Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi @azerbaijantransport Channel on Telegram

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

@azerbaijantransport


AYNA

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (Azerbaijani)

Salam, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyesi (AYNA) Telegram kanalına xoş gəlmisiz! Bu kanal, Azərbaycanın ərazisində ən son nəqliyyat xəbərləri və məlumatları ilə sizə təklif edir. AYNA, ölkədəki ən böyük nəqliyyat agentliyindən gələn məlumatlarla, yollar, avtobuslar, təyyarələr və digər nəqliyyat vasitələri haqqında ən son yenilikləri sizə çatdırmaq üçün burada yer alır. Əgər Azərbaycanın nəqliyyat sektorunda olan son hadisələrdən xəbərdar olmaq istəyirsinizsə, AYNA Telegram kanalı tam sizin üçündür. Bizi izləmək üçün @azerbaijantransport kanalına abunə olun və hər zaman ən son nəqliyyat xəbərlərinə ilk dəfə dəyənə biləsiniz.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

28 Jan, 12:45


Sərnişinlər xüsusi hərəkət zolaqlarının təşkilindən məmnunluqlarını bildirir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

28 Jan, 10:14


🚛📊 Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının həyata keçirilməsi üçün mübadilə edilmiş 2025-ci il nümunəli xüsusi defisit “İcazə” blanklarının 28 yanvar tarixinə olan qalıq sayı:

📍 Rusiya 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün (ancaq İrana/İrandan olan daşımalar) - 374
📍 Rusiya 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün (məhdudiyyətsiz) - 196
📍 Rusiya 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün (ancaq Avropa Birliyi ölkələrinə/ölkələrindən olan daşımalar) - 0
📍 Qazaxıstan 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün - 1355

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

28 Jan, 08:43


Yeni skuter parklanma məntəqələri yaradılıb!

🛴 #AYNA tərəfindən Moskva prospektində, Cavadxan və Mir Cəlal küçələrində skuter parklanma məntəqələri təşkil edilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

28 Jan, 08:02


🚴‍♀️ Həyat qısadır, pedallamaq isə ömrünüzü uzadır!

🌿🚲 Velosipedlə hərəkət etmək təkcə sağlamlıq üçün deyil, həm də zehni rahatlıq üçün ən gözəl yoldur.
Həm ekoloji təmiz gələcək üçün töhfə ver, həm də öz sağlamlığını gücləndir!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

28 Jan, 07:23


📈 Daşıyıcılara dəstək!

ℹ️ AYNA daşıyıcılara müxtəlif istiqamətlərdə xidmətlər göstərməkdə davam edir.

Ötən gün KOB Evlərində 232 sahibkara 2428 xidmət göstərilib.

🗓️ Daşıyıcıların inkişafına yönələn bu işlər davam etdirilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

28 Jan, 07:00


🚙🚗 Ara məsafəsi və sürət həddinə diqqət etməyi unutmayın!

📱 Sükan arxasında olarkən diqqətinizi telefona yönəltməyin!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

27 Jan, 15:54


🍀🚌“Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə altqrup”un 2024-cü ilin yekunları və 2025-ci il üzrə prioritet vəzifələrə həsr olunan iclası keçirilib.

Yol Xəritəsinin icrası çərçivəsində:

mövcud qanunvericilik təkmilləşdirilib;
elektrik mühərrikli avtobusların idxal gömrük rüsumu 1 yanvar 2025-ci il tarixinədək “0”-a endirilib;
elektrik avtomobillərinin ehtiyat hissələrinin keyfiyyətinə dair milli standartlar qəbul edilib;
mikromobillik infrastrukturu yaradılıb, qanunvericiliyə yeni anlayışlar daxil edilib;
elektromobillik üzrə Milli Planın layihəsi hazırlanıb;
ölkə ərazisində elektrikdoldurma infrastrukturu genişləndirilib;
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində təhlükəsiz mühit naminə nəqliyyat vasitələrinin girişi məhdudlaşdırılıb;
Bakı şəhərində elektrik və ekoloji təmiz CNG avtobusları istismara verilib.

Daha ətraflı: https://ayna.gov.az/news/704

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

27 Jan, 13:56


Nərimanov prospekti, Mikayıl Müşfiq və Qurban Xəlilov küçələrinin kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılması məqsədilə hazırlanan layihə icra edilir.

🚥🚦 Q.Xəlilov küçəsindən N.Nərimanov prospekti istiqamətində, eləcə də N.Nərimanov prospektindən M.Müşfiq küçəsi istiqamətində kəsişmə işıqfor vasitəsilə nizamlanıb.

♿️ Eyni zamanda Q.Xəlilov küçəsində piyada səkisi və piyada keçidlərində panduslar inşa olunub.

🚶🏻‍♂️🚶🏼‍♀️‍➡️ Yolun təhlükəli sahələrində yerləşən piyada keçidləri ləğv ediləcək və daha təhlükəsiz yerlərdə təşkil olunacaq. Nişanlanma işləri və piyada keçidlərinin yenidən təşkili davam etdirilir.

➡️ Layihə üzrə işlər yekunlaşmaq üzrədir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

27 Jan, 13:02


🚲 Səyahətlərinizdə gündəlik nəqliyyat vasitəsi kimi velosipeddən istifadə edərək həm ətraf mühiti qoruya, həm də sağlam həyat tərzinə keçə bilərsiniz.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

27 Jan, 11:00


AYNA tərəfindən daha bir müntəzəm avtobus marşrutu üzrə keçirilən müsabiqənin qalibi müəyyən edilib.

🚌 Belə ki, 170 nömrəli marşrut üzrə hüquqi şəxs “"Xaliq Faiqoğlu" MMC komissiya üzvləri tərəfindən qalib elan olunub.

📊 AYNA tərəfindən şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

27 Jan, 10:44


Yeni skuter parklanma məntəqələri yaradılıb!

🛴 #AYNA tərəfindən Hüseynbala Əliyev, Asif Məhərrəmov və Əli Tağızadə küçələrində skuter parklanma məntəqələri təşkil edilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

27 Jan, 09:09


🚙🚗 Ara məsafəsi və sürət həddinə diqqət etməyi unutmayın!

📱 Sükan arxasında olarkən diqqətinizi telefona yönəltməyin!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

27 Jan, 07:54


Paytaxtın Ağ şəhər ərazisi - Qarabağ atları küçəsində yol nişanlanma işləri zamanı yeni texnologiyadan istifadə edilib.

🚧 İstifadə edilən termoplast boya yüksək işıqqaytarıcılıq keyfiyyəti və dayanıqlığı ilə seçilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

25 Jan, 11:01


📣 📣 Nərimanov rayonu, Ağa Nemətulla küçəsinin Çernyayevski küçəsi ilə kəsişməsində hərəkət yenidən təşkil edilib.

🛣️ Ağa Nemətulla-Çernyayevski-Orucəliyev küçələri istiqamətində sürücülər sağa hərəkət edərək Heydər Əliyev prospektinə çıxa bilərlər.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

24 Jan, 09:42


Yeni skuter parklanma məntəqələri yaradılıb!

🛴 #AYNA tərəfindən Abay Kunanbayev, Alı Mustafayev, Hüseyn Seyidzadə, Cavadxan və Hüseynbala Əliyev küçələrində skuter parklanma məntəqələri təşkil edilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

24 Jan, 08:34


📈 Daşıyıcılara dəstək!

ℹ️ AYNA daşıyıcılara müxtəlif istiqamətlərdə xidmətlər göstərməkdə davam edir.

Ötən gün KOB Evlərində 180 sahibkara 1536 xidmət göstərilib.

🗓️ Daşıyıcıların inkişafına yönələn bu işlər davam etdirilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

24 Jan, 07:47


🚙🚗 Ara məsafəsi və sürət həddinə diqqət etməyi unutmayın!

📱 Sükan arxasında olarkən diqqətinizi telefona yönəltməyin!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

24 Jan, 06:54


165 nömrəli marşrut xətti üzrə avtobusların yenilənməsindən sərnişinlər məmnunluqlarını ifadə edir.

📊🚌 AYNA tərəfindən avtobus parkının yenilənməsi, xidmət keyfiyyətinin artırılması istiqamətində bundan sonra da davamlı tədbirlər icra ediləcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

24 Jan, 05:32


📣 Nəqliyyat mübadilə mərkəzlərinin ÜSTÜNLÜKLƏRİ nələrdir?

🚉Nəqliyyat mübadilə mərkəzləri sakinlərin həyatını asanlaşdırır və nəqliyyatın səmərəliliyini artırır.
Mübadilə mərkəzləri müxtəlif növ nəqliyyat vasitələrinin (avtobus, metro, taksi, velosiped, skuter) bir mərkəzdə cəmləşməsini təmin edir.🚌🚲
Şəhərin müxtəlif istiqamətlərinə asan və sürətli nəqliyyatı təmin edir, bu da vaxt itkisinin qarşısını alır. ⏱️

Nəqliyyat mübadilə mərkəzləri sakinlərin həyatını daha rahat və səmərəli edir!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

23 Jan, 16:12


“Airport Express” ilə aeroporta sərfəli və sürətli gediş imkanından istifadə edin! 🚌

Avtobuslar “28 May” metrostansiyasından -> 1-ci və 2-ci Terminallara
🕙Səhər saat 06:00-dan gecə saat 23:15-dək 20 dəqiqəlik intervalla
🕕Gəcə 23:15 - 06:00 saatları arası 45 dəqiqəlik intervalla hərəkət edir.
Aeroportun 1-ci və 2-ci Terminallarından → “28 May” metrostansiyasına
🕕 Səhər saat 06:00-dan gecə saat 23:15-dək 20 dəqiqəlik intervalla
🕙 Gecə 23:15 - 06:00 saatları arası 45 dəqiqəlik intervalla hərəkət edir.
🚌 Avtobus yol boyu Suraxanı körpüsü və "Koroğlu" metrostansiyasında dayanır.
Gediş müddəti: 30 dəqiqə
Gediş haqqı: 1.30 AZN

🛜 Qeyd olunan avtobuslarda pulsuz “Wifi” xidməti istifadəyə verilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

23 Jan, 15:45


📣 Velosiped yolunda hərəkət edən sürücü qəza törədib.
Bu gün səhər saatlarında Mirzəağa Əliyev küçəsində avtomobilin aşmasına bəzi media orqanlarının iddia etdiyi kimi velosiped yolunda quraşdırılmış baryerlər deyil, mikromobillik zolağında hərəkət edən avtomobilin səkidə park edilən nəqliyyat vasitəsi ilə toqquşması səbəb olub.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

23 Jan, 11:36


Yeni skuter parklanma məntəqələri yaradılıb!

🛴 #AYNA tərəfindən Azadlıq prospektində, Süleyman Sani Axundov küçəsində, İbrahimpaşa Dadaşov küçəsində, Cəfər Xəndan küçəsində yeni skuter parklanma məntəqələri təşkil edilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

23 Jan, 07:53


🚛📊 Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının həyata keçirilməsi üçün mübadilə edilmiş 2024/2025-cü il nümunəli xüsusi defisit “İcazə” blanklarının 23 yanvar tarixinə olan qalıq sayı barədə məlumatı təqdim edirik.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

23 Jan, 06:40


🚙🚗 Ara məsafəsi və sürət həddinə diqqət etməyi unutmayın!

📱 Sükan arxasında olarkən diqqətinizi telefona yönəltməyin!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

23 Jan, 05:33


#AYNA növbəti mərhələdə hansı işləri görəcək?

Mobilliyin transformasiyası proqramı çərçivəsində növbəti mərhələdə görüləcək işlər:
🚸 Marşrutların optimallaşdırılması;
🚌 Avtobusların sayının artırılması;
🌿 Parkların ekoloji cəhətdən təmiz avtobuslar hesabına yenilənməsi;
🚖 Taksi sahəsində islahatların yekunlaşdırılması;
🛴 Mikromobilliyin təşviqi;
Yol hərəkətinin təşkili;
🚶 Piyada infrastrukturunun təkmilləşdirilməsi.
Bizi izləməyə davam edin və yeniliklərdən xəbərdar olun!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

22 Jan, 13:56


🛴 Skuterlə mikromobillik zolaqlarında təhlükəsiz və sərbəst hərəkət edin!
🍀 Sürətli və ekoloji cəhətdən təmiz mikromobillik vasitələrini gündəlik nəqliyyat vasitəsinə çevirin.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

22 Jan, 12:59


🚌 AYNA tərəfindən bir neçə müntəzəm avtobus marşrutu üzrə keçirilən müsabiqənin qalibləri müəyyən edilib.

ℹ️ Belə ki, komissiya üzvləri tərəfindən aşağıdakı istiqamətlər üzrə qaliblər elan olunub:

62 nömrəli marşrut üzrə (Sabunçu qəsəbəsi, dəmiryolu stansiyası – N.Tusi küçəsi) hüquqi şəxs “BakuBus” MMC;
217 nömrəli marşrut üzrə (Məmmədli kəndi – "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi) hüquqi şəxs “BakuBus” MMC;
569 nömrəli marşrut üzrə (Masazır qəsəbəsi – Bakı Beynəlxalq Avtovağzal Kompleksi) hüquqi şəxs “Xan Nəqliyyat R” MMC komissiya üzvləri tərəfindən qalib elan olunublar.

📊 AYNA tərəfindən şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

22 Jan, 09:50


🚛📊 Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının həyata keçirilməsi üçün mübadilə edilmiş 2024/2025-cü il nümunəli xüsusi defisit “İcazə” blanklarının 22 yanvar tarixinə olan qalıq sayı barədə məlumatı təqdim edirik.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

22 Jan, 07:58


📈 Daşıyıcılara dəstək!

ℹ️ AYNA daşıyıcılara müxtəlif istiqamətlərdə xidmətlər göstərməkdə davam edir.

Ötən gün KOB Evlərində 248 sahibkara 4037 xidmət göstərilib.

🗓️ Daşıyıcıların inkişafına yönələn bu işlər davam etdirilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

22 Jan, 06:50


🚙🚗 Ara məsafəsi və sürət həddinə diqqət etməyi unutmayın!

📱 Sükan arxasında olarkən diqqətinizi telefona yönəltməyin!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

22 Jan, 05:26


#AYNA ictimai nəqliyyatda vaxt itkisini minimuma endirir.

🚌 Avtobus zolaqlarının təşkilindən sonra bəzi küçələrdə gediş
vaxtı 18-22 dəqiqəyə qədər azalıb.

⏱️ Əksər hallarda avtobuslararası intervallar qısalıb.

🚍 İctimai nəqliyyata olan inam artıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

21 Jan, 14:04


🚲 Bir günlük avtomobilini buraxaraq şəhəri velosipedlə kəşf et!

Səyahətlərinizdə gündəlik nəqliyyat vasitəsi kimi #velosipeddən istifadə edərək həm ətraf mühiti qoruya, həm də sağlam həyat tərzinə keçə bilərsiniz.
Velosipedlə yaxın və orta məsafələrə daha tez çata bilərsiniz.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

21 Jan, 11:52


📣 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) nəqliyyat sahəsində karyera qurmaq istəyən sonuncu kursun tələbələri və məzunlar üçün karyera imkanları təqdim edir.

Karyera imkanından yararlanmaq istəyən gənclər
https://jobs.glorri.com/vacancies/ayna/ayna-ayna-da-mezunlar-ucun-karyera-imkanlari-8383 müraciət formasını dolduraraq qeydiyyatdan keçə bilərlər.

📈 Karyeranızı uğurla başlamaq üçün bu imkanı dəyərləndirin!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

21 Jan, 07:42


🚙🚗 Ara məsafəsi və sürət həddinə diqqət etməyi unutmayın!

📱 Sükan arxasında olarkən diqqətinizi telefona yönəltməyin!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

21 Jan, 05:28


📣#AYNA tərəfindən yeni müntəzəm marşrut şəbəkələri yaradılır.

🚍2024-cü ildə yeni 20, 120, 120E, 121E, 140 və 140E nömrəli marşrut xətləri yaradılıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

19 Jan, 17:33


20 Yanvar faciəsi xalqımızın müstəqillik yolundakı dönməz iradəsinin, azadlıq və suverenlik uğrunda göstərdiyi şücaətin bariz nümunəsidir.

Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizi böyük ehtiram və dərin hörmətlə anırıq.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

19 Jan, 13:50


Ümumxalq Hüzn Günü ilə əlaqədar yanvarın 20-də Parlament prospekti ilə kəsişən və birləşən küçələrdə avtomobillərin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 3, 6, 10, 18, 31, 39, 53, 77, 96 və 205 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

17 Jan, 14:34


#AYNA tərəfindən ictimai nəqliyyata əlçatanlıq daha da artırılır.
📍 2024-cü ildə Bakıda 3 yeni - "Gənclik", "28 May" və "Koroğlu" nəqliyyat mübadilə mərkəzləri istifadəyə verilib.
Bununla da sərnişinlər üçün ictimai nəqliyyatdan istifadə imkanları genişləndirilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

17 Jan, 08:06


Yeni skuter parklanma məntəqələri yaradılır!

#AYNA tərəfindən Ələsgər Ələkbərov küçəsində, Mikayıl Müşfiq küçəsində, İnşaatçılar prospektində, Bəsti Bağırova küçəsində, Mirzəağa Əliyev küçəsində, Mərkəzi Parkda yeni skuter parklanma məntəqələri təşkil edilib.🛴

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

17 Jan, 05:48


🚴‍♂️ Mikromobillik zolaqlarında təhlükəsizlik artır!

#AYNA paytaxtda mikromobillik vasitələrindən istifadə edənlərin sərbəst hərəkəti üçün yeni təhlükəsizlik sədləri quraşdırıb. 🌟

Xocalı prospekti, Xəqani Rüstəmov küçəsi, Şəmsi Bədəlbəyli küçəsi və Fikrət Əmirov küçəsində ümumilikdə 32 ədəd təhlükəsizlik səddi quraşdırılıb. 🚲

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

16 Jan, 14:26


Pulsuz velosiped təlimlərindən xəbərdar olun 🚴‍♂️🚴‍♀️

💚APAR tərəfindən mütəmadi pulsuz təlimlər təşkil olunur.Peşəkar təlimçilərlə təlim keçmək şansı qazanırsınız. Təlimdə ehtiyac olan nəzəriyyə izah edilir və hər bir iştirakçı ilə fərdi məşğul olunur.

80% iştirakçı təlimin sonunda velosipeddən sərbəst istifadə edə bilir. Təlimlərin tarixi və məkanlar barədə APAR tərəfindən əvvəlcədən məlumat verilir.

🚲💬Siz də təlimlərə qoşulmaq istərdinizmi?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

16 Jan, 12:07


📣 AYNA-da "Sosial media müraciətləri üzrə mütəxəssis" vəzifəsinə vakansiyası elan edilir.

📌 Vəzifə öhdəlikləri, namizədlərə dair tələblər haqqında və müraciət üçün ətraflı: https://ayna.gov.az/news/698

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

16 Jan, 10:40


📈 Daşıyıcılara dəstək!

ℹ️ AYNA daşıyıcılara müxtəlif istiqamətlərdə xidmətlər göstərməkdə davam edir.

Ötən gün KOB Evlərində 115 sahibkara 331 xidmət göstərilib.

🗓️ Daşıyıcıların inkişafına yönələn bu işlər davam etdirilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

16 Jan, 08:37


🚙🚗 Ara məsafəsi və sürət həddinə diqqət etməyi unutmayın!

📱 Sükan arxasında olarkən diqqətinizi telefona yönəltməyin!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

16 Jan, 06:31


🚛📊 Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının həyata keçirilməsi üçün mübadilə edilmiş 2024/2025-cü il nümunəli xüsusi defisit “İcazə” blanklarının 16 yanvar tarixinə olan qalıq sayı barədə məlumatı təqdim edirik.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

10 Jan, 15:56


"Ukrayna" dairəsi pik saatlarda 🕢

🌟 Layihənin nəticələri:

* Nəqliyyat axını tənzimlənib və təhlükəsizlik təmin edilib.
* Piyadalar üçün panduslar təşkil olunub.
* Nəqliyyat adacıqları inşa edilib, tikinti tam başa çatıb.

İşlər davam edir:

* Yol nişanları və nişanlanma xətləri çəkilir.
* Parklanma yerləri yaradılır.

📍 "Ukrayna" dairəsində yeniliklər sizin təhlükəsizliyiniz üçündür!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

10 Jan, 15:56


🚌 AYNA paytaxtda daha iki müntəzəm avtobus marşrutunu müsabiqəyə çıxarır!

Müsabiqəyə təqdim olunan avtobus marşrutları:

📍 145 nömrəli şəhərətrafı (Mehdiabad qəsəbəsi – “Ulduz” metrostansiyası);

📍 147 nömrəli şəhərətrafı (Məmmədli qəsəbəsi – “Azadlıq prospekti” metrostansiyası).

📑Müsabiqə üçün sənədlər 8 fevral 2025-ci il saat 17:00-dək qəbul ediləcək.

📌Daha ətraflı: https://ayna.gov.az/news/695

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

10 Jan, 14:11


📣Nəqliyyat sahəsində 2024-cü ildə görülmüş işlər və 2025-ci ildə planlaşdırılan layihələr haqqında mətbuat konfransı keçirilib.
Mətbuat nümayəndələri, sahə üzrə ekspertlər və mütəxəssislərin iştirakı ilə keçirilən tədbirdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov ötən il reallaşdırılan layihələr barədə məlumat verib. Bildirilib ki:
Son 20 ildə Azərbaycan hökuməti tərəfindən həyata keçirilmiş islahatlar, görülmüş işlər yol infrastrukturunda ciddi dəyişikliklərə gətirib çıxarıb.
Respublika üzrə 20,767 km uzunluğunda avtomobil yolları salınıb, yenidən qurulub və təmir olunub. 335 ədəd körpü və yol ötürücüsü, 163 ədəd yeraltı və yerüstü piyada keçidi və 45 ədəd tunel tikilib.
Hazırda işğaldan azad edilmiş ərazilərdə ümumi uzunluğu 3 371,1 km təşkil edən 44 avtomobil yolu layihəsi icra edilir. 45 tunel, 447 körpü və 16 viadukun tikintisi aparılır.

Daha ətraflı: https://ayna.gov.az/news/694

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

10 Jan, 13:04


🚶‍♂️🚶‍♀️ AYNA tərəfindən Dilarə Əliyeva-Puşkin-Kövkəb Səfərəliyeva küçələrinin kəsişməsində, Bünyad Sərdarov və Həsən Seyidbəyli küçələrində piyada keçidləri yeniləndi.

Piyada hərəkətinin təhlükəsizliyini artırmaq üçün tədbirləri davam etdirəcəyik.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

09 Jan, 16:23


Velosipedin insan sağlamlığına faydaları əvəzsizdir.

🚲 Davamlı velosipeddən istifadə əhval-ruhiyyənin artmasına və stresin azalmasına kömek edir. Eyni zamanda qısa məsafələrə velosipedlə səyahət büdcənizə qənaətdir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

09 Jan, 10:26


📈 Daşıyıcılara dəstək!

ℹ️ AYNA daşıyıcılara müxtəlif istiqamətlərdə xidmətlər göstərməkdə davam edir.

Ötən gün KOB Evlərində 145 sahibkara 605 xidmət göstərilib.

🗓️ Daşıyıcıların inkişafına yönələn bu işlər davam etdirilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

09 Jan, 09:47


🚛📊 Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının həyata keçirilməsi üçün mübadilə edilmiş 2024/2025-cü il nümunəli xüsusi defisit “İcazə” blanklarının 9 yanvar tarixinə olan qalıq sayı barədə məlumatı təqdim edirik.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

09 Jan, 08:16


🚙🚗 Ara məsafəsi və sürət həddinə diqqət etməyi unutmayın!

📱 Sükan arxasında olarkən diqqətinizi telefona yönəltməyin!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

09 Jan, 07:02


2024-cü ildə Biletim.az portalı üzərindən onlayn 455 640 bilet alınıb!

📊 2023-cü illə müqayisədə onlayn bilet alışı 4 dəfəyə qədər artıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

09 Jan, 05:26


Paytaxtda mikromobillik imkanları artırılır.

🛴 Artıq Ayna Sultanova, Landau, Zahid Xəlilov, Əbdürrəhim bəy Haqverdiyev, Akim Abbasov və Həsən bəy Zərdabi küçələrində skuter parklanma məntəqəsi təşkil edilib.

Yolunuz açıq və təhlükəsiz olsun.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

08 Jan, 10:57


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibə verib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

08 Jan, 10:29


🚛📊 Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının həyata keçirilməsi üçün mübadilə edilmiş 2024/2025-cü il nümunəli xüsusi defisit “İcazə” blanklarının 8 yanvar tarixinə olan qalıq sayı barədə məlumatı təqdim edirik.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

08 Jan, 09:44


📊 Yol hərəkəti təhlükəsizliyini artırmaq məqsədilə daha bir küçədə sürət həddi endirildi.

🛣🚗 Paytaxtın Mikayıl Əliyev küçəsində sürət həddi 60 km/saatdan 50 km/saata endirildi.
Qeyd olunan yol sahəsində müvafiq yol nişanları quraşdırıldı.

Hərəkət təhlükəsizliyini qorumaq üçün sürət hədlərinə riayət edin!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

08 Jan, 08:02


🚗 AYNA tərəfindən aparılan islahatlar nəticəsində taksi parkı yenilənir!

🚖 2024-cü ildə taksi minik avtomobillərinin orta yaşı 15-dən 7-yə enib.
Nəticədə:
⚡️Elektrik və hibrid taksilərin sayı artıb;
✅️Vahid rəngin tətbiqi təmin edilib;
🔐 Təhlükəsizlik artıb;
🌱 Ekologiyaya mənfi təsir azalıb;
🌟 Daha rahat və keyfiyyətli xidmət təmin olunub.
🚙 Yenilənmiş avtomobil parkı paytaxtımızda daha təhlükəsiz, dayanıqlı və rahat mobillik mühitini formalaşdırır. 🌍

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

08 Jan, 06:21


📣Saray qəsəbəsi sakinləri yeni 508 nömrəli marşrutun fəaliyyəti ilə bağlı təəssüratlarını bölüşdülər.

🚌 Qeyd edək ki, yeni marşrut vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq 29 dekabr tarixindən istifadəyə verilib.

📍 İstiqamət: Saray qəsəbəsi -> “20 Yanvar” metrostansiyası
🚍 Daşıyıcı: "BakuBus" MMC
Hərəkət intervalı: 12-13 dəqiqə
💳 Gediş haqqı: 0.55 AZN

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

07 Jan, 13:59


Mikromobillik istifadəçiləri və piyadalar üçün DAHA RAHAT HƏRƏKƏT!

🚶🚴🛴 AYNA tərəfindən Əziz Əliyev küçəsi ilə Neftçilər prospektinin kəsişməsində piyadalar və velosipedçilər üçün rahat keçid imkanı yaradıldı. Belə ki, layihəyə əsasən ərazidə nizamlanan eynisəviyyəli piyada keçidi və mikromobillik zolağı təşkil edildi.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

07 Jan, 13:09


🌟 AYNA-nın uşaqlar üçün təşkil etdiyi ekskursiyadan maraqlı anlar 🚍💚

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

07 Jan, 10:06


📈 Daşıyıcılara dəstək!

ℹ️ AYNA daşıyıcılara müxtəlif istiqamətlərdə xidmətlər göstərməkdə davam edir.

Ötən gün KOB Evlərində 230 sahibkara 1073 xidmət göstərilib.

🗓️ Daşıyıcıların inkişafına yönələn bu işlər davam etdirilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

07 Jan, 08:28


🚙🚗 Ara məsafəsi və sürət həddinə diqqət etməyi unutmayın!

📱 Sükan arxasında olarkən diqqətinizi telefona yönəltməyin!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

07 Jan, 07:39


🚛📊 Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının həyata keçirilməsi üçün mübadilə edilmiş 2024/2025-cü il nümunəli xüsusi defisit “İcazə” blanklarının 7 yanvar tarixinə olan qalıq sayı barədə məlumatı təqdim edirik.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

07 Jan, 07:04


🌟 AYNA-dan uşaqlar üçün yaddaqalan və faydalı bir təşəbbüs!

🚍💚AYNA uşaqların təhlükəsiz yol hərəkəti biliklərini artırmaq və onların ekoloji şüurunu formalaşdırmaq məqsədilə ekskursiya təşkil etdi.
👉 Ekskursiyada 263 nömrəli orta məktəbin şagirdləri “BakuBus” avtobus parkında elektrikli avtobuslarla tanış oldu, onların texniki üstünlüklərini və ekoloji faydalarını öyrəndi.
👉 AYNA-nın Təlim-Tədris Mərkəzində “Təhlükəsiz yol hərəkəti uşaqların gözü ilə” adlı təlim zamanı şagirdlər yol hərəkət qaydalarını interaktiv və praktiki üsullarla mənimsədi.
👉 Təlimin sonunda uşaqlara nəqliyyat və yol təhlükəsizliyi ilə bağlı kitablar hədiyyə edildi.
🌍💡Bu təşəbbüs, yalnız yol nəqliyyatı təhlükəsizliyini deyil, həm də daha təmiz və yaşıl bir gələcək üçün uşaqlarda məsuliyyət hissini gücləndirir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

07 Jan, 05:42


“Ukrayna” dairəsində işlər davam edir!

🚧 “Ukrayna” dairəsində turbo tipli dairənin təşkili layihəsi çərçivəsində işlər davam etdirilir:
Tikinti işləri tam başa çatıb, nəqliyyat adacıqları inşa edilib.
🚶‍♀️ Piyadaların rahat və təhlükəsiz hərəkəti üçün panduslar təşkil olunub.
📍 Hazırda yol nişanları quraşdırılır, nişanlanma xətləri çəkilir və parklanma yerləri yaradılır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

06 Jan, 16:22


91 nömrəli müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır.

❗️❗️ Paytaxtın Binəqədi rayonunun Nicat Mustafayev küçəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 91 nömrəli avtobusun müvəqqəti istismarçısına xəttin nizamlı fəaliyyəti və sərnişindaşıma qaydalarına riayət olunması ilə bağlı dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, lazımi tədbirlər görülməyib.

📣 Ötən həftə sözügedən marşrut üzrə fəaliyyət göstərən avtobusun zədələnmiş şüşə ilə idarə olunması da sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

🚌📊 Qeyd olunanlar nəzərə alınaraq, AYNA tərəfindən 91 nömrəli müntəzəm avtobus marşrutu müsabiqətə təqdim edilib.

Keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətin göstərilməsi ilə bağlı AYNA bir daha daşıyıcılara çağırış edərək, səlahiyyətlərində olan avtobus parkının saz və müasir nəqliyyat vasitələri ilə təmin olunmasını tövsiyə edir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

04 Jan, 10:10


2024-cü ildə şəhərlərarası sərnişindaşımalara 27 yeni nəqliyyat vasitəsi cəlb edilib.

🚌 Uzun müddətdən sonra şəhərlərarası daşımalarda ilk dəfə olaraq Bakıdan Gəncə, Mingəçevir, Zaqatala, Bərdə, Tərtər və Sınıq Körpü istiqamətində 27 ədəd müasir və komfortlu avtobuslar istifadəyə verilib.

Şəhərlərarası sərnişindaşımalarda avtobus parkının yenilənməsi və genişləndirilməsi istiqamətində əhəmiyyətli işlər davam etdirilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

04 Jan, 10:06


Bu gün saat 10:36 radələrində Bakı-Ələt yolunda “BakuBus” MMC-nin balansında olan və Sahil qəsəbəsini “Sahil” metrostansiyası ilə əlaqələndirən 149 nömrəli avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Təəssüf hissi ilə bildiririk ki, qəza nəticəsində bir sərnişin həyatını itirib, daha bir sərnişin isə təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Həyatını itirən xanım sərnişinə Allahdan rəhmət diləyir, yaralı sərnişinə şəfa arzu edirik.

Yol-nəqliyyat hadisəsinə səbəb olan amillərin təyin edilməsi üçün müvafiq araşdırmalara başlanılıb.

Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

04 Jan, 08:37


Bu gün səhər saatlarında Bakı-Ələt yolunda Sahil qəsəbəsini “Sahil” metrostansiyası ilə əlaqələndirən 149 nömrəli avtobusun iştirakı ilə qəza baş verib.
Hadisə hüquq-mühafizə oqranları tərəfindən araşdırılır. İctimaiyyətə əlavə məlumat veriləcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

03 Jan, 15:06


🚛📊 Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının həyata keçirilməsi üçün mübadilə edilmiş 2024-cü il nümunəli xüsusi defisit “İcazə” blanklarının 3 yanvar tarixinə olan qalıq sayı:

📍 Rusiya 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün (ancaq İrana/İrandan olan daşımalar) - 0
📍 Rusiya 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün (məhdudiyyətsiz) - 0
📍 Rusiya 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün (ancaq Avropa Birliyi ölkələrinə/ölkələrindən olan daşımalar) - 335
📍 Qazaxıstan 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün - 119

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

03 Jan, 10:53


🚍2024-cü ildə avtobuslardan istifadə edənlərin sayı artıb!

✨️Ötən illə müqayisədə 26 milyon daha çox sərnişin daşınıb.

🚌 İl ərzində ümumilikdə 432,1 milyon sərnişin daşınıb. 🌟

💳 Nağdsız marşrutlar üzrə isə 333,3 milyon sərnişindaşınma qeydə alınıb. 🚏

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

02 Jan, 09:33


📣Əziz izləyicilər,

🗺Bayram günlərində dünyanın müxtəlif yerlərində yükdaşımaları təmin edən sürücülərimizdən sizə təbrik gətirmişik! 🌟

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

02 Jan, 08:06


🛴 2024-cü ildə müxtəlif icarə xidmətlərindən hər gün ortalama 2800 skuter sifarişi edilib! 🌟

Daha çevik və ekoloji təmiz səyahət üçün skuterlərdən istifadə edin! 🌍

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

01 Jan, 09:51


🚴‍♂️ 2024-cü ildə Apar.az mobil tətbiqində 32.453 nəfər qeydiyyatdan keçib.

💳 Apar.az-da abunə haqqı:
📅 Aylıq: 9,99 ₼-dan;
📆 İllik: 35,99 ₼-dan başlayır.
💚 ABB | Mastercard ilə ödənişlərinizdə:
🔥 50% ENDİRİM!
Daha yaşıl və sərfəli mobilliyi seçin! 🛴

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

31 Dec, 16:23


🕝Bu gün avtobuslar 01:30-a qədər işləyəcək!

🌟Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar AYNA tərəfindən avtobusların hərəkət qrafiki uzadılıb.

🚍Eyni zamanda xətlər üzrə avtobusların sayı da artırılıb.

✨️Bayramınız mübarək!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

31 Dec, 08:26


📣 #AYNA olaraq hər birinizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirik!

Qoy qarşıdan gələn il yolunuz sülhə, firavanlığa və sağlamlığa doğru açılsın.
Yeni il Azərbaycan xalqına sevinc və uğur gətirsin.

Yolunuz həmişə işıqlı olsun!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

31 Dec, 08:04


🛴 2024-cü ilin son 4 ayında:
2 133 000 km yol velosiped və skuterlərlə qət olunub;
460 000 nəfər bu vasitələrdən istifadə edib;
800 000 dəfə velosiped və skuter sifarişi edilib;
103 000 nəfər proqram təminatında qeydiyyatdan keçib;
Qısa və orta məsafələrdə kiçik, yüngül və ekoloji təmiz nəqliyyat vasitələrini seçin!
Siz də müasir mobilliyə töhfə verin!

Mikromobillik niyə önəmlidir?
✔️ Ekoloji təmizdir;
✔️ Şəhərdə hərəkəti rahatlaşdırır;
✔️ Sürətli, qənaətli və müasir nəqliyyat seçimidir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

30 Dec, 17:56


🚌 2024-cü ildə avtobus marşrutları ilə ümumilikdə 432.1 milyon sərnişin daşınıb! 🌟

📈 Bu, 2023-cü illə müqayisədə 26 milyon çoxdur.

💳 Nağdsız marşrutlar üzrə isə 333 300 000 sərnişin daşınma qeydə alınıb. 🚏

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

30 Dec, 13:17


📣 AYNA tərəfindən bir neçə müntəzəm avtobus marşrutu üzrə keçirilən müsabiqənin qalibləri müəyyən edilib.

ℹ️ Belə ki, komissiya üzvləri tərəfindən aşağıdakı istiqamətlər üzrə qaliblər elan olunub:

“Bakı-Sınıq Körpü” (Qazax Sərhəd-Keçid Məntəqəsi), “Bakı-Tərtər” və “Bakı-Bərdə” marşrutları üzrə hüquqi şəxs “BakuBus” MMC;

“Bakı-Gədəbəy” marşrutu üzrə hüquqi şəxs “Xoşqədəmli” MMC;

“Bakı-Göygöl” marşrutu üzrə fiziki şəxs Qurbanov Bilal Xeyrəddin oğlu;

“Bakı-Kürdəmir” marşrutu üzrə fiziki şəxs Cəfərov Soltan Şəmsəddin oğlu;

“Sumqayıt-İsmayıllı” marşrutu üzrə fiziki şəxs İslamov Mərdan Əfqan oğlu.

📊 AYNA tərəfindən şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

30 Dec, 11:31


🇦🇿🇹🇷 Türkiyə ilə sərhəddən nəqliyyat vasitələrinin gündəlik buraxılış qabiliyyətinin artırılması müzakirə olunub.

📣 AYNA nümayəndə heyəti Dövlət Gömrük Komitəsinin təmsilçiləri ilə Sədərək və Türkiyənin Dilucu sərhəd buraxılış məntəqələrinə səfər edib.

🚚 Görüşlər zamanı buraxılış məntəqələrində yük nəqliyyat vasitələrinin qəbulu, növbələrin təşkili, yük nəqliyyat vasitələrinin yoxlanılması və sənədələrin rəsmiləşdirilməsi qaydaları ilə yerində tanışlıq olub.

Qeyd edildi ki, Sədərək buraxılış məntəqəsinin infrastrukuturu ən yüksək tələblərə cavab verir və 6 giriş, 6 çıxış yolu ilə 24 saat fasiləsiz xidmət göstərilir.

ℹ️ Türkiyə tərəfi ilə görüş zamanı buraxılış qabiliyyətinin artırılması üçün hazırda 3 giriş və 3 çıxış yolu olan Dilucu buraxılış məntəqəsinin infrastrukturunun təkmilləşdirilərək Sədərək keçid məntəqəsi ilə eyniləşdirilməsi zərurəti qeyd edilib. Qarşı tərəf bu istiqamətdə işlərə yaxın zamanda başlanılacağını bildirib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

30 Dec, 09:00


✅️ AYNA-nın Bakı-Naxçıvan istiqaməti üzrə keçirdiyi müsabiqədə "BakuBus" MMC qalib gəldi!

🚍 Yanvarın 1-dən Bakıdan Naxçıvana reyslər “Neoplan” markalı müasir və komfortlu avtobuslarla həyata keçiriləcək.

🏞Naxçıvana səfərlər hər gün reallaşır və reyslər sərnişin tələbatına uyğun tənzimlənir.

🎫Biletlərin qiyməti 30 AZN təşkil edir və biletim.az portalı üzərindən, həmçinin avtovağzalların kassalarından əldə olunur.

📍İstiqamət üzrə avtobuslar İran ərazisindən keçməklə ümumilikdə 645 kilometr məsafə qət edir. 2024-cü ildə Bakı-Naxçıvan müntəzəm avtobus marşrutu ilə təxminən 61 500 sərnişin daşınıb.

🌟AYNA şəhərlərarası sərnişindaşımada avtobus parkının yenilənməsi və ictimai nəqliyyatın əlçatanlığının təmin olunmasını diqqətdə saxlamağa davam edəcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

30 Dec, 08:42


✅️ 29 dekabrda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 316 reys həyata keçirildi və 10 189 nəfər təhlükəsiz şəkildə mənzil başına çatdırıldı.

🏞Hazırda da bölgələrə səfərlər rahat şəkildə reallaşdırıla bilir. Sərnişin tələbatına uyğun olaraq xətlərə lazımi sayda avtobus buraxılıb.

🚍Qeyd edək ki, bayramla əlaqədar gücləndirilmiş iş rejimi 6 yanvar 2025-ci il tarixinədək davam edəcək.

🎫Biletləri avtovağzalların kassalarından, həmçinin biletim.az portalından onlayn əldə edə bilərsiz. Biletim.az portalında 47 şəhər və rayona 74 istiqamət üzrə bilet almaq mümkündür.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

29 Dec, 07:37


🚛📊 Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının həyata keçirilməsi üçün mübadilə edilmiş 2024-cü il nümunəli xüsusi defisit “İcazə” blanklarının 29 dekabr tarixinə olan qalıq sayı:

📍 Rusiya 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün (ancaq İrana/İrandan olan daşımalar) - 137
📍 Rusiya 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün (məhdudiyyətsiz) - 0
📍 Rusiya 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün (ancaq Avropa Birliyi ölkələrinə/ölkələrindən olan daşımalar) - 339
📍 Qazaxıstan 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün - 215

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

29 Dec, 06:55


🚙🚗 Ara məsafəsi və sürət həddinə diqqət etməyi unutmayın!

📱 Sükan arxasında olarkən diqqətinizi telefona yönəltməyin!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

29 Dec, 06:32


📣AYNA-nın nümayəndələri Naxçıvanda beynəlxalq yük daşımaları həyata keçirən daşıyıcılarla görüşüblər.

ℹ️Görüşdə daşıyıcılara beynəlxalq daşımalara hüquq verən xarici ölkələrin "İcazə" blanklarının və Beynəlxalq Nəqliyyat Forumu icazələrinin kvotası, verilməsi qaydaları izah edilib.

🚛📊AYNA tərəfindən 2024-cü ildə Muxtar Respublikaya 17 800 xarici ölkə "İcazə" blanklarının verildiyi, eləcə də Bakı, Xaçmaz və Yevlax KOB evlərində "İcazə"blanklarının alınması imkanı yaradıldığı diqqətə çatdırılıb.

🌐 Daha ətraflı linkdə: https://www.ayna.gov.az/news/684

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

27 Dec, 13:42


📢🚌 AYNA tərəfindən daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılıb.

Sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində:

📍 Bakıdan Astara, Bərdə, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağdaş, Kürdəmir və Cəlilabada;
📍 Gəncədən Lənkəran və Mingəçevirə;
📍 Mingəçevirdən Göyçay və Ağdaşa;
📍 Sumqayıtdan Göyçaya;
📍 Şəkidən Oğuza;
📍 Neftçaladan Salyana və Salyandan Neftçalaya şəhərlərarası avtobus marşrutları müsabiqəyə təqdim olunub.

🌐 Daha ətraflı: https://ayna.gov.az/news/681

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

27 Dec, 13:32


📢 30 dekabr - 6 yanvar tarixlərində respublikanın avtovağzal və avtostansiyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

🚍 AYNA daşıyıcılara fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi ilə bağlı tapşırıq verib.

🚌 Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobus buraxılacaq.

🎫 Biletləri avtovağzalların kassalarından və “biletim.az” portalından onlayn qaydada əldə etmək mümkündür.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

27 Dec, 07:35


🚛📊 Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının həyata keçirilməsi üçün mübadilə edilmiş 2024-cü il nümunəli xüsusi defisit “İcazə” blanklarının 27 dekabr tarixinə olan qalıq sayı:

📍 Rusiya 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün (ancaq İrana/İrandan olan daşımalar) - 186
📍 Rusiya 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün (məhdudiyyətsiz) - 0
📍 Rusiya 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün (ancaq Avropa Birliyi ölkələrinə/ölkələrindən olan daşımalar) - 339
📍 Qazaxıstan 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün - 224

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

25 Dec, 14:31


📣 26 dekabr Matəm Günü ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyətində heç bir dəyişiklik olmayacaq.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

24 Dec, 11:27


🚛📊 Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının həyata keçirilməsi üçün mübadilə edilmiş 2024-cü il nümunəli xüsusi defisit “İcazə” blanklarının 23 dekabr tarixinə olan qalıq sayı:

📍 Rusiya 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün (ancaq İrana/İrandan olan daşımalar) - 226
📍 Rusiya 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün (məhdudiyyətsiz) - 14
📍 Rusiya 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün (ancaq Avropa Birliyi ölkələrinə/ölkələrindən olan daşımalar) - 340
📍 Qazaxıstan 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün - 252

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

24 Dec, 09:57


📣📣SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ!

🚌🕚 Əbdürrəhim bəy Haqverdiyev küçəsində avtobus zolağının saat 07:00–22:00 aralığında qüvvədə olma vaxtını bildirən yol nişanı quraşdırılıb. Beləliklə, sözügedən küçədə digər nəqliyyat vasitələrinin zolağa daxil olması ilə bağlı qadağa yalnız nişanda göstərilən saatlarda qüvvədədir.

🌟 Zolaqlar ictimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradır.

Mərhələli şəkildə digər küçə və prospeklərdə də avtobus zolağının qüvvədə olma vaxtını bildirən yol nişanları quraşdırılacaq.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

24 Dec, 09:11


Əziz izləyicilər,

🚙🚗 Ara məsafəsi və sürət həddinə diqqət etməyi unutmayın!

📱 Sükan arxasında olarkən diqqətinizi telefona yönəltməyin!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

24 Dec, 08:39


🇦🇿 Bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin doğum günüdür.

Dövlət başçımıza cansağlığı və xalqımızın rifahı naminə gördüyü işlərdə uğurlar diləyirik!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

23 Dec, 16:14


🚴 Nəyə görə velosiped?
Gəlin sakinlərin fikirlərinə baxaq! 👇

📍 Əlçatandır
🏙️ Şəhərin müxtəlif yerlərində velosiped kirayəsi mövcuddur.

💸 Sərfəlidir
⏱️ Qısa müddətdə və qənaətlə mənzilə çata bilərsiniz.

🛡️ Təhlükəsizdir
🚧 Zolaqlar boyu yol nişanları və təhlükəsizlik sədləri mövcuddur.

🌳 Maraqlıdır
🚵‍♂️ Səyahət zamanı parkların ətrafında gəzintidən zövq alacaqsınız!

📊 Hazırda 30 küçə və prospekt üzrə 35 kilometr mikromobillik zolağı çəkilib.
🎯 Məqsəd: 100 km-ə çatdırmaqdır!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

23 Dec, 13:22


📈 Daşıyıcılara dəstək!

ℹ️ AYNA daşıyıcılara müxtəlif istiqamətlərdə xidmətlər göstərməkdə davam edir.

Ötən gün KOB evlərində 149 sahibkara 676 xidmət göstərilib.

🗓️ Daşıyıcıların inkişafına yönələn bu işlər davam etdirilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

23 Dec, 11:27


📣 Gömrük-keçid məntəqələrində yük maşınlarının sayı açıqlandı.

📊 AYNA daşıyıcıları gömrük postlarındakı yük maşınlarının sayı ilə bağlı davamlı məlumatlandırır. Bu, daşıyıcılara səfərlərini əvvəlcədən planlaşdırmaq imkanı yaradır.

📲 Səmərəli yük daşımaları üçün səhifəmizi izləyin!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

06 Dec, 15:51


🔜 594 nömrəli Bakı-Sumqayıt ekspres marşrutu dekabrın 9-dan fəaliyyətə başlayacaq.

🚍🕗 Sərnişinlərin daşınması “BakuBus” MMC-nin 17 “Neoplan” markalı avtobusları ilə 8 dəqiqəlik hərəkət intervalı ilə həyata keçiriləcək.

📍 Sumqayıt Avtovağzalından yola düşən avtobusların aralıq dayanacaq məntəqələri “Bağça Şəhər” yaşayış kompleksi, Sumqayıt dairəsi və Ceyranbatan qəsəbəsi, son dayanacağı isə “20 Yanvar” metrostansiyası (“Azərsu” ASC-nin inzibati binasının yaxınlığı) təyin edilib.

📍 Əks istiqamətdə isə başlanğıcını metrostansiyanın Sumqayıt istiqamətinə olan çıxışında götürən avtobuslar marşrut üzərindəki eyni dayanacaqlarda saxlamaqla hərəkət edəcək.

💳 Ekspres xətt üzrə gediş haqqı 0.80 AZN müəyyən edilib və ödənişlər nağdsız qaydada həyata keçiriləcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

06 Dec, 14:40


🚏🚍 “28 May” Nəqliyyat Mübadilə Mərkəzində yeni elektron məlumat lövhələri quraşdırılıb. Lövhədə Nəqliyyat Mübadilə Mərkəzindəki platformalar haqqında məlumat və avtobus marşrutlarının xəritələri qeyd edilib.

📍 Həmçinin monitordan avtobus marşrutunun hərəkət istiqaməti barədə məlumat əldə etmək mümkündür.

Yaxın günlərdə ərazidə daha 11 ədəd elektron məlumat lövhəsi işə salınacaq.

📊 Qeyd edək ki, belə elektron lövhələrin mərhələli qaydada digər HUB - larda da yerləşdirilməsi nəzərdə tutulur.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

06 Dec, 13:49


🛴🚲 ♻️ Əhalinin #mikromobillik vasitələrindən istifadə marağını nəzərə alaraq, bunun insanların #sağlamlığı və #ətraf #mühitin mühafizəsi baxımından əhəmiyyətini artırmaq məqsədilə paytaxt küçələrində mikromobillik zolaqları təşkil edilir. Eyni zamanda mikromobillik zolaqlarında təhlükəsizliyin artırılması ilə bağlı davamlı tədbirlər görülməkdədir.

🔰⚠️ Görülən işlər çərçivəsində #Nizami küçəsində velosiped yollarında təhlükəsizlik səddi quraşdırılması həyata keçirilib. Avtomobillərlə yarana biləcək münaqişəli nöqtələrin aradan qaldırılması üçün təhüləsizlik sədlərinin quraşdırılması davam etdiriləcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

06 Dec, 13:01


📣 SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ!

🚌🕚 Azadlıq, Bülbül prospektlərində və Şəmsi Bədəlbəyli və Rəşid Behbudov küçələrində təşkil edilən avtobus zolağının saat 07:00–22:00 aralığında qüvvədə olma vaxtını bildirən yol nişanı quraşdırılıb. Beləliklə, sözügedən prospektdə və küçədə digər nəqliyyat vasitələrinin zolağa daxil olması ilə bağlı qadağa yalnız nişanda göstərilən saatlarda qüvvədədir.

❗️Avtobus zolağına qaydalardan kənar daxil olan şəxslərə 100 manat məbləğində cərimə və 2 bal müəyyən edilib.

🙏 İctimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradan zolaqların əhəmiyyətini nəzərə alaraq hərəkət iştirakçılarını qaydalara riayət etməyə çağırırıq.

Mərhələli şəkildə digər küçə və prospeklərdə də avtobus zolağının qüvvədə olma vaxtını bildirən yol nişanları quraşdırılacaq.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

06 Dec, 10:23


🌳 Şəhərimizin parkları yaşıllığı və müasir infrastrukturu ilə sakinlərə və turistlərə dincəlmək, gəzmək və vaxt keçirmək üçün mükəmməl şərait yaradır.

🚍 Sizə avtobusla asanlıqla gedə biləcəyiniz Top5 parkı təqdim edirik:

📍 Nizami Gəncəvi Parkı
Marşrutlar: 21, 32, 120, 46, 4, 10
Dayanacaqlar: 8 Noyabr prospekti, Gəncə prospekti, Neftçilər və Xətai m/st.

📍 Heydər Əliyev Parkı (Əhmədli)
Dayanacaqlar: 35, 12, 46, 7A, 60, 183, 62, 132, 51, 21, 44, 57, 11, 104
Dayanacaqlar: Əhmədli m/st, Gəncə prospekti, Xalqlar Dostluğu və Neftçilər m/st.

📍 Dənizkənarı Milli Park
Marşrutlar: 205, 88, 149, 125, E1, E2, 6, 5
Dayanacaqlar: 20 Yanvar m/st, İçərişəhər m/st, Bayıl və Bibiheybət qəs.

📍 Mərkəzi Park
Marşrutlar: 6, 37, 17
Dayanacaqlar: Elmlər Akademiyası, İçərişəhər, 20 Yanvar və Yeni Yasamal.

📍 Dədə Qorqud Parkı
Marşrutlar: 38, 83, 133, 17, 33, 3, 4, 88, 85
Dayanacaqlar: Gənclik m/st, Nərimanov, Elmlər Akademiyası və Dərnəgül m/st.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

06 Dec, 09:20


📍 Bakıda bir sıra ünvanlarda yeni yol nişanları quraşdırılıb.

🚦 AYNA paytaxtın müxtəlif ərazilərində nəqliyyat təhlükəsizliyinin təmin edilməsi məqsədilə yeni yol nişanları quraşdırıb:

🔹 Heydər Əliyev  prospektində “(Sea Breez” layihəsi üzrə) yol hərəkət iştirakçıları üçün üzərində 2 ədəd məlumatverici yol nişanı quraşdırılıb.

🔹 Azadlıq prospektində 3 ədəd, Bülbül prospektində 8 ədəd, Şəmsi Bədəlbəyli küçəsində 4 ədəd, Rəşid Behbudov küçəsində 5 ədəd “7.5.4” qüvvədə olma vaxtını bildirən yol nişanı quraşdırılıb.

🔹 Cavidan İbrahimli küçəsində 4 ədəd, Parlament prospektində 3 ədəd, Ağadadaş Qurbanov küçəsində 7 ədəd, Hüseynqulu Sarabski küçəsində 6 ədəd, Bəşir Səfəroğlu küçəsində 2 ədəd yol nişanı quraşdırılıb.
 
Bütün bu yeniliklər hərəkət iştirakçılarına daha rahat və təhlükəsiz bir mühit yaratmağı hədəfləyir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

06 Dec, 08:55


📡 6 dekabr - Rabitə və İnformasiya Texnologiyaları Sahəsi İşçilərinin Peşə Bayramı Günüdür.

Əlamətdar gün münasibətilə bu sahədə çalışanları ürəkdən təbrik edir və fəaliyyətlərində uğurlar arzulayırıq!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

06 Dec, 07:54


Paytaxt yollarında #nişanlanma işləri davam etdirilir.

🚧 AYNA tərəfindən paytaxtın müxtəlif yerlərində üfüqi nişanlanma xətləri təşkil olunub:

📍 Bakı-Ələt yolunda, Qara Qarayev prospektində, Salyan və Binəqədi şosesində, Qala yolunda üfüqi nişanlanma xətlərinin yenilənməsi işləri davam etdirilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

06 Dec, 06:58


Vətəndaşlara #rahat və #təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi, ictimai nəqliyyat infrastrukturunun yenilənməsi, eləcə də əlçatanlığın təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.

🚏🚍 Görülən işlər çərçivəsində AYNA tərəfindən Heydər Əliyev və 8 Noyabr prospektlərində yeni #dayanacaq pavilyonları quraşdırılaraq sərnişinlərin istifadəsinə verilib.

Qeyd edək ki, hazırda müvafiq yol nişanlarının quraşdırılması və nişanlanma xətlərinin aparılması işləri davam etdirilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

25 Nov, 08:24


📊 KOB Evlərində AYNA tərəfindən sahibkarlara xidmətlər göstərilməyə davam edir:

👨🏻‍💼 58 sahibkara 309 xidmət göstərilib;
🚛 🌍 Beynəlxalq yükdaşıma (İcazə blankı və taxoqraf kartı) – 42 daşıyıcı, 273 xidmət;
🚖 Fərqlənmə nişanı (taksi və avtobus) – 16 daşıyıcı, 36 xidmət;

Sahibkarların işini asanlaşdırmaq və dəstək olmaq məqsədilə xidmətlərimiz davam etdirilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

25 Nov, 07:42


Bakı yollarında #nişanlanma işləri davam etdirilir.

🚧 AYNA tərəfindən paytaxtın müxtəlif yerlərində üfüqi nişanlanma xətləri təşkil olunub:

📍 Bakı-Ələt yolunda və Zabrat şossesində üfüqi nişanlanma xətlərinin yenilənməsi işləri görülüb;
📍 8 Noyabr prospektində və Dilarə Əliyeva küçəsində üfüqi nişanlanma xətlərinin təşkili işləri davam etdirilib;

🚗 ⚠️Sürücülərə bu ərazilərdən keçərkən diqqətli olmaları, yol hərəkət qaydalarına riayət etmələri tövsiyə olunur.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

25 Nov, 05:40


🌞 Sabahınız xeyir, əziz izləyicilər.

🚙🚗 Ara məsafəsi və sürət həddinə diqqət etməyi unutmayın!

📱 Sükan arxasında olarkən diqqətinizi telefona yönəltməyin!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

24 Nov, 12:05


🚲🌿Avropa Velosipedçilər Federasiyasının baş direktoru Cill Varren velosiped sürməyin insan sağlamlığına təsiri, mikromobilliyin ətraf mühitə və dünyaya faydaları, şəhərlərdə velosiped yollarının yaradılması və mikromobilliyin tətbiqi kimi mövzularla bağlı fikirlərini bizimlə paylaşdı.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

24 Nov, 07:19


🌐Beynəlxalq İctimai Nəqliyyat Assosiasiyasının (UITP) Baş Katibi Məhəmməd Məzğani nəqliyyatın təşkilindən, avtobusların rahat və sürətli olmasından, eləcə də Bakıda keçirilən COP29-un təşkilatçılığının növbəti konfransların təşkili üçün nümunə ola biləcəyindən danışıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

23 Nov, 12:49


📣 SƏRNİŞİNLƏRİN NƏZƏRİNƏ!

Hərəkət sxemləri dəyişdirilən və müvəqqəti ləğv edilən marşrutların fəaliyyəti mərhələli qaydada bərpa olunur.

🚍 Noyabrın 25-də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) daha 46 sayda avtobus marşrutunun fəaliyyətini bərpa edir. Bununla da müntəzəm avtobus marşrutları vətəndaşlara tədbirdən öncəki qrafik və sxemlə xidmət göstərəcək.

📌 Hərəkət sxemləri bərpa ediləcək marşrutlar:
1, 7B, 13, 15, 31, 37, 38, 40, 54, 55, 60, 62, 70, 71, 93, 96, 105, 107, 118A, 118B, 131, 139, 141, 148, 162, 163, 166, 168, 169, 172, 173A, 173B, 184, 185, 189, 197, 198, 204, 205, 214, 216, 217, 120E, M8, 140E və E1 nömrəli avtobuslar.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

23 Nov, 12:36


📊 COP29 tədbiri çərçivəsində nəqliyyat əməliyyatlarının icrası ilə bağlı AYNA-nın Monitorinq Mərkəzi gücləndirilmiş rejimdə fəaliyyət göstərib.

📸 Videoçarxda AYNA-nın əməkdaşları tərəfindən bu istiqamətdə həyata keçirilən fəaliyyətlər, nəqliyyat əməliyyatlarının vahid koordinasiyası və əməkdaşların iş prosesi barədə ətraflı məlumat bildirilir.

Bütün görülən tədbirlər sərnişinlərin və sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

23 Nov, 11:21


8 Noyabr prospektinin yenidən qurulması çərçivəsində daha bir kəsişmədə yol hərəkət təhülkəsizliyi səviyyəsi artırılıb. Belə ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən yol hərəkətinin daha təhlükəsiz və nizamlı təşkil edilməsi məqsədilə #8Noyabr #prospekti ilə #Mərkəzi #Bulvar #küçəsinin kəsişməsində yeni dəyişikliklər tətbiq edilib.

📌 Görülən işlər çərçivəsində:

🛣️8 Noyabr prospekti ilə Mərkəzi Bulvar küçəsinə hərəkət edən nəqliyyat vasitələri üçün təhlükəsiz dönmə və hərəkət imkanı yaradılıb.
🚦🚥 Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən kəsişmədə hərəkətin idarə edilməsi üçün svetofor obyektləri quraşdırılıb.

📈 Həyata keçirlən dəyişikliklərin əsas təsiri əlaqələndirmə imkanlarının artırılması və Xəqani Rüstəmov küçəsinin nəqliyyat yükünün paylanmasıdır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

23 Nov, 09:58


Ölkəmizin uğurla ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nəqliyyat təminatı çərçivəsində təşkil olunmuş COP29 xüsusi hərəkət zolaqları nəqliyyat əməliyyatlarının səmərəli təşkilinə, tədbir iştirakçılarının maneəsiz, təhlükəsiz və zamanında tədbir məkanlarına çatmasına şərait yaradıb. Ümumi olaraq tədbir müddətində 600 mindən çox sərnişinin daşınması həyata keçirilib.

Öncədən də məlumat verildiyi kimi, ictimai nəqliyyatın xüsusi zolaqlar şəbəkəsinə daxil olmayan, məhz COP29 nəqliyyat əməliyyatlarının təşkili üçün çəkilmiş zolaqlar tədbir yekunlaşdıqdan sonra öz qüvvəsini itirəcək. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən qeyd edilən zolaqlarda 5.9 avtobus zolağını bildirən yol nişanlarının sökülməsi və xətlərin silinməsi işlərinə başlanılıb. Bildiririk ki, yol nişanları çıxarılmış zolaqlar artıq qüvvədən düşmüş hesab olunacaq. 25 noyabr tarixinədək müvafiq nişanların çıxarılması işləri icra ediləcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

23 Nov, 09:17


Bakı şəhərinin yol infrastrukturu və hərəkət təhlükəsizliyinin təkmilləşdirilməsi istiqamətində daha bir yenilik həyata keçirilib.
8 Noyabr prospekti ilə Qədir Məmmədov küçəsinin kəsişməsində hərəkətin təşkilində dəyişikliklər edilib.

📣 Layihənin icrasından əvvəl:
8 Noyabr prospektindən Qədir Məmmədov küçəsinə sola dönmək mümkün deyildi.
❗️ Eyni zamanda, Qədir Məmmədov küçəsindən sola dönərək 8 Noyabr prospekti ilə hərəkət etmək mümkün olmurdu.

📣 Yeni layihənin icrasından sonra:
🚦 Ərazidə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən svetofor obyektləri quraşdırılaraq hərəkətin təhlükəsiz və rahat təşkili təmin edilib.
Bu dəyişikliklər nəqliyyat vasitələrinin manevr imkanlarını genişləndirərək, hərəkətin buraxma qabiliyyətinin artmasına və yol-nəqliyyat hadisələrinin qarşısını almağa kömək edəcək.

🚧 Qeyd edək ki, hazırda ərazidə nişanlanma işlərinin təşkili davam etdirilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

23 Nov, 07:27


AYNA tərəfindən vətəndaşlara rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə ictimai nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi işləri davam etdirilir.

🚏🚍 Bu çərçivədə Heydər Əliyev prospektində daha 2 yeni #dayanacaq #pavilyonu (ARDNF-nın yanı və Socar-ın qarşısı) quraşdırılaraq sərnişinlərin istifadəsinə verilib.

İctimai nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, əlçatanlığın artırılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

23 Nov, 05:34


🌞 Sabahınız xeyir, əziz izləyicilər.

🚙🚗 Ara məsafəsi və sürət həddinə diqqət etməyi unutmayın!

📱 Sükan arxasında olarkən diqqətinizi telefona yönəltməyin!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

22 Nov, 13:49


📢 “Ukrayna dairəsi”ndə yeni turbo tipli dairə inşa olunacaq.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

22 Nov, 13:17


🚌 Vətəndaşların nəzərinə!

🗓 AYNA-nın işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə dekabr ayı üçün biletlər 25 noyabr saat 11:00-da satışa çıxarılacaq!

🎫 Biletləri vətəndaşlar:

🔹 Bakı-Şuşa, Əhmədbəyli-Şuşa, Bakı-Ağdam və Bərdə-Ağdam reyslərinə www.yolumuzqarabaga.az portalı;

🔹 Bakı-Xocalı-Xankəndi-Şuşa, Bərdə-Xankəndi və Bakı-Laçın reyslərinə https://biletim.az/ portalı üzərindən əldə edə bilərlər.

📊 Bu günədək 1207 reys həyata keçirilib və 36 208 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

21 Nov, 13:11


📍 8 Noyabr prospekti, Gəncə prospekti ilə Polad Həşimov küçəsinin kəsişməsində yol hərəkətinin təhlükəsizliyini artırmaq məqsədilə yol ayrıcında hərəkətin təşkili yenidən nizamlanıb.

Bu yenilik, həm piyadaların təhlükəsizliyinin artırılmasına, həm də sola və geriyə dönən avtomobillərin təhlükəsiz, rahat hərəkətini təmin etməyə yönəlib.

📣 Görülən işlər çərçivəsində:

🚶🏻‍♂️🚶🏼‍♀️‍➡️Piyadalar üçün təhlükəsiz keçid təmin olunub, yol hərəkətində daha nizamlı şərait yaradılıb;
🚦🚥 Kəsişmədə yeni svetoforlar quraşdırılıb.

🚘 Avtomobillərin sola və geriyə dönmə prosesləri təhlükəsizləşdirilib, qəza riski azaldılıb.

🛣️ Ərazidə yol hərəkəti axınının daha səmərəli idarə olunması ilə bağlı nişanlanma işləri davam etdirilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

21 Nov, 07:36


🚍COP29 iştirakçılarının rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün şəhərdə 18 Nəqliyyat Mübdiləsi Qovşağı (HUB) fəaliyyət göstərir.

🛣️Bu qovşaqlardan biri olan Port Baku HUB Green və Blue zonalarına rahat və sürətli gediş-gəliş imkanı yaradır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

21 Nov, 07:20


📢 AYNA 46 sayda avtobus marşrutunun fəaliyyətini bərpa edir.

Noyabrın 25-dən hərəkət sxemləri bərpa ediləcək marşrutlar:

🚍 1, 7B, 13, 15, 31, 37, 38, 40, 54, 55, 60, 62, 70, 71, 93, 96, 105, 107, 118A, 118B, 131, 139, 141, 148, 162, 163, 166, 168, 169, 172, 173A, 173B, 184, 185, 189, 197, 198, 204, 205, 214, 216, 217, 120E, M8, 140E və E1.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

21 Nov, 05:05


🌞 Sabahınız xeyir, əziz izləyicilər.

🚙🚗 Ara məsafəsi və sürət həddinə diqqət etməyi unutmayın!

📱 Sükan arxasında olarkən diqqətinizi telefona yönəltməyin!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

20 Nov, 13:30


🌏 #COP29 #konfransı çərçivəsində nəqliyyat əməliyyatlarının icrası, xüsusilə konfrans iştirakçılarının təhlükəsiz şəkildə daşınması ən vacib məsələlərdən biridir.

🚍 İstər beynəlxalq tədbirlər, istərsə də gündəlik müntəzəm marşrut xətləri üzrə sərnişindaşımalarda sürücülərin peşəkarlıq səviyyəsi daim diqqətdə saxlanılır və onların təhlükəsizliyinə xüsusi önəm verilir.

ℹ️ Qeyd edək ki, Nazirlər Kabinetinin 71 nömrəli Qərarına əsasən marşrut xətləri üzrə sürücülər reysqabağı tibbi yoxlamadan keçirilməlidir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

20 Nov, 12:15


📊 BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı tədbir üçün xüsusi təşkil olunmuş avtobuslarla daşmalar üzrə göstəricilər açıqlanıb.

Beynəlxalq tədbirdə iştirak edən qonaqların rahat və təhlükəsiz daşınması COP29 Azərbaycan Əməliyyat Şirkəti, DİN və AYNA tərəfindən birgə təmin edilir.

🚍 COP29-un keçirildiyi 9 gün ərzində daşımalar beynəlxalq meyarlara uyğun ən yüksək səviyyədə təşkil edilib və ümumilikdə 378 minə yaxın sərnişinə xidmət göstərilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

20 Nov, 10:30


👫 “Uşaq Hüquqları Aylığı” çərçivəsində AYNA tərəfindən “Təhlükəsiz yol hərəkəti uşaqların gözü ilə” adlı tədbir keçirilib.

AYNA-nın və BŞDYPİ-nin əməkdaşları uşaqlara yol nişanları və yol hərəkəti qaydaları haqqında ətraflı məlumat veriblər.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

19 Nov, 15:52


📢 🚦AYNA tərəfindən “Təhlükəsiz yol hərəkəti uşaqların gözü ilə” adlı tədbir keçirilib.

👫 “Uşaq Hüquqları Aylığı” çərçivəsində təşkil edilən tədbirdə azyaşlılara yol nişanları və yol hərəkəti qaydaları haqqında məlumat verilib. Uşaqlar mövzuya uyğun əyləncəli oyunda iştirak ediblər, onlara sertifikatlar təqdim olunub.

AYNA-nın Təlim-tədris departamenti və “Sürücü Təlim Mərkəzi” MMC-nin dəstəyi ilə həyata keçirilən maarifləndirici tədbirdə DİN-in Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları da iştirak ediblər.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

19 Nov, 12:42


📊 KOB Evlərində AYNA tərəfindən sahibkarlara xidmətlər göstərilməyə davam edir:

👨🏻‍💼 140 sahibkara 723 xidmət göstərilib;

🚛 🌍 Beynəlxalq yükdaşıma (İcazə blankı və taxoqraf kartı) – 95 daşıyıcı, 650 xidmət;

🚖 Fərqlənmə nişanı (taksi və avtobus) – 45 daşıyıcı, 73 xidmət.


Sahibkarların işini asanlaşdırmaq və dəstək olmaq məqsədilə xidmətlərimiz davam etdirilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

19 Nov, 12:03


Bakı yollarında #nişanlanma işləri davam etdirilir.

🚧 AYNA tərəfindən paytaxtın müxtəlif yerlərində üfüqi nişanlanma xətləri təşkil olunub:

📍 8 Noyabr prospektində üfüqi nişanlanma xətlərinin təşkili işləri davam etdirilib;

📍 Qara Qarayev və Tbilisi prospektlərində, Ceyhun Səlimov, Mikayıl Əliyev küçələrində və “Lökbatan dairəsi”ndən Bakı Beynəlxalq Avtovağzal Kompleksinə qədər (Kənar dairəvi yolda) üfüqi nişanlanma xətlərinin yenilənməsi işləri aparılıb.

🚗 ⚠️Sürücülərə bu ərazilərdən keçərkən diqqətli olmaları, yol hərəkət qaydalarına riayət etmələri tövsiyə olunur.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

19 Nov, 10:36


⚠️ Bakıda yeni yol nişanları quraşdırılır.

🚦 AYNA paytaxtın müxtəlif ərazilərində nəqliyyat təhlükəsizliyinin təmin edilməsi məqsədilə yeni yol nişanları quraşdırıb:

🔹 Afiyəddin Cəlilov küçəsi, 8 Noyabr və Mətbuat prospektlərində 127 ədəd yol nişanı quraşdırılıb;
🔹 Bülbülə və Əmircan qəsəbələri yaxınlığında 9 ədəd məlumatverici lövhə quraşdırılıb.

Bütün bu yeniliklər hərəkət iştirakçılarına daha rahat və təhlükəsiz bir mühit yaratmağı hədəfləyir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

18 Nov, 10:49


🛣️ Bakı yollarında nişanlanma işləri davam etdirilir.

🚧 AYNA tərəfindən paytaxtın müxtəlif yerlərində üfüqi nişanlanma xətləri təşkil olunub:

📍 Qala qəsəbəsi, Dübəndi yolunda (ADA İbtidai Məktəb və 216 saylı orta məktəbin yaxınlığı), Hökumət evinin qarşısında, Mikayıl Əliyev küçəsində, Bakı-Şamaxı-Yevlax avtomobil yolunda, Dairəvi küçəsindən (Bakı Beynəlxalq Avtovağzal Kompleksindən) “Lökbatan dairəsi”nə qədər üfüqi nişanlanma xətlərinin təşkili işləri davam etdirilib;

📍 Neftçilər prospektində və Əhmədbəy Ağaoğlu küçəsində üfüqi nişanlanma xətlərinin təşkili işləri yekunlaşdırılıb.
 
🚗 ⚠️Sürücülərə bu ərazilərdən keçərkən diqqətli olmaları tövsiyə olunur.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

18 Nov, 09:04


🌐BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində nəqliyyat əməliyyatlarının icrası uğurla davam etdirilir. Xüsusən konfrans iştirakçılarının rahat və təhlükəsiz şəkildə daşınması prioritet olaraq hədəflənib.

🎤Konfrans iştirakçıları onlara göstərilən nəqliyyat xidmətləri ilə bağlı fikirlərini bildirilib, xidmətinin yüksək səviyyədə təşkil olunmasını və nəqliyyat əməliyyatlarına cəlb edilən əməkdaşların peşəkarlığını xüsusi olaraq vurğulayıblar.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

18 Nov, 07:50


📣 AYNA tərəfindən yeni xətlərin təşkili və avtobus zolaqları şəbəkəsinin genişləndirilməsi işləri davam etdirilir.

🚍 Noyabrın 19-dan E2 nömrəli ekspres marşrutu fəaliyyətə başlayacaq.

📍 Köhnə Günəşli qəsəbəsinin Səməd bəy Mehmandarov küçəsini “Sədərək” ticarət mərkəzi ilə əlaqələndirən marşrut üzrə Neapol və Ukrayna dairələri, Ramiz Quliyev küçəsi (Nargilə dairəsi), 8 Noyabr prospekti (Bakı İstilik Elektrik Mərkəzi), 2 saylı “ASAN Xidmət”, Zərifə Əliyeva küçəsi (“Sahil” metrostansiyası), Azneft dairəsi və Bibiheybət məscidi aralıq dayanacaq məntəqələri kimi təyin edilib.

📌 Marşrut üzrə:

🕥 avtobuslar 15 dəqiqə hərəkət intervalı ilə xidmət göstərəcək;
gediş haqqı 0.50 AZN müəyyən edilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

18 Nov, 06:21


♻️🚲 Velosiped ətraf mühitin qorunması və iqlim dəyişikliyinə qarşı mübarizədə ən effektiv nəqliyyat vasitəsidir.

☘️ Velosiped nəqliyyat vasitəsi kimi dünyada 200 ildən artıqdır istifadə olunur. Ətraf mühitin qorunması və insan sağlamlığı üçün böyük önəm kəsb edir.

🌏 Gəlin, ətraf mühiti qoruyaq, sevək və onu gələcək nəsillərə ötürək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

18 Nov, 05:20


🌞 Sabahınız xeyir, əziz izləyicilər.

🚙🚗 Ara məsafəsi və sürət həddinə diqqət etməyi unutmayın!

📱 Sükan arxasında olarkən diqqətinizi telefona yönəltməyin!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

17 Nov, 09:27


🌐🌿 Mikromobillik şəhəriçi hərəkət etməyin yeni və ətraf mühitə dost yoludur.

🛴Qısa məsafələri qət etmək üçün innovativ nəqliyyat vasitəsi - elektrik skuterlər,
🚲velosipedlər, həmçinin çəkilmiş velosiped zolaqları sıx şəhər yollarında asanlıqla hərəkət etməyə imkan verir, tıxacları və hava çirkliliyini azaldır.

☘️Bu vasitələr həm də enerjidən qənaət etməyə, fiziki sağlamlığınızı yaxşılaşdırmağa və təbii mühiti qorumağa kömək edir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

17 Nov, 04:55


🇦🇿Milli Dirçəliş Günümüz mübarək olsun!

🗓️Bu gün xalqımızın azadlıq və birlik yolundakı dönməz addımlarının təntənəsidir.

💪🏼Ruhumuzdakı milli qürur və güc hər zaman yolumuzu işıqlandırsın!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

16 Nov, 14:50


🚛📊 Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının həyata keçirilməsi üçün mübadilə edilmiş 2024-cü il nümunəli xüsusi defisit “İcazə” blanklarının 16 noyabr tarixinə olan qalıq sayı:

📍 Rusiya 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün (ancaq İrana/İrandan olan daşımalar) - 0
📍 Rusiya 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün (məhdudiyyətsiz) - 0
📍 Rusiya 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün (ancaq Avropa Birliyi ölkələrinə/ölkələrindən olan daşımalar) - 346
📍 Qazaxıstan 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün - 13

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

16 Nov, 14:43


📢🚍 AYNA tərəfindən işğaldan azad olunmuş ərazilərə yeni avtobus marşrutları müsabiqəyə çıxarılır.

📍 Gəncə-Xankəndi-Şuşa, Ağcabədi-Xankəndi-Laçın, Bakı-Cəbrayıl, Bakı-Zəngilan (Ağalı kəndi), Bakı-Qubadlı, Mingəçevir-Xankəndi-Laçın, Horadiz-Laçın, Xocalı-Xankəndi-Şuşa, Naftalan-Suqovuşan şəhərlərarası, Xankəndi 1 və 2 nömrəli şəhərdaxili avtobus marşrutları müsabiqəyə təqdim olunub.

🌐 Daha ətraflı: https://ayna.gov.az/news/649

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

16 Nov, 12:44


🚍COP29 iştirakçılarının rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün şəhərdə 18 Nəqliyyat Mübdiləsi Qovşağı (HUB) fəaliyyət göstərir.

Bu qovşaqlar iştirakçıların şəhəriçi səyahətini asanlaşdırmaq, nəqliyyatın hərəkətini koordinasiya etmək, sərnişinlərin zamanında və ən əsası təhlükəsiz şəkildə getdikləri ünvana çatdırılması məqsədini daşıyır.

🛣️Bu qovşaqlardan biri olan Köroğlu HUB Green və Blue zonalarına rahat və sürətli gediş-gəliş imkanı yaradır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

16 Nov, 11:54


📣 18 noyabr tarixindən bir sıra #marşrutların #fəaliyyəti bərpa ediləcək.

🚍 Hərəkət sxemləri bərpa edilən marşrutlar: 4 və 10

📌 Mərhələli şəkildə digər müntəzəm marşrutların da fəaliyyətinin bərpa edilməsi təmin ediləcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

16 Nov, 11:11


🚍COP29-la əlaqədar nəqliyyat əməliyyatlarının icrası, avtobus fəaliyyətinin tənzimlənməsi və qonaqların rahat hərəkətini təmin etmək üçün müxtəlif tədbirlər görülüb.
📹🎤 Əlavə olaraq, COP29 iştirakçıları ilə keçirilən müsahibədə qonaqlar nəqliyyatın təşkilinin yüksək səviyyədə olduğunu və xidmətlərin peşəkarcasına göstərildiyini vurğulayıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

16 Nov, 06:43


🌞 Sabahınız xeyir, əziz izləyicilər.

📌 Ara məsafəsi və sürət həddinə diqqət etməyi unutmayın!

📱 Sükan arxasında olarkən diqqətinizi telefona yönəltməyin!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

15 Nov, 15:24


🚛📊 Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının həyata keçirilməsi üçün mübadilə edilmiş 2024-cü il nümunəli xüsusi defisit “İcazə” blanklarının 15 noyabr tarixinə olan qalıq sayı:

📍 Rusiya 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün (ancaq İrana/İrandan olan daşımalar) - 0
📍 Rusiya 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün (məhdudiyyətsiz) - 0
📍 Rusiya 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün (ancaq Avropa Birliyi ölkələrinə/ölkələrindən olan daşımalar) - 346
📍 Qazaxıstan 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün - 21

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

15 Nov, 14:20


🌐 COP29 tədbiri ilə əlaqədar nəqliyyat əməliyyatlarını təmin etmək üçün AYNA tərəfindən BakuBus, Baku Taksi və Azparking əməkdaşları daxil olmaqla 1600 nəfər cəlb edilib.

🚍 Tədbir iştirakçılarının təhlükəsiz və rahat şəkildə nəqliyyat xidmətlərindən istifadə etmələri üçün fasiləsiz olaraq xidmət göstərilir, eyni zamanda nəqliyyat əməliyyatlarında fəaliyyət göstərən bütün avtobuslar monitorinq mərkəzindən 24 saat ərzində izlənilir.

Bununla yanaşı nəqliyyat qovşaqlarında hərəkət axınının effektiv şəkildə idarə olunması üçün fasiləsiz şəkildə tədbirlər icra edilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

15 Nov, 12:53


📍 Bakıda yeni yol nişanları quraşdırılır.

🚦 AYNA paytaxtın müxtəlif ərazilərində nəqliyyat təhlükəsizliyinin təmin edilməsi məqsədilə yeni yol nişanları quraşdırıb:

🔹 Heydər Əliyev prospektində yol hərəkət iştirakçıları üçün nəzərdə tutulan 3 ədəd məlumatverici lövhə dəyişdirilib. Eyni zamanda əlavə olaraq prospekt üzrə 9 ədəd müxtəlif məlumatverici lövhə quraşdırılıb;

🔹 Süleyman Dadaşov və Zahid Xəlilov küçələrində 35 ədəd yol nişanı quraşdırılaraq hərəkətin təşkilində dəyişiklik edilib.

Bütün bu yeniliklər hərəkət iştirakçılarına daha rahat və təhlükəsiz bir mühit yaratmağı hədəfləyir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

15 Nov, 11:55


Daha iki təhsil müəssəsi ətrafında piyada təhlükəsizliyi səviyyəsi artırılıb.

🚶🏻‍♂️🚶🏼‍♀️‍➡️ 🏫 Qala yolunda yerləşən ADA ibtidai məktəbin və 216 nömrəli orta məktəbin qarşısında piyada təhlükəsizliyi, əlçatanlıq səviyyəsi artırılıb.
🚧 Görülən işlər çərçivəsində ərazidə:

🚶🏻‍♂️🚶🏼‍♀️‍➡️ Piyada keçidləri təşkil edilib;
🚗 Piyada keçidlərinə yaxınlaşmağı bildirən iki komponentli titrəmə xətləri çəkilib;
🛣️ Yol nişanlanma xətləri çəkilib;
♿️ Səki və pandusların təşkili ilə bağlı hazırda tədbirlər davam etdirilir.
🚥 İşıqforlar quraşdırılaraq yolda nəqliyyat axını tənzimlənib;
🚏Yeni dayanacaq məntəqələri təşkil edilərək sərnişinlərin rahatlığı təmin edilib.

⚠️ Qısa zamanda ərazidə yol nişanlarının quraşdırılması işləri də yekunlaşacaq.

📌 Bu dəyişikliklər məktəb ətrafında daha təhlükəsiz və nizamlı bir mühit yaratmağa kömək edəcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

14 Nov, 15:08


📍🛣️ Zahid Xəlilov və Süleyman Dadaşov küçələrində hərəkət istiqamətləri dəyişdirilib. Yol sahəsində müvafiq olaraq yeni yol nişanları quraşdırılıb və nişanlanma xətləri çəkilib.

🚧🚥 Qeyd edək ki, nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təşkili məqsədi ilə Zahid Xəlilov və Süleyman Dadaşov küçələrinin Ayna Sultanova və Fərid Ələkbərov küçələri aralığında yerləşən hissələrində hərəkət istiqamətləri yenidən təhlil edilib və nəqliyyat şəraitinin yaxşılaşdırılması üçün hərəkət dəyişdirilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

14 Nov, 14:20


🚛📊 Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının həyata keçirilməsi üçün mübadilə edilmiş 2024-cü il nümunəli xüsusi defisit “İcazə” blanklarının 14 noyabr tarixinə olan qalıq sayı:

📍 Rusiya 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün (ancaq İrana/İrandan olan daşımalar) - 0
📍 Rusiya 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün (məhdudiyyətsiz) - 0
📍 Rusiya 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün (ancaq Avropa Birliyi ölkələrinə/ölkələrindən olan daşımalar) - 346
📍 Qazaxıstan 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün - 40

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

14 Nov, 11:35


🚍📊 BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyinin ilk 3 günündə 18 Nəqliyyat Mübadilə Mərkəzi vasitəsilə etibarlı və vaxtında nəqliyyat əlaqəsi təmin edilərək, ümumilikdə 123 000 sərnişin daşınıb.

🌐 Daha ətraflı: https://ayna.gov.az/news/646

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

14 Nov, 10:33


📈🚌 Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar bayram günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 7–13 noyabr tarixlərində gücləndirilmiş iş rejimində çalışıb.

📊🚍 Ümumilikdə istirahət günlərində 1780 reys həyata keçirilib, 52000-ə yaxın sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.

💳 Qeyd edilən tarixlərdə 16850 onlayn bilet alınıb. Bu da ümumi bilet satışın 32 faizini təşkil edir.

🌐 Ətraflı linkdə: https://ayna.gov.az/news/644

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

14 Nov, 08:46


🚌🧑‍🦽Əlçatan və inklüziv şəhər mühiti hər kəs üçün bərabər imkanlar yaradır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

14 Nov, 07:26


🛣️ Bakı yollarında nişanlanma işləri davam etdirilir.

🚧 AYNA tərəfindən paytaxtın müxtəlif yerlərində üfüqi nişanlanma xətləri təşkil olunub:

📍 8 Noyabr, Xocalı prospektlərində, KövkəbSəfərəliyeva, Dilarə Əliyeva, Mikayıl Əliyev və Nizami küçələrində üfüqi nişanlanma xətlərinin təşkili işləri aparılıb;
📍 Bakı-Ələt yolunda (Lökbatan dairəsindən Avtomobil satış mərkəzi istiqamətində) üfüqi nişanlanma xətlərinin yenilənməsi işləri görülüb;
📍 Azadlıq prospekti və Fikrət Əmirov küçəsində piyada keçidləri yenilənib.
📍 Qala qəsəbəsi, Dübəndi yolunda (ADA İbtidai Məktəb və 216 saylı orta məktəb yaxınlığı) yeni piyada keçidləri təşkil edilib;

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

14 Nov, 04:29


🌞 Sabahınız xeyir, əziz izləyicilər.

📌 Ara məsafəsi və sürət həddinə diqqət etməyi unutmayın!

📱 Sükan arxasında olarkən diqqətinizi telefona yönəltməyin!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

13 Nov, 12:02


AYNA tərəfindən vətəndaşlara rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə ictimai nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi işləri davam etdirilir.

🚏🚍 Bu çərçivədə Heydər Əliyev prospektində 3 yeni #dayanacaq #pavilyonu quraşdırılaraq sərnişinlərin istifadəsinə verilib.

İctimai nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, əlçatanlığın artırılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

13 Nov, 10:35


🚍 Cop29 üçün nə qədər əlavə avtobus və taksi istifadəyə verilib?

Suala cavab videomaterialda

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

13 Nov, 07:21


🌏🇦🇿Welcome to Baku, the host city for COP29! In this guide, we’ll show you how to reach the conference venue smoothly and comfortably from the airport.

☑️After arriving, follow the signs to the exit and choose from several options to reach the city center.

🚍🚇For a more economical option, consider public transportation. Buses and metro are convenient for exploring the city.

🚏During COP29, the H1 bus will offer free, continuous service every 10 minutes to the '28 May' metro station, while the H2 bus will run every 15 minutes to the 'Ahmedli' metro station.

🚖Use taxis as an alternative option. Enjoy scenic city views along the route.

The COP29 conference will be held at the Olympic Stadium. Ensure you have all necessary documents for registration.

🙌🏻We hope your journey is enjoyable and memorable.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

13 Nov, 06:46


🌞 Sabahınız xeyir, əziz izləyicilər.

📌 Ara məsafəsi və sürət həddinə diqqət etməyi unutmayın!

📱 Sükan arxasında olarkən diqqətinizi telefona yönəltməyin!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

12 Nov, 13:36


🚧 Daha bir ünvanda piyada təhlükəsizliyi səviyyəsi artırılıb.

🚶🏻‍♂️Görülən işlər çərçivəsində Abbas Mirzə Şərifzadə və General Məmmədşərif Həmidov küçələrinin kəsişməsində iki piyada zolağı yenilənib.

Piyada təhlükəsizliyinin artırılması məqsədilə bu tədbirlər intensiv şəkildə davam etdiriləcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

12 Nov, 12:51


🌐COP29-un ilk günündə 35000 sərnişin daşındı.

📊 Daşınma rəqəmləri tədbir boyunca ictimai nəqliyyatda səmərəli və koordinasiyalı hərəkətlilik təmin edildiyini təsdiqlədi.

🚍 AYNA-nın 350 əməkdaşının iştirak etdiyi sərnişindaşıma əməliyyatında səfər sayı 4000 olub.

Nəqliyyatın düzgün yönləndirilməsi sayəsində sərnişinlər rahat və təhlükəsiz şəkildə təyinat nöqtələrinə çatdırıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

06 Nov, 17:12


📣 7 noyabr tarixindən “28 May” Nəqliyyat Mübadilə Mərkəzi fəaliyyətə başlayır.

🚏🚍 AYNA tərəfindən yeni HUB-ların yaradılması işləri davam etdirilir.
Görülən işlər çərçivəsində:

🚦 Azadlıq prospektinin Şəmsi Bədəlbəyli və Füzuli küçələri ilə kəsişmələrində yeni işıqforlar quraşdırılıb;

🛣️ Azadlıq prospektinin bu hissəsində avtobusların əks istiqamətdə hərəkəti üçün zolaq salınıb.

Nəticədə avtobusların təhlükəsiz hərəkəti və sərnişinlərin rahatlığını təmin edəcək.
Buradan gündəlik 16 müntəzəm marşrut üzrə 259 avtobusla 181 min sərnişin daşınır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

06 Nov, 07:19


🚛📊 Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının həyata keçirilməsi üçün mübadilə edilmiş 2024-cü il nümunəli xüsusi defisit “İcazə” blanklarının 5 noyabr tarixinə olan qalıq sayı:

📍 Rusiya 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün (ancaq İrana/İrandan olan daşımalar) - 0
📍 Rusiya 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün (məhdudiyyətsiz) - 32
📍 Rusiya 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün (ancaq Avropa Birliyi ölkələrinə/ölkələrindən olan daşımalar) - 355
📍 Qazaxıstan 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün - 176

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

06 Nov, 06:14


🌞 Sabahınız xeyir, əziz izləyicilər.

📌 Ara məsafəsi və sürət həddinə diqqət etməyi unutmayın!

📱 Sükan arxasında olarkən diqqətinizi telefona yönəltməyin!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

05 Nov, 13:51


📊 KOB Evlərində AYNA tərəfindən sahibkarlara xidmətlər göstərilməyə davam edir:

👨🏻‍💼219 sahibkara 1332 xidmət

🚛 İriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazə – 31 daşıyıcıya 49 xidmət

🌍 Beynəlxalq yükdaşıma (İcazə blankı və taxoqraf kartı) – 124 daşıyıcıya 1169 xidmət

🚖 Fərqlənmə nişanı (taksi və avtobuslar üçün) – 64 daşıyıcıya 114 fərqlənmə nişanı

Sahibkarların işini asanlaşdırmaq və dəstək olmaq məqsədilə xidmətlərimiz davam etdirilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

05 Nov, 12:38


🚧 Bakının müxtəlif ərazilərində yeni yol nişanları quraşdırılıb.

📌 AYNA tərəfindən şəhərin bir sıra küçə və prospektlərində sürücülər üçün:

📍 Bakının küçə və prospektlərində xüsusi hərəkət zolaqları üzrə 17 ədəd “5.9” yol nişanı quraşdırılıb.

📍 “Azneft-Hava limanı” layihəsi çərçivəsində yol hərəkəti iştirakçıları üçün 3 ədəd məlumat lövhəsi əlavə olunub.

🚗 Sürücülərdən yeni nişanlara riayət etmələri xahiş olunur.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

05 Nov, 11:36


📣Daha iki yol sahəsində nişanlanma işləri həyata keçirilib.

🛣🚧 Mərdəkan şosesi və Şəmsi Bədəlbəyli küçəsində üfüqi nişanlanma xətləri yenilənib.

👷‍♂️👷 Gecə görülən işlərə onlarla əməkdaş cəlb edilib.

Daim xidmətinizdəyik!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

05 Nov, 10:37


🚧 AYNA paytaxtın Koroğlu Rəhimov küçəsində üfüqi nişanlama işlərini uğurla tamamlayıb.

🛣 Bu işlər çərçivəsində mövcud nişanlanma xətləri yenilənib, xüsusi hərəkət zolaqları təşkil edilib.

🌟 Şəhərimizi daha təhlükəsiz və rahat etmək üçün daim çalışırıq!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

05 Nov, 08:55


🚛📊 Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının həyata keçirilməsi üçün mübadilə edilmiş 2024-cü il nümunəli xüsusi defisit “İcazə” blanklarının qalıq sayı:

📍 Rusiya 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün (ancaq İrana/İrandan olan daşımalar) - 0
📍 Rusiya 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün (məhdudiyyətsiz) - 54
📍 Rusiya 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün (ancaq Avropa Birliyi ölkələrinə/ölkələrindən olan daşımalar) - 355
📍 Qazaxıstan 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün - 193

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

05 Nov, 06:51


🚛 Gömrük-keçid məntəqələrində yük maşınlarının sayı açıqlandı.

📊 AYNA daşıyıcıları gömrük postlarındakı yük maşınlarının sayı ilə bağlı davamlı məlumatlandırır. Bu, daşıyıcılara səfərlərini əvvəlcədən planlaşdırmaq imkanı yaradır.

📲 Səmərəli yük daşımaları üçün səhifəmizi izləyin!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

05 Nov, 05:37


🌞 Sabahınız xeyir, əziz izləyicilər.

📌 Ara məsafəsi və sürət həddinə diqqət etməyi unutmayın!

📱 Sükan arxasında olarkən diqqətinizi telefona yönəltməyin!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

04 Nov, 17:20


🚧 Bakının bir sıra ərazilərində yeni yol nişanları quraşdırılıb.

🛣️ AYNA paytaxtın əsas küçə və prospektlərində yeni yol nişanlarının quraşdırılması işlərini həyata keçirib:

📍 “Azneft-Hava limanı” layihəsi çərçivəsində yol hərəkəti iştirakçıları üçün 1 ədəd yol nişanı əlavə olunub.

📍 Azadlıq prospektində 1 ədəd “4.1.1” (məcburi hərəkət istiqaməti) və 1 ədəd “3.1” (giriş qadağandır) yol nişanı quraşdırılıb.

🚗 Sürücülərdən yeni nişanlara riayət etmələri və diqqətli olmaları xahiş olunur.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

04 Nov, 16:41


🛣️ Bakı yollarında nişanlanma işləri davam etdirilir.

AYNA tərəfindən paytaxtın müxtəlif yerlərində üfüqi nişanlanma xətləri təşkil olunub:

📍 Azadlıq prospekti (“28 May” metro stansiyasının qarşısı), Dilarə Əliyeva və 28 May küçələrində, həmçinin Hökumət Evinin qarşısında nişanlanma işləri aparılıb.

📍 Ağ şəhərdə üfüqi nişanlanma xətləri yenilənib.

📍 Dənizkənarı küçədə (Dövlət Bayrağı Meydanının qarşısı) nişanlanma işləri yekunlaşdırılıb.

🚗 ⚠️Sürücülərə bu ərazilərdən keçərkən diqqətli olmaları tövsiyə olunur.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

04 Nov, 14:50


📈 Daha bir küçədə mikromobillik imkanları genişləndirilir.

📌 Görülən işlər çərçivəsində:

🛴🚲 Dilarə Əliyeva küçəsində mikromobillik zolaqlarının təşkilinə başlanılıb.
🟢 Eyni zamanda, zolaqlar boyunca yaşıl boya ilə işarələmə işləri aparılır.

Şəhərimizi daha təhlükəsiz və rahat etmək üçün fəaliyyətimiz davam edir!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

04 Nov, 13:48


📣 Daha bir ünvanda piyada təhlükəsizliyi artırıldı!

🚶‍♂️🚶‍♀️ AYNA tərəfindən aparılmış təhlillərin nəticəsində Şəmsi Bədəlbəyli və Azadlıq prospektinin kəsişməsində yeni piyada keçidi təşkil olunub. Bu keçid sayəsində bu ərazidən istifadə edən hərəkət iştirakçılarının təhlükəsizliyi və rahatlığı təmin edilib.

♿️ Eyni zamanda piyada keçidi ərazisində pandusların inşasına da başlanılacaq ki, bu da hər kəs üçün hərəkət rahatlığını təmin edəcək.

📈 Şəhər daxilində piyada təhlükəsizliyini və rahatlığını artırmaq üçün tədbirlərimiz davam edəcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

04 Nov, 08:56


📣 AYNA tərəfindən KİV nümayəndələri üçün Elektron Tərəzilərin Vahid Monitorinq Mərkəzinə mediatur təşkil olunub.

📌 Mediatur çərçivəsində Qaradağ rayonunda quraşdırılmış elektron tərəzilərin iş prinsipi və Mərkəzin fəaliyyəti barədə jurnalistlərə ətraflı məlumat verilib.

🚛 Bildirilib ki, bu Mərkəz iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrlərinə nəzarəti təmin edir. Yeni texnologiyaların tətbiqi ilə yol infrastrukturunun qorunması və təhlükəsizlik tələblərinin təmin edilməsi məqsədinə nail olunur.

📄 Mediatur sonunda jurnalistlərin sualları cavablandırılıb.

🌐 Daha ətraflı: https://ayna.gov.az/news/638

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

02 Nov, 09:48


🚌📍 COP29 əməliyyatlarının həyata keçirilməsi ilə bağlı 4 noyabr 2024-cü il tarixindən 10 noyabr 2024-cü il tarixinədək "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinə ("Koroğlu" NMM) daxil olan 31 sayda müntəzəm marşrutun son və aralıq dayanacaq məntəqələri dəyişdiriləcək. Həmçinin E1 nömrəli marşrutun fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq. Marşrutların son dayanacaqları müəyyən edilmiş digər ərazilər üzrə təyin ediləcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

02 Nov, 09:01


🚌📍 COP29 əməliyyatlarının həyata keçirilməsi ilə bağlı 4 noyabr 2024-cü il tarixindən 10 noyabr 2024-cü il tarixinədək "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinə ("Koroğlu" NMM) daxil olan 31 sayda müntəzəm marşrutun son və aralıq dayanacaq məntəqələri dəyişdiriləcək. Həmçinin E1 nömrəli marşrutun fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq. Marşrutların son dayanacaqları müəyyən edilmiş digər ərazilər üzrə təyin ediləcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

01 Nov, 10:44


📣 Bakının Neftçilər prospektində yeni piyada keçidi təşkil edilib.

🚶‍♂️🚶‍♀️ Piyadaların təhlükəsizliyi və rahat hərəkəti üçün AYNA tərəfindən Neftçilər prospekti ilə Rixard Zorge küçəsinin kəsişməsində yeni piyada keçidi təşkil olunub.

Şəhərdə piyada hərəkətinin təhlükəsiz və rahat olması üçün tədbirlər davam etdirilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

01 Nov, 08:27


📈 Xaqani küçəsində mikromobillik imkanları artırılır.

📌Görülən işlər çərçivəsində:
🛴🚲 Xaqani küçəsində mikromobillik zolaqları təşkil edilib.
🟢 Mikromobillik zolağı üzrə yaşıl boya işləri görülüb.

Şəhərimizi daha təhlükəsiz və rahat etmək üçün daim çalışırıq!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

01 Nov, 07:36


🚛📊 Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının həyata keçirilməsi üçün mübadilə edilmiş 2024-cü il nümunəli xüsusi defisit “İcazə” blanklarının qalıq sayı:

📍 Rusiya 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün (ancaq İrana/İrandan olan daşımalar) - 1
📍 Rusiya 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün (məhdudiyyətsiz) - 167
📍 Rusiya 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün (ancaq Avropa Birliyi ölkələrinə/ölkələrindən olan daşımalar) - 360
📍 Qazaxıstan 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün - 253

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

01 Nov, 06:46


📣Hörmətli daşıyıcılar,

🏢 2025-ci il üzrə BNF İcazələrinin bölgüsündə iştirak etmək üçün tələb olunan sənədləri ABADA-da yerləşən sənəd qəbulu mərkəzinə təqdim edə bilərsiniz.

📄Sənəd qəbulu 20 noyabr 2024-cü il tarixinədək həyata keçiriləcəkdir.

📊 Sənədlərin yoxlanılması və BNF İcazələrinin bölgüsü daşıyıcıların iştirakı ilə İşçi qrup tərəfindən aparılacaq.

📍 Ünvan: 169 Əhməd Rəcəbli, Bakı 1075 (ABADA)
📱 Əlaqə telefonu: 055-675-88-59

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

01 Nov, 06:21


🌞 Əziz izləyicilər.

📌 Ara məsafəsi və sürət həddinə diqqət etməyi unutmayın!

📱 Sükan arxasında olarkən diqqətinizi telefona yönəltməyin!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

01 Nov, 05:43


📢 Diqqət! Bu gündən Bakının bir sıra küçələrində təşkil edilən COP29 zolaqlarından minik avtomobillərinin istifadəsinə qoyulan qadağa qüvvəyə minir.

📍🚍 26 küçə və prospektdə - Neftçilər, Heydər Əliyev, Xocalı, Şah İsmayıl Xətai, Parlament, Bülbül və Azadlıq prospektləri, Zuğulba yolu, Hava limanı, Zığ və Salyan şoseləri, Bünyad Sərdarov, Həsən Seyidbəyli, Şeyx Şamil, Mirzəağa Əliyev, Həsənoğlu, Mikayıl Useynov (Bayraq meydanı istiqamətində), Gülarə Qədirbəyova, Niyazi, İstiqlaliyyət, Üzeyir Hacıbəyli, Koroğlu Rəhimov, Mehdi Hüseyn, Mikayıl Müşfiq, Həsən Əliyev və Fətəli Xan Xoyski küçələrində təşkil edilən zolaqlara daxil olmaq qadağandır.

🛣 Sürücülərə yollarda quraşdırılan nişanların və çəkilən yol cizgi xətlərinin tələblərinə riayət etmələri tövsiyə olunur.

❗️ COP29 zolaqlarına daxil olan sürücülər 100 manat cərimə ediləcək, eləcə də onlara 2 bal yazılacaq.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

01 Nov, 05:34


🚗 Sürücülərin diqqətinə!

AYNA tərəfindən COP29-la əlaqədar daşımaların fasiləsizliyinin təmin edilməsi məqsədilə xüsusi hərəkət zolaqları təşkil edilib.
1 noyabr tarixindən:

📍 26 küçə və prospektdə təşkil edilən zolaqlara daxil olmaq qadağandır.

🛣 Hərəkət iştirakçılarına yollarda quraşdırılan nişanların və çəkilən yol cizgi xətlərinin tələblərinə riayət etmələri tövsiyə olunur.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

31 Oct, 17:09


🚧 Bu yollarda nişanlanma işləri aparılır.

Şəhər yollarında təhlükəsizliyi artırmaq və nəqliyyat axınını tənzimləmək məqsədilə AYNA tərəfindən genişmiqyaslı nişanlanma işləri aparılır.

📍 8 Noyabr prospekti və Hökumət Evinin qarşısında üfüqi nişanlanma xətləri çəkilib.
📍 Salyan şosesində COP29 zolaqlarının çəkilişi davam edir.
📍 Heydər Əliyev prospekti (Aeroport şosesi) və Bakı dairəvi yolu (Zuğulba yolu) üzrə nişanlanma xətləri yenilənir.
📍 Abdulla Şaiq küçəsi və Nəriman Nərimanov prospekti ətrafında isə nişanlanma işləri tamamlanıb.

🚗 Sürücülərə bu ərazilərdən keçərkən diqqətli olmaları tövsiyə edilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

31 Oct, 16:31


🚗 Dənizkənarı küçədə yeni parklanma məntəqəsi təşkil edildi.

🅿️ AYNA Bakıda parklanma yerləri ilə bağlı tələbatı nəzərə alaraq mütəmadi olaraq bu istiqamətdə işlər aparır.

📍 Dənizkənarı Küçədə (Bayraq Meydanının qarşısı) 600 yerlik parklanma məntəqəsinin nişanlanma işləri tamamlanıb.
📍 Neftçi Qurban Küçəsində isə sürücülərin rahatlığı üçün 33 yerlik ödənişsiz parklanma məntəqəsi yaradılıb.
📍 Rüstəm Rüstəmov və Məmmədəli Şərifli küçələrində isə 10 yeni parklanma məntəqəsi üçün yol nişanları quraşdırılıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

31 Oct, 16:02


📣🚍 COP29 əməliyyatlarının həyata keçirilməsi ilə bağlı 4 noyabr 2024-cü il tarixindən 10 noyabr 2024-cü il tarixinədək "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi (Atletlər kəndi tərəf), Bakı Olimpiya Stadionu və ətraf ərazilər üzrə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Ətraflı linkdə: https://ayna.gov.az/news/636

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

31 Oct, 14:12


🚌 Müsabiqələrdə qalib olmuş daşıyıcı şirkətlər açıqlandı.

📄 AYNA-nın bir neçə müntəzəm avtobus marşrutu üzrə keçirdiyi müsabiqələnin qalibləri müəyyən edilib:

🔹 “Bakı-Sınıq Körpü” (Qazax Sərhəd-Keçid Məntəqəsi) – “BakuBus” MMC və "Uğurlu Yol" MMC;
🔹 “Bakı-Kürdəmir” - Yolçuyev Babək İsmayıl oğlu;
🔹 “Bakı-Siyəzən” - Məmmədov Əkbər Məmməd oğlu;
🔹 “Sumqayıt-Astara” - Həsənov Ramil Musa oğlu;
🔹 “Mingəçevir-Oğuz” - "Ş.Kamaloğlu" MMC

🌐 Daha ətraflı məlumat üçün: https://ayna.gov.az/news/634

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

31 Oct, 12:23


📣 AYNA tərəfindən təşkil edilən budəfəki ictimai dinləmə Bakı şəhərində mikromobillik infrastrukturunun inkişafına həsr edilib.

Daha ətraflı linkdə: https://ayna.gov.az/news/633

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

31 Oct, 05:32


🌞 Sabahınız xeyir, əziz izləyicilər.

📌 Ara məsafəsi və sürət həddinə diqqət etməyi unutmayın!

📱 Sükan arxasında olarkən diqqətinizi telefona yönəltməyin!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

30 Oct, 12:40


🚖 Bakıda taksi tənzimləmələri sürücü və sərnişin davranışınlarını dəyişir!

ℹ️ AYNA tərəfindən tətbiq olunan yeni tənzimləmələr taksi xidmətində müsbət dəyişikliklərə səbəb olub.

🚫 Yeni qanunvericilik tələbləri:

• Buraxılışı 8 ilə qədər olan nəqliyyat vasitələrinə icazələrin verilməsi;
* “Avro-5”, POS terminal, videokamera və müəyyən rəng.

Bu tənzimləmələr nəticəsində:

🔹 Artıq daha çox sərnişin, xüsusilə qısamüddətli səfərlər üçün avtobuslardan istifadə etməyə başlayıb.
🔹 Sərnişinlərin orta səfər məsafəsi 34% artıb.
🔹 Həddindən artıq çox olan taksi sayı nizamlanıb.
🔹 Taksilərdə yaş məhdudiyyəti avtomobil parkının yenilənməsinə şərait yaradıb.
🔹 Taksi daşımalarına daşıyıcılar tərəfindən elektrik və hibrid avtomobilləri cəlb olunub.
🔹 Sürücülərin xüsusi təlimlərə cəlb edilməsi nəticəsində daxil olan şikayətlərin sayı azalıb.

Bütün bu yeniliklər sərnişinlərin daha təhlükəsiz və rahat səyahətini təmin etməyi hədəfləyib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

30 Oct, 11:39


🅿️ Bakının parklanma məntəqələrində ŞƏFFAFLIQ və NİZAM-İNTİZAM

AYNA tərəfindən tətbiq olunan parklanma yerlərinin idarə edilməsi layihəsi qanunsuz pul yığımının qarşısını alaraq maliyyə şəffaflığını təmin etmək məqsədi daşıyır.

Artıq ödənişlər yalnız mobil tətbiq və SMS vasitəsilə nağdsız şəkildə həyata keçirilir.

♿️ Parklanma yerləri təşkil edilərkən fiziki imkanları məhdud sürücülər mütləq qaydada nəzərə alınır.

🚗 Bundan başqa, paytaxtda ödənişsiz parklanma məntəqələrinin təşkilinə başlanılıb.

💡 Xatırlatma: Küçə parklanma yerlərində sürücülərdən nağd ödəniş tələb etmək qanunsuzdur. Sürücülərdən yalnız rəsmi ödəniş kanallarından istifadə etmələri xahiş olunur.

❗️Qanundan kənar hallar müşahidə etdikdə araşdırılması üçün mütləq bizimlə əlaqə saxlayın.

📧 [email protected]
☎️ 141

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

29 Oct, 16:08


☘️🚗 Bu gün Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə” altqrupunun hesabat xarakterli iclası keçirilib.

🛴🚲🛣️ AYNA tərəfindən mikromobillik vasitələrinin təşviqi, infrastrukturun qurulması istiqamətində görülən tədbirlər barədə təqdimat edilib.

Daha ətraflı: https://ayna.gov.az/news/631

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

29 Oct, 12:31


🚌 Vətəndaşların nəzərinə!

🗓 AYNA-nın işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə noyabr ayı üçün biletlər 30 oktyabr saat 11:00-da satışa çıxarılacaq!

🔹 Bilet satışı www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir.
🔹 Gediş və qayıdış biletləri əvvəlcədən eyni vaxtda sifariş olunmalıdır.

📊 Bu günədək 1120 reys həyata keçirilib və 34 981 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.

🛣️ Azad edilmiş torpaqlarımıza səyahət etmək üçün biletlərinizi qaçırmayın!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

29 Oct, 12:00


🚧 Yeni layihə – Daha rahat Bakı!

📄 Oktyabrın 27-dən paytaxtın mərkəzi hissəsi olan İçərişəhər və Əziz Əliyev küçəsi ilə bağlı təklif edilən layihənin icrasına başlanılıb.

Layihə çərçivəsində
🔹 Əziz Əliyev küçəsində mikromobillik vasitələri üçün zolaqlar təşkil edilib.
🔹 Avtomobil hərəkətinin məhdudlaşdırılması Nizami küçəsindən başlayan piyada zonasının genişləndirilməsinə imkan yaradıb.
🔹 Mikromobillik xətləri İstiqlaliyyət küçəsindəki mövcud zolaqla birləşdirilərək Dənizkənarı Milli Parka doğru uzadılacaq.

📣 Bu dəyişikliklər paytaxtda daha rahat və təhlükəsiz hərəkətin təşkilinə töhfə verəcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

29 Oct, 09:55


🌍 🚚 AYNA beynəlxalq yük daşımaları coğrafiyasını genişləndirməkdə davam edir.

📊 Milli daşıyıcılarımızın fəaliyyət göstərdiyi ölkələrin sayı 51-ə çatıb!

📦 Azərbaycan şirkətlərinin yükdaşımalar həyata keçirdiyi ən uzaq məsafədə yerləşən ölkələr Şərqdə Çin və Monqolustan, Qərbdə isə Böyük Britaniyadır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

29 Oct, 08:47


📈 Daşıyıcılara dəstək!

AYNA daşlyıcılara müxtəlif istiqamətlərdə xidmətlər göstərməkdə davam edir.

Ötən gün KOB evlərində 178 daşıyıcıya 1579 xidmət göstərilib!

🗓️ Daşıyıcıların inkişafına yönəlmiş bu istiqamətdə işlər davam etdirilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

29 Oct, 08:11


🚛 Gömrük-keçid məntəqələrində yük maşınlarının sayı açıqlandı.

📊 AYNA daşıyıcıları gömrük postlarındakı yük maşınlarının sayı ilə bağlı davamlı məlumatlandırır. Bu, daşıyıcılara səfərlərini əvvəlcədən planlaşdırmaq imkanı yaradır.

📲 Səmərəli yük daşımaları üçün səhifəmizi izləyin!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

29 Oct, 06:19


🚛📊 Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının həyata keçirilməsi üçün mübadilə edilmiş 2024-cü il nümunəli xüsusi defisit “İcazə” blanklarının qalıq sayı:

📍 Rusiya 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün (ancaq İrana/İrandan olan daşımalar) - 37
📍 Rusiya 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün (məhdudiyyətsiz) - 213
📍 Rusiya 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün (ancaq Avropa Birliyi ölkələrinə/ölkələrindən olan daşımalar) - 360
📍 Qazaxıstan 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün - 308

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

29 Oct, 05:10


🌞 Sabahınız xeyir, əziz izləyicilər.



📌 Ara məsafəsi və sürət həddinə diqqət etməyi unutmayın!



📱 Sükan arxasında olarkən diqqətinizi telefona yönəltməyin!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

28 Oct, 13:54


📣 AYNA mikromobillik imkanlarını artırmaqda davam edir!

🚴‍♀️ Bakıda mobilliyin transformasiyası proqramının icrası çərçivəsində paytaxtın mərkəzi hissəsi – İçərişəhər və Əziz Əliyev küçəsi ilə bağlı təklif edilən layihənin icrasına başlanılıb.

🚴 Ərazidə mikromobillik imkanlarının artırılması məqsədilə Əziz Əliyev küçəsində velosiped yollarının təşkili ilə bağlı nişanlanma işləri aparılıb.

🌱💚 Gəlin, sağlam gələcək üçün birgə pedal çevirək!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

26 Oct, 10:30


🚍📊 Xüsusi hərəkət zolaqları təşkil edildikdən sonra #Atatürk #prospekti üzrə avtobuslarla səfər müddəti 10-12 dəqiqə azalıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

26 Oct, 09:02


🚛📊 Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının həyata keçirilməsi üçün mübadilə edilmiş 2024-cü il nümunəli xüsusi defisit “İcazə” blanklarının qalıq sayı:

📍 Rusiya 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün (ancaq İrana/İrandan olan daşımalar) - 89
📍 Rusiya 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün (məhdudiyyətsiz) - 268
📍 Rusiya 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün (ancaq Avropa Birliyi ölkələrinə/ölkələrindən olan daşımalar) - 360
📍 Qazaxıstan 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün - 352

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

26 Oct, 06:51


🌍 🚛 Beynəlxalq daşımalar üçün peşəkar kadrlar yetişdirilir!

AYNA tərəfindən son üç ildə:

👨🏼‍💼 10 700 beynəlxalq yükdaşıma sürücüsü;
👨🏻‍💼 377 məsul şəxs peşəkarlıq təlimlərinə cəlb olunub.

Bu təlimlər daşıyıcıların və sürücülərin peşəkarlıq səviyyəsini artıraraq xarici yükgöndərənlərin milli daşıyıcılara olan etimadını gücləndirir. 🚛

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

26 Oct, 05:47


📣 DİQQƏT!

🛣️ Oktyabrın 26-dan 27-nə keçən gecə saat 02:30-dan 05:30-dək COP29 tədbirinə hazırlıq məqsədilə paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlərin keçirilməsi üçün avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.

📍🚗 Heydər Əliyev Beynəlxalq Aeroportuna gedəcək vətəndaşlardan 8 Noyabr prospekti və Zığ Şosesi, həmçinin Novxanı, Zuğulba, Mərdəkan yolundan istifadə etmələri xahiş olunur.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

25 Oct, 15:56


🚛 Son üç ildə avtomobil nəqliyyatı ilə tranzit daşımalar 3 dəfə artıb!

📅 2021-ci ildə ölkəmiz üzərindən 109 315 tranzit daşıma həyata keçirilmişdisə, 2023-cü ildə bu rəqəm 334 139-a yüksəlib. 📈

🔹 Xarici daşıyıcılar: 2021-ci ildə 99 672 ➡️ 2023-cü ildə 297 685
🔹 Yerli daşıyıcılar: 2021-ci ildə 9 643 ➡️ 2023-cü ildə 36 454

🌍 Milli daşıyıcılar Azərbaycan üzərindən tranzit daşımalarını təxminən 4 dəfə artıraraq regionda mühüm rol oynamaqdadır!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

25 Oct, 13:43


🛴 Qaydalara riayət edək, daha təhlükəsiz olaq!

AYNA tərəfindən mikromobillik infrastrukturunun yaradılması işləri sürətlə davam edirilir.

Hazırda kiçik elektrik nəqliyyat vasitələrinə (KENV) olan maraq artmaqdadır. Odur ki, təhlükəsiz hərəkət üçün bu nəqliyyat vasitələri üzrə müəyyən olunmuş qaydalara əməl etmək vacibdir:

🔹 Bir KENV-i yalnız bir şəxs idarə edə bilər.
🔹 14 yaşdan aşağı şəxslərə KENV idarə etmək qadağandır.
🔹 Yol hərəkəti qaydalarını pozan KENV sürücüləri 40 AZN cərimə olunur.
🔹 Ayrılmış parklanma yerlərindən kənarda parklanma edən KENV sahiblərinə isə 10 AZN cərimə tətbiq edilir.

Unutmayın ki, qaydalar həyatınızı qoruyur!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

25 Oct, 13:06


🚧 Bakıda yol nişanlanma işləri davam edir!

🛣️ AYNA tərəfindən Bakı yollarında təhlükəsizliyin artırılması məqsədilə nişanlanma işləri davam etdirilir.

📍 Aşağıdakı ərazilərdə yeni zolaqlar və nişanlanma işləri artıq yerinə yetirilib:

📌 Parlament prospekti, Mehdi Hüseyn, İstiqlaliyyət, Niyazi və Yusif Səfərov küçələrində COP 29 zolaqları və loqolar çəkilib.
📌 İstiqlaliyyət küçəsində nişanlanma xətləri yenilənib.
📌 Neftçilər prospekti – Yusif Səfərov küçəsi istiqamətində nişanlanma işləri tamamlanıb.
📌 8 Noyabr prospektində yeni nişanlanma xətləri təşkil olunub.
📌 Xaqani küçəsində mikromobillik zolağı üçün yaşıl boya işləri başa çatdırılıb.
📌 Salyan şosesində, Ali Neft Məktəbinin qarşısında yeni piyada keçidi çəkilib.

🚸 Sürücülərə tövsiyə: Bu ərazilərdən keçərkən diqqətli olun!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

25 Oct, 12:38


📢 Bakıda yeni yol nişanları quraşdırılır

🚧 AYNA tərəfindən paytaxtın bir neçə ərazisində yeni yol nişanları təşkil olunub.

📍 5 məlumat lövhəsinin quraşdırılması istiqamətində işlərə başlanılıb,
📍 39 alüminium nişan quraşdırılıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

25 Oct, 10:09


🚛📊 Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının həyata keçirilməsi üçün mübadilə edilmiş 2024-cü il nümunəli xüsusi defisit “İcazə” blanklarının qalıq sayı:

📍 Rusiya 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün (ancaq İrana/İrandan olan daşımalar) - 117
📍 Rusiya 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün (məhdudiyyətsiz) - 282
📍 Rusiya 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün (ancaq Avropa Birliyi ölkələrinə/ölkələrindən olan daşımalar) - 362
📍 Qazaxıstan 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün - 371

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

25 Oct, 08:38


Gömrük-keçid məntəqələrində yük maşınlarının sayı açıqlandı.

📊 AYNA daşıyıcıları gömrük postlarındakı yük maşınlarının sayı ilə bağlı davamlı məlumatlandırır. Bu, daşıyıcılara səfərlərini əvvəlcədən planlaşdırmaq imkanı yaradır.

📲 Səmərəli yük daşımaları üçün səhifəmizi izləyin!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

25 Oct, 06:47


🚧 Bakıda yeni PARKLANMA MƏNTƏQƏLƏRİ 🚧

🅿️🚗 Bakı küçələrində nəqliyyat şəraiti və axınlar təhlil olunaraq AYNA tərəfindən sürücülər üçün yeni parklanma məntəqələri yaradılıb.

📍 Mikayıl Useynov və Aqil Quliyev küçələrində 37 yeni parklanma yeri təşkil edilib.
📍 Şirin Mirzəyev küçəsində ödənişli parklanma məntəqələri qurulub və əlavə olaraq 6 məlumat lövhəsi quraşdırılıb.
📍 Rüstəm Rüstəmov küçəsində 2 məntəqədə ödənişli parklanma yaradılıb.

❗️ Sürücülərdən həmin ərazilərdə qaydalara riayət etmələri xahiş olunur!

📣 Parklanma yerlərinin təşkili istiqamətində işlər davam etdiriləcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

25 Oct, 06:06


🌞 Sabahınız xeyir, əziz izləyicilər.

📌 Ara məsafəsi və sürət həddinə diqqət etməyi unutmayın!

📱 Sükan arxasında olarkən diqqətinizi telefona yönəltməyin!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

24 Oct, 13:52


🚛📊 Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının həyata keçirilməsi üçün mübadilə edilmiş 2024-cü il nümunəli xüsusi defisit “İcazə” blanklarının qalıq sayı:

📍 Rusiya 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün (ancaq İrana/İrandan olan daşımalar) - 135
📍 Rusiya 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün (məhdudiyyətsiz) - 293
📍 Rusiya 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün (ancaq Avropa Birliyi ölkələrinə/ölkələrindən olan daşımalar) - 362
📍 Qazaxıstan 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün - 386

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

24 Oct, 13:28


📢 Bakının yol infrastrukturu yenilənir!

🚧 AYNA tərəfindən paytaxtın bir neçə ərazisində yeni yol nişanları quraşdırılıb.

🔹 5 yeni məlumat lövhəsinin quraşdırılması başlanılıb.
🔹 58 yeni yol nişanı təşkil olunub.

🌟 Həyata keçirilmiş bütün bu işlər paytaxt nəqliyyatının fasiləsiz və problemsiz təşkili üçün vacibdir.

Yollarımız daha təhlükəsiz və nizamlı olsun!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

24 Oct, 11:20


📣 AYNA avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları mövzusunda növbəti ictimai dinləməni təşkil edib.

📊📄 Qurumun mütəxəssisləri, ekspert və media nümayəndələrinin iştirakı ilə baş tutmuş tədbirdə avtomobil nəqliyyatı ilə yük daşımaları sektorunun inkişafı, milli daşıyıcıların beynəlxalq bazarda paylarının artması, bu sahədə xidmət ixracı və s. məsələlər müzakirə edilib, qonaqları maraqlandıran suallar cavablandırılıb.

🌐 Daha ətraflı: https://ayna.gov.az/news/626

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

24 Oct, 10:58


📣 Sürücülərin diqqətinə!

➡️ AYNA tərəfindən COP29 zolaqlarının təşkili prosesi davam etdirilir.

Son iki gündə bu işlər:
📍 Parlament prospekti
📍 Mehdi Hüseyn küçəsi,
📍 Mikayıl Müşfiq küçəsi,
📍 İstiqlaliyyət küçəsi,
📍 Niyazi küçəsi,
📍 Bülbül prospektində həyata keçirilib.

🛣 31 oktyabr tarixinədək minik avtomobilləri COP29 zolaqlarından istifadə edə bilər!

Zolaqlar 1 noyabr tarixindən qüvvəyə minəcək.

ℹ️ Bu yanaşma yaxın günlərdə bir sıra küçələrdə təşkil ediləcək xüsusi hərəkət zolaqlarına da aiddir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

24 Oct, 09:04


⚠️ Diqqət!

‼️ BakıKart adı altında sosial mediada saxta səhifələr açılıb. Bu səhifələr “4 AZN ödəyərək 6 ay pulsuz istifadə” kimi yalan məlumatlar yayaraq istifadəçiləri aldadır və bank kartı məlumatlarını mənimsəyir.

🔒 Təhlükəsizliyinizi qoruyun:

• Rəsmi BakıKart səhifələrini izlədiyinizə əmin olun.
• Şəxsi məlumatlarınızı paylaşmadan əvvəl səhifənin etibarlılığını yoxlayın.
• Yalnız rəsmi mənbələrdən məlumat əldə edin.

🚨 Kibercinayətkarlığa qarşı birgə mübarizə aparaq!

ℹ️ Şübhəli hallarla qarşılaşdıqda dərhal aidiyyəti qurumlarla əlaqə saxlayın və bank məlumatlarınızı heç kimlə paylaşmayın.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

23 Oct, 06:08


☀️ Sabahınız xeyir, əziz izləyicilər.

📢 Bu ərazilərində yeni yol nişanları quraşdırılıb.

🚧 AYNA tərəfindən paytaxtın bir neçə ərazisində yeni yol nişanları təşkil olunub.

📍 Heydər Əliyev prospekti, Yusif Səfərov və Zərifə Əliyeva küçələrində 228 yeni yol nişanı,
📍 Heydər Əliyev prospektində (Hava limanı şosesi) üzərində ümumilikdə 3 məlumatverici lövhə olmaqla 2 ədəd müxtəlif tipli yol nişanı quraşdırılıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

23 Oct, 06:07


☀️ Sabahınız xeyir, əziz izləyicilər.

📢 Bu ərazilərində yeni yol nişanları quraşdırılıb.

🚧 AYNA tərəfindən paytaxtın bir neçə ərazisində yeni yol nişanları təşkil olunub.

📍 Heydər Əliyev prospekti, Yusif Səfərov və Zərifə Əliyeva küçələrində 228 yeni yol nişanı,
📍 Heydər Əliyev prospektində (Hava limanı şosesi) üzərində ümumilikdə 3 məlumatverici lövhə olmaqla 2 ədəd müxtəlif tipli yol nişanı quraşdırılıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

22 Oct, 10:33


🚦 Bakıda yol NİŞANLANMA İŞLƏRİ davam edir!

AYNA tərəfindən

📍 8 Noyabr və Neftçilər prospektlərində üfüqi nişanlanma xətlərinin təşkili işləri aparılır.
📍 Bakı dairəvi yolunda (Zuğulba yolu) 800 metrlik üfüqi nişanlanma xətti çəkilib.
📍 Salyan şosesində də üfüqi nişanlanma xətləri təşkil edilib.

🔄 Mərdəkan şosesi və Neftçilər prospektində (Azneft meydanından Rəsul Rza küçəsinədək) nişanlanma xətləri yenilənir.

⚠️ Sürücülərdən həmin ərazidən keçərkən diqqətli olmaları xahiş olunur!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

22 Oct, 10:02


📢🌧️SƏRNİŞİNLƏRİN NƏZƏRİNƏ! Bu marşrut xətləri dəyişilib! 🚍

İntensiv yağışlar nəticəsində tunellərin su ilə dolması bir sıra müntəzəm marşrutların fəaliyyətində dəyişikliklərə səbəb olub:

🔹 191 nömrəli marşrut xətti: Q.Qarayev – Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinədək fəaliyyət göstərir.
🔹 161 nömrəli marşrut xətti: Hövsan – Hövsan Zığ şosesi ilə hərəkət edərək Suraxanı istiqamətinə davam edir.
🔹 Koroğlu NMM-dən çıxan marşrut avtobusları Bakı Olimpiya Stadionu ərazisindən keçmədən Dərnəgül prospekti ilə "Koroğlu” stansiyasının "piramida" çıxışı qarşısından fəaliyyətlərini davam etdirirlər.

⚠️ Sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə bu dəyişikliklər həyata keçirilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

22 Oct, 08:55


📣 Əziz izləyicilər,

🌧 Xüsusən yağışlı hava şəraitində ara məsafəsi və sürət həddinə diqqət etməyi unutmayın!

📱 Sükan arxasında olarkən diqqətinizi telefona yönəltməyin!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

22 Oct, 08:38


🌧️📢 Diqqət! Ötən gündən paytaxtda davam edən güclü yağış səbəbindən nəqliyyatın hərəkətində çətinliklər var.

🚔 Hava şəraiti ilə bağlı bəzi marşrutlarda interval fərqləri yaranıb.

🚍 Hazırda marşrut xətləri mövcud şəraitə uyğun olaraq tənzimlənir və sərnişinlərin təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində lazımi tədbirlər görülür.

⚠️ Sürücülərdən ara məsafəsi və sürət həddinə diqqət etmələri xahiş olunur.

🛴 Mikromobillik istifadəçiləri, diqqətli olun! Yağışlı hava şəraitində yol səthi sürüşkən olduğundan sürətinizi azaldın və yol nişanlarına xüsusi diqqət yetirin.

Yola çıxarkən hava şəraitini nəzərə alın və təhlükəsizlik qaydalarına riayət edin!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

22 Oct, 08:25


🚛📊 Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının həyata keçirilməsi üçün mübadilə edilmiş 2024-cü il nümunəli xüsusi defisit “İcazə” blanklarının qalıq sayı:

📍 Rusiya 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün (ancaq İrana/İrandan olan daşımalar) - 192

📍 Rusiya 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün (məhdudiyyətsiz) - 322

📍 Rusiya 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün (ancaq Avropa Birliyi ölkələrinə/ölkələrindən olan daşımalar) - 366

📍 Qazaxıstan 3-cü ölkəyə/ölkədən beynəlxalq yük daşımaları üçün - 422

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

21 Oct, 13:32


🚌 Avtobuslarımızda rahatlığınız qədər təhlükəsizliyiniz də önəmlidir!

🚍Müasir avtobuslarımızla hərəkət zamanı rahatlıq qədər təhlükəsizlik də bizim üçün çox vacibdir. Bu səbəbdən avtobuslarda tutacaqlar, yaşlı və fiziki məhdudiyyətli sərnişinlər üçün xüsusi yerlər mövcuddur.

Odur ki, təhlükəsiz səfər üçün:

🔹 Avtobusla hərəkət zamanı tutacaqlardan istifadə edin.
🔹 Dayanacaqlarda diqqətli olun! Yeni avtobuslarımız daha səssizdir.
🔹 Yaşlı sərnişinlər və əlilliyi olan şəxslər üçün ayrılmış yerləri hörmətlə istifadə edin.
🔹 Uşaqların əlindən tutun, körpələri qucağınızda saxlayın.
🔹 Sürücünün diqqətini yayındıracaq dialoqlara girməyin.

Unutmayın, təhlükəsiz və rahat səyahət üçün birgə çalışmalıyıq!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

21 Oct, 12:22


🚚 Gömrük-keçid məntəqələrində yük maşınlarının sayı açıqlandı.

📊 AYNA daşıyıcıları gömrük postlarındakı yük maşınlarının sayı ilə bağlı davamlı məlumatlandırır. Bu, daşıyıcılara səfərlərini əvvəlcədən planlaşdırmaq imkanı yaradır.

📲 Səmərəli yük daşımaları üçün səhifəmizi izləyin!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

21 Oct, 10:58


🚖🚌 Taksi və avtobuslara fərqlənmə nişanları verilib.

📄 AYNA tərəfindən taksi və avtobus xidməti üzrə müraciətlər əsasında fərqlənmə nişanlarının verilmə prosesi uğurla davam edir.

🛣️ Bu dəfə 34 daşıyıcıya 62 fərqlənmə nişanı təqdim edilib.

📈 Bu istiqamətdə işlər davam etdirilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

21 Oct, 07:01


🚧 Bakıda yeni PARKLANMA MƏNTƏQƏLƏRİ 🚧

🅿️🚗 Bakı küçələrində nəqliyyat şəraiti və axınlar təhlil olunaraq AYNA tərəfindən sürücülər üçün yeni parklanma məntəqələri yaradılıb.

📍 Şirin Mirzəyev küçəsində 7 məntəqədə yol nişanı quraşdırılaraq ödənişli parklanma tətbiq edilib.

📣 Parklanma yerlərinin təşkili istiqamətində işlər davam etdiriləcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

21 Oct, 06:06


🚗 Yeni parklanma məntəqələri yaradıldı.

📍 AYNA tərəfindən İsmayıl bəy Qutqaşınlı və Qurban Xəlilov küçələrində 5 yeni parklanma məntəqəsi artıq istifadəyə verilib.

🅿️ Bakı küçələrində aparılan yenidənqurma işləri nəqliyyat axınlarını daha rahat və təhlükəsiz etməyi hədəfləyir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

21 Oct, 05:10


🌞 Sabahınız xeyir, əziz izləyicilər.

📌 Ara məsafəsi və sürət həddinə diqqət etməyi unutmayın!

📱 Sükan arxasında olarkən diqqətinizi telefona yönəltməyin!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

19 Oct, 12:52


🚗 Sürücülərin diqqətinə!

Heydər Əliyev prospekti, Neftçilər prospekti və Üzeyir Hacıbəyli küçələrində yeni COP29 zolaqları təşkil edilib.

31 oktyabr tarixinədək minik avtomobilləri bu zolaqlardan istifadə edə bilər!

Zolaqlar 1 noyabr tarixindən qüvvəyə minəcək.

🛣 Bu yanaşma yaxın günlərdə bir sıra küçələrdə təşkil ediləcək xüsusi hərəkət zolaqlarına da aiddir.

ℹ️ Həmin küçələrlə buradan tanış ola bilərsiniz: https://ayna.gov.az/news/617

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

19 Oct, 09:07


📢 "28 May" metrostansiyasının yaxınlığında HUB istifadəyə verildikdən sonra Azadlıq prospektində hərəkət yenidən təşkil olunacaq.

📄 AYNA xüsusi proqram təminatı vasitəsilə təklif olunan dəyişiklikləri simulyasiya edib.

🚏 Yollarımız daha təhlükəsiz və rahat olsun!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

19 Oct, 08:18


📣 AYNA tərəfindən paytaxtda yeni növ dayanacaq pavilyonlarının quraşdırılmasına başlanılıb.

🛣🚶🚶‍♀️ Şəhər mobilliyi və infrastrukturu nəzərə alınmaqla, eləcə də piyada təhlükəsizliyinin təmin edilməsi məqsədilə dar və ensiz səkilərdə bu tip dayanacaq pavilyonları quraşdırılacaq.

📍Qeyd edək ki, ilk olaraq 8 Noyabr prospektində bu tip dayanacaq pavilyonunun quraşdırılmasına başlanılıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

19 Oct, 05:48


🚖 Təhlükəsiz taksi fəaliyyəti

📢Vətəndaş müraciətləri nəticəsində 100-dən artıq taksi minik avtomobili daşımalardan kənarlaşdırılıb!

🔍 Siz də problemlə qarşılaşırsınız?

Sifarişinizdən fərqli taksi gəldikdə, sürücüdə şübhəli davranış müşahidə etdikdə sifarişdən imtina edin və taksi sifarişi operatoruna, AYNA-nın sosial şəbəkə hesablarına və ya “141” Çağrı Mərkəzinə müraciət edin. Bu zaman dövlət qeydiyyat nişanını təqdim etməyi unutmayın!

Sizin təhlükəsizliyiniz bizim prioritetimizdir!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

18 Oct, 15:07


🚴‍♂️ Mikromobillik istifadəçiləri üçün təhlükəsiz yol! 🚴‍♀️

Avtomobillərin velosiped yollarına daxil olması və parklanması mikromobillik istifadəçiləri üçün ciddi çətinliklər yaradır.

Diqqət! Digər nəqliyyat vasitələrinin velosiped yollarından istifadəsinə görə 100 AZN məbləğində cərimə və əlavə olaraq 2 bal müəyyən edilib.

🚲 Hər kəsin təhlükəsizliyi və rahatlığı üçün velosiped yollarına hörmət edək! 🚲

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

18 Oct, 14:08


🚖🚌 Taksi və avtobuslara fərqlənmə nişanları verilib.

📄 AYNA tərəfindən taksi və avtobus xidməti üzrə müraciətlər əsasında fərqlənmə nişanlarının verilmə prosesi uğurla davam edir.

🛣️ Bu dəfə 26 daşıyıcıya 99 fərqlənmə nişanı təqdim edilib.

📈 Bu istiqamətdə işlər davam etdirilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

18 Oct, 13:50


🚲 Sürücülər və mikromobillik istifadəçilərinin NƏZƏRİNƏ!

📄 AYNA Nizami küçəsində mikromobillik zolaqlarının təşkilinə dair yeni təklif layihəsi hazırlayıb.

📌 Layihəyə əsasən:
🔹 Yolun sol kənarında mikromobillik zolaqları, 2 hərəkət zolağı, sağ kənarda isə paralel və perpendikulyar parklanma yerləri yaradılacaq.
🔹 Mikromobillik zolaqları Nizami küçəsinin Rəşid Behbudov küçəsi ilə Kövkəb Səfərəliyeva küçəsi arasındakı hissədə təşkil ediləcək.
🔹 Yeni nişanlanma xətləri standartlara uyğun şəkildə, mövcud hərəkət zolaqları saxlanılmaqla həyata keçiriləcək.

🚏 Yollarımız daha təhlükəsiz və rahat olsun!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

18 Oct, 13:43


🔹 AYNA tərəfindən 7 daşıyıcıya iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazə verilib.
🔹 Ümumilikdə, bu istiqamətdə 33 xidmət göstərilib.

🚛 Yükdaşımada təhlükəsizlik və rahatlığın artırılması məqsədilə görülən işlər davam edir!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

18 Oct, 13:16


📢 Bakının yol infrastrukturu yenilənir!

🚧 AYNA tərəfindən paytaxtın bir neçə ərazisində yeni yol nişanları quraşdırılıb.

📍 Heydər Əliyev prospekti, Yusif Səfərov və Zərifə Əliyeva küçələrində 224 yeni yol nişanı,
📍 Heydər Əliyev prospektində (Hava limanı şosesi) üzərində 4 məlumatverici lövhə olmaqla 2 yol nişanı quraşdırılıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

18 Oct, 12:44


📣 Diqqət! bu yollarda YENİLİKLƏR var.

🚧 Bakı yollarında AYNA tərəfindən nişanlanma işləri davam etdirilir!

🔹 Paytaxtın 8 Noyabr, Xocalı prospektləri və Zərifə Əliyeva küçəsində üfüqi nişanlanma xətləri təşkil olunub.
🔹 Bakı Olimpiya Stadionu ətrafında nişanlar yenilənib.
🔹 Şeyx Şamil və Lermontov küçələrinin kəsişməsində, 132-134 nömrəli Təhsil kompleksinin qarşısında “Uşaqlar” yol nişanları əlavə edilib.

Bu ərazilərdə keçərkən diqqətli olun!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

18 Oct, 12:12


🚦 Sürücülərin NƏZƏRİNƏ!

📢 "28 May" metrostansiyasının yaxınlığında HUB (qovşaq) istifadəyə veriləndən sonra Azadlıq prospektində hərəkət yenidən təşkil olunacaq.

📄 AYNA-nın hazırladığı təklif layihəsinə görə:
🔹 Azadlıq prospektinin Füzuli və Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsi arasında xüsusi hərəkət zolaqları yaradılacaq.
🔹 Şəmsi Bədəlbəyli və Elman Babaxanov küçələrinin kəsişməsindən Azadlıq prospektinə qədər sol tərəfdə ayrıca hərəkət zolağı təşkil ediləcək.
🔹 Avtobusların HUB-a və Füzuli küçəsinə birbaşa girişini təmin etmək üçün yeni işıqforlar quraşdırılacaq.

🚏 Yollarımız daha təhlükəsiz və rahat olsun!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

18 Oct, 11:43


📢 “BakıKart” tətbiqindəki hesab və vəsaitləriniz tam təhlükəsizdir!

Hazırda tətbiqdə təkmilləşdirmə işləri davam edir və yaxın günlərdə yenidən istifadəyə veriləcək.

🚍📱 Müvəqqəti olaraq ictimai nəqliyyatda ödəniş üçün “BakıKart” kartları və alternativlərdən (BirBank və m10 tətbiqlərindəki QR kodlar) istifadə mümkündür. 📱

💳 Kart balansınızı artırmaq üçün Bakı Metropoliteninin stansiyalarında yükləmə aparatlarından və “MilliÖn” ödəmə terminallarından istifadə edə bilərsiniz.

🙏 Yaranan texniki nasazlığa görə üzr istəyir və anlayışınız üçün təşəkkür edirik!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

18 Oct, 10:08


🚍📊 Xüsusi hərəkət zolaqları təşkil edildikdən sonra #Tbilisi #prospekti üzrə avtobuslarla səfər müddəti 10-12 dəqiqə azalıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

18 Oct, 09:52


📣 AYNA Azadlıq prospektinin Füzuli küçəsi ilə Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsi, bu ərazinin yaxınlığında yaradılacaq qovşaq, eləcə də Nizami küçəsində mikromobillik zolaqlarının təşkili ilə bağlı növbəti ictimai dinləmə təşkil edib.

📑 Tədbirdə paytaxtda yol hərəkətinin təşkili və mobilliyin inkişafı istiqamətində yeni layihələr müzakirə olunub, ekspert və media nümayəndələrinin sualları cavablandırılıb.

🔗 Daha ətraflı: https://ayna.gov.az/news/621