Azərbaycan Dəmir Yolları @azerbaycandemiryollari Channel on Telegram

Azərbaycan Dəmir Yolları

@azerbaycandemiryollari


Rəsmi Telegram kanalı. Ən son məlumatlardan xəbərdar olmaq üçün bizi izləyin.

📲Bütün əməliyyatları bir toxunuşla etmək üçün "ADY Mobile" tətbiqini yükləyin: bit.ly/3Fn5RcO

Azərbaycan Dəmir Yolları (Azerbaijani)

Azərbaycan Dəmir Yolları" adlı rəsmi Telegram kanalına xoş gəldiniz! Bu kanal Azərbaycan Dəmir Yolları haqqında ən son məlumatlardan xəbərdar olmaq üçün əlaqəli olan hər kəsi dəvət edir. Kanalı izləyərək, Azərbaycan Dəmir Yolları ilə bağlı ən son yeniliklər, hadisələr və layihələr haqqında ətraflı məlumat əldə edə bilərsiniz. Əgər siz də dəmir yolları sahəsində yeniliklərdən və inkişaflardan maraqlanırsınızsa, bu kanal sizin üçün ən doğru ünvan olacaq

Kanalın özündə yerləşdirdiyi xəbərlər və məlumatlar daim yenidir və təzədir. Bu sayədə kanalı izləyən istifadəçilər həmişə ən son və ətraflı məlumatlardan məlumatlandırılır. Əməliyyatları daha asan həyata keçirmək üçün "ADY Mobile" tətbiqini yükləyərək, bütün xidmətlərdən bir toxunuşla istifadə edə bilərsiniz

Əgər siz də Azərbaycan Dəmir Yolları ilə bağlı ən son məlumatlardan xəbərdar olmaq və digər istifadəçilərlə məlumatların mübadiləsinə maraqlanırsınızsa, "Azərbaycan Dəmir Yolları" Telegram kanalına qoşulun və ən son yeniliklərdən ilk sənəd olun!

Azərbaycan Dəmir Yolları

27 Jan, 07:28


📞 2024-cü il ərzində ADY-nin Əlaqə Mərkəzi sərnişinlərə yüksək keyfiyyətli xidmət göstərməyə davam edib.

📊 İllik göstəricilər:

Daxil olan zənglərin 79%-i 30 saniyəyə qədər cavablandırılıb;
Daxil olan zənglərin 91%-i ilk zəngdən cavablandırılıb;
Bir sərnişin orta hesabla 20 saniyə xətdə gözləyib;
Zəngin orta müddəti 96 saniyə olub.

🚉 Bəs siz Əlaqə Mərkəzimizin xidmətlərindən yararlanırsınız?
💬 Əgər istifadə edirsinizsə, təcrübənizi bizimlə paylaşın!
@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

26 Jan, 14:52


Dəmiryol Muzeyi bazar günləri də açıq olacaq.

🆕 Əziz ziyarətçilər, 27 yanvar tarixindən etibarən Dəmiryol Muzeyi yeni iş qrafikinə keçir.

📢 Muzey yalnız bazar ertəsi fəaliyyət göstərməyəcək. Şənbə və bazar da daxil olmaqla həftənin altı günü saat 10:00-dan 18:00-a qədər ziyarətçilərini qəbul edəcək.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

24 Jan, 13:48


🇦🇿 Qarabağ və Şərqi Zəngəzura dəmir yolları ilə “Böyük Qayıdış”.

🚧 2021-ci ildə Prezident İlham Əliyevin təməlini qoyduğu
- Horadiz–Ağbənd dəmir yolu xətti üzrə tikinti işlərinin 60 faizi yekunlaşıb;
- Bərdə–Ağdam dəmir yolu xətti üzrə tikinti işlərinin isə 94 faizi tamamlanıb.

Bərdə, Köçərli, Təzəkənd stansiyaları və xidməti binaların inşası başa çatdırılıb. Ağdam dəmiryol və avtovağzal kompleksinin isə tikintisi davam edir.

Daha ətraflı: https://bit.ly/3E89Sod

#ady145 #demiryollari #ady

Azərbaycan Dəmir Yolları

24 Jan, 10:01


🚉 ADY-nin şəhərətrafı qatarları 29 yanvarda iş günü qrafiki üzrə fəaliyyət göstərəcək.

29 yanvar 2025-ci il tarixində keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Azərbaycanda qeyri-iş günü elan olunub.

Vətəndaşların həmin gün rahat hərəkətinin təmin edilməsi üçün Abşeron dairəvi marşrutu üzrə qatarların hərəkəti iş günlərinin cədvəlinə uyğun davam edəcək.

#azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

23 Jan, 08:25


ADY sərnişin tələbatını təmin etmək məqsədilə 25 və 26 yanvar tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

#ady #demiryollari

Azərbaycan Dəmir Yolları

21 Jan, 13:43


🟢 2024-cü ildə ADY Bakıda keçirilən nüfuzlu COP29 dövründə

-ümumilikdə 10 minə yaxın akkreditasiyalı sərnişin daşıdı,
-dayanıqlı nəqliyyat və iqlim siyasətindəki mühüm rolunu bir daha nümayiş etdirdi,
-tədbirlərə fəal şəkildə qoşuldu, müxtəlif müzakirə və dəyirmi masalarda iştirak etdi,
-Beynəlxalq Dəmir Yolları İttifaqı ilə “Dəmir yollarının iqlim öhdəliyi” sənədini imzaladı.

#ady #demiryollari #cop29

Azərbaycan Dəmir Yolları

21 Jan, 10:25


🇦🇿🛤️ Azərbaycanda ilk dəmir yolunun açılışından 145 il ötür.

👉🥳1880-ci il yanvarın 20-də Bakı–Sabunçu–Suraxanı dəmir yolunun təntənəli açılışı oldu. Bu xətt neft daşımaları üçün nəzərdə tutulsa da, bir müddət sonra eyni marşrutla sərnişinlərin daşınmasına başlanıldı.

🌍 145 illik tarixi boyunca Azərbaycanın dəmir yolları böyük inkişaf yolu keçərək beynəlxalq nəqliyyat dəhlizlərinin əsas hissəsinə çevrilib.

#ady145 #AzərbaycanDəmirYolları145 #demiryollari

Azərbaycan Dəmir Yolları

20 Jan, 12:28


“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

Allah şəhidlərimizə rəhmət eləsin!

Azərbaycan Dəmir Yolları

19 Jan, 17:27


35-ci ildönümünü qeyd etdiyimiz 20 Yanvar faciəsi müstəqillik uğrunda hər cür qurban verməyə hazır olan xalqımızın milli azadlıq hərəkatının zirvəsi kimi tarixə həkk olunub.

Şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik!

Azərbaycan Dəmir Yolları

16 Jan, 09:26


☀️🍽️ Həm səhayət, həm ləzzət!

🎉 ADY-nin Bakı-Balakən-Bakı qatarı ilə şimal-qərb bölgəsinin bənzərsiz mətbəxi bir bilet uzaqdadır.

🤩 Yeməyi yemək onun haqqında danışmaqdan daha yaxşıdır. Səyahət başlasın!

📱 Biletləri ADY-nin rəsmi saytından, “ADY Mobile” tətbiqindən və dəmiryol stansiyalarının kassalarından əldə edə bilərsiniz.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

15 Jan, 12:16


🪄 Rahat gecə qatarı, rahat yuxu, xoş səfər!

ADY-nin Bakı-Balakən-Bakı qatarında sərnişinlərin rahatlığı üçün hər şey var: qida, gigiyenik vasitələr, yataq dəstləri və s.

🎉 Sadəcə gedəcəyiniz məntəqəni seçin, biletinizi alın və səfər başlasın!

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

14 Jan, 11:18


Dəyişən stansiyalar, dəyişməyən rahatlıq və unudulmaz xatirələr!

💯 ADY-nin Bakı-Balakən-Bakı qatarı ilə 11 stansiya və dayanacaq boyunca bənzərsiz səfər təcrübəsi yaşaya bilərsiniz.

🪄 Yataq tipli gecə qatarı ilə zaman və məkanda səyahətə çıxmağa tələsin!

📱 Biletləri ADY-nin rəsmi saytından, “ADY Mobile” tətbiqindən və dəmiryol stansiyalarının kassalarından əldə edə bilərsiniz.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

14 Jan, 06:57


🛜🪄 ADY-nin rayonlararası qatarları və bir sıra stansiya və vağzallarında təqdim edilən pulsuz “Wi-Fi” bağlantısı ilə vaxtını səmərəli keçir, səyahətinə maraq qat!

👉🏻🚆 Qatarlar: Bakı-Ağstafa-Bakı, Bakı-Qəbələ-Bakı və Bakı-Balakən-Bakı.

👉🏻 🛤️ Stansiya və vağzallar: Bakı, Sumqayıt, Koroğlu, Bakıxanov, Sabunçu, Pirşağı, Gəncə, Ağstafa və Qəbələ.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

13 Jan, 11:31


🇦🇿🇨🇳 ADY 2024-cü ildə Çin Xalq Respublikasının dəmiryol administrasiyası və aparıcı şirkətləri ilə səmərəli əməkdaşlığı genişləndirib.

🔗 Daha ətraflı: https://bit.ly/AdyÇin2024

Azərbaycan Dəmir Yolları

13 Jan, 09:08


ADY Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 18 və 19 yanvar tarixlərində əlavə qatar reysləri təyin edir.

🚆 Eyni zamanda, Bakı-Ağstafa-Bakı qatarlarımızla ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər edə bilərsiniz.

🌐📞📱 Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

13 Jan, 08:11


ADY 2024-cü ildə 7,3 milyon ton tranzit yükü daşıyıb.

🔗 Daha ətraflı: https://bit.ly/yukdasima2024

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

11 Jan, 13:26


2024-cü il ADY üçün yük daşımaları sahəsində də uğurlu olub: 18.5 milyon tondan çox yük daşınıb.

🔗 Daha ətraflı: https://shorturl.at/qKMO9

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

10 Jan, 08:08


🪄 ADY ilə Azərbaycanda qədim Alban irsinin kəşfinə çıxın!

📌 VIII əsrə qədər ölkəmizin ərazisində mövcud olmuş Qafqaz Albaniyasının zəngin mədəni-tarixi irsinin qalıqları bir çox bölgələrimiz kimi, Şəki, Qax, Zaqatala və Balakəndə də qorunub saxlanır.

Bakı-Balakən qatarı ilə səfərə çıxıb məşhur Kiş məbədi, Qum bazilikası, Kürmük kilsəsi, Tülü məbədi, Yeddi kilsə monastır kompleksi, Mamrux məbədi və digər mədəniyyət abidələrində qədim Alban irsi ilə tanış ola bilərsiniz.

🎫🛤️ “Zaman səyyahı” olmaq üçün elə indicə ADY-nin rəsmi saytından, “ADY Mobile” tətbiqindən və dəmiryol stansiyalarının kassalarından alacağınız bir bilet bəs edər!

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

09 Jan, 06:33


🎙️ ADY-nin Sərnişin daşımaları departamentinin rəhbəri Azər Fərəcov AZƏRTAC-a müsahibəsində Bakı-Balakən-Bakı marşrutu üzrə gediş haqqının formalaşdırılmasına təsir edən amillərdən söz açıb.

🔗 Daha ətraflı: https://bit.ly/4jads11

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

08 Jan, 14:55


🚆⛷️ Macəraya qatarla başla, xizəklə davam et!

🌟🪄 Yeni mövsümdə Qəbələ səni səsləyir!

🌐📱📞 ADY-nin Bakı-Qəbələ-Bakı qatarları haqqında məlumatları saytımızdan (www.ady.az), “ADY Mobile” tətbiqindən, stansiya və vağzal kassalarından, eləcə də 24/7 fəaliyyət göstərən Əlaqə mərkəzimizdən əldə edə bilərsiniz.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

08 Jan, 08:48


🪄 Bu stansiyalardan yeni sərgüzəştlər başlayır!

ADY-nin Bakı-Balakən-Bakı qatarı ilə ölkəmizin ən gözəl regionlarından olan Şəki, Qax, Zaqatala və Balakənə səfər edə, köhnə xatirələri canlandıra və yenilərini yarada bilərsiniz.

🌐📱🎫 Yeni günə yeni məkanda başlamaq üçün biletləri ADY-nin rəsmi saytından, “ADY Mobile” tətbiqindən və dəmiryol stansiyalarının kassalarından əldə edə bilərsiniz.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

07 Jan, 10:52


🛤️ ADY-nin tarixində ilk dəfə olaraq elektron imza ilə rəsmiləşdirilmiş qaimə əsasında yüklər Bakı Yük stansiyasından Səngəçal stansiyasına göndərilib.

Elektron qaimə sənədinin istifadəsi nəticəsində

-kağız sənədləşmə aradan qalxır;
-elektron sənədlər real vaxt rejimində yükgöndərən, stansiya və yükalan arasında mübadilə edir;
-yükdaşıma tarifi avtomatik hesablanaraq şəffaflıq və nəzarət təmin edilir;
-sənədlərin tərtib olunması, qeydiyyatı, emalı və çatdırılmasına sərf olunan zaman bir neçə dəfə qısalır.

ℹ️ ADY-nin əsas prioritetlərindən biri yaxın gələcəkdə ölkədaxili daşımaların tamamilə elektron sənədləşməyə cəlb edilməsidir.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

07 Jan, 08:07


☀️ ADY ilə bu gündən sabaha səfər edin!

🪄 Bakı-Balakən-Bakı yataq tipli gecə qatarları ilə yeni günə yeni məkanda başlamaq bir bilet qədər yaxındır.

🚆 Standart sinif üzrə 18 AZN, standart+ sinif üzrə 27 AZN, biznes sinif üzrə isə 72 AZN-dən başlayan qiymətlərlə qiymətsiz xatirələr qazanacağınız səfərlərə elə indi başlayın!

🌐📱🎫 Biletləri ADY-nin rəsmi saytından, “ADY Mobile” tətbiqindən və dəmiryol vağzallarının kassalarından əldə edə bilərsiniz.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

06 Jan, 12:58


🗓️ ADY 30 dekabr - 5 yanvar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərərək 74 minə yaxın sərnişinin rahat və təhlükəsiz səfərini təşkil edib.

🛤️💯 Rayonlararası istiqamətlər üzrə təyin edilmiş 22 əlavə reyslə 5686 nəfər, 3 yanvardan etibarən bərpa edilmiş, ilk reysi 90 faiz doluluqla baş tutmuş Bakı-Balakən-Bakı marşrutu ilə isə 578 nəfər sərnişin daşınıb.

🔗 Daha ətraflı: https://bit.ly/bayramgunleri

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

06 Jan, 09:29


🌟ADY-nin sərnişindaşıma xidməti 2024-cü ili uğurlu nəticələrlə başa vurub.

Belə ki,

- rekord sayda - 8,5 milyon sərnişin daşınıb
- yeni "Stadler" qatarları xəttə buraxılıb
- yeni stansiya və dayanacaqlar istifadəyə verilib
- bir sıra vağzal və stansiyalarda, rayonlararası qatarlarda pulsuz "Wi-Fi" xidməti aktivləşdirilib
- “ADY Mobile” tətbiqinin yüklənmə sayı 172 mini ötüb
- inklüziv səyahət üçün tədbirlər genişləndirilib və s.

🔗 Daha ətraflı buradan oxuya bilərsiniz: https://bit.ly/2024yekun

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

06 Jan, 05:57


🌟🛤️🎉 Yeni hədəflər, yeni nailiyyətlər və yeni sərgüzəştlər üçün növbəti stansiya 2025!

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

01 Jan, 13:03


📢 Səfərinizi öncədən planlaşdıraraq daha sərfəli qiymətə bilet almaq fürsətindən yararlanın.

🌟 ADY-nin yataq tipli gecə qatarları ilə Bakı-Balakən istiqamətində səfər etmək həm rahat, həm də sərfəlidir.

Dinamik qiymətə əsasən, bu istiqamət üzrə ən yaxın stansiya və dayanacağa biletin qiyməti 14,8 AZN-dən başlayır.

🪄 Yeni günə yeni məkanda başlamaq üçün bileti elə indi almağa tələsin!

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

01 Jan, 08:04


🎉 ❄️ Yeni ildə sənin də bizimlə birgə xatirən olsun!

🛤️🪄 ADY ilə şimal-qərb rayonlarına rahat və təhlükəsiz səyahət et, yeni və yenidən kəşflər etmək fürsətini əldən vermə.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

31 Dec, 10:54


🎉 Evdə tək oturma, ADY ilə yeni ildə yeni istiqamətlərə səfər et!

Özünəməxsus tarixi, mədəniyyəti, mətbəxi və qonaqpərvərliyi ilə Şəki, Qax, Zaqatala və Balakən səni gözləyir.

🪄 Bu qatarın ilk sərnişinlərindən olmaq üçün biletini elə indi al! Yeni ilin yeniliyini qeyd etməyə tələs!

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

31 Dec, 04:52


🎉 Xalqımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, sağlamlıq, uğur və sarsılmaz birlik arzulayırıq.

🌟 Qarşıdan gələn bütün səfərləriniz uğurla nəticələnsin, gözü yolda qalan olmasın.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

30 Dec, 13:33


🛤️❄️ ADY bayram günlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reyslərinin sayını artırır.

🌟 Belə ki, 31 dekabrda Qəbələdən Bakıya, 2 yanvarda isə Bakıdan Qəbələyə səfər edə bilərsiniz.

ℹ️ Qeyd edək ki, 30 dekabr-5 yanvar bayram günlərində Bakı-Qəbələ-Bakı qatarlarımız hər gün (1 yanvar istisna olmaqla) hərəkətdə olacaq.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

30 Dec, 07:22


Nazirlər Kabineti "Dəmiryol nəqliyyatının siqnalizasiya Təlimatı"nı təsdiqləyib.

🛤️🚦 Təlimat dəmiryol nəqliyyatında hərəkətin təhlükəsizliyinin təmin edilməsinə, həmçinin qatarların hərəkətinin və manevr işinin təşkilinə xidmət edən müxtəlif təyinatlı görünən və səsli siqnalların mənalarını və tətbiqinə dair tələbləri müəyyən edir.

🔗 Daha ətraflı: https://bit.ly/41QglxX

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

29 Dec, 13:32


ADY qeyri-iş günlərində gücləndirilmiş rejimdə çalışacaq.

🚆 Belə ki, 30 dekabr-5 yanvar tarixlərində Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları üzrə əlavə qatar reysləri təyin edilib.

🛤️ Eyni zamanda, 3 yanvardan başlayaraq Bakı-Balakən-Bakı marşrutu ilə yataq tipli gecə qatarlarının hərəkəti bərpa olunur.

🌐📞📱 Qatarların hərəkət cədvəli və biletlər haqqında əlavə məlumatları dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az), eləcə də 24/7 xidmət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

26 Dec, 16:06


Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirənlərin xatirəsi ADY-də bir dəqiqəlik sükutla yad edilib.

Eyni zamanda, ADY kollektivi Heydər Əliyev Beynəlxalq Hava Limanında hadisə qurbanlarının xatirəsinə həsr edilmiş guşəni ziyarət edib, əklil və gül dəstələri qoyub.

Azərbaycan Dəmir Yolları

26 Dec, 08:48


Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirənlərin əziz xatirəsi ADY-də 1 dəqiqəlik sükutla yad olunub.

Allah rəhmət eləsin!

Azərbaycan Dəmir Yolları

25 Dec, 12:30


Channel photo updated

Azərbaycan Dəmir Yolları

24 Dec, 14:48


📢 ADY Bakı-Balakən-Bakı marşrutunun bərpası ilə gecə səfərlərinə start verir!

Belə ki, yataq tipli qatarlar 3 yanvardan etibarən hər gün saat 23:50-də Bakıdan Balakənə, 4 yanvardan isə saat 22:10-da Balakəndən Bakıya hərəkət edəcək.

🛤️ Marşrut üzrə Şəki, Qax, Zaqatala və Balakən stansiyalarında, həmçinin dörd aralıq dayanacaqda sərnişinlərin düşüb-minməsi təmin ediləcək.

🌐📞📱 Qatarların hərəkət cədvəli və biletlər haqqında əlavə məlumatları dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az), “ADY Mobile” mobil tətbiqindən, eləcə də 24/7 xidmət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

24 Dec, 07:09


❄️⛷️🎿 Nağıl kimi qış tətili arzulayırsınız?

🚆🏔️🎄 ADY ilə həmin nağılı təbiətin saf gözəlliyi və şəhərin əlvan ruhunu özündə birləşdirən Qəbələdə yazın!

👇 Bunun üçün bir bilet yetər.

🌐 www.ady.az
📱”ADY Mobile”
📞1822
🎟️ Stansiya və vağzal kassaları

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

24 Dec, 04:52


🇦🇿 Müdrik və uzaqgörən siyasəti, möhkəm iradə və qətiyyəti ilə Azərbaycanı zirvələrə daşıyan cənab Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edirik!

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

23 Dec, 14:00


🛤️ ADY sıfır tullantılı gələcəyə səyahət edir!

0️⃣ Dəmir yollarında ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf prinsiplərinə uyğun olaraq ADY sıfır tullantı strategiyasını həyata keçirməyə davam edir.

♻️ Bu yanaşma nəticəsində 2023-cü ildən etibarən enerji istehlakını 5%, təbii qaz istehlakını 16%, su sərfiyyatını 23%, karbon emissiyasını isə 9% azaltmağa nail olmuşuq. Eyni zamanda, günəş panellərindən istifadə sayəsində bu il ərzində 90 min kilovatdan çox enerji istehsal edilərək 8 min kubmetrdən çox təbii qaza qənaət edilib.

🌍 Hədəfimiz elektrikləşdirməni, rəqəmsallaşmanı, innovasiyaları, yaşıl enerjiyə keçidi və təkrar emalı daha da genişləndirməklə tullantısız gələcəyə töhfə verməkdir.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

23 Dec, 09:20


Sərnişinlərimizə 2024-cü ilin son həftəsində uğurlu səfərlər diləyirik!

🫶🏻 ADY bu ili “Yüksək xidmət, rahat və təhlükəsiz səyahət” şüarı ilə başa vuraraq növbəti ildə eyni enerji və həvəslə sərnişinlərin dəmiryol yoldaşı olmağa davam edəcək.

🚆🌟 Bu ildən gələn ilə, səfər edin bizimlə!

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

20 Dec, 12:23


🎄 Yeni ildə yeni macəralar üçün Qəbələ yolunuzu gözləyir!

❄️🗻 Bir-birini tamamlayan qış mövsümü və Qəbələ yeni il xatirələrinizin baş qəhrəmanlarına çevrilsin.

🌟 Səfər biletinizi elə indi alın, hazırlıqlar başlasın!

🌐📞📱 Qatarların hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az), “ADY Mobile” mobil tətbiqindən, eləcə də 24/7 xidmət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

20 Dec, 08:10


🕕 ADY-nin fundamental dəyərlərindən olan təhlükəsizliyin təmin edilməsi məqsədilə 24/7 nəzarət sistemi fəaliyyət göstərir.

Müasir Videomüşahidə Mərkəzinin 800-dən çox kamerası vasitəsilə Bakı Dəmiryol Vağzalı və Abşeron dairəvi dəmir yolunda, eyni zamanda, Bakı–Qəbələ-Bakı və Bakı–Ağstafa-Bakı marşrutları üzrə stansiyalarda və digər strateji infrastruktur obyektlərində fasiləsiz müşahidə aparılır.

🔗 Daha ətraflı: https://bit.ly/49R29H0

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

19 Dec, 07:58


ADY qarşıdan gələn bayram günləri ərəfəsində sərnişin tələbatını təmin etmək məqsədilə 28 və 29 dekabr tarixlərində Bakıdan Ağstafaya və Ağstafadan Bakıya əlavə qatar reysləri təyin edir.

🗓️ Xatırladaq ki, 30 dekabr-5 yanvar bayram günlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə qatarlar hər gün hər iki istiqamətdə hərəkətdə olacaq.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

18 Dec, 15:20


🫶🏻 Sevinc dənizi!

🥳 Builki 8 milyonuncu sərnişinimiz balaca Dəniz həm bu əlamətdar hadisənin qəhrəmanı olmağın, həm də rahat və təhlükəsiz səfər etməyin sevincini yaşadı.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

18 Dec, 13:04


🇦🇿🇮🇷 ADY sədri Rövşən Rüstəmov İrana səfəri çərçivəsində Culfa və Astara şəhərlərində olub, İran Dəmir Yollarının rəhbəri Cabbar Əli Zakeri Sardrudi ilə görüşüb.

🔗 Daha ətraflı: https://bit.ly/3ZzUhEM

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

18 Dec, 11:43


🎉 ADY növbəti rekorda imza ataraq bu il 8 milyonuncu sərnişini daşıyıb.

🔗 Daha ətraflı: https://bit.ly/4fnBLFx

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

18 Dec, 09:01


ADY-nin əldə etdiyi razılaşmalar əsasında bu il Orta Dəhlizlə Çindən Azərbaycana neçə blok qatar göndərilib? Növbəti il üçün hədəf nə qədərdir? Orta Dəhliz yükdaşıyıcılar və yükgöndərənlər üçün hansı üstünlükləri təqdim edir?

Strateji inkişaf departamentinin rəhbəri Anar Qasımov REAL TV-nin “Səhər agenti” verilişində bu və digər sualları cavablandırıb.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

04 Dec, 12:24


🇦🇿🇧🇾 ADY sədrinin müavini Arif Ağayev Belarus Dəmir Yollarının sədr müavini Andrey Yakobsonla görüşüb, ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsini müzakirə edib.

🔗 Daha ətraflı: https://ady.az/belarus

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

04 Dec, 09:13


🛤️ 2024-cü ilin yanvar-noyabr aylarında ADY-yə məxsus dəmir yollarında qatarın qarşısına qəfil insan çıxması nəticəsində 16 toqquşma hadisəsi baş verib. Nəticədə 6 nəfər xəsarət alıb, 11 nəfər həyatını itirib.

📌 Dəmir yolunda qəza hadisələri əksərən piyada və avtomobil sürücülərinin diqqətsizliyinə görə baş verir. ADY bu kimi halların qarşısının alınması üçün dəmir yolu ətrafında yerləşən məktəblərdə və yaşayış sahələrində maarifləndirmə işləri aparır, eyni zamanda, infrastrukturda təhlükəsizlik tədbirlərini gücləndirir.

ℹ️ Qeyd edək ki, müasir qatarlar daha sürətli və səssizdir. Dəmir yollarından keçərkən yalnız təyin olunmuş yerlərdən və yerüstü keçidlərdən istifadə edin. Dəmir yolu xətlərinə yaxınlaşarkən sağa və sola baxın, qatarın gəlmədiyinə əmin olduqdan sonra hərəkətə davam edin.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

03 Dec, 13:08


🇦🇿🇨🇳 Bu il Çindən Orta Dəhlizlə Azərbaycan istiqamətində idxal və tranzit rejimdə 300-cü konteyner blok qatarı yola salınıb.

🔗 Daha ətraflı: https://bit.ly/41gvQ1H

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

03 Dec, 08:47


🌍 Bu gün dünyada Beynəlxalq Əlilliyi olan Şəxslər Günü kimi qeyd olunur.

ADY fiziki məhdudiyyətli sərnişinlərin hərəkət rahatlığını təmin etmək üçün stansiya və vağzallarda taktil lövhələr, lift və panduslar quraşdırır.

🚆 Eyni zamanda, müasir qatarlarımızda “Brayl” əlifbasından geniş istifadə edilir.

🤝🏻 Hər kəsin haqqı olan inklüziv dəmir yolları ilə maneəsiz səfərlərin təşkilini davam etdirəcəyik.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

02 Dec, 09:42


ADY sədrinin müşaviri Emil Məmmədov Vyanada Avropa İpək Yolu Sammitində Orta Dəhlizin artmaqda olan yükdaşıma potensialı və ADY-nin bu potensialın reallaşdırılması üçün gördüyü işlərdən danışıb.

🔗 Daha ətraflı: https://ady.az/orta-dehliz-yeni-imkanlar

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

02 Dec, 07:24


ADY Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 7, 8, 14 və 15 dekabr tarixlərində əlavə qatar reysləri təyin edir.

🚆 Eyni zamanda, Bakı-Ağstafa-Bakı qatarlarımızla ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər edə bilərsiniz.

🌐📞📱 Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

01 Dec, 07:21


🌟 Azadlığının dördüncü ilini yaşayan Laçın abadlaşır, gözəlləşir və işğaldan öncəki həyat dolu günlərinə qayıdır.

☀️🇦🇿 Laçın rayonunun işğaldan azad edilməsinin ildönümü münasibətilə xalqımızı təbrik edirik!

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

30 Nov, 09:53


🐈🦜 Bu gün bir çox ölkədə Dünya Ev Heyvanları Günü kimi qeyd olunur.

🐾🚆 ADY-nin balaca dostlarımız üçün dəmiryol stansiya və vağzallarında yaratdığı şərait sayəsində onlar özlərini evdəki kimi hiss edirlər.

Həmçinin müəyyən qaydalar əsasında sevimli ev heyvanlarınızla ADY-nin rahat və təhlükəsiz qatarlarında səyahət edə bilərsiniz.

🔗 Həmin qaydalarla buradan tanış olun: https://rb.gy/dp5sgt

🌍🧩 Dünyanı paylaşdığımız hər can dəyərlidir.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

29 Nov, 09:20


🌟 Payız qızıl xatirələrlə yadda qalsın!

🍂🍁 ADY-nin rahat və təhlükəsiz qatarları ilə son günlərini yaşadığımız qızıl payızın görüşünə tələsin. Təbiətin ən rəngarəng mövsümü unudulmaz xatirənizə çevrilsin.

🌐📞📱 Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

28 Nov, 12:54


🌧️ Yağış yağır, rəqs eyləyir gur damlalar.

🚆 Yağışlı havada ADY-nin qatarları ilə səfər etmək həm rahat və təhlükəsizdir, həm də xoş duyğularla baş-başa qalmaq deməkdir.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

28 Nov, 09:05


🇦🇿🌍 Dayanıqlı nəqliyyatın dəmir yolları!

ADY-nin tərəfdaşlıq və əməkdaşlıq etdiyi təşkilatların yüksək səviyyəli rəsmiləri COP29 tədbiri çərçivəsində dəmir yollarının dayanıqlı inkişafdakı mühüm rolunu vurğulayıblar.

🌟Həm dekarbonizasiya, həm beynəlxalq logistika, həm də sərnişindaşıma xidmətində Azərbaycanın dəmir yollarının artan potensialı xüsusi qeyd olunub.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

27 Nov, 09:26


ADY Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 30 noyabr və 1 dekabr tarixlərində əlavə qatar reysləri təyin edir.

🚆 Eyni zamanda, Bakı-Ağstafa-Bakı qatarlarımızla ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər edə bilərsiniz.

🌐📞📱 Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

17 Nov, 05:58


🇦🇿 Milli Dirçəliş Günü – müstəqilliyimizi yenidən qazandığımız tarixi yürüşün başladığı gün münasibətilə xaqlımızı təbrik edirik!

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

16 Nov, 13:45


🛤️ #COP29 iştirakçılarının dəmir yollarla rahat və təhlükəsiz səfərləri davam edir!

🚆🌍 Yaşıl dünya üçün Bakıda bir araya gələn müxtəlif ölkələrin nümayəndələri ADY-nin qatarları ilə ekoloji təmiz səfərlər edirlər.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

16 Nov, 10:28


🌟 Dayanıqlı gələcəyə səyahətimiz davam edir!

📱 Rəqəmsal məhsulumuz olan “ADY Mobile” tətbiqinin yüklənmə sayı 1️⃣5️⃣0️⃣ minə çatıb!

💯 Bu, ADY-nin sərnişinlərlə birgə dayanıqlı gələcəyə uğurlu səyahətinin göstəricisidir.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

16 Nov, 07:43


🌟 #COP29 qonaqlarının ADY Muzeyinə ziyarəti davam edir!

🇩🇪 Budəfəki qonağımız Berlindən başlayan səyahətinə muzeyimizi gəzərək, dəyərli məlumatlar əldə edərək, öz təbiri ilə desək, təsirlənərək xoş xatirələr qatdı.

ℹ️ Qeyd edək ki, ADY Muzeyi gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

16 Nov, 07:27


ADY müasir texnologiya və innovasiyalarla xidmətlərini davamlı təkmilləşdirir.

👉 Sərnişinlərimizin rahatlığı və təhlükəsizliyi üçün innovativ texnologiyaların tətbiqi ilə səyahətləri daha komfortlu və etibarlı edirik.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

15 Nov, 12:08


🌟 7 gün ərzində ADY-nin elektrik qatarları ilə COP29 tədbirində akkreditasiyadan keçmiş 3000-dən çox sərnişin rahat və təhlükəsiz səfər edib.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

15 Nov, 11:14


Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə ADY sədrinə yeni müavin təyin olunub.

💼 2023-cü ildən ADY sədrinin müşaviri olaraq çalışmış Arif Ağayev sədrin müavini vəzifəsinə təyinat alıb.

🔗 Daha ətraflı: https://ticket.ady.az/yeniteyinat

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

15 Nov, 08:45


🚆🌟 Gəlin Bakı Dəmiryol Vağzalından COP29 tədbirinin əsas məkanı olan Bakı Olimpiya Stadionuna doğru yola çıxaq!

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

15 Nov, 07:59


☀️ ADY-nin lokomotiv depolarında quraşdırılmış günəş panelləri bu il 90 min kilovat-saat enerji istehsal edərək 20 000 kq karbon tullantısının atmosferə buraxılmasını önləyib.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

15 Nov, 06:01


🌎⭐️ #COP29 günlərində həm xarici qonaqlar, həm də yerli sərnişinlər qatarlarımızdan böyük məmnuniyyətlə istifadə edirlər.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

14 Nov, 14:29


ADY COP29 tədbiri günlərində yerli sakinlər və xarici qonaqların rahat səyahəti üçün hansı işləri görür?

ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov vağzal və stansiyalarda yaradılmış şərait, o cümlədən “fast track” sürətli keçid dəhlizlərinin təşkili, ADY könüllülərinin fəaliyyəti və bir çox məsələlər barədə məlumat verir.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

14 Nov, 10:46


🪄 Səyahət bir toxunuşla başlayır!

Rəqəmsal məhsulumuz olan “ADY Mobile” tətbiqində sürətli onlayn bilet əldə edərək vaxt itirmədən səfərə başlayın.

🛤️🌍 Qatarla rahat və təhlükəsiz səyahətlər rəqəmsallaşır, gələcək bu günlə birləşir.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

14 Nov, 09:42


☀️ 🌍 Tullantısız dünya, sağlam gələcək!

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

14 Nov, 07:44


🚆❇️ Qatarla get, karbonu yox et!

♻️ ADY-nin elektrik qatarları ilə hər səfər ətraf mühitin qayğısına qalır, sağlam gələcəyə töhfə verir.

🌍 COP29 günlərində edilən hər səyahət yaşıl dünya üçün həmrəylik nümunəsi kimi daha dəyərlidir.

🌟 Səfərimiz çox, tullantımız yox olsun!

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

06 Nov, 09:35


🌟 ADY-nin veb-saytı artıq 3 dildə fəaliyyətə göstərir!

Veb-saytımız tam yeni formatda, daha əlverişli və intuitiv interfeys, 3 dildə sürətli və əlçatan məlumat bazası ilə istifadəçilərə təqdim olunur.

🔗 ADY-nin yenilənmiş saytına buradan keçid edə bilərsiniz: https://ady.az/

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

06 Nov, 09:07


🇦🇿 Prezident İlham Əliyev Bişkekdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə Görüşündəki çıxışı zamanı son dövrlərdə Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan üzərindən yükdaşımaların artdığını bildirib.

Ölkə başçısı, eyni zamanda, Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycanın öz sərmayələrini artırdığını vurğulayıb.

“2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-sentyabr aylarında üzv və müşahidəçi dövlətlər ilə tranzit daşımalarının həcmində 15 faizə yaxın artım müşahidə edilir. Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir edəcək”, - Prezident İlham Əliyev qeyd edib.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

05 Nov, 10:36


📣 Sərnişinlərin nəzərinə!

🚆 11-23 noyabr tarixlərində Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkət qrafikinə dəyişiklik edilir.

ℹ️ Belə ki:

• Bakıdan saat 08:10, 17:50 və 19:05,
• Sumqayıtdan saat 07:20,
• Xırdalandan isə saat 08:40 və saat 18:20 reysləri müvəqqəti olaraq ləğv edilməklə qeyd olunan tarixlərdə (17 noyabr həftəsonu istisna olmaqla) qatarlar iş günü qrafiki əsasında hərəkət edəcək.

ℹ️ Xırdalan istiqamətində və Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən digər qatarların hərəkət qrafiki dəyişiklik edilmədən qüvvədə saxlanılır.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

05 Nov, 06:00


ADY bu ilin yanvar-oktyabr aylarında 6 milyon tondan çox tranzit yükü daşıyıb ki, bu da ötən ilin ötən eyni dövrü ilə müqayisədə 7% çoxdur.

⬆️ 2024-cü ilin oktyabr ayında daşınan tranzit yüklərin həcmində isə 2023-cü ilin oktyabr ayına nisbətən 14% artım qeydə alınıb.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

04 Nov, 11:46


🌟 ADY ötən ilin rekordunu təzələyir!

Bu ilin yanvar-oktyabr aylarında ADY-nin qatarları ilə 6,9 milyondan çox sərnişin daşınıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 23% çoxdur.

⬆️ 2023-cü və 2024-cü illərin oktyabr ayında daşınan sərnişin sayında isə bu il 24% artım qeydə alınıb.

ℹ️ Qeyd edək ki, 2023-cü ildə ADY dəmir yolları tarixində ilk dəfə olaraq 7 milyon sərnişin daşımağa nail olub.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

04 Nov, 05:42


🌟 Təmiz səyahət, yaşıl təbiət - dəmir yolları ətraf mühitə ən az təsir edən nəqliyyat kimi dayanıqlı gələcəyə aparır!

🛤️ COP29 qlobal iqlim sammitinə hazırlıqlar çərçivəsində dəmiryol stansiya və vağzallarının platformalarında ətraf mühitin mühafizəsi üçün ADY tərəfindən görülmüş işləri əks etdirən, eyni zamanda COP29-a həsr edilmiş posterlər quraşdırılıb.

🚆 Bundan başqa, sərnişin daşımaları üçün istifadə edilən qatarların monitorları COP29 mövzusuna uyğun vizual materiallarla brendləşdirilib.

🌍 Unutmayaq ki, hər zaman B planımız var, amma B planetimiz yoxdur.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

03 Nov, 12:05


🏃🏻‍♂️🏃🏻‍♀️Dəmiryolçular “Qələbə qaçışı”nda 10 km məsafəni uğurla qət edib.

🇦🇿 Bu gün Gənclər və İdman Nazirliyi tərəfindən Vətən müharibəsində qazandığımız tarixi Zəfərə həsr olunmuş “Qələbə qaçışı” adlı növbəti xeyriyyə qaçışı təşkil edilib.

🏅Dənizkənarı Milli Parkda “Qürurla irəli” şüarı altında keçirilmiş yarışda iştirakçılar finişə doğru 10 km məsafə boyunca qaçıblar.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

02 Nov, 18:08


⚠️ Diqqət!

‼️ ADY Kart adı altında sosial mediada saxta səhifələr açılıb. Bu səhifələr “il ərzində məhdudiyyətsiz səyahət təklifi ilə ilkin satış qiymətinə smart kart” kimi yalan məlumatlar yayaraq istifadəçiləri aldadır və bank kartı məlumatlarını mənimsəyir.

🔒 Təhlükəsizliyinizi qoruyun:

• ADY-nin rəsmi səhifələrini izlədiyinizə əmin olun.
• Şəxsi məlumatlarınızı paylaşmadan əvvəl səhifənin etibarlılığını yoxlayın.
• Yalnız rəsmi mənbələrdən məlumat əldə edin.

🚨 Kibercinayətkarlığa qarşı birgə mübarizə aparaq!

ℹ️ Şübhəli hallarla qarşılaşdıqda dərhal aidiyyəti qurumlarla və ya 18 22 “Qaynar xətt”imizlə əlaqə saxlayın, bank məlumatlarınızı heç kimlə paylaşmayın.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

02 Nov, 14:37


🛤️ ADY yaşıl dünya naminə və COP29-a hazırlıq çərçivəsində Bakı şəhəri üzrə dəmir yolunun təhkim zolaqlarında genişmiqyaslı təmizlik aksiyası həyata keçirib.

Bakı, Nərimanov, Keşlə, Koroğlu və Biləcəri stansiyalarının ərazisində baş tutmuş aksiyada ADY-nin müxtəlif struktur bölmələri və törəmə təşkilatlarının əməkdaşları iştirak ediblər.

🌱 Zəruri sanitar ləvazimatlarla təchiz olunmuş iştirakçılar təhlükəsizlik qaydalarına tam əməl olunmaqla ərazilərdə təmizlik-abadlıq, yaşıllıqlara qulluq və ağacların diblərinin yumşaldılması kimi işləri yerinə yetirib, dəmiryol xətləri üzərinə atılmış məişət tullantılarını təmizləyib.

♻️ Bu təşəbbüs ətraf mühitin mühafizəsinə diqqəti artırmaq, ekoloji problemlərin vacibliyini vurğulamaq və təbiətə qarşı məsuliyyət hissini gücləndirmək məqsədi daşıyır.

Toplanmış tullantılar aidiyyəti üzrə təhvil verilib.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

02 Nov, 06:57


ADY COP29 qlobal iqlim sammitinə hazırlıqların bir hissəsi kimi Koroğlu dayanacağının Bakı-Pirşağı-Sumqayıt istiqamətində mövcud turniket zalını 6 metr uzunluğunda genişləndirib, həmçinin 6 ədəd yeni keçid turniket quraşdırıb.

⬆️ Turniketlərin sayının 4-dən 10-a çatdırılması ilə buraxılış gücü 1 dəqiqədə maksimum 108 nəfərdən 270 nəfərə yüksəlib.

ℹ️ Qeyd edək ki, 2019-cu ildə istifadəyə verilmiş Koroğlu dayanacağından gün ərzində 5000 nəfərə yaxın sərnişin istifadə edir. 2023-cü ildə bu rəqəm 800 min nəfərə yaxın, 2024-cü ilin on ayında isə 773 mindən çox olub.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

01 Nov, 16:19


ADY COP29 qlobal iqlim sammitinə hazırlıqlar çərçivəsində Bakı Dəmiryol Vağzalında mövcud turniket sayını 28-dən 36-ya çatdırıb.

⬆️ Nəticədə keçid turniketlərinin buraxılış gücü  1 dəqiqədə maksimum 750 nəfərdən 1000 nəfərə yüksəlib.

ℹ️ Hazırda Bakı Dəmiryol Vağzalından gün ərzində 30 minədək sərnişin istifadə edir. Ötən il bu rəqəm 5 milyon nəfərə yaxın olub, 2024-cü ilin on ayında isə 4 milyon yarıma çatıb.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

01 Nov, 11:28


ADY 11-22 noyabr tarixlərində ölkəmizdə keçiriləcək COP29 qlobal iqlim sammitinə geniş hazırlıq tədbirləri görüb.

ℹ️ Görülmüş işlər çərçivəsində:

• Stansiya və vağzallarda yenidənqurma işləri aparılıb, o cümlədən turniket zalları genişləndirilib, turniktlərin sayı artırılıb, əlavə monitorlar quraşdırılıb, taktil döşəmələr yenilənib və s.;
• Sərnişindaşıma xidmətinin tələbata uyğun təşkili üçün əlavə işçi qüvvəsi cəlb edilib;
• Stansiya və vağzallarda sərnişinlərlə birbaşa ünsiyyətdə olan əməkdaşlar təlim və seminarlara cəlb edilib;
• COP29-la bağlı vizual brendləşdirmə edilib;
• Mühafizə xidməti əməkdaşlarının sayı artırılıb;
• Daşımaların fasiləsiz təşkili üçün infrastruktura əsaslı baxışlar keçirilib;
• Təmizlik və yaşıllaşdırma tədbirləri görülüb;
• ADY muzeyi yeni formatda ziyarətçilərin üzünə açılıb.

🔗 Daha ətraflı məlumat: https://ady.az/cop29hazirliq

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

28 Oct, 10:17


İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işləri çərçivəsində dəmiryol infrastrukturu da bərpa edilir.

🏗️ 58%-i tamamlanmış Horadiz-Ağbənd dəmir yolu xətti üzrə Zəngilanda tikilməkdə olan ölkənin 771 metrlik ən uzun dəmiryol körpüsü daxil olmaqla onlarla körpü və tunel, yüzlərlə mühəndis qurğusu inşa edilir.

🛤️ Ağdama və oradan Xankəndiyə uzanan dəmir yolları yenidən qurulur.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

26 Oct, 07:57


☀️🛤️🍁 Qatarlarımız mövsümdən mövsümə aparır!

🍂🚆 Payızın əlvan rənglərinə bürünmüş mənzərələrlə görüş üçün ADY ilə səyahət edin, əhvalınızı yeni mövsümə kökləyin.

🌐📱📞 Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” (www.ady.az/app) tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

25 Oct, 09:56


🔢 Ətraf mühitə qayğı rəqəmlərin dili ilə.

ADY-nin dəmir yollarında dayanıqlılığı artırmaq və ətraf mühitə təsiri azaltmaq istiqamətində gördüyü işlər nəticəsində 2023-cü ildə

- enerjidən istifadə 5️⃣%
- təbii qazdan istifadə1️⃣6️⃣%
- su istehlakı 2️⃣3️⃣%
- karbon tullantılarının miqdarı 9️⃣% azaldılıb.

🛤️🌍 Dayanıqlı dəmir yollarla sağlam gələcəyə səyahətimiz davam edəcək!

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

25 Oct, 05:03


🇦🇿 Dörd il öncə Vətən müharibəsində şanlı ordumuzun Qubadlını işğaldan azad etməsi zəfərə olan inamımızı artırdı, birliyimizi daha da möhkəmləndirdi.

☀️ 25 oktyabr – Qubadlı şəhəri günü münasibətilə xalqımızı təbrik edir, qəhrəmanlarımızı dərin ehtiramla yad edirik.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

24 Oct, 12:22


Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında çıxış edən Prezident İlham Əliyev Azərbaycanın öz coğrafi mövqeyindən istifadə edərək və müasir infrastruktur yaradaraq Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrildiyini bildirib.

“Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq”, - ölkə başçısı qeyd edib.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

24 Oct, 11:02


🛤️♻️ Dəmir yolları dayanıqlı gələcəyə aparır!

🌍🛡️ Unutmayaq ki, hər zaman B planımız var, amma B planetimiz yoxdur.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

24 Oct, 08:16


Dəmir yolu ilə yükdaşımaların, o cümlədən idxal və tranzit yüklərin həcminin artırılması üçün fəaliyyətin mərkəzləşdirilməsi məqsədilə “ADY Ekspress” MMC yenidən təşkil edilir.

🔗 Daha ətraflı: https://ady.az/adyekspress

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

23 Oct, 13:32


📝 Bu gün ADY və Asiya İnkişaf Bankı arasında dəmir yolunda dekarbonizasiya sahəsində əməkdaşlıq üçün "Missiya hesabatı"nın imzalanması mərasimi baş tutub.

🔗 Daha ətraflı: https://ady.az/dayaniqliliq

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

23 Oct, 13:06


23 oktyabr tarixində ADY dəmir yollarına və ümumilikdə Azərbaycanın ictimai nəqliyyatına aid ilk “Dayanıqlılıq hesabatı”nı təqdim edib.

♻️🛤️ Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, COP29 prezidentiliyi, Milli Məclis və Asiya İnkişaf Bankının nümayəndələrinin və media mənsublarının iştirakı ilə keçirilmiş təbirdə dəmir yollarının dayanıqlı nəqliyyatın qurulmasındakı rolu, ADY-nin bu istiqamətdə gördüyü işlər və gələcək planları haqqında çıxışlar edilib.

🔗 Daha ətraflı: https://ady.az/dayaniqliliq

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

23 Oct, 09:59


🛤️❇️ Dəmir yolları ətraf mühitin qeydinə qalır.

♻️🚆 Sağlam gələcək qurmaq üçün təbii resurları qoruyur, tullantıları çeşidləyir, kağız tullantıları və istismar müddəti bitmiş hərəkət tərkibini təkrar emala yönləndiririk.

🌍 Hamımızın bir planeti var, onu qorumaq üçün həmrəyik.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

22 Oct, 15:36


ADY sərnişin tələbatını təmin etmək məqsədilə 26 və 27 oktyabr tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

🚆 Eyni zamanda, Bakı-Ağstafa-Bakı qatarlarımızla ənənəvi qrafiklə hər gün səhər və axşam saatlarında hər iki istiqamətə səfər edə bilərsiniz.

🌐📱📞 Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” (www.ady.az/app) tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

22 Oct, 10:25


❇️🛤️ Rəqəmsal sərnişindaşıma!

🌟 ADY-nin rəqəmsallaşma tədbirləri sərnişindaşıma xidmətini tamamilə yeni səviyyəyə qaldırır, onu daha səmərəli, sürətli və rahat edir.

📲 Rəqəmsal məhsulumuz olan “ADY Mobile” tətbiqi bütün istiqamətlərə sürətli onlayn bilet almaq, balansı artırmaq, qatarların hərəkət cədvəlləri ilə tanış olmaq, bonus və keşbek qazanmaq kimi imkanlar təqdim edir.

Hazırda qatarlarımızla səyahət edən sərnişinlərin təxminən 70%-i onlayn ödənişi seçir.

🛜 Stansiya və vağzallarda quraşdırılmış ödənişsiz “Wi-fi” xidməti sayəsində isə rəqəmsal texnologiyaların üstünlükləri indi daha əlçatandır.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

22 Oct, 05:43


📢 Sərnişin qatarlarının hərəkətində gecikmə qeydə alınmayıb

Oktyabrın 22-də gecə saatlarında aramsız yağıntının yarada biləcəyi fəsadların aradan qaldırılması məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC-nin aidiyyəti struktur bölmələri gücləndirilmiş iş rejimində çalışır.

ℹ️ Əlverişsiz hava şəraitinə baxmayaraq, həm Abşeron dairəvi dəmir yolu marşrutu, həm də ölkədaxili istiqamətlərdə hərəkət edən sərnişin qatarlarının hərəkətində gecikmə qeydə alınmayıb.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

21 Oct, 11:14


♻️🛤️ Bu günü dayanıqlı gələcəyə daşımaq üçün səyahətimizi yaşıllaşdırırıq:

- Müasir elektrik qatarlarımızla ətraf mühitə mənfi təsiri və bərpa olunan enerji resurlarından istifadə ilə karbon tullantılarını azaldırıq
- Rəqəmsal həllər tətbiq edərək təbii resursları qoruyuruq, istifadə etdiyimiz suyu və kağız tullantıları təkrar emal edirik
- Ağac əkir, biomüxtəlifliyi qoruyur, ətraf mühitin qeydinə qalır və bütün bu öhdəliklərimizə sadiqliyimizi davam etdiririk.

🌍🤝🏻 Dayanıqlı dünya qurmaq üçün hər zaman B planı var, amma B planeti yoxdur. Yaşıl dünya üçün həmrəyik!

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

21 Oct, 06:10


🌟 Bu gün Zəngilan rayonunun Mincivan qəsəbəsinin işğaldan azad edilməsindən dörd il ötür.

🏫 1993-cü ildə işğal edilənə qədər Mincivan dəmiryol stansiyası Naxçıvana uzanan dəmir yolunun əsas qovşaqlarından biri kimi fəaliyyət göstərib. Lakin işğal dövründə ciddi dağıntılara məruz qalıb.

🛤️ ADY tərəfindən ölkəmizin əsas hissəsini Naxçıvanla birləşdirəcək Horadiz-Ağbənd dəmir yolunun tikintisi çərçivəsində digər stansiyalarla yanaşı Mincivan stansiyasının da bərpası nəzərdə tutulur.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

21 Oct, 03:48


‼️ Bu gün saat 02:30-da ADY-yə məxsus elektrovoz Binə-Qala sahəsində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 77-HU-132 olan “Mercedes Vito” markalı mikroavtobus xəbərdarlıq nişanlarına məhəl qoymadan yüksək sürətlə dəmiryol xəttini keçməyə cəhd edib və qatara çırpılıb.

ℹ️ İlkin məlumata əsasən, toqquşma nəticəsində avtomobilin sürücüsü və bir nəfər sərnişin müxtəlif dərəcəli xəsarətlər alıblar və xəstəxanaya yerləşdiriliblər.

📢 ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə çağırır. Dəmiryol keçidlərindən keçən zaman diqqətli olun! Qaydaları pozan sürücülər təkcə 100 AZN məbləğində cərimələnmir, həm də özlərinin və sərnişinlərin həyatını riskə atırlar.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

20 Oct, 05:42


🇦🇿 Bu gün şəhər gününü qeyd edən Zəngilan dörd il əvvəl işğal üzərində zəfərimizi qeyd etdi.

🛤️ ADY hazırda Zəngilanda geniş quruculuq işləri icra edir. 57 faizi tamamlanmış Horadiz-Ağbənd dəmir yolu layihəsi çərçivəsində Həkəri, Mincivan, Bartaz və Ağbənd stansiyalarının tikintisi planlaşdırılır, dağıdılmış infrastruktur yenidən qurulur.

🌟 Azad və yenilənən Zəngilanın şəhər günü münasibətilə xalqımızı və bütün zəngilanlıları təbrik edirik!

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

19 Oct, 08:19


🛤️📚 Qatarda kitab oxumaq səyahət içində səyahət etməkdir.

📖 Bəs sizin qatarda oxuduğunuz sonuncu kitab hansıdır?

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

18 Oct, 06:57


🇦🇿 Rəşadətli ordumuz dörd il əvvəl Xudafərin körpüsünə bayrağımızı sancmaqla Zəfər dastanımızın növbəti səhifəsini yazdı.

Milli sərvətimiz olan Xudafərin körpüsü bu gün zəngin tarixi irsimizə və mədəniyyətimizə işıq tutur, qələbə sevincimizə qürur qatır.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

18 Oct, 05:01


🇦🇿 Ən dəyərli sərvətimiz olan müstəqilliyimizi bərpa etməyimizdən 33 il ötür.

🔆 Ulu Öndər Heydər Əliyevin “əbədi, sarsılmaz və dönməz” adlandırdığı müstəqilliyimizin işığında xalqımıza əbədi birlik və həmrəylik arzu edirik.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

17 Oct, 16:09


🍂🍁 Payızın gəlişi ilə Qəbələ əlvan rənglərin gözəlliyinə bürünüb!

🚆⛰️ Bakı-Qəbələ qatarımızla səfərə çıxıb bu gözəlliyi seyr etməyə tələsin!

🌐📞📱 Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” (www.ady.az/app) tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

17 Oct, 13:11


Yol həmişə qatarındır. Gözlə, sonra keç!

2024-cü ilin 9 ayı ərzində dəmiryol keçidlərində 16 toqquşma hadisəsi baş verib. Sürücülərin diqqətsizliyinə görə baş verən hadisələr nəticəsində 3 nəfər xəsarət alıb, 1 nəfər həyatını itirib.

🟢 Təhlükəsizliyimiz üçün hər kəsi həmrəy olmağa çağırırıq.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

17 Oct, 05:39


🇦🇿 Dörd il bundan qabaq 17 oktyabrda Füzulinin azad edilməsinin müjdəsini aldıq, Zəfər yürüşümüzdə növbəti parlaq qələbənin sevincini yaşadıq.

🔆 Bu gün qeyd etdiyimiz Füzuli şəhəri günü həm xalqımızın birliyinin, həm ordumuzun gücünün, həm də Füzulinin dirçəlişinin rəmzidir.

Doğma yurduna qayıtmış və qayıtmağı gözləyən füzulililərin timsalında xalqımızı bu qürur dolu gün münasibətilə təbrik edirik!

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

16 Oct, 15:59


🚆🌟 Təhlükəsiz qatar, təhlükəsiz səyahət!

🛤️🚅 Əməkdaşımız Aynur Salmanova #məndəmiryolçuyam deyərək sərnişinlərə xidmət göstərən hərəkət vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək üçün çalışır.

🛡️ Aynur və onun komanda yoldaşlarının yaxından iştirakı ilə hərəkət vasitələrinin təmirində beynəlxalq təcrübə tətbiq edilir, qrafik əsasında müntəzəm texniki baxışlar keçirilir və daşatma kimi təhlükəli kənar müdaxilələrin nəticələri aradan qaldırılır.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

16 Oct, 10:44


📢 Sərnişinlərimizin nəzərinə!

Qobustan-Səngəçal sahəsində yerləşən dəmir yolu körpülərində aparılan əsaslı təmir işləri səbəbindən Ağstafa-Bakı və Qəbələ-Bakı qatarları müvəqqəti olaraq dəyişdirilmiş qrafik üzrə hərəkət edəcək.

ℹ️ Belə ki, 17 oktyabrdan etibarən Ağstafadan Bakıya saat 8:20 və 16:40-da yola düşən qatarların Bakı Dəmiryol Vağzalına çatma saatları 13:27 və 21:47 əvəzinə müvəqqəti olaraq saat 13:36 və 21:56-ya dəyişdirilir.

ℹ️ Eyni zamanda, Qəbələdən Bakı istiqamətində saat 19:00-da hərəkətə başlayan qatarların Bakı Dəmiryol Vağzalına çatma vaxtı saat 22:20 əvəzinə saat 22:31-ə təyin edilir.

Təmir işləri yekunlaşdıqdan sonra qatarlar əvvəlki qrafiklə xidmət göstərməyə davam edəcək.

🤝🏻 Anlayışınız üçün təşəkkür edirik.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

16 Oct, 05:34


ADY sərnişin tələbatını təmin etmək məqsədilə 19 və 20 oktyabr tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

🚆 Eyni zamanda, Bakı-Ağstafa-Bakı qatarlarımızla ənənəvi qrafiklə hər gün səhər və axşam saatlarında hər iki istiqamətə səfər edə bilərsiniz.

🌐📱📞 Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” (www.ady.az/app) tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

15 Oct, 17:20


Dəmir yollarında təhlükəsizliyə hamımız cavabdehik!

ADY hər gün 37 mindən çox sərnişini rahat və təhlükəsiz mənzilbaşına çatdırır. Amma dəmir yolu üzərində kənar əşyaların qoyulması qatarların hərəkətinə ciddi təhlükə törədir.

🚊 2024-cü il ərzində relslərə kənar əşyaların qoyulması səbəbindən qatarlarımız 27 dəfə təcili tormozlama edib, nəticədə qrafik üzrə hərəkətin təmin edilməsində çətinliklər yaranıb.

➡️ Təhlükəsizlik ADY-nin fundamental dəyəridir. Gəlin birlikdə dəmir yollarını daha təhlükəsiz edək!

@azerbaycandemiryollari

Azərbaycan Dəmir Yolları

15 Oct, 09:52


🇦🇿🇮🇷 İran İslam Respublikasında rəsmi səfərdə olan ADY sədri Rövşən Rüstəmov bu ölkənin dəmir yolu administrasiyasının rəhbəri Cabbar Əli Zakeri Sardrudi ilə görüşüb.

🤝 Görüş zamanı İran ərazisindən keçməklə Şərqi Zəngəzur İqtisadi Rayonu və Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru əlaqəsini təmin edəcək dəmir yolu xəttinin inşası, həmçinin Şimal-Cənub dəhlizinin inkişaf etdirilməsi və yük dövriyyəsinin artırılması müzakirə olunub.

Rövşən Rüstəmov ADY-nin hər iki istiqamətdə atdığı addımları və gələcək planları barədə həmsöhbətini məlumatlandırıb.

🔗 Daha ətraflı: http://ady.az/iranseferi

@azerbaycandemiryollari