Tarixə Səyahət @tarixe_seyahet Channel on Telegram

Tarixə Səyahət

@tarixe_seyahet


Tarixə Səyahət (Azerbaijani)

Tarixə Səyahət Telegram kanalı, tarixin qısqaca tanıdılması və böyük tarix hadisələri ilə tanış olmaq imkanı yaradan bir məkan təqdim edir. Kanalda tarixi hadisələr, tarixi şəxsiyyətlər və tarixi səyahətlə bağlı maraqlı məlumatlar paylaşılır. Tarixə Səyahət kanalı, tarixə və ölkələrin mədəniyyətinə marağı olan hər kəsi hədəf qoymuşdur. Bu kanalda tarixin tozlu səhifələrindən gələn bilinməz və şaşırtıcı tarixi faktlarla tanış olacaqsınız. Tarix hekayələrinin əsasını təşkil edən böyük dövrlərdən ətraflı şəkildə danışılır və tarixə dair yeni perspektivlər aşkar edilir. Tarixə Səyahət kanalına abunə olaraq, tarixin gizli dünyasına qapınızı aralaya bilərsiniz və geçmişin sirlərini aydınlada bilərsiniz. Tarixə Səyahət kanalı vasitəsilə tarixin görkəmli anlarını bütün təfərrüatları ilə öyrənəcək və tarixə doğru bir səyahət etmiş kimi hiss edəcəksiniz. Tarixə Səyahət kanalı, tarixə olan sevginizi və mədəniyyətə qarşı həvəsinizi qabağa almaq üçün ən yaxşı məkanlardan biridir. Bütün bu səbəblərə görə, Tarixə Səyahət kanalına abunə olun və tarixi dünyanın qısqaca tanıdılması və böyük tarix hadisələri ilə tanış olun.

Tarixə Səyahət

04 Dec, 16:29


Həmişəki kimi elmi və dini kanallarla qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla telegramın ən faydalı və ən böyük kanallarına abunə ola bilərsiniz.

@toplu_admini

Tarixə Səyahət

03 Dec, 16:57


Telegramın ən böyük və ən faydalı elmi, dini, xəbər, motivasiya kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla qeyd etdiyimiz kanallara abunə ola bilərsiniz.

@toplu_admini

Tarixə Səyahət

03 Dec, 08:00


4-6 dekabr 1943-cü il. Tehran konfransından qayıdan Ruzvelt və Çörçill Qahirədə Türkiyə prezidenti İsmət İnönü ilə görüşdülər. Bu, Türkiyəni İkinci dünya müharibəsinə cəlb etmək üçün sonuncu ciddi cəhd oldu.

Prezident İsmet İnönü ölkəsinin savaşa hazır olmadığını, bunun səbəblərindən birinin də Çörçillin Adanada verdiyi vədlərin tam yerinə yetirilməməsi olduğunu bildirdi. Nəticədə, müttəfiqlər Ankaranın fəal hərbi əməliyyatlara qoşulacağı ümidini itirdilər.

“Türkiyə İkinci dünya müharibəsi illərində” adlı məqaləm
https://yadigar-sadiqli.livejournal.com/32075.html

Tarixə Səyahət

02 Dec, 16:29


Sənə lazım olana toxun və abone ol 💫

➪ 𝙰𝚍𝚖𝚒𝚗: @toplu_admini

Tarixə Səyahət

01 Dec, 16:29


Telegramın ən gözəl elmi və dini kanalları ilə qarşınızdayıq. Adlarını qeyd etdiyimiz və etmədiyimiz bir çox kanala abunə ola bilərsiniz.

@toplu_admini

Tarixə Səyahət

01 Dec, 07:25


Adolf Hitler Nürnberqdə tikilməsi nəzərdə tutulan və 405 min yerlik “Alman stadionu”nun maketi ilə tanış olur.

Kanalımızın linki:

http://T.me/tarixe_seyahet

Tarixə Səyahət

12 Nov, 16:29


Telegramın ən gözəl elmi və dini kanalları ilə qarşınızdayıq. Adlarını qeyd etdiyimiz və etmədiyimiz bir çox kanala abunə ola bilərsiniz.

@toplu_admini

Tarixə Səyahət

11 Nov, 17:24


Telegramın ən böyük və ən faydalı elmi, dini, xəbər, motivasiya kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla qeyd etdiyimiz kanallara abunə ola bilərsiniz.

@toplu_admini

Tarixə Səyahət

11 Nov, 13:05


1910-cu il mayın 6-da Böyük Britaniya və İrlandiyanın kralı VII Eduard vəfat etdi. Onun dəfnində iştirak etmək üçün 70-dən çox dövlətin nümayəndələri Londona gəldi. Qonaqlar arasında Avropanın 8 ölkəsinin monarxı vardı. Onlar Britaniyanın yeni kralı ilə şəkil də çəkdirdilər.

Ayaq üstdə (soldan sağa): Norveç kralı VII Hokon, Bolqarıstan kralı I Ferdinand, Portuqaliya kralı II Manuil, Almaniya imperatoru II Vilhelm, Yunanıstan kralı I Georq, Belçika kralı I Albert.

Oturanlar: İspaniya kralı XIII Alfonso, Böyük Britaniya və İrlandiya kralı V Georq və Danimarka kralı Frederik VIII

Bu şəklin çəkilməsindən cəmi 4 il sonra Birinci dünya müharibəsi başladı, Britaniya və Belçika bir cəbhədə Almaniya və Bolqarıstana qarşı vuruşdu.

Dəfn mərasimində Osmanlı dövlətini vəliəhd şahzadə Yusuf İzeddin (1916-cı ildə intihar etdi), Rusiyanı isə çarın qardaşı Mixail (1918-ci ildə bolşeviklər tərəfindən güllələndi) təmsil edirdilər.

P. S. Hazırda bu ölkələrdən beşində monarxiya mövcuddur - Belçika, Böyük Britaniya, Danimarka, İspaniya, Norveç

Tarixə Səyahət

11 Nov, 13:05


9 kralın çəkildiyi foto

Tarixə Səyahət

11 Nov, 07:14


11 noyabr 1918-ci il, Birinci dünya müharibəsi başa çatdı.

Savaş başlayanda kimsə onun uzun sürəcəyini düşünmürdü. Hər iki tərəf əmin idi ki, qısa müddət ərzində qələbə qazanacaq. Amma müharibə uzandıqca uzandı, qısa müddət sonra sursat ehtiyatı tükəndi, ərzaq çatışmazlığı yarandı. Əsgərlər düşməndən çox xəstəliklərlə, səfalətlə, siçovul və bit-birə ilə mübarizə apardılar. Birinci dünya müharibəsi savaş romantikasını darmadağın etdi.

Bolşeviklərin müharibə zamanı tutduqları mövqeyə uyğun olaraq SSRİ-də Birinci dünya müharibəsinə “imperialist”, “hər iki tərəfin haqsız olduğu” müharibə deyib keçirdilər. SSRİ-yə daxil olan ölkələrdə də ənənəvi olaraq Birinci dünya müharibəsinə maraq az olub, istənilən səviyyədə öyrənilməyib. Halbuki biz məhz Birinci dünya müharibəsindən sonra formalaşan dünyada yaşayırq.

Kanalımızın linki:

http://T.me/tarixe_seyahet

Tarixə Səyahət

10 Nov, 08:18


“Mosqaz” ləqəbli Vladimir İonesyan. O, SSRİ-nin ilk silsilə qatillərindən sayılır. Cəmi 20 gün fəaliyyət göstərdi, amma cinayətlərinin həm amansızlığına, həm də mənasızlığına görə SSRİ-nin kriminal tarixinə düşdü.

Kanalımızın linki:

http://T.me/tarixe_seyahet

Tarixə Səyahət

05 Nov, 07:14


#Foto

İmam Xamenei / İran - İraq müharibəsinin ilk günləri

#Müqəddəs_müdafiə

Kanalımızın linki:

http://T.me/tarixe_seyahet

Tarixə Səyahət

02 Nov, 07:03


1 noyabr 1800-ci il, Con Adams sonralar Ağ ev adlandırılacaq prezident iqamətgahında məskunlaşan ilk ABŞ prezidenti olur.

Tarixə Səyahət

31 Oct, 06:58


📸 Toqoda bir alman. 1885-ci il.

🔺Almaniya höküməti həmin dövrdə Toqo ilə bərabər Ruanda, Burundi, Kamerun kimi digər Afrika ölkələrini də müstəmləkədə saxlayaraq istismar edirdi.


© A German in Togo , 1885

Tarixə Səyahət

30 Oct, 06:52


28 oktyabr, 1917-ci il, Pəhləvi sülaləsinin banisi olacaq Rza şahın və arvadı Nimtac xanımım ilk övladı Xədicə dünyaya gəlir. Bu zaman Rza kazak diviziyasında hələ polkovnik idi, heç general da deyildi. Amma Xədicənin 8 yaşı olanda atası İran şahı oldu. Böyük qızına Şəmsülmülk, kiçik qızı Zəhraya Əşrəfülmülk titulu verildi. Onlar da qısaca Şəms və Əşrəf Pəhləvi kimi tanındılar.

Şəms qardaşı Məhəmməd Rzanın hakimiyyəti dövründə uzun illər “Qırmızı şir və günəş (şir-i xurşid) təşkilatı”na (“Qırmızı xaç və qırmızı aypara” təşkilatının İran analoqu) başçılıq etdi. 1940-cı illərin sonunda İslamdan imtina edərək xristianlığın katolik məzhəbinə keçdi. Bacısı Əşrəfdən fərqli olaraq, siyasi proseslərdən kənarda qalmağa üstünlük verirdi.

Kanalımızın linki:

http://T.me/tarixe_seyahet

Tarixə Səyahət

29 Oct, 16:29


Elmi, dini, motivasiya, xəbər, abituriyentlər və s. hamısı bir arada.

@toplu_admini

Tarixə Səyahət

29 Oct, 06:27


📸 1927-ci il-Fələstin var olan zaman, İsrail adlı rejim hələ yer üzündə yox idi...

© Tarixi fotolar

Tarixə Səyahət

28 Oct, 08:48


Beş əsr ərzində Çin imperatorlarının iqamətgahı olan Yasaq şəhər saray kompleksi.

Kanalımızın linki:

http://T.me/tarixe_seyahet

Tarixə Səyahət

25 Oct, 16:29


Biri-digərindən daha maraqlı olan telegramın ən faydalı kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla ən gözəl kanallardan bəhrələnə bilərsiniz.

@toplu_admini

Tarixə Səyahət

24 Oct, 16:29


Elmi, dini, motivasiya, xəbər, abituriyentlər və s. hamısı bir arada.

@toplu_admini

Tarixə Səyahət

23 Oct, 16:29


Ən yaxşı elmi, dini, müqavimət, motivasiya kanalları ilə qarşınızdayıq. Bu cür gözəl və dəyərli kanalları heç bir topluda tapa bilməzsiniz:)

@toplu_admini

Tarixə Səyahət

22 Oct, 16:29


Biri-digərindən daha maraqlı olan telegramın ən faydalı kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla ən gözəl kanallardan bəhrələnə bilərsiniz.

@toplu_admini

Tarixə Səyahət

22 Oct, 15:38


Anastas Mikoyan və Fidel Kastro

Tarixə Səyahət

22 Oct, 15:38


1962-ci ilin oktyabrında baş verən Karib böhranı ABŞ və SSRİ arasında kompromislə yekunlaşdı. SSRİ Kubadan raketlərini çıxardı, bunun müqabilində ABŞ Türkiyədən raketlərini çıxardı və Kubaya təcavüz etməyəcəyinə söz verdi.

Fidel Kastro öz rəyinin soruşulmadan belə razılığa gəlinməsindən bərk narazı idi və fikirlərini Xruşşova göndərdiyi teleqramda yazmışdı. Həmin dövrdə SSRİ və Çin arasında beynəlxalq kommunist hərəkatına liderlik uğrunda mübarizə gedirdi. Moskva Kastronun Pekinlə yaxınlaşa biləcəyindən narahat oldu və buna yol verməmək üçün baş nazirin birinci müavini Anastas Mikoyanı Havanaya göndərdi. Mikoyan 1960-cı ildə də burada olmuşdu və sovet-Kuba münasibətlərinin yaranmasına ciddi töhfə vermişdi. O. Fidel, Çe və başqaları ilə isti münasibətlərə malik idi.

1962-1968-ci illərdə SSRİ-nin Havanada səfiri olan Aleksandr Alekseyevin xatirələrindən:

“2 noyabr 1962-ci il. A. İ. Mikoyanın hava limanında qarşılayandan və Kuba hökumət evində yerləşdirəndən sonra Fidellə qeyri-rəsmi qısa görüş oldu. Heç bir siyasi mövzulara toxunulmadı, söhbət, demək olar, şəxsi xarakter daşıyırdı. Amma emosional kubalılara xas olan dostluq hissi də yox idi. Hiss olunurdu ki, Fidel Mikoyana hörmət edərək ehtiyatsız ifadələrdən çəkinirir. Belə qəbul Mikoyanı xeyli karıxdırdı.

Birinci işgüzar görüş ertəsi gün Fidelin mənzilində baş tutdu. Biz oraya səhər 9-da gəldik. Bizimlə yalnız tərcüməçi vardı. Fidel tək idi. Yenicə stol arxasına oturmuşduq ki, səfirliyimizdən zəng gəldi. Telefona yaxınlaşdım və bizim şifrləyici dedi ki, indicə Xruşşovdan teleqram daxil olub, Mikoyanın arvadının öldüyünü xəbər verir. Əhvalım tam korlanmış halda Xruşşovdan teleqram gəldiyini dedim, amma, əlbəttə, məzmununu söyləmədim. Mikoyan məndən xahiş etdi ki, səfirliyə gedim: avtomobillə beş dəqiqəlik yol idi.

Bilirdim ki, Fidel onlarla məsləhətləşmədən raketləri çıxarmaq qərarına görə Anastas İvanoviçə sərt fikirlər söyləyəcək. Buna görə də Fidelin katibəsindən xahiş etdim ki, onu bir yazı ilə baş vermiş hadisə haqda xəbərdar etsin, o da bunu dərhal etdi. Beləcə, mənim olmadığım müddətdə Fidel problemin mahiyyəti üzrə söhbətə başlamadı və qonaqla maksimum korrekt davrandı.

Qayıdıb teleqramı Anastas İvanoviçə verdim. Orada başsağlığından sonra deyilirdi ki, Moskvaya qayıdıb-qayıtmamaq barədə qərarı özü qəbul edə bilər.

Çaşqınlıq çökdü. Danışıqlar başlamadı və biz iqamətgahımıza qayıtdıq, Mikoyan öz otağına girib tək qaldı. Təxminən bir saat sonra çıxdı və qərarını açıqladı: onu müşayiət edən oğlu Serqo gəldikləri xüsusi təyyarə ilə Moskvaya qayıdır. Kuba ilə sarsılan dostluğumuzu bərpa etmək çox önəmli olduğundan, danışıqları davam etdirməyi öz borcu sayır, bir də ki, Moskvaya qayıtması kədərə kömək etməyəcək...

Mikoyanın bu hərəkəti ona kubalıların böyük rəğbətini qazandırdı və danışıqların gedişinə emosional təsir edərək münasibətlərimizin istiləşməsinə səbəb oldu. Elə həmin gün Anastas İvanoviç bütün Kuba rəhbərliyinin imzaladığı başsağlığı aldı. Respublika rəhbərlərinin arvadları ona baş çəkdilər. Axşam Fidel Kastro və yoldaşları Mikoyanın olduğu iqamətgaha gəldilər, kədərinə şərik olduqlarını şəxsən bildirdilər.

Bir gün sonra bərpa olunan Mikoyan-Kastro danışıqları, belə demək mümkünsə, şəfqətli rejimdə keçdi, xüsusən də ilk günlər. Bununla belə, bu danışıqlar fasilələrlə üç həftə davam etdi və zaman-zaman çox ağır oldu".

Tarixə Səyahət

15 Oct, 09:29


Bakıda Aşura 1910-cu il

Tarixə Səyahət

10 Oct, 08:40


Çar II Nikolay

📺 T.me/tarixe_seyahet

Tarixə Səyahət

05 Oct, 12:21


Lənkəran bazarı, 1950

Kanalımızın linki:

http://T.me/tarixe_seyahet

Tarixə Səyahət

25 Sep, 08:13


⚜️Bu foto 1920-ci ildə çəkilib və o zaman Böyük Britaniyanın kralı olan V Corc-un arabasının yanında qaçaraq sədəqə istəyən bir dilənçini göstərir.

Dilənçinin sinəsindən asılan nişanlar,
medallar onun I Dünya Müharibəsi veteranı olduğunu göstərir.

Qayda hər yerdə eynidir. Bəzi insanlar (əksəriyyət) əziyyət çəkər , digərləri (güclü və xoşbəxt imtiyazlı bir neçə nəfər) qaymaq yeyərlər.

(Öz tərimizin müqabilində haqqımızı almaq üçün mübarizə apararkən belə hiss edirəm.)

(Mənbə: Arkeoloji Tarihi )

Kanalımızın linki:

http://T.me/tarixe_seyahet

Tarixə Səyahət

24 Sep, 10:51


Amerika - Florida, 1904

Tarixə Səyahət

23 Sep, 07:50


50-ci illərdə müqəddəs Məşhəd şəhəri

Kanalımızın linki:

http://T.me/tarixe_seyahet

Tarixə Səyahət

22 Sep, 11:43


Fransada ağır bədən zireh testinin nəticəsi. Qəribə görünüşlü bu zirehlərə sırası ilə tapança, tüfəng və pulemyot ilə atəş edilmişdi.

Fransanın Langres şəhərindəki Fort de la Peigney-də çəkilmiş fotoşəkil, 1918.

Kanalımızın linki:

http://T.me/tarixe_seyahet

Tarixə Səyahət

13 Sep, 07:49


Nadirşah Əfşarın çox gözəl qalxanı, deyilənə görə bu qalxan kərgədan dərisindən hazırlanıb...

Kanalımızın linki:

http://T.me/tarixe_seyahet

Tarixə Səyahət

12 Sep, 09:48


Birinci Dünya müharibəsi, İtaliya cəbhəsi:

İtaliya tərəfi bir topu, bir iti və bir əsgəri dağa qaldırırlar, Alp dağları, 1915

T.me/tarixe_seyahet

Tarixə Səyahət

06 Sep, 07:39


Yəmən gözəllikləri

https://t.me/Qafsimurq

Kanala üzv olmaqla və həqiqətləri paylaşmaqla informasiya savaşında yardımçı olun