Besiret.Az @besiretaz Channel on Telegram

Besiret.Az

@besiretaz


ADMİN: @ali_abd_ullah

Dini suallar - @besiret_sual


http://www.besiret.az

http://facebook.com/besiretaz

https://instagram.com/besiret.az/

♦️Səhifədəki məlumatları paylaşarkən dəyişiklik etmək icazəli deyil və səhifəyə istinad zəruridir.

Besiret.Az (Azerbaijani)

Besiret.Az Telegram kanalı, dini məzmunla məşğul olan bir kanaldır. Əsas məqsədi dini suallara cavab vermək və dini bilikləri artırmaqdır. Kanalın admini @ali_abd_ullah tərəfindən idarə olunur və dini suallarınızı @besiret_sual kanalına göndərərək cavab ala bilərsiniz. Besiret.Az kanalında paylaşılan məlumatlar ən son dini məlumatlarla təmin edilir və təsdiqlənir. Kanalın veb saytı http://www.besiret.az, Facebook səhifəsi http://facebook.com/besiretaz, Instagram hesabı isə https://instagram.com/besiret.az/ ünvanları ilə əlaqə yaradılmaqdadır. Besiret.Az kanalında paylaşılan məlumatlar digər yerlərdə paylaşmaq və dəyişiklik etmək icazəli deyil, lakin paylaşılan məlumatlara istinad etmək tövsiyə olunur. Dini mədəniyyət və incəsənətə maraqlı olan və dini məlumatlara çatmaq istəyən istifadəçilər üçün ideal bir məkandır. Joinlayın və dini biliklərinizi artırın!

Besiret.Az

19 Jan, 17:00


#İmamƏli #vilayət #təvəlla #təbərra

Besiret.Az

19 Jan, 09:03


#İmamƏli #namaz #əməl

Besiret.Az

19 Jan, 06:14


📆 #İslamtarixindəbugün

▪️ 19 Yanvar (18 Rəcəb) - Hicrətin 10-cu ilində Peyğəmbərin (sallallahu əleyhi və alih) oğlu İbrahimin vəfat etdiyi gündür.

🌐 Besiret.az

Besiret.Az

16 Jan, 09:01


🔵 Əhli-Sünnə baxışından imamət və xəlifəlik

Mühüm xüsusiyyətlər:

İmamət məsələsinə hər iki tərəfin baxışından baxsaq, görərik ki, əslində əhli-şiənin nəzərində Əbu Bəkr və onun kimilərinin xəlifəlik məqamında heç bir haqqı yoxdur. Lakin əhli-sünnənin xəlifədə və ya canişində şərt bildikləri sifətləri bir müxtəsər baxışda təhqiq edəcəyik. Burada iki baxış vardır. Baxışların birində bütün sünni alimləri ittifaq etmişlər, digər baxışda isə fərq vardır...

📄 Məqaləni oxumaq üçün daxil olun:
https://www.besiret.az/meqale?id=134

Besiret.Az

16 Jan, 04:16


📆 #İslamtarixindəbugün

🔹️ 16 Yanvar (15 Rəcəb) - Həmçinin, bir rəvayətə görə hicrətin 2-ci ilində qiblənin Beytul-müqəddəsdən şərafətli Kəbəyə tərəf dəyişildiyi gündür.

🌐 Besiret.az

Besiret.Az

15 Jan, 15:17


#XanımZeynəb

Besiret.Az

15 Jan, 09:50


🔶️ Rəcəb ayının 15-ci gününün əməlləri

🔴 Qeyd edək ki, bu il 15 rəcəb 16 Yanvar tarixinə təsadüf edir. Gecə deyildikdə də 16 Yanvara keçən gecə nəzərdə tutulur.

Besiret.Az

14 Jan, 17:41


🔸️ İmam Əlinin (ə) digər peyğəmbərlərdən (ə) üstünlüyü

Besiret.Az

07 Jan, 17:23


#İmamƏli #ədalət

Besiret.Az

07 Jan, 09:21


#Quran #Ələqsurəsi

Besiret.Az

06 Jan, 17:19


#SeyidSistani #Quran #İmamƏli #İmamSəccad #dua

Besiret.Az

06 Jan, 10:19


#mömin #təvəkkül

Besiret.Az

05 Jan, 17:06


#ğulat #təfviz #şirk

Besiret.Az

05 Jan, 09:36


#Rəcəbayı #oruc

Besiret.Az

04 Jan, 15:18


🌙 Rəcəb ayında namazlardan sonra oxunan dua

Besiret.Az

04 Jan, 09:17


🔷️ İmam Hadinin (ə) qeyb elmi

Besiret.Az

04 Jan, 03:58


📆 #İslamtarixindəbugün

🔸️ 4 Yanvar (3 Rəcəb) - Həmçinin, hicrətin 9-cu ilində Təbuk döyüşünün baş verdiyi gündür.

🌐 Besiret.az

Besiret.Az

03 Jan, 15:04


#İmamHadi #şəhadət

Besiret.Az

03 Jan, 09:28


#SeyidMilani #İmamMehdi

Besiret.Az

03 Jan, 06:42


📆 #İslamtarixindəbugün

🔸️ 3 Yanvar (2 Rəcəb) - (Bir rəvayətə əsasən - red.) Hicrətin 212-ci ilində İmam Hadinin (əleyhissəlam) dünyaya gəldiyi gündür.

🌐 Besiret.az

Besiret.Az

02 Jan, 15:56


🔵 Allah-taalanın bizlərə bəxş etdiyi nemətlərdən biri də şərafətli rəcəb ayıdır. Bu ayda fəzilət qapıları bəndələrin öz nəfslərini təmizləməsi üçün, günahlardan qurtulmaq və daha çox saleh əməl görmək üçün qulların üzünə açıq olur. Bu ayda çoxlu oruc tutmaq, dua etmək, Allahdan bağışlanma istəmək daha çox tövsiyə olunmuşdur. Necə ki İmam Sadiq (əleyhissalam) Peyğəmbərin belə buyurduğunu nəql edir ...

📄 Məqalənin davamını oxumaq üçün daxil olun:
https://www.besiret.az/meqale?id=130

Besiret.Az

02 Jan, 09:41


🔴 Yanvar ayında olan bəzi əlamətdar günlər

🔵 2 Yanvar (1 Rəcəb) - Başqa bir rəvayətə görə hicrətin 57-ci ilində İmam Muhəmməd Baqirin (əleyhissəlam) dünyaya gəldiyi gündür.

🔵 3 Yanvar (2 Rəcəb) - Hicrətin 212-ci ilində İmam Hadinin (əleyhissəlam) dünyaya gəldiyi gündür.

🔵 4 Yanvar (3 Rəcəb) - Hicrətin 9-cu ilində Təbuk döyüşünün baş verdiyi gündür.

🔵 Həmçinin, hicrətin 254-ci ilində İmam Hadinin (əleyhissəlam) şəhid olduğu gündür.

🔵 11 Yanvar (10 Rəcəb) - Hicrətin 195-ci ilində İmam Cavadın (əleyhissalam) dünyaya gəldiyi gündür.

🔵 12 Yanvar (11 Rəcəb) - Hicrətin 36-cı ilində İmam Əmirəl-mumininin (əleyhissalam) Cəməl döyüşündən sonra Kufəyə çatdığı gündür.

🔵 13 Yanvar (12 Rəcəb) - Hicrətin 36-cı ilində İmam Əmirəl-mumininin (əleyhissalam) Kufəyə daxil olması və oranı xilafətin mərkəzi götürdüyü gündür.

🔵 14 Yanvar (13 Rəcəb) - Hicrətdən 23 il öncə İmam Əmirəl-mumininin (əleyhissalam) dünyaya gəldiyi gündür.

🔵 16 Yanvar (15 Rəcəb) - Bir rəvayətə görə hicrətin 62-ci ilində Xanım Zeynəbin (əleyhassalam) vəfat etdiyi gündür.

🔵 Həmçinin, bir rəvayətə görə hicrətin 2-ci ilində qiblənin Beytul-müqəddəsdən şərafətli Kəbəyə tərəf dəyişildiyi gündür.

🔵 19 Yanvar (18 Rəcəb) - Hicrətin 10-cu ilində Peyğəmbərin (sallallahu əleyhi və alih) oğlu İbrahimin vəfat etdiyi gündür.

🔵 25 Yanvar (24 Rəcəb) - Hicrətin 7-ci ilində Xeybər qalasının İmam Əlinin (əleyhissalam) əli ilə fəth olunduğu gündür.

🔵 Həmçinin, Cəfər ibn Əbu Talibin (əleyhissalam) Həbəşistandan qayıtdığı gündür.

🔵 26 Yanvar (25 Rəcəb) - Hicrətin 183-cü ilində İmam Musa əl-Kazımın (əleyhissalam) şəhadətə çatdığı günüdür.

🔵 27 Yanvar (26 Rəcəb) - Bir rəvayətə əsasən, hicrətdən 3 il öncə Peyğəmbərin (sallallahu əleyhi və alih) əmisi Əbu Talibin (əleyhissalam) vəfat etdiyi gündür

🔵 28 Yanvar (27 Rəcəb) - Hicrətdən 13 il öncə Peyğəmbərin (sallallahu əleyhi və alih) besət günüdür. (Yəni Peyğəmbərin peyğəmbər olaraq göndərildiyi gündür. Bu günə "Məbəs bayramı" da deyirlər).

🔵 29 Yanvar  (28 Rəcəb) - Hicrətin 60-cı ilində İmam Hüseynin (əleyhissalam) Mədinədən Məkkəyə tərəf yola düşdüyü gündür.

🔴 21/01/2025 tarixində, həftənin çərşənbə axşamı günü, Bakı vaxtı ilə saat 20:22-də ay "əqrəb bürcü"nə daxil olur.

🔵 24/01/2025 tarixində, həftənin cümə günü, Bakı vaxtı ilə saat 08:29-da ay "əqrəb bürcü"ndən çıxır.

📍 İmam Sadiq (əleyhissalam) buyurur: "Hər kim ay əqrəb bürcündə olduqda səfər etsə və ya evlənsə, xeyir görməz".
(Şeyx Hürr Amili, "Vəsailuş-şiə", c. 11, səh. 367)

📌 Qeyd edək ki, qəməri aylar yalnız hilalın (ayın) şəri yolla sübut olması ilə başlayır.

📌 Qeyd: Burada qeyd olunan əlamətdar günlər Ayətullah Seyyid Əli Sistaninin Nəcəf ofisinin nəşr etdiyi təqvimə əsaslanır.

🌐 Besiret.az
https://youtube.com/user/besiret
https://instagram.com/besiret.az
https://m.facebook.com/besiretaz
https://t.me/besiretaz

Besiret.Az

02 Jan, 09:39


#təqvim

Besiret.Az

02 Jan, 06:28


#İmamBaqir #məsumlarıtanıyaq

Besiret.Az

01 Jan, 15:07


#İmamBaqir #mövlud

Besiret.Az

01 Jan, 14:04


🔴 "Rəğaib" (arzular) gecəsi

Rəcəb ayının ilk cümə gününə keçən gecəsi "rəğaib" (arzular) gecəsi adı ilə məşhurdur. Bu gecədə edilməli olan məxsus əməl barədə hədis nəql olunmuşdur. Bu əməli yerinə yetirən şəxsin çoxlu günahları bağışlanar. Allah-təala bu gecəyə məxsus olan namazın savabını ən gözəl surətdə qəbr evinin birinci gecəsi namazı qılan şəxs üçün göndərər. Namaz da şirin dillə ona belə deyər: “Ey mənim dostum, sevin. Sən bütün əzab-əziyyətdən xilas oldun.”
Qəbr sahibi ona deyər: “Sən kimsən? Mən sənin simandan gözəl sima, sənin dilindən şirin dil, sənin iyindən ətirli iy görməmişəm.” Namaz deyər: “Mən sənin filan şəhərdə, filan il, filan ay, filan gecə qıldığın namazam. Gəlmişəm sənin haqqını verim, səni tənhalıqdan və təklikdən çıxardım. Qiyamət günü Sur üfürülən zaman mən sənin üstündə kölgən olacağam. Sevin, xeyir-bərəkət səndən heç vaxt azalmayacaq.”

🔻 Namaz belədir:
Ayın ilk cümə axşamını oruc tutursan. Axşam məğrib və işa namazları arasında on iki (iki-iki) rəkət namaz qılırsan. Hər rəkətində “Həmd”dən sonra üç dəfə “Qədr” surəsi, on iki dəfə “İxlas” surəsi deyirsən. Namazı qurtardıqdan sonra yetmiş dəfə: “Əllahummə salli əla Muhəmmədinin-nəbiyyil-ummiyyi və əla alih” - deyirsən. Sonra səcdəyə gedib yetmiş dəfə “Subbuhun Quddus, Rəbbul-məlaikəti vər-ruh” deyirsən. Sonra başını səcdədən qaldırıb yetmiş dəfə “Rəbbiğfir vərhəm və təcavəz əmma tələmu innəkə əntəl əliyyul-əzəm” deyirsən. Sonra yenə səcdəyə gedib yetmiş dəfə “Subbuhun Quddus, Rəbbul məlaikəti vər-ruh” deyirsən. Sonra öz hacətlərini istə, inşallah tezliklə rəva olacaq.

📚 "Məfatihul-cinan" kitabı.

📌 Qeyd: "Rəğaib" gecəsinin namazı qılınarkən müstəhəb yerinə "rəca" (savab əldə etmək ümidi) niyyəti edilməlidir.

🌐 besiret.az
T.me/besiretaz

Besiret.Az

01 Jan, 14:04


🔸️ Rəğaib gecəsi

❗️Qeyd: Oruc sabah (2 yanvar) tutulmalıdır.

Besiret.Az

01 Jan, 09:36


🌙 2 yanvara keçən gecə Rəcəb ayının ilk gecəsidir.

Besiret.Az

01 Jan, 05:43


#İmamƏli #ömür #sevinc

Besiret.Az

31 Dec, 14:54


#SeyidSistani #elan

Besiret.Az

31 Dec, 09:27


#Quran #Nisasurəsi #yaxşılıq #savab #günah

Besiret.Az

31 Dec, 06:23


📆 #İslamtarixindəbugün

▪️ 31 Dekabr (29 Cəmadius-sani) - Hicrətin 252-ci ilində İmam Əli Hadinin (əleyhissalam) oğlu seyid Məhəmmədin vəfat etdiyi günüdür.

🌐 Besiret.az

Besiret.Az

30 Dec, 16:53


#Quran #Aliİmransurəsi #islam #iman #axirət #din

Besiret.Az

02 Dec, 18:28


#İmamSadiq #HzFatimə #Əbubəkr #Ömər

Besiret.Az

01 Dec, 16:54


#HzFatimə #Fədəkxütbəsi

Besiret.Az

01 Dec, 08:55


#fətva #SeyidSistani #ŞeyxVəhidXorasani #namaz #səcdə

Besiret.Az

30 Nov, 17:28


#İmamƏli #mömin #ağıl #danışıq

Besiret.Az

30 Nov, 09:38


Dünya və axirət xanımlarının seyidəsi olan Həzrət Fatimeyi-Zəhraya (salamullahi əleyha) edilmiş zülmlərdən biri də atası Peyğəmbərin (sallallahu əleyhi və alih) ona bağışladığı Fədək bağlarının Peyğəmbərin şəhadətindən sonra onun əlindən alınmasıdır. Müxaliflərimiz Əhli-beytə (əleyhimussalam) edilmiş digər haqsızlıqları inkar etmək və bununla da zalım xəlifələrin adını təmizə çıxarmaq üçün daim müxtəlif yollara əl atdıqları kimi bu məsələdə də xilafəti qəsb etmiş və Xanım Zəhranın (salamullahi əleyha) haqqını əlindən almış Əbu Bəkri onun özünün etdiyi işə bəraət qazandırmaq üçün uydurduğu hədislə və istifadə etdiyi yolla günahsız kimi qələmə verməyə çalışmışlar.
Belə ki, Xanım Zəhra (salamullahi əleyha) Fədək bağlarının ona atasından qalmış irs olduğunu Əbu Bəkrə dedikdə Əbu Bəkr uydurma hədisə istinad edərək etdiyi işin heç də haqsızlıq olmadığını, əksinə, bunun peyğəmbərin əmrinə uyğun olduğunu isbat etmək istəyir.

📄 MƏQALƏNİ OXUMAQ ÜÇÜN DAXİL OLUN:
https://besiret.az/meqale?id=180%27

Besiret.Az

30 Nov, 04:51


📆 #İslamtarixindəbugün

▪️ 30 Noyabr (27 Cəmadiul-əvvəl) - Hicrətin 1428-ci ilində Samirra şəhərində İmam Həsən əl-Əskərinin və İmam Əli ən-Nəqinin (əleyhumassəlam) hərəmlərinə (ikinci - red.) hücumun baş verdiyi və minarələrinin partladıldığı gündür.

▪️ Cəmadiul-əvvəl ayının sonuncu günü - Hicrətin 304-cü ilində İmam Mehdinin (əccələllahu fərəcəhuş-şərif) ikinci xüsusi naibi, Muhəmməd ibn Osman ibn Səid əl-Xəllaninin (r.ə.) vəfat etdiyi gündür.

🌐 Besiret.az

Besiret.Az

29 Nov, 16:19


🏴 "Ey müsəlmanlar, heç rəvadırmı, mənim öz irsim əlimdən alınsın?" - Xanım Zəhranın (s.ə.) "Fədək" xütbəsindən

🎥 Tam versiyasının "YouTube" linki:
https://youtu.be/yXkMrfexBuk

📄 Xütbənin tam mətni:
https://besiret.az/meqale?id=127%27

🌐 Besiret.az
https://youtube.com/user/besiret
https://instagram.com/besiret.az
https://m.facebook.com/besiretaz
https://t.me/besiretaz

Besiret.Az

29 Nov, 09:08


#İmamBaqir #İmamMehdi #Qaim #intizar #savab #oruc #ibadət #şəhadət #şəhid

Besiret.Az

28 Nov, 09:27


#sileyirəhm

Besiret.Az

27 Nov, 15:37


#HzMuhəmməd #HzFatimə

Besiret.Az

26 Nov, 09:10


Tarix boyu Əhli-beytin (ə) düşmənləri öz naqis düşüncələri ilə Əhli-beytin nurunu söndürmək üçün onların fəzilətlərini gizlətməyə çalışmışlar. Lakin Allah təalanın bu ayəsindən qafil olmuşlar:
“Allahın nurunu ağızları ilə söndürmək istəyirlər. Lakin kafirlər istəməsələr belə Allah öz nurunu tamamlayacaqdır.”

Bu işdə İslam düşmənlərinin üslublarından biri bu fəzilətlərə yalan töhməti vurmaqdır. İbn Teymiyyə də bu düşmənlərdən biridir. Hamı bilir ki, Əhli-beytin (ə) fəzilətlərini inkar etməkdə onun “yaxşı məharəti” var. Bu məqalədə biz Peyğəmbərin (s.ə.) Xanım Zəhranın (s.ə.) şənini açıqlayan “Allah Fatimənin qəzəbi ilə qəzəblənir, razılığı ilə razı olur” hədisi barəsindəki İbn Teymiyyənin rəyini bəyan edəcəyik.

📄 Məqaləni oxumaq üçün daxil olun:
https://besiret.az/meqale?id=177%27

Besiret.Az

25 Nov, 17:40


#HzFatimə #dua #namaz

Besiret.Az

25 Nov, 05:44


📆 #İslamtarixindəbugün

▪️ 25 Noyabr (22 Cəmadiul-əvvəl) - Bir rəvayətə görə hicrətin 192-ci ilində Qasim ibn İmam əl-Musa ibn Cəfərin (əleyhissəlam) vəfat etdiyi gündür.

🌐 Besiret.az

Besiret.Az

24 Nov, 16:46


#İmamBaqir #zülm

Besiret.Az

24 Nov, 09:08


◾️ Fədək və onun əhəmiyyəti - Şeyx Fəqan

🎥 "YouTube" linki:
https://youtu.be/_0M4vbm2qXs?si=E_6f_ydIfnwysWI_

🌐 Besiret.az
https://youtube.com/user/besiret
https://instagram.com/besiret.az
https://m.facebook.com/besiretaz
https://t.me/besiretaz

Besiret.Az

23 Nov, 17:09


#şərab

Besiret.Az

23 Nov, 09:41


#İmamBaqir #HzMuhəmməd #merac #hədisiqüdsi #mömin #təhqir #ehtiram #imtahan #vacib #ibadət #xeyir #kasıblıq #namaz #sevgi #dua

Besiret.Az

22 Nov, 17:01


#İmamKazım #İmamMehdi

Besiret.Az

22 Nov, 10:02


📌 “Bil ki, Allahdan başqa heç bir tanrı yoxdur”. (Muhəmməd, 19)

🔴 Allah təala Qurani-Kərimin bu ayəsində bizlərə Allahın təkliyini ifadə edən tövhid inancı barədə elm əldə etməyi əmr etmişdir. Bu ayədən öncə insanın sağlam ağlı belə onu yaradan varlıq barədə bilgiyə yiyələnməyi insana vacib edib. Deməli, tövhid barədə məlumat əldə etmək həm ağlın, həm də müqəddəs şəriətimizin təkid etdiyi ən mühüm məsələlərdən biri, bəlkə də birincisidir.

📚 Allah barədə ən gözəl və doğru məlumatı elə Onun Özünü tanıtması ilə əldə etmək olar. Bu da Qurani-Kərim və Allahın yer üzərindəki nümayəndələri olan Peyğəmbər (s) və onun Əhli-beytinin (ə) kəlamlarına müraciət etməklə mümkündür.
Peyğəmbər (s) və Əhli-beytinin (ə) tövhid ilə bağlı, eləcə də onların Qurani-Kərimdə tövhid inancı ilə əlaqəli olan mütəşabih ayələrin təfsiri barədə deyilmiş kəlamlarını özündə ehtiva etmiş ən gözəl əsərlərdən biri Şeyx Səduqun qələmə aldığı “ət-Tovhid” əsəridir.

🔵 Şeyx Səduqun bu dəyərli kitabı müstəqil şəkildə tövhid inancı ilə əlaqədar hədisləri özündə cəm etmiş və bu barədə günümüzə gəlib çatmış ən qədim və ən mükəmməl bir əsərdir.

📚 Allah şükürlər olsun ki, tərəfimizdən tərcümə və şərh edilərək işıq üzü görmüş bu dəyərli kitab artıq ikinci nəşri ilə oxucuların ixtiyarına verilmişdir. Kitabı dini mağazalardan əldə edə bilərsiniz.

🌐 Besiret.az

Besiret.Az

21 Nov, 09:18


#təkəbbür #fədəkxütbəsi

Besiret.Az

20 Nov, 17:11


#HzMuhəmməd #HzFatimə

Besiret.Az

20 Nov, 15:44


🔷️ Məqalənin birinci hissəsində miras barədə bəzi ümumi məlumatlara, habelə ər-arvad və birinci təbəqədən sayılan ata-ananın mirası barədə əsas məsələlərə toxunduq. İkinci hissədə isə birinci təbəqədən olan digər şəxslərin mirasdakı payları barədə məlumat verəcək, sonda isə miras mövzusu haqqında ortaya atılmış bir şübhə və onun cavabını qeyd edəcəyik.

📄 Məqaləni oxumaq üçün daxil olun:
https://besiret.az/meqale?id=222

#məqalə #fətva #miras #övlad #Quran

Besiret.Az

18 Nov, 17:49


◾️ Peyğəmbərin (s) unudulan nəvəsi Muhsin - Şeyx Fəqan

🎥 "YouTube" linki:
https://youtu.be/uRy1kAod1ec?si=A6UYZ5q6FIzl2YwZ

🌐 Besiret.az
https://youtube.com/user/besiret
https://instagram.com/besiret.az
https://m.facebook.com/besiretaz
https://t.me/besiretaz

Besiret.Az

18 Nov, 04:33


📆 #İslamtarixindəbugün

🔸️ 18 Noyabr (15 Cəmadiul-əvvəl) - Hicrətin 36-cı ilində möminlərin əmiri İmam Əlinin (əleyhissəlam) əli ilə Bəsrənin fəth edildiyi gündür.

🌐 Besiret.az

Besiret.Az

17 Nov, 17:30


Ömər ətrafdakılara üz çevirdi və onlara belə dedi: “Fatiməni vurun!”
Onlar Fatiməni elə vurdular ki, xəstə oldu və yatağa düşdü.(1) Bədəni zəiflədi və həddindən artıq arıqladığından kölgə kimi oldu.(2)
Ömər özü də onlardan geridə qalmadı. Qılıncın qını ilə Fatimənin (əleyhəs-səlam) qabırğasına vurdu və qamçı ilə onun əlinə zərbə endirdi.(3) Həmin zərbədən Fatimənin bədəni qaraldı (4) və ölənə qədər onun izi aradan getmədi.(5)

▪️Salman deyir: "Ömər, Xalid və Muğeyrədən başqa hamı ağladı. Lakin Ömər dedi: "Qadınlar və onların rəylərinin bizə əlaqəsi yoxdur.""

◾️ Bəzi tarixlərdə isə belə gəlib: Qunfuz (Ömərin nökəri) Fatimənin (səlamullahi əleyha) üzünə şillə vurdu və şillə onun gözünə dəydi.(7) Sonra Xanımı qapının küncünə tərəf itələdi və qapı ilə ona elə bir zərbə vurdu ki, onun qabırğası sındı və bətnindəki uşağı (Muhsin) siqt oldu və qalan qısa ömrünü yatağda keçirtdi.(8)
O, qılıncın qını ilə xanıma zərbə vurdu. Qamçı ilə onun başına, əlinə, çiyninə və biləyinə zərbə endirdi. Qamçının izi qolbağ kimi onun əlində şişdi. (9)
Bəzi tarixlərdən məlum olur ki, həzrət Muhsinin (əleyhis-səlam) şəhadətinin səbəbi yaxud onun şəhid olmasında mühüm amillərdən biri Qunfuz idi.(10)

▪️ Digər tərəfdən Xalid ibn Vəlid də qılıncın qını ilə xanıma zərbə endirib və onu qapı divar arasında sıxıb. (11)

◾️ Peyğəmbərin (sallallahu-əleyhi və alihi və səlləm) əziz qızına hörmətsizlik edənlərdən biri də Muğeyrə ibn Şöbə idi. O, xanım Fatiməni (səlamullahi əleyhanı) elə vurdu ki, xanımın bədənindən qan gəldi. Onun qapının yandırılması və sındırılmasında da payı var. Bu səbəbdən də bəzi tarixlərdə uşağın (Muhsinin) siqt olması Muğeyrəyə nisbət verilmişdi.(12)

◾️Qeyd: Xanım Fatimənin (səlamullahi əleyha) evinə edilən hücumun tarixi barədə yazılmış kitablara müraciət etdikdə bu hücumun bir dəfə deyil, neçə dəfə təkrarlandığının və geniş bir kütlə şəklində hücumun baş verdiyinin şahidi oluruq. Bu barədə geniş yazılmış bəzi kitablar azı 3 dəfə hücumun baş verməsini təfsilatı ilə qeyd etmişlər. (13) Evə hücum etmiş şəxslərin sayı barədə isə müxtəlif rəqəmlər mövcuddur. Bəzi tarix kitabları bu rəqəmin 300 nəfər olduğunu və onlardan adları tarixə məlum olan 22 nəfərin adını qeyd etmişdir. (14)

📚 Mənbələr:
📖 (1) Mutəməru-uləmai-Bağdad, səh. 93
📖 (2) Dəaimul-İslam, c. 1, səh. 232; Biharul-ənvar, c. 81, səh. 272
📖 (3) Kitabu-Suleym, səh. 250; Kamil Bəhai, c. 1, səh. 305; Cənnatul-Xulud səh. 19
📖 (4) Cənnətul-Asimə, səh. 252; Əş-şəmsuz-zuha, səh. 154;
📖 (5) Müraciət et: Məsaibul-məsumin əleyhimus-səlam səh. 27; Beytul-əhzan, Yəzdi, səh. 33; Camiun-nureyn, səh. 244; Şəşəətul-Huseyniyyə, səh. 144; Huznul-muminin, səh. 61; Bəşarətul-Bakin, səh. 26; Mirqatul-İqan, səh. 1, səh. 112; Ənvaruş-şəhadət, səh. 207;
📖 (6) Kitabu-Suleym, səh. 85;
Evə hücum edənlərin ağlaması əl-Müstərşid, səh. 377; əl-İmamə vəs-siyasə, c. 1, səh. 20
📖 (7) Sirətul-əimmətu isna əşərəleyhimus-səlam, c. 1, səh. 145
📖 (8) Kitabu-Suleym, səh. 85; Əl-ihticac, səh. 83;
Xanımın qabırğasının və ya dişinin sınması barədə müraciət et: Kitabu-Suleym, c. 2, səh. 907 (yeni çap); Əmali (Şeyx Səduq), səh. 114 (Beyrut çapı); Fəzail Şazan Qummi, səh. 9, əl-Muhtəzər, səh. 61, Biharul-ənvar, c. 101, səh. 44 (Şəhidi-əvvəlin yazısı); Fəraidus-Simteyn, Cuveyni Şafii, c. 2, səh. 35; İrşadul-Qulub, səh. 295; Misbah (Kəfəmi), səh. 553
📖 (9) Müraciət et: Kitabu-Suleym, səh. 134; Dəlailul-İmamə, səh. 45; (təzə çapda səh. 134); Kəşkul Amili, səh. 83; Hədiqətuş-şiə, səh. 30; əl-Kovkəbud-durri, c. 1, səh. 194; əl-Kibritul-əhmər, səh. 277
📖 (10) Dəlailul-İmamə, səh. 45 (təzə çapda səh. 134); Elmul-Yəqin, c. 2, səh. 686;
📖 (11) Bəziləri Xalid ibn Vəlidi də Muhsinin siqt olmasının səbəbkarı bilirlər. Müraciət et: Kəşkul Amili, səh. 83; Hədiqətuş-şiə, səh. 30
📖 (12) əl-İhticac, səh. 278; Cəlaul-uyun, Şubbər, c. 1, səh. 193
📖 (13) Daha geniş məlumat üçün müraciət et: "Əl-hücum əla beyti Fatimə", səh. 101-132
📖 (14) "Əl-hücum əla beyti Fatimə" kitabı, səh. 113-115

Besiret.Az

17 Nov, 17:27


◾️ Xanım Zəhranın (s) evinə hücum

Besiret.Az

17 Nov, 15:09


▪️ Qeyd edək ki, xütbəni "YouTube" kanalımızdan dinləyə bilərsiniz.

📽 "Youtube" linki:
https://youtu.be/yXkMrfexBuk

Besiret.Az

17 Nov, 15:06


◾️ Şeyx Təbərsi özünün “Əl-ihticac” kitabında İmam Həsənin (Allahın salamı olsun ona) nəvəsi Abdullah ibn Həsəndən, o da öz atalarından belə nəql edir: “Əbu-Bəkr və Ömər Xanım Fatimənin (Allahın salamı olsun ona) Fədək bağını qəsb etdikdə, Həzrət Fatimə (Allahın salamı olsun ona) bundan xəbər tutdu. O, başını örtərək öz çadrasına büründü, xidmətçiləri və Bəni-Haşim qadınlarının bir neçəsi ilə birgə məscidə tərəf gəldi. Həzrət Zəhra (Allahın salamı olsun ona) ətəyi yerə sürtüləcək dərəcədə uzun paltar geymişdi. Yerişi sanki atası Peyğəmbərin (Allahın salavatı və salamı olsun ona və onun ailəsinə) yerişini xatırladırdı. Məscidə daxil olduqda Əbu-Bəkr mühacir və ənsardan bir dəstəsi ilə birgə oturmuşdu. Pərdə çəkdilər. Xanım Zəhra pərdənin arxasına keçib əyləşdi. Həzrət Zəhra (Allahın salamı olsun ona) bu vaxt yanıqlı bir ah çəkdi.

📄 Məqaləni oxumaq üçün daxil olun:
https://besiret.az/meqale?id=127

Besiret.Az

16 Nov, 17:24


Qapı alovlandı - Kərbəlayi Həsən

🎥 "YouTube" linki:
https://youtu.be/59qTERPo84s

🌐 Besiret.az
https://youtube.com/user/besiret
https://instagram.com/besiret.az
https://m.facebook.com/besiretaz
https://t.me/besiretaz

Besiret.Az

16 Nov, 15:18


🖋️ Bu tarixi hadisə şiə mənbələrində təfsilatı ilə qeyd edilmişdir. Təəssüflər olsun ki, sünni mənbələrində bu, geniş şəkildə nəql edilməmiş, onlar sadəcə olaraq bu tarixi cinayətin müəyyən hissələrini qeyd etməklə kifayətlənmişlər. Bu isə təbii bir haldır. Çünki əgər həqiqət olduğu kimi göstərilsəydi bu gün sünni məzhəbində təəssübkeş və axmaqlardan başqa heç kəs qalmazdı. Buna görə də təhrif qələmləri işə düşərək, bu böyük cinayəti ört-basdır etməyə çalışmışlar.

Amma bununla belə yenə də sünni mənbələrində bu hadisənin əslini tapmaq mümkündür. Bəsirət və insaf əhli az olan bu məlumatlara təəssübdən uzaq şəkildə nəzər edib düşünsələr, hökmən həqiqəti anlayar və qəbul edərlər.

📄 Məqalənin davamını oxumaq üçün daxil olun:
https://www.besiret.az/meqale?id=123

Besiret.Az

16 Nov, 09:08


Xanım Fatimənin (səlamullahi əleyha) vəsiyyətnaməsi

Xanım Fatimə (səlamullahi əleyha) dünyasını dəyişdikdən sonra Həzrət Əli (əleyhissəlam) Onun başının kənarından bir kağız parçası tapdı. Orada yazılmışdı:

"Bağışlayan və mehriban Allahın adı ilə.
Bu Fatimə binti Muhəmmədin vəsiyyətidir. O, şəhadət verir ki, Allahdan başqa heç bir ilah yoxdur. Muhəmməd Onun qulu və rəsuludur. Cənnət və cəhənnəm haqdır. Qiyamət günü olacaq və onun olacağı barədə heç bir şəkk-şübhə yoxdur. Allah qəbirdə olanları dirildəcək.

Ey Əli, mən Fatimə binti Muhəmmədəm. Allah dünya və axirətdə sənin olum deyə məni səninlə evləndirdi. Sən mənə digərlərindən daha yaxınsan. Mənə gecə qüsl ver və məni gecə kəfənlə. Mənə gecə namaz qıl və məni gecə dəfn et. Heç kimə bu barədə xəbər vermə. Səni Allaha tapşırıram. Qiyamət gününə qədər olacaq övladlarıma mənim salamımı çatdır".

📚 Əllamə Məclisi, Biharul-ənvar, c. 43, səh. 214

🌐 Besiret.az

Besiret.Az

16 Nov, 09:08


Xanım Fatimənin (səlamullahi əleyha) vəsiyyətnaməsi

Besiret.Az

15 Nov, 17:39


#ƏyyamiFatimiyyə

Besiret.Az

15 Nov, 15:09


#HzFatimə #şəhadət

Besiret.Az

15 Nov, 09:49


#İmamMehdi #zühur

Besiret.Az

14 Nov, 18:11


⁉️ Sual-cavab

Sual:

Əyyami-Fatimiyyə hansı günlərdir? Hansı günləri əza saxlamalıyıq?

Cavab:

Xanım Fatimənin (s) şəhadət günləri ilə bağlı müxtəlif tarixlər mövcuddur. Bu müxtəlif tarixlərin mövcud olmasına əsas səbəb isə Xanımın (s) şəhadəti ilə əlaqədar olan günlərin əsas tarix və hədis mənbələrində fərqli olmasıdır.
Qədim zamandan Əhli-beyt (ə) tərəfarları arasında Xanım Zəhranın (s) şəhid olduğu gün barədə 3 məşhur rəy mövcuddur:

Xanım Zəhra (s) Peyğəmbərdən (s) ya 40 gün sonra (8 rəbius-sani), yaxud 75 gün sonra (13 cəmadiul-əvvəl) və ya 95 gün sonra (3 cəmadius-sani) şəhid olmuşdur.

Ərəb aylarının sonunda yarana biləcək ixtilafı, həmçinin Peyğəmbərin (s) şəhadəti ilə bağlı olan müxtəlif tarixləri nəzərə alaraq qədim dövrdən böyük alimlərimiz Xanım Zəhranın (s) Peyğəmbərdən (s) 75 gün sonra şəhid olmasını deyən tarixin cəmadiul-əvvəl ayının 13, 14, 15-ci günlərinə (hansı ki, bu il noyabr ayının 16, 17 və 18-ci günlərinə təsadüf edir), 95 gün sonra şəhid olmasını deyən tarixin isə cəmadius-sani ayının 1, 2, 3-cü günlərinə (bu il dekabr ayının 3, 4 və 5-ci günlərinə təsadüf edir) düşmə ehtimalını əsas götürüb bu günləri Əyyami-Fatimiyyə (Xanım Fatimə (s) günləri) kimi qeyd edirlər. Bəzi alimlər isə cəmadius-sani ayının 4 və 5-ci günlərini də buna əlavə edirlər.

Günümüzün böyük alimləri də bu adəti bu günlərdə əza məclisləri bərpa etməklə yaşadırlar və bu günləri “Əyyami-Fatimiyyə” olaraq əza saxlanılması adətinin qədim zamandan mövcud olduğunu qeyd edirlər.

Son illərdə isə müxtəlif məntəqələrdə möminlər Xanım Fatimənin (s) şəhadəti ilə bağlı daha məşhur olan iki tarixin, yəni Cəmadiul-əvvəl ayının 13-ü tarixi ilə Cəmadius-sani ayının 3-ü tarixinin arasında olan 20 gün müddətində Xanım Zəhra (s) üçün əza saxlayır və bu günlərdə müxtəlif məclislər təşkil edirlər.
Bu işin şəriətə uyğun olmaması barədə bəzi şəxslər tərəfindən ortaya atılan şübhəyə saytımızda geniş şəkildə cavab vermişik (bax: https://besiret.az/meqale?id=122%27).
Odur ki, qeyd edilən iki tarixin (ilk və son üç günün) arasındakı müddət ərzində əza saxlamaq icazəlidir və heç bir eybi yoxdur. Əksinə Əhli-beyt (ə) üçün əza məclisi qurub onların müsibətlərini yad etmək ən gözəl işlərdəndir. Bununla belə, bu aradakı günlərdə əza saxlamamaq Əhli-beytin (ə) əzasına hörmətsizlik də sayılmır.

Lakin unudulmamalıdır ki, şəhadət günləri digər günlərdən daha əsas şəkildə qeyd edilməli və həmin günlərdə əza məclisləri daha əzəmətli şəkildə bərpa edilməlidir. Buna görə də ilk 3 gün ilə son 3 gün əza saxlamağa daha çox əhəmiyyət verilməli, onların içində isə şəhadət günləri olan 13 cəmadiul-əvvəl və 3 cəmadius-sani hər bir Əhli-beytə (ə) sevgisi olan şəxsin matəm günü olmalı və digər günlərindən fərqlənməlidir. Xüsusən qeyd edək ki, mötəbər sənədli hədisdə Xanım Zəhranın (s) cəmadius-sani ayının 3-də şəhid olması qeyd olunmuşdur. Ona görə də böyük alimlərimiz bu tarixdə əza saxlamağa xüsusi önəm vermişlər.

📌 Qeyd:

Siz də dini məsələlər (etiqad, hədis, rical, tarix, şəriət hökmləri və s.) barədə suallarınızı saytımıza, Facebook və İnstagram şəbəkəsindəki səhifələrimizə və həmçinin telegram kanalımızın məlumat bölümündə yerləşən ünvana göndərə bilərsiz. Bizə ünvanladığınız sualları tez bir zamanda cavablandırmağa çalışacağıq.

Bizə ünvanlanan suallardan ümumi oxucu kütləsinə daha çox faydası olanları seçərək cavabları ilə birgə səhifələrimizdə paylaşacağıq.

🌐 Besiret.az
https://youtube.com/user/besiret
https://instagram.com/besiret.az
https://m.facebook.com/besiretaz
https://t.me/besiretaz

Besiret.Az

14 Nov, 09:06


#İmamƏli #günah #tövbə #kədər #ölüm #dünya #sevinc

Besiret.Az

13 Nov, 09:25


#İmamƏli #Aişə #Təlhə #Zübeyr #Cəməl

Besiret.Az

13 Nov, 08:10


📆 #İslamtarixindəbugün

🔸️ 13 Noyabr (10 Cəmadiul-əvvəl) - Hicrətin 36-cı ilində Cəməl müharibəsinin baş verdiyi gündür.

🌐 Besiret.az

Besiret.Az

12 Nov, 16:54


#İmamSadiq #HzMuhəmməd #Quran

Besiret.Az

12 Nov, 09:26


#Quran #savab #ədalət

Besiret.Az

11 Nov, 09:29


#HzMuhəmməd #Əhlibeyt #Qiyamətgünü

Besiret.Az

07 Nov, 14:29


#XanımZeynəb #mövlud

Besiret.Az

07 Nov, 09:09


#İmamSadiq #evlilik #qadın #nemət #ailə

Besiret.Az

06 Nov, 16:52


#din

Besiret.Az

05 Nov, 17:32


#İmamSadiq #dostluq #qardaşlıq #mömin #yaxşılıq #dəstək #eyib #vəfadarlıq

Besiret.Az

05 Nov, 08:56


#təqva #xof

Besiret.Az

04 Nov, 09:26


#Quran #Qafsurəsi #söz #danışıq

Besiret.Az

03 Nov, 17:31


#cənnət #cəhənnəm #günah

Besiret.Az

03 Nov, 08:57


#İmamSəccad #İmamHüseyn #İmamƏli #ad

Besiret.Az

02 Nov, 17:12


#İmamSadiq #övlad #ata #ana #ailə #ad #övladtərbiyəsi

Besiret.Az

01 Nov, 16:40


🔷️ Noyabr ayında olan bəzi əlamətdar günlər

🔵 8 Noyabr (5 Cəmadiul-əvvəl) - Hicrətin 5-ci ilində möminlərin əmiri İmam Əlinin (əleyhissəlam) qızı Xanım Zeynəbin (əleyhassəlam) dünyaya gəldiyi gündür.

🔵 9 Noyabr (6 Cəmadiul-əvvəl) - Hicrətin 8-ci ilində Mutə döyüşünün baş verdiyi və (İmam Əlinin (ə) qardaşı - red.) Cəfər ibn Əbu Talibin (əleyhissəlam) həmin döyüşdə şəhid olduğu gündür.

🔵 13 Noyabr (10 Cəmadiul-əvvəl) - Hicrətin 36-cı ilində Cəməl müharibəsinin baş verdiyi gündür.

🔵 16 Noyabr (13 Cəmadiul-əvvəl) - hicrətin 11-ci ilində Xanım Fatimətuz-Zəhranın (əleyhassəlam) şəhid olduğu gündür - bir rəvayətə əsasən.

🔵 18 Noyabr (15 Cəmadiul-əvvəl) - Hicrətin 36-cı ilində möminlərin əmiri İmam Əlinin (əleyhissəlam) əli ilə Bəsrənin fəth edildiyi gündür.

🔵 22 Noyabr (19 Cəmadiul-əvvəl) - Hicrətin 36-cı ilində (Peyğəmbərin (s) və İmam Əlinin (ə) dəyərli səhabələrindən olan - red.) Zeyd ibn Suhanın (r.ə.) Cəməl müharibəsində şəhid olduğu gündür.

🔵 25 Noyabr (22 Cəmadiul-əvvəl) - Bir rəvayətə görə hicrətin 192-ci ilində Qasim ibn İmam əl-Musa ibn Cəfərin (əleyhissəlam) vəfat etdiyi gündür.

🔵 30 Noyabr (27 Cəmadiul-əvvəl) - Hicrətin 1428-ci ilində Samirra şəhərində İmam Həsən əl-Əskərinin və İmam Əli ən-Nəqinin (əleyhumassəlam) hərəmlərinə (ikinci - red.) hücumun baş verdiyi və minarələrinin partladıldığı gündür.

🔵 Cəmadiul-əvvəl ayının sonuncu günü - Hicrətin 304-cü ilində İmam Mehdinin (əccələllahu fərəcəhuş-şərif) ikinci xüsusi naibi, Muhəmməd ibn Osman ibn Səid əl-Xəllaninin (r.ə.) vəfat etdiyi gündür.

🔴 3/11/2024 tarixində həftənin bazar günü Bakı vaxtı ilə saat 09:19-da ay "əqrəb bürcü"ndən çıxır.

🔵 28/11/2024 tarixində, həftənin cümə axşamı günü Bakı vaxtı ilə saat 04:22-də ay "əqrəb bürcü"nə daxil olur.

🔵 30/11/2024 tarixində həftənin şənbə günü Bakı vaxtı ilə saat 15:53-də ay "əqrəb bürcü"ndən çıxır.

📍 İmam Sadiq (əleyhissalam) buyurur: "Hər kim ay əqrəb bürcündə olduqda səfər etsə və ya evlənsə, xeyir görməz".
(Şeyx Hürr Amili, "Vəsailuş-şiə", c. 11, səh. 367)

📌 Qeyd edək ki, qəməri aylar yalnız hilalın (ayın) şəri yolla sübut olması ilə başlayır.

📌 Qeyd: Burada qeyd olunan əlamətdar günlər Ayətullah Seyid Əli Sistaninin Nəcəf ofisinin nəşr etdiyi təqvimə əsaslanır.

🌐 Besiret.az
https://youtube.com/user/besiret
https://instagram.com/besiret.az
https://m.facebook.com/besiretaz
https://t.me/besiretaz

Besiret.Az

01 Nov, 16:36


#təqvim

Besiret.Az

01 Nov, 09:27


#Nüdbəduası

Besiret.Az

31 Oct, 09:04


#Qiyamətgünü #günah

Besiret.Az

29 Oct, 17:02


#ölüm

Besiret.Az

29 Oct, 09:05


#dostluq

Besiret.Az

28 Oct, 17:18


#elm

Besiret.Az

27 Oct, 09:06


#məşvərət

Besiret.Az

26 Oct, 17:10


#din #sevgi #nifrət

Besiret.Az

25 Oct, 16:46


#İmamƏli

Besiret.Az

25 Oct, 09:16


#İmamBaqir #İmamƏli #İmamMehdi #Quran #Qasassurəsi #təfsir #müstəzəf #imam #Əhlibeyt #zühur #fərəc

Besiret.Az

24 Oct, 09:06


#Quran #Bəqərəsurəsi #sədəqə #dəstək #yaxşılıq #əməl

Besiret.Az

23 Oct, 15:51


#günah

Besiret.Az

22 Oct, 17:02


#danışıq

Besiret.Az

22 Oct, 09:05


#İmamƏli #elm #alim #cəhalət #zəlalət

Besiret.Az

21 Oct, 17:13


#İmamRza #tövhid #şirk #ğüluv #təfviz #xəlq

Besiret.Az

20 Oct, 17:33


#zikr

Besiret.Az

20 Oct, 09:05


#ölüm

Besiret.Az

19 Oct, 17:25


#ixlas

Besiret.Az

18 Oct, 09:13


⁉️ İmam Mehdi (ə.f.) nəyə görə Qaim və Müntəzər adlanıb?

#İmamCavad #İmamMehdi #Qaim #Müntəzər #İmamHadi #İmamHəsənƏskəri #qeyb #zühur #imamət #intizar #hidayət #zəlalət

Besiret.Az

18 Oct, 05:47


📆 #İslamtarixindəbugün

🔸️18 Oktyabr (14 Rəbius-sani) - Hicrətin 66-cı ilində Muxtar Səqəfinin (r.a) İmam Hüseynin (ə) qısasını almaq üçün Kufədə qiyam etdiyi gündür.

🌐 Besiret.az

Besiret.Az

17 Oct, 09:01


#fətva #SeyidSistani #ŞeyxVəhidXorasani #namaz #qəzanamazı

Besiret.Az

14 Oct, 04:58


#XanımMəsumə #vəfat