Əli Novruzovun kanalı @anovruzov Channel on Telegram

Əli Novruzovun kanalı

@anovruzov


Yazıçı, tənqidçi, "Yeddi hekayə" (2013) kitabının müəllifi

Əli Novruzovun kanalı (Azerbaijani)

Əli Novruzovun kanalı, yazıçı, tənqidçi və 2013-cü ildə yayımlanmış "Yeddi hekayə" kitabının müəllifi olan Əli Novruzovun öz şəxsi Telegram kanalıdır. Kanal, ədəbiyyat, incəsənət, aktual məsələlər və həyatın müxtəlif sahələri ilə bağlı məqalələr, rəyçi yazılar, təfərrüatlar və digər məzmunları paylaşmaq məqsədi ilə yaradılmışdır. Burada oxucular Əli Novruzovun fərqli perspektivlərdə baxış açısını mənimsəyərək onun ədəbi yaradıcılığının arxasındakı düşüncə prosesinə daha yaxından baxmaq imkanı əldə edəcəklər. Kanalı izləyərək oxucular Əli Novruzovun ədəbiyyat dünyasında necə bir yol qət etdiyini daha yaxından izləyəcəklər və onun son əsərləri, fikir və təfərrüatlarla daha da yaxından tanış olacaqlar. Əli Novruzovun kanalına abunə olmaq istəyənlərə ədəbiyyat və incəsənət dünyasında yeni bir perspektiv əldə etmək və müəllifin ədəbi yaradıcılığını daha da yaxından tanımaq imkanı təklif olunur.

Əli Novruzovun kanalı

15 Feb, 21:57


Vəzirov, rəhmətlik Ayaz Niyazoviç, Həsən Əzizoviç və «Bayatılar» söhbətindən yola çıxdım, fikrin inkişafı məni apardı o nöqtəyə ki, mənə universitetdə Asiya və Afrika ölkələri tarixini Elçibəyin müşaviri rəhmətlik Rafiq İsmayıl keçib, Avropa və Amerika ölkələri tarixini isə millət vəkili, 91-lərdən rəhmətlik İsgəndər Quliyev. Hər ikisi çox yaxşı insan və müəllim idi.

Əli Novruzovun kanalı

15 Feb, 21:20


Bu mahnı ilə bağlı aklımda deli sorular olub həmişə. 89-da Vəzirov artıq laxlayırdı, əgər yıxılsaydı, yerinə iki namizəd olacaqdı—rəhmətlik Ayaz Niyazoviç və Həsən Əzizoviç (Allah ona can sağlığı versin). Birdən belə bir mahnı çıxır, partlayır, bütün ölkədə populyar olur, bütün camaat oxuyur, zümzümə edir: ürəyimdə ayaz var... Görəsən bu mahnı qara piar idi, ağ piar idi, yoxsa sırf təsadüf idi?

Əli Novruzovun kanalı

15 Feb, 08:42


Bu yoldaş da librokubikulyaristdir, amma özünün bu sözdən xəbəri yoxdur, şşşşş!

Əli Novruzovun kanalı

15 Feb, 07:21


Motivasiya ədəbiyyatından zəndeyi-zəhləm gedir, amma onun xiridarlarından tez-tez eşitdiyim bir müqayisə var—Stiven Kovinin kitabı fərqlidir. Mən də nəhayət daşı ətəyimdən töküb başladım oxumağa. Hələ yarısındayam, amma indidən fikrimi deyə bilərəm. Bəli, bu kitab fərqlidir, çünki onun əsasında fəzilət etikası dayanır. Aristoteldən üzü bəri və əksər dinlərin əxlaqi bazasını təşkil edən və müasir kommunitar məktəbin yenilədiyi məşhur etik sistem. Bəlkə də bu kitab digər kitablarla müqayisədə daha effektivdir. Həqiqətən, kosmetik motivasiya təlimatları ancaq qısa müddətə işləyir, uzun vədədə uğurlu olmaq üçün insan gərək xarakter formalaşdırsın. Bu kitab məhz xarakter formalaşdırmağa yardımçı olacağını iddia edir. Aristotelin etikalarını oxumuşam deyə, burada özüm üçün yeni bir şey görmədim. Fəzilət etikasının sadələşdirilmiş, sxematik variantı kimi göründü mənə.

Əli Novruzovun kanalı

15 Feb, 06:01


«Zülmətdə alatoran» kitabını mən də oxumuşam. O vaxtı Rasim Qaracaya privatda dedim ki, mən ayoçuları şəxsən tanıyıram, proseslərin bir hissəsinin canlı şahidi olmuşam, ona görə mən bu kitabı başa düşdüm, amma gələcək nəsillər bu kitabı oxuyub heç nə başa düşməyəcək, yeni heç nə öyrənməyəcək. Çünki faktoloji tərəfi zəifdir, dumanlıdır, əllə tutulacaq çox şey yoxdur. Rasim Qaraca sonradan demişdi ki, təzə nəşrlərdə bu məsələni nəzərə alıb düzəldib. İndi bu növcavanın kitabla bağlı rəyini gördüm, başa düşdüm ki, müəllif heç nəyi düzəltməyib.

Əli Novruzovun kanalı

15 Feb, 05:02


Mədəni qlobalizasiya, əslində isə milli mədəniyyətlərin amerikan pop mədəniyyətinin ikinci dərəcəli əlavəsinə çevrilməsi çox dəhşətli prosesdir. Hər küncə, hər bucağa zorla elə daxil olur, məəttəl qalırsan. Şəkillərdə sırası ilə bu il Kabil, Məzari-Şərif və Binə-Sovxozda 14 fevral sevgililər günü şöləni.

Əli Novruzovun kanalı

14 Feb, 14:24


Dedilər ki, İlqar Fəhmi pamukfason hekayə yazıb, şərqli tacir Venesiyada zad, bir nəsrani qızına aşiq olur filan. Açıb nə görsəm yaxşıdır? Mətnə qədimovski ab-hava vermək üçün elə ilk abzasda guyamış Venesiya sözünün köhnə müsəlman adını işlədir, Benedikt. Necə deyərlər, əşşədü dəhşət, dəhşətül-vəhşət. Adam nə qədər bisavad olmalıdır ki, Venedik sözünü Benedikt bilsin, hələ götürüb bunun üzərindən hekayə də yazsın. Venedik ayrı şeydir, Benedikt ayrı şeydir, ay İlqar müəllim, adam bir Google-da yazıb yoxlayar, ya ChatGPT-dən soruşar, açıb vikipediya məqaləsini oxuyar, nə bilim, maksimum qəzəl yazmağa davam edər.

Bir də ki, keçən dəfə kinoşniklərin tədbirində səhnədən manifest bəyan edirdiz ki, neqativlə, pessimizmlə, kədərlə, qaramatla qurtarmalıyıq, bundan sonra ancaq tərənnüm. Bəs sizin hekayə niyə başdan-ayağa neqativin, çarəsizliyin, pessimizmin, qaramatın dibinə vurub? Bu nə pəhriz, bu nə turşulu aş, ay İlqar müəllim? Hanı bəs tərənnüm?!

Hələ adını çəkməyim, bir paylaşımda iki cəbhəyə atəş açmaq Sun Tszı tərəfindən məsləhət görülmür, bizim bir həkimi-sahib, məliküşşüəra, ədib və filosofun romanını almışdım oxumağa, elə ikinci ya üçüncü səhifədə belə bir ifadə gördüm ki, biz xristian müqəddəs üçlüyü kimi idik: ata, oğul və ana. Bu biri bisavad da bilmir ki, üçlük (тройка) ayrı şeydir, üç üqnum (троица) ayrı şey. Həm də bizim həkimi-sahib, məliküşşüəra, ədib və filosof elə bilir ki, xristian üç üqnumu Allah, Həzrəti İsa və Həzrəti Məryəmdir. Necə deyərlər, belə-belə işlər.

Əli Novruzovun kanalı

13 Feb, 10:33


Zamin Hacıdan şikayət var ha 🤣

Zamin kişi, sizi büroya çağırmalı olacayıq...

Əli Novruzovun kanalı

13 Feb, 09:18


Bu videoda dəhşət adamlar var, orası heç, amma 10-cu il üçün Bakının ən bərkgedən, ən xodgedən, vurub-yıxan, ən çox satılan və oxunan ədəbi kruqu aşkar qayıbdır. Seymur, Ələkbər, Günel və sair azad yazarlar. Həm ayoçular, həm də ayoçulara yaxın müstəqillər mükafatı boykot etmişdilər. Bu cəbhədən cəmi iki nəfər iştirak edirdi—Həmid Herisçi və Rafiq Tağı. Onlara da çox deyilirdi ki, biabırçılıq olacaq, baxın ha. Gəldi axırda Qaraqan aldı mükafatı. Skandal qopdu, aləm dəydi bir-birinə. Jurnalistlər Nigar xanımın üstünə hücum çəkdilər ki, bəs ədalət, bəs ədəbiyyat?! Nigar xanım da qayıdasan ki, mükafatı Həmid Herisçi alsaydı, deyəcəkdilər Ramiz Mehdiyevi tərifləyən məqaləsinə görə vermişik. Təsəvvür edin, qırğın-atışma gedir, rikoşet də vurub Həmid ağanı öldürür. Hələ sonradan məlum oldu ki, mükafat alan roman da Palanyikin «Döyüş klubu» romanının, yumşaq desək, təbdili imiş, münsiflərin xəbəri olmayıb. Mükafatı alandan sonra Cavid kitabı oxuyub görüb bir yazı yazmışdı, bir skandal da onda qopmuşdu. Sonra gələn il bir dənə də babat skandal oldu, bu dəfə Rəşad Məcid, Çingiz Abdullayev, Rəbiyyət Aslanova münsiflər heyətindən nümayişkəranə istefa verdi, amma bu söhbət başqa vaxta qalsın.

Əli Novruzovun kanalı

12 Feb, 18:54


Yaddaş nə köppöyoğlu şeydir, ilahi pərvərdigara. İndi təsadüfən videoya baxanda gördüm ki, 1-ci Milli Kitab Mükafatının təqdimatında (2010) mən də orada olmuşam (Şahbaz bəylə Niyazi müəllimin yanında oturan cavan oğlan). Videoda özümü gördüm, tanıdım (0:57), amma öz yadımda deyil, yadıma salmağa çalışıram, yenə heç nə düşmür. Dəhşət videodur, kimlər var, kimlər var.

Əli Novruzovun kanalı

11 Feb, 13:46


Cavid bir dəfə yaxşı demişdi ki, Azərbaycanda bu qədər filologiya və dil-ədəbiyyat fakültələri var, elə təkcə onların professor-müəllim heyəti və tələbələri kitab oxusa, bizim yazıçılara başqa heç nə lazım deyil.

Əli Novruzovun kanalı

11 Feb, 13:20


Elxan Elatlı deyir ki, altı aya, yeddi aya bir roman yazmalıdır və roman üçün aldığı məbləğ elə altı-yeddi ay bəs edir. Kimsə bunu uğur saya bilər, amma… Elxan Elatlı ədəbiyyatın ən populyar belletristika janrında yazır—detektiv. Nə də satılmasa, detektiv həmişə satılan şeydir. Müqayisə üçün, Den Braunun detektiv romanları arasında fasilələrə (illərə) baxaq: 2-1-2-6-4-4-8. Yəni ki, bir kitab Den Brauna ortalama 4 il qayğısız yaşamağa imkan verir. Əlbəttə, ingilisdilli bazarla azərbaycandilli bazar eyni deyil, amma… Biz də balaca ölkə deyilik axı. Əhali sayına görə Avstriya və İsveçə bərabərik, Norveçdən iki dəfə çoxuq. Bazarda da cəmi iki detektiv yazıçısı var. Çingiz Abdullayev, onun auditoriyası daha çox rusdillilərdir. Bir də Elxan Elatlı. Norveç bazarında məsələn detektiv yazıçıları itətökdür. Hələ bunun İranda yaşayan həmşəriləri də var. Onlardan soruşsan, hamısı deyəcək biz 30 milyonuq, haray-haray mən türkəm, İran da türk dövlətidir, Pizişkiyan elə gəldi, belə getdi. Vallah, nə İranları, nə Pizişkiyanları bizə lazım deyil. 30 milyon adamdan 10-15 min nəfəri bizim kitablardan alsın, bəsimizdir. Yaxşı, onda bəs oxucular hanı?

Əli Novruzovun kanalı

10 Feb, 17:32


Belə bir xəbər gördüm. Fəxrlə yazıblar ki, Oksfordun tələbəsidir. Deməli, yaxın illərdə Bakı metrosunun strateji inkişafı ilə universitet tələbəsi məşğul olacaq.

Əli Novruzovun kanalı

09 Feb, 17:34


Cahilliyimə bağışlayın, ancaq bu gün, onu da təsadüfən öyrəndim ki, Yazıçılar birliyinin öz üzvlərinə verdiyi məşhur «təqaüd» cəmi 200-300 manat imiş. Özü də ancaq bir il ərzində verilir. Gənc və istedadlı yazarlara 200 manat, qocaman korifey sənətkarlara 300 manat. Zarafat eləmirəm, bilən adamlardan bir də soruşdum, dəqiqləşdirdim. Mən də feysdə və mediada saçyoldu və skandallara, birliyə təmtəraqla üzv olub skandalla çıxanlara, çoxmərtəbəli, çoxeyvanlı, çoxverandalı söyüş və qarğışlara baxıb elə bilirdim ki, yəqin gənc yazarlar minimum 500-1000 manat alır, korifeylər də ondan bir qədər yuxarı. Sən demə dava 200-300 manatın üstündə imiş. Mənə elə gəlir ki, orta statistik bir azərbaycanlı öz əmioğlu, dayıoğlu, bibioğlu, xalaoğlusuna desə, onlar yığışıb ayda hərəsi 20-30 manatdan bu pulu onun kartına ata bilər.

Əli Novruzovun kanalı

09 Feb, 04:53


Bu məsələni şərhlərdə misal kimi yazmışdım, amma vacib mövzudur, ayrıca paylaşıma çıxarıram. Texnokapitalizmin bizə bir «sürprizi» də süni zəkadır. İnsanlar öz analitik və yaradıcı funksiyalarını hal-hazırda süni zəkaya ötürürlər. Süni zəka bizi insan edən bir çox fəaliyyətləri yavaş-yavaş bizdən qat-qat yaxşı yerinə yetirə biləcək. Ehtiyac olmayacağına görə insan bu bilik və bacarıqları heç öyrənmək ehtiyacı da duymayacaq. Kobud desəm, elit məktəblər istisna, dövlət məktəblərində uşaqlara riyaziyyat öyrətmək əvəzinə ChatGPT-dən düzgün istifadə etməyin yollarını öyrədəcəklər. Bəs bu süni zəka proqramları kimindir? Ya texnokapitalistlərin, ya da Çin kimi avtoritar texnokapitalist dövlətlərin. Sıravi insanların bu proqramlardan istifadə etməyinə ya limit qoyacaqlar, ya ödəniş istəyəcəklər, ya məlumatı tam verməyəcəklər, gizlədəcəklər, ya senzura tətbiq edəcəklər (DeepSeek kimi), ya da süni zəka bizə yalan və nağıl danışacaq. Texnokapitalistlərin adi insanlara təklif edəcəkləri xidmət 1x olacaq, amma varlı korporasiyaya bu xidmətin 25x variantını təklif edəcəklər. Bu bərabərsizlik hər məsələdə var, əlbəttə. Ancaq bu dəfə insan zəkasının funksiyalarının özgələşdirilməsi və təzədən insana satılmasından danışırıq. Pulu olanın ağlı olacaq, pulu olmayanın ağlı olmayacaq. Bütün bunları əlbəttə görürük, amma yenə də süni zəkanı alqışlayırıq, altmanları da qəhrəmanlaşdırırıq, bir azdan heykəl də qoyacayıq.

Əli Novruzovun kanalı

07 Feb, 04:25


«Ədəbiyyat və incəsənət» portalı da təzə hekayəmi dərc edib. Redaksiyaya öz təşəkkürümü bildirirəm.

Əli Novruzovun kanalı

06 Feb, 15:01


Təzə hekayəmə marağı nəzərə alıb bundan dörd il əvvəl dərc olunmuş «Quyu» hekayəmi də paylaşım. Burada mövzu və tərz amma klassikdir. Çünki hekayə 90-lardan bəhs edir.

https://www.anl.az/down/meqale/edebiyyat/2021/oktyabr/762923.htm

Əli Novruzovun kanalı

06 Feb, 13:18


Oxuculara ayrıca təşəkkür etmək istəyirəm. Hekayəm onlayn 6 mindən çox oxunub. Qəzetdə nə qədər oxunub, hələ onu bilmirəm. Mənə gəlib çatan oxucu rəylərindəki qiymətli və dəyərli fikirlərə görə də xüsusi təşəkkür edirəm.

Əli Novruzovun kanalı

06 Feb, 11:09


Gör adam nə qədər xəstə olmalıdır ki, «həll» sözünü guyamış milliləşdirib «çürüş» eləyək deyirmiş. Belə adamlar haqqında bizdə danışıq dilində yaxşı bir ifadə var, «başdan qrija».

Əli Novruzovun kanalı

06 Feb, 11:01


Keçən əsrin 20-30-cu illərində bizim nəfis və lətif Qafqaz və Əcəm türkcəsini də it kökünə salmaq ideyaları var imiş, hətta dövlət dəstəyi ilə. Bu təşəbbüslərin qarşısını alan yoldaşlar sağ olsunlar. Yoxsa biabırçılıq olacaqdı. Varış, yaşaq, tartış, nancalıq, törədiş... Belə dildə danışmaqdansa, mən şəxsən lal olmağı seçərdim.

Əli Novruzovun kanalı

06 Feb, 09:14


Hekayəmi Kulisdə müzakirə ediblər. Saytın baş redaktoru Ulucay Akif də öz fikirlərini ayrıca yazıda verib. Qiymətli və dəyərli fikirlərinə görə hər kəsə təşəkkür edirəm.

Bir məqam xüsusilə diqqətimi çəkdi. Tənqidlər arasında belə bir fikir gördüm ki, bundan da maraqlı hadisələri feysbukda yazırıq, çıxıb gedir. Sitatın sonu. Deməli, feysdən istifadə etmədiyim üçün ədəbiyyatımızda son təmayüllərlə ayaqlaşmağa gecikirəmmiş. Maraqlı tənqiddir. Düşünəcəm bu haqda.

Əli Novruzovun kanalı

05 Feb, 14:49


Bəli, Başqan və müavini Əhəd qardaşım da ad günümə gəlmişdi. Troll da özünsən, Hacı. Diqqətli ol, hörmətli ol, köhnə daydayla işin olmasın. Gözümün qabağında böyümüsən. ))

Əli Novruzovun kanalı

05 Feb, 14:38


16-cı ildə ad günü partimdən bir kare. Hacıya baxginan da. İndi gəlib başımıza ehkam kəsir.

Əli Novruzovun kanalı

05 Feb, 13:10


Kanalla bağlı qəribə bir məqam tutmuşam. Ədəbiyyat haqqında nəsə bir post paylaşıram. Necəsə populyar olur, re-post və share gedir, Facebook-a yol tapır, nəticədə kanala bir dəstə adam gəlir qəfildən. Bir neçə dəfə belə olub, hər dəfə də yalnış olaraq düşünmüşəm ki, ədəbiyyat mövzusu populyar mövzudur, bir-iki post da yaza bilərəm növbəti günlərdə. Həmin postları paylaşan kimi də ədəbiyyat söhbətlərinə görə gəlmiş təzə qonaqlarımız dərhal kanalımızı unfollow edirlər.

Bəzən kefim yaxşı olanda istəyirəm o gedənlərdən heç olmazsa bir nəfərinə privat mesaj atım ki, bacım-qardaşım, bizim kanalda elə can-ciyər dostlarımız var, bilir ki, kvartalda bir dəfə Tramp haqqında cəmi 10 sətir yazı paylaşacam. Ona görə də oturub bütün bu kültür-sanat temalarına aylarla dözür. Sənin kimi Bildungsphilister-lik də eləmir. Nə həşirdir, ay bacım-qardaşım?

İndi isə Trampla bağlı bir paylaşım. Gen Z demiş, yemin ede bilirim, isbat edəməm. Tramp müəllim Rubionu ona görə dövlət katibi qoyub ki, Rubionun adı Mark Antonidir. Haşa zarafat qəbul edərsiz birdən. Tramp belə xırda detallara çox meyllidir. Məsələn, birinci prezidentlik dövründə hər dəfə Boltonun dosyesi vəzifə təyinatı üçün bunun qarşısına gələndə Tramp deyirdi ki, o kişinin morj bığları var, xoşum gəlmir ondan. Axırda vəzifəyə təyin etməyə adam qalmayanda, məcbur təyin elədi. İlk imkanda da işdən qovdu. İmperatorların da kaprizləri olur.

Əli Novruzovun kanalı

05 Feb, 11:17


Vüqarın romanı haqqında Hacının yazısını oxudum. Həm romana, həm roman ətrafında gedən müzakirələrə çox düzgün qiymət verib. Mənim təqdimatda dediyim «estetik dalan» məsələsinə gəldikdə isə bir də qeyd edim, bəzən təkrarda fəzilət var. Milli və yerli ədəbiyyatımız üçün tək çıxış yolu qalıb. Quru, dinamik, hərəkətli, vizual, sifətsiz-zərfsiz funksional cümlələrlə yazmaq. Oxucu küləkdə titrəyən yarpaqlardan, istidə xumarlanan qaratoyuqlardan, obrazın əlində cırıldayıb yarım səhifə ərzində asta-asta açılan paslı cəftələrdən bezib. Bu baxımdan Vüqarın kitabı suayrıcıdır. Kim özündə güc tapıb bu tərəfə atlana bilməsə, tarix səhnəsindən silinəcək.

Əli Novruzovun kanalı

04 Feb, 13:21


Heyif deyildi əyyami-qədimlər. On ildə bir nəfər Romadan gəlib deyirdi ki, xəbəri eşitmisiz? Təzə imperatorumuz var. Bununla da söhbət bitirdi. İndi açırıq medianı və hətta sosial medianı, görürük ki, İlanın adamları girib Dövlət Departamentinin binasına, USAID-in oxranlarını döyüb, kompyuterləri götürüb, işçiləri də qapıdan içəri buraxmırlar. Mark Antoni də İlanı durdurmaq üçün tam qanunsuz şəkildə özünü rezki USAID-in rəhbəri elan edib. Belə şeyləri gələcəyin Plutarxları yazmalı idi, gələcək nəsillərin oxumağı üçün. Bizim nəyimizə lazımdır bunları indidən öyrənirik?

Əli Novruzovun kanalı

04 Feb, 11:45


Trampın inaqurasiyasından sonra amerikan siyasətini izləməyin başını buraxmışam. Hadisələr o qədər sürətli baş verir, onsuz çatdırıb izləmək də olmur. İndi də marağa Nyu York Taymsı açıb baxdım, Vaşinqtonda vakxanaliyadır. Tramp Çinə, Kanadaya, Meksiyada yeni tariflər tətbiq edib, sonra tarifləri 30 günlük təxirə salıb, nazirlərin Senatda təsdiqi başdan ayağa skandal, USAID-in kitabını bağlayırlar, hələ Meksika ilə quru sərhədini də bağlayırlar, FBI agentlərinin kütləvi ixtisarı gözlənilir, onlar da Konqresə petisiyaya gedib, yeddi-səkkiz təzə məhkəmə işi başlayıb. Yazıq amerikanlar. Bu boyda informasiya terroru, özü də bir günün qəzetində həqiqətən yolverilməzdir. Yəqin bu dəqiqə Amerikada ən yaxşı pul qazanan peşə sahibləri psixoanalitiklər olacaq.

Əli Novruzovun kanalı

03 Feb, 11:40


Tənqidçi Mətanət Vahidin təzə hekayəm haqqında rəyi. Təşəkkür edirəm.

Əli Novruzovun kanalı

02 Feb, 20:25


Live stream finished (2 hours)

Əli Novruzovun kanalı

02 Feb, 18:01


Dostlar, səsli çatdayıq:

https://t.me/anovruzov?livestream

Əli Novruzovun kanalı

02 Feb, 18:00


Live stream started

Əli Novruzovun kanalı

02 Feb, 15:35


Bu gün Bakı vaxtı ilə saat 22:00-da inşallah ikinci sınaq səsli çat açacayıq. Bu dəfə mövzumuz Lebensphilosophie, yəni həyat fəlsəfəsi. Mənalı həyat nədir, həyatı mənalı yaşamaq nə deməkdir? Ümumiyyətlə, həyatın mənası varmı, onu axtarmaq lazımdırmı, tapmayanda depressiyaya düşmək normaldırmı? Motivasiya ədəbiyyatı dərmandır, yoxsa türkəçarədir? Yenə də Ağac kanalından növcavanlar qonağımız olacaq. Qonaqların yanında özümüzü во всей красе göstərməliyik, lütfən, nəzərə alın.

Əli Novruzovun kanalı

02 Feb, 13:05


İnternetdə hara baxıram, camaat hamı yanvar ayında oxuduğu kitabların siyahısını paylaşır. Mən də elə birinci ondan bildim ki, yanvar ayı da qurtardı. Baxdım bəs mən nə oxumuşam, camaatla müqayisədə performansım yaman zəif imiş. Yanvarda cəmi dörd kitab oxuyub bitirə bilmişəm.

📌 Мишель Уэльбек, Уничтожить
📌 Sənan İsmayılov, Hər(i)flərin oyunu
📌 Vüqar Van, Hardasa, olardı 13-14 yaşım
📌 Frederic Spotts, The Shameful Peace

Əli Novruzovun kanalı

01 Feb, 08:43


Hekayəm Kulisdə də çıxdı. Təşəkkürlər.

Edit: Hekayəmi arqument.az saytı da dərc elədi, onlara da təşəkkür.

Əli Novruzovun kanalı

31 Jan, 22:09


Live stream finished (3 hours)

Əli Novruzovun kanalı

31 Jan, 18:22


Əziz dostlar, gəlin yoxlama üçün kanalda səsli çat açaq. Mövzumuz elm, kültür-sanat, fəlsəfə və adminə döşəyirik. Qonaqlarımız da olacaq. Ağac kanalından növcavanlar və Proksima Kentravrdan xüsusi nümayəndə.

https://t.me/anovruzov?livestream

Əli Novruzovun kanalı

31 Jan, 18:22


Live stream started

Əli Novruzovun kanalı

31 Jan, 12:22


Redaksiyaya daha bir təşəkkür, hekayəmi elə bu gün saytlarında verdilər. Qürbət ellərdə olan yoldaşlar indi oxuya bilər.

Əli Novruzovun kanalı

31 Jan, 07:35


Qəzeti alıb hekayəni qəzetdən bir də oxudum. Kağızdan oxumağın effekti ilə ekrandan oxumağın effekti vsyo taki tamam fərqlidir də. Hər dəfə təzədən bunun şahidi oluram. Azər Turan bəyə və qəzetin redaksiyasına da bir daha təşəkkür edirəm. Allah sizdən razı olsun.

Sadəcə, oxucular üçün bir qeydim var—haradansa bir dəstə qaçaq, quldur durğu işarəsi gəlib mətnə düşüb. Bircə yer istisna, elə də bir funksional fərq eləmir. O bir yerdə də yazmışam ki, vatsapda «hardasan gelirsen» yazırdı. Bu pintilik oxucuda obrazın hövsələsiz olduğu təəssüratını gücləndirmək üçün priyomdur (mətbəxi açıram ha!), qəzetdə eləyiblər «hardasan, gelirsen?», nəticədə effekt itib, çevrilib olub sıradan, izafi təsvir. Əlbəttə ki, vatsapda cəmi iki söz yazıb yanında dərhal iki durğu işarəsi qoyan adam hövsələsiz olmayacaq; olacaq qulağının dalında karandaş gəzən redaktor. Bu yeri oxuyanda həmin vergüllə sual işarəsini amansızcasına imha edin.

Əli Novruzovun kanalı

30 Jan, 18:45


Əziz dostlar, Ədəbiyyat qəzetinin 31 yanvar nömrəsində «Sonuncu barista» adlı yeni hekayəmi oxuya bilərsiz. Vətənimizin bütün qəzet köşklərində.

Əli Novruzovun kanalı

30 Jan, 10:38


Bu kanal ➡️ @redtogrul Parlaq İmzalar nəşriyyatının redaktoru dostumuz Toğrulun ədəbiyyat, tərcümə və redaktə haqqında kanalıdır. Yoldaşlar, ellikcə qonuruq.

Əli Novruzovun kanalı

30 Jan, 09:26


Autentik muxtar respublika. Sən demə, Naxçıvanda rəsmi sənədləri «bəyənirlər».

Əli Novruzovun kanalı

29 Jan, 11:40


Niyə bu skrinşotlar mənə belə eybəcər formada gəlir, özüm də bilmirəm. Şübhələnirəm ki, bəzi tanışlar mənim gözümü kor eləmək istəyirlər, bu işdə konspirasiya var. Rafiq isə təəccübləndirdi. Çox adam tanımaya bilər, Bakıda ən məlumatlı oxuculardan biridir, xeyli xarici və yerli ədəbiyyatı da oxuyub bitirib. Rusiyanın bütün ədəbi tənqidçilərini bir-bir stalk eləyir. Ona heç bir kitabı bəyəndirə bilmirəm. Hansı kitabdan danışırıqsa, yıxıb sürüyür. Öz-özümə fikirləşirdim ki, bedbaxt binəva Vüqara da pis döşəyəcək. Bəyənmiş imiş.

Əli Novruzovun kanalı

29 Jan, 09:12


Avtofikşn janrı ilə bağlı bir qeyd də deyim, hələlik bitirək. Günortadan sonra işgüzar görüşüm var, tələsirəm.

Avtofikşn janrının ən populyar olduğu ölkələr kontinental Avropadadır. Əsasən Fransa, bir də tarixən fransız kültüründən bəhrələnən ölkələr, məsələn, Rusiya. Avtofikşn janrına ən sərt tənqidlər də Britaniya adalarında səslənir. Təəccüblü deyil ki, həkimi-sahiblər Tim Parks və Saymon Kriçli ikisi də ingilisdir. ÇÜNKİ BURADA MƏDƏNİ KONTEKST VAR.

İngilislər üçün deyirlər ki, hətta ən ağır situasiyada stiff upper lip saxlayan adamlardır. İnsanların devizi—«mənim evim, mənim qalam»dır. İngilis ədəbiyyatı heç vaxt insan ruhunun dərinliklərini təşrih edən roman yaratmayıb. Hələ Forster bunu görürdü və deyirdi ki, alınmır. Adamlar işdə öz şəxsi həyatlarından, saat 4-də çay içəndə də ictimai məsələlərdən danışmırlar.

Birdən hansısa fransız və ya skandinav peyda olur, başlayır öz məhrəm dünyasını detallarına qədər açmağa. İngilislər və ümumilikdə anqlo-sakslar belə şeyləri xoşlamır. Öz ingilislərindən də kimsə çaşıb birdən belə şeylər yazmaq istəsə, söyüb qovurlar Parisə, bedbaxt Uilson kimi.

Nakam şairimizin təbiri ilə desək, «kabab üstdən sərin su pis olmaz» prinsipi ilə Bizans bulağından su içəndə bax bu MƏDƏNİ KONTEKST də gözdən qaçır, fenomeni başlayırsan out-of-context qavramağa. İngilislərin tənqidlərini oxuyanda görmürsən ki, bu ədəbiyyat professoru ona dayısının əmisindən miras qalmış kantri-kotecdə oturub yazır, həyətdə isə hasar və ya çəpər əvəzinə yekə bir lövhə vurulub:

No Trespassing
Private Property

Əli Novruzovun kanalı

29 Jan, 08:14


Konkret avtofikşna gəlsək, istənilən ədəbi janr kimi bunun da tərifləyənləri və tənqid edənləri var. Avtofikşn janrının ədəbiyyat müstəvisində qazandığı uğurlarına görə bu janrın nümayəndəsi Ani Ernoya 22-də Nobel verildi. Yəni bu janrı təmtəraqla ədəbiyyat kanonuna daxil etdilər. Tənqid edənlər də, biri elə Cavidin qeyd etdiyi Ceymson/Ceymison/Jameson. Bir də bu yaxınlarda görkəmli ingilis filosofu, həkimi-sahib Saymon Kriçli dəhşətli bir tənqid buraxıb, 24-cü ilin dekabrında, hələ Bizans türkcəsinə tərcümə olunmadığı üçün vətənimizdə bu haqda deyəsən məlumat yoxdur.

Əli Novruzovun kanalı

29 Jan, 07:59


Görkəmli ingilis ədibi, həkimi-sahib Tim Parks müəllimə böyük hörmətimiz var, amma mən bu məqaləni Bizans türkcəsindən uyğunlaşdırmada oxuya bilmədim. Elə ilk abzaslarda Knausqard sözü gözümü deşib çıxartdı. Bu kişinin adını ya Knausqor yazırsan (Azərbaycan dilinin rəsmi normalarına görə orfoqrafik transkripsiyada), ya bizanslılar kimi orijinalı saxlayırsan—Knausgård, ya da «a» üzərindəki надстрочный кружок çətinlik yaratdığına görə beynəlxalq qəbul olunmuş variantda Knausgaard. Təxminən buna oxşayır ki, bizə Şopen/Chopin haqqında təhlil yazısı təqdim edirlər, amma mətndə hər yerdə Çopin yazılır. Ya da Kamyu/Camus əvəzinə Kamüs. Elə bilirəm ki, peşəkar yanaşma deyil.

Əli Novruzovun kanalı

28 Jan, 19:44


Bir dənə də qeydim olacaq. Bizim çeqekaşniklər arasında belə bir fakt dövr edir, bir-iki dəfə fərqli suallarda istifadə olunduğunu görmüşəm. Guyamış almanlar gəlir Pikassonun evinə, yoxsa emalatxanasına, Guernica tablosunu göstərib soruşurlar ki, bu, sizin əsərinizdir? Pikasso da deyir ki, yox, sizin əsərinizdir. Fakt isə budur ki, Guernica 40-cı ildə artıq Nyu-Yorkda idi, hiyləgər qoca onu vaxtında evakuasiya etdirmişdi. Bəlkə kimsə elə-belə söhbətdə soruşub, ya da özü ilə gətirdiyi reproduksiyasını göstərib soruşub. Amma tablo özü Parisdə yox, Nyu-Yorkda olub. Ümumiyyətlə, almanların Pikassoya verdiyi ilk sual belə olub: Üzr istəyirəm, cənab, deyə bilərsinizmi ki, itinizin cinsi nədir? (Atəşkəsdən sonra Parisə qayıdan Pikasso küçədə itini gəzdirməyə çıxaranda).

Əli Novruzovun kanalı

28 Jan, 14:18


Bu yaxınlarda qollandiyalardan gələn bir tanış bu kitabı mənə hədiyyə gətirmişdi (bu cümlədə xaricdən gəlib «Əli, gəl görüşək» yazan digər tanışlara açıq irad var). Maraqla oxudum, kifayət qədər ciddi araşdırmadır. İnsanı sənət və siyasət mövzusunda bir xeyli vacib mətləblər haqqında dərindən düşünməyə vadar edir.

İki məqamı ayrıca qeyd edim. Paris mühiti haqqında iki nəfis kitab oxumuşam. Belle Époque dövründən danışan Barnsın kitabı, digəri isə ikinci dünya müharibəsi vaxtı və müharibədən sonra Paris ekzistensialistləri barəsində xanım Beykuellin kitabı. Cənab Spotts onların yanında üslubca sönük qalır. Çünki ingilis deyil, bəlkə buna görə.

İkinci məqam—dəhşət çox böyük adlar var, cahanşümul adlar. Bakı mühitindən yazmaq asandır, hər dövrdə beş yazıçı, üç şair, yeddi aktyor, iki bəstəkar, dörd rejissor olur, vəssalam. Burada isə kollektiv fotoda dördüncü sırada dayanan iki cavan oğlan Jan Pol Sartr və Alber Kamyudur. Materialı necə düzüb qoşasan? Müəllif bunun öhdəsindən layiqincə gələ bilib.

Əli Novruzovun kanalı

28 Jan, 10:40


Milli Elmlər Akademiyasının hansı işlərlə məşğul olduğunu bilmək üçün bu videoya baxmaq kifayətdir.

Əli Novruzovun kanalı

28 Jan, 07:59


Vətənə, millətə xeyirli olsun! Sağ əli bütün Elmlər Akademiyasının başına. Amin inşallah! Bu qeyri-funksional, ancaq imitasiya ilə məşğul olan təsisatı bütünlüklə ləğv etmək lazımdır.

Əli Novruzovun kanalı

27 Jan, 21:41


Vüqarın romanı haqqında daha bir oxucu rəyi. Çox gözəl təhlildir. O qədər xoşuma gəldi, dedim kaş bunu mən yazardım. Feysdə yoxam, bunu mənə dostlar skrinşot kimi göndərdi, bir az naqolay skrinşotdur, feysdə olanlar müəllifin profilinə girib oradan da oxuya bilər.

Ədəbi tənqid isə yatıb hələ fil qulağında. Ədəbi tənqid oyanıb nəsə yazanda da məlum olacaq ki, filan yerdə vergül çatışmır, filan yerdə tamamlıq gərək zərflikdən əvvəl gələrdi, filan yerdə dırnaq işarəsi qoyulmalı idi, ümumən pis deyil, müəllifə uğurlar arzulayırıq.

Əli Novruzovun kanalı

27 Jan, 13:59


Bildiz buna niyə paraşüt qülləsi deyirlər?

Əli Novruzovun kanalı

27 Jan, 09:09


Vikinqlər məşvərətə yığışıb. Əvvəlcə görüş iştirakçıları öz pronoun-larını deyib. Menyu da çox güman vegetarian olub.

Əli Novruzovun kanalı

27 Jan, 06:47


Vüqar Vanın «Hardasa, olardı 13-14 yaşım» romanı haqqında Hacı Səfərovun təəssüratları.

Əli Novruzovun kanalı

26 Jan, 17:49


Bayaq konsertdə məndən solda Cavid oturub, Cavidin yanında bir dayday. Berionun musiqisinin ortasında daydaya qəfil zəng gəldi, telefonu açıb bərkdən dedi: «Azik, mən indi tədbirdəyəm, danışa bilmirəm... Hə, sən göndər, baxaram». Sonra nə qədər hissə var idi, hamısının arasında əl çaldılar. Məndən arxada oturan iki tələbə xanım babat söhbətə girişmişdilər. Amma bu gün əsəbiləşmədim. Heç kimə də irad bildirmədim. Çünki hələlik bugünlük azərbaycanlıları sevirik. Müdriklərdən biri demiş, azərbaycanlıları başa düşmək lazım deyil, azərbaycanlıları sevmək lazımdır.

Əli Novruzovun kanalı

26 Jan, 08:03


Bu gün 26 yanvar axşam saat 7-də Muğam mərkəzində fleyta musiqisi konserti olacaq. Giriş sərbəstdir.

Əli Novruzovun kanalı

26 Jan, 07:40


Hər gün səhər kanalı açıb camaatı pisləyən yazı oxumayacaqsız ki. Bir gün də camaatımıza tərif deməliyik. Bizim çox tanınmış, hörmətli bir siyasətçimiz var, indi də Məclisi-Məbusanda oturur. Bir dəfə Facebook-da yazmışdı ki, azərbaycanlıları başa düşmək lazım deyil, azərbaycanlıları sevmək lazımdır.

Əli Novruzovun kanalı

26 Jan, 07:29


Vüqar Vanın kitabının təqdimatı sürən gün oldu, amma iki-üç həftədir, hələ təqdimatdan da əvvəl, kitab qəribə şəkildə populyarlaşır, oxucular arasında ağızdan-ağıza təbliğat yolu ilə yayılır. Kimi görürəmsə—kitab oxuyan, kitab oxumayan, tanımadığım, tanıdığım adamlar—deyirlər ki, artıq oxumuşam. Mən hələ oxumamışdım, amma bir neçə dəfə sıravi oxuculardan bu sözləri eşitmişdim. Soruşuram kim tövsiyə edib, adlar çəkirlər, heç birini tanımıram.

Vaxtilə Nigar xanım Köçərlinin başqa bir kitab haqqında dediyi və ölkədə az qala siyasi böhrana gətirib çıxaracaq sözlərlə desəm, isti peraşki kimi camaat göydə qapır.

Adətən bizdə kitabı yazı-pozu əhli yazır, oxuyanlar da özləri və dost-tanış çevrələri olur. Nadir hallarda hansısa kitab yazı-pozu əhlinin kruqundan çıxıb başqa adamların da əlinə keçir. Sonuncu dəfə belə fenomeni iki il əvvəl Naiqin kitabı ilə bağlı görmüşdüm. Hara baxırdım, Naiqin kitabını oxuyurdular, bu kitabdan danışırdılar. İndi də hara baxıram, metaforik desəm, Vüqarın kitabını görürəm.

Bu gün də baxıram ki, kitab haqqında artıq ilk oxucu yazısı çıxıb. Yəni ədəbi tənqiddən əvvəl artıq oxucu yazısı çıxıb yəni! Unikal fenomendir, gərək bu haqda özüm üçün bir fikirləşim, görüm burada hansı bilyard daşları toqquşub hərəkət edir. Yadıma gəlir, Naiqin kitabı da isti peraşki söhbəti olanda qulağının dalında karandaş gəzən bizim yazı-pozu əhlinin ya bu kitabdan xəbəri yox idi, ya oxumamışdılar, ya da ağız büzürdülər. Fakt isə o idi ki, oxucular bu kitabı müstəqil şəkildə tapırdı, oxuyurdu, bir-birinə tövsiyə edirdi. Axırda dözmədi, Cavid bir yazı yazdı, amma bununla da məsələ bağlandı, yenə heç kim yazmadı, danışmadı.

Əlbəttə, Naiqin kitabında da zəif yerlər var idi, normal, sağlam, yevropalardakı kimi bir ədəbi tənqiddən keçəndə üç-dörd zərbə alacaqdı. Vüqarın da kitabında əlbəttə ki, zəif yerlər var, yəqin onun da bir gözünün altını qaraldıb buraxacaqdılar kitab bazarına. Çünki bu kitablar həm bu müəlliflərin ilk irihəcmli, ciddi işləridir, həm də bizdə ciddi mətnlərlə işləyəcək redaktor yoxdur. Mən özüm nə qədər axtarıram, özümçün, redaktor tapa bilmirəm, girinc qalmışam.

Elə oxucuların reaksiyası da bunu göstərir. Deyirlər ki, oxumuşuq, bəyənmişik, əladır, yaxşıdır, normaldır, amma filan yerlər belə idi, bizi qane etmədi filan. Yəni bir kitab bazara çıxanda hansı normal proseslər getməlidirsə, həmin proseslər gedir. Nə əcəbsə.

Həm Naiqin, həm Vüqarın kitabları ilə bağlı prosesdə nə görürəm: 1) bizdə keyfiyyətli yerli ədəbiyyata maraq göstərən və olsa onu alıb oxuyacaq auditoriya kifayət qədər var; 2) bu auditoriyanın ədəbi qiymətləndirməsi kifayət qədər sağlamdır, pisə yaxşı, yaxşıya pis demirlər, yaxşı və pisin çalarlarını da ayırd edəcək qədər estetik təsəvvürlərin daşıyıcılarıdırlar; 3) kollektiv götürəndə, bu şərti auditoriyanın, yenə kollektiv götürsək, şərti ədəbi mühitlə əlaqəsi, rabitəsi sıfır səviyyəsindədir, hətta bu oxucu auditoriyası ədəbi mühiti konkret olaraq iqnora qoyub. Bunun bir səbəbi onların bəyəndiyi və oxuduğu kitabları ədəbi mühitin görməzdən gəlməsi, qərəzli və ya qərəzsiz pisləməsi, əvəzində onlara oxunulmaz və bərbad kitabları tövsiyə etməsidir. Bir klişe misalda deyildiyi kimi, xalq hər şeyi görür.

Bizdə yaxşı, keyfiyyətli, ciddi yerli və milli ədəbiyyat oxuyacaq auditoriya var, onların estetik təsəvvürləri kifayət qədər inkişaf edib və çağdaşdır, sadəcə yazarlarımız ya bu auditoriyanın səviyyəsinə qalxa bilmirlər, onlara milli ədəbiyyat adına zir-zibil sırımaq istəyirlər, ya da bu auditoriyanı görməzdən gəlirlər, onların seçimlərini pisləyirlər (bəzən hətta səmimi şəkildə). Hər hansı bir yazarımız yaxşı və keyfiyyətli kitab buraxanda da, bu auditoriya onu özü tapır və oxuyur. Heç kəsin köməyi olmadan. Şəxsən bir neçə dəfə Naiqin kitabını tövsiyə etmək istəmişəm, deyiblər oxumuşuq. İndi də Vüqarın kitabı ilə bağlı eyni şeyləri görürəm.

Təbrik edirəm, Vüqar, lap qibtə edirəm. 😘

Əli Novruzovun kanalı

25 Jan, 14:09


Toğrulun oxuduğu kitablar haqqında hesabatını hər ay səbirsizliklə gözləyirəm. Şəxsən mənə görə bu hesabatların ən maraqlı yerləri kitabların müəllifləri və adları və məzmunundan daha çox, Toğrulun bu kitabları oxuyan zaman yaşadığı həyat hekayələridir. Ləzzətlə oxuyuram. Hətta özüm üçün alqoritmini də çıxarmışam. Təxminən belə bir şey. ))

- Толстой Л. Н. Анна Каренина: Роман. В 8 ч / Изд. подгот. В.А. Жданов и Э.Е. Зайденшнур; АН СССР. - Москва: Наука, 1970. - 911 с. - Dekabr ayının ikinci həftəsində ovqatım heç də xoş deyildi. Altıncı gün barometrə baxmışdım, atmosfer təzyiqi normadan bir yarım dərəcə aşağı düşmüşdü. Bilmirəm bununla bağlı ola bilərdimi? Adətən belə günlərdə beş il əvvəl, may ayında dostum Tima ilə Xızıya səfərimiz yadıma düşür. [Səfərin geniş təsviri və səfərdən təəssüratlar]. Mişa Kostyakovun Telegram kanalında təsadüfən görmüşdüm ki, finlandiyalı rejissor Saarema hələ 2022-ci ilin yanvarında film çəkmək üçün uğurlu ssenari axtarırdı. [Saaremanın ssenari axtarması haqqında əhvalat və sonda Anna Kareninaya gəlib çıxması faktı]. Qərara gəldim ki, mən də Anna Kareninanı oxuyum. Mənim kitabxanamda yuxarı rəfdə Anna Kareninanın 1970-ci il nəşri olmalı idi. Otağa daxil oldum. Stulu şkafın yanına gətirib üstünə çıxdım. Kitabı yuxarıdan ikinci rəfdən götürəndə yıxılıb sol budumu içəri tərəfdən əzdim. Qızarmış yer 10 santimetrdən bir-iki millimetr artıq olardı. Sabah bazar günü olduğu üçün gərək poliklinikaya mütləq həmin gün getməli idim. [Poliklinika ziyarəti haqqında hissə və Azərbaycan tibbinin vəziyyəti haqqında düşüncələr]. Poliklinikadan qayıdanda gözüm tələbəlik vaxtı dostlarla getdiyim kafeyə sataşdı. Yerində indi daha çox ərəb turistlərinə sulu qəlyan təklif edən turistik obyekt açmışdılar. Evə gəlib kitabı oxudum. Yaxşı idi.

Əli Novruzovun kanalı

25 Jan, 10:27


Dünən Vüqarın kitabının təqdimatında mən də çıxış elədim. Sonradan dedilər ki, düz 15-20 dəqiqə danışmışam, biabırçılıq. Çıxışımın qısa tezisi bu idi ki, Azərbaycan ədəbiyyatı estetik olaraq dalana dirənib. Necə ki, post-sovet məkanında nə siyasi partiya qururlarsa, axırda gəlib Sov.İKP alınır, eləcə də Azərbaycan yazıçıları nə yazırsa, axırda gəlib Əylisovski adına kolxozun idarəsinin həyətinə düşür.

Bu estetik dalandan yeganə çıxış yolu konkret, lakonik, funksional cümlələrlə yazmaq, həyatı oxucuya danışmaq əvəzinə faktlarla, hadisələrlə nümayiş etdirmək, «demə, göstər» prinsipi ilə işləmək, müəllifin susub mətnin danışmasına imkan yaratmaq, epitetfüruşluqdan, metaforapərdazlıqdan, təşbehkeşlikdən, təsvirbazlıqdan imtina etməkdir.

Əli Novruzovun kanalı

25 Jan, 06:32


Dünən Vüqar Vanın kitabının təqdimatında hörmətli Şərif Ağayar bir dənə absurd, gülməli söz dedi, təəccübləndim. Dedi ki, tənqidçi mətni bilmir. Sitatın sonu. Bu gün bu mövzuya qısaca deyinəcəm, hələlik bir haşiyə çıxaq.

Şərif bəy dünən həm də ev remont eləyən ustalar kimi karandaşı qulağının dalına qoyub deyirdi ki, Vüqarın kitabında 23 dənə redaktə, 17 dənə üslub, 11 dənə də korrektə xətası tutmuşam, onları özümçün həm kitabın üstündə, həm ayrıca vərəqdə, bir də hər ehtimal votsapda səs kimi qeyd etmişəm, Vüqarla görüşüb hamısını bir-bir ona başa salacam.

Dünən günorta təqdimatdan əvvəl Nərimanovda K. restoranında işgüzar naharda idim, təsadüfən administratorla ayaqüstü söhbətimiz oldu, mən yenə QR menyulardan şikayətləndim, dedim ki, kafe-restoranda girinc qalıram, köhnə smartfon işlədirəm, bilmirəm necə QR menyu oxudum, niyə kağız menyu saxlamırsız?

Administrator qayıtdı ki, vallah, sizin yazı-pozu əhlinin əlindən. Biri bəsdir ki, kafedə yarım saatlıq otursun. Bütün menyuları karandaşlayıb, ruçkalayıb korlayır. Şorbanın üstündən xətt çəkib yazır horra. Qoyunu eləyir toğlu. Kefli beçə olur sərxoş çolpa. Hətta ingilisdilli menyularda bütün asparagus sözlərini qapqara qaralayıb yanına qulanjar, mərəçöüd yazırlar. Bizim restorana əcnəbi turistlər gəlir, onlara qulanjar, mərəçöüd nədir başa sala bilmirik.

Administratorun sözlərinə etiraz edə bilmədim. Aşıq demiş, sındı qol-qanadım, yanıma düşdü. Axşam təqdimatda Şərif bəy redaktə, üslub və korrektə xətalarını sayanda da qərar verdim ki, Əhmədlidə metronun üstündəki telefon təmiri dükanında məşhur Etibar ustaya telefonu göstərim, QR menyu oxutmağı mənə başa salsın, elə bir funksiya yoxdursa, proşivkaya patch eləsin. İşlər belə gedəcəksə, kağız menyu üzü görməyimiz qaldı qiyamətə.

Qayıdaq Şərif bəyin yuxarıda qeyd etdiyim sözlərinə. Tənqidçi mətni bilmir. Bu ifadənin absurdluğunu necə izah edim? Təxminən həkim xəstəlik nədir bilmir, laçınlı çoban nobat nədir bilmir, maşın ustası maşın nədir bilmir, tovuzlu dayday tut arağı çəkmək nədir bilmir, qazaxlı aşıq qoşma-gəraylı nədir bilmir, bəstəkar kontrapunkt nədir bilmir, qəbiristanlıq mollası Yasin nədir bilmir, Orxan Əyyub Google Translate nədir bilmir. İzah edə bilirəmmi?

Ümumiyyətlə, ədəbi tənqiddə belə bir aksioma var ki, mətni bilən elə tənqidçidir. Sıradan bir oxucu mətnə hekayə kimi baxırsa, tənqidçi mətni açanda gözünə dərhal ekspozisiya, fabula və süjet, təhkiyəçinin neçənci şəxs olmağı və hansı bucaqdan baxmağı, bitkin və səthi obrazlar, xarakterin inkişafı və sair zir-zibil sataşır. Yevropalarda tənqidçiyə az qala yazıçı qədər qonorar verirlər. Kim də olsa, bu sünnətsizlər mətni bilməyən adama mətn tənqid etdirməzlər.

Bu ifadənin boş bir su olduğunu göstərmək üçün ikinci yol da var. Fəlsəfədə truth anlayışını açıb, artıq klassikaya çevrilmiş there is a cat on a mat misalından başlayaraq göstərirsən ki, tənqidçi mətni bilmir ifadəsində ancaq qrammatik məna var, yəni mübtəda, tamamlıq və xəbər bir-biri ilə düzgün formada uzlaşıb, ev remont eləyən ustalar karandaşlarını qulaqlarının dalına vicdan rahatlığı ilə qoya bilərlər. Amma bu ifadənin doğru tərəfləri elə bu aspektlə də bitir. Digər mənalar bu cümlədə yerli-dibli yoxdur.

Mənə indi çatdı ki, niyə Şərif bəyin mətnlərini heç cür oxuya bilmirəm. Hamısını alıb yığmışam. Gülüstan. Arzulardan sonrakı şəhər. Ağ göl. Və sair. Amma ilk səhifəni yəhərləyə bilmirəm. Ürəyim altdan-yuxarı qamçı çalır, ucu ağzımacan uzanır, boğazımın göynərtisini ovutmaq üçün iki-üç dəfə udqunuram, çilçıraqlar əsib sol qabırğadan gözümün sahilinə vuranda da kitabı bağlayıram.

Şərif bəyin mətnlərində qrammatik məna qüsursuzdur. Xəbər mübtəda ilə xəlvətdə sevişir, ədat bağlayıcı ilə mazaqlaşır, tabeli cümlə tabesiz cümləni missioner pozasında o məsələ, vergüllər də ara sözləri qaranlıq dalanda tutub po-ofitserski, amma bütün bu qüsursuz qrammatik mənaların altında başqa heç bir məna yerli-dibli, kökdən-budaqdan yoxdur. Tənqidçi mətni bilmir ifadəsindəki kimi.

Əli Novruzovun kanalı

24 Jan, 06:06


Orxan Əyyubun «Külək gülü» romanının açılış abzası. Nazmiye Hanım, oturma odası, çığlıklar, ediyormuş gibi... Hələ sintaksis tər-təmiz, dup-duru, ap-arı İstanbul ləhcəsinin sintaksisidir. Böyük ehtimalla, bu roman Orxan Pamukun hansısa oxumadığım romanının Google Translate vasitəsilə tərcüməsidir. Bir dənə deyəsən Ferhat Bey Boğazda Kız Kulesinə baxırmış, müəllif onu çevirib Alov qüllələri edib. Bir də İstanbulu Bakı. İndi vaxtım yoxdur, günorta bir tədbirdə ədəbiyyatla bağlı çıxışım var, axşam da inşallah Vüqar Vanın kitab təqdimatına gedirəm; gecə evə gələndə dəhşətli yorğun olmasam, bəlkə bu abzası Google Translate-də təzədən tayp edib reverse tərcümə ilə tapıb paylaşaram ki, Pamukun hansı romanıdır. Paylaşmasam, bilin dəhşət yorğun olmuşam.

Əli Novruzovun kanalı

24 Jan, 04:28


Nə yaxşı ki, Bakıda belə insanlar da var. Ön cərgədə Firəngiz xanım, Tahir, milli və yerli ədəbi mühitimizin ağsaqqallarından Hacı İlham. Arxada isə Bakı üçün hədsiz çox olan, Bakının heç cürə layiq olmadığı Əkinçi kvartetinin muzıkantları. Bu sonunculara arada lap ürəyim yanır. Onların yeri yevropalardır, gəlib bizim biabırçı publikanın qarşısında öz istedadlarını israf etməməlidirlər.

Əli Novruzovun kanalı

24 Jan, 03:43


Dünən konsertdə məndən düz qabaqda oturmuş iki məktəb müəlliməsi konkret hoqqa verirdi. Bir-bir müəllimə yoldaşlarına görüntülü zəng açırdılar (nə yaxşı telefonun səsini almışdılar!), sonra da telefonu qaldırıb kameranı yönəldirdilər səhnəyə ki, televideofonun o biri başındakı adam görsün. Daha çox yaşlı müəllimə bunu eləyirdi, karıxıb qalanda da yanındakı bir az cavan müəllimə ona texniki dəstək göstərirdi. Axırda istədim deyim ki, ay Hökumə müəllimə, Billurə müəllimə, Səfurə müəllimə, Tünzalə müəllimə, Məxluqə müəllimə, ya nədirsə sizin adınız, vallah, billah, bildik konsertdəsiz. Bir dənə selfi çəkib sizin o müəllimələrin obşi şatzap qrupuna atın, bitsin söhbət, imkan verin biz də normal konsertimizə qulaq asaq.

(Elə çıxmasın ki, gəlib əsəbimi bura tökürəm. Haşa. Şəxsən özlərinə irad bildirdim, qanmadılar. Başa düşmədilər ki, niyə onlara irad bildirirəm.)

Özü də düz Cavanşir Quliyevin yanında oturmuşdular. Normalda bizim məktəb müəllimləri bir ziyalı ilə rastlaşanda dərhal özlərini yığışdırırlar, beyinlərində Vahabzadə-Xəlil Rza lampıçkası yanır, şərəf löhvəsi üçün şəkil pozası alıb altı-yeddi saat bu formada donub qala bilirlər. Bedbaxtçılıqdan bunlar heç Cavanşir Quliyevi də tanımırdılar ki, bu dəyərli ziyalımızın yanında özlərini yığışdırsınlar. Yaxşı, Cavanşir Quliyevi tanımayan adamın dodekafoniya və avanqard tərzdə bəstələnmiş müasir sənət musiqisi konsertində nə işi var axı, özü də görüntülü zəng açmayan məqamlarda da musiqini dinləmirdilər, sosial şəbəkələrdə qurdalanırdılar və söhbət edib gülürdülər? İndi deyəcəm ki, çünki eşidiblər tərəkəmə eli köçə durub, yenə gəlib narazılıq edəcəksiz.

Yaxşı, mən deməyim, onda siz deyin. Bu adamların hərəkətinə nə ad vermək olar? Bunların məqsədi, məramı, həyatda missiyası, bizdən və dünyadan tələbi nədir? Öz iki saatlarını gəlib zay eləməkləri bir kənara, bizim də ayda, ildə bir dəfə iki saat mədəni istirahətimiz var, niyə gəlib onun da içinə p*x qoyursuz? Biri südəmər körpəsini gətirir, konsert başlayanda çağası da başlayır musiqi ilə sinxron ağlamağa. O birisi podruqalarına görüntülü zəng açır. Üçüncüsü yanındakı ilə laqqırtı vurub gülüşür.

Dünən 77 yaşlı bəstəkarımız Firəngiz xanımın portret-konserti idi. Qara müəllimin tələbəsi olub. 70-ci illərdən dünyanın mədəni tədbirlərini gəzir. Mersində opera-baleti və konservatoriyanı yaradıb. Uzun illər Almaniyada işləyib. Onun da əsərinin daxil olduğu və onun əsərinin adını daşıyan disk dünyanın ən nüfuzlu Qremmi mükafatına layiq görülüb. Con Keyci və Ştokhauzeni canlı görüb. Yaşına baxmayaraq Azərbaycanda tək-tük adamlardandır ki, dünyada müasir musiqi mənzərəsini dərindən bilir. Dünən həm öz keçdiyi yaradıcılıq yolundan danışırdı, həm də əsərləri ifa olunduqca onlara müəllif şərhləri verirdi. Musiqiçilər də çox yüksək, peşəkar səviyyədə ifa edirdilər. Yəni bu tədbir bir dəfə oldu, qurtardı, vsyo. Bir də olmayacaq.

İndi ay Hökumə müəllimə, Billurə müəllimə, Səfurə müəllimə, Tünzalə müəllimə, Məxluqə müəllimə, ya nədirsə sizin adınız, niyə bu konsertə gəlmişdiz, niyə haxışta oxumağa getməmişdiz? Niyə Şəbnəm xanımın, Damla xanımın, Afət xanımın konsertlərinə getməyib məhz Firəngiz xanımın konsertinə gəlmişdiz? Ümumiyyətlə, o hansı zehni mexanizmdir ki, tanınmış dirijorumuz Yalçın Adıgözəlzadə demiş, evdən çıxanda sizi azdırıb konsertə gətirib çıxarmışdı? Niyə diskomfort olduğunuz yerə gedirsiz və başqa insanları da diskomfort edirsiz? Bu, necə bir sado-mazoxizmdir? Sizi psixoanaliz etmək lazımdırmı, yoxsa əli avtomatlı sovet soldatları düzülməlidir mədəni müəssisələrin qabağına, yoxsa dövlət büdcəsindən maaşınıza aylıq əlavə yazılmalıdır ki, siz belə tədbirlərə ayaq basmayasız? Lütfən tələbinizi deyin, biz də bilək.

Əli Novruzovun kanalı

23 Jan, 19:10


Əlimdə yeddi-səkkiz yarımçıq kitab qalıb. Heç birini oxuyub bitirə bilmirəm. Hövsələm daralır. Hiss edirəm ki, ürəyim yaxşı bir ədapərdaz XVIII əsr romanı istəyir. Kitabxanamı qurdaladım, baxdım ki, bəh, bəh, bəh, Orxan Əyyubun «Külək gülü» romanı. Ya Allah, başlayaq görək nə yazıb.

Əli Novruzovun kanalı

23 Jan, 08:12


Səhərlər *siqaret almağa düşəndə görürəm, çörək maşını gəlir, hələ açılmamış dükanların qabağına çörək qoyub gedir. Cəmi bir dükan çörək gələndə açılır, qalanları hava işıqlananda. Bizim məhəllənin camaatı da əksərən kəsbkarlardır, saat 5-də, 6-da yuxudan oyanıb işə gedirlər. Amma heç kim də bu çörəklərdən bircə fal oğurlamır. Halal-haram söhbətini bilən camaatın içində yaşamaq çox böyük nemətdir. Canım Əhmədli. Allah bizim Əhmədli camaatını şərdən, xətadan, bəladan qorusun.

*Siqaret çəkmək sizin sağlamlığınıza ziyan vurur.

Əli Novruzovun kanalı

23 Jan, 06:35


Bir məsələ haqqında fikir bildirmək istəyirəm. Bu dəfə kanalın ümumi ruhuna zidd olaraq normativ çıxacaq, üzrlü sayın. Deməli, sonuncu getdiyim musiqi tədbirində və sonra da Hacıgilin kino tədbirində məni karıxdıran mənzərənin şahidi oldum. Bəzi azərbaycandilli valideynlər hələ tam danışa bilməyən balaca tifillərini, bəziləri hətta südəmər körpələrini də götürüb konsertə və kinoya gəlmişdilər. Əlbəttə, başa düşürəm, burada qədim tərəkəmə arxetipi var. El köçə duranda analar südəmər körpələrini qucağına götürür, atalar da alaçığı sökür, xalça-palazı yükləyir atın belinə, çıxırlar yola. Son iki tədbirdə qarşılaşdığım mənzərə də, şübhəsiz ki, həmin bu qədim tərəkəmə arxetipinin fəaliyyətdə olduğunu göstərir.

Fəqət amma və lakin, dönə-dönə üzr istəyirəm, konsert, teatr, kino bizə XIX-XX əsrlərdə gəlmiş Avropa mədəni formalarıdır. Belə tədbirlərə getməyi elin köçə durmağı kimi interpretasiya etmək doğru deyil. Çünki oldun dəyirmançı, çağır gəlsin dən, Koroğlu. Əgər konsertə və ya kinoya gediriksə, gərək biz də bu mədəni formaların tələb etdiyi davranışları sərgiləyək. Əgər bu davranışlar bizim təbiətimizə yaddırsa, onda konsertə və kinoya getmək də lazım deyil.

Hələ tam danışa bilməyən balaca tifillər və südəmər körpələrin yüksək fakültələri o qədər inkişaf etməyib ki, klassik və ya müasir sənət musiqisi və ya bədii film kimi mürəkkəb texnika əsasında hazırlanmış materialları başa düşə bilsinlər. Vitgenşteyn demiş, bizim dünyamızın sərhədləri bizim dilimizin sərhədləri ilə müəyyən olunur. Bu uşaqların dünyasında hələ nə konsert, nə kino var. Buna görə də yevropalarda südəmər körpəsi olan ana-ata konsertə, kinoya getmək istəyəndə uşaq üçün bir günlük baby-sitter tutur. Körpələri belə mədəni yerlərə aparmaq hələ tezdir. Bir az yaşa dolandan, normal danışmağa başlayandan sonra əvvəlcə utrenniklərə, kukla və marionet teatrlarına; məktəbə getməyə başlayandan sonra isə uşaq tamaşalarına və Şelkunçikə aparmaq lazımdır.

Yuxarıdakıların əksi olan halda çox qeyri-estetik mənzərə yaranır. Məsələn, axırıncı kino nümayişindəki kimi. Ekranda Hacıbala Səfərovun kinosu gedirdi. Filmdə qadın öz ərinə deyirdi: sən məni öldürmək üçün buraya gətirmişdin, amma onu da bacara bilmədin, sən güclü idi, səni məhv edən mən oldum. Parterdə isə bir südəmər körpə inqə-inqə çığırıb ağlayırdı, anası isə durmadan şşşş eləyirdi, uşağı sakitləşdirməyə çalışırdı, yəni özü də bilmirdi ki, kinoya baxsın, yoxsa bu qədər adamın arasında, qaranlıq bir zalda, gur səsin altında öz körpəsini necə rahatlatsın.

Əli Novruzovun kanalı

23 Jan, 06:00


Bu gün 23 yanvar axşam saat 7-də Muzey mərkəzinin akt zalında çox hörmətli Firəngiz xanım Əlizadənin əsərlərindən ibarət konsert olacaq. Giriş sərbəstdir.

Sabah 24 yanvar axşam saat 7-də Crescent Mall-da Əli və Nino kitab dükanında gənc yazar Vüqar Vanın «Hardasa, olardı 13-14 yaşım» kitabının təqdimatı və imza günü olacaq. Yeni milli və yerli ədəbiyyatımıza laqeyd qalmayanların iştirakı tövsiyə olunur.

Əli Novruzovun kanalı

23 Jan, 03:52


Əslində Səid bəy bu tabloda, belə demək olarsa, mənim niyyətimi tutub, xoşuma gəldi. Bir daha əmin oldum ki, rəsmlərdən danışanda bəzi brend sənətşünaslarımız və quratorlarımız kimi basıb bağlamır, düzgün təhlil edir.

Bir tədbirdə idim, mənə deyəndə ki, rəsm çəkmək lazımdır, belə bir texniki problem yarandı—mən rəssamlıq texnikalarını bilmirəm, necə rəsm çəkə bilərəm? Ona görə də psixoloji olaraq özümü qaytardım ibtidai siniflərə, sanki yenə parta arxasında məktəbliyəm, rəsm dərsində Aida müəllimə peyzaj çəkmək tapşırığı verib. Aida müəllimənin öyrətdiklərindən nə yadımda qalıbsa, onlardan çıxış edərək çəkməyə başladım. Texnikanı bilməyən adam onsuz da son nəhayətdə məktəbli kimi yazacaq, yaradacaq, çəkəcək, düzəcək, qoşacaq, buna görə əvvəldən bu mövqeni seçib bu mövqedən işləmək lazımdır. Bu zaman sənin texnika olaraq məktəbli səviyyəsində bir məhsul yaratmağın həm də sənin ilkin niyyətin olur. Səriştəli tənqidçi görür ki, bu şəkildə yaşlı adamın peşəkarlığına qram da iddia yoxdur, tərksilah olur.

Məzmuna gəldikdə isə, ilk baxışdan dağlar yaşıldır, sanki yaz-yay aylarıdır, şəkildən optimizm yağır. Amma birdən başlayırsan düşünməyə ki, bəs bu qəhvəyi rəngli massiv nədir? Meşədir? Meşədirsə, onda niyə qəhvəyi rəngdədir? Necə yəni, meşəyə payız gəlib? Bəs dağlarda yaz-yay ayları idi? Burada tablo səni öz məktəbli, uşaqvari ziddiyyəti ilə çətinə salır. Bir az bunun üzərində düşünsən, ovqatın təlx olacaq. Sən demə, bu tablo heç də optimist tablo deyil, alt qatında qorxunc kəhanət gizlənən tablodur. Diqqətlə baxanda görürsən ki, meşəyə artıq payız gəlib. Dağların yaşılı, göyün və gölün mavisi səni aldatmasın, meşəyə artıq payız gəlib.

Tablonun adı da «Peyzaj №40».

Əli Novruzovun kanalı

22 Jan, 15:41


Necədir, Səid bəy? Vəcihə Səmədovadan heç də pis çəkmirəm, yox? Hələ nəzərə alginan ki, axırıncı dəfə kraska ilə ibtidai siniflərdə işləmişdim.

Əli Novruzovun kanalı

21 Jan, 08:01


Belə bir maraqlı ideya gördüm. Kitab tövsiyəsi kontekstində hansı kitabı oxumusuz yox, hansı kitabı oxuya bilməmisiz soruşmaq. Bəs siz axırıncı dəfə hansı kitabı oxuya bilməmisiz? Yəni oxumağa başlamısız, bir hissədən sonra qərar vermisiz ki, sizlik deyil və yarımçıq qoymusuz. Səbəbini də yazsaz, pis olmaz. Öncədən merci !

Məsələn, mən Duginin Evola haqqında kitabını yarıda saxladım. Gördüm ki, bir boş adam başqa bir boş adam haqqında boş-boş kitab yazıb. Boş deyəndə havadan atmıram. Evolanı öz müasiri Yungerlə, Dugini də öz müasiri Heydər Camalla müqayisə edib həm Evola, həm də Duginə boş adam deyirəm.

Əli Novruzovun kanalı

18 Jan, 19:50


Gəncə (Elisavetpol) - Göygöl (Elenendorf) - Hacıkənd marşrutu 1910 cu il.

Foto © Edgar Reitenbach

Əli Novruzovun kanalı

18 Jan, 07:56


Ciddi olaraq dünəndən fikirləşirəm. Əgər Mədəniyyət nazirliyinin Kino agentliyinin rəsmi tədbirində eyni nazirliyin rəsmisi (Ekspertlər şurasının üzvü) mədəniyyəti peyinlə, gübrə ilə müqayisə edirsə, hələ rusdilli olduğu üçün bir-iki dəfə удобрение dedi, onda biz burada hansı kültürdən, hansı sanatdan danışırıq? Bəlkə biz də keçək Tramp, Ukrayna, İran, Turan mövzularına? Kakraz Fransa və Hollandiyada yeraltı anbarlardakı təbii qaz ehtiyatları 50%-dən aşağı düşüb. Avropa soyuqdan donacaq.

Elə bu yanaşmaya görə də Hilal Baydarovun, Elmar İmanovun, Orxan Ağazadənin və digərlərinin filmləri dünyanın nüfuzlu beynəlxalq festivallarına çıxanda, Azərbaycan Respublikasının adından yox, Avropa ölkələrinin kinoları kimi çıxır.

Əli Novruzovun kanalı

18 Jan, 05:04


Dünən Kino agentliyinin tədbirində əksəriyyət dolu zalı və köhnə tanışları görüb necə sevinmişdisə, üç moyranın çıxışına diqqətlə qulaq asmadı. Çox nahaq yerə. Əgər bu üç moyranın orada səsləndirdikləri dəhşətli kəhanətlər gerçəkləşsə, hamınızı indidən səmimi qəlbdən təbrik edirəm. Bir-iki ildən sonra Bakıya ən yaxın mədəni təsisatlar Dərbənddə Azərbaycan teatrı və Tehranda Vəhdət operası olacaq—bu ikincisi bildiyiniz ancaq binadır, içində yığışıb müxtəlif rəsmi tədbirlər keçirirlər. Mən adətən normativ danışmağı xoşlamıram, çünki bizim vəzifəmiz is staying true to our experience of the world, amma və lakin dünənki çıxışların—Yavər Rzayev hətta «gənclər, yolunuzu azmayın» dedi, sonra da əlavə etdi ki, mədəniyyəti yandırıb külündən gübrə kimi istifadə etməliyik—dünənki çıxışların Bakıda bir mədəniyyət tədbirində səhnədən səsləndirilməsi özünə hörmət etməli olan bir mədəni sistem üçün yolverilməz akt olmalı idi. Belə görünür ki, ölçü hissini itirmişik.

Əli Novruzovun kanalı

17 Jan, 22:26


«Əl ağacda» rubrikası

Səid bəyin kanalı üçün eksklüziv ⚡️

Əli Novruzovun kanalı

17 Jan, 04:46


Bu gün 17 yanvar saat 19:00-da Nizami kinoteatrında gənc rejissorlar Hacı Səfərov və Nurlan Həsənlinin və qocaman animator Məsud Pənahinin yeni qısametrajlı filmlərinin premyerası olacaq. Giriş sərbəstdir.

Əli Novruzovun kanalı

16 Jan, 16:52


Azərbaycanda bu jurnal kimi ikinci zay jurnal tanımıram. Güya müasir dünya ədəbiyyatı jurnalıdır, içində çap etdikləri ən cavan müəllif XX əsrdə ölüb. Jurnal olar bax İnostranka kimi. Ekonu hələ həştadların axırında çap edib. Olqa Tokarçuku Nobel almamışdan 10 il əvvəl rusdilli auditoriyaya təqdim edib. Yoxsa bunlar hələ də Markezin 68-də Esturuş Pasturuş Ekvatoriale duşduş Brazilianu qəzetinə verdiyi müsahibənin rusca tərcüməsinin tərcüməsini verirlər. Doktor, lütfən bu pasienti reanimasiyadan ayırın, qoy rahat ölsün, yazıqdır.

Əli Novruzovun kanalı

15 Jan, 20:18


Admin çox yaxşı sual verir. Niyə bərpa vaxtı məscidin portalındakı stalaktiti dağıdıblar? Amma kommunizmlə, yəni rəsmi ideologiya ilə uyğunsuzluq ehtimalı ilə izah yetərsizdir. Məndə belə bir təəssürat var ki, sovet vaxtı Gəncədə nəsə ümumi bir laqeydlik, hətta profanlıq olub mədəni irsə qarşı. Məsələn, Nizami dövründən qalmış Comərd Qəssab türbəsini dağıdıblar, çox təəccüblü səbəbə görə—yaxınlıqdakı bir sənaye müəssisəsinə qaz xətti çəkirmişlər, türbə də borunun keçəcəyi ərazinin üstündə imiş. Türbəni 20 il əvvəl bərpa etdilər, amma yenə də rekonstruksiyadır, artıq tarixi abidə sayılmır. Necə deyərlər, iş işdən keçib.

Əli Novruzovun kanalı

15 Jan, 19:33


Опять двойка, sayın İbrahim bəy. 😁

Əli Novruzovun kanalı

15 Jan, 18:40


23 yanvar 19:00-da
Muzey mərkəzində

Giriş sərbəstdir 🎶

Əli Novruzovun kanalı

15 Jan, 08:46


Neft daşları. 60-cı illərin ikinci yarısı. Foto Kornell universitetinin arxivindən.

Əli Novruzovun kanalı

13 Jan, 21:12


Köhnə entomoloqlar üçün də şərhlər bölməsini yenidən açırıq.

Əli Novruzovun kanalı

13 Jan, 20:52


Əziz balalar, Gənc Etimoloqlar Dərnəyinin növbəti görüşünə xoş gəlmisiz! Bugünkü görüşdə sizinlə «admin» sözünün etimologiyasını müzakirə edəcəyik. «Admin» sözü qədim Azərbaycan sözü olub «at» və «minmək» sözlərindən yaranıb. Bu haqda daha ətraflı danışmaq üçün indi də sözü Milli Elmlər Akademiyasının gənc əməkdaşı Adil bəyə veririk... Buyurun, Adil bəy, söz sizindir...

Əli Novruzovun kanalı

13 Jan, 15:58


26 yanvar saat 19:00
Muğam mərkəzində

Giriş sərbəstdir 🎶

Əli Novruzovun kanalı

13 Jan, 15:52


24 yanvar saat 19:00-da sizi gənc yazar Vüqar Vanın yeni kitabının təqdimatına dəvət edirik. Bulvardakı Crescent Mall-da «Əli və Nino» kitab dükanında.

Əli Novruzovun kanalı

13 Jan, 14:47


Bu kanalın admini isə deyəsən Milli Elmlər Akademiyasının institutlarından heç birinin əməkdaşı deyil. Allah ondan razı olsun. Şəkildəki türbənin tikinti tipologiyasına baxanda dərhal bilinir ki, XIX əsrin sonu-XX əsrin əvvəlidir. Memarlıqla həvəskar səviyyədə maraqlanan hər kəs baxan kimi biləcək. Hələ mən başqa bir hal da bilirəm. XIX əsrdə rusların öz qarnizonlarında zabitlər və əsgərlər üçün inşa etdikləri pravoslav kilsəsini bizim Milli Elmlər Akademiyası xilafətdən əvvəlki dövrün Qafqaz alban abidəsinə çevirib. Ətrafdakı binalar azı yeddi dəfə dağılıb, tikilib, bərpa olunub, amma kilsəyə baxırsan, bir dənə daşı, kərpici də düşməyib, Varaz Qriqor oğlu Cavanşirin vaxtından şax kimi durub yerində.

Əli Novruzovun kanalı

22 Oct, 15:32


29 oktyabr saat 19:00-da
Muğam mərkəzində

Əli Novruzovun kanalı

21 Oct, 18:49


Bir də belə xəbər gördüm ki, işəgötürənlər Gen Z nəsil işçilərdən narazıdır. İşdən daha tez qovurlar, işə götürmək istəmirlər və s. Bəhanə kimi də bizim Gen Z haqqında tez-tez eşitdiyimiz xüsusiyyətlər: kommunikasiya bacarıqları yoxdur, sosiallaşa bilmirlər, nejnı-marojnadırlar, hər şey tez xətirlərinə dəyir, motivasiya və həvəsləri tez ölür.

Digər tərəfdən, məqaləni diqqətlə oxudum, gördüm ki, bəzi şeylər həm də mənim birinci-ikinci iş yerlərimdə yaşadığım çətinliklərdir. İş həyatına yeni başlayan adamlar bir az da yeni həyat şərtlərinə (oxu: kapitalist istismarına) adaptasiya olmalıdır axı, elə deyilmi?

Məsələnin sadəcə bir tərəfi ilə razıyam ki, o da Gen Z nəslinin çox nejnı-marojna olmağıdır. Gen Z nəslindən bir nəfərə qarşı edə biləcəyin ən asan hərəkət xətrinə dəyməkdir. Əlbəttə, bunu deyəndə, Əhmədli kimi brutal yerlərin kəsbkar növcavanlarını yox, daha çox İnternet kapsullarında böyümüş adamları nəzərdə tuturam.

Əli Novruzovun kanalı

21 Oct, 16:26


Belə bir xəbər gördüm ki, Google DeepMind proqramından alimlər böyük dil modelləri (LLMs) əsasında Habermas Machine adlı bir süni intellekt aləti düzəldib. Məqsəd onlayn diskussiyalarda, ağır söhbətlərin müzakirəsində insanların bir-biri ilə savaşmasının qarşısını almaq, mübahisələri həll etmək, insanların ortaq məxrəcə gəlməyinə vəsilə olmaqdır. Vallah, bu qədər pul töküb nəsə proqram yazmaqdansa, bir-iki nəfər sosioloq göndərsinlər, gəlib bizim kanalın çatına baxsınlar, görsünlər ki, sıfır moderasiya ilə ən ağır, ən təhlükəli mövzuları necə müzakirə edirik. Amma sonra fikiləşdim, dedim ki, yox, belə proqram da lazımdır, çünki qonşuluqda bir də, məsələn, Tural Həmidin kanalı var, haranın ki, çatında hətta mənim evdəki dilsiz-ağızsız pişik POTUSH da bloklanıb.

Əli Novruzovun kanalı

21 Oct, 14:10


Heç gözləmədiyim halda, hətta ehtimal belə etmədiyim halda, Baku Revyu ətrafında skandal qopdu. Bu gün jurnalın təsisçilərindən Rəşad Səfər AYO üzvlüyündən və başqanlığından istefa verdi. Yox, bir dəqiqə, yazmışdım axı, əsl evkafdaki memuriyetden istifa ediləcək hâvâlar duyuram. Əli müəllimin proqnozu yenə düz çıxdı. Hərçənd mənim tənqidim daha çox üslub və mövzulara aid idi, məncə Baku Revyu ətrafında söhbətlər olacaqdısa, elə bu xətdə də olmalı idi. Son nəhayətdə, bizi ayıran da, birləşdirən də estetik dəyərlər olmalıdır. Fəqət amma və lakin ittihamlar havada uçuşdu, heç də xoş təəssürat buraxmadı. Bilərəkdən və ya bilməyərəkdən ara qatanları da gördük, ən azı şəxsən mən gördüm və özüm üçün protokollaşdırdım.

Keçək əsas suala, mənə görə əsas suala. Rasim bəy bəzən sərt, bəzən ütülü ifadələrlə Rəşad, Orxan və jurnalın rəhbərliyinə daxil olmayan Cavidi də nəyəsə görə onlara qatıb yazır ki, istedadsızdırlar, qorxaqdırlar və sair ifadələr. Tutaq ki, mən nə Rəşadı, nə Orxanı, nə Cavidi şəxsən tanımıram. Sıravi bir oxucu kimi girirəm kitab dükanına, görürəm ki, Rəşadı, Orxanı, Cavidi mənə və digər oxuculara və cəmiyyətə kim təqdim edir? Naşir Rasim Qaraca və onun Alatoran nəşriyyatı. Onların yazıçı olduğunu və onları oxumaq lazım olduğunu hamıdan əvvəl kim bəyan edir? Naşir Rasim Qaraca və onun Alatoran nəşriyyatı. Cəmi 15 gün əvvəl, oktyabrın 6-da Bakı Beynəlxalq Kitab Rəzalətində Sərgisində Orxan Əyyubun çıxışı var idi, təşkilatçılardan biri də naşir Rasim Qaraca idi. İndi nə dəyişdi ki, birdən-birə bu yazıçılar istedadsız, qorxaq və sair oldular? Bəs bu paradoksu necə həll edə bilərik?

Əli Novruzovun kanalı

21 Oct, 13:18


Bizdə də Hafizin o məşhur qəzəlinin ilk misrasına bu kontektsdə istinad eləyirlər (əgər an torke Şirazi, yəni əgər o Şiraz türkü, əslində isə Şiraz gözəli, çünki türk = gözəl, yaraşıqlı), amma heç kim yada salmır ki, eyni qəzəlin başqa misrasında böyük şair yazır: ke torkan xane yəğma ra—türklər ev yağmaladığı kimi ürəyimdən səbrimi apardılar.

Mən Əmir Teymurun yerində olsaydım, ədəbi tənqidin əhatə dairəsini təkcə ilk iki misra ilə məhdudlaşdırmazdım, bir az aşağı düşüb bu mövzunu da qaldırardım ki, ey Hafiz, sənin Şirazından türklər nə vaxt bir kərpic vurub salıb, zəhmət olmazsa, bir mənbə göstər. Yaxşı olar ki, peer-reviewed jurnaldan olsun.

Əli Novruzovun kanalı

21 Oct, 13:03


Müsəlman dünyasında türklərin gözəllik etalonu olması barədə belə bir maraqlı paylaşım. Gözəllik deyəndə ki, daha doğrusu, yaraşıqlılığın etalonu, çünki daha çox türk döyüşçülər vəsf edilir. Hətta keçən əsrə kimi qahirəli xanımlar yaraşıqlı bir kişi görəndə deyirmişlər ki, lap məmlük kimi yaraşıqlıdır.

Əli Novruzovun kanalı

20 Oct, 15:31


Böyük İslam sivilizasiyası kontekstində türklərin həm də mədəni sferada çox böyük töhfələri var. Türklərin bu mədəni töhfələri, necə ki, siyasi, ictimai, hərbi və dini sahələrdə digər töhfələri kimi, ərəb, fars, kürd və sair müsəlman xalqların qaynayıb-qarışdığı bir kontekstdən ayrı təsəvvür edilə bilməz. Necə ki, digər xalqların da töhfələri həmin ümumi kontekstdən yaranıb və həmin ümumi kontekstdə baş verib. Problem onda yaranır ki, modernizasiya çərçivəsində bir-biri ilə rəqabətdə olan millətçiliklərin inşası zamanı ayrı-ayrı şəxsləri və ya dövlətləri və ya zamanları kəsib kontekstindən çıxarırsan.

Məsələn, Səlahəddin Əyyubi məgər ancaq kürddürmü? Hindistanın cənubunda qaraqoyunluların qurduğu Qolkonda sultanlığı vaxtilə Azərbaycan və İran ərazisində mövcud olmuş Qaraqoyunlular dövlətinin davamı sayılmalıdırmı? Qolkondo sultanlığı indi kimin milli tarixidir—Hindistanın yoxsa Pakistanın? Niyə eyni məntiqlə Azərbaycanın olmasın? Bu gün fars millətçiliyinin təməl daşı hesab olunan Şahnaməni Firdovsi yazıb, amma sifarişi ki türk Sultan Mahmud Qəznəvi verib? Şahnamənin bu gün ən məşhur iki orta əsrlər nüsxəsindən birini monqol Elxanilərin sarayında, digərini də Təbrizdə türk Şah İsmayılın sarayında hazırlayıblar, bunu müasir fars millətçiliyi kontekstində necə izah edirik? Səmərqənddə yaşamış əl-Maturidi indi kim sayılmalıdır? Özbəkistanın tarixi şəxsiyyəti, Tacikistanın tarixi şəxsiyyəti, yoxsa etnik fars, yoxsa ki, özünün də razılaşacağı kimi, sadəcə müsəlman alimi?

Belə bir qarışıq kontekstdə, bir də görürsən ki, yarım-yapalaq vesternizasiya prosesinin qurbanı olmuş hansısa bir Bizans türkü bir yunan və ya erməni kəndlisi görən kimi qaçıb ayağına yıxılır ki, aman vay, siz böyük və antik, əsl və həqiqi mədəniyyətlərin yeganə varisləri, biz köçəri türklər sizə çox şey borcluyuq, siz olmasaydız, biz indi Konstantinopolun xarabalıqlarında qımız içirdik.

Əli Novruzovun kanalı

20 Oct, 13:52


Entel kanalların çatında nə entel söhbətlər olur. Necəsə açıldı ki, sovetlərə qədər tacik folkloru əslində türk folkloru olub, milli eposları da Koroğlu. Tacik millətçisi etiraz etdi ki, bizim kültür Avesta və Şahnamə üzərində dayanır. Ona mədəni şəkildə izah etdilər ki, sizin xalq qəhrəmanınız Koroğlu olub, sonra sovet məktəbində deyiblər Rüstəmdir. Koroğlu dastanını dəqiq şəkildə Səfəvi-Osmanlı sərhədi və kontekstində lokalizasiya etdilər, kopyalanan orijinalın böyük ehtimalla cənubi Azərbaycan versiyası olduğunu, taciklərə hansı yolla gəlib çıxdığını fərz etdilər. Səfəvi və Osmanlıda türk və fars dili dixotomiyası haqda iki cəsarətli hipotez irəli sürdülər: a) Osmanlıların farsca, Səfəvilərin türkcə danışıb yazması elitanın özünü xalqdan ayırması fenomenidir; b) Səfəvilərdən sonra İranda türklüyün basdırılması olmasaydı, bəlkə İran türkləşə bilərdi. Hörmətli tatar ziyalımız söhbətə qarışıb ikinci tezisə etiraz etdi. Birdən Rauf adlı bir istifadəçi peyda olub söhbətə p** qoymasınmı? 😁

Əli Novruzovun kanalı

19 Oct, 10:14


Bir az yuxarıda paylaşdığım nümunə çox ibrətamizdir. Tez-tez yazıram ki, ən azı bir-iki xarici dil öyrənin, dünyaya başqa dillərin pəncərəsindən də baxmağı bacarın ki, YouTube-da türk hocalarından maariflənmiş adamlar gəlib sizin başınızı xamlamasın. Baxın, dostlar, hətta sayın İbrahim bəy kimi vətənpərvər, millətçi, atəşin azsektor təbliğatçısı Avropa fəlsəfəsi haqqında paylaşımı tərcümə edib sizinlə bölüşəndə azsektorun ehtimal etdiyi bilik səviyyəsinə görə ilkin materialı ixtisar edib. Orijinalda yumoristik mətn Vitgenşteyndə bitir. Sayın İbrahim bəy isə fəlsəfəni birbaşa Hegeldə kəsir. Yəni burada artıq nə Haydeqqer var, nə Frankfurt məktəbi, nə Arendtin siyasi fəlsəfəsi, nə də Vitgenşteyn. Öz epistemologiyanızı sorğusuz-sualsız başqa adamlara etibar edəndə, onlar da sizi «lazım olduğu qədər» biliklə təmin etməyə başlayacaq. Ona görə də geniş məzmun daşıyıcısı olan dillərdən ən azı bir-ikisini öyrənin—rus, ingilis, ərəb, fars, alman, fransız, çin, yapon, ispan, holland və sair.

Əli Novruzovun kanalı

18 Oct, 19:53


Vallah, dostlar, burada Telegram-da rusdilli kanalların necə dəhşətli bir xəzinəsi var. Hər mövzuda, hər sferadan. Bir dəfə izləyə-izləyə görmüşdüm ki, izlədiyim rusdilli təkcə intellektual-fəlsəfi kanalların sayı 100-ü keçib. Hər gün də nəsə elə şeylər paylaşıb adamı şoka, təəccübə, təfəkkürə, heyrətə, sevincə, kədərə salırlar. Onlardan bir çırpışdreyşnlar eləmək olar, ölkənin bir nömrəli Telegram kanalına çevrilmək olar. Sadəcə statistik olaraq mümkün deyil ki, bizim kanaldan xəbəri olanlar arasında elə biri heç olmasın ki, oğurluq baş verən kanaldan da xəbəri olmasın. Mütləq bir nəfər çıxacaq, əvvəl-axır gəlib skrinşotları yapışdırıb məni ibrəti-aləm edəcək.

Əli Novruzovun kanalı

18 Oct, 19:43


Hələ bu da var, dostlar. Yenə təxminən iki gün fərqlə paylaşmışdı. Amma azsektor üçün sadələşdirilmiş variantda.

Əli Novruzovun kanalı

18 Oct, 18:02


nrç, nrç, nrç...

Düşündürücü bir tablo deyilmi?

Əli Novruzovun kanalı

18 Oct, 16:21


Spektor müəllim burada çox ciddi bir söhbətin kökünə getmək istəyir, kaş daha dərin gəzişərdi bu mövzuda. Çünki biz azərbaycanlıların da ağlımızı məşğul edən bir sualın cavabı burada olmalıdır.

Əvvəlcə kontekst. Sovet tarixşünaslığında Hindistan və Pakistan tarixi Hindistan mərkəzli yazılıb. Ona görə də Pakistanın yaranması təxminən belə izah olunurdu ki, ingilislər hindlilər arasında nifaq saldılar, müsəlman-induist davası saldılar, parçala və hökm sür siyasəti ilə Hindistanı iki dövlətə bölüb müstəqillik verdilər. Pakistanın yaranması bir növ müstəmləkəçilərin projesi kimi çıxır. Bizim tarix dərsliklərində bu Hindistan mərkəzli baxış bucağı hələ öz mövqeyini qoruyub saxlayır. Buna görə də insanlarımız başa düşmür ki, niyə Pakistan öz xoşu ilə bizimlə müttəfiq olmaq üçün hər cür səy göstərir. Çünki—Pakistan vaxtilə Hindistan torpaqlarında mövcud olmuş Dehli sultanlığının, digər türk-müsəlman dövlətlərinin və Baburilərin varisidir.

Spektor müəllim burada çox doğru şəkildə buyurur ki, əsasən induist hindistanlılar ingilis müstəmləkəçiliyinə qarşı təşkilatlananda və sonradan Milli Konqres yaradanda Hindistanın köhnə müsəlman aristokratiyası bu prosesdə iştirak etmirdi. Müsəlmanlardan xeyli müddət üçün Milli Konqresdə əsasən ticarətlə məşğul olan ismaililəri görmək olardı. Sipahi üsyanından sonra ingilislər köhnə müsəlman elitasına elə bir divan tutmuşdular ki, sünnilər və isnaəşərilər bir qayda olaraq biz nə ingilislərlə, nə də induistlərləyik deyərək bir kənara çəkilmişdilər. Ancaq bir planları, vizyonları da yox idi. Nostalgiya ilə günlərini keçirirdilər. Nəhayət köhnə müsəlman aristokratiyadan çıxmış Seyid Əhməd xan və onun tipli yeni nəsil müsəlman intelligensiya öz proqramlarını ortaya qoya bildilər ki, bu da son nəhayətdə Dehli sultanlığı və Baburilər kimi müsəlman Hindistan dövlətlərinin varisi olan Pakistan dövlətini meydana çıxartdı. Bu gün Pakistan özünü Mahmud Qəznəvidən üzü bəri Hindistanda müsəlman mövcudluğunun davamı kimi görür, bizim xətrimizi də buna görə çox istəyir.

Doğrudur, müsəlmanlar da sonradan Milli Konqresə kütləvi şəkildə qoşulmağa başlamışdılar və aralarında Pakistan dövlətinin yaradılmasının əleyhinə çıxış edən xeyli parlaq adlar və imzalar var idi. Bir mükəmməl kitab var, Hindistanın bölünməsi əleyhinə çıxış edən müsəlmanların Pakistan ideyasına tənqidləri haqqında. Hətta bir neçə məqamda az qalmışdı ki, Hindistan müsəlmanlarının təmsilçiləri də vahid dövlətə razılıq versinlər, amma ingilis müstəmləkəçiliyi zəiflədikcə və induist əsilli hindistanlıların mövqeləri gücləndikcə, onlar da başa düşdülər ki, vahid dövlətdə bir-biri ilə yola gedə bilməyəcəklər.