Seqeleyn

@seqeleyn


Adminlə əlaqə:
@Murtaza_Haydari

TikTok:
https://www.tiktok.com/@seqeleynkanal?_t=8h0cxxC8zbu&_r=1

İnstagram:
https://www.instagram.com/seqeleyn_

YouTube: https://youtube.com/@seqeleynkanali?si=Da4Fjvup-246IiDI

Seqeleyn

15 Oct, 16:45


İmam Baqir (əleyhissalam) buyurur:

"... And olsun Allaha, bizim şiəmiz yalnız o kəslərdir ki, Allahdan qorxar və Ona itaət edərlər. Ey Cabir, şiələrimiz yalnız bu xüsusiyyətlərlə tanınarlar:

1. Təvazökarlıq


2. Xüşu (Allah qarşısında təvazökar olmaq)


3. Əmanətə sadiqlik


4. Allahı çox zikr etmək


5. Çox oruc tutmaq


6. Çox namaz qılmaq


7. Valideynlərə yaxşılıq etmək


8. Kasıb və ehtiyaclı qonşulara, borclulara və yetimlərə kömək etmək


9. Doğru danışmaq


10. Quran oxumaq


11. İnsanlar haqqında yalnız yaxşılıqla danışmaq və dilini pislikdən saxlamaq.



Onlar ailələrində və qəbilələrində hər işdə etibar olunan kəslərdirlər..."

📔 əl-Kafi, 2/74


   ... فَوَ اللَّهِ مَا شِيعَتُنَا إِلَّا مَنِ اتَّقَى اللَّهَ وَ أَطَاعَهُ وَ مَا كَانُوا يُعْرَفُونَ يَا جَابِرُ إِلَّا بِالتَّوَاضُعِ وَ التَّخَشُّعِ وَ الْأَمَانَةِ وَ كَثْرَةِ ذِكْرِ اللَّهِ وَ الصَّوْمِ وَ الصَّلَاةِ وَ الْبِرِّ بِالْوَالِدَيْنِ وَ التَّعَاهُدِ لِلْجِيرَانِ مِنَ الْفُقَرَاءِ وَ أَهْلِ الْمَسْكَنَةِ وَ الْغَارِمِينَ وَ الْأَيْتَامِ وَ صِدْقِ الْحَدِيثِ وَ تِلَاوَةِ الْقُرْآنِ وَ كَفِّ الْأَلْسُنِ عَنِ النَّاسِ إِلَّا مِنْ خَيْرٍ وَ كَانُوا أُمَنَاءَ عَشَائِرِهِمْ فِي الْأَشْيَاءِ...

t.me/Seqeleyn

Seqeleyn

07 Aug, 16:03


📌 PAYLAŞAQ.

📚Allahın izni ilə yaxın günlərdə oxucuların ixtiyarına veriləcək.

📱Postu dostlarla paylaşmağınız xaiş olunur.

https://www.instagram.com/merifetullah_?igsh=MTlpOXI3ODBmdzB4eA==

Seqeleyn

26 Jul, 15:46


SƏFİNƏ HƏDİSİ
(Əhli-beytin (ə) Nuhun (ə) gəmisinə bənzədilməsi)

Əbu Zərrdən nəql olunur ki, o Kəbənin qapısından tutan bir halda belə buyurdu:

Allah Rəsulunun (s) belə buyurduğunu eşitmişəm:

"Agah olun ki, sizin aranızda Əhli-beytimin misalı, Nuhun gəmisinin misalındadır. Kim ona mindisə nicat tapdı, kim ondan geri qaldısa (ona sığınmadısa) həlak oldu".

Böyük Əhli-Sünnə alimi Şərəfuddin Hüseyn İbn Abdullah İbn Muhəmməd Tiybi hədisin şərhində yazır:

"Başqa bir rəvayətdə belə gəlir: (Hədisin əvvəlində Əbu Zərr deyir): "Kim məni tanıdısa, mən elə onun tanıdığı kəsəm, kim məni tanımadısa (bilsin ki), mən Əbu Zərrəm Allah Rəsulunun belə buyurduğunu eşitmişəm: (həmin hədis).
Əbu Zərr "Mən elə onun tanıdığı kəsəm" və "Mən Əbu Zərrəm" sözləri ilə bunu demək istəyirdi ki, "Mən doğru danışmağda və rəvayətdə siqə (etimadlı) olmaqda məşhuram və həqiqətən bu hədis SƏHİHDİR VƏ HEÇ BİR VƏCHLƏ RƏDD OLUNA BİLMƏZ".

Daha sonra Tiybi qeyd edir ki, dünya və onda olan zəlalətlər zülmət dənizlər kimidir və ondan həmin gəmiyə sığınmaqdan başqa heç bir yol yoxdur...Sonra Fəxr Razinin bu sözünü gətirir: "Biz Əhli-Sünnə Allaha həmd olsun Əhli-Beytə məhəbbət gəmisinə minmişik".

Tiybi kitabının müqəddiməsində Peyğəmbərə salavat göndərəndə Əhli-Beytinə belə salavat göndərir:

"...Və onun hidayət olmuş hidayətçilər olan, Nuhun gəmisinə bənzətdiyi Əhli-Beytinə".

Əhli-Sünnə mənbəsi:
Tiybi, "Şərhut-Tiybi əla Mişkatil-Məsabih", səh. 17-3918-3919, çap: Məktəbətu-Nəzzar Mustafa Əl-Baz, Məkkeyi-Mükərrəmə - Riyad

t.me/Seqeleyn

Seqeleyn

21 Jul, 14:51


#İmamHüseyn #Hüseyn #Şimr #qeyb

Seqeleyn

21 Jul, 11:39


ƏHLİ-BEYT (Ə) QANINI İÇƏN ALA İT

Mühəmməd ibn Əmr ibn Həsən belə nəql edir: "Biz Hüseyn (ə) ilə birlikdə Kərbəla çayının kənarında idik. O, Şimr ibn Zil-Cövşənə baxdı və dedi: "Allah və Onun Rəsulu doğru buyurmuşdur. Rəsulullah (s) buyurmuşdur: "Elə bil ki, mən Əhli-Beytimin qanında dilini isladan (onların qanlarını içən) bir ala it görürəm". Şimr isə alacalı idi".

Əhli-sünnə mənbəsi:
Tarixu-Dəməşq, c. 23, səh. 190, hədis: 5031 və c. 55, səh. 16, hədis: 11583.

Seqeleyn

07 Jul, 16:05


Channel photo updated

Seqeleyn

01 Jul, 03:43


https://telegra.ph/M%C3%BCbahil%C9%99-ay%C9%99si-v%C9%99-%C6%8Fhli-Beyt-%C9%99-07-13


#əhlibeyt #ƏhliBeyt #mubahile #mubahilə #mübahilə #mubahilə_ayəsi #quranikerimdenayeler #Qurani_Kərimdən_Ayələr #təfsir #Təfsir #Aliİmran61 #Ali_İmran61 #Müaviyə #Muaviyə #muaviye #təhqir #səhabə #Rayət #bayraq #Xeybər #İmamƏli #Əmirəlmuminin #vilayət #imamət #mənzilət_hədisi #mənzilət #Musa #Harun

Seqeleyn

28 Jun, 16:15


#Səfinə #hittə #səfinə_hədisi #NuhunGəmisi

Seqeleyn

28 Jun, 13:55


SƏFİNƏ HƏDİSİ
(Əhli-beytin (ə) Nuhun (ə) gəmisinə bənzədilməsi)

Böyük Əhli-Sünnə alimi Muhəmməd İbn Yusif Salehi Şami "Subulul-huda vər-rəşad" kitabında Əhli-beytin (ə) fəzilətlərindən danışarkən yazır:

"On ikinci fəzilət: Onların Nuhun (ə) kəmisi kimi olmalarıdır, kim ona mindisə nicat tapdı. Bəzzar, Təbərani və Əbu Nəim İbn Abbasdan, Bəzzar Abdullah İbn Zübeyrdən, İbn Cərir, Hakim və Xətib "Əl-Müttəfəq vəl-muftərəq"-də Əbu Zərrdən, Təbərani "Əs-Səğir" və "Əl-Əvsət"-də Əbu Səid Xudridən nəql edirlər ki,

Allah Rəsulu (s) buyurmuşdur:

"Sizin aranızda Əhli-beytimin misalı Nuhun qövmündə Nuhun gəmisi misalındadır. Kim ona mindisə nicat tapdı, kim ondan geri qaldısa qərq oldu".

Bir ləfzdə (qərq oldu yerinə) həlak oldu və Bəni İsrailin Hittəsi misalındadır gəlmişdir.

Hafiz Əbul-Xeyr Səxavi belə demişdir: "Bu hədisin bəzi yolları biri-digərini gücləndirir".

Salehi Şami, "Subulul-huda vər-rəşad", c. 11, səh. 11-12, çap: Darul-kutubil-elmiyyə.

t.me/Seqeleyn