Xeyirin Açarı @xeyirinacari Channel on Telegram

Xeyirin Açarı

@xeyirinacari


"Nə xoş o insanın halına ki, Allah Təala xeyirin açarını onun əlində edib."

https://www.instagram.com/xeyirinacari/
⚠️ Kanalda olan bütün paylaşımları götürüb başqa yerdə paylaşa bilərsiniz.

Xeyirin Açarı (Azerbaijani)

Xeyirin Açarı kanalına xoş gəldiniz! Bu kanalda "Nə xoş o insanın halına ki, Allah Təala xeyirin açarını onun əlində edib." mənasını daşıyan mədəni məzmun paylaşılır. Burada insanların sevgi, xeyir və məsuliyyət anlayışının yayılması üçün fəaliyyət göstərilir. Kanalda dini məzmunlar, mənəvi dəyərlər və insanı inkişaf etdirən materiallar paylaşılır. Xeyirin Açarı kanalında olan bütün paylaşımları götürüb başqa platformlarda da paylaşa bilərsiniz. Xeyirin Açarı, insanların həyatına dəyər qatan, mənəvi inkişafına yardım edən bir kanaldır. Instagram səhifəmizi də ziyarət etməyi unutmayın: https://www.instagram.com/xeyirinacari/

Xeyirin Açarı

21 Nov, 10:56


⚠️ İslam dini boş iddialardan və şuarlardan ibarət deyil. İslam dininin həqiqəti, əqidəsi və əməli vardır.
https://t.me/xeyirinacari

Xeyirin Açarı

20 Nov, 09:59


📌Bunun mənası budur ki, əgər insan sağlam olanda davamlı olaraq hansısa saleh əməllər edirdisə, məsələn 1ci və ya 4 cü gün oruclarını tutursa və ya davamlı duha və gecə namazı qılırsa, O adam xəstə olduğu vaxt bu ibadətləri yerinə yetirə bilməsə də Allah təalə həmin əməllərin savabını yenə də o quluna o savabları olduğu kimi yazır. Həmçinin səfər də bunun kimidir. Ona görə müsəlman, sağlam və çalışqan olduğu vaxtı itaətlərini artırmalıdır ki, o xəstə olduğu vaxtı və ya səfərdə olduqda edə bilmədiyi halda da o əməllərin savabını eyniylə qazansın. Bu da Allahın mömin qullarına olan bir lütfüdür.
http://t.me/xeyirinacari

Xeyirin Açarı

20 Nov, 03:08


📌Elm əhli bu hədisin şərhində buyuru ki, əgər insan nafilə namazına başladığı zaman iqamə verilərsə, yuxarıdakı hədisə əsasən nafiləni dayandırıb fərz namazına qoşulmalıdır. Lakin əgər insan nafilə namazının ikinci rükətində olarsa və ya artıq namazı bitirmək üçün təşəhhüdə oturubsa gərək namzını uzatmasın, nafiləni tez bitirib fərzə qoşulsun. Bununla da artıq həm nafiləsini bitirmiş həm də fərz namzına çatmış olur.
http://t.me/xeyirinacari

Xeyirin Açarı

19 Nov, 07:52


📌Şeyx Abdussələm əş-Şuveyrə bir sual verirlər, (şeyx özü alim səviyyədə bir kəsdir) sualın cavabı sadə kimi görünsə də şeyx bir müddət sükut etdikdən sonra cavabı bilmədiyini deyir. Həqiqətən "bilmirəm" demək elmin yarısıdır deyilmişdir.
https://t.me/xeyirinacari

Xeyirin Açarı

18 Nov, 15:31


#Salamı_çatdırmaq
İbn Qeyyim (rahiməhullah) demişdir:
Peyğəmbərin (salləllahu aleyhi və səlləm) sünnəti budur ki, kimsə ona başqasının salamını çatdırardısa, o zaman o həm salamı çatdırana, həm də salamı göndərənə cavab verərdi.
İmam Əhmədə deyilmişdir ki, filan sənə salam göndərir.
O isə demişdir: Sənə və ona salam olsun.
{Aleykə və aleyhissalam}
(📚 قناة د. أحمد بن محمد الخليل العلمية)

⚠️Ona görə də kimsə sənə desə ki;
"Filankəs sənə salam deyirdi".
Onda ona cavab verərkən elə demək lazımdır ki, həm salam göndərənə həm də salamı çatdırana cavab verib deyəsən: {Aleykə və aleyhissalam} Yəni- sənə də ona da salam olsun-.

https://t.me/xeyirinacari

Xeyirin Açarı

18 Nov, 12:27


⚠️ Bax dində hikmət və fiqh sahibi olmaq bu cür olur. Hər kəsə onun layiq olduğu münasibəti göstərək lazımdır.
https://t.me/xeyirinacari

Xeyirin Açarı

18 Nov, 03:37


⚠️Dünya həyatı və uzun arzular başınızı qatmadan öncə övladlarınıza tövhidi və dini öyrədin. Rasulullah (sallallahu aleyhi və səlləm) buyurmuşdur:
"Allah təalanın idarəçilik verdiyi bir kimsə, öz idarəsi altında olanları aldadaraq ölərsə Allah təalə ona cənnəti haram edər".(📚 Səhih Buxari 810)
Övladlara dini öyrətmək, onlara mənəvi qida vermək onlara yemək-içmək verib paltar almaqdan daha önəmlidir. Çünki Qiyamət günü əbədi həyatda fayda verəcək olan yalnız din olacaqdır. Bunun səmərəsini görmək də mömin üçün gözaydınlığıdır. Allah təalə möminlərin duası haqqında buyurur: 🤲
Onlar deyərlər:Ey Rəbbimiz! Bizə gözümüzün aydınlığı olan zövcələr və övladlar bəxş et və bizi müttəqilərə imam et!” (Furqan surəsi 74)

https://t.me/xeyirinacari

Xeyirin Açarı

17 Nov, 16:18


#valideyn
İbn Ömər günah işlətdiyini deyən bir adamdan soruşdu:
-"Anan və atan sağdırmı?"
Adam cavab verdi:
"Anam sağdır."
İbn Ömər dedi ki:
-"Allaha and olsun ki, əgər sən ona yumşaq sözlər desən və onu yedizdirsən və böyük günahlardan çəkinsən, cənnətə girərsən."
[📚 Tabəri Təfsiri 9187]

https://t.me/xeyirinacari

Xeyirin Açarı

17 Nov, 02:59


⛔️ Həmçinin kiminsə "ruhu qarşısında" baş əymək də, heykəllərin qarşısında baş əymək də bunun içinə daxildir.
http://t.me/xeyirinacari

Xeyirin Açarı

16 Nov, 12:39


⚠️Diqqət: Burada ərəb dilçiliyinə uyğun olaraq peyğəmbər ﷺ iki uşağı ruqiyə etdiyinə görə "uiyzukumə" (yəni sizin ikinizi) deyir. Ona görə də əgər ruqiyə olunacaq uşaq bir nəfərdirsə və oğlan uşağıdırsa onda "uiyzukə" deyilməlidir. Əgər tək qız uşağıdırsa onda "uiyzuki" deyilməlidir. Əgər çoxlu oğlan uşaqlarıdırsa onda "uiyzukum" yox əgər çoxlu qız uşaqlarıdırsa onda "uiyzukunnə" deyilməlidir.
https://t.me/xeyirinacari

Xeyirin Açarı

16 Nov, 03:17


📌 Bəli, Allah bizləri analarımızın qarnından heç bir şey bilmədiyimiz halda çıxardı və biz bu həyatda öyrəndiyimiz hər şeyi sonradan öyrəndik. Bizlər hansısa məktəbdəki fənləri, işlədiyimiz ixtisası, daha nələri və nələri öyrəndik. Bəlkədə içimizdə iki və 3 xarici dil bilənlər də var. İndi hər birimiz bu şəkilə baxıb özünü yadına salsın və əlini vicdanın üstünə qoyub özünə bu sualı versin : Bəs mənə bu həyatı bəxş edən Allahın dinini nə qədər öyrəndim!? Axı bu mənim yaradılış qayəmdir! Niyə mən çox şeyi öyrənib bildiyim halda hələ də Quranı öyrənə bilmirəm? Bu və bunun kimi suallara cavab tapsaq qurtuluş yolumuz da aydın görünəcək.
http://t.me/xeyirinacari

Xeyirin Açarı

15 Nov, 15:17


⛔️ Allahu Əkbər bu o qədər çox yayılıb ki, artıq hətta bəzi müsəlmanlar belə bu işə səhlənkar yanaşırlar. Halbuki islam dinində "dost və düşmənçilik" prinsipi ən təməl prinsiplərdən sayılır. Bu cür paltarlar geyinmək, kafirlər kimi saç düzmü saxlamaq, onların qələbəsinə sevinib məğlubiyyətinə üzülmək qəlbdəki imanın və əqidənin nə qədər zəif olduğunun ən aşkar əlamətidir. Əgər belə olmasaydı yoxsa sən Allaha küfr edən, Allaha şərik qoşan birini bu cür sevə bilməzdin. Müsəlmanlar Allahdan qorxub öz dinlərinə sarılmadıqca heç vaxt izzətli ola bilməzlər.
https://t.me/xeyirinacari

Xeyirin Açarı

15 Nov, 11:25


📌Ömər ibn əl-Xəttāb (Allah ondan razı olsun) belə buyurmuşdur:
"Qardaşının sənə olan məhəbbətini artırmaq üçün üç şey vardır:
● Onunla qarşılaşanda sən salam ver,
● ona ən sevdiyi adla müraciət et və
● məclisdə ona yer ver."

[📚 مكارم الأخلاق لابن أبي الدنيا(١٠٠)]

https://t.me/xeyirinacari

Xeyirin Açarı

15 Nov, 03:26


#Salavat
Rasulullah (sallallahu aleyhi və səlləm) buyurmuşdur:
👉"Hər Cümə günü mənə çox salavat deyin! Həqiqətən, hər Cümə günü ümmətimin salavatı mənə bildirilir. Kimin mənə dediyi salavatı daha çox olarsa, (Qiyamət günü) o, mənə daha yaxın mərtəbədə olacaq". (əl-Beyhəqi: "Sunənu-l-Kubra", 5791). 
https://t.me/xeyirinacari

Xeyirin Açarı

14 Nov, 11:08


📌Ağ günlərin orucu deyildikdə göydəki ayın tam yumru olduğu üç gün yəni 13, 14, 15 nəzərdə tutulur 🌕🌕🌕.  İçində olduğumuz bu "Cəmədul əvvəl" ayının 13,14,15 miladi təqvimlə (Cümə, altı və bazar günləri) Noyabr ayının 15, 16 və 17 düşür. Noyabr ayının 18-ı isə burinci gününə düşdüyü üçün o günü də sünnə orucunu tutmaq müstəhəbdir. Bununla da 4 gün dalbadal sünnə orucu tutmaq olar. Günlər də qısa olduğu üçün bu orucları tutmaq in şəə Allah daha asan olar. Müvəffəqiyyət Allahdandır.
https://t.me/xeyirinacari

Xeyirin Açarı

14 Nov, 03:10


#Sədəqə
Uca Allah buyurur:
"Budur, siz Allah yolunda malınızdan xərcləməyə dəvət edilirsiniz. Aranızda isə simiclik edənlər də tapılır. Kim simiclik etsə, ancaq öz əleyhinə etmiş olar. Allah Zəngin, siz isə kasıbsınız. Əgər üz çevirsəniz, yerinizə sizin tayınız olmayan başqa insanlar gətirər." (Muhamməd surəsi 38)
Sədəqə verməkdən qorxma, Allah yolunda xərclə !

http://t.me/xeyirinacari

Xeyirin Açarı

13 Nov, 12:12


📌 Mücərrəd olaraq salamı yaymaq qəlblərdə sevgi yaradır. İman gətirmiş müsəlmanların bu ibadətə səhlənkar yanaşması yolverilməzdir. Bəzən aramızda salam verməyə belə təmbəllik edənlər var. Halbuki "əs salamu aleykum " demək 10 savabdır, "əs salamu aleykum və rahmətullah" demək 20 savabdır, "əs salamu aleykum və rahmətullahi və bərəkətuh" demək isə 30 savabdır. Salam vermədən sözə başlamaq isə müsəlmanın əxlaqından sayılmır. Salamı aranızda yayın ki, qəlblərinizdə bir-birinizə qarşı sevgi yaransın. Əlbəttə burada salam vermək dedikdə müsəlmanlara verilən salamdan söhbət gedir. Kafirlərlə salam ilə danışığa başlamaq icazəli deyil.
https://t.me/xeyirinacari

Xeyirin Açarı

12 Nov, 19:21


📌 İbn Əqil əl-Hənbəlinin (Allah ona rəhmət etsin) iki saleh və gözəl oğlu var idi. O, oğlanlarından birini itirdi və bir ay sonra digəri də vəfat etdi. O, oğlanlarını itirdiyinə görə çox kədərlənirdi və o zaman bu gözəl və məşhur sözləri demişdi:
"Əgər qəlblər bir daha görüşəcəklərinə inanmasaydılar, sevdiklərindən ayrılmaqdan paramparça olardılar."

(📚 İbn əl-Cəvzi, "əl-Muntəzəm" 17/148)
https://t.me/xeyirinacari