Məfatihul Cinan @mefatihul_cinan Channel on Telegram

Məfatihul Cinan

@mefatihul_cinan


𝓑𝓲𝓼𝓶𝓲𝓵𝓵𝓪𝓱

Məfətihul Cinan Android Kitabının içində olanlar

Cənnətin Açarları

Android Kitabdan
💡Ayələr 📚

💡Hədislər 📚

💡Namazlar 📚

Məfatihul Cinan (Azerbaijani)

Məfatihul Cinan Telegram kanalına xoş gəldiniz! Bu kanalda "Cənnətin Açarları" adlı Android kitabından seçilmiş ayələr, hədislər və namazlar paylaşılır. Məfətihul Cinan Android Kitabı ilə daha yaxından tanışmaq istəyən hər bir insan bu kanala qoşulmalıdır. Burada İslam dininə aid məsələlər və dini bilgilər ən gözəl şəkildə təqdim edilir. Bu kanal sizə mənəvi inkişafınızda yardımçı olacaq və İslam mədəniyyətinə dair daha çox şey öyrənəcəksiniz. Məşhur kitabın bəzən hissələrini oxuyaraq özünüzü daha da zənginləşdirin və ruhunuzu təravətli edin. Şübhəsiz ki, Məfatihul Cinan kanalı İslam dünyası ilə bağınızı gücləndirəcək və mənəvi dünyanızın genişlənməsinə kömək edəcəkdir. Siz də bu dini mədəniyyət yolculuğuna qoşulun və yaşamınızı dəyişdirin!

Məfatihul Cinan

23 Nov, 06:17


🍃🌸🍃 Şükür edənlərin münəcatı.

İlahi, başlanğıcda bizi lütfünlə qidalandırıb hikmət və xilqət beşiyində böyütdüyün kimi, sonsuz nemətlərini bizə tamamla, şiddətli intiqamını bizlərdən kənarlaşdırıb dəf et və bizə hər iki aləmdə (dünya və axirətdə) ən üstün və böyük nemət və ləzzətləri əta et!

📌Ardı var...

📗Mənbə: Məfatihul-cinan

#Münəcatlar
𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦: @mefatihul_cinan

Məfatihul Cinan

22 Nov, 06:41


Xanım Zəhra(s.ə) buyurub:

Mənə elə müsibətlər üz gətirib ki,əgər gündüzə üz gətirsəydi dönüb gecə olardı.

_📖Biharul-ənvar,c.79,səh.106_

*🏴Salam olsun qabırğaları sındırılmış Xanıma..!🥀💔*
*Allahumməl'ən qatələtəl Fatimətəz Zəhra(s.ə).*

Məfatihul Cinan

21 Nov, 11:02


Fədək xütbəsi hansı Həzrətə məxsusdur?

@toplu_admini

Məfatihul Cinan

10 Nov, 07:30


🔸Quranla ünsiyyət:

Quran ən doğru və ən düzgün hidayət edəndir. Yəni Qurani-kərim eynən siratəl-müstəqimin özüdür.


Əllamə Həsənzadə Amuli (h)

𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦: @mefatihul_cinan

Məfatihul Cinan

03 Nov, 06:47


İmam Əbu Cəfər Muhəmmədin (ə) belə buyurduğu nəql edilir:

*“Bəndələrin əməlləri hər cümə axşamı gününün axşamları Peyğəmbərinizə (s) təqdim edilir.* *Sizlər pis əməllərinizin Peyğəmbərə (s) təqdim edilməsindən utanmırsınızmı?”*

📖Bəsairud-dərəcat,səh.564

Məfatihul Cinan

02 Nov, 07:24


*قَالَ قَالَ رَسُولُ اللَّهِ ص مَنْ قَلَّمَ أَظَافِيرَهُ يَوْمَ الْجُمُعَةِ أَخْرَجَ اللَّهُ تَعَالَى مِنْ أَنَامِلِهِ دَاءً وَ أَدْخَلَ فِيهِ شِفَاءً.*

`İmam Əli (ə) buyurur:`

_"Peyğəmbər (s) buyurdu: "Cümə günü dırnaqlarını qısaldan şəxsin barmaq uclarından Allah xəstəlikləri çıxarar və oraya şəfa daxil edər"._

> "Nadir hədislər" səh.74, hədis-207

Məfatihul Cinan

31 Oct, 07:04


🔶وَمَن تَابَ وَعَمِلَ صَالِحاً فَإِنَّهُ يَتُوبُ إِلَي اللَّهِ مَتَاباً

🍃Kim tövbə etsə və yaxşı işlər görsə, o gözəl və bəyənilən şəkildə Allaha tərəf qayıdar.

📚Furqan-surəsi, ayə-71..

Hz. Peyğəmbər (s) buyurdu:
🍃Allah cavan tövbəkarı sevir.

رسول اعظم صلوات الله
إنّ اللَّه تعالى يحبّ الشّاب التّائب

Məfatihul Cinan

26 Oct, 08:19


🥡 ZİBİLLƏRİ EVDƏ SAXLAMAYIN 🗑


✍️ Həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:

“Zibili gecə öz evlərinizdə saxlamayın və onu gündüz evdən çölə aparın. Çünki zibil, şeytanın oturacaq yeridir.”

📚 “Mən la yəhzuruhul-fəqih” cild 4, səh. 5.

✍️ Həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:

“Zibili qapının arxasına topalamayın. Çünki şeytanın yuvası olur.”

📚 “Məhasin” səh. 624.

𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦: @mefatihul_cinan

Məfatihul Cinan

25 Oct, 13:17


🌸 Cənnətin qoxusunu belə ala bilməyənlər 🌸


✍️ Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in belə dediyi rəvayət edilmişdir:

“Üç şəxs vardır ki, cənnətin qoxusunu ala bilməyəcəklər. Halbuki onun qoxusu beş yüz illik məsafədən alınır.

• Ata-anasına əziyyət edən şəxs,
• Şərab aludəsi olan şəxs,
• Etdiyi yaxşılıqları başa qaxan paxıl şəxs.”

Məfatihul Cinan

22 Oct, 07:16


İmam Səccadın (ə) Nəkir və Münkirin qəbirdə insandan soruşacaqları suallar haqqında məlumat verməsi

"Bil ki, əcəlin sürətlə sənə tərəf gəlməkdədir, səni axtarır və sənə yetişməsinə az qalıb. Haradasa artıq vaxtını bitirmiş olacaqsan. Ölüm mələyi canını almış və qəbrdə yalnız qalmısan. Ruhun sənə geri qaytarılır, iki mələk Nəkir və Münkir səni sorğu-sual və şiddətli imtahan etmək üçün başının üzərində dayanır. Sənə verəcəkləri ilk sual ibadət etdiyin Rəbbin haqqında olacaqdır. Daha sonra sənə göndərilən peyğəmbərin, inandığın dinin, tilavət etdiyin kitabın, itaət etdiyin imamın, ömrünü nəyə sərf etməyin, sahib olduğunu necə əldə etdiyin və hara xərclədiyin haqqında soruşacaqdır. Özün üçün bir vəsilə hazırla, nəfsini yoxla. Sorğu-sual və imtahandan əvvəl cavab axtar. Əgər sən dinini bilən, doğruçulara tabe olan, Allahın dostları ilə dost olarsansa, o zaman Allah sənə Öz höccətini göstərər (verəcəyin cavabı sənə söyləyər), dilini doğru danışmağa yönəldər, cavabların gözəl olar, Cənnət və Allah rzası ilə müjdələnərsən. Mələklər səni rəhmət və nemətlə qarşılayar. Əgər belə olmazsansa (dinini bilməz, doğruçulara tabe olmaz, Allahın dostları ilə düşmən olar və ya düşmənlərilə dost olarsansa), dilin tutlar, dəlilin batil olar, cavab verməkdə aciz qalar, Cəhənnəmlə müjdələnər, əzab mələkləri cəhənnəmin qaynar suyu və yandırıcı alovu ilə səni qarşılayarlar..".
إن أجلك أسرع شئ إليك قد أقبل نحوك حثيثا، يطلبك ويوشك أن يدركك فكان قد أوفيت أجلك وقد قبض الملك روحك وصيرت إلى قبرك وحيدا، فرد إليك روحك واقتحم عليك ملكاك منكر ونكير لمساءلتك وشديد امتحانك. ألا وإن أول ما يسألانك عن ربك الذي كنت تعبدهnوعن نبيك الذي ارسل إليك وعن دينك الذي كنت تدين به وعن كتابك الذي كنت تتلوه وعن إمامك الذي كنت تتولاه وعن عمرك فيما أفنيت وعن مالك من أين اكتسبته وفيما أنفقته، فخذ حذرك وانظر لنفسك وأعد الجواب قبل الامتحان والمسألة والاختبار، فإن تك مؤمنا عارفا بدينك متبعا للصادقين مواليا لأولياء الله لقاك الله حجتك وأنطق لسانك بالصواب فأحسنت الجواب وبشرت بالجنة والرضوان من الله واستقبلتك الملائكة بالروح والريحان. وإن لم تكن كذلك تلجلج لسانك ودحضت حجتك وعييت عن الجواب وبشرت بالنار واستقبلتك ملائكة العذاب بنزل من حميم وتصلية جحيم.
(Şeyx Hərrani (r.ə), "Tuhəful-uqul", səh 249)

Məfatihul Cinan

21 Oct, 06:01


Təkəbbürün əlamətləri

Təkəbbür qadağan olunmuş çirkin bir xüsusiyyətdir ki, insanın özünü başqalarından üstün tutması nəticəsində yaranır. Belə düşüncə insanda davamlı şəkil aldıqda və bir həyat tərzinə çevirildikdə təkəbbür yaranır. Bu elə bir ruhi xəstəlikdir ki, özünün hamıdan ağıllı olduğunu insana təlqin edir. Belə bir adam həyatda yalnız öz prizmasından baxır. Ona nə qədər dəlil və həqiqət göstərsəndə, o qəbul etmir. Çünki inandığı "həqiqət" meyarı özünün ən üstün təfəkkür sahibi olması fikridir. Məhs bu xüsusiyyət sayəsində də insan bir çox günahlara mübtəla olur. Təkəbbürlü insan başqalarının haqqını tanımır, onların hüquqlarını tapdalayır, həqiqi mənada özündən başqa heç kimi sevmir, zülmkar olur - bir sözlə, İlahi həqiqətləri və hökmləri öz mənafeyinə uyğunlaşdırmağa çalışır, alınmayanda isə inkar edir. Bu xüsusiyyət özü ilə bərabər insanı inadkar, asi, dikbaş, böyük günahlar törətməyə vadar edən ən pis xüsusiyyətdir. Bu xüsusiyyətlər vaxtilə mələklərin bir çoxuna rəhbərlik etmiş və Allaha 6 min il ibadət etmiş, İblisin ilahi rəhmətdən kənar düşməsinə və əbədi lənətlənməsinə səbəb olub. Digər günahlardan fərqli olaraq təkəbbür insanı pis ilə yaxşını ayırd etməyə, əməlindən peşman olmağa və Allahdan əfv diləməyə, tövbə etməyə qoymur. Tövbə etməyən insanın isə günahları bağışlanmır. Məs bu səbəbdən təkəbbür özü ilə bərabər bir çox böyük günahların törədilməsinə səbəb olan, bununla yanaşı insanı daim haqlı çıxarmağa təhrik edən ən pis və təhlükəli xüsusiyyətdir.

𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦: @mefatihul_cinan

Məfatihul Cinan

19 Oct, 03:20


🔸Həzrət Zəhranın (s) ali xüsusiyyətlərindən vilayət və imamət məqamını müdafiə etməsidir. Allahın onun ata və övladları vasitəsilə göndərdiyi həqiqi dini bütün vücudu ilə müdafiə edir.

🔸 Həm vilayəti qəbul edir və həm də müdafiə edir .

@ustad_tahriri

Məfatihul Cinan

15 Oct, 07:19


Əbülcarud belə rəvayət edir: "Əbu Cəfərə (ə) dedim: "Mənə tövsiyə edin". İmam (ə) buyurdu: "Sənə Allahdan qorxmağı, təqvalı olmağı tövsiyə edir, *öz evində oturmağı və bu ümumi camaata qoşulmamağı tapşırıram.* Məbadə bizdən olan qiyamçılara qoşulasan, çünki nə özləri bir şey üzrədirlər,
nə də (sizi) bir şeyə çağırmırlar. Bil ki, Bəni-Üməyyənin bir səltənəti var ki, insanlar onun qarşısını ala bilməzlər. Haqq əhlinin də bir dövləti var ki, (vaxtı) gəldikdə Allah onu bizdən olan istədiyi kəsə verəcək. Sizdən kim o dövləti görərsə, bizim yanımızda ən uca məqamda olacaq. Əgər bundan əvvəl Allah onun canını qəbz edərsə, onun üçün xeyirli olaı nəsib edəcək. Bil ki, zülmü dəf edib dini dirçəltmək istəyən elə bir dəstə olmayacaq ki, ölüm və bəla onu yerə yıxmasım, lakin bir dəstədən başqa. Onlar elə bir dəstədir ki, Allah rəsulu (s) ilə birlikdə Bədrdə iştirak etmişlər. Onların ölüləri basdırılmaz, yıxılanları ayağa qalxmaz və yaralıları sağalmaz". Mən soruşdum: "Kimdir onlar?" İmam (ə) buyurdu: "Mələklər".
Ğeybə

Məfatihul Cinan

14 Oct, 07:00


🍃Kim onu dərk edərək ziyarət etsə....

Əllamə Məclisi (r.ə) bəzi ziyarətnamə kitablarından nəql edir ki, Əli ibni İbrahim, atası Səd Əşəri Qummidən və o da həzrət İmam Rzadan (ə) bu rəvayəti nəql etmişdir. O həzrət buyurmuşdur: “Ey Səd, sizin diyarınızda bizim xanidanımızdan bir nəfərin qəbri yerləşir.” Səd deyir ki, mən, o həzrətdən soruşdum: “Canım sizə fəda olsun, İmam Musanın (ə) qızı Fatiməni nəzərdə tutursunuz?” O həzrət buyurdu: “Bəli, “Mən zarəha arifən bihəqqiha, fə ləhul cənnəh.” Hər kim onu, onun məqamını dərk edərək ziyarət etsə, cənnət ona vacib olar.”

📗Mənbə: Məfatihul-cinan.

💡𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦: @mefatihul_cinan

Məfatihul Cinan

10 Oct, 07:48


İmam Xamenei(r):
Dua zamanı bunu bilin ki, hər ya Allah çağırışınızın ardıcan LƏBBEYK gəlir. Bu ləbbeyk Allahın bizə olan diqqətidir.
𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦:
@mefatihul_cinan

Məfatihul Cinan

08 Oct, 04:51


Bu gün bişirdiyimiz yeməyin savabını İmam Məhdi (ə.f) ağamıza hədiyyə edirik qurbətən iləllah

Yemək yeyərkən bir neçə şey müstəhəbdir:
1. Yeməkdən qabaq hər iki əli yumaq.
2. Yeməkdən sonra əlini yuyub dəsmal ilə qurulamaq.
3. Süfrə sahibi yeməyə hamıdan əvvəl başlasın və hamıdan sonra qurtarsın. Yeməkdən əvvəl süfrə sahibi öz əlini yusun, sonra onun sağ tərəfində oturan adamdan başlayıb, onun sol tərəfində oturan adama qədər tərtib ilə əllərini yusunlar. Yeməkdən sonra süfrə sahibinin sol tərəfində oturandan başlayıb süfrə sahibinə qədər əllərini yusunlar.
4. Yeməyə başlayanda “Bismillah” desin. Amma süfrədə bir neçə növ yemək olsa, onların hər birini yeməyə başlayanda «Bismillah» desin.

𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦:
@mefatihul_cinan