EducationUSA Azərbaycan “Early Bird” proqramına müraciətlərin qəbulunu elan edir!
📣EducationUSA Early Bird proqramı Amerika universitetində təhsil almağa maraqlı olan 7-ci və 8-ci sinif şagirdləri üçün nəzərdə tutulmuş intensiv onlayn qrup məsləhət proqramıdır. Proqram şagirdlərin təhsil maraqlarını və karyera yolunu kəşf etməyə, İngilis dili, yazı və bacarıqlarını inkişaf etdirməyə, həmçinin ABŞ universitetlərinə qəbul prosesinə hazırlaşmağa kömək etmək məqsədi daşıyır.
Bu proqram, akademik bacarığı və motivasiyası olan, Amerika universitetlərinə və kolleclərinə qəbul olmaq istəyən bütün şagirdlər üçün nəzərdə tutulub. Proqram tamamilə ödənişsizdir və iştirakla bağlı bütün xərclər EducationUSA tərəfindən ABŞ-ın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə qarşılanır. Proqramın dörd ayını tamamlamaq üçün şagirdlər hər həftə keçirilən mühazirələrdə, klublarda, ictimai işlərdə və mədəniyyətlərarası tədbirlərdə iştirak etməlidirlər.
❗Namizədlər üçün tələblər:
- Müraciətçilər hal-hazırda Azərbaycanda yaşamalıdır;
- Güclü İngilis dili bacarıqlarına sahib olmalıdır;
- Akademik iş, ictimai fəallıq və dərsdən kənar fəaliyyətləri ilə liderlik potensialını nümayiş etdirməlidir;
- ABŞ-da təhsil almağa həvəs göstərməlidir.
Qeydiyyat üçün linkə keçid edin: https://forms.gle/5WFwhhKQUdXPhQYc6
Müraciət üçün son tarix: 15 yanvar 2025, saat 23:59 (Bakı vaxtı ilə)
Qeyd edək ki, yalnız seçilmiş şagirdlər müsahibəyə dəvət olunacaq.
Suallarınız üçün əlaqə:
[email protected]