Maragli_Xeber @mxeber Channel on Telegram

Maragli_Xeber

@mxeber


✔️ Marag_xeberin -nin rəsmi telegram
kanalı
Reklam üçün @mmadmins -ə yazın

Maragli_Xeber (Azerbaijani)

Maragli_Xeber adli telegram kanali sizə maraqlı və aktual xəbərləri çatdirir. Burada günün ən vacib başlıqlarını, dünya hadisələrini və sürprizli məlumatları tapa bilərsiniz. Mxeber kanalı sizə hər an ən son xəbərləri və informasiyaları çatdirir. Əgər maraqlı xəbərlərlə gününüzü daha məzəli və informasiyalı etmək istəyirsinizsə, Mxeber kanalına qoşulun! Kanalımızda reklam və sponsorluq imkanları da mövcuddur. Hesabımıza yazaraq ətraflı məlumat əldə edə bilərsiniz. Mxeber kanalı, xəbərlərə məxsus informasiya dənizidir. Siz də bu dənizdə üzən və ən son xəbərlərə ulaşanlardan biri olmağa hazırsınız? O zaman həmen Mxeber kanalına abunə olun! Maragli xəbərlər artıq əlinizin altında. Reklam üçün @mmadmins adresinə yazın.

Maragli_Xeber

17 Feb, 08:53


Ötən il 58 kişi qadınlar tərəfindən zorakılığa məruz qalıb.

Bildirilib ki, 2024-cü ilin yanvar-dekabr aylarında 860 Gender əsaslı zorakılıqla bağlı Dəstək Xəttinə 330 müraciət daxil olub. Onlardan 58-i kişi, 272-si isə qadınlar tərəfindən edilib.
Vurğulanıb ki, onlardan 205 nəfəri Bakıdan, 125-i isə regionlardan müraciət edib:

Maragli_Xeber

16 Feb, 06:57


💨Bakıda külək güclənib, bəzi rayonlarda qar yağıb

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Dağlıq rayonlara qar yağıb, yağan qarın hündürlüyü Lerikdə 18, Qrızda 16, Şahdağda 9, Şahbuzda 7, Daşkəsəndə 3, Qusarda (Ləzə) 2, Xaltan, Yardımlıda 1 sm olub.

Qərb küləyi əsib. Sarı xəbərdarlığa uyğun olarağ küləyin sürəti Sədərək, Daşkəsən, Qobustanda 18 m/s, Bakıda və Abşeron yarımadasında 15 m/s-dək güclənib.

Naxçıvan, Şərur, Daşkəsən, Gədəbəy, Balakən, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Xaltan, Yevlax, Göyçay, Zərdab, Cəfərxan, Lerik, Ağdamda duman müşahidə olunur.

Maragli_Xeber

15 Feb, 14:13


❗️Fevralın 16-da Azərbaycan Ordusunun hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri keçiriləcəkdir-MN

Bildirilib ki, mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub.

Maragli_Xeber

15 Feb, 06:19


🚨Ötən gün Bakıda qeydə alınan tıxac:

Maragli_Xeber

14 Feb, 16:28


🔥🔥EKSKLÜZİV XƏBƏR!

📌Bu dəqiqələrdə Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təqdim olunur.

💥Bu vəzifəyə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov təyin edilir.

Maragli_Xeber

14 Feb, 06:15


🇦🇿🛫 Bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranması günüdür

🗓 Yaranma tarixi 1919-cu ildən götürülsə də, milli hərbi qurum kimi formalaşdırılması ötən əsrin 90-cı illərinə təsadüf edir. 1992-ci il fevralın 14-də Milli Ordunun Hərbi Hava Qüvvələri (HHQ) ayrıca bölmə kimi təsis olunub və həmin vaxtdan bu tarix Hərbi Hava Qüvvələri Günü kimi qeyd olunur.

📌 1994-cü ildən sonra Azərbaycanda başlanan hərbi islahatlar prosesinin özəyini məhz HHQ və Hava Hücumundan Müdafiə Qoşunları təşkil edib. 1997-ci ildə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi ilk milli hərbi təyyarəçilərimizin buraxılışına başlayıb.

👨🏻‍✈️ Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa Qayıbov olub. O, Birinci Dünya Müharibəsində Almaniyaya qarşı keçirilən hava əməliyyatlarında fəal iştirak edib və indiki Belarus ərazisində gedən döyüşlərdən birində həlak olub.

👏🏻 İnformasiya Agentliyi bütün Hərbi Hava Qüvvələri hərbçilərini təbrik edir!

Maragli_Xeber

13 Feb, 06:45


🇺🇸🇷🇺ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparıb.

Rusiya prezidenti Trampı Moskvaya dəvət edib.

Putin Trampla razılaşıb ki, Ukraynada uzunmüddətli nizamlanma danışıqlar yolu ilə əldə edilə bilər.

Maragli_Xeber

12 Feb, 15:44


✍🏻Elnur Şəmistan oğlu Bağırov Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri təyin edilib.

Maragli_Xeber

12 Feb, 02:20


⚠️Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Best Beef”in “Ocaq” sosis məhsulu və “Doktorskaya” kolbasasından nümunələr laboratoriyada yoxlanılıb.

Hər iki məhsulun etiket məlumatında bəyan edilmədiyi halda, tərkibində donuz əti DNT-si aşkarlanıb.

Faktla bağlı sahibkar barəsində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilib.

Maragli_Xeber

11 Feb, 05:37


DİN: Uşaqlara konfet görüntülü narkotik tərkibli dərmanların paylanılması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir

Maragli_Xeber

10 Feb, 06:08


🌨 Sosial şəbəkələrdə paytaxta yağan qarla bağlı görüntülər yayılıb: Yeni Günəşli

Maragli_Xeber

10 Feb, 06:05


🇹🇷✍️Ərdoğan Türkiyə ilə Azərbaycan arasında miqrasiya sahəsində əməkdaşlıq sazişini təsdiqləyib

Maragli_Xeber

08 Feb, 18:22


❗️🌧️🌪️Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir.

Məlumata görə, fevralın 8-i saat 18:00-a olan məlumata əsasən, Abşeron yarımadasının bəzi yerlərində, Kəlbəcər, Laçın, Daşkəsən, Gədəbəy, Şəki, Oğuz, Zaqatalada (Əlibəy) arabir qar yağır.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4.6 metrə çatıb.

Maragli_Xeber

08 Feb, 14:00


🇺🇸 ABŞ Prezidenti Donald Tramp sələfi Cozef Baydenin məxfi məlumatlara çıxışını məhdudlaşdırıb.

“Co Baydenin məxfi məlumatlara çıxışını davam etdirməsinə heç bir ehtiyac yoxdur. Buna görə də biz dərhal Co Baydenin məxfi məlumatlara buraxılışını ləğv edir və onun üçün gündəlik kəşfiyyat brifinqlərini dayandırırıq”, – Tramp qeyd edib.

Maragli_Xeber

07 Feb, 15:35


11-ci sinif buraxılış imtahanlarının qrafiki açıqlanıb.

Orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 2 və 9 mart 2025-ci il tarixlərində keçiriləcək.
Xəbərin tam versiyası üçün klikləyin.

Maragli_Xeber

07 Feb, 06:37


Mingəçevir-Xocalı-Xankəndi-Şuşa müntəzəm avtobus reysi sabah istifadəyə veriləcək

Bilet qiymətləri Şuşaya 5,5 manat, Xocalıya 4,5 manat, Xankəndiyə isə 5 manat təşkil edir.

Maragli_Xeber

06 Feb, 18:10


RƏSMİ❗️💵Fevralın 1-dən əmək pensiyalarının minimum məbləği 280 manatdan 320 manata qaldırılacaq.

Maragli_Xeber

06 Feb, 07:00


‼️ Azərbaycana gətirilən arıqlama çaylar təhlükəlidir ‼️

Son dövrlər elektron ticarət yolu ilə kütləvi formada “arıqlama çayı və qəhvələri” adı altında ölkəyə gətirilən müxtəlif markalı qəhvə və çayların tərkibində bir sıra hallarda güclü təsirə malik maddə hesab edilən “sibutramin” maddəsinin olduğu aşkar edilib.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Farmakoloji və Farmakopeya Ekspert Şurasının Protokoluna əsasən piylənmə əleyhinə vasitə kimi istifadə olunan “sibutramin” tərkibli məhsulların insan orqanizmi üçün təhlükəli olduğu və sağlamlığa göstərdiyi ciddi təsirləri nəzərə alınaraq dövlət qeydiyyatdan çıxarılması barədə qərar qəbul olunub və tərkibində “sibutramin” olan məhsulların dövlət qeydiyyatına alınması qadağan edilib.

Maragli_Xeber

05 Feb, 14:40


Pensiyaların indeksləşdirilərək artırılması bütün pensiyaçı (o cümlədən pensiyaçı olan hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və s.), yəni, 1,1 milyon pensiyaçıya şamil olunur və bu artımlar üçün illik əlavə olaraq 534 milyon manat vəsait ayrılıb

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 1,1 milyon pensiyaçıya şamil olunan bu artım üçün illik əlavə olaraq 534 milyon manat vəsait ayrılıb.

Maragli_Xeber

04 Feb, 20:24


Leyla Əliyeva Polad Bülbüloğlunu təbrik edib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva Xalq artisti, professor, millət vəkili, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Polad Bülbüloğlunu 80 illik yubileyi münasibətilə təbrik edib.

Bu barədə o, özünün "Instagram" profilində paylaşım edib.

Leyla Əliyeva Xalq artistinin Heydər Əliyev Sarayında keçirilən yubiley gecəsindən foto paylaşaraq ad günü təbriki yazıb.

Maragli_Xeber

04 Feb, 06:27


Bu gün Lənkəranda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq

Bu barədə “Azərişıq” ASC-yə istinadən xəbər verir.

Bununla əlaqədar olaraq saat 10:30-dan saat 13:30-dək rayonun Kərgəlan, Lüvəsər, Xanbulan, Daştatük, Bürcəli, Qurumba, Rvo, Şovu, Şağlaküçə kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Maragli_Xeber

03 Feb, 17:05


🇦🇿Azərbaycanda terrorçu qruplaşma zərərsizləşdirilib

Saxlanılan şəxslərin Qusarın Hil, Cibir və Yasab kəndlərini əhatə edən meşə massivində yeraltı sığınacaqlar yaratmaları, bu sığınacaqları silah-sursat, partlayıcı maddələr, texniki qurğular və digər zəruri ləvazimatlarla təchiz etmələri təsbit olunub.

Maragli_Xeber

03 Feb, 06:34


⚠️Polis əməkdaşına xəsarət yetirmə ittihamı ilə 2021-ci ildə həbs edilmiş Milli Məclisin sabiq deputatı Eldəniz Səlimov azadlığa çıxıb.

Maragli_Xeber

02 Feb, 15:23


⚡️⚡️Xəzər dənizində 3,2 maqnitudalı zəlzələ olub

Bakı vaxtı ilə 13:50 qeydə alınmış yeraltı təkanların ocağı 60 km dərinlikdə yerləşib.

Maragli_Xeber

02 Feb, 04:01


🇦🇿Bu gün - 2 fevral Azərbaycan Gəncləri Günüdür

Gənclik güc, ümid və gələcək deməkdir! Əziz gənclər, arzularınızın ardınca gedin, daim inkişaf edin və ölkəmizin parlaq gələcəyini qurmaq üçün əlinizdən gələni edin! Sizin enerjiniz və əzminiz hər zaman ilham mənbəyidir.

Gününüz mübarək, dəyərli gənclər! ❤️

Maragli_Xeber

01 Feb, 13:32


Binəqədi qəsəbəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Binəqədi rayonunun Binəqədi qəsəbəsinin Telman Kəlbiyev küçəsində kanalizasiya xəttinin çəkilməsi ilə əlaqədar fevralın 3-dən işlər yekunlaşanadək T.Kəlbiyev və Zəngəzur küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat yayıb.

Bildirilir ki, məhdudiyyətlə əlaqədar, 41 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək. Avtobuslar N.Mustafayev, G.Ramazanov, F.Qurbanlı və Xanqızı küçələri ilə keçməklə Araz küçəsinədək hərəkət edəcək.

Maragli_Xeber

01 Feb, 05:11


🚎 62 və 217 nömrəli marşrut avtobusları üzrə "Baku Bus" fəaliyyət göstərəcək

Maragli_Xeber

31 Jan, 17:56


🇨🇳‼️ Çin Pekindən 30 km cənub-qərbdə nəhəng hərbi obyekt tikir.

600 hektardan çox ərazini əhatə edən kompleks Amerika Pentaqonundan ən azı 10 dəfə böyük olacaq.

Maragli_Xeber

31 Jan, 06:33


‼️ Dəmir yolu ilə bağlı

● Bakı-Xırdalan-Sumqayıt dəmiryolu xəttinin təkmilləşdirilməsi nəzərdə tutulur

● Güzdək−Qaradağ xətti bərpa ediləcək

● Yeni Suraxanı−Hövsan xətti bərpa ediləcək

● Zabrat−Maştağa−Bağlar xətti bərpa ediləcək

● Bakıxanov−Binə−Qala xətti bərpa ediləcək.

Maragli_Xeber

30 Jan, 15:00


🇦🇿 Prezident İlham Əliyev: "Yeni layihələr arasında Zəngəzur dəhlizini qeyd etmək istərdim. Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülmüşdür. İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir. Əlbəttə ki, biz bu dəhlizin açılması üçün praktiki addımlar atırıq”.

Maragli_Xeber

30 Jan, 03:45


🛩️ Dubaydan Moskvaya uçan “Boeing”sərnişin təyyarəsi Xəzər dənizi üzərində qəza siqnalı verib.

Maragli_Xeber

29 Jan, 13:54


🚊ÖLKƏ❗️Bakıdan Ağstafaya gedən qatar Yevlaxda işıqforun qırmızı işığının yanılı qalmasına görə 1 saatdan çox yubanıb. - məlum olub ki, işıqforun 10 metrlik kabelini kimsə oğurlayıbmış.

Maragli_Xeber

29 Jan, 05:44


İlham Əliyev səs verdi

Maragli_Xeber

28 Jan, 12:42


🛫ÖLKƏ❗️Heydər Əliyev Beynəlxalq Hava Limanı keçən il rekord sayda – yeddi milyondan çox sərnişin daşıyıb. Aeroportda yeni terminal kompleksi tikiləcək.

Maragli_Xeber

28 Jan, 07:16


DİN süni intellektlə bağlı xəbərdarlıq etdi:‼️

Süni intellekt texnologiyasından istifadə hallarının atdığı bir dövrdə kiberhücumlara məruzqalma halları müşahidə olunur.

Etibarlı olmayan süni intellekt həllərindən istifadə məlumatları üçüncü tərəflərə ötürə və nəticədə kiberdələduzların hücumlarını asanlaşdıra bilər. Süni intellektdən istifadə edərkən müəssisənizə aid məxfi məlumatları da qarşı tərəfə ötürmək eyni sonluqla nəticələnə bilər.

Maragli_Xeber

27 Jan, 13:08


🗣️Səhiyyə Nazirliyi: Yanvarın 31-dək sənədlərini Səhiyyə Nazirliyinə təqdim etməyən plastik cərrahların şəhadətnamələri ləğv ediləcək

Maragli_Xeber

27 Jan, 03:38


🇺🇸🇨🇦Trampın Kanada təhdidi: Kanada tamamilə ABŞ-dən asılıdır və suveren dövlət ola bilməz

Maragli_Xeber

26 Jan, 05:21


🇦🇿 Güllə atıcımız Leyli Əliyeva Almaniyada uğurlu nəticə ilə yadda qalıb

İdmançımız "H&N Kuboku"nda yüksək nəticə göstərərək bürünc medal qazanıb.

Maragli_Xeber

25 Jan, 15:41


🇷🇺🛩️ Rusiyanın Xabarovsk diyarında “An-24” tipli təyyarə havaya qalxarkən uçuş-enmə zolağından çıxıb. - Hava gəmisinin göyərtəsində 20 sərnişin və 4 ekipaj üzvü olub. İnsident zamanı xəsarət alan olmayıb. 

Maragli_Xeber

25 Jan, 06:00


🇺🇸Trampın əmri ABŞ-da “tarixdəki ən böyük deportasiya əməliyyatı” başlayıb.

Qanunsuz qaçqınlar evlərə və iş yerlərinə basqın etməklə toplanır, Hərbi yük təyyarələri ilə deportasiya edilir.

Maragli_Xeber

24 Jan, 15:14


@bakumuzikturk @bakumuzikturk @bakumuzikturk @bakumuzikturk

Maragli_Xeber

24 Jan, 05:22


🇦🇿Azərbaycanda 21 yaşına çatmış vətəndaşların mülki odlu silah əldə etmək hüququ olacaq.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Xidməti və mülki silah haqqında" qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Maragli_Xeber

23 Jan, 14:26


📍 Donald Tramp and içib.

🇺🇸 O, artıq rəsmi şəkildə ABŞ-nin 47-ci prezidentidir.

Maragli_Xeber

23 Jan, 08:33


🇦🇿🎂 Bu gün Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın doğum günüdür
👏 Bu münasibətlə Arzu xanımı ürəkdən təbrik edir, uzun ömür, cansağlığı və fəaliyyətində daima uğurlar arzu edirik!

Maragli_Xeber

22 Jan, 17:11


🗣️İmişlidə qəzada zərərçəkənlər DİN-də qəbul edilib

Yanvarın 18-də İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində zərərçəkənlər Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən qəbul edilib.

Vurğulanıb ki, DİN tərəfindən hadisə üzrə istintaqın obyektiv aparılması, zərərçəkənlərin hüquqlarının təmin olunması üçün bütün zəruri tədbirlər diqqət mərkəzində saxlanılır.

Maragli_Xeber

22 Jan, 03:40


Lənkəranın 14 kəndində işıq olmayacaq

"Report" xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən bildirilib.

Qeyd olunub ki, Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən 110/35/10 kV-luq "Lənkəran-1" yarımstansiyasından qidalanan 35 kV-luq "Xanbulan" və 110/35/10 kV-luq "Lənkəran-2" yarımstansiyasından qidalanan 10 kV-luq 5 saylı Digah-Şiləvar hava xəttində aparılan təmir işləri ilə əlaqədar yanvarın 22-də elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq, saat 10:00-dan saat 13:00-dək rayonun Digah, Şiləvar, Kərgəlan, Şağlaküçə, Qurumba, Rvo, Şovu, Daştatük, Daşdalıqjar, Narbağı, Lüvəsər, Xanbulan, Parakənd, Bürcəli kəndləri və Kürə adlanan ərazidə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Maragli_Xeber

21 Jan, 18:56


🇹🇷🥀SON DƏQİQƏ❗️Türkiyədə 1 günlük matəm elan olunub. - Boludakı yanğına görə. Ölən 66 nəfərdən bəziləri yanğından xilas olmaq üçün özünü pəncərədən atıbmış.

Maragli_Xeber

21 Jan, 05:24


🕋Həcc ziyarətinə getmək istəyənlərin nəzərinə: Qiymət açıqlandı. 2025-ci ildə Həcc ziyarəti paketinin qiyməti $5.950 (₼10.115) təşkil edir.

Maragli_Xeber

20 Jan, 15:54


Bir dövrün sonu: "TikTok" Amerikada bloklandı. Bu gündən etibarən artıq amerikalı istifadəçilər "TikTok"a giriş edə bilmir.

Son ümid Trump-ın işə çıxması və 90 gün "TikTok"a möhlət verməsidir. "TikTok" üçün Amerikanın əsas şərti, biznesin Amerika qolunu bütövlükdə amerikan şirkətinə satmaqdır.

Bunun bir adı var: "hazır biznesi zorla almaq". Amerika qətiyyən öz vətəndaşlarının məlumatlarının Çində olmasına icazə vermir. Özü isə bütün dünyanın məlumatlarına nəzarət edir. Bax, super güc olmaq budur.

Maragli_Xeber

20 Jan, 03:30


Qanlı 20 Yanvar hadisələrindən 35 il ötür 🥀
Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizi hörmət və dərin ehtiramla yad edirik!

Maragli_Xeber

19 Jan, 19:01


ÖLKƏ❗️Gəncədə şortik geyinən 54 yaşlı kişi həyətə düşərkən məhəllədə olanların etirazına səbəb olub. Bu zaman mübahisə yaranıb və 43 yaşlı kişi həmin adamı bıçaqlayıb.

Maragli_Xeber

19 Jan, 06:25


🗣️İlon Mask Los-Anceles merini istefaya çağırıb: Los-Anceles meriyası şəhərdə tüğyan edən yanğınlar fonunda insanlara kömək etmək əvəzinə, siyasəti ön plana çıxarıb.

Maragli_Xeber

18 Jan, 19:00


💰MƏLUMAT❗️Hökümənin ailəsindən oğurlanan pullar qaytarıldı. Həmin şəxslər tapıldı. - 80507 AZN pul çəkiblərmiş.

Maragli_Xeber

18 Jan, 06:47


⚠️ 22 yaşlı Azərbaycan vətəndaşı 02-11 yanvar 2025-ci il tarixlərində xarici ölkəyə turistik səfər edib və oradan döndükdən bir-neçə gün sonra xəstəxanaya müraciət edib. Şəxsdə meymunçiçəyi virusu aşkar edilib. - TƏBİB

Maragli_Xeber

17 Jan, 19:19


🇺🇸ABŞ “TikTok”la bağlı qərarını verdi: ölkədə nümayəndəlik yaradılmazsa, bloklanır.

Belə ki, qarşıya qoyulan şərtə görə, sosial platforma ABŞ-də öz sahibini tapmalıdır, əks təqdirdə Birləşmiş Ştatlar şəbəkəni boykot edəcək.

Maragli_Xeber

17 Jan, 03:37


🇺🇸 🎥 Kinorejissor Devid Linç vəfat etdi

Amerikalı kinorejissor Devid Linç 78 yaşında vəfat edib.

Bu barədə "Variety" məlumat yayıb.

O, böyük nailiyyətlərinə görə "Oskar" mükafatına (2019), həmçinin Kann Film Festivalında Palma budağına və Venesiya Film Festivalında fəxri Qızıl Şirə layiq görülüb.

Maragli_Xeber

16 Jan, 18:54


🇹🇷 Türkiyə prezidenti Ərdoğan:

▫️”50 mindən çox şəhid olmasına baxmayaraq, Qəzza təslim olmadı, zalımın qarşısında baş əymədi”.

▫️”Ümid edirəm ki, razılaşma bütün Fələstinli qardaşlarımız üçün faydalı olacaq”.

Maragli_Xeber

16 Jan, 06:30


🗣️Məleykə Abbaszadə: Yaxın gələcəkdə imtahanlar rəqəmsal formada keçiriləcək.

Maragli_Xeber

15 Jan, 16:44


🏢RƏSMİ❗️Məktəblərdə tədris prosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadə qadağan olunur.

Maragli_Xeber

15 Jan, 07:34


⚡️Azərbaycanlı Dağıstanın Bakıdakı nümayəndəsi təyin edilib

“Rosqvardiya”nın general-mayoru Əliyar Abdullayev Dağıstanın Azərbaycandakı nümayəndəsi təyin edilib.

Maragli_Xeber

14 Jan, 17:38


‼️AZAL-ın üç təyyarəsi dumana görə Bakıda yox, Gəncədə uğurla eniş edib

Yanvarın 13-dən 14-nə keçən gecə “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin İstanbul-Bakı (J2-078), Moskva-Bakı (J2-808) və Təl-Əviv-Bakı (J2-322) reysləri təyinat məntəqəsində hökm sürən dumanlı hava şəraiti səbəbindən ehtiyat hava limanına yönləndirilib

Maragli_Xeber

14 Jan, 03:27


🏆İdmançımız dünya çempionatına vəsiqə qazandı

Azərbaycanın fiqurlu konkisürəni Nərgiz Süleymanova Bolqarıstanın Sofiya şəhərində keçirilən “Sofia Trophy” yarışında iştirak edib.

Azərbaycan Qış İdman Növləri Federasiyasından verilən məlumata görə, qısa və sərbəst proqram üzrə mübarizə aparan idmançı 172.80 xal toplayıb və 23 iştirakçı arasında 5-ci yerin sahib olub.

Bununla da N.Süleymanova dünya çempionatına vəsiqə qazanıb.

Maragli_Xeber

13 Jan, 15:12


❗️Son 10 ildə təhsil xərcləri 3 dəfə, son 5 ildə isə təxminən 60 faiz artıb. 2025-ci ilin dövlət büdcəsində təhsil bölməsi üzrə 4.94 milyard manat vəsait nəzərdə tutulub.

📚Eyni zamanda 27 (22 ümumi təhsil) təhsil müəssisəsinin təmir-tikintisinin 2025-ci ildə başa çatması planlaşdırılır.

ℹ️Hazırda işğaldan azad olunmuş ərazilərdə 11 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin təhsil müəssisələrində 2 minə yaxın şagird (məktəbəhazırlıqla birlikdə) təhsil alır, 270-dən çox təhsilverən çalışır - Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə

Maragli_Xeber

13 Jan, 05:21


Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
Bu mərhələdə Cəbrayıl şəhərinə 39 ailə - 165 nəfər köçürülüb.
Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:
Laçın - 2090 nəfər (570 ailə)
Zabux (Laçın rayonu) - 823 nəfər (217 ailə)
Sus (Laçın rayonu) - 215 nəfər (59 ailə)
Füzuli - 3136 nəfər (823 ailə)
Ağalı (Zəngilan rayonu) - 871 nəfər (175 ailə)
Talış (Ağdərə rayonu) - 90 nəfər (20 ailə)
Şuşa - 1388 nəfər (369 ailə)
Xocalı (Xocalı rayonu) - 179 nəfər (46 ailə)
Ballıca (Xocalı rayonu) - 271 nəfər (48 ailə)
Cəbrayıl - 1334 nəfər (326 ailə)
Cəmi: 10 397 nəfər.

Maragli_Xeber

12 Jan, 14:34


⚽️🏆 "Qarabağ" yoxlama oyununda "Zirə" ilə qarşılaşıb.

"Report"un məlumatına görə, "Azersun Arena"da keçirilən qarşılaşma "köhlən atlar"ın qələbəsi ilə yekunlaşıb - 4:2.

Ağdam təmsilçisinin heyətində Aleksey Kaşuk, Davud Mənsumov, Bəhlul Mustafazadə və Redon Cica fərqləniblər.

Bakı klubunda isə Ruan Renato və Martina Junior rəqib qapısında yol tapıblar.

Qeyd edək ki, "Qarabağ" ilk yoxlama görüşündə "Kəpəz"i 5:1, "Zirə" isə "Şamaxı"nı 3:1 hesabı ilə üstələyib.

Maragli_Xeber

12 Jan, 07:11


‼️‼️Sabirabadda avtomobil su kanalına aşıb, xəsarət alanlar var.

Hadisə rayonun Xəlfəli kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil qəflətən idarəetmədən çıxaraq yolun kənarındakı su kanalına aşıb.
Qəza nəticəsində ilkin məlumata görə, 4 nəfər xəsarət alıb.

Maragli_Xeber

11 Jan, 14:42


Azərbaycan atleti Nazim Babayev İspaniyanın Sabadell şəhərində keçirilən uzunluğa tullanma üzrə yarışlarda bürünc medal qazanıb

Bu barədə Atletika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

O, 7,44 nəticə ilə üçüncü yeri tutub. Bu, idmançının 2025-ci ildə ilk medalı olub.

Maragli_Xeber

11 Jan, 03:41


SON DƏQİQƏ❗️Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı.

▪️I, II, III və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanına qeydiyyat 6 – 26 fevral tarixlərində aparılacaq. Sınaq imtahanı isə martın 16-da təşkil olunacaq

▪️Bildirilib ki, əvvəlki illərin məzunları üçün qəbul imtahanının birinci mərhələsi aprelin 6-da keçiriləcək.
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsinin birinci cəhdi may – iyun aylarında keçiriləcək. Bu imtahanlarda iştirak etmək üçün qeydiyyat isə aprel – may aylarında aparılacaq.

Maragli_Xeber

10 Jan, 13:20


Samir Şərifov Maliyyə naziri vəzifəsindən azad edilib. - Prezidentin sərəncamı ilə Azərbaycan Baş nazirinin müavini təyin edilib.

Maragli_Xeber

10 Jan, 07:44


Yanvarın 20-dən sonrakı iki gün ərzində Bakı və ətraf ərazilərə qar yağacağı proqnozlaşdırılıb

Bu barədə məşhur hava proqnozu platforması məlumat yayıb.

Proqnoza görə, qarlı hava şəraiti ilə yanaşı, temperaturun kəskin enməsi gözlənilir. Bu vəziyyət nəqliyyat şəbəkəsi və yol hərəkətinə də təsir göstərə bilər. Əgər qar intensiv olarsa, xüsusən də Bakının bəzi yüksək ərazilərində yollarda sürüşmə və tıxac problemləri yarana bilər.

Maragli_Xeber

09 Jan, 14:03


🧅💰Azərbaycanda soğanın qiymətində kəskin artım müşahidə olunur: kiloqramı 50 qəpiyə satılan soğan indi 80 qəpiyə satılır.

Maragli_Xeber

06 Jan, 11:57


📚ÖLKƏ❗️Məktəblərdə 1 həftə dərs olmayacaq: 5 gün (27-31 yanvar) qış tətili olacaq, 1-2 fevral isə şənbə, bazara təsadüf edir.

Maragli_Xeber

06 Jan, 03:27


🇦🇿🛫🇵🇱SON DƏQİQƏ❗️Bakıdan Varşavaya gedən təyyarədə nasazlıq - Uçuş LƏĞV olundu. “Polish Airlines” Bakıya yeni təyyarə göndərəcək.

Maragli_Xeber

05 Jan, 05:25


❗️🦠Çindən dünyaya yeni pandemiya təhlükəsi: Metapnevmovirus yayılır

Çində insanlar arasında metapnevmovirus (HMPV) adlı az tanınan virusun yayıldığı məlum olub, lakin rəsmilər hələ də susurlar.

Bununla belə, Çin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi hələ də Çində qripə bənzər xəstəliklərin sayının sürətlə artdığını bildirməyə məcbur qalıb.

Xəstəliyin faktiki miqyası məlum deyil.

Digər oxşar viruslar kimi, HMPV adətən öskürmə və asqırma zamanı və ya xəstə insanla yaxın təmasda - qucaqlaşma, öpüşmə zamanı insandan insana keçir.

HMPV-nin simptomları öskürək, qızdırma, burun tutulması və axması da daxil olmaqla qripə bənzər əlamətlərdir.

Maragli_Xeber

04 Jan, 16:15


Dünyanın ən yaşlı insanı Yaponiyada vəfat edib

Tomiko İtuka 116 yaşında vəfat edib.

Tomiko İtuka 1908-ci ilin may ayında Yaponiyanın Osaka şəhərində anadan olub. 20 yaşında ailə qurub və dörd uşaq dünyaya gətirib. Tomiko İtuka 71 yaşında, 1979-cu ildə dul qalıb, lakin aktiv həyat tərzini və idmanla məşğul olmağı davam etdirib.

Ondan əvvəl Yer kürəsinin ən yaşlı insanı ispaniyalı Mariya Branyas Morera hesab olunurdu. O, 2024-cü ilin avqustunda 117 yaş və 169 günlük yaşında vəfat edib.

Maragli_Xeber

04 Jan, 06:02


ABŞ-də ikiqat olimpiya mükafatçısı həbs edilib

ABŞ-də 100 metr məsafəyə qaçışda ikiqat olimpiya mükafatçısı Fred Kerli Mayami-Biçdə həbs edilib.

Kerli əvvəlcə avtomobili ilə bağlı polislə danışıb, daha sonra ərazini tərk etməkdən imtina edərək aqressiv davranışlar göstərməyə başlayıb. Bundan sonra idmançıya qarşı tapança tipli elektroşokerdən istifadə edilib və o, saxlanılıb.

İdmançı polis əməkdaşına hücum etmək, ictimai asayişi pozmaq və polisə müqavimət göstərməkdə şübhəli bilinir. Kerlinin 29 yaşı var. O, son iki Olimpiadada 100 metr məsafəyə qaçışda medal qazanıb - Tokioda gümüş və Parisdə bürünc. Onun dünya çempionatında da üç qələbəsi var.

Maragli_Xeber

03 Jan, 03:59


❗️Yanvarın 3-də gözlənilən hava şəraiti açıqlanıb.

🌥️Bakıda və Abşeron yarımadasındahava şəraitinin dəyişkən buludlu keçəcəyi, əsasən yağmursuz olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 9-13° isti olacaq.

Maragli_Xeber

02 Jan, 14:39


🚍ÖLKƏ❗️Bu gündən Azərbaycanda yerli istehsal avtobusların satışı və ehtiyat hissələrinin idxalı ƏDV-dən azad edilib. - 8 il müddətinə.

Maragli_Xeber

02 Jan, 05:59


🇦🇿🥀 Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun dünyaya gəlişindən 50 il ötür.

🗓 General-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. O, iyulun 15-də II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub.

✍🏻 2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə Polad Həşimova Azərbaycanın Milli Qəhrəman adı verilib.

🥀 CƏSUR QƏHRƏMANIMIZI rəhmətlə anırıq!

Maragli_Xeber

01 Jan, 15:39


Bu gündən Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə növbəti çağırışı başlayıb.

Maragli_Xeber

01 Jan, 07:16


İsveçrədə çadra və niqabdan istifadəyə qadağa qüvvəyə minib

"Report” TASS-a istinadən xəbər verir ki, qadağanın pozulmasına görə 100 İsveçrə frankından 1000 franka qədər (110,2 dollardan 1102 dollara qədər) cərimə nəzərdə tutulur.

2021-ci ilin mart ayında keçirilən referendumda İsveçrə əhalisinin 51,2 %-i qadağanı dəstəkləyib. Əvvəllər bu məhdudiyyət yalnız Sankt-Qallen və Tiçino kantonlarında regional səviyyədə qüvvədə idi.

Maragli_Xeber

31 Dec, 20:06


🇦🇿Yeni İliniz mübarək olsun!

Maragli_Xeber

31 Dec, 05:35


ABŞ-nin “Times” meydanında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü aksiyası keçirilib

Maragli_Xeber

30 Dec, 17:36


🗣️DİM sədri: Bayramdan sonra imtahan qrafikinin açıqlanması nəzərdə tutulur.

Maragli_Xeber

30 Dec, 09:11


Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
Bu mərhələdə Şuşaya 208 nəfər köçürülüb.
Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:

Laçın - 2090 nəfər (570 ailə)
Zabux (Laçın rayonu) - 823 nəfər (217 ailə)
Sus (Laçın rayonu) - 215 nəfər (59 ailə)
Füzuli - 3136 nəfər (823 ailə)
Ağalı (Zəngilan rayonu) - 871 nəfər (175 ailə)
Talış (Ağdərə rayonu) - 90 nəfər (20 ailə)
Şuşa - 1388 nəfər (369 ailə)
Xocalı (Xocalı rayonu) - 179 nəfər (46 ailə)
Ballıca (Xocalı rayonu) - 152 nəfər (27 ailə)
Cəbrayıl - 916 nəfər (238 ailə)
Ümumi: 9860 nəfər.

Maragli_Xeber

29 Dec, 14:57


🚗Azərbaycanda "Rentbutik" adlı yeni startup layihəsi istifadəyə verilib.
📱Rentbutik, mobil tətbiq vasitəsilə avtomobillərin günlük, həftəlik və aylıq icarəyə verilməsi və götürülməsi xidmətini təklif edir. Tətbiq həm avtomobil sahiblərinin, həm də avtomobil icarəyə götürmək istəyən şəxslərin işini xeyli asanlaşdırır. Belə ki, sürücülük hüququna malik istənilən şəxs tətbiqd qeydiyyatdan keçərək istəyinə uyğun avtomobili seçib birbaşa avtomobil sahibinə sorğu göndərməklə avtomobil kirayələyə bilər. Eynilə, istənilən avtomobil sahibi də tətbiq vasitəsilə öz avtomobilini günlük, həftəlik və ya aylıq olaraq icarəyə verə bilər.

Tətbiqi yükləmək üçün aşağıdakı linkdən keçid edə bilərsiniz. ⤵️
http://www.bit.ly/rentbutik

Maragli_Xeber

29 Dec, 13:40


Milli Qəhrəmanlarımız 🇦🇿

Maragli_Xeber

29 Dec, 03:31


🇦🇿Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev toyudur

Maragli_Xeber

28 Dec, 13:55


Prezident də pilotlardan danışıb.

🛫🗣️ “Təyyarə yalnız pilotların şücaəti və peşəkarlığı sayəsində qəza enişi edə bilib”. - prezident İlham Əliyev Putinlə danışığı zamanı qeyd edib.

Maragli_Xeber

28 Dec, 06:53


Prezident İlham Əliyev Bakıda kommunal xidmət göstərəcək müxtəlif xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış olub

Maragli_Xeber

07 Dec, 16:11


DGK: Gürcüstandan Azərbaycana gətirilən "kartof yükü"nə baxış zamanı 185729 qutu pirotexniki vasitə və 2485 ədəd fişəng aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Maragli_Xeber

07 Dec, 12:00


🦩 Qızılağac Milli Parkında növbəti dəfə “Flaminqo festivalı” keçirilib

Maragli_Xeber

07 Dec, 07:20


⚽️ Ronaldunun 73 milyonluq yeni təyyarəsi 🛩️

Maragli_Xeber

07 Dec, 04:06


🇸🇾⏭️🇮🇷 İDDİA: Suriya prezidenti Bəşər Əsəd ailəsi ilə birlikdə Tehrana qaçıb - Ərəb KİV

Bəzi mənbələr isə yazır ki, Əsəd sadəcə məsləhətləşmələr üçün Tehrana yollanıb və bu rəsmi səfərdir.

Maragli_Xeber

06 Dec, 16:38


VACİB GÖRÜŞSuriyada vəziyyətin nizamlanmasına dair Rusiya, İran, Türkiyə xarici işlər nazirləri Qətərdə danışıqlar aparacaqlar.

Maragli_Xeber

06 Dec, 13:33


Bakıda daha bir ərazidə avtobus zolağı ilə bağlı yol nişanı quraşdırılıb

Bakının Azadlıq və Bülbül prospektlərində, Şəmsi Bədəlbəyli və Rəşid Behbudov küçələrində təşkil edilən avtobus zolağının saat 07:00–22:00 aralığında qüvvədə olma vaxtını bildirən yol nişanı quraşdırılıb.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verilir.

Beləliklə, sözügedən prospektdə və küçədə digər nəqliyyat vasitələrinin zolağa daxil olması ilə bağlı qadağa yalnız nişanda göstərilən saatlarda qüvvədədir.
Avtobus zolağına qaydalardan kənar daxil olan şəxslərə 100 manat məbləğində cərimə və 2 bal müəyyən edilib.

Maragli_Xeber

06 Dec, 08:24


Bu gün ümumdünya üzr istəmək günüdür

Maragli_Xeber

06 Dec, 05:57


🚕☑️ƏLA❗️Bakıda artıq bəzi taksilərdə POS-terminallar quraşdırıldı. Nağd ödəmə imkanı olmayan sərnişinlər kartla və ya telefondan NFC ilə ödənişi edə biləcək.

Maragli_Xeber

05 Dec, 15:58


🇮🇷 İranda qadınlar üçün YENİ QADAĞALAR qüvvəyə minib:

Boyunlarını, qollarını, topuqlarını da göstərə bilməzlər‼️

Maragli_Xeber

05 Dec, 12:27


🌲🍁Bu gündən vətəndaşlara açıldı❗️Yenilənən və möhtəşəm görüntüyə sahib Nəbatat Bağına giriş qiyməti açıqlanıb: əvvəlki kimi 2₼.

Maragli_Xeber

05 Dec, 09:48


Bakıda və Abşeron yarımadasında dekabrın 6-da gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, axşam ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var

Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-11° isti olacaq.

Maragli_Xeber

05 Dec, 04:08


📍Lionel Messi, Luis Suarez, Sergio Busquets və Jordi Alba Bakıya gəlirlər. Dekabrın 11-də Bakı Kristal Zalında möhtəşəm tədbir keçiriləcək. Tədbirdə iştirakçılar Messinin futbol həyatını və mübarizəsini əks etdirən kinonu izləyə biləcək.

Maragli_Xeber

04 Dec, 15:39


🚆🚆🚆 "Bakı Metropoliteni" QSC:

▪️Bakı metrosunda “yaşıl xətt” - “Əhmədli-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatar nasazlıq ehtimalı ilə xətdən çıxarılıb.

▪️Yaranmış vəziyyətdə sərnişin sıxlığı səbəbilə platformaların ifrat həddə yüklənməsinə yol verməmək məqsədilə zəruri tədbirlər görülür.

▪️Hazırda "28 May" və " Elmlər Akademiyası" stansiyalarında tənzimlənmə və təhlükəsizlik tələblərinin təmin olunması üçün girişlərdə nəzarət-buraxılış tədbirləri gücləndirilib.

▪️Texniki nasazlıq müəyyən edilmiş qatar xətdən çıxarılıb. Əvəzinə xəttə qatar verilib.

Maragli_Xeber

04 Dec, 11:30


"Günəşli" faciəsindən 9 il ötür....

🥀 11 neftçi həlak oldu.
19 nəfər itkin düşdü.
🌊 2020-ci ildə 3 neftçinin cəsədi dənizdən tapıldı.
🚨 63 işçidən 33-ü xilas edildi.

📅 Prezident İlham Əliyevin qərarı ilə 2015-ci ilin 6 dekabrı matəm günü elan edilmişdi.

Maragli_Xeber

04 Dec, 09:24


Bazarda min “hiylə” ilə məhsulunu satmağa çalışanlar

Maragli_Xeber

04 Dec, 05:15


🔴Bakı Metropoliteninin “Memar Əcəmi” stansiyasında qatarlar arasında interval 10 dəqiqəni ötüb

Maragli_Xeber

03 Dec, 16:06


🇰🇷 Cənubi Koreyada aləm dəyib bir-birinə: parlamentdə hərbçilərlə müxalifət deputatları arasında toqquşmalar baş verib. - ölkədə hərbi vəziyyət elan edilib.

Maragli_Xeber

03 Dec, 13:29


Fransalı taksi sürücüləri ağır iş şərtlərinə etiraz olaraq paytaxt Parisdə yerləşən Əlillər Evinin qarşısında etiraz aksiyası keçirib.

Taksi Sürücülərinin Həmkarlar İttifaqının bildirdiyinə görə, əsas tələb daşınmaya görə tariflərin azaldılması barədə qərarın ləğvindən ibarətdir.

Maragli_Xeber

03 Dec, 09:31


⚠️Xırdalanda məktəbdə yanğın baş verib. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Maragli_Xeber

03 Dec, 05:21


‼️🇦🇲Daha əvvəl xəbər verdiyimiz kimi, ermənilər Azərbaycanla şərti sərhəddə tunel şəbəkəsi qurur. Bu da növbəti təxribata hazırlıq deməkdir - FOTO FAKT

Maragli_Xeber

25 Nov, 22:24


📍🇨🇵 Avropanın ən gözdə olan şəhərlərindən biri Parisədə ilk qar yağmağa başlayıb və şəhərin gözəl görünüşü.❄️

Maragli_Xeber

25 Nov, 15:12


Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Milli Hidrometeorologiya Xidməti noyabrın 26-sı axşam, 27-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Xidmətdən bildirilib ki, Gəncə, Samux, Naftalan, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Goranboy, Daşkəsən, Mingəçevir, Tərtər, Yevlax, Bərdə, Qobustan, Şabran, Siyəzən, Xızı, Neftçala, Salyan, Şirvan, Hacıqabulda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Maragli_Xeber

25 Nov, 11:53


İngiltərəli həkim-kosmetoloq Roşan Ravindra portuqaliyalı hücumçu Kriştiano Ronaldonu məhkəməyə verib.

Kosmetoloq 2021 və 2022-ci illərdə "Mançester Yunayted"də oynayan zaman Ronaldonun kosmetik xidmətlər aldığı, ancaq ödəniş etmədiyini iddia edib. Bu barədə "The Sun" nəşri məlumat yayıb.

Ronaldonun kosmetoloqa 40 min funt-sterlinq ödəməli olduğunu bildirilir.

Maragli_Xeber

25 Nov, 08:10


Bu gündən Bakı-Xırdalan-Sumqayıt və geriyə istiqamətləri üzrə bu reyslər bərpa edilir:

▪️Bakıdan saat 08:10, 17:50 və 19:05,
▪️Sumqayıtdan saat 07:20,
▪️Xırdalandan isə saat 08:40 və saat 18:20

Maragli_Xeber

25 Nov, 03:34


‼️ Azərbaycanın “Qırmızı kitab”ına daxil edilən vaşaq Şahbuz rayonunun Ağbulaq kəndində görünüb.

Maragli_Xeber

24 Nov, 14:29


BELƏLİKLƏ❗️Bu gün Azərbaycanın COP29 Sədrliyi inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (Baku Finance Goal) razılaşmasını elan edib.

Maragli_Xeber

24 Nov, 07:32


🌐“Beniz” ləqəbli məşhur tiktoker həbs olunub.

1987-cu il təvəllüdlü Xəlilova Aybəniz Səyyaf qızı barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

“Beniz” ləqəbli tiktoker barəsində sevgili olduğu X. Kərimov Suraxanı Rayon Polis İdarəsinə şikayət edib və hüquq-mühafizə orqanı tiktoker barəsində şikayətçinin təqdim etdiyi sübutları əsas götürərək Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanıb. Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan  hissə-hissə olmaqla 836 min manat pul tələb edib.

Qeyd edək ki, şikayətçi ilə tiktoker uzun müddət sevgili münasibətində olublar.

Maragli_Xeber

24 Nov, 05:00


🇹🇷 Türkiyədə əlverişsiz hava şəraiti səbəbindən uçuşlarda fasilələr yaranıb.

Maragli_Xeber

23 Nov, 15:12


✍️✍️✍️✍️✍️Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

Maragli_Xeber

23 Nov, 10:18


Bakıda COP29-da əcnəbi qonağı aldatmaq istəyən taksi sürücüsü saxlanılıb.

Bakı hava limanından paytaxtın mərkəzinə gediş Afrika təmsilçisinə 139 manata başa gəlib. Bu yolun real qiymeti 15 manata kimidir.

DİN Burundidən olan qonağın şikayətinə operativ reaksiya verib. Ödəniş ona qaytarılıb.

Maragli_Xeber

23 Nov, 07:44


❗️Rusiya bazarlarında Putinin şəkli ilə ballistik raketin buraxılışı təsvir edilən "Крепкий Орешник" yazısı olan köynəklər satılır.

Maragli_Xeber

23 Nov, 03:14


"Bu xanım 26 saniyəyə 1300 dollar qazandı. Bu bəy də il ərzində 3 milyon AVRO maaş alır.

Elmlər Akademiyasında çalışan alimlərimizin tarif cədvəli üzrə maaşlarından vergilər çıxıldıqdan sonra kiçik elmi işçi 420 manat, elmi işçi 453 manat, böyük elmi işçi 489 manat, aparıcı elmi işçi 527 manat, baş elmi işçi və şöbə müdiri 576 manat məvacib alır.

Həmçinin, fəlsəfə doktoruna elmi rəhbərlik edən alimə verilən məvacib aylıq 23-24 manat civarındadır. Aylıq 23-24 manat maaşa alim yetişdirərlərmi?

Sizcə bu cəmiyyətdə elm olarmı? Alim yetişərmi? Keyfiyyətli elmi tədqiqat aparılarmı?"

Maragli_Xeber

22 Nov, 16:52


Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində noyabrın 22-də Bakıda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası həyata keçirilib.

IDEA könüllülərinin iştirakı ilə keçirilən budəfəki aksiya zamanı 1000 ədəd Eldar şamı əkilib və ərazidə müvafiq abadlıq işləri aparılıb. Sözügedən ərazidə ağacların effektiv sulanması və su israfının qarşısının alınması məqsədilə damcılı suvarma sistemindən istifadə nəzərdə tutulub.

Maragli_Xeber

22 Nov, 10:16


Yol polisi küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib

Milli Hidrometeorologiya Xidməti noyabrın 22-də Bakıda və Abşeron yarımadasında, eyni zananda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Maragli_Xeber

22 Nov, 04:50


🇹🇷🇦🇿 Tokatda Azərbaycan universitetinin tələbələri arasında kütləvi dava baş verib. Ən azı 3 nəfər bıçaqlanıb.

Maragli_Xeber

21 Nov, 21:27


Emin Ağalarov Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin uzun illər istifadə etdiyi avtomobilin görüntülərini yayıb.🇦🇿

Maragli_Xeber

21 Nov, 17:56


🚘ÖLKƏ❗️ Azərbaycanda hər avtomobilə görə sahibindən 10 manat əmlak vergisi tutmağı təşəbbüsünü irəli sürülüb. - pulu bələdiyyələr toplasın. Təklifi deputat Elşad Musayev irəli sürüb.

Maragli_Xeber

21 Nov, 12:13


🧊 Fizika qanunlarını unudub macarə yaşamaq istəyəndə belə olur.

Mayk Horn və həmkarı bir aysberqin təpəsinə çıxıb video çəkməyə qərar verirlər. Ancaq onun da suda üzən hər şey kimi müvazinətsiz olduğunu unudublar. Buna görə də tərsinə çevrilən buz dağıdıcı ilə birlikdə suya yıxılıblar.

Maragli_Xeber

21 Nov, 09:07


Nazir müavini: Hər il dünyada yaranan milyonlarla ton plastik tullantı təbiətə atılır

Hər il dünya üzrə milyonlarla ton plastik tullantı yaranır və onların böyük bir hissəsi düzgün idarə olunmadığı üçün təbiətə atılır.

Plastik tullantılar qlobal miqyasda ətraf mühitə və insan sağlamlığına ciddi təsir göstərən ən böyük problemlərdən biridir.

Maragli_Xeber

21 Nov, 07:37


Noyabrın 25-dən hərəkət sxemləri bərpa ediləcək marşrutlar:

1, 7B, 13, 15, 31, 37, 38, 40, 54, 55, 60, 62, 70, 71, 93, 96, 105, 107, 118A, 118B, 131, 139, 141, 148, 162, 163, 166, 168, 169, 172, 173A, 173B, 184, 185, 189, 197, 198, 204, 205, 214, 216, 217, 120E, M8, 140E və E1

Maragli_Xeber

21 Nov, 05:53


“Vətəndaş A” serialına görə İTV-yə xəbərdarlıq edildi

Audiovizual Şura İTV-nin efirində serialın nümayişi zamanı qeyri-etik sözlərin açıq yayımlanmasına görə kanala xəbərdarlıq edib.

Maragli_Xeber

20 Nov, 17:36


🇷🇺🇺🇦 Rusiya ilə Ukrayna arasında gərginlik pik həddə çatıb.

⚠️ ABŞ, İspaniya, İtaliya və digər Avropa ölkələrinin Ukraynadakı səfirlikləri fəaliyyətini dayandırıb. Kiyevə çox güclü raket hücumları gözlənilir.

🚨 Eyni zamanda Krasnodar diyarında raket hücumu xəbərdarlığı var. Həyəcan siqnalı işə düşüb. Ukrayna SQ-nin ATACMS raketləri ilə növbəti hücumu gözlənilir.

Maragli_Xeber

20 Nov, 13:03


📢İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarovun 22 noyabr 2024-cü il tarixdə Yevlax şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcəkdir.

Maragli_Xeber

20 Nov, 10:14


🇺🇸ABŞ Müdafiə Nazirliyi 🇺🇦Ukraynaya 275 milyon dollar həcmində yeni hərbi yardım paketi ayırmağı planlaşdırır.

Maragli_Xeber

20 Nov, 04:23


Ağdamın işğaldan azad edilməsindən 4 il ötü

Maragli_Xeber

01 Nov, 10:43


COP29-a görə Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Heydər Əliyev Beynəlxalq Hava Limanındakı əməkdaşlarının sayı artırılıb.

Bunu DSX Sərhəd Nəzarətinin zabiti, mayor Nicat Cahidzadə deyib.

"COP29 zamanı hansısa fövqəladə hal baş verərsə, sistemin və şəbəkənin dayanıqlı təmin olunması üçün müvafiq tədbirlər görüləcək:

"Tədbirə gələn qonaqlar COP29 Əməliyyat Şirkəti tərəfindən qarşılanacaq və xüsusi keçid zolaqları ilə sərhəd nəzarəti kabinələrinə yönləndiriləcək. DSX-nin Sərhəd Nəzarətinin əməkdaşları sürətli şəkildə sənədlərin yoxlanılması, tədbirə gələn xarici vətəndaşlar üçün 45 saniyə, yerli vətəndaşlar üçün isə 30 saniyə rəsmiləşdirmə prosesi həyata keçirəcəklər. COP29-a görə əməkdaşların sayı artırılıb. Tədbirin yüksək səviyyədə təşkil üçün sərhəd nəzəratinə diqqətin artırılması, buraxılış məntəqələrində etibarlı xidmətin təşkil olunması, müvafiq dövlət qurumları müxtəlif qarşılıqlı əlaqələr, gecikmələrə yol verməmək üçün xüsusi texniki vasitələrə nəzarət edilməsi üçün lazimi tədbirlər görülüb."

Maragli_Xeber

01 Nov, 05:45


🇺🇸🗳️ ABŞ-da seçkilər:Elektron bülleteni olan aparat Trampa səs verməyə imkan vermir, avtomatik olaraq Harris seçilir.

Maragli_Xeber

31 Oct, 19:00


Jose Mourinyo "Fənərbağça"nın məşqində zədələndi.

Maragli_Xeber

31 Oct, 17:12


❗️ Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində Abşeron rayonu, Xırdalan şəhərində
çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

Maragli_Xeber

31 Oct, 17:11


DƏHŞƏT‼️Nişana hazırlaşan gənc faciəvi şəkildə öldü… "Başı dəydi, təcili tibbi yardım gələnə kimi uşaq canını tapşırdı..."

Maragli_Xeber

31 Oct, 17:05


☄️☄️☄️ Abşeron rayonu, Xırdalan şəhərində yaşayış binalarının birində güclü yanğın başlayıb.

Yanğın hadisəsi Abşeron Gənclər Şəhərciyində qeydə alınıb.

Məlumatla əlaqədar Nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə və digər təxirəsalınmaz işlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Maragli_Xeber

31 Oct, 17:03


⚡️Xırdalanda binada yanğın baş verib

FHN: Dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Nazirliyin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Maragli_Xeber

30 Oct, 13:23


🔥🇺🇸 ABŞ-da artıq 43 milyon insan erkən səs verib

Məlumata görə, səsvermədən sonra içərisində yüzlərlə bülleten olan seçki qutusu yandırılıb.

Maragli_Xeber

30 Oct, 07:48


🇬🇪Gürcüstan Prezidenti Salome Zurabişvili ölkə sakinlərini bazar ertəsi Tbilisidə parlament binası qarşısında parlament seçkilərinin nəticələrinə etiraz etməyə çağırıb.

Maragli_Xeber

30 Oct, 07:33


FHN: Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsi ilə əlaqədar tədbirlər davam etdirilir.

Maragli_Xeber

29 Oct, 11:39


1.Hamıya salamlar. Kripto ticarəti edərək günlük 0% risk ilə yatırım edib gəlir əldə etmək istəyən hər kəs qoşula bilər.

2. İstifadə etdiyimiz Birja “Onix Explorer” . Yatırım və çıxarış qaydaları çox sadə olan platformadır.
Sadəcə qrupta verilən təlimatlara riayət esib vaxtında çox sadə proses olan əməliyyatları gerçəkləştirmək lazmdır.

3. Əməliyyat prossesi ümumilikdə çox sadə olub 10 dəqiqəlik prosedur olduğunu diqqətinizə çatdırmaq istərəm. Əməliyyat etməzdən 2-3 saat öncə qrupda nəzaman alım -satım edəcəyimizi paylaşacağıq. Hamının əməliyyatlara vaxtında qoşula bilməsi üçün(şəxsi işləri,iş həyatı və.s) əməliyat prpsesini gecə saatlarında təşkil edirik.


4. Biz sizlərə 3-5 gün ərzində varlanacağınızı vəd etmirik. Davamlı siqnallardan istifadə edərək yavaş-yavaş hesabınızdakı sərmayəni “Onix”üzərindən qaldıraraq həyat rifahınızın yaxşılaşacağını bildirmək istərik.


5. Birlikdə güclənərək daha böyük gəlirlər əldə edəcəyik. Biz birliktə güclüyük
https://t.me/+BTBBLVMJW3c0YjIy

Maragli_Xeber

28 Oct, 19:51


Bakı Kənar Dairəvi 1 avtomobil yolunun sol tərəfindəki yamacda uçma hadisəsi baş verib.

Geoloji Kəşfiyyat Agentliyi bildirib ki, proses üç gün bundan əvvəl başlayıb, bu gün son mərhələsi baş verib.

"Yamacın üst hissəsində, helikopter meydançasının arxasında asılı karniz struktur süxur kütləsi qopub 50 sm yerini dəyişmiş və stabil vəziyyətdə qalmışdı.

Lakin yol infrastrukturuna təhlükə törədə biləcəyi nəzərə alınaraq müvafiq qurumlar tərəfindən bu süxur kütləsinin ləğv edilməsi istiqamətində işlər aparılır, hazırda da bu işlər davam etdirilir və bu süxur kütləsinin daşınması həyata keçirilir.

Yol infrastrukturunda heç bir problem olmayıb" - məlumatda bildirilir.

Maragli_Xeber

28 Oct, 19:44


🇬🇪Gürcüstan Prezidentinin də iştirak etdiyi etiraz aksiyasında seçkilərin yenidən keçirilməsi tələb olunur.

Maragli_Xeber

27 Oct, 11:49


Hikmət Hacıyev Bərdənin 4 il əvvəl Ermənistan ordusu tərəfindən atəşə tutulması və mülki şəxslərin həlak olması ilə bağlı paylaşım edib:

Maragli_Xeber

27 Oct, 11:44


🇬🇪 Gürcüstan MSK sədri seçkilərin texniki tərəfini yüksək qiymətləndirib

Bu barədə Gürcüstan MSK sədri Giorgi Kalandarişvili bildirib.

“Gürcüstanda seçki prosesinə elektron texnologiyaların tətbiqi uğurla həyata keçirildi. Seçki administrasiyasının iki ilə yaxın yorulmadan fəaliyyəti müvafiq nəticələr verdi. Seçki günü ümumilikdə 15 min cihazdan istifadə olundu və yalnız 20 cihaz sıradan çıxdı”, – Giorgi Kalandarişvili vurğulayıb.

Maragli_Xeber

26 Oct, 10:06


🇦🇿🇹🇷 Oktay Kaynarca himnimizi bilməyən iştirakçıya əsəbiləşdi

Türkiyədə "Kim milyoner olmak ister" verilişində Azərbaycanla bağlı sual verilib

"Sən olasan Gülüstan" ifadəsinin hansı ölkənin himnində istifadə olunduğu soruşulub.

İştirakçı Azərbaycan, ABŞ, Fransa və Meksika variantlarından birini seçə bilməyib.

Bu hal isə aparıcı Oktay Kaynarcanı əsəbiləşdirib və o, iştirakçıya reaksiya verib.

Maragli_Xeber

26 Oct, 09:43


Gecə saatlarında İsrailin Müdafiə Ordusu İranın hərbi obyektlərinə zərbələr endirdiyini bildirib. Ölən və xəsarət alanlar, hər hansı dağıntının olub-olmaması barədə məlumat yoxdur.

Maragli_Xeber

26 Oct, 09:42


📣IDF: İsrailin Baş Qərargah rəisi Herzi Halevi İsrail Hərbi Hava Qüvvələrinin Rabin Kampında (Kirya) yeraltı komandanlıq mərkəzindən İrana zərbələrə komandanlıq edir.

Maragli_Xeber

25 Oct, 19:07


BAXIN❗️Tərbiyəsizliyə davam edir.

Maragli_Xeber

25 Oct, 15:40


🤩Netflix Premium 1 Ay 2.99 AZN
🆘Sifariş dərhal təhvil verilir

🥳WorldFilm’də böyük endirimlərə start verildi

☑️ Tam rəsmi və zəmanətli hesablar
☑️5 illik təcrübə
☑️Ölkədə ən güvənli satış səyfəsi
☑️Operativ xidmət

Satışlar👇
🔘Netflix Premium
🔘Spotify Premium
🔘Exxen
🔘Prime Video
🔘Youtube Premium
🔘Canva Pro
🔘Duolingo Pro
🔘CapCut
🔘FaceApp
🔘Remini

Bu hesabları əldə etmək üçün müraciət edə bilərsiniz :

WhatsApp 👉 Toxunun

Maragli_Xeber

24 Oct, 17:27


Yenə müdafiə boşluğu, yenə buraxılan qol.

36' Qarabağ 0-1 AFC Ajax

🟥15' Julio Romao
36' Kenneth Taylor (0-1)

Maragli_Xeber

24 Oct, 11:53


Paşinyan: “Sülh müqaviləsində ərazi iddialarının olmaması ilə bağlı razılıq əldə olunub”

Maragli_Xeber

24 Oct, 06:33


🇦🇿 24 oktyabr 2020-ci il, müharibənin 28-ci günü...


Qələbəyə 16 gün qaldı...

Maragli_Xeber

22 Oct, 14:37


Bu gün tuneldə boğulan şəxslərin
SON GÖRÜNTÜLƏRİ❗️🥀

Xəbər verdiyimiz kimi, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlu və 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlu suda boğularaq dünyasını dəyişib.

Köçəri Abbasov son dəfə tuneldə köməksiz vəziyyətdə qaldıqları anı video çəkərək qardaşına yollayıb.

Maragli_Xeber

22 Oct, 14:28


🇺🇦🇷🇺 Ukrayna Silahlı Qüvvələri Kursk vilayətindəki hərbçilərini mühasirədən çıxarmaq üçün əks hücuma keçib.

Videoda Rusiya FPV dronları və artilleriyasının Ukrayna texnika kalonuna hücumu əks olunub.

⚠️ Hazırda Ukrayna Silahlı Qüvvələri qrupunun şimaldan mühasirəyə alınmasının qarşısını almaq və Ukrayna qoşunlarının qalıqlarının qazandan çıxmasını asanlaşdırmaq üçün Ukrayna qoşunlarının ələ keçirməyə çalışdığı Zeleni Şlyax kəndi ərazisində şiddətli döyüşlər gedir.

Əməliyyat mühasirəsində Tolstoy Luq ərazisində Ukrayna Silahlı Qüvvələrinin bütöv bir qarnizonu qalıb.

Maragli_Xeber

21 Oct, 18:48


⚡️Bu gün yağan leysan yağışları nəticəsində Mərdəkan tuneli su altında qalıb.

Maragli_Xeber

21 Oct, 18:47


🚨 İşıqforun sarı və qırmızı işığında keçərək qəzaya səbəb olan sürücülər

🎥 Video: NİİM

Maragli_Xeber

21 Oct, 16:21


🎥 Bakıda çılpaq halda yolla qaçan şəxsin görüntüləri paylaşılır.

🚨 DİN-dən bildirilib ki, görüntülərdəki şəxsin 1990-cı il təvəllüdlü V.Ş olması məlum olub.

Qeyd edilib ki, həmin şəxsin sağlamlıq vəziyyəti nəzərə alınaraq, ixtisaslaşdırılmış tibbi müəssisəsinə yerləşdirilməsi təmin olunacaq.

Maragli_Xeber

21 Oct, 16:06


🇲🇩 Moldovada ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı referendum keçirilib.

📜 Protokolların 98,38%-i sayılıb.

📌 Ölkənin Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, avrointeqrasiya tərəfdarlarının sayı əleyhdarlarının sayından çox olub:

lehinə 50,07%
əleyhinə 49,93%

Maragli_Xeber

21 Oct, 16:02


⚡️ Bakının Yasamal rayonu, Alatava 1 qəsəbəsində sakinlər evdə ola-ola söküntü işləri aparılıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinindən Operativ Media-ya bildirilib ki, həmin ərazidə müvafiq icazə sənədləri olmadan söküntü işlərinin aparılması faktı bundan öncə də bir neçə dəfə akşar edilib:

“Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən görülən tədbirlər nəticəsində özbaşına söküntü işləri tam dayandırılıb və ərazi ciddi nəzarətə götürülüb”.

KİV-də söküntü işlərinin “Melisa” şirkəti tərəfindən aparıldığı qeyd edilib.

Maragli_Xeber

20 Oct, 22:18


İsrail Beyrut Beynəlxalq Hava Limanı yaxınlığına zərbələr endirib.

Maragli_Xeber

19 Oct, 18:57


🇮🇷 HƏMAS-ın öldürülmüş lideri Yəhya Sinvarın fotoları Tehran küçələrində:

Maragli_Xeber

19 Oct, 17:51


DİQQƏT🚘Bu gecə çölə çıxmayın!❗️Saat 02:30-dan 04:30-a qədər paytaxtın bir çox yolları bağlı olacaq. - COP29-la bağlı yollarda monitorinqlər keçiriləcək.

Maragli_Xeber

18 Oct, 20:09


⚡️Şimali Koreya hərbçilərinin Rusiyada olmasına dair daha bir görüntü yayılıb.

Maragli_Xeber

17 Oct, 21:39


🎥 İsrail PUA-sı HƏMAS lideri Yəhya Sinvarın son görüntülərini çəkib.

Kadrlarda üzünə şal dolanmış Sinvarın qolu kəsilmiş və ağır yaralı halda oturduğu və PUA-ya tərəf nəsə atdığı görünür.

Daha sonra o, snayperlə başından vurularaq öldürülüb.

Maragli_Xeber

17 Oct, 18:31


❗️ İsrail hərbçiləri HƏMAS lideri Yəhya Sinvarın cəsədini götürərək Təl-Əvivə apardıqları bildirilir.

Cəsədin dənizə atılacağı iddia olunur.

Maragli_Xeber

15 Oct, 12:07


☑️💰📋ÖLKƏ❗️Əhali 9 ayda 43 milyard xərcləyib: onun yarısından çoxuna - 23,5 milyard manatına ərzaq, içki və siqaret almışıq.

Maragli_Xeber

14 Oct, 16:59


🔥🇮🇱🇵🇸 (18+)

İsrailin bu gecə Qəzza zolağında köçkünlərin çadırlarına hava hücumlarının nəticələri.

Maragli_Xeber

14 Oct, 16:55


⚡️⚡️Ermənistan KİV: Sahibə Qafarova və Alen Simonyan arasında baş tutmalı olan görüş təxirə salınıb