aznews.ws @rwlkphtd1gr6lw68 Channel on Telegram

aznews.ws

@rwlkphtd1gr6lw68


Aznews.ws

Aznews.ws (English)

Are you looking for the latest news and updates from Azerbaijan? Look no further than Aznews.ws! This Telegram channel is dedicated to providing its subscribers with real-time news, events, and stories from Azerbaijan and around the world. Whether you are interested in politics, culture, sports, or economy, Aznews.ws has got you covered. With a team of dedicated journalists and reporters, this channel ensures that you are always up to date with the most important happenings in Azerbaijan. Join Aznews.ws today and stay informed about the world around you!

aznews.ws

22 Jan, 12:34


Son dəqiqə❗️İran Ali Məhkəməsi Azərbaycan səfirliyinə hücum edən şəxslə bağlı ölüm hökmünü təsdiqləyib.

aznews.ws

22 Jan, 06:35


İmişlidə qəzada zərərçəkənlər DİN-də qəbul edilib

Yanvarın 18-də İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində zərərçəkənlər Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən qəbul edilib.

Vurğulanıb ki, DİN tərəfindən hadisə üzrə istintaqın obyektiv aparılması, zərərçəkənlərin hüquqlarının təmin olunması üçün bütün zəruri tədbirlər diqqət mərkəzində saxlanılır.

aznews.ws

21 Jan, 08:40


🇦🇿 Prezident İlham Əliyev Davosda Latviya Prezidenti ilə görüşüb.

aznews.ws

20 Jan, 07:57


🇦🇿 İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər

aznews.ws

18 Jan, 18:31


DİN İmişlidən daha bir video yaydı

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, xidməti avtomobil xüsusi çoxavazlı səs siqnalı və sayrışan işıqlardan istifadə edir.

aznews.ws

18 Jan, 18:11


Azersun Holdinqin prezidenti Abdolbari Gozal vəfat edib

aznews.ws

18 Jan, 18:05


DİN: Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul vəsaitini oğurlayan şəxs həbs edilib.

aznews.ws

18 Jan, 07:48


❗️Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı aşkarlanıb - RƏSMİ

aznews.ws

17 Jan, 17:14


❗️ Araik Harutyunyan: Gəncənin raketlərlə vurulması ilə bağlı bəyanata görə təəssüflənirəm, üzrxahlıq edirəm

aznews.ws

17 Jan, 14:38


AZAL-ın sabiq prezidenti Cahangir Əsgərovun həyat yoldaşı vəfat edib

aznews.ws

17 Jan, 05:11


Bu gün hərbi cinayətlərdə ittiham olunan Ruben Vardanyan, Araik Arutyunyan və digər separatçıların məhkəməsi başlayır.

aznews.ws

15 Jan, 16:47


🔷 Bakıda "Ankara Məktəbi" məktəb-liseyində sanitar qovşağın qapısının olmaması ilə bağlı sosial şəbəkələrdə paylaşımlar edilib.

Valideynlər övladlarının mövcud vəziyyətdən əziyyət çəkdiklərini bildiriblər.

Məktəb-liseydən bildirilib ki, liseyin sanitar qovşağı ilə bağlı məsələ nəzarətə götürülüb.

"Qısa müddətdə qapıların qoyulması təmin olunacaq", - deyə bildirilib.

aznews.ws

15 Jan, 15:38


Aktrisa Çimnaz Sultanova vəfat edib.

A
ktrisa bağırsaq xərçəngindən dünyasını dəyişib.

aznews.ws

15 Jan, 08:03


❗️COP29 könüllülərinə xüsusi pul mükafatı verəcək

Ötən ilin noyabr ayında Bakıda keçirilən COP29-da könüllü olan şəxslərə xüsusi pul mükafatı ayrılıb.

xüsusi pul mükafatının məbləği 1500 manatdır.

Xüsusi pul mükafatı yalnız ölkə lideri İlham Əliyevin imzası ilə onlara verilən xüsusi təşəkkürnaməni 8-14 yanvar tarixində COP29-dan əldə edən könüllülərə verilir.

Könüllülər şəxsiyyət vəsiqələri ilə istənilən “Kapital Bank” filialına yaxınlaşaraq xüsusi pul mükafatını əldə edə bilərlər.

aznews.ws

15 Jan, 07:54


Hüseynbala Mirələmovun səhhəti pisləşdi: Türkiyəyə aparıldı

aznews.ws

14 Jan, 17:46


❗️Yanvar ayının 31-dək Azərbaycanda fəaliyyət göstərən bütün plastik, estetik cərrahlar ciddi yoxlamadan keçəcəklər.

Hüquq-mühafizə orqanları tərəfindən həyata keçiriləcək bu yoxlamalardan üzüağ çıxan plastik və estetik cərrahlara sənəd veriləcək. Bu sənədi əldə edə bilməyən cərrahların fəaliyyətinə icazə verilməyəcək.

aznews.ws

14 Jan, 13:51


İşdən çıxarılan həkim danışdı: Mənə tapılmayan təki iş olsun

aznews.ws

13 Jan, 09:38


‼️ Məhkəmənin hökmü ilə Bəxtiyar Hacıyev 10 il müddətinə azadlıqdan məhrum olunub.

aznews.ws

12 Jan, 11:18


Burun əməliyyatından sonra komaya düşən 30 yaşlı Nəzrin Mansurova bu gün vəfat edib.

Yanvarın 5-də də “Liv Bona Dea” hospitalının reanimasiya şöbəsinə kritik vəziyyətdə daxil olub. Xəstə süni-tənəffüs aparatına qoşulub, intensiv müalicə aparılıb. Göstərilən səylərə baxmayaraq, xəstə komadan ayılmayıb və dünyasını dəyişib.

Xatırladaq ki, sosial şəbəkədə burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyata girən N.Mansurovanın sonradan komaya düşdüyü barədə məlumatlar yayılıb. İddia olunur ki, onun beyninə çirk dolub.

aznews.ws

10 Jan, 12:15


🏡 Bakının bəzi ərazilərində evlər bahalaşacaq

Buna səbəb həmin ərazilərin metro, tramvay xəttləri ilə əhatələnməsidir

aznews.ws

07 Jan, 17:41


İlham Əliyev: Fransa əlindən gələni edirdi ki, tədbiri gözdən salsın

aznews.ws

07 Jan, 10:25


Metroda gedişhaqqı artırılır? - Açıqlama

“Bakı Metropoliteni” QSC gedişhaqqı tariflərinin qaldırılması ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatlara aydınlıq gətirib.

QSC-dən “Qafqazinfo”ya verilən məlumatda bildirilib ki, qurumun gedişhaqqı tariflərini tənzimləmə səlahiyyəti yoxdur.
“Həmçinin metro nəqliyyatında gedişhaqqı tarifinin tənzimlənməsinə yenidən baxılması ilə əlaqədar aidiyyəti səlahiyyətli qurumlar qarşısında məsələ qaldırmayıb”, - rəsmi məlumatda vurğulanıb.
Qeyd edək ki, hazırda metroda gedişhaqqı 50 qəpik təşkil edir. İddialarda gedişhaqqının 55 qəpiyə qaldırılacağı bildirilirdi. Gedişhaqqı tariflərinin tənzimlənməsi isə Tarif Şurasının səlahiyyətindədir.

aznews.ws

06 Jan, 08:34


‼️ SON DƏQİQƏ: Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

aznews.ws

06 Jan, 06:07


Bu gün Azərbaycanda 7 günlük bayram tətili başa çatdı

aznews.ws

02 Jan, 11:53


Aktyor Azər Baxşəliyev vəfat edib.

Aktyor uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkirdi. O, uzun müddətdir böyrəkköçürmə əməliyyatı üçün donor axtarırdı.

aznews.ws

31 Dec, 20:25


Dövlət başçısı: Bu il ümumi daxili məhsul 4 faizdən çox, qeyri-neft sektorunda ümumi daxili məhsul 6 faizdən çox, qeyri-neft sənaye sahəsində isə artım 7 faizdən çox olub. Biz öz valyuta ehtiyatlarımızı artırmışıq və hazırda 72 milyard dollardan çox valyuta ehtiyatlarımız var. Eyni zamanda, xarici borcumuzu da azaltmışıq və bu gün Azərbaycanın xarici borcu cəmi 5,2 milyard dollardır. Yəni, başqa sözlə desək, bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir.

aznews.ws

31 Dec, 20:00


Yeni İliniz mübarək olsun!

aznews.ws

31 Dec, 19:58


Qarabağın və Şərqi Zəngəzurun bərpası uğurla gedir.

Artıq 10 minə yaxın keçmiş məcburi köçkün bu torpaqlara qayıdıb, onlar üçün ən gözəl şərait yaradılıb. Bütövlükdə isə azad edilmiş ərazilərdə 30 mindən çox insan yaşayır, çalışır, işləyir - həm yeni açılmış müəssisələrdə, sosial obyektlərdə, inşaat işlərində - İlham Əliyev

aznews.ws

31 Dec, 19:55


Prezident: Gələn il Qarabağa və Şərqi Zəngəzura qayıdacaq vətəndaşların sayı böyük dərəcədə artacaq !

aznews.ws

31 Dec, 19:46


Prezident: Bu gün dünyada baş verən hadisələr hamımızın gözünün qarşısındadır. Yeni müharibələr, qarşıdurmalar, münaqişələr alovlanır.

Dünyanın müxtəlif bölgələrində qanlı toqquşmaların davam edir. Azərbaycan isə sülh, əmin-amanlıq, təhlükəsizlik və sabitlik şəraitində yaşayır. Əminəm ki, bundan sonra sabitlik və əmin-amanlıq əbədi olacaqdır - Prezident

aznews.ws

31 Dec, 19:45


❗️❗️Prezident xalqa müraciət edir

aznews.ws

31 Dec, 19:43


İlham Əliyev: İlin əvvəlində qarşımıza qoyduğumuz bütün məsələlər öz həllini tapmışdır.

Ölkəmizin beynəlxalq nüfuzu böyük dərəcədə artmışdır. Ölkə iqtisadiyyatında müsbət inkişaf var, hərbi gücümüz artıb. Ölkəmizdə sabitlik hökm sürür. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşamışdır

aznews.ws

30 Dec, 11:03


Təcili❗️Sumqayıtda dəniz kənarından körpə meyiti tapılıb.

Meyit Xəzər dənizinin Corat qəsəbəsi hissəsində aşkarlanıb. Meyitin 5-6 aylıq oğlan uşağına aid olduğu bildirilir. (Report)

aznews.ws

29 Dec, 18:36


Fransa səfiri hava limanına gedərək təyyarə qəzasında həlak olanların xatirəsini anıb

aznews.ws

29 Dec, 14:49


Azərbaycanda Rusiya vətəndaşlarının müvəqqəti qalma müddəti ilə bağlı qaydalar dəyişib.

İl ərzində 90 gündən artıq ölkəmizdə qala bilməzlər.

aznews.ws

29 Dec, 14:48


Son dəqiqə❗️Təyyarə qəzasında həlak olan ekipaj üzvlərinə Azərbaycanın Milli Qəhrəmanı adı verilib

aznews.ws

29 Dec, 14:29


Bu cərimələr artırılır.

Heyvanlarla rəhmsiz rəftarın təbliğ edilməsinə və ya heyvanlarla rəhmsiz rəftara açıq çağırışlar edilməsinə, bu cür rəftarı özündə əks etdirən materialların kommersiya məqsədləri üçün istifadə edilməsinə görə 1 000 manatdan 1 500 manatadək məbləğdə cərimə ediləcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

aznews.ws

29 Dec, 11:15


🗣️“Təbiidir ki, təyyarəmiz təsadüfən vuruldu. Təbiidir ki, burada hər hansı bir qəsdən terror aktı törətmək məsələsindən söhbət gedə bilməz.

Ona görə öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək - bütün bunlar görüləsi tədbirlər idi və addımlar idi. Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik”, - 🇦🇿Prezident vurğulayıb.

aznews.ws

29 Dec, 08:30


Pilot Iqor Kşnyakinin qızı: Atam həmişə deyirdi ki, mən hər kəsin həyatına görə məsuliyyət daşıyıram

aznews.ws

29 Dec, 06:34


⚡️Prezident və Birinci xanım təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin vida mərasiminə əklil göndəriblər

aznews.ws

29 Dec, 05:54


Sabahdan Azərbaycanda yeddigünlük bayram tətili başlayır

Ölkədə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramıdır.

Nazirlər Kabinetini qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.

aznews.ws

28 Dec, 20:43


🥀Həlak olan ekipaj üzvləri sabah günorta saatlarında İkinci Fəxri Xiyabanda dəfn olunacaqlar

aznews.ws

28 Dec, 20:28


Təyyarədən endirilən cənazələr ailələrinə təhvil verilməsi üçün cənazə daşıyan avtomillərlə hava limanından yola çıxdı

aznews.ws

03 Dec, 06:05


‼️Vüqar Həşimovun valideyninin dağıntılar altından çıxarılma anı

aznews.ws

28 Nov, 18:11


“Qarabağ" 0-1 "Lyon"

aznews.ws

28 Nov, 18:00


❗️Matç Başladı ⚽️

🇦🇿 "Qarabağ" - "Lyon" 🇫🇷

🇦🇿 UĞURLAR, "QARABAĞ" 🇦🇿

aznews.ws

26 Nov, 13:39


‼️Sabah Bakıya leysan, dağlıq ərazilərə qar yağacaq

aznews.ws

26 Nov, 09:39


Sako ləqəbli tiktoker həbs edilib. - canlı yayımlar zamanı cəmiyyətə qarşı qeyri-etik hərəkətlərə görə 60 sutka həbs verilib.

ℹ️Ondan narkotik vasitə olan marixuana da aşkarlanaraq götürülüb.

aznews.ws

25 Nov, 18:47


‼️İlham Əliyev Trampa zəng vurdu.

aznews.ws

25 Nov, 17:29


HADİSƏ YERİNDƏN SON KADRLAR⚡️

aznews.ws

25 Nov, 10:09


🇦🇿 Prezident bələdiyyələrin birləşməsi haqqında qanunu təsdiqləyib

aznews.ws

25 Nov, 08:03


Bakıda aptek işçisi müdiri tərəfindən döyüldü

aznews.ws

25 Nov, 06:43


‼️Hərəkət sxemləri bərpa ediləcək marşrutlar:

1, 7B, 13, 15, 31, 37, 38, 40, 54, 55, 60, 62, 70, 71, 93, 96, 105, 107, 118A, 118B, 131, 139, 141, 148, 162, 163, 166, 168, 169, 172, 173A, 173B, 184, 185, 189, 197, 198, 204, 205, 214, 216, 217, 120E, M8, 140E və E1 nömrəli avtobuslar.

aznews.ws

25 Nov, 06:43


COP29 zolaqları bu gündən qüvvəsini itirib.

aznews.ws

24 Nov, 06:45


COP29-da “Gender bərabərliyi davamlı iqlim gələcəyi üçün vacib şərtdir” qətnaməsi qəbul edilib.

aznews.ws

22 Nov, 15:59


🚊☑️ÖLKƏ❗️BİTİR: COP29-a görə ləğv edilmiş Bakı-Sumqayıt reysləri bərpa olunur. - noyabrın 25-dən etibarən.

aznews.ws

22 Nov, 07:52


“Ermənistanda Təbriz sakini Azərbaycan türkü olduğuna görə döyülüb”.

Bu barədə məlumatı “Azad İran” teleqram kanalı yayıb.

aznews.ws

21 Nov, 17:27


İçdiyimiz Coca-Cola-nın faydalı olduğunu bilirdiniz? 😊

Coca-Cola-nı içməyin deyən diqqətlə izləsin

Daha ətraflı bu linkdə

https://www.youtube.com/watch?v=AJ7wqZXNs1Q

aznews.ws

21 Nov, 09:21


💸 Azərbaycanda alimentin məbləği ARTIRILIR

2025-cü ilin yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləği 235 manatdan 246 manata qaldırılacaq.

aznews.ws

18 Nov, 08:49


Türk dövlətlərinin ortaq himni hazırlanacaq.

aznews.ws

14 Nov, 17:13


SON DƏQİQƏ

Litva hökuməti istefa verdi.

aznews.ws

11 Nov, 13:07


🇦🇿İlham Əliyev: Azərbaycan Ermənistanı COP29-a dəvət edib. Bu ölkənin COP29-da iştirak edib-etməməsi Ermənistanın öz qərarıdır.

aznews.ws

11 Nov, 07:08


🇦🇿 Bu zalda COP29 start götürəcək.

aznews.ws

10 Nov, 09:47


“Taliban” nümayəndə heyəti COP29 iqlim konfransında iştirak edəcək.

aznews.ws

09 Nov, 08:16


📌Bakıda COP29-la əlaqədar 15 marşrutun fəaliyyəti dayandırılır⬇️

1, 4, 7B, 24, 37, 54, 140E, 141E, 150, 162, 168, 169, 205, 216 və 120E

aznews.ws

08 Nov, 05:55


8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda hərbçilərin iştirakı ilə yürüş keçirilir

aznews.ws

07 Nov, 13:39


Hikmət Mirzəyevin rütbəsi artırıldı

Müdafiə Nazirliyi Quru Qoşunlarının komandanı Hikmət Mirzəyevə general-polkovnik hərbi rütbəsi verilib.

aznews.ws

07 Nov, 07:43


8 Noyabr - Zəfər Günü ilə bağlı Şuşada tədbirlər keçiriləcək, atəşfəşanlıq olacaq.

aznews.ws

07 Nov, 06:39


❗️Prezident İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib

aznews.ws

07 Nov, 06:29


Bayram günlərində bank və valyuta mübadilə xidmətləri fəaliyyət göstərəcək.

aznews.ws

06 Nov, 13:22


Bu gündən COP29 iştirakçıları üçün metrodan istifadə pulsuzdur.

aznews.ws

06 Nov, 07:38


⚡️Tramp tarixi qələbə qazandığını elan edib

aznews.ws

05 Nov, 10:22


☑️🚘RƏSMİ❗️İndiyədək avtomobil cəriməsi sonuncu etibarnamə verilən şəxsin adına gəlirdisə, bu, daha belə olmayacaq. - “e-polis” tətbiqindən sürən şəxs sürdüyü tarixi seçə biləcək.

aznews.ws

05 Nov, 10:21


Prezident İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib.

aznews.ws

05 Nov, 08:00


COP29 zamanı İçərişəhərdəki muzeylərin iş saatı uzadılacaq

aznews.ws

04 Nov, 07:02


İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Olimpiya Stadionunun ərazisində COP29-la bağlı yaradılan şəraitlə tanış olublar.

aznews.ws

03 Nov, 08:34


🇦🇿🇮🇷SON DƏQİQƏ❗️Xəzərdə hər kəsi təəccübləndirən təlim: Azərbaycan və İran Xəzər dənizində birgə hərbi təlim keçirir. - təlimin şüarı: “Sülh və dostluq naminə əməkdaşlıq!”.

aznews.ws

31 Oct, 08:36


AYNA: Bakının bir sıra küçələrində təşkil edilmiş COP29 zolaqlarından sabahdan minik avtomobilləri ilə hərəkət etməyə icazə verilməyəcək.

COP29 zolaqlarına daxil olan sürücülər 100 manat cərimə ediləcək, eləcə də onlara 3 bal yazılacaq.

aznews.ws

30 Oct, 07:19


❗️Hikmət Hacıyev Azərbaycana qarşı qarayaxma kampaniyası aparan "WashingtonPost" qəzetinə cavab verib:

"Üslubunuz və iş metodologiyanız mənə SSRİ-nin son günlərindəki “Komsomolskaya pravda ”nı xatırladır".

aznews.ws

26 Oct, 10:28


🇮🇱İsrail ordusu hücumun hərbi hədəflərə yönəldiyini bildirir. 🇮🇷Tehran hava limanı uçuşlar üçün bağlanıb.

aznews.ws

25 Oct, 10:44


Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyaların fəaliyyəti haqqında əsasnamə təsdiqlənib. Bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

aznews.ws

24 Oct, 18:00


⚽️🇦🇿"Qarabağ" - "Ayaks" 🇳🇱 qarşılaşmasında hesab açıldı

"Qarabağ" 0:1 "Ayaks"

aznews.ws

23 Oct, 17:59


Ankarada terror aktı qurbanlarının sayı 5-ə çatıb, daha 22 nəfər yaralanıb - Türkiyə DİN

aznews.ws

23 Oct, 15:54


🇹🇷🚨Ürəyi zəif olanlar baxmasın❗️Terroristlər maşından düşərək qarşısına çıxanları öldürür.

aznews.ws

23 Oct, 15:53


Ankarada terror❗️ 2 terrorçu zərərsizləşdirilib. Hücumda 3 nəfər həlak olub, 14-ü yaralanıb.

aznews.ws

22 Oct, 13:21


DAHA BİR NƏFƏR DƏ BOĞULUB❗️ FHN: Tuneldə batmış ikinci şəxs - 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun cəsədi suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

aznews.ws

22 Oct, 11:41


Sabunçu tunelinin açılış mərasimi 13 mart 2020-ci ildə olub. Həmin vaxt ADY-nin rəsmi açıqlaması belə idi:

“Tuneldə yağış və qrunt sularının kənarlaşdırılması məqsədilə nasosxana tikilib. Bunun üçün 3 nasos, bundan əlavə də 100 kilovatlıq transformator və generator quraşdırılıb”.

aznews.ws

22 Oct, 11:19


Bakıda kişi yağış gölməçələrində boğulub

Xilasedicilər batan kişinin cəsədini aşkar ediblər.

aznews.ws

22 Oct, 10:58


❗️FHN Mətbuat xidmətinin məlumatı

Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə FHN-in əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

aznews.ws

22 Oct, 10:57


"Sabunçu keçidi"ndə iki nəfər boğularaq ölüb

Paytaxtın "Sabunçu keçidi" adlanan ərazisində tunelə su dolması nəticəsində iki nəfər suda boğularaq ölüb.

aznews.ws

22 Oct, 04:35


⚡️Mərdəkan:

aznews.ws

21 Oct, 06:18


‼️Son dəqiqə: Fətullah Gülən öldü

Gülənin ölüm xəbərini ona yaxın olan "Herkül" saytı yayıb.

aznews.ws

20 Oct, 09:15


Şuşada ilk körpə dünyaya gəlib.

aznews.ws

18 Oct, 17:03


Tağı Əhmədov vəfat edib.

Bir az əvvəl Tağı Əhmədov əziyyət çəkdiyi xəstəlikdən dünyasını dəyişib.

aznews.ws

18 Oct, 15:41


🇹🇷 Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə paylaşım edib.

aznews.ws

18 Oct, 11:11


👗🥾ÖLKƏ❗️Azərbaycan əhalisi geyimə və ayaqqabıya ötən ay 1 milyard manatdan çox pul xərcləyib. - bu rekord göstəricidir.

aznews.ws

18 Oct, 09:29


🇦🇿İranın Azərbaycandakı səfirliyi Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə təbrik ünvanlayıb.

aznews.ws

18 Oct, 08:50


📢 COP29 Liderləri Sammitinin keçiriləcəyi 11, 12 və 13 noyabrda aşağıdakı yollarda məhdudiyyət tətbiq ediləcək:

- Hava Limanı şosesi
- Heydər Əliyev prospekti
- Neftçilər prospekti
- Yusif Səfərov
- Niyazi
- İstiqlaliyyət
- Lermontov
- Mikayıl Huseynov
- Xəqani Rüstəmov
- Teymur Elçin
- Mehdi Hüseyn küçələri.

aznews.ws

18 Oct, 08:27


🚇COP29 müddətində Bakı metrosunun hərəkət intervalında müəyyən dəyişikliklər olacaq.

aznews.ws

18 Oct, 07:29


COP29 müddətində hər hansı məhdudiyyət, qadağalar və sms icazənin tətbiqi nəzərdə tutulmur

aznews.ws

17 Oct, 18:00


Qəbələdə atışma baş verib, 2 nəfər ölüb, bir nəfər yaralanıb.

Qəbələ rayonunun Zərgərli kəndində 1951-ci il təvəllüdlü Gülsadə Məmmədəliyeva və 1979-cu il təvəllüdlü Əlibaba Gəncimovun odlu silahdan açılan atəşlə qətlə yetirilməsi, eləcə də qadının nəvəsi, 23 yaşlı Nurlan Məmmədalıyevin isə xəsarət alması barədə polisə məlumat daxil olub.

Araşdırmalarla Əlibaba Gəncimovun ov tüfəngi ilə qadına və nəvəsinə, N.Məmmədalıyevin isə Ə.Gəncimova tüfənglə atəş açdığı müəyyən edilib.

aznews.ws

17 Oct, 10:55


❗️Paşinyan: Ermənistanda əksəriyyət övladını hərbi xidmətdən yayındırmaq istəyir.

aznews.ws

17 Oct, 07:43


Prezident COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış oldu

aznews.ws

16 Oct, 13:46


"Greencard Azerbaijan"ın direktoru hakim qarşısına çıxarıldı

Avropa ölkələri ilə yanaşı bir çox ölkələrə iş vizası düzəltmək adı ilə 200 nəfərdən artıq şəxsi aldadaraq onların külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən Rüfət Piriyevin ilk məhkəmə hazırlıq iclası keçirilib.

aznews.ws

16 Oct, 11:23


🇦🇿Milli Qəhrəman Mübariz İbrahimovun atası dəfn edilib

Mərhum Biləsuvar rayonu Əliabad kənd qəbiristanlığında torpağa tapşırılıb.

aznews.ws

15 Oct, 19:40


⚠️Bakıda intihar hadisəsi baş verib

"Unikal" xəbər verir ki, ortayaşlı şəxs kəlmeyi-şəhadət gətirərək özünü binadan atıb.

Əlavə məlumat veriləcək.

aznews.ws

12 Oct, 17:32


🇦🇿🇹🇷Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak ediblər.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

Qeyd edilir ki, Türkiyənin Dağ, Desant Məktəbi və Təlim Mərkəzi tərəfindən dəvət olunmuş Azərbaycan hərbçiləri üçün "Alpinizm təlimi" keçirilib.

aznews.ws

11 Oct, 09:39


⚽️Fərid Qayıbov Bakıda səfərdə olan Mesut Özili qəbul edib. Görüş zamanı idman sahəsində ikitərəfli əlaqələr müzakirə edilib, uşaq futbolunun inkişafı barədə fikir mübadiləsi aparılıb.