Pressing Az

@pressing_az


Ən son və maraqlı idman xəbərləri!

Pressing Az

23 Oct, 13:12


🎤İndiyə qədər Azərbaycana "Ayaks" kimi titullu klub gəlməyib. Futbolçuların bu rəqibin adından çəkinməməsi üçün hansısa tədbir görəcəksiz, yoxsa onlara sıradan matç kimi təqdim edəcəksiz?

🗣️Əvvəllər də demişəm, bu cür klubların Bakıya gəlməsi, burada olması, azarkeşlərimizin onları canlı görməsi, futbolumuza sevginin artması və inkişaf üçün böyük təkandır. Bizim hətta azyaşlı futbolçularımız görəndə ki, bu cür böyük klublar Azərbaycana gəlir... Valideynləri görəndə də, Bakıya gəlir, istər-istəməz futbola sevgini, inamı çoxalda bilər. Ona görə bu cür fikir bildirirəm. "Ayaks"ın ümumi göstəricilərini götürdükdə, inanın ki, son vaxtlar ümumiyyətlə təzyiq deməzdim, çəkinəcək bir şeyimiz qalmayıb. Təcrübəmiz çoxdur. Böyük klublarla səfərdə və Bakıda oynamışıq. Böyük məğlubiyyətlər də görmüşük. Bu gün biz sadəcə komanda olaraq futbola olduğu kimi yanaşmaq istəyirik. Bəzi liqalarla, klublarla aramızda fərq böyükdür.

Pressing Az

23 Oct, 08:25


👀Bu gün hansı oyuna baxacaqsınız?

Pressing Az

22 Oct, 20:55


5 oldu, bəy

Pressing Az

22 Oct, 20:53


😳"Real" "Borussiya"nın ilk hissədəki zarafatını bağışlamadı

🕰️88' 4️⃣2️⃣

Pressing Az

21 Oct, 14:22


AFFA "Lerik"i Bakıdakı oyuna pul tapıb gələ bilmədiyi üçün 400 manat cərimələyib🥲

Pressing Az

20 Oct, 12:06


🔥🔥Mahir Emreli "Nürnberq" forması ilə ilk qolunu vurdu

Pressing Az

19 Oct, 15:59


YEKUN!

"Neftçi" - "Səbail" - 3:1

Pressing Az

19 Oct, 15:19


"Neftçi"də Samir Abasovun gəlişi hiss olunur 👀

59' "Neftçi" - "Səbail" 2:0

Pressing Az

17 Oct, 07:42


✍️Rövşən bəy savadlı kadr, yaxşı idarəedicidir, amma neft sahəsində. Onun futbol funksioneri kimi uğurlu olacağını zənn etmək isə qəliz məsələdir. Onsuz da R.Nəcəfin AFFA-da başda əyləşməsi fövqəladə hadisə deyildi. Seçkilərdən xeyli öncə federasiyanın baş sponsoru SOCAR-da rəhbər vəzifə tutan şəxsin ölkənin bir nömrəli futbol qurumunun prezidenti olacağı bəlli idi. Az qala futbol ictimaiyyətində yeddidən-yetmişə hər kəs bunu bilirdi. Yəni, SOCAR-ın prezidenti Rövşən Nəcəf yox, Məmmədağa müəllim də olsaydı, AFFA-nın prezident vəzifəsi ona həvalə ediləcəkdi.

Ətraflı▶️ https://pressing.az/manset/6892-tenqidler-rovsen-necefe-nece-tesir-edir.html

Pressing Az

16 Oct, 09:23


📣Mesut Özilin imzasını daşıyan biletlər SATILIR

Əfsanəvi futbolçunun Şəki şəhərinə səfəri və "Şəki Siti" klubunun oyunununda iştirak etməsi münasibətilə hazırlanan simvolik biletlər satışa çıxarılıb. Biletləri alaraq "Şəki Siti" klubuna dəstək ola bilərsiniz.

Simvolik biletlərin hər birinin qiyməti 1️⃣0️⃣0️⃣ manat təşkil edir.

Pressing Az

14 Oct, 12:45


"Sumqayıt"ın müvəqqəti baş məşqçisi Vaqif Cavadov oldu

Pressing Az

13 Oct, 20:41


SON DƏQİQƏ🔴

Samir Abasov yenidən "Neftçi"də!

Pressing Az

13 Oct, 18:44


🎤 Hazırda milli komandamızın bu durumda olmasının günahkarı sizsiz, futbolçular, yoxsa AFFA rəhbərliyi?

🗣️ "Hər kəsin öz payı var. Çünki qələbə də birlikdədir, uğursuzluq da. Hazırkı vəziyyətdə onsuz da çətin vəziyyətdir. Kiminsə boynuna yıxmaq düzgün olmazdı. Qələbə qazandığımız halda da, AFFA-nın, futbolçuların, məqçilərin, Azərbaycanın qələbəsidir. Bəzən problemlər qaçılmaz olur. Buna görə məyusuq. Qələbə qazanırsansa, birlikdə edirsən, uduzursan da, birlikdədir. Dostum var idi, mənə bir söz demişdi, heç vaxt günahı başqalarının boynuna yıxma. Hər biri öz günahımızdır. Beş barmağın var, hansına deyə bilərsən ki, günah hansındadır? Yuxarıda hər şeyi Allah görür".

Pressing Az

13 Oct, 08:48


Şəkidə futbol adına böyük hadisə

Ölkəmizdə qonaq olan Məsut Özil bu gün Azərbaycan kubokunda keçiriləcək "Şəki Siti" - "Şəmkir" oyununda topa simvolik toxunuş edəcək.🤩

Pressing Az

12 Oct, 16:48


A millimizin Estoniyadakı məğlubiyyətini bu gün U-21 "unutdurdu"🥲

Millimiz səfərdə Şimali İrlandiyadan 5 cavabsız qol buraxdı...

Pressing Az

12 Oct, 13:12


🎤 Abbas Hüseynov nə üçün kapitan idi?

🗣️ Niyə olmasın ki? Düşünürəm ki, Abbas yaxşı kapitandır. Əsas kapitan Bədavi Hüseynovdur. Amma o Azərbaycan dilində danışa bilmir. Ona görə də Abbasa üstünlük verdim.

Pressing Az

11 Oct, 17:57


Azərbaycan millisi Estoniyaya da uduzdu - 1:3

Pressing Az

11 Oct, 14:15


🗣️Mesut Özil:

"Qarabağ bizim canımızdır. "Qarabağ" komandasına da uğurlar arzulayıram. Bakıya, Azərbaycana gəldiyim üçün xoşbəxtəm".

Pressing Az

11 Oct, 08:40


⏲️Bu gün saat 20:00

🇪🇪 Estoniya Azərbaycan🇦🇿

Hesab təxminlərinizi yazın✍️

Pressing Az

10 Oct, 13:26


Millətlər Liqasında günün oyunları