Qəlbin Nuru @mefatihul_khayr Channel on Telegram

Qəlbin Nuru

@mefatihul_khayr


Kanalı paylaş xeyrin açarı ol 🌱

kanalımız: https://t.me/mefatihul_khayr

Kanalın sahibi: Mədinə islam universiteti və Tayyibə universitetinin məzunu Ubeydullah Balaşov.

Qəlbin Nuru (Azerbaijani)

Qəlbin Nuru Telegram kanalı, mədəniyyət, təlim və din sahələrində məlumatları birləşdirən bir platformadır. Kanalın sahibi, Mədinə İslam Universiteti və Tayyibə Universiteti məzunu olan Ubeydullah Balaşovdur. İslam mədəniyyəti, təhsil, və bəşəri münasibətlər kimi mövzularda mütəxəssis mövzuları ilə dinləyicilərə zəngin və maraqlı məzmunlar təqdim edir. Qəlbin Nuru kanalını izləyərək, dini və mədəni məsələlərə dair dərinləşə, yeni şeylər öyrənə və mədəniyyət və din sahələrindəki məlumatlarınızı artıra bilərsiniz. Gəlin, Qəlbin Nuru ilə mədəniyyət və təlim dünyasına səyahət edin!

Qəlbin Nuru

11 Feb, 19:10


Qəlbin nuru:
Səni nə gözləyir qurtuluşmu, peşmançılıqmı???

Hər bir mömin ölüm anında nemətə qovuşacaq.
Hər bir kafir isə ölüm anında cəhənnəmi görəcək.
Bəndə ilə Allahın onun üçün hazırladığı şey arasında yalnız ölüm anı dayanır. Ona görə də, ey mömin, kədərlənmə və qəm yemə, çünki bu, yaxındır həmdə çox yaxındır.
Lakin insan bilmir ki hansı nida ilə çağırılacaq?
Allahın Rəhmətinə qovuş nidasıyla, yoxsa, Allahın qəzəbi səni gözləyir!-deyə. Birinci nida müjdədir. ikincisi isə həsrət və peşimançılıqdır
.
İbn Teymiyyə belə demişdir:
"İnsanın ruhu bədənindən ayrıldığı andan etibarən o ya nemət içində ya da əzab içindədir. Nemət və əzab Qiyamət gününə qədər təxirə salınmaz."


Qəlbin nuru qeyd: Hər bir insanın həyatının ən mühüm anı, ölüm anıdır. Bu an, həm nemət, həm də əzab üçün bir qapıdır. Kimisi Allahın rəhməti ilə qurtuluş tapacaq, kimisi isə Onun qəzəbinə düçar olacaq. Buna görə də, hər bir mömin bu həyatda doğru yolda olmağa və Allahın razılığını qazanmaga çalışmalıdır.
Allahdan istəyirik ki, sonumuzu gözəl eyləsin.

https://t.me/mefatihul_khayr

Qəlbin Nuru

10 Feb, 17:48


Qəlbin nuru:
Allahın rəhmətindən ümidsiz olma!🌿
Allah Bağışlayan və Rəhmlidir 🌿


Allah Təala Zumər surəsi 53-cü ayədə belə buyurur:
"De: Ey öz nəfslərinə qarşı həddi aşan qullarım! Allahın rəhmətindən ümidinizi üzməyin! Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir."

İbn Teymiyyə rahiməhullah belə demişdir:
"Heç kimin Allahın rəhmətindən ümidsizliyə düşməsi halal deyildir, hətta günahları nə qədər böyük olsa belə." (Məcmu'ul-Fətəva, 16/19)

Allah bizi və sizi tövbə edənlərdən və ən Rəhmli Olan Allahu Taalanın rəhmətinə yaxşı zəndə olanlardan etsin!

https://t.me/mefatihul_khayr

Qəlbin Nuru

09 Feb, 13:40


Gecə namazının üstünlüyü

Tabiinlərdən olan Qətadə rəhmətullahi aleyh belə demişdir:

Gecəni ibadətlə keçirmək münafiqə nadir hallarda nəsib olar."

📚 İbn Mübarək, əz-Zuhd, 1/31

Yəni, münafiq gecə namazı qılmaqda acizdir.

Allahdan diləyirəm ki, bizə və sizə gecə namazı qılmaqda kömək etsin. Bizləri və sizləri Özünə ən sevimli vaxtlarında qarşısında durmaqla şərəfləndirsin. Amin
https://t.me/mefatihul_khayr

Qəlbin Nuru

08 Feb, 05:31


🌿 Qəlbin həyatı 🌿

İbn Qəyyim rəhmətullahi aleyh belə deyib:

"Həqiqi mömin heç vaxt günahdan tam bir ləzzət ala bilməz. Əksinə, günahı edərkən qəlbində bir narahatlıq və hüzn hiss edər. Çünki iman nuru onun içində günahı rahatlıqla qəbul etməyə imkan verməz. Əgər bir insan günah edərkən qəlbində bu narahatlıq yoxdursa, demək ki, onun qəlbi ölmüşdür. Belə bir halda qoy insan qəlbinin ölümü üçün ağlasın və onu diriltməyin yollarını axtarsın."

📚 Mədaricu’s-Salikin, 1/180

Allah Təala bizi və sizi günahların qəlbi örtməsindən, imanın zəifləməsindən və qəlbin ölümündən qorusun! 🌿
https://t.me/mefatihul_khayrhəyatı

Qəlbin Nuru

07 Feb, 04:26


Qəlbin sağlam olmasının əlamətlərindən

🌿 İmam İbn Qeyyim rahiməhullah belə deyib:
"Qəlbin sağlam olmasının əlamətlərindən biri də odur ki, insan zikrini (gündəlik ibadətini) qaçırdıqda, bunun ağrısını hiss edər. Bu ağrı, malını itirmiş və onu əldə edə bilməmiş həris insanın çəkdiyi acıdan daha böyükdür."

📚 İğasətul-Ləhfan 1/147

Allahdan istəyirəm ki, bizə və sizə sağlam və saf qəlblər nəsib etsin. Və qəlblərimizi şübhə və şəhvət xəstəliklərindən qorusun.
https://t.me/mefatihul_khayr

Qəlbin Nuru

05 Feb, 09:22


Çərşənbə günü günorta ilə əsr namazı arasında dua qəbul olunma saatı ola bilər🌴

Cabir ibn Abdullah (radiyallahu anhu) öz ehtiyaclarını çərşənbə günü günorta ilə əsr arasında istəməyə xüsusi diqqət yetirərdi. O, belə nəql edir:

Peyğəmbər sallallahu aleyhi və səlləm Fəth Məscidində bazar ertəsi, çərşənbə axşamı və çərşənbə günləri üç dəfə dua etdi. Onun duası çərşənbə günü günorta ilə əsr arasında qəbul olundu və sevinci üzündə hiss olundu.

Cabir (radiyallahu anhu) dedi:
"Nə vaxt mühüm və çətin bir işim olsa, həmin saatı gözləyib dua edərdim və dualarımın qəbul olunduğunu hiss edərdim".

📚 (İmam Əhməd rəvayət etmişdir. Əl-Münziri demişdir ki, Əhmədin isnadı yaxşıdır. Şeyx Əlbani "Sahih ət-Tərğib" (2/143, hədis 1185) kitabında onu həsən saymışdır.)

🌿 İbn Teymiyyə (rahiməhullah) bu hədis barədə belə demişdir:
"Bu hədisin isnadında Kəsir ibn Zeyd var və onun haqqında müxtəlif rəylər mövcuddur. İbn Muin bəzən onu etibarlı, bəzən isə zəif saymışdır. Lakin bu hədis bir qrup alim tərəfindən qəbul olunmuş və bəzi alimlər Cabir (radiyallahu anhu) kimi o saatda dua etməyə üstünlük vermişlər. Bununla yanaşı, Cabir (radiyallahu anhu) müəyyən bir yeri deyil, məhz o zamanı seçmişdir."

📚 İqtidaus-Siratul-Mustaqim (2/344).

Bu rəvayət göstərir ki, çərşənbə günü günorta ilə əsr arasında dua etməyə xüsusi diqqət yetirmək faydalı ola bilər. Allah Təala dualarımızı qəbul etsin!
🌿
https://t.me/mefatihul_khayr

Qəlbin Nuru

04 Feb, 15:26


Allahın bəndələrinə zərər verməkdən çəkin!

Siqaret və qoltuqaltındakı pis qoxu,
soğan, sarımsaq və pırasa qoxusundan daha ağırdır.

Cabir ibn Abdullah (radıyallahu anh) belə rəvayət edir:
Peyğəmbər sallallahu aleyhi və səlləm soğan və pırasa yeməyi qadağan etdi. Lakin biz ehtiyac səbəbilə onlardan yedik. O zaman buyurdu:

"Kim bu pis qoxulu ağacdan yeyibsə, bizim məscidimizə yaxınlaşmasın. Çünki mələklər insanların əziyyət çəkdiyi şeylərdən əziyyət çəkirlər."
(Muslim rəvayət etmişdir.)

Əbu Hüreyrə (radıyallahu anh) belə rəvayət edir:
Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu:

"Kim bu ağacdan yeyibsə, bizim məscidimizə yaxınlaşmasın və bizi sarımsağın qoxusu ilə əziyyətə salmasın."
(Muslim rəvayət etmişdir.)

Allah bizi və sizi Onun evində ibadət edənlərə zərər verməkdən qorusun.
https://t.me/mefatihul_khayr

Qəlbin Nuru

03 Feb, 04:33


Qəlbin nuru:
Sıxıntıların, dərdlərin, yaraların varsa, dərdlərinə, yaralarına məlhəm olacaq yolun sonunda girəcəyin çuxuru düşün... insanların basdırıldığı çuxurlara bax.
Sənində girəcəyin bir çuxurun olacaq.
Ayrıca sənin kimi, sıxıntıların da qonaqdır.
Bu dünyada qismən də olsa ağrı-acını sakitləşdirmək mümkündür.
Təsəlli vasitələri çoxdur (valideyn, zövcə,övlad və.s)
Lakin soyuq, zülmət, dar vahiməli qəbirdə tək və əlçatmaz olacaqsan.!
Yanında heç kimin olmayacaq...
Sıxıntılarını qazanca çevir ki, son mənzilində nemət içərisində olasan.

Kanalı paylaş xeyrin açarı ol 🌱
kanalımız:
https://t.me/mefatihul_khayr

Qəlbin Nuru

27 Jan, 11:01


Qəlbin nuru:
Bəzi insanlar belə deyirlər;

Maşın qəzası göz
İşdə uğursuzluq göz
Ər-arvad arasında mübahisə göz
Evliliyin gecikməsi sehr
Uşağın xəstələnməsi göz
Övladın olmaması sehr
Şəriklər arasında mübahisə sehr
Boşanma sehr
Təhsildə uğursuzluq göz
Ağır xəstəlik göz
Xeyirə müvəffəq olmamaq sehr

Onlar gecə-gündüz günahlara batır və heç birinin ağlına gəlmir ki, bütün bu müsibətlərin səbəbi günahlardır. Allah-Təala buyurur:
"Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız (günahlar) səbəbindəndir. Halbuki (Allah) çoxunu bağışlayır" (Şura: 30).


Qəlbin nuru qeyd:
Bəli, bu sözlər dərin mənalar daşıyır və vacib bir məsələyə diqqət çəkir. Çox insanlar qarşılaşdıqları bəla və problemləri birbaşa gözə və ya sehrə bağlayırlar, özlərinə və əməllərinə baxmadan. Halbuki Allah-Təala Qurani-Kərimdə bizə bəyan edib ki, insanın başına gələn müsibətlər onun öz əlləri ilə qazandıqları günahlar səbəbindəndir.

Bu səbəbdən, insanın qarşılaşdığı müsibətlər zamanı ilk növbədə özünə baxması, özünü yoxlaması və Allah-Təala ilə münasibətini nəzərdən keçirməsi daha doğru olar, nəinki dərhal başqalarını günahlandırmaq və ya göz, sehr kimi şeylərdən şübhələnmək. Bəli, göz də, sehr də haqdır, amma hər problemin səbəbi bunlar olmur.

Buna görə də insan ilk növbədə tövbə və istiğfar etməli, sonra isə problemləri həll etmək üçün şəriətə uyğun səbəblərə əl atmalıdır. Allahı zikr etmək və Quran oxumaqla özünü qorumaq isə hər zaman ön planda olmalıdır.

https://t.me/mefatihul_khayr

Qəlbin Nuru

25 Jan, 14:06


Günahlardan ehtiyyat edin, çünki onlar rəhmət mövsümlərində məğfirətdən məhrum edirlər...
(İbn Rəcəb, Lətaiful-məarif/295)

Kanalı paylaş xeyirin açarı ol
🔐
https://t.me/mefatihul_khayr

Qəlbin Nuru

24 Jan, 09:45


Möhtərəm Müsəlmanlar bu gün Cümə günüdür.. Günlər içərisində
ən fəzilətli gün bu gündür. Bizlər umumilikdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə salavatı (duanı) çoxaltaq gərək.
Xüsusi olaraqda cümə günü salavatı çoxaltmalıyıq. Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə salavatı deməyin çox çox, əzəmətli faydaları vardır.. Unutmayaq ki əyər bizlər dərdlərdən, sıxıntılardan, çətinliklərdən qurtulmaq və bagışlanmaq istəyiriksə o zaman gərək Peygəmbərimizə salavatı çoxaltaq..!
Allah bizləri müvəffəq eyləsin. Amin

https://t.me/mefatihul_khayr

Qəlbin Nuru

14 Jan, 21:55


"Kor olan, görməyən deyil; əsl kor, gördüyü haqqı hiss etməyən, onu anlamayan və önündə olan ibrəti dərk etməyəndir.
Neçə-neçə insan var ki, gözləri ilə görür, ancaq qəlbi heç bir şeyi görmür (anlamır)
və neçə-neçə insan var ki, gözləri görmür, lakin qəlbi hər daim haqqı görür və ona tabe olur."

https://t.me/mefatihul_khayr

Qəlbin Nuru

08 Jan, 17:24


"Allahım! məni Sən sevənədək dəyiş.."🪴
https://t.me/mefatihul_khayr

Qəlbin Nuru

31 Dec, 09:34


https://youtu.be/SW2f7OvJQbc

https://t.me/mefatihul_khayr

Qəlbin Nuru

30 Dec, 17:22


Qəlbin nuru:
⚠️Ey şərəfli, hörmətli müsəlman!
Axı sən zalımın zülmündən, müsəlmanlara olunan cinayətlərdən, ədalətsizliklərdən, sümürmələrdən xəbərsiz deyilsən ❗️


⚠️Axı sən islam dini ilə şərəflənmiş seçilmiş, izzət sahibisən, vicdan sahibisən. Onların (nəsranilərin) Azərbaycanın dinc əhalisinə , insanlığa, dinə qarşı, etdiyi vəhşilikləri cinayətləri eləcə də (yahudilərin ) Fələstin xalqına və diğər müsəlmanlara  etdiklərini, unutmadın❗️
Onların, yeni il " bayramına" rəğbət  göstərməklə, şənlənməklə  heç bir şəriki olmayan Rəbbinə şirk etmələrini uca tutmuş olursan, küfürlərinə ortaq olursan, onlara zəlalətlərində yardım edirsən.

⚠️Axı sən şərəfli olaraq , şərəfsizlərin özlərinə məxsus vicdanlarına, qiblələrinə və şəriətlərinə, saxta etiqadına ortaq olmadığın kimi bayramlarına  da ortaq deyilsən❗️

Həqiqətən bizlər din üzərində, tövhid üzərində, doğru etiqad üzərində düyümlənmədikcə birləşmədikcə xeyir tapmarıq.
Əks halda onlar, bayramları ilə planları ilə oyunları ilə həyatımızın tamamına nüfuz edəcəklər.
Ölüm ayıltmamışdan qabaq müsəlmanların qəflətdən  ayılmaq vaxtıdır ❗️❗️


Allah bizi dinində sabit etsin
https://t.me/mefatihul_khayr

Qəlbin Nuru

29 Dec, 06:37


İslamda qadağan olunan on peşə 3

Riba (faiz) müqavilələrini yazan katib
.

Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurmuşdur: “Faiz yeyənə, faiz verənə, yazan katibə və şahidlik edənə lənət olsun. Onlar hamısı bərabərdir” (Muslim).
Allah Təala buyurur:
“Ey iman gətirənlər! Allahdan qorxun və əgər möminsinizsə, sələmdən qalan faizi almayın. Əgər belə etməsəniz, Allahın və Onun Elçisinin sizə müharibə elan etdiyini bilin. Yox, əgər tövbə etsəniz, sərmayəniz sizə qalacaq. Nə siz zülm edərsiniz, nə də sizə zülm olunar”
. (Bəqərə/279).
Bu ayə Allahın bu əməli qətiyyətlə haram etdiyini göstərir.!
Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur:
“Faizin yetmiş günahı var, ən yüngülü insanın öz anası ilə zina etməsi kimidir”
. (İbn Macə).
Bu hədis faizin nə qədər fəsad və çirkin bir əməl olduğunu vurğulayır.

Qəlbin Nuru qeyd:
Riba (faiz) sistemində zənginlər zəhmət çəkmədən daha da zənginləşir, kasıblar isə borcları ödəyə bilmədikləri üçün daha da ağır vəziyyətə düşürlər. Bu, İslamın ədalət qanunlarına tamamilə ziddir. Katibin faiz müqaviləsini yazması həmin sistemə yardım etməsi mənasına gəlir.
Faiz hər halıyla böyük zülm və fitnəyə yol açır. Ona görə də, bu sistemdən tamamilə uzaq durmaq və halal yollarla qazanc əldə etmək İslamın tövsiyə etdiyi ən əsas yollardan biridir.

https://t.me/mefatihul_khayr

Qəlbin Nuru

24 Dec, 18:55


Live stream finished (2 hours)

Qəlbin Nuru

24 Dec, 16:17


Assalamu aleykum varahmatullahi va barakatuhu

Hörmətli müsəlman qardaş və bacılarımız bugün Bakı vaxtı ilə saat 22:00-da Telegramda Qəlbin Nuru
(
https://t.me/mefatihul_khayr)
kanalında Ubeydullah Balaşovun canlı dərsi olacaq.

Allah hər birimizi xeyirlərə müvəffəq etsin...

Qəlbin Nuru

20 Dec, 06:43


Qəlbin nuru:
*Salavatın sirri*

*Dərdləri yox edən və günahları bağışlatan dua*

Übey İbn Kəb (radiyallahu anh) Peyğəmbər sallallahu aleyhi və səlləmə dedi: "Ey Allahın Rəsulu! Mən sənə çox salavat gətirirəm, sənə nə qədər salavat (dua) edim?" Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: "Nə qədər istəsən." Mən dedim: "Dörddə birini?" O buyurdu: "Nə qədər istəsən, lakin artırmağın sənin üçün daha xeyirlidir." Mən dedim: "Yarısını?" O buyurdu: "Nə qədər istəsən, lakin artırmağın sənin üçün daha xeyirlidir." Mən dedim: "Üçdə ikisini?" O buyurdu: "Nə qədər istəsən, lakin artırmağın sənin üçün daha xeyirlidir." Mən dedim: "Bütün duamı sənə ayırım?" O buyurdu: "O zaman dərdlərindən qurtularsan və günahların bağışlanar."

Bu hədisi İmam Tirmizi "Sünən" əsərində rəvayət etmiş və (həsən) olduğunu bildirmişdir. İmam Bəyhəqi isə "Şuəbül-İman" əsərində rəvayət etmişdir.


Qəlbin nuru qeyd:
Bu hədis bizə öyrədir ki, Peyğəmbərə sallallahu aleyhi və səlləmə salavat (dua) göndərmək, insanın dərdlərini yüngülləşdirir, günahlarını bağışladır və qəlbini rahatlıqla doldurur. Salavat, yalnız bir dua deyil, həm də bir qurtuluş yoludur. Peyğəmbərə sallallahu aleyhi və səlləmə nə qədər çox salavat göndərsən, Allahın rəhmətinə bir o qədər yaxınlaşarsan. Bu, sevgi, itaət və səmimiyyətin ən gözəl nümunəsidir.

https://t.me/mefatihul_khayr

Qəlbin Nuru

18 Dec, 10:54


İslamda qadağan olunan on peşə 2

Narkotik, siqaret və nargilə satan satıcı


Allah Təala buyurur: “Öz əlinizlə özünüzü təhlükəyə atmayın” (Bəqərə/195). Alimlər siqaret və nargilə kimi məhsulların satılmasını, insanların sağlamlığına zərər verdiyi üçün haram sayırlar. Allahu Təala bizə sağlamlığımıza diqqət yetirməyi, beləliklə bizə zərərli olan hər şeydən uzaq durmağı əmr etmişdir.
Siqaret və nargilə insanın bədəninə ciddi zərər verir, uzun müddətli istifadəsi tənəffüs və ürək-damar xəstəliklərinə, xərçəngə səbəb olur. Peyğəmbər sallallahu aleyhi və səlləm, "Bədəninizi zərərdən qoruyun" (əl-Buxari və Muslim) deyərək sağlamlığın qorunmasına böyük önəm vermişdir.

Həmçinin, Quranda Allahu Təalə belə buyurmuşdur: "Öz əllərinizlə özünüzü təhlükəyə atmayın" (Bəqərə/195).

Sələflərdən olan İbn Qudamə Allah ona rəhmət etsin demişdir: “Haram olan bir şeyi yaymaq və başqalarına satmaq, onu birbaşa etməkdən daha böyük bir günahdır." Bunların hər biri siqaret və nargilə kimi zərərli maddələrin ticarətinin haram olduğunu göstərir.

Sonda Allahu Təalaya dua edərək ondan istəyirik bizi, özümüzə və cəmiyyətimizə faydalı olanlardan etsin. Bizi özümüzə və cəmiyyətimizə zərərli olan söz və əməllərdən qorusun. Amin

https://t.me/mefatihul_khayr

Qəlbin Nuru

17 Dec, 13:48


Qəlbin nuru:
İslamda qadağan olunan on peşə...

İslam, insanların həm dünyada, həm də axirətdə yaxşı yaşaması üçün bir çox qaydalar və sərhədlər müəyyən etmişdir. Bəzi peşələr isə dinimizə görə qadağan edilmişdir. Çünki onlar insanlar və cəmiyyət üçün zərərli günahlar və faydasız işlərdir. Gəlin indi o, haram edilmiş peşələrlə tanış olaq.

1.
Qadına Bərbərlik Edən Kişi
İslamda naməhrəm kişi və qadın arasında birbaşa ünsiyyət və yaxınlıq qadağan edilmişdir. Kişinin qadına bərbərlik etməsi, İslamın kişilərlə qadınlar arasında qoyduğu əxlaqi sərhədləri pozur. Peyğəmbər sallallahu aleyhi və səlləm bu haqda belə buyurmuşdur:“Sizdən birinizin başına dəmir iynə ilə vurulması, ona halal olmayan bir qadına toxunmasından daha yaxşıdır” (ət-Təbərani və əl-Beyhəqi). Bu hədis, qadına toxunmağın nə qədər böyük bir günah olduğunu vurğulayır.

Sələflər bu mövzuda çox diqqətli idilər. İbn Teymiyyə Allah ona rəhmət etsin belə demişdir: “Qadın və kişi arasında qeyri-halal münasibətlərin qarşısını almaq, İslamın əsas əxlaqi qaydalarından biridir.”

Qeyd: İslam, cəmiyyətin əxlaqi dəyərlərinin qorunmasına xüsusi əhəmiyyət verir. Hər bir addım, hər bir peşə insanın təməl əxlaqını, şəxsiyyətini və cəmiyyətin bütövlüyünü formalaşdırır. Əgər biz, bunlara sadiq qalarsaq, həm fərdi, həm də ictimai həyatımızda əxlaq və ədaləti bərqərar edərik. Unutmamalıyıq ki, hər bir haram olan şeydən qaçmaq, bizi, Allahın razılığını qazanmağa bir addım daha yaxınlaşdırır.

https://t.me/mefatihul_khayr

Qəlbin Nuru

15 Dec, 09:05


Qəlbin nuru:
Qəlbin şəfası...

Alləmə İbn Useymin rahiməhullah belə buyurmuşdur:
"Qəlbin düzgün istiqamətdə olması və sağlam qalmasının ən böyük səbəblərindən biri Quranın çoxlu oxunmasıdır."
(Nur Ala’d-Dərb 20/1)

Qəlbin Nuru Qeyd:Quran, Allahın insanlara bəxş etdiyi ən böyük şəfa və hidayət mənbəyidir. Uca Allah buyurur:"Biz Quranı möminlər üçün şəfa və mərhəmət olaraq nazil etdik." (əl-İsra, 82)

Quran oxumaq, insanın imanını gücləndirir, qəlbi təmizləyir və mənəvi rahatlıq verir. Allah Təala buyurur:
"Bilin ki, qəlblər ancaq  Allahı zikr etməklə rahatlıq tapar." (ər-Rəd, 28)

Quran oxumaq, ibadət olmaqla yanaşı, həm də qəlbi hər cür fitnədən qoruyan, insanı doğru yolda saxlayan və həyatını nurlandıran bir bələdçidir. Allahın kəlamı ilə gündəlik həyatımızı bəzəyərək həm dünyada, həm də axirətdə əbədi hüzur və rahatlıq tapa bilərik. Allah bizi Quranı çox oxuyan, ona əməl edən və ən gözəl şəkildə ona dəvət edən xeyirli, bərəkətli və mənfəətli, saleh qullarından etsin.Amin


https://t.me/mefatihul_khayr

Qəlbin Nuru

14 Dec, 14:16


Qəlbin nuru:
"Quran əhli və onların Fəziləti"

İbn Abbas (Allah ondan və atasından razı olsun) demişdir:
"Allah Quranı oxuyan və onunla əməl edən kəsin dünyada azmayacağına və axirətdə bədbəxt olmayacağına zəmanət vermişdir."
(Camiul-Məsail, İbn Teymiyyə, 3/86).

Qəlbin nuru qeyd:
Bu sözlərdən aydın olur ki, Quran yalnız oxunan bir kitab deyil, o, həm də həyat üçün rəhbər və nicat yoludur. Quranı oxuyub anlamaq, onunla əməl etmək hər bir müsəlmanın vəzifəsidir. Allah Təala belə insanlara dünyada doğru yolda sabit qalmağı, axirətdə isə səadət və cənnət nəsib edəcəyini vəd edir.

İbn Abbasın bu sözləri bizə Quran əhlinin yüksək məqamını xatırladır. Onlar Allahın xüsusi zəmanəti altında olan insanlardır. Beləliklə bu bir daha bizə, Qurana bağlanmanın nə qədər böyük bir fəzilət olduğunu öyrədir.
Allahdan istəyirəm ki, Allah bizi Quran əhli olmağa, Quranla əməl etməyə, Quranla yaşayıb, Quranla ölməyə nəsib etəsin. Amin Amin Amin
https://t.me/mefatihul_khayr

Qəlbin Nuru

12 Dec, 08:40


Qəlbin nuru:
Xoşbəxt Ailə yolunda
Ərin qadın üzərindəki haqqı

Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur:
"Məhəmmədin nəfsi əlində olan Allaha and olsun ki, qadın, ərinin haqqını yerinə yetirmədikcə, Allahın haqqını tam olaraq yerinə yetirə bilməz."
(Səhih İbn Macə, 1515)

Şeyxül-İslam İbn Teymiyyə (rəhmətullahi aleyh) buyurmuşdur:
"Qadın ərə getdiyi zaman, əri onun üzərində valideynlərindən daha çox haqqa sahib olur və ərinə itaət etmək ona daha vacib olur.! Allah və Rəsulundan sonra, qadının üzərində ərinin haqqından daha vacib bir haqq yoxdur."
(Məcmu əl-Fətava, 32/260)

Bəzi Salehə qadınların ərlərinə olan itaətkarlığı və hörməti

1/Asiyə binti Muzahim (Firovunun xanımı)
Asiyə, zalım və qəddar Firovunun xanımı olmasına baxmayaraq, ona itaət etdi. İmanını qorudu və Allaha sadiq qaldı. O, ərinin zülmünə rəğmən ailə daxilində əxlaqını və hörmətini qoruyaraq Allaha belə dua etdi:"Ey Rəbbim! Mənə, Öz yanında cənnətdə bir ev tik və məni Firovn və onun əməlindən xilas et".
(Təhrim, 11).
Bu misal qadının əri zalım olsa belə ona itaət etməsinin, Allahın razılığına mane olmadığını göstərir.
Subhanallah Asiyə Anamızın əri Zalım birisiydi, bununla yanaşı O, ərinə itaətdən boyun qaçırmadı, bəhanələr uydurmadı. Bəs bu günümüzdə Ərləri ibadət , itaət əhli olan kişilərə itaət etməkdən boyun qaçıran hətta cür bə cür bəhanələr uyduran qadınlara nə deyək..?

2/ Zubeyr ibni Əvvamın həyat yoldaşı, Əsma binti Əbu Bəkr Allah onların hamısından razı olsun:
Əsma radiyallahu ənhə həyat yoldaşı olan Zubeyr radiyallahu anhuya hər işdə kömək edərdi. O, Zubeyrin atını yemləyər, su gətirər, hətta uzaq məsafədən yük belə daşıyardı. Bir gün Peyğəmbər sallallahu aleyhi və səlləm onu bu işlərdə görərək təbəssüm etdi və dedi ki,
onun zəhməti savabdır.
Əsma Allah rizası üçün ərinə olan itaətini, dəstəyini və fədakarlığını daim göstərmişdir.

3/ Abu Dərdanın xanımı Ümmü Dərda Allah onların hər ikisindən razı olsun:
"Ümmü Dərda ərinin ibadətlərinə və ehtiyaclarına dəstək olmaq üçün hər zaman çalışardı. Əri gecələr çox ibadət etdiyi üçün ona rahat şərait yaradar, həmçinin dünyəvi məsələlərdə onun narahat olmaması üçün əlinə düşən hər işdə ona yardım edərdi." Onun ərinə itaəti və hörməti həmişə müsəlman qadınlarına gözəl nümunə olmuşdur.

Qəlbin Nuru qeyd:
Bu kimi nümunələri yüzlərlə çəkmək olar.
Bu kimi nümunələr qadınların ərlərinə olan itaətinin və hörmətinin ailə səadətini artırdığını göstərir.
Bütün bunlar bizə bir daha öyrədir ki, Allahın razılığı, ər və arvadın qarşılıqlı sevgisi, hörməti və Allahın hökmlərinə bağlı qalmalarında gizlidir.

https://t.me/mefatihul_khayr

Qəlbin Nuru

11 Dec, 07:37


Qəlbin nuru:
Evinizi, ailənizi, işinizi və malınızı qoruyun

Evinizə, ailənizə və malınıza bəlaların gəlməsinin ən sürətli yollarından biri ailə şəkillərinizi, işinizi və şəxsi həyatınızla bağlı məlumatları sosial şəbəkələrdə paylaşmaqdır. Görün Allah təalə Qurani-Kərimdə Yaqub əleyhissələmin dilindən nə buyurur:

"Ey oğlum! Yuxunu qardaşlarına danışma ki, sənə qarşı hiylə qurmasınlar. Şübhəsiz ki, şeytan insanın açıq-aşkar düşmənidir." (Yusuf, 12:5).

Allahın Peyğəmbəri Yusuf (aleyhissələm) yuxuda gördüyü bir röya səbəbindən qardaşlarının həsədinə məruz qaldı. O halda, ondan daha zəif olan bizlər və daha neçə neçə nemətlərə sahib olanlar necə böyük təhlükə ilə üz-üzə qalmasınlar???

Saleh sələflərimiz Allah onlardan razı olsun, bu məsələyə çox diqqət etmiş və bizlərə də dəyərli öyüd nəsihətlər vermişlər.
Abdullah ibn Məsud (Allah ondan razı olsun) deyərdi:
"Nemətin üzərindəki həsəd səbəbindən, insan bəzən öz xoşbəxtliyini və rahatlığını itirir. Buna görə də, Allahın sənə verdiyi nemətləri daim qorumağa çalış və onu yalnız Ona şükürlə nümayiş etdir."

İmam Əş-Şəfii də belə deyərdi: "Sirrini qorumaq, nemətini qorumaqdır. İnsan hər aşkar etdiyi neməti ilə düşmənlərinin sayını artırır."

Peyğəmbərimiz sallallahu aleyhi və səlləm belə buyurmuşdur:
"Göz dəyməsi haqdır. Əgər bir şey qədəri keçə bilsəydi, göz dəyməsi keçərdi." (Müslim, 2188).

Başqa bir hədisdə Rəsulullah sallallahu aleyhi və səlləm belə buyurmuşdur:
"Göz dəyməsi insanı qəbirə, dəvəni isə qazana salar." (Əhməd, 15550).

Qəlbin Nuru qeyd:
Göz dəyməsi haqdır və həsəd öldürücüdür. Bu, insanın sevincini, sağlamlığını və ruhi rahatlığını məhv edir. Ona görə də, öz nemətlərimizi gizli saxlamaq, şükür etmək və həmişə Allahın himayəsinə sığınmaq ən doğru yoldur. Allah bizləri sehirdən, həsəddən və göz dəymədən qorusun. Amin

https://t.me/mefatihul_khayr

Qəlbin Nuru

10 Dec, 10:47


Qəlbin nuru:
Nemətlərin Şükrü

Allah Təala buyurur:
"Və (yada salın) o zaman Rəbbiniz bildirmişdi: Əgər şükür etsəniz, sizə (nemətlərimi) artıraram, əgər küfr etsəniz, (bilin ki) əzabım olduqca şiddətlidir.
"
(Qurani-Kərim, İbrahim surəsi, 7-ci ayə)

İmam İbn Qeyyim (Allah ona rəhmət eləsin) belə demişdir:
"Allah Təala şükrü, Öz lütfü və fəzilətinin daha da artması və quluna verdiyi nemətinin qorunub saxlanması üçün səbəb etmişdir."

Şükrün üç əsas dayağı vardır və qul yalnız bunlara riayət etdikdə həqiqi şükür edən sayılır:

1. Nemətin, Allahın neməti olduğunu dərk edərək bunu etiraf etməklə.

2. Nemətə görə Allahı tərifləmək və Ona həmd etməklə.

3. Neməti, Allahın sevib razı qaldığı şəkildə istifadə etməklə.


(Mədəricus- Səlikin, 2/232
İdətus-Sabirin,
1/122.)

Sələflər Allah onlara rəhmət etsin şükrün əhəmiyyətinə dair bir çox hikmətli sözlər söyləmişlər

🔸 Əli ibn Əbu Talib (Allah ondan razı olsun) demişdir:
"Nemət davamlıdırsa, şükür etmək onu qoruyar, əgər azalarsa, şükür etmək onu geri qaytarar."

🔸 Fudayl ibn İyad (Allah ona rəhmət etsin) belə buyurmuşdur:
"Şükür, neməti, itaət üçün istifadə etməkdir. Nemətini günahda istifadə edənin şükr etdiyi deyil, əksinə nankor olduğu söylənər."

🔸 Həsən əl-Bəsri (Allah ona rəhmət etsin) deyərdi:
"Şükür üç qisimdən ibarətdir: Qəlblə şükür, dillə şükür və əməllə şükür. Qəlb ilə şükür, nemətin Allahdan olduğunu qəbul etməkdir. Dil ilə şükür, Ona həmd etməkdir. Əməl ilə şükür isə Allahın razılığını qazanmaq üçün həmin nemətləri, Allahın sevdiyi yerlərdə istifadə etməkdir."

🔸 Umar ibn Əbdüləziz (Allah ona rəhmət etsin) buyurmuşdur:
"Nemətlərin şükrü, nemətləri Rəbbinin sevdiyi yolda sərf etməkdir."

Allah Təala bizləri Öz nemətlərini tanımağa, dərk etməyə,nemətləri nemət kimi bilməyə müvəffəq etsin. Və bizi, bizə bəxş etdiyi nemətlərinə görə həqiqi şükür edənlərdən etsin və bu şükr sayəsində nemətlərimizi artırsın! Amin Amin Amin


https://t.me/mefatihul_khayr

Qəlbin Nuru

08 Dec, 11:47


Qəlbin nuru:
Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur:

"Üç şey insanı həlak edər, üç şey xilas edər, üç şey günahlara kəffarə olar və üç şey isə insana yüksək dərəcələr qazandırar.

Həlak edənlər:
1. İtaət olunan xəsislik (dünya malına bağlılıq və başqalarını qısqanmaq),

2. Ardınca gedilən nəfsani istəklər (insanın öz nəfsini haqq və ədalətdən üstün tutması),

3. İnsanın özünə heyran olması (özünü başqalarından üstün görməsi).


Xilas edənlər:
1. Qəzəbli və ya razı halında belə həmişə ədalətli olmaq,

2. Yoxsulluq və zənginlikdə orta yolu seçmək,

3. Allahdan həm gizli, həm də aşkar şəkildə qorxmaq və Ona qarşı təqvalı olmaq.


Günahlara kəffarə olanlar:
1. Bir namazdan sonra digər namazı səbrlə və ümidlə gözləmək,

2. Soyuq havada dəstəmazı tam və gözəl şəkildə almaq,

3. Camaat namazına addımlayaraq getmək.


Yüksək dərəcələr qazandıranlar:
1. İnsanlara yemək yedirtmək,

2. Salamı yaymaq (insanlara xeyir-dua ilə dolu salam vermək),

3. İnsanlar yatarkən gecə namazı qılmaq (Allaha xüsusi ibadətlə yaxınlaşmaq)."
(Hədisi böyük alim əl-Albani rahiməhullah “həsən” olaraq təsnif etmişdir.)

Qəlbin nuru qeyd:
Bu hədis, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin bizə həyatın mənasını və müvəffəqiyyətin əsl yollarını göstərən möhtəşəm tövsiyələrindən biridir. O, bizə həm dünyavi, həm də axirət səadətinə aparan hər bir şeyi aydın bir şəkildə izah etmişdir.
İnsan bu hədisdə vurğulanan dəyərləri həyatına tətbiq etsə, həm özünü həlakdan qoruyar, həm Rəbbinin rizasını qazanar, həm də axirətdə uca dərəcələrə nail olar. Allahın rizasını və cənnəti arzulayan hər bir mömin üçün bu hədis bir yol xəritəsi kimidir. Allah bizə, bu gözəl xüsusiyyətləri qəlbimizə və əməllərimizə yerləşdirib Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin tövsiyələrinə uyğun yaşamağı nəsib etsin!

https://t.me/mefatihul_khayr

Qəlbin Nuru

05 Dec, 09:01


Qəlbin nuru:
İnsanın yaradılış məqsədi..?

Allah Təalaya yönəlmək və Ona yaxınlaşmaq

İnsan, Allah Təalaya yönəlmək, Onu sevmək və Onun razılığını qazanmaq üçün yaradılmışdır. Bu, insan həyatının əsas qayəsi və yaradılış sirridir. Allah Təala Qurani-Kərimdə bu məqsədi açıq şəkildə bildirir:

"Mən cinləri və insanları yalnız Mənə ibadət etmələri üçün yaratdım" (Zəriyət: 56).

Bu ayə göstərir ki, insanın vəzifəsi Allahın Rəbb olduğunu tanımaq, Onun əmr və qadağalarına boyun əymək və ibadət vasitəsilə Ona yaxınlaşmaqdır.

Allaha doğru yönəlmək, insanın qəlbinin saflaşmasını, ixlasla dolmasını və Allah sevgisi ilə dolu bir həyat yaşamasını tələb edir. Bu səfər nə ticarət yolculuğu, nədə maddi bir yolculuq deyildir. Bu, insanın bütün varlığı ilə, Allahı haqqıyla tanımaq və Ona qovuşmaq arzusu ilə yaşadığı bir yolculuqdur. Bu yol bir neçə əsas mərhələni özündə əhatə edir:

1. Allaha iman
Yolun başlanğıcı iman ilə başlayır. İman, Allahı tanımaq, Onun Rəbb olduğunu qəbul etmək və Onun gözəl adlarına, sifətlərinə inanmaqdır. İman, insanın ruhunu işıqlandıran ilk addımdır və Allahu Təaləylə əlaqənin təməlidir.


2. Səmimi tövbə

Tövbə, insanın günahlardan peşman olaraq Allah Təalaya yönəlməsidir. Bu mərhələdə insan, keçmişdə etdiyi səhvləri düzəltməyə çalışır və Allaha dua edərək bağışlanma diləyir. Tövbə, qəlbin təmizlənməsi və yenidən Allaha dönüş deməkdir.


3. İbadət və itaət
Allah Təalaya yaxınlaşmaq, Onun əmrlərini yerinə yetirmək və ibadətlə Ona bağlanmaqla mümkündür. Fərz ibadətlərdən başlayaraq nafilə ibadətləri ilə bu bağ daha da möhkəmlənir. Hər bir ibadət qəlbi Allah sevgisi ilə doldurur və insanı Ona daha da yaxınlaşdırır.


4. Günahlardan uzaqlaşmaq
Allaha doğru səfərin əsas şərtlərindən biri də günahlardan uzaq durmaqdır. Bu, nəfsin cilovlanmasını və Allahın qəzəbinə səbəb olacaq hərəkətlərdən çəkinməyi tələb edir. Günahdan uzaqlaşmaq qəlbi daha da nurlandırır və insanı yüksəldir.


5. Təfəkkür və şükür
Allahın yaratdığı kainata, nemətlərinə və əlamətlərinə baxıb təfəkkür etmək, imanı gücləndirən ən mühüm vasitələrdən biridir. İnsan Allahın sonsuz qüdrətini və rəhmətini dərk etdikcə, Ona daha çox yaxınlaşar və beləliklə şükrünü artırar.

Qəlbin Nuru qeyd:
Allaha doğru olan bu səfər yalnız Qiyamət günü, insan Rəbbinin qarşısında durduğu zaman tamamlanır. Həyat bu yolculuğun bir sınağıdır, və bu sınaqda hər bir insan qəlbinin və əməllərinin hesabatını verəcəkdir.
Qəlbin əsl rahatlığı və insanın həqiqi xoşbəxtliyi yalnız Allah Təalaya bağlılıqda və Onunla olan yaxınlıqda tapılar. Bu məqsədə çatmaq üçün iman, tövbə, ibadət və ixlasla bir ömür boyu çalışmaq lazımdır. İnsanın bu mənəvi səfəri, Allah sevgisi ilə dolu bir həyat yaşaması və Onun razılığını qazanması üçün daim davam etməlidir.
Allah bizləri eşidib faydalanan qullarından eyləsin.Amin

https://t.me/mefatihul_khayr

Qəlbin Nuru

25 Nov, 11:06


Qəlbin nuru:
Allahu Təalə yahudilər haqqında buyurur:
6. De: Ey yəhudilər! Əgər insanlar arasında ancaq özünüzün Allahın dostları olduğunuzu iddia edirsinizsə və doğru danışanlarsınızsa onda özünüzə ölüm diləyin!

7. Lakin onlar öz əlləri ilə törətdikləri əməllərə görə ölümü əsla diləməzlər. Allah zalımları tanıyır.

8. De: Qaçdığınız ölüm sizi mütləq haqlayacaq. Sonra siz qeybi və aşkarı bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcək.

(Cuma 6,7,8)


Allahu Təalənin bu ayadə yahudilərdən danışmağının səbəbi, onların özlərini insanlardan üstün görmələridir. Onlar özlərini, insanlardan fərqli olaraq Allahın dostları və sevimliləri olduqlarını iddia edirlər. Halbuki Fələstinlilərdən fərqli olaraq, onlar ölümdən, sonda aqibətlərindən çox qorxurlar. Cənnət əhlindən olduğunu bilən insan, axirət nemətlərinə can atmazmı?Onlar isə Allahu Təalənin bildirdiyi kimi, ölümdən və aqibətlərindən çox qorxurlar. Bu da haqq dinin islam olduğunun göstəricisidir.
https://t.me/mefatihul_khayr

Qəlbin Nuru

25 Nov, 05:07


https://youtu.be/2A2rXjcsiGM

Qəlbin Nuru

23 Nov, 09:34


https://youtu.be/eSsdU--k3HA

Qəlbin Nuru

20 Nov, 12:33


https://youtu.be/JtppR6PQKVw

Qəlbin Nuru

19 Nov, 09:43


Qəlbin nuru:
Mələklərin duasını qazanmağın yolları

1. Namaz üçün birinci səfdə durduqda:
Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur:
"Allah və mələkləri namazı birinci səfdə qılanlara xeyir-dua edərlər." (Nəsai, 817; İbn Macə, 997)


2. Namazdan sonra məsciddə oturduqda:
Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur:
"Hər kim namazını qıldıqdan sonra namaz qıldığı yerdə oturaraq Allahı zikr etməyə davam edərsə, mələklər onun üçün dua edərlər: "Allahım, ona mərhəmət et. Allahım, onu bağışla. Allahım, ona rəhm et."
(Buxari, 445)


3. Xəstə ziyarətinə getdikdə:
Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur:
"Kim bir xəstəni ziyarət edərsə, yetmiş min mələk onun üçün dua edər, səhərdən axşama qədər Allahın rəhmətini diləyər."
(Tirmizi, 969)


4. Allahın rizası üçün bir müsəlman qardaşını ziyarət etdikdə:
Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur:
"Kim Allah rizası üçün bir dostunu ziyarət edərsə, mələklər ona "Yer üzündə gəzdiyin müddətdə əməllərin xeyirli olsun"- deyərək dua edərlər."
(Müslim, 2567)


5. Müsəlman qardaşın üçün gizlində dua etdikdə:
Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur:
"Bir müsəlman, qardaşı üçün arxasınca dua etdikdə, mələk deyər: "Amin, və sənə də eynisi olsun." (Müslim, 2732)


6. İnsanlara xeyir öyrətdikdə:
Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur:
"Xeyir öyrədənlərə göydə və yerdə olan hər şey, hətta dənizdəki balıqlar belə dua edər."
(Tirmizi, 2685)


7. Dəstəmazlı halda yatdıqda:
Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur:
"Kim dəstəmazlı halda yatarsa, onun üçün bir mələk göndərilər və o, gecə boyunca belə dua edər: "Allahım, bu bəndəni bağışla, çünki o, dəstəmazlı yatdı."
(İbn Hibban, 1050)


8. Oruc tutmaq üçün sahur etdikdə:
Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur:
"Şübhəsiz ki, Allah və mələkləri sahur edənlərə xeyir-dua edərlər."
(İbn Hibban, 3457)

Qəlbin Nuru qeyd
"Ey iman gətirənlər! Bu gözəl əməllər bizə mələklərin duasını və Rəbbimizin rizasını qazanmağın yollarını göstərir. Hər bir saleh əməl, insanın həm dünyasına, həm də axirətinə ışıq saçır. Gəlin, bu əməlləri həyatımızın ayrılmaz hissəsinə çevirək, ixlasla və yalnız Allahın rizasını niyyət edərək, Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə tabe olaraq yerinə yetirək. Çünki Allah hər şeyə Qadirdir, dualara cavab verəndir və qullarına qarşı çox Mərhəmətlidir. Allah bizləri mələklərin duasına layiq olan və özünün mərhəmətini və bağışlamasını qazananlardan etsin. Həmçinin, bu saleh əməlləri başqalarına öyrədərək yer üzündə xeyirli izlər qoyanlardan olmağı bizlərə nəsib etsin. Axı hər xeyir bir nur, və hər nurda axirət səfərimiz üçün bir yol göstəricisidir!"
Allah bizi bu səkkiz halı ixlasla yalnız Onun rizası üçün yerinə yetirənlərdən etsin! Həqiqətən Allah buna qadirdir və ən yaxşı yardım edəndir..!


https://t.me/mefatihul_khayr

Qəlbin Nuru

14 Nov, 13:11


Qəlbin nuru:
Yer üzərindəki ən əzəmətli nemət...

"İslam neməti, Peyğəmbərlərin onların üzərinə Allahın salatı və salamı olsun öz yaxınlarına arzuladıqları, lakin Allahın onlara nəsib etmədiyi böyük bir nemətdir.
İbrahim onun üzərinə Allahın salamı olsun bu neməti atasına, Nuh peyğəmbər onun üzərinə Allahın salamı olsun oğluna, Lut peyğəmbər onun üzərinə Allahın salamı olsun bu neməti zövcəsinə, Məhəmməd peyğəmbər isə onun üzərinə Allahın salatı və salamı olsun əmisinə arzulamış, lakin Allah onların bu arzularını yerinə yetirməmişdir.! Bizə isə heç bir səy, dua və istək olmadan bu neməti lütf etmişdir... Bəs bu nemətin əzəmətliyini və Allahın bizə olan mərhəmətinin böyüklüyünü yetərincə dərk edirikmi? Allahu Təalə buyurur: "Həqiqətən, Allah insanlara qarşı çox lütfkardır, lakin insanların çoxu bunu qiymətləndirmir və şükür etmirlər...."

https://t.me/mefatihul_khayr

Qəlbin Nuru

12 Nov, 16:17


Qəlbin nuru:
Dörd şəxsə, dörd şeydən qafil olduqları üçün təəccüb edirəm

1. Qəm-kədər içində olan
bir kəsə təəccüblənirəm ki, Allahu Təalənin Yunus əleyhissələmin dilindən dediyi
: "Səndən başqa ibadət haqqı olan haq məbud yoxdur. Sən pak və müqəddəssən, mən zalımlardan oldum" (Ənbiya,87) ayətindən qafildir. Hansı ki Allahu Təalə bundan sonra deyir: "Biz onun duasını qəbul etdik və onu qəm-kədərdən qurtardıq" (Ənbiya,88).

2. Zərərə düçar olan bir kəsə təəccüblənirəm ki, Allahu Təalənin Əyyub əleyhissələmin dilindən dediyi
: "Ey Rəbbim! Mənə zərər toxundu, Sən mərhəmətlilərin ən mərhəmətlisisən" (Ənbiya, 83) ayətindən qafildir. Hansı ki Allahu Təalə bundan sonra deyir: "Biz onun duasını qəbul etdik və onu düçar olduğu zərərdən qurtardıq." (Ənbiya,84)

3. Qorxuya düçar olan bir kəsə təəccüblənirəm ki, Allahu Təalənin
: "Allah mənə yetər, O nə gözəl vəkildir" (Əli İmran, 173) ayətindən qafildir. Hansı ki Allahu Təalə bundan sonra deyir: "Onlar Allahın neməti və lütfü sayəsində zərər görmədən geri qayıtdılar." (Əli İmran, 174).

4. İnsanların hiyləsinə düçar olan bir kəsə təəccüblənirəm ki, Allahu Təalənin: "İşimdə Allaha təvəkkül edirəm. Allah qullarını görəndir"
(Gafir, 44) ayətindən qafildir. Hansı ki Allahu Təalə bundan sonra deyir: "Allah onu, onların hiylələrinin pis nəticəsindən qorudu." (Gafir, 45).

Qəlbin Nuru Qeyd:
Bu ayələr bizə öyrədir ki, Allahu Təalanın köməyinə sığınmaq, hər bir çətinlikdə bizə bir çıxış qapısı açır. Qəm, zərər, qorxu və hiylə ilə qarşılaşdığımızda, Allahın vədinə iman etmək və Ondan yardım diləmək, çətinliklərimizi yüngülləşdirər və bizi mənəvi olaraq gücləndirər. İman yolunda irəlilədikcə, hər çətinliyin bir sınaq olduğunu, bu sınaqların bizi daha da gücləndirdiyini dərk edərək, hər vəziyyətdə Allaha sığınıb, onunla bağımızı daha da gücləndirməliyik. Və sonda Allahdan istəyirəm ki, Allah bizi Xeyirlərə müvəffəq eyləsin. Amin


https://t.me/mefatihul_khayr

Qəlbin Nuru

11 Nov, 13:51


Şeytandan necə qurtula bilərik⁉️

Allahu Təalə ən nəs surəsində belə buyurur: "De: Sığınıram insanların Rəbbinə. İnsanların hökmdarına. İnsanların İlahına. Vəsvəsə verənin, Allahın adı çəkildikdə hövlündən geri çəkilən şeytanın şərindən. O şeytan ki, İnsanların kökslərinə vəsvəsə salır, cinlərdən də olur, insanlardan da."
İbni Abbas radiyallahu anhumə bu surənin təfsirində belə demişdir: "Şeytan Adəm oğlunun qəlbinin üzərində pusqudadır. İnsan əyər diqqətini itirər və unutqanlığa düşərsə, şeytan qəlbinə vəsvəsə verərək, onu doğru yoldan azdırmağa başlayar, onda zəiflik və şübhə hissi oyatmağa çalışar. Əyər insan Allahı zikir edərsə, şeytan dərhal geri çəkilərək gizlənər, çünki Allahı zikr etmək, şeytanın təsirini zəiflədir və insanın qəlbinə vəsvəsə verməsinə mane olur." (Təfsir İbni Kəsir Ən nəs surəsi). Həmçinin Peyğəmbər sallallahu aleyhi vassəlləm bir hədisində, bizə şeytandan necə qurtula biləcəyimizi xəbər vermişdir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurmuşdur: "Qul yalnız Allahın zikri ilə şeytandan qurtula bilər" (Buxari).

Qəlbin Nuru qeyd:
Bu hədis açıq aşkar dəlildir ki, şeytana qarşı ən güclü və ən təsirli qalxan, Allahın adlarını zikr etmək və Allahın varlığını daim yadda saxlamaqdır. Şeytanın hiylələrinə qarşı ən güclü müdafiə, Allahı çox zikr etməkdir. İmam Əhməd Allah ona rəhmət etsin bir hədisi şərh edərkən demişdir:"Zikr insanın şeytandan qorunması üçün ən böyük və ən təsirli silahıdır. Kim Allahı çox zikr edərsə, şeytan ona yaxınlaşa bilməz Həqiqətən bu çox mühüm və çox vacib məsələdir. Çünki hər bir müsəlmanın qarşısında şeytanın hiylələri və fitnələri vardır. Amma unutmamalıyıq ki, bizlər yalnız Allahı zikr etməklə bu fitnələrə qarşı mübarizə aparmağa güc tapa bilərik. Sonda Allahdan istəyirəm ki, bizi oxuyub faydalananlardan etsin. Və bizi insanların, cinlərin və şeytanların fitnələrindən və şərlərindən qorusun. Amin

https://t.me/mefatihul_khayr

Qəlbin Nuru

09 Nov, 15:22


Qəlbin nuru:
İslam qardaşlığı nədir?

Artıq bizlər İslam qardaşlığının nə qədər böyük, xeyirli, bərəkətli nemət olduğunu bilirik. Ona görə də, Allahu Azzə və Cəllə, qullarına Allah üçün qardaş olmalarını, Allah üçün bir-birlərini sevmələrini, yaxşılıq və təqva sahəsində bir-birlərinə kömək etmələrini əmr etmişdir. Hər kəs, qardaşı üçün yaxşılıq arzulamalı və ona pislik etməkdən çəkinməlidir. Allah Təala bununla bağlı belə buyurur: "Şübhəsiz ki, möminlər bir-birinin qardaşlarıdır. O halda, (möminlərdən) olan, iki qardaşınız arasında düzəldin." (Hucurat, 10). Möminlər, müqəddəs kitabda qardaş olaraq zikr olunmuşdur həmçinin Peyğəmbərimiz ﷺ də bunu çox sayda hədislərində də bizlərə bildirmişdir. Bunlardan bəziləri:
-"Sizdən biriniz, özünə sevdiyini, qardaşına da sevmədikcə imanı kamil olmaz."
-"Mömin, mömin üçün bina kimidir, biri digərini möhkəmləndirir."
Başqa bir hədisdə: "Bir birinizi qısqanmayın, biri birinizi aldatmayın, bir-birinizə düşmən olmayın, aranıza fitnə salmayın. Biriniz digərinin satışı üzərinə satış etməsin.
Allahın qulları, bir-birinizə qardaş olun."
Mömin, mömin qardaşına zülm etməz, onu alçatmaz və ona yalan söyləməz. Taqva buradadır, deyərək, sinəsini işarə etmişdir.
başqa bir hədisində isə buyurmuşdur: "Bir insanın qardaşını aşağılaması, ona pislik etməsi, ona zərər verməsi böyük bir pislikdir. Müsəlmanın bütün hüquqları digər Müsəlmana haramdır: qanı, malı və namusu.
Və başqa bir hədisində: "Müsəlmanların bir-birlərinə olan sevgisi, mərhəməti və yardımlaşmaları, bədənin bir-birinə bağlı üzvləri kimidir. Bir üzv narahat olduqda, bütün bədən narahat olar, ağrıyar və hərarət ilə ondan təsirlənər."-deyə buyurmuşdur.
Qəlbin nuru qeyd:
Möminlər, harada olurlarsa olsunlar, Allah üçün qardaşdırlar. Aralarındakı bağ, hər zaman, hər yerdə, İslam inancı və dini ilə möhkəmləndirilmişdir. Allah, bu dini bütün insanlıq üçün və hətta cinlər üçün də göndərmişdir. Bu din, cinlər və insanlar üçün Allahın dinidir. Kim bu dinə tabe olsa, qurtuluş və xoşbəxtliyə çatar, amma kim ondan azarsa, xüsrana uğrayar və pis bir aqibətlə üzləşər. Buna görə də, İslam əhli bu dini sözlərində və əməllərində ən gözəl şəkildə təmsil etməlidir.
Allah bizi eşidib ən gözəl şəkildə əməl edənlərdən etsin..!
https://t.me/mefatihul_khayr

Qəlbin Nuru

07 Nov, 17:41


Qəlbin nuru:
https://youtu.be/nh3ekjjX05w

Qəlbin Nuru

05 Nov, 15:31


Qəlbin nuru:
Peyğəmbərin sallallahu aleyhi və səlləmin Əbu Zərə Allah ondan razı olsun etdiyi dəyərli tövsiyələr

Əbu Zər Allah ondan razı olsun rəvayət edir ki, o dedi: "Ey Allahın Rəsulu, mənə nəsihət et!" Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: "Sənə Allahdan qorxmağı tövsiyə edirəm.Təqva (Allah qorxusu) bütün işlərində sənə ən gözəl bəzəkdir. (Həyatının hər sahəsini nizamlayandır.)

Əbu Zər dedi: "Daha çox nəsihət ver!" Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: "Qurani-Kərimi oxumağa və Allahı zikr etməyə davam et. Çünki bu, sənin üçün göylərdə zikr edilən bir dəyər, yerdə isə nurdur."

Əbu Zər dedi: "Daha da nəsihət ver!" Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: "Sakit və təmkinli olmağa çalış, boş və lazımsız sözlərdən uzaq ol. Bu, şeytanı səndən uzaqlaşdırar və dinində sənə güc verər."

Əbu Zər yenə dedi: "Daha da nəsihət et!" Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: "Çox gülməkdən çəkin, çünki çox gülmək qəlbi öldürər və üzündəki nuru aparar."

Əbu Zər dedi: "Daha çox nəsihət ver!" Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: "Həqiqəti söylə, hətta o, sənə acı gəlsə belə. (Doğruluq, sənə daxili qüvvət və nur bəxş edər.").

Əbu Zər dedi: "Daha da nəsihət ver!" Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: "Allah yolunda hərəkət edərkən, kimsənin qınagından çəkinmə (Allahın rizası üçün etdiyin hər şey, dünyada eşitdiyin hər növ qınaq və tənqiddən daha dəyərlidir.")

Əbu Zər yenə dedi: "Daha da nəsihət ver!" Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: "İnsanlarla münasibətdə öz qüsurlarını düşün. Beləliklə, özündə olan qüsurlardan dolayı, başqalarına qınaq gözü ilə baxma!."
(Bu hədisi Buxari rəvayət etmişdir)


https://t.me/mefatihul_khayr

Qəlbin Nuru

04 Nov, 12:43


Qəlbin nuru:
Ən gözəl Əxlaq Sahibi kimdir?

Ən gözəl əxlaqın əlamətlərindən və ən gözəl əxlaq sahibinin ən əsas üstünlüklərindəndir ki, Allaha qarşı əxlaqlı olsun yəni Allaha heç bir şeyi şərik qoşmasın,
sözlərini, əməllərini yalnız onun sevib razı qalacağı şəkildə etsin. Gözəl əxlaqın uca dəyərlərindən və ən gözəl əxlaq sahibinin ən əsas üstünlüklərindən biridə odur ki, gərək Peyğəmbər sallallahu aleyhi va səlləmin sünnəsinə azı dişləriylə bərk-bərk yapışsın və sünnəni, batil söz və əməllərdən, bidət və xurafatlardan təmiz tutsun. Sələfis Salihinin Allah onlara rəhmət eyləsin yolundan əsla kənara çıxmasın. Quran və Sünnəni Sələflərin Allah onlara rəhmət eyləsin anlayıb başa düşdükləri kimi anlasın, başa düşsün və əməl etsin.
Yaxşı gəlin görək gözəl əxlaq sahibi bu sifətlərlə kifayətlənsə yetərmi yoxsa sərgiləyəcəyi başqa əxlaqı dəyərlər də varmı?
Bilməmiz lazımdır ki Dinimiz olan islam bizlərə ən gözəl əxlaqlarla əxlaqlanmagımızı əmr etmişdir. Bu haqda Allahu Taala Peyğəmbərimiz sallallahu aleyhi va səlləmi tərifləyərək və vəsf edərək buyurur ki:" Həqiqətən sən əzəmətli əxlaq üzərindəsən"
Ona görədə hər bir müsəlmana vacibdir ki Peyğəmbər sallallahu aleyhi va səlləmi özünə örnək götürsün və ən gözəl əxlaqı dəyərlərə sahib olsun. Bu əxlaqi dəyərlərə aşağıdakıları əlavə etmək olar. Gözəl əxlaq sahibi bacardığı qədər həyalı olmalı, başqalarına nə əli ilə nədə dili ilə zərər vurmamalıdır. Gözəl əməl sahibi olmalı, düz sözlü, doğru danışan, az danışan, çox əməl edən olmalıdır. Səhvləri, xataları az olmalı, baxışında və dinləməsində günahlara meyl edəcək şeylərdən çəkinməlidir. Çox yaxşılıq edən və qohumluq əlaqələrini qoruyan olmalıdır. Təmkinli və çox səbirli olmalı, mülayim, vəfalı və iffətli olmalıdır. Söyüş söyməməli və lənət etməməli, dedi-qodu və qeybət etməməlidir. Kin saxlamamalı, xəsis və paxıl olmamalı, həsəd etməməlidir. Xoşrəftar və gülərüz olmalı, Allah üçün sevməli və Allah üçün nifrət etməli yəni Allah rizası üçün razı və ya narazı olmalıdır. Bütün bu işlərin başı və ən əsası odur ki, Qəlbimizi düzəldək ki, islah edək ki, Allah-Təala da bizim əxlaqımızı, əməllərimizi və sözlərimizi islah etsin.!

https://t.me/mefatihul_khayr

Qəlbin Nuru

03 Nov, 08:36


Gözəl əxlaqın önəmi!! 

Quran və sünnəyə görə ilk öncə iman sonra ibadət sonra da əxlaq bir-birini tamamlayan xüsusiyyətlər olaraq, hər bir mömində cəmlənməlidir. Çünki insanda, bu ardıcıllıq salamat olarsa, onda gözəl əxlaq da hasil olar. Həqiqətən hər kəs etdiklərinin girovudur. Hər kəsin əməli, kitab şəklində öz qarşısına qoyulacaq,  oxu kitabını, şahid olaraq nəfsin və yazılan kitablar sənə kifayət edəcəkdir.!

Allahu təalə buyurur:
"Biz hər insanın əməlini öz boynundan asdıq. Qiyamət günü açılmış vəziyyətdə görəcəyi  kitabını onun öz qarşısına çıxardarıq.
Kitabını (əməl dəftərini) oxu! Bu gün hesaba çəkilməyin üçün sən özün-özünə kifayətsən.

"Kim doğru yolu seçərsə, yalnız özünə xeyir verər. Zəlalətə düşən də yalnız özünə zərər verər. Heç bir günahkar başqasının günahını daşımaz.... (İsra 14,15,17)

Gözəl əxlaqın əlamətlərindəndir ki, insan bacardığı qədər həyalı olsun, başqalarına zərər vurmasın (istər əli, istərsədə dili ilə) gözəl əməl sahibi olsun, düz sözlü doğru danışsın, az danışan olsun, çox əməl etsin, səhvləri xataları az olsun, baxışında və dinləməsində günahlara meyl edəcək şeylərdən çəkinsin, çox yaxşılıq edən və qohumluq əlaqələrini qoruyan olsun, təmkinli və çox səbirli olsun, mülayim, vəfalı və iffətli olsun, söyüş söyməsin və lənət etməsin, dedi-qodu və qeybət etməsin, kin saxlamasın, xəsis və paxıl olmasın, həsəd etməsin, xoşrəftar və gülərüz olsun, Allah üçün sevsin və Allah üçün nifrət etsin, Allah rizası üçün razı və ya narazı olsun. Bütün bu işlərin ən əsası odur ki, qəlbinizi düzəldin, islah edin ki, Allah-Təala da sizin əxlaqınızı, əməllərinizi və sözlərinizi islah etsin.
https://t.me/mefatihul_khayr

Qəlbin Nuru

31 Oct, 12:13


Qəlbin nuru:
Kimdir əsil bəxtəvər?

Çox zaman insanlar öz aralarında danışırlar ki, filankəsin bəxti gətirib
nəyə görə belə deyirlər bilirsənmi? Çünki, o insanın
Evi var
Maşını var
İşi var
Ailəsi var
Övladları var
Vəzifəsi var
Parası pulu var
Güclü əlaqələri var
Yaxşı tanışları, hətta imkanlı dostları belə var. Bunlar əslində bəxtəvərlik sayıla bilər, bunlar olsa olsa yalnız dünya bəxtəvərliyi ola bilər. Bütün bunlar sözün əsil mənasında Axirət bəxtəvərliyindən deyil ki, bunlara görə kiməsə qibtə edilsin.
Yaxşı onda qibtə ediləcək əsil bəxtəvər kimdir.?

Əsil bəxtəvər kimdir?
O, Bəqəra surəsinin son iki ayəsini oxuyanın bütün gecə qorunduğunu bilən və onu oxuyandır.

Əsil bəxtəvər kimdir?
O, hər namazdan sonra Ayətəl kursini oxuyanın cənnətə girməsinə sadəcə ölümün mane olduğunu bilən və onu oxuyandır.

Əsil bəxtəvər kimdir?
O, yatmazdan əvvəl Ayətəl kursini oxuyanın Allahu Taalanın qoruması altında olduğunu və şeytanın ona yaxınlaşa bilmədiyini bilən və onu oxuyandır.

Əsil bəxtəvər kimdir?
O, ixlas surəsini 3 dəfə oxumağın, Quranı tam oxumağa bərabər olduğunu bilən və onu oxuyandır.

Əsil bəxtəvər kimdir?
O, mömin kişilər və qadınlar üçün bağışlanma diləyənin, hər mömin üçün bir savab qazandığını bilən və buna görə dua edəndir.

Əsil bəxtəvər kimdir?
O, "Subhanallah, Əlhəmdulilləh, Lə iləhə illallah, Allahu Akbar
" deməyin günəşin üzərinə doğdugu hər şeydən xeyirli olduğunu bilən və onu deyəndir.

Əsil bəxtəvər kimdir?
O, "Lə iləhə illallah vahdəhu lə şərikə ləh ləhul mulku va ləhul hamdu yuhyi va yumit va huvə ələ kulli şeyin qadir
" zikrini məğribdən və sübh namazından sonra 10 dəfə söyləməyin İsmail əleyhissələmin nəslindən 4 kölə azad etməyə bərabər olduğunu bilən və bunu deyəndir.

Əsil bəxtəvər kimdir?
O, Əzanı dinlədikdən sonra
"Allahummə Rabbə həzihid dəvətit təmməh vəssalətil qaiməh əti Muhəmmədənil vasilətə val fadiləh vabəshu məqamən Məhmudənilləzi va ədtəh" deyənin, qiyamət günü Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin şəfaətinə nail olacağını bilən və onu oxuyandır.

Əsil bəxtəvər kimdir?
O, günün 24 saatdan ibarət olduğunu və təxminən 20 dəqiqə ərzində 1 cüz Quran oxumağın mümkün olduğunu bilən və onu oxuyandır.

Əsil bəxtəvər kimdir?
O, duha vaxtının təxminən 6 saat olduğunu və bu vaxt ərzində 2 rükət duha namazı qılmağın bədənindəki 360 oynaq üçün bir sədəqə olduğunu bilən və bu namazı qılandır.

Əsil bəxtəvər kimdir?
O, gecənin təxminən 11 saatdan ibarət olduğunu və bu müddət ərzində 1 rükət vitr namazı qılması üçün 5 dəqiqənin ona bəs edəcəyini bilən və bu namazı qılandır.

Əsil bəxtəvər kimdir?
O,
"Subhanallahi va bi həmdihi" zikrini 100 dəfə deməyin, günahları dəniz köpüyü qədər olsa belə bağışlatdığını bilən və onu deyəndir.

Əsil bəxtəvər kimdir?
O, xeyir işə çağıranın bu işi edən kimi savab qazandığını bilən və insanları yaxşı (saleh) işlərə çağırandır.

Sonda: "Allahu Taaladan istəyirik ki, bunu oxuyanı, əməl edəni və bunu yayanı xeyirlə mükafatlandırsın. Çünki elmi yaymaq, Allahu Taalaya yaxın olmağın yollarındandır.

https://t.me/mefatihul_khayr

Qəlbin Nuru

29 Oct, 20:20


Ən əfzəl insan kimdir?

Abdullah ibni Amrdan (Allah ondan razı olsun) rəvayət olunur ki, Peyğəmbər sallallahu aleyhi və səlləmdən soruşuldu:
" insanların hansı daha əfzəldir" Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: "Qəlbi salamat və təmiz olan, dili də düz və doğru danışan" Sahabələr soruşdular dilin düz və doğru danışan olmasını bilirik, qəlbin təmizliyi nə deməkdir? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: "O Allahdan (gizlində və aşkarda) qorxan, içi pak (günahlardan) təmiz olan, zülm etmək niyyəti olmayan, nifrət etməyən, kin bəsləməyən, həsəd etməyəndir" (Səhih ibn Məcə).

Qeyd Qəlbin nuru: "Qəlbin salamat olması və dilin düzgünlüyü, müsəlmanın sahib olduğu ən ali xüsusiyyətlərdəndir.
Bu, insanların üstünlük baxımından fərqləndiyi xüsusiyyətlərdəndir. İnsanın cənnətə daxil olması üçün ən böyük səbəblərdən biridir. Həqiqətən Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bu əzəmətli hədisi ilə, qəlblərin və kökslərin kin, küdurət, nifrət, insanlara zülm etmək və həsəd kimi pis xüsusiyyətlərdən təmizlənməsi və Allahu Taalanın, insanlara zahirlərinə görə deyil, qəlblərinə və əməllərinə baxaraq yaxşı və ya pis olduğuna görə mükafatlandıracağını bizlərə xəbər vermişdir"

https://t.me/mefatihul_khayr

Qəlbin Nuru

25 Oct, 16:48


Qəlbin nuru:
"Bilirsinizmi Yusuf surəsi nə üçün qissələrin ən gözəli adlandırılmışdır"???

Çünki o surə bizə dustaqların çıxacağını, xəstələrin sağalacağını, itənlərin qayıdacağını, kədərlilərin sevinəcəyini, sıxıntıda olanların Allahın izniylə sıxıntıdan qurtulacağını, Allah razılığı üçün çalışanların əvəzini alacağını öyrədir.
Həqiqətən möminin başına gələn hər bir bəlada (imtahanda) onun üçün xeyir vardır. Allah heç vaxt mömini əli boş geri çevirməz.! Ümüdsüzlüyə qapanma, Allaha güvən, ona yalvar və nə istəyəcək olsanda yalnız ondan istə
...!

https://t.me/mefatihul_khayr

Qəlbin Nuru

24 Oct, 18:52


İbni Useymin Allah ona rəhmət etsin demişdir: "Səhər və Əsir namazlarını (məsciddə camaatla birgə) əda edərək qorumaq,(cənnətdə) Allahu Taalanın üzünə baxa bilməyin səbəblərindəndir"
(Şərh Riyadus salihin 5/85.)

https://t.me/mefatihul_khayr

Qəlbin Nuru

23 Oct, 22:33


7ci səmərə
"Səhər namazını camaatla qılanın Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin duasını qazanaraq ruzi və bərəkətə nail olması"
Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm ümməti üçün dua edərək belə buyurmuşdur: "Allahım sən mənim ümmətimə sübh vaxtında etdikləri (saleh) əməllərə görə bərəkət ver" (Tirmizi).

Və sonda Həqiqətən etiraf edirik ki, bizlər nə qədər nankör və müqəssirik.! Allahu Taalaya dua edərək bizləri qalan həyatımızda xeyirlərə müvəffəq etməsini istəyirik. Ona dua edərək istəyirik ki, ümumilikdə bütün namazları, xüsusəndə səhər namazını məsciddə camaatla əda etməyə bizlərə müvəffəq eyləsin.! Və bizləri islah eyləsin.! Və Allahu Taalaya dua edərək ondan yenə istəyirik ki, bizləri özünə zikir etməyə, özünə şükür etməyə və özünə gözəl şəkildə ibadət və itaət etməyə yardım etsin.! Həqiqətən Allah, Yardım edən və buna Qadir olandır...!

https://t.me/mefatihul_khayr

Qəlbin Nuru

21 Oct, 18:22


6cı Səmərə: "Allahu Taala tərəfindən vəzifələndirilən mələyin, sənin haqqında hazırladığı bəyanatı, yerlərin və göylərin sahibi olan Allahu Taalaya təqdim etməsi" çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurmuşdur: "Gecə və gündüz mələkləri növbələşərək sizi izləyərlər. Onlar əsir və səhər namazlarında toplaşarlar. Sonra sizinlə gecələyənlər səmaya yüksələrlər. Allahu Taala qullarını bildiyi halda onlardan soruşar. Qullarımı hansı halda tərk edib gəldiniz?. Mələklər cavab verərlər ki, biz onların yanlarına getdiyimizdə də namaz qılırdılar, biz onları tərk etdiyimizdə də namaz qılırdılar" (Buxari).

https://t.me/mefatihul_khayr

Qəlbin Nuru

20 Oct, 10:20


5ci səmərə: "Səhər namazının sünnəsinin dünya və içindəkilərdən xeyirli olması"
Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurmuşdur: "Səhər namazının 2 rüküət sünnəti dünya və içindəkilərdən daha xeyirlidir" (Tirmizi).

Qəlbin nuru qeyd: "Əyər bu əzəmətli əcir sadəcə 2 rüküət sünnətə görədirsə, onda düşünün səhər namazının fərzinə görə nə dərəcədə böyük və əzəmətli olar.?

https://t.me/mefatihul_khayr

Qəlbin Nuru

19 Oct, 14:55


Həqiqətən çox çox faydalı və maraqlı mövzudur ama qeydi oxumadan əvvəl paylaşmış olduğumuz səhər namazını camaatla vaxtında qılanın, qazanmış olduğu səmərələri mütləq oxuyun

Qəlbin Nuru

19 Oct, 14:50


Qəlbin nuru qeyd:
Allahu Taalanın əzəmətli hikmətindəndir ki, bəzi ibadətləri digər ibadətlərdən üstün tutmuşdur. Onları Cənnətə girməyin səbəbi etmişdir. Bu ibadətlərdən biri də, Peyğəmbərin sallallahu aleyhi va səlləmin bu hədisində qeyd edilən "bardeyn" (iki soyuq vaxtı) namazlarının üstünlüyüdür. Bu namazlar səhər (fəcr) və ikindi namazlarıdır. Bu adla adlandırılmasının səbəbi isə onların havanın sərin və xoş olduğu vaxtlarda qılınmasıdır. Səhər vaxtı havanın rütubəti və sərinliyi özünü göstərir, ikindi vaxtı isə günün istiliyi qırılır və hava daha mülayim olur. Peyğəmbər sallallahu aleyhi və səlləm bildirib ki, bu iki namazı layiqincə qılan şəxs Cənnətə daxil olacaqdır.

Fəcr və ikindi namazlarının xüsusi qeyd olunmasının səbəbi budur ki, fəcr namazı yuxunun ən ləzzətli vaxtında, ikindi isə insanın işləri ilə məşğul olduğu bir zamanda qılınır. Kim bu iki namaza davam edərsə, digər namazları da qılmaqda daha üstün olacaqdır. Bu iki namazın xüsusi vurğulanmasının bir səbəbi də o namazların mələklərin toplandığı vaxtlarda qılınmasıdır. gecə və gündüz mələkləri bu vaxtlarda bir-biri ilə qarşılaşır və göyə yüksəlirlər Allahu Taala isə, qullarının halını onlardan daha yaxşı bilir. Qulun bu iki vaxtda itaət halında olması Cənnətə nail olması üçün bir səbəbidir. Uca Allah da bunu təsdiqləyərək belə buyurur: "Və günəşin çıxmasından və batmasından əvvəl Rəbbini həmd ilə zikr et"
(Qaf, 39).

Bu hədisdə fəcr və ikindi namazlarını qorumağın fəziləti və bu namazları qılmağın böyük mükafatı qeyd olunur. Xüsusilə də insanların məşğul olduğu və qəflət içində olduğu vaxtlarda ibadət etməyin savabının böyüklüyü vurğulanır.

https://t.me/mefatihul_khayr

Qəlbin Nuru

19 Oct, 14:46


4 cü səmərə: "Səhər namazını camaatla qılanların cənnətə daxil olmaları" çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur:" Kim sübh və əsr namazlarını qılarsa cənnətə daxil olar"(Buxari və Muslim).

https://t.me/mefatihul_khayr

Qəlbin Nuru

18 Oct, 14:28


3 cü səmərə:
"Qiyamət günü tam bir nur olaraq qarşına çıxar. Çünki Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) buyurur: "Gecə qaranlıqlarında məscidə gedənləri müjdələ ki, qiyamət günü bu onların qarşısına tam bir nur olaraq çıxacaq. (Abu Davud və Tirmizi).
https://t.me/mefatihul_khayr

Qəlbin Nuru

17 Oct, 13:46


2 ci səmərə:
Səhər namazını qılan üçün Allahın zimmətində olub qorunmaq vardır
çünki, peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur: " Kim sübh namazını qılarsa o, Allahın zimmətindədir. (Muslim)

https://t.me/mefatihul_khayr

Qəlbin Nuru

16 Oct, 16:17


İnşaAllah hər gün bir səmərəsini paylaşacağıq, çox faydalıdır.
Həqiqətən diqqət etmədiyimiz
aktual problemlərimizdəndir və nələri itirdiyimizin fərqində belə deyilik.
Allah xeyirləri vəsilə etsin.

Qəlbin Nuru

16 Oct, 16:07


Səhər namazını vaxtında qılanın qazanmış olduğu 7 əzəmətli səmərə.

1 ci səmərə: Səhər namazı
, bütün gecə namaz qılmağa bərabərdir.
Çünki Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) buyurur:
"Kim işa namazını camaatla qılarsa, gecənin yarısına qədər namaz qılmış sayılar. Kim də, səhər namazını camaatla qılarsa, bütün gecə namaz qılmış sayılar." (Muslim)
https://t.me/mefatihul_khayr

Qəlbin Nuru

14 Oct, 11:31


Qəlbin nuru:
Nə üçün namaz yuxudan xeyirlidir?


Çünki yuxu nəfsin çağırışına cavabdır. Namaz isə, Allahu Taalanın çağırışına cavabdır. Ona görədə namaz yuxudan xeyirlidir.
Çünki yuxu (kiçik) ölümdür. Namaz isə həyatdır. Ona görə də namaz yuxudan xeyirlidir.
Çünki yuxu bədənin rahatlığıdır. Namaz isə ruhun rahatlığıdır. Ona görə namaz yuxudan xeyirlidir.
Çünki mömin də kafir də yuxuda müştərəkdirər. Namazı isə yalnız mömin qılır. Ona görə də müəzzin nida edərək sənə səslənir ki, namaz yuxudan xeyirlidir.

Sonda Allahdan istəyirik ki bizi qafillərdən etməsin. Bizi namazlarımızı vaxtı vaxtında camaatlıqla məscidlərdə əda edərək mühafizə edənlərdən etsin. Əmin
https://t.me/mefatihul_khayr

Qəlbin Nuru

10 Oct, 15:53


İbnul Qayyim Allah ona rəhmət etsin belə demişdir:
Əyər bir xəstə özünü Quranla yəqin bir qəlblə, iman edərək, tam təslimiyyətlə,
doğru etiqadla və onun şərtlərinin lazımınca yerinə yetirilməsi ilə müalicə edərsə, onun dərdləri, qalıcı olaraq əsla müqavimət göstərməz.!
Axı dərdlər yerlərin və göylərin Rəbbi olan Allahın kəlamına (Qurana) qarşı necə müqavimət göstərsin? O kəlam ki, əyər dağlara və yerlərə nazil olsaydı onları param parça edərdi...

(Zədul Miəd)

https://t.me/mefatihul_khayr

Qəlbin Nuru

08 Oct, 07:51


Qəlbin nuru:
İstәsәn dünyadan çox, istәsәn az istifadә et.. Bil ki, sәn öz vaxtını səndə qalmayacaq olana sərf edirsən! Allah öz qullarına artıq əlavә dünya malını qadağan etmişdir, çünki insanın dünya ilə çox məşğul olması, onu əsas hədəfindən yayındırır və onu yorğun salır.
Allahu təalə buyurur:
(Ey insanlar!) Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki (məhsul) əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun saralıb-solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən. (Dünya malına aldananları) axirətdə şiddətli əzab, (dünya malına uymayanları isə) Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan (yalandan) başqa bir şey deyildir..” (Hәdid, 20
)

https://t.me/mefatihul_khayr

Qəlbin Nuru

08 Oct, 07:47


Valid ibni Qays (Allah ona rəhmət etsin) belə demişdir:
"Kimin mal dövləti çox olarsa, onun yorğunluğu da çox olar. Kimin yorğunluğu çox olarsa, onun şeytanları çox olar. Kimin şeytanları çox olarsa, onun hesabı şiddətli olar."
(İmam Əhmədin Zuhd kitabı
)

https://t.me/mefatihul_khayr

Qəlbin Nuru

05 Oct, 21:12


Qəlbin nuru:
Əslində insan, doğulduğu gündən etibarən ölməyə başlayır. Günlər ayları bitirir, aylar illəri, illərdə ömürü bitirir. O günlərdə Allahın rizasını axtarmalıyıq.
Bəzən bir dəqiqəlik ibadət, onun gətirdiyi bərəkət illərdən daha dəyərli, bir loxma çörəkdə olan bərəkət, növbənöv nemətlərlə zəngin süfrədən daha bərəkətli və daha ləzzətli, bəzən isə bir dini nəsihət, ömrünün bütün danışqlarından daha xeyirli və faydalı olur. Allah bizi ömrümüzün hansı çağında oluruqsa olaq mübarək qullarından etsin.


https://t.me/mefatihul_khayr

Qəlbin Nuru

03 Oct, 20:07


Yəhudilər tövratı, xristianlar incili dəyişdi.
Quranı dəyişdirə bilməyən kafir, müsəlmanları dəyişdirməyə çalışır. Müsəlmanların quran və sünnədən uzaqlaşdığını görən kafir, dünyaya bağlanmaq imkanlarını genişləndirərək, müsəlmanları haqdan çox uzaqlara apardı. Ona görə dinindən bərk-bərk yapış!!
https://t.me/mefatihul_khayr

Qəlbin Nuru

28 Sep, 07:54


Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurmuşdur:

Ağıllı insan, nəfsini hesaba çəkən və ölümündən sonrası üçün çalışandır.
Aciz isə, nəfsinin arxasınca düşərək istəklərinə uyan və Allahdan boş arzular təmənna edəndir.

(Tirmizi)

Nəfsi istəklərin arxasınca getmək acizlik,
nəfslə cihad etmək isə Allaha olan sadiqlikdir.

https://t.me/mefatihul_khayr

Qəlbin Nuru

26 Sep, 21:05


Məscidə gəzərək getmək

İbni Rəcəb Allah ona rəhmət etsin demişdir:
Gəzərək məscidə getmək Allah yolunda olan Cihadın bir növüdür. O həmdə günahlara kəffarədir.
(Məcmu Rasəil 4/35).

https://t.me/mefatihul_khayr

Qəlbin Nuru

24 Sep, 20:57


DİQQƏT DİQQƏT

📢🔥 Əssələmu Aleykum dəyərli  müsəlmanlar

Aşağıdakı linkə daxil olub bu kanalı şikayət etmək lazımdır.

t.me/QuranicSongs

Kanal Quran ayələrini musiqi kimi oxuyub paylaşır.

Rəbbim islam düşmənlərini zəlil etsin.

1. Linkə daxil olun
2. Yuxarı sağ küncdə 3nöqtəni basın
3. "Bildir" ⚠️ düyməsinə daxil olun
4. Ən sonda "digər"i seçib aşağıdakı yazını kəsib-yapışdırın

Dini değerlerin alçaltılması
Осквернение религиозных ценностей
Desecration of religious values

Qəlbin Nuru

24 Sep, 20:52


Qəlb...🫀

İbnul Qayyim rahməhullah demişdir:
"Qəlb var qüvvəsilə Allaha tərəf yönəlir. O zaman ki, qəlb günahlarla xəstələnir, (onu Allaha tərəf) yönəldən qüvvəsi zəifləyir...".
(Əl Cəvabul Kəfi/117)

Kanalı paylaş bir qəlbin daha nurlanmasına səbəb ol 🫀
https://t.me/mefatihul_khayr