Rəbbə Doğru İlk Addım🌙 @rebbedogru313 Channel on Telegram

Rəbbə Doğru İlk Addım🌙

@rebbedogru313


"Ey Günahla özünə zülm etmiş bəndələrim.Allahın rəhmətindən ümidsiz olmayın.O bütün günahları bağışlayar.Çünki O,bağışlayan və mehribandır".
Qurani Kərim- Zümər surəsi 53.
Kanalımız Xanım Fatimeyi Zəhra (s.ə) adına açılmışdır 💙

Rəbbə Doğru İlk Addım🌙 (Azerbaijani)

Rəbbə Doğru İlk Addım🌙 kanalımız, Xanım Fatimeyi Zəhra (s.ə) adına açılmış bir Telegram kanalıdır. Kanalımızda "Ey Günahla özünə zülm etmiş bəndələrim. Allahın rəhmətindən ümidsiz olmayın. O bütün günahları bağışlayar. Çünki O, bağışlayan və mehribandır" şeklinde bir ayet bulunmaktadır. Kanalımızda dini içerikler, dua ve ibret dolu hikayeler paylaşılmaktadır. Eğer ruhunuza huzur ve manevi destek arıyorsanız, Rəbbə Doğru İlk Addım🌙 kanalımıza katılabilirsiniz. Burada dini konularda bilgi edinebilir, dualarınızı paylaşabilir ve diğer üyelerle etkileşime geçebilirsiniz. İlahi mesajları ve manevi içerikleri keşfetmek için doğru adrestesiniz. Rəbbə Doğru İlk Addım🌙 kanalımıza katılarak manevi yolculuğunuza başlayabilirsiniz. Şimdi katılın ve birlikte daha sağlam adımlar atalım. 🌙💙

Rəbbə Doğru İlk Addım🌙

27 Jan, 19:27


Bismillahir-Rəhmanir-Rəhim

(763)

İmam Əli (ə):

"Üç xasiyyət dostluğa çəkib gətirər: gözəl əxlaq, mehribanlıq və təvazökarlıq."

Ğurərul-Hikəm, hədis 4684

https://t.me/muheddis

Rəbbə Doğru İlk Addım🌙

26 Jan, 18:16


Heydər Əliyev, Allahşükür Paşazadə, Sabiq prezident Həsən Ruhani və həmçinin Bəylərin önündə İran İslam Respubilkasının mərhum prezidenti Haşimi Rəfsəncaniyə məruzə edən bu şəxs kimdir?

https://youtu.be/prT3VXW-kyY?si=HGLi1y4BUEXnmNCE

Rəbbə Doğru İlk Addım🌙

26 Jan, 16:29


Sənə lazım olana toxun və abone ol 💫

➪ 𝙰𝚍𝚖𝚒𝚗: @toplu_admini

Rəbbə Doğru İlk Addım🌙

26 Jan, 12:39


Bismillahir-Rəhmanir-Rəhim

(762)

İmam Əli (ə):

"Dünya çox hiyləgərdir və onda hər nə varsa aldadıcıdır. Məhv olmağa məhkumdur və onda yaşayan hər bir şey fani olar. Təqvadan başqa onun heç bir azuqəsində xeyir və yaxşılıq yoxdur."

Nəhcül-Bəlağə, xürbə 111

https://t.me/muheddis

Rəbbə Doğru İlk Addım🌙

26 Jan, 12:19


🇮🇷İmam Museyi Kazimin (ə) şəhadəti

https://t.me/M_B_H_Elm_ve_Tedris_shobesi

Rəbbə Doğru İlk Addım🌙

25 Jan, 21:38


Hacı Zülfüqar Mikayılzadə
https://t.me/khootba

Rəbbə Doğru İlk Addım🌙

25 Jan, 19:47


❗️Kazimeyn Ziyarətgahına milyonlarla zəvvar axın edir

Müxtəlif ölkələrdən, xüsusilə Bağdad və İraqın digər vilayətlərindən gələn milyonlarla zəvvar, İmam Museyi Kazimin (ə) şəhadət ildönümünü qeyd etmək məqsədilə Kazimeyn şəhərinə doğru yürüşünü davam etdirir. Yürüş boyunca təhlükəsizlik və xidmət tədbirləri gücləndirilib.

İraqın cənubundan və Fərat bölgəsindən başlayaraq paytaxtın mərkəzinə qədər uzanan yollar, hər il təkrar olunan möhtəşəm bir mənzərəyə şahidlik edir. Bu yürüşdə kişi və qadınlar, yaşlılar və uşaqlar İmam Museyi Kazimin (ə) məzarına doğru eşqlə irəliləyir. Zəvvarlar ürəklərində iman, ruhlarında isə sakitlik və sülh arzusu ilə müqəddəs qapıya doğru addımlayır, İmamın ali dəyərlərini və mənəvi dərslərini xatırlayır.

Bu əlamətdar hadisəyə hazırlıq məqsədilə Kazimeyn müqəddəs türbəsinin baş idarəsi bütün imkanlarını səfərbər edib. Zəvvarların rahatlığını təmin etmək üçün su, qida, tibbi yardım və digər xidmətlər yüksək səviyyədə təşkil edilib. Müqəddəs türbə heyəti zəvvarların hərəkətini tənzimləmək və asayişi qorumaq üçün yeni xidmət planı hazırlayıb.

Ziyarətlər Komitəsinin sözçüsü, polkovnik Müqəddad Miri, ziyarətin təhlükəsizlik və təşkilatçılıq baxımından heç bir problem olmadan davam etdiyini bildirib. Onun sözlərinə görə, ziyarət zamanı indiyə qədər heç bir təhlükəsizlik pozuntusu qeydə alınmayıb.

İraq Nəqliyyat Nazirliyi, zəvvarların daşınması üçün 25 min xüsusi nəqliyyat vasitəsi və 350 avtobusun cəlb edildiyini açıqlayıb.

➡️Abunə olun

Rəbbə Doğru İlk Addım🌙

25 Jan, 19:18


🏴İmam Museyi Kazimin (ə) şəhadət günü

Rəcəb ayının 25-i yeddinci İmam, Həzrət Museyi Kazimin (ə) şəhadət günüdür.

Həzrətin adı Musa, ləqəbi Kazim, anası Həmidə adlı çox fəzilətli bir xanım, atası isə altıncı İmam Həzrət Sadiq (ə) olub.

İmam Museyi-Kazim (ə) hicri qəməri tarixi ilə 128-ci ildə Səfər ayının 7-də Məkkə ilə Mədinə arasında yerləşən Óbva adlı yerdə İmam Cəfər Sadiqin (ə) ailəsində dünyaya göz açıb. İmamın həyatı iki hissəyə bölünür:

1. İmamlıqdan qabaqkı dövr, hicri 128-dən 148-ə qədər; (20 il)
2. İmamlıq dövrü, hicri 148-ci ildən 183-cü ilə qədər (35 il).

O həzrətin imamlıq dövrü Abbasi xəlifələri Mənsur Dəvanaqi, Mehdi Abbasi və Harun-Ər-Rəşidin hakimiyyətinə təsadüf edib. Onun imamlıq dövrünün çoxu (23 il, 2 ay, 17 gün) Harunun xilafəti dövrünə təsadüf edib.

Hicrətin yüz qırx səkkizinci ilində İmam Sadiq (ə) şəhid olduqdan sonra İmam Kazimin (ə) İmamlıq dövrü başlayib. Müsəlmanların 7-ci imamı Hicri qəməri tarixi ilə 182-ci il Rəcəb ayının 25-də Abbasi xəlifəsi Harunun əmri ilə zəhərləndirilib. İmam hicrətin yüz səksən üçüncü (başqa bir versiyaya görə isə yüz səksən altıncı) ilində Rəcəbin 25-də şəhid olub.

Onun anası Həmidə adlı bir xanım olub. 7-ci imam 54 il ömür sürüb və bu illərdən 35-ni müsəlmanlara imamlıq edib. İmamın həyatının son dövrü zindanlarda keçib və elə şəhadətə də zindanda yetişib. Maraqlı məqamlardan biri onun yerləşdirildiyi məhbəslərin 3 dəfə dəyişdirilməsindən ibarətdir.

Buna səbəb isə həm Bəsrə, həm də Bağdad zindanlarının rəislərinin Harun ər-Rəşidə müraciətləri olub. Yüksək əxlaqı, imanı ilə imam zindandakılara o qədər təsir göstərib ki, artıq onlar Peyğəmbər (s) övladının dəmir barmaqlıqlar arxasında qalmasının nə dərəcədə böyük cinayət olmasını anlayıb, bu haqsızlığa şərik olmaqdan çəkiniblər. Elə buna görə də, Bəsrədən xəlifəyə belə bir ismarıc gəlib: “Onu geri al, yoxsa azad edəcəyəm!”.

Təbii ki, Harun bu minvalla hakimiyyətinin əsaslarının sarsılmasının qaçılmaz olacağını anlayırdı. İmamın haqq səsini boğmaq, onu Allahın müəyyət etdiyi yoldan döndərmək mümkünsüz idi. Nəticədə İmam Museyi-Kazim (ə) məsum əcdadları kimi şəhid edildi.

İmam Museyi-Kazimin (ə) Azərbaycan ilə bilavasitə əlaqəsi var. Həzrətin qız övladları Rəhimə xanım və Həkimə xanım Abbasilərin Əhli-Beytə (ə) qarşı həyata keçirdiyi təqiblərdən və zülmlərdən xilas olmaq üçün məmləkətimizə pənah gətirib, həyatlarının qalan hissəsini burda yaşayıb və bu torpaqda dəfn ediliblər.

➡️Abunə olun

Rəbbə Doğru İlk Addım🌙

25 Jan, 18:32


Bismillahir-Rəhmanir-Rəhim

(761)

Həzrət Peyğəmbər (s):

"Allah-təala bir bəndənin xahişini yerinə yetirmək istəyəndə, ona dua etmək icazəsi (və uğuru) əta edər."

Kənzul-Ummal, hədis 3186

https://t.me/muheddis

Rəbbə Doğru İlk Addım🌙

25 Jan, 16:29


Telegramın ən böyük və ən faydalı elmi, dini, xəbər, motivasiya kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla qeyd etdiyimiz kanallara abunə ola bilərsiniz.

@toplu_admini

Rəbbə Doğru İlk Addım🌙

25 Jan, 15:34


❗️"Allah istədiyini azdırır" ayəsi insanın ixtiyarını əlindən alır?

Qarşıma çıxan paylaşımların birində "Allah istədiyini azdırar" ifadəsi ilə bağlı araşdırmanın şahidi oldum. Hər şeydən öncə Quranla bağlı təhqiqat və ümumiyyətlə Quran işığına yığışıldığına görə öz növbəmdə təşəkkür edirəm. Əfsus ki, Quran hələ də cəmiyyətimizdə lazımi şəkildə qiymətləndirilmir. Qaldı ayəyə, xülasə toxunacam, standart tərcümədən qaçmağa səbəb kimi bir neçə iradın olduğu bildirilir:

- Allah kefi istəyəni azdırır;
- İnsan robot deyil, bu tərz tərcümə onun ixtiyarına ziddir, Yəni Allah heç kəsi azdırmır.
- Ayənin kontekstində problem yaranır və s.

Bu problemlərdən qaçmaq üçün bəs nə edək?
O zaman belə deyək: "Allah istəyəni azdırır, nəinki istədiyini".

Yəni Allah heç kəsi azdırmır, insandır azmaq istəyən. Bundan ötrü də يشاء (yəşaa) felinin subyektini (failini) Allaha yox, insana qaytaraq.

O zaman ortaya başqa bir irad çıxır. Bəqərə surəsinin 26-cı ayəsində belə buyurulur:

ࣰيُضِلُّ بِهِۦ كَثِيرࣰا

"Allah onunla çoxlarını azdırır".

Yəni aşkar şəkildə bildirilir ki, azdıran Allahdır.

Deməli, kimlərinsə iradına cavab vermək və ya məsələyə zövqi yanaşaraq sanki iradlardan qaçmaq üçün ayəni istədiyimiz kimi izah edə bilmərik. Bəli, insanın rəftarı bu zəlalətdə rol oynayır, amma bu, o demək deyil ki, bu zaman يشاء felinin failini Allaha nisbət verə bilmərik, əksinə burda bir problem yoxdur. Çarə bir başqadır.

Həll yolu nədir? Ayənin izahında siyaqa - yəni konteksə nəzər salarkən, fəqət ayənin deyil, əksinə bütün Quranın kontekstinə nəzər salaq.

Əllamə Cavadın Amulinin təfsirdəki ustalığı məhz buna əsasəndir. Ayələri ayələr ilə təfsir edir. Ümumi siyaqı nəzərə alır.

Nəhl surəsinin 93-cü ayəsini Bəqərə surəsinin 26-cı ayəsi ilə birgə izah edir.

وَلَٰكِنْ يُضِلُّ مَنْ يَشَاءُ وَيَهْدِي مَنْ يَشَاءُ ۚ وَلَتُسْأَلُنَّ عَمَّا كُنْتُمْ تَعْمَلُونَ
"Və lakin istədiyini azdırır, zəlalətə uğradır və istədiyini hidayət edir..." (Nəhl 93.)

ۘ يُضِلُّ بِهِ كَثِيرًا وَيَهْدِي بِهِ كَثِيرًا ۚ وَمَا يُضِلُّ بِهِ إِلَّا الْفَاسِقِينَ

"(Bəli, Allah) onunla çoxlarını azdırır və çoxlarını onunla hidayət edir. (Allah) onunla ancaq fasiqləri azdırır." (Bəqərə 26)

Yəni əgər insan, tövbə qapısı açıq olmağına rəğmən, Allahın bütün hidayət qapılarını üzünə bağlayarsa, o zaman Allah tərəfindən onun üçün "izlale-keyfəri - yəni "cəzalandırıcı zəlalət" sorağına gələcək. Yəni Allah belə bir şəxsi "izlale-ibtidai"  ibtidai olaraq azdırmayıb və azdırmayacaq. Onu cəzalandırıcı zəlalət gözləyir,  Yəni  zəlalətdən məqsəd ibtidai azdırma deyil, cəzalandırıcı azdırmadır.

Cəzalandırıcı zəlalətin kimlərə şamil olması barədə isə Bəqərə surəsinin həmin 26-cı ayəsində işarə edilmişdir.

O kəs ki, fasiqdir, siratəl-müstəqimdən kənara çıxıb, Allahın ona verdiyi möhlətdən istifadə edərək tövbə qapısından daxil olmayıb, Allah tərəfindən zəlaləte keyfəri - cəzalandırıcı azdırma onun sorağına gəlməlidir!

Buna da diqqət olunmalıdır ki, zəlalət "əmre-vucudi" deyil, "əmre-səlbidir" - yəni Allah bu zaman zəlalət adında bir şey fasiqə, kafirə vermir, əksinə Allah bu zaman Öz Lütfünü, hidayət Tovfiqini ondan alır. Və onu öz başına buraxır.

Əgər insan öz başına buraxılarsa, təbiidir ki, yolunu azaraq zəlalətə düçar olacaq.
Allahın insanı azdırması bu olduqda nə "keyfi rəftar, nə də insanın ixtiyar" məsələsinə heç bir xələl gəlməyəcək. Bu zaman nəinki onun ixtiyarı əlindən alınır, əksinə, insan öz ixtiyarı ilə seçdiyi zəlalət yoluna uyğun cəza ilə mükafatlandırılır...

- İlahiyyatçı Xanmirzə Hüseyn

➡️https://t.me/M_B_H_Elm_ve_Tedris_shobesi

Rəbbə Doğru İlk Addım🌙

24 Jan, 21:37


Hacı Zülfüqar Mikayılzadə
https://t.me/khootba

Rəbbə Doğru İlk Addım🌙

24 Jan, 21:01


Bismillahir-Rəhmanir-Rəhim

(760)

Xanım Fatimeyi Zəhra (s.ə):

"Allah-təala insanı təkəbbürdən çəkindirmək üçün namazı ona vacib etdi."

Biharul-Ənvar, c.82, səh. 209, hədis 19

https://t.me/muheddis

Rəbbə Doğru İlk Addım🌙

24 Jan, 19:15


❗️Münacat mövzusu bu Cümə də davam edib

Hacı Ramil Bədəlov bu həftə də silsiləvi “Münacat” mövzusunu davam etdirib. O, dördüncü həftə olaraq mövzu haqqında izahlarına qısa toxunaraq bildirib ki, münacat Allahla söhbət olaraq ilk öncə insanın nəfsini tərbiyə etməsidir. Digər insana münacatın xeyirli tərəfi gün ərzində bildiklərinin fərqində olmadığı halda münacat bu məsələləri daha incə araşdıraraq ona yönəlmə yoludur. Münacatın insan həyatında əhəmiyyəti insanı qəflətdən ayıdmasıdır.

“İnsanlarda, cinsindən asılı olmayaraq iki funtamental hiss vardır. Birincisi ziyandan qaçma hissidir. İnsanlar istisnasız ziyandan qaçan varlıqlardır ki, bu fitrətdədir. İkinci hiss isə insanın ucalmaq, yüksəlmək, xeyir əldə etmək hissidir.

Həmişə bu hisslər eyniliklə özünü göstərə bilmir. Əksər zaman insan birinci hissə-ziyandan qaçma hissinə daha çox fokslanır. Buna görə də belə düşüncələr insanda ağıllı risk etmə hissinə də təsir edərək onu passivləşdirir. Belə olan halda bu düşüncəli insanlar öz imkanlarından minimum istifadə etməklə, məhdud yaşamaqla kifayətlənir.

Ziyandan qaçma hissi getdikcə insanın varlığında qorxunu hakim etməyə başlayır. İnanclılarda bu yalnız cəhənnəmə getmək qorxusu kimi bir hissi həyatının hədəfinə çevirir. Belə insanlar yaşamlarını elə bu formaya da yönəldərək davam edirlər.

Əlbətt, bəlli hiss təkcə birinci tərəflə yekunlaşmır. İkinci, ucalmaq istəyən, təkmilləşmək və zirvələri fəth etmək hissi də bəzi insanlarda özünü daha parlaq göstərə bilir. Bunu da unutmaq olmaz ki, ucalmaq hissi də insanda qorxulu bəlalara yol aça bilir. Necə ki, ziyandan qaçma qorxu hissini formalaşdırdığı kimi yüksəlmə hissi də təkəbbür və özündənrazılığa gətirib çıxara bilir.

Bunların hər ikisi düzgün istiqamətlənəndə arzulanan nəticələr əldə olunur.

Münacat hissi ziyandan qaçmaq istəyən varlığın qorxu sükunətindən çəkərək ucalmağa yönəldən bir hissdir. Hansı ki, bu ucalma münacat vasitəsi ilə təkəbbür və özünü bəyənməyə deyil, Rəbbi ilə münacatda Onunla birlikdə ucalmaq gözəlliyini nümayiş etdirir.”

Münücatın insan varlığına müvafiq olaraq fərqləndiyini bildirən ilahiyyatçı bunu insanın mənəvi özəllikləri ilə əlaqələndirib. Mənəvi təkamül insanda münacat zənginliyini artırır.

Hacı Ramil Bədəlov söhbətinin sonunda astanasında olduğumuz Şaban ayından danışıb. Bu ayda oruc tutmaq, çoxlu salavat zikr edilməyin təkid olunduğunu bildirərək o, bu aya məxsus olan duanı da qeyd edib.

İlahiyyatçı çoxlu dualar edərək söhbətin davamını gələn həftə davam etdirəcəyini bildirib. Bununla da o, bu həftənin cümə xütbəsini yekunlaşdırıb.

➡️Abunə olun

Rəbbə Doğru İlk Addım🌙

23 Jan, 14:25


➡️Qəzzada müqavimətin canlılığı ilahi vədin yerinə yetirilməsidir

İslam İnqilabının Rəhbəri Qəzzada müqavimətin uğurlarına toxunub və işğalçı rejimin heç bir məqsədinə nail olmadan HƏMAS ilə atəşkəs imzalamağa məcbur edilməsini ilahi vədin təzahürü kimi qiymətləndirib.

Ayətullah Seyid Əli Xamenei yüzlərlə sahibkar, sərmayəçi və iqtisadi fəal ilə görüşündə özəl sektorun tərəqqi və təşəbbüslərini ümid və hərəkət mənbəyi kimi səciyyələndirib və medianın bu işdə əhəmiyyətini vurğulayıb.

“Bizim əhəmiyyətli bir media səyinə ehtiyacımız var. Sizin burada bildirdiyiniz və bizim də eşitdiyimiz bu hadisələrdən gənclərimiz və tələbələrimiz xəbərdardırmı? Biz tərəqqi və arzuların gerçəkləşməsi ilə bağlı kifayət qədər yaxşı deyilik. Bu, medianın səyini tələb edir və ayrıca bölmədir, onlar oturub bu haqda danışıb, düşünməlidirlər” deyib.

İnqilab Rəhbəri BRİKS kimi forumlarda iştirakın da vacib olduğunu bildirərək, bu böyük fürsətdən maksimum yararlanmaq üçün ölkənin diplomatik orqanlarının fəaliyyətinin zəruriliyinə işarə edərək: “BRİKS maliyyə sistemi, üzv ölkələrin valyutaları ilə maliyyə mübadiləsini təmin edən əhəmiyyətli bir tutumdur” deyə əlavə edib.

Dolların kommersiya birjalarından mümkün olduğu qədər uzaqlaşdırılması lazım olduğunu ifadə edən İnqilab Rəhbəri: “Prezidentin də izlədiyi bu iş böyük və əhəmiyyətli bir iş, iqtisadi kampaniyada çox qətiyyətli bir addımdır. Mərkəzi bank digər valyutaların ayrılması üçün də yer açmalıdır. Bu, təbii ki, reaksiyalar gətirəcək, lakin ölkənin əlini gücləndirəcək” bildirib.

İnqilab Rəhbəri çıxışının başqa bir hissəsində Qəzzada əldə edilən atəşkəs və qələbəni müqavimətin canlı olduğuna dair uzaqgörənliyin bariz göstəricisi kimi qiymətləndirərək, “Dünyanın gözü qarşısında Amerika kimi nəhəng bir döyüş maşını, humanitar anlayışlara məhəl qoymayan, qəddar və qaniçən sionist rejiminə deşici bombalar verir və bu zalım 15 min uşağı evlərində və xəstəxanalarında bombalamasına baxmayaraq, rejimin məqsədlərinə çata bilməməsi əfsanəvidir” əlavə edib.

Ayətullah Xamenei ABŞ-ın dəstəyi olmasaydı, rejimin ilk həftələrdə diz çökəcəyini vurğulayaraq əlavə edib: “Bu bir ildə rejim Qəzzə kimi kiçik bir ərazidə mümkün qədər çox cinayət törədib, evləri, xəstəxanaları, məscidləri və kilsələri bombalayaraq HƏMAS-ı məhv edəcəyini iddia edən iyrənc addımlar atdı. Lakin sonunda HƏMAS-la danışıqlar masasına oturub atəşkəs şərtlərini qəbul etməyə məcbur oldu.”

Ayətullah Xamenei Qəzzada müqavimətin canlılığı və qələbəsini müqavimət göstərənlərə ilahi qələbə vədinin nümunəsi kimi xarakterizə edərək deyib: “Allah harada ki, saleh bəndələri ilə birlikdədirsə, qələbə mütləqdir”.

İslam İnqilabının Rəhbəri İranın zəifləməsi ilə bağlı iddia və illüziyalara toxunaraq: “Kimin zəiflədiyini gələcək göstərəcək. Necə ki, Səddam İranın zəif olduğunu düşünərək işğala başladı və Reyqan bütün gücü ilə ona kömək etdi, lakin bütün xəyalpərəstlər İranın gücünü artırdığını gördülər, bu ilahi əmrin təkrarlandığını görəcəklər” bildirib.

➡️Abunə olun

Rəbbə Doğru İlk Addım🌙

23 Jan, 13:16


Bismillahir-Rəhmanir-Rəhim

(754)

İmam Baqir (ə):

"Heç bir elm, sağlamlıq axtarmaq qədər deyil. Heç bir sağlamlıq isə qəlbin sağlamlığı kimi deyil."

Biharul-Ənvar, c.78, səh. 164, hədis 1


https://t.me/muheddis

Rəbbə Doğru İlk Addım🌙

23 Jan, 12:12


❗️MBH üzvü, İkinci Qarabağ müharibəsi Qazisi Alik Aslanov:

"Dindar kimlərə deyilir?"


➡️https://t.me/M_B_H_Elm_ve_Tedris_shobesi

Rəbbə Doğru İlk Addım🌙

13 Jan, 13:43


Zülmün önündə, məzlumun arxasında prinsipi ilə 10 ilinə qədəm qoyan Müsəlman Birliyi Hərəkatı ailəsini, başda sədri Hacı Tale Bağırzadə olmaqla təbrik edirəm. Bu 10 ildə hər cür təzyiq və işgəncələrə baxmayaraq, öz yolunu qətiyyətlə davam etdirən MBH uca Allahın köməyi ilə bundan sonra da öz amalları uğrunda yoluna qətiyyətlə davam edəcək.

MBH İH Toğrul Nuriyev

https://t.me/M_B_H_Elm_ve_Tedris_shobesi

Rəbbə Doğru İlk Addım🌙

13 Jan, 13:24


Müsəlman Birliyi Hərəkatı - 10 il

Azərbaycan aydınlar və parlaq düşüncələrin hədəfə alındığı ortam olaraq artıq illərdir ki, hərəkatımızı müxtəlif təzyiq, təqib və işgəncələr arasında məngənədə saxlanılmağa davam edir. Dini və milli kimliyi hədəfləyən, xalqın dəyərləri, düşüncə və mədəniyyəti, dini, mənəviyyatı, əxlaqını prioritet mövzu edən hərəkat yaranan gündən hər növ şər böhtanlarla başlayan mücadilənin mərkəzində neçə-neçə şəhid verməklə ayaqda qalmağa çalışdı. Bu günə qədər 100-dən çox üzvünün həbs həyatına məhkum edilməsi, fiziki və mənəvi zorakılıqlarla üzləşməsi onu məqsədlərindən çox yaralarını bağlamağa məcbur etdi.

Lakin eyni zamanda hərəkat missiyasını da axsatmağa qoymadı. Qarabağ Müharibəsinin şəhidləri sırasında üç hərəkat üzvünün – Şükür İlyasov, Balazadə Abdullayev və Nofəl Əliyevin yer alması deyilənlərə əyani nümunədir. Paralel olaraq daxili və xarici hadisələrə, qanunsuzluq, zülm və işgəncələrə reaksiya çox zaman hərəkatı hakimiyyətin hədəfində qoysa da, MBH məqsədi uğrunda mübarizədə hər zaman fəallığını qorudu.

Əlbəttə, bu, hakimiyyətin cəza sistemində “mükafatsız” qalmadı. Sayları bu gün 79-a çatan hərəkat üzvüləri, hakimiyyətin bu yöndə nifrət hədəfində olması ilə əlaqədardır. Bu nöqtədə neçə-neçə üzvümüzün inzibati cəzası, həbsxana divarları arasında işgəncələrlə üzləşməsi bu məsələnin daha ağrılı təzahürüdür. Statistik rəqəmlər isə deyilənlərin nə qədər acınacaqlı olduğunu ortaya qoyur.

2023-24-cü illərdə həbs olunan hərəkat üzvülərinin 2024-cü ildə yekunlaşan məhkəmələri onlar barəsində 147 il 5 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verdi. Bu sırada yanvar ayında 3 nəfər, fevralda 10, martda 10, apreldə 3, mayda 2, iyulda 4, avqustda 1, sentyabrda 3, oktyabrda 3, noyabrda 1, dekabrda 1 şəxs olmaqla yalnız 2024-cü ildə hərəkat üvzülərindən iş alanların sayı 41 nəfərə yüksəldi. Ümumilikdə 2024-cü ildə həbs edilən hərəkat üzvülərinin sayı 12 nəfər (Mirzəyev Nurlan, Hacıyev Ceyhun, Qulubəyli Təbriz, Quliyev Qurban, Sayadov Tərlan, Şirinov Namiq, Əliyev Raşad, Əsgərov Rüstəm, Bağırov Mirsultan, Məhərrəmov Calal, Muradov İbrahim, Bilalov Amil) oldu ki, onlardan 7 nəfərinin məhkəmə və istintaqı hələ də davam edir.

Ötən il üçün nisbətən sevindirici hadisələr də yaşanmamış deyildi. 2024-cü ildə 4 hərəkat üzvü həbs müddətini bitirərək azadlığa qovuşdu. Bunlar: Qarabağ Qazisi Alik Aslanov, Elşən Abbasov, Əhsən Nuruzadə və Şamil Həsənovdur. Bu sırada Əhsən Nuruzadənin azadlığa buraxılmasından yalnız 20 gün ötməmiş rejim onu növbəti dəfə saxta narkotiklə ittiham edərək 60 gün inzibati cəza ilə azadlıqdan məhrum etdi. Mövcud səhnə öz növbəsində hərəkata qarşı diskriminasiyanın göstəricisi idi.

Heç təsadüfi deyildir ki, məhkəmə prossesləri zamanı amansız işgəncə yaşama səbəbindən başında şiş yaranan Ceyhun Balaşova qarşı da qeyri-insani davranış hakimiyyətin hərəkata ünvanlı işgəncələrinin göstəricisi olaraq qiymətləndirilməlidir. Ceyhun Balaşovun təcridxanada fiziki zor yaşayaraq ciddi zədəsi 2024-cü il fevralın 15-də yekunlaşan məhkəməsində də əks olundu. Hakim Balaşovun səhhətindəki problemlərin çərçivəsini dəyərləndirsə də, sifarişli həbs cəzası ev dustaqlığı da olsa inanclı barəsində 4 il müddətinə həbs qərarını verdi.

Hal-hazırda Müsəlman Birliyi Hərəkatı, Sədri Hacı Tale Bağırzadə başda olmaqla, 76 üzvü həbsdə hərəkatın 10 yaşını qeyd edir. Bütün bu qeyd edilənlər bizi məqsədimiz, milli və dini dəyərlərimizin qorunması və inkişafı, ölkədə hüquqi sistemin tapdanaraq ayaqlar altına alınmasına qarşı mübarizədən bir anlıq olsun saxlamır. Biz illər öncə hədəfimizi müəyyən etdik, bu yolun eniş və yoxuşunu, şirin və acısını gözə aldıq və Allahın adı ilə addımlamağa başladıq.

10 illik bir zamanı az qala hər kəsin görüb eşidəcəyi, müşahidə edəcəyi bir cığırla addımladıq. Hədəfin bərabərliyində dosta qucaq açdıq, düşmənə sinə gərdik. Ədalətin bayrağı altında növbəti illəri Yaradanın güc, dəstək və mərhəməti ilə...

Sizin Müsəlman Birliyi Hərəkatınız.

https://t.me/M_B_H_Elm_ve_Tedris_shobesi

Rəbbə Doğru İlk Addım🌙

13 Jan, 09:41


Bismillahir-Rəhmanir-Rəhim

(744)

Həzrət Peyğəmbər (s):

"Mömin həmişə aqibətinin pis olmasının qorxusu içindədir. Ruhu bədənindən çıxana və ölüm mələyi qarşısında zahir olan anadək Allahın razılığına, bağışlanmasına qovuşduğuna əminliyi olmur."

Biharul-Ənvar, c71, səh. 366, hədis 13

https://t.me/muheddis

Rəbbə Doğru İlk Addım🌙

12 Jan, 15:49


Bismillahir-Rəhmanir-Rəhim

(743)

İmam Əli (ə):

"Dünyaya pərəstiş edən və onu axirətdən üstün tutan şəxsin aqibəti acı olacaqdır."

əl-Xisal, səh. 632, hədis 10

https://t.me/muheddis

Rəbbə Doğru İlk Addım🌙

11 Jan, 21:36


HAQ_SÖZ_EŞİDƏK
https://www.instagram.com/haqq_soz_esidek?igsh=MW9lemVrbWFucTIzeQ==

HACİ ELGÜN AXUND
https://www.instagram.com/haci.elgun.axund/profilecard/?igsh=MWlraHF6ZXl4amlyeQ==

HACI ZÜLFÜQAR MIKAYILZADƏ
https://www.instagram.com/haci_zulfuqar_mikayilzade/profilecard/?igsh=Znp3dTk4OWEycW5p

🔵Dostlar həm kanala abunə olun, həm də paylaşın ki, dindən uzaqlaşdırılmış xalqımız da dəyərli videolara baxıb xəbərdar olsunlar

Rəbbə Doğru İlk Addım🌙

11 Jan, 20:36


❗️“Ələvi Ensiklopediyası”nın təqdimatı

“Ələvi Ensiklopediyası” adlı proqramın təqdimat mərasimi Qum şəhərində Əhli-Beyt (ə) Ümumdünya İnformasiya Mərkəzində keçirilib.

Bu proqram, İmam Əli (ə) haqqında geniş məlumatları ehtiva edən bir ensiklopediyadır.

Proqramın təqdimatı zamanı tanınmış dini və ictimai xadimlər, o cümlədən Ayətullah əl-Üzma Sistaninin tam səlahiyyətli nümayəndəsi Ayətullah Seyid Cavad Şəhristani və Həzrət Əbdüləzim (ə) müqəddəs ziyarətgahının təmsilçisi Seyid Əli Qazi Əsgər iştirak ediblər.

➡️Abunə olun

Rəbbə Doğru İlk Addım🌙

11 Jan, 17:43


Bismillahir-Rəhmanir-Rəhim

(742)

İmam Sadiq (ə):

"Allah-təala, içində toy olan evi sevər və içində təlaq olan evi düşmən bilər. Allah yanında təlaqdan mənfur qeyri bir şey yoxdur."

əl-Kafi, c.6, səh. 54, hədis 3

https://t.me/muheddis

Rəbbə Doğru İlk Addım🌙

11 Jan, 11:09


Bu gün İmam Cavadın (ə) mövlud günüdür - VİDEO

➡️https://www.operativtv.com/bu-gun-imam-cavadin-movlud-gunudur-video.html

Rəbbə Doğru İlk Addım🌙

11 Jan, 05:26


İmam Muhəmməd Təqinin (ə) mövludu münasibətilə hər birinizi təbrik edirik.

https://t.me/M_B_H_Elm_ve_Tedris_shobesi

Rəbbə Doğru İlk Addım🌙

10 Jan, 22:31


Bismillahir-Rəhmanir-Rəhim

(741)

İmam Sadiq (ə):

"Kafirlərin ruhları Cəhənnəm odunun içindədir. Onları odun qarşısına gətirərlər və onlar «Pərvərdigara! Qiyaməti bərqərar etmə, bizə vəd etdiklərini həyata keçirmə və bizim birincimizi sonuncumuza yoldaş etmə!» deyərlər."

Biharul-Ənvar, c.6, səh. 270, hədis 127

https://t.me/muheddis

Rəbbə Doğru İlk Addım🌙

10 Jan, 20:54


➡️İlahiyyatçı Hacı Ramil Bədəlov bu həftə də “Münacat”adlı cümə söhbətini davam etdirib

👉https://www.operativtv.com/ilahiyyatci-haci-ramil-bdlov-bu-hft-d-munacatadli-cum-sohbtini-davam-etdirib.html

Rəbbə Doğru İlk Addım🌙

09 Jan, 15:55


Bismillahir-Rəhmanir-Rəhim

(740)

Həzrət Peyğəmbər (s):

"Qiyamət günü, Allah yolunda sərf olunan nemətlərdən başqa hər bir nemət barədə sorğu-sual olacaq."

Biharul-Ənvar, c.7, səh. 261, hədis 10

https://t.me/muheddis

Rəbbə Doğru İlk Addım🌙

09 Jan, 02:18


Bismillahir-Rəhmanir-Rəhim

(739)

İmam Əli (ə):

"Zalım üçün ədalət günü, məzluma zülm olunan gündən daha ağırdır."

Nəhcül-Bəlağə, hikmət 341

https://t.me/muheddis

Rəbbə Doğru İlk Addım🌙

08 Jan, 16:30


❗️Bağdad Cümə İmamı: Biz İraqı qorumaq üçün Amerikanın sui-qəsdinə qarşı mübarizə aparmalıyıq

Bağdad cümə imamı Ayətullah Seyid Yasin Musəvi Bəsrədə komandirlərin qələbəsinin ildönümü ilə bağlı keçirilən anım mərasimində “Cinayətkar Tramp iki şərəfli şəhid Qasim Süleymani və Əbu Mehdi əl-Mühəndisi sivilizasiya müharibəsi çərçivədə terrora məruz qoyub. Çünki qərb sivilizasiyası şərqi, yəni İslam ölkələrini nəzarət altına almağa, bu ölkələrin sərvət və mallarını girov götürməyə çalışır.

Biz İslam ölkələrində yatmış və baxımsız qaldığımız halda, Qərb uzun illər planlar qurdu, həyata keçirdi və ölkələrini inkişaf etdirdi. Bundan sonra Qərb dövlətləri İslam ölkələrinə hakim kəsildi və sərvətlərimizi oğurlamağa başladı. Çünki biz Allahın əmrlərinə diqqət yetirmək əvəzinə mal-dövlət toplamağa, öz rahatlığımızı təmin etməyə başladıq” bildirib.

Musəvi Amerika və Qərb ölkələrinin insanları azdırdığını və əvəzində onların sərvətlərini oğurladığını vurğulayaraq deyib: “Amerika dollar çap edir və dünya iqtisadiyyatına nəzarət edir; Lakin qızılla təmin olunmayan dolların kağızdan başqa heç bir dəyəri yoxdur.

Amerikanın İraq xalqına təəccübünə işarə edərək, Amerika İraq xalqının ona təslim olacağını düşündü. Lakin Amerika İraqa daxil olarkən Ərbəin ziyarəti və milyonlarla şiənin İmam Hüseynin (ə) məqbərəsinə piyada yürüşü onu təəccübləndirdi.

Ayətullah Seyid Yasin Musəvi Ayətullah Sistaninin İraqın müstəqilliyinin qorunub saxlanmasında mühüm rol oynadığını vurğulayıb və amerikalıları İraq konstitusiyasını ölkə siyasətçilərinin əlində yazıb xalqın səsinə təqdim etməyə məcbur edib.

Tramp prezidentliyi dövründə iqtisadi əməliyyatlar bəhanəsi ilə Səudiyyə Ərəbistanından 450 milyard dollar aldı, lakin Amerikaya qayıtdıqdan sonra Səudiyyə Ərəbistanını pul inəyi ilə müqayisə etdi.

Tramp Səudiyyə Ərəbistanından təhlükəsizlik və hərbi müdafiə qarşılığında neftinin böyük hissəsini Amerikaya verməsini istədi. Lakin Məhəmməd bin Salman bu məsələni rədd edərək İran İslam Respublikası ilə birgə müdafiə sazişi imzalayıb.”

➡️Abunə olun

Rəbbə Doğru İlk Addım🌙

07 Jan, 21:10


Bismillahir-Rəhmanir-Rəhim

(738)

İmam Əli (ə):

"Arzu şeytanın qafillərin qəlblərinə hakim olma amilidir."

Ğurərul-Hikəm, hədis 1828

https://t.me/muheddis

Rəbbə Doğru İlk Addım🌙

07 Jan, 21:00


❗️Qəzzada dünyaya göz açan uşaq

➡️Abunə olun

Rəbbə Doğru İlk Addım🌙

07 Jan, 20:50


❗️Kazimeyn Ziyarətgahının xidmətçiləri Əskəriyyədə şəhadət məclislərində xidmət edirlər

Kazimeyn Ziyarətgahının baş katibi Dr. Heydər Həsən Şəmmərinin rəhbərliyi ilə, Kazimeyn Ziyarətgahının xidmətçiləri Samirra şəhərində İmam Hadinin (ə) şəhadət günü münasibətilə keçirilən mərasimlərə qatılıblar. Onlar bu münasibətdə əməkdaşlıq və həmrəyliyin ən yüksək nümunələrini göstərərək, Əskəriyyə Ziyarətgahının xidmətçiləri ilə çiyin-çiyinə çalışıblar. Məqsəd bu kədərli günün layiqincə qeyd edilməsinə töhfə vermək olub.

Məlumata görə, Kazimeyn Ziyarətgahının İctimai Əlaqələr Şöbəsi / İmam Cavadın (ə) Qonaq Evi bölməsi tərəfindən quru ərzaq məhsulları və içməli su zəvvarlara göndərilib. Bununla yanaşı, ziyarətçilər üçün yeməklər hazırlanıb.

Həmçinin Avtomobil Şöbəsi Kazimeyn Ziyarətgahına aid avtobusları və xidmət maşınlarını səfərbər edərək, zəvvarların nəqliyyat planına dəstək verib.

Tibb bölməsi isə zəvvarlara tibbi xidmətlər göstərərək, sağlamlıq maarifləndirilməsi aparıb və ehtiyaclara uyğun olaraq kifayət qədər dərman və tibbi vasitələrlə təmin edib.

➡️Abunə olun

Rəbbə Doğru İlk Addım🌙

07 Jan, 16:29


Axtardığınız elmi, dini, motivasiya, xəbər kanlları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla ən gözəl və ən böyük kanallardan faydalana bilərsiniz🤩

@toplu_admini

Rəbbə Doğru İlk Addım🌙

07 Jan, 12:25


HAQ_SÖZ_EŞİDƏK
https://www.instagram.com/haqq_soz_esidek?igsh=MW9lemVrbWFucTIzeQ==

HACİ ELGÜN AXUND
https://www.instagram.com/haci.elgun.axund/profilecard/?igsh=MWlraHF6ZXl4amlyeQ==

HACI ZÜLFÜQAR MIKAYILZADƏ
https://www.instagram.com/haci_zulfuqar_mikayilzade/profilecard/?igsh=Znp3dTk4OWEycW5p

🔵Dostlar həm kanala abunə olun, həm də paylaşın ki, dindən uzaqlaşdırılmış xalqımız da dəyərli videolara baxıb xəbərdar olsunlar

Rəbbə Doğru İlk Addım🌙

25 Oct, 18:18


Salam Olsun Sənə Ey Qüds zalım Əliylə sıxılmış boğazlardan. 🥀 🇵🇸

Rəbbə Doğru İlk Addım🌙

25 Oct, 16:29


Biri-digərindən daha maraqlı olan telegramın ən faydalı kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla ən gözəl kanallardan bəhrələnə bilərsiniz.

@toplu_admini

Rəbbə Doğru İlk Addım🌙

24 Oct, 16:29


Elmi, dini, motivasiya, xəbər, abituriyentlər və s. hamısı bir arada.

@toplu_admini

Rəbbə Doğru İlk Addım🌙

24 Oct, 12:55


https://youtu.be/uAt670e_pog?si=6t2dSSPqgP5LbZef

Rəbbə Doğru İlk Addım🌙

24 Oct, 11:59


⚜️Oxuyun, maraqlı və faydalıdır.

HƏR ŞEY AĞACI SEVMƏKDƏ BAŞLAYIR🌷

Adam ağacın kölgəsi altında fəlsəfə kitabı oxuyurdu. Sual-sual kişini çaşdırdı.
Başını qaldırıb ağaca baxdı.
“Kaş ki, ağac olaydım və düşünmədən yaşayaydım” dedi.
Birdən ağac dilləndi:
"Bəlkə də düşünmürəm, amma düşünən insanlara bu qədər dərs verə bilərəm" dedi.
Kişi həyəcanla dedi:
“Sizi dinləmək istərdim” dedi.
Ağac danışmağa başladı:
“At o fəlsəfə kitabını, indi mənə bax və mənə qulaq as, sənə on həyat dərsi verim” dedi.
Kişi həyəcanlandı və dedi:
-Yaxşı dedi.
Ağac:
Qulaq as, - dedi və həyat dərslərini sadalamağa başladı:
🌿 1- Ağac yaş olanda əyilir və ya düzələr. Hər şeyin öz vaxtı var. Həyat bir öyrənmə prosesidir, lakin vaxt çox vacibdir. Siz də bilirsiniz ki, “köhnə itə yeni fəndlər öyrətmək olmaz”. "Qoca qurda yol öyrətmək olmaz."
🌿 2- Çox adam yıxılan ağaca balta vurur. Odur ki, həyatda yıxılmamaq üçün diqqətli olmaq lazımdır; Güclü olanda kölgənə sığınanlar, yıxılanda baltanı götürüb sənə tərəf qaçarlar.
🌿 3- Bizi məhv etməyə çalışan baltanın sapı bizə məxsusdur. Həmişə xarici düşməndən qorxma. Daxili düşmən daha təhlükəlidir. Sizə oxşayan və sizə xəyanət edəcək insanlardan diqqətli olun. Dişi sındıran düyüyə ən çox bənzəyən ağ daşdır.
🌿 4- “Fırtınalı torpaqlarda böyük şamlar bitər” İnsanı inkişaf etdirən, kamilləşdirən çətinliklərdir. Böyük insanlar böyük maneələrlə qarşılaşdıqları və onları dəf etdikləri üçün böyük insan olurlar. Böyük dövlətlər böyük bəlaların öhdəsindən gələrək böyük dövlətə çevrilirlər. Uçurtma küləyə qarşı olduğu üçün qalxır. Maneələri fürsət kimi tanımalısınız.
🌿 5- Ağacın kökləri nə qədər dərin olarsa, bir o qədər də böyüyür. Kökləri zəif olanlar böyükliyə dözə bilməzlər. Buna görə köklərinizi qorumaq lazımdır. Kökünü unudan və ya görməməzliyə vuran ağac yaşaya bilərmi? Ağac gücünü gövdəsindən deyil, kökündən alır. Tarixiniz yoxdursa, gələcəyiniz necə olacaq? Tarixinizi görməməzliyə vursanız və ya unutsanız, gələcəyi necə qura bilərsiniz?
🌿 6- Ağac yarpaqları ilə uğuldayır. İnsan ailəsi və sosial mühiti ilə gözəl ola bilər; Onlarla tamamlanır. Onların yanında varlığını hiss etdirir. Buna görə də sosial münasibətləriniz vacibdir.
🌿 7- Heç bir ağac baharın gəlib-gəlməyəcəyini düşünməz. Köklər, gövdə və budaqlar səssizcə və səbirlə öz vəzifələrini yerinə yetirirlər. Əgər baharın gəlişini gözləyirsinizsə, heç bir səs-küy salmadan, öz vəzifənizi sakit, düzgün və səbirlə yerinə yetirməlisiniz.
🌿 8- Meyvə ağacını daşlayırlar. Bilikli, bacarıqlı və uğurlu insanlara həsəd aparan insanlar çoxdur. Yararsız, bacarıqsız, əhəmiyyətsiz insanlar heç kimi maraqlandırmır. Məhz buna görə də uğurlu insanlar atılan daşlara müqavimət göstərə bilməsələr, uğurlarını davam etdirə bilməzlər.
🌿 9- Hər ağac öz torpağında bitər. Ağac yalnız uyğun torpaq tapdıqda böyüməyə davam edə bilər. İnsan qabiliyyətləri də belədir; Bu ağac toxumu kimidir. Münasib yer tapsa, inkişaf edəcək, əks halda çürüyəcək.
🌿 10- Beşikdən məzara qədər ağaclara ehtiyacınız var. Uşaq olanda beşikdə, öləndə tabutda bizimləsən. Bizə həmişə ağac kimi baxma. Bir az ehtiyatla baxın. İnsanların qulağına belə deməklə bitirim.
"Hər şey bir ağacı sevməkdən başlayır." Bundan sonra ağacın yanından keçəndə dayan və mahnımızı dinlə.
Kişi yenidən ağaca baxdı, "ƏSLI AĞAC OLAN BU AĞAC DEYİL, DÜŞÜNÜRƏM MƏNƏM". öz-özünə düşündü...

Rəbbə Doğru İlk Addım🌙

24 Oct, 10:05


Bismillahir-Rəhmanir-Rəhim

(663)

Həzrət Peyğəmbər (s):

"Rüşvət almaqdan çəkinin ki, həqiqətən o, xalis küfrdür. Rüşvətxor Cənnətin ətrini duymayacaqdır."

Biharul-Ənvar, c.104, səh. 274, hədis 12

https://t.me/muheddis

Rəbbə Doğru İlk Addım🌙

23 Oct, 17:28


Allahın salamı olsun haqq əhlinə

Bu kanal Hacı Tale Bağırzadəyə məxsus rəsmi kanaldı.

Bu kanalda Hacının şəkilləri, Videolarə, səsli moizləri və məktubları paylaşılacaq.

Hacıya sualı olan sualını ünvanlaya bilər.

Qeyd edək ki, Hacının həbsdə olması ilə əlaqədar suallarınızın cavabları biraz gecikə bilər.

Suallarınızı bu yazının altında qeyd edə bilərsiniz. Bu yazını yuxarıya yerləşdirəcəyik. Təşəkkürlər👇

☑️https://t.me/Tale_Bagirzade

Rəbbə Doğru İlk Addım🌙

23 Oct, 16:29


Ən yaxşı elmi, dini, müqavimət, motivasiya kanalları ilə qarşınızdayıq. Bu cür gözəl və dəyərli kanalları heç bir topluda tapa bilməzsiniz:)

@toplu_admini

Rəbbə Doğru İlk Addım🌙

23 Oct, 15:39


İblis Müsəlman gəncə deyir:

İntelligent olmaq üçün bircə bu paltar (Avropa qiyafəsi) kifayətdir.

©Molla Nəsrəddin jurnalı

Azərbaycan Tarixi

Rəbbə Doğru İlk Addım🌙

22 Oct, 16:29


Biri-digərindən daha maraqlı olan telegramın ən faydalı kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla ən gözəl kanallardan bəhrələnə bilərsiniz.

@toplu_admini

Rəbbə Doğru İlk Addım🌙

22 Oct, 14:01


Axtardığınız bütün kanalların hamısı bir topluda:)

@toplu_admini

Rəbbə Doğru İlk Addım🌙

22 Oct, 11:23


“Hər şeyi hesablamışdılar, amma bir şeyi nəzərə almamışdır - Mənəviyyat!

Bu millətin bütün nümayəndələrinin Allaha inandığını və İslama sevgi ilə inam bəslədiklərini hesablamadılar."

- İmam Xomeyni (r)

https://t.me/Rebbedogru313

Rəbbə Doğru İlk Addım🌙

22 Oct, 10:55


Xətibul Ənbiya nə deməkdir?

@toplu_admini

Rəbbə Doğru İlk Addım🌙

22 Oct, 07:33


Dr. Sergey Babur:

"İmam Xomeyninin 30 il əvvəl Qorbaçova yazdığı məktubu yenidən oxuyuruq. Əgər o vaxt onun məsləhətlərinə qulaq assaydıq, Qərbin təsir və təzyiqlərinə bu qədər məruz qalmazdıq".

https://t.me/Rebbedogru313

Rəbbə Doğru İlk Addım🌙

21 Oct, 10:16


Havalar soyuduqca, soyuqdan təsirlənməmək üçün paltarlarınızı qalınlaşdırırsınız; Cəmiyyət tənəzzülə uğradıqca üzərinizə təqva libasını o qədər qalınlaşdırmalısınız ki, cəmiyyət sizə təsir etməsin və heç vaxt “MÜHIT POZULDU , MƏNDƏ POZULDUM !” deməyəsiniz !

- Ustad Möhsin Qiraəti

https://t.me/Rebbedogru313

Rəbbə Doğru İlk Addım🌙

21 Oct, 06:14


Axirət dünyası və dünyəvi axirət!

Bir alim buyururdu: "Bəzilərinin axirət əməlləri də dünya qoxusu verir. Qırx çərşənbə gecəsi Cəmkərana gedir, ancaq tək istəyi maşınının modelinin yenilənməsi və ya evinin, dükanının mərtəbələrinin artırılmasıdır! Bəziləri isə dünyəvi işlərini axirət qoxusu ilə edirlər! Onlar işlərini Allah bəndələrinin işini asanlaşdırmaq və ya Allahın ibadətini düzgün yerinə yetirmək üçün görürlər!"

Məsum imamlarımız dualarında bizə öyrədiblər ki, hətta dünyəvi işləriniz də axirət rəngində olsun!

Əmirəlmöminin Əli (ə) Kumeyl duasında Allaha belə xitab edir: "… Allahım, bədən üzvlərimi Sənə xidmət üçün qüvvətli et!...".

Bəzən güc və qüvvət axtarırıq özümüzü nümayiş etdirmək üçün, bəzən müsabiqələrdə iştirak etmək üçün, bəzən düşməni vurmaq üçün və s.

Lakin onun dünyəvi işləri də axirət rəngindədir!

Ümumiyyətlə, hər bir insanın dəyəri onun arzularının növünə bağlıdır! Əmirəlmöminin Əli (ə) buyurmuşdur: "Hər bir insanın qiyməti onun gözəl və nəcib hesab etdiyi şeylə ölçülür!" (Nəhcül-bəlağə: Hikmət 81).

Gəlin, bir az öz içimizə nəzər salaq! Görək hansı arzularımız var? O zaman öz qiymətimizi və dəyərimizi anlayacağıq!

https://t.me/Rebbedogru313

Rəbbə Doğru İlk Addım🌙

20 Oct, 16:30


Biri-digərindən daha maraqlı olan telegramın ən faydalı kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla ən gözəl kanallardan bəhrələnə bilərsiniz.

@toplu_admini

Rəbbə Doğru İlk Addım🌙

20 Oct, 08:36


Hz. Muhəmməd (s):

Sizi beş şeydən beş şeyə dəvət etməyən alimlə oturub-durmayın:

Şəkdən yəqinə,
Riyadan ixlasa,
Dünyaya bağlılıqdan zöhdə,
Təkəbbürdən təvazökarlığa,
Ədavətdən xeyirxahlığa."

Əl-İxtisas, c1, səh335.

https://t.me/Rebbedogru313

Rəbbə Doğru İlk Addım🌙

20 Oct, 06:34


Hz Adəm qatil bir övladın atası idi.
Hz Nuh kafir bir övladın atası idi.
Hz İbrahim müşrik bir atanın övladı idi.

Kimdən olduğunun, səndən kimin olduğunun bir önəmi yoxdur.

Önəmli olan, sən  kimsən!

https://t.me/Rebbedogru313

Rəbbə Doğru İlk Addım🌙

19 Oct, 14:57


Düşmənə atılan o taxta parçası Musanın (ə) əsası tək sənin axırına çıxacaq.

https://t.me/Rebbedogru313

Rəbbə Doğru İlk Addım🌙

18 Oct, 18:00


Ruzinin mal olması şərt deyil.

Bəs nədir ruzi?

https://t.me/Rebbedogru313

Rəbbə Doğru İlk Addım🌙

18 Oct, 16:29


Biri-digərindən daha maraqlı olan telegramın ən faydalı kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla ən gözəl kanallardan bəhrələnə bilərsiniz.

@toplu_admini

Rəbbə Doğru İlk Addım🌙

18 Oct, 07:44


Bizim tərəfdə olan şiələrimizə deyin ki, "bu səmanın altında mənə kömək edən yoxdurmu?" deyə səslənən Hüseyn bin Əlinin (ə) səsi heç vaxt susmayacaq.

Müsəlmanlığınızı bu dəvətə cavab verəcək şəkildə qoruyun.

İmam Rza (ə)

https://t.me/Rebbedogru313

Rəbbə Doğru İlk Addım🌙

17 Oct, 16:29


Elmi, dini, motivasiya, xəbər, abituriyentlər və s. hamısı bir arada.

@toplu_admini

Rəbbə Doğru İlk Addım🌙

17 Oct, 11:20


Ölüm qorxusuna qalib gəldikdə, düşməninizin əlindən sizi təhdid edəcək bütün silahları almış olacaqsınız!

https://t.me/Rebbedogru313

Rəbbə Doğru İlk Addım🌙

17 Oct, 11:01


İshaq (ə) peyğəmbər İsmayıl (ə) peyğəmbərin nəyi idi?

@toplu_admini

Rəbbə Doğru İlk Addım🌙

17 Oct, 10:00


İslamdan başqa heç bir dâvanın
mübarizə ilə qazanılacaq cənnəti yoxdur!

Cənnətinə can atırıq Ya Rəbb...!

https://t.me/Rebbedogru313

Rəbbə Doğru İlk Addım🌙

17 Oct, 08:59


Nəcəfül Əşrəfdə İmam Əli (ə) ziyarətgahı 2269 livanlıya sığınacaq verib.

Həzrət İmam Əlinin (ə) ziyarətgahından verilən açıqlamada İsrail hücumları nəticəsində evindən didərgin düşmüş 2 min 269 livanlı qaçqının ziyarətgahın otel, qonaq evləri və ziyarətçi şəhərlərində qəbul edildiyi qeyd edilib. Açıqlamada livanlı ailələr üçün qonaqpərvərlik və yerləşdirmə xidmətlərinin davam etdiriləcəyi bildirilib.

Açıqlamada Livan vətəndaşlarının lazımi ehtiyaclarının qarşılandığı, tibbi xidmətlər və dərman müalicəsinin təmin edildiyi bildirilib.

➡️Abunə olun

Rəbbə Doğru İlk Addım🌙

17 Oct, 08:10


Səbr oturub işlərin bitməsini gözləmək deyil, səbr möhkəm durmaqdır, Müqavimət göstərməkdir!

Dəqiq mühasibat və yekun hesablarımızı düşmənin hiyləsi ilə əvəz etməməkdir!

Səbr, qarşımıza qoyduğumuz məqsədlərin arxasınca mənəviyyatla qaçmaqdır. Bu qətiyyət və möhkəmlik, müdriklik və nizam-intizamla birləşdikdə qələbə mütləq əldə olunacaq!

Ayətullah Xamenei


https://t.me/Rebbedogru313