Hz. Fatimeyi Zəhra (səlamullahi ələyha)
Hz. Muhəmməd Peyğəmbərin və xanımı Xədicənin qızı, Hz. İmam Əlinin xanımı və 14 məsumdan dördüncüsü, iki aləmin səyyidəsi, həzrət Fatimeyi Zəhranın miladıdır, islam aləmində analar günüdür, bütün anaları, xanımları və bütün qadınları təbrik edirəm. Şiənin mötəbər kitablarında və rəvayətlərdə həzrətin ləqəbləri və xüsusiyyətləri qeyd olunmuşdur, o cümlədən: Zəhra, Siddiqə, Tahirə, Raziyə, Mərziyyə, Mubarəkə, Bətul, Muhəddisə, Səyyidətu-nisail-aləmin. Həzrətin kunyələri belədir: Ummul-Həsən, Ummul-Hüseyn, Ummul-əimmə, Ummu-əbiha. Həzrət Zəhranın doğum tarixi haqda xeyli rəvayət var, müxtəlif nəqllər var. əhli-sünnə alimləri əsasən besətdən beş il öncəni qəbul edirlər. Amma Şiə alimlərinin əksəriyyəti, imamlardan nəql olunan hədislərə əsaslanıb, cəmadis-sani ayının 20-nə təsadüf etdiyini deyirlər, həzrətin Peyğəmbərin besətindən 5 il sonra, Məkkə şəhərində dünyay gəlib. 13 yaşınadək Məkkədə yaşayıb. Həzrət Peyğəmbərin Mədinəyə hicrətindən sonra, yəni hicrətin ikinci ilində Hz. Əli ilə izdivac ediblər (ailə qurublar). Bəzi rəvayətlərə görə Həzrət Zəhra 10 yaşında ikən, başqa rəvayətlərə görə isə, 1 yaşında ikən Həzrət Əli ilə ailə qurub. O zamanlar, ərəblər arasında, qızın ailə qurması üçün 18 yaş, çox gec sayılırdı. Tarixçilərin yazdıqlarına görə, Əbubəkr və Ömər imam Əlidən (ə) öncə elçiliyə getmişdilər amma həzrət Peyğəmbər onlara razı olmadı və buyurdu ki, Allahın əmrini gözləyirəm. İmam Əli (ə) elçi düşəndə, Hz. Peyğəmbər qəbul etdi və qızının mehriyyəsi bir zireh idi, həmin zirehi də Peyğəmbərin özü İmam Əliyə bağışlamışdı.
Hz. Zəhra imam Həsəni üçüncü il, ramazanın ortasında, İmam Hüseyni isə hicrətin dördüncü ili, şəban ayının üçündə dünyaya gətirdi. Hicrətin beşinci ilində Hz. Zeynəb anadan oldu. dördüncü övladı Ummu-Kulsum idi ki, hicrətin yeddinci ilində dünyaya gəldi. O vaxtlar Müsəlmanlar xeybər döyüşündə qələbə çalmışdılar, xeybərin yaxınlığında bir yer var idi, adı Fədək idi, Fədəyin camaatı müharibədən sonra Həzrət Peyğəmbərlə sülh etmişdilər. Və həmin yerin yarısını Peyğəmbərə verdilər. O terin fəthində Müsəlman əsgərlərin əməyi-zəhməti olmamışdı. Quranda Həşr surəsi, 59-cu ayəyə görə, Fədək Peyğəmbərə məxsus idi. Həzrət Peyğəmbər o yerin gəlirini, Bəni Haşim fəqirlərinə verirdi. Sonra Fədəyi qızına bağışladı. Peyğəmbərin vəfatından sonra Fədəyi həzrət Zəhradan aldılar. Həzrət Zəhra atasından sonra çox az yaşadı, 75 ya 95 gündən sonra şəhid oldu və Həzrət Əli onu gecə dəfn etdi, indiyə qədər həzrətin mübarək məzarı naməlumdur. Şiə təfəkkürünə görə, Həzrət Fatimənin məqamı Məryəm, Asiyə və Xədicə qədər ucadır, hətta onlardan da ucadır, bütün zamanlarda, dünyada və axirətdə qadınları seyyidəsidir. Həzrət Fatimə hər bir müsəlman üçün və hər bir insan üçün örnəkdir. Bütün ilahi və insani kamallara malik idi. Həzrət peyğəmbər ona ummi əbiha adını qoymuşdu, yəni atasının anası. Və onu çox sevirdi, buyurdu ki, Allah, Zəhranın qəzəbiylə qəzəblənər, onun rızasıyla razı olar. Həzrət buyurub: Fatimə mənim varlığımın bir parçasıdır. Kim onu incitsə, ona əziyyət eləsə, mənə əziyyət etmişdir. Həzrət Fatimə Əshabi kisadan və əhli-beytdəndir. Təthir ayəsi ona da aiddir. Kövsər surəsi həzrət Zəhra barədə nazil olmuşdur. Ibadət əhli idi, dua edirdi, qonşular üçün dua edərmiş, özü üçün etməzmiş. Şiələr hər namazdan sonra, Həzrət Zəhranın təsbihatını yerinə yetirməklə, namazımızı daha da nuraniləşdiririk.
Hazırladı: Şəhriyar Əliyev