Müsabiqədə iştirak etmək üçün seferberlik.gov.az saytının "Elektron xidmətlər" bölməsinin "Həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət" alt bölməsinə daxil olaraq müraciət edilməli və yaxud aşağıda qeyd edilən sənədlər 20 fevral tarixinədək poçt vasitəsilə Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 30 ünvanında yerləşən Xidmətin inzibati binasına göndərilməlidir:
•Ərizə;
•Anket;
•Tərcümeyi-hal;
•Şəxsiyyət vəsiqəsinin surəti;
•Təhsil haqqında sənədin surəti;
•Hərbi biletin surəti;
•Əmək kitabçasının surəti (varsa);
•Məhkumluq barədə arayış.
Ədəbiyyat siyahısı və ətraflı məlumat üçün aşağıdakı linklərə keçid edə bilərsiniz:
https://seferberlik.gov.az/az/news/detail/914
https://dim.gov.az/CkImage/Qanun_M%C9%99ntiq_Dunyagorushu_proqram_1738918054.pdf