DeepCoin @deepcoinaz Channel on Telegram

DeepCoin

@deepcoinaz


📍 Kriptovalyuta bazarı haqqında analizlər və şəxsi görüşlər.

Paylaşımlar yatırım tövsiyyəsi deyil.

▪️Əlaqə üçün: @Khayal089
▪️Əsas kanal: https://t.me/DeepCoinAz

DeepCoin (Azerbaijani)

DeepCoin Azərbaycan əhvalatlarında kriptovalyuta bazarı haqqında ən son analizlər, dəyərləndirmələr və şəxsi fikirləri paylaşan bir Telegram kanalıdır. Kanal, istifadəçilərə kripto valyuta bazarında hansısa əməliyyat etmədən əvvəl məlumat əldə etməyə kömək edir. Burada verilən məlumatlar yatırım tövsiyyələri olmur, amma məlumatlar vasitəsilə istifadəçilər özləri qiymətləndirmələr edə bilərlər. Ən son analizlərə və fikirlərə çatmaq üçün @Khayal089 ilə əlaqə saxlaya bilərsiniz. Əsas kanala https://t.me/DeepCoinAz ünvanından daxil ola bilərsiniz.

DeepCoin

21 Nov, 07:46


Bu dəqiqə nəsə almağın mənası yoxdur. Sadəcə oturub gözləmək lazımdır.

DeepCoin

21 Nov, 05:16


Sabahlar xeyir🤝

DeepCoin

20 Nov, 20:46


● Bitcoin dominantlıq Rollercoaster-a bənzəyir.

• Görün necə yavaş və yorucu bir şəkildə qalxır. Bu darıxdırıcı proses zamanı altcoin sərmayədarı həddən artıq sıxılır, sıxılır, sıxılır... Bununla belə, Rollercoaster-ın ən zövq verən hissəsi bu cansıxıcı yüksəlişdən dərhal sonra baş verir.

• O cansıxıcı və hədsiz yüksəlişə dözə bilənlər, həyatlarında heç vaxt yaşamadıqları həyəcan və ehtirasları zirvəyə çatdıqdan sonra böyük bir enişlə və çox yüksək bir "G" qüvvəsi ilə çox qısa bir zamanda yaşayırlar.

• Altcoin investisiyalarınızda bu həyəcanı yaşamağınız üçün çox az vaxt qalıb, ancaq, dominantlıq adlı bu Rollercoaster-ın yüksəlişinə dözə bilənlər böyük enişin həzzini və xoşbəxtliyini dada biləcəklər. Ona görə də biletinizi yandırmayın, səbirli olun.

• Yaxşı günlər qabaqdadır, oxuduğunuz üçün təşəkkürlər🤝

DeepCoin

20 Nov, 20:22


》1 milyard dollarlıq USDT çap edildi.

DeepCoin

20 Nov, 19:44


● ABŞ-dən Rusiya hücumu xəbərdarlığı.

• ABŞ Xarici İşlər Nazirliyi Rusiyanın bu gün ciddi, böyük bir hava hücumu edəcəyinə dair kəşfiyyat məlumatı aldığını bildirdi.

• Kiyev səfirliyi bağlandı.

•Amerikalı diplomatlara gizlənmə əmri verildi.

•İtaliya, İspaniya və Yunanıstan da səfirliklərini bağladı.

DeepCoin

20 Nov, 18:14


Aylıq 5-10% sizin üçün az məbləğ sayılır doğrudur? Hansı bank onu verəcək sizə? Hansı təzə başlanılan biznes o qazancı dərhal rasxodlar xaric sizə verə biləcək? Bunu banklar illik belə güclə verir. Bu bazar çox qəribə bazardı. İnsanı vəzir də edər, rəzil də. Biz vəzir olma yolundayıq. Əlinizdəki pulun dəyərini bildikdən sonra, o psixologiyaya sahib olduqdan sonra daim qazanacaqsınız. Çünki bu iş belədir. Bunu tələb edir. Sizlər də onu öyrənəcəksiniz. Yalandan 10-15xlərin arxasıyca qaçmaq, sosial medyada gördüklərinizə inanmaq lazım deyil. Gördüklərinizin də 95%-i yalan, 5%-i də bəxtdir. O bəxti də görmüsüzsə, artıq sizin deyil, o olub keçib deməkdir. Bunu anlamaq lazımdır.

DeepCoin

20 Nov, 18:09


Əgər bu işi birlikdə edəcəyiksə, peşə halına gətirmişiksə, gecə-gündüz bununla məşğul olacağıq. Şəxsən mən elə etməliyəm) çünki bu bir şansdır və güclü məsuliyyət istəyir. Mən bu daşın altına əlimi qoyuram. Hətta özümlə kranı da gətirmişəm. Sadəcə sizlərin də əlləri lazımdır)

DeepCoin

20 Nov, 18:06


Hazırda 1400ə yaxın abunəyik və kanalın ümumi statistikasında, günlük oxunmasında ən məhsuldar kanalıq. Və mən bunu indidən daha yaxşı, Azərbaycanda da nömrə 1 etməyi planlayıram. Ki indi də eləyik :) Daha sonra isə xaricə çıxmalıyıq. Böyüdükcə copy trade-dən tutmuş, ən böyük platformalara qədər çıxacağıq. Və bunu etmək əmin olun, community ilə çox asandır. Biz buna qadirik. Əskiyimiz yoxdur ki, artığımız var.

DeepCoin

20 Nov, 17:51


Sizdən tək istəyim bu günü, yanınızda kimin olduğunu unutmayın və ona dəyər verin. Təbii ki, yeni platformanın bir ödəniş sistemi və üstünlükləri olacaq. Amma bu xeyirlərin hər biri daha da böyüməyə və yüksəlməyə xərclənəcək. Mən hər zaman sizlərə daim davamlı qazanmağın sözünü vermişəm. Yenə eyni sözü verirəm. Amma sizin verdiyiniz dəyər olmasa, hamı bir-birinə tolerant yanaşmasa, bir-birini aldatmağa çalışsa, bu iş getməyəcək. Mən səviyyəli və anlayışlı bir community istəyirəm. Bir-birinin quyusunu qazan yox. Xaricdə var, Türkiyədə, burnumuzun dibi Rusiyada var. Bizdə niyə olmasın deyirəm. Sizlərdən mənə komanda yoldaşı niyə olmasın deyirəm. Birlikdə öyrənək, birlikdə qazanaq, birlikdə yüksələk. Ona görə hər zaman mən özümə burada admin yox, lider demişəm. Çünki mən sizin yanınızdayam, qarşınızda yox. Hər zaman da elə olacaq. Sadəcə mənə güvənin və yanımda olun.

DeepCoin

20 Nov, 17:46


Bizim insanlar aldanmağı sevir. Ataram bura 10000x profit screenlər, deyərəm VIP qrup var 1000$-dı ödəniş, hamınız gələrsiz. İlk aydan da hamınız bunun real olmadığını görüb çıxanda mən pulu cibimə qoyub aradan çıxaram. Bu iş deyil. Asan qazancın yolu yoxdur. Əziyyət çəkməlisiniz. Ki bir növ əslində o əziyyəti sizin yerinizə mən çəkmiş oluram.

DeepCoin

20 Nov, 17:42


Mən sizə 100x etməyin yolunu öyrətməyəcəm. Mən sizə davamlı qazanmağı və ziyana getməməyi öyrədəcəm. Texniki analizin qaydalarını öyrədəcəm. Psixologiyanı, risk menecmenti öyrədəcəm. Sizə xəyal satmayacam. Bura investisya dünyasıdır. 5 manatının qədrini bilməyən insan, yüksək riskə gedən insan heç nə qazana bilməyəcək. Bu qrupda 5-10$ qazandığı üçün, 5x-dən artıq heç bir pozisya vermədiyim üçün məndən inciyən dostlar var idi. İndi o 5-10$ın qədrini yaxşı anlayarlar deyə düşünürəm. Bazar yuxarıdı gedəcək, niyə stop qoyuruq, niyə az x açırıq suallarının cavabını indi görürsünüz. Bu bazarda olmaz və ya olacaq yoxdur. Qəti gələcək zaman bu dünyada işləmir dostlar. Bunu öyrənəcəksiniz.

DeepCoin

20 Nov, 17:36


Yeni işlərin də son mərhələsinə gəlmişəm demək olar, əgər böyük bir düşüş olarsa, zamanınızı səmərəli keçirib öyrənəcəksiniz. Düşüşlər zamanı mən batdım yox, niyə batdım və batmamaq üçün nə etməliyəmi araşdırmaq və öyrənmək lazımdır. Bunu da mən sizə öyrədəcəyəm. Uzun zamandır birlikdəyik və düşünürəm ki, sizlərə həm maddi, həm də mənəvi olaraq çox şey qatmışam. Arıtq communityni böyütməyin və irəli getməyin zamanıdır. Sizin dəstəyiniz olmalıdır ki, mən də bizi daha yüksəklərə və dünyaya apara biləcəyim platformanın əsasənı qoya bilim .

DeepCoin

20 Nov, 17:32


Fəlakət çağırışçısı olmaq istəmirəm. Amma xoşunuza gəlsə də, gəlməsə də bunlar ehtimallardır və əsassız deyil. Biz hər bir halda bazarın istiqaməti ilə hərəkət edəcəyik və bazarın üzərində qara buludlar olsa da, ciddi düşüşə hələ ki, əsas yoxdur.

DeepCoin

20 Nov, 17:29


Rusiya, Ukraynanı Kiyevi vura bilər. Belə xəbərlər gəzir medyada. Böyük düşüşün səbəbi kimi onu göstərə bilərlər. Amma unutmayın, bunların hamısı mütləq olacaq deyə bir şey yoxdur. Amma biz ən pis ssenariyə hazırlıqlı olmalıyıq. Və bildiyim tək bir şey var ki, bu böyük düşüşdən sonra altcoinlərə güclü pul axacaq və biz böyük bir altcoin buğası ilə qarşılaşacağıq. Hətta Bitcoin güclü düşdükdə, altcoinlər Bitcoin qədər düşməyə bilər. Sadəcə səbrli və tədbirli olmaq lazımdır.

DeepCoin

20 Nov, 17:26


Xatırlayırsızsa, Bitcoində belə bir GAP-in yarandığını bildirmişdim. düşüncəmə görə, bizə 100k-nı göstərmiş kimi edib oradan flash crash, yəni güclü düşüş gətirib onu götürə bilərlər. Ehtimal daxilindədir.

DeepCoin

20 Nov, 17:21


Bu isə, USDT dominantlıqdır, hansı ki, bazarla tərs mütənasibdir. Bunda da düşən kama var. Yüksəliş göstəricisidir. Yuxarı doğru qırılsa, bizi Bitcoində 89k-ya qədər aparar.

DeepCoin

20 Nov, 17:17


Bu, NASDAQ birjasıdır. ABŞ-ən ən böyük səhm birjasıdır. Və kriptovalyuta ilə düz mütənasibdir. O qalxanda bizə də xoş təsir edir. Düşəndə isə, bizim üçün problemdir. Yüksələn kama dediyimiz bir formalaşması var və bu çox vaxt düşüşün göstəricisidir. Ucundayıq. Düşsək, sərt düşəcəyik. Mən isə kanalın təpəsinə toxunub elə düşməyi istəyərdim. Bu da bizdə Bitcoini yeni ATH səviyyələrinə, 96-98kya gətirəcək. Amma bu kamanın aşağı dəstəyi qırılsa, bizi heç nə tuta bilməyəcək.

DeepCoin

20 Nov, 17:12


İndi diqqətiniz məndə olsun.

DeepCoin

20 Nov, 17:03


Sadəcə səbr edin🤝

DeepCoin

20 Nov, 14:50


Bu gecə yatdı yoxdu, ağır bir analiz də gələcək. Hər şeyə hazırlıqlı olmalıyıq.

DeepCoin

11 Nov, 10:18


Alış üçün düşüşü gözləyəcəm

DeepCoin

11 Nov, 08:07


Maksimum gedəcəyimiz yer 86k. İki ehtimal var. Ya oradan qayıdacağıq, ya da indi düşəcəyik

DeepCoin

11 Nov, 05:53


■ CME GAP:

■ CME Çikaqodakı bir birjadır. Futures əməliyyatların edildiyi bu birja gecə 02:00-03:00 saatlarından birində açılır. Həftəsonu bağlıdır. Ümumilikdə həftəsonu edilən əməliyyatlardan təsirlənən Bitcoin qiymətinə görə bazarertəsi səhəri açılışda GAP (boşluqlar) yaranır. Bu boşluqları qiymət izləyir.

□ Aşağı və ya yuxarı istiqamətli yarana bilirlər.

■ CME-də yaranan boşluqlar bəzən tez doldurulur, bəzən 10 dəqiqə sonra, bəzən 1 ay sonra. Hər zaman "100% dolduracaq" deyə bilmərik amma "normalda" doldurulur.

□ Boşluq doldurulan zaman təmas etməsi yetərlidir, dolduruldu olaraq qəbul edilir.

■ Tradingview-da "BTC1!" yazaraq CME qrafikini tapa bilərsiniz.

DeepCoin

11 Nov, 05:26


Sabahınız xeyir. 77800-də gap var. Oranı doldurmaq istəyə bilərik.

DeepCoin

10 Nov, 19:53


■ Günün özəti, bəli ATH gəldi, bəli çox qəşəng yüksəldik. Amma heç nə belə əbədi yüksəlmir və bunu bizə belə asan verməzlər deyə düşünürəm. Buralardan güclü bir korreksiya gələ bilər.

■ Bitcoin düşdükdə digər altcoinlərin bəzilərini yüksələrkən görə bilərsiniz. Bu da dominantlığın və gəlmiş buğanın nəticəsi olacaq. Biz bu buğada səbətlərimizi yığacağıq, kassamızı ən azından 5-10 qat yüksəltməyə çalışacağıq.

■ Buradayam, sizinləyəm. Birlikdə hələ çox şeylər edəcəyik, yeniliklər gəlir🤝

DeepCoin

10 Nov, 12:02


1 Bitcoin 80.000$-ı keçdi.

DeepCoin

10 Nov, 05:40


Hədəfə çatdı

DeepCoin

10 Nov, 05:40


Hədəfə çatdı

DeepCoin

10 Nov, 05:40


Hədəfə çatdı

DeepCoin

09 Nov, 16:57


Çox riskli olduğu üçün pozisya kimi vermirəm. Amma istəyən Bitcoini 73k-ya qədər, Ethereumu 2750-yə qədər shortlaya bilər. Stoplar 5% olacaq.

DeepCoin

09 Nov, 07:44


Xeyirdə olan bütün coinlərdə yarısını satıb stopu girişə qoyaq.

DeepCoin

09 Nov, 07:41


Bitcoin dəstəyində fırlanır

DeepCoin

09 Nov, 07:41


Ethereum müqavimətinə dəydi və düşür. Ehtiyatlı olaq.

DeepCoin

09 Nov, 07:41


Sabahlar xeyir

DeepCoin

08 Nov, 21:00


Bəzən heç nə etməmək ən doğrusudur. Tələsərək bəxtəxuda 3-5$ qazanaraq nəyisə riskə atmağın mənası yoxdur. 1 dəfə edərsən, 2 dəfə edərsən, 3-cü də bazar hamısını əlindən alar. Hara tələsirik? Niyə tələsirik? Biz qumarbaz deyilik. Olmayacağıq. Edən var? Ona tərəf gedin. Mən etməyəcəm. Mənim istiqamətim də, idealım da bəllidir🙌

DeepCoin

08 Nov, 20:54


1 saatlıq intervalda " yüksələn kama " formalaşması var. Və bu düşüşün göstəricisidir. Çox vaxt da aşağı doğru qırılır. Amma bu tip kamalar normalda trendi davam etdirən formalaşmalar olur. Yəni, əslində düşüş trendində olmalı idik ki, bu kama daha doğru işləsin və düşək. Amma zaman keçdikcə və insanlar texniki analizə agah olduqca, market makerlər və bazarın böyükləri bunun əksini də etməyə başlayıblar. Yüksələn trenddə də bu tip kamalar baş verə bilir. Heç nə etmədən sadəcə izləməyi tövsiyə edirəm.

DeepCoin

08 Nov, 16:22


》1 milyard dollarlıq USDT çap edildi.

DeepCoin

08 Nov, 06:28


Hədəfə çatdı🤝

DeepCoin

08 Nov, 06:27


Sabahlar xeyir

DeepCoin

07 Nov, 20:08


● Qısacası, hələ ki, istiqamətimiz yuxarıdır. Amma sabah cümə günü olduğu üçün və birjaların da həftəsonu bağlı olduğunu nəzərə alsaq, korreksiya edə bilərik. Bazarda problem yoxdur. Çıxış da pis keçmədi.

● Bu gün də hər zaman olduğu kimi sizlərlə birlikdə olmaqdan, fayda verməkdən və qazandırmaqdan zövq aldım. Azərbaycanda bu bazarda kimlər var, yaxşı bilin. Sizin yanınızda olan, sizə dəyər verən və həqiqətən cibinizi kimin düşündüyünə də diqqət edin.

Sizləri sevirəm,
yaxşı ki, varsız,
yaxşı ki, mənimləsiz,
siz varsız deyə varam❤️

DeepCoin

05 Nov, 17:59


Bilirəm, hamınız niyə nəsə almadıq, fürsət qaçır deyə deyinirsiz indi. Amma tələsmək lazım deyil. Mən bu dəqiqə bazara güvənmirəm. Və qısa müddət ərzində yüksələcəyik deyə əsas analizdən yayınmaq istəmirəm. Mənə güvənin🤝

DeepCoin

05 Nov, 14:51


Sürpriz heç nə yoxdur🤝

DeepCoin

05 Nov, 14:46


Təmkinli olun, maks 71k görəcəyik deyə düşünürəm. Ondan sonra verəcəyi qərar mənim üçün önəmlidir.

DeepCoin

05 Nov, 08:58


■ Hazırda Bitcoində çiyin-baş çiyin dediyimiz bir formalaşma var. Trend dəyişən formalaşmadır və işə düşdüyü anda bizi əvvəlcə 62k, daha sonra isə 59k-ya qədər apara bilər. Bunun üçün isə 66k-nı aşağı doğru qırmalıyıq. Ona görə də ehtiyatlı olmaqda fayda var.

♧ O ki qaldı ABŞ seçkilərinə, bu gün hər şey həll olmaya bilər. 2020-ci ildəki kimi 3-4 gün uzanma ehtimalı var seçkilərin. Bu səbəbdən long və shortdan uzaq olmağı, səbrli izləməyi tövsiyə edirəm. Fürsət bitməz bu bazarda.

DeepCoin

05 Nov, 05:52


Sabahlar xeyir. Yenə Xəyalın dəstəyi, yenə mükəmməl analizlər. Qayıdırıq yuxarı. Bu gün bir az çörək qazanmaq olacaq🤝

DeepCoin

04 Nov, 18:26


Dəstəyin yenə mükəmməl işləyib reaksiya verməsi😄

DeepCoin

04 Nov, 16:56


Unutmayın.

DeepCoin

04 Nov, 16:55


Yenidən dünənki dəstəyə gəldik. Ehtiyatlı olaq

DeepCoin

04 Nov, 15:38


Bu səsvermə mənim üçün çox dəyərli idi. Təşəkkürlər❤️

DeepCoin

04 Nov, 14:45


Hər dəfə orda qala bilməyib düşməsi😁

DeepCoin

04 Nov, 08:46


69.500 üzərində qalmadığımız müddətcə, 66666 görəcəyik

DeepCoin

04 Nov, 04:57


Sabahlar xeyir :)

DeepCoin

03 Nov, 19:17


Gecə üçün not:

Usdt dominantlığı unutmayın. Onun formalaşması üçün Bitcoinin 2-4% yüksəlməsi lazımdı. Amma sonra yenidən yüksəlsə dominantlıq? Bitcoini çox ağır şeylər gözləyir.

DeepCoin

03 Nov, 18:41


Bəsinizdisə, təzdən gedək aşağı?

DeepCoin

03 Nov, 18:23


● Bitcoin Spot ETF-lərdə saxlanılan BTC məbləği nəhayət 1 milyonu keçdi!

● Zəif əllər futuresdə şanslarını sınayarkən, onlar qorxmadan Bitcoin-i yerində toplayırlar.

DeepCoin

03 Nov, 17:43


● Bitcoin Spot ETF-ləri oktyabrın son həftəsini 2,2 milyard dollar giriş ilə başa vurdu.

● Blackrock bildiyimiz kimidir. İnvestisiya almadığı bir əməliyyat gününü geridə qoyan IBIT, əvvəlki həftəni tam 2,148 milyard dollarlıq investisiya ilə bağladı. Cümə axşamı günü, xüsusən datalardan əvvəl girişləri görmək maraqlıdır (insider?).

● İndi bununla razılaşa bilərik: "Bitcoin Spot ETF investorları zəif əllər deyil."

● Hamımızın bildiyi kimi, ABŞ-da seçkilərin başa çatmasına 48 saatdan bir qədər çox vaxt qalıb. ABŞ bazarlarında qeyri-müəyyənliyin pik həddə çatdığı bu dövrdə Spot ETF investorları qorxaq davranmadılar və yenə 2 milyard dollardan çox girişin şahidi olduq. Bütün bu investorlar qrupu (böyük investorlar) nəyisə bilir və qorxmadan alır, yoxsa biz heç nə bilmirik?

DeepCoin

03 Nov, 16:17


Dostlar, sizə keçən dəfə dediyim kimi. Mən traderəm. Və analizimə sadiq qalıram. Hər düşüşü və ya yüksəlişi trade etmirlər, etməzlər. Fürsət bitməz. Nəyisə bilməyim, plandan çıxmalı olduğumuz mənasına gəlmir. Bazar hələ də yaxşı deyil, düşüş istiqamətlidir.

DeepCoin

03 Nov, 15:57


O zaman git konuş onlara, Xəyal emaneti olan bu kripto piyasasını geri alacakmış de, tamam mı?)

DeepCoin

03 Nov, 15:54


))))

DeepCoin

03 Nov, 15:17


Usdt dominantlıqda çiyin-baş-çiyin var. Onu tamamlamaq üçün aşağı düşmə ehtimalı var. Bu bizə bir az da olsa, nəfəs aldırar. Ondan sonrası Bitcoin üçün biyabırçılıq...

DeepCoin

26 Oct, 07:38


Bazarın vəziyyəti xoşuma gəlmir

DeepCoin

26 Oct, 07:30


Girişə stop

DeepCoin

25 Oct, 18:20


$BTC 3-5x long

Alış 67000
İlk Satış 69000 və ya uzun müddətli hold.
Stop yoxdur. Uzun müddətli trade-dir. Spot tövsiyə olunur.

DeepCoin

25 Oct, 18:17


İynənin atıldığı yerə bax da.. nc nc nc. Tether ceosu da deyib ki, heç nə yoxdu. Problem də yoxdu. Sadəcə bizlə məzələnirlər. Bu formalaşma yuxarı qırılmadığı müddətcə Bitcoin yuxarı gedər.

DeepCoin

25 Oct, 17:59


Mənə niyə güvənməli olduğunuzu anladınız yəqin ki

DeepCoin

25 Oct, 17:58


📢 ABŞ Tether (USDT)-yə istintaqa başladı

DeepCoin

25 Oct, 11:35


Məni narahat edən USDT dominantlıqdakı çiyin-baş-çiyin formalaşmasıdır. Müqaviməti keçsə, sərt düşəcəyik

DeepCoin

25 Oct, 11:24


Görək nə baş verir

DeepCoin

25 Oct, 08:37


Hələ ki, vəziyyət dəyişməyib

DeepCoin

24 Oct, 19:27


📢 ABŞ hökümətinə məxsus kriptovalyutaların oğurlandığı iddia edilir.

DeepCoin

24 Oct, 14:06


Ethereum çökür, bundan uzaq durun

DeepCoin

24 Oct, 14:05


Əgər 68-i yaxşı keçsək, 70-lərə gedirik. Amma yenə də müəmmalıdı.

DeepCoin

24 Oct, 06:55


Sabahlar xeyir. Bitcoinin vəziyyətini bəyənmirəm hələ də

DeepCoin

23 Oct, 18:10


Bazarı sevmədim. Qısa müddətli daşıdığınız pozisyalarda stop olun

DeepCoin

23 Oct, 11:42


Hər şey planlı gedir

DeepCoin

23 Oct, 11:41


Bir zəhmət bir az düşək də dostlar. 5.45ə qədər yüksələ.bilər dominantlıq. İkili təpəni gördük, trade etdik, hədəfinə gəldi və qazandıq. İndi bir az dincəlsin.

DeepCoin

23 Oct, 11:15


Kanalın aşağısında qapanış olduğu halda, kanalın orta xətti olan 64k dəstəyinə qədər geri çəkilmə olacaq. Amma ondan sonra yenidən yüksələcəyimizi düşünürəm. 71k çox önəmlidir və yüklü miqdarda likvidasiya var.

DeepCoin

23 Oct, 09:16


Salamlar. Qırdıq, aşağı gedirik

DeepCoin

22 Oct, 18:22


Davam. Aşağıya qırılmadığı müddətcə 71k

DeepCoin

22 Oct, 07:29


Sabahlar xeyir. Davam🤝