ᴘᴏᴢɪᴛɪᴠ ᴘsɪxᴏʟᴏɢɪʏᴀ☕ @pozitivvbloga Channel on Telegram

ᴘᴏᴢɪᴛɪᴠ ᴘsɪxᴏʟᴏɢɪʏᴀ

@pozitivvbloga


💡Şəxsɪ ɪɴᴋɪşᴀꜰ
🧠səᴍəʀəʟɪ ᴠᴀxᴛ
💡ʀᴇᴊɪᴍʟɪ ʜəʏᴀᴛ
🧠ᴘʟᴀɴʟı ᴄəᴅᴠəʟ
💡İɴᴋɪşᴀꜰıᴍıᴢıɴ ᴛəᴍɪɴᴀᴛı
𝕂𝕒𝕟𝕒𝕝 𝕣ə𝕙𝕓ə𝕣𝕚💭 hələlik qalsın
Reklam: @El_Shen

ᴘᴏᴢɪᴛɪᴠ ᴘsɪxᴏʟᴏɢɪʏᴀ☕ (Azerbaijani)

Tanıtım Yazısı: nn"ᴘᴏᴢɪᴛɪᴠ ᴘsɪxᴏʟᴏɢɪʏᴀ☕" adlı Telegram kanalı, şəxsi inkişaf, səmərəli vaxt, rejimli həyat, planlı cədvəl gibi konular üzerine odaklanmaktadır. Kanal, izleyicilerine kişisel gelişim, motivasyon ve hedeflerine ulaşma konularında destek olmayı amaçlamaktadır. İçerisinde yer alan paylaşımlar ile kullanıcıların yaşamlarını pozitif yönde etkilemeyi hedefleyen kanal, bilgi ve deneyim paylaşımına dayalı bir topluluk oluşturmayı hedeflemektedir

Burada, kendinizi geliştirebileceğiniz ve hayatınızın her alanında iyileştirmeler yapabileceğiniz ilham verici içerikler bulabilirsiniz. Ayrıca, kanalın reklam hizmetleri de mevcuttur. Eğer kişisel gelişim yolculuğunuzda destek arıyorsanız, "ᴘᴏᴢɪᴛɪᴠ ᴘsɪxᴏʟᴏɢɪʏᴀ☕" kanalı tam size göre!
Detaylı bilgi ve reklam hizmetleri için: @El_Shen

ᴘᴏᴢɪᴛɪᴠ ᴘsɪxᴏʟᴏɢɪʏᴀ

13 Jan, 16:29


Axtardığınız elmi, dini, motivasiya, xəbər kanlları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla ən gözəl və ən böyük kanallardan faydalana bilərsiniz🤩

@toplu_admini

ᴘᴏᴢɪᴛɪᴠ ᴘsɪxᴏʟᴏɢɪʏᴀ

09 Jan, 03:16


Erkən oyanmaq, məsələn, səhər saat 6:00 -da, günün daha sonra oyandığınız günlərə nisbətən daha səmərəli keçməsini təmin edir.
Gününüzə bir stəkan su ilə başlayın.
🧘‍♀️ Səhər meditasiyası.
💭 Təsdiqlər.
❤️ Günün ilk saatı qızıl saatdır.
📖 Səhər faydalı kitablar oxuyun.
💪🏻 Məşq edin.
📑 Gün üçün plan qurun.

Gününuz uğurlu keçsin dəyərli izleyicilərimiz😍

@pozitivvblogA 🧬

ᴘᴏᴢɪᴛɪᴠ ᴘsɪxᴏʟᴏɢɪʏᴀ

08 Jan, 11:18


İnsan əvvəlcə özündən sevməyə başlamalıdır. Tolstoy uşaqlığımızdan bizə aşıladığı kimi, “İnsan sevgi ilə yaşayır"

@pozitivvblogA 🧬

ᴘᴏᴢɪᴛɪᴠ ᴘsɪxᴏʟᴏɢɪʏᴀ

08 Jan, 08:37


📌 Bir işə necə cəmləşmək olar

☘️ Qıcıqlandırıcıları və xarici faktorları aradan qaldırırıq🍃

🌼 Aydın bir məhdud müddət ayırın 🍃

🍁 Tapşırığın konkret ölçülə bilən nəticəsini təyin edin 🍃

🎈 Beyin sakitləşdirici monoton musiqini yandırırıq 🍃

💫 Gəlin işə başlayaq!🍃


@pozitivvblogA 🧬

ᴘᴏᴢɪᴛɪᴠ ᴘsɪxᴏʟᴏɢɪʏᴀ

07 Jan, 08:12


Psixoloji faktlar🌵

•Gözlərimiz qapalı ikən aldığımız məlumatı daha tez qavrayırıq.🌱

•İnsanın beyni ilə qarnı arasında bağlantı var. Bu səbəbdən də həyacan keçirdiyimiz zaman qarnımızda ağrı hiss edirik.🌻

•Necə düşündüyümüz haqqında düşünə bilmək bacarığı yüksək intellektdən xəbər verir.🍀

•Hər bir insanın içində 3 fərd var: insanın özünün özü haqqında təsviridəki fərd, digərlərinin insan təsvirindəki fərd, və insanın həqiqi kimliyi.🍀

•Xəyalpərəst insanlar digər insanlardan daha çox yuxu görür.🕊


@pozitivvblogA 🧬

ᴘᴏᴢɪᴛɪᴠ ᴘsɪxᴏʟᴏɢɪʏᴀ

06 Jan, 05:09


🌞Pozitiv psixologiya nədir?

🍀Sizin irəliləməniz üçün hər şeydir.

⚡️Deyək ki bir işə başlayırsınız və nə olursa olsun pozitiv və inad ilə onu bitirməyi düşünürsünüzsə, edəcəksiniz deməkdir.
Buna gorə müsbət düşün,qalib sən ol 🤝

Sabahınız xeyir❤️

@pozitivvblogA 🧬

ᴘᴏᴢɪᴛɪᴠ ᴘsɪxᴏʟᴏɢɪʏᴀ

04 Jan, 04:57


Sizə lazım olacaq kanallardan faydalanmaq üçün seçim edin, qoşulun və imtahanlarınıza ödənişsiz hazırlaşın, yeni sınaqları pulsuz əldə edin ⤵️

ᴘᴏᴢɪᴛɪᴠ ᴘsɪxᴏʟᴏɢɪʏᴀ

03 Jan, 16:29


Sənə lazım olana toxun və abone ol 💫

➪ 𝙰𝚍𝚖𝚒𝚗: @toplu_admini

ᴘᴏᴢɪᴛɪᴠ ᴘsɪxᴏʟᴏɢɪʏᴀ

02 Jan, 03:54


📚Diqqətimizi dərslərimizə necə cəmləyə bilərik?

●Özünüz üçün bir rahat dərs yeri ayırın və onu nizamlı saxlayın.
●Ehtiyaclarınızdan asılı olaraq səssiz və ya musiqi ilə təhsil alın.
●Özünüzü öyrənməkdən zövq aldığınız şeylərlə əhatə edin: stikerlər və s.
●Gün üçün plan qurun, tapşırıqlar təyin edin və fasilələr verin.

@pozitivvblogA 🧬

ᴘᴏᴢɪᴛɪᴠ ᴘsɪxᴏʟᴏɢɪʏᴀ

28 Dec, 06:22


Uğurun düşmənləri:

1.Şikayət
2.Konfort zona
3.Diqqət dağınıqlığı
4.Yanlış münasibətlər
5.Neqativ düşüncələr

Günümüz xoş keçsinnn❤️

@pozitivvblogA 🧬

ᴘᴏᴢɪᴛɪᴠ ᴘsɪxᴏʟᴏɢɪʏᴀ

27 Dec, 04:57


Sizə lazım olacaq kanallardan faydalanmaq üçün seçim edin, qoşulun və imtahanlarınıza ödənişsiz hazırlaşın, yeni sınaqları pulsuz əldə edin ⤵️

ᴘᴏᴢɪᴛɪᴠ ᴘsɪxᴏʟᴏɢɪʏᴀ

26 Dec, 15:45


Axtardığınız elmi, dini, motivasiya, xəbər kanlları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla ən gözəl və ən böyük kanallardan faydalana bilərsiniz🤩

@toplu_admini

ᴘᴏᴢɪᴛɪᴠ ᴘsɪxᴏʟᴏɢɪʏᴀ

23 Dec, 04:06


Yıxıldım ,qalxa bilməyəcəm
Olmadı ,bir də cəhd edəcəm

Dərs çox uzundur ,oxuya bilmirəm
Məndə inadkaram,bitirəcəm bu mövzunu

Özümü çox pis hiss edirəm,heç nə yolunda getmir
Allah bir qapını bağlayar,bir qapını açar

Məndən heç nə olmayacaq,heç kim bacarmayıb ,mən mi bacaracam?
Hər şey yaxşı olacaq,heç kim bacarmayıbsa sən ilk olacaqsan

Həyata boş yerə gəlməmşik,hər birimizin bir səbəbi var.
Həyat qısadır,bu müddət ərzində biz arzularımı yaşamayaq mı?
Xəyal et və gerçəkləşdir!!✔️

ᴘᴏᴢɪᴛɪᴠ ᴘsɪxᴏʟᴏɢɪʏᴀ

19 Dec, 04:12


🌼Uğurlu vərdişlər:


🗣💙💞Yeni şeylər öyrənin.

🗣💞💙Ən yaxşı mühiti seçin.

🗣💙💞 Mənfiliklərə reaksiya verməyin.

🗣💞💙Günü planlaşdırın.

🗣💙💞Təsəvvür edin.

🗣💞💙 Hər gün həyat üçün 10 məqsədinizi yazın.

🗣💙💞Səhər və yatmazdan əvvəl sosial şəbəkələri yoxlamayın.

🗣 💞💙Sizin üçün nəyin doğru olduğuna qərar vermək sizin ixtiyarınızdadır.

🗣💙💞Ruhi sağlamlığınızın qayğısına qalın.

@pozitivvblogA 🧬

ᴘᴏᴢɪᴛɪᴠ ᴘsɪxᴏʟᴏɢɪʏᴀ

12 Dec, 03:19


Həyat kimisinə gözəl, kimisinə pis, maraqsızdırsa, onda belə qənaətə gəlmək olar ki, həyat şəffaf, rəngsiz bir sudur.
Kimisi buna qara boya damladır, kimisi rəngli boyalar damladır. Həyatınızın rəngli və ya qara olması sizin əlinizdədir.
Yanınıza gözəl ürəkli insanlar alın, çünki bu insanlar həyatınızın rəngli boyaları olacaq.


Günümüz xoş keçsinnn❤️

@pozitivvblogA 🧬

ᴘᴏᴢɪᴛɪᴠ ᴘsɪxᴏʟᴏɢɪʏᴀ

09 Dec, 08:39


"Uğur, nə qədər yüksək qalxmağınızla deyil, dünyada necə müsbət fərq yaratmağınızla ölçülür."

✒️ Roy T. Bennett


@pozitivvblogA 🧬

ᴘᴏᴢɪᴛɪᴠ ᴘsɪxᴏʟᴏɢɪʏᴀ

09 Dec, 03:40


"Özünü dərk etmədən yaşanan həyat yaşamağa dəyməz."

✒️ Sokrat


@pozitivvblogA 🧬

ᴘᴏᴢɪᴛɪᴠ ᴘsɪxᴏʟᴏɢɪʏᴀ

03 Dec, 04:05


Bir gül çiçək açmayanda həmin gülü dəyişmirlər, inkişaf etmək üçün şəraitin dəyişirlər.

Səndə əgər müvəffəq olmadınsa hədəfini dəyişmə rəftarını dəyiş, daha çox çalış.
O zaman müvəffəq olacaqsan.

@pozitivvblogA 🧬

ᴘᴏᴢɪᴛɪᴠ ᴘsɪxᴏʟᴏɢɪʏᴀ

01 Dec, 04:55


Əgər bu üç mühüm nöqtəyə riayət eləsəniz, yaşayışınızda aramlıq taparsınız.

Şad olduğunuz zaman söz verməyin.
🔴 Əsəbi olduğunuz zaman cavab verməyin
🔵 Narahat olduğunuz zaman qərar almayın

Balıqlar dənizin dalğasından Allaha şikayət elədilər,
Dəniz sakitləşdi və balıqlar balıqçıların ovu oldular.
Həyatdakı dalğalar Allahın hikmətidir.
Allahdan aram ürək istəyək, nəinki aram dəniz.

@pozitivvblogA 🧬

ᴘᴏᴢɪᴛɪᴠ ᴘsɪxᴏʟᴏɢɪʏᴀ

28 Nov, 12:46


Region xəbərlərinin əsas mənbəyini axtarırsınız?

🔸 Ən İsti Xəbərlər
🔸 Fələstin - İran - Hizbullah - İsrail müharibəsi
🔸Dəqiq Analizlər
🔸Rusiya - Ukrayna müharibəsi
🔸Dünyana baş verənlər
Məşhur kanalların əsas xəbər mənbəyində olmaq istəyirsinizsə, o zaman
➡️ Bizi izləyin və kanalı dostlarınızla paylaşın👇👇👇

https://t.me/Ar_Rad_info

ᴘᴏᴢɪᴛɪᴠ ᴘsɪxᴏʟᴏɢɪʏᴀ

24 Nov, 04:33


💥Hədəf təyin etmək💥

Hədəfiniz varmı və o nədən ibarətdir

🤔Asanlıqla öyrənə bilərsiniz:Hər səhər oyananda ağlınıza gələn ilk istəklərinizi və hər axşam yatmağa çalışarkən ağlınızdan çıxarmadıqlarınızı bir dəftərə qeyd edin.📖Bir ildən sonra gözdən keçirin.Oradakılar arasında bir il boyunca xatırladıqlarınız varsa,hədəfləriniz onlardır.Bir gün xatırlayıb aylar sonra unutduğunuz arzuları qeyd etmisinizsə,deməli,ciddi hədəfiniz yoxdur.

🔮Hədəfsiz insan, kökləri kəsilmiş ağac kimidir-duyğuları bəslənmədiyi üçün göyərməz.🔮

Sabahınız xeyir🤩🥳🥰

@pozitivvblogA 🧬

ᴘᴏᴢɪᴛɪᴠ ᴘsɪxᴏʟᴏɢɪʏᴀ

23 Nov, 04:36


💚Yaşılı sevənlərin psixoloji xüsusiyyətləri:

☘️Təbiəti sevərlər.
☘️ Çox adam olan yerləri sevməzlər. Sakit yerlərdə zaman keçirərlər.
☘️ Zamanın idarəolunmasında problemlər yaşayarlar. Vaxtlarını idarə edə bilməyib tapşırılan işi gec çatdıra bilərlər.
☘️ Hədəflərinə bağlıdırlar və o hədəf uğrunda əmin addımlarla irəliləyirlər.
☘️Kiçik problemlərlə maraqlanmırlar.
☘️Digər insanlar bu tip insanların açıqsözlülüyünə və obyektivliyinə heyrandırlar.


Aranızda yaşıl rəngi sevəniniz var mı?💚

@pozitivvblogA 🧬

ᴘᴏᴢɪᴛɪᴠ ᴘsɪxᴏʟᴏɢɪʏᴀ

22 Nov, 04:15


SƏHƏR MOTİVASİYA

•"Boş işlərlə məşğul olma.
Asan olsaydı hamı edərdi.
Edə bilməyəcəksən, burax o işi" deyənlər susana yəni sən bacarana qədər davam et⚡️

•Bir gün, bir zamanlar arzuladığın həyatı yaşayacaqsan, heç vaxt təslim olma💗

Sabahınız xeyir, günümüz xoş keçsinnn❤️

@pozitivvblogA 🧬

ᴘᴏᴢɪᴛɪᴠ ᴘsɪxᴏʟᴏɢɪʏᴀ

21 Nov, 18:52


Telegramın ən böyük və ən faydalı kanalları ilə qarşınızdayıq. Özəlliyimiz hər kanalı topluya almamağımızdır.

@toplu_admini

ᴘᴏᴢɪᴛɪᴠ ᴘsɪxᴏʟᴏɢɪʏᴀ

21 Nov, 11:13


6 şeyə vaxt ayır!

1.İşləmək üçün vaxt ayır.
2.Düşünmək üçün vaxt ayır.
3.Əylənmək üçün vaxt ayır.
4.Oxumaq,araşdırmaq və öyrənmək üçün vaxt ayır
5.Xəyal qurmaq üçün vaxt ayır.
6.Plan qurmaq üçün vaxt ayır🤍

@pozitivvblogA 🧬

ᴘᴏᴢɪᴛɪᴠ ᴘsɪxᴏʟᴏɢɪʏᴀ

14 Nov, 07:19


Xoşbəxt olmaq üçün 4 qayda 💜:

1.Yaxşı dostlar tapın🫂
Xoşbəxtlik paylaşdıqca artar.
Yaxşı dostluqlar quraraq çox xoşbəxt ola bilərsiniz. Əsas inamdır. Bir - birnizə qarşı inam olmalıdır.
2. Ən az 8 saat yatın😴
Günə xoşbəxt başlamaq üçün ən azı 8 saat yatmağı unutmayın. Aparılan araşdırmalar,yuxunun insanların xoşbəxtliyinə təsir etdiyini sübut etmişdir.
3. Dəyər verin
Xoşbəxt olmağın digər yolu mənəvi bağları gücləndirməkdir. Həuatınızdakı insana dəyər verin və onun sizə dəyər verməsinə icazə verin.
4. Hədəfləriniz olsun🎯
Xoşbəxt olmaq üçün həyatda hədəfləriniz olmalıdır. Özünüz üçün fərqli məqsədlər tapın. Hədəflərinizə çatmaq üçün əlinizdən gələni edin.

@pozitivvblogA 🧬

ᴘᴏᴢɪᴛɪᴠ ᴘsɪxᴏʟᴏɢɪʏᴀ

11 Nov, 17:24


Telegramın ən böyük və ən faydalı elmi, dini, xəbər, motivasiya kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla qeyd etdiyimiz kanallara abunə ola bilərsiniz.

@toplu_admini

ᴘᴏᴢɪᴛɪᴠ ᴘsɪxᴏʟᴏɢɪʏᴀ

10 Nov, 16:29


Telegramın ən böyük və ən faydalı kanalları ilə qarşınızdayıq. Özəlliyimiz hər kanalı topluya almamağımızdır.

@toplu_admini

ᴘᴏᴢɪᴛɪᴠ ᴘsɪxᴏʟᴏɢɪʏᴀ

10 Nov, 13:57


📌 Aşağıdakılardan seçim edib yeni tədris ilində imtahanlarınıza pulsuz hazırlaşmaq üçün ən faydalı kanallara nəzər yetirə bilərsiz 👇

ᴘᴏᴢɪᴛɪᴠ ᴘsɪxᴏʟᴏɢɪʏᴀ

10 Nov, 08:57


Sizə lazım olacaq kanallardan yararlanmaq üçün seçim edərək ən faydalı kanallara abunə olun, imtahanlarınıza pulsuz hazırlaşın, yeni sınaqları əldə edin

ᴘᴏᴢɪᴛɪᴠ ᴘsɪxᴏʟᴏɢɪʏᴀ

10 Nov, 08:21


PSİXOLOJİ FAKTLAR

📌 Sakit durduğumuz zaman ətraf bizi ciddi biri kimi qəbul edir.

📌 Xoşumuza gələn ətirdən istifadə edən insanlar bizə daha çox cəlbedici gəlirlər.

📌 Uca səslə gülən insan stresə meyilli biridir.

📌 Mübahisə zamanı sakit və rahat ton insanı avtomatik olaraq qarşısındakı insana qarşı dominant edir.

📌 Təşəkkür etməyi bacaran insanlar üçün xoşbəxt olmaq daha asandır.

📌 Meditasiya edən insanlar stresə daha dayanıqlıdır.

📌 İnsanlar əsasən mövcud inanclarını doğrulayan şeyləri axtarırlar və hal-hazırda inandıqları ilə ziddiyət təşkil edən informasiyaları görməzdən gəlirlər. Bu "expectation confirmation" olaraq tanınır.

📌 Stresli və əsəbi insanlar həmin anda saqqız çeynəsələr və ya yemək yesələr stresləri 50% azalar
.

📌 Araşdırmalara görə depressiya ilə mübarizə aparmağın ən yaxşı yolu musiqi dinləmək və səsiniz yaxşı olmasa belə mahnı oxumaqdır.

ᴘᴏᴢɪᴛɪᴠ ᴘsɪxᴏʟᴏɢɪʏᴀ

02 Nov, 16:48


Ən yaxşı elmi, dini, müqavimət, motivasiya kanalları ilə qarşınızdayıq. Bu cür gözəl və dəyərli kanalları heç bir topluda tapa bilməzsiniz:)

@toplu_admini

ᴘᴏᴢɪᴛɪᴠ ᴘsɪxᴏʟᴏɢɪʏᴀ

28 Oct, 08:33


Ər-arvad bir yerdə 60 il ömür sürmüşdülər. Onların bir-birilərindən heç bir gizli sirləri yox idi. Yalnız qadının ərindən saxladığı bir sirri vardı.
Qadının şkafının yuxarı rəfində ərinin heç vaxt görmədiyi bir ayaqqabı qutusu vardı. İllər keçmiş, hər ikisi yaşlanıb əldən düşmüşdülər. Ölüm onların sorağında idi. Odur ki, qadın gizlətdiyi sirri ərinə açmaq qərarına gəldi və həyat yoldaşından qutunu gətirməsini xahiş etdi. Ər qutunu gətirib, açdığı zaman içərisində iki gözəl toxunmuş gəlincik və 25000 məbləğində pul gördü.
– Nədi bu? - heyrət içində dedi.
– Bilirsənmi, toyumuzdan əvvəl sevimli nənəm mənim üçün xoşbəxt ailənin sirrini açmışdı. Demişdi ki, "əgər ərinə qarşı qəzəblənsən, heç vaxt mübahisə etmə. Get, bir gəlincik toxu".
Ərin gözləri yaşardı, axı qutuda cəmi iki gəlincik vardı. O soruşdu:
– Cavab ver, bəs bu pullar nədir, haradandır? Yoxsa sən təsərrüfat işlərinə xərclədiyimiz pullardan bir hissəsini kənara qoymusan?
– Mən onları gəlincikləri sataraq yığmışam.
F.A. (Motivasiya Vitamini)

@pozitivvblogA 🧬

ᴘᴏᴢɪᴛɪᴠ ᴘsɪxᴏʟᴏɢɪʏᴀ

27 Oct, 02:43


📌Qorxunu necə yenməli?

📌Qorxmaq qorxusunu necə yenməli?
____
Qorxuya qalib gəlməyin ən yaxşı yolu, qorxunu normallaşdırmaqdır və qorxunun üzərində getməkdir. Lakin, bir çoxumuzun unutduğu bir nüans var. Qorxunu, birdən yox mərhələ-mərhələ öhdəsindən gəlmək olar. Qorxunun bir çox növləri var. Qorxuların bir çoxu uşaqlıqda yaranır. Çox vaxt uşaqlıqda yaşadığımız bir qorxunu unuduruq. İllər sonra, pişikdən qorxma səbəbini axtaranda tapa bilmirik. Amma,
qorxu və səbəbi şüuraltımızda gizlənib.
___
Q
orxu normaldır. Dünyaya gələndə ilk tanış olduğumuz hiss qorxu hissidir. Qorxu olmasa, özümüzü qorumaq ehtiyacı hiss etmərik. Hissiyyatsız olarıq.. Qorxunu qəbul edin. Qorxunu analiz edin. Qorxunun üzərinə gedin. Qorxunun səbəbini tapın. Onu yox edin. 
Amma, o heç vaxt tamamilə yox olmayacağınıda unutmayın😇

@pozitivvblogA 🧬

ᴘᴏᴢɪᴛɪᴠ ᴘsɪxᴏʟᴏɢɪʏᴀ

26 Oct, 08:57


2024-2025 tədris ilində sizlərə lazım olacaq kanallardan faydalanmaq üçün seçim edin, ən keyfiyyətli kanalları əldə edərək imtahanlara ödənişsiz hazırlaşın ⤵️

ᴘᴏᴢɪᴛɪᴠ ᴘsɪxᴏʟᴏɢɪʏᴀ

26 Oct, 04:57


Yeni tədris ilində sizə lazım olacaq kanallardan yararlanmaq üçün seçim edin, ən faydalı kanallara qoşulun, imtahanlarınıza pulsuz hazırlaşın ⤵️

ᴘᴏᴢɪᴛɪᴠ ᴘsɪxᴏʟᴏɢɪʏᴀ

24 Oct, 09:14


Daim problem haqq;nda dusunenler oxusun

Professor su ilə dolu stəkanı əlinə götürüb, irəli uzadaraq tələbələrindən soruşdu:
– Necə düşünürsüz, bu stəkanın çəkisi nə qədər olar?
Auditoriyada cәld pıçıltı başlayır:
- Təxminәn 200 qram! Yox, yәqin ki, 300 qram! Amma ola bilәr ki, bütövlükdә 500 qramdır! – deyə hәr yerdәn cavab gәlmәyә başladı.
- Mən tərəzidə çəkmədən onun kütləsini deyә bilmərəm. Amma hal-hazırda bu, elə də əhəmiyyətli deyil. Sualım bu cürdür: Əgər stəkanı bir neçə dəqiqə bu cür saxlasam, nə baş verər?
– Heç nə!
– Doğrudan da, qorxulu bir şey baş verməz – deyə professor cavab verdi. – Bəs, bu stəkanı əlimi uzadaraq, 2 saata yaxın saxlasam nə olar?
– Əliniz ağrımağa başlayacaq.
– Bəs bütün günü saxlasam?
– Əliniz keyiyəcək, güclü əzələ pozuntusu baş verәcәk və nәticәdә iflic olacaq. Ola bilər ki, xəstəxanaya da getmək mәcburiyyәtindә qalasız, – deyə tələbələrdən biri dillәndi.
– Sizcə, bütün günü bu stәkanı әlimdә tutsam, öz quruluş vә formasını dәyişәcәk?
– Xeyr! – tələbələr özlərini itirmiş halda cavab verdilər.
– O zaman, bütün bu problemlәri hәll edib, hәr şeyi öz qaydasına salmaq üçün nə etmək lazımdır?
– Sadəcə, stəkanı stolun üstünə qoyun, vәssәlam! - deyə, tələbələrdən biri sevincәk dedi.
– Doğrudur! - deyə, professor cavabdan razı halda cavab verdi. – Hәyatımızda baş verәn çətinliklər də bax bu cürdür. Hər hansı bir problem haqqında bir neçə dəqiqə düşündükdә, hәmin müşkül mәsәlә dərhal zehnimizә gәlәrәk, onu mәşğul edir. Problem haqqında bir neçə saat düşündükdә dәrhal bizi əldən salmağa başlayır. Əgər bu çәtinlik haqqında düz bir gün düşünsək, bizi iflic vəziyyətinə salacaq. Problem haqqında düşünmək mümkündür, amma bu, bizi bir nәticәyә gәtirib çıxartmır. Yәni problem olduğu kimi yerindә qalır. Onun "çəkisi" heç vaxt azalmayacaq. Problemə qalib gәlmәyin yeganә yolu yalnız hərəkətə keçmək, onu hәll etmәyә cәhd etmәkdir. Ya problemi hәll edin, ya da bir kənara qoyun! Sizi iflic hala salacaq ağır daşları qәlbinizdә gəzdirməyin, inanın mәnә, bunun heç bir mənası yoxdur.

@pozitivvblogA 🧬

ᴘᴏᴢɪᴛɪᴠ ᴘsɪxᴏʟᴏɢɪʏᴀ

23 Oct, 04:39


Tənbəllik
Tənbəllik də bir vərdişdir. Onun nəticələri bir neçə ildən sonra aydın şəkildə görünəcəkdir. Xüsusilə, öz uğurlarını başqa kəslərin uğurları ilə müqayisə etdikdə, hələ həmin kəslərin tənbəllik etmiş insanın malik olduğu imkanlara sahib olduğunu başa düşdükdə məsələ daha da qəlizləşir.
Fiziki və intellektual tənbəllik sizin gələcəyinizi öldürür.

@pozitivvblogA 🧬

ᴘᴏᴢɪᴛɪᴠ ᴘsɪxᴏʟᴏɢɪʏᴀ

22 Oct, 16:29


Biri-digərindən daha maraqlı olan telegramın ən faydalı kanalları ilə qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla ən gözəl kanallardan bəhrələnə bilərsiniz.

@toplu_admini

ᴘᴏᴢɪᴛɪᴠ ᴘsɪxᴏʟᴏɢɪʏᴀ

22 Oct, 08:37


Şəxsi inkişaf vərdişləri

📌Həftəyə 1 kitab oxuyun. Beynin aktiv saxlanması üçün kitab oxumaq ən gözəl vasitələrdən biridir. Gündə sadəcə 30 dəqiqə kitab oxumaqla siz orta ölçülü kitabı 1 həftəyə , ilə isə 50 kitab oxuya bilərsiniz.
📌Krossvord, məntiqi məsələ həll edin.
📌Pozitiv düşünün. Sizi məhz düşüncələriniz formalaşdırır.
📌Sürətli qərarlar qəbul edin. Çalışın gün ərzində bəzi məsələləri çıxmaq şərti ilə digərləri barəsində qərarı sürətli verəsiniz. 1-2 saat fikirləşmək əvəzinə 1 dəqiqəyə qərar qəbul edin.
📌Nəsə almamışdan qabaq gözləyin. Nəyisə almamışdan əvvəl sadəcə 48 saat gözləməyi yoxlayın – bu metod sizə çoxlu pul qənaət etməyə kömək edəcək.
📌Gündə 30 dəqiqə idman edin.

@pozitivvblogA 🧬

ᴘᴏᴢɪᴛɪᴠ ᴘsɪxᴏʟᴏɢɪʏᴀ

22 Oct, 08:12


Motivəedici sitatlar

 - Gənc insanlar yatırım etməlidirlər, kənara qoymamalıdırlar. Onlar gərək qazandıqları pulları özlərinə yatırsınlar ki, şəxsi dəyər və faydalılığı artırsınlar. (Henri Ford)

 - Risk həyata xüsusi dad verir (Koko Şanel)

 - Pessimist - o kəsdir ki, imkan (qapını) taqıldatdıqda səsə görə şikayət edir (Oskar Uayld).

- Gələcəyə getmək üçün keçmişdən qurtulmaq lazımdır. (Forest Qamp)

- Əgər həqiqətən də sizə lazımdırsa, sizə gərəkli olan hər bir şeyi əldə edə bilərsiz. (Rey Bredberi)

- Biz gərək özümüz o dəyişiklik olaq ki, dünyada görmək istəyirik. (Mahatma Qandi).

- İstedad - özünə inanmaqdır. (Maksim Qorkiy).

@pozitivvblogA 🧬

ᴘᴏᴢɪᴛɪᴠ ᴘsɪxᴏʟᴏɢɪʏᴀ

21 Oct, 08:35


📌Empatiya əsasən 4 komponentlə xarakterizə olunur:

🔹1.Özünü qarşı tərəfin yerinə qoymaq və bu anda onun fikirlərinin doğru olduğunu düşünmək və onun rakursundan dəyərləndirmək.

🔹2 Mühakimə etməyin və yanlış şəkildə qiymətləndirməyin. Hər kəs hər hansı bir duyğunu bütün dərinliyi və intensivliyi ilə yaşamaq hüququna malikdir.

🔹3 Qarşı tərəfin hissini tanıyın və onu adlandırın. Bir duyğunun adını çəkərək, qarşı tərəfin onu mənimsəməsinə kömək edirik. Qədimlərimiz boşuna deməyib: adını bilmək - idarə etməkdir (óvoμaτoléτηs - onomatet)

🔹4 Qarşı tərəf ilə birlikdə hiss etmək və onun aləminə daxil olmaq. Ona deyin: "Sən tək deyilsən. Özünü hal-hazırda necə hiss etdiyini bilirəm", ancaq onunla eyni emosiyaları keçirəcək qədər birləşməyin, sadəcə vəziyyətə onun gözü ilə baxın.

🔹5.Empatiya, başqasının "koordinat sisteminə" kiçik bir səyahətdir, "ayaqqabılarında gəzmək" qabiliyyətidir. Başqası empatik olaraq dəstəkləyərək, özümüzlə təmasda olmağı öyrənirik!

@pozitivvblogA 🧬

ᴘᴏᴢɪᴛɪᴠ ᴘsɪxᴏʟᴏɢɪʏᴀ

20 Oct, 08:33


📚 Güclü bir hafizəyə sahib olmaq üçün nə etmək lazımdır?

💬1. Fiziki məşq zehni fəaliyyətə köməkçi olar.💡

📝2. Öyrənməyə davam edin: Davamlı olaraq oxumaq, yeni hobbilər əldə etmək, tapmaca həll etmək zehninizi gücləndirər.💡

🚨3. Siqaret çəkməyin: Araşdırmalar narkomanların adamların adlarını, ya da üzlərini daha tez unutduğunu göstərir.💡 

🍰🍔4. Sağlam qidalanın: Sağlam bir çəkidə olmaq və yetərincə antioksidan qəbul etmək zehni xəstəliklərdən qoruyar.💡 

😴5. Kifayət qədər yatın: Gündə səkkiz saatlıq yuxu ilə beyninizin dincəlməsinə şərait yaradın.💡

👥6. İctimai əlaqələr: Digər insanlarla ünsiyyət qurmaq xüsusilə yaşlı insanların zehni performansını artırar. 💡

@pozitivvblogA 🧬

ᴘᴏᴢɪᴛɪᴠ ᴘsɪxᴏʟᴏɢɪʏᴀ

19 Oct, 03:31


💗10 maraqlı Psixoloji fakt💗

🔮|•Geyindiklərimiz davranışımızı təsir edir. Rəngli geyimlər enerjimizi artırır.

🎐|•Sevdiyimiz insanlar haqqında danışarkən səsimizi dəyişdiririk.

🎗|•Ağlınızdan çıxara bilmədiyiniz insan, böyük ehtimalla, sizi tez-tez düşünür.

🎀|•Gözlərimiz qapalı ikən aldığımız məlumatı daha tez qavrayırıq.

🧩|•Ən yaxşı məsləhətləri aldığımız insanlar çox vaxt ən çox problemi olan insanlardır.

🎈|•16-28 yaş arasında qurulan dostluqlar daha möhkəm və davamlı olur.

🎊|•Sosial baxımdan utancaq və özünə qapanıq insanlar dostlarına daha bağlıdırlar.

🎡|•İnsan nə qədər sürətli düşünürsə, yazısı da bir o qədər  pisdir.

💎|•Bir şeyi nə qədər böyük həvəslə gözləsəniz, bir o qədər çox məyus olma ehtimalınız var.

@pozitivvblogA 🧬

ᴘᴏᴢɪᴛɪᴠ ᴘsɪxᴏʟᴏɢɪʏᴀ

16 Oct, 10:58


Sual: İradə və əzmi necə möhkəmləndirmək olar?

Cavab: İradə aşağıdakı işlərlə möhkəmlənir:
- İşə və onun hədəfinə diqqət
- Yerinə yetirilməsi mümkün olan düzgün proqram qurmaq
- Daha sonra işə başlamaq. Belə ki, xəstəlik, süstlük, ifrat halsızlıq kimi daxili və xarici maneələr həmin işin qarşısını ala bilməsin
- Əgər bu işlər Allaha təvəkkül etməklə davam etsə, iradə möhkəmlənəcəkdir.

Ustad Baqir Təhriri

@pozitivvblogA 🧬

ᴘᴏᴢɪᴛɪᴠ ᴘsɪxᴏʟᴏɢɪʏᴀ

14 Oct, 07:35


📌 Bir işə necə cəmləşmək olar

☘️ Qıcıqlandırıcıları və xarici faktorları aradan qaldırırıq🍃

🌼 Aydın bir məhdud müddət ayırın 🍃

🍁 Tapşırığın konkret ölçülə bilən nəticəsini təyin edin 🍃

🎈 Beyin sakitləşdirici monoton musiqini yandırırıq 🍃

💫 Gəlin işə başlayaq!🍃

@pozitivvblogA 🧬

ᴘᴏᴢɪᴛɪᴠ ᴘsɪxᴏʟᴏɢɪʏᴀ

08 Oct, 04:44


Əgər niyyətiniz üzməkdirsə, heç düşünmədən suya tullanın. Quruda qalıb eləcə düşünsəniz, heç bir düşüncə sizə kömək etməyəcək.

Qeyri-adi düşüncələr, Brus Li

ᴘᴏᴢɪᴛɪᴠ ᴘsɪxᴏʟᴏɢɪʏᴀ

07 Oct, 04:12


Sabahınız xeyir
Posta ürək buraxmağı unutmayın🫶🏻

Stressdən qurtulmağın  yolları:

💚•Təbiətlə daha çox iç-içə olun🌿 Yaşıllıqlarda daha çox vaxt keçirməyə çalışın.

🩷•Hobbilərinizə zaman ayırın. Sevdiyiniz işlərlə məşğul olun🖼

💙•Daha çox hərəkət edin. Məşq və idman edərək özünüzü daha gümrah hiss edə bilərsiniz🏌‍♀

🧡•Yuxusuzluğunuz varsa bunu aradan qaldırmaq üçün bir az yatın🛏 Yuxusuzluq da sizi yora bilər

❤️•Fikirlərinizi kağıza yazın. Burada məqsəd mükəmməl yazı yazmaq deyil, özünüzü başa düşərək daha sakit ola bilərsiniz🧘🏻‍♀

💛•Problemin özünü düşünmək yerinə o problemi həll etmək üçün müxtəlif metodlar axtarın 🔍

💜•Dərin nəfəs alın, həyəcanı özünüzdən uzaqlaşdırın və həmişə pozitiv düşünün☕️

@pozitivvblogA 🧬

ᴘᴏᴢɪᴛɪᴠ ᴘsɪxᴏʟᴏɢɪʏᴀ

05 Oct, 10:48


Xoşbəxt olmaq sənin özündən asılıdır💕 Əgər həyatını insanlara deyil, bir məqsədə bağlarsan xoşbəxt olarsan💎 Zamanı boşuna deyil, verimli işlərə sərf edərsən, xoşbəxt olarsan Başqaları yatarkən sən çalışarsan , sonunda sən qazanarsan😍 Xoşbəxt olmaq üçün nəyisə gözləmə🥰

@pozitivvblogA 🧬

ᴘᴏᴢɪᴛɪᴠ ᴘsɪxᴏʟᴏɢɪʏᴀ

03 Oct, 08:01


Həqiqi xoşbəxt insan heç vaxt güzgünün qabağında durub öz-özünə  necə xoşbəxt  olduğunu təkrarlamaq ehtiyacı duymaz.Sadəcə xoşbəxtliyini yaşayar, vəssəlam.

Vecinə Almamağın İncə Sənəti,
Mark Manson

@pozitivvblogA 🧬

ᴘᴏᴢɪᴛɪᴠ ᴘsɪxᴏʟᴏɢɪʏᴀ

02 Oct, 09:53


"SABAH" sozu uşaqlar ve cəsarətsiz
insanlar üçün uydurulub..
(I.S.Turgenyev)

Sabahdan başlayacam bu da "sabah "........

@pozitivvblogA 🧬

ᴘᴏᴢɪᴛɪᴠ ᴘsɪxᴏʟᴏɢɪʏᴀ

02 Oct, 09:50


👉👉mövlanaya dedilər:

"bir gün ən gözəl hisslər məndə olacaqmı...?? Mövlana gülümsəyib dedi:

Bir şey ki, öz əlinizdədir. Məndən niyə soruşursuz"

Bəli bütün əməllərimiz öz əlimizdədir

@pozitivvblogA 🧬

ᴘᴏᴢɪᴛɪᴠ ᴘsɪxᴏʟᴏɢɪʏᴀ

30 Sep, 08:01


🪁Həyatda olmaq istədiyini Sən özün seçirsən!
Heç kim məcbur edilmiş həyatı yaşamalı deyil.
🪃Həyatında etdiyin dəyişikliklər səni fərqli yola götürür və budur ki sən artıq hər şeyi qaydasına qoymalısan.
💥Saatlarla vaxtını boş əyləncəyə, boş söhbətlərə sərf edə bilərsən, amma sonda sənə bunlar deyil etdiklərin, çalışdığın və gedəcəyin yol qalacaq.

İndidən sənə uyğun olan düzgün yolu seç, çünki sonradan daha çətinliklə qarşılaşmayasan..

Hər zaman gülümsə💫

@pozitivvblogA 🧬

ᴘᴏᴢɪᴛɪᴠ ᴘsɪxᴏʟᴏɢɪʏᴀ

27 Sep, 08:56


📝Psixologiyanın ən qısa dərsləri:

1. Əgər insan ən axmaq şeylərə belə həddindən çox gülürsə deməli daxildə kədərli birisidir.

2. Əgər insan qısa və tez danışırsa, deməli nəsə bir sirr saxlayır.

3. Əgər insan ağlaya bilmirsə, zəifdir. (Yəni emosiyaları düzgün ifadə etmək zərurətdir) 

4. Əgər insan çox yatırsa, deməli o, tənhadır.

5. Əgər insan normal olmayan şəraitlərdə yeyirsə, gərgindir.

6. Əgər insan hər bir xırdaçılığa görə ağlayırsa, yumşaq qəlblidir. 

7. Əgər insan məşğul olmasına baxmayaraq, səni soruşursa, deməli həqiqətən, sənə dəyər verir.

Sizcə bu doğrudur mu? Belə halla rastlaşmısız mı?🤔

ᴘᴏᴢɪᴛɪᴠ ᴘsɪxᴏʟᴏɢɪʏᴀ

26 Sep, 03:16


Təhsilinizi təkmilləşdirmək üçün ən yaxşı vərdişlər📚

📗Hər zaman dərslərə vaxtında hazır olun.
📕Üzrlü səbəb olmadan heç vaxt məktəbdən qalmayın.
📔Ev tapşırıqlarını diqqətlə yerinə yetirin.
📘Qeydlərinizi imtahandan əvvəlki son gecəyə saxlamaq əvəzinə hər gün nəzərdən keçirin.
📙Hər gün dərsə vaxt ayırın. Həmin gün dərs yoxdursa, özünüz üçün bir şey oxuyun.
📕Vaxtı idarə etmə bacarığına yiyələyin.Vaxtı düzgün planlaşdırmağı öyrənin.
📗Müəllimə diqqətlə qulaq asın, onun dediyi hər şeyi yazın. Dərsdə hər şeyi düzgün başa düşməyə çalışın.

ᴘᴏᴢɪᴛɪᴠ ᴘsɪxᴏʟᴏɢɪʏᴀ

26 Sep, 03:16


🌼 İlk addım...Uğura apar ilk yol.
O addımın adı başlanğıcdır.Uğura yalnız gələcəyi üçün ilk addımı atan insanlar layiqdir.Sən də qorxma, elə indi başla.1 saat sonra,1 gün sonra, 1 ay sonra başlamağı planlaşdırma!
Elə indi ,bax bu dəqiqə başla!🍀

Sabahınız xeyir🦋