom #işvar #ishvar #vakansiya
💼 Vakansiya: “Müştəri əlaqələri üzrə kordinator” (“GLB LOGİSTİCS” MMC)

📄 Öhdəliklər:


• Müştərilərin şikayət və təkliflərini dinləmək
• Müştərilərin telefon və ya sosial şəbəkə vasitəsilə edilmiş şikayətlərinin cavalnadırılması
• Müştəri məmnuniyyəti sorğularının keçirilməsi
• Müştəri müraciətlərinin aidiyyatı üzrə yönləndirilməsi
• Müəssisənin xidmətlərinin təşkili və aparılması
• Müəssisənin maraqlarına uyğun müştərilərlə kommersiya danışıqlarının aparılması
• Müştərilərdən daxil olan məlumatların operativ şəkildə cavablandırması və rəhbərliyin diqqətinə çatdırılması
• Müştəri ilə görüşmələr və təqdimatların keçirilməsi
• Müştəri ziyarəti, təqdimatın edilməsi və təkliflərin verilməsi
• Rəhbərlik tərəfindən tapşırılan lazımi hesabatların təqdim edilməsi

🔍 Tələblər:

• Ali təhsil
• Müvafiq sahədə 1 ildən az olmayaraq iş stajı
• Azərbaycan dillərində səlis danışıq, ingilis dilini bilmək üstünlükdür;
• MS office proqramlarını yüksək səviyyədə bilməli
• Komanda şəklində işləməyi bacarmalı
• Təhlil və analiz etmə qabiliyyəti
• Ünsiyyətcil, təşəbbüskar;
• Analitik yanaşma qabiliyyəti;
• İşdə dəqiqlik və detallara fikir vermə bacarığı

İş rejimi və digər şərtlər:

• İş qrafiki: 11:00 – 20:00 / nahar fasiləsi 13:00 – 14:00;
• İstirahət günləri: şənbə və bazar;
• İş yerinin ünvanı: Bakı şəhəri, Nərimanov rayonu
• Əmək haqqı: 750 AZN net+ bonus.(bonus daxil 1400 azn kimi)

📩 Müraciət etmək istəyən namizədlərdən CV-lərini mail ünvanına mövzu hissəsinə“Müştəri əlaqələri üzrə kordinator” qeyd edərək [email protected] göndərmələri xahiş olunur. Mob: (070) 726 46 96

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom

İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)

19 Sep, 07:54


Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi - SƏRƏNCAM
#hrazcom #insanadəyər #sərəncam #dövlətsuverenliyigünü

Ətraflı: https://hr-az.com/blog/1742-azerbaycanda-dovlet-suverenliyi-gunu-tesis-edildi-serencam.html

Vakansiyalardan anında xəbərdar olmaq üçün HR-AZ.com telegram kanalını izləməyiniz tövsiyə olunur: t.me/hrazcom

İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)

19 Sep, 07:54


Əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələləri müəyyən edilib
#hrazcom #insanadəyər #əmas #sima #əməkmüqaviləsi

Ətraflı: https://lnkd.in/eBaeKKj3

Vakansiyalardan anında xəbərdar olmaq üçün HR-AZ.com telegram kanalını izləməyiniz tövsiyə olunur: t.me/hrazcom

İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)

17 Sep, 10:55


#hrazcom #işvar #ishvar #vakansiya
💼 Vakansiya: SMM

📄 Öhdəliklər:


• Şirkətin sosial şəbəkədəki səhifələrinin məzmun planlarının hazırlanmasına və reallaşdırılması.
• Instagram, TikTok, Facebook, linkedin üçün hər səhifəyə ayrıca paylaşımların hazırlanması və paylaşılması, filiallarda çəkilişlər, videoedit, copywriting, xüsusi çəkilişlərdə ssenari hazırlanması və s

🔍 Tələblər:

• Azərbaycan dilini yaxşı səviyyədə bilməli (İngilis dilini bilən namizədlərə üstünlük veriləcək)
• SMM (Facebook, Instagram, YouTube, LinkedIn, Tik-Tok və s.) platformalarında sərbəst iş bacarığı
• Araşdırmaq və yenilikləri tətbiq etmək bacarığı
• Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı və komanda ilə işləməyi bacarmalı
Əmək haqqı müsahibə əsnasında müəyyən ediləcək.

📩 Müraciət üçün: [email protected] mail ünvanına mövzu hissədə vakansiyanın adını qeyd etməklə CV formasını göndərə bilərsiniz.
Əlaqə nömrəsi: 055 208 58 95

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom

İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)

17 Sep, 10:54


#hrazcom #işvar #ishvar #vakansiya
💼 Vakansiya: Hajigabul Poultry Farm Company - Mühasib vakansiyası.


🔍 Tələblər:

• Ali təhsil (maliyyə sahə üzrə olması arzuolunandır)
• MS Office proqramları
• Logo ERP proqramı (arzuolunandır)
• İş təcrübəsi – 3 il. İstehsal (Qida) sektorunda ən azı 1 il təcrübə mütləqdir.
• Logo ERP proqramında istifadə bacarığı

📄 Öhdəliklər:

• Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini izləmənməsi;
• Daxili mühasibatlıq işlərinin görülməsi, (hesab fakturalar, elektron qaimələr, daxili hesabatlar, bank köçürmələri və.s);
• Nisyəçilər və sair debitorlar ilə üzləşmələrin aparılması;
• Rəsmi və nəğd daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini (1 c) təmin edilməsi;
• Satış və anbar əməliyyatlarının daxil edilməsi;
• Mühasibat sənədlərinin saxlanılıb qorunması, lazım olan vaxtda arxivləşdirilməsi;
• Rəhbərlik tərəfindən müəyyən edilmiş edilmiş digər tapşırıqları yerinə yetirmək.

İş şəraiti:

 6 günlük iş rejimi (08:00 – 17:00) və həftədə bir gün istirahət
 Nahar şirkət tərəfindən təmin edilir
 İş yeri : Hacıqabul (Hacıqabul,Şirvan və Sabirabad rayonlarına nəqliyyat servis xidmətimiz fəaliyyət göstərir.)
 Əmək haqqı müsahibə əsasında razılaşma yolu ilə müəyyən ediləcəkdir.

📩 Cv –lərinizi göstərilmiş [email protected] mail adresinə göndərməyinizi xahiş edirik və yaxud (070) 238-39-31, (050) 241 – 48 – 99 whatsapp nömrəsinə cv -lərinizi göndərə bilərsiz.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom

İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)

17 Sep, 10:53


#hrazcom #işvar #ishvar #vakansiya
💼 Vakansiya: Mövenpick komandası təcili olaraq “Mühafizəçi” vakansiyası üzrə əməkdaş axtarır.

📄 Öhdəliklər:


* Rəhbərlik tərəfindən verilən təlimatlara əsasən mehmanxananın əsas hissələrində müəyyən edilmiş vaxt ərzində mühafizə işini təşkil etməli;
* Mehmanxana daxilində yoxlama işlərini yerinə yetirməli;
* Təşkil olunmuş kamera cihazları vasitəsilə daima otelə nəzarət etməli;
* Müəssisədaxili təhlükəsizlik və nizam-intizam qaydalarına əməl olunmasına diqqət etməli.

🔍 Tələblər:

Bəy namizəd;
Boy həddi: Minimum 180 sm;
Dil biliyi: Azərbaycan və ingilis dillərini bilməli, digər dil bilikləri üstünlükdür (rus və ya ərəb);
Kompüter biliyi: Başlanğıc səviyyədə olması kifayətdir;
İş təcrübəsi: Üstünlükdür;
Şəxsi keyfiyyətləri: Mehriban, səbirli, çevik və məsuliyyətli olmalı.

İş barədə məlumat:
İş qrafiki: Növbəli rejim;
Əmək haqqı: 530 (net)+bonus;
Nahar və forma: Şirkət tərəfindən verilir.

Ünvan: Qış parkının yaxınlığı

📩 Vakansiyaya müraciət etmək istəyən namizədlər cv formalarını [email protected] elektron poçt ünvanına göndərmələri və ya +994502517012 nömrəsi ilə əlaqə saxlamaqları xahiş olunur.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom

İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)

17 Sep, 10:51


#hrazcom #işvar #ishvar #vakansiya
💼 Vakansiya: Mövenpick Winter Park Baku Hotelində Ofislər üzrə qulluqçu vakansiyası aktivdir.

📄 Öhdəliklər:


Mehmanxana əhatəsində yerləşən ofis otaqlarının təmizlik işlərini həyata keçirməli;
Ofis otaqların ümumi səliqəsinə diqqət yetirməli və onun daxilində yerləşən avadanlıqların təmizliyini yerinə yetirməli.

🔍 Tələblər:

Təcrübə: arzuolunandır.

İş barədə məlumat:
İş qrafiki: Həftədə 5 gün iş, 2 gün istirahət;
İş saatı: Növbəli rejim, 8 saatlıq iş;
Əmək haqqı: 530 (net);

Nahar və forma: Şirkət tərəfindən verilir.
Ünvan: Qış parkının yaxınlığı

📩 Maraqlanan şəxslər zəhmət olmasa cv formalarını [email protected] e-poçt ünvanına və ya +994502517012 göndərsinlər.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom

İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)

11 Sep, 04:42


Beyin tipləri: kişi beyni yoxsa qadın beyni?
#hrazcom #insanadəyər #beyintipləri #kişibeyni #qadınbeyni

Ətraflı: https://hr-az.com/management/career/1740-beyin-tipleri-kishi-beyni-yoxsa-qadin-beyni.html

Vakansiyalardan anında xəbərdar olmaq üçün HR-AZ.com telegram kanalını izləməyiniz tövsiyə olunur: t.me/hrazcom

İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)

08 Sep, 17:03


#hrazcom #işvar #ishvar #vakansiya
💼 Vakansiya: Xonça Fabriki
#açıqqapıgünü (#Məhəmmədi) elan edir:

•Fəhlə
•Aşpaz köməkçisi
•Tort dekor ustası
•Satıcı-bişirici
•İstehsalat işçisi

☎️ Əlaqə: 055-300-56-53

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom

İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)

06 Sep, 05:02


Dilemma: Rəfdən (off-the-shelf) yoxsa biçilmiş (bespoke)?
#hrazcom #insanadəyər #təliminkişaf #offtheshelf #bespoke

Ətraflı: https://hr-az.com/blog/1739-dilemma-refden-off-the-shelf-yoxsa-bichilmish-bespoke.html

Vakansiyalardan anında xəbərdar olmaq üçün HR-AZ.com telegram kanalını izləməyiniz tövsiyə olunur: t.me/hrazcom

İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)

04 Sep, 08:29


İş yerində səhvlərə tolerantlıq niyə vacibdir və necə təmin etmək olar?
#hrazcom #insanadəyər #menecment #pms #performans

Ətraflı: https://hr-az.com/management/clever/1738-ish-yerinde-sehvlere-tolerantliq-niye-vacibdir-ve-nece-temin-etmek-olar.html

Vakansiyalardan anında xəbərdar olmaq üçün HR-AZ.com telegram kanalını izləməyiniz tövsiyə olunur: t.me/hrazcom

İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)

30 Aug, 11:26


#hrazcom #vakansiya #ishvar #işvar
İşartı-da vakansiya: Marketinq meneceri

🔍 Tələblər:


- ⁠Rəqəmsal Marketinq üzrə minimal 1 il iş təcrübəsi
- ⁠Komandaya rəhbərlik etmək bacarığı
- Sosial media reklamları üzrə düzgün, effektiv hədəf kütlənin müəyyən edilməsi ( targeting )
- ⁠SEO/SEM, marketinq məlumat bazası , e-poçt, sosial media reklam kampaniyalarını idarəetmə təcrübəsi
- ⁠Meta Ads kampaniyalarının qurulması və optimallaşdırılması təcrübəsi
- Hesabat və təqdimat bacarığı
- Analitik düşüncə qabiliyyəti
- Komanda şəklində işləmək bacarığı
- Ünsiyyətcil,işə pozitiv yanaşma və nəticə yönümlü olmaq
- Sosial şəbəkə hesabları üçün video content-in yaradılması

İş şəraiti:
İş günləri: Həftə içi 5 gün
İş saatı : 09:30-18:00
Əmək haqqı : 1000-1500 azn

📩 Zəhmət olmasa, cv-nizi [email protected] elektron poçt ünvanına mövzu hissəsinə “Marketinq meneceri” qeyd edərək və ya 050 455 20 20 telefon nömrəsinə göndərə bilərsiniz.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom

İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)

29 Aug, 06:53


#hrazcom #vakansiya #ishvar #işvar
Mövenpick Winter Park Baku Hotelində Otaq qulluqçusu vakansiyası aktivdir.

📄 Öhdəliklər:


Mehmanxana əhatəsində yerləşən otaqların təmizlik işlərini həyata keçirməli;
Otaqların ümumi səliqəsinə diqqət yetirməli və onun daxilində yerləşən avadanlıqların təmizliyini yerinə yetirməli.

İş barədə məlumat:
İş qrafiki: Həftədə 5 gün iş, 2 gün istirahət;
İş saatı: Növbəli rejim, 8 saatlıq iş;
Əmək haqqı: 530 (net);
Nahar və forma: Şirkət tərəfindən verilir.
Ünvan: Qış parkının yaxınlığı

📩 Maraqlanan şəxslər zəhmət olmasa cv formalarını [email protected] e-poçt ünvanına və ya +994502517012 göndərsinlər.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom

İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)

21 Aug, 08:21


#hrazcom #vakansiya #ishvar #işvar
Şirkət: Hacıqabul Quşçuluq şirkəti.
Vakansiya – İnsan Resursları üzrə koordinatoru

🔍 Tələblər:


· Ali təhsil;
· Sahə üzrə ən az 1-3 il təcrübə;
· MS Office proqramlarının mükəmməl biliyi;
· Logo ERP proqramı (arzuolunandır)
· İşgüzar, məsuliyyətli və analitik düşüncə tərzinə malik olmalı;
· Komanda ilə işləmək və ünsiyyət bacarığı;
· Görülən işlərlə bağlı hesabatlar təqdim edəbilməli.

📄 Öhdəliklər:

· Azerbaycan Respublikasının qanunvericiliyin tələblərinə əsasən məzuniyyət, ezamiyyət və digər işdə olmama hallarının rəsmiləşdirilməsi;
· Əmək müqavilələri, onlara əlavə və dəyişikliklərin edilməsi barədə baş ofisə məlumat vermək.
· İşçilərin əmək və icra intizamının pozulması ilə bağlı müvafiq tədbirləri rəsmiləşdirmək;
· Aylıq avans və əmək haqqı tabel uçotunu aparılmasında dəstək göstərmək;
· İşçi heyəti ilə bağlı müxtəlif növ arayışları, xasiyyətnamələri hazırlamaq və aidiyyəti üzrə təqdim etmək
· İşçi ehtiyaclarının araşdırılmasında ilkin məlumat verilməsi;
· Yeni işə qəbul olunan əməkdaşların şəxsi işlərinin formalaşdırılması;
· Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət;
· İşə qəbul ərizələrinin və əmrlərin hazırlanması.
· İşçilərin gündəlik davamiyyətlərinə nəzarət və vahid hesabatın hazırlanması;
· Əmək kitabçalarının yazılması.

İş şəraiti :
İş yeri – Şəmkir rayonu Çinarlı Kəndi
İş rejimi – 6 günlük
Əmək haqqı - Tərəflərin qarşılıqlı razılığı əsasında.
Gəncə,Şəmkir rayonları üzrə namizədlərə üstünlük veriləcəkdir.

📩 Cv –lərinizi [email protected] mail adresinə göndərməyinizi xahiş edirik və yaxud mövcud vakansiya ilə bağlı whatsapp nömrəsi ilə (051)230-44-07 əlaqə saxlaya bilərsiniz.
Müraciət üçün son tarix- 30.09.2024

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom

İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)

21 Aug, 06:44


#hrazcom #vakansiya #ishvar #işvar
“Resepşn-mütəxəssis” vakansiyası mövcuddur:

📄 Öhdəliklər:


· Daxili sistem üzrə zənglərin qeydiyyatını aparmaq;
· Vətəndaşlarla etik qaydalara uyğun olaraq ünsiyyət qurmaq;
· Zəruri hallarda vətəndaş müraciətlərini müvafiq olaraq yönləndirmək;
· Qeydiyyata alınmış müraciətləri vaxtında həll etmək və lazım olduğu təqdirdə geridönüş zənglərini yerinə yetirmək;
· Müraciət zamanı şirkətin xidmətləri haqqında ətraflı məlumat vermək;
· Müraciətləri aidiyyatı olan bölmələrə yönəltmək və prosesin gedişatına nəzarət etmək.

🔍 Tələblər:

* Resepşn azı 1 il iş təcrübəsi (arzuolunandır);
* Dil bilikləri (Azərbaycan dilində səlis danışıq qabiliyyəti mütləqdir, rus dili üstünlükdür);
* Kompüter bilikləri (MS Office);
* Aydın və səlis nitq qabiliyyətinin olma bacarığı;
* Fikrini düzgün şəkildə izah edə bilmək qabiliyyəti;
* Ünsiyyət qurma bacarığı;
* Məsuliyyətli, səbirli, stressə davamlı olmaq.

İş barədə məlumat:
· İş yeri: Bakı şəhəri;
· Əmək haqqı müsahibə əsasında razılıq yolu ilə.

📩 CV-nizi [email protected] müvafiq elektron ünvana göndərməyiniz və əmək haqqı gözləntinizi qeyd etməyiniz xahiş olunur.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom

İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)

21 Aug, 06:44


#hrazcom #vakansiya #ishvar #işvar
La Liga Lounge Center *Aşpaz* vakansiyası elan edir!!!

🔍 Tələblər:


Təcrübə: 1 il - 2 il;
Təhsil: Orta;
Fast food biliyi tələb olunur, isti yeməkləri bilməsi arzuolunandır;

İş şəraiti:
Qrafik: Növbəli;
İstirahət: Həftədə 1 gün;
Maaş: 700 + bonus;
Nahar: Şirkət tərəfindən təmin olunur;

📩 Maraqlanan şəxslərin 070 - 751 - 51 - 80 nömrəsi ilə əlaqə saxlamağı xahiş olunur.

Bu və digər vakansiyalar mobil telefonunuzda:
🌐 t.me/hrazcom

İş elanları və şəxsi inkişaf kanalı (HR-AZ.com)

26 Jul, 13:15


Səbəb-nəticə əlaqələrinin əhəmiyyəti və ya hacıleyləyin Almaniyanın demoqrafik vəziyyətinə təsiri
#hrazcom #insanadəyər #nəsillər #znəsli

Ətraflı: https://hr-az.com/management/clever/1662-sebeb-netice-elaqelerinin-ehemiyyeti-ve-ya-hacileyleyin-almaniyanin-demoqrafik-veziyyetine-tesiri.html

Vakansiyalardan anında xəbərdar olmaq üçün HR-AZ.com telegram kanalını izləməyiniz tövsiyə olunur: t.me/hrazcom