SALEH▪️NASIROV @nasirovsaleh Channel on Telegram

SALEH▪️NASIROV

@nasirovsaleh


Sosial məsələlər, məsləhətlər, ideya və təkliflər 🇦🇿

SALEH▪️NASIROV (Azerbaijani)

SALEH▪️NASIROV kanalı, sosial məsələlər, məsləhətlər, ideya və təkliflər haqqında ən son məlumatları paylaşmaq məqsədi ilə yaradılmış bir Telegram kanalıdır. Bu kanal, istifadəçilərə Azərbaycan dilində əyləncəli və maraqlı məzmun təqdim etməklə yanaşı, onlara faydalı məsləhətlər və ideyalar da təqdim edir. Saleh Nasirov tərəfindən idarə olunan kanal, bir çox sosial mövzulara dair müzakirələr və təkliflər ilə istifadəçilərin diqqətini cəlb edir. Əgər siz də sosial məsələlərə, məsləhətlərə və ideyaların paylaşılmasına marağlısanız, SALEH▪️NASIROV kanalına qoşulun və ən son məlumatları əldə edin! 🇦🇿

SALEH▪️NASIROV

03 Jan, 12:26


🐍 İlan 29 yanvar 2025-ci ildə oynaq 🐲 Əjdahanı əvəz edərək ilə qədəm qoyacaq. Sələfindən fərqli olaraq, İlan tamamilə fərqli bir enerji daşıyır - bu, müdriklik, tələsik qərarlar və dərin özünü tanıma ilidir. Astroloqlar deyirlər ki, 2025-ci il həm şəxsi həyatda, həm də qlobal miqyasda mühüm dəyişikliklər dövrü olacaq.

SALEH▪️NASIROV

02 Jan, 10:49


Ayna Sultanovda zəncirvari qəza, başda Prius olmaqla

SALEH▪️NASIROV

02 Jan, 03:06


Bəlkə dərk etmək və dayandırmaq vaxtıdır?
Milyonlar ona heyran və onun həyatını yaşamaq arzusunda idi, bu düşünmək üçün bir səbəbdir.

SALEH▪️NASIROV

02 Jan, 03:00


Bu arada İtaliyanın Abruzzo əyalətinin Campo di Giove şəhərində Qarın hündürlüyü 1 metr 50 santimetrə çataraq bəzi evləri basdırıb. ❄️

SALEH▪️NASIROV

01 Jan, 18:32


ABŞ-da TERROR‼️Yeni Orleanda izdihamın üstünə çıxan sürücü polis tərəfindən güllələnib.
ABŞ kəşfiyyat orqanları Nyu Orleanda baş verən hücumu terror hücumu kimi təsnif edib - son bir neçə ildə ölkə ərazisində ilk dəfə. FTB ölənlərin olduğu yerdə partlayıcı qurğular tapıb.

SALEH▪️NASIROV

01 Jan, 17:02


Ölkədə atlar, iri buynuzlu heyvanlar üçün rentgen aparatı, baytar klinikaları vardır?

SALEH▪️NASIROV

01 Jan, 12:02


İlin ilk ciddi avto qəzası 😞
İzləyicim: “Salam Seleh bey. Seher saatlarinda 17 yawli oglan ve yaninda olan Kemale Gunewlinin gizi renta cardan goturdukleri mawinan 220 suretle cirpiliblar 33-cü polis idaresinin yaninda dayanan bu mawina. Mawinin yiyesi xanim 2 iwde iwleyir cox ezyetle mawin alib ki rent a car 17 yawli gudurmuw birine mawin nece verib ? suren uwag ise yeye duran yoxdu bu ziyani kim oduyecey insnalar niye bele mesulyetsizdir”

SALEH▪️NASIROV

01 Jan, 10:46


VERGİLƏR AZALDI‼️Ödədikləri vergi bu gündən 4 dəfə azaldıldı

“Vergi Məcəlləsinə” edilən yeni dəyişikliklər əsasən, bir sıra xidmət sahələri üzrə illik dövriyyəsi həcmi 45 min manatadək olan mikro sahibkarların gəlirlərinə bu gündən 75 faiz güzəşt tətbiq olunmağa başlanılıb.

Dəyişikliklərlə proqram təminatının işlənməsi, layihə-dizayn, tərcümə xidməti, araşdırma və tədqiqat sahəsi, hüquq, sərbəst auditor, jurnalist fəaliyyəti, turizm bələdçiliyi, qiymətləndirmə fəaliyyəti və s. istiqamətlər üzrə vergi güzəşti tətbiqinə start verilib:
“Yəni, VÖEN alaraq xidmət müqaviləsi əsasında fəaliyyət göstərənlər gəlirlərindən bu gündən etibarən 20 faiz deyil, 5 faiz vergi ödəyəcəklər. Eyni zamanda, onlardan 3 işçi və dövlət sığorta haqqı üzrə borcun olmaması tələbi də istənilməyəcək.
Məsələn, vətəndaşımız jurnalist kimi fəaliyyət göstərir və xidmət müqaviləsi əsasında vəsait alır və onun aylıq gəliri 3 min manatdır. Bu halda, o gəlirindən bu ildən etibarən 2024-cü ildə olduğu kimi 600 manat deyil (3000 manat X 0.20), cəmi 150 manat (3000 manat X 0.05) vergi ödəyəcək”.
Yeni qaydalar mikro sahibkarların dəstəklənməsi baxımından vacib dəyişiklik hesab olunur. Bu, qeyd edilən xidmət sahələri üzrə dövriyyənin artmasını stimullaşdıra bilər.
Qeyd edək ki, güzəştlər xidmət müqaviləsi əsasında çalışan şəxslərə şamil olunur.

SALEH▪️NASIROV

31 Dec, 21:32


Yeni ilin ilk dəqiqəsində doğuldu

Azərbaycanda 2025-ci ilin ilk körpəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikada dünyaya gəlib.

01.01.2025-ci il tarixində saat 00:01-də doğulan körpənin cinsi oğlan, boyu 50 sm, çəkisi 3 kq 900 qr olub.

38-ci həftəsində təbii doğuşa alınan ananın və yenidoğulmuşun vəziyyəti hazırda stabildir.

SALEH▪️NASIROV

31 Dec, 18:36


💥🧨İsmayıllıda "vzrıvpaket" əlində partlayan 7 yaşlı uşaq ağır yaralanıb. 2 və 3-cü dərəcəli yanığı diaqnozu qoyulub.

SALEH▪️NASIROV

31 Dec, 16:04


Allah xalqımızı, dövlətimizi xətadan-bəladan, şərdən, fəlakətlərdən qorusun İnşallah! Amin! 🤲 #happynewyear

SALEH▪️NASIROV

31 Dec, 14:54


2024-cü ildə Azərbaycanda uşaqlara verilən NADİR ADLAR

Bu il Zərqələm, Tükəzban, Dağlar, Məhluqəzəhra, Səmərqənd, Tuncayə, Bikəxanım, Sərvinaz, Almaxanım, Nənəş, Arazəli, Dağıstan, Dağhan, Xanəli, Xanımzeynəb, Oğuzcan, Saniyə, Buludxan, Əmin, Əminağa, Dua, Amine, Aminaxatun, Canel adlarının hər biri bir uşağa verilib.

İl ərzində bir uşağa qoyulan nadir adlar sırasına Cansel, Qurbət, Malikə, Üseyd, Pavel, Mikael, Həkim, Namin, Qarakişi, Qabriealla, Üzel, Birgül, Sinay, Sifayə, Siadə, Xırdaxanım, Xına, Zinnurə, Çilənay, Çigəli, Şahməran, Şikar, Qılınc, Qıznişan, Limanə, Zinhar, Elis, Elmi, İlanur, İmmi də daxildir.
Eyni zamanda, Ramo, Güldanə, Bəyim, Bəyimxanım, Misir adlarının hər biri iki uşağa verilib, üç uşağa isə Nənəxanım, Zara, Şiraslan, Pamir adları qoyulub.

SALEH▪️NASIROV

31 Dec, 06:55


Vüsal iStilindən sonra Anta Klosku

SALEH▪️NASIROV

30 Dec, 08:57


Bu nədir, bilən var?

SALEH▪️NASIROV

30 Dec, 04:11


😞

SALEH▪️NASIROV

30 Dec, 03:08


#GTA⭐️BAKU CITY
Müğənni Tural Gəncəli yol hərəkəti qaydalarını pozaraq bir neçə avtomobilə ziyan vurub.
Görüntülərdə onun Prius markalı maşını bir neçə dəfə qəsdlə vuraraq, ərazidən uzaqlaşdığı, polis əməkdaşlarının tələbinə məhəl qoymadığı görünür.
DYP əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında olan, hərəkət iştirakçılarının həyatına real təhlükə yaradan, “Mercedes” markalı 99-MM-276 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Tural Abdullayev tabesizlik göstərsə də, görülən tədbirlər nəticəsində saxlanılıb və toplanılmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib.
Məhkəmənin qərarına əsasən, T.Abdullayevin sürücülük hüququ 2 il müddətində məhdudlaşdırılmaqla o, 30 sutka inzibati qaydada həbs edilib

SALEH▪️NASIROV

29 Dec, 18:44


‼️Son Dəqiqə: Qazaxıstan qəzaya uğramış təyyarənin “qara qutuları”nı Braziliyadakı CENIPA-ya göndərəcək

Yeri gəlmişkən, "Embraer"-E190 Braziliya istehsalıdır.

Rusiya tərəfi qara qutuların MDB komissiyası tərəfindən yoxlanılmasını istəsə də, Azərbaycan tərəfi qəti şəkildə bundan imtina etmişdi.

SALEH▪️NASIROV

25 Oct, 13:39


🔥 Yanğın Astoriyanın arxasındakı obyektlərin birində baş verib.

SALEH▪️NASIROV

25 Oct, 05:14


🇦🇿 Prezident İlham Əliyev Qubadlının işğaldan azad edilməsinin dördüncü ildönümü ilə bağlı paylaşım edib.

SALEH▪️NASIROV

25 Oct, 04:59


Konfrans zamanı Lavrovun ayağını tapdaladılar. Üzr də istəmədilər 🤦🏻‍♂️🤣
Diqqət söyüş var 🔞

SALEH▪️NASIROV

24 Oct, 20:36


Maraqlıdır, görəsən Paşinyan nə deyib Prezidentə ki, bu görüş baş tutub? 🤔

SALEH▪️NASIROV

24 Oct, 07:54


Cənab Generalın mənə hədiyyəsi 🧢
Hızlı və Cəsur 😉
Digər videolar İnstagramda

SALEH▪️NASIROV

24 Oct, 07:12


Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin xidməti haqqında film təqdimatı ⛴️

SALEH▪️NASIROV

24 Oct, 06:54


Media nümayəndələrinin iştirakı ilə Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin xidməti ərazisində media-tur keçirilr.

SALEH▪️NASIROV

23 Oct, 18:18


🇹🇷🚨Ürəyi zəif olanlar baxmasın
❗️Terroristlər maşından düşərək qarşısına çıxanları öldürür.

SALEH▪️NASIROV

23 Oct, 18:17


🚫Ankarada terror aktı qurbanlarının sayı 5-ə çatıb, daha 22 nəfər yaralanıb.
2 terrorçu məhv edilib

SALEH▪️NASIROV

23 Oct, 17:57


Azərbaycan Prezidenti üçün Kazanda səfər zamanı ayrılmış xüsusi maşın, kortej

SALEH▪️NASIROV

23 Oct, 17:03


Günah kimdədir?
Gördüyünüz kimi suyun səviyyəsi çox deyildi və o iki şəxs rahatlıqla çıxa bilərdilər. Lakin çıxmadılar. Niyə xilas olunmaq istəmədilər? FHN məcburən onları oradan evakuasiya etməli idi. Niyə etmədi?
İndi gələk tunelə. Tunelləri inşa edən qurum Azəravtoyoldur. Tunelin inşasında hansı nöqsanlara yol verilib cavab versinlər indi.
Kanalizasiyaya baxan qurum Azərsudur. Niyə bu iki qurumun nümayəndələri hadisə yerində yox idi? Niyə susurlar?
Hər zamanki kimi suallar çox, cavablar isə yox!
Hadisə yerinə gecə ilə gələn yeganə məmur Mer idi, hamısı da düşüblər üstünə və döşəyirlər sağdan, soldan. Bu tunel inşa ediləndə O, ümumiyyətlə Bakının Meri deyildi və gördüyü işlər də göz qabağındadır. Sadəcə açıq danışa və çox şeyi deyə bilmir.
Burada çox saylı cinayət işi var və günahkarlar hamısı məsuliyyətə cəlb, Kanalizasiya problemi isə birdəfəlik həll olunmalıdır!
Hökmən insanlar ölməlidir, maşınlar batmalıdlr problemlər həll olunsun?! Yetər artıq!
S◾️N

SALEH▪️NASIROV

23 Oct, 08:29


🚘 İTMİŞ NÖMRƏLƏRLƏ BAĞLI
Azərbaycanda maşın nömrəsi itibsə və 30 gün ərzində tapılmırsa, qanunla köhnə nömrəni təhvil verib, yeni seriya, nömrələr və texpasport almalısan qaidən.
Bir dəfə soruşdum ki, niyə dublikat verilmir, dedilər ki, cinayyətin, təhlükənin qarşısını almaq məqsədilə. Bəs o nömrələr təkrar abarota buraxılır, satılr? sualını verəndə isə, dedilər xeyr. Nömrələr və seriya ləğv olunur əbədi.
Nömrənin itirilməsi, əzilməsi, korlanması, solması bir mənalı sürücünün məsuliyyətində olan bir məsələdir. Lakin, amma…
Bəs qonşu ölkələrdə, Avropa və ABŞ-da itmiş nömrələrlə bağlı vəziyyət necədir görəsən? Yazın görək👇

SALEH▪️NASIROV

23 Oct, 07:55


From Lerik with Snow ❄️

SALEH▪️NASIROV

22 Oct, 18:04


Немного терпения, понимания и уважения.
Yəni, hörmətli, diqqətli, təmkinli.

SALEH▪️NASIROV

22 Oct, 17:43


Romantika 🛶

SALEH▪️NASIROV

22 Oct, 15:45


Tuneldə boğularaq ölən Elnurun fotosu
48 yaşlı Elnur Fazil oğlu Şirinov Kürdəmir şəhər sakini imiş. O, çörəkdaşıyan avtomobil idarə edirmiş və Bakıdan rayona vaxtaşırı olaraq çörək apararaq satırmış.
Qeyd edək ki, Sabunçu tunelində E.Şirinovla yanaşı, 1995-ci il təvəllüdlü Köçəri Fərman oğlu Abbasov da boğularaq ölüb.

SALEH▪️NASIROV

22 Oct, 15:24


Abşeronda eyvanda asılmış meyit TAPILDI
Hadisə rayonun Hökməli qəsəbəsində qeydə alınıb. 
Qəsəbə sakini Rafiq Mərifət oğlu Cəbrayılov yaşadığı evin eyvanında özünü asıb. Onun asılmış meyitini qonşuları görüb, ailəsinə xəbər veriblər.
İntiharın səbəbləri məlum deyil.
Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır. 

SALEH▪️NASIROV

22 Oct, 12:32


İkinci cəsəd də tapıldı 😞
Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə batmış ikinci şəxs - 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib

SALEH▪️NASIROV

22 Oct, 10:51


Allah rəhmət eləsin
https://t.me/nasirovsaleh/7083

SALEH▪️NASIROV

22 Oct, 10:36


ÖLƏNLƏR VAR 🌧️😱
İzləyicim; “Saleh bey salam dunen axwam, Sabuncu korpusunde iki nefer rehmete gedib. Bogulublar suda. Oranin hundurluyu 3-4 mt, tunel su ile dolu idi, ikidene mashin surubler ele biliblerki kece bilecekler, ama kecmediler. Ele mashin icinde can verdiler”

SALEH▪️NASIROV

21 Oct, 23:18


Nerimanov, Əhməd Rəcəblidə maşın alışıb yandı 🔥

SALEH▪️NASIROV

21 Oct, 21:39


Bakının Kanalizasiya problemi SSRİ dövründən mövcuddur. Lakin bu problemi bu illər ərzində həll etmək olardı.
VİDEONU SONADƏK İZLƏYİN

https://t.me/nasirovsaleh/4960

SALEH▪️NASIROV

21 Oct, 17:44


From Alatava-1 with Horror 🤯

SALEH▪️NASIROV

21 Oct, 16:25


Alatavadakı evlərin söküntüsünü Şəhərsalma dayandırdı. Qurum deyir ki, həmin ərazidə müvafiq icazə sənədləri olmadan söküntü işləri aparılıb. Bu azmış kimi, həmin ərazidə əvvəllər də qanunsuz söküntülər olub. Yəni, şəhərdə söküntü, tikinti işləri gedir və dövlət qurumunun bundan xəbəri yoxdur? 🤔

https://www.instagram.com/reel/DBZJ0JVNksO/

SALEH▪️NASIROV

21 Oct, 12:20


From Alatava-1 with Action.
Elə bildim boyevik çəkirlər 🤦🏻‍♂️ Görək baxaq şirkət hansı açıqlamanı verəcək. Hər bir halda belə hərəkətlər yolverilməzdir, təhlükəlidir!

Problem bilirsiz nədir? Sökülən evlərin çoxunun sənədi belə yoxdur və verilən pulla da bəzi sakinlər razı olmurlar və başlayırlar prinsip aparmağa. Tikinti şirkətinin də planı var. Vaxtında təhvil təslim işlərini aparmalıdır. Nəticədə bu tip mənzərələr ortaya çıxır. İnsanlarla işləmək, orta məxrəcə, razılığa gəlmək çox çətin bir prosesdir.
Amma yenə də bu çıxış yolu deyil. Sivilcə və qanun çərçivəsində həll olunmalıdır bu məsələlər.

SALEH▪️NASIROV

21 Oct, 11:37


Ayə….

SALEH▪️NASIROV

21 Oct, 09:32


🔞🔞🔞

SALEH▪️NASIROV

20 Oct, 20:14


Mayamidən İncilər 🇺🇸

SALEH▪️NASIROV

20 Oct, 18:18


COP29-a hazırlıq prosesi çərçivəsində tədbir müddətində yol hərəkətinin fasiləsiz və təhlükəsiz şəkildə təşkili məqsədilə paytaxtda nəqliyyatın idarə edilməsi üzrə gecə saatlarında keçirilən monitorinqlər uğurla yekunlaşdırılıb. #COP29

SALEH▪️NASIROV

20 Oct, 07:50


Bu yeri xatırladız? 🛶
İzləyicim; “Salam Saleh bey, qızğın iş gedir. Hec olmasa bele suyu otkacka edirler. Yeni hefte sonu da olsa, xalqı düşunurlerse artiq men cox xoşbextem”

Həmin yer əvvəllər👇
https://t.me/nasirovsaleh/6319

SALEH▪️NASIROV

19 Oct, 21:18


🇦🇿 Oktyabrın 20-si Azərbaycan Zəngilan şəhərinin azadlığını qeyd edir

https://t.me/nasirovsaleh/6534

#ZəngilanŞəhəriGünü

SALEH▪️NASIROV

19 Oct, 20:20


Möhkəm, uzunmüddətli və keyfiyyətli münasibətlərin təməli İnam, Etimad və Güvəndir. Mourilyo, Djavanna, Vera və sair yox. Salam aleykum. Allah sizi qorusun! 😎

SALEH▪️NASIROV

19 Oct, 09:56


Efirimiz 🖥️🤦🏻‍♂️ Parçala məni Məzahir 🤣

SALEH▪️NASIROV

19 Oct, 09:35


EVLİLİKDƏ ƏSAS HUZURDUR

SALEH▪️NASIROV

19 Oct, 09:14


Zibil atma Zolağı 🚮

SALEH▪️NASIROV

19 Oct, 08:56


Milli Məclis Heyvanlarla rəhmsiz rəftar edənlərə qarşı cərimələrin artırılmasını ilk oxunuşda təsdiqləyib. Bu arada Xırdalan:
İzləyicim; “Saleh bey salam. Hazirda Xirdalan. İt qorxudan altina edir😞😞 bu nece vehsilikdir gunduz saatlarinda budur heyvanlara olunan reftar? Bunlar sizin sesinizi niye eshitmir axi heyvanlar haqqinda olan?? ne olar paylashin gorsunler vehsiliyi o kisiler 3,5 manata gore meniyin itirib, itleri bu veziyyetde aparirlar, coxun ise doye doye suruye suruye asvaltda”

⚠️👉 https://vt.tiktok.com/ZSj1v7d6D/

SALEH▪️NASIROV

19 Oct, 07:41


🚇🚨

SALEH▪️NASIROV

18 Oct, 19:20


Cimi kəndindən İncilər 🌊
Bir dəfə bu çayı və kəndi paylaşmışam. Bir dənə körpü quraşdırmaq o qədər çətin işdir?

SALEH▪️NASIROV

18 Oct, 16:47


İki gün öncə özünü binadan atan şəxsin yeni video görüntüsü.
⚠️ÜRƏYİ ZƏİF BAXMASIN!🔞
İntihar hadisəsi Əhmədlidə, Nəsrəddin Tusi küç, 62 nömrəli avtobusun son dayanacağı tərəfdə, saat 16:00 radələrində baş verib.
Ortayaşlı şəxs kəlmeyi-şəhadət gətirərək özünü binadan atıb.
Deyilənə görə narkotik istifadəçisi olub.